[HİCRİ TARİXLƏ] MÜBARƏK MİN DOQQUZUNCU İLƏ
(MİLADİ 1600/01) BƏRABƏR SİÇAN İLİNİN, YƏNİ
HÜMAYUN ŞAHIN SƏADƏTİLİ CÜLUSUNUN ON
DÖRDÜNCÜ İLİNİN BAŞLANMASI
Səadət amallı bu ilin aləmi bəzəyən novruzu mübarək
ramazan ayının beşinə (10 mart), çəharşənbə gününə düşdü, yəni
insanlara işıq bəxş edən səyyarələr sultanı (yəni günəş - Ş.F.) iqballı
əzəmətlə şəfəq taxtına çıxıb öz yüksək bayrağını qaldırdı, ordibehişt
[ayının] nəsimi bahar güllərinin qoxusundan ətirlənməyə başladı,
təbiəti rayihələndirdi, ürəkaçan baharın gülləri gözəllik bülbülləri
(hezaran) ilə qış yatağından (hecle) özlərini göstərərək, insanların
şadlığını artırdı, [soyuğun] qarətgər ləşkərinin gəlişi ilə torpağın
gizli ağuşuna (nihanxane) girib, ayaglarını təvazökarlıq (xəmul)
ətəyinə yığan güllərin (rəyahın)şux gözləri cilvəgərliyə və şuxluq
etməyə (şuxi) başladı:
984
Beytlər
Gün ayinli novruz gəldi yenə də,
Bənzətdi qoynunu yerin cənnətə.
Bahar nəsimləri ətirli oldu,
Cahanın hər yanı sevinclə doldu.
Bahar bir tərəfdən, gün başqa yandan,
Hər biri bədənə vermədədir can.
Bahardan elə bir lütf yüksəlir
Ki ondan zövq ətri, yar ətiri gəlir
651
Əlahəzrət müqəddəs Məşhəddə dövlət kamina çatdı və
şadimanlıq bayrağı ucaltdı, behiştnişan şəhərin meydanında çovkan
və qəbəq (qəbəqəndazi) oyunları onun nurlu eyş-işrətini
artırmaqdaydı. Novruz günlərinin sevinc və nişatından sonra o,
yürüş cilovunu Herat darüssəltnəsinə tərəf döndərdi, zəfər və iqballa
həmin cənnətmisal yerə gəlib çatdı, "Baqe-şəhr"də dayandı.
Hüseynxan Şamlı əhali və əyanlarla onu qarşılayaraq, ləyaqətli
xidmətlər göstərdi. [Şah] Xarəzm valisi Hacı Məhəmməd xana və
Şahican Mərvinin valisi Nurməhəmməd xana Mavərənnəhr
məsələləri xüsusunda məsləhətləşməkdən və qərar çıxartmaqdan
ötrü məktub yazaraq, onları yanına dəvət etdi və məktubları şah
ordusunun mülazimləri apardılar. Hacı Məhəmməd xan fərmana
əməl edib Xarəzmdən çıxdı. O, yol getməkdə idi ki, xəstələndi,
yolun bir neçə mərhələsini kəcavədə (məhəffe) gəldi, lakin xəstəliyi
şiddətləndiyi üçün [Herata] çata bilmədi, üzr istədi və əlahəzrət
onun üzrünü qəbul etdi, amma Nurməhəmməd xan əsassız səbəblar
irəli sürdü və gəlməkdən imtina etdi.
Herat darüssəltənəsi hadisələrindən biri də budur: Bəlxə
göndərilmiş Ruhulla bəy qayıdıb belə ərz etdi: "Bəlx əhalisinin bir
651
Beytlərin farscası:
Baz novruz gəşt mehrayin,
Kərd səhne-cəmən ço xoldbərin.
Şod nəsime-bəhar ənbərbiz,
Dər-o bame-cəhan neşatəngiz.
Dər nəsime-bəhar-o feyze-səbuh
Hər dəmi can dəməd be qalebe-ruh.
Be məşame-cəhan ze lotfe-bəhar
Mirəsəd buye-zovq-o nekhəte-yar
985
hissəsi İbrahim Məhəmməd xanı istəyir, amma başqa hissəsi isə,
hal-hazırda da onların hakimi olan Əbdüləmin xan tərəfdarıdır.
İkinci hissə İbrahim Məhəmməd xanın oraya göndərilməsinin
əksinədir və onlar qorxurlar ki, xanın gəlişi ilə Əbdüləmin xan
dövlətinə sədəmə toxuna bilər." Bir neçə kəngaş məclisi
çağırıldıqdan sonra əlahəzrət zilləllah şah istəmədən bu fikirlə
razılaşdı. Şərt belə oldu ki, Məhəmməd İbrahim xan Əbdüləmin
xanı özünün böyük qardaşı bilsin, onunla görüşsün, əmr və
tapşırıqlarına əməl etsin, Əbdüləmin xanın rəsmi hökmü (yərliğ) ilə
ona verdiyi məmləkətlərlə kifayətlənsin və Mavərənnəhrin fəthinə
qədər bununla qənaətlənsin, amma, Allahın köməyi ilə Mavərənnəhr
ələ alındıqdan sonra onların biri Buxarada, o birisi isə Bəlxdə
yerləşər.
Şah tərəfindən Məhəmməd İbrahim xana istimalət kağızı
yazıldı ki, orada xana "izzətli qardaş" ifadəsi ilə müraciət
olunmuşdu. Bu iş şahın ürəyindən olmasa da, zamanın məsləhətinə
uyğun olaraq belə dedi:
Beyt
Dövlət işi ittifaq iləndir,
Amma süqutu nifaq iləndir.
652
Xudaynəzər bəyin fikir və hüsni-tədbirinə tam etimadı olan
şah Məhəmməd İbrahim bəyin huşyarlıq qulağına (guşe-huş) öz
qiymətli nəsihətbrini çatdırıb ona lazimi tapşırıqlar (sefareşate-bəliğ)
verdi, bidirdi ki, Nəzər bəyin məsbhət və razılığı ilə hərəkət etsin,
zamanın da məsləhətini nəzərə alaraq Əbdüləmin xanla da
mülayimlik və məhəbbət izharı şəraitində dolansın, əqlin və biliyin
göstərişinə əməl etsin. Şah ona şahanə yaraqlar verib, müqəddəs
Məşhəd hakimi Budaq xanı və ibn Hüseynxan Firuzcəngi də ona
həmrah edərək yola rəvan etdi. Sonra İmamqulu xan Pakizə
Türkmanı Bəlxə Əbdüləmin xan və özbək böyüklərinin yanına
yollayıb, onlarla ülfət məktubları göndərdi. O, həmrəylik və ittifaq
barədə öz ürək sözlərini yazaraq belə buyurmuşdu: "İrsi mülkün ələ
652
Beytin farscası:
Dovlət həme z-ettefaq xizəd,
Bidovləti əz nefaq xizəd.
986
keçirilməsinə çalışın. Əgər qızılbaşların köməyinə ehtiyac olarsa,
bizə bildirin ki, onları yollayaq".
Məhəmməd İbrahim xan xoş bir saatda şahın yanından
ayrılaraq qızılbaş döyüşçüləri və Xudaynəzər bəylə yola rəvan oldu.
O, Pakizə İmamqulunu irəli göndərdi ki, onun gəlişini əmisinə
çatdırsın, əhalinin istiqbala çıxmasını təşkil etsin. Pakizə də Bəlxə
gedərək özünün bu elçilik xidmətini yerinə yetirdi.
Amma, Bəlx böyükləri hazırda səltənət taxtında əyləşən
Əbdüləmin xanın xatirinə Pakizə İmamqulunun xahişinə əməl
etməyərək, xanın izni olmadan Məhəmməd İbrahim xanı
qarşılamağa cürət etmirdilər. Nəhayət bəzi ağsaqqalların məsləhəti
ilə onlar xanı qarşılamağa yollandılar və Meymənə hüdudunda
aralarında görüş oldu. Onlar hər məsələ xüsusunda xeyli danışdılar.
Bəlxlilər Məhəmməd İbrahim xanın hərəkətlərindən anladılar ki, o,
məchul bir övlada baş əyməyəcəkdir. Əbdüləmin xan tərəfindən iş
başına keçirilən və onun tərəfdarı olan bəzi adamlar səltənət iddiası
izhar edərək, oradan geri qayıtdılar, şəhərə gəldilər. Başqaları isə
belə dedilər: "Qızılbaş ləşkərinin gəlişinə ehtiyac yoxdur. Öz
padşahzadəmizi bizim ixtiyarımızda saxlayın ki, özbəklər necə
istəyirlərsə, eləcə də hərəkət etsinlər".
Bulaq xan və Xudaynəzər bəy özbaşına tərzdə bu təkliflə
razılaşmadılar və qərara aldılar ki, qoy hər iki tərəf məsələni şaha
ərz etsin və şah tərəfindən söyləniləcək təklifə əməl olunsun. Həmin
adamlara etibarı olmayan Məhəmməd İbrahim xan və yoldaşlrı
ehtiyatkarlıqla bir neçə mənzil geri çəkildilər ki, qızılbaşların
köməyinə yaxın olsunlar. Onlar şahın yanına adam yollayıb ona
məktub göndərdilər, həmin ağsaqqallar isə Bəlxə qayıtdılar.
Əlahəzrətdən bərk qorxduqları üçün onlar da bir adamlarını ali
saraya göndərib [belə] ərz etdilər: "Bizim cidd-cəhdimiz (hemmət)
buna yönəlmişdir ki, qoy Məhəmməd İbrahim xan Buxaraya ləşkər
çəkib Mavərənnəhr məmləkətini saxta adamların (motəgəl-lebe)
əlindən alsın. Bizim Əbdüləmin xan və Bəlxin əmir və əyanlarından
təvəqqəmiz yoldaşlıq və həmrahlıqdır, biz əsla Bəlx məmləkətini və
Əbdüləmin xanın zəbtində olan yerləri ondan geri istəmirik.
Qızılbaş ləşkərinin buraya gəlməyini istəmədiyimiz üçün, əgər
[Əbdüləmin] xanın toxunulmazlığı xüsusunda əhd-peyman
bağlanılarsa və həmin əhd-peyman imanla möhürlənərsə, şah
[özbəklərin] nifaq etməyəcəklərindən arxayın ola bilər".
987
Əhd-peyman bağlandıqdan sonra Budaq xan və İbn
Hüseynxan geri qayıtdılar və [Məhəmməd İbrahim bəyi] özbək
döyüşçüləri ilə sağ-salamat Bəlxə rəvan etdilər. Bu məqsədlə Pakizə
İmamqulu ikinci dəfə Bəlxə getdi. Zahirən Əbdüləmin xandan razı
qalmalarından ötrü bəlxlilərə bu sözləri çatdırdı.
Amma, özbək böyükləri batinən onunla belə əhd etdilər:
"Əgər Məhəmməd İbrahim xan buraya təşrif gətirərsə, biz
özümüzün əsil-nəsəbi məlum olan o padşahzadəmizin tərəfini
tutacaq, zərurət üzündən qəbul etdiyimiz məchul nəsəbli
[Əbdüləmin] xanı qəbul etməyəcəyik" Onlar məxfi əhdnamələr
yazıb, onları Pakizə İmamquluya verdilər, xan da onların razılıq və
itaətindən xatircəm olub qeri qayıtdı, qorxu-hürküsüz halda və hərbi
mülahizələrlə Məhəmməd İbrahim xanı Xudaynəzər bəylə Bəlxə
apardı və qızılbaşlar geri döndülər.
Bəlxin kənarına gəlib-çatan Məhəmməd İbrahim xanın
gəlişindən xəbər tutan Əbdüləmin xan bir neçə adamı onun
istiqbalına yolladı. Həmin adamlar onunla görüş səadətinə yetişərək,
Məhəmməd İbrahim xanda nəcabət və padşahlıq əlaməti müşahidə
etdikləri üçün, ona mülazim olmaq qərarına gəldilər. O, Bəlxə
yollandığı gün, şəhərdə qalmış əmirlər və əyanlar Əbdüləmin xanı
Məhəmməd İbrahim xanın istiqbalına getməyə rəğbətləndirdilər.
Amma o, özünün səltənət və böyüklük rütbəsinin hifzi üçün oraya
getmək istəmirdi. [Buna görə də] onlar həmin böyük xanıma
(Əbdüləmin xanın himayəçisinə - Ş.F.) belə dedilər: "Əgər nəvvab
xan Məhəmməd İbrahim xanı qarşılamağa getməzsə və ona öz
qardaşlıq ülfətini bildirməzsə, bütün özbəklər sizi öz qardaşınız
oğluna (Məhəmməd İbrahim xana - Ş.F.) qarşı mehribansızlığda
ittiham edəcəklər."
Xülasə, həmin böyük banu istiqbala razılıq verdi və
Əbdüləmin xan əmirlər və əyanlarla istər-istəməz xanı
qarşılamaqdan ötrü atlara süvar oldular. Onlar şəhərdən çıxanda və
Məhəmməd İbrahim xan görünəndə adamların əksəriyyəti onu
görməkdən ötrü irəli gəldilər və onunla kurneş etdilər. Adamların
sayı get-gedə azaldı. İstiqbala gələnlərlə görüş bitdiyi vaxt özbək
əyanları belə qərara gəldilər: "Görüş zamanı Məhəmməd İbrahim
xan əgər atından düşərsə, gərək cənab xan da piyada olub onu öz
mehribanlıq ağuşuna çəksin, qardaşcasına görüşsün, öz isti
münasibətini bildirsin".
988
Əbdüləmin xan razılaşdı. Onlar gəlib bir-birlərinə çatdıqda
əvvəlcə həmin sadəlövh biçarə nadan xan atdan düşdü. Əbdüləmin
xanın atından endiyini müşahidə edən Məhəmməd İbrahim xanın
özü isə ata süvar halda qaldı və öz tərəfdarlarına dedi ki,
Əbdüləmini irəli gətirsinlər və onunla görüşdürsünlər. Bu fərmanı
alan adamlar elə də etdilər. Vaxt get-gedə azalır və əhali nəsə təzə
bir əhvalat gözləyirdi. Əbdüləmin xan tərəfdarlarından heç kim
danışmağa macal tapmadı, xan isə pərişan və heyranlıqla kurneş
mərasimini yerinə yetirdi. Məhəmməd İbrahim xan öz
mülazimlərinə onun minik atlarını götürmələrinə işarə etdi.
Görüşdən sonra o biçarənin atlanmaqdan ötrü cilov tələb etməsinə
baxmayaraq, ona cilov gətirmədilər. Xan heyranlıqla əskər atlarının
əl-ayaqları altında qalmışdı. Nəhayət, Məhəmməd İbrahim xan
yanında saxlayıb şəhərə gətirməyindən ötrü onu etibarlı bir adamına
tapşırdı, özü isə dövlət, iqbal, əzəmət və cah-calal ilə Bəlx qübbətül-
islamına daxil olub səltənət sarayında dayandı.
Möhtərəm bibi öz qardaşı oğlunun görüşünə gəldi, iş artıq
əlindən çıxdığı üçün ona öz bağlılıq və mehribanlığını izhar etdi,
onun Əbdüləmin xanla mürüvvət və hüsn-rəğbətlə (ehsan)
davranması və ona pislik etməməsi xüsusunda xahişini bildirdi.
Amma, elə həmin gecə Yarməhəmməd Mirzə öz dövlətxahlığını
bildirərək Əbdüləmin xanı aradan götürdü, Məhəmməd İbrahim xan
isə arxayınlıqla səltənət taxtına əyləşdi, özbək tayfaları ayaqlarını
ona itaət dairəsinə qoydular. Həsare-Şadiman hakimləri də
Məhəmməd İbrahim xana öz bağlılıqlarını izhar etdilər və onun
dövlət bayrağı göyə ucaldı. Məhəmməd İbrahim xanın hakimiyyətə
gəlişi və Əbdüləmin xanın öldürülməsindən sonra belə xəbər
eşidildi: Xanın bibisi məsələnin üstündən pərdəni açıb [Məhəmməd
İbrahimə] belə söyləmişdir ki, Bəlx əhalisi Baqi xanın atası Canı
bəy Sultanın padşahlığını istədikləri və Canı bəyin ailə üzvləri isə
tamamilə qırıldığı üçün bu məsələni məmləkəti [məhz] səndən ötrü
qorumaqdan ötrü mən düşünmüşəm.
Amma, Məhəmməd İbrahim xan bibisi xüsusunda yalan -
doğru danışılan söhbətlərə görə, doğrusunu Allah bilir, ona qarşı çox
da iltifat göstərmədi, bibisindən ötrü Həcc səfəri hazırlığını görərək,
germəyinə izn verdi, bibi isə yolda ikən axirət aləminə getdi.
Məhəmməd İbrahim xan baş verən məsələlər barədə sədaqət üslublu
bir məktub yazaraq, ali saraya göndərdi. Bu xəbərdən şadiman olan
989
əlahəzrət, Məhəmməd İbrahim xanın təbriki üçün etimadlı adamlarla
ona cürbəcür ənam və hədiyyələr yolladı.
Məhəmməd İbrahim xanın səltənət və iqtidar xəbəri
Mavərənnəhrə çatdıqda bu məsələ Baqi xanın təşvişinə səbəb oldu.
Meymənd vilayəti, Faryab, Əndxod, Sibirğan, Bəlx və bu yerlərə
məxsus başqa yerlər Bədəxşana qədər Məhəmməd İbrahim xana
çatdı. Xan, cah-cəlal ordusunun Xorasandan olduğu vaxtlarda
həmişə ali saraya qasidlər göndərərək, baş verən gündəlik hadisələri
şaha ərz edirdi. Xudaynəzər bəy onun divanbəyisi və bütün işlərinin
icraçısı oldu.
ZƏFƏR AYƏLİ MÜZƏFFƏR ORDUNUN ƏBİ VƏRDƏ VƏ
ŞAHİCAN MƏRVİNƏ YÜRÜŞÜ, O VİLAYƏTİN FƏTHİ VƏ
NURMƏHƏMMƏD XAN ÖZBƏKİN ƏLƏ
KEÇİRİLMƏSİNİN ZİKRİ
Yuxarıda yazılmışdı ki, Nurməhəmməd xan fələk əzəmətli
dərgaha gəlməyərək, əsassız və həqiqətdən uzaq üzrxahlıqlar etmiş,
buna görə də şah ondan incimişdi. Amma, yenə də əvvəlki kimi ona
öz iltifatını izhar etməkdəydi. Əlahəzrət, izzətbüsatının yaxın
adamlarından olan behişt ayinli məclisin "Çaryar" ləqəbli yasovulu
Xosrov bəyi Nurməhəmməd xanın yanına yollayıb, ona şahanə
diqqətlə dolu bir fərman göndərdi, ali saraya gəlmədiyi barədəki
üzrxahlığını qəbul etdi və təqsirindən keçdi.
Amma, şah Nurməhəmməd xana məxfi göndərdiyi
məktubunda yazırdı: "Hümayun məiyyətin Xorasana bu dəfəki
yürüşü o qardaşa (yəni Baqi xan Özbəkin qardaşı Nurməhəmməd
xana - Ş.F.) yardım etmək idi. Bizim aramızda daim mövcud olan
bir neçə illik yaxınlaşma (məaşirət və həmsöhbəti) tələb edirdi ki,
bizim tərəfimizdən görüş xahişi olunan kimi gərək o qardaş dərhal
hümayun məiyyəti Damğan və Bəstamda qarşılayaydı. Sən əgər
indiyəcən Baqi xanın qəzəbindən qorxursansa [bu qorxu əbəsdir],
çünki, biz hazırda dövlət və iqbalın gücü ilə Xorasandayıq, Bəlxdə
hakimiyyətə çıxmış Məhəmməd İbrahim xandan isə sənə heç bir
zərər dəyməz. Əgər [bu dəfə] aramızda görüş baş tutmazsa, adamlar
bizim əlaqəmizin kəsilməsini düşünərlər və başqa fikrə düşərlər.
Özlərini sənin tərəfdarın kimi göstərən və səni bizim yanımıza
gəlməyə qoymayan adamlar isə, həqiqətdə sənin tərəfdarın deyillər
və sənin pisliyinə çalışırlar. Belə bir vəziyyətdə, yaxşısı budur ki, bu
990
məsələ xüsusunda heç kimə qulaq asmayıb, sədaqətli bir dost kimi
yanımıza gələsən, bir neçə günlük görüşdən sonra izzət və ehtirama
layiq olub geri qayıdasan. Xülasə, biz sizinlə hökmən görüşmək
istəyirik. Əgər sən gəlməsən, bizi tezliklə qarşıla ki, şikar edə-edə
Mərvə gəlib səninlə görüşəcəyik. Bu iki şərtdən hansını qəbul etsən,
biz ona əməl edəcəyik".
Xosrov bəy Çaryar fələk iqtidarlı şəhriyarın əmriylə
Nurməhəmməd xanın yanına gedib, hümayun şahın səadətli fikrinin
yerinə yetirilməsini təklif etdi. Xosrov bəyin xanı şah hüzuruna
getməyə tərğib etməsinə baxmayaraq, o, gedəcəyini dəfələrlə
söylədiyinə baxmayaraq, özünün məsləhətçisi (moşir) və etibarlı
adamı olan Qazi Nədr və vəziri Mir Qiyasın məsləhətləri ilə verdiyi
vədə peşman olub, mənasız üzrxahlıq edirdi. Xosrov bəy məqsədinə
yetişmədən geri qayıtdı. Evlər yıxan xoşxəbərlər
653
xana belə
deyirdilər: "Əlahəzrət zilləllah şahın bu vilayətə tamahı düşüb. Əgər
o, səni tutsa, bu dəfə İraqa aparacaq və bu vilayəti qızılbaşlara
verəcəkdir". Nurməhəmməd xanın sülaləsinə qədimdən bəri xidmət
edən və xanla İraqa getmiş olan Hafizək Sultan Xəbuşani isə şahın
məsləhətinə qulaq asmağı məsləhət bildi: "Əgər hümayun kamyab
nəvvabın bu balaca vilayətə tamahı vardısa, elə Xorasan fəthinin
birinci ilində buranı qızılbaş əmirlərinə verərdi və sənə saxlamazdı.
Elə səhv fikirlərə yol vermə". Xan isə Hafizək Sultanın dövlətxahlıq
sözlərinə etina etməyərək, nəhayət onu qətlə yetirdi.
Sözün qısası, Nurməhəmməd xanın tuğyanı və
nəməkharamlığı məlum oldu. Bu əsnada Məhəmməd İbrahim xan
onun Əbdüləmin xana yazdığı bir neçə məktubu ələ keçirərək
şaha göndərdi. Nurməhəmməd xan həmin məktublarda Əbdüləmin
xanla əhd-peyman edib yazırdı: "Sən Məhəmməd İbrahim xanın
oraya gəlişinə razı olma, qızılbaşları da gəlməyə qoyma.
Məhəmməd İbrahim xanı oraya göndərməkdən şahın məqsədi Bəlxi
ələ keçirməkdir". Həmin məktublarda şaha qarşı müxalifət və
etinasızlıq vardı. [Buna görə də] Nurməhəmməd xanın elə yersiz
hərəkətləri şahın ona qarşı kininin artmasına səbəb oldusa da, amma
hövsələsinin çoxluğundan, o, yenə də xanla həmin əlaqəsini
kəsmirdi. Nəhayət, Nurməhəmməd xan öz tərəfindən Əbivərdin
hakimi təyin edilən və həmişə əlahəzrət zilləllah şaha sədaqətini
izhar edən Mirzə Xacə Kəlan Cığataydan şübhələnərək, onu da dəf
653
İsgəndər bəy Münşi burada xəbərçi adamları eyhamla "xoşxəbər" adlandırır.
991
etmək qərarına gəldi. Xandan şübhələnən Xacə Kəlan Əbivərdə
yaxın olan və müqəddəs Məşhədin Pəsakuh adlı yerində yaşayan
Xudaverdi xanın oğlu Mürşidqulu Sultan Cəlayiri yanına çağırıb,
Əbivərd qalasını ona tapşırdı, özü isə gedib fələk əzəmətli şah
dərgahına sığınmaq fikrinə düşdü.
Şahın şahanə diqqət və iltifatının Nurməhəmməd xana
qarşı son dərəcə yüksək olduğunu düşünən Mürşidqulu Sultan isə
Əbivərd qalasına şahdan icazə almadan getməyə cürət etmirdi. Xacə
Kəlan yenidən ona məktub göndərdi. Xülasə, xacənin cahanpənah
saraya hələ getməməsi və bu məsələnin uzanması xəbəri ətrafa
yayıldı və xacə oraya getməyə cürət etdi, Əbivərd qalasını
Mürşidquluya tapşırıb, cahanpənah dərgaha rəvan oldu, Herat
darüssəltənəsində hümayun şahla görüş səadəti ilə şərəfləndi. O,
orada Nurməhəmməd xanın üsyan və tüğyanı barədə xəbər çatdırdı
və əlahəzrəti hücuma rəğbətləndirdi, həmin xanın işləri üzərindən
pərdəni açdı.
Bu xəbərlər Mərvdə Nurməhəmməd xana çatdıqda, o,
həyacanlanaraq Əbivərd qalasına tərəf hərəkət ctdi, gəlib qala
ayağında dayandı, Mürşidqulu Sultanın yanına adam yolayıb ondan
soruşdu: "Sən niyə mənim vilayətimə dəxalət etmisən, əgər bu
məsələ xüsusunda şahın hökmü varsa mənə göstər, yoxsa qaladan
çıx". Mürşidqulu Sultan öz cavabında dedi: "Hələ şahın hökmü gəlib
mənə çatmamışdır və mən buraya özbaşına gəlmişəm, amma
məsələni şaha ərz etmişəm. Ondan cavab gəlməyənəcən qaladan
çıxan deyiləm. Bir neçə gün gözlə".
Mirzə Xacə Kəlanın gəlişindən bir neçə gün əvvəl Şirazdan
sərkara bəzi şeylər (barxane) göndərilmişdi. Əlahəzrət, qəbul
olunmuş qayda üzrə, həmin şeylərə bir qatar qatır (əstər) da əlavə
edərək onları qorçi Vəli bəy Evoğlu ilə Nurməhəmməd xana yolladı.
Həmin şeylər Xacə Kəlanlə Mürşidqulu Sultan arasında başlayan
yazışma zamanı gəlib çatdı.
Şahın göndərdiyi şeyləri özü üçün böyük nicat (fovz)
əlamətinin izharı olduğunu düşünən Nurməhəmməd xan sadəlövh
bir türk olan Vəli bəyi aldadıb dedi: "Bir halda ki, mənə belə bir
şahanə iltifaq izhar olunmuşdur, Mürşidqulu Sultanı mənə qarşı
etdiyi hərəkətdən daşındırsın". Cahil və nadan adam olan
Mürşidqulu Sultan onun sözlərindən və şahanə qəzəbdən qorxaraq
qalanı xana verdi, Pəsakuha getdi.
992
Xülasə,
Nurməhəmməd
xanın
adamları
cəlayir
döyüşçülərinə (ğazi) qarşı ləyaqətsiz hərəkət edərək, onların bir neçə
nəfərini qətlə yetirdilər. Nurməhəmməd xan Əbivərd qalasını öz
etibarlı hərbiçilərindən olan Məhəmməd Sadiq bəy Çəni (?)
Cığataya və məşhur göyərçinbaz (kəbutərbaz) olan Qasım bəyə
tapşırdı, özü isə əlahəzrət zilləllah şahdan qorxduğu üçün (xayef)
hümayun məiyyətdən uzaq olmaq istədi, yanındakı səkkiz min
adamla Nisa və Bağdada yollandı.
Amma, əlahəzrət, Nurməhəmməd xana bildirdiyi kimi,
onunla görüş əzmi ilə Herat darüssəltənətindən səadət və iqballa
çıxaraq Sərəxs yolu ilə rəvan oldu. Onlar Çəhcəhə qəsəbəsinə
çatdıqda məlum oldu ki, Nurməhəmməd xan adamlıq etməyib
(namərdəmi), mehmanların mizbanı olmaqdan yayınmış, Mərv və
Əbivərd qalalarını etibarlı adamlarına tapşırmış, [həmin] qalalarda
qaladarlıq ləvazimatları hazırlatmış, özü isə möhkəm qalaları olan
Nisa və Əbivərdə tərəf getmişdir.
Bu yürüşdən əlahəzrətin məqsədi xanı sınamaq idi. Belə ki,
əgər xan vəfadarlıq yolunu tutub xilaf yola düşməsəydi, hümayun
məiyyəti istiqbal etsəydi və mülazimlik səadətinə yetişsəydi, onlar
həmin yerlərdə bir neçə gün şikar edə-edə Əbivərd yoluyla
müqəddəs Məşhədə qayıdar və oradan İraqa gedərdilər, yox əgər
xan öz ehtiram aynasını xilaf tozuna aludə cdib qəflət və qürur
badəsindən məst olsaydı, o zaman onu gərək qəflət yuxusundan
oyadaydı. Amma, Nurməhəmməd xan müxalifət və qaladarlıq
qədəmi ataraq yolsuzluğa (birahə) doğru getdi, buna gorə də ona
qulaqburması vermək üçün şahanə bir cid-cəhd ehtiyacını doğurdu.
Xorasan bəylərbəyi Hüseynxan Şamlını, Maruçaq hakimi
Bəktaş Sultan, Guryan hakimi Qənbər xan Şamlı, Sərəxs hakimi İbn
Hüseynxan və Herat hakiminə tabe qəbilə mirləri ilə birlikdə
Çəhcəhədən Mərvə göndərdilər ki, gedib qalanı mühasirəyə alsınlar,
şahın özü isə ov etmək əzmi ilə müqəddəs ordu mülazimləri və
yanında olan dörd yüz alt-mış nəfərlə Əbivord tərəfə təşrif apardı və
qalanı mühasirə etdi. Müzəffər qoşunun yaxınlaşma xəbəri Mərvdə
olan Nurməhəmməd xana çatdıqda, o, öz döyüşçülərinin sayının
hümayun məiyyət adamlarının sayından çox olmasına baxmayaraq
vahiməyə düşdü, adamları isə dağılmağa başladılar. Nisa, Dərun və
Bağdadda yurd və məskənləri olan və Nurməhəmməd xana
mülazimlik edən beş min cəlayir. Əli eli və sayinxani oymaq
adamları ilə oradaca ondan ayrılıb öz yerlərinə getdilər, xan isə iki-
993
üç min adamla Çul yolu (bəlkə "çöl yolu"? - Ş.F.) ilə Mərvə
yollandı. Yolda ikən o adamlar da xandan dönüb fərar
etməkdəydilər. Xan az müqdar adamla Mərvə gəlib-çatdı və gecə
vaxtı Urgənc darvazasından şəhərə daxil oldu. Onun gəlmə xəbəri
artıq Mərvdəki əzəmətli əmirlərə gəlib-çatmışdı.
Nurməhəmməd xanı yolda tutmaqdan ötrü Bəktaş Sultan
Ustaclı və İbn Hüsenxan bir dəstə qazi ilə onun qarşısına
yollandılar. Yolda onlara məlum oldu ki, xan [artıq] Çul yoluyla
gəlib-keçmişdir.
Dostları ilə paylaş: |