ETİMADÜDDÖVLƏNİN VƏ FƏRHAD XANIN
SƏRKƏRDƏLİYİ İLƏ XUZİSTAN VƏ ƏRƏBİSTANA
LƏŞKƏR GÖNDƏRİLMƏSİ VƏ CAHAN ŞƏHRİYARININ
FƏRMANI İLƏ HƏMİN YER İŞLƏRİNİN
TƏNZİMLƏNMƏSİNİN ZİKRİ
Qəzvində şahın yanından ayrılan etimadüddövlə və Fərhad
xan Luristan yoluyla məqsədlərinə doğru rəvan oldular və gəlib
Xürrəmabada çatdılar. O hüdudda sərgərdan halda olan Şahverdi
xan Abbasi öz qorxusundan etibarlı adamlarını onların və əzəmətli
əmirlərin yanına yollayıb, şah dərgahına bəndəlik edəcəyini və öz
keçmiş əməllərindən peşiman olduğunu bildirdi, əlini acizlik və
biçarəlik ətəyinə atdı, onların vasitəsiylə əfv olunmasını xahiş etdi.
Onlar da Ərəbistan valisi və Kuh-Giluyə hakimlərinin qəlblərinin
alınması və onların xatircəm olmalarından ötrü belə məsləhət
gördülər ki, onu şahın inayəti ilə nəvazişləndirsinlər və yenidən
843
Luristan hakimliyini verməklə başıuca etsinlər. Buna görə də, adına
istimalət hökmü yazıldı və onu xosrovanə əfv sarıdan xatircəm
etdilər, görüşmək istədilər, [amma] Şahverdi xan qorxusundan
görüşə curət etmədi. Arada elçilər gediş-gəlişi başlandı. Onun
xatircəmliyi üçün Fərhad xan və etimadüddövlə bir neçə
adamlarıyla, o hüduda yerləşən Allah əhli (əhlüllah) olan böyük bir
şəxsin məzarı üstünə getdilər və Şahverdi xan da iki yüz nəfərlə
gəlib onlarla görüşdü, şaha öz bəndəliyini izhar etdi, and içib dedi:
"Əgər şah onun üsyan yazısını əfv qələmi ilə pozarsa, bütün ömrüm
boyu xidmətkarlıq yolundan çıxmayacağam". Onun, sözünün
sədaqətdən uzaq olduğunu bilən Fərhad xan və etimadüddövlə
vaxtın məsləhətinə qulaq asdılar, onu xosrovanə dostluqdan
ümüdvar etdilər, həmin vilayətin idarəsi yenidən onun adma yazıldı,
ona qiymətli şah xələti geydirildi, Xürrəmabad qalasını boşaldıb ona
verdilər. Şahverdi xan da şahanə dostluğa şükr edib ali divana min
tümən peşkəş verməyə boyun oldu, dövlət başçılarına layiqli
xidmətlər göstərdi. Onunla bu məsələnin bitməsindən sonra onlara
Şüştərin mühasirəsi barədə ardı-ardınca xəbər gəlib çatmaqdaydı.
Onlar buna görə də oradan çıxaraq, gedəcəkləri uzaq məsafəni yaxın
etməkdən ötrü olduqca çətin keçilən bir yol olan Kiyalan
aşırımından (kutəl) keçməyi qərara alıb rəvan oldular. Hələ sabiq
vaxtlardan oradan ləşkərlər az keçirdilər. [Buna baxmayaraq,] güclü
dövlətin qüvvəti ilə həmin aşırımı sağ-salamat arxada qoyub
Xuzistana və Ərəbistana qədəm basdılar. Qızılbaş ləşkərinin gəliş
xəbərini eşidən Seyid Mübarəkin canına titrəmə düşdü, Dizfulda
olan adamların bir hissəsi isə qızılbaşların uzaqdan gələn qaraltısını
görüb onlara birləşdilər. Qalibiyyətli əskərlər Şüştərə yaxınlaşdıqları
vaxt Mübarək qəm-kədərə qərq olub qala ayağından ayağını çəkdi,
özünün iqamət yerləri olan Həvizəyə və Kəmalabada getdi,
müzəffər əskərlərsə gəlib Şüştərə çatdılar, orada dayandılar.
Fərmana görə o vilayətin idarə olunması Mehdiqulu xan Şamlıya
tapşırıldı. Şəhəri və qalanı ona tapşıran dövlət başçıları həmin yerin
işlərini qaydaya saldılar. Seyid Mübarək bərk vahiməyə düşərək,
əmirlərin yanına bir adam göndərib, üzrxahlıq məqamına gəldi,
qulamlıq və sədaqət izhar etdi, bir-iki il bundan əvvəl ali saraya
göndərdiyi oğlu Seyid Nazirin oraya gəlişini özünün bəndəliyinin və
qulamlığının sübutu (dəlil) olduğunu dedi, Murad ağa Cilovdarın
Şüştər üzərinə hücumunu tərbiyəsizlik adlandırdı, bu hərəkətin onun
sərtliyi (bietedali) olduğunu bildirdi, üzrlər istədi.
844
Əlahəzrət [etimadüddövləyə və Fərhad xana] demişdi ki,
əgər Seyid Mübarək üzrxahlıq və bəndəlik məqamına gələrsə, onun
seyidliyi (seyadət) və şiəliyi elə onun əfv olunmasına bərabərdir,
çünki dövlət istəmir ki, onun etdiyi işin üstündən pərdə götürülsün,
o, müxaliflər silkindən sayılsın və bu dövlətdən inciyib məyus
olsun. Göndərilən fərmana görə Seyid Mübarəkin üzrxahlığı qəbul
olundu və o, şahın inayət və nəvazişinə layiq görüldü. Ona məktubla
bildirildi ki, əgər gəlib əzəmətli şah əmirləri ilə görüşərsə, üzrü
qəbul olunacaqdır. Seyid Mübarək gəlməkdə böyük təşviş (dəğdəğe)
hissi keçirirdi. Çoxlu danışıq və elçi gediş-gəlişlərindən sonra
etimadüddövlə, Fərhad xan və əzəmətli əmirlər şahın qüdrətinə
(setvət) arxayın olub, ərəb əskərlərindən qorxmadan, Seyid
Mübarəkin xatircəm olmasından ötrü bir neçə adamlarıyla qızılbaş
ordusundan ayrılaraq Həvizəyə doğru bir neçə fərsəx yol getdilər.
Seyid Mübarək çoxlu döyüşçü ilə oraya gəldi və bərk qorxu içində
onlarla görüşdü. Etdiyi ədəbsizlikləri xatırladan əmirlər ona
dedilər: "Əlahəzrət sənin seyid olmağına, Peyğəmbər dudmanına
yaxınlığına və şiəliyinin xatirinə etdiyin əməllərin üzərindən əfv
qələmi çəkmişdir. Sən əgər sədaqət yolu ilə düz getsən və
vergilərdən yayınmasan, gərək bundan sonra elə hərəkət edəsən ki,
səndən səmimiyyət, istək və sədaqət əlamətləri görünsün. Ərəbistan
hökuməti sabiqdə olduğu kimi sənə veriləcək. Əgər bəndəlik
etməkdən bir tük qədər kənar olsan, bu dəfə öz dudmanının
cəzalandırılacağından arxayın ola bilərsən”. Seyid Mübarək
qüsurlarını etiraf edərək təqsirinin əfvinə şükür izhar etdi və dedi:
"Mən bundan sonra bəndəlik yəhərini çiynimə qoyub, itaət sırğasını
qulağına taxıb, heç vaxt şahın mübarək razılığı olmayan bir işlə
məşğul olmayacağam, bu dövlətin dostu ilə dost, düşməni ilə
düşmən olacağam". O, əhd-peyman sözünü ortaya gətirib onları
arxayınlaşdırdı. Şahın ona göndərdiyi hədiyyələrdən izzət və şərəf
duydu, asudəliklə öz məkanına, əzəmətli əmirlər isə öz ordularına
qayıtdılar. O vilayətdən xatircəm olan [qızılbaşlar] Şüştərdən
çıxıb Kuh-Giluyə istiqamətinə rəvan oldular. Yağışın çoxluğu və
Şüştər çayının tüğyan etməsinə görə, bir aya qədər yol gedə
bilmədilər. Ordunun azuqəsi azaldı, ərzaq və heyvan yemi
tapılmadı, şüarları zəfər olan əsgərlərə böyük ziyan dəydi. Yağış
dayanandan sonra əmir və əsgərlərin bəziləri izn alıb getdilər.
Fərhad xan və etimadüddövlə dərgahın bəzi əmir, qorçi və
mülazimləri ilə Kuh-Giluyəyə rəvan oldular. Oraya gəlib çatdıqda,
845
Kuh-Giliyə hakimi Həsən xan və əfşar tayfaları onların istiqbalına
çıxaraq, əmirlərlə görüş izzətinə yetişdilər. Qarışıqlıq baş verən
vaxtlarda saxtakarlıq və özbaşınalıqla o vilayəti istila etmiş Həsən
xanı oranın idarəçiliyindən kənar edib onu bin neçə üsyançı
yoldaşları ilə birlikdə tutdular, müvəkkillərə tapşırdılar ki, onlan ali
dərgaha aparsınlar. Elə hümayun cülus zamanı da Həsən xandan
yersiz hərəkətlər baş vermişdi. O vilayətin idarəçiliyi Kazerun
hakimi Əmir xan Əfşara, Kazerun ülkası isə İsmayıl xan Alplı
Əfşara verildi. Bu bir neçə ildə rəiyyət olmaqdan baş qaçırıb
ləyaqətsiz işlərə qurşanmış bəxtiyari lurları (əlvar), caki, cəvanəki,
bondaki, fəhbənd, məmsəni və başqa rəiyyətlər on min tümən
cəriməyə və tərcüman vergisinə* məruz qaldılar, yığılan vəsait
qorçilərin və saray mülazimlərinin maaşı kimi ödənildi. O vilayətin
işlərinə də istənilən kimi əncam edildi. Onlar oradan çıxıb gözəl
Şiraz məskəninə (xotte) gəldilər, Fars [vilayətinin] işlərini
tənzimlədilər və oradan əyinlərinə mülazimlik ehramları geyib köç-
köç ali saraya rəvan oldular, Qəzvin darüssəltənəsində nəvvab şahın
ayağını öpməklə şərəfləndilər.
BU İL BAŞ VERƏN MÜXTƏLİF HADİSƏLƏRİN BƏYANI
Bu il baş vermiş haisələrdən [biri] Kəcur və Rüstəmdar
hakimi Məlik Cahangir Rüstəmdari ibn Məlik Sultan Məhəmmədin
fərar etməsidir. Onun atası Məlik Sultan Mahmud (Mahmud yox,
Məhəmməd olmalıdır - Ş.F.) din və dövlət işlərində olduqca süst
etiqadlı adam idi, bəlkə də onda allahsızlıq (əlhad) daha güclü idi.
Cənnətməkan şahın dövründə ondan şəriət qanununa xilaf olan bəzi
əməllər zahir oldu, o cümlədən o, öz bacısı qızını öz oğluna namizəd
etdiyi halda tamahkarlıq edib qızı özünə aldı, uzun müddət onunla
yaşadı. [Məlik Mahmudun] vəfatından sonra onun oğlu Məlik
Cahangir atasının bu arvadını aldı. Ondan və onun adamlarından
belə qəbahətli əməllər tez-tez baş verdiyi üçün onların ölkəsində
oruc tutma (sovm), namaz qılma və dua oxumaq (sələvat) kimi işlər
yoxa çıxmışdı (məfqud). Buna görə də cənnətməkan şah ona
iltifatsızlıq məqamında oldu, Nədrxanın oğlu İmamqulu xan
Ustaclını çoxlu əsgərlə onun dəf olunması üçün yolladı. Məlik
Cahangir ona qarşı xəyanət və amansızlıq etdi, güya öz itaətini
bildirdi, xəlvəti görüşmək istədi. O sadəlövh türk də buna razılıq
verdi, vədələşdiyi yerə getdi, görüşdü və onun adamlarının əli ilə
846
öldürüldü, əsgərlərsə orada qala bilməyərək dağılışdılar. Bu xəbər
cənnətməkan şaha çatdıqda onun üzərinə bir də ləşkər göndərmək
istədi, amma İlahi qəzavü-qədərin istəyi ilə hümayun zata xəstəlik
üz verdi, zəifləşdi və buna görə də onun xəstəliyi (nəqahət) uzanmış
oldu. Ortaya başqa işlər çıxdığından, cənnətməkan şah iki il həmin
işə baş qoşmadı. Sonra, onun bir də tənbeh olunması və cəzalanması
üçün Sultan Heydərçilərin əzəmətli adamlarından olan Murad xan
Ustaclunu bu işin yerinə yetirilməsinə namizəd etdi.
Murad xan oraya yollandı. Məlik Cahangiri Kəcur
qalasında mühasirəyə aldı, qalatutma ləvazimatı hazırladı və ona
dörd ay vaxt sərf etdi. Qalanın fəthi yaxınlaşan vaxt Allahın təqdiri
ilə cənnətməkan şahın vəfatı hadisəsi baş verdi. Qala ayağından
çıxan Murad xan Gilana - Pirə Məhəmməd xanın yanına getdi və
orada İsmayıl Mirzənin əmri ilə kor edildi (məkhul). İskəndər şanlı
nəvvabın zamanında elə bir çaxnaşma (şureş) və fitnə-fəsad başlandı
ki, bu güclü qızılbaş dövlətinin bircə nəfər dövlət başçısı da Məlik
Sultan Məhəmmədlə maraqlanmadı və o, ali hümayun şahın
cülusunun əvvəllərində axirət evinə səfərə yollandı. Oğlu olan Məlik
Cahangir Nur hakimi Məlik Əzizin Cahangir adlı oğlu ilə, yuxarıda
yazıldığı kimi, Lar yaylağından çıxaraq, Allahın hidayəti ilə ali
saraya gəldi və hümayun məiyyət ilə İraqa yollandı. Nəvvab şah öz
himmət kəməndini sərhəd yerlərin ələ keçirilməsi üçün atdığından,
Gilanları (Gilanat - yəni Biyəpəs və Biyəpiş Gilanları - Ş.F.) artıq
almışdı. Nurun məlikzadəsi bu işdən xəbər tutaraq öz irsi mülkü
hakimliyindən əl çəkdi və xahiş etdi ki, ona qoy İraqda məskən yeri
və maaş təyin olunsun. [Buna görə də] ona Savədə yer verdilər.
Amma, Kəcur məlikzadəsi olduqca divanə və sərxoş bir adam idi.
Nəvvab şah bəzi məsləhətlər verməklə ona şəfəqqət və iltifat etdi.
Kəcur hakimi Məlik Cahangirin fərar etməsi:
Məlik Cahangir şahın xüsusi məclisinin dostu (ənis) və
xüsusi qonaqlıqlarının iştirakçısı (hərif) oldu, şah Kəcur vilayətini
fərmanla ona verdi.
Bu vaxt Fərhad xan və etimadüddövlə Ərəbistan səfərindən
qayıdaraq gəlib Qəzvinə çatdılar. Məlik Cahangir bərk qorxuya
düşdü. Ordu əyanları etimadüddövlə və Fərhad xanı qarşılamağa
yollandıqda, o, müxalifət və üsyan fikri ilə şahın ona bağışladığı tazı
ata suvar olub, onları istiqbal etmək bəhanəsi ilə Kəcur və
847
Rüstəmdar yolunu önə tutdu, Kəcura gedəndən azacıq sonra Məlik
Cahangirin fərar etməsi xəbəri eşidildi və bir dəstə əsgər onun
ardınca göndərildi, amma gedib çata bilmədilər. Məlik Cahangir
Kəcura getdi, üsyandan dəm vurub qalaya sığındı. [Bu zaman]
əzəmətli qorçilər qorçibaşının sərkərdəliyi ilə onun qalasını fəth
etməyə təyin olunub oraya getdilər və onu tutdular, ülkası şah
məmləkətlərinə əlavə olundu ki, bu haqda öz məqamında məlumat
veriləcəkdir.
Bu ildə baş verən hadisələrdən biri də rus elçilərinin
gəlişidir. Onlar rus padşahı tərəfindən şahın yanına gələrək, layiqli
töhfə və hədiyyələr gətirdilər. Elçi bir mötəbər rus əmiri idi. [Rus
dövləti] məhəbbətamiz bir məktub yazaraq çoxlu məsələlərdən
söhbət açmışdı. Əlahəzrət zilləllah şah elçinin qədəmini alqışladı,
kafər olsa belə qonağa
592
ehtiram göstərdi.
Bu il Rum padşahı Sultan Murad ibn Sultan Səlim ibn
Sultan Süleyman axirət səfərinə yollandı və min üçüncü ilin
cəmadüləvvəl ayının dördündə (miladi 1595, 15 yanvar) köç təbilini
döydü. O, it ilində, doqquz yüz həştad ikinci ildə (miladi 1574)
padşah olub, iyirmi bir il hökmdarlıq etdi. Onun zamanında bir çox
məmləkət
rumiyyə
tərəfindən
fəth
olundu.
Ale-Osman
padşahlarından özünün şövkəti, əzəməti və müstəqilliyi baxımından
üstün idi, amma hakimiyyəti zamanı ondn bəzi layiq olmayan işlər
göründü.
Əvvəla, sultanlara layiq olmayan əhd-peymanı pozdu,
cənnətməkan şah və atası Sultan Süleyman arasındakı qüvvədə olan
sazişi sındırdı ki, bu haqda birinci səhifədə məlumat verilmişdir.
Nəticədə, aram aləminə fitnə və çaxnaşma salıb, müsəlmanların
rahatlığını pozdu.
İkincisi, heç vaxt baş verməyən müsəlman qız-qadınının
əsir götürülmələridir ki, islam sultanlarından heç bir şöhrətli palşah
belə alçaq iş görməmişdir. Onun hakimiyyəti vaxtı məlum oldu ki,
Azərbaycan və Şirvanda müsəlmanların çoxlu qadın və qızı əsir
tutularaq kafər (gebr), yəhudi və xristanlara satıldı. Belə ki, [fətta]
seyidlərin əsir qadınlarını da (zürriyyət) satışa çıxartdılar və bu pis
əməl (fele-məzmum) Rumdan Mavərənnəhrə də siyərət etdi.
Abdulla xan və oğlu da Xorasanda həmin işi etdilər. Bu qəbahətli
əməl onun zamanında sultanlar arasında yayıldı. Məhz bu Rum
592
İfadənin ərəbcəsi: "Əkramu-d-dayfə və lan kənə kəfirən".
848
sultanı belə iyrənc işi etdi və buna görə də əməli onu üqba evinə
apardı. Nəticədə, onun övladı da belə alçaq işə giriftar oldu və
ruzigar onlardan intiqam aldı. Əlahəzrət zilləllah şahın cahanı tutan
qılıncından qopan qığılcımlar onların zülm və düşmənçiliyini
(ədvan) ədalət nuru ilə işıqlandırdı, onlar tərəfindən tutulan şəhərlər
uğurla geri alındı, onların dövründə baş vermiş hadisələrə beləliklə
Allaha şükür ki
593
, xitam verildi.
Sözün qısası, Sultan Murad xandan iyirmi oğul və bir neçə
qız qaldı. Böyük oğlu Sultan Məhəmməd Səncəqdə, başqa övladları
isə İstanbulda padşahlıq sarayında idilər. Vəfatından sonra onun
cəsədini on gün buz içində, saraydan kənarda saxladılar.
Bostançıbaşının səyi ilə hərəmxanada olduqca əzəmətli, möhtərəm
və sahib-ixtiyar olan anası Sultan Məhəmmədxanın yanına adam
yolladı və o, on birinci gün Səncəqdən İstanbula gəldi, naməlum bir
qapıdan (dərgah) keçib padşahlıq sarayına daxil oldu. Ertəsi gün
padşahın dəfninə başladılar. Onun dəfnindən sonra on bir oğluna elə
həmin gecə şəhadət şərbəti içirərək boğdular, həlak etdilər və
onların hamısı həmin ayın on yeddisində atalarının yanında dəfn
olundu.
HİCRİ TARİXİYLƏ TÜRKCƏ QOYUN İLİNƏ BƏRABƏR
OLAN XOŞBƏXT FALLI MİN DÖRDÜNCÜ İLDƏ (MİLADİ
1595/96) - ƏLAHƏZRƏT HÜMAYUN ŞAHIN CÜLUSUNUN
DOQQUZUNCU İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏR
Elə ki, işıqlı novruz göründü,
Hər qaranlıq gecə gündüzə döndü.
Hər yanda Xosrov ki, deyirlər ona,
Fərəhlə əyləşdi həməl taxtına.
Aləmi bəzədi yenə gələrək
Dünya məşşatəsi yarın hüsnü tək.
Elə ki, göründü hər tərəfdə gül,
Nəğmə qoşdu ona şövq ilə bülbül.
594
593
İfadənin ərəbcəsi: "əl-həmdu-l-lahi alə zəlikə".
594
Beytlərin farscası:
Novruz ço gəşt aləməfruz
Tarike-şəbe-zəmane şod ruz.
Keyxosrove-in çəhar eyvan
Bər təxte-həməl neşəst şadan.
849
Bu cahanı bəzəyən ilin novruzu bu ilin rəcəb ayının onuna
(10 mart) təsadüf etdi. Dördüncü fələyin ulduzları və günəşi həməlin
şadlıq taxtını (ovrəng) öz işıqlarına qərq etdi, bahar nəsimi çəmənin
cürbəcür güllərini (rəyahin) oxşamağa başladı. Əlahəzrət zilləlah şah
Qəzvin darüssəltənəsində və cənnət ayinli dövlətxananın Çehelsütun
qəsrində xosrovanə məclis və padşahanə bayram bəzədi. Xarəzm
padşahı Hacı Məhəmməd xan, Şahican Mərvinin valisi
Nurməhəmməd xan, Ərəbistan valisi Seyid Mübarəkin oğlu,
Gürcüstan sultanzadələri, rus elçiləri və başqa yerlərin sultanları və
sultanzadələri [o zaman] ali sarayda idilər. Onlar behişt ayinli
məclisə dəvət olundular, ilin və novruzun gəlişini təbrik etməkdən
ötrü bir neçə gün eyş və şadyanalıqla məşğul oldular. Şəhərin
bazarlarını bəzədilər, Səadətabad meydanında çovkan və qəbəq
atmaq oyunlarını nümayiş etdirdilər. Bütün əhali on-on iki gündə
seyr, söhbət və istirahət etdilər. Nişat və şadyanalıq [günləri] bitdi.
Nişat və bayram məclislərinin bitməsindən sonra, Xorasanın böyük
vilayətlərini işğal etmiş özbək hökmranlığı (təsəllot) zamanı onların
soyğunçuları (yəğmayi) və hərcayi almançıları qəddarlıqla
(bietedalane) məmləkətlərin əhalisinə hücum edirdilər.
Fərhad xanın Xorasana getməyi:
Onlar Xorasandan İraq yaxınlığına qədərki yerləri
darmadağın etdilər. Qarşıya çıxan cürbəcür böyük işlər isə
özbəklərin şərini dəf etməyə imkan vermirdi. Bu il cahanı bəzəyən
rəy belə oldu ki, hal-hazırda bu dövlətin ali qədirli əmirlərindən olan
və şahanə tərbiyət əsasında yüksək məqama sahiblənən, etibar və
iqtidarının avazı yaxın-uzaq hər yerdə yayılan Fərhad xanı Xorasan
şəhərinə göndərsin ki, o, mülkü dağıdanların önündə möhkəm sədd
kimi dayansın, özbək dəstələrinin şərini dəf etməklə məşğul olsun,
əgər özbəklərin əlləri yenə də başqa məmləkətlərə uzanarsa, onların
fitnə atəşini kəskin qılıncı ilə söndürsün. Fərhad xan uğurlu bir
saatda bu xidmətə layiq görüldü. Onun sabiq ülkasına Xar, Semnan,
Arast zəmane-ra degər bar
Məşşateye dəhr çon roxe-yar.
Əz bəhre-qodume-şahede-qol
Şod nəğmesəray sövqe-bolbol.
850
Damğan, Bəstam, Firuzguh, Biyaremənd və Hezarcərib də əlavə
olundu. Keçən il talan məqsədiylə gələn özbəklərin dəf olunması
zamanı igidlik və mərdanəlik göstərməyən Damğan və Bəstam
hakimi Fərrux xan Pornakı vəzifədən kənar edərək, onun qoşun və
ləşkərini Fərhad xana təslim etdilər. [Həmçinin] Xorasanın bütün
işlərinin din və dövlətin məsləhəti ilə tənzimlənməsindən ötrü
iqtidar qundağını (qəbze) onun əlinə verdilər.
Fərhad xan şahm inayətlərinə qərq olub, müqəddəs
məiyyətdən
ayrıldı,
həmin
səmtə
rəvan
oldu.
Onun
göndərilməsindən sonra rus elçilərinə qayıdış rüxsəti verildi və
onlara layiqli ənamlar təqdim olundu. Türkmən qorçisi İmamqulu
bəy Pakizəni rus padşahına elçi təyin edib, onu ləyaqətli töfhə və
hədiyyələrlə rus elçilərinə həmrah etdilər. Onlar Gilanda gəmiyə
oturub dərya yoluyla rəvan oldular.
Novruzdan üç ay keçdi. Fərhad xan Firuzkuh yaylaqlarında
olarkən Əhdülmömin xanın Xorasana gəlməsi xəbəri yayıldı. Xəbər
aparanların (monhiyan) sözlərindən və Fərhad xanın məktublarından
məlum oldu ki, Əbdülmömin xan özbək dəstələri ilə, Mirzə
Məhəmməd Sultan və bayat camaatının əlində olan Əsfərayin
qalasını mühasirəyə almış və hazırda böyük cidd-cəhd ilə oranı
tutmağa çalışır.
Buna görə də, əlahəzrət zilləllah şah tez-tələsik Xorasana
yürüş üçün ləşkər çağırışına əmr etdi.
ZƏFƏR AYƏLİ ORDUNUN XORASANA HÜCUMU,
ƏBDÜLMÖMİN XANIN MÜZƏFFƏR MƏİYYƏTİN
YÜRÜŞÜ NƏTİCƏSİNDƏ ƏSFƏRAYİN VƏ SƏBZVAR
QALALARINDAN FƏRAR ETMƏSİNİN ZİKRİ
Xorasana yürüş qərarından sonra şah bir ayadək ləşkər
toplanışından ötrü Qəzvin darüssəltənəsində gözlədi. Bir aydan
sonra isə hümayun pişxanə şəhərdən çıxdı, Zülfüqar xan dörd min
nəfərlik Azərbaycan ləşkəri ilə gəlib hümayun məiyyətə qoşuldu.
Xorasan tərəfdən ard-ardınca adamlar gələrək belə xəbərlər
gətirdilər ki, Əbdülmömin xan Əsfərayin qalasında mühasirədə
qalanların işlərini pis hala salmışdır, əgər hümayun məiyyət bir neçə
gün ərzində köməyə gəlməzsə, qalanın özbəklərin əlinə keçmə
qorxusu vardır. Əlahəzrət zilləllah şah məcbur olub müzəffər
əskərlərin toplanmalarını gözləmədən ali sarayda olan bir neçə əmir,
851
qorçi, qulam və başqa qələbə nişanlı əskərlərlə atının cilovunu
Xorasana döndərdi və səltənət paytaxtından çıxdı. O, köç-köç
gələrək Firuzkuh yaylağına çatdı. Orada Fərhad xan münəzzəm
qoşunla gəlib hümayun məiyyətə qoşuldu. Şah Damğanın "Əli
bulağı" yolu ilə Bəstam çəməninə yetişdi, həmin ürəkaçan
meydanda dayandı. Müzəffər ləşkərin rəsmi-keçidi üçün Bəstam
çəmənində üç gün qaldı. Hümayun məiyyətin
qarşısında dayanan
əskərlərin sayı iyirmi min nəfərə çatdı. Əbdülmömin xanın əvvəlki
kimi cah-cəlallı şahın gəlişini eşidib fərar etməməsindən və
tərəflərin qarşılaşmalarından ötrü xana məktub yazıldı. Məzmunu
belədir: "O ali nəsilli xanzadə artıq bir neçə dəfədir ki, Xorasanı və
o hüduddakı məmləkətləri tutmaq diləyi ilə gəlmişdir. O, rəiyyəti və
əlsiz-ayaqsız adamları öz atlarının ayaqları altında əzmiş, qətl-qarətə
başlamışdır. Hümayun ordu Xorasana gələn kimi o, qarşıya çıxmır,
fərardan ar etmir və hərb etmədən çıxıb gedir. Bu il humayun şaha
xəbər gəldi ki, o cənab özbək döyüşçüləri ilə Əsfərayinə gəlib
oranın qalasını tutmağa yollanmışdır. Biz, onunla görüş arzusu ilə
müzəffər əsgərlərin toplanışını gözləmədən, saraydakı azacıq
adamla döyüş əzmi ilə gəlib Bəstama çatmışıq və kamkar xanla
döyüş intizarındayıq. Mərdanəliyin qanun-qaydası belədir ki, ali
nəsilli o xan bu dəfə fərarı özünə ar bilib qaçmasın, səbat ayağını
yerə dirəsin, döyüş meydanına igidliklə qədəm bassın ki, İlahinin
istəyi ilə nə olacaqsa-olsun, Allah bəndələri hər iki tərəfin gediş-
gəlişlərindən dəyən ziyandan qurtulsun".
Məktubu çekəni tayfasından olan Qütbəddin ağa adlı bir
şəxs apardı, onun ardınca isə döyüşkən hümayun ordu coşaraq
hərəkətə gəldi. Onların qala ayağına çatmalarına yeddi mənzil
qalmışdı ki, Əsfərayin hakiminə belə [əmr] çatdırdılar: "Qoy çalışıb
qalanı yeddi gün də əldə saxlasınlar ki, biz gəlib çatmaqdayıq!".
Qütbəddin ağa Əbdülmömin xan ordusuna yetişib əmirlər
vasitəsilə məktubu xana çatdırdı. [Məktubu oxuyan] xanın qeyrət
atəşi şölələndi və boş-boş danışmağa başladı.
Amma, özbək qoşununa bərk təşviş və iztirab üz vermişdi,
çünki onlara hələlik hümayun ordunun gəlişi xəbən gəlib-
çatmadığından elə güman etdilər ki, məkrub saxtadır və bu iş
sərhəddə olan Fərhad xanın hoqqasıdır, o, belə hərəkət etməklə
ləşkəri qaladan uzaqdaşdırmaq istəyir. Özbəklər Qütbəddin ağanı
yalan danışmaqda töhmətləndirib qətlə yetirdilər.
852
Amma, Əbdülmömin xan iztirab şəbəkəsinə düşüb
tərəddüd etməkdəydi. [Düşünürdü ki,] əgər bu xəbər həqiqi olarsa
gərək şahın qarşısına çıxıb döyüşsün, yaxud mühasirədən əl çəkib
özünü bir guşəyə çəksin. Özbək əmirləri və atalıqları, xüsusilə
Əbdülmömin xanın əzəmətli əmiri, dövlətin olduqca mötəbər və
etibarlı adamı olan Şahməhəmməd İləçiyan ikinci yolu seçdi, çünki
qorxurdu ki, Abdulla xanın yanındakı əmirlər buna etiraz edərlər, o
isə qarşılaşmağa və hərb etməyə razı deyildi. Nəhayət, belə məsləhət
gördülər ki, etibarlı bir adamı bu məsələni öyrənməkdən ötrü
göndərsinlər, özləri isə əvvəl olduğu kimi qalanı əllərində
saxlasınlar və xəbər [ətraflı] öyrəniləndən sonra vaxtın tələbinə görə
hərəkət etsinlər. Əzəmətli əmirlərindən bir neçəsini, o cümlədən
Məhəmmədqulu Durməni, Bədəxşan hakimi Canməhəmməd
Qarovulu, Nisa və Əbivərd hakimi "Seyinc Türkman" adı ilə məşhur
olan Sevinc Məhəmmədi üç yüz nəfər təcrübəli və döyüşkən
bahadırla Bəstama tərəf göndərdilər ki, qızılbaş ordusunun
yaxınlığına qədər gedib öyrənsinlər və düzgün (cəzm) xəbər
gətirsinlər.
Onlar
özbək
döyüşçülərini
qalanın
fəthinə
rəğbətləndirərək, tam cidd-cəhdlə qalatutma ləvazimatı hazırlamağa
başladılar. Qala əhalisi təşvişə düşdü. Şahın cah-cəlal ordusunun
gəlişi və Bəstam çəmənində dayanması xəbəri Məhəmməd Sultana
və mühasirədə olanlara gəlib çatdığı üçün bir nəfəri çölə göndərib,
bir həftə möhlət istədilər ki, [qızılbaşlar] hərb etməkdən və top
atmaqdan əl çəksinlər, qala əhli öz işlərini səhmana salsın və bir
həftədən sonra çıxıb qalanı təhvil versinlər. Özbəklər bu təkliflə
razılaşaraq günlərini sayırdılar.
Amma, müzəffər şah ordusu ləşkərə baxış (san)
keçiriləndən üç gün sonra Bəstamdan çıxıb Cəngməğz yoluyla
hərəkətə gəldi. Qərara aldılar ki, Fərhad xan və Zülfüqar xan
müzəffər ləşkərin öncülləri kimi yarım fərsəx irəli getsinlər. Üçüncü
gün hümayun şahın pişxanəsi Cacərmə çatdıqda fərraş şagirdləri çay
kənarında onlara xeymə və otaq qurmaqla məşğul oldular. Xəbər
tutmağa gələn özbək əmirləri gecə Cacərm çayının başında
dayandılar, sübh oradan atlanıb ehtiyat üçün köhnə yolla
getməyərək, dağın ətəyi ilə iki fərsəx irəliləmişdilər ki, [qızılbaş]
qoşununun qaldırdığı tozanaq uzaqdan göründü. Onlar Cacərmə
gəlmək üçün sıralanıb köhnə yolla gedirdilər. Geri dönən özbəklər
artıq qurulmuş olan bir neçə xeymə və otaq gördülər. Özbəklər irəli
göndərilən qızılbaşların önünə çıxıb, onların yeddi-səkkiz adamını
853
dil (zəbangiri) götürdülər. Geri qayıtmaqdaydılar ki, bəzi çərxçi
əmirlərinin mülazimlərinin qalanın və bağların arxasından onları
müşahidə etdiklərini gördülər. Bu mülazimlərin sayının
çoxluğundan qorxmayıb hücuma keçdilər və qazilərlə cəngə
başladılar. Qızılbaş ləşkərinin çərxçiləri saatbasaat dəstə-dəstə gəlib
çatır, hərb meydanı daha da qızışırdı. Qızılbaş əskərlərinin get-gedə
çoxaldığını görən özbəklər, daha orada qalmağı məsləhət
bilməyərək, cəngdən aralanmağı qərara alıb istədilər ki, bu xətərdən
özlərini qurtarsınlar. İrəlidə gələn qoşunla həmrah olan qızılbaş
qaziləri və onların qulluqçuları ürəklənib hücüma keçdilər, onlann
hər biri bir özbəklə əlbəyaxa oldu. Sözün qısası, özbəklər
məğlubiyyətə uğradılar. Onlar tutmuş olduqları bir neçə nəfər
ordu adamını əllərindən çıxardılar, çünki öz haylarına qaldıqları
üçün onları öldürməyə imkan tapa bilməmişdilər. Səhrada
çaxnaşmaya düşən özbəklər dağa tərəf üz tutdular. Qızılbaş
ləşkərinin mübarizləri isə təqibdən qalmayıb, onların sərdarlarından
Məhəmmədqulu Durməni və Sevinc Türkmanı diri halda əsir
götürdülər. Bədəxşan hakimi Canməhəmməd Qarovul "Tərakəmə
şallağı" ("Tərakəmə sollağ") adıyla məşhur olan Ulıtq xanın əliylə
tutulub qətl olundu. Döyüşdə özbəklərin əksəriyyəti öldürüldü,
osirbri isə hümayun orduya gətirib, baş verənləri ərz etdilər. Belə
vəziyyətin fəth və zəfərin başlanğıcı olduğunu bilən kamyab nəvvab
ali orduya gələrək, əsirlərin birini elə həmin gecə azad etdi,
qarovulların əllərindən sağ-salamat qurtulmaq üçün ona bir adam da
qoşdular ki, Əsfərayinə gedib, Əbdülmömin xana iqbal ordusunun
gəlişini və onlarla döyüşə amadə olmasını bildirsinlər. Həmin gecə
oradan çıxaraq, səkkiz fərsəx yol olan Səthu kəndinə qədər getdilər.
Belə qərara gəldilər ki, Əsfərayinlə dörd fərsəxlik yol olan Eyrə və
Fərimana çatsınlar, üçüncü günün sabahı isə özbək döyüşüləri ilə
döyüşmək üçün atlara süvar olsunlar, qeyb qüvvələrinin köməyi ilə
Əsfərayinə çataraq, iqbal gücüylə döyüş səfi bəzəsinlər. Eyrə və
Fərimanda müzəffər ordunun çadırları quruldu.
Dostları ilə paylaş: |