Beyt
Fələkdən mükafat almaq istəsən,
Gərək bəd işlərdən yan olasan sən.
643
Sözün qısası, cahanı bəzəyən (cəhanpira) ədalətli rəy sahibi
olan şah xudpəsənd zülmkarları öz cəzalarına yetirmək qərarına
gəldi. Seyidlərin, üləmanın, din adamlarının və soyurğal sahiblərinin
işləri ilə məşğul olduğu bir gün, onların və övladlarının öz keçmiş
xasiyyətlərini tərk edib-etməyəcəkləri, yaxud yenə də quldurlar kimi
siyahpuşlarla əlaqədar olub-olmadıqları barədə məlumat almaqdan
ötrü siyahpuş sərdarlarını da hümayun məclisə gətirdilər.
Bu günün işini görüb qutardıqdan sonra əlahəzrət, Xacə
Şərəfəddin Savəridən Mürtəzaqulu xan Pornak barədə məlumat
soruşdu: "O, Astrabada necə gəlmiş və necə də buranı tərk
etmişdir?". Nadan xacə bu sorğu-sual vaxtı, özünün hərc-mərclik
vaxtı etdiyi zülmlərin artıq əlahəzrət tərəfindən bağışlandığına ümid
edərək, camaata və qızılbaş qazilərinə qarşı öz ağılsızlığı üzündən
etmiş olduğu zülm və namussuzluqdan da danışdı ki, bəlkə şahanə
qəzəb bəhrindən qurtula bilsin. Amma məzlumların çəkdikləri ahın
643
Beytin tərcüməsi:
Ço bəd kərdi məbaş eymən ze afat
Ke xahi yaft əz gordun mokafat.
965
oxları və acizlərin duaları ulduzlar (əqtəran) tərəfindən artıq qəbul
olunduğundan və belə zalımların cəzalanmaları Allahın təqdir
səhifəsində müsbət qarşılandığından, xacənin bu yaltaqlığı və şirin
dili onu qəzadan yayındırmadı. Onların hamısını tutdular, zəmanə
qəhrəmanının qəhr şəhnəsi onları cəzalandırmağa başladı. Xacə
Şərəfəddin Savərini parça-parça doğrayıb, onun hər parçasını o
məhəllədə və o hamamın qapılarından asdılar, bəzi siyahpuşları
zülmlə öldürüb, onların xəbis cəsədlərini, baxanlara ibrət olsun
deyə,
644
şəhər darvazalarından başıaşağı asdılar, başqa bir neçə
nəfərinsə, adamlara dərs olsun deyə, gözlərini çıxardılar.
Xülasə, o zülmkarların hər biri, öz əməllərinin heç kimin
hələ görmədiyi cəzasına çatdılar. Camaatın fərəh sədaları, sevinc və
şadlıqlarının avazı Keyvan səyyarəsinədək ucaldı və onlar gündən-
günə böyüyən bu dövlətə dua etməyə başladılar, hürkmüş ürəklər
yenidən aram oldu, ürəklərin yaraları tamamilə sağaldı. Cah-cəlal
ordusu İraqa getdikdən sonra Astrabad hakimi Hüseyn xan da
hümayun işarə alaraq, üsyankarların axtarışı ilə məşğul oldu, dövlətə
qarşı çıxanların hamısını aradan götürdü. Elə cəza üsullarına əl atdı
ki, bundan sonra heç kim qarşı çıxmağa cürət edə bilmədi.
Siyahpuşlar təbəqəsi qorxunun şiddətindən siyahpuşluq havasını
başlarından çıxarıb, ayaqlarını salamatlıq və rəiyyət olmaq ətəyində
saxladılar, Astrabad vilayəti başqa İran məmləkətləri kimi əmin-
amanlıqda oldu.
ƏLVƏND DİV MAZANDARANİNİN ƏLƏ KEÇİRİLMƏSİ,
MÜZƏFFƏR MƏİYYƏTİN MAZANDARANA YÜRÜŞÜ VƏ
HƏMİN BEHİŞTNİŞAN VİLAYƏTİN NİZAMA
DÜŞMƏSİNİN ZİKRİ
Əlahəzrət zilləllah şah Astrabad işlərindən azad olduqdan
sonra, hələ də meşədə müxalifət və tuğyanda olan Əlvənd Divi və
div timsallı adamları ələ keçirməkdən ötrü onların olduqları yerə
yürüş etdi. Şahın qərarı beləydi ki, əgər bu qış Mazandaranda
qışlamaq belə lazım olarsa, orada qalıb, meşə və cəngəlliklər
özlərini yarpaq yükündən təmizləyən vaxtlarda, başında düşmənçilik
və tuğyan olan hər bir kəsi tutsun ki, həmin behiştnişan vilayət
üsyançılardan və saxtakar adamlardan təmizlənsin və o, İraqa tərəf
644
İfadənin ərəbcəsi: "Ebrətun-lin-nazerinə".
966
getməyə başlasın. [Şah] Mazandaran əyanlarına da bol vədlər
verərək, onları da Əlvənd Divi və başqa düşmənləri tapmağa cəlb
eylədi, bir dəstə adamı hələ hümayun məiyyət yollanmazdan əvvəl
onların axtarışına rəvan etdi.
Əlvənd Divin Şah Abbas dərgahına pənah gətirməsi:
Bu xəbər Əlvənd Divə çatdıqda o, nicat yolunu fələknişan
dərgaha gəlib aman istəməkdə gördü. Əvvəlcə, bir adamını alı
dərgaha yollayıb ona pak xislətli, gözəl təbiətli şahzadə, yəni
əlahəzrətin bibisinin (əmmə) əziz oğlu (nəvvabe-mostətab) oğlu ilə
görüşməyi və belə deməsini tapşırdı: "Əgər [şahzadə] aləmin ən
mərhəmətli adamı olan
645
şahdan bu günahkar [bəndənin]
günahlarının bağışlanmasını xahiş edərsə və mən əfv olunaramsa,
başımı ayaq edib aləmpənah dərgaha gələrəm." Əlahəzrət
vəziyyətdən agah olub söz verdi ki, əgər Əlvənd Div sədaqətlə
xalqlara pənah verən dərgaha gələrsə, öz canı, malı, torpağı və
namusu ilə amanda olacaqdır, yoxsa bunu bilsin ki, inşallah, onun
dəf olunmasınadək Mazandarandan başqa bir yerə getmək mümkün
olmayacaqdır.
Əlvənd Div bu iltiqat və mehribanlıq müjdəsi xəbərini
eşitdi, şahın mürüvvətinə söykənərək, ümid üzünü cahanpənah
dərgaha tutdu, özünü hümayun dövlətxana qapısına çatdırdı. Həzrət
də, vəd etdiyi kimi, onu nəvazişləndirərək, etdiyi əməllərə əfv
qələmi çəkdi. Divin qarşısına belə şərt qoyuldu ki, o,
[Mazandaranda] hakim olmaq havasını başından çıxarsın, öz
fərzəndləri və əhl-əyalı ilə İraqa gəlsin, hala münasib olaraq, bu
uzunömürlü dövlətin kölgəsi altında ömür sürsün, bəla və qorxu
(məxavət) sarıdan arxayın olsun. Əlvənd Div bu xeyirxahlığa və
canına zərər yetirilmədiyinə görə başına şadimanlıq papağı qoydu,
bir neçə günlük ömrü qənimət bildi, fərzəndləri və yaxın
adamlarıyla İraqa gəldi, Şiraz darülmülkündə yaşamaq istədi və
həmin tərəfə də yollandı. Şah artıq onun tüğyan etməyəcəyindən
arxayın olaraq, bir neçə gün Mazandaranda seyr və şikarla məşğul
oldu. Fitnəkar və üsyançı adamların bəzisi cəzalandırıldı, bəzisi isə
köçüb İraqa gəldi.
645
İfadənin ərəbcəsi: "rəhmətun li-l-aləminə".
967
Xülasə, irsən əlahəzrətə mənsub olan cənnətnişan
Mazandaran torpağı da Cürcan kimi, üsyankarların tör-
töküntülərindən təmizləndi, bütün sərhədyanı məmləkətlər, o
cümlədən Təbəristan, Cürcan, Mazandaran, Rüstəmdar, Gilanat,
Kəskər və Təvaleş qədim dövrlərdən bəri ehtişamlı hakimlər
arasında bölünmüş Şirvanın sərhədinədək [düşmənlərdən]
təmizləndi. Həmişə hakimlərin üsyanı, fitnə-fəsadı və dava-dalaşı
nəticəsində gözəl qadınların zülfü kimi qarışıq və pərişan olan bütün
vilayətlər güclü şahın hakimiyyəti altına keçərək, əmin-amanhq
evinə (darül-əman) çevrildi, əsirlər və asılı rəiyyət rahatlanmış
ürəklər kimi təskinlik tapdı. Hümayun fallı bayraqlar (rayat)
dalğalandı, zəfər və iqballa, çətin yollarına görə şərh və bəyanına
ehtiyac olmayan və o günlərdə bir nizə uzunluğunda qarla örtülmüş
Dəmavənd dağının ətəyi ilə İraqa qayıtdı. Bu beyt [Dəmavənd
dağının] görünüşünə uyğundur:
Beyt
Haqqın qüdrəti kimi onun zirvəsi uca,
Enişi neçə dəfə mənim bəxtimdən alçaq
646
Şah Abbasın Xorasan səfərindən
qayıdışı və səltənət paytaxtına gəlişi:
Müzəffər ləşkər o dağda çox əziyyətə düçar oldu. Belə ki,
əlahəzrət atdan düşdü, atın cilovunu öz mübarək əlinə alıb, qarın
olduqca daraltdığı və adamların yalnız bir-bir keçməsi mümkün olan
bir yol ilə piyada getdi, səadət və iqlalla oradan Dəmavənd
qəsəbəsinə gəlib-çatdı, sonrasa Qəzvin darüssəltənətinə rəvan oldu,
səltənət paytaxtı yenidən zəfərnişan məiyyətin gəlişindən gözəlləşib
şadlandı, əhali hümayun məiyyətin istiqbalına çıxdı, şadimanlıq
nağaraları ucadan səsləndi, Xorasan fəthinin səs-sorağı, dünyanı
tutan şəhriyarın cahangirlik üsulları haqqında deyilənlər hər tərəfə
gedib-çatdı, işrət əsaslı o şəhərdə abadlıq işləri başlandı, şəhər
sevinc aləminin ziynətini daha da artırdı. [Əlahəzrət] müzəffər
əsgərlərə özlərinin məskən və vətənlərinə getmək icazəsi verdi, səfər
646
Beytin farscası:
Fərazəş ço qodrət bolənd-o nəşibəş
Ze bəxtəm nequntər be çəndin mərateb.
968
cilovunu Qəzvindən İsfahan darüssəltənəsinə tərəf çevirdi, iki ulduz
parıltısının (neyreyn) iki xoşbəxt ulduzla qarşı-qarşıya gəlib
eyniləşəcək (məqarene) dörd hissəyə bölünməkdən (tərbi) uzaq
olduğu bir saatda Nəqşe-cahanın "Bağe-cəhanara"sı dünyanı gəzən
şah atının dirnaqlarından qopan tozlardan təmizlənib, ətirlənməyə
başlayanda qışı olduqca böyük şadyanalıqla həmin cənnətnişan
şəhərdə başa vurdu.
ALLAHIN TƏQDİRİ VƏ İSTƏYİ İLƏ FAYDALI XORASAN
SƏFƏRİ ZAMANI BAŞ VERƏN BƏZİ HADİSƏLƏRİN ZİKRİ
Bu il Xorasan səfərində baş vermiş hadisələrdən [biri də]
budur: Herat darüssəltənəsində şamlı yüzbaşılan silkinə məxsus olan
Mirzə Əli bəy Kəramili elçi sifətilə Hindistana göndərildi, ali
məqamlı padşah Cəlaləddin Məhəmməd Əkbərə Xorasan fəthinin
necə baş verməsi və Dinməhəmməd xanla müharibənin nə təhər
olması barədə ənbər qoxulu qələmlə yazılmış məktub apardı.
[Həmçinin] qeysər məmləkətlərinin (Rum ölkəsi - Ş.F.) hökmranı
Sultan Məhəmmədxan ibn Sultan Murada [da] məklub yazılıb baş
verənlər haqda məlumat verildi. Bu faydalı səfər zamanı bütün
İraqın rəiyyətinə və başqa kasıb əhalisinə şahanə iltifat edilərək,
onlara yüz min İraq tüməni məbləğində bir sıra həmesale* güzəştləri
edildi və təsdiqlədi.
[Məbləği azaldılan] vergilərdən biri çobanbəyi" vergisidir
ki, qoyunların sayına görə yığılır. Bu vergidən iyirmi min İraq
tüməni [pul] hər il ələ gətirilirdi. Xorasana hücümun
başlanmasından bu günədək, Xorasan əhalisinin öz malları və
canları bahasına müzəffər əskərlərə, xorasanlılara və hər təbəqədən
olan mehmanlara etdikləri çoxlu köməyə görə əlahəzrət həmin
xidmətlərin müqabilində qanun-qayda üzrə onlardan yığılan həmin
vergini ləğv etmək qərarına gəldi və əmr etdi ki, bundan sonra heç
kimdən bircə dinar belə çobanbəyi vergisi yığılmasın.
Ləğv olan ikinci vergi [növü] hakimlərin səlahiyyətində
olan "beşdə bir dinar" ("dinari-pənc-dinar") vergisidir ki, onun
yığılması zaman ötdükcə İraqda qanuna çevrilmişdi. "Dinari-pənc
dinar" tiyuldara və daruğəyə çatası vergi kimi beş rəiyyətin birindən
alınırdı. Bu vergi yığımı qədim qanunlar və cənnətməkan şahın
dosturüləməlinə xilaf olduğundan aradan götürüldü. "Dinari-pənc
dinar" vergisinin məbləği əlli-altmış min tüməndən artıq olurdu.
969
Başqa vergi növü isə İsgahan əhalisindən toplanan bir illik
(yeksale) mal vergisi idi ki, onu da ərbablara və rəiyyətə
bağışladılar. Həqiqətən də, o vergilərin ləğvi rəhmdillik (rafət) və
rəiyyətpərlikdən irəli gələn böyük şəfəqqət və mərhəmətdir.
Ümidvarıq ki, bu uca məqamlı, mübarək sifatlı, Allah dərgahının
bəyəndiyi zat bütün bəlalardan uzaq olacaq və onun ədalət nurunun
işığı daim aciz və kasıb bəndələrin başları üzərində parlayacaq,
davamlı olacaqdır.
Səfər vaxtı baş vermiş başqa bir əhvalat isə Durmuş xan
Şamlının nəvəsi Əliqulu xanın oğlu Vəlixan Mirzənin behişt ayinli
məclis xidmətçisi olan Saleh adlı təbrizli bir gənc tərəfindən
öldürülməsidir ki, o, öz yaxınları arasında bu dudmanın şərafətli
şəxslərindən sayılırdı. Dövranın ağıllı adamlarından gizli deyildir ki,
duz-çörəyin qədrini bilən hər təbəqə adamlarına vəlinemət [şah]
tərəfindən göstərilən kömək və verilən nemətin səbəblərindən biri
budur ki, gərək hər şəxs biri-digərinin xacədaşı (xacətaş) olan
ağaları özlərinin fərzəndi, dostu və qardaşı bilsin, biri-digərinin
namusunun qorunmasına çalışsın, əgər onların biri başqasına
xəyanət gözüylə baxarsa, qeyrətli adamların məzhəbinə görə,
cəzalanmalıdır. Adı çəkilən Vəlixan cəhalətinin, cavanlığının və
şüursuzluğunun çoxluğu üzündən adı çəkilən Salehə bir-iki dəfə
məhəbbət və xüsusi dilbirlik izhar etmişdi. Xorasana səfər vaxtı,
Cacərm yaxınlığında bir gecə Vəlixan behişt ayinli məclisdən çölə
çıxdıqda, Saleh onun arxasınca gedərək, özünün iti və qanlar tökən
qılıncı ilə onu öldürdü və elə o saat da geri qayıdıb məsələni şaha
ərz etdi. Onun bu hərəkəti qeyrət baxımından bəyəniləsi bir əməl
olduğundan, şah tərəfindən bəyənildi. Vəlixanın cəsədi sübhədək elə
həmin yerdə atılıb qaldı, çünki onun qardaş və mülazimlərinin [bu
gecə vaxtı] onu dəfn etmək imkanı olmadı. Gündüz isə, mülazimlər
dəfn izni aldılar, Vəlixanın qoşunu və ləşkəri isə onun kiçik qardaşı
və həmdamadı (bacanağı - ?) olan Hüseynxan Mirzəyə verildi. Baş
vermiş başqa hadisə isə budur: Bu ilin əvvələrində oxlu və yəqə
türkman camaatı atasından sonra Astrabada hakim təyin edilmiş
Əliyar xan Eymurun oğlu Məhəmmədyar xanla xilaf məqamına
gəldilər, hiyləgərliklə ona yaxınlaşdılar, hələ iyirmi yaşına
yetişməyən o cavanın ömür ağacını cavanlığının başlanğıcında iti
qılıncla üzdülər. Onun kiçik qardaşı Qılıc bəy ali saraya pənah
gətirib, şahla görüş şərəfinə yetişdi, şahanə iltifata layiq görüldü və
Astrabad hakimliyi rütbəsi ilə sərbülənd oldu. Buna baxmayaraq, o,
970
orada öz hakimlik işinə əməlli-başlı başlaya bilmədi və vəzifəsində
çox qalmadı. Çünki, Xocasan səfərindən qayıdan zəfər bayraqlı ordu
Astrabadı nizamlamağa başladı, yuxarıda yazıldığı kimi, oxlu
tayfası özünün savabsız əməllərinin cəzasına çatdı və Qılıc xan da
ali əmrə görə öz ata-qardaşlarının xanəköç və adamlarını götürüb
İraqa gəldi. Başqa eymur və salur ağsaqqalları, həmçinin "Kor
Nəzər" ləqəbi ilə məşhur olan Sima Nəzər bəy və başqaları Astrabad
hakimi Hüseyn xanın yanına getmək üçün öz xanəköçlərini qalaya
gətirdilər.
Cah-cəlal ordusu Astrabadda olarkən Fərhad xanm qardaşı
Zülfüqar xan sonsuz nəvazişə layiq görülərək, sabiqdə olduğu kimi,
Azərbaycan hakimliyinə təyin edildi və oraya getməkdən ötrü rüxsət
aldı.
İti yerişlə gəzən qələm söz yazmaqda elə lütfkarlıqla çalışdı
ki, bu xoşbəxt fallı il hadisələrinin bəyan səhifəsini yazıb-doldurdu.
Bizim hədsiz ricamız (recaye-vaseq) budur ki, dövr alimlərinin və
bidar bəxtimizin köməyi ilə qələmimiz gələn il hadisələrini də
yazmağa başlasın, həmin mərhələni də arzuya uyğun şəkildə keçib
süstlük etməsin. Allahın köməyi ilə!
HİCRİ TARİXLƏ MİN SƏKKİZİNCİ (MİLADİ 1599/1600)
İLƏ BƏRABƏR OLAN TÜRKİCƏ SƏADƏT FALLI QABAN
İLİNİN, YƏNİ HÜMAYUN ZİLLƏLLAH ŞAH CÜLUSUNUN
ON ÜÇÜNCÜ İLİNİN BAŞLANMASI
Yenə bu xoş novruz yetişdi gerçək,
Yaxşı başlayıbdır, yaxşı bitəcək.
"Dövrün hökmdarı xoş olsun" dedi,
Üstü gül-çiçəkli xalı bəzədi.
Baharda badənin təsirimi var,
Şadlıq bəxş eləyir hamıya bahar.
647
647
Beytlərin farscası:
Baz novruze- meymənətfərcam
Fərroxağaz gəşt-o xoşəncam.
Əz bəraye-neşate-xosrove-əhd
Çostəranid fərşe-zərrin məhd.
Gəşt feyze-bəhar çon dele-cam,
Xorrəmibəxş xatere-əyyam.
971
Bu mübarək fallı ilin aləmi işıqlandıran novruzu əzəmətli
şəban ayının iyirmi üçünə, yekşənbə gününə düşdü, yəni şərqin
xaqanı olan günəş şərəf xanəsində taxta çıxdı. Bütün cahanı qarətçi
ləşkər kimi bürüdü, onun şadlığını artırdı, aləmi cənnət gülzarının
qibtə etdiyi bir məkana döndərdi. Dünyanı tutan xosrov (Şah Abbas
- Ş.F.) güllərinin ətrindən ənbər qoxusu verən Nəqşe-cahanın "Bağe-
cahanara"sında ali bayram [keçirilməsi] barədə fərman verdi, uca
saraydakı əmirlər, yaxınlar, bu güclü dövlətin başçıları, İsfahan
camaatı və başqa təbəqədən olanlar həmin ürəkaçan bağda, bağm
dəryaçəsi kənarında behiştə bənzər bir məclis bəzədilər, evlərin tağ
və alaqapılarını (çəhartaq) qəribə ustalıqla bəzədilər, onların
üzərində çıraqlar yandırdılar.
Beyt
Şamın çoxluğundan, çıraq nurundan
Fələyin ağuşu qızardı həman.
Elə işıqlandı su üstü, əllət
Günəş öz nurundan çəkdi xəcalət
Elə nurlandı ki, çayın aynası
Yanaşı dayandı atəş ilə su.
648
Döyüşkən və məclislər bəzəyən şəhriyar, möhtəşəm
ordunun bütün mülazimləri və ümumiyyətlə bütün əhali üçün üç
gecə-gündüz işrət və şadimanlıq büsatı qurdu:
Bütün gecə badə götürdü ələ
Qənd tək şirin olan gözəllər ilə.
Həmin şadimanlıq məclisində şah
Dostlarla əyləşdi, qurdu dəstgah.
649
648
Beytlərin farscası:
Ze besyariye-şəm-o nure-çerağ
Dele-rövşənane-fələk bud dağ.
Ço əkse-çerağan nəmudi dər ab
Xəcel gəçti əz pərtovəş afitab.
Ze əkse-çerağan dor abe-rəvan
Nəmud atəş-o ab bahəm qeran.
649
Beytlərin farscası:
972
Şah Abbasın Xorasan səmtinə yollanması:
Bayramı keçirdikdən sonra aləmi bəzəyən şahın fikri
məmləkət işləri ilə məşğul olmağa yönəldi, səkkizinci həzrət
imamın ziyarətindən ötrü bir daha pak rövzəyə getmək, Xorasan
işlərini daha da möhkəmləndirmək, Mavərənnəhrin və Özbəklərin
vəziyyətlərindən xəbərdar olmaqdan ötrü xeyrli səfərə çıxmağı
buyurdu. Deyildiyi kimi, qədimdən bəri Nurməhəmməd xan
əcdadının mülazimləri olan və xanın çörəyi ilə dolanan imansız
özbəklər Abdulla xanın işğalı zamanı Nurməhəmməd xana
vəfasız çıxıb Əbdülmömin xana birləşdilər və Nurməhəmmədi öz
irsi mülkündən məhrum etdilər. Həmin vaxtlarda da şah iqbalının
köməyi və padşah məiyyəti mülazimlərinin gücü ilə o, öz irsi
məmləkətini tutdu, bir daha o təbəqəyə (özbəklərə - Ş.F.) etibar
etmədi. Özbəklər Nurməhəmməd xanın hərəkətində qızılbaşlıq
[əlaməti] müşahidə edərək, onunla nifaq məqamına gəldilər.
Həqiqətən də, Nurməhəmməd xana kömək edən, onun işlərini
tənzimləyən, xam taxta çıxaran hümayun nəvvab olmuşdu. Şah bu
niyyətlə də yürüşə çıxmaq qərarına gəldi, məhsulların yetişdiyi
bahar əyyamının sonunda yürüş cilovunu Xorasana tərəf çevirdi. O,
müqəddəs orduda olan mülazimlərdən başqa məmləkətlərin sair
əmir və əskərlərini səfərbər etmədi. Bu xeyrli səfərin əvvəlində
[isə], Pirməhəmməd xan və Buxara əmirləri tərəfindən
Nurməhəmməd xanın mülazimi ilə birlikdə ali saraya bir elçi gəldi
və sədaqət üslubunda yazılmış məktub gətirdi.
Salam və dua rəsmindən sonra həmin məktubun qısa
məzmunu belədir: "Mərhum padşah Canı bəy Sultanın
nəbirələrindən, əmim Abdulla xanın və mənim nəslimdən olan
izzətli fərzənd Məhəmməd İbrahim Bağdadda şahın mülazimləri
tərəfindən tutulmuşdur. Bu yaxın vaxtlarda belə eşidildi ki, onunla,
məsum əcdadlardan miras qalmış mürüvvətlə davranılmışdır və o
şahın şəfəqqət nəzərinə yetişmişdir. Bu vilayət səltənəti irsən mənə
çatdığından və [Məhəmməd İbrahim] mənim üçün də fərzənd
məqamında olduğundan, əgər şəhriyarlıq inayəti onun geri
Həme şəb ba botane-mahsima
Ço şirin-o şəkkər hurane-ziba. Dər an eşrətsəraye-şadimani
Keşide badehaye-dustkani.
973
qayıtmasına rüxsət verərsə, bu [sizin tərəfinizdən] olduqca böyük
mərhəmət və sədaqətin ifadəsi olar.
Amma, Buxara əmirləri mənə qarşı bir-birləri ilə
birləşmişlər və əhd-peyman bağlamışlar, biz də məcburiyyət
üzündən Pirməhəmməd xanın padşahlığı ilə razılaşmışıq.
Baxmayaraq ki, o, səltənət dudmanından və ləyaqətli padşah
irsindən olan bir dərvişdir, asudəlik (fərağət) və qənaət* küncündə
əyləşərək bu məşğuliyyəti məmləkəti əldə saxlamaq işindən üstün
tutmuşdur. Elə bu səbəbdən də mülk və dövlət işlərində zəiflik
yaranmışdır, Baqi Sultan isə Səmərqənd vilayətini istila edərək,
müxalifət nağarası çalmaqdadır və Bəlxdə başqa bir iş görmək
niyyətindədir. Hal-hazırda Mavərənnəhr səltənəti və padşahlıq
məqamı mənə qismət olmuşdursa da, irsilik və hüquq baxımından
Məhəmməd İbrahim sultandan daha layiqli bir adam yoxdur.
Xahişim budur ki, qoy o həzrət vasitəçi olub hümayun həzrət
zilləllah şahdan onun bu diyara gəlməsi xahişini etsin. [Şah] belə
edərsə, bu vilayət xalqının minnətdarlığına səbəb olar, bütün ömür
boyu şah dərgahının adamlarına qarşı qardaşcasına və səmimiyyətlə
hərəkət edər, bundan sonra özbəklərlə qızılbaşlar birlik və dostluq
münasibətində olarlar".
Elə ki, Məhəmməd İbrahim Sultanı Bağdaddan şahın
yanına gətirdilər, şah belə fikirləşdi: Əgər o, Mavərinnəhr
səltənətində taxta əyləşərsə bu iş məqbul olar. [Şah] belə qərara
gəldi ki, müqəddəs Məşhəddən əzəmətli əmirlərin birini Məhəmməd
İbrahim Sultana həmrah edərək Mərvə-Nurməhəmməd xanın yanına
göndərsinlər, əgər Buxara əmirləri öz sözlərinə sadiqdirlərsə onu
qarşılamaq üçün Mərvə və Çəharcuya gəlsinlər, Nurməhəmməd xan
onlardan vəd alıb nifaq [qorxusundan] xatircəm olsun.
Amma, zəfər ayəli ordu Semnana çatdıqda, Nurməhəmməd
xanın yanından adamlar gəlib Mavərənnəhr barədə belə ərz etdilər:
"Pirməhəmməd xanla Baqi Sultan arasında müharibə olmuş və xan
sultanın əli ilə qətlə yetirilmişdir. Əmirlərin əksəriyyəti də
öldürülmüşdür. Pirməhəmməd xan dövlətinin təsisçisi və oradakı
işlərin tənzimləyicisi olan Xudaynəzər bəy döyüşdən qurtulub
Mərvə gəlmişdir. Baqi Sultan isə Buxara şəhərini tutmuş, özbəklər
də istər-istəməz ona tabe olmuşlar. Bütün Mavərənnəhr məmləkəti
hazırda onun zəbti altındadır.
Əlahəzrət bu xəbəri eşitdikdən sonra belə qərara gəldi ki,
qoy Nurməhəmməd xan Xudarnəzər bəyi cahanpənah dərgaha
974
göndərsin, özbəklərin düşdükləri vəziyyət onun dilindən eşidilsin
və tam məlumat əldə olunsun, Məhəmməd İbrahim Sultan
xüsusunda isə zamanın məsləhətinə görə müvafiq iş icra olunsun.
İndi isə, sözün rabitəsi qırılmasın deyə, Mavərənnəhrdə baş
verən bəzi hadisələr və Baqi Sultanın səltənət taxtına neçə əyləşməsi
barədə yazmaq yaxşı olar.
Dostları ilə paylaş: |