ƏLA HƏZRƏT ZİLLLƏLAH ŞAHIN LURİSTAN HAKİMİ
ŞAHVERDİ XANA HÜCUMU, ONUN ƏLƏ KEÇMƏSİ,
HƏMÇİNİN VİLAYƏTİN ONUN DAYISI OĞLU HÜSEYN
XANA VERİLMƏSİNİN ZİKRİ
Ruzigar hadisələrini zərifliklə yazan qələm öz söz
səhifəsində belə yazmışdı: Cahan şəhriyarının (Şah Abbasın - Ş.F.)
fərmanı ilə Fərhad xan və cənab Asəf xislətli etimaddüddövlə
(Hatəm bəy Ordubadi - Ş.F.) Luristanın Xürrəmabad yoluyla
Ərəbistana göndərilmişdilər. Onlara qoşulan Şahverdi xan Abbasi
özünün sabiq hərəkətlərinin əfv olunmasını istədi, öhdəçiliklər
boyun oldu və Fərhad xan və etimadüddövlə vasitəsi ilə təqsirinin
bağışlanmasını şahdan xahiş etdi, onlar da, zamanın təbbinə
əsaslanıb, onu şah inayətindən arxayınlaşdırdılar, Luristan ülkasının
yenidən ona veriləcəyini vəd etdilər. Baxmayaraq ki, Uğurlu Sultan
Bayatın Şahverdi xan tərəfindən öldürülməsinə, həmçinin sonra da
etdiyi başqa əməllərinə görə şahın nurlu qəlbi ondan incimişdi və
şahanə qeyrət bu xahişin yerinə yetirilməsinə izn vermirdi, amma
894
Fərhad xanın və etimadüddövlənin məsləhətini rədd etmədi, lakin
həmin xahişi bir müddət ləngitdi. Amma, Şahverdi xanın
hərəkətlərindən bu dövlət tərəfdarlarının burunlarına əsla sədaqət
qoxusu gəlmirdi. Dünyadakı torpaq sahibləri (zəmindaran) kimi, o
da [öz mənafeyini qoruyub] rumiyyə camaatı, Bağdad hakimləri ilə
yazışmanı və gediş-gəlişi kəsmədi, hiyləgərlik və fitnəkarlıqdan əl
çəkə bilmədi, elə buna görə də belə hərəkət şahın mübarək məzacına
xoş gəlmədi və tərəfindən bəyənilmədi. Şahverdi xan da özünün
sabiqdəki haqsız əməlləri barədə düşündüyündən həmişə vahimə,
qorxu içərisindəydi, əlahəzrətin ona hücum edəcəyindən vahiməyə
düşmüşdü. Elə buna görə də, Bərucərdə və Silaxura yaxın məsafədə
yerləşən Xürrəmabada gəlmirdi. Bu il istiliyin şiddətlənməsindən və
qəbilə ağsaqqallarının təkliflərini nəzərə alaraq Xürrəmabada gəldi.
Elə bu əsnada Seyid Mübarəkin oğlu Seyid Bədr izn almadan ali
ordudan Ərəbistana getdi, Luristan hüdudunda Şahverdi xan
adamlarının əlinə keçdi. Əlahəzrət Əbülqasim bəy Qorçi Evoğlunu
onu gətirməkdən ötrü yolladı. Şahverdi xan bir neçə gün o qorçinin
başını söz-söhbətlə aldadıb Bədr xanın [dərgaha] göndərilməsini
ləngitdi, vaxtı hiyləgərliklə uzatdı. Buna görə də, onunla Əbülqasim
bəy arasında təhdidamiz söhbətlər başlandı. Axırda başqa çarə
tapmadı və xanı istər-istəməz yola saldı.
Qorçi [geri qayıdaraq] Şahverdi xanın düşmən münasibəti
və bədxahlığı barədə ərz etdi. Bu məsələ şahın məzacını bir daha
pozdu və onu dəf etmək qərarına gəldi. Elə xanm özü də həmişə
deyirdi ki, həzrət şah yaxın vaxtlarda mənim üzərimə hücuma
keçəcəkdir. Bircə gecə də rahat olmurdu. Münhilər təyin etmişdi ki,
hümayun ordu Qəzvin darüssəltənəsindən çıxıb hansı bir tərəfə
gedərsə, onun keçdiyi yol barədə mənzil-mənzil xana məlumat
versinlər.
Bu vaxt, şahın qulağına çatdı ki, Şahverdi xan
Xürrəmabada gedib orada özünə xeymə qurmuşdur. Buna görə də,
ona hücum etmək meylinə düşdü, öz xüsusi adamları və yaxınlarıyla
məsləhətləşdi. Amma, başqa hərbçilərin şahın bu istəyindən
xəbərləri olmadı. O həzrət isə uzaqgörən əqli ilə bilirdi ki, agah,
tədbirli və hüşyar adam olan Şahverdi xan özünün mühafizəsi
barədə düşünməyə bilməz. Xanı aldatmaqdan ötrü guya İsfahana
gedəcəyini izhar etdi və o səmtə yola düşdü. Savəyə qədər gedib
Savədən Avəyə təşrif apardı, Avədənsə Luristana tərəf yollandı.
İyirmi fərsəxlik yol olan Bərucərdə çatanadək gecə-gündüz yol
895
getdi, fələklər fələyi kimi (fələkül-əflak) bircə ləhzə belə hərəkətdən
qalmadı. Müqəddəs ordu mülazimlərinin əksəriyyətinin atları
taqətdən düşdüşdü. Bərucərd yaxınlığına çatana qədər müqəddəs
məiyyətdə beş yüz başdan çox at qalmamışdı. Şah, müzəffər
döyüşçülərin gəlib-çatmalarından ötrü orada bir az gözlədi, sonra
yenidən atlanaraq sübhədək səkkiz fərsəx yol getdi, günortaya yaxın
Xürrəmabad qəsəbəsinə yetişdi. O vaxt şahın yanında qırx-əllidən
artıq qorçi, qulam və başqa yaxın adamı yox idi. Xülasə, bu
qəsəbənin kənarından ötüb, xanın qala yaxınlığında yerləşən evinə
tərəf yollandılar ki, oranı mühasirəyə alaraq, Allahın köməyi ilə xanı
ələ keçirsinlər.
Amma, onun münhilərinin yanından hər gün bir qasid gəlib
cah-cəlal ordusunun İsfahana gedişindən xəbər gətirirdisə də, o,
buna inanmayaraq deyirdi ki, Savə şəhərindən sonra mümkündür ki,
şah atın cilovunu Luristana tərəf döndərsin.
Xan ehtiyatını əldən vermir, çay kənarındakı Bəlaymərdan
adı ilə məşhur olan Sədmərə Xeymələri adlanan yerə gedib orada
qalmaqda idi. Bir neçə imtahandan çıxmış qaçaraq atını yəhərləyib
yanında saxlayırdı. Bu vaxt Savədən başqa bir qasid gəlib ona dedi
ki, Avəyə qədər hümayun ordu ilə gəlirdim, şah oradan İsfahana
yollandı.
Xan bu dəfə tamamilə xatircəm oldu. Amma, əlahəzrətin
Xürrəmabada gəlib çatdığı gün bir adam xana belə dedi: "Bərucərd
tərəfdən hücumla [buraya] gələn adamlar gördüm". Xan lurların ona
qarşı hiyləgərlik və bivəfalıq edərək buraya gəldiklərini güman edib
ehtiyatı əldən vermədi, qoşunundan xəbərsiz halda cəld atlandı,
fərzənd və övrətlərini də atlara mindirdi, pullarını, qızıl-gümüşünü
və qiymətli alətlərini götürüb, bir neçə nəfər etibarlı xidmətçiləri ilə
Sədmərəyə tərəf rəvan oldu. O, gəlib bir qədər Laymərdanda
dayandı. Arxadan gələn bir neçə xasseyi-şərifə qulamı bağların
yanında yolu səhv salıb, Şahverdi xanın iqamət yeri olan çay
kənarına gəldilər. Uzaqdan süvarilərin gəldiklərini görən Şahverdi
xan fərar yolunu önə tutdu. Qulamlarsa gedib onu yarım fərsəx təqib
etdilər, amma arxadan kömək gəlmədiyi üçün əlacsızlıqdan geri
qayıtdılar.
Əlahəzrət onun evinə çatdığı zaman məlum oldu ki, xan öz
xeyməsində gecələmişdir. Bağların arasından kcçib xeyməyə
çatdılar. Yarım fərsəx yol keçmişdilər və arxadan gələnlərin gəlib
onlara çatmalarını gözləyirdilər. Gəldilər, amma gec gəldilər.
896
Müqəddəs şah ordu mülazimlərinin atlan elə taqətsiz olmuşdu ki,
daha irəli gedə bilmirdilər. Onun şahın şəxsən özü tərəfindən təqib
edilməsi o zaman uzaqgörən əqldən kənar bir iş idi və
ehtiyatkarlıqdan uzaq bir hərəkətdi.
Onlar üç günəcən Xürrəmabadda dayandılar. Orada lur
tayfalarının əksəriyyəti gəlib şahı görməklə şərəfləndilər. Əlahəzrət
Mənsur bəy Səlvizinin oğlu Hüseyn xanı el və ülusu ilə birlikdə
Şahverdi xanın ardınca yolladı. Mənsur bəyin atası Şahverdi xanın
dayası idi. Bu il dövlətə müxalif olan və üsyan edən iki nəfər - biri
Əlixan Gəraylı, o biri isə Kəcur valisi Məlik Cahangir dövlətin
sədaqətli tərəfdarları olan adamların vasitəsilə artıq tutulmuşdu.
Əlahəzrət indi isə Şahverdi xanın tutulmasına başlayaraq, İlahinin
lütfü və iqbalın köməyi ilə yürüşə çıxıb Sədmərəyə tərəf yollandı.
Sədmərədə məlum oldu ki, Şahverdi xan orada da dayana bilməyib
özünü Luristandan kənara çıxarmışdır. Əlahəzrət Sədmərədə qaldı,
xasseye-şərifə
qulamlarını
Allahverdi
xan
Qullarağasının
sərkərdəliyi, müqəddəs ordunun başqa mülazimlərini isə Qənbər bəy
Səlihdarbaşı (?) Ustaclının başçılığı altında xanı tapmağa yolladı,
onların hər biri təyin olunduqları yerə getdi.
Şahverdi xan, rumiyyə tərəfindən Bağdada tabe Cəngəle-
Səncəqqalanı idarə edən qolumu Şahrux adlı bir adamın yanına
pənah apardı, qızılbaş ayağının rumiyyə sərhədinə daxil olan
torpaqlara dəyməyəcəyi etiqadı ilə həmin qalaya gəldi. İşinin
nəhsliyindən, ardınca göndərilən iqbal rəhbərləri (qayedan) onu
axtarmaqdaydılar. Allahverdi xanın müzəffər döyüşçüləri və
qulamların yolu, rəbbani qəzavü-qədər sayəsində həmin qala
istiqamətindən keçdi. Bir maldardan öyrəndilər ki, Şahverdi xan öz
xanəköçü və fərzəndləri ilə birlikdə bu qalaya gəlmişdir. Elə həmin
ləhzə o qalaya tərəf götürüldülər. Bir dəstə şücaətli və təcrübəli
döyüşçü qala divanının yanında atlardan enib taxta körpünü keçdilər
və qalanın darvazasına cumdular.
Şahverdi xanın tutulması:
Bundan agah olan qala camaatı bürc və barılara
yaxınlaşıb müdafiə ilə məşğul oldular, tərəflər arasında oxlar və
qılınclar işə düşdü. Qala darvazasına çatan qulamların padşahın və
ləşkər sərdarının qorxusundan geri qayıtmaq cürətləri yox idi. Onlar
897
darvazanı odladılar, qalxanlarını üzlərinə tutub fürsət gözləyirdilər
ki, özlərini qalaya atsınlar.
Atəş şöləsi zəbanə çəkdiyindən qala içərisində olanların
irəli gəlib atəşi söndürmək gücləri olmadı. Elə ki, qapının yarısı
yandı, fürsət ələ düşdü. Üzlərində qalxanları, bədənlərində isə
dilavərlik geyimləri olan qulamlar atəş arasından keçərək hasara
daxil oldular. Qala adamları, bəzisi barıların üstünə çıxıb, bəzisi isə
evlərin damları üzərində dayanıb cənglə məşğul olmağa başladılar.
Şahverdi xan da, yaşadığı evin damına çıxaraq, əlindəki
tüfəngdən qulamlara güllə atmağa çalışdığına baxmayaraq tüfəng
açılmadı. Qeyrətinin və tündməzaclığının təsiri ilə cürətlənib
tüfəngini yerə atdı, ox və kamanından yapışdı. Doğru danışan
adamların biri onun sözü ilə belə dedi: "Elə ki, birinci oxu atdım
kamanın ipi qırıldı, anladım ki, mənim dövlət ipim qırılmış, bəxtim
üz döndərmiş, işim bitmişdir. Hərb iqbalımın [göstərişi ilə] kamanı
da əlimdən atdım, hərbdən əl çəkdim və qışqırdım ki, tərəflər cəngi
saxlasınlar.
Şer
Heç zaman qəzadan qurtulmaq olmaz,
Qədərdən qaçmaqsa mümkün deyildir.
614
Bir adam yollayıb Allahverdi xandan belə hökm etməsini
xahiş etdim: "Mənim övliyalarımdan heç kim bu qala camaatına
dəyməsin".
Sözün qısası, qulamlar bir-birinin ardınca səmənd atlar
kimi atəşdən keçib qalaya daxil oldular. Lurlar cəngdən əl çəkdikləri
üçün, qulamlar da Allahverdi xanın əmrinə əsasən heç kəsə
dəymədilər, Şahverdi xanı tutub çölə çıxardılar.
Şahverdi xanın öldürülməsi:
Allahverdi xan onunla insanpərvərliklə davrandı, bir
neçə adamı onun hərəm əhli və fərzəndlərinin mühafizəsinə təyin
614
Şerin farscası:
Ba qəza bər nəmitəvan aməd,
Ba qədər dər nəmitəvan amixt.
898
etdi. Rumilərin mirsəncəqi və bu qalanın hakimi olan yuxarıda adı
çəkilən Şahrux cəng zamanı ağır yara aldığından, onu orduya
gətirdilər ki, cərrahlar müalicəsinə başlasınlar. Orduya gəlib
çatdıqda vəfat etdi, Şahverdi xanla həmin qalaya gələn adamların bir
hissəsi isə cəngdə öldürüldü.
Allahverdi Xan Şahverdi xanı qardaşları, yaxın adamları və
əsirlərlə birlikdə özü ilə orduya gətirdi. Sədmərə çayının kənarında
Şahverdi xanın boynuna zəncir saldılar, Allahverdi xan zəncirin
ucunu əlinə götürüb hümayun dövlətxananın qapısına gətirdi, iqbal
münhilərinin vəziyyətlərinin təsviri bu sözlərlə tərənnüm olundu:
Şer
Ayrılıq səmtinə cəhd eləyən kəs
Başını zəncirdən qurtara bilməz
615
.
Şahverdi xan xoş simalı və gözəl görkəmli bir adamdı. O,
əgər bu vaxtlar dəbdə olan kimi, azacıq belə yaltaqlıq edib
(təməlloq) yalvanşa başlasaydı, cəzalandırılmazdı, amma, xan
müqəddəs padşahlar tərəfindən məzəmmətlənən qürur və
təəkəbbürlə hərəkət etdi. Onun hərəkətlərində [hələ də] nifaq
əlaməti görünürdü. Tərəzidə yoxluq çəkisi varlıq çəkisindən ağır
gəldi və o bir neçə tərəfdarı ilə birlikdə elə oradaca cəzalandırıldı.
Qənbər həy Ustaclunun sərkərdəliyi ilə Şahverdi xanın axtarışına
gedən müzəffər əsgərlərin bir dəstəsi isə Badray tərəfə gedib orada
Bağdad ülkasının rəiyyətinə qarşı əliuzunluq etmiş, oradan çoxlu
heyvan və qənimət götürmüşdülər. Onlar geri qayıdıb orduya
gəldikləri vaxt bu qarətkarlıq şahın məzacına uyğun gəlmədi. O,
həmin malları bir yerə yığıb əzəmətli bir qorçiyə verərək,
sahiblərinə qaytarmaqdan ötrü Bağdad hakiminə göndardi,
Sədmərədən çıxıb Xürrəmabada gəldi, Mənsur bəy Səlvizinin oğlu
Hüseynxanın adına sənəd hazırlayıb, Təhmasibqulu Sultan İnanlıya
tapşırılan Sədmərə, Həndəməs (?) və Bağdada yaxın yerlərdən başqa
bütün Luristan hakimliyini ona verdi. [O vaxtlarda] Xaməbidel
615
Beytin farscası:
Səri k-əz tovge-su cuyəd cedayi,
Məbad əz bənde bidadəş rəhayi.
899
camaatı səlvizilərlə yola getmirdilər. Şahverdi xanın və
Şücaəddinin övladları səlvizilərə itaət etməyib Hüseynxanın
hakimliyinə qarşı çıxdılar. [Buna görə də,] həmin tayfa şahanə
qəzəbə gəldi, fitnə mayası olan o təbəqənin və başqa lurların
fitnəkarları Xürrəmabadda öz cəzalarına çatdılar, Sücaəddinin bayat
tayfası içərisindəki Cahangir adlı oğlu kor edildi, Şahverdi xanın iki
oğlunu isə Ələmut qalasına göndərdilər, lakin onların hər ikisi
unudulmuşlar (fəramuşan) zindanına gəldilər və xəbər gəldi ki, bir
daha onlardan xəbər gəlmədi (söz oyunudur - Ş.F.).
Xülasə, məcazi Abbasilərin Luristan hakimiyyəti bitdi,
həqiqi Abbasilərin, yəni əlahəzrət zilləllah şaha tabe olanların
müstəqil hakimiyyəti yarandı, başqa lurlar Hüseyn xanm
mülazimliyinə göndərildilər, cah-cəlal ordusu zəfərlə səltənət
paytaxtına qayıtdı.
Şahanə təlimə uyğun hərəkət edən Hüseynxan o vilayətdə
müstəqil oldu, onun qədir-qiyməti gün-gündən çoxaldı. Bu
"Aləmara" kitabının yazmaqda olduğu hicri tarix indi min on birinci
(miladi 1602/03) ildir. Hüseynxan böyük şövkət və iqtidarla lurların
hakimidir və heç vaxt Şücaəddin övladı nəsilbənəsil belə qüdrətə
sahib olmamışdı.
ƏLİXAN GƏRAYLININ TUTULMASI VƏ ONUN ÖZ
VƏLİNEMƏTİNİN NEMƏTİNİ UNUTDUĞU ÜÇÜN
CƏZALANDIRILMASININ ZİKRİ
Qələm əvvəllər belə bəyan etmişdi ki, Əlixan Gəraylı
sədaqət və birlik yolundan yayınıb üsyan və tüğyan yolunu tutdu.
Əlahəzrət onun ülkasından Cacərmi və bəzi malları Təvəkkül xan
Gəraylıya, Qəleyi-Payhesar, Ruğd və başqa mahalları isə Dərviş
Xəlifəyə verdi, Hüseyn xan Şamlı şahın əmri ilə Əlixanın yaşadığı
Qəleyi-Payhesarı tutub Dərviş Əli Xəlifəni orada yerləşdirdi,
əzəmətli adamlarının və ağsaqqallarının əksəriyyəti Əlixandan
dönüb şaha tərəf meylləndilər, Dərviş Əli xanın və Təvəkkül xanın
xidmətinə gəldilər. Əlixan isə yasa qərq olaraq həmin hüdudlarda
sərgərdan dolaşmaqdaydı. O, bir dəfə özbəklərin yanına getmiş,
lakin Əbdülmömin xandan vahiməyə düşüb qaçmış və şahın
xidmətinə gəlmişdi. Onun özbəklərə heç bir etibarı yox idi və daha
onların yanına gedə bilməzdi. [Buna görə də,] qohumu olan
Mənsurxan bəy Gəraylının yanına bir adam göndərdi, görüş xahişi
900
etdi. O şahsevənlərdəndi və onlar bir-biriləriylə inad məqamında
durmuşdularsa da, Mənsurxan bəy görüşə razılıq verdi. Əlixan
Gəraylı bir neçə mülazim və xidmətçiylə birlikdə Mənsurxan bəyin
evninə gələrək, onu hiyləgərliklə özünə müttofiq etmək istədi ki,
fitnə-fəsad yoluyla o vilayətdə öz hakimiyyətlərini davam
etdirsinlər. Həmişə fitnəkarlıqdan qaçan Mənsurxan bəy onun fitnəli
sözlərinə əhəmiyyət və razılıq vermədi. O özünün aqibətini,
həmçinin gəraylı el və əşirətinin gələcəyini düşünərək şahanə
qəzəb və cəzadan qorxdu və buna görə də Əlixanı həbs etdi,
məsələni ali saraya bildirdi. Əlahəzrət Əlixanı saraya gətirməkdən
ötrü Hüseyn bəy Əmakeşi göndərdi və o gəraylıların yanına gələrək
Əlixanı onlardan qopardı, qələbə ayətli ordu Luristan səfərindən
zəfərlə qayıdıb Bərucərbə çatdığı vaxt onu şahın nəzərinə yetirdi.
Əlixan Gəraylının qətli:
Əlixana qarşı şahanə qəzəb atəşi artıq alovlanmışdı.
Həqiqətən də xan, ona olan şəfəqqətlərin qədrini bilməmiş, on pis
hal sayılan nəməkharamlıq etmiş və o cəzaya məruz qalmışdı. Buna
görə də cəza şəhnəsi onu cəzalandırmağa başladı, bəsirət gözünü
şahın iltifatından bağladığı üçün gözlərini çıxardı, onu görmək
nemətindən məhrum etdi, bəzi başqa bədən üzvlərini də kəsdi,
başqalarına da ibrət dərsi olmaqdan ötrü həmin biyabanda Əlixanı
nümayiş etdirdilər və ordu oradan çıxdı. Bundan sonra padşahın
qəzəbindən qorxan rəiyyət və əskərlərdən bir nəfər belə, axirətin
savabını qazanmaqdan ötrü, öz cızığından çıxmadı.
Şer
Çörəyi tapdayıb çəkdi cəzanı,
Çıxdı əziyyətlə bədəndən canı.
616
Padşaha yaxın olan adamların hal-əhvalları xoş olsun ki,
ibrət görən gözlərini açıb öz hallarının axırına və əhvallarının
aqibətinə nəzər salırlar, afiyətin qədrini bilərək özlərini
616
Şerin farscası:
Bekafərne'məti gərdid məşhur,
Besəxti kərd can əz kalbod dur
901
nemətharamlıqla dünya və axirətdə bədnam etmirlər, amma təəssüf
ki,
Misra
Söz eşidən qulaq varmı, etibarlı göz hanı?
617
CAHANIN MƏŞHUR QALALARINDAN OLAN
MAZANDARANDAKI ÖVLAD QALASININ FƏTH
OLUNMASININ ZİKRİ
İqbal hadisələrdən biri də, Mazandaran qalalarının məşhuru
olan Övlad qalası fəthinin uğurla baş tutmasıdur. Məsələ belə
olmuşdur: Fərhad xanın Mazandarana getdiyi keçən il o,
Mazandaran mahallarının əksəriyyətini tutmuş və qardaşı Əlvənd
Sultanı orada saxlamışdı. Qədim fars (fors) padşahlarından yadigar
qalan və Təbəristanın ən möhkəm qalalarından olan Övlad qalası
Əlvənd Divin əlindəydi ki, o da itaətə gəlmirdi. Bəzi divə bənzər
mazandaranlılar [Fərhad xanın qardaşı] Əlvənd tərəfindən üsyana
təhrik olunurdular. Başlarında hakimlik xülyası olan o vilayət
fitnəkarları onunla əlbir idilər, Əlvənd Sultana düşmən çıxıb ona
lazımi kimi itaət təqdim etmirdilər. Zəmanənin məsləhətinə uyğun
olaraq Əlvənd Sultan, Əlvənd Div və o adamlarla barışıq yolunu
tutmuşdu. Buna görə də bəzi qərəzkar adamlar onu qardaşına
müxalif və Mazandaran düşmənləri ilə müvafiq olmaqda iddiham
edirdilər. Baxmayaraq ki, Əlvənd Sultanda bir azacıq divanəlik
(conun) vardı və əməlləri əql qanunlarından uzaqdı, amma tam
divanəlik xisləti ondan kənar idi.
Xülasə, əzəmətli ordu Luristan səfərindən qayıdaraq,
səltənət paytaxtında olarkən şah Əlvənd Divi və Övlad qalasını ələ
gətirib
o
vilayəti
üsyankarların
müqavimət
tikanından
təmizləməkdən ötrü Fərhad xana Mazandarana getmək izni verdi.
Xan da şahın zavalsız iqbalına arxalanıb o tərəfə rəvan oldu.
Əvvəlcə, satqınlıqda ittiham olunan qardaşı [Əlvənd Sultanı] ali
saraya göndərdi. Şaha aydın idi ki, danışılan sözlər [Fərhad xanın
qardaşına qarşı] töhmət və iftiradır, ondan baş verən bəzi müxalif
617
Misranın farscası:
Guşe-soxənşenov koca, dideye-etibar ku?
902
işlər isə onun səfehliyi, ağılsızlığı və divanəliyindən baş vermişdir,
həmçinin elə də ola bilər ki, məcburiyyət üzündən düşmənlə bir
neçə günlüyə barışmışdır. Bunları nəzərə alıb onu azad (motləqül-
ənan) etdi.
Fərhad xan isə şövkət və iqtidarla bütün Təbəristan işlərini
tənzimləməyə yollandı və onunla Əlvənd Div arasında əvvəlcə
yazışma başladı. Əlvənd Div Məlik Bəhmənin düşdüyü vəziyyəti öz
vəziyyəti ilə müqayisə edərək, Fərhad xanla qətiyyən görüşmək
istəmirdi.
Əlvənd Divin itaətsizliyindən məyus olan Fərhad xan
Övlad qalasının mühasirəsinə yollandı. Div isə onu qızılbaşların
mühasirəsindən xilas edə biləcək köməkçi (moin) və xilaskar (naser)
görmədiyi üçün özünü mühasirədən çıxardı, övlad, yar-yoldaş və
fərzəndlərini qalada qoyub, bir neçə adamı ilə cəngəlistana üz tutdu.
Qalanın mühasirəsinə başlayan Fərhad xan qətiyyətli işi və tədbiri
ilə mühasirədə qalan adamların vəziyyətlərini pisləşdirdi, bir dəstə
qala əhlinə ənam və ehsan verməklə özünə ram etdi, başqaları isə
çölə çıxıb qalanı təhvil verməkdən başqa çarə tapmadılar. Şahın
zavalsız iqbalı ilə qalanın fəthi müyəssər oldu, Əlvənd Divin,
övladının və təbəələrinin bütün var-yoxları ələ keçdi. Xan bu aşkar
(mobin) fəthin təfsilatını şaha ərz etdi. Əzəmətli ordu Qəzvindən
çıxıb seyr və söhbət edə-edə İsfahana gedərkən, Kaşana çatdığı
zaman Övlad qalasının fəthi xəbəri gəlib yetişdi, Fərhad xan faxir
xələtlər, hədiyyələr və çoxlu mükafatlarla sərəfraz oldu. Əlvənd Div
isə cəngəllik və meşələrdə avara sərgərdan gəzib-dolaşır, hər gecə
bir yerdə, hər gündüz bir məkanda narahatlıqla gün keçiridi. Onun
vəziyyətinin sonrasını qələm gələn il bəyan edəcəkdir, inşaallah.
Dostları ilə paylaş: |