AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə44/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

Şirzadın qətli: 

 

Amma,  Gilan  rəiyyəti  heç  veçhlə  qızılbaşlara  ram  olmur, 



meşə və cəngəlliklərə üz tutub müxaliflərə qoşulurdular. Əmirlərsə, 

hər  gecə  biri  başqa  olmaqla  bir  dəstə  Kuhdəm  adamıyla  qarovuli 

sifətiylə  yola  düşür,  ehtiyat  tədbirləri  görürdülər.  Nəhayət 

Məhəmməd  bəy  və  Əli  bəy  çoxlu  nərdivan  hazırlatdırıb,  Cəmşid 

xanın  mənzillərinə  daxil  olmaqdan  və  Salman  xanı  qətlə 

yetirməkdən  ötrü  bir  gecə  şəhərə  üz  tutdular.  Keşik  çəkən  Qara 

Bahadur  və  Salman  xanın  mülazimləri  onlarla  döyüşərək,  bir  neçə 


466 

 

Gilan  qazisini  ələ  keçirdilər.  Onlar  qarovul  ləşkərinin  bu 



hücumundan  xəbər  tutub  nərdivanlar  aşağı  endilər.  Ertəsi  gün  isə 

əmirlər  Şirzadın  sağ  qalmasını  məsləhət  bilməyərək  onu  qətlə 

yetirdilər.  Bundan  şad  olan  Bayandur  xan  Talış,  Əmir  Siyavuş  və 

Əmir  Həmzə  xan  Kəskər  və  Tavalişdən  Rəştə  gəlib  Salman  xanla 

görüşdülər.  Onlar  zahirdə  öz  şadlıqlarını  gözlətmirdilərsə  də, 

batində qızılbaş əmirlərinin Gilana dəxalət etmələrinə razı deyildilər 

və  buna  görə  də  maneçilik  göstərirdilər.  Meşə  və  cəngəlliklərə 

səpələnmiş  rəiyyət  geri  qayıtmır,  əmirlərin  mənafeləri  üçün  cəhd 

etmirdilər.  Qarət  həvəsiylə  gəlmiş  mülazimlər  dağılışmağa 

başladılar. Elə dövlət başçıları tərəfindən də heç bir kömək gəlmədi. 

Əmirlər qarovuliyə getmək və keşik çəkməkdən təngə gələrək Gilan 

işlərini 

ürəkləri 

istədiyi 

kimi 

görmədiklərindən, 



oranın 

hakimliyindən  əl  çəkib  uzaqlaşmaq  qərarına  gəldilər.  Salman  xan 

bununla  razılaşmır,  heç  bir  vəchlə  onların  Gilanı  tərk  etmələrinə 

razılıq  vermirdi.  Ağıllı,  təcrübəli  adam  olan  Şahqulu  Qarınca  bu 

məsələni  müşahidə  edərək  Gilandan  çıxıb-çıxmamağı  ustaclı 

tayfasının ixtiyarına verdi, bu barədə Mirzə Kamran, Bayandur xan 

və  Əmir  Həmzə  ilə  məsləhətləşdi,  onlar  da  bu  fikri  bəyəndilər. 

Məsələ  əmirlər  tərəfindən  də  bəyənildi.  Sübh  açıldıqda  Kəskər  və 

Kuhdəm  piyadalarını  hər  tərəfdən  gətirdilər  ki,  meşə  və 

cəngəllikbrdə  gilanlılar  tərəfindən  qızılbaş  süvarilərinə  nəsə  bir 

xətər  toxunmasın.  Beləliklə,  Rəştdən  çıxmalı  oldular  və  Gilan 

camaatı  bu  məsələdən  elə  həmin  gecə  xəbər  tutdu.  Sübh  çağı  bir 

tərəfdən qızılbaşlar atlara süvar olub şəhərdən çıxır, o biri tərəfdənsə 

gilanlılar  şəhərə  daxil  olurdular.  Onlar  qızılbaşları  təqib  edərək, 

onlara  əl  uzatmağa  da  başladılar.  Əzəmətli  əmirlər  döyüşə-döyüşə 

iki-üç fərsəx yol gedib günün axırında Kuhdəmə çatdılar. Elə həmin 

gün Mirzə Kamran, Bayandur xan, Əmirə Səyavuş və Qara Bahadur 

əmirlərdən  ayrıldılar,  günün  sonunda  qorxularından  bir-birləriylə 

vidalaşmadan  belə,  münasib  yollarla  öz  yerlərinə  çıxıb  getdilər, 

qızılbaş  əmirləri  isə  pərişan  və  nizamsız  bir  halda  Qəzvin 

darülsəltənəsinə  qayıtdılar.  Bu  sətirlərin  müəllifi  həmin  səfərdə 

Salman  xanla  yol  yoldaşı  olduğundan,  baş  verənləri  öz  gözüylə 

gördüyü  üçün  uzunçuluqdan  çəkinməyib  onlan  təfsilatla  qələmə 

aldı. 


 

 

 

467 

 

AZƏRBAYCANDA VƏ ŞİRVANDA BAŞ VERƏN 



HADİSƏLƏR VƏ TATAR QAZİ GƏRAY XANIN ALLAHIN 

TƏQDİRİ İLƏ MÜZƏFFƏR QAZİLƏR TƏRƏFİNDƏN  

ƏSİR ALINMASINA DAİR SÖHBƏT 

 

Bu balıq ilinin qışı qışlaq yerində başa çatdı və türkicə ilan 

ilinin aləmi işıqlandıran novruzu yaxşılıqla cilvələndi, baharın ənbər 

qoxulu nəsimi rüzgar gülşəninə təravət gətirdi, soyuğun qarət ləşkəri 

isə  bahar  əsgərlərinin  gözəl  qədəmləri  müqabilində  məğlub  olaraq 

geri  çəkildi.  Yuxarıda  yazıldığı  kimi,  İbrahim  xan  Tükman  sülhü 

təzələmək üçün İstanbula göndərildi. Həmişə bu xanədana tabe olan 

Gürcüstanın Kaxet  vilayətinin  valisi Aleksandr xan rumilərlə əlaqə 

yaradıb  onlarla  bağlı  olduğunu  bildirdi,  özünü  bu  dövlətin 

həvaxahlarından sayan Gürcüstanın Kartil

349

 valisi Səmayun xan ilə 



Aleksandr  xan  arasında  ziddiyyət  və  inadkarlıq  yaranmışdı  və 

Səmayun xan onu  rumilərlə dostluq  və xoş  münasibətlərdə ittiham 

edirdi. Belə töhmətlərdən hərçənd uzaq olan Səmayun xan Lələ paşa 

Şirvana  hücum  edəndə  rumilərə  qarşı  çıxdı,  onunla  [osmanlı 

döyüşçüləri] arasında dəfələrlə böyük hərblər baş verdi. 

Bu  il  [də]  rumilər  Tiflis,  Qori  və  başqa  qalalara  ehtiyat 

tədarük və silah yolladıqları vaxt Qarabağ bəylərbəyi İmamqulu xan 

tərəfindən onların yolu kəsildi, hərblər vaqe oldu, göndərdikləri hər 

şey qızılbaşların əlinə keçdi. 

Amma,  könül  rahətliyindən  ötrü  İsgəndər  şanlı  nəvvab  və 

əbədi  dövlətin  sütunları  (başçıları  -  Ş.F.)  Səmayun  xanın  qızını 

nəvvab  şahzadə  [Həmzə  Mirzə]  üçün  almaq  onun  sadiq 

qalacağından tamamilə arxayınlaşmaq və Aleksandr xan məsələsini 

onun  rəyi  və  məsləhəti  ilə  etmək  fikrinə  düşdülər  və  bundan  ötrü 

Müseyib  xan  Şərəfəddinoğlu  Təkəlini  Gürcüstana,  Səmayun  xanın 

yanına  yolladılar.  Xan  zahirən  bu  qohumluqdan  iftixar  duyduğunu 

və  şadlandığını  bildirirdisə  də,  batinən  din  fərqinə  və  başqa 

xüsusiyyətləri  nəzərə  alan  gürcülər  bu  qohumluğa  razı  deyildilər. 

Onlar  zəruri  yaraq  tədarükü  hazırlamaq  bəhanəsi  ilə  vaxtı 

uzadırdılar.  Elə  o  vaxtlarda  tatar  Qazi  Gəray  xan  və  Səfi  Gəray 

xanın  Şirvana  gəlmə  xəbəri  eşidildi.  İmamqulu  xan  tatar  ləşkəri 

gəlib  çatmazdan  əvvəl  Şirvana  -  Peykər  xana  çoxlu  kömək 

                                                           

349


 Kartli - Ş.F. 

 


468 

 

göndərmişdi. Osman paşa da Dərbəndin Qarabağından bir dəstə rum 



döyüşçüsünü  Dəlduvançı  (?)  Rumi  ilə  birlikdə  tatarlara  qoşub 

qızılbaşlar  üzərinə  yola  salmışdı.  Onlar  Şamaxıya  yaxınlaşdıqları 

vaxt,  bu  tərəfdən  Şirvanda  olan  Peykər  xan,  qacar,  cagirli  və 

qaramanlı  əmirləri  tatar  və  rumiyyə  ləşkərindən  müdafiə  olunmaq 

üçün  irəli  çıxdılar.  Şamaxı  və  Şabran  arasında  onların  arasında 

döyüş  başlandı.  Qızılbaşlarla  müharibədə  cəsurlaşan  və  onlardan 

qorxmayan  Qazi  Gəray  xan  öz  igidlik  kəhərini  şücaət  meydanında 

cövlana  gətirib qəhrəmanlıqla  vuruşurdu. Döyüş əsnasında o, qacar 

qaziləri  tərəfindən  hücuma  məruz  qaldı,  onun  xilas  və  nicat  qapısı 

bağlandı,  Allahın  təqdiri  ilə  qəza  pəncəsinin  əsiri  oldu.  Onun  ələ 

keçməsi nəticəsində Peykər xanın qızılbaş əmirlərinin bayrağını fəth 

və  zəfər  küləyi  dalğalandırdı,  qızılbaşlar  qalib,  müxaliflər  isə 

məğlub  oldular.  Səfi  Gəray  xan  yüz  həyəcanla  o  döyüşdən  canını 

xilas edə bildi, vətəninə çatanadək əlini atının cilovundan çəkmədi. 

Bu  xidmətinə  görə  Peykər  xan  öz  tay-tuşları  arasında 

başıuca  oldu  və  şah  tərəfindən  nəvaziş  və  lütfkarlıqla  qarşılandı. 

Amma, ona taleyin gözü dəydi  və elə həmin il taqətsizlik yatağına 

uzandı,  təbii  əcəllə  vəfat  etdi.  Azacıq  sonra  isə  Xəlifə  Ənsar 

Qaradağlı [onun əvəzinə] Şirvana vali təyin edildi. 

 

Qazi Gəray xan Tatarın qacar qaziləri tərəfindən tutulması: 

 

Amma,  göylərin  iradəsi  ilə  gərək  Şirvan  vilayəti  [yenə 



rumilərin əlinə keçəydi və osmanlılar] bir müddət orada hakimiyyət 

büsatı  quraydılar.  [Buna  görə  də]  qızılbaşların  cidd-cəhdləri 

nəticəsiz qaldı, Xəlifə Ənsar Şirvanda bir iş  görə bilməyib tezliklə 

vəfat etdi, bəqa aləminə yollandı. 

 

[Misra] 

 

Getdi ki,başqa cahan mülkünü işğal eləsin

350

  

 



Xəlifə  Ənsarın  vəfatına,  hümayun  şah  məiyyətinin  İraqa 

qayıtmasına  və  gələcək  il  baş  verən  Xorasan  səfərinə  görə  daha 

qızılbaşlardan  kimsə  Şirvanda  qalmadı.  Osman  paşa  [isə] 

                                                           

350

 Misranın farscası: 



Rəft ta molke-an cəhan girəd. 

469 

 

Dərbənddən  Şamaxıya  gələrək  qalanı  möhkəmləndirdi,  həmin 



vilayətdə  yerləşdi  ki,  bu  hadisələrin  hər  birinin  təfsilatı  gələcəkdə 

yazılacaqdır. 

Xülasə,  elə  ki,  Qazi  Gərayı  orduya  gətirdilər,  onu  etibarlı 

gözətçilərin  müşayiəti  ilə  Qəzvin  və  Gilanın  arasında  yerləşən  - 

dövranın  məşhur  qalalarından  və  İsmailiyyə*      məliklərinin 

iqamətgahı  olan  –  Ələmut  qalasına  göndərib,  qala  hakiminə 

tapşırdılar. 

Qızının gəlin göndərilmə  vaxtının yubadılması səbəbindən 

Mirzə  Salman  sayı  iyirmi  min  nəfəri  ötən  döyüşçüləri  və  əzəmətli 

əmirləri  ilə  birlikdə  Aleksandr  xan  və  Səmayun  xanın  arasındakı 

məsələləri  dövlətin  xeyrinə  müvafiq  həll  etmək  üçün  Gürcüstana 

yollandı.  Gürcüstan  hakimləri  qızılbaş  ləşkərinin  gəlişindən 

həyəcanlanıb  üzrxahlıq  etdilər.  Aleksandr  xan  rumilərə  "itaət 

cəriməsi": ("tərcumane-etaət") ödəsə də, qızılbaşlara xərac ödəməyi 

qəbul  etdi,  Mirzə  Salman  və  əmirlərlə  görüşdü.  Onlar  məsləhət 

gördülər  ki,  onun  da  qızını  adlı-sanlı  şahzadəyə  alsınlar,  onu 

rumilərə  müxalif etmək  məqsədilə bu sülalə ilə qohum, rumilərəsə 

müxalif etsinlər. And içirildi, arada gediş-gəliş başlandı. Aleksandr 

xan  Mirzə  Salmandan  və  qızılbaş  əmirlərindən  xatircəm  olduqdan 

sonra onların yanına gəldi, görüşdü. Səmayun xan da Müseyib xanla 

birlikdə  oraya  təşrif  gətirdi  və  bağlanan  əhd-peymandan  sonra 

əzəmətli  əmirlərlə  onların  arasında  sülh  yarandı.  Onlar  məsihi 

millətinin  təbirincə  xaça  (xac)  -  gürcülərin  istilahınca  səlibə  -  və 

incilə and içib bundan sonra bu sülalə ilə dost olacaqlarına, birlikdə 

rumiyyə ləşkərini dəf edəcəklərinə, qızılbaşlarla yoldaş olacaqlarına 

and içdilər. Mirzə Salman və əmirlər təkcə onların qızlarının deyil, 

hər  birinin  oğlanlarından  birini  də  şahzadənin  mülazimi  sifətilə  ali 

orduya  gətirilməsini  əmr  etdilər.  Gürcü  xanlarının  itaətdən  başqa 

çarələri  qalmadı.  Aleksandr  xan  o  zaman  on  iki  yaşı  olan  oğlu 

Kostandil

351

  Mirzəni,  Səmayun  xan  isə  elə  o  yaşda  olan  Luvarsab 



Mirzəni ali xidmətə göndərdilər. Mirzə Salman və əmirlər İsgəndər 

şanlı  nəvvabın  və  cahan  nəvvabı  adından  onlara  şahanə  xələtlər 

verdilər.  Aleksandr  xan  isə  bir  neçə  il  ödəmədiyi  borc  və  xəracı 

verdi.  Belə  ki,  üç  min  tümən  İraq  şahisini

352

  sərkare-xasseye-



şərifəyə,  min tümən pulu şahzadəyə,  min tümən isə Mirzə Salman, 

                                                           

351

 Konstantin - Ş.F. 



352

 Pul vahidi – Ş.F. 



470 

 

əmirlər və dövlət başçıları üçün müəyyən edib, həmin məbləği varlı, 



ağıllı və etibarlı vəziri cuhud Yaqubla göndərdi və Gəncədə pulları 

təhvil  verdilər.  Aleksandr  xan  xahiş  etdi  ki,  qardaşı  İsa  xanın 

Gürcüstanda  qalmasına  icazə  versin.  Həmçinin  Səmayun  xan  da 

Aleksandr xanın yanında olan qardaşı Davud xanı geri çağırdı və hər 

ikisi  boyun  oldular  ki,  bundan  sonra  qardaşları  ilə  yaxşı  rəftar 

edəcəklər. Səmayun xan və Aleksandr xan da qardaşlarının hər biri 

üçün dolanacaq xərci kimi öz ölkələrində mahal müəyyən etdilər ki, 

məişət  xərcləri  ödənsin  və  əziyyət  çəkməsinlər.  Amma  onların  hər 

ikisi qardaşları xüsusunda verdikləri sözdən qaçıb az bir vaxt içində 

onları  aradan  götürməyə  çalışdılar  və  öldüklərini  bildirdilər. 

Zamanın  tələbi  (vəqte-moqtəza)  olmadığına  görə  onlar  bu 

hərəkətlərinə görə cəzalandırılmadılar. 

Xülasə,  Mirzə  Salman  və  əzəmətli  əmirlər  Gürcüstanla 

bağlı  işləri,  yuxarıda  yazdığımız  kimi,  yoluna  qoyub,  Gürcü 

hakimlərindən  xatircəm  oldular  və  geri  qayıtdılar.  Onlar  yuxarıda 

barələrində  söhbət  gedən  oğlanlar  və  qızlarla  ali  orduya  çatıb,  baş 

verənlər barədə  İsgəndər şanlı nəvvaba  və aləmdəkilər şahzadəsinə 

məlumat  verdilər  və  onların  qəlbi  rahat  oldu.  Oradan  Meydancuq 

yaylağına  gedib  bir  müddət  istirahət  etdilər.  Sənan  paşanın 

İstambula qayıtması xəbəri eşidildi. Həmin il rumilər tərəfindən heç 

bir narahatlıq olmadı. İbrahim xan sülh məsələsi ilə bağlı [İstanbula] 

getmişdi.  Gürcüstan  işləri  isə,  yuxarıda  yazıldığı  kimi,  həll 

olunmuşdu.  Həmin  il  qızılbaş  ləşkəri  Şirvanda  qaldı.  Xorasandan 

şamlı və ustaclı əmrlərinin üsyanı haqqında xəbərlər gəlirdi. Narahat 

(dəğdəğe)  idilər  ki,  məbadə  Gilandan  çıxmış  ustaclı  əmirləri 

Xorasana gedib orada fitnəkarlıq edərlər. [Buna görə də,] hümayun 

məiyyətin  dövlət  paytaxtına  (məqəre-səltənət)  qayıtması  vəziyyətə 

münasib  bilindi,  yaylaq  havasının  soyumağa  başladığı  payız 

[fəslində] qalibiyyətli qoşunlar  İraqa qayıdaraq, sağ-salamat dövlət 

paytaxtına yetişdilər. O qışın qışlağı Qəzvin darüssəltənətində oldu. 



 

KUH-GİLUYƏDƏ BİR QƏLƏNDƏRİN QİYAM (XORUC) 

QALDIRMASI VƏ O BƏD TALELİ ADAMIN ALLAHIN 

TƏQDİRİ İLƏ CƏZALANDIRILMASININ ZİKRİ 

 

Bu ilin hadisələrindən biri də Kuh-Giluyədə bir qələndərin 



xüruc  etməsidir.  Bu  qəribə  hadisənin  qısa  təsviri  belədir:  İlin 

başlanğıcında olduqca İsmayıl Mirzəyə oxşayan və onun kimi cəmi 



471 

 

iki  dişi  olan  bir  qələndər,  bəlkə  də  adamları  özünə  inandırmaqdan 



ötrü  dişlərini  özü  çəkmişdir,    Kuh-Giluyə  əlvarının  (lurlarının  – 

Ş.F.)* yanına gedib hiylə və yalan qapılarını açdı, hamıya belə dedi: 

"Mən İsmayıl Mirzəyəm. Bir dəstə haramnəmək adam birləşib məni 

öldürmək  istədilər.  Məsləhətə  qulaq  asıb  qaçmaq  və  qeybə 

çəkilməkdən başqa çarə görmədim. Ramazan ayı gecələrinin birində 

mən  Halvaçıoğlu  ilə  dostcasına  yatmışdım,  gördüm  ki,  mənə  qarşı 

ürəklərində  ədavətləri  olan  bir  dəstə  adam  mənim  yataq  otağımı 

dövrəyə  alıb  içəri  soxulmaq  istəyirlər.  Mən  otağın  pəncərəsini 

sındırıb  özümü  çölə  atdım  və  səllənət  və  şahlıq  libasından  üryan 

olub dərviş və qələndər geyimində bir guşədə gizləndim. O adamlar 

mənə  oxşayan  bir  adamı  öldürüb  qışqırdılar  ki,  "Şah  İsmayıl  vəfat 

etmişdir"  Mən  İrandan  çıxaraq  iki  il  qələndər  libasında  dünyanın 

müxtəlif  yerlərində  xüsusilə,  Rum  vilayətində  yaşadım,  həmin 

vilayətin yaxşılıq  və pisliklərini öz gözümlə seyr etdim.  Amma öz 

sirrimi  gözlədib  heç  kimə  bildirmədim,  çünki  düşmənlərimin 

əksəriyyətinin  bir-bir  aradan  çıxmalarını  və  əməllərinin  cəzasına 

çatmalarını  gözləyirdim.  Elə  ki  vaxt  yetişdi  və  düşmənlərimin 

məkrindən  xatircəm  oldum,  özümün  kim  olduğumu  elan  etdim. 

İnşallah, sağ qalan düşmənlərimdən də intiqam alıb Rum ölkəsinin 

hər  tərəfində  yaşayan  özümə  sadiq  və  müfaviq  adamlarla  Rum 

mülkünü fəth edəcəyəm və filan-filan işlər görəcəyəm". 

Qələndər  tiryəkin  (bəng)  təsiri  vaxtı  lotuluq  edir,  beyninə 

çirkin xəyallar doldurub boş-boş danışır, adamlara gözəl vədlər edir, 

onların  hər  birinə  İran,  Turan  və  Rum  ölkələrində  vəzifələr  boyun 

olurdu.  Həmin  səhra  nadanları  da  ağlı  başından  çıxmış  əbləh 

qələndərin  sözlərinə  inandılar,  düz  yoldan  çıxıb  aldandılar.  Elə  ki, 

İsmayıl Mirzənin ölüm xəbərinin yalan olduğu hər yana yayıldı, işin 

düzgünlüyündən xəbərdar olmayanlar o yalanları həqiqət kimi qəbul 

etdilər. Bu xəbər get-gedə bütün lur (mətndə əlvar  - Ş.F.) tayfaları 

arasında  yayıldı,  "İsmayıl  Mirzə"  üzə  çıxdı  və  o  yerlərin  adamları 

gəlib nəzir və peşkəş gətirdilər. Qələndər öz işinin o ağılsız adamlar 

arasında keçdiyini görüb şahanə büsatlar qurdu. Onun xidmətinə çox 

adamlar gəlir, səcdə edir,  ayağını öpürdülər. Hər tayfanın ən  gözəl 

qızlarını  nəzir  kimi  ona  gətirib,  onları  fərraşlıq  şərəfinə  nail 

edirdilər. 

Xülasə, o ağıllı görünən divanə adam əbləhliyi üzündən öz 

səltənət  və  şahlıq  dükanını  bəzəyərək,  müxtəlif  təbəqələrdən  olan 

şəxsləri ali vəzifələrə namizəd etdi və qoşun yığılması üçün fərman 



472 

 

verdi.  Caki,  cəvanki,  bəndani  və  başqa  lur  tayfalarından  yığılan 



döyüşçülərin sayı iyirmi min nəfərə çatdı. Qələndər bu ordu ilə Kuh-

Giluyənin paytaxtı Dehtəştə gəldi. 

Əfşar tayfası qələndərin xürucu barədə həqiqəti o zaman ali 

orduda  olan  Kuh-Giluyə  vilayətinin  hakimi  Xəlil  xana  bildirdi  və 

qələndəri dəf etmək məqsədilə əfşarlar, sərkərdəsi Rüstəm bəy olan 

Xəlil xanın övladlarının ətrafına yığıldılar. Tərəflər arasında bir neçə 

hərb  oldu.  Qələndərin  adamları  gah  qələbə  çalır,  gah  da  məğlub 

olurdular. Əfşar  və  əlvarlardan çox adam bu döyüşlərdə öldürüldü. 

Allahdan  gələn  qəza  nəticəsində  Xəlil  xanın  oğlu  Rüstəm  bəy  də 

öldürüldü  və  onun  ölümü  qələndərin  qalib  gəlməsinə  səbəb  oldu. 

Əfşar  tayfası  müqavimət  edə  bilmədi,  əksəriyyəti  öldürüldü. 

Qələndərin  adamları  əfşarların  çoxlu  qız  və  qadınlarını  əsir 

götürdülər  və  Fars  Xuzistanının  hər  tərəfinə  hökm  və  məktublar 

yollayıb,  tərəfdarlarını  öz  yanlarına  çağırdılar.    Şahın  hümayun 

məiyyəti  və  özü  uzaq  Azərbaycan  sərhədində  böyük  tədbirlərlə 

məşğul olduqlarından, qələndərin hökmü hər yana göndərildi, əksər 

yerlərin  əhalisi  itaətdən  başqa  çarə  görməyib  ona  peşkəşlər 

yolladılar. Amma, qələndər ağılsız və əbləh adam olduğundan 

 

Misra 

 

Yalan çırağının işığı olmaz

353

 

 



misrasında  deyildiyi  kimi  onun  yalan  sözləri  gündən-günə  bütün 

Əlvar  tayfası  arasında  şübhəyə  səbəb  oldu,  onların  ağıllı  adamları 

onun barəsində tərəddüdə düşdülər.  

 

Xəlil xanın qələndər qoşunu ilə cəngi ilə öldürülməsi: 

 

Bu  arada  Xəlil  xanın  gəlişi  xəbəri  də  ətrala  yayıldı. 



Qələndər  luların  bəzi  adamlarından  biguman  və  etimadsız  olaraq 

hərbdən  əl  çəkib  yardım  almaq  məqsədilə  o  vaxtlarda  müşəşə  ata-

babaları  Həvizə  və ətrafının  valiləri olmuş  ərəb Seyid Şücaəddinin 

yanına  -  Həvizə  və  Dizfula  getdi,  əlvar  əhalisinə  isə  onun  əmrini 

gözləyərək  öz  evlərində  qalmaq  icazəsi  verdi.  Amma  ali  sarayda 

                                                           

353

 Misranın farscası: 



Çerağe kəzb-ra nəbovəd foruği. 

473 

 

olan Kuhgiluyə hakimi Xəlil xan qələndərin peyda olmasını eşidib 



onun  üstünə  yollandı.  Əlvarın  səmayəndani  camaatı  qələndərin 

ətrayına  yığışıb  Xəlil  xanın  önünə  çıxdılar  və  cəngə  başladılar. 

Onlar  təkcə  bir  yolu  olan  dağın  dərəsində  pusqu  qurub,  Xəlil  xan 

göründükdə  dağdan  onun  qoşununun  üstünə  daş  yuvarlatmağa  və 

ox-tüfəng  atmağa  başladılar.  Qəza  nəticəsində  Xəlil  xana  bir  ox 

dəydi  və  o,  öldü.  Onun  ölümündən  əfşar  döyüşçüləri  çox  pərişan 

oldular  və  əlvar  camaatı  qətlə  və  qarətə  başladı.  Xəlil  xanın  qətli 

xəbəri  qələndərə  çatdıqda  təzədən  Dizfuldan  Kuh-Giluyəyə  getdi, 

yenidən  onun  başına  çoxlu  adam  toplaşdı,  Dehdəştə  gəldilər. 

Qələndər  orada  bir  neçə  müddət  də  qalıb  işinin  üstünün  açılacağı 

günədək bir neçə gün də nəfsani ləzzətlə ömür sürmək istədi. Amma 

Xəlil  xanın  qətli  və  şücaətli  əfşar  xanədanına  qarşı  qırğın 

törədilməsi  xəbəri  hər  tərəfə  yayıldı    və  xəbər  şaha  da  yetişdi.  O 

Xəlil  xanın  qardaşı  İsgəndər  xanı  Kuh-Giluyəyə  hakim  təyin  edib, 

oraya  yolladı.  O  həmçinin  Fars  bəylərbəyi  Ümmət  xanı  və  Fars 

hakimləri  olan  zülqədər  əmirlərini  də  qələndərin  fitnəsini  aradan 

qaldırmaqdan ötrü İsgəndər xanın köməyinə rəvan etdi. 

 

Kuh-Giluyə hakimi İsgəndər xanın qətli: 

 

Ertəsi il padşah Xorasana yollananda Ümmət xan bir dəstə 



Fars  döyüşçüsünü  Duraq  Xəlifənin  sərkərdəliyi  ilə  Kuh-Giluyəyə 

yolladı.  İsgəndər  xan  və  əfşarlar  onunla  birləşib  Dehdəştə  üz 

tutdular. Əvvəllər qələndərin ətrafına toplaşanlar arasında indi ixtilaf 

və dağınıqlıq düşmüşdü. Fars ləşkəri gəlib çatdığı zaman qələndərin 

fitnəsinin  üstü  artıq  açılmışdı  və  onun  barəsində  əlvar  camaatının 

rəyi  dəyişilmişdi.  Daha  qələndərin  köməyinə  ətrafdan  heç  kəs 

gəlmirdi. Naəlac qalıb qalaya  girərək qapıları bağladı. Onunla olan 

bir  neçə  adam  bir  neçə  gün  əhəmiyətsiz  cəhdlər  etdilər,  zülqədər 

qazilərinin  hücumu  nəticəsində  qala  içindəkilərin  hamısı  qətlə 

yetirildi. Qələndəri isə tutub çəkə-çəkə  çölə çıxardılar. Zülqədərlər 

qələndəri diri halda saraya aparmaq istəyirdilər, amma əfşar qaziləri 

hücum  edib,  zülqədərlərin  razılığı  olmadan  onu  qətl  etdilər,  başını 

kəsib  ali  dərgaha  yolladılar.  Hümayun  şah  və  məiyyəti  Xorasanın 

"Heydəriyyə  türbəsi"nə  gəlib  çatdıqda,  oranın  mühasirəsinə 

başladılar.  Orada  şaha  dedilər  ki,  Kuh-Giluyədə  o  tiryəkinin 

[qələndərin] fitnə atəşi söndürülmüş və İsgəndər xan Kuh-Giluyənin 

müstəqil hakimi olmuşdur. 


474 

 

Amma,  az  vaxtdan  sonra  əfşarlar  bir  dəstə  fitnəkar  adamı 



Xəlil xanın oğlu Şahqulu bəyin ətrafına toplanaraq Kuh-Giluyəni ələ 

keçirmək  üçün  İsgəndər  xana  qəfil  hücum  etdilər.  Şahqulu  bəy 

özünü "Şahqulu xan" adlandırıb, hakimlik bayrağını yuxarı qaldırdı. 

Amma Xəlil xanla qohum və əfşar əmirzadələrindən olan Əbdüllətif 

bəy  Əfşarın  oğlu  Həsən  bəy,  Şahqulu  xanın  hakimliyinə  razı 

olmayıb,  onunla  düşmənçiliyə  başladı.  O  özünü  "Həsən  xan" 

adlandıraraq  bir  dəstə  əfşarla  Kuh-Giluyəyə  gəldi.  Arada  inad 

yarandı,  hər  ikisi  göstərilən  vilayətdə  biri-digərinə  tabe  olmayaraq 

hakimlik  etməyə  başladılar.  Amma,  padşah  Şirazda  olan  vaxt 

onların  hər  ikisi  onun  xidmətinə  gəldilər  və  Şahqulu,  Həsən  xan 

tərəfindən öldürüldü, Kuh-Giluyə hakimliyi ona verildi. 

Xülasə,  yuxarıda  adı  çəkilən  qələndərin  başına  gələn 

hadisədən  sonra  başqa  tiryəki  qələndərlər  də  İsmayıl  Mirzə  olmaq 

həvəsinə düşdülər və bir neçə yerdə vaxtaşırı yeni İsmayıl Mirzələr 

peyda olmağa başladı. Camaat da onların ətrafına yığılır və yenidən 

dağılışırdılar.  Onların  biri  Luristan  və  Çəmçalda  ortaya  çıxdı  və 

Əlişəkərin  tabeliyindəki  kürdlər  və  lurlar  (əlvarlar)  onun  yanına 

yığıldılar. [Yeni qələndərin] döyüşçülərinin sayı on minə çatdı. O da 

əmirləri  və  başqa  adamları  müxtəlif  vəzifələrə  təyin  edərək,  o 

yerlərdə fitnə qaldırdı. Qələndər Solaq Hüseyn Təkəlinin yanına bir 

adam  yollayıb  onu  tabe  olmağa  dəvət  etdi.  Ona  hətta  vəkalət 

hökmünü  də  yolladı  və  onu  Çuhə  Sultan  Təkəlinin  yerinə  vəkil  və 

rüknüssəltənə  təyin  etdi.  Solaq  Hüseyn  əqlinin  çoxluğundan,  guya 

onun dəf olunmasını deyil, ona itaət etməyi  və  vəzifə almağı üstün 

sayıb  razılaşdı,  sanki  qələndərin  İsmayıl  Mirzəliyini  qəbul  etdi.  O, 

ardı-ardınca qələndərə barxanələr

354

 göndərib onun təşrif gətirməsini 



xahiş  etdi,  xeymə,  yaraq  və  başqa  şahanə  mallar  yolladı.  Biçarə 

qələndər də ona inanıb tam şan-şöhrət ilə Çəmçala  yollandı. Solaq 

Hüseyn  və  təkəli  əyanları  onun  xidmətinə  gəlib  səcdəyə  və  ayaq 

öpməyə  başladılar.  Ağıl  və  biliyinə  arxalanaraq  Solaq  Hüseyn 

qələndərin adamlarını tezliklə dağıtdı. Belə ki, fürsət tapıb onu həbs 

etdi.  Müzəffər  şah  ordusu  Xorasan  səfərindən  qayıdıb  Qəzvin 

darüssəltənəsinə  gəldikdə  Solaq  Hüseyn  qələndəri  ali  dərgaha 

yolladı.  Şahzadə  (Həmzə  Mirzə)  "Meydane-əsb"  xiyabanında  ona 

barıt doldurulmuş libas geydirdi və partlatdı. 

                                                           

354

 Müxtəlif mallar - Ş.F. 



 

475 

 

Buna  baxmayaraq,  yenə  də  avara  qələndərlərə  ibrət  dərsi 



olmadı.  Talışda  başqa  bir  qələndər  da  həmin  arzuda  oldu  və  onun 

ətrafında  bir  dəstə  nadan  adam  toplaşdı.  Həmin  qələndəri  də  tutub 

Ərdəbil  darülərşadına  gətirdilər  və  cəzalandırdılar.  Başqa  bir 

qələndərsə Gurda və Xorasanın Fərah adlı yerində zühur etdi. Onun 

dövrəsinə fitnəkar bır çox adam yığıldı, fitnə-fəsad başlandı.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin