AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Məhdülyanın, anasının və bir dəstə Mazandaran əhlinin qətli



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə41/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

Məhdülyanın, anasının və bir dəstə Mazandaran əhlinin qətli: 

 

Xülasə,  əmirlər  hər  oymaqdan  bir  neçə  nəfər  ayırıb  öz 



dəhşətli  qərarını  yerinə  yetirmək  üçün  saraya  yolladılar.  Sədrəddin 

xan Səfəvi, Hüseynəli bəy Əlkəsənoğlu Zülqədər, İmamqulu Mirzə 

Mosullu,  İsgəndər  şanlı  nəvvabın  anası  Sultanımın  bir  adamı  da 

onların  arasında  idi.  Onlar  hümayun  dövlətxanaya  gəlib,  qorxu-

hürküsüz hərəmxanaya daxil oldular, həmin əməllisaleh seyid qadını 

tutub  boğdular.  Bununla  kifayətlənməyib,  onlar  nəvvab 

Məhdülyanın  qoca,  abid  anasının  mənzilinə  soxulub  onu  və 

Mazandarandan  gəlib  saraya  yaxın  yerdə  yaşayan  bir  neçə 

qohumunu,  həmçinin  bir  neçə  Mazandaran  əyanını  da  qətl  etdilər. 

Onlar  nəvvab  Məhdülyanın  xəzinədən  öz  anası  və  qohumlarına 

çoxlu pul  və  mal  vermiş olduğu  gümanı ilə onun sandıqlarını çölə 

çıxarıb, içindəki bütün şeyləri tarac etdilər. Başqa camaat da küçə və 

məhəllələrdə  yaşayan  bütün  mazandaranlılarla  elə  rəftar  etdilər  ki, 

onları  lüt-üryan  qoydular.  Hər  dəqiqə  qəbahət  və  həyasızlıq 

artmaqda idi. 

                                                           

337

 İfadənin ərəbcəsi: "əl-hökmu-l-lahi-l-ali-l-kəbiri" 



 

438 

 

Bu  hadisələr  baş  verərkən  vəzir  Mirzə  Salman  əmirlərin 



arasında  yox  idi.  O,  Xəlil  xan  Əfşarın  evində  olduğundan  özünə 

bəraət qazana bildi. 

Xülasə,  bəziləri  sadəlövh,  xeyrxah  və  saf  etiqad  sahibləri 

olan  həmin  ağılsız  və  nadan  əmirlər  bir  necə  etibar  etdiklə  adama 

inandıqlarından  o  amansız  əmələ  əl  atmış  oldular.  Günün  axırında 

İsgəndər  şanlı  nəvvab  üləmaları  çağırıb  onlara  öldürdürülənlərin 

dəfninə  başlamalarını  tapşırdı.  Üləmalar  o  gecə  bu  işə  başlayıb, 

onları  İmamzadə  Hüseynin  -  ona  və  əcdadına  salam  olsun  - 

müqəddəs astanəsində dəfn etdilər. 

Bu  hadisədən  sonra  əmirlər  Xorasana  Sultan  Hüseyn  xan 

və Əliqulu xanın yanına adam yollayıb onları baş  verən hadisədən 

xəbərdar  etdilər.  Belə  qərara  gəldilər  ki,  kamlı  şahzadə  heç  yana 

çıxmasın və Heratda oturub gözləsin, amma Sultan Hüseyn xan geri 

qayıtsın. 

Amma, cahan nəvvabı (nəvvabe-cahanbani) Sultan Həmzə 

Mirzə bu üsyan və qovğa zamanı yaşının az olması səbəbindən dərk 

edə bilmədi ki, onu məşhur atasının vəliəhdi bilən qızılbaş əmirləri 

vəlinemət  sülaləyə  qarşı  belə  hörmətsizliyi  rəva  bilərlər.  [Həmzə 

Mirzə] öz halının qeydinə qaldı, inandığı bir neçə fədakar mülazimi 

ilə hərəmxananın damına qalxdı, özünə ehtiyaca görə azuqə topladı, 

damın  yolunu  torpaqla  bağladı,  oranı  qalaya  çevirdi,  bir  neçə  gün 

qorunmaq  və  qaladarlıq  etməkdən  ötrü  tüfəng  və  başqa  silahlarla 

yaraqlandı. O, əmirlər sarıdan tam arxayın olmayınca damdan yerə 

enməmək  qərarına  gəlmişdi.  [Düşündü  ki,]  əgər  əmirlər  ona  qarşı 

çıxsalar,  öz  gizli  niyyətinə  dərhal  (filfovr)  yetə  bilməsinlər.  Belə 

qərara  gəldi  ki,  onlardan  arxayınlaşmayınca  yerə  enməsin. 

Yoldaşlarından olan Vəli Xəlifənin oğlu İsmayılqulu bəy Şamlı ona 

tam sədaqətlə xidmət etdiyi üçün "Yoldaşbaşı" ləqəbini aldı. 

Xülasə,  nəvvab  Məhdülyanın  -  daha  ona  "nəvvabe-

mərhum"  deyiləcəkdir  -  qətlindən  sonra  əmirlər  hümayun 

dövlətxanaya toplaşdılar. İsgəndər şanlı nəvvabın hərəmxanasına bir 

adam yollayıb ona belə ərz etdilər: 



 

Misra 

 

Dosta əvvəldə olan mehrü vəfa qalmaqda!

338

 

                                                           



338

 Misranın farscası: 



439 

 

 



"Bizim  şahla  bağladığımız  əhd-peyman  qırılmamış  və 

sədəməyə  məruz  qalmamışdır.  Təmənna  edirik  ki,  şərafətli  nəvvab 

(yəni  şah  Məhəmməd  Xudabəndə  -  Ş.F.)  qəzavü-qədər  nəticəsində 

baş vermiş bu qarşısıalınmaz hadisəyə görə bizi cəzalandırmasın". 

Onlar  belə  üzrxahlıq  etməklə  özlərinə  haqq  qazandırmağa 

çalışdılar,  üzrxahlıq  məqamına  gəldilər,  şahın  mülazimi  kimi 

saxlanmalarını  xahiş  etdilər.    Şərafətli  nəvvab  uzaqgörənliyindən  

onları  məzəmmətə  başlamadı,   amma əmirlər iki-üç gün mülazim 

kimi  tanınmadılar.  Onlar  bu  müddətdən  sonra  [yenidən] 

dövlətxanaya  toplaşıb,  üləma  və  müctəhidləri  də  dəvət  etdilər, 

üləmalar  qarşısında  onların  hər  biri  nə  qədər  ki,  İsgəndər  şanlı 

nəvvab sağdır, heç kimi özlərinə padşah etməyəcəyik" deyib əlli bir 

dəfə and içdilər.  

Sonra  əmirlər  Sultan  Həmzə  Mirzəni  valiəhd  kimi  qəbul 

etdilər, bu gündən sonra şahın mübarək sözlərindən çıxmayacaqları 

barədə  söz  verdilər,  üləma  və  müctəhidlərin  iştirakı  ilə 

"qəsəmnamə"

339


  hazırlayıb  və  onu  onların  möhrü  ilə  möhürləyib 

şaha yolladılar. İsgəndər şanlı nəvvab əmirlərə qarşı ikrah [hissi ilə] 

saraya  (Çehelsütün  sarayına  -  Ş.F.)  gəlib,  ayaqlarının  öpülməsinə 

razılıq  verdi.  Əmirlər  şaha  öz  batini  əqidə  və  sungəriliklərini 

dəfələrlə  izhar  etdilər.  İsgəndər  şanlı  nəvvab  da  baş  verən  bu 

qəziyyənin qəza-qədər nəticəsində olduğunu dilinə  gətirdi. Əmirlər 

məsləhətamiz  sözlər  ilə  şaha  bir  qədər  təsəlli  verdilər.  Amma 

özünün bir neçə fədakar (fədəvi) adamı ilə orada olan cahan nəvvabı 

(Sultan  Həmzə  Mirzə  -  Ş.F.)  əmirlərə  etimad  göstərmədi.  Əmirlər 

bir  daha    əhd-peyman  etdilər  və  İsgəndər  şanlı  nəvvabdan  xahiş 

etdilər ki, cahanbani nəvvabı onların saf əqidələrindən arxayın etsin. 

Kamyab  nəvvab  əmirlərin  iltimasını  şərafətli  oğluna 

çatdırdı, xoş sözlərlə onu arxayın etdi və əmirlər gəlib onun ayağını 

öpməklə şərəfləndilər. Əmirlərin məsləhəti ilə Mirzə Salmanı Xəlil 

xanın  evindən  çıxarıb  gətirdilər  və  o,  heç  bir  mübahisə  olmadan 

vəzarət  və  sahibdivan  vəzifəsinə  təyin  edildi,  etibarlı  və  istiqlalı 

əvvəlkindən üstün oldu.  

Əmirlər  o  neçə  gün  ərzində  ləyaqət  və  cidd-cəhdlə  ali 

rütbəli  şaha  və  uca  məqamlı  şahzadəyə  gözəl  xidmət  göstərdilər, 

                                                                                                               

Be həman mehr-o vəfayim ke, bəstim be dust. 

339


 And sənədi – Ş.F. 

440 

 

lakin o qəddarlardan həqiqi qisasçı olan Allah tədricən elə qisas aldı 



ki, 

 

Misra 

 

Bəsirət sahibinin gözləri mat oldu buna



340

 

 



tədriclə  intiqam  alındı  və  onlara  üz  verən  bəlalar  barədə 

inşallah  bu  [kitabın]  zeylində  o  [əmirlərin]  hərəsi  haqqında,  yeri 

düşdükcə, məlumat veriləcək, xüsusilə ədalət şüarlı, kamkar, ölkələr 

alan əlahəzrət zilləllah şah (Şah Abbas Beyt - Ş.F.): 

 

Beyt 

 

Bu cahan şaddır - ədaləti var,  



Hamı asudədir ki, dövləti var

341


 

 

haqqında yazılacaqdır. 



 

HÜMAYUN [ŞAHIN] (ŞAH MƏHƏMMƏD XUDABƏNDƏNİN 

- Ş.F.) AZƏRBAYCANA YÜRÜŞÜNÜN VƏ O SƏFƏR 

ZAMANI ALLAHIN TƏQDİRİ İLƏ BAŞ VERƏN 

HADİSƏLƏRİN ZİKRİ 

 

Xoy,  Səlmas,  Urmi,  Uşni  ülkaları  və  Marağanın  bəzi 



yerləri  müxalif  kürdlərin  əlinə  keçdiyindən  onlar  rumiyyə 

[qoşununun]  himayəsi  ilə  məmləkətin  ətraf  yerinə  basqınlar 

edirdilər.  Gürcüstan  hakimlərinin  paytaxtı  olan  Tiflis  və  Qori 

qalaları  rumiyyənin  əlinə  keçmiş,  Osman  paşa  Dərbəndqalasında 

yerləşmişdi.  Şəki  və  Şabran  ləzgiləri  Bürhanın

342


  oğlunun  başına 

yığışıb Osman paşanın və Dağıstan hakimlərinin köməyi ilə Şirvan 

məmləkətinə  basqınlar  edir  və  qızılbaş  əmirlərinin  həmin  ölkədə 

rahat  yaşamalarına  imkan  vermirdilər.  Rumilər  o  diyarı  ələ 

                                                           

340


 Misranın farscası: 

Ke xire mand dər u dideye-ulul-əbsar. 

341

 Beytin farscası: 



Cəhane-xorrəm əz ədaləte-ust,  

Həme asudegi ze dövləte-ust. 

342

 Şirvan hakimi Bürhanəddin - Ş.F. 



441 

 

keçirməyi  qərara  almışdılar  və  Ərzrumda  əyləşən  Rum  ləşkərinin 



sərdarı  Bəhram  paşanı  otuz  min  əsgər,  ərzaq  və  yaraqla  Şirvan 

qalalarını tutmağa  yollamışdı  və özü də  gələcək səfərə hazırlaşırdı. 

Dövlət başçıları belə məsləhət gördülər ki, zəfərli ordu Azərbaycana 

tərəf  hərəkət  edib  bir  müddət  əbədi  dövlətin  Təbriz 

darüssəltənətində  dayansın  və  irsi  məmləkətləri  müxaliflərin 

hücumlarından  qorusun,  baş  verə  biləcək  hadisələrin  önü  tədbirlə, 

qol qüvvəsi və cəbr qılıncı ilə alınsın. Əmir Həmzə xan Ustaclı, Vəli 

Xəlifə Şamlı, Şahqulu Sultan Qarınca Ustaclı və başqa ölkə əmirləri 

ali sarayda idilər. [Şah] Xorasan əmirləri arasında bir neçə dəyişiklik 

edib, həmin əmirlərə orada ülkalar verərək öz yerlərinə yolladı. 

Şahın  məiyyəti  isə  xoşbəxt  bir  saatda  Qəzvin 

darülsəltənəsindən  hərəkət  edib,  mənzil-mənzil  tələsmədən  yol  qət 

edərək,  gəlib Təbriz darüssəltənəsinə  yetişdilər. Əmir xan  və onun 

tabeliyindəki  əmirlər  onları  ehtiramla  qarşıladılar.  Təbrizin  

sahibləri,    əyanlan,  böyük-kiçiyi,    qocalı-cavanı  şah  qoşununun 

qarşısına  çıxdılar  və  şah  şahzadə  ilə  Təbrizin  qədim 

dövlətxanasında,  dövlətin  paytaxtında,  öz  əcdadlarının  səadətli 

məskənində iqamət etdi. Əmir xana müxtəlif inayətlər olundu və o, 

bu  dudmanın  (xanədanın  -  Ş.F.)  imtiyazlı  adamlarından  birinə 

çevrildi. Cənnətməkan şahın pak qızı Fatimə Sultarı  bəyim ona ərə 

verildi və kəbinləri kəsildi. Bu arada tatar Məhəmməd Gəray xarını 

gəlməsi barədə Şirvan tərəfdən xəbər  çatdı.  Hadisə belə olmuşdur: 

Əhali arasında deyildiyinə görə, Məhəmməd Gəray xana belə xəbər 

çatmışdı  ki,  Adil  Gəray  xana  qızılbaş  padşahı  izzət  və  ehtiram 

göstərərək,  onu  öz  ölkəsinə  yola  salmağı  qərara  almışdır  və  Adil 

Gəray  hal-hazırda  şahanə  dövlətxanədə  yaşamaqdadır.  Buna  görə 

də, [Məhəmməd Gəray xan] Adil Gəray xanın anasını şahanə töhfə 

və hədiyyələr və bir dəstə etibarlı adamla, şəhriyarn iltifatı sayəsində 

Dərbənd-Şabran  yolu  ilə  əziz  oğlunu  öz  vilayətinə  gətirmək  üçün 

yola salmışdı ki, bu gündən başlayaraq arada  məhəbbət  və dostluq 

münasibəti  qorunub saxlanılsın. Lakin, bunun ardınca Adil Gərəyin 

öldürülmə  xəbəri  yetişdi  və  eşidildi  ki,  tatar  padşahının,  yaxud  da 

Rum  xandgarının  hökmü,  ya  da  işarəsi  ilə  Adil  Gəray  xanın 

intiqamını almaq  və qənimət əldə etmək üçün Cuci nəslindən olan 

tatar sultanları  və  Adil  Gərayın qardaşları  Qazi  Gəray, Səfi  Gəray, 

Səadət Gəray və ağır qoşunla Şirvana gəlməkdədir. Onlar Dərbəndə

Osman  paşanın  yanına  çatanda  Məhəmməd  Xəlifə  bu  barədə 

padşaha  ərz  etdi.  Yığışıb  belə  qərara  gəldilər  ki,  nəvvab  şah  və 



442 

 

şahzadə həmin darüssəltənədə qışlasınlar, Mirzə Salman isə əmirlər 



və  qoşun  başçıları  ilə  Şirvana  gedib  oranı  tatar  ləşkərinin 

hücumlarından  müdafiə etsin. Əmirlər Mirzə Salmanla birlikdə elə 

də etdilər. Xəlil xan Əfşarı, bəzi  ağsaqqalları  və  münasib adamları 

şah və şahzadənin xidmətində saxlayıb, Məhəmməd Xəlifəni zəfərli 

ordunun gəlişindən xəbərdar etdilər. 

 

Məhəmməd Xəlifənin Şirvan cəngində öldürülməsi: 



 

Amma    əmirlər  hələ  gedib    Qarabağa  çatmamışdılar  kı, 

tatar  sultanları  böyük  qoşunla  Şirvana  gəldilər.  Şücaətli  və  igid 

adam  olan  Məhəmməd  Xəlifə  Zülqədər  qaçmağı  özünə  layiq 

bilməyərək,  igid  ləşkəri  ilə  müxaliflərin  qarşısına  çıxdı.  Tərəflər 

arasında  böyük  cəng  oldu.  Qızılbaş  qoşunu  müxalif  qoşundan  zəif 

olduğundan məğlubiyyətə uğradı və Məhəmməd Xəlifə qoşunun bir 

çox  dilavərləri  ilə  birlikdə  öldürüldü,  sağ  qalanlar  isə  Şirvandan 

çıxdılar.  Tatarlar  Şirvan  və  Qarahağda  çox  dağıntı  törətdilər, 

müsəlmanların  çoxlu  qadın  və  qızını  əsir  apardılar,  xeyli  basqınlar 

edib qarətə başladılar. Bu hadisədən sonra Məhəmməd Gəray çoxlu 

qənimət  ələ  keçirən  tatarların  bir  dəstəsi  ilə,  qızılbaş  qoşununa 

kömək  gəldiyini  eşidib,  öz  vilayətlərinə  döndülər.  Qazi  Gəray  isə 

özünün iki-üç qardaşı və döyüşçüləri ilə Osman paşaya kömək üçün 

Dağıstan  və  Dəbənddə  qaldılar.  Paymal  olan  Şirvan  əhalisinin  bir 

hissəsi Osman paşanın yanına getdi, Şirvan dağlılarının digər hissəsi 

isə Xaxmirdə Bürhanın oğlunun ətrafına toplandı. Mirzə və əmirlər 

Şirvana  gələrək  baş  verən  vaqiəni  eşitdilər.  Əmir  xan  Türkman 

Xaxmirdə  toplaşan  Şirvan  və  Dağıstan  müxaliflərini  dəf  etməkdən 

ötrü hücuma keçdisə də, bir uğur əldə etmədən  geri qayıtdı. Şamlı 

və ustaclı qızılbaş əmirlərinin bir neçəsi Şahrux xanla birlikdə əmir 

xana  qarşı  çıxdılar.  Şahrux  xan  özü  sərkərdə  olmaq  və  döyüşə 

yollanmaq  istədisə  də  bu  hərəkət  Əmir  xana  toxundu,  onların 

arasında  dava-dalaş  düşdü.  Əmir  xan  bu  işin  ləşkərin  sərkərdəsi 

Mirzə Salmanın təhriki ilə olduğunu düşünüb onunla kobud danışdı. 

qızılbaş əmirləri iki dəstəyə ayrıldı, hər dəstə  yaraqlanıb, bir-birilə 

döyüşə hazırlaşdı. Xeyirxah adam olan qorçibaşı araya girdi və onlar 

arasında barışıq oldu və Şahrux xan Xaxmirə getməkdən imtina etdi. 

Buna  baxmayaraq,  zahirən  aralarında  dava-dalaş  başlanmamışdısa 

da  daxilən  ürəklərində  bir-birlərinə  qarşı  nifaq  atəşi  alovlanmaqda 

idi. 


443 

 

Xülasə,  əzəmətli  əmirlər  müxtəlif  səbəblər  üzündən, 



xüsusilə  ölkənin  viran  edilməsi,  azuqə  çatışmazlığı,  nifaqın 

meydana  çıxması  və  ittifaqın  olmaması  səbəbindən  Dərbənd 

qalasına hücum edib Osman paşanı dəf edərək Şirvanı yenidən geri 

qaytarmağı  bacarmadılar.  Şirvanı  hər  hansı  bir  əmirə  təklif 

edirdilərsə  də,  heç  kim  onu  qəbul  etmirdi.  Nəticədə,  Təbrizə  geri 

qayıdıb şah və şahzadənin xidmətinə gəldilər. 

Bu  il  əksər  yerlərdə  qəhətlik  baş  verdi.  Təbrizdə  zəif  və 

kasıb adamların çoxu acından öldü. Azərbaycanın, Qarabağın, İraqın 

və Gilanın çox yerində aclıq yarandı. Əhali çox əzab-əziyyətə düçar 

oldu. 


 

SULTAN HÜSEYN XAN ŞAMLININ GETMƏSİNDƏN 

SONRA XORASANDABAŞ VERMİŞ HADİSƏLƏRİN ZİKRİ 

 

Sabiqdə, gözəl xətli qələm yazmışdı ki, Sultan Hüseyn xan 



Durmuş  xan  Şamlının  nəvəsidir.  O,  öz  əsilzadəliyinə  və  əhaliyə 

etdiyi sadiq xidmətlərinə görə ali dərgahda məşhur şamlı tayfasının 

ağsaqqalı olmuşdu və onun razılıq

 

və məsləhəti olmadan o tayfanın 



heç bir işi həll edilə bilməzdi. Amma onun oğlu Əliqulu xanın üsyan 

xəbəri mələkəyə çatdı, Məryəm şanlı nəvvab Məhdülya Hüseyn xanı 

məzəmmət etməyə başladı, onu Xorasana getməyə və padşah nişanlı 

əziz  oğlunu  Qəzvinə  gətirməyə  məcbur  etdi.  Mələkə  [o  üsyan 

hadisəsindən sonra] Hüseyn xan nəslinə iltifatsızlıq göstərərək, onun 

razılığı  olmadan  Xoşxəbər  xan  Şamlıya  Fuşənc  və  Guryan 

hakimliyini  verib, onu o səmtə rəvan etdi. Xan  Guryanda Məryəm 

şanlı  nəvvaba  güvənib  kobud  hərəkətlərə  başladı,  get-gedə  elə 

hərəkətlərini  daha  da  dərinləşdirdi.  Cənnətməkan  şah  zamanında 

hətta  əzəmətli  xanlar  və  bəylərbəyinin  də  elə  hərəkət  etməyə 

qüdrətləri  çatmazdı.  Amma,  Xoşxəbər  xan  Əliqulu  xanın  ona  nəsə 

bir  zərər  yetirəcəyini  ehtimal  etmirdi.  Əliqulu  xan  da  onun  kobud 

hərəkətlərini  hələlik  qulaq  ardına  vururdu.  Sultan  Hüseyn  xanın 

[Qəzvinə]  getməsindən  sonra  Xorasan  əmirlərinin  əksəriyyətinin 

aləm  şahzadəsinə  tabe  olmaları  və  onların  Əliqulu  xanla 

razılaşmalarından  sonra  Xoşxəbər  xan  öz  təkəbbür  və  zülm 

bayrağını yuxarı qaldırdı. O, bütün Xorasanın işlərini özünün ixtiyar 

pəncəsinə  keçirmək  fikrinə  düşmüşdü.  Əliqulu  xan  xanın  belə 

sərbəstliyinə  dözməyərək,  onu  cəzalandarmaqdan  ötrü  Heratdan 

Guryana getdi və xan müqavimət edə bilməyib Guryandan Esfezara 



444 

 

qaçdı, Əliqulu xan isə bir dəstə döyüşçünü onun arxasınca yolladı. 



Yegan  Sultan  tərəfindən  Esfezar  hakimi  olan  Murad  bəy  Əfşar 

Xoşxəbər xanı himayə etdi və tərəflər arasında savaş oldu. Bir neçə 

nəfər  öldürüldü  və  şamlılar  geri  qayıtdılar.  Yegan  Sultan  isə 

Xoşxəbər  xana  izzət  və  ehtiram  göstərib,  onu  İraqa  rəvan  etdi. 

Bundan  qəzəblənən  əmirülüməraya  o  hələ  Guryanda  olarkən 

mələkənin  başına  gəlmiş  qəziyyə  xəbəri  yetişdi.  Xan  oradan  Herat 

darüssəltənəsinə  qayıdıb  qışı  orada  keçirdi  və  doqquz  yüz  səksən 

səkkizinci  (miladi  1580/81)  balıq  ilində  Yegan      Sultanı    və  

yoldaşlarını    cəzalandırmaq    məqsədilə  Herat  darüssəltənəsindən 

çıxaraq    Esfezara  yollandı.  Adı  çəkilən  Murad  bəy  onun  hücum 

xəbərini eşidib fərar etdi  və Fəraha  getdi. Əliqulu xan isə Esfezarı 

şamlı tayfasına verib geri döndü.  

 

Mürşüdqulu xanın Məşhəd hakimi Mürtəzaqulu xana məktubu: 

 

Amma, müqəddəs Məşhədin hakimi və Xorasanın yarısının 



bəylərbəyisi olan Mürtəzaqulu xan Əliqulu xandan da çox əzəmət və 

iqtidar  dükanını      bəzəyib,      onu      saya      almırdı,  buna  görə  də 

onların arasında savaş hazırlığı görülməkdəydi. Sultan Hüseyn xanın 

getməsindən 

və 

Səbzvarda 



toplaşan 

əzəmətli 

əmirlərin 

dağılışmasından  sonra  Mürtəzaqulu  xan  öz  adamlarından  olan 

Səbzvar  hakimi  Qubadxan  Qaçar  üzərinə  hücum  və  onun  tənbeh 

olunması  əzmi  ilə  bu  ilin  əvvəlində  müqəddəs  Məşhəddən  çoxlu 

ləşkərlə  yola  düşdü,  Səbzvar  darülmömininə  çatdı,  çünki  ittifaq 

xüsusunda  Əliqulu  xanla  razılaşmaş  Qubad  xan  Qaçar  öz  xanına 

iltifatsızlıq etmişdi. Qubad xan ona müqavimət göstərə bilməyərək, 

silahlı döyüşçülərin hərəkətə gəldiklərini gördükdən sonra peşiman 

oldu,  üzə  çıxdı.  Mürtəzaqulu  xan  onu  danlayıb  özünün  etibar 

bəzəyindən  xaric  etdi,  özü  ilə  müqəddəs  Məşhədə  aparıb  Səbzvar 

tabeliyindəki adamlardan birinə verdi. 

Esfezardan  qayıtdıqdan  sonra  bu  xəbəri  eşidən  Əliqulu 

xanın qeyrət tonqalı şölələndi və o, gənc hümayun şahzadənin, yəni 

əlahəzrət zilləllah şahın ordusu ilə Mürtəzaqulu xanı cəzalandırmaq 

üçün,  Herat  darüssəltənəsindən  çıxaraq,  adamlarının  tərəfdarı  olan 

əmirləri  toplamağa  göndərdi.  Əliqulu  xanla  razılığa  gəlmiş  olan 

Mürşüdqulu  xan,  Mahmud  xan  Sufioğlu,  Vəlixan  Çərxçi  və  başqa 

əmirlər  gəlib  ali  orduya  birləşdilər.  Ali  divanda  Xorasanın  bəzi 

əmirlərinin  tiyullarında  dəyişiklik  edildiyindən  Vəli  Xəlifə  Ovçu 


445 

 

Şamlını,  Abdullah xan  Ustaclının oğlu Əmir  Həmzə xanı, Şahqulu 



Sultan Qarıncam  və başqalarını Xorasana göndərmişdilər. Bu xəbər 

Əliqulu  xanın  ordusunda  yayıldıqda  ülkaları  dəyişilən  əmirlərinin 

hər  biri  Əliqulu,  xanın  ətəyindən  yapışaraq  əvvəlkindən  daha  artıq 

ona mütəi oldular. Buna görə də Abbas Mirzənin ordusunda böyük 

izdiham yarandı, Mürşüdqulu və başqa əmirlər Mürtəzaqulu xanı öz 

ittifaqlarından  agah  və  xəbərdar  etmək  məqsədilə  ona  belə 

məzmunda  bir  məktub  göndərdilər:  "Bizlər  və  sizlər  hamımız  bu 

dərgahın dövlətxahlarıyıq, İsgəndər şanlı nəvvabı özümüzün mürşidi 

və  vəlineməti bilirik, bu dərgaha qarşı  müxalifətdə olmaq qətiyyən 

bizim  xəyal  səhifəmizdə  yazılmamışdır.  Bir  halda  ki,  adlı-sanlı 

şahzadənin  və  ali  nəsilli  xanın  razılığı  ilə  belimizə  xidmət  kəməri 

bağlamışıq, iki məsələnin baş  verməsinin şahidi olmuşuq: Birincisi 

budur  ki,  Rum  padşahı  əvvəlki  əhd-peyman  sazişini  pozaraq 

Azərbaycan  və  Şirvan  məmləkətlərini  fəth  etməyə  gəldiyindən,  o 

sərhəddə fitnə  və qarışıqlıq başlamış, bizim padşahımız isə  İraq  və 

Azərbaycan  ləşkərləriylə  onların  fitnəkarlığını  dəf  etməyə  məcbur 

olmuşdur.  Özbək  sultanları  da  fürsəti  qənimət  bilərək  Xorasan 

məmləkətinə  hücuma  keçə  biliblər.  Herat  darüssəltənəsi  Xorasanın 

paytaxtı,  aləm  şahzadəsi  isə  bizlərin  və  sizlərin  vəlineməti 

olduğundan  o,  bu  torpaqda  yerləşmişdir.  Məqsədimizin  mahiyyəti 

budur ki, əzəmətli əmirlər arasında razılıq və birlik olsun, küdurət və 

nifaq aradan çıxsın. Əgər, Allah göstərməsin, bir hadisə baş verərsə, 

padşah  tərəfindən  heç  bir  kömək  gəlməyəcəkdir.  Gərək  hamımız 

bir-birimizlə  yekdil  olaq,  vəlinemətimizin  başına  yığılaq,  onun 

müqəddəs  ordusu  tərkibində  düşmənlərini  aradan  qaldırmağa 

qalxaq.  O  həzrətin  lələsi  Əliqulu  xanı  da  qüvvətli  dövlətimizin 

məsləhətiylə  ağsaqqalımız  və  xanlar  xanı  bilək,  onun  tapşırıq  və 

məsləhətindən  kənara  çıxmayaq.  Əgər  bizim  aramızdakı  nifaq  və 

ayrılıq  özbək  müxaliflərinin  qulaqlarına  çatarsa,  hərəkətində 

cürətlənib  müxtəlif  fitnə-fəsada  səbəb  ola  bilərlər  və  bu  mülkdə 

qarışıqlıq olar: 

 

Dövlət gücü ittifaq iləndir,  



Gücsüzlük isə nifaq iləndir.

343


 

                                                           

343

 Beytin farscası: 



"Dövlət həme z-ettefaq xizəd,  

Bidövləti əz nefaq xizəd". 



446 

 

 



İkinci məsələ isə budur: Məlumdur ki, ali dərgahda səltənət 

işlərinin ipi və dövlət  məsələlərinin qaydaya salınması  vəzir Mirzə 

Salmanın  və  bir  neçə  əmirin  əlindədir.  Onlar  bizim  tiyullarımızda 

daim dəyişiklik edir, etibarımızı azaltmağa çalışırlar. Bizlər və sizlər 

xidmətdə bəlkə də ata-babalarımızdan, əsil-nəsildəsə onlardan əskik 

deyil,  hətta  ola  bilsin  ki,  xidmət  və  sədaqətdə  hamımız  onlardan 

irəli,  saydasa  onlardan  çoxuq.  Əgər  İraq,  Azərbaycan  sərhədləri, 

Fars və  Kirmanın işləri onların qüdrəti altında qalarsa, ola bilər ki, 

Xorasanın bütün işləri bizim ixtiyarımızda qalar və biz də dövlət və 

dinin  məsləhət  gördüyü  hər  işi  həyata  keçirərik.  Bu  məsələ 

Xorasanın  əzəmətli  əmirləri  tərəfindən  bəyənilmişdir  və  onlar  adı 

çəkilən xanlar xanı ilə əhd və peyman  bağlamışlar. İndi bu dövlətə 

layiqdir  ki,  o  cənab  da  (Mürtəzaqulu  xan  -  Ş.F.)  başqa  əmirlərlə 

razılığa  gələrək,  şahzadənin  mülazimi  olmaq  və  xanlar  xanı  ilə 

görüşmək  izzətinə  yetişsin,  küdurət  və  nifaq  qapılarını  bağlasın, 

etibardan  saldığı  Qubad  xandan  üzr  istəyərək  onu  Səbzvara 

göndərsin". 

Amma,  təkəbbürlü,  özündən  razı  adam  olan  Mürtəzaqulu 

xanın  bu  sözlərdən  xoşu  gəlmədi.  O,  türkmanların  pornak 

oymağındandı  və  təkəlilərlə  pornakların  şamlılar  və  ustaclılarla 

qədim  ədavətləri  vardı,  onlara  heç  bir  etimad  etmirdilər.  O,  cavab 

məktubunda  kobud  ifadələr  və  çirkin  sözlər  yazıb  gördərdi, 

mülayimlik  və  dostluq  qapılarını  təmamilə  bağladı,  baş  verənləri 

İsgəndər  şanlı  nəvvaba  qarşı  üsyan  və  tüğyan  adlandırıb  özünü 

şahsevən,  qarşı  tərəfisə  düşmən  adlandırdı,  hadisələr  barədə  alçaq 

sözlər  yazıb  ali  saraya  ərz  etdi,  bir-birinin  ardınca  Azərbaycana 

adamlar  yolladı.  Xülasə  bu  iki  dəstə  arasında  inadkarlıq 

möhkəmləndi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin