AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə62/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   58   59   60   61   62   63   64   65   ...   96

Misra 

 

"Xırdaçılıq etməsin kiçiklərə böyüklər"



448

 

Kəlarına  əməl  edərək,  yar  və  mədədkar  kimi  himmət 



göstərsinlər, beləliklə də, izzətli olan həzrət Rəbbin köməyi, habelə 

ilahi  kömək  sayəsində  bizim  xəyal  dəftərimizdə  (cəridc)  yazılan 

arzu  öz  çöhrəsini  ən  yaxşı  şəkildə  açsın,  qoy  kitabın  həl 

tamamlanmayan ikinci səhifəsi bəyan qələmi ilə, yuxarıda deyildiyi 

kimi,  göstərilən  həmin  iki  məqsədlə  yazılsın.  Kamalının  vəsfi 

kitabın  "Dibaçə"sində  yazılan  o  səadətmənd  şəxsin  vasitəsi  ilə 

                                                           

448


 Misranm farscası: 

Bozorgan xorde bər xordan nəgirənd. 



652 

 

(kimin?  - Ş.F.) bizim  yazdığımız [bu əsər] Cəm qədir-qiymətli [və] 



Süleyman  İqtidarlı [şahın] xatir  əhifəsində yüksək səviyyədə qəbul 

olma  səadətinə  yetişsin,  məmləkətlər  alan,  qanun-qayda  öyrədən 

məclislər  bəzəyi  olan  [şah]  bu  bəlağət  şəbistanının  tazə  gəlini  ilə 

(yəni  "Tarixe-Aləmaraye-Abbasi" kitabı ilə  - Ş.F.) əqd bağlasın  və 

əbədi olaraq (əbədüd-dəhr) ondan yaxşıca kam alsın. 

 

Biz yazdıq, əbədi qalsınlar barı  



Məşhur adamların məşhur adları

449


  

 

İrəc Əfşarın izahatı: İkinci kitabın sonunda verilmiş on bir 



məqalə  1099-1116-cı  səhifələrdə  çap  olunmuşdur,  lakin  həmin 

məqalələr  373-cü  səhifənin  17-ci  sətrindən  əvvəl  yazılmalıdır. 

Əsərin daş basması nüsxəsində o hissə yoxdur. 

Qeyd:  Biz  İrəc  Əfşarın  məsləhətinə  əməl  etdik  və  onun 

etmədiyi işi yerinə yetirdik. Möhtərəm oxucular, biz beləliklə ustad 

İrəc  Əfşar  tərəfindən  "Tarixe-aləmaraye  Abbasi"  əsərinin  II 

kitabının  sonunda  verilən  on  bir  məqaləni  dərc  olunduğu  yerdən 

çıxarıb ardıcıllıq naminə birinci cildin sonunda verməli olduq. 

 

Şahin Fazil 

 

 



                                                           

449


 Beytin farscası: 

Ke bagi bovəd əz səna göstəran  

Həmi dər cəhan name-namavəran. 

 


653 

 

 



İSGƏNDƏR BƏY MÜNŞİ 

TÜRKMAN DÜNYANI 

BƏZƏYƏN ABBASIN TARİXİ 

 

 

 

 

 

(Tarixe-aləmaraye-Abbasi) 

(İkinci cildin birinci yarısı) 

 

 

 

 

 

BÖYÜK ŞAH ABBASIN 

HAKİMİYYƏTİNİN İLK 

 OTUZ İLİ 

 

 

654 

 

 



Bismillahir-rəhmanir-rəhim!

450

 

Mülk və din, din və dövlət nizamlayıcılarının, habelə mülk 

və  millət  taxtını  bəzəyənlərin  görəcəkləri  işlər  qoşa-şoşa  (toəman) 

olduğundan  kamkar  padşahların  səltənət  və  aləm  bəzəyən  səhifəsi 

ədalət,  ehsan,  mehribanlıq  (rafət)  və  inam  yaradılmadan 

qiymətləndirilməyəcəkdir. O əzəmətli işlərin hər biri (yəni mülk və 

din, din və dövlət, mülk və millət - Ş.F.) Allah əhədiyyət dərgahının 

ən  öncül  himməti  olduğu  üçün  "həmin  işləri  ədalət  və  ehsanla 

(xeyrxahlıqla  -  Ş.F.)  həyata  keçirərək"

451


  xilqətin  (xəlqullah) 

qorunmasında  böyük  səylər  göstərmişdir.  [Buna  görə  də] 

padşahların yüksək mənsəb dərəcəsi şöhrətlənmiş və hər iki cahanda 

əbədi  və  izzətli  hökmranlıqla  işıqlanmışlar.  Xilqət  karxanasına 

bəsirət  gözüylə  baxan  tədqiq  aləminin  təhqiq  ərbabları  vahidliyin 

sifat*  və  kamalının  təzahürünü  görən  şəxslərdir.  Adil  zilləllah 

sultanı  onlar  peyğəmbərliyin  və  vəlayətin  hissələrindən  bir  hissəsi 

saymışlar. 

 

Beyt[lər] 

 

Şəriət sahibi ol, ürəyə gir ədl ilə,  

Peyğəmbərlik qapısı döyülsün ədalətlə.  

Ədalətin nuruyla cahanı bəzəyir  

Haqq, Yeri, göyü qoruyan ədldir, qoruyacaq!

452


 

 

Əlhəmdülillah  ki,  kamil  zat  (Allah  -  Ş.F.)  cahan  padşahı 



(xədiv)  və  zaman  pəhləvanına  xas  olan  surət  və  mənan  bəzəmiş, 

kamkar,  kambəxş  və  kamran  xosrovun  adı  bu  səhifənin  ünvanını 

                                                           

450


  Qeyd:  Tərcüməmizin  bu  səhifəsindən  başlayaraq  773 -cü  səhifəsindən 

haşiyələrdəki rəqəmlərin sıralanmasında dəyişiklik nəzərə çarpır və s. 249 m-dən 274 

m-ə  qədər  davam  edir.  Bu  hal  naşir  İrəc  Əfşarın  "Tarixe-Aləmaraye-Abbasi"nin 

başqa nüsxəsindən istifadə etməsi üzündən baş vermişdir - Ş.F. 

451

  Ərəbcə: 



“Məmurun əmrun innə-l-lahə yəmuru bi-l-ədli və-l ihsəni”. 

452


 Beytlərin farscası: 

Ədl kon z-anke dər vəlayəte-del Dəre-peyğəmbəri zənəd adel 

Həqq cəhanra be nure-ədl arast,  

Aseman-o zəmin ze ədl bepast. 



655 

 

gözəlləşdirmişdir.  Ədalət  və  fatehliyin  qəsri,  sərvərlik  taxtının 



zinətini  daha  da  artıran,  ədalət  yayan  tac  (deyhim),  əql  və  elm 

cahanının  hökmranı,  yaranış  (afərineş)  dəryasının  yeganə  gövhəri 

hər tərəfin (çahar baleş), dövlət və kamkarlıq sultanı, ədalət (nəsfət) 

və  bəxtiyarlıq  taxtı  son  Peyğəmbərin  qohumu

453

  [həzrət  Əlinin] 



(şahe-mərdan)  sədaqətli  qulamı  [olan  şah]  öz  əqidə  bolluğu  və  saf 

etiqadı ilə özünü o həzrətin astanasının iti hesab edir. 

 

Şer 

 

İqbal taxt-tacının dürrü sayılan,  

Cah-cəlal şe rinin şahbeyti olan,  

Peyğəmbər nəslinin fəxri tək qalan  

Abbasdır din şahı, dövr xosrovu.

454


 

 

"Allah-təala  onun  dövlət  və  xilafətinin  bayrağını  uca 



etsin"

455


  kimi  kəramətli  şivəsi  ilə  vasil  olmuşdur  və  daxili  feyz  ilə 

doludur. Cahanın məskunlaşan hissəsinin dörddə biri (xolaseye-robe 

-  məskun)  olan  və  ən  gözəl  sahəsinə  çevrilən  İran  məmləkətinin 

səltənət  və şahlıq  möhürü bu sülalənin məşhur  və yüksək  məqamlı 

zümrəsindən  [dünyaya  gələn]  həmin  uca  məqamlı  şahın  adı  ilə 

"İstədiyinin  həyata  keçirən  Rəbbinin"

456

  uca  rüknlər  (ərkan) 



divanından  bəzənmişdir.  Aləmin  ağıl  sahibləri  tərəfindən  mədh 

olunmuş  İrəmə  bənzər  bu  məmləkət  amma  zəmanə  quraqlığından 

pərişan (pəymorde) hala düşmüş, o diyar sakinlərinin [xoş] əhvallar 

gülşəni  zəhərli  küləyin  (səmum)  əsməyi  nəticəsində  öz  təravətini 

itirməmişdir.  Amma,  bu  ölkəni  o,  (Şah  Abbas  -  Ş.F.)  yenidən 

solğunluqdan  qurtararaq,  oranın  sakinlərini  bütün  acılıqdan,  isti 

küləklərdən və qəm-qüssədən xilas etmiş və onun xoşbəxtlik və ilahi 

inayəti sayəsində məmləkət yenidən təravətlənmiş və yaşıllaşmışdır. 

                                                           

453


 Qeyd: Peyğəmbərin əmisi oğlu Əli ibn Əbitaleb nəzərdə tutulur. 

454


  Bu  şer  ehtimal  ki,  İran  şairi  Ənvəriyə  məxsusdur  (Bax:  Zəhin  Səmərqəndi. 

Sindbadnamə. Seyid Məhəmməd Bağır Kəmaləddının səyi ilə, Yəzd, 1379) 

Farscası belədir: 

Dorrətot - tace tareke-eqbal  

Şahbeyte - qəsideye – eclal  

Fəxre-ale-nəbiye-şər əsas  

Xosrove-əhd-o şahe-din Əbbas. 

455


  Ərəbcəsi: "Ələ Allah-Təalə livaə davlatihi və xilafətihi".  

456


  Ərəbcəsi: "Rəbbikə yəfəlu ma yəşaə". 

656 

 

Birinci  səhifədə  qələm  bəyan  etdi  ki,  gündən-günə 



genişlənən (ruzəfzun) səltənət iqamətgahı və möhkəmlənən bu əbədi 

xilafət  səadətli  şahın  [hakimiyyətə]  gəlişi  ilə  behiştin  (darül-

xüludun)  qibtəsinə  səbəb  oldu,  o  həzrətin  əbədi  dövlət  gülşəninin 

kol-kosları  (xəs-o  xar)  olan  alçaq  aqibətli  düşmənlər  zaman 

qəhrəmanının  qəhr  atəşinin  alovundan  yandılar  və  ədəm  yoluna 

yollandılar.  O  həzrət  Allahın  ədli  ilə  öz  alişan  atasını  əvəz  edərək 

heç  bir  maneçilik  və  münaqişə  olmadan  İran  hökmranlığına  və  öz 

aliməkan  ata-babasının  qələbə  bəxtli  təxtinə  əyləşdi.  Heyrət  və 

sahmansızlıq (bisərəncami) səhrasında qalan bütün qızılbaş tayfaları 

o  həzrətin  qiymətli  vücudunu  asiman  hədiyyələrinin  ən  seçilmişi 

(gəzin)  və  ilahi  ənamlarının  (ətaya)  ən  yaxşısı  (behin)  bilib,  onun 

səadətli  qədəmlərinin  atılmasından  şadiman  oldular,  onların  şadlıq 

və  mübarəkbadlıq  səsləri  yenidən  qalxaraq  mələklər  aləminə 

(mələkut) çatdı. Uca minbərlər, pul və dinarlar onun hümayun adı və 

ləqəbiylə bəzəndi, ilahinin seçdiyi [o həzrətin] səltənət və padşahlıq 

səsi,  xilafət  və  şahənşahlıq  avazı  bütün  dünyaya  yayıldı.  Hər 

tərəfdən  gələn xalqlar (xəlayeq) onun Saturn (Keyvan) bürcünədək 

ucalan  dərgahına  üz  tutdular,  peşkəşlər  yağdırdılar.  Adamların 

dilləri belə söyləyirdi: 

 

Şer 

 

Bu dövlətdən, bu mülkdən, ey şah, al kam,  

Fələk rəhbər olsun sənə, bəxt ram.  

Təxtü tacın olsun sənin mübarək, 

Kəyan taxtına vurmusan bər-bəzək.  

Bəzə şahlıq taxtını, ey hökmdar,  

Şahənşah olmağa ləyaqətin var.  

İnayət edərsə Pərvərdigarın,  

Qəza zamin olar; qədərsə yarın.  

Təbii ömr qismət olsun sənə,  

İşıq səpsin həxtin cahan üstünə.  

Nəsibin ola səadət, cah-cəlal,  

Yüz iyirmi il padşahlıqda qal

457


 

                                                           

457

 Şerin farscası: 



Şəha, molk-o dovlət bekame-to bad, 

Fələk peyrov-o bəxt rame - to bad. 



657 

 

 



O həzrətin parlaq (mənus) cülusunun tarixini İraqın istedad 

sahibləri  (mostoedan)  "zilləllah"  sözündə  tapmışlar  və  cülusun 

[maddeye-] tarixini nəzm ipinə belə çəkmişlər: 

 

[Maddeye-] tarix 



 

Elə ki, səltənətin taxtında  

Gəlib etdi cülus o şahənşah,  

Allahın kölgəsi idi sanki,  

Gördü ol kölgəni ibadullah* 

Qəlb həmin tarixi bilmək dilədi,  

Eşidildi bu səda: "Zilləllah ".

458


 

 

O  [həzrətin]  şərafətli  adını  ifadə  edən  "Əbbase-bahadur 



xan"  [ifadəsi]  də  onun  hümayun  cülusunun  [maddeye-]  tarixidir, 

Allah  tərəfindən  qeybdən  gələn  sədadır  (elhamate-qeybi),  rəmzdir, 

Rəbbin mütləq buyruğudur: 

 

[Maddeyi-] tarix 



 

                                                                                                               

Mobarək bovəd bər to tace-şəhan, 

Ke bər tost zibənde təxte-Kəyan. 

Bər aray ovrənge-fərmandehi, 

Ke həsti sezavare-şahənşəhi. 

Bovəd əz enayate - Pərvərdigar 

Qəza ba to ram-o qədr ba to yar. 

Be omre-təbii rəsəd sale-to, 

Bovəd gitiəfruz eqbale-to. 

Bemani befərxondegi-yo cəlal 

Bər ovrənqe-şahi səd-o bist sal. 

Qeyd:  Bu  şerin  son  misrasındakı  "yüz  iyirmi  il"  rəqəmi  məni  çox  düşündürdü. 

Fikirləşdim  və  yadıma  məşhur  ərəb  tarixçisi  ibn-Xəldunun  hansı  əsərindəsə 

oxuduğum bir fikir düşdü. Onun yazdığına  görə  hər  hakimiyyətin ömrü yüz iyirmi il 

kimi müəyyənləşdirilmişdır - Ş.F. 

458

 Maddeyi-tarix 



Kərd bər məsnəde-şəhənşahi  

Çon colus an şəhe-hümayungah  

Bud çon sayeye-xodaye-cəhan,  

Saye əndaxt bər ibadullah.  

Sale-tarix del tələb mikərd,  

Hatefi bang zəd ke "Zilləllah". 



658 

 

İran şahı xaqanlıq taxtında cülus etdi, 



Tarix bu kəlam oldu: "Əbbase-bahadurxan".

459


 

 

 



Ümüdvarıq  ki,  onun  səadət  peyvəndli  hakimiyyəti  həzrət 

sahibül-əmrin  (İmam  Mehdinin  -  Ş.F.)  zühur  vaxtına  qədər  davam 

edəcəkdir.  Qoy  onun  ədalətinin  nuru  bütün  dünyaya  yayılsın 

(gostərde  bad).  Qoy  onun  xilafət  qəsri  dövran  hadisələrinin 

zərbələrindən  qorunmuş  olsun.  Qoy  onun  dövlət  baharına  xəzan 

afəti toxunmasın. İxlas yolunun yolçuları, həmçinin ata-babaları ilə 

birlikdə  bu  qiymətli  astanənin  iradət  sırğaları  qulaqlarında  və 

xidmətkarlıq  köynəkləri  əyinlərində  olan  bu  uca  ziyarət  evinin 

dövlətxahları  bu  zamanə  padşahının  xidmətində  yüksək  divan 

vəzarəti vəzifəsi ilə şərbülənd olmuşlar. Bu kitabın iqbal dibaçəsi o 

səadətmənd  [şahın]  məşhur  adı  ilə  bəzənmiş  və  birinci  səhifənin 

yuxarısında onun kamalı vəsf olunmuşdur. Qoy o sultanlar sultanına 

xas  bolluq  bağının  səmərəli  nihalı  və  ədalət  bağçasının  səadət 

meyvəli  ağacı  barlı-bəhərli  olsun  o  dünya  xosrovu  izzətlənsin  və 

afiyətdə olsun. 

Əmma bəd (amma sonra - Ş.F.), əbədi dövlətin ən kiçik və 

sədaqətli  qulamlarından  olan  bu  kitabın  müəllifi  həzrət  Allah-

təalanın  köməyi  ilə  İranda  baş  verən  hadisələri  bu  vəlayətnişan 

xanədan  hakimiyyətinin  zühurunu  məna  aləminin  şəhriyarları  olan 

əlahəzrət  zilləllah  şahın  ali  məqamlı  əcdadının  əhvalatlarını,  onun 

səadətli  doğuşu  (vəladət)  zamanı  baş  verən  hadisələri,  həmçinin 

hicri tarixlə doqquz yüz doxsan altıncı (miladi 1587/88) ilə bərabər 

olan  bu  donuz  ilindəki  hadisələrin  qısa  icmalını  ki,  birinci  cilddə 

münşiyanə  ibarəsiz  və  istiarələrsiz  deyimlərlə  yazılmışdır,  başa 

çatdırdı. Həmçinin birinci səhifədə işarə olunduğu kimi, [bu kitabın 

müəllifinə] əgər ömür vəfa eləsə və əlinə fürsət düşsə, hekayətlərin 

rəmzi olan bu kitabı o, şərafətli idarələr və ləyaqətdi istiarələrlə yazı 

ipinə düzərək qələmə alacaq və kitabın yazılışı vaxtı biixtiyar oraya 

düşmüş  yararsız  yazıları  (zəvayed)  ki,  tarix  fənni  üçün  vacib 

deyildir, atacaq, nəzm  və nəsrlə elə bir nüsxə yazacaqdır ki, həmin 

nüsxə kamil nəzərli (balegnəzər), yetkin təbiətli (sahebtəbiət) və ali 

                                                           

459

 Maddeye-tarixin farscası: 



Bər məsnəde-xaqani zəd təkye şəhe-İran,  

Tarixe-colusəş şod "Əbbase-bahadur xan". 



659 

 

xasiyyətli  (alifetrət) adamlar tərəfindən qəbul olunacaqdır. İndi isə, 



sabiqdə  vəd  etdiyimiz  kimi  bizim  məqsədimiz  budur:  Bu  səhifədə 

bir qərnlik səadətə malik olan, həqiqətən [o həzrətin] hakimiyyətinin 

başlanğıcı  və  xilafət  taxtına  cülusunun  birinci  ili  hesab  olunan 

vaxtdan  başlayaraq,  onun  dövründə  İran  səltənətində  baş  vermiş 

hadisələr  əks  olunacaqdır.  Müəllif  öz-özünə  belə  fikirləşdi: 

Ərəblərdə  ilin  başlanğıcı  hicri  tarixlə  məhərrəm  ayının  birindən 

başlayır və əcəm əhli bu tarixi başa düşməz. Türklər (ətrak) və əcəm 

əhli  üçün  ilin  başlanğıcı  novruzun  başlanmasıdır.  Novruzun 

başlanması  isə  aləmi  bəzəyən  baharın  əvvəlidir.  Yeni  novruzun 

gəlməsindən  ötrü  gərəkdir  ki,  dörd  fəsl  bitmiş  olsun  və  yeni  il 

başlansın.  Məhərrəm  ayı  isə  türk  ilinin  [əvvəlində  yox], 

içərisindədir.  İstedad  sahiblərinin  yazdıqları  tarixlər  isə  türk  ilinin 

[başlanğıcı  ilə]  uyğun  gəlmir,  yəni  o  tarixlərin  bəzisi  sabiq  hicri 

tarixi ilə düz gəlir, bəzisi isə yox. Yəni ya azdır, ya da çox. Bu həqir 

zərrə  (yəni  İsgəndər  bəy  -  Ş.F.)  borcludur  ki,  "Aləmara"  kitabı 

anlaşılmazlıqdan  və  müşkülatdan  uzaq  olsun  və  hamı  tərəfindən 

başa  düşülsün.  Biz  həmin  ixtilafın  olmamasından  ötrü,  hamı 

tərəfindən  daha  aydın  anlaşıları  türk  ilini  əsas  götürdük  ki,  həm 

hadisələr əhatəli, həm də cahandarlıq yolunun yolçuları üçün aydın 

olsun. 


Qoy  bu  dövran  yeganəsinin  (Şah  Abbasın  -  Ş.F.) 

hakimiyyəti  dövründə  ilbəil  baş  verən  hadisələr  həzrət  Allahın 

köməyi  və  bu  şəhriyarın  səyi  ilə  din  və  dövlət  işlərindəki  tərəqqi 

ilbəil göstərilsin. Baxmayaraq ki, zəfər amallı dövlətin başlanğıcının 

iki-üç ili dövründə iranlıların bəxt ulduzu hələ parlamamışdı və qəza 

lövhəsindəki şəriətə görə bəzi bəyənilməz hərəkətlərin qarşısı alındı, 

amma  Allahın  köməyi  ilə  pis  dövr  keçdi  və  zəmanə  bu  zavalsız 

övliyaların üzünə səadət  və iqbal qapılarını açdı, hümayun bəxt  və 

yuxarıdakı  himmət  qüvvəsinin  səadətindən  (meymənət)  məmləkət 

bağı  ilahi  lütfün  buludları  (səvab)  və  padşahın  hüsni-etinası  ilə 

təzədən  yaşıllaşmağa  başladı,  elə  o  vaxtdan  etibarən  də,  əgər 

məsələlərə bəşirət gözü ilə baxılarsa, xoş əməllər göründü. Əlbəttə, 

bunun  səbəbkarı  həzrət  Yaradan  və  cahan  sultanlarının  gördükləri 

işlər (kar-name) və padşahların dəsturül-əməlləridir. 

İndi,  söhbətimizin  əvvəlinə  qayıdaraq,  qələmin  bundan 

əvvəl  yazdığı  hadisə  bir  də  nəzərə  çatdırılır:  Mürşidqulu  xan  İran 

əmirlərindən  xatircəm  olduqdan  sonra  vəkalət  vəzifəsini  müstəqil 

şəkildə  öz  əlinə  aldı,  divanın  bütün  işlərini  idarə  etməyə  başladı. 



660 

 

Əlahəzrət  zilləlah  şah  səltənət  qəsrinin  və  dövlət  məsələlərinin 



qayda-qanunlarını 

möhkəmlətmək  naminə  Mürşidqulu  xanı 

cahandarlıq  işlərinin  nizamlanması  yolunda  qüvvətli  və  mütləq  bir 

şəxs hesab etdiyindən, onun əzəməti və iqtidarı gün-gündən artırdı. 

O,  ilk  vaxtlarda  mübarək  dövlətxanada  yaşayırdı  və  əmirlər, 

vəzirlər, dövlət başçıları hümayun dövlətxanada onun yanında olur, 

divanın  böyük  və  kiçik  işlərinin  hamısını  onun  məsləhəti  ilə  idarə 

edirdilər.  Bir  neçə  gündən  sonra  o,  dövlətxanadan  çıxıb, 

cənnətməkan  şahın  mərhum  qızı  Pərixan  xanımın  dövlətxanaya 

bitişik olan evində yerləşdi. Ətrafda yaşayan əmirlərdən  Kirmandan 

Vəli xan Əfşar,  Əbrquhdan  Qulu bəy Qorçibaşı Əfşarın oğlu Yusif 

xan,  Şirazdan  Mehdiqulu  xan  Zülqədər  və  Mirzə  Salmanın  oğlu 

Mirzə Abdulla, Qumdan Şahqulu Xəlifə Zülqədər Möhrdarın nəvəsi 

Əliqulu  Sultan,  Astaradan  Əmir  Həmzə  xan  Talış,  Ərdəbildən 

Məhəmməd xan Türkman saraya gəlib ayaqöpmə şərəfi ilə müşərrəf 

oldular.  Qızılbaş  əyanları  hər  gün  ətraf  yerlərdən  şövq  və 

məhəbbətlə  saraya  gəlir,  şaha  mülazim  olmaq  istəyir,  dünyanı 

bəzəyən bu yeni gün doğuşundan onların gözləri parlayırdı. 

Bu  hadisələrin  baş  verdiyi  vaxtlar  təbiətin  mənəvi 

şadyanalıq əyyamı idi  və bir toy  mərasimi də araya  çıxdı, şərafətli 

nəvvaba evlənmək təklif olundu. Bu pak xanədanın şahzadələrindən 

və  hörmətli  banulardan  olan  və  indiyədək  heç  kimə  ərə  getməyən 

Sultan  Mustafa  Mirzənin  (Şah  Təhmasibin  oğlu  -  Ş.F.)  qızını  və 

həmçinin  rəhmətlik  şahzadə  Sultan  Həmzə  Mirzənin  arvadı  olmuş 

Sultan  Hüseyn  Mirzə  (Şah  İsmayılın  nəvəsi  -  Ş.F)  ibn  Bəhram 

Mirzənin qızını mübarək zata (Şah Abbasa - Ş.F.) münasib gördülər. 

O,  həzrətin  icazəsindən  sonra  əzəmətli  üləmalar  və  möhtərəm 

fəqihlər  gözəl  bir  saatda  səltənət  asimanının  iki  Zəhrasının  səadət 

zirvəsinin  Müştərisi  (Yupiteri  -  Ş.F.)  ilə  kəbinini  kəsdilər. 

Cənnətməkan şahın "Səadətabad bağı"  və  "At  meydanı"nda şahanə 

bir bayram və padşanə bir məclisi qurub üç gecə-gündüz toy etdilər. 

Əhalinin  üzünə  eyş-işrət  qapıları  açıldı,  müəyyən  (vəzi)  şərafətli 

insanlar,  yaxın  və  uzaq  (xəvas  və  əvvam)  adamlar  şadimanlıq 

etdilər.  Üçüncü  gecə  müqəddəs  hərəmxana  otağı  o  iki  xanımla 

bəzəndi və onlar səadətə yetişdilər. 

Bu şadmanlıq məclisləri bitdikdən sonra [şah] yüksək qədr-

qiyməti  olan  əmirlərin  hər  birinə  münasib  mənsəblər  və  böyük 

tiyullar verdi. Yusif xan - qorçibaşı, Əli Sultan Zülqədər isə möhrdar 



661 

 

oldu,  Şiraz  əyaləti  Mehdiqulu  xana  çatdı,  Dəli  Budaqın  oğlu  Kor 



Qorxmaz xüləfa mənsəbinə layiq görüldü. 

Amma,  ali  divan  vəzarətini,  məktub  göndərərək,  Mirzə 

Salmanın  oğlu  Mirzə  Abdullaya  verəcəyini  vəd  edən  şah  fikrini 

dəyişdi və həmin vəzifəni Mürşidqulu xanın vəziri olmuş və qalada 

öldürülmüş  Mirzə  Əhmədin  oğlu  Mirzə  Şahvəliyə  verdi.  Xalq 

arasında  "Nisfi-cahan"  ("Cahanın  yarısı"  -  Ş.F.)  adlanan  gözəl 

İsfahan  vilayətini  ki,  cənnətməkan  şahın  xüsusi  mülklərinin 

əksəriyyəti  orada  idi  və  İsgəndər  şanlı  nəvvabın  dövründə  əvvəlcə 

rəhmətlik  Sultan  Həmzə  Mirzəyə,  sonra  iso  Əbu  Talib  Mirzəyə 

verilmişdi,  Mürşidqulu  xan  özünə  götürdü.  Bu  onun  İraqda  etdiyi 

birinci  ədəbsizliyi  və  səhvi  idi.  Qum  ülkası  Süleyman  Xəlifə 

Türkmana, Həmədan Qorxmaz xan Şamlıya verildi. Başqa vilayətlər 

isə  Mürşidqulu  xanın  istəyi  və  təklifi  ilə  əzəmətli  əmirlər  arasında 

paylandı. Ülka, el və oymaq sahibi olmuş hər bir əmirdən Xorasan 

səfərinə  (yürüşünə  -  Ş.F.)  hazırlaşmaqdan  ötrü  ləşkər  və  qoşun 

yığmaq  barədə  sənəd  aldılar.  Belə  qərara  gəldilər  ki,  baharın 

əvvəlində  şahın  dünyalar  alan  ordusu  Xorasana  tərəf  hərəkət  edib, 

İraq  və  Xorasan  ləşkərləri  ilə  birlikdə  Abdulla  xana  hücuma 

keçərək, Herat darülsəltənəsində mühasirədə olanları azad etsinlər. 

 

DONUZ İLİNDƏ, ALİ HÜMAYUNUN CÜLUS ETMƏSİNİN 



BİRİNCİ İLİNDƏ (HİCRİ 996, MİLADİ 1587/88) BAŞ VERƏN 

BAŞQA VAQİƏLƏRİNİN ZİKRİ VƏ ALİ SARAYDA 

ƏMİRLƏR ARASINDA OLAN VƏ BİR DƏSTƏ ƏMİRİN 

QƏTLİ İLƏ NƏTİCƏLƏNƏN FİTNƏKARLIĞIN BƏYANI 

 

Əlahəzrət  zilləllah  şah  hələ  uşaqlıq  əyyamından  Herat 



darülsəltənəsində  Əliqulu  xan  Lələnin  və  şamlı  tayfasının  yanında 

yaşayıb-böyüdüyündən  tamamilə  onların  tərəfində  idi.  Kitabın 

birinci  səhifəsində  yazıldığı  kimi  Əliqulu  xanla  Mürşüdqulu  xan 

arasında mübahisə yarandığından məsələ müharibə ilə nəticələndi. O 

həzrət (Abbas Mirzə - Ş.F.) isə Mürşidqulu xanın ixtiyarına verildi, 

onlar  müqəddəs  Məşhədə  gəldilər.  Mürşidqulu  xan  ustaclı 

tayfasından olduğu üçün o həzrətin xoşuna gəlmirdi, amma dövlətin 

nizamından  ötrü  onun  lələ  olmasına  razılıq  vermişdi.  O,  varisliyin 

qələbə  bəxtli  taxtına  cülus  etdiyi  vaxt  Mürşidqulu  xanın  qədr-

qiyməti  Keyvan  cyvanına  (Saturn  bürcünə  -  Ş.F.)  qədər  ucaldı, 

şöhrət  və  iqtidarını  xeyli  çoxaltdı.  Müqəddəs  Məşhəddən  gələn  və 


662 

 

işin  incəliklərindən  xəbərdar  olan  əzəmətli  əmirlər,  xüsusilə  Pir 



Qeyb xan Ustaclı və qardaşları [xanın] şövkət və iqtidar məsələsinə 

şahın  münasibətini  əvvəl  bilirdilər.  Buna  görə  də  onlar  onun 

iqtidarına tab gətirmədilər, ürəklərində həsəd atəşi alovlandı. Hamısı 

onu  dəf  etməyə  girişdi.  Ali  divanın  vəzarətini  ələ  keçirtmək 

həvəsinə düşən, lakin niyyəti həyata keçməyən Mirzə Salman oğlu 

Mirzə  Abdullanın  təhriki  ilə  onlar  Şiraz  hakimi  Mehdiqulu  xan, 

qorçibaşı Yusif xan, möhrdar Əliqulu Sultan Zülqədər, Əbülməsum 

Türkman  və  Kor  Qorxmaz  Xüləfa  ilə  əlbir  olub  Mürşidqulu  xanı 

aradan götürmək barədə əhd-peyman bağladılar və fürsət gözləməyə 

başladılar.  Alişan  seyidlərdən  olan  Mirmiran  Sədrin  oğlu  Mirzə 

Məhəmməd  Əmin  İsfahandan  gələrək  Qəzvinə  yaxınlaşdığı  vaxt 

Mürşidqulu  xan  əmirlərlə  birlikdə  onu  istiqbal  etmək  qərarına 

gəlmişdi. Əmirlər isə sui-qəsd hazırlayıb belə rəyə gəldilər ki, atını 

dövrəyə alıb, onu qətlə yetirsinlər. 

O  günün  ertəsi  sui-qəsddən  xəbərdar  olan  iki-üç  adam 

Mürşidqulu  xanın  yanına  gələrək  onu  vəziyyətdən  xəbərdar  etdi. 

Mürşidqulu xan da öz havadarlarını toplayıb "At meydanı" yolu ilə 

hümayun  dövlətxanaya  gəldi,  əlahəzrət  şaha  əmirlərin  fitnə-fəsadı 

barədə məlumat verdi. 

Yusif  xan  Qorçibaşının  evində  toplaşan  üsyankar  əmirlər 

Mürşüdqulu xanm artıq onların niyyətindən xəbər tutduğunu və indi 

dövlətxanada  şahın  yanında  olduğunu  bilib  hamılıqla  dövlətxana 

qapısına  gəldilər.  Mirzə  Məhəmməd  Əlini  istiqbal  etmək  bəhanəsi 

ilə  onların  əksər  mülazimləri  və  qoşunları  yaraqlanmışdılar. 

Eşikağası  və qapıçılar onların döyüşçülərinin içəriyə  girişinə  mane 

olmaq istədikdə dərhal hücuma keçdilər, ləngimədən dövlətxananın 

əndərun hissəsinə, "Çehelsütun" sarayına  yar-yaraqla daxil oldular. 

Onlar belə düşünürdülər ki, bu iş şahın məzacına müvafiq ola bilər 

və  onlar  da  o  həzrətin  köməyi  ilə  Mürşidqulu  xanı  asanlıqla  dəf 

edərlər. Əlahəzrət, baxmayaraq ki, Mürşidqulu xanın davranışından, 

onun  bir  çox  məsələlərə  qarışdığından  və  iqtidarından  narazı  idi, 

lakin hüsni-tədbirlə Mürşidqulu xanın tərəfini tutaraq, dövlətxanaya 

icazəsiz  gələn,  əksəriyyəti  qiyam  yolu  ilə  əyalət  hakimliyinə  və 

böyük  mərtəbəyə  qalxan  və  tayfa  başçıları  kimi  özünəxas  rəftara 

malik  olan  həmin  üsyankar  əmirləri  aradan  götürməyi  qərara  aldı, 

çünki  o  camaatı  dəf  etməkdən  ötrü  bundan  yaxşı  bəhanə  ələ  düşə 

bilməzdi. 


663 

 

Xülasə,  əlahəzrət  əmirlərin 



"Çehelsütun"  qəsrinə 

gəlişlərindən  xəbər  tutduqda  onların  yanına  adam  yollayıb  bu 

hücumun  nə  üçün  edildiyini  və  bu  qovğaya  kimin  bais  olduğunu 

soruşdu.  Onlar  isə  ağılsızlıq  edib  azacıq  da  olsa  qorxmazlıq 

göstərmədilər, irəli getməyə cürət etmədilər, öz niyyətlərinin həyata 

keçməsini isə başqa bir vaxta saxladılar. Cavabında ərz edib dedilər 

ki,  Mirzə  Məhəmməd  Əlini  qarşılamaq  istəyirik,  buna  görə  də 

gəlmişik  ki,  əgər  xanın  da  onu  istiqbal  etmək  meyli  varsa,  onunla 

birlikdə  pişvaza  gedək,  əgər  şah  buna  razı  deyilsə  mürəxxəs  olub 

geri qayıdaq. 

Onların  başqa  sözləri  olmadığından  şərafətli  nəvvab 

getmələrinə  izn  verdi  və  dedi  ki,  siz  gedin,  çünki  xan  şahın 

hüzurunda vacib işlərlə məşğuldur və gedə bilməyəcək. Əmirlər öz 

səhvləri  üzündən  geri  qayıdıb,  istiqbaldan  sonra  hamılıqla 

"Səadətabad"  bağına  getdilər  və  anladılar  ki,  bundan  sonra 

Mürşidqulu  xan  tərəfindən  arxayın  ola  bilməyəcəklər,  çünki  artıq 

işin üstündən pərdə götürülmüş, onların müxalifəti zahirə çıxmışdı. 

[Buna görə də] əmirlər ləşkər toplamaqla məşğul olmağa başladılar. 

Beləliklə,  vəziyyətin  başlanğıcında  həlli  asanlıqla  müyəssər  ola 

biləcək bir məsələni özləri üçün çətinləşdirdilər. 

Şah  sonradan  Qorxmaz  xan  Şamlını  əmirlərin  yanına 

göndərib  bu  qiyamın  səbəbini  və  onların  iddialarını  soruşduqda 

onlar dedilər ki, Mürşidqulu xanın hakimiyyətdə olması  və iqtidarı 

ilə  razı  deyillər  və  onun  tərəfindən  əlahəzrət  şahın  bəndələrinə, 

olduqca  pis  qarşı  münasibət  görürlər  ki,  belə  hərəkətlə  qızılbaşlar 

razılaşa bilməzlər və biz onunla əlbir ola bilmərik. 

Əlahəzrət buyurdu ki, sizlər bu dərgahın mülazimlərisiniz. 

Əgər  dövlətxanə  barədə  bir  fikir  xatirinizə  düşərsə,  yaxud 

Mürşidqulu  xanın,  ya  başqa  adamların  iş  rəftarından  nəsə  bir 

şikayətiniz  olarsa,  qayda  belədir  ki,  yalnız  bizə  ərz  etdikdən  sonra 

fərmanınıza  uyğun  olaraq  nəyinsə  icrasına  başlaya  bilərsiniz. 

Özbaşınalıq  edib  qızılbaşların  arasına  fitnə-fəsad  salmaq  və  qoşun 

çəkmək isə üsyan və tüğyan deməkdir. Onların başqa fikirlərə düşüb 

qeyri bir əmələ əl atmamalarından ötrü [şah] onları dəf etmək fikrinə 

düşdü. Əmirlərin bir yerə toplanmalarının qarşısını almaq niyy’ti ilə 

[şah tərəfdarları]   "şahsevən" deyə-deyə car etdilər ki, kim ki, şahın 

mübarək  başını  sevir,  qoy  humayun  dövlətxanaya  gəlih  hizə 

qoşulsun.  Qızılbaş  tayfalan  dəstə-dəstə  gəlib  dövlətxanaya  və  "At 

meydanı"na  doldular.  Əmirlərin  dəstəsi  get-gedə  azalmağa  başladı 


664 

 

və onlar niyyətlərinin baş tutmamasından  məyus oldular. Qorxmaz 



xanı yanlarına çağırıb, onun dili ilə şaha ərz etdilər: "Bizim sədaqət 

və  qulamlığımızda  heç  bir  qüsur  ola  bilməz,  nəvvab  şahdan  da 

olduqca  razıyıq,  amma  biz  Mürşüdqulu  xandan  incimişik.  O, 

bizimlə yersiz rəftar etmişdir. Bizim hər birimiz yüksək divanın ali 

mənsəblərinə  münasib  adam  olduğumuza  baxmayaraq,  bizi  həmin 

mənsəblərə münasib bilmir və heç birimizə öz işimiz verilməyibdir. 

Ondan  [Mürşidqulu  xandan  -  Ş.F.]  çoxlu  hörmət-izzət  görmək 

istəyimizə  baxmayaraq,  bunu  az  hiss  edirik.  Xahişimiz  budur  ki, 

əlahəzrətin  biz  bəndələri  onun  yanına  gedək  və  məğlubedilməz 

dövlətin ləyaqətinə uyğun olaraq aramızdakı bütün narazılıqlar həll 

edilsin". 

Xahişlərinin hələ şaha ərz olunmasından əvvəl belə əmirlər 

bu  qərara  gəldilər  ki,  Qorxmaz  xanın  evinə  gedib  bu  gecə  onun 

mehmanı  olsunlar,  ertəsi  gün  isə  Mürşidqulu  xan  onları  yanına 

çağırar  və hamını hər cəhətdən arxayın edər, beləliklə də Qorxmaz 

xan  sülh  bağlanmasından  ötrü  vasitə  olar,  onları  bir-birləri  ilə 

barışdırar. 

Qorxmaz xan əmirləri öz evinə dəvət etdi. Günün sonunda 

əmirlər  talelərinin  uğursuzluğundan  "Səadətabad  bağından  çıxaraq 

onun evinə  getdilər, gecəni orada qaldılar, Qorxmaz xan da onlara 

mehmannəvazlıq etdi. 

Amma,  dövlətxanaya  yığışan  şahsevənlər  o  gecə  sübhə 

qədər  gözləyib  ehtiyat  yolunu  tutdular.  Ertəsi  gün,  sabit  və  səyyar 

ulduzlar xosrovu [günəş] mina rəngli və dörd payəli fələyin taxtında 

əyləşdiyi  vaxt  Qorxmaz  xan  dövlətxanaya  gələrək,  zülqədər 

tayfasının  ən  ağıllı  adamı  olan  Şiraz  hakimi  Mehdiqulu  xan 

Zülqədərlə  görüşüb  özünün  və  əmirlərin  adından  baş  verən 

ədəbsizliyə  görə  üzr  istədi.  O  giley-güzara  başlayıb  belə  ərz  etdi: 

"Mürşüdqulu  xan  şaha  heç  nəyi  bildirmədən  öz  xeyri  naminə 

məmləkətin  bütün  işlərini  aparır,  şahın  mübarək  möhürlərini 

boynundan  asıb,  hər  şeyi  öz  bildiyi  kimi  həll  edir.  Qayda  isə  belə 

olmalıdır  ki,  bundan  sonra  Mürşidqulu  xan  möhürləri  öz  yanında 

saxlamasın  və  onları  cənnətməkan  şahın  dövründə  olduğu  kimi 

şahın bəndələrinə  versin  və  möhürlər hərəmxanada saxlanılsın, hər 

həftədə iki gün divan çağırılsın, divanda hər birinin öz mənsəbi olan 

və  öz  oymaqlarının  ağsaqqallığını  edən  əzəmətli  əmirlər 

toplaşsınlar, hər tayfanın ülka  və qoşun işləri tayfa ağsaqqallarının 

məsləhəti  və  təsdiqi  ilə  həyata  keçsin  ki,  qorçibaşının,  əzəmətli 



665 

 

qorçilərin, dövlətin sürunları olan hər bir əmirin öz el və oymaqları 



içrisində izzəti və ehtiramı olsun". Şahın bəndələri [habelə] dedilər: 

"İsgəndər  şanlı  nəvvabın  dövründə  də  əmirlərin  iqtidarı,  onların 

işlərə  dəxalət  etmələri  və  bir-birilərinə  qarşı  olan  narazılıqlarının 

qarşısının  alınmasından  ötrü  qızılbaşların  arasında  bir  neçə  dəfə 

fitnə-fəsad  törəndi  ki,  hal-hazırda  elə  işləri  unutmaq  lazımdır. 

Çünki, hər işin ixtiyarı padşahın əlindədir. Biz isə Mürşidqulu xanı 

etimad sahibi kimi qəbul edib, işlərin icrasını ona tapşırmışıq". 

Danışıq  zamanı  Mehdiqulu  xan  səsini  yuxan  qaldırıb  Mürşidqulu 

xana  əsəbanə  sözlər  dedi,  buna  görə  də,  əlahəzrətin  qəzəb  atını 

şölələndi və belə buyurdu: "Ey fitnə-fəsad sahibi olan kişicığaz, biz 

səni Şiraz əyalətinə göndərib, xan rütbəsinə layiq görmüşük. Bundan 

artıq  nə  istəyirsən  ki,  qızılbaşlar  arasında  fitnə-fəsad  törədirsən? 

Özbaşınalıq  edən  siz  kimi  adamların  vücudları  dövlət  gülzarının 

tikanlandırlar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin