AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə48/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   44   45   46   47   48   49   50   51   ...   96

Mürşüdqulu xanın Məşhəd hakimi  

Salman xandan üzrxahlıq etməyi: 

 

Hələ Xorasan mülkündəki   işlərə bələd olmayan və qoşun-



ləşkər hazırlamayan Salman xanın yanında pərakəndə  və istedadsız 

az miqdar,              adam vardı.  Hələ o, Mürşüdqulu xana etibar 

etmir, onun yalan sözlərinə inanmır və buna görə də onunla görüşə 

razı olmurdu. Salman xan onun barəsində fikrə dalıb, hələ nə onunla 

düşmənçilik etmək istəyir, nə də özündə onun gəlişinə mane olmaq 

qüdrəti  görürdü.  Ağıllı  insan  və  köhnə  hərbçi  olan  Şahqulu  Sultan 

Qarınca  isə  Cama  tərəf  yollandığından,  hələ  Məşhəddə  deyildi  ki, 

Salman xan onunla bu barədə məsləhətləşə bilsin.  

Xülasə, Mürşüdqulu xan razılıq və icazə almadan bir neçə 

nəfər adamı ilə məqsədinə doğru yola düşdü. Məşhədə yaxınlaşanda, 



504 

 

Məşhədin  əzəmətli  seyidləri  və  əyanları  qaladarlıq  edə  bilməmək 



qorxusundan  cənab  Salman  xanı  onunla  ülfətə  və  birliyə 

rəğbətləndirdilər, Mürşidqulu xanı qarşılamağa hazırlaşdılar. Xanın 

az  miqdar  adamla  gəldiyini  eşidən  Salman  xan  zərurət  üzündən 

dostluq (vedad) izhar etdi, mehmanı gözləməyə başladı. Xanın gəlişi 

günü  müqəddəs  astananın  seyidləri,  xidmətçiləri,  həmçinin 

müqəddəs Məşhədin əyanları ilə pişvaza çıxıb xanı şəhərə gətirdilər. 

Mürşüdqulu  xan  onunla  ədəb-ərkanla  rəftar  edib  bir  nökər  kimi 

söhbətə  başladı.  [Sonra]  Mürşüdqulu  xan  müqəddəs  astanaya 

gedərək,  ziyarət  şərtlərini  yerinə  yetirdi,  sərkare-feyzasarın 

mehmanı oldu. Ehtiyatkarlıq edib bir neçə gün də astanada ləngidi 

və  oradan  heç  yana  çıxmadı.  Hər  gün  müqəddəs  astanada  onunla 

görüşən  Salman  xan  mizbanlıq  mərasiminə  qurşandı,  rəsmi 

ziyafətlər verdi. Onun tərəddüdlü olduğunu başa düşən Mürşüdqulu 

xan  məkr  və  hiylə  qapılarını  açdı,  şirin  dili  və  yaltaq  davranışı  ilə 

xanın  tərəddüdünün  rəf  olunmasına  çalışdı.  Get-gedə  şəhərdə 

Mürşüdqulu  xanın  adamlarının  sayı  çoxaldı.  Hətta  hələ  Salman 

xanın yanına  gələ bilməyən bölgə adamları da, o neçə  gün ərzində 

şəhərə gələrək xanla görüşdülər. 

Xanın  qəlbində  həmişə  yer  tutan  müqəddəs  Məşhədin 

hakimi  olmaq  həvəsi  üzə  çıxdı.  O,  zahirdə  Salman  xanla  görüş, 

batindəsə Məşhədi tutmaq istəyi ilə hakimlərin iqamət yeri olan  və 

Salman  xanın  da  orada  qaldığı  Çaharbağa  gəldi,  orada  dayandı. 

Salman  xan  ziyafət  və  mehmandarlığa  başladı,  müxtəlif  söhbətlər 

etdi.  O,  özünün  İsgəndər  şanlı  nəvvabın  və  şahzadə  Sultan  Həmzə 

Mirzənin dövlətxahı olduğunu ona bildirdi. 

Mürşüdqulu  xan  məsələnin  başlanğıcında  öz  itaətkarlığını 

izhar  etsə  də,  nəhayət  qəlbindəki  sirlərini  Salman  xana  bidirdi  və 

dedi: "Xorasan əhalisinin rəiyyət və əskərləri əlahəzrətə itaət etməyə 

ürək bağlamışlar. Onlar o həzrətin lələsi  və Xorasanın bəylərbəyisi 

olan Əliqulu xan Şamlı ilə də  əhd-peyman  etmişlər.  İsgəndər şanlı 

nəvvab da Xorasan məmləkətini təzədən Xorasanda olan bu əziz və 

səadətli  oğluna  vermişdir.  Əgər  cənab  xanın  Xorasanda  qalmaq 

meyli  vardırsa,  onun  əlahəzrət  şahın  itaətindən  və  Əliqulu  xanla 

razılaşmasından  başqa  heç  bir  çarəsi  yoxdur.  Belə  olan  bir  halda, 

cənab xanın hakimi kimi bu vilayəti qorumaq, bölgə sərkeşlərini və 

Məşhəd  hüdudlarındakı  düşmənləri  cəzalandırmaqdan  ötrü  güclü 

qoşunu  yoxdur.  Dövlətin  məsləhəti  belədir  ki,  bu  vilayət  mənim 


505 

 

ixtiyarıma verilsin, cənab xan isə mənim olan Xaf və Baxərzə gedib 



o vilayətdə rahatlıqla yaşasın". 

İtaətdən başqa çarəsi olmayan Salman xan buna razı olub o 

vilayətə getmək təklifini qəbul etdi və Mürşüdqulu xan onu Xaf və 

Baxərzə çatdırmaqdan ötrü etimadlı adamlarına göstəriş verdi. 

Məşhəd  hakimi  kimi  Salman  xanın  başına  toplaşmış 

adamların  əksəriyyəti  ondan  ayrılıb  şəhərdə  qaldı,  o  isə  bir  neçə 

nəfər  adamla  yola  düşdü.  Xorasandakı  vəziyyət  və  Mürşüdqulu 

xanın  hərəkəti  onun  ürəyindən  olmadı,  İsgəndər  şanlı  nəvvab  və 

şahzadə  Sultan  Həmzə  Mirzənin  ona  etdikləri  haqlı  ehtiram 

(həqqyozarı)  səbəbindən  heç  Xorasanda  qalmaq  istəmədi  də.  Buna 

görə də, o, yolda ov bəhanəsi ilə özünün yüngül-ağır əşyalarını atıb 

fərar etdi və İraqa yollandı. 

Onun  gedişindən  agah  olan  Mürşüdqulu  xan  bu  hərəkətin 

öz  istəyinə  uyğun  baş  verdiyini  düşünüb,  şövkət  və  iqtidarla 

müqəddəs  Məşhəd  hakimliyinə  başladı,  Herata  tərəf  xəbərçilər 

(möbəşşeran)  göndərdi,  baş  vermiş  əhvalatın  məhz  əlahəzrətin 

iqbalından yarandığı barədə Əliqulu xana  məlumat  verdi. O, çoxlu 

adamı olan Budaq xan Çekəni və onun övladı, Baba İlyasın övladı, 

bayat  təbəqəsi,  müqəddəs  Məşhəd  hüdudundakı  cığatay 

oymaqlarının  başqa  əmir  və  qoşun  başçıları  ilə  birləşdi  və  Budaq 

xanın qızına elçi göndərdi, həmin diyarın bütün əhalisinin könlünü 

aldı, hökmü həmin vilayətdə həyata keçmiş oldu. 

Əmirlərin  əksəriyyəti  ona  itaət  etdi.  Mürşüdqulu  xan  bu 

hadisələrin baş  verdiyi  günlərdə ona kömək  etmiş ustaclı  və başqa 

tayfalara,    həmçinin  yenidən  onun  əlinə  keçən  vilayətlərin 

camaatına,  zəmanəyə  uyğun  olaraq  vilayətlər  payladı,  onun  şövkət 

və  iqtidarı  gün-gündən  artdı,  nəticədə      bunlar  şamlı  tayfasının 

həsədinə səbəb oldu. Amma, o cənab Əliqulu xanla da ülfət, dostluq, 

sədaqət yoluyla gedirdi. Həmin qışı asudəliklə müqəddəs Məşhəddə 

keçirən Mürşüdqulu xan o vilayət işlərinin nizamlanması ilə məşğul 

oldu,  Salman  xan  isə  yanındakı  mülazimləriylə  birlikdə  Tun  və 

Təbəs yolunu keçib  İraqa  gəldi, Qəzvin darüssəltənəsində  İsgəndər 

şanlı  nəvvab  və  nəvvab  cahanbaninin  xidmətinə  yetişməklə 

şərəfləndi,  baş  verənləri  yuxarıda  bəyan  olunduğu  kimi  onlara  ərz 

etdi. 

 

 



 

506 

 

Şah Təhmasibin qızı Şəhrəbanu bəyimin vəfatı: 

                

Onun gəlişindən bir neçə gün əvvəl onun möhtərəm rövcəsi 

(həlileye-cəhle),  cənnətməkan  şahın      qızı  ülyacənab  Şəhrəbamı  

bəyim  xəstələndi. [Təbiblərin]  müalicələrinin nəticəsi olmadı  və o, 

Haqqın  dəvətini  qəbul  edib  bəqa  evinə  yollandı.  Qəzvin 

yaxınlığında bu möhnətli xəbəri eşidən Salman xan ondan ötrü çox 

məlala  batdı.    İsgəndər  şanlı  xaqan  ona  şahanə  şəfqətlər  və 

xosrovanə mehribanlıqlar göstərib təsəlli verdi, rüzgarın gərdişindən 

Salman  xanın  qəlbinə  dolmuş  kədərin  rəf  olunmasından  ötrü  ona 

ürək-dirək (təfəqqoq və delcuyi) verdi. 

 

HÜMAYUN MƏİYYƏTİNİN İKİNCİ DƏFƏ AZƏRBAYCANA 

YÜRÜŞÜ, ƏMİR XAN TÜRKMANIN ƏSİR ALINMASl, 

ƏLİQULU XAN FƏTHOĞLU USTACLININ VƏZİFƏDƏ 

YÜKSƏLDİLMƏSİ (TƏRBİYƏT YAFTƏN), TƏKƏLİ VƏ 

TÜRKMAN [TAYFALARININJ ÜSYAN VƏ 

TÜĞYANLARININ BAŞLANMASININ ZİKRİ 

 

Müzəffər  şah  məiyyəti  Qəzvin  darüssəltənəsinə  çatdıqda 



qış da sona çatdı, türki meymun (pici) ilinə bərabər olan doqquz yüz 

doxsan  ikinci  ilin  (miladi  1584/85)  dünyanı  işıqlandıran  novruzu 

gəlib  yetişdi,  cahanın  işrətabad  yerləri  bahar  (rəbi)  mövsümünün 

qədəmlərindən tazə təravət tapdı. Nəvvab cahanbaninin cavanlığının 

başlanğıcı,  nəfsani  ləzzətlərin  onun  tərəfindən  dərk  edilməsi  və 

kama yetişmək dövrü idi. O, öz şərafətli vaxtını, seyr və söhbətə sərf 

edir dostları və həmsöhbətləri ilə birlikdə işrət  məclislərinin xəlvət 

yerlərində şadyanalıq  edir, reyhani şərab qədəhlərini (eqdahe-rahe-

reyhani)  və  sevinc  artıran  badələri  nuş  edir  vüsal  gülzarının  lalə 

yanaqlı, ay üzlü gözəllərindən şadlıq gülləri dərirdi. 

Azərbaycan  bəylərbəyi  Əmir  xan  öz  vəziri  Qasım  bəyi 

Təbrizdən  ali  saraya  göndərib  Azərbaycanın  həqiqi  vəziyyətini, 

rumilərin  hücumunu  və  onların  İrəvanı  tutmalarını  şaha  ərz  etdi. 

Şah,  nəsibi  qələbə  olan  qoşunla  İrəvan  qalasına  hücum  etməyi 

qərara  aldı.  Əzəmətli  əmirlər  və  dövlət  başçıları  bir  yerə  yığışıb 

Azərbaycana  tərəf  getməyə  razılaşdılar.  Onlar  yay  fəslinin 

əvvəllərində  Qəzvin  darüssəltənəsindən  hərəkət  edib  Azərbaycana 

yollandılar.  Məhəmməd  xan  Türkmana  öz  ləşkərini  hazırlamaq  və 

müzəffər  şah  dəstəsinə  gəlib  qoşulmaq  üçün  Kaşana  getmək  izni 


507 

 

verildi. Müseyib xan Təkəli də qardaşı oğlu Muxtar Sultanla birlikdə 



öz  ülkaları  olan  Reyə  yollandılar.  Miyanc  çəmənliyində  onların 

iqbal  çadırları  qurulan  vaxt  Həmzə  Mirzə  qiymətli  Səfəvi 

şeyxlərinin  -  Allah  onların  ruhlarını  müqəddəs  saxlasın  - 

məqbərəsini ziyarət etmək  məqsədilə hümayun ordudan  və  məşhur 

atasından ayrılıb Ərdəbil darülirşadına yollandı. 

Şahzadə  hələ  geri  qayıtmamışdı  ki,  Əmir  xan  əksəriyyət 

qardaşları, övladları, qohumları və öz tayfasının adamlarından ibarət 

təxminən  on  iki  min  nəfərlik  ordu  ilə  ali  şah  heyətini  qarşılamaq 

üçün  Təbriz  darüssəltənəsinidən  çıxıb  hümayun  ordunun 

yaxınlığında dayandı. Şahzadə orduda olmadığından, Əmir xan bir 

qədər [onun gəlişini] gözlədi, onun gəlişindən sonra birlikdə getdilər 

və  xan  İsgəndər  şanlı  nəvvabın  ayağını  öpmək  şərəfinə  nail  oldu. 

Şahzadə Təbrizə getmək meylinə düşdü, Miyanc çəmənindən keçib 

bir  neçə  yer  qət  edərək  xoşbəxt  bir  saatda  Təbriz  darülsəltənəsinə 

daxil oldu. 

Təbrizin  əhalisi  və  sahibləri  (əshab),  ümumiyyətlə  bütün 

böyük və kiçik təbrizlilər gələnləri qarşılamaq üçün [evlərdən] çölə 

çıxıb  şadyanalıq  etdilər.  İsgəndər  şanlı  nəvvab  və  aləm  şahzadəsi 

həşəmət  və  xoş  təəssüratla  Təbriz  dövlətxanasına  gəldilər,  öz  ata-

babalarının  dövlət  və  səltənət  paytaxtında  əyləşdilər.  Cənab  xan 

(yəni  Əmir  xan  -  Ş.F.)  qonaqlara  qonaqpərvərliyə  (mizbani) 

başlayaraq,  olduqca  yüksək  xidmət  edirdi.  Onun  alnında  həmişə 

diqqət  və  iltifat  nurları  parlamaqdaydı.  Buna  görə  də  gün-gündən 

inkişaf  və  tərəqqidə  oldu.  Amma,  fələyin  məsləhəti  ilə  birdən-birə 

onun  dövlət  büsatı  dağıldı,  xəyalına  belə  gəlməyən  bir  vəziyyəti 

ibrət görən gözü ilə müşahidə etdi və nəticədə ona olan oldu. Məsələ 

belə baş vermişdir: Hümayun şah qoşunu birinci dəfə Təbrizə gələn 

il hümayun qışlaq orada olmuşdu və nəvvab şahzadənin yaşı az idi. 

Əmir  xandan  və  əmirlərdən  üz  verən  bəzi  bəyənilməz  hərəkətlər 

adamların  gözündən  yayınırdı.  Amma,  bu  dəfəki  gəlişdə  onun 

şərafətli  ömrü  on  səkkiz  yaşına  girmiş,  şahzadə  özünün  inkişaf 

sərhədinə  gəlib  çatmışdı.  Gənclik  qüruru  səltənət  və  hökmdarlıq 

badəsini  doldurmuş,  qıpqırmızı  şərabın  nuş  edilməsi  isə  yuxarıda 

göstərilən  hər  iki  ilahi  keyfiyyətin  üstünə  əlavə  olunmuşdu.  Hər 

hansı  mülayim  olmayan  hərəkət  onun  mübarək  hafizə  aynasının 

üstünü tərlədirdi. 

Təbrizə  gəlişinin  ilk  vaxtlarında  ayaqlarını  ədəb 

dairəsindən  kənara  qoyan  və  tərslik  edən  və  onun  şərafətli  xatirini 



508 

 

incidən  bəzi  fitnəkar  qızılbaşlar  öz  yollarını  azmışdılar.  Şahzadə 



onları  aradan  götürmək  qərarına  gəldi.  Bu  hadisələrin  baş  verməsi 

zamanı (güman ki, anası Məhdülya ilə bağlı hadisələr  - Ş.F.)  Əmir 

xan  ali  orduda  olduğundan  belə  görünürdü  ki,  onun  sədaqət  ətəyi 

həmişə ədəbsizliyə bulanmamışdır. Şahzadə onu bütün işlərdə özünə 

müttəfiq  etmək  və  bütün  gizli  işlərini  onun  vasitəsilə  həyata 

keçirmək  istəyirdi.  Buna  görə  də  ona  və  onun  adamlarına 

əvvəlkindən  daha  çox  ifrat  diqqət  və  nəvazişkarlıq  (təzimat  və 

təkrimat) göstərirdi. 

Amma,  Əmir  xan  həqiqətən  də  xeyirxah 

və 


məsləhətləşməyə  layiq  bir  adam  olduğundan  və  Rum  sultanının 

həmin  mülkü  ələ  keçirmək  arzusuna  düşdüyündən  bu  [bəylərbəyi] 

hər  biri  böyük  oymaqlara  (tayfalara  -  Ş.F.)  mənsub  olan  ağsaqqal 

adamları  cəzalandırılmalarını,  vaxta  münasib  olaraq  münasib 

bilmədi, [şahzadə ilə] razılaşmadı. O, bu vaxtadək şərab içilməsinin 

qadağan  edilməsinə  səy  etməkdəydi.  Əmir  xan,  işrət  günlərinin  və 

cavanlığın  təsirindən  şahzadənin  şərab  içməyini  bəyənilməz 

(məkruh)  sayır,  hərdənbir  ona  dövlətxahlıq  baxımından  bir  atalıq 

kimi  (ətaliqanə)  nəsihət  edir,  bu  əməldə  şahzadəni  müdafiə  edən 

əmirləri və dövlət adamlarını (ərkan) töhmətləndirirdi (sərzəneş). Bu 

vaxt,  hamısı  cəhalət  və  qürur  badəsindən  məst  olan  [Əmir  xanın] 

qardaşlarından,  övladlarından  və  qohum-əqrabalarından  ibarət  [bir 

dəstə  adam]  ədəbsizliyə  başladılar.  O  həzrət  [Həmzə  Mirzə] 

hövsələsinin  genişliyi,  dövlətin  qorunması  (pase-dovlət)  və  [Əmir 

xanın]  məqam  və  mərtəbəsinin  hifz  edilməsindən  ötrü  onların 

hərəkətləri üzərinə hicab pərdəsi çəkirdi. 

Amma  Əmir  xanın  kobud  hərəkətləri  şahzadənin  nurlu 

xatirini  dumana  bürüyürdü.  Hamısı  cahil  cavanlar  olan  və  dövlət 

işlərindən xəbərləri olmayan ali məclis iştirakçılarından Əliqulu bəy 

Fəthoğlu və ustaclı oymağından olan onun qohumu Məhəmmədi bəy 

Sarı  Solaq  şahzadəyə  yaxın  idilər  və  türkman  tayfasına  qədimdən 

bəri  ədavət  bəsləyirdilər.  Onlar,  şərab  nuş  edilməsi  və  qəlyan 

çəkilməsi vaxtı, fitnə-fəsad yaratmaq fikrinə düşüb şahzadəyə onun 

ürəyinə yatan bəzi sözlər ərz edir, o həzrətin şərafətli xatirini pərişan 

hala  salırdılar.  Şahzadənin  qəzəbinə  səbəb  olan  bəyənilməz 

hərəkətlərdən  biri  bu  idi:  [Əmir  xan]  şahın  icazəsi  olmadan  öz 

məsləhəti  ilə  evinin  qapısı  önündə  bir  qala  bina  etmiş,  ətrafında 

bürclər yüksəltmiş, evini xeyli möhkəmlətmişdi. Onun bu hərəkətini 

üsyan və tüğyan əlaməti kimi düşünüb şahzadəyə qorxulu sözlər ərz 


509 

 

etdilər, fitnə yaratmağa başladılar. Get-gedə səyçilərin (saiyan) səyi 



ilə  arada  küdurət  yaranmağa  başladı.  Əmir  xan  şahzadənin  özünə 

münasibətinin  dəyişdiyini  duydu,  vüqar  ayaqlarını  ətəyinə  çəkib 

şahın  mülazimi  olmaqdan  kənarlaşmaq  qərarına  gəldi,  arada  olan 

gediş-gəlişi kəsdi. 

Birdən-birə  işin  üstündən  pərdəni  açmaq  istəməyən 

şahzadə  qaranlıq  məsələnin  aydınlaşması  üçün  Əmir  xanın 

hərəmxanası  və  qalası  olan  Sahibabad  meydanında  çovkanbazi  və 

qəbəqəndazi  [oyunları]  keçirmək  üçün  işrət  məclisi  qurdu.  Bütün 

qızılbaş  əmir,  əyan  və  əmirzadələri  gələrək  şadyanalığa  başladılar. 

Evinin yaxınlığına baxmayaraq Əmir xan həmin məclisə gəlmədi və 

bu  hal  vəhşətə  səbəb  oldu.  Elə  o  günlərdə  Məhərrəm  ayı  və  aşura 

günləri  yetişdi. Vəlayətnisan bu xanədanın belə bir qaydası  var ki, 

aşura  günü  padşah,  bütün  əmirlər  və  qoşun  başçıları  seyyidəş-

şühədanın

365

 Kərbəla mərəkəsində qətl olunanların təziyəsini keçirir



əza  tuturlar.  [Əzadarlar]  hökmdarın  yanında  əza  həndaməsi  qurur, 

göz  yaşları  tökürlər.  Bu  aşura  günü  təziyə  məclisi  Sahibabad 

meydanının  yanındakı  mərhum  Həsən  padşahın  məscidində  tərtib 

olundu.  Bütün  əmirlər  gəldilərsə  də,  Əmir  xan  qəflətə  qapılıb 

gəlmədi.  Əzəmətli  əmirlər  bu  qəfləti  qəbahət  bilib  onun  ardınca 

adam  yolladılar.  O,  öz  evində  təziyə  məclisi  qurmuş  və  türkman 

tayfa  üzvlərindən  böyük  bir  yığıncaq  təşkil  etmişdi.  Bu  məsələ  

şahzadəyə  ərz  olundu  və  onun  mübarək  xatirindəki  pərişanlığın 

artmasına səbəb oldu. 

Qulu  bəy  Qorçibaşı  batində  Əmir  xanla  müttəfiq  idi  və 

əmirlərin  əksəriyyəti  biri-birilərinə  kömək  edirdilər.  Qorçibaşı 

şahzadə ilə Əmir xan arasındakı vəziyyəti yoluna qoymaq istədi. O, 

Əmir xanın adından sədaqət izhar edərək, şahzadədən xahiş etdi ki, 

Əmir  xanın  evinə  öz  səadət  qədəmlərini  ataraq  oranı  öz  gəlişi  ilə 

nurlandırsın.  Şahzadə  qorçibaşı  və  əmirlərin  xahişlərini  nəzərə 

alaraq  onun  evinə  təşrif  apardı.  Əmir  xan  ali  bir  məclis  düzəldib 

şahanə qonaqlıq  verdi,  şahzadənin  yaxınlarına,  xüsusən  Əliqulu  

xan Fəthoğluya insanlıq və ata- oğulluq ehtiramı göstərdi. 

Amma  əksəriyyəti  əzəmətli  əmirlər  silkinə  mənsub  və 

qoşuna  malik  olan  Əmir  xanın  qardaşları,  oğlanları  və  qohumları 

(əqvam) cahillik və qürur badəsindən sərxoş olub kobud hərəkətlər 

etdilər,  o  həzrətin  yaxınlarına,  xüsusilə  ustaclı  və  şamlı  əyanlarına 

                                                           

365


 İmam Hüseyn – Ş. F. 

510 

 

kinayəli,  yaxud  aşkar  şəkildə  təhdidedici  sözlər  dilə  gətirdilər,  elə 



onlar  da  pərdəaltı  tərzdə  danışıb  bunlara  qarşı  ehtiramsızlıq 

göstərdilər. Bu gediş-gəlişin heç bir faydası olmadı, əksinə vəhşətin 

yaranması üçün səbəblər ortaya çıxdı. 

Badə    məclisi    davam    etdiyindən,    həmin    ali    məclisin 

masabəyi  (hərife-bəzme-piyale)  olan  Şahrux  xan  şahzadənin  ona 

göstərdiyi  iltifatın  təsiri  ilə  sərxoş  olmuşdu.  Şahzadənin  şərafətli 

xatirinin  Əmir  xan  və  onun  sülaləsinə  qarşı  kin  ilə  (neqar)  dolub 

kamal  nöqtəsinə  yetişdiyini  və  təbiət  camının  Əmir  xana 

münasibətdə  qəhr  baxışı  ilə  dolduğunu  görən  Şahrux  xan  bu  işə 

(Əmir xanın cəzalandırılmasına - Ş.F.) razı oldu, bu məsələdə başqa 

adamlarla  birləşdi  və  şahzadənin  etdiyi  niyyətin  icrası  məsələni 

qorçibaşı ilə məsləhətləşdi. [Qorçibaşı] şahzadəni bu fikrindən kənar 

etməyə  və  Əmir  xanın  cəzalandırılmasının  başqa  bir  vaxta 

keçirilməsinə  cəhd  etdisə  də,  bunun  heç  bir  faydası  olmadı.  Əmir 

xan,  həmçinin  qürur  və  təkəbbür  şərabı  ilə  məst  olan  başqa 

türkmanlar  hələlik  gizli  saxlanılan  bu  məsələdən  xəbər  tutub, 

mənasız  hərəkətlər  etmək  qərarına  gəldilər  və  Əmir  xanın  evində 

toplaşdılar. Öz oymaqlarının təəssübünü çəkmək bəhanəsilə onların 

sırasına  hətta  qorçilər,  yüzbaşılar  və  ordu  mülazimləri  də  daxil 

oldular. On  min nəfərlik adam silahlanıb üsyan  və fəsad qapılarını 

açdılar.  

 

Əmir xan Türkmanın Azərbaycan əmirül-üməralığı 



vəzifəsindən kənar olunması: 

 

Türkmanların  irəli  sürdükləri  iddialar  bunlar  idi: 



Şahzadənin xidmətində olan bəzi cahillər onun qılığına girmiş və o 

həzrətin  mübarək  xatirini  bu  dövlətxah  adamlardan  döndərmişlər, 

xüsusilə Əliqulu xan Fəthoğlu, Məhəmmədi Sarı Solaq, İsmayılqulu 

xan  Şamlı  və  onlara  bənzəyən  başqa  əmirlər  o  həzrətə  xidmət 

etməyə  layiq  deyillər,  gərək  [şahzadə]  arxayınlıq  naminə  onları 

özündən kənarlaşdırsın. 

Belə cəsarətli əməl sədaqət  və bəsirət sahiblərin nəzərincə 

ədəbsizlik  olduğundan,  türkmanların  bu  kəbid  əməli  şahzadənin 

kinini  daha  da  artırdı.  Qəlbində  alovlanan  qəzəb  atəşi  daha  da 

çoxaldı.  Artıq  işin  üstündən  pərdə  götürülmüşdü.  Şahzadə 

ürəyindəki  gizli  niyyətini  zahirə  çıxarıb  onların  cəzalandırılmasını 

qəti qərara aldı. 



511 

 

İlk  tədbir  kimi  Əmir  xanın  şan-şöhrətinin  azalması  üçün 



onu  vəzifəsindən  kənar  edib,  Təbriz  ülkasının  əlindən  alındığını 

Təbriz əhlisinə bəyan etdi. Türkmanların istilasından və Əmir xanın 

istəklərindən  cana  doymuş  təbrizlilər  də  razılaşdılar  və  onun 

vücudunun yox edilməsinə tərəfdar olduqlarını bildirdilər. 

Əmir  xanın  evinə  gediş-gəliş  kəsildiyindən,  o,  xəyalında 

belə  təsəvvür  etmədiyi  vəziyyəti  görüb  qəflət  yuxusundan  ayıldı, 

bürclərə  və  barılara  sığınıb  özünü  müdafiə  etmək  qərarına  gəldi, 

bürclərə və barılara top-tüfəng yığıb, Sahibabad meydanı səmtindəki 

bürcdən  hümayun  dövlətxanaya  tərəf  bir  neçə  top  atəşi  açdı.  Bu 

minvalla bu top-tüfəng atəşləri üç gün davam etdi. 

Şahzadənin  üzündə  bu  cəsarətdən  məsuliyyət  təri 

görünürdü, "şahsevənlik" elan etdi. Hökm olundu ki, türkmanlardan 

bu  sülalənin  və  xanədanın  qulamı  olan  hər  kəs  qoy  dövlətxanaya 

gəlsin, əksinə, kim ki, Əmir xanla dostdur və onun istəyi ilə hərəkət 

edir, bu dövlətdən əlini üzüb Əmir xanın ətəyindən yapışsın. 

Şahsevənlik  çağırışını  eşidən  türkman  tayfası  arasına 

çaxnaşma düşdü, onlar bu hökmə qarşı çıxa bilməyərək, dəstə-dəstə 

hümayun  dövlətxana  qapısına  gəlir  və  şahsevənlər  silkinə  daxil 

olurdular. Axırda Əmir xan da öz oğul və qardaşlarını göndərdi ki, 

onlar da şahsevənlər zümrəsindən xaric olmasınlar. Amma onun özü 

gəlməkdən imtina etdi. Buna görə də türkmanlar arasına təfriqə  və 

dağınıqlıq  düşdü.  Əmir  xanın  özü  də  öz  işinə  heyrətdə  qalmışdı. 

Onun  yaxın  adamları  və  nədimləri  cürətə  gəlib  dedilər:  "Bir  halda 

ki, şahsevənlərin dövlətxaya getmələrinə hökm olunmuşdur, gərək o 

(Əmir  xan  -  Ş.F.)  heç  kimin  vasitəçiliyi  olmadan  xidmətə  gedib 

özünü bu yolla hicab pərdəsi arxasından üzə çıxarsın". 

Əmir  xan  onun  yaxşılığını  istəyən  bu  şəxslərin  təklifini 

rədd etdi və onun [dövlətxanaya] getməyə cürəti olmadı. Hümayun 

dövlətxanaya toplaşan əzəmətli əmirlər onun yanına  adam  yollayıb 

qalaya  sığınmağı  və  top-tüfəng  atmağı  ona  qadağan  etdilər  və 

dedilər: "Əgər Əmir xan öz fikrində israr edərsə

 

[Misra] 

 

"Bizlər hamımız zərrələrik şahın önündə" 



 

512 

 

deyərək,  onun  qalasını  tutmağa  səy  etməyimiz  lazım  gələcək. 



Qalanın  fəthindən  sonrasa  bunun  nəticəsinin  necə  olacağını  özün 

göz qabağına gətir". 

Əmir  xan  əvvəlcə  onlara  kobud  sözlər  yolladı.  Bütün 

qızılbaşlılara  və  təbrizlilərə  yaraqlanıb  və  yürüş  ləvazimatını 

hazırlayıb  gecə  qalaya  hücuma  keçməyi  əmr  edən  şahzadənin 

sözlərini qəbul edən camaat hümayun dövlətxanaya  gəldi. Şahzadə 

yürüşə hazır idi ki, İsgəndər şanlı nəvvabın mərhəmətinə ümid edən 

əmirlər  Əmir  xanın  kobud  hərəkətləri  barədə  padşahın  yanına  bir 

adam yollayıb bu cümə gecəsi çoxlu qan töküləcəyini və böyük fitnə 

yaranacağını  nəzərə  alaraq  şahzadəni  bu  əməldən  çəkindirməyi 

xahiş etdilər və bildirdilər ki, əgər sabah Əmir xan şahın xidmətinə 

gəlməzsə, qoy onda ona nə edirlər etsinlər. 

İsgəndər şanlı nəvvab öz böyük övladını (Həmzə Mirzəni -

Ş.F.) yanına çağırıb onu törədəcəyi hərəkətlərdən çəkindirirdi. Ertəsi 

gün  həmin  adamlar  hümayun  dövlətxanaya  toplaşdılar,  əmirlər  və 

Əmir xan arasında yenidən  gediş-gəliş başlandı. Əmir xan itaətdən 

başqa  çarə  görməyərək  qaladan  çıxmağı  qərara  aldı.  Onun 

adamlarından olan və "Kiçik həkim" adlanan həkim Əbülfət Təbrizi 

gəlib xanın qaladan çıxması xəbərini gətirdi. Qorçibaşı, Şahrux xan 

və əmirlər qalanın yaxınlığına getdilər. Əmir xanla onların arasında 

Sahibabad [meydanına] yaxın yerdə yerləşən şah  məscidinin qapısı 

ağzında  görüş  baş  tutdu,  əmirlər  onu  hümayun  dövlətxanaya 

gətirdilər. 

Elə  ki,  dövlətxanaya  daxil  oldular,  Əmir  xan  qılıncını 

belindən  açıb  boynundan  asdı.  Bir  yanından  qorçibaşı,  o,  biri 

yanından isə Şahrux xan onu araya alıb günahkar kimi ali nəvvabın 

yanına  gətirdilər. Xan onun ayağını öpməklə şərəfləndi.  Ali nəvvab 

ona ali əcdadından yadigar qalan ədalətli xislətlə dərhal qılıncı onun 

boynundan  götürdü.  Əmir  xan  isə  bu  vaxt  riqqətə  gəlib  ağladı. 

Padşah  onu  bağışladığını  bildirib  dedi  ki,  etdiyin  bütün  kobud 

hərəkətlər müqabilində sənə qarşı [bizim tərəfimizdən] mərhəmət və 

iltifatdan başqa heç bir hərəkət baş verməyəcəkdir. Hökm olundu ki, 

gecə  şahzadənin  divanxanasında  qurulacaq  məclisdə  Şahrux  xan 

Əmir  xanın  şərəfinə  qonaqlıq  versin.  Türkman  əmirlərindən  olan 

Ədhəm  xanı  Əmir  xanın  evini,  namusunu  və  adamlarını  mühafizə 

etməkdən ötrü qalaya göndərdilər. 

Əmir  xan  gecəni  divanxanada  keçirdi.  Ertəsi  gün 

"Həştbehişt" imarətinin yuxarı evində onun üçün  yer təyin olundu, 



513 

 

bütün  var-dövləti  isə  tarac  edildi.  Bu  neçə  gün  ötdü  və  Əmir  xan 



Qəhqəhə qalasına göndərildi. 

Əmir xanın Binəzir adlı çox sevdiyi bir məhbubəsi  var idi. 

Xan  onun  da  qalaya  gətirilməsini,  ondan  ayrı  salınmamasını  xahiş 

etdi.  Şahzadə  onun  xahişini  qəbul  etdi  və  Binəziri  ona  təhvil 

verdilər. 

Bütün bu hadisələrin Əliqulu bəy Fəthoğlunun səyi ilə baş 

verdiyini nəzərə  alan şahzadə bəyi nəvazişləndirdi, ona xan rütbəsi 

verib,  Təbriz  darüssəltənəsinin  hakimi  təyin  etdi  və  Əliqulu  bəy 

beləliklə  bütün  əmir  və  dövlət  başçılarının  həsədinə  səbəb  oldu. 

Onun belə yüksəlməsi əzəmətli əmirlərin xoşuna gəlməsə də, buna 

etiraz  etməyə  cürətləri  olmadı.  Hamı  onun  yanına  gedib  öz 

dostluğunu ərz etməkdə idi. 

İsmayılqulu  xanın  ləqəbi  "Yoldaş"  olduğundan,  şahzadə 

Əliqulu  xanı  yüksək  "Qardaş"  ləqəbi  ilə  şərəfləndirdi.  Bu  işlərin 

əsas  aparıcısı  və  məxfi  əməllərin  icraçısı  olan  Məhəmmədi  Sarı 

Solaq  isə  "Sirdaş"  adlandırddı.  Unudulma  bucağına  düşən  ustaclı 

tayfa üzvləri isə başlarını öz vücud ciblərindən çıxardılar və inayət 

və  iltifata  layiq  görüldülər.  Bu  tayfanın  böyük  bir  hissəsi  Təbriz 

darüssəltənəsinə  gəlib  Əliqulu  xana  mülazim  olmağı  öz  izzət  və 

etibarları  üçün  sərmayə  bilərək,  mötəbər  ustaclı  əmirzadələri  onun 

bəndəsi  (qulu  -  Ş.F)  olmağı  öz  üzərlərinə  götürdülər.  Əmir  xanın 

oğlanları, qardaşları və təbəələri şahzadənin onlara diqqətsizliyindən 

məyus  olurdular,  çünki  onlara  müxalif  olan  ustaclı  tayfasının 

etibarının  yüksəlməsini  görüb,  daha  özləlinə  qarşı  məzəmmət  və 

bədnamçılıqdan başqa heç nə gözləmirdilər. [Buna görə də] onların 

hər biri öz künclərindən çıxıb İraqa üz tutdu. 

Bu  xəbərlər  Kaşanda  Məhəmməd  xan  Türkmana  çatdıqda 

heyrət dənizinə qərq olub öz hayına qaldı. Əmir xanın qızı Vəli xan 

Təkəli  ilə  nikahda  idi.  Əmir  xanın  qardaşları,  övladı  və  qohumları 

tədricən  Həmədana  gedərək,  onun  (Vəli  xan  Təkəlinin  -  Ş.F.) 

ətrafında  toplandılar.  Məhəmməd  xan  fitnəkarlığa  əl  ataraq 

Kaşandan  Həmədana  getdi,  Vəli  xanla  görüşdü  və  onu  aldadıcı 

sözlərlə  sədaqət  yolundan  döndərdi.  Onun  istəyi  belə  idi  ki,  bütün 

türkman  və  təkəli  tayfalarını  bir  yerə  yığsınlar,  Təbriz  üzərinə 

hücuma  keçsinlər,  Əmir  xanın  düşmənlərindən  intiqam  alsınlar, 

Əliqulu  xan  Fəthoğlunu  və  Məhəmmədi  Sarı  Solaqı  şahzadənin 

yanından uzaqlaşdırsınlar, ustaclı tayfasını qəzəbə düçar etsinlər. 


514 

 

Belə xəbərlərin Təbrizə çatması, Əmir xanın öldürülməsinə 



səbəb  oldu.  Qəhqəhə  qalasına  bir  adam  göndərib  onu  qətlə 

yetirdilər.  Əmir  xanın  qətli  xəbəri  İraqda  eşidiləndə  Vəli  xan, 

Məhəmməd  xanı  şirnikləndilib  Əmir  xanın  qanını  tələb  etməyə 

başladı  və  onlar  Müseyib  xanı  da  bu  məsələdə  özlərinə  müttəfiq 

etdilər,  dava-dalaş  qapılarını  açdılar.  Bu  hadisələrin  gedişində, 

inkişaf edib dövlət və padşahlıq işlərinin icrasına başlayan şahzadə, 

yuxarıdakı  məsələnin  özünə  doğru  yönəldiyini  başa  düşdü.  [Buna 

görə də o,] onların bu kobud hərəkətlərinə dözmədi, Əliqulu xanla 

və  onun  məiyyətindəki  dövlətxah  şəxslərlə  özünün  iqtidar 

əlamətlərini zahirə çıxardı. 

Məhəmməd  xan  fitnəkarlığa  başlayıb  Həmədana  gedərək, 

təkəli  tayfası  ilə  yeni  əhd-peyman  bağlayıb  boş-boş  xəyallara 

düşdüyündən,  şamlı  və  ustaclı  əmirləri  belə  məsləhət  gördülər  ki, 

onun  halını  pərişan  etməkdən  ötrü  Kaşan  vilayətini  onun  əlindən 

alsınlar. 

Belə  qərara  alındı  ki,  [o  zaman]  məşhur  əmirlərdən  biri 

olan  Şahverdi  Xəlifə  Şamlı  Kaşana  gedib  oranı  öz  əlinə  alsın.  Ali 

divanın  dəvatdarı*  və  Kaşanda  atasının  canişini  olan  Yusif  bəy 

Məhəmməd  xan  oğlu  qalaya  sığındı,  aralarında  hər  gün  döyüş  baş 

verdi. Nəticədə Yusif boəy öldürüldü. 

Bu  xəbərdən  narahat  olan  Məhəmməd  xan  işin  üzərindən 

pərdəni  birdəfəlik  götürmək  məqsədi  ilə  oğlu  Vəlican  xanı  həmin 

hadisəni  dəf  etmək  üçün  Kaşana  göndərdi.  Şahverdi  Xəlifə  qalanı 

ala  bilmədi,  axırda  qayıdıb  Nətənzə  getdi.  Məhəmməd  xan  [isə] 

yaralanmış  şikar  kimi  əsmə-titrəməyə  düşdü,  fitnə-fəsad  qapısını 

açdı. Təkəli və türkman fitnəkarlığı bir müddət davam etdi və onlar 

şahzadə  ilə  müxalifcəsinə  davrandılar.  Nəticədə  iş  hərb  ilə 

nəticələndi,  həmin  tayfalar  özlərinin  günahkar  əməlləlinin  cəzasını 

aldılar.  Onların  vəziyyətləri  haqqında  bir  azdan  Xorasan  və 

Azərbaycanda  baş  verən  hadisələrin  zikrindən  sonra  məlumat 

veriləcəkdir. 

 

 



515 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin