Ölümlər
Bu il baş vermiş iqbal hadisələrindən biri də Sultan Heydər
Mirzə ibn Sultan Həmzə Mirzənin vəfatıdır. O, bu diyar
müsəlmanlarının
vəziyyətinin qayğısına qalaraq
İstanbula
göndərildi. Sultan Heydər Mirzə bu dövlətin çöhrəsinin xalı
olduğundan, layiq deyil ki, səfəvi şahzadələrinin və pak etiqadlı şiə
seyidzadələrinin biri Rum ölkəsindəki məzhəb müxalifləri arasında
övlad və nəsil (əqab) sahibi olsun, yaxud olmasın
610
[Heydər Mirzə]
hələ övlad və nəsil dünyaya gətirməzdən əvvəl İstanbulda taun
xəstəliyindən vəfat etdi: Bu müqəddəs dudmanın tərəfdarları və
610
İfadənin ərəbcəsi: "ləm yəzəl lə yəzəl".
884
bütün İran əhalisi bu hadisəni bu kəramətli xanədanın dövlət və
iqbalının sonu kimi dəyərləndirdi, həmin mərhum şahzadənin
qəziyyəsindən kədərləndi.
Bu ildə baş vermiş hadisələrindən biri də Əliyar xan
Əymurun Astrabad yaxınlığında vəfatıdır. Astrabadın kuklən (?),
oxlu və siyahpuşlar tayfaları içərisində ən gözəl çöhrəli (səbihül-
vəch) cavan olan Əliyar xanın oğlu Məhəmmədyar atasından üz
döndərib (xayef), Astrabadın əzəmətli seyidləri zümrəsindən olan
Mir Ziyaəddinin oğlu Mirzə bəy Fendereskinin vasitəsi ilə bu
vəlayət nişanlı dudmanın tərəfdar və xeyirxahları içərisində hamıdan
baş oldu. O, ali dərgaha üz tutub, İsfahan darüssəltəsində şahla
görüş şərəfinə yetdi. Birinci səhifənin əvvəlində cənnətməkan şah
dövründə baş vermiş hadisələrdən yazılarkən deyilmişdi ki,
sayinxani türkmanları Xarəzm sultanlarına aid idilər və Astrabad
hüdudunda, Ətrək və Gərgan çayları arasında yaşayırdılar. O təbəqə
zümrəsindən olan əymur tayfası sayinxani qəbilələri arasında
başqalarından az olmalarına baxmayaraq, Əliyar xan öz əqli, biliyi,
inkişafı və bacarığına görə xeyli irəli getmişdi və başqa qəbilələr də
onu böyük kimi tanımışdılar. Bu tayfanın bir neçə üzvü
cənnətməkan şahın dövründə Gərgan çayı kənarına gəlmiş və orada
əkinçiliklə bərk məşğul olmuşdular. Onların bəziləri bəzi vaxtlarda
Astrabad hakimlərinə tabe olub onlara əkinçilik məhsulları vermiş,
bəzi vaxtlardasa üsyana qalxmışdılar. Onların cahil və azğın
adamları bu məmləkət adamlarına qarşı əliuzunluq da edirdilər.
Cənnətməkan şahın vəfatından sonra qarışıqlıq düşən vaxt
qızılbaşlardan heç kim Astrabadda qala bilmədi. Oranın hər bir
bölüyündən (bəluk) əyanların hər biri siyahpuşluq qaydasına əməl
edib, sayinxani türkmanlarını dəf etmək və öz mallarını qorumaqdan
ötrü qala inşa etmiş, çoxlu tüfəngçi və kamandar toplamışdılar.
Onların mənəm-mənəmlik sədaları başqalarının qulaqlarına da
çatmışdı. Adı çəkilən Əliyar o tayfa ilə aqilanə tərzdə davranaraq,
ona verilən azacıq hədiyyə və kiçik xidmətlərlə razılaşır, onlarla
qarşıdurma yaratmırdı. Ali hümayunun hakimiyyəti vaxtı özbəklər
Xorasanda iqtidar bayrağı qaldırdılar, Astrabada bitişik olan Xarəzm
vilayəti də daxili fitnə-fəsad nəticəsində Mavərənnəhr özbəklərinin
əlinə kcçdi. Əlahəzrət, özbəklərlə həməqidə və həmməzhəb olan
yəqə türkmanlarının onların istəyi ilə Astrabada yol tapmalarından
ehtiyatlandı. Buna görə də o, Mirzə bəyin vasitəçiliyi ilə ali dərgaha
gedib-gələn Əliyarla zəmanəyə uyğun hərəkət edib, Astrabad əyaləti
885
idarəçiliyini ona verilməsi hökmünü çıxardı, onunla sülh təriqi ilə
davrandı. Əliyar buna sevinib şəhərə darulğə yolladı, özü isə Gorgan
hüdudunda iqamət edərək siyahpuşlarla yaxşı münasibətdə
yaşamaqda davam etdi. Məhz onun bacarığına görə Astrabad əhalisi
başqa sayinxani qəbilələrinin şərindən mühafizə olunurdu. Bu
minvalla bir neçə il keçdi. Onun bu tədbiri ümumiyyətlə təqva əhli
olan, hamısı taət və ibadətə bağlı Astrabad əhalisini razı salır,
münasibətlərini yaxşılaşdırırdı.
Xülasə, Əliyar xan vəfat etdiyi vaxt onun oğlu ali dərgaha
gəldi, şah yenə də ehtiyatı əlində əsas tutaraq Astrabadın idarə
olunması hökmünü elə atası [Əliyar kimi] Məhəmmədyar xanın
adına sadir etdi, ona çoxlu nəvaziş iltifat edərək həmin məkana
rəvan etdi.
Bu ildə baş vermiş ölüm hadisəsindən biri də Ağa Şahəli
Dövlətabadi İsfahaninin vəfatıdır. O, mustovfiülməmalik idi. Cah-
cəlal ordusu İsfahana gəldiyi vaxt mustovfi zatul-cənb*
xəstəliyindən dünyadan köçdü. O pəhrizkar, nəfsitox adamdı. Orada
işlədiyi vaxtlarda əhali ilə yaxşı davranırdı. Soyaq elmində və yazı
yazmaqda misilsiz bir mühasiblər ustadı (üstadül-mühasebin) idi.
İstedad sahiblərinin birisi bu qitəni onun [maddeyi-]tarixi kimi
demişdir:
Qitə
Mustovfisi İranın şahının
Düzgünlük olan məkanə getdi.
Xəlq ağladı, zar-zar sədası
Yeddinci o asimanə getdi.
Əhd eylədi qəlbi ki, yox olsun
Və meyli onun o yanə getdi
Bir nöqtəni “qaf” itirdi, dindi:
"Qanune-hesab talanə" getdi.
611
611
Qitənin farscası
Mustovfiye-padşahe-İran
Əz dəhr becaye-rastan rəft.
886
Bu [maddeyi-]tarixdən məqsəd "qaf” sözündəki iki
nöqtədən birinin yox olmasıdır ki, bunu [əbcəd hesabı ilə]
hesabladıqda alınan ədəddən "iyirmi" rəqəmi azalır və mustofinin
ölüm tarixinə müvafiq olan "min beşinci" il alınır. Şah onun
ailəsinin qayğısına qaldı və mustovfilik mənsəbini onun qardaşı Ağa
Mirzə Əliyə verdi.
ƏLAHƏZRƏT ZİLLƏLAH ŞAHIN CÜLUSUNUN ON
BİRİNCİ İLİNƏ TƏSADÜF EDƏN TÜRKİ XORUZ İLİNƏ
BƏRABƏR MİN ALTINCI (MİLADİ 1597/98) XOŞ AMALLI
İLİN BAŞLANMASI
Bu hümayun fallı sevinc ilinin novruzu səban ayının
ikisinə, (miladi 1598, 10 mart) cümə gününə təsadüf etdi. Fələk
iqtidarlı kamkar şəhriyar, yəni əlahəzrət zilləllah şah Qəzvin
darüssəltənəsindəydi. Hava baharın istəyinə xilaf çıxıb, bəzi
adamların qara bəxti kimi qaraldı, buludun gözü bir ləhzə belə
ağlamağını saxlamadı. Şaxta qış fəslində olduğu kimi şiddətləndi.
Asimandan davamsız yağan qarın çoxluğundan əhali bir neçə gün
novruzu bayram edə bilmədi. Şaxta qoşunu məğlub olandan sonra
güllərin qalibiyyətli ləşkəri baharın işrət mülkünə toplaşdı və
şadmanlıq iqliminin hökmranı oldu. Dünya şəhriyarının fərmanı ilə
mübarək dövlətxananın Çehelsütun sarayında behiştə bənzər məclis
quruldu, ətraf yerlərin sultanları və sultanzadələri, həmçinin ali
sarayda olan elçilər həmin məclisə gəldilər, şahanə söhbətlər
başlandı. Səadət əyyamının müxtəlif təbəqədən olan insanları görüşə
gələrək novruzu təbrik etdilər.
Belə bir vəziyyətdə, bu xoş fallı ilin əvvəlində, tale və iqbal
səadətinin şərqində parlaq bir ulduz göründü, yəni Allah-təala Cəm
məqamlı şaha "ləm yəlid və ləm yuləd"
612
evindən əziz (ərcomənd)
Z-in vaqee şivəne xəlayeq
Əz qosse be həftom asiman rəft.
Del mitələbid sale-fovtəş,
Dər bəhre-soxən be fekre an rəft.
Yek noqte ze qaf sər zəd-o qoft:
"Qanune-hesab əz miyan rəft".
612
Quranın bir surəsindən. Tərcüməsi belədir: "O doğmamış və doğulmamışdır" -
Ş.F.
887
bir fərzənd əta etdi və həmin səadətli uşaq Mirzə Sultan Məhəmməd
adlandı. Bu xoş xəbəri bildirməkdən ötrü məmləkətlərin hər yerinə
carçı (monhi) göndərildi, bir neçə gün şadimanlıq nağaraları çalındı,
böyük-kiçik, cavan-qoca adamlar o xoşbəxt mövludun səadətli
qədəmlərini təbrikə başladılar, eyş və şadimanlıqla məşğul oldular.
Əlahəzrət hər gün öz şərif vaxtını Səadətabad meydanında çovkan
və qəbəqəndazi oyunlarına sərf etdi, dincəldi və sevindi. Bu işlər
bitdikdən sonra özünün gözəl rəyi və uzaqgörən fikri ilə din və
dövlət işlərini nizamlamağa, habelə mülk və millət işlərini
tənzimləməyə davam etdi, səltənətin zəruri məsələləri ilə məşğul
oldu.
Bu ilin əvvəllərində özbəklər ayaqlarını mötədillik
dairəsindən kənara çıxarıb, iki tərəfdən məmləkətlər üzərinə
soyğunçuluğa keçdilər. Onların talanları Xorasandan İraqa qədər
uzandı. Özbək döyüşçülərinin bir neçəsi Bəstama və Damğana
gəldilər, onların bəziləri qarətdən ötrü müxtəlif mahallara
dağılışdılar, bəziləri isə yoldaşlarına kömək pusqusunda durdular.
Həmədanın idarəsindən çıxarılandan sonra Bəstamın hakimi olmuş
Hüseyn xan Çekəni, həmçinin o zaman Bəstamda olub yollara
nəzarət edən Amir Mirzə Əli bəy Ərəb ehtiyat ipinin ucunu əldən
verdi, onlar qarətgər özbək ləşkəri gəldikdən sonra özlərinə ləşkər
toplamaq əvəzinə bir neçə adamla onlardan müdafiə olunmaqdan
ötrü atlarını irəli sürdülər. Pusquda dayanan özbəklərin bir hissəsi
onların dəstəsini parçaladılar, bir çoxlarının həyatına son qoydular.
Xeyli döyüşən Həsənəli xan və Mirzə Əli Ərəb qaçılmaz
ölüm şərbəti içib ədəm yoluna yollandılar. O qarətgərlərin başqa bir
dəstəsi isə Damğanın Kuhərz biyabanı yoluyla Tərşiz yolunu
kəsdilər. Onların qarətkarlıqları Arana və bir yanı Kaşanın Bilgelinə
bitişik olan yerlərə də yayıldı. Semnan daruğəsi də Həsənəli xan
kimi ibrət dərsi ala bilməyərək, əksəriyyəti Semnan taciklərindən
(tazik) ibarət bir neçə adamla onların dallarınca atlanıb səhraya
yollandı. Geri dönən özbəklərlə onların arasında bərk vuruş oldu.
Daruğə heç bir iş görə bilmədi və semnanlılar məğlub olub pis hala
düşdülər.
Amma, Çeşmqəzək əmiri Şahəli xan Xar ülkasında bundan
xəbər tutub Çeşmqəzək qaziləri ilə onların təqibinə yollandı, səhrada
onlara çatdı və cəngə başladılar, bir neçə özbək bahadırını atdan
salıb həlak torpağına endirdilər. Özbəklər müqavimətə tab
gətirməyərək məğlubiyyətə uğradılar, halları pisləşdi, qarət etdikləri
888
mallardan əl çəkdilər, fərar yoluna düşdülər. Onların qənimətlərini
geri qaytaran Şahəli xan zəfərlə geri qayıtdı, qətl olunanlarm
başlarını və əsir götürülən özbəkləri aləmpənah dərgaha gətirdi.
Bu hadisədən sonra özbəklər ayaqlarını ətəklərinə yığıb,
başqa yerlərə əliuzunluq etmədilər. Amma, ehtiyatkarlığı əldən
verməməkdən, habelə özbəklərin əlini bu yerlərdən çəkməkdən,
həmçinin həmin sərhəddə fitnə-fəsadla məşğul olan Əlixan
Gəraylının üsyanının qarşısını almaqdan ötrü gərək bir dəstə
müzəffər qızılbaşı Bəstama tərəf göndərəydilər ki, Xorasan
hüdudundan xəbərdar olsunlar, Əlixanın fitnəsini dəf etməyə
başlasınlar. Bəstam əyaləti Həsənəli Çekəninin qardaşı Bayraməli
Sultana, Gəraylı elinin əmirliyi isə o tayfanın köhnə mirzadələrindən
olan Mirzə Əli Xəlifənin oğlu Dərviş Əli Xəlifəyə verildi.
Qum hakimi Hüseyn xan Şamlı, Durmuş xan Şamlunun
nəvvadəsi Vəlixan Mirzə və Rey hakimi Hüseyn xan Müsahib
Qacari qoşun bəzəyərək Bəstama göndərdilər. Belə qərara alındı ki,
Xorasanın Qəllat qalasınadək gedib, Bəstam çəmənində dayansınlar,
əgər özbəklər əliuzunluq etsələr müdafiəyə başlasınlar, Xorasanın
hər tərofindən xəbordar olsunlar. Məhsullar yığılıb, qalalara ərzaq
ehtiyatı daşındıqdan və müxaliflərin zərərindən xətircəm olduqdan
sonra qərar belə oldu ki, Hüseyn xan Qacar öz ülkasına, Qum
hakimi Hüseyn xan isə şamlı camaatı ilə Gəraylı elinə getsin, oranı
Əlixanın əlindən alsın, Dərviş Əli Xəlifəni o vilayətin hakimliyi
taxtına əyləşdirsinlər. Əzəmətli əmirlər əmrə əməl edib o yerdən
xətircəm oldular. Hüseyn xan Qacar geri qayıtdı, Hüseyn xan Şamlı
isə fərman alıb həmin qalaya yollandı, bu qüvvətli dövlətin gücü ilə
oranı alaraq Dərviş Əli Xəlifəyə verdi, məramına yetərək ali saraya
qayıtdı, şahanə nəvazişə layiq görüldü. Əlixan Gəraylı isə iztirabla
qaladan əl üzüb həmin hüdudda çaşqınlıqla dolaşırdı. Gəraylı
bəyləri və ağsaqqalları şahsevənlik elan edərək ondan ayrılıb Dərviş
Əli Xəlifənin xidmətinə gəldilər. Əlixan Gəraylı bu dövlətlə
müxalifət etməkdən peşiman olub, nəsə bir çarə axtarmaqdaydı. Öz
etibar ipini əlindən verdiyi üçün haramnəməkliyə qurşandı, əməlinin
cəzasına giriftar oldu. Hümayun cülusdan bu günədək İlahinin istəyi
şaha tərəf olduğundan fəthlərin qapıları bu əbədi dövlət övliyalarının
üzünə açılmış oldu.
Amma, bu mübarək ildə bir neçə qələbə üz verdi, keçmiş
illərdəkilərdən də çox İlahi lütf küləkləri hərəkətə gəldi, bütün
Təbəristan vilayəti, Mazandaranın uca qalaları, həmçinin Rüstəmdar
889
və Luristan ülkası bu qüvvətli dövlət övliyalarının əlinə keçdi, üsyan
ohli olanlar, xüsusib Əlixan Gəraylı, Kəcur və Lahican məlikləri,
Luristan hakimi Şahverdi xan giriftar oldular ki, bu il hadisələrin
sonunda yazılacaqdır, inşaallah.
RÜSTƏMDAR VİLAYƏTİNİN FƏTH OLUNMASI, HƏZRƏT
YARADANIN İNAYƏTİ İLƏ O VİLAYƏT QALALARININ
VƏ MƏLİKLƏRİNİN TUTULMALARINİN ZİKRİ
Gilan və Mazandaran arasında yerləşən Rüstəmdar vilayəti
Mazandaranın Amelindən Gilanın Tənkabonuna qədərki ərazini
əhatə edir. Eni Dəmavənd dağından Xəzər dəryasının kənarına
qədərdir. Abbasiyyə xəlifələrinin dövründə* bütün Rüstəmdar
vilayəti ətraf yerləriylə birlikdə Məlik Kəyumərs ibn Bistun ibn
Göstəhəmin əcdadının zəbti altındaydı, onların nəsəbi Camasb
Nuşirəvanın əmisi ibn Firuz ibn Qubad Sasaniyə çatırdı. Zaman
ötdükcə oranın bəzi mahallarına, xüsusiylə qədim vaxtlarda
Rüstəmdarın hakimneşini və paytaxtı olmuş Ruyan şəhərinə
dağıntılar yol tapmış, bu vilayətin bəzi yerləri isə, İran sultanlarının
işğalı altına keçərək, İraqa daxil olmuşdu. Rüstəmdarların
əllərindəsə Lahican, Nur və Kəcur qalmışdı ki, onlar da məliklərin
övladları arasında, yuxarıda yazıldığı kimi, bölüşdürüldü.
Cənnətməkan şahın dövründə onların üç təbəqəsi hökümət
və mülk işlərində oldu. Qədimdən Kəcurun tabeliyindəki Lahican
valisi Məlik Bəhmən, Nur valisi Məlik Əziz, Kəcur valisi Məlik
Sultan Məhəmməd. Əlahəzrət hümayun zilləllah şahın cülusu
zamanı Məlik Sultan Məhəmməd və Məlik Əziz artıq ölmüşdülər,
hər iki məlikin adları Cahangir olan oğlanlarının hər biri özlərinin
irsi mülklərinə sahibləndilər, hümayun ordu Lar yaylağında olanda
onların hər ikisi ali saraya gələrək mülazimətə yetişdilər vo
padşahhq sənədi aldılar. Nur valisi əmin-amanlıq xoşlayan bir dərviş
idi. O öz ülkasını peşkəş etdi və xahişinə görə Savənin bir məhəli
ona iqta kimi verildi, elə orda da öz təbii əcəli ilə öldü. Kəcur
hakimi Məlik Cahangir şahın xüsusi yaxınları və məclis iştirakçıları
silkinə daxil idi. Yaxın adamlarının həsədinə tuş gələn məlik hələ öz
irsi mülkündə əyləşmişdi. Onun vəziyyəti haqqında Məlik Bəhmən
övladının təsvirindən sonra məlumat veriləcəkdir, inşaallah.
Xülasə, yuxarıda yazıldığı kimi, Məlik Bəhmən öz savabsız
əməllərinin cəzasına gəldikdə onun on yeddi yaşlı böyük oğlu Məlik
890
Keyxosrov öz qardaşları və ev adamlarıyla (əhli-beyt) Doşmənkur
qalasındaydılar. Onlar öz xəzinə və dəfinələrini oraya aparmışdılar
və düşünürdülər ki, qala onun və övladının əlində qaldıqca onlara
hcç bir sədəmə yetməyəcəkdir.
Amma, Məlik Keyxosrov atasının vaqiəsindən sonra
padşah qəzəbi barədə çox düşündü. Onun şahla müxalifət etmək
qüvvəsi yox idi. Məlik Bəhmənin mülazim və təbəələri onun
yaramaz əməllərindən və zülmkarlığından elə incik idilər ki, məlikin
yoxluğunu özlərinin rahatlıqları bilib, qalanı mühafizə etmək və
onun fərzəndlərini qorumaq istəyində olmadılar. Sözün qısası, Məlik
Keyxosrov çarəni ali saraya getməkdə görüb, öz sülaləsinin bir neçə
ağsaqqalı ilə cahanpənah dərgaha gəldi, şahla görüş səadətinə
yetişdi. Boyun oldu ki, qalalarını ali divana təhvil versin. Şamlı
tayfasının böyüklərindən və şaha yaxın adamlardan olan
Məhəmməd bəy Biqdeli Məlik Bəhmənin malının zəbtinə, onun
qalalarının və fərzəndlərinin həbs edilməsinə rəvan oldu, qüvvətli
dövlətin qüvvəti ilə möhkəmlikdə dünyada məşhur olan Lahican və
Doşmənkur qalalarını tutdu, Məlik Bəhmənin pullarını, qiymətli
mallarını, tüfəng və başqa silahlarını, qala ləvazimatlarını, amirlik
və böyüklük rəmzi olan başqa yaraqlarını zəbt edərək, onları onun
təbəələri və fərzəndləri ilə birlikdə Qəzvin darüssəltənəsinə gətirdi.
Əlahəzrət şah Məlik Sultanhüseynə vəd etmişdi ki, əgər
Allahın inayəti və istəyi ilə Məlik Bəhmən ələ keçərsə, həmçinin
onun qalaları və fərzəndləri tutularsa, onların hamısı ona
veriləcəkdir. Allahın istəyi sayəsində elə də oldu, Məlik Bəhmənin
savabsız əmməllərinin mükafatı onun iki oğluna da yetişdi, onlar
padşahın qəzəbinə giriftar oldular, bütün kişi və qadınlarını Məlik
Sultanhüseynə verdilər, o da Allahm təqdiri ilə öz lazımi qisasını
aldı. Ləvasan ülkası Məlik Sultanhüseynə verildi, Lahican isə
qızılbaş hakiminin tiyulunu çevrildi və beləliklə, həmin sülalənin
hakimiyyəti bitdi, əməllərinin mükafatı kimi ailə üzvləri fənaya
uğradı. Məlik Bəhmən qəddar adamdı, az günah müqabilində çoxlu
cəza verirdi. Onun zindanında elə adamlar vardı ki, kiçik bir xətaya
görə iyirmi il, otuz il həbsdə saxlanırdılar. Bir şəxs belə danışırdı ki,
atasının və qardaşının intiqamını almaqdan ötrü bir qadını bir neçə il
zindanda saxladı və o qadının ömrü zindanda da tamam oldu.
891
KƏCUR VİLAYƏTİNİN FƏTHİ VƏ
MƏLİK CAHANGİRİN ƏLƏ KEÇMƏSİNİN ZİKRİ
Bundan əvvəl yazılmışdı ki, Məlik Cahangir şahın
mülazimətinə gedib izzət və ehtiramla qarşılanmış, əlahözrət
məlikdə divanə bir sadəlövhlük gördüyü üçün ona böyük şəföqqətlə
yanaşmışdı. Amma, cəhalət vö divanəliyi ona üstün gəldiyindön boş
vahiməyə düşərək, izzət və etibara nail olduğuna baxmayaraq, şah
astanasından dəli kimi üz çerirdi, saraydan fərar edib Kəcura getdi,
qalalarını möhkəmlədib üsyan yolunun yolçusu oldu. Hümayun
hökmdar Lahican qalalarının fəthindən və Məlik Bəhmən
övladlarının tutulmalarından xatircəm olduğu üçün, Kəcuru almaq
və o aqibətsiz sərxoşu ələ keçirmək qərarına gəldi, Allahqulu bəy
Qorçibaşının sərkərdəliyi ilə əzəmətli qorçilərə bu işi yerinə
yetirmələrini tapşırdı, onlar da Qəzvin darüssəltənəsindən çıxaraq
həmin istiqamətə yollandılar. Məlik Cahangir "Marankuh"
613
adı ilə
məşhur olan Kəcur qalasına sığındı, əzəmətli qorçilər həmin qalanı
mühasirəyə aldılar, qalatutma işlərinə başladılar. Xasseyi-şərifə
topçuları qala ayağında böyük top töküb, onu qalaya tuşladılar.
Tərəflər arasında hər gün savaş gedirdi. Mühasirə müddəti dörd aya
qədər uzandı. Bu əsnada təəccüblü bir hadisə baş verdi.
Rüstəmdarlar [qızılbaşlara qarşı] hiyləgərliyə (ğədr) başladılar,
onların bu niyyəti gizli qalmadı. Məsələ belə olmuşdur: O yerin
qalalarının birində bir neçə əzəmətli məliklər məsləhətləşdilər və
belə xəyala düşdülər: [Qorçilər] ləşkərinin sərdarı olan qorçibaşını
hiylə qılıncı ilə öldürüb, Marankuh qalasında mühasirədə qalanları
mühasirə əziyyətindən azad etsinlər.
[Beləliklə] onlar itaət və şahsevənlik izhar edərək əlli
nəfərədək adamlarıyla birgə qalalarından çıxıb qorçibaşının yanına
gəldilər və Marankuh qalasının fəthi xüsusunda ona vəd verdilər.
Qorçibaşı məsələni ali saraya ərz etdi və onlara gözəl libaslar inayət
olundu, şahanə nəvazişlərlə şərəfləndilər.
Amma, əlahəzrət qeyb aləminin ruh verən ilhamı (elhame-
molhəm) ilə qorçibaşıya tapşırdı ki, rüstəmdarlıların məkr və
hiyləsinə inanmayıb ehtiyatkarlığını əldən verməsin.
Qalalardan gələnlər əyinlərinə dövlətxahlıq libasları
geyinərək bir neçə vaxt qızılbaş ordusunda qaldılar. Onlar hər gün
613
Marankuh-farsca "İlanlar dağı" deməkdir - Ş.F.
892
qorçibaşının çadırına (xərgah) gəlib, qalanın işinin bitməsi
xüsusunda tədbir tökür, fürsət gözləyirdilər. Qorçibaşı əql və
biliyinin çox olmasına baxmayaraq onlara aldanıb, sözlərinə
inanmaqdaydı. O hamama getdiyi gün qalalardan gələnlər qala
barədə zəruri söhbətləri olduğunu bildirib, yaraq-əsləhə ilə hamama
gəldilər. Məlumatlı bir şəxs elə o vaxt qorçibaşını vəziyyətdən
xəbərdar etdi. Qorçibaşı da hamamdan çıxmazdan əvvəl yüzbaşıları
çağırmaqdan ötrü bir adam yolladı və onların həbs olunmalarına
işarə etdi. Bir göz qırpımında (torfətül-eyn) onların hamısı
zəncirləndi (səlasel). Məsələ aydınlaşandan sonra başqalarını yox
etmək istəyən qaladan gələnlərin hamısı yox edildilər. Əzəmətli
qazilər iti qılınclarını o hiyləgərlərin üzərinə qaldıraraq, onların
nifaqlı vücudlarını varlıq lövhəsindən sildilər. O adamların qətl
olunmalarından və qalaların alınmasından sonra qaladarlıqdan bezən
Məlik Cahangir qardaşlarını Marankuhda qoyub özü bir gecə başqa
qalaya getdi. O, orada da qala bilmədi, meşə və cəngəlliklərə gəldi.
Hər gün bir məkanda, hər gecə başqa bir yerdə gününü başa
vururdu. Bir neçə gündən sonra əzəmətli qazilər xəbər tutdular ki,
Məlik Cahangir qalanı tərk etmişdir. Qaladakılar qala divarının
yanına çoxlu ağac yığmışdılar. Top atəşi ilə kərpic bürclərin birini
yıxdılar və odunlar görsəndi. İki-üç qorçi qara libas geyinib gizlicə
bürcün divarına çıxdılar, özləri ilə gətirdikləri neft və kibritlə həmin
ağacları odladılar, bürc yanmağa başladı. Mühasirədəkilər həmin
atəşdən üzərrik kimi (sepəndvar) qovruldular, müqavimət və
qaladarlıqdan aciz qalıb "əl-aman" fəryadını göyə qaldırdılar.
Beləliklə, qala qapıları qüvvətli dövlət övliyalarının üzünə açıldı və
əzəmətli qorçilər qalaya girərək Məlik Cahangirin qardaşlarından
Məlik Kəyumərsi ələ keçirdilər. Amma, Hərsin (Hərseyn ? - Ş.F.)
qalasında olan başqa qardaşı Məlik Əşrəfi o zaman Tənkabonun
hakimi olan İbn Hüseynxan Firuzcəng tutub qorçibaşının yanına
gətirdi və Kəcur hərbçilərinin başçıları öz cəzalarına çatdılar, başqa
adamlar isə rəiyyət silkinə daxil oldular.
Bu qalanın fəthindən sonra əzəmətli qazilər dəstə-dəstə
meşələrə dağılıb Məlik Cahangirin axtarışı ilə məşğul oldular. İlahi
təsadüf nəticəsində, şahın hökmüylə qorçibaşıya köməyə gələn
Gilanın Rankuh şəhərinin hakimi Vəli Sultanın mülazimləri yolla
gedərkən, libasını dəyişib öz adamları ilə meşədə daldalanan Məlik
Cahangirlə qarşılaşdılar. Həmin sufiləri görən Məlik Cahangir
yoldaşlarının başını onlarla cəngə qatıb, özü qaçdı, adamları isə
893
sufilər tərəfindən məğlub edildilər. Onların biri məliki tanıyaraq,
yoldaşlarını bundan agah etdi. Sufilər təqibdən əl çəkməyib qüvvətli
dövlətin gücü və iqbalın düşərliliyi sayəsində darısqal bir keçiddə
ona çatdılar, atlardan enərək cəngə başladılar.
Sözün qısası, məlik və yoldaşları ələ keçdilər. Sufilər
məliki qorçibaşının ordusundan keçirib ali dərgaha apardılar.
Qorçibaşı isə bu qələbəni olduğu kimi ali saraya yazdı. Müzəffər
ordu Luristandan qayıdan vaxt Şahverdi xan Abbasini də ələ
keçirmişdilər. Bu xəbər hümayun qulağa yetişdikdə əlahəzrət [şah]
qapılar açan həzrətə (Allah-təalaya - Ş.F.) minnnətdarlığını bildirdi,
təşəkkürünü izhar etdi. Bu fəth zaman İbn Hüseynxan və onun
adamlarından layiqli xidmətlər zahir olduğu üçün ona əvvəlcə Kəcur
ülkası və celdu* şəfqət olundu. Xorasanın fəthindən sonra ibn
Hüseynxan Sərəxs hakimi oldu və Kəcur qorçibaşıya verildi.
Qorçibaşı Məlik Cahangirin qardaşlarını və başqa əsir
alınanları özüylə götürüb ali dərgaha rəvan oldu. Fərmana görə
Savucbulaqda bu məliklərin və onların adamlarının vücudları
padşahın qəzəb qılıncı ilə həyat səhnəsindən silindi. Rüstəmdarın
hər üç təbəqəsi ilə dövlət hesablaşıb qurtardı və vilayət bütünlüklə
əzəmotli qızılbaş əmirlərinin əlinə keçdi.
Dostları ilə paylaş: |