Dəyişkən fələyin tələbi ilə bu il
baş verən müxtəlif hadisələrin zikri
Bu ilin əvvəllərində Rum [ölkəsinə] elçiliyə getmiş
Zülfüqarxan məramına yetərək geri qayıtdı, həzrət xandgardan
sülhün möhkəmləndirilməsi xüsusunda məhəbbətamiz bir məktub
gətirdi.
Yenə də bu il, Hindistan hökmdarı həzrət Cəlaləddin
Məhəmməd Əkbərin elçiləri Mirzə Ziyaəddin Qəzvini və Xacə Əbu
Nəsr Xafi geri qayıtmaq izni alaraq faxir xələtlər və bol ənamlar
almaqla da sərəfraz oldular.
903
Xasseyi-şərifənin qulamı Mənuçöhr bəy Eşikağasıbaşı
Hindistan elçiliyinə təyin edildi və Mirzə Ziyaəddinlə birlikdə
oraya rəvan oldu, şah onunla layiqli töhfə və hədiyyələr, həmçinin
ən yaxşı tənsuqat* göndərdi. O cümlədən yüz baş əhilləşmiş və pak
cinsli at yola salındı ki, onlar məşhur Ərəbistan, Gürcüstan və
bəyati" atları, həmçinin hər biri bir aləmə bərabər tazi cinsli
madyanlar idilər. Habelə İranın müqayisə olunmaz başqa nəfis töfhə
və hədiyyələri yola salındı, o həzrətin məktubuna cavab olaraq,
məhəbbətamiz bir məktub da yazıldı. Həmin namədə sədaqət
tərzində belə yazılmışdı: "Bizim uca himmətimiz Xorasanı və irsi
mülkümüzü geri qaytarmaqdır. Bu ildə İran hökmdarlığı və səltənəti
taxtına cülus baş verdi və biz daxili düşmənlərin dəf olunması ilə
yanaşı biganələrin dəfinə də başladıq. Xorasana etdiyimiz bir-iki
səfər zamanı ruzigarın işi elə gətirirdi ki, istəyimizə rəğmən o
vilayəti özbəklərin əlindən ala bilmədik. İndi isə bu işlərdən
arxayın olmuşuq. Rum hökmdarı məhəbbət və dostluq məqamına
gəlmiş və tərəflər arasında razılıq yaranmışdır, gərək düşmənlərə
qarşı belimizə himmət kəməri bağlayıb, özbək müxaliflərinin dəf
olunması üçün yollanaq, rəbbani qəzavü-qədərdən qorxmadan
müzəffər qızılbaş döyüşçüləriylə və bir neçə ildə topladığımız
yaraq-yasaqla o vilayətə rəvan olaq, bəxtin gücü, iqbalın köməyi ilə
öz irsi mülkümüzü ala bilməsək, səltənət paytaxtımıza qayıtmayaq.
[Siz də], arzu edirəm ki, öz padşahanə himmətinizi, atalıq imdad və
şəffəqqətinizi əsirgəməyəsiniz, yar himməti və batini mədədkar
(Allah - Ş.F.) diqqəti altında olasınız".
Misra
Himməte-mərdan bacarar hər şeyi.
618
[Əlahəzrət] elçiləri izzət və ehtiramla Kirman, Kəbəç (?) və
Mokran yoluyla rəvan etdi. İndiyəcən Qəzvin darüssəltənəsi bu
əbədi dövlətin paytaxtı olduğundan, şah bəzən dincəlmək, seyr, nişat
və şikar etməkdən ötrü dünya səyyahlarının elm, şöhrət (təməyyəz)
və gözəllikdə "Nisfi-cahan" adlandırdıqları İsfahan darüssəltənəsinə
gedər, həmin ürəkaçan yerdə dincələrdi.
618
Misranın farscası:
Hər çe konəd hemməte-mərdan konəd.
904
Şer
Dedilər İsfahana "Yarısıdır cahanın ",
Şairlər söz qoşdular şəninə İsfahanın.
619
Həmin cənnətnişan şəhərin xüsusiyyətləri, yəni,
yerləşdiyi məkanın yararlı olması, Zayendərud çayının bol suyu, o
çaydan mənşəyini alan və hər yana axan Kövsərmisal arxları şahın
xoşuna gəlmişdi. Əlahəzrət həmişə istəyirdi ki, həmin şərafətli
şəhərdə iqamət etsin, oranın abadlığına diqqət yetirsin. [Elə buna
görə də,] hicri tarixlə min altıncı il (miladi 1597/98) olan bu ildə
cahanı bəzəyən rəy belə qərara gəldi ki, o darüssəltənəni bu
əbədiyaşar dövlətin paytaxtı edib, orada ali imarətlər ucaltsın.
[Əlahəzrət] belə bir inamlı niyyət və ləyaqətli əzm ilə o tərəfə
yollandı, qış fəslini mübarək Nəqşi-cahan dövlətxanasında eyş-işrət
və şadimanlıqla keçirdi, vaxtının çox hissəsini seyrə və ova həsr
etdi.
İsfahanın "Çaharbağ" adlı yerinin inşası:
Gecələr gözəl məclislər (beheştasa) təşkil olunur, işrət
busatları qurulurdu. O, baharda Nəqşi-cahanda ali imarətlər
inşasına başlandı və bu işlər memarlar və mühəndislər tərəfindən
məharətlə apanldı. Şəhər darvazalarından biri Nəqşi-cahan bağının
hərəmxanasındaydı ki, "Dövlət qapısı" ("Dərbe-dövlət") adlanır.
Oradan başlayaraq Zayendərud çayının kənarınadək bir xiyaban
çəkildi, xiyabanın hər iki tərəfində dörd bağ salındı, hər bağda isə ali
imarətlər ucaldıldı. Çayın kənarından dağa qədərki məsafədə -
şəhərin cənub hissəsində də xiyaban salındı, onun ətrafları isə bu
güclü dövlətin əmirləri arasında bölündü ki, onların hər birində bağ
vaqe oldu. Bağın girişində (dərgah) münasib imarət, imarətdə eyvan
tikildi, yuxarı mərtəbə (balaxane) otaqları inşa olundu, gözəl şəkilli
rəsm əsərləri, qızıl və qiymətli daşlarla (lacivərd) işlənmiş nəqqaşlıq
nümunələri hazırlandı. Xiyabanın qurtaracağında padşah üçün
619
Misranın farscası:
Esfəhan nimeye-cəhan goftənd,
Nimi əz vəsfe-Esfəhan qoftənd.
905
xüsusi eniş-yoxuşlu və doqquz təbəqədən ibarət böyük və geniş bir
bağ mövcud oldu və "Abbasabad bağı" adlandı. Xüsusi görkəmli və
qırx çeşməli ali bir körpü də çəkildi ki, çaydakı su tüğyan edərkən
həmin çeşmələr bir çeşmə kimi nəzərə dəyirdi. Belə qərara aldılar
ki, həmin körpü Zayəndərudun hər iki xiyabanını bir-birinə
birləşdirsin və yol Abbasabada qədər bir xiyabandan ibarət olsun,
şəri bir fərsəx uzunluğunda xiyabanın hər iki tərəfindən arxlar axsın,
sərv, çinar, şam ağacı (kac), Çin göyrüşü, gərş (?) və ərər ağacları
əkilsin, xiyaban[lar]ın ortasında üstü daşla örtülmüş bir nəhr də
çəkilsin ki, su xiyabanın ortasından da axmış olsun, Çaharbağ
imarətinin ön tərəfindəsə gölə oxşar bir böyük hovuz da düzəldilsin.
Xülasə, əmir, əyan və sərkarların hər biri bacarıqlı
memarlar və mühəndislərlə işə başlayaraq, bu işlərin bitməsi üçün
səy göstərdilər. Həmin vaxtdan başlayaraq hicri tarixlə bu kitabın
yazıldığı min on beşinci il (miladi 1606/07) olan indiki tarixə qədər
şahın mübarək düşüncəsi ilə inşa olunmuş gözəl imarətlər və
ürəkaçan bağlar ərsəyə gəldi və olduqca qəşəng şəkildə başa çatdı.
Çaharbağdakı ağacların başı fələyə ucalmaqdadır, meyvəli agaclarsa
sanki cənnətin tuba ağacından peyvənd olunmuşlar. Sözün
müxtəsəri, Çaharbağın hər bağı cənnət bağının qibtəsinə gələ bilər,
rəssamlar tərəfindən gözəl naxışlarla işlənmiş geniş imarətlərinin
isə, bəlkə də, bütün dünyada tayı-bərabəri yoxdur. Çaharbağın qərb
hissəsində, aşağıda məlumat verəcəyimiz kimi, Abbasabad
şəhərində təbrizlilərdən ötrü binalar tikilib başa çatdı. Xülasə,
əlahəzrət zilləllah şahın himmət memarı İsfahanın inşası və
bəzədilməsinə bir neçə il vaxt sərf etdi. Həmin gözəl şəhərdə
cürbəcür imarətlər, bağlar, ürəkaçan mənzillər, bazar (qeysəriyyə),
çaharbazar, məscidlər, hamamlar inşa olundu və bu şəhərə hal-
hazırda behişt möhürü vurulmuşdur ki, bu haqda Kamal İsmayıl belə
demişdir:
Şer
İsfahan şadimandı, millət şən,
Varmı heç böylə hir əyyamı görən?
620
620
Beytin farscası:
Esfəhan xorrəməst-o mərdom şad,
İnçenin əhd kəs nədarəd yad.
906
Çaharbağın [maddeyi-] tarixi barədə yazılanı [bu kitaba]
səbt etdim:
[Madeye-]tarix
Əcəb Çaharbağdır - hər yanı göyçək!
"İkinci cənnətdir " deyilsə gerçək!
Tarixi barədə yazdım ki: "Burda
Şahın qoy kamınca açsın gül-çiçək".
621
Baş vermiş hadisələrdən: Gürcüstan sultanlarından
Aleksandr xan və Səmayun xan tərəfindən ali saraya elçilər və
aznaurlar gəlib öz sədaqət və bəndəliklərini izhar etdilər. Onlar
misilsiz (bihemal) şəhriyarın iqbal hərəmxanasına layiq və behiştə
bənzər məclislərdə xidmət etməyə münasib olan Gürcüstanın böyük
adamlarının Yusif görünüşlü oğlanlarını və Huri camallı qızlarını da
göndərərək, öz ixlas və tərəfdarlıqlarını bildirdilər. Həmin elçilər
izzət və ehtiramla ənam ümmanına qərq olduqdan sonra geri
qayıtdılar. Qazəvü qədərin iş icraçıları isə ardıcıl olaraq (peşvəste) o
həzrətin işrət ləvazimatını hazırlamaqdaydılar.
Bu ildə baş vermiş hadisələrdən biri də budur: Əliyarxan
Eymurun oğlu Məhəmmədyar xan atasının vəfatından sonra hakim
rütbəsi və "xan" ləqəbi ilə sərəfraz olmuş, Astrabad hakimliyi
atasından sonra ona verilmişdi, [amma], o, oxlu tayfası tərəfindən
qətlə yetirildi. Onun öldürülməsindən sonra ən kiçik qardaşı Qılınc
bəy (Qılic bəy) əyninə xidmət ehramı geyərək Astrabaddan bu
astanəyə üz tutdu. Əlahəzrət zilləllah şah onu öz şahanə mərhəmət
və iltifat qanadı (kənf) altına alıb Astrabad hakimliyini Qılınc bəyə
verdi, töhfə və hədiyyələrlə [öz məkanına] rəvan etdi, qış fəslini
həmin cənnətə bənzər şəhərdə istirahət və kamranlıqla keçirdi. O,
amma dövlət işlərindən heç vaxt bixəbər olmur, daim Xorasan
məmləkətini müxaliflərin əllərindən geri almaq barədə düşünür, bu
istəyinin həyata keçməsindən ötrü Allahın dərgahından xahişlər edir,
621
Madeyi-tarixi farscası:
Əcəb çəharbağəst behcətfaza,
Gərəş saniye-xold guyənd şayəd.
Ço tarixe-an del tələb kərd, goftəm:
Nehaləş be kame-dele-şəh bərayəd.
907
həmişə imaməl-cin və-n-nasın (İmam Rzanın - Ş.F.) müqəddəs
ruhundan kömək istəyirdi. Nəticədə, onun sidq-niyyəti və mətləbi
hasil oldu, türki it ilinin əvvəlindən başlayaraq fəth və zəfər qapıları
aman və amal çöhrəsinin üzünə açıldı, qələbə küləkləri əsməyə
başladı. Bu dastanın şərhi gələn il hadisələrinin bəyanı zamanı
yazılacaqdır, qoy Allahdan kömək və hidayət olsun.
622
HİCRİ TARİXLƏ MİN YEDDİNCİ (MİLADİ 1598/99) İLƏ
BƏRABƏR OLAN TÜRKİCƏ MÜBARƏK İT İLİNDƏ,
[YƏNİ] HÜMAYUN CÜLUSUN ON İKİNCİ İLİNDƏ BAŞ
VERƏN SƏADƏTBƏXŞ HADİSƏLƏRİN ZİKRİ
Məclislər bəzədi yenə dəfələk,
Növbəti novruz da yetişdi gerçək.
Şöhrəti ərşəcən şahın ucaldı,
Mavi asimana gurultu saldı.
Çəmənin sinəsi behiştə döndü,
Ordibehişt ayı yenə göründü.
Qoşunu gül qədər sonsuz olan şah,
Yaşıl ot üstündə qurdu barigah.
623
Səadətlə başlayan bu ilin dövləti işıqlandıran novruzunun
gəlişi əzəmətli şəban (şəbanül-müəzzəm) ayının on birinə (9 mart),
düşənbə gününə düşdü. Əlahəzrət zilləllah şah İsfahan
darüssəltənəsində işrət [məclisi] qurdu. Ruzigarın köksü ənbər ətirli
nəsimlərdən ənbər qoxulu güllərlə doldu, [o həzrət] böyük
şadyanalıqla seyr və söhbətlə məşğul oldu.
Bu ilin əvvəllərində, özbəklərin yanına elçi kimi göndərilən
və Heratda Abdulla xanla görüşən Məhəmmədqulu bəy Eşikağası
Ərəbgirli geri qayıtdı, onunla birlikdə Abdulla xanın göndərdiyi
622
İfadənin ərəbcəsi: "minhu-l ianə va-t-tavfiq".
623
Beytlərin farscası:
Baz fələk əncomənəfruz şod,
Novbətiye xosrove-novruz şod.
Kovkəbeye-xosrove-gərdunsəmənd
Qolğole dər gonbəde-mina fekənd.
Səhne-çəmən baz ço səhne-beheşt,
Taze şod əz məqdəme-ordibeheşt.
Xosrove-gol gəst-rəyahinsepah,
Zəd besəd ayin beçəmən bargah.
908
Tatlıq bahadır da gəlib ülfət və tanışlıq qapılarını açdı, Mir Qulbaba
Kukəltaşın şaha yazdığı sədaqət ayinli məktubunu gətirdi. O,
Heratda kədxuda təyin etdiyi oğlunun ulus toyu hədiyyəsini də
göndərmişdi. Mavərənnəhrin böyük nəqiblərindən olan Mirzə bəy,
həmçinin nəqşbəndiyyə* təbəqəsindən oaln xacələr Kasğər
sultanlarının möhtərəm qadınlarından ibarət öz xanəköçləri ilə
birlikdə islamın dini mərasimini (höccətül-islam) icra etməkdən ötrü
Məhəmmədqulu bəy və Tatlıq bahadırla birlikdə bu vilayətə
gəldilər. Əlahəzrət zilləllah şah çoxlu izzət və ehtiram göstərdi və
onlar öz məramlarının icrası üçün faydalı (xeyrəsər) Beytullahül-
hərama rəvan oldular, amma yolda ikən (Mirzə bəy) təbii əcəllə
vəfat etdi, öz məqsədinə çata bilmədi. Zamanın istəyi ilə söz
ustadlarının vətəni olan Xorasan özbəklərin əlinə keçmişdisə də,
əlahəzrət daim oranın geri alınması barədə düşünür, heç vaxt bu
fikir və əndişədən əl çəkə bilmirdi, çünki İran məmləkətlərinin
ziynətini artıran və bu dudman hökmranlığının bəzəyi olan
müqəddəs Məşhəddə imaməl-cin və-n-nasın mələk aşiyanlı məzarı,
həmçinin o həzrətin (Şah Abbasın - Ş.F.) doğulub boya-başa çatdığı
Herat darüssəltənəsi də vardı.
Amma, "zəmanənin istəyinə müvafiq olaraq"
624
əlahəzrətin
istəyinin sirrli (xəfa) qapısı [hələ] bağlı idi. Ümumiyyətlə, zəruri
işlərin yerinə yetirildiyi və məmləkətlərin tüğyançıların tör-
töküntülərindən təmizləndiyi bu vaxtlarda Əbdülmömin xanla atası
arasında daim küdurət və dava-dalaş olması barədə xəbərlər
gəlməkdəydi. Qeybdən gələn bir səda şaha xatırlatdı: "Abdulla
xanın tərbiyətləndirdiyi və dövlətin etimadlı adamı olan Herat
hakimi Mir Qulbaba Kukəltaş Əbdülmömin xanın qorxusundan bir
gün cahanpənah dərgaha gələcək, öz sədaqətini göstərmək
istəyəcəkdir. Abdulla xanla onun ülfət və dostluğu pozulduğuna
görə də o, məhz öz məhəbbət və dostluğunun izharı üçün ali saraya
elçi göndərmişdir. Abdulla xan ilə oğlu arasındakı vəziyyət qorxulu
hal aldığı və aralarında dava-dalaş olduğu bir vaxtda biz də gərək,
ruzigarın məsləhəti ilə, bu tərəfdən Abdulla xanla dostluğa başlayaq,
onun elçisi ilə elçi[mizi] göndərək və naxələf oğlunun atasına qarşı
etdiyi cürət və cəsarətini pisləyək, Əbdülmömin xanın zəbtindəki
müqəddəs Məşhədi və başqa yerləri almaqdan ötrü Xorasana üz
tutaq. Ata və oğulun bir-biriləri ilə məşğul olduqları bu əyyamda,
624
İfadənin ərəbcəsi: "Əmmə bi-muqtədayi-l-umur mərhumətun bi ovqatinə".
909
[təbii ki,] üsyan etdiyinə görə oğlunun şövkət və qüdrətinin
azalmasına çalışan Abdulla xan [hücuma keçdiyimiz vaxt] oğluna
kömək etməyəcəkdir. Nəticədə, Allahın köməyi ilə, o vilayətin fəthi
asanlıqla baş verər. [Buna görə də, hal-hazırda] Abdulla xana elçi
göndərməyimizin bizim dövlət qəsrimiz üçün heç bir qüsuru
yoxdur". Əlahəzrət, dilli-dilavər bir adam olan Məhəmmədqulu bəyi
bu niyyət ilə elçi təyin etdi, töhfə və hədiyyələr tədarük edərək, bəyi
bu səfərə hazırladı, Xorasana aparılacaq şeyləri müəyyənləşdirdi.
Qərara aldı ki, məhrusə məmləkətlərdən on min nəfər tüfəngçi
toplanıb hümayun orduya gətirilsin. Şahın belə bir qərarı vardı ki, bu
elçi gedəndən sonra Mir Qulbaba Kukəltaşa hümayun yürüş haqda
xəbər yollasın və müqəddəs Məşhədə tərəf yola düşsün.
Elə bu əsnada, Xorasanın hər tərəfindən gələn qasidlər belə
xəbər gətirdilər ki, Abdulla xan bu fani aləmlə vidalaşıb üqba
aləminə yollanmış, xanın divanbəyisi və dövlətinin ən ümdə adamı
(ümdətülməmalük) olan Məhəmməd Baqi bəy və əksər özbək
əmirləri istər-istəməz Əbdülmömin xanın səltənət və padşahlığı
xüsusunda onunla ittifaq etmiş, dövlətin ipini onun ixtiyar və iqtidar
əlinə vermişlər.
Amma, Abdulla xanın Səmərqənd və Daşkənddə olan
qardaşı oğlu Hezarə Sultan, həmçinin Dostum Sultan, Özbək Sultan
və xanın başqa qohum-qardaşları, ya Əbdülmömin xana etibar
etmədiklərindən, yaxud özlərinin istiqlalından ötrü bu məsələ ilə
razılaşmayaraq, ona qarşı müxalifətə qərar verdilər, Əbdülmömin
xandan qorxan hər özbək əmir və əyam həmin dəstənin ətrafında
toplaşdılar, xan da onların fitnəsini dəf etməkdən ötrü yola düşdü və
indi özbəklər arasındakı çaxnaşma davam etməkdədir. Bu xəbərləri
öyrəndikdən sonra şah yubanmadan Xorasana getməyi qərara aldı və
bu yürüşə hazırlaşmağa başladı.
Birinci səhifədə göstərilmişdi ki, İranın vəziyyəti və
kambəxş şəhriyarın, yəni əlahəzrət zilləllah şahın səltənəti
əyyamında baş verən hadisələr zamanı, kəlamın və məqamın yerinə
görə, özbəklərin və rumilərin bəzi məsələlərinə də toxunulacaqdır.
Gərək Abdulla xan və Əbdülmömin xanın vəziyyətləri, eləcə də
onların arasında tədricən başlayan vəhşət və savaş, həmçinin
Abdulla xanın vəfatı qəziyyəsi, oğlunun taxta cülusu, şahın Xorasan
səfəri zamanı Əbdülmömin xanın əhvalatı zirək qələm (kelke
noktəpərdaz) vasitəsilə icmal şəklində yazılsın. Buna görə də gözəl
yerişli qələm baş verən bu hadisələr meydanında cövlana gəldi.
910
MAVƏRƏNNƏHR HADİSƏLƏRİNİN MÜXTƏSƏRZİKRİ,
HABELƏ ABDULLA XANLA ÖZBƏK SULTANLARININ
MÜNASİBƏTLƏRİNİN BƏYANI
Müşahidə edənlər və hadisələri öyrənmək istəyən dövr
adamları (şahedan) sözü bədii tərzdə yazan qələmin köməyi ilə
agahlıq məclisinin açıq söz (zəmir) meydanında belə söylədilər:
Abdulla xanın yeganə oğlu olan Əbdülmömin xana qarşı ifrat
məhəbbəti vardı, onu "baba" ("babayi") adlandırır və tərbiyəsi ilə
ciddi məşğul olurdu. Çingiz sultanları dövründə padşaha "xan"
deyilir, uca səltənət məqamına hələ yetişməyən padşahzadəni isə
"sultan" adlandırırdılar.
Amma, Əbdülmömin xan hələ atasının sağlığında uca
"xan" ləqəbi ilə izzətlənmişdi. Belə ki, Mavərənnəhr camaatı və
özbəklər Abdulla xana "böyük xan" ("xani-kəlan"), ona isə "kiçik
xan" ("xane-xord") deyirdilər. Atası Bəlxin və ətrafının hakimliyini
ona vermişdi. Əbdülmömin xan atasının və özünün səyi ilə
Bədəxşan vilayətini də cığatay sultanzadələrinin əlindən çıxardı,
Bəlx və Bədəxşan hakimi oldu. Yuxarıda yazıldığı kimi, on bir aylıq
mühasirədən sonra Abdulla xan gözəl Herat şəhərini doqquz yüz
doxsan dördüncü (miladi 1585/86) donuz ilində fəth edən vaxt,
Əbdülmömin xan o şəhərin alınması və qızılbaşların qətl
olunmasında çox çalışqanlıq etdiyinə görə, hakimi olduğu yerlərə
yaxınlıqda yerləşən Herata da göz dikmişdi və istəyirdi ki, atası bu
şəhəri də bəlkə ona verər. Yaşının və təcrübəsinin az olmasına görə
atası onun xahişini qəbul etmədi, Heratı öz dövlətinin sınanmış,
tədbirli və təcrübəli adamı olan Qulbaba Kukəltaşa verdi, Xorasan
məmləkətlərindən fəth etdiyi yerləri özbək əmirləri arasında böldü.
O, Canı bəy Sultanın oğlu Dinməhəmməd Sultana-Yetim Sultan adı
ilə məşhur olan öz bacısı oğluna qardaşları ilə birlikdə Xorasanda
ülkalar payladı və onu orada saxladı, amma Xorasanın fəth olunmuş
vilayətlərindən heç birini oğluna vermədi. Abdulla xan oğlu
Əbdülmömin xana bu sözlərlə təsəlli verirdi: "Sən vəliəhd olduğun
üçün mənim hər vilayətim sənindir". Bu sözlərdən inciyən
Əbdülmömin xanın o vaxt ona etiraz etmək qüdrəti yox idi. Amma,
iki ildən sonra atasından xahiş etdi ki, bundan sonra öz səyi ilə ələ
keçirilən Xorasan məmləkətləri onun olacaqdır. Abdulla xan bu
xahişlə razılaşdı. Öküz ilində, [Əbdülmömin xan] müqəddəs
Məşhədə ləşkər çəkdi və oranı mühasirəyə aldı. Bu hadisə zamanı,
911
Xorasanda olan Yetim Sultan və Abdulla xanın əmirləri əmr alaraq,
onun köməyinə gəldilər. Həmin şərafətli şəhər Əbdülmömin xan
tərəfindən fəth edildikdən sonra onun özü oraya hakim göndərdi,
həmçinin Nişapur, Tərşiz və başqa Xorasan mahalları tədriclə onun
əlinə keçdi və o yerlərə də öz tərəfindən hakimlər təyin etdi. Bu
hadisədən sonra, Nurməhəmməd xan ibn Əbülməhəmməd xan ibn
Dinməhəmməd xan və başqa imansız özbəklərin irsi mülkləri olan
Nisa, Əbivərd, Dərun, Bağbad və sair yerlərə tamah salaraq,
yuxarıda yazıldığı kimi, o vilayətləri də öz işğal əlinə keçirdi,
Nurməhəmməd xanı irsi mülkündən çıxardı. Ona nəsib olmuş bu
fəthlərdən sonra özü səltənətə gəlmək istədi ki, qüdrət və şövkət
sahibi olsun, ölümündən sonra heç bir bəndə və hal-hazırda ona tabe
edilən özbək sultanları öz gələcək oğlu ilə dava-dalaşa qalxmasınlar,
onun tərbiyəti altında olsunlar. Beləliklə, Əbdülmömin xan
ordusunun kölgəsi altında iyirmi min bacarıqlı cavan toplaşdı və o
tam istiqlala malik oldu, başına həsəd və qürur havası doldu, atası
əleyhinə üsyan məqamına gəldi, ayağını ədəb dairəsindən kənara
çıxardı.
Abdulla xan Buxara şəhərini tutub səltənətə yetdiyi vaxt,
atası İsgəndər xan hələ sağ idi. Xan, Çingiz nəslinə xas padşahlıq
rəsmini atasında saxlayıb, xütbə və sikkəni onun adına vurdursa da,
bütün işlərin həllini öz əlinə aldı, İsgəndər xanın isə padşahlıqdan
quru adı qaldı. Əbdülmömin xan öz qüruru və cəhaləti üzündən
deyirdi: "Atam qocalmışdır. Yaxşısı budur ki, o [da] İsgəndər xan
kimi bir küncdə oturub, səltənət işlərini mənə versin". Xorasanın
əzəmətli şəhərlərini tutduqdan sonra istəyirdi ki, bütün Xorasan
ölkəsini Bəlxə və Ceyhun çayınadək özünə tabe etsin. Buna görə də
atasından Heratı tələb etdi, amma istəyi yerinə yetmədi. İnciyərək
belə deyirdi: "Əgər atam Heratı mənə verməsə, özüm Mir
Qulbabanın üstünə gedib oranı qəhrlə ondan alaram". Belə sözlər
Abdulla xana çatdı və oğluna qarşı onun münasibəti dəyişdi. Onun,
hərçənd ki, vəliəhdi olan bircə oğlu vardı, amma oğlunun cəhalət və
qüruru barədə düşünüb [öz-özünə] deyirdi: "Məbadə oğlum
səbrsizlik edib, mənim ixtiyarımı əlimdən ala və mən sağ ola-ola
səltənət və padşahlıqdan əl çəkəm". Elə buna görə də, oğlunun
şövkət və iqtidarının azalmasına (kəsr) çalışırdı və nəticədə oğluna
mülklər tutmağı qadağan etdi, Xorasan əmirlərinə məktublarında
yazdı ki, bir daha oğlunun əmrlərinə qulaq asmasınlar, ləşkər
çəkəcəyi yerlərdə onunla yoldaşlıq etməsinlər. Buna görə də,
912
Əbdülmömin xan, qızılbaşların əllərindəki Səbzvara və başqa
torpaqlara bir neçə dəfə hücum edəndə Xorasanda olan Yetim
Sultan və Abdulla xanın qardaşları onunla həmrah olmadılar.
Atası razılaşmadığı üçün o da başqa bir iş görə bilmirdi.
Abdulla xan ona yazmışdı ki, acgözlük edib heç yerə göz dikməsin,
Bəlxdə yaşayıb öz işi ilə məşğul olsun, ona verilən ülka ilə
kifayətlənsin, ayağını ədəb dairəsində yığsın, mənim və atam
İsgəndər xanın işinə qarışmasın, çünki o, mən ola bilməz, necə ki,
mən də İsgəndər xan deyiləm.
Amma Əbdülmömin xan Herat mülkü arzusundan əl çəkə
bilmir, Mir Qulbaba haqda atasına tez-tez məktublar göndərirdisə
də, Abdulla xan oğlunun qərəzkarlıq etdiyini düşünərək onun
sözlərinə əhəmiyyət vermirdi. Elə buna görə də ata-oğul arasında
nifaq tozu ucalmaqdaydı. Lakin, aralarında pərdə [də] vardı, bir-
birilərinə xilaf olsalar da bunu üzə vurmurdular. Min altınıncı xoruz
ilində (miladi 1597/98) Abdulla xan öz əmir, nədim və yaxın
adamlarıyla Çəharcu yolu ilə Mərvə gələrək şikarla məşğul olarkən,
Mir Qulbaba Heratdan gəlib xana Herata qayıtmağı təklif etdi. Elə
bu vaxt Əbdülmömin xan iki-üç min adamla Bəlxdən çıxıb atası ilə
görüşməkdən ötrü Mərvə gəldi. Əmirlərin miqdarca az olduqlarını
və Əbdülmömin xana etibar olmadığını söyləyən əmirlər Mərv
qalasına gedərək, oğlunun əsgərlərini qalaya buraxmamağı, qalada
oğlu və onun az adamı ilə görüşməyi məsləhət gördülər. Abdulla
xan bu sözlərə bir elə də əhəmiyyət vermədi, Şahım bəy bağına
gəldi, oğlu ilə orada görüşdü. Əbdülmömin xan da zəmanəyə
müvafiq olaraq atasına qarşı itaətsizlik göstərmədi, ədəb məqamında
durub etdiyi qüsurlarına görə üzr istədi, onlar bir neçə gün Mərv və
Sərəxstdə seyr və ov ilə məşğul oldular. Xanın əmriylə Mir Qulbaba
Heratın seyrinə getməyi Əbdülmömin xana da təklif etdi, ata-oğul
birlikdə Herata gəldilər. Mizbanlıq işinə başlayan Mir Qulbaba
böyük ziyafətlər (tuyha) təşkil edərək "böyük xana" və "kiçik xana"
layiqli hədiyyələr verdi. Amma, Əbdülmömin xan Qulbaba xana
qarşı hələ də incik olduğu üçün ona qarşı nəsihətamiz və hirsli
(xoşunətəngiz) sözlər söylədi, onu saxtakarlıqda və divan
mallarını mənimsəməkdə ittiham etdi. Abdulla xan tərəfindən
sözləri eşidilən Məhəmməd Baqi Divanbəyini və başqa adamları
Mir Qulbabanın qızılbaşlarla dostluq etməsi barədə xan ilə
danışmağa təhrik etməsinə baxmayaraq, mirə hədsiz etibarı olan xan
həmin qərəz sahiblərinin sözlərinə qulaq asmadı.
913
Xülasə Heratda Əbdülmömin xan atasından xahiş etdi ki,
öz səltənət paytaxtına Bəlx yoluyla getsin və bir neçə gün Bəlxdə
ona mehman olsun. Oğlunun xahişinin qəbul edən Abdulla xan
Bəlxə getmək və ziyafət hazırlığı ilə məşğul olmaqdan ötrü oğluna
izn verdi, tez gələcəyini söylədi. İnandığım şəxslər (seqqat) belə
danışdılar: Əbdülmömin xan Xorasan və Bədəxşandan gətirdiyi
qızıl-gümüşlərlə bəzənmiş taxtı və o taxta oturmaqdan ötrü
düzəltdiyi üç pilləli gümüş nərdivanı sarayına qoyub belə deyirdi:
"Bunu mən atamdan ötrü hazırlamışam. Elə ki, gəlib mənim
mehmanım oldu onu taxta əyləşdirəcəyəm, özüm isə taxtın ayağında
ayaq üstə dayanacağam, sonra bu taxt və nərdivanı başqa hədiyyə və
ləvazimatla atama peşkəş edəcəyəm".
Amma, ondan şübhələnən və qorxan bir dəstə adam,
xüsusən Mir Qulbaba belə deyirdi: "Hiyləgərlik edir. Onun
sözlərində sədaqət işığı görünmür. Məqsədi budur ki, padşah onun
evinə qorxu-hürküsüz daxil olsun və o, atasını Bəlx qalasına salıb
ixtiyarını əlindən alsın, Mavərənnəhr, Türküstan, Xarəzm, Bəlx,
Bədəxşan və Xorasan səltənətinə sahiblənsin".
Xülasə, Abdulla xan Mir Qulbaba və bəzi əmirlərin təhriki
ilə yuxarıda söylənilən qonaqlıq ziyafətində iştirak üçün Bəlxə
getmədi, elə həmin Çaharcu yoluyla böyük sürətlə qayıdıb Buxaraya
gəldi. Bu xəbəri eşidən Əbdülmömin xana atasının artıq ona etibar
etmədiyi aydın oldu, belə vəziyyətin Mir Qulbaba tərəfindən
törədildiyini anladı, Heratı tutmaq istədi və çoxsaylı ləşkərlə
Xorasana gəldi. Əvvəlcə, müqəddəs Məşhədi ziyarət etdi. Herat
yoluyla qayıdıb bu şəhərin yaxınlığına yetişdi, Mir Qulbabanın
yanına adam yolladı, onu yanına çağırdı. Əbdülmömin xan istəyirdi
ki, hiyləgərliklə miri tutsun və Heratı zəbt etsin. Ağıllı və
dünyagörmüş bar adam olan Mir Qulbaba məsələni başa düşüb
onunla görüşməkdən imtina etdi, kiçik bir hədiyyə göndərib şəhər və
qala qapılarını bağladı, qaladarlığa başladı. Mülayimlik, hiylə və
yalan vasitəsiylə əlini məqsəd ətəyinə çatdırmaq istəyən
Əbdülmömin xan özü yaxın adamlarından beş-altı adamla qala
ayağına gəldi, Mir Qulbaba ilə təkcə görüşmək və onu aldatmaq
istəsə də, müyəssər olmadı.
Herat qalasını asanlıqla tutmaq mümkün olmayacağı üçün
Əbdülmömin xan oranı mühasirəyə almağı məsləhət görməyərək,
qəm-kədərlə Bəlxə qayıtdı, Mir Qulbaba isə Buxaraya adam
914
yollayıb məsələni Abdulla xan ərz etdi. Miri alqışlayan Abdulla xan
onun üçün hədiyyə və sovqat yolladı.
Xalq arasında belə söyləyirlər: Abdulla xan Mir Qulbabaya
bir dəstə ox və oxatan göndərib tapşırdı ki, əgər Əbdülmömin
icazəsiz Herata, qala ayağına gələrsə, oxçular qoy onun gözünü
nişan alsınlar və bu oxları bir-bir ona yağdırsınlar.
Bu məsələ ata və oğul arasında inciyliyin çoxalmasına
səbəb oldu. Onların arasındakı gərginlik günbəgün artmaqdaydı.
Əbdülmömin xan bir gün eşitdi ki, Abdulla xan bir dəstə mirşikar,
quşçu*, nədim, yaxın adamları və çalğıçılarla (ərbabe-tərəb)
Buxaradan seyr və şikar üçün çıxıb Qərşi yaxınlığındakı böyük bir
bağda əylənməklə məşğuldur, seyr və şikardan sonra vaxtının
çoxunu həmin bağda istirahət etməklə keçirir. Əbdülmömin belə
qərara gəldi ki, Bəlxdən hücumla gəlib külək və ildırım kimi özünü
oraya çatdırsın, xanın və adamlarının işrətgahı olan o bağı mühasirə
etsin və öz məqsədinə çatsın. Özünün yaxın etibarlı əmiri və
müşiri** olan Şahməhəmməd İləciyana bu sirri açdı, Bədəxşana
yürüş bəhanəsiylə ləşkər topladı və beş min nəfər yararlı adam
seçdi, Termez keçidindən keçərək sürətlə o tərəfə yollandı. Abdulla
xan Şahməhəmməd İləciyanı oğlu ilə dostluq etməkdə və ona pis
əməllər öyrətməkdə taxsırlı bilir, məzəmmətləyirdi. Xan deyirdi ki,
oğlundan Şahməhəmmədin təhriki ilə pis əməllər baş verir.
Şahməhəmməd "böyük xan"ın ona qarşı olan şübhəsini rəf
etməkdən ötrü etibarlı bir adamını göndərib oğlunun məqsədini xana
agah etdi. Abdulla xan şahanə bir məclis qurub nədim və
musiqiçilərlə söhbət və şadyanalıq edən bir vaxtda oğlunun hücumla
gəldiyi xəbərini eşitdi. O, az miqdar adamla istirahətdən ötrü
gəldiyindən yanında ləşkəri yox idi və müdafiə oluna, yaxud cəng
edə bilməzdi. Xan öz yarağını, xeymə və xərgahını atıb, külək
sürətli atlarla Buxaraya üz tutdu. Üç fərsəx yol getmişdi ki,
Əbdülmömin xan gəlib həmin bağa çatdı. Oradakı yaraqlara və
başqa şeylərə etina etməyərək, yolda atasını tutmaq məqsədiylə yola
düşdü, lakin heç onun tozuna da çata bilmədi. İldırım və külək
sürətiylə Buxaraya çatan Abdulla xan şəhər qapılarını qapadı,
Əbdülmömin xan atasının səba yeli kimi çıxıb getdiyini bildi və
başa düşdü ki, ona çatmaq mümkün olmayacaqdır, hücumdan əl
çəkib oğruncasına Buxaraya gəldi. Onun iddia oxu hədəfə
dəymədiyi üçtin şəhərin kənarında dayanaraq, atasının yanına adam
yollayıb dedi: "Sənə mülazimət etmək şövqüm mənə qalib gəldiyi
915
üçün Qərşiyə təşrif gətirib Bəlxə yaxınlaşdım, sənin iznini
gözləmədən fəqət ayağını öpmək əzmi ilə gəlib-çıxmışam. İndi isə
xahiş edirəm ki, şəhərə daxil olmağım və görüşməyimdən ötrü mənə
imkan verəsən". O, hər gün ondan görüş xahişi edirdisə də, Abdulla
xan ona inanmır, görüşə icazə vermirdi. Sözü düz danışan bir adam
söylədi ki, bu hadisədə Abdulla xanın oğluna qarşı qəzəbi elə
şölələnmişdi ki, təkrar-təkrar özünə xəbərdarlıq edirdi: "Ey
Əbdülmömin, əgər ömürdən aman tapa bilsəm və sənə öz atını
yəhərləməyə imkan versəm kişi deyiləm". Atasına qarşı nifrət (eraz)
bəsləyən Əbdülmömin xan əlini başına döyür və öz-özünə belə xitab
edirdi: "Ey Abdulla, cahan meydanında kişilik topunu (kuy)*
oğurladığın vaxtdan altımış beş il keçir. İndi öz sidiyindən qaçıb
adəmdə bədnam oldun". Abdulla xan Səmərqənd, Daşkənd və ətraf
məmləkətlərə yərliğ** göndərib ləşkərlər çağırdı, Əbdülmömin
xanın səylərinə, habelə "sənin öz övladına qarşı şübhən səhvdir"
yazıb atasına andnamələr (qəsəmnamə) göndərməsinə baxmayaraq
Abdulla xan ona iltifat etmədi.
Sözün qısası, Əbdülmömin xan öz mətləbinə yetmədi. O,
Şahməhəmməd İləciyanı onun sirrini faş etməyinə görə elə oradaca
cəzalandırdı. Məlum oldu ki, Abdulla xanın əmri ilə böyük bir
ləşkər toplanmışdır və hər tərəfdən Buxaraya gəlməkdədir. Qorxub
Bəlxə tərəf üz tutdu. Onun qaçışından sonra hər yandan gələn
ləşkərlər Buxaraya çatıb xan ordusuna birləşdilər. Abdulla xan
qüdrət və istiqlalla oğlunu cəzalandırmaqdan ötrü Buxaradan çıxıb
Bəlxə yollandı.
Əbdülmömin xan isə pərişan halda çay kənarına çatıb,
oranı adlamaq istədi. O vaxtlarda Mərv hakimi olan Şahım bəyin
Abdulla xandan incikliyi vardı. O, Mərvdən çıxaraq Əbdülmömin
xanın xidmətinə getmək məqsədiylə gəlib ona çatdı, onu Bəlxə
getməkdən saxladı, dedi ki, Bəlxdə olan ləşkərlərini toplayıb çay
kənarında döyüşə hazırlaşsın. Onun məsləhətinə əməl edən
Əbdülmömin xan öz səbat ayağını çay kənarında yerə dirədi və
dayanıb gözlədi.
Abdulla xan isə qoşun-qoşun onun üstünə gəlməkdəydi.
Oğlunun hərb etmək fikrini bilib, buraya gəldiyi üçün fikirlərə daldı
(motəəmel). Mavərənnəhrin ağsaqqalları və şeyxləri islah
meydanına qədəm basaraq, onların hər ikisini məsləhətli sözlərlə bu
fikirdən əl çəkməyə çalışdılar. Abdulla xan fitnə-fəsad sahibləri
kirni tanıdığı Şahım bəyin və daha iki nəfərin yanına gəlmələrini
916
tələb etdi. Əbdülmömin xan onları atasının yanına göndərdi və
Abdulla xan onları cəzalandırdı. Ata və oğulun hər biri isə öz dövlət
paytaxtlarına döndülər. Abdulla xan haqqında danışan doğruçu
adamlar belə deyirlər: "Abdulla xan bu hadisədən sonra tez-tez
deyirdi ki, bütün ömrüm boyu etdiyim böyük-böyük müharibələrdə
çox vaxt düşmənə arxa çevirməmişəm, amma ömründən və
dövlətindən ləzzət görə bilməyəcək Əbdülmömin xan məni
ömrümün sonunda fərar arına giriftar etdi". Həqiqətən də
Əbdülmömin xan atasma qarşı üsyan etməyinə görə axırda atasının
qarğışına gəldi, gələcəkdə yazacağımız kimi, ömür və dövlətdən
kam ala bilmədi. Xülasə, ata və oğulun müxalifət xəbəri Türküstana
yayıldıqda, Abdulla xanın əzəməti sayəsində ədəb-ərkanla yaşayan
qazax sultanları üsyana qalxdılar. O cümlədən Təvəkkül Sultan
Qazax özünə "xan" ismi qoyub böyük qoşunla Daşkənd üzərinə
yürüş etdi. Amma, Abdulla xan ona məqabil durmağı özünə layiq
bilməyib, qohumları olan sultanları, məmləkətlərin sərhəd əmirlərini
(məmaleke-soğur) və öz ləşkərini onunla hərbə namizəd etdi,
Daşkəndlə Səmərqənd arasında o iki dəstə arasında böyük cəng baş
verdi. Cülusundan indiyədək bütün cənglərdə qalib gələn
Abdulla xanın ləşkərləri bu dəfə məğlub oldular, onun əmirlərinin
əksəriyyəti, qoşununun tanınmış (məarif) adamları və öz
əqrabasından olan bir neçə sultanı qətlə yetirildi, sağ qalanlarsa
məğlubiyyət və pərişanlıqla Buxaraya gəldilər. Bu iş onun oğluna
qarşı olan küdurət və pərişanlığını bir qədər də artırdı, məsələni
bitirmək qərarına gəldi. Mir Qulbabanı çağırmaqdan ötrü Herata
adam yolladı. O, belə fikirdəydi ki, ləşkərlər toplayıb bu
məğlubiyyətin əvəzini çıxsın. Bundan sonra Mir Qulbaba və
toplanmış əmirlər Təvəkkül xanı dəf etmək və intiqam almaqdan
ötrü yola düşdülər, Abdulla xan Səmərqəndə tərəf yollandı. Elə
orada da oğlunun müxalifəti və qazax ləşkərinin qələbəsi (çirəgi)
səbəbindən məzacı pozuldu, natəvanlıq yatağına düşdü, nəticədə
həyatını, ömrünü əcələ təslim etdi.
Dostları ilə paylaş: |