AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Qorçibaşının fərar etməsi və rumilərin qalasına getməsi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə52/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   48   49   50   51   52   53   54   55   ...   96

Qorçibaşının fərar etməsi və rumilərin qalasına getməsi: 

 

Bu məsələnini yığcam bəyanı belədir: Qulu bəy Qorçibaşı 



Məhəmməd  xanla  və  başqa  əmirlərlə  bütün  işlərdə  müttəfiq  idi. 

Nəvvab  şahzadənin  əzəmətli  anası  Məhdülyanın  qətli,  Mirzə 

Salmanın öldürülməsi və ali nəvvabın xatirində ikrah hissi ilə qalan 

başqa  əməllər  onların  istəyi  və  məsləhəti  əsasında  gerçəkləşmişdi. 

Nəvvab  şahzadə  həmişə  macal  tapan  kimi  onlardan  intiqam  almaq 

barədə düşünürdü. Rumiyyənin hücumu bu işin yubanmasına səbəb 

oldu.  Agah  və  bacarıqlı  bir  adam  olan  qorçibaşı  məsələni  başa 

düşdüyündən  həmişə  həyəcan,  qorxu  və  təşviş  içindəydi.  Çünki 

nəvvab şahzadə də ona pis münasibət göstərməkdəydi. 

Fitnəkarlıq niyyətiylə Məhəmməd xan ilə Vəli xanın Əmir 

xanın qanını almaqdan ötrü ittifaqa girib ali orduya qayıtmaları vaxtı 

onlar  Təbrizə  yaxınlaşmaqda  ikən  artıq  hər  ikisinin  üsyankarlıq 

əlamətləri zahirə çıxmaqdaydı. Şahzadə xalırladı ki, qorçibaşı dövlət 

adamlarının ən ümdə adamı olduğu halda batində türkman və təkəli 

                                                           

383


 Şirhacı - "böyük top" mənasını verən istilahdır - Ş.F. 

543 

 

fitnəkarları  ilə  müttəfiqdir,  buna  görə  də  yaxın  vaxtlarda  ondan 



ehtimal ki, nəsə bir fitnə-fəsad baş verəcəkdir. Əmir xanının qanının 

baiskarları  olan  Əliqulu  xan  Fəthoğlu  və  Məhəmməd  Sarı  Solaq 

fəsad məhlulunu qarışdırıb nəvvab şahzadəyə xatırlatdılar ki, onların 

gəlib-çatmalarından əvvəl gərək yubanmadan qorçibaşı dəf olunsun, 

çünki  o  adamlar  bir-biriləri  ilə  görüşüb  öz  istəklərini  həyata  keçirə 

bilərlər.  Şahzadə  bu  təklifi  bəyəndi.  O  dəstənin  gəlmə  sədası 

eşidiləndə qaladan aşağı düşərək, onların dəf olunmasına başladılar. 

Elə  həmin  günlərdə  şahzadə  üç  yüz  ərəşli  tayfa  üzvləri  ilə  ali 

dərgaha  gələn  Əmiraslan  xan  Ərəşli  Əfşarın  oğlu  Təhməsibqulu 

Sultanın  namizədliyini  qorçibaşı    vəzifəsinə  məsləhət  bildi.  O, 

həmin vəzifəni qəbul etdi. Xain qorçibaşı isə türkman və təkəlilərin 

gəlmələri xəbəri yayılan o günlərdə xeyli təşviş hissi keçirməkdəydi. 

Seybədən ayrılıb evinə gəldi, xəstələndiyini bəhanə gətirib bir neçə 

gün  evdən  çıxmadı  və  o  adamların  gəlişini  gözlədi.  Təhmasibqulu 

Sultan  qorçibaşı  vəzifəsinə  təyin  olunan  gün  qorçibaşının  (Qulu 

bəyin  -  Ş.F.)  qardaşı  oğlu  Cabbarqulu  bəy  ali  şahzadənin  yanında 

behiştayin  məclisdə  idi.  Bu  xəbəri  eşidib  dərhal  evə  qayıtdı  və 

[əmisini] məsələdən xəbərdar etdi. 

Onlar o zaman rumilərin qalasına qaçmaqdan başqa heç bir 

çarə  tapa  bilmədilər  və  hər  ikisi,  Təhmasibqulu  Sultanın  qoşunla 

onların  qapısına  yaxınlaşdığı  vaxt,  bağça  yolu  ilə  özlərini  eşiyə 

atdılar,  seybələrinə  gedən  yolla  qalaya  üz  tutdular.  Qala  ayağına 

yetişdikləri vaxt taclarını başlarından götürüb xəndəyə atdılar. 

Qalanın  yuxarısından  bunu  seyr  edən  rumilər  qapını  açıb 

onları  qalaya  gətirdilər.  Onlar  bu  əhvalatı  qızılbaş  tayfası  üçün 

əskiklik,  özləri  üçünsə  xoş  tale  kimi  qiymətləndirdilər,  öz  sevinc 

sədalarını  Keyvan  eyvanınadək  çatdırdılar.  Elə  həmin  gün 

Cabbarqulu  bəy  lağımatanların  yanına  gedərək,  rumiyyəni 

qızılbaşların [qalaya doğru] lağım atmalarından agah etdi, şirhacının 

olduğu  yerin  yarısınadək  gəlib  çatan  lağımı  rumilərə  göstərdikdə 

onlar  tüfəng  atəşləri  ilə  lağımı  oradakı  adamlardan  təmizlədilər, 

həmin  yolla  gedib  "Həsən  padşah  mədrəsəsinə  çatdılar.  Seybədə 

bərk saxnaşma yarandı. Bu xəbər nəvvab şahzadəyə və Əliqulu xana 

çatdıqda hər tərəfdən hücuma keçdilər  və aralarında şiddətli döyüş 

başlandı. Hər iki tərəfdən bir neçə adam öldürüldü. Rumilər lağımda 

toplaşıb  oradan  tüfəng  ata-ata  seybə  əhlini  xəsarətə  uğradırdılar. 

Qızılbaşlar  çarəsiz  qalıb  lağımı  bir  neçə  yerdən  deşdilər,  açılan 

yerlərə  saman  töküb  yandırdılar,  sonra  lağımın  içini  su  ilə 



544 

 

doldurdular.  Beləliklə,  yol  bağlandı,  nəticədə  isə  iki-üç  aylıq 



zəhmətlə açılan lağım faydasız oldu. 

Türkman  və  təkəli  tayfaları  gəlib  yaxınlaşdıqda  günbəgün 

onların  fitnə-fəsad  etmə  xəbərləri  artdı.  Şahzadə  qala  içindən  əl 

çəkib  onları  dəf  etmək  fikrinə  düşdü.  Bir  dəstə  təbrizliyə  və 

Azərbaycan  camaatına  tapşırdılar  ki,  seybədə  olsunlar  və  rumiyyə 

qaçmasın  deyə,  qala  qapılarını  mühafizə  etsinlər,  beləliklə,  nəvvab 

şahzadə və başqa əmirlər onları dəf etməyə girişdilər. 

 

Mir Şəmsəddin Məhəmməd Sədr Xəbisinin vəfatı: 

 

Bu  ilin  hadisələrindən  başqa  biri  də  sədr  Mir  Şəmsəddin  



Məhəmməd  Xəbisi  Kirmanının      vəfatıdır  ki,  Təbriz  qalasının 

mühasirəsi  əsnasında  surül-ğəniyye

384

  xəstəliyindən  keçindi.  O, 



böyük, alişan, xoşəxlaq, qabiliyyətli, istedadlı seyid kimi tanınırdı. 

Riyaziyyat,  heyəf,  rəml**,  nücum  və  təbiət  elmlərini  bilirdi. 

Olduqca xoşsöhbət adamdı. Yaxşı şer yazırdı. Təxəllüsü Fəhmi idi. 

O, sədarət mizinə əyləşəndə  İsgəndər şanlı nəvvab onun ehtiramını 

tutmaqda çox təfərrüata vardı, bütün şəri işləri onun rəyinə tapşırdı. 

O  da  öz  səxavət  (bəzl)  və  ehsan  əlini  açdı,  məmləkətlərin  vəqf 

vergilərindən  və  cənnətməkan  şahın  nəzirlərindən  yığılan  yüz  min 

tümən məbləğində olan qızılı, gümüşü, habelə firuzə  mədənlərinin 

xümsünü  və  amirə  xəzinəsindəki  başqa  qiymətli  şeyləri  iki-üç  il 

ərzində seyidlərə, üləmalara, səlahiyyətli şəxslərə (soləha), fəqirlərə, 

elm öyrənənlərə  və həmin zümrədən olan ehtiyaclı adamlara  verdi, 

onların  məşhur  şəxslərinə  hədsiz  hörmətlər  etdi,  onun  köməyi  ilə 

xeyli adam şahın ehsanından bəhrələndi. 

Mir Şəmsəddin Xobeysinin rəngarəng şerləri vardır. 

Bu kitabda onun qəzəl və rübailərindən bir neçə beyt səbt 

olundu: 


 

Qəzəl 

 

Şərabe-eşqi kim içsə, onun keyfiyyəti vardır,  



Şərabda Fərhadın halı və Xosrov haləti vardır. 

 

                                                           



384

 Bu xəstəliyin adını müəyyən edə bilmədik - Ş.F. 



545 

 

Başında  badə  bardağı  gedir  meyxanəyə  Fəhmi,  Başı 



mehrabinə enmir onun, xoş himməti vardır.

385


 

 

Rübai 

 

Eşq meykədəsi içrə şərab başqa cürə,  



Sevda kitabında ehtisab

386


 başqa cürə. 

Məstanələrin Ruze-hesabdan qorxmur,  

Məhşər günü onlara hesab başqa cürə.

387


 

 

Rübai 

 

Yüz huridən üstündü o tərsa balası,  



Atəşlənib hüsnündən o mə bədyanası.  

Atəşkədəsində var odunçu – rizvan! 

Verməzmi behiştdən ona Tuba ağacı.

388


 

 

Mir  Şəmsəddin  Xəbisi  həyatdan  köçdüyü  vaxt  bu  rübaini 



demişdi: 

 

Rübai 



 

Fani bu cahan deyildir əsla yerimiz,  

Yatmaq dilərik qəbirdə süst, taqətsiz.  

                                                           

385

 Qəzəlin farscası: 



Şərabe-eşq dər hər məşrəbe-keyyfiyyəti darəd, 

Ze Şirin Kuhkən hali, ze Xosrov haləti darəd.  

Səbuye-bade dər sər mirəvəd Fəhmi be meyxane,  

Be mehrabəş nəyayəd sər foru xoş hemməti darəd. 

386

 Ehtesab - hesablama əməliyyatı - Ş.F. 



387

 Rübainin farscası: 

Dər meykədeye-eşq şərabe-degərəst,  

Dər şəre - məhəbbət ehtesabe-degərəst.  

Məstane-to fareğənd əz ruze-hesab,  

Z-in tayefe dər həşr hesabe-degərəst. 

388

 Rübainin farscası: 



Tərsabəçeist atəşəfruze-keneşt,  

K-atəş zəde dər xənnəne-səd hur sereşt.  

Çon himekeşan bəraye-atəşkədeəş  

Rezvan həme şaxe-Tuba* arəd ze beheşt.  

* Qeyd: Şaxe-Tuba - Behiştdəki məşhur ağac - Ş.F. 


546 

 

Orda edərik gileyfələk cövründən,  



Dilsiz dilimizlə söylərik çox söz biz.

389


 

 

TƏKƏLİ VƏ TÜRKMAN TAYFALARININ TƏBRİZƏ 



GƏLMƏLƏRİ, O FİTNƏKARLARIN GERİ QAYITMALARI 

VƏ O ZAMAN BAŞ VERƏN BAŞQA HADİSƏLƏRİN ZİKRİ 

 

Yuxarıda  sınıqdilli  qələm öz bəyan  səhifəsində yazmışdı 



ki,  Məhəmməd  xan  Türkmanın  oğlu  Əmir  xan  bu  məsələlərdən, 

Əliqulu  xan  Fəthoğlunun  tərəqqi  və  inkişafından,  şamlı  və  ustaclı 

tayfalarının etibarının yüksəlişi və iqtidarda olmasından fikir-xəyala 

dalmışdı.  O,    Kaşandan  Həmədana  getdi.  Əmir  xanın  qardaşları  və 

övladları da orada toplaşdılar. Vəli xan Təkəlini müttəfiq edib onu 

fitnəkarlığa  yönəltdilər,    o    iki    tayfanı    etibardan    salmağa 

başladılar.  Rum  qoşununun  hücumu  və  fəxarətli  Təbriz  şəhərinin 

onlar tərəfindən tutulmasına baxmayaraq, səltənət tərəfindən onların 

hüzura  gəlmələri  barədə  hökmlərin  getməsinə  məhəl  qoyulmadı. 

Onların (Əmir xanın və Vəli xan Təkəlinin - Ş.F.) hərəkətləri barədə 

belə xəbər yayıldı: Türkman və təkəli əmirləri və əyanları bir-biriləri 

ilə əhd-peyman bağlayıb belə qərara gəliblər ki, birlikdə ali orduya 

gedib  nəvvab  şahzadəni  öz  fikirlərinə  tabe  etməyə  çalışsınlar, 

Əliqulu  xan  Fəthoğlunu,  Məhəmmədi  Sarı  Solağı  və  Əmir  xanın 

başqa  müddəilərini  (saiyan)  qisas  alınmasından  ötrü  onun 

övladlarına versinlər, şamlı və ustaclı tayfalarını etibardan salsınlar, 

saray xidmətində bu iki oymaqdan heç bir kəsi şahzadənin yanında 

xidmət etməyə qoymasınlar  və dövlət işləri  fəqət onların  (türkman 

və təkəlilərin - Ş.F.) rəyi və razılığı ilə həyata keçirilsin. 

Belə batil xəyallar və bihudə razılıqla onlar bir-birilərindən 

ayrılıb qoşun toplamaq və təyin olunan yerdə cəmləşmək niyyəti ilə 

hər biri öz ülka və iqtalarına qayıtdılar ki, qoşunlarını və ləşkərlərini 

hazırlasınlar, müəyyən vaxtda bir yerə yığışsınlar. 

O  tayfanın  mötəbər  əmirlərindən  və  Əlişəkər  sərhəddində 

ülka sahibi olan Solaq Hüseyn  Təkəli bununla razılaşmadı. O,  Vəli 

xana  türkmanların  fitnəsinə  uyub  fəsada  yol  verməyi  qəti    qadağan  

                                                           

389


 Rübainin farscası: 

Xahim əz in cəhane-fani rəftən,  

Dər zire-ləhəd benatəvani xoftən.  

Dər guşe-zəmin ze bivafaiye-fələk  

Hərfi be zəbane-bizəbani göftən. 


547 

 

etdi,  onu  sədaqət  ipini  əldən  verməməyə çağırdı. Dedi ki, Bağdad 



sərhədini qorumağa yollandığından, əgər şahın hökmü sadir olmasa 

və onu geri çağırmasalar, Məhəmməd xanın sözünə uyub öz yerini 

tərk etməsin. Padşahların əsgərlərin işlərinə qarışmalarına ixtiyarları 

çatır. Belə olan halda, sədaqətdən uzaq bir əməl ola bilər ki, padşah 

və  padşahzadəyə  etiraz  dilini  açıb  Əmir  xanın  qətli  barədə  onlara 

nəsə bir söz deyək. 

Vəli xan bundan vahiməyə düşdü, başqa təkəlilərin arasının 

onunla  vurulacağını  və  onların  onunla  inadkarlıq  məqamında 

duracaqlarını  düşündü.  Araya  qarışıqlıq  düşdü.  Nəhayət  Vəli  xan 

təkəli  tayfasının  əksəriyyətini  özünə  müttəfiq  edib  Məhəmmədi 

xanla birgə [Solaq Hüseynin] üstünə yollandı. 

Arada  cəng  baş  verdi.  Solaq  Hüseynin  adamları  süst 

toplanıb  özlərinin  müdafiəsi  ilə  ciddi  məşğul  olmadılar.  Döyüş 

əsnasında Solaq Hüseyn bərk yaralandı, müdafiə oluna bilmədi, əsir 

düşdü. Vəli xan onu tutub, Təbrizə hücum zamanı aradan götürdü. 

Xülasə,  Osman  paşanın  geri  dönməsi,  Təbrizdə  qala  inşa 

etməsi  və  cah-calallı  ordunun  qala  ayağına  yığışıb  onu  mühasirə 

etməsi  xəbəri  İraqa  çatanda,  türkman  və  təkəli  əmirləri  zahirən  öz 

itaət  paltarını  geyib,  batindəsə  öz  mətləblərini  həyata  keçirtmək 

diləyib, Təbrizə tərəf hərəkət etdilor. Məhomməd xan  Kaşan, Qum 

və Savədən olan türkman tayfaları ilə, Müseyib xan Şərəfəddinoğlu 

Təkəli  Tehrandan,  onun  qardaşı  oğlu  Muxtar  Sultan  Vəramindən, 

Vəli  xan  Təkəli  və  oğlu  Əli  Sultan  Pakmal,  həmçinin  Əmir  xanın 

qardaşları,  övladları  və  yaxınları  Həmədandan  gəlib  bir  yerə 

toplaşdılar. Onlar İraqın hər tərəfinə adam yollayıb oralarda yaşayan 

türkman və təkəli tayfa üzvlərinin hər birini öz yanlarına çağırdılar. 

Ordularına  çox  adam  yığıldı.  Fars  əmirülümərası  Ümməl  xan 

Zülqədər  Xorasan  yasağından  qayıdıb  Azərbaycan  yasağına 

yollanmaqdan  ötrü  öz  ülkalarına  gedən  özünə  tabe  əmirlər  ilə 

birlikdə  İraqa  çatdı.  Məhəmməd  xan  onunla  görüşüb  zülqədər 

tayfası ilə dostluq qapılarını açdı, həmkarlıq təklif etdi. Ümmət xan 

baş  vermiş  fitnə-fəsadı  onun  köməyi  ilə  aradan  qaldırmaq, 

şahzadənin diqqətini özünə cəlb etmək üçün onun yoldaşlıq təklifini 

qəbul  etdi  və  onlar  birləşdilər  yoldaşlıq  etməyə  başladılar.  Amma, 

Məhəmməd  xan  və  yoldaşları  get-gedə  Ümmət  xanın  adamlarını 

hiyləgərliklə və öz xeyirlərindən ötrü özlərinə müttəfiq etdilər. 

Ağıllı,  bacarıqlı  və  tədbirli  adam  olan  Ümmət  xan  sanki 

əfsunlanıb öz savab yolundan azdı, xəta yoluna düşdü, onlara yoldaş 



548 

 

oldu.  Bu  xəbər  Təbriz  darüssəltənəsinə  yetişdikdə,  baxmayaraq  ki, 



onların  ittifaqının  fitnə-fəsada  dəlalət  edəcəyi  məlum  idi,  nəvvab 

şahzadə  onları  yoxlamaq  və  bir-birləri  ilə  razılıq  və  narazılığını 

müəyyən etmək üçün yanlarına bir  adam  yolladı  və arada  yazışma 

başladı.  O,  əvvəlcə  İsgəndər  şanlı  nəvvab  tərəfindən  bir  şəxsi 

yolladı,  belə  bir  istimalətnamə  göndərdi:  Onlar  bu  uca  xanədanın 

dövlətxah  bəndələridirlər,  bir  neçə  il  xidmətdə  olmuşlar,  Osman 

paşa  və  rum  ləşkəri  bura  gələndə  və  bu  xanədanın  qədim  paytaxtı 

olan Təbrizi tutmaq istəyəndə dərhal bu xəbərdən rahatsız olub, hələ 

onlara hümayun hökm göndərilməzdən əvvəl sədaqət üzündən, bir-

biriləri ilə birləşməyi gözləmədən, onların hər biri sürətlə səltənət və 

iqbal  taxtgahına  tərəf  getmiş  və  öz  fədakarlıqlarını  zahirə 

çıxarmışlar.  Dövlət  düşmənlərinin  şəri  dəf  olunandan  sonra  əgər 

istəsələr öz fikirlərini açıq bildirsinlər və öz mətləblərinə yetişsinlər. 

İndi ki, onlar hümayun orduya tərəf gedirlər, saylarının çox olduğu 

eşidilməkdədir.  Bu  hərəkətdən  fitnəkarlıq  və  nifaq  görünür.  Əgər 

hal-hazırda onlar sədaqət və məhəbbətdə sabitqədəmlik və bizə itaət 

yolundadırlarsa, məsləhət belədir ki, şübhənin qaldırılmasından ötrü 

qoy  bir-birləri  ilə  birləşməyərək,  hər  birisi  öz  qoşun  ləşkəri  ilə 

əlahiddə halda ali saraya xidmətə üz tutsunlar və yanımıza gəlməklə 

şərəflənsinlər.  Elə  ki,  gəlib  yetişdilər,  hər  biri  desin  ki,  bizə  qarşı 

iltifat və şəfqətdən başqa qeyri bir iş görməyəcəklər. 

Müseyib xan Şərəfəddinoğlu Təkəliyə belə [məzmunlu] bir 

məktub  yolladılar:  Onun  hümayun  nəvvab  ilə  yaxınlığın  vardır. 

Əgər  türkman  əmirləri  Əmir  xanın  qətlində  mənim  əziz 

fərzəndimdən şübhələnirlərsə, onun bu işə heç bir dəxaləti  yoxdur. 

Varisliyə  sədaqət  (exlase-movrusi)  və  padşahlıq  səxavəti  (estena) 

tələb  edir  ki,  onlar  özlərini  o  tayfaya  birləşdirməsinlər  və  böyük 

sürətlə saraya gəlsinlər. 

Adları  çəkilən  əmirlər  də  ali  dərgaha  məktub  yolladılar, 

qulamlıq  və  fədailik  izhar  etdikdən  sonra  belə  ərz  etdilər:  "Şaha 

məlumdur  ki,  təkəli,  türkman,  şamlı  və  ustaclı  oymaqları  arasında 

hələ  sabiq  zamanlardan  inadkarlıq  olmuşdur.  Xorasanda  nəvvabi-

cahanbaninin  hakimiyyətə  gətirilməsi  üstündə  o  iki  tayfanın  çoxu 

türkman və təkəlilərin əlləriylə qətlə yetirilmişdir. Bir halda ki, onlar 

ali xidmət tərəfindən tərbiyə olunmuş və şəfqətə layiq görülmüşlər, 

amma  nəvvabi-cahanbanini  biz  dövlətxah  adamlara  qarşı  şübhəyə 

salmışlar. Elə Əmir xanın başına gələnlər də onların fitnə-fəsadının 

nəticəsidir,  yoxsa  ondan  elə  bir  əməl  görünməmişdi  ki,  qətlə 



549 

 

gətiriləydi.  Bizim  xahişimiz  budur  ki,  qoy  o  tayfalar  nəvvabi-



cahanbaninin  nəzərindən  düşsünlər  və  qədir-qiymətləri  olmasın. 

Bizim  bir  yerə  toplaşmağımız  isə  bizim  ziddimizə  olanlardan 

qorxumuz üzündəndir." Müseyib xan da onların  vəziyyətinə uyğun 

sözlər söylədi. 

Elə  ki,  əmirlərin  məktubu  gəlib-çatdı,  bu  İsgəndər  şanlı 

nəvvabı  və  aləm şahzadəsini qayğılandırdı. Onlar  yenidən əmirlərə 

belə  itaət  məktubu  yazdılar:  "Bütün  sadiq  qızılbaş  tayfalarının 

hamısı  bu  dövlətə  xidmət  etməlidirlər.  Sədaqətli  adamları  padşah 

ehsanının  nemətlərindən  (məvayed)  məhrum  etmək  müruvvət 

ayininə  əks  (xelal)  olan  bir  məsələdir.  Əgər  şamlı  və  ustaclı 

tayfalarının  bir  hissəsi  zəmanəyə  baxıb  üsyana  qalxırlarsa  və 

Xorasanda fitnəkarlıq törədirlərsə, onların başqa hissəsi isə İraq  və 

Azərbaycanda itaətkar (ğaşiyə) və mütidirlər, onlar, xüsusən ustaclı 

tayfasının  böyüklərindən  Məhəmməd  xan  Toxmaq  və  şamlı 

mötəbərlərindən 

Vəli 


Xəlifənin 

övladları 

bizə 

xidmət 


göstərməkdədirlər. Buna görə də, o camaat [Quranda deyildiyi kimi] 

"Kimsə başqasının günah yükünü öz çiynində daşımaz"

390

 ifadəsinə 



uyğun  cəzaya  məruz  qalmayacaq.  [Tərəfimizdən]  tərbiyət  olunan 

Əliqulu  xan  Fəthoğlu  hümayun  cülusun  əvvəlindən  möhtərəm 

fərzəndin (nəvvab şahzadənin - Ş.F.) ali ordusunun mülazimi olmuş, 

[yaxşı] xidmətlər  göstərmiş  və sədaqətə xilaf olan heç bir iş ondan 

görünməmişdir.  Əgər  o,  bizim 

məhəbbətimizlə  (atefət) 

tərbiyətlənibsə,  onun  nə  qüsuru  vardır?  Onun  tərbiyətləndirilməsi 

neçin başqa tayfaya qarşı iltifatsızlıq kimi anlaşılmalıdır. Əmir xanla 

əlaqədar məsələ isə məhz ondan incik olan nəvvab şahzadənin istəyi 

ilə baş vermişdir. [Belə olan halda,] sizin bu xüsusda söz deməyiniz 

əqidəyə  və  sədaqətə  zidd  bir  hərəkətdir.  Təbriz  şəhərinin  əldən 

çıxdığı  belə  vaxtda  gərək  fitnə-fəsad  yaranmasın,  gərək  hamı 

birləşib  oranın  qalası  üzərinə  yollansın,  yoxsa,  bu  məsələyə  qarşı 

olan mübahisələrə və fitnəkarlığa bizim səyimizlə son qoyulacaqdır. 

Siz nə üçün bizə qarşı etdiyiniz işlərin aqibətini düşünmürsünüz?". 

Adları  çəkilən  əmirlər  bu  dəfə  də  birlikdə  cavab  yazıb 

bildirdilər:  "Biz  yenə  də  öz  iradə  və  sadiqliyimizdə  varıq.  Amma, 

biz  düşmənlərin  zərər  və  şərinin  dəf  olunması  naminə  birləşmişik. 

Ali  saraya  gəlsək,  ali  padşahın  və  nəvvab  şahzadənin  razılığı  və 

düşmənin  nakamlığı  naminə  hərəkət  edəcəyik".  Onların 

                                                           

390


 Ayənin ərəbcəsi: "La təzruvu uzrətən vazrən uxra". 

550 

 

məktublarından  və  o  adamların  əməllərindən  hamıya  nifaq  qoxusu 



gəldiyindən, nəvvab şahzadə tərəfindən Fars əmirülümərası Ümmət 

xana  və  onunla  həmkar  olmuş  zülqədər  tayfasına  hüsn-rəğbət  və 

iltifatla dolu inayət hökmü göndərildi: "Onu biz yetişdirmişik, Şiraz 

əyalətini,  həmçinin  Fars  məmləkətinin  mirülüməramlığını  ona  lütf 

etmişik.  Zülqədər  tayfası  da  həmişə  vəlayət  nişanlı  bu  xanədanın 

sufisi  və  tərəfdarı  olmuşdur.  Onlar  heç  vaxt  təkəli  və  türkman 

tayfaları  ilə  ülfət,  onların  əleyhinə  gedənlərlə  nifrət  mövqeyində 

olmayıblar.  Əgər  onlar  (təkəlilər  və  türkmanlar  -  Ş.F)  bir  yerə  cəm 

olmaq  və  birləşmək  qərarındadırlarsa  və  birlikdə  buraya  gələrlərsə 

zülqədər  tayfasının  bu  məsələyə  nə  dəxaləti?  Bəs  siz  onlarla 

yaxınlıq (morafeqət) edirsiniz? Əgər baş  verən fitnə-fəsadın aradan 

qaldırılması  və  bu  məsələnin  həll  olunması  üçün  məsləhətə  və 

ağsaqqaların  köməyinə  lüzum  varsa,  ali  dərgahda  oymaq 

ağsaqqalları  və  xeyirxah  insanlar  az  deyillər.  Qoy  onlar  (əmirlər  - 

Ş.F.)  cahanpənah  dərgaha  gələrək,  oymaq  ağsaqqaları  ilə 

görüşsünlər  və  bu  güclü  dövlətin  məsləhətiylə  işləri  yoluna 

qoysunlar. Belə etmək daha düzgün olar! Əgər Ümmət xan və Fars 

zülqədərləri tayfası da sədaqət  yolundan üz döndərib onların fitnə-

fəsadlarına  şərik  olsalar,  belə  bir  halda  tezliklə  öz  nəməkharam 

olmalarının cəzasını çəkəcəklər". 

Bu hökm nəvvab şahzadənin  "Kor  Həbib "  adı ilə  məşhur 

olan  söhbət  yasovulu  Həbib  bəy  Zülqədər  vasitəsiylə  göndərildi. 

Həbib  bəy  əmirlərin  ordusuna  çatdıqda  Ümmət  xan  fərmanın 

məzmunundan xəbərdar oldu, Məhəmməd xanla etdiyi əhd-peymana 

sadiq qalıb onun və yoldaşlarının məsləhətinə əməl eldi, şah əmrinə 

boyun  əymədi.  Məhəmməd  xan  və  onunla  yoldaş  olan  əmirlər 

bununla kifayətlənməyərək, Ümmət xanın özləri ilə səmimiyyətinə 

əmin olmaqdan ötrü ona belə təklif etdilər ki, Həbib bəyi qətl etsin. 

Amma  bəzi,  gələcəyi  fikirləşən  zülqədərlilər  Ümmət  xanın  bu  işi 

etməsinə razı deyildilərsə də, Məhəmməd xan öz sözündə israr etdi. 

Ümmət xan məcbur olub Sultaniyyə çəmənində o bigünahın qətlinə 

iqdam etdi, sonra çıxıb köç-köç Təbrizə yollandılar. 

Həbib bəyin qətli xəbəri calal sahibinə (Həmzə Mirzəyə  - 

Ş.F.) çatdıqda və əmirlər şəhərə yaxınlaşdıqda, nəvvab şahzadə ata-

babası  qədimdən  bəri  bu  dövlətin  xidmətində  durmuş  Fəthi  bəy 

Pərvanəçioğlunun övladı və həmin nəslin böyük adamlarından olan 

dəftərxana darüğəsi  Əlixan bəy Türkmanı  elçi sifətiylə Məhəmməd 

xanın  yanına  yollayıb  ərz  etdi  ki,  onu  nəsihətlə  yola  gətirsin  və 



551 

 

desin: Sədaqət yolunun yolçusu olun! Nəvvab şahzadənin razılığı ilə 



hərəkət edin! Əmir xanın qətli barədə heç nə danışmayın! Bu məsələ 

ilə əlaqədar Əliqulu xan Fəthoğlu  və Məhəmməd bəy Sarı Solaqla 

da  inad  və  ziddiyyət  izhar  etməyin!  Təbriz  qalasının  ələ 

keçməsindən sonra Əmir xanın qohumları (bazmandegan) barədə nə 

istəsəniz, o da olacaqdır". 

Əlixan bəy əmirlərin ordusuna çatdı və onlar şəhərə yaxın 

bir  yerdə  dayandılar.  Türkman  mötəbərlərindən  olan,  nəvvab 

şahzadənin  yanında  hörmət-izzətli  bir  şəxs  sayılan  və  Əliqulu  xan 

ilə də ülfət edən Heydər Sultan Cabuq oğlu Ədhəmxan Türkman ali 

məclisdə həmişə türkmanların yersiz hərəkətlərindən xəcalət çəkirdi. 

Nəvvab şahzadə onu xəcalət və başıaşağılıqdan xilas etmək məqsədi 

ilə o camaatın yanına yolladı ki, nəsihət yolu ilə onların fəsadlarını 

rəf etsin. [Dedi ki,] əgər nəsihət onlara təsir edərsə qoy geri qayıtsın, 

əgər təsir etməzsə öz oymağında qalsın. Belə olan halda əgər əmirlər 

öz inadkarlıqlarından əl çəkməsələr, onu da Əlixan bəy və başqaları 

kimi öz yanlarında saxlayacaqlar. 

Ədhəm xan  Türkman bu təklifə əməl edib  məqsədə doğru 

rəvan oldu və o da dostlarının getdikləri yolla getdi. Onun sözlərinin 

əmirlərə təsiri olmadı. Məhəmməd xan onun gəlişini qənimət sayıb 

öz  yanında  saxladı.  Təbrizin  dörd  fərsəxliyinədək  Səidabada 

çatdıqları  vaxt  artıq  onların  üsyan  xəbəri  aşkar  oldu.  Orduda  olan 

təkəli  və  türkmanların  hər  biri  təşvişə  düşüb  qaçdılar  və  onlara 

birləşdilər. O tayfa  əmirzadələrindən olan  Keçal Mustafa Əfşar  ki, 

Cabbarqulu bəyin qalaya fərarından sonra,  yuxarıda yazıldığı kimi, 

onun yerinə nəvvab şahzadənin qorçibaşısı olmuşdu, səbəbsiz yerə 

qaçıb  üsyankar  əmirlərə  qoşuldu.  Həmin  neçə  gün  ərzində  nəvvab 

şahzadədən  narazı  olan  hər  kəs  gecələr  bir-bir,  iki  bir  fərar  edib 

həmin üsyankarlara birləşdilər və düşmənçilik əhvali-ruhiyyəsi get-

gedə qüvvətləndi. 

Nəvvab  şahzadə  onlardan  hər  hansı  bir  qəfil  əməlin  baş 

verməsindən ehtiyat edərək, əksər vaxtını Əliqulu xanın məskəni və 

rumilərin qalasının yanında və nəvvab şahzadənin seybəsi tərəfində 

olan  Əmirxan  qalasında  keçirirdi.  O,  İsgəndər  şanlı  nəvvaba  da 

qalaya gəlməsini təklif etdi. O həzrət, şahzadələr və hərəmxana əhli 

bütünlüklə  Əmirxan  qalasına  köçdülər,  hümayun  dövlətxana  orada 

yerləşdi. Əliqulu xan da xidmət etmək  və keşik çəkmək niyyəti ilə 

orada mizbanlıq və xidmətkarlıq  işlərinə başlandı.  Bütün əzəmətli 

əmirlərə,  qiymətli  qorçilərə  və  xassə  mülazimlərə  əmr  edildi  ki, 



552 

 

daim  hümayun  dövlətxananın  keşiyini  çəksinlər.  Başqa  bir  dəstəni 



də,  İraq  yolu  ilə  gəlib-gedənlərin  yeri  olan  xiyaban  başına 

göndərdilər ki, qarovullar vasitəsiylə əmirlərin hərəkətlərindən agah 

olsunlar. 

Səidabaddan  çıxıb  şəhərin  iki  fərsəxliyindəki  Fəsuhfənc 

adlı  yerə  çatdıqları  vaxt  əmirlərin  bir  neçə  döyüşçüsü  yaraqlanıb 

qarovul  kimi  irəli  çıxdılar  və  müşahidə  etdilər  ki,  qarşı  tərəf  də 

döyüş  və  ehtiyat  tədbirləri  görməkdədir.  Ertəsi  gün  nəvvab 

şahzadənin  yanına  bir  adam  yollayıb  öz  əvvəlki  tələblərini  ərz 

etdilər.  Onların  iddiaları  belə  idi:  "Ustaclı  tayfası  heç  bir  cinayəti 

olmadan  Əmir  xanı  qətl  etmişdir  və  biz  Əliqulu  xan  Fəthoğlunu 

onun  qanlısı  hesab  edirik.  Qoy  nəvvab  şahzadə  qanlı  sayılan 

adamları  həbs  edib,  qisas  alınmasından  ötrü  onları  Əmir  xanın 

övladlarına versin, əks təqdirdə daha bizim elə tab-taqətimiz yoxdur 

ki,  ali  xidmətdə  olan  ustaclıların  hörmət  və  etibarlarını  müşahidə 

edək". 

Nəvvab şahzadə də onlara öz əvvəlki  cavabını  verdi.  Get-



gəl təkrarlandı,  məlum oldu ki, o dəstənin adamları öz tələblərinin 

icrasını  görməyənəcən  itaətə  gəlməyəcəklər,  hətta  ola  bilsin  ki, 

gəlmək  məqsədi  ilə  şəhərə  girib  öz  istəklərini  həyata  keçirmək 

iddiasında  olacaqlar.  Onların  tələbələrinin  yerinə  yetirilməsi  şahlıq 

qeyrətindən  və  ağıl  mizanından  uzaq  olduğu  üçün  nəvvab  şahzadə 

barışıq  yolunun  vaxtın  tələbinə  müvafiq  olduğunu  düşünüb 

danışıqlar vasitəsiylə öz mübarək dilinə nəsihətamiz sözlər gətirdi. 

O dəstə gündüzü Fəsuhfəncdə keçirərək yola düşdüklərinin 

üçüncü günü hamılıqla atlanıb, əvvəlcə çərxçiləri  irəli göndərdilər, 

döyüşmək  üçün  silahlanıb  xiyabanın  başınadək  gəldilər.  Onların 

belə  halda  atlara  süvar  olub  gəlmələri  xəbəri  şəhərə  çatan  vaxt 

aydınlaşdı  ki,  mövüzə  etmək  və  nəsihət  verməkdən  heç  nə 

çıxmayacaqdır və onların fitnə atəşlərini və ədəbsizliklərini qılınc və 

ox yağışından başqa, heç nə ilə söndürmək mümkün olmayacaqdır. 

Səltənət namusu belə tələb edir ki, bu tərəfdən də iqbal əsgərləri irəli 

çıxıb  o  dəstəni  cəzalandırsınlar.  Əzəmətli  əmirlərin  bir  dəstəsini, 

xüsusilə  ustaclı  əmirlərini  və  Əliqulu  xanın  dostlarını  onların 

qarşısına  yolladılar.  Əmirlər  tərəfindən  zəfərşüar  əsgərlərə  qələbə 

çalınmasından ehtiyatlanıb ali qoşun da onların ardınca hərəkət etdi. 

İsgəndər şanlı nəvvaba da atlanmaq təklif olundu. Öz böyük atasının 

hümayun qoşununda qələbə  və calal bayraqları qaldırıldı və həmin 

rəzillərin  qarşısına  cumdular.  Əmirlər  dəstəsinin  ədəbsizliyi  və 



553 

 

təəccübü  həddən  çox  artdığından,  şahanə  qəzəb  atəşi 



qüvvətlənməkdə  idi.  Səltənət  əmirlərinin,  dövlət  adamlarının  və 

ağsaqqalların heç birinin qüdrəti çatmadı ki, nəvvab şahzadə atlanan 

vaxt  həmin  yürüşün  qarşısının  alınması  barədə  bir  söz  desinlər. 

Qələbə  ayəli  qoşun  xiyabanın  başına  çatanda  qaravul  olan  ustaclı 

süvarilərinin biri hərb ahəngini qızışdırdı və irəli şığıdılar. 

Qarşı tərəfdən də cəhalət və qürur badəsindən məst olan o 

bədməstlər  igidlik  göstərib  qorxmazlıq  atını  irəli  sürdülər.  Əllər 

açılıb,  iki-üç  nəfər  yaralanandan  sonra  Qarabağ  bəylərbəyi 

İmamqulu xan Qacar, Məhəmmədi xan Toxmaq, Seyid bəy Kəmunə 

və  Şahqulu  Xüləfa  Rumlu  Əliqulu  xanla  birlikdə  adlı-sanlı 

şahzadənin  müqəddəs  qoşununun  başında  atlardan  düşüb,  öz  istək 

və  sədaqət  izhar  edən  başlarını  mütilik  torpağına  sürtdülər,  kama 

yetən  şahzadənin  səbarəftar  atının  yüyənini  özlərinin  dövlətxahlıq 

əllərinə  alıb  ərz  etdilər:  "Alimiqdar  padşahların  öz  üsyankar 

qullarının  qarşısına  çıxmaları  dövlətə  layiq  iş  deyildir,  bundan 

başqa,  gün  də  başa  yetmişdir.  Əgər  ali  qoşun  bir qədər  də  hərəkət 

edib  irəliləsə,  çətin  ki,  bu  qaranlıq  gecədə  çox  qan  tökülsün.  O 

dəstənin  də  məqsədi  budur  ki,  onları  cəzalandırmaqdan  ötrü 

hümayun şahın özü döyüşə çıxsın. Amma, biz dövlətxah adamların 

xahişi  budur  ki,  qoy  bu  gün  geri  dönsünlər  və  üsyan  əhlinin 

cəzalandırılması üçün bir-iki gün səbir etsinlər. Belə olan halda ola 

bilsin  ki,  onlar  biz  dövlətxahlar  vasitəsiylə  özlərinin  səbir  və 

təkəbbür  atlarından  düşüb  təslim  olalar.  Yox,  əgər  bu  dəfə  də  biz 

bəndələrin məsləhətindən çıxsalar, onda ali qoşunun mülazimlərinin 

hücumuna heç bir ehtiyac yoxdur, onları biz qulamlar öz səyimiz ilə 

məğlub  edəcəyik".  Nəvvab  şahzahdə  dövlətxah  adamların 

məsləhətinə əməl etdi və qarovulların yanına adam yollayıb hücumu 

təxirə  saldı.  O,  əmirlərin  xahişini  adlı-sanlı  atasına  ərz  etdikdən 

sonra şəhərə qayıtdı. 

Ertəsi  gün təkəli  və türkman  əmirləri adam yollayıb xahiş 

etdilər  ki,  onlarla  bəzi  məsələlər  xüsusunda  danışıq  aparmaq  üçün 

iki-üç  etibarlı  ağsaqqal  göndərsinlər.  Nəvvab  şahzadə  kimsəni 

yollamaq istəmədi, çünki onlarla bir daha danışıq aparmağı səltənət 

və şahlıq rütbəsinə layiq və münasib görmədi. İsgəndər şanlı nəvvab 

isə  onlarla  danışmağı  məsləhət  bilib,  o  zaman  zəfərli  əsgərlərin 

qazisi  olan  seyid  Mir  Əbülvəli  Əncu  Sədri  xeyirxah  əmirlərdən 

Seyid  bəy  Kəmunə  və  Şahqulu  Xüləfa  Rumlu  ilə  birlikdə  onların 

yanına yolladı. 



554 

 

Amma,  onların  da  Ədhəm  xan  və  başqaları  kimi  orada 



saxlanmamasından ötrü qərara alındı ki, bu tərəfdən onlar xiyabanın 

başında  qarovullardan  bir  azacıq  aralanıb  irəli  getsinlər,  qarşı 

tərəfdən isə Məhəmməd xan  və əmirlər öz döyüşçülərindən ayrılıb 

irəli gəlsinlər, nə söhbətləri varsa, eləcə at üstündə həll edib geriyə 

dönsünlər. Bu qərara əməl olundu. 

O camaalın sözünün qısası bu oldu ki, nəvvab şahzadə nə 

üçün Xorasanda fitnəkarlıq edən və etməkdə davam eləyən iki fitnə-

fəsad  əhli  olan  adamdan  ötrü  qızılbaşların  təkəli,  türkman  və 

zülqədər kimi üç mötəbər oymağını özündən narazı salmış, rumilər 

Təbrizdə qala tikəndə o soyuq havada oraya  yasaq üçün  yollanmış 

on min nəfəri pərən-pərən salmışdır? 

O  həzrət  vaxta  münasib  olaraq  təskinedici  cavablar  verdi. 

Çox  qiylü  qaldan  sonra  razılaşdılar  ki,  bundan  sonra  Əmir  xanın 

qətli xüsusunda heç bir söhbət və danışıq olmasın. 

Amma,  həmin  fəsad  xəmirinin  mayası  Əliqulu  xan  və 

Məhəmmədi  Sarı  Solaq  olduqlarından,  bu  tərəfin  əmirləri  öz 

arzularını belə bildirdilər: "Əgər səltənət və iqtidar işlərinin intizamı 

naminə  o  iki  nəfərin  etibar  dərəcələrini  aşağı  salmasalar  da,  onları 

heç  olmasa  türkman  tayfasının  və  Əmir  xan  övladlarının  ürək 

təskinliyindən ötrü hümayun ölkə vilayətlərindən birinə göndərsinlər 

ki, ali dərgahda qala bilməsinlər. Bir müddət keçəndən və qəlbimiz 

onlardan  arxayın  olandan  sonra  xatircəmlik  yarandıqda,  onları 

cahanı  bəzəyən  padşahın  rəyinə  müvafiq  olaraq  dərgaha  çağırmaq 

olar". 


Sülh  danışıqları  aparan  adamlar  yenidən  geri  qayıdıb  bu 

təklifi ərz etdilər. Bu fikir və əndişə ilə iki-üç gün də keçdi. Amma, 

qəzavü-qədər  pərdəsinin  arxasında  bəzi  işlər  gizləndiyindən  və 

qəzanın  yəqinliyi  və  taleyin  gərdişindən  çarə  olmadığından,  həmin 

danışıqların  heç  bir  təsiri  olmadı,  ağıllı  və  xeyirxah  adamların 

səyləri faydasız qaldı. 

Elə  ki,  Əliqulu  xan  və  Məhəmmədi  barəsində  nəvvab 

şahzadənin  qərarı  aşkar  oldu,  yuxarıda  adları  çəkilən  əmirlər  ali 

məclisdə  ali  sözlər  ərz  etdilər.  Şəhriyara  şükr  etdikdən  və  iltifat 

göstərdikdən  sonra  belə  dedilər:  "Biz  qulamların  razılığı  mübarək 

şah fikrinin razılığı deməkdir. Biz dövlətin zərərinə yönələn heç bir 

işlə  razılaşa  bilmərik.  On  min  nəfər  adamın  iki  nəfərlə 

bərabərləşdirilməsini indiki vaxta  və bu dövlətə  münasib görmərik. 


555 

 

Biz  dövlətin  və  ali  şahın  fikrinə  müvafiq  olan  heç  bir  işdən 



müzayiqə edə bilmərik və ona dərhal əməl edərik. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin