XARƏZM VİLAYƏTİNDƏ HƏMİN VİLAYƏT VALİSİ HACI
MƏHƏMMƏD XANIN VƏ QOHUMLARININ VƏZİYYƏTİ,
XANIN İKİNCİ DƏFƏ ƏCƏM ŞƏHRİYARININ
DƏRGAHINA GƏLİŞİNİN ZİKRİ
Sabiqdə baş vermiş hadisələr barədə vaqiələr yazan
qələm belə yazmışdı: Keçən il Əbdülmömin xanın fitnəsini dəf
etməkdən ötrü qələbə ayəli ordu Xorasana yürüşə keçəndə Xarəzm
valisi Hacı Məhəmməd xan, onun oğlu Ərəb Məhəmməd Sultan və
qardaşı oğlu Babaxan şahın xidmətindən mürəxxəs olub öz
məmləkətlərinə qayıtdılar. Onlar əvvəlcə yəqə türkman sayinxani el
və oymaqlarına getdilər və o tayfanın bir dəstə adamı həmin
sultanlara yoldaş kimi Xarəzm vilayətinə daxil oldular. Onların
qədəmlərindən sevinən xarəzmlilər itaət və bağlılıq məqamında
dayandılar. Lakin, Abdulla xanın adamları və daruğələrinin hər biri
öz yerlərini boş qoyaraq Mavərənnəhrə getdilər, Xarəzm vilayəti
biganə ləşkərdən boşaldı, Hacı Məhəmməd xan müstəqil hakim
oldu. Amma, onun ətrafına yığılmış adamların əksəriyyəti rəiyyət və
əkinçilər (ehşam) idilər, çünki, o vilayətin ələ keçirilməsindən sonra
Abdulla xan Hacəm xanın (Hacı Məhəmməd xanın - Ş.F.) əsgərləri
olan özbək qəbilələrini oradan köçürüb, başqa vilayətə göndərmişdi
və onun adamlarından heç kim Xarəzmdə qalmamışdı.
Sözün qısası, Hacəm xanın gəlişini eşidən Abdulla xan
özünün bir neçə mötəbər əmirini böyük qoşunla onun üstünə
Xarəzmə göndərdi. Hələ bununla da kifayətlənməyib özü də onların
ardınca o istiqamətə hərəkət etdi. Abdulla xan ləşkərinin gəlişindən
xəbər tutan Hacəm xan həmin vilayətin qara camaatını toplayıb,
onların qarşısına yolladı. Aralarında qızğın döyüş oldu. Abdulla xan
ordusunun [da] gəlmə xəbəri gəlib çatdığından, xarəzmlilərin səbat
və qərar köklərinə zəlzələ düşdü və bu hərbdə onlar məğlub
edildilər, Hacəm xanın daha o vilayətdə qalmaq imkanı olmadı. O,
qalada mühasirəyə düşməyi istəmədiyi üçün, məcbur olub, oğlu
Ərəb Məhəmməd Sultanla birlikdə məğlubiyyətlə və pərişan bir
halda özünü Xarəzm vilayətindən eşiyə atdı, Astrabada tərəf üz
874
tutdu. Oradan da, çıxıb özlərini sayinxani yəqə türkmanlarının
köməyi ilə qızılbaş məmləkətinin sərhədinə çatdırdılar. Əlahəzrət
zilləllah şah onun gəlişindən xəbər tutub qarşısına bir adam
göndərdi və onu ali dərgaha çağırdı. Xan yenidən şahın yanına
gələrək, Qəzvin darüssəltənəsində hümayun görüş izzətinə yetişdi,
ona şah tərəfindən şahanə iltifat (təfəqqod) və mülayimlik göstərildi.
Amma, şəhərdə (Xarəzimdə - Ş.F.) vəzir olan qardaşı oğlu Babaxan
oranın qalasını möhkəmləndirərək şəhərdə qaldı, bilirdi ki, əgər
mühasirəyə alınarsa heç bir yerdən ona kömək gəlməyəcəkdir,
düşmənlərə giriftar olacaqdır. Babaxan yaxşı adla ölməyi həyatı
zillətlə keçirməkdən üstün tutub, qeyrət və məradənəlik aləminə
qapıldı, qalada mərdanəlik dayandı. Qalanı mühasirəyə alan
Abdulla xan ləşkəri çoxlu əsgərlə şəhər qalasını və vəziri dörd aya
yaxın bir müddətdə mühasirədə saxladı. Nəhayət onun əsgərləri,
həmçinin şəhər və qala adamları qaladarlıq etməkdən vahiyəmə
düşərək, vəzirə bivəfalıq etdilər, Abdulla xana tərəf meylləndilər.
Hacı Məhəmməd xanın qardaşı oğlu
Baba xan Vəzirin öldürülməsi:
Babaxan bunu bilərək, ona vəfalı olan bır dəstə adamla
qala darvazasını açıb, özünü fədai kimi müxaliflərə vurdu, hərb
dəryasında üzməyə başladı. Abdulla xanın özbəkləri onu hər
tərəfdən əhatə etdilər. Döyüş meydanı hər ləhzə onun üçün
daralmaqdaydı. Vəzirin heç yana çıxış yolu yox idi. Nəticədə döyüş
meydanında öldürüldü, qoşunun qalıqları isə dağılışdı. Baba -
xanın şücaət və dilavərliklə döyüşməsi indiyəcən Xarəzmdə dillər
əzbəridir.
Abdulla xan yenidən Xarəzmi fəth etdi, o vilayətdə
müxalifət gümanında olduğu hər adamı aradan götürdü, qalaları
möhkəmləndirərək Mavərənnəhrə qayıtdı.
875
BU İL ŞÜŞTƏR HAKİMİ MEHDİQULU XAN ŞAMLI,
ƏFŞAR TAYFASI VƏ HƏVİZƏ ƏRƏBİSTANIN VALİSİ
MİR MÜBARƏK ARASINDA BAŞ VERƏN VURUŞMA,
PƏRVƏRDİGARIN TƏQDİRİ VƏ QƏZANIN FƏRMANI
İLƏ ALLAHVERDİ XANIN KUH-GİLUYƏYƏ GEDİŞİ
VƏ BƏXTLƏRİ DÖNMÜŞ ƏFŞARLARIN
VƏZİYYƏTİNİN ZİKRİ
Bu il, Kuh-Giluyənin bir dəstə əfşar fitnəkarı, xüsusilə
Əraşlı (?) və Kəndurlu (?) tayfa üzvləri həmin vilayətin hakimi Əmir
xana yağı oldular, Kuh-Giluyə qəsəbələrindən olan Ramhörmüzdə
toplaşıb Xəlil xanın nəvəsi Əbülfət bəyi öz aralarında xan seçdilər,
müxalifət və üsyan məqamında dayandılar. Şüştər hakimi
Mehdiquluxan sədaqət və sufiliyinə görə bu yaramaz halı qəbul
etmədi, aralarında yaxın məsafə olan onların fitnəsini dəf etməyə
yollandı, azacıq miqdar şamlı qaziləri ilə onların üstünə yürüdü,
Şüştər və Ram hörmüzün arasında hərb başlandı. Əfşar tayfası o
məhdud saylı şamlılar tərəfindən əzilərək, Ərəbistan valisi Seyid
Mübarəkə pənah apardılar. Seyid Mübarəki həmişə bu güclü
dövlətin müxaliflərindən biri hesab edən Mehdiqulu xan [hərdərbir]
Həvizə ərəblərinə qarşı hücuma keçir, Seyid Mübarəklə bir o qədər
də hesablaşmır, onunla qalib tərzdə davranırdı. Seyid Mübarək də
Mehdiqulu xanın pis rəftarından şəkkə düşmüşdü. O, dəfələrlə ali
dərgaha ərizələr yazıb onlan şikayətlənir, istəyirdi ki, Mehdiqulu
xana qulaqburması verilsin və o, təkəbbür və qürur badəsinin
məstliyindən ayılsın. Bu vaxt əfşar tayfası bu vəziyyəti qızışdıraraq
onu Mehdiqulu xanla hərb etməyə rəğbətləndirdi. O da əfşarlara
kömək üçün bir dəstə ərəb döyüşçüsü ilə Mehdiqulu xan üzərinə
hücuma keçdi. Xan Ram hörmüzdən qayıdıb Şüştərə gələn vaxt
ərəblər onun yolunu kəsdilər, aralarında kiçik bir cəng oldu. Ərəblər
Mehdiqulu xanm zəif ləşkərindən də zəif olduqları halda, xan səhra
döyüşünü sərfəsiz zənn edib, özünü yaxınlıqdakı bir qalaya çaldı,
ərəblər də gəlib oranı mühasirə etdilər. O qala bir o qədər də
möhkəm olmadığından, həmçinin ərzaq ehtiyatının yoxluğundan,
xan məcbur olaraq Seyid Mübarəklə sülh bağlamaq istədi. Əlahəzrət
zilləllah şahdan bərk qorxan Seyid Mübarək də sülhə meylləndi və
aralarında sülh bağlandı. Belə qərara gəldilər ki, Seyid Mübarək
oradan qayıdıb Həvizəyə, Mehdiqulu xan isə qaladan çıxıb Şüştərə
getsin.
876
Bəzi adamlardan belə xəbər eşidildi ki, ürəyində
Mehdiqulu xana qarşı kini olan Seyid Mübarək ərəblərlə belə bir
qərara gəlmişdi: Mehdiqulu xan qaladan eşiyə çıxanda atların
cilovlarını döndərib xana hücuma keçsinlər və onu cəzalandırsınlar.
Bu astanəyə öz sədaqətini izhar etmiş Seyid Bədr - Seyid
Mübarəkin oğlu, ərəblərin bu kələyindən (keyd) Mehdiqulu xanı
xəbərdar etdi. Buna görə də, xan özünü daha bir neçə gün həmin
qalada qoruyub eşiyə çıxmadı. Seyid Mübarəkə elə gəldi ki, xan
özünə qarşı ondan kin hiss etdiyi üçün belə ehtiyatkarlıq edir. Buna
görə də, orada dayanmayaraq Həvizəyə getdi. Luristanda bu xəbəri
eşidən Şahverdi xan Abbasi dövlətxahlıq izhar edib, Mehdiqulu
xana kömək etməkdən ötrü o tərəfə yollandı. Şahverdi xan gəlib
çatanadək artıq onların aralarında barəsində danışılan sülh baş
tutmuşdu.
Sözün qısası, Mehdiqulu xan ərəblərin hiyləsindən
xatircəm olaraq qaladan çıxdı, Şüştərə yollandı. O, baş verən
hadisələri yazıb ali saraya məktub göndərdi. Seyid Mübarəki bu
dövlətdən incik salmaq istəməyən əlahəzrət onun etdiyi sabiq
əməlləri bağışladığı üçün Mehdiqulu xana belə bir hökm yolladı:
Qoy bundan sonra Seyid Mübarəklə yaxşı rəftar etsin, onun
məmləkət ülkasına əlini uzatmasın, xanın seyidə aid olan ərəb qəbilə
və tayfaları ilə işi olmasın.
Amma, əfşar fitnəkarlarına qarşı şahın qəzəb atəşi
şölələndi, Kuh-Giluyə hakimliyini Fars vilayətinə əlavə edərək,
Allahverdi xana verdi, sözə baxmayan əfşarları cəzalandırmağı və
onlarla hesablaşmağı onun öhdəsinə qoydu. Xan həmin vilayətə
gedərək, əfşar fitnəkarlarının böyük bir hissəsini, o cümlədən o
fitnəkarlığın mayası olan Əraşlı və Kəndərli (Kəndurlu ?) tayfa
üzvlərini qətlə yetirdi, itaətə gəlməyən və həmişə o vilayətdə fitnə-
fəsad törədən xanəki, cəvanəki, bəndani və başqa lurları fəna
küləyinə verdi, başqalarını da töhmətləndirdi. Bədbəxt aqibətsizlərə,
itaətsiz əfşar və lurlara elə bir qulaqburması verildi ki, bundan sonra
fitnə-fəsad xəyalına düşmədilər, o vilayətin işləri öz qaydasına
düşdü. Xan Kuh-Giluyəyə xasseye-şərifə qulamlarından bir nəfəri
hakim təyin edib geri qayıtdı, baş verənləri ali saraya ərz etdi, onun
göstərdiyi xidmətlər yüksək qarşılandı, şahanə nəvaziş və iltifatlarla
şərəfləndi.
877
YƏZD DARÜLİBADINl QARƏT ETMƏKDƏN ÖTRÜ
XORASANDAN ÖZBƏK DÖYÜŞÇÜLƏRİNİN GƏLİŞİ,
ƏLİQULU XAN ŞAMLI VƏ QIZILBAŞLARIN ONLARLA
CƏNG ETMƏLƏRİ, CAHAN ƏRVƏRDİGARININ KÖMƏYİ
İLƏ ÖZBƏKLƏRİN MƏĞLUB EDİLMƏLƏRİNİN ZİKRİ
Bu il bir dəstə özbək döyüşçüsü ayaqlarını mötədillik
(etedal) dairəsindən kənara çıxarıb, Yəzd darülibadəsini qarət etmək
niyyəti ilə Təbəs, həmçinin Məfazə və Cəndəq yolunu keçib
gəldilər. Tərkeş qorçisi Əliqulu xan Şamlı Yəzdin hakimiydi. Təbəs
hakimi Mehrab xan Qaçar adam yollayıb özbək əskərlərinin
gəlişindən onu agah etdi. Əliqulu xan şəhəri möhkəmləndirdi, o
hüdudun dörd yüz, beş yüz əskər və qızılbaş tüfəngçisini topladı,
cəng əzmi ilə özbəklərin qarşısına getdi. Özbək döyüşçüləri isə
başqa yolla gəlib şəhərin ətrafına çatdılar.
Səkkiz fərsəx
604
yol keçib gələn Əliqulu xan qayıdıb şəhər
yaxınlığına çatdı. Ertəsi gün müxalif qoşunun min iki yüz nəfərədək
bahadırı və bahadırların iki-üç min döyüşçüsü göründü, onlar gəlib
şəhər kənarında dayandılar. Özbəklər əlləri çatan hər yeri
qarətkarlığa başladılar, gözlərinə dəyən hər şeyi zəbt etdilər və çoxlu
mal topladılar.
Əliqulu xan işin başlanğıcında təriqət sahibi olan yəzdlərin
məsləhəti ilə ehtiyatlandı, şəhər, qala və qapıların mühafizəsinə
başladı. Yəzd əhalisi özbəklərin çox olmaları səbəbindən cəngə
razılıq vermirdi. Amma, Əliqulu xan Xorasan ləşkərinin kəmiyyət
və keyfiyyətindən xəbərdar olduğuna baxmayaraq, şahın zavalsız
iqbalına arxalanıb, yanındakı şamlı qorçiləri, tüfəngçiləri və başqa
əskərlərindən ibarət az miqdar döyüşçü ilə birlikdə mərdanəliklə
döyüş meydanına ayaq basdı, döyüşməyə qərar verdi, qızılbaş
dilavərləri, tüfəngçiləri və başqa adamları qorxmazlıqla düşmənin
üstünə şığıdılar.
Özbəklərin bu gəlişdən məqsədləri qarətkarlıq olduğundan,
istədilər ki, geri qayıdıb yığdıqları malları aradan çıxarsınlar.
[Amma,] Əliqulu xan şamlı qaziləriylə atını irəli sürüb onların
üstünə cumdu, aralarında cəng başlandı. Şamlı qaziləri şücaətli
həmlələrlə onların dəstələrini pozdular, üç yüz nəfərini öldürdülər,
bir çoxunu isə əsir götürdülər. Özbəklərin qalan hissəsi isə
604
48-km-rə bərabərdir - Ş.F.
878
məğlubiyyət və pərişanlıqla fərar vadisinə tərəf yollandılar,
mallardan göz çəkib, can qayğısına qalmağı qənimət bildilər.
Əliqulu xan qələbə çaldı. Şamlı qaziləri özbəkləri bir neçə fərsəx
təqib edərək, onların bir dəstəsini malları ilə birlikdə ələ keçirdilər,
zəfərlə geri döndülər. Mehrab xan isə bacarıqlı cavanların bir dəstəsi
ilə Təbəsdən Yəzd darülibadəsinə gəlməkdəydi. O, Xoranuq
kəndində geri qayıtmış özbək döyüşçülərinə çatıb cəngə başladı. Bu
dəfə də biyabırçı məğlubiyyət özbəklərə yol tapdı, bir çoxu qətlə
yetirildi, qalanları isə dağılışaraq susuz dağ və biyabanlara doğru
yola düşdülər. Mövlana Fəxrəddin Bafqı bir dəstə Bafq və Behabad
tüfəngçisi ilə onların ardınca gedib, çoxlarını ələ keçirdi. Can
qorxusundan dağ və biyabana üz tutanların əksəriyyəti susuzluqdan
həlak olub, canlarını oradan səlamət çıxara bilmədilər.
Xülasə, gələn özbəklərin az hissəsi qayıda bildi. Bu il yenə
də Əbdülmömin xan ləşkərinin bir dəstə özbəyi Əlixan Gəraylının
üzərinə hücum edib, onun bir neçə adamını qətlə yetirdi. Ruğd (?)
qalasına gələn Əli xan, oraya sığındı, bərk xəcalət və peşimanlıqla
orada yaşamağa başladı, axırda da öz cəzasına çatdı.
GÜNAHLARI BAĞIŞLANMIŞ HƏZRƏT CƏNNƏTMƏKAN
ŞAHIN MÜBARƏK NƏŞİNİN MÜQƏDDƏS MƏŞHƏDDƏN
İSFAHAN DARÜSSƏLTƏNƏSİNƏ APARILMASI VƏ
ALLAHIN İNAYƏTİ İLƏ MÜQƏDDƏS ŞƏXSLƏRİN
YANINDA DƏFN OLUNMASININ ZİKRİ
Birinci səhifənin əvvəlində belə yazılmışdı: İsmayıl Mirzə
öz hakimiyyəti zamanı cənnətməkan şahın mübarək nəşini
müqəddəs Məşhədə aparmış və bu xidməti Məşhəd hakimi
Mürtəzaqulu xan Pornak Herat bəylərbəyi Əliqulu xan Şamlı ilə
birlikdə yerinə yetirmişdi. [Şah Təhmasib] həzrət İmam Rzanın
müqəddəs rövzəsinə dəfn olunmuşdu. Oranın mütəvəlli və
xidmətçilərinin məsləhəti ilə onu düşmənlərdən qorumaq üçün üç-
dörd yerdə qəbir qazıldı. Əhali bir neçə gün həmin qəbirlərə göz
oldu. Həmin axşamı Mir Seyid Əli Mofzəl Astrabadi və Mir Seyid
Əli Sədr Şüştərinin arasındakı ixtilafı görən Şeyx Həsən Həffar*
Məşhədin müqəddəs hərəminin qapısını bağlayıb, mübarək zərihin
yanında başqa bir qəbir qazaraq, həmin qiymətli gövhəri o pak
torpağın sədəfində gizlətdi. Başqa qəbirlər torpaqla dolduruldu,
(şahın mübarək ayağının) aşağı tərəfində baş daşı ucaldıldı.
879
Mübarək qəbrin hafizləri** həmişə orada tilavət oxuyurdular.
Cənnətməkan şahın qəbrinə xidmət edən xadim qəbrin üstündə
şamlar yandırırdı. Əhali arasında həmin yer cənnətməkan şahın
qəbir yeri kimi şöhrət tapmışdı. Əbdülmömin xan müqəddəs
Məşhədi tutan vaxt həmin şərafətli büqə özbəklərin əlinə keçdi. O
aqibətsiz cahil adam, təəssübünün çoxluğundan həmin səfdə dəfn
olunmuş cənnətməkan şahın və səfəvi nejadından olan şahzadələrin
cəsədlərini qəbirlərindən çıxarıb onlara qarşı hörmətsizlik etmək
istədi və özbəklər həmin qəbirləri qazıb o əzəmətli şəxslərin bir neçə
çürük (zəmim) sümüyünü çıxardılar. Amma bir neçə ildən sonra o
azğın (zəlal) adamların biri Abdulla xana və Əbdülmömin xana belə
xəbər verdilər ki, bəs cənnətməkan şahın nəşi başqa bir yerdə dəfn
olunmuşdur. Mənim
605
isə məlumatım var ki, onlar bir
təəssübkeşin
606
təhriki ilə Dostum bahadır adlı bir özbəyi
göndərdilər ki, həmin yeri qazıb [cənnətməkan şahın] nəşini
[qəbindən] çıxarsınlar və Buxaraya aparsınlar, [mərhum şaha qarşı]
ürəklərindən keçən hər cür həqarəti (estexfaf) yerinə yetirsinlər.
Dostum bahadır əmr alaraq, həmin azğın (məxzul) adamla
birlikdə [qəbirdəki] nəşi o məkandan çıxarıb bir kisəyə qoydu və
kisənin ağzını müqəddəs Məşhəd hakimi Xudaynəzər bəy
möhürlədi. Həmin kisə bir müddət müqəddəs Məşhədin Cənabək
adlanan bir yerində saxlanıldı, sonra nəşi götürüb Mavərənnəhrə
getdilər. Əsl isfahanlı olan sərkarın ambardarı Pəhləvan Şahəlinin
oğlu Rzaqulu bəy [o vaxt] həmin yerdə idi. Dostum bahadır onun
evində mehman oldu. Rzaqulu bəy həmin nəşin aparılmasından
xəbər tutub Dostum bahadırı bir neçə gün də [öz yanında] saxladı,
onunla insani tərzdə davrandı. Bir gün söhbət zamanı Rzaqulu bəy
zarafatla dedi ki, əgər bu nəşi Tun və Təbəs yoluyla qızılbaşlara
aparsan, bu xidmətə görə Abdulla xan və Əbdülmömin xandan onun
on misli qədər pul ala bilərsən. Ənam və ehsan sözünü eşidən
Dostum bahadır dedi: "Mənim Mavvərənnəhrdə qohum-qardaşım
yoxdur və ora ilə elə bir bağlılığını da mövcud deyil. Əgər düz
deyirsənsə və dediyin sözün yerinə yetiriləcəyinə söz verirsənsə, elə
də edərəm". Dostum bahadır onunla əhd etdi, nəşi götürərək tez-
tələsik Təbəsə gətirdilər.
605
Yəni tarixçi İsgəndər Münşinin - Ş.F.
606
Yəni özbək sünnisinin - Ş.F.
880
Amma, Dostum bahadırsa belə deyirdi: "Mən bir yuxu
gördüm. Yuxuda həmin nəşin Mavərənnəhrə aparılması qadağan
olunur və onun İrana gətirilməsi tapşırılırdı. Mən bu hadisəni
Rzaqulu bəyə deyib, ondan kömək xahiş etdim, onunla birlikdə nəşi
götürüb yola düşdük". Təbəsə çatdıqları vaxt Təbəs hakimi Mehrab
xan Qacar onlara çoxlu hörmət edib, məsələni şaha çatdırdı.
Əlahəzrət zilləlah şah bu xoş xəbərdən şadiman oldu və belə bir
hümayun hökm sadir oldu: Təbəsdən İsfahan darüssəltənəsinədək
nəşi aparıb ehtiramla çatdırsınlar. Ali əmrə görə, gedib çatdıqları hər
vilayətdə onları qarşıladılar, piyada halda nəşi çiyinlərinə qaldırıb
mənzil başına çatdırdılar, həmin pak cəsədi gətirmiş Rzaqulu bəyə
və Dostum bahadıra layiqli xidmətlər göstərildi. Beləliklə, onlar elə
ki, İsfahana yaxınlaşdılar, əlahəzrət [şah] bütün əmirlər, dövlət
başçıları və əyanlarla piyada halda onları qarşıladı, həmin cənazani
çiyninə götürüb şəhərə çatdırdı, onu iki ali qədir-qiymətli
imamzadənin dəfn olunduğu İmame-sacedin və qiblətül-arifin olan
İmam Əli Zeynalabdin əleyhüssalamın şərafətli büqəsində yerə
qoydular. Əhali o cənazənin ziyarətinə axışdı. Doğru və yalan
ehtimal olunan bu xoş xəbər məmləkətlərin hər yerinə yayıldı.
Amma, vaxtm məsləhətinə görə, həqiqət olub-olmamasından asılı
olmayaraq cəsədin şaha məxsus olması təsdiqləndi. Çünki,
Əbdülmömin xan müqəddəs Məşhədi tutduqdan sonra, aşağı səfdə
dəfn olunmuş cənnətməkan şahın və şahzadələrin bir neçə çürük
sümüyünü qəbirdən çıxarıb, onları həqarət altına qoymuşdu. Buna
görə də, əzəli istək belə oldu ki, o bədnamlığın əvəzi gərək o
həzrətin pak cəsədi üstündən götürülsün, çünki həmin dindar və pak
etiqadlı seyid bir padşahın ehtiramsızlığına yönələn hər hərəkət
İlahinin dərgahında bəyənilən hərəkət deyildir, qoy bütün insanlara
aydın olsun ki, o mübarək cəsədə qarşı təhqirə yol vermək ədəbdən
kənar bir əməldir.
Sözün qısası, Dostum bahadır və Rzaqulu bəy, dərgah
mülazimləri silkinə daxil edildilər, həddən artıq ənamlarla
mükafatlandırıldılar. Hökm olundu ki, bütün əmirlər, qızılbaş
əyanları və bu sülalənin tərəfdarları onlara ehtiram etsinlər.
[Beləliklə,] xidmətləri layiqincə qiymətləndirildi. Həmin pak nəşi
isə müqəddəs adamların məzarları olan, lakin gizli məsləhətlərə görə
məxfi saxlanılan yerə aparıb, şərafətli bir məkanda dəfn etdilər.
Amma, Xorasanın fəthindən sonra mən, [yəni] bu sətirlərin
müəllifi, Şeyx Həsən Həffardan eşitdim ki, belə deyirdi:
881
"Cənnətməkan şahın mübarək qəbrinə (həriminə) naməhrəm əli
dəymədi".
Misra
Dəfn olundu və möhürləndi qəbir.
607
Buraya (Məşhədə - Ş.F.) gətirilən həmin nəş isə müqəddəs
rövzənin nurlu və ətirli seyidlərinin birinin nəşi idi ki, cənnətməkan
şahın pak ruhunun sayəsində düşmənlərin fitnə və şərindən uzaq
oldu və elə bir şərafətli məkanda dəfn olundu.
Misra
Nə xoş səadəte-dünyavü din, nə xoş yardım!
608
ALLAHIN TƏQDİRİ İLƏ BU İL BAŞ VERƏN
MÜXTƏLİF HADİSƏLƏRİN BƏYANI
Bu il aləmpənah dərgaha aləmin hər yerindən elçilər
gəldilər, onların bəzisi Qəzvində, bəzisi isə İsfahanda şahla görüş
səadətinə yetişdilər. Ali dərgahda o elçi və mehmanlarla birlikdə elə
bir məclis təşkil olundu ki, keçmiş vaxtlarda elə məclislər az
keçirilərdi. Hər diyardan gətirilən töhfə və hədiyyələr [şaha] təqdim
olundu. Onlardan Hindistan məmləkətlərinin uca məqamlı, Firidun*
bargahlı hökmdan Cəlaləddin Məhəmməd Əkbər padşahın elçiləri
Mirzə Ziyaəddin Kaşi və Əbu Nəsr Xafi idilər ki, onlar yeddi il
bundan əvvəl Hindistana göndərilən Yadigar Sultan Rumlu ilə
gələrək həmin darüssəltənədə şahla görüş səadətinə çatdılar. Kaşan
qazisi Mir Rəfiəddinin oğlu olan Mirzə Ziyaəddin iyirmi beş ilə
yaxın idi ki, Hind vilayətinə getmiş, o əzəmətli padşahın (Hindistan
padşahının - Ş.F.) mülazimləri silkinə daxil edilmiş və orada tam
ixtiyar sahibi olmuşdu. Əbu Nəsr isə Xaf vilayəti əhalisindəndir. Bu
yaxınlarda onların hər ikisi Yadigar Sultan Rumlu ilə birlikdə
607
Misranın farscasr.
Be həman mohr-o neşanəst ke bud.
608
Misranın farscası:
Zəhi səadəte-donya vo din, zəhi tovfiq!
882
[Hindistandan] İran elçiliyinə göndərildilər, Kələç-Mükran yoluyla
Kirmana və oradan da bu səadət aşiyanlı dərgaha gəldilər.
Fərmana əsasən Qəzvinin Səadətabad meydanı çırağban
olundu, bazarları bəzədilər. Əlahəzrət elçilərə bir neçə gün [həmin]
meydanda ziyafət (tuy) verib, izzət və ehtiram göstərdi. Onlar Şeyx
Mübarəkin oğlu Şeyx Əbülfəzl tərəfindən ürəkaçan böyuk məhəbbət
və dostluqla yazılmış bəlağət üslublu məktubu şahın nurlu nəzərinə
yetirdilər, dağ peykərli dəvələrlə gətirdikləri töhfə və hədiyyələri
Səadətabad meydanında hümayun şaha göstərdilər.
Meydandakı seyr və söhbətlərdən sonra şahın xatirinə
İsfahanın seyrini etmək və Nəqşi-cahanın* işrətli saraylarını görmək
düşdü və işrət və kamranlıqla o istiqamətə rəvan oldu.* Həmin
behişt nişanlı məkanda, ətraf yerlərə göndərilmiş elçilər bir-bir
gələrək, şahla görüşməklə müşərrəf oldular. Onların biri Əsəd bəy
Kürqıraq (?) Təbrizidir ki, bir neçə il bundan əvvəl elçi sifətilə
Hindistanın Dekən vilayətinin əzəmətli sultanlarının yanına
getmişdi. O, oradan bu il qayıtdı, özü ilə hind malları dolu yüklər
(barxane) və layiqli peşkəşlər gətirdi. Herat hakimi Mir Qulbaba
Kukəltaşın yanına elçi gedən İslam bəy Yüzbaşı Şamlı [da] gəlib
çıxdı. Şahla görüşə gəmiş yüzbaşının elçiləri də gətirdikləri töhfə və
hədiyyələri ona göstərdilər və şahanə nəvazişlərlə sərəfraz oldular.
Aydın idi ki, Mir Qul-babanın əlahəzrətlə ülfət və dostluğu Abdulla
xanın əmri və işarəsi ilə yerinə yetirilmişdi. Abdulla xan dostluq
qapılarını açdığı üçün əlahəzrət də, zamanın qayda-qanununa riayət
edib, xan ilə yazışma qapılarını açdı. Məhəmmədqulu bəy
Əreykərlini (?)
609
oraya elçi təyin etdi və onu Mir Qulbabanın
buraya göndərilən adamlarıyla oraya göndərdi. Həmçinin əzəmətli
Gürcüstan sultanlarının elçiləri gələrək, şahın sonsuz nəvaziş və
iltifatına yetişdilər və geri döndülər.
Bu ildə baş verən hadisələrdən biri də budur: Bağdad
darüssalamının bəylərbəyisi tərəfindən söz-söhbətli bir elçi də gəldi,
öz bağlılığını və sədaqətini ərz etdikdən sonra Gilan valisi Xan
Əhməd xanın vəfatı xəbərini çatdırdı. O, İstanbulda təbii əcəllə
dünyadan köçmüşdü.
Bəxtiyarı lurlarının ata-babadan mir və mirzadələrindən
olan Əmir Tacmir Bəxtiyari indiyədək xilaf səhrasının vəhşisifət
məxluqları kimi heç kim tərəfindən hələ ram edilməmişdi. O,
609
Bəlkə də "Ərəbgirli" olmalıdır - Ş.F.
883
səmimiyyət və sədaqətlə dərgaha gələrək ləyaqətli peşkəşlər təqdim
etdi, keçən əyyamda etdiyi qüsurlara görə üzr istədi, bundan sonra
[şaha]
xidmət
edəcəyini
boyun
oldu,
faxir
xələtlərlə
mükafatlandırıldı, istəyinə yetdikdən sonra geri qayıtmağa rüxsət
aldı.
Bu ilin başqa bir əhvalatı [isə] təkəli tayfasının şah
qəzəbinə düçar olması və qətl edilmələridir. Cənnətməkan şahın
dövründə Üləma və Qazi xan bu dövlətdən üz çevirib Ruma
getdilər. Onlar öz hakimləri olan Məhəmməd xan Şərəfəddinoğluya
qarşı müxalifət edərək İraqi-Ərəb vilayətini və Bağdadı Rum
xandgarı Sultan Süleymana verdilər. Onlara nəvvab Sultan Həmzə
Mirzənin də diqqət və hörməti yox idi. Fərhad xan bu il fəth üçün
göndəriləndə, şaha ərz etdilər ki, təkəli tayfasından bir neçə adam
Məlik Bəhmənin mülazimi olmuş və Amel qalasını əllərində
saxlamaqdadırdar. Bu xəbər şahın qəzəb atəşini şölələndirdi və o,
həmin tayfanın qətli-am olunmasına fərman verdi. Qərara alındı ki,
o tayfanın hər bir üzvü, harada olursa-olsun, o yerin hakimi
tərəfindən qətlə yetirilsin və əmlakları müsadirə olunsun. Onların
əksəriyyəti Həmədanda və Əlişəkərdə yaşadığından, bu barədə
şərafətli hökm Həsənəli xan Çekəninin adına sadir olundu, o da
həmin tayfanın çox üzvünü ədəm yoluna yolladı. Bu hadisə zamanı
ədəm yolunu qət edən o tayfanın əzəmətli adamlarından biri
Müseyib xan Şərəfəddinoğlunun oğlu Mustafa xandır. Şahın qəzəb
atəşi yatdıqdan sonra Vəli bəyə və başqa təkəlilərə rəhm olundu və
sağ qalmış təkəli qorçiləri yenə də əvvəlki kimi qorçi oldular.
Dostları ilə paylaş: |