AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə46/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   42   43   44   45   46   47   48   49   ...   96

 

 

485 

 

Qazi Gəray xan Tatarın qacar qaziləri tərəfindən tutulması:



358

 

 

Amma  Mirzə  Salman  bu  əmirlərin  nəvvabla  nifaqda 



olduqlarını  düşünərək,  onlarla  birmənalı  davranmırdı.  Onlar  da 

zamana uyğun hərəkət edərək daha artıq bir söz demədilər. 

Hümayun ordu Məzinanda dayanan vaxt xorasanlıların geri 

qayıtmaları  xəbəri  orduya  yayıldı.  Məsələ  belə  olmuşdur:  Əliqulu 

xan və Abbası əmirləri Səbzvara çatıb padşah qoşununun gəlişindən 

və  İraq  ləşkərinin  çoxluğundan  agah  oldular,  başa  düşdülər  ki, 

onlarla  döyüşmək  onların  qüvvə  və  qüdrətlərindən  uzaq  bir  işdir. 

Məsləhəti  müharibə  cilovunu  geri  çevirməkdə  və  öz  ülkalarına  

gedərək  qalaları  möhkəmləndirməkdə  gördülər.  Həqiqətən  də,  o 

vaxt bundan  yaxşı fikir  və düzgün tədbir  yox idi. Mürşüdqulu xan 

qalaya  sığınmağı  bəyənib,  o  tərəfə  yollandı.  Əliqulu  xan  və  o 

hüdudun Herat və Ğuryan əmirləri cahanistan şahzadəsinin səadətli 

məiyyəti  ilə  Herat  darüssəltənəsinə  getdi,  zəfər  ayəli  qoşun  da 

onların  ardınca  hərəkətə  gəldi.  Mürtəzaqulu  xan  və  Xorasan 

əmirlərinin  əksəriyyəti  gəlib  müzəffər  məiyyətə  birləşdilər.  Elə  ki, 

Mürşüdqulu xanın Türbət qalasına sığınması xəbəri hümayun qulağa 

çatdı, qəhredici dövlətin başçıları bunu  məsləhət  gördülər: Əvvəla, 

onun işinin bitməsindən arxayın olsunlar və saniyfən o, nə qədər ki, 

həmin qaladadır başqa bir işlə məşğul olmasınlar. 

Buna görədə Türbətə tərəf hərəkət edib, elə ki, qala ayağına 

çatdılar, qalanın hər tərəfini halqaya alıb əmirlər və oymaq əskərləri 

arasında  seybə  çəkilişi  işlərini  bölüşdürməyə  başladılar.  Onlar 

qalatutma alətləri hazırlığına girişdilər. Bir neçə gün ərzində böyük 

toplar gətirib hündür istehkamlar qurdular. Mirzə Salman, təkəli və 

türkman əmirləri başqalarından daha çox səy edirdilər. Mürşüdqulu 

xan  qala  əhli  qala  mühafizəsinə  hazırlaşaraq  müdafiəyə  cəhd 

etməkdəydilər.  Onlar  şeybə  hazırlığına  başlayıb  özlərindən  sücaət 

əsəri  göstərməyə  başladılar.  Birdən-birə  bir  şeybənin  üstünə 

tökülüşüb  təkəli  tayfasının  mötəbər  əmirlərindən  olan  Ərdoğru 

Xəlifə  Təkəlini  qətlə  yetirdilər.  Həmçinin  Qorxmaz  xan  Şamlının 

oğlu  və nəvvabın eşikağasıbaşısı olan Təhmasibqulu bəy  də həmin 

seybədə qətl olundu. 

                                                           

358


  Bu  yarımbaşlığın  adı  kitabda  səhv  yazılmışdır,  çünki  Qazı  Gəray  xan  Tatarın  bu 

bəhsdəki məsələlərə qəliyyət dəxli yoxdur – Ş.F. 



486 

 

Xülasə, tərəflər arsında  müharibə  və sədəmə bazarı altı ay 



davam  etdi.  Qaladakıların  bəzilərinin  ümid  hissi  ilə  qala 

xaricindəkilərlə  mərdanə  vuruşmalarına  baxmayaraq  heç  bir  təsiri 

olmadı.  Dövlət  tərəfdarlarından  bəziləri,  xüsusən  Qulu  bəy 

Qorçibaşı və Şahrux xan qan axıdılması qorxusundan qalanın zorla 

alınmasına  razı  deyildilər.  Onlar  söhbət  arası  oymaq  ağaları  və 

ağsaqqallarına  gizlicə  dedilər:  "Ümidvarıq  ki,  qızılbaş  qılıncı 

qızılbaşları  qırmayacaq,  işlər  sülhlə  nəticələnəcək  və  fitnə-fəsad 

sülhə səy edənlərin səyləri sayəsində müsbət həll olunacaqdır". 

Amma,  onlar  bəzi  düşmənlərinin  və  həsədkarların 

qorxusundan əmirlərin məclisində susur və bu barədə danışmırdılar. 

Beləliklə,  qış  fəslini  qala  ayağında  başa  vurdular.  Türkicə  qoyun 

ilinin  (qüy  yil)  aləmi  işıqlandıran  xoş  fallı  novruzu  gəlib  çatdı. 

Mühasirənin uzanmasından hər iki tərəf bezmişdi. Qüvvətli dövlətin 

hər oymağının, xüsusən şamlı  və ustaclı oymaqlarının ağsaqqalları 

bu  məsələ  barədə  Mirzə  Salman  və  dövlət  əyanlarının  hüzurunda 

söhbət  açırdılar.  Amma,  az  miqdar  adam  sülhə  rəğbətli  idi.  Belə 

söhbətlərin  başlandığı  ilk  vaxtlarda  qüdrətli  dövlətin  əmirlər 

zümrəsindən Seyid bəy  Kəmunə  və Mir Əbülməalinin seyidləri  və 

üləmaları  əsgər  qazisini  bir  neçə  ağsaqqalla  birlikdə  qalaya 

yolladılar  ki,  Mürşüdqulu  xana  nəsihət  verib  onu  İsgəndər  şanlı 

nəvvab və nəvvab şahzadə ilə müxalifətdən çəkinsinlər. 

Mürşüdqulu  xan  isə  göndərilən  elçiləri  qalada  saxlayaraq 

əmisi Şahverdi bəy Yeganın qətlindən incidiyindən şikayətləndi  və 

bu  dövlət  adamlarının  sözlərinə  etimad  etmədi.  İş  o  yerə  çatdı  ki, 

Şahrux  xan  Möhrdar  Zülqədər  və  Fars  hakimi  Ümmət  xan  bütün 

zülqədər  tayfası  ilə  birlikdə  şahdan  və  nəvvab  şahzadədən 

Mürşüdqulu  xanın  təqsirinin  əfvini  xahiş  etdilər.  İcazədən  sonra 

Şahrux xan qalaya gedib Mürşüdqulu xanla görüşdü.  

Qaladakılar qalada qalmaqdan təngə gəldikləri üçün dövrün 

məsləhətinə  uyğun  olaraq  barışıq  və  sülh  qapılarını  açıb  cəng  və 

savaş  qapılarını  bağladılar.  Mirzə  Salman  və  əzəmətli  əmirlərin 

onunla  qala  yaxınlığında  təkrar  görüşündən  sonra  Mürşüdqulu  xan 

İsgəndər  şanlı  nəvvab  və  nəvvab  şahzadə  ilə  sədaqətli  xidmət  və 

qulamlıq  barədə  yeni  əhd-peyman  bağladı,  onları  buna  (iman) 

inandırdı.  Qərara  alındı  ki,  ali  ordu  qala  ayağından  əl  götürsün  və 

ona  bir  neçə  gün  vaxt  versinlər  ki,  hədiyyə  hazırlayıb  ali  dərgaha 

getsin.  Özünün  əqrəba  və  ağsaqqallarından  bir  neçə  nəfərini  isə 


487 

 

Mirzə Salman və əmirlərlə birlikdə Mürşüdqulu xanın ərvi üçün ali 



saraya yolladılar. 

O şəxslər əmirlərin və sülh tələbində olanların müşayiəti ilə 

nəvvab  şahın  və  şahzadənin  səcdlərinə  yetməklə  şərəfləndilər  və 

işlərini yerinə yetirib geri qayıtdılar. Bu tərəfdən Mürşüdqulu xanın 

adına dostluq məktubları yazıldı, onun etdiklərinin əfvi və İsgəndər 

şanlı nəvvabın və səadətli fərzəndlərinin lələsi olmuş atası  Şahqulu 

Sultan Yeganın bir neçə illik xidmət maaşının ödənilməsi xüsusunda 

əmr sadir oldu, xana faxir xələtlər göndərildi. 

Onlar  qala  ayağından  çıxaraq  Herat  darüssəltənəsi  və 

müqəddəs  Məşhəd  yolu  arasındakı  münasib  bir  yerdə  dayanıb 

Mürşüdqulu  xanın  gəlişini  gözləyirdilər,  amma  ixtiyarsız  olaraq 

Herata yürüş yenidən başlandı. 

 

HÜMAYUN ORDUNUN HERAT DARÜSSƏLTƏNƏSİNƏ 

YÜRÜŞÜNÜN ZİKRİ, İRAQ LƏŞKƏRİNİN XORASAN VƏ 

ĞURYAN QOŞUNLARI İLƏ HƏRBİNİN BƏYANI VƏ 

XORASAN LƏŞKƏRİNİN ALLAH-TƏALANIN TƏQDİRİ 

İLƏ MƏĞLUB OLMASININ ZİKRİ 

 

Ali ordu qaladan köçüb Herat və Məşhəd arasında dayanan 



vaxt Xacə İxtiyar Münşinin qohumlarından olan Xaca Əhdülmömin 

Herəvi  Herat  darüssəltənəsindən  onların  yanına  gəldi.  O,  belə  bir 

xəbər  gətirdi:  Fəxarətli  Herat  şəhərində  Əliqulu  xan,  əmirlər  və 

onların  adamları  nəvvab  şahzadənin,  yəni  əlahəzrət  zilləllah  şahın 

müqəddəs  qoşununun  tərkibində  şəhərdən  çıxıb  Guryanda 

dayandıqları  vaxt  ləşkərin  keyfiyyət  və  kəmiyyəti  haqda  məlumat 

istədikdə  sayı  yeddi-səkkiz  min  nəfərdən  artıq  olmadı.  Bu  Mirzə 

Salman və əmirlərin təəccübünə səbəb oldu: Belə az ləşkər necə ola 

bilər ki, ondan on dəfə çox olan qalibiyyətli əskərlərin  müqabilinə 

gələrək  Mürşüdqulu  xana  kömək  edə  bilsin?  Xacə  Əbdülmömin 

bildirdi  ki,  qaladakıların  məqsədi  belədir:  Elə  ki,  hümayun  ordu 

onlarla  döyüşməkdən  ötrü  Türbət  qalasından  çıxacaq,  o  zaman 

Mürşüdqulu  xan  mühasirə  halqasından  xilas  olacaqdır.  Padşahın 

iqbal qoşunu Guryana yaxınlaşan vaxt qoy onlar oradan keçib Herat 

qalasına  gəlsinlər.  Məlumdur  ki,  Türbət  qalası  altı  ay  müddətində 

fəth olunmadığı halda, dünyanın məşhur qalalarından biri olan Herat 

qalası  heç  bir  ilə  də  alına  bilməyəcəkdir.  İraq  ləşkərinin  isə, 

rumiyyənin  istilası  və  Azərbaycan  sərhədinin  böyük  məsələləri  ilə 



488 

 

əlaqələr Xorasanda qalmaq imkanı yoxdur və zərrurət üzündən arzu 



olunan  məqsəd  həyata  keçiriləcəkdir.  Xacənin  bu  tədbiri  ağıl 

sahiblərinin xoşuna gəldi. 

Amma,  Allahın  istəyi  bu  fikirin  əksinə  oldu  və  başqa  bir 

vəziyyət alındı. Məsələnin təfsilatı belədir: Mirzə Salman və nəvvab 

şahın tərəfdarları, xüsusən atası Vəli Xəlifənin qətlinə görə Əliqulu 

xanla düşmənçilik edən İsmayılqulu xan, həmçinin Vəli xan Təkəli, 

şamlılar  və  ustaclılarla  qədimdən  ədavət  edən  təkəli  əyanları  bir-

birilərinə xoş sözlər dedikdən sonra  Abbasi əmirlərinin  vəziyyətini 

belə düşündülər: Bir halda ki, müzəffər ordunun Türbət qalasından 

çıxmasından hələ Əliqulu xanın xəbəri yoxdur, gərək Guryana tərəf 

gedib özlərini onlara çatdırsınlar və o müqəddəs zatı (şahzadə Abbas 

Mirzənin  -  Ş.F.)  və  Əliqulu  xanı  ələ  keçirsinlər.  Əgər  Türbət 

qalasından getmək xəbəri Əliqulu xana çatarsa, ehtimal ki, o Herata 

yetişməkdən  ötrü  Guryanda  qalmayacaq,  özünü  Herat  şəhərinə 

çatdıracaq, qala ləvazimatının hazırlığı ilə məşğul olacaqdır. 

Dərhal bu məsələni nəvvab şahzadə ilə müzakirə etdilər və 

qərara alındı ki, elə həmin gün o öz məşhur atası ilə birlikdə hücuma 

başlasınlar, çünki bir ləhzə də yubanmaq olmazdı. 

 

Ğuryanda İraq və Xorasan ləşkərlərinin 

savaşı və xorasanlıların məğlubiyyəti: 

 

Nəvvab  şahzadə  əmirlərlə  birlikdə  bu  məsələni  İsgəndər 



şanlı  nəvvaba  bildirdi  və  onlar  yürüşə          yollandılar.  Əmirlər  və 

dövlət  başçıları  qorxudan  öz  narazılıqlarını  bildirməyib  bu  təkliflə 

razılaşdılar.  Elə  o  məclisdə  Vəlixan  Təkəli  bir  dəstə  türkman 

əmirləri  ilə  çərxçi  təyin  olundular.  Bu  xəbər  orduya  yayıldı. 

Əskərlər at  və başqa  zəruri ləvazimat hazırlığına başladılar.  Ləşkər 

dəryası  Əxzər  kimi  dalğalandı.  Əzəmətli  əmirlər  istər-istəməz 

İsgəndər  şanlı  nəvvabın  və  aləmlər  şahzadəsinin  məiyyətində  yola 

düşüb, Tirpol kənarınadək bütün gecəni yol getdilər və o uzaq yolu 

üç gecə-gündüzə keçdilər. Dördüncü günü sübh çağı, o vaxt ki, hava 

hələ  Abbasilərin  libası  rəngindəydi,  müzəffər  ləşkərin  qarovulları 

Tirpol  körpüsü  kənarına  yetişdilər.  Əliqulu  xan  ordusunun 

qarovulları  bundan  agah  olub  ordunun  gəlib  çatma  xəbərini  ona 

bildirdilər.  Əliqulu  xan  o  vaxt  bu  xəbərin  yalan  olduğunu  güman 

etdi,  çünki  İraq  ləşkərinin  hələ  Türbat  qalası  ayağında  olduğunu 



489 

 

düşündü  və  ehtimal  etdi  ki,  qaladan körpüyədək  böyük  bir  məsafə 



vardır. 

Amma elə ki, sübhi-kazib (yəni yalançı sübh, alatoran sübh 

-  Ş.F.)  sübhi-sadiqə  (əsl  sübhə  -  Ş.F.)  çevrildi,  Tirpolun  kənarında 

ləşkərin  çayı  keçmə  səsləri  eşidildi.  Əliqulu  xan  və  onunla  yoldaş 

olan əmirlər atlara süvar olub qoşuna çərxçi təyin etdilər, sağ vo sol 

qolları  bəzədilər  və  döyüşə  hazır  oldular.  Bu tərəfdən  də  müzəffər 

ləşkərin bəzi döyüşçüləri körpüdən, bəziləri isə su keçidindən suyu 

(çayı - Ş.F.) keçdilər, hər iki tərəfin mübarizləri bir-birlərinin üstünə 

tökülüşdülər. Cəng mərəkəsi qızışdı. Şamlı tayfası və onun təbəələri 

bir az müdafiə ilə məşğul olub igidlik göstərdilər, amma İraq ləşkəri 

xorasanlılardan  on  dəfə  çox  olduğundan,  az  bir  vax  içərisində 

özlərinin səbat ayaqlarını möhkəmlədib mərdanəliklə vuruşdular. 

Amma,  İsgəndər  şanlı  nəvvabın  iqbal  ulduzu  və  cahan 

şahzadəsinin  hümayun  fallı  çətiri  nizamla  gələn  qoşunlarla 

göründükdə  Əliqulu  xanın  və  onun  döyüşçülərinin  gözləri  həmin 

saysız-hesabsız  ləşkərə  sataşdı.  Əlləri  işdən,  işləri  əldən  soyudu. 

Nəticədə onlar mübariz döyüşçülərin hücumu ilə darmadağın olaraq 

məğlubiyyətə  uğradılar,  qaçış  vadisinə  üz  tutdular.  Ard-ardınca 

gələn  qızılbaşlar  isə  qızılbaşiyyə  təəssübkeşliyi  və  qohumluqları 

üzündən onları öldürməyə və tutmağa çox da cəhd etmirdilər. 

Amma,  başqa  oymaqların  əksinə  olaraq  təkəli  tayfası 

qılınclarını şamlı və ustaclı tayfalarının üzərinə çəkərək, onların çox 

adamını  intiqam  qılıncından  keçirdilər,  qarət  və  taraca  yollandılar. 

Türkmanların  və  təkəlilərin  əlləri  elə  ki,  qarət  etdikləri  mal  və 

əşyalara dəydi, onları taqib etməkdən vaz keçib öz işləri ilə məşğul 

oldular.  İsgəndər  şanlı  nəvvab  və  cahan  şahzadəsi  döyüş  yerinə 

çataraq orada dayandılar. Havanın hərarəti və hücum məşəqqətindən 

piyadaların  və  süvarilarin  taqətləri  kəsilmiş,  heyvanlar  hərəkətdan 

qalmışdılar.  Mürtəzaqulu  xan  və  bir  dəstə  əmiri  elə  həmin  gecə 

Herat  darüssəltənəsinə  yolladılar  ki,  Özlərini  şəhərə  çatdırıb  oranı 

zəbt edərək cah-calal qoşununun gəlişini gözləsinlər. Amma Əliqulu 

xan  öz  məğlubiyyətindan  sonra  fələk  ehtişamlı  şahzadədən,  yəni 

əlahəzrətdən  ayrılıb,  başqa  bir  yolla  aradan  çıxdı.  Əlahəzrət  isə 

Herata  ondan  əvvəl  digər  yolla  getdi.  O  həzrətin  maiyyətindəki 

əzəmətli  əmirlərin  əksəriyyəti  ölüm  şərbətini  dadıb  bu  qanlı 

burulğandan  çıxa  bilmədi.  Hamin  cəngdə  qətlə  yetən  mötəbərlər 

bunlardır:  Ağzıvar  xanın  oğlu  Əbülfəth  xan  Şamlı,  Qubad  xan 

Qacar,  "Kutval"  təxəllüsü  ilə  məşhur  olan  Hacı  Sultan  Cığatay, 



490 

 

həmçinin qələm əhlindən o vaxtlarda  əlahəzrətin  vəziri olan Sultan 



Hüseynxanın  vəziri  Mirzə  Məhəmməd  Kirmani,  əsir  götürülənlər: 

Mürşüdqulu xanın qardaşı İhrahim xan, Xoşxəbər xan, Xacə Əli xan 

Kələntər  və  başqaları.  Əsir  tutulan  mirzadələrin  çoxunu  Mirzə 

Salman əmirlərin razılığı olmadan qətl etdirdi, nəfəslərini çəkməyə 

belə  qoymadı.  Ləşkərə  qoşulan  qohumlarının  əfv  olunmaları 

xüsusunda  əmirlərin  xahişlərinə  məhəl  qoymayan  Mirzə  Salman 

onları  da  qətlə  yetirdi  ki,  buna  görə  də  onunla  əmirlər  arasında 

ədavət tozu göyə ucaldı. 

Xülasə, adlı-sanlı şahzadə və fələk iqtidarlı sahibqıran, yəni 

əlahazrət və bir neçə öz canlarını fəda etməyə hazır olan fədai Herat 

yolunu  önə  tutdular.  Azyaşlı  olmasına  baxmayaraq,  Allahın  ona 

verdiyi  ağıl  hesabına  özünə  sadiq  olmayan  bir  dəstə  adamdan 

ayrılaraq, yola düşdü və nifaq əhlini geridə qoydu. O həzrətin dövlət 

və  iqbal  sənədi  Yaradanın  özü  tərəfindən  imzalandığı  üçün  onlar 

gecə  yarısı  sağ-salamat  Herata  daxil  oldular.  Şəhərdə  qalaraq 

qalanın  kutvallığı  ilə  məşğul  olan  bir  dəstə  şamlı  fədaisi  hümayun 

şahzadəni  görüb  hədsiz  şadiman  oldular,  o  şərafətli  zatın  səlamət 

gəlib çatmasına  görə şükürlər etdilər. Amma, o həzrətin şərif xatiri 

Əliqulu xanın ayrılığından rahat olmurdu. Onun başına nə gəldiyini 

bilmir və narahat halda öz intizar gözünü yola dikmişdi. Elə həmin 

gecə  qala  qapısı  gözətçiləri  cənab  xanın  gəlib  çatma  müjdəsini 

gətirib  əlahəzrətin  şadlığına  və  xoşhallığına  səbəb  oldular.  Cənab 

xan  isə  şadyanalıqla  şəhərə  gəlib  şahzadənin  xidmətinə  yetişməklə 

şərəfləndi, o şərafətli zatın salamat olmasına görə İlahiyə şükür etdi, 

fərəhləndi.  Əliqulu  xanın  vəziri  Xacə  Əfzəl  və  mərəkədən  qaçan 

adamların  bir  dəstəsi  də  gələrək  Herata  yığıldı,  bürc  və  barıların 

möhkəmlənməsi  ilə  məşğul  oldu.  Onlar  qaladarlığa  başlayıb  qala 

ləvazimatının hazırlığına başladılar. 

Əlahəzrətin  və  cənab  xanın  həmin  gecə  Herata 

gəlmələrindən  sonra  Mürtəzaqulu  xan  Pornak  və  İsmayılqulu  xan 

Şamlı Herat darüssəltənətinə rəvan olan bəzi əmir və əskərlərlə yola 

düşüb  axşamüstü  Herata  gəlib  çatdılar,  mərhum  Sultan  Hüseyn 

Mirzə  mədrəsəsində  dayandılar.  Uzun  yol  getməkdən  və  yürüşdən 

atlar  yorulub  hərəkətdən  qalmışdı.  Gələnlər  sabah  qalaya  daxil 

olmaqdan  ötrü  Mirzənin  mədrəsəsində  istirahət  etdilər.  Onlar  sübh 

çağı  Herata  daxil  olmaq  istəyəndə  qapıları  bağlı,  bürc  və  barıları 

möhkəm  gördülər.  Məsələ  İsgəndər  şanlı  nəvvaba  və  əmirlərə  ərz 

olunduqda  onların  etiraz  dilləri  Mürtəzaqulu  xana  və  yoldaşlarına 



491 

 

açıldı: "Siz niyə həmin gecə nəvvab şahzadə oraya çatmazdan əvvəl 



yuxunu özünüzə haram edib qalaya girmədiniz?" Həqiqətdə isə bu iş 

onların  imkanları  xaricində  idi.  Çünki  atların  əksəriyyəti  bir  neçə 

günlük  yürüşə,  cəngə  qatılma,  istiliyin  şiddəti  və  havanın  hərarəti 

nəticəsində  yorulub  yeriyə  bilmirdi.  Belə  olan  halda,  bir  gecədə 

Guryandan çıxıb Herata çatmaq məgər mümkün olası iş idimi? 

Xülasə,  ali  ordu  onların  ardınca  hərəkətə  başlayıb  Herat 

darüssəltənəsinə çatdılar. [Sultan Hüseyn] Mirzənin mədrəsəsi şahın 

və  nəvvab  şahzadənin  dövlətxanası  kimi  hazırlandı.  Mirzə  Salman 

bu dövlətxananın yanında dayandı, hər tayfanın əzəmətli əmirləri isə 

öz təbəələri ilə birlikdə darvazalara tərəf gedib atlardan yerə endilər. 

Herat  şəhəri  əhatəyə  alındı.  Herat  qalasını  tutmağa  çox  cəhd  edən 

Mirzə Salman əmirlərə öz söyüş və danlaq dilini açıb onları nəvvab 

şahzadəyə  qarşı  nifaq  etməkdə  ittiham  etdi.  İş  o  yerə  çatdı  ki, 

əmirlər  onun  əli  və  dilindən  cana  doyub  onu  qətl  etmək  üçün  bir-

biriləri ilə müttəfiq oldular. Mirzə Salman nəticədə bir neçə günlük 

dövlət başçılığı və böyüklükdən başını kənara çəkib əmirlərin əli ilə 

qətlə yetdi. 

 

MİRZƏ SALMANIN ÖLDÜRÜLMƏSİ, ƏLİQULU XANLA 



SÜLH, ZƏFƏR NİŞANLI ORDUNUN ƏBƏDİ SƏLTƏNƏT 

PAYTAXTINA QAYITMASININ ZİKRİ 

 

Mirzə Salman qızının nəvvab şahzadə ilə nigahından sonra 



bir qədər təşviş hissi keçirirdi. O, Təbriz hadisələrinin, vəzir Hüseyn 

bəyin  və  bacısının  qətlə  yetirilmələrinin,  həmçinin  aləm 

şahzadəsinin xoşuna gəlməyən bir sıra başqa işlərin baş verməsində 

[kürəkəninin]  ondan  şübhələnəcəyini  güman  edirdi.  Amma  böyük 

oğlu Mirzə Abdullah şahzadənin vəziri, kiçik oğlu Mirzə Nizam isə 

şahzadənin yaxın dostu olduğuna görə özünü nəvvabın fədailərindən 

sanır,  ona  başqalarından  daha  cox  yaxınlıq  və  tərəfkeşlik  izhar 

edirdi.  O,  həmişə  əzəmətli  əmirlərdən  və  bu  güclü  dövlətin 

başçılarını, xüsusiylə Qulu bəy Qorçibaşını, Şahrux xan Möhrdarı və 

Məhəmməd xan  Türkmanı  bir sıra qüsur  və nifaqda ittiham edirdi. 

Mirzə Salman nəvvab şahzadəyə deyirdi: "Nə qədər ki, bu üç idbar 

adam  sağdır,  nəvvab  şahzadə  gülşəninin  təravəti,  suyu  və  rəngi 

olmayacaqdır".  Mirzə  Salman  hərdənbir  məclislərdə  onların 

barələrində  xoşa  gəlməz  əhvalatlar  danışır  və  özünü  tərifləyirdi. 



492 

 

Ordudakı  fitnə-fəsadlı  adamlar,  xüsusən  iddialı  taciklər  əmirlərlə 



gizlicə görüşür, onun sözlərini onlara çatdırırdılar. 

Mirzə  Salman  Guryanın  fəthindən  sonra  öz  ağıl  ipini 

əlindən buraxıb əmirlərə hökmlər edir və onları aşkar şəkildə nifaq 

törətməkdə  günahlandırırdı.  Əmilər  də  nəvvab  şahzadənin  onlarla 

davranışını  seyr  edərək,  Mirzə  Salmanın  dediyi  sözlərin  yaxın 

vaxtlarda  ona  təsir  edəcəyini  anlayıb  baş  vəzirin  bütün  bunların 

səbəbkarı olduğu bilir və fürsət gözləyirdilər. Elə bu vaxtlarda Mirzə 

Salman  gazərgahı

359

  seyr  etmək  fikrinə  düşüb  oraya  çoxlu  yaraq-



yasaq  və  ali  bayram  ləvazimatı  göndərdi.  O,  bir  dəstə  nədimi, 

mütribi (çalğıçı - Ş.F.), müsahibi (həmsöhbəti - Ş.F.) və ali ordunun 

təb əhlini (yəqin ki, şairlər nəzərdə tutulur  - Ş.F.)  dəvət edib, təyin 

etdiyi gün şahanə bir bayram quraraq onlarla  görüşəcəyini bildirdi. 

Əzəmətli  əmirlər  ordunun  cahil  və  divanə  xislətli  üzvləri  olan  öz 

oğlanlarını,  qardaşlarını,  qardaşı  övladlarını  bir  yerə  yığıb  qərara 

gəldilər  ki,  Mirzə  Salman  gazərgahda  olanda  onlar  da  oraya  gedib 

onun işini bitirsinlər. Təyin olunan gün Mirzə Salman öz ləşkəri ilə 

atlara  süvar  olub  gazərgaha*  yollandı.  Dəvət  olunan  məşhur 

əmirlərdən  qorçibaşının  oğlu  Yusif  xan,  Məhəmməd  xanın  oğlu 

Vəlican  xan,  Şahrux  xanın  qardaşı  oğlu  Xəlil Sultan  və  onlara  tay 

başqa  adamlar  onu  qətl  etmək  üçün  ağır  qoşunla  başqa  yolla  öz 

məqsədlərinə doğru yönəldilər. 

O  adamlardan  biri  gazərgahın  yaxınlığına  gələrək  Mirzə 

Salmanı  məsələdən  agah  etdi,  o  da  dərhal  geri  qayıtmaq  qərarına 

gəlib  iztirabla  şəhərə  üz  tutdu.  Onunla  birgə  olan  mülazimlərinin 

çoxu  yolda  dağılışdı.  Əzəmətli  əmirzadələrsə  gazərgaha  çataraq, 

Mirzə Salmanın geri qayıtmasından agah oldular və bir dəstə adam 

göndərdilər ki, onu əgər yolda haqlasalar, öldürsünlər, yox əgər görə 

bilməsələr bu işin icrasını başqa vaxta saxlasınlar. 

Onlar  ona  çatmadılar.  Mirzə  Salman  yoldan  dövlətxanaya 

çatıb İsgəndər şanlı nəvvabın və nəvvab şahzadənin yanına gələrək, 

əmirlərin niyyətindən onları agah etdi. Nəvvab şah əmirlərin yanına 

gəlmələri  xüsusunda  əmr  etdi.  Bütün  əmirlər  və  dövlət  başçıları 

gəlib  yığışdıqdan  sonra  onlardan  soruşdu:  "Bizim  vəzirimiz  və 

                                                           

359

  Herat  şəhərindəki  fəxri  qəbiristanlıq.  Böyük  alim  və  şairlərin  -  Xacə  Abdullah 



Ənsarinin",  Əbdürrəhman  Caminin'",  Abdulla  Hatifinin'"'  və  başqalarının  qəbirləri 

oradadır  ki,  bu  sətirlərin  müəllifi  XX  əsrin  son  onilliklərində  Əfqanıstanda  işlərkən 

dəfələrlə həmin gazərgahı ziyarət etmişdir - Ş.F. 


493 

 

yüksək  etimadlı  adamımız  olan  Mirzə  Salmana  qarşı  belə 



hərəkətinizin  səbəbi  nədir?"  Əmirlər  əvvəlcə  bunu  inkar  edərək 

dedilər:  "Bizim  ondan  heç  bir  şikayətimiz  yoxdur.  Əgər  qızılbaş 

cahillərindən kimlərsə onunla ədəbsiz rəftar etsələr, biz onları tutub 

fəsada nail olanların cəzalarını verərik". 

Mirzə  Salmana  qarşı  olan  adamlar  bu  əsnada  Sultan 

Hüseyn Mirzə  mədrəsəsinə  yığışıb böyük qiyam qaldırdılar, saraya 

adam göndərib bildirdilər: "Mirzə Salman dövlətin viranlığını istəyir 

və  qızılbaşların  düşmənidir.  Qızılbaşların  müxalif  olmaları  və 

Xorasan  əmirlərinin  üsyan  və  tüğyanlarının  səbəbi  də  onun  pis 

rəftarından  başqa  bir  şey  deyildir.  Əgər  o  aradan  götürülməsə, 

qızılbaşlar arasında ikitirəlik kənar olmayacaqdır". 

İş bu yerə çatdıqda əzəmətli əmirlər də bu barədə danışıb 

şaha belə ərz etdilər: "Mirzə Salman tacikdir və hesab işləri və divan 

müamilələrindən  başqa  işlər  ona  aid  deyil  və  ondan  heç  nə  də 

təvəqqə  olunmur.  Nə  gərəkdir  ki,  o  ləşkər  və  qoşun  sahibi  olub 

səltənət  işlərinə  dəxalətdə  bulunsun,  fitnə-fəsada  səbəb  olsun?  Bir 

halda ki, indi qızılbaşlar məsələnin üstündən pərdəni götürüb onunla 

belə bir pis məqamdadırlar, yaxşısı budur ki, o vəzarət mənsəbindən 

və başqa işlərindən uzaqlaşdırılsın". 

Mirzə Salman ağıllı adam idi və bilirdi ki, bu işlər əmirlər 

tərəfindən  qurulmuşdur  və  onlar  onun  qətlindən  başqa  heç  nə  ilə 

razılaşmayacaqlar.  Belə  düşündü:  "Bu  məsələ  madam  ki,  şahın  və 

şahzadənin  hüzurunda  qaldırıldı,  həyatda  olan  adam  həyatdan 

getmək  istəməz."  Buna  görə  də  razılaşdı  ki,  heç  olmasa  onu  həbs 

etsinlər və [müəyyən] bir yerdə saxlasınlar. 

Bu  əsnada  əzəmətli  əmirlər  padşaha  dualar  edib 

dağılışdılar.  Əmirlərin  birini  bir  dəstə  adamla  bu  gecə  Mirzə 

Salmanın  keşiyində  qoydular  ki,  sabah  nəvvab  şahdan  nə  əmr  və 

işarə  olarsa,  elə  də  hərəkət  etsinlər.  Mirzə  Salman  nəvvab 

şahzadənin   iqtidarının   artmasına   çalışdığından,   zahirdə özünü 

onun fədailərindən sayır  və istəmirdi ki, o həzrətin bu məmləkətdə 

şəriki olsun. 

Bu  məsələdən  sonra  şahın  şərafətli  xatirinə  təşviş  düşdü. 

Etibarlı  bir  adamını  böyük  əmirlərin  birinin  yanına  yollayıb  onun 

fikrini  soruşdu.  O,  Allah-təalaya  and  içib  bildirdi  ki,  bizim 

tərəfimizdən  heç  vaxt  sədaqətsizlik  və  bəndəliyə  zidd  əməl 

görünməmişdir,  nəvvab  şah  və  şahzadə  ilə  etdiyimiz  əhd-peyman 

möhkəmdir.  Amma,  Mirzə  Salman  həmişə  bizi  fitnə-fəsada  təhrik 



494 

 

edərək,  sizin  mübarək  xatirinizi  biz  tərəfdarlarınızdan  yayındırır.   



Qızılbaş  ağsaqqalları onun vəzirliyi və iqtidarı ilə razılaşa bilmirlər. 

Onun barəsində hər əmr və işarə etsəniz bizlər əməl edəcəyik.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin