AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə54/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   50   51   52   53   54   55   56   57   ...   96

Beyt: 

 

Saqinin zülfünə əl çəkdi həriflər yaxşı,  

Onları qoysa bu halətdə fələk, yaxşı olar.

393


 

 

Amma  verilən  hökmlərdə  İsgəndər  şanlı  nəvvabın  tərəfini 



tutub,  nəvvab  şahzadənin  qərarı  ilə,  onun  möhrünü  məktubların 

yuxarısına deyil, aşağısına vururdular. 

Elə  ki,  nəvvab  şahzadə  qoşununun  Taroma  çatması  və 

ləşkərin  azlığına  görə  orada  dayanması  xəbəri  üsyançı  əmirlərə 

çatdı, əvvəlcə Rudbara, İsmayılqulu xanı dəf etməyə yollandılar və 

Vəli  xan  Təkəlinin  sərdarlığı  ilə  bütün  təkəli,  türkman  və  başqa 

əmirlər onun üstünə getdilər. İsmayılqulu xan yalnız bircə yolu olan 

həmin  yerdə  dayanıb  gözlədi.  Hərçənd  ki,  o  yolun  üstündə  onun 

tüfəngçiləri  və  kamandarları  vardı,  amma  Vəli  xan  Rudbar 

əhalisindən  o  yerləri  yaxşı  tanıyan  adamlar  tapıb,  başqa  bir  yolla 

döyüşçülərini qəflətən onun üstünə tökdü. Önünü və sonunu müxalif 

ləşkərin  əhatə  etdiyini  görən  İsmayılqulu  xan  çaşbaş  qaldı.  Amma 

Mövlana  Nemət  Rudbarinin  oğlanları  dövlətxahlıq  edib  dedilər  ki, 

əgər  var-yoxlarını  burada  qoysalar  onu  meşənin  içərisi  ilə 

müxaliflərin kcçə bilməyəcəyi yerlərdən keçirə bilərlər. İsmayılqulu 

xan əlacsızlıqdan bütün var-yoxunu və şamlıların xanəköçünü orada 

qoyub,  az  miqdar  adamla  Deyləmana  gəldi.  Şamlı  qazilərinin 

əksəriyyəti  də  atlardan  yerə  düşərək,  öz  döyüş  libaslarını 

soyundular, özlərini  meşəyə çatdırdılar, yüz cür təşviş hissi keçirə-

keçirə sağ-salamat Deyləmana yetişdilər. 

Gilan  valisi  Xan  Əhməd  bu  məsələdən  xəbərdar  olub 

gələnlərə  yemək-içmək  və  paltar  göndərdi  və  onları  bir  neçə  gün 

                                                           

393


 Beytin farscası: 

Xoş gereftənd hərifan səre-zolfe-saqi,  

Gər fələkşan begozarəd ke qərari girənd. 


565 

 

saxladı.  Şamlıların  bütün  var-yoxu  isə  təkəlilərin  əllərinə  keçdi, 



onların bəzisi həlak oldu, bəzilərini isə tutub şəhərə gətirdilər. 

Amma,  Məhəmməd  xan  heç  kimi  şamlıların  xanəköçünə 

toxunmağa  qoymadı.  Vəli  xan  qayıtdıqdan  sonra  istədi  ki,  Qəzvin 

ətrafdakı qızılbaşları, Qəzvinə  gəlib onlara itaət etmədiklərinə  görə 

cəzalandırsın.  Elə  [həmin]  məqsədlə  də  qoşun  yolladı.  Bu  səhv 

hərəkəti özünün başqa hərəkətləri kimi düzgün sayan əmir bir dəstə 

döyüşçünü  əfşarların  ovsalı  və  ömərli  eli  (tayfası  -  Ş.F.)  üzərinə 

yolladı,  onları  qarət  və  tarac  etdilər.  Bu  əmələ  görə  başqa  el  və 

oymaqlar ondan incidilər. Vəli xan istədi ki, bayat tayfası üzərinə də 

hücuma  keçsin,  amma  bu  vaxt  nəvvab  şahzadənin  Qızılüzəndən 

keçib Mahan çəmənliyinə gəlməsi xəbəri onlara çatdı. İkinci qarətə 

fürsət tapa bilməyib döyüş əzmi ilə şəhərdən çıxdılar. 

Amma nəvvab şahzadə Rudbar hadisəsini eşitdikdən sonra 

adam yollayaraq, İsmayılqulu xanı Deyləmandan çağırdı və tapşırdı 

ki, o, Paradbaba Mənsuriyolu ilə Taroma  gəlib, ali qoşuna birləşsin 

və  belə  də  oldu.  Nəvvab  şahzadə  İsmayılqulu  xana,  onun 

qardaşlarına  və  başqa  şamlı  ağalarına  ali  sərkar  (sərkare-ali) 

tərəfindən  xeymə,  ev  avadanlığı  və  ehtiyac  duyulan  başqa  şeylər 

verdi.  Hesablandıqdan  sonra  atları  olmayan  şamlı  qazilərini  atları 

çox  olan  süvarilərdən  götürülən  heyvanlarla  təmin  etdilər,  onlara 

yaraq da verildi, Əliqulu xan Fəthoğlu və başqa əmirlər də onlara öz 

kömək əllərini uzatdılar. 

Xülasə,  onun  gəlişindən  sonra  ali  məiyyət  çayı  keçib 

Mahan  çəmənində  dayandı.  Xalxal  və  Taromdan  gələn  ustaclı 

tayfaları  oraya  toplaşdı  və  Sultaniyyə  çəmənliyinə  gəldilər. 

Məhəmməd  Hüseyn  Sultan  ilə  Rey  və  Rudbardan  gələn  Eylur 

camaatı həmin yerdə qoşun bəzəyib ali orduya qoşuldu. Türkman və 

təkəlilərin  qarətkarlıq  xəbəri  başqa  el  və  oymaqlara  gəlib 

çatdığından,  hamı  qorxuya  düşüb  öz  elləri  və  uluslarıyla  birlikdə 

Sultaniyyə  çəmənliyinə  gələrək  ali  orduya  birləşdi.  Nəvvab 

şahzadənin qorçisi olan  Dövlətyar Siyahmənsur  zəfərli qoşun əmiri 

vəzifəsinə  layiq  görüldü.  Onu  ləşkər  toplamağa  göndərdilər. 

Sultaniyyəyə çatıb özü ilə bir dəstə siyahmənsur kürdlərini götürüb 

qayıtdı. Onlar heyvandarlıqla məşğul olduqlarından yaraqlı  olanları 

az  idi,  buna  baxmayaraq  ləşkərin  sayını  artırırdılar.  Sultaniyyədə 

şahzadənin  ordusunda  bu  minvalla  yeddi  min  döyüşkən  süvari 

toplandı  ki,  onların  beş  min  nəfəri  işə  [döyüşə]  yararlı  adamlardı. 

Amma,  sayları  on  min  nəfəri  keçən  yaraq-yasaqlı,  döyüşkən  və 



566 

 

yaxşı atları olan türkmanlar, təkəlilər və onlara qoşulanlar Təhmasib 



Mirzənin  xidmətində  durub  Bamləvar  (?)  çəmənliyinə  çatdılar. 

Xülasə,  onların  gəlişi  xəbəri  ali  şahzadəyə  yetişəndə  tərəflər  bir-

birinə  yaxınlaşdılar.  Nəvvab  şahzadə  Sultaniyyədən  çıxıb 

Sayınqalanın  Dufərsəxi  adlı  yerində  dayandı.  Elə  həmin  gün 

qarovullar  üsyançıların  gəlmə  xəbərini  ona  çatdırdılar.  Nəvvab 

şahzadə Pirqeyb xan Ustaclını ləşkərə çərxçi təyin edib, ona sayı iki 

min  nəfərə  çatan  döyüşə  yararlı  ustaclı  və  başqa  əsgərləri  təhkim 

etdi. Sayı iki min nəfər olan döyüşçünü  Əsilməs xan Möhrdar, Əli 

Sultan  Tatioğlu  və  zülqədər  möhrdan  Şahqulu  Xəlifə  ilə  birlikdə 

Əliqulu  xana  verdi  və  onları  çərxçi  qoşununun  sol  cinahında 

yerləşdirdi. İsmayılqulu xan, Qorxmaz xan, Şahverdi Xəlifə Eynallı 

sayı  min iki yüz nəfər olan şamlı qoşunu ilə sağ cinahda durdular. 

Nəvvab  şahzadənin  və  onun  xüsusi  mülazimlərinin  zəfərpeykər 

hilalı  (mahçe)  qəlb  səmti  üfuqündə  (ofoqe-qəlb)  göründü.  Şahqulu 

Sultan  Xüləfa,  Seyid  bəy  Kəmunə  və  Dövlətyar  xan  Siyahmənsur 

nəvvab  şahzadənin  yanında,  mərkəzdə  döyüşə  hazır  vəziyyətdə 

dayandılar.  Yaxşı  atları  olmayan  heyvandar  camaatın  əksəriyyəti 

ləşkərin sayının çox görünməsi məqsədi ilə qəlbdə yerləşdirildi. Elə 

ki,  hümayun  şahzadənin  qolundakı  döyüşçülərin  sayı  iki-üç  min 

nəfərə çatdı, o, döyüş tərtibatına gözəl tərzdə rövnəq verib, ordudan 

ayrlaraq,  bir  fərsəx  yol  getdi  ki,  axşam  düşənə  kimi  atlanıb 

üsyançıların hücumunu gözləsin. Axşam vaxtı üsyançılar ordusunun 

gəlib  Miyankuh  çayına  çatmaları  xəbəri  eşidildi.  Buna  görə  də 

döyüş ertəsi günə saxlanıldı. Qeyb aləmindən mələk (sürüş) qulağa 

belə bir nida çatdırırdı: 

 

Beyt[lər] 

 

Düşmənlər verdilər belə bir qərar:  



Döyüşə qoy sabah rəvan olsunlar

Hücum eləsinlər kin meydanına,  

Mərhəmət olmasın düşmən canına.

394


 

 

                                                           



394

 Beytlərin farscası: 

Çenin yaft dər qəlbe-dəşmən qərar:  

Ke, cuyənd fərda rəhe-karzar.  

Be meydane-kin torktazi konənd,  

Bekuye-səre-xiş bazi konənd. 



567 

 

Nəvvab  şahzadə  bu  xəbərin  səhihliyini  öyrənib,  onların 



hiyləgərliklə şəbixun etmələrinin qarşısını almaq məqsədi ilə iki-üç 

min adamı səhrada qoyaraq, özü orduya qayıtdı. O gecə o da, bütün 

fədakarlar kimi oyaq qaldı,  dəfələrlə dua etdi:  "Xudaya, o donmuş 

ürəkləri yumşalt, bu fitnəni xeyirlə aradan qaldır".  "Rövzətüs-səfa" 

kitabını  açıb  sabahkı  gün  özləri  və  üsyankarların  vəziyyətləri 

barədə,  nəvvab  şahzadənin  əmrinə  görə  fal  açdılar.  Kitabın 

təsadüfən  Sultan  Əbu  Səidin*  Ulcaytu  xana**  qarşı  üsyan  etməsi, 

onların  döyüşü  və  Sultan  Əbu  Səid  xanın  zəfəri  yazılan  hissəsi 

açıldı.  Nəvvab  şahzadə  səcdəyə  gəlib  nəzir-niyaz  etdi  ki,  əgər 

üsyançılar  üzərində  qələbə  çalsalar,  qayda-qanunun  əksinə  olaraq 

fəthdən  sonra  bir  nəfəri  belə  qətl  etməsinlər,  tutulan  əsirlərin 

günahlarını  bağışlasınlar,  öz  əcdadları  kimi  hərəkət  edib  əfv  və 

mürüvvət yolunu tutsunlar. 

 

Nəvvab şahzadənin  yağı olmuş əmirlərlə hərbi: 

 

Xülasə,  sübhi-sadiqin



395

    açılmasından  bir  qədər  əvvəl     

nəvvab şahzadə  özünün  möhtərəm  bibisi və ali dövlətxana banusu 

olan  Bilqeys  məkanlı  Zeynəb  bəyim  ilə,  habelə  başqa  hərəmlər  və 

fərzəndlərlə vidalaşıb Ağacan bəy Əfşara hərəm qorçiləri ilə birlikdə 

ali  dövlətxananı  qorumağı  tapşırdı,  ilahi  iltifat  dəqiqələrində 

düşmənlərlə  qarşılaşmağa  üz  tutdu.  Keçən  gün  etdiyi  kimi  sağ 

qolun, sol qolun və mərkəzin çərxçi və döyüşçülərinin hər birini öz 

yerində  yerləşdirdi.  Günortaya  yaxın  üsyançıların  ləşkəri  göründü, 

hava tozanaqdan qap-qara qaraldı. 



 

Beyt 

 

Hava təpiklərdən elə qaraldı,  

Gün səkkiz pay oldu, yer isə altı.

396


 

 

Qoşunlar dağ arxasından çıxandan sonra yüksək bir yerdə, 



sanki iyirmi min nəfərlik böyük bir qaraltı göründü. İqbal ordusunun 

                                                           

395

  Qeyd:  Sübhi-sadiq  və  sübhi-kazib  sübhün  açılmasının  iki  mərhələləridir.  Sübhi-



kazib (aldadıcı sübh) alatoranlığa işarədir – Ş. F. 

396


 Beytlərin farscası:  

Ze gərde-səvaran dər an pəhn dəşt,  

Zəmin şeş şod-o asiman gəşt həşt. 


568 

 

mülazimləri  onların  döyüşçülər  olduğu  təsəvvür  edib  bir  qədər 



narahat oldular, ürəklərinə bərk qorxu düşdü. Elə ki, həmin qaraltı 

dağın  yamacından  düşüb  irəli  gəldi,  güman  etdilər  ki,  bu  qaraltı 

onların ordusunda olan yüklənmiş dəvələrin qaraltısıdır. Ürəklər bir 

qədər arxayınlaşdı. Həqiqətən də, əgər o gün cəngi təxirə salıb orada 

dayanmasaydılar,  düşmənlərin  çoxluğu  qorxusundan  aləm 

şahzadəsinin ali ordusunun mülazimlərinin canı lərzəyə düşərdi. Bu 

sətirlərin  müəllifi  deyir  ki,  o  zaman  ömrünün

397


  həyat 

mərhələlərindən  iyirmi  altısı  ötmüşdü  və  o,  nəvvab  şahzadənin 

qələm  ərbabı  silkindən  olub  divana  mənsub  şəxslərdən  biri  idi. 

İyirmi  altı  yaşlı  adamlara  xas  olan  nəfs  cəhaləti  və  dərrakəsizlik 

(gusalegi)  üzündən  əyninə  zireh  geyinib,  silaha  sarılıb,  sivri  nizə 

tutub,  igidlik  ərbabı  zümrəsinə  daxil  olub,  nəvvab  şahzadənin 

müqəddəs xidmətindən ayrılmayıb fəthə qədər onunla birlikdə oldu, 

hadisələri öz gözləri ilə gördü, gördüyü kimi də yazdı. 

Xülasə,  üsyançılar  irəli  gəldikdə  aydın  oldu  ki,  onlar  iki 

qola ayrılmışlar. 

Qolun birində Müseyib xan, Vəli xan və çərxçisi Əli Sultan 

Pakmal olan təkəli ləşkəri, ikincisində isə çərxçisi Əmir xanın oğlu 

Gülaba  xan  olan  Məhəmməd  xan,  Ümmət  xan  Zülqədər,  Ədhəm 

xan, Əmir xanın qardaşı İsmayıl xan, Sultan Mosum xan Tərxan və 

başqa  türkmanlar,  habelə  Əmir  xanm  qardaşı  Şahqulu  Sultan  və 

Şahqulu  Sultan  Piyada  Türkman  dayandılar.  Şahzadə  Təhmasib 

Mirzənin  başı  üstündə  qızıl  çətir  tutub  onu  türkman  qoşununun 

mərkəzində  yerləşdirmişdilər.  Tərəflərin  qarşılaşması  başlandıqda 

hər  iki  qoşunun  çərxçiləri  döyüş  alətlərinə  əl  atdılar.  Şamlıların 

müqabilində olan təkəli ləşkəri və ustaclıların qarşısındakı türkman 

camaatı bir-birinə qarışdı, tozanaq qalxdı.  Hər iki tərəfin cavanları 

igidlik göstərirdilər. Döyüşün başlanğıcında iqbal əsgərlərinin şamlı 

tayfası  təkəli  çərxçilərinə  qalib  gəldilər.  Əli  Sultan  Pakmal  qətlə 

yetirildi  və  İsmayıl  xanın  vəziri  Həmzə  bəy  nəvvab  şahzadənin 

yanına  gəlib  Əli  Sultanın  öldürülməsi  xəbərini  çatdırdı.  Həmçinin 

ustaclı tayfası da türkman çərxçilərinə qalib gəldi. Özünü adlı-sanlı 

döyüşçü  sayan  Əliqulu  xan  Fəthoğlu  cəhaləti  üzündən  öz  qolunda 

dayanmayıb hərbə atılaraq çərxçilərin arasında döyüşürdü. Türkman 

çərxçiləri  ustaclı  qoşunu  tərəfindən  əziləndə  Əmir  xanın  qardaşı 

Şahqulu  Sultan  qətlə  yetdi.  Onun  başını  öz  nağaraxanası  və 

                                                           

397


 Yəni, İsgəndər Münşinin öz ömrünün - Ş.F. 

569 

 

yaraqıyla birlikdə gətirdilər. Qarşı tərəfdəki təkəli qolundan saysız-



hesabsız  əsgər  irəli  şığıyıb  özlərini  ildırım  kimi  şamlı  tayfasına 

vuraraq  onları  "Bənatün-nəş"  ulduzları  kimi  pərakəndə  etdi. 

Qəzvinin  daruğəsi  olan  Şahkərəm  bəy  Lənkər  bir  neçə  yararlı 

cavanla  qətl  olundu,  vəzir  Həmzə  bəy  tutuldu.  Həmçinin  türkman 

qoşunundan Əmir xanın bütün qardaşları və dəstləri, Şahqulu Sultan 

Piyadə  və başqaları qəzəbli ləşkərlə Əliqulu xanı aradan  götürmək 

və Əmir xanın intiqamını almaq üçün dayandıqları qoldan çıxdılar. 

 

Türkman qoşununun həmləsi nəticəsində  



ustaclı ləşkərinin məğlubiyyəti: 

 

Onlar  Pir  Qeyb  xanın  ustaclı  çərxçilərini  şücaətli  bir 

həmlədə  dağıdıb  özlərini  Əliqulu  xanın  qoluna  çatdırdılar.  Əliqulu 

xan  o  vaxt  öz  qolunda  olmadığından,  qoldakılar  bir-birinə  dəyib 

xanı  axtarmağa  başladılar.  Türkman  qoşunu  onlara  döyüşmək 

macalı verməyib, bütün ustaclıları və Əliqulu xanın adamlarını bir-

birindən ayırdılar, onun  və ustaclı əmirlərinin ələm  və nağaralarını 

götürüb  apardılar.  Əliqulu  xan  çox  döyüşdükdən  sonra  dörd-beş 

nəfərlə  birgə  özünü  dağın  ətəyinə  çəkdi.  Onların  və  şamlıların 

məğlubiyyəti xəbəri nəvvab şahzadəyə çatdıqda hümayun qolun sol 

cinahında  olan  və  Əliqulu  xana  kömək  eləyən  zülqədər  tayfasının 

möhrdarı  Əsilməs  xan  və  zülqədər  əmirlərinin  bir  neçəsi  döyüşə 

şığıdılarsa da bir iş edə bilmədilər. Əliqulu Sultan Tatioğlu Zülqədər 

qətl  olundu  və  onun  bütün  adamları  türkman  qoşununun 

həmləsindən  əzildi.  Hümayun  qoldakı  əsgərlər  də  daha  orada  qala 

bilməyib qaçdılar. 

Belə  vəziyyətdə  ali  şahzadənin  məzacı  pisləşdi,  hümayun 

qoldakılar da biri-birinə dəydilər. Müxalif tərəfdən külək əsdiyindən 

göyə  toz  qalxmaqda  idi.    Nəvvab  şahzadənin  çətiri  də  tozla 

örtüldüyündən  hücumdakı  üsyançı  dəstə  onu  görmədi.  Müxalif 

ləşkər  qolu  keçərək,  mərkəzə  yönəlmədən  geri      döndü.    Nəvvab   

şahzadə      ləşkərin    dağınıqlığına    və  yanında  az  adamın  qaldığına 

baxmayaraq  əzmlə  mərəkəyə  girmişdi.  O,  müqəddəs  xidmətdə 

olmasından ötrü Əliqulu xanı gətirmək üçün Mirzə Hidayət Nəcme-

saniye-İsfahanini göndərdi. Mirzə geri qayıdıb Əliqulu xanın dili ilə 

dedi: "Nəvvab şahzadənin xidmətinə qayıtmağa üzüm yoxdur. Daha 

iş-işdən  keçmişdir.  Düşmən  öz  kamına  yetdikdən  sonra  zillətdə 

alçaqcasına  yaşamaqda  da  məna  görmürəm.  Hərb  dünyasına  baş 



570 

 

vurub fəna suyunda batmaq üçün  mərəkədə dayanmışam". Nəvvab 



şahzadə onu bir daha  Əliqulu Sultan Zülqədər Qoroğlu  ilə Əliqulu 

xanın  yanına  yolladı,  öz  etirazını  bildirdi:  "Sən  düşünürsənmi  ki, 

mən  mərəkədən  üz  çevirib  iki  günlük  saxta  bir  həyatı  özümə 

qənimət bilim və fərar edim? 



 

Misra 

 

Necə də səhv təsəvvür və xəyal namümkün

398

 

 



Gəl ki, bizim başımıza gələn sənin də başına gəlsin". Onlar 

çox söhbətdən sonra Əliqulu xanı gətirdilər. Bu əsnada müxaliflərin 

qolu irəliləməyə başladı. Təhmasib Mirzənin əyləşdiyi yerdən gələn 

türkman  qolunun  sürətlə  gəldiyinə  baxmayaraq,  Əli  Pakmalın 

qətlindən  sinələri  dağlı  olan  Vəli  xan  və  təkəli  ləşkəri  onlara 

üstünlük qazandı. Vəli xanın önündə rüfəng atmaqda olan dörd-beş 

yüz  tüfəngçi  hümayun  qola  doğru  yüyürdü.  Məğlubiyyətə  uğramış 

şamlı  ləşkəri  onların  arxa  tərəfində  qaldı.  Üç-dörd  yüz  əsgərdən 

ibarət qoşunu olan Məhəmməd xan və Ədhəm xan Türkman geridə 

qalan  şamlılardan  xoşagəlməz  bir  hərəkət  baş  verə  biləcəyindən 

ehtiyatlanaraq təkəli ləşkərinə kömək etməyə tələsdilər. Əliqulu xan 

və  Əliqulu  Sultan  Zülqədər  ali  orduya  gəlib  çatdıqları  vaxt  artıq 

təkəli  ləşkəri  elə  irəli  gəlmişdi  ki,  tüfəngçilərin  güllələri  iqbal 

qoşunu  mülazimlərinə  gəlib  çatırdı.  O,  mərəkədə  nəvvab  şahzadə 

sərkarının  xəzinədarının  qulamı  olan  Şahqulu  bəy  ayağından 

yaralandı.  Nəvvab  şahzadə  öz  hümayun  çətirini,  bu  hərbdən  sonra 

"Fərrux Yekətaz"  adı ilə  məşhur olan  xasseyi-şərifə qulamı Fərrux 

bəyə  verdi,  ona  çətiri  öz  başı  üstündə  saxlamağı  buyurub,  ali 

məiyyətdən aralanmamağı əmr etdi. 

Amma  qolda  olan  ləşkər  bir-birinə  dəydi,  çünki  təkəli 

qoşununun hücumundan  və tüfəng atəşlərindən sağ qalan az idi ki, 

onların  əksəriyyəti  də  müxaliflərin  hücumundan  qorxuya  düşüb, 

fərar  etməyə  başladı.  İlahinin  himayəsinə  ümid  edən  nəvvab 

şahzadə,  güllə  ona  dəyməsin  deyə,  hümayun  çiynindəki  günəş 

misallı  qalxanını  öz  mübarək  əli  ilə  tutub  gah  önündə,  gah  da 

arxasında saxlayırdı. Ali məiyyətdəki mülazimlər də döyüşə-döyüşə 

                                                           

398


 Misranın farscası: 

Zəhi təsəvvəri-balel, zəhi xəyale-məhal! 



571 

 

hərəkətləri  fərarı  andıran  tərz  ilə  bir  neçə  qədəm  geri  çəkildilər. 



Artıq  hamı  məğlub  olacaqlarını  yəqinləşdirmişdi.  Buna  görə  də 

qələbə ümidi yoxa çıxdı. Döyüş  meydanı atılan güllələr nəticəsində 

mübarizlərdən  xali  oldu.  Nəvvab  şahzadədən  təxminən  bir  fərsəx 

aralı  olan  yol  boyunca  məğlubiyyətə  düçar  olmuş  iqbal  əsgərləri 

həmin  səhrada  pərakəndə  olub  səpələnməkdəydi.  Amma  ali 

məiyyətin  belə  iztirablı  bir  vaxtında  Əlixan  bəy  Carçıbaşı  Rumlu 

tez-tələsik  atdan  endi,  nəvvab  şahzadənin  mindiyi  atın  yüyənindən 

tutub dedi: "Cəng həmişə  eyni  minvalla davam  etmir. Mərd kişilər 

və döyüş dilavərləri bəzən qələbə çalırlar, bəzən də məğlub olurlar. 

Əgər bu döyüşdə işdi-şayəd qəzavü-qədər nəticəsində biz zəfər çala 

bilməsək  və iş  yaxşılığa doğru  getməsə,  gecə düşənədək on  fərsəx 

yol getmək olar. Biz bəndələrin işi çətin deyil. Nəvvab şahzadə isə 

tezliklə  sağ-salamat  Azərbaycana  öz  alişan  atasının  yanına  çatar, 

oranın dövlətxah adamlarını toplayır, yenidən mülk tutma bayrağını 

yuxarı qaldırar". 

Nəvvab  şahzadə  ona  etiraz  edib  hirslə  dedi:  "Belə  fərar 

yolu ilə yaşamaqdan nə çıxar? Bütün aləm deyəcək ki, filan kəs öz 

kiçik  qardaşı  tərəfindən  məğlub  edildi.  Mən  bu  döyüşdə  şəhadət 

şərbəti  içməyə  razı  olaram,  amma  belə  əskiklik  yükünü  çəkə 

bilmərəm".  O,  belə  deyib  atının  yüyənini  carçının  əlindən  çəkdi, 

nizəsini  öz  mübarək  əlinə  götürdü  və  ilhamlı  bir  dillə  buyurdu: 

"Şəhid  olmaq  istəyən  hər  kəs  mənə  yoldaşdır,  kim  ki,  canını 

qorumaq  istəyir,  qoy  Allah  ona  yar  olsun".  Belə  deyib, 

məhmizləyərək atını cövlana gətirdi, özünü köpək balığı kimi döyüş 

atəşi  dəryasına  atdı  və  ona  doğru  bir  göz  qırpımında  "Allahın 

mərhəmətindən ümidinizi kəsməyin"

399

 [ayəsinə] uyğun zəfər küləyi 



əsdi. Allahın inayəti ilə baş verən maraqlı hadisələrdən biri də budur 

ki,  Vəli  xan  və  təkəli  ləşkəri  aləm  şahzadəsinin  qoluna  hücum 

edəndə,  məğlub  olub  dağıdılan  İsmayılqulu  xanın  və  şamlı 

tayfasının qoşunu müxalif ləşkərin arxa tərfində qalmışdı. Onlar bu 

vəziyyəti  seyr  edib  birləşdilər  və  müxaliflərin  arxa  tərəfinə  həmlə 

etdilər.  Pərakəndə  vəziyyətdə  olan  şamlı  ləşkərinin  cəndavəlu

400

 

Ədhəm xan Türkman onlara müqavimət edə bilməyib məğlub oldu, 



şamlı tayfası isə bu qələbədən sonra özünü təkəli ləşkərinə çatdırdı. 

Elə  ki,  onların  gözləri  önündə  nəvvab  şahzadənin  özü  şəxsən 

                                                           

399


 İfadənin ərəbcəsi: "La təyəsu min  ruhi-l-lahi". 

400


 Qeyd: Bu istilahın mənası bizə məlum olmadı - Ş.F. 

572 

 

hücuma keçdi, bu sətirlərin  müəllifi ali mülazimətdə idi  və nəvvab 



şahzadənin  yanında,  onun  müşahidəsinə  görə,  təxminən  əlli  nəfər 

süvari vardı. 

Amma  yaxşı  müşahidə  etdiyimdən,  mən  bütün  məğlub 

olanların  necə  qeybdən  gələn  bir  ilhamla  döyüşə  cumduqlarını 

görürdüm. Təkəli ləşkərinin tüfəngçiləri tüfəng atan əsnada İlahinin 

məsləhəti  ilə  məğlub  olunanların  içərisindən  bir  güllə  açılıb  Vəli 

xana  dəydi.  Solaq  Hüseynin  Bayram  xan  adlı  bir  oğlu  bundan 

xəbərdar olub irəli cumdu. Elə ki,  gözü hümayun nəvvaba sataşdı, 

atdan düşdü. Nəvvab şahzadə onun gəlişini zəfərin başlanğıcı bilib, 

ona  dayanmaq  imkanı  vermədi  və  səvar  olması  əmrini  verdi, 

həmçinin  at  çapıb  özünü  təkəli  döyüşçülərinin  mərkəzi  hissəsinə 

çatdırdı.  Düşməni  məğlubiyyətə  uğratdıqdan  sonra  beyin  sarayını 

qürur buxarı dolduran təkəli ləşkəri tam qalibiyyətlə gəlməkdə idi və 

güman  etmirdi  ki,  kimsə  onların  önünə  çıxa  bilər.  Elə  ki,  zirzibil 

dəryasının  bu  köpək  balıqları  özlərini  fəna  bəhrində  qərq  olan  və 

başçılarını isə yaralanan gördülər, bir-birlərindən aralandılar, böyük 

məğlubiyyətə  uğrayıb  fərar  vadisinə  üz  tutdular.  Ustaclı  qorçisi 

Ümmət bəy Qarxəs Vəli xana bir nizə vurub onu atından yerə saldı, 

tüfəng  yarasından  taqətsiz  vəziyyətdə  olan  Vəli  xanın  başını 

bədənindən  ayırdı.  O  vəziyyəti  müşahidə  edən  Məhəmməd  xan  və 

türkman  tayfası  hamılıqla  bu  tərəfə  cumdular.  Qoşunlar  bir-birinə 

elə  yaxınlaşmışdılar  ki,  meydanın  darlığından  nizə  atmaq  imkanı 

qalmamışdı.  Üzbəüz  vuruş  başlandı.  Sayca  çox  olan  döyüşçülərin 

arasına düşən iqbal əsgərlərinin üzərinə ox yağdırıldı. 



 

Nəvvab şahzadənin qalibiyyəti, türkman 

və təkəli qoşunlarının məğlubiyyəti: 

 

 Allahın  izzətinə  and  olsun  ki,  bu  qalibiyyəti,  türkman 



sətirlərin  müəllifi  o  vaxtadək  hələ  qorxuya  düşməmişdi.  Amma 

vəziyyəi belə  görüb bərk  vahimələndi, çünki az  adam çox adamın 

arasında  qalmışdı.  Nəvvab  şahzadə  və  müqəddəs  məiyyətin 

mülazimləri  yarım  ləhzədən  də  az  bir  vaxtda  irəli  şığıdılar.  Ali 

ləşkərdə olanlar bərk heyrətdə idilər ki, elə bu zaman Tanrı onların 

indadına  çatdı.  Allahın  köməyi  ilə  o  igidlik  meydanının  şahsüvarı 

igidcəsinə  həmlə  edib  atının  cilovunu  türkman  qoluna  dəğru 

yönəltdi,  özünü  onların  mərkəzinə  (qəlb)  çatdırdı.  Oxatanların 



573 

 

bəziləri bir-iki ox atdılar, qalanları isə ox atmağa macal tapmayaraq, 



kamanlarım yerə tullayıb (dağılışdılar və) fərar etdilər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin