ON BİRİNCİ MƏQALƏ
HƏZRƏT TƏRƏFİNDƏN XEYRİYYƏ TƏSİSATLARI
VƏ İMARƏTLƏR İNŞASININ ZİKRİ
Ruzigarın qoynunda o həzrətdən çoxlu xeyriyyə təsisatı
yadigardır. O, təbiətinə uyğun olaraq müxtəlif xeyriyyəçilik işlərinə
(xeyrat), yaraşıqlı binalar (məbərrat) tikilişinə, sədəqə ocaqlarına
(təsədəqat) və imaərətlər inşasına maildir. Əcdadlarından miras
qalmış (mövrusi) və orta dəyəri yüz min tümən olan vəsaiti,
həmçinin özünün əldə etdiklərini on dörd məsuma - onlara salam
435
Elme-ədvar: Bu elm haqqında d-r M.Moin yazır: "Gərdişlər. Zəmanənin (fələyin)
gərdişləri. Yeddi z-ul ərbəə (?) və on üç z-ul xoms (?)dan ibarət 91 musiqi növü (Bax:
M.Moin. Göst. lüğət, c. I, s. 182).
640
olsun - vəqf etmişdir. O həzrət öz məsrəflərindən sonra artıq qalan
yeddi-səkkiz min tümən məbləğindəki pulu şərafətli məkanların
sakinlərinə - üləmalara, xeyirxah insanlara (soləha) və sair xərclərə
məsrəf edir. Sərkare-hümayunun bütün mülkiyyəti və əmlakı [o
həzrət] tərəfindən vəqf malı (vəqfiyyət) hesab edilmişdir, onların
sərf olunmasına məhz özünün məsrəfi kimi diqqət yetirir. Bclə
hərəkət padşahlar arasında (beynəs-səlatin) məhz o həzrətin
bəyənilmiş (həmide) zatına məxsus sifatına aiddir ki, belə iş sabiq
vaxtlarda və ötən qərinələrdə az-az baş vermişdir. O əksər
məmləkətlərdə məscid, mədrəsə, xeyriyyə büqələri, fərəhbəxş və
ürəkaçan mənzillərdən ibarət ali imarətlər inşa etdirmiş, cənnət kimi
gözəl bağ və bostanlar saldırmış və bu işlərin tamamlanmasına nail
olmuşdur. Bütün bunların hər biri haqqında müfəssəl məlumat
verilmişdirsə də, uzunçuluq etməkdən çəkinməyərək bu dəftərin
əvvəlində həmin işlərin xülasəsi bir daha yazılır. Xülasə, səliqə-
sahmanlı ali imarətlərin inşasına, şəhər və vilayətlərin (belad)
abadlaşdırılmasına o həzrət olduqca hərisdir (şəreh). Müqəddəs
Məşhəddə: İmam Rza ziyarətgahı meydanının genişlərdirilməsi,
hündür qəsrlərin inşası, ətrafındakı binaların tikilməsi, möhtərəm
hərəmxananın rəssamlıq işləri və bəzədilməsi, xiyabanların
salınması, xiyaban arası nəhr çəkilməsi, geniş (sodra) rövzə
ziyarətçilərinin və sakinlərin daim xeyir-duasına səbəb olan böyük
hovuzun inşası, şəhər kənarındakı gözəllik və bər-bəzəkdə tayı-
bərabəri olmayan rəbbani arif Xacə Rəbiəl-Xəysəmin* şərafətli
gümbəzinin tikilişi, həmçinin Şahpur Kəsra" qədəmgahının binası
və ona bitişik imarətlər, uca dağdan çəkilən və suyun fəvvarə
vurduğu hovuzun yaradılması, həmin fələk əzəmətli yerdə küçələrin
salınması və ağacların əkilməsi o alicənabın gördüyü işlərdəndir.
Ərdəbil darülirşadındakı - övliyalar nəhəngi
436
, haqq, həqiqət və din
səfisi
437
- onun var-dövləti bol olsun
438
- Şeyx Səfiəddinin şərafətli
atası və əlahəzrət zilləllah şahın onuncu babası - Allah onun izzətli
sirrini müqəddəsləşdirsin
439
- mərhum Seyid Cəbrayılın astanasının
(türbəsinin) inşası, Şeyx Səfiəddin məzarı qarşısındakı qızılı zərih,
gümüşü məhəccər, mübarək bəst divarına (həzire) vurulan başqa
436
İfadənin ərəbcəsi: "Qutbu-l-ovliyai"
437
İfadənin ərəbcəsi: "Şeyx səfiu-l-həqqi və-l-həqiqət və-d-din"
438
İfadənin ərəbcəsi: "Tabə sərahu"
439
İfadənin ərəbcəsi: "Qəddəsə-l-lahi sirrəhu-l-əzizə"
641
bər-bəzəklərin həyata keçirilməsi, rəbbani ariflərdən olan Şeyx
Zahid Gilaninin məzarı yerləşən məqbərənin təmiri və həzrət
sultanül-övliya Şeyx Şəhabəddin Əhərinin* - onların ikisinin də sirri
müqəddəs olsun
440
- türbəsinin bərpası və həmin feyzli məqbərənin
behiştə bənzər bağının salınması o həzrət tərəfindən görülən
işlərdəndir. Cənnətnişan İsfahanda bu işlər inşa olunmuşdur:
Əvvəla, orada, Nəqşe-cahan meydanının cənubunda ali bir came
tikilmişdir. Onun ən kiçik tağı (taqe-məqsure) fələyin doqquz
qübbəli tağına bənzəyir, sanki hərəman
441
gümbəzlərindən bir
nişanədir və onlarla eynilik təşkil edir. Bu məscidə o qədər mərmər
işlənmişdir ki, sanki burada ikinci bir beytül-məmur
442
tikilmişdir.
Dünyanın səyyahları ona oxşar çox az binanı misal göstərirlər.
Xülasə, cənnət görkəmli (firdövsnişan) o məbəd gözəllik, ziynət və
yaraşıqda Əqsa məscidinin həsədinə gəlməkdədir. Dövlətxana binası
qarşısındakı orduqca yaraşıqlı başqa bir məscid, mədrəsə, xəstəxana
(darüş-şəfa), hamamlar, qeysəriyyə, meydan kənarındakı bazargah,
həmçinin balaxanələr (müsafirxanalar - Ş.F.) və ali karvansaralar,
dövlətxananın beş mərtəbədən ibarət dərgahı, Sərvistan, Nigarıstan,
Güldəstə adlanan bər-bəzəkli xəlvətxanalar, beşmərtəbəli imarət,
hovuzlar, Çaharbağ adlanan və təqribən bir fərsəx uzunluğu olan
xiyaban, onun ətrafında salınmış təsəvvürə sığmaz bağ və bostanlar
[o həzrətin işlərindəndir]. Hər bir bağda çox sayda bina tikilmişdir.
Bu xiyabanın ortasında Zayəndərud çayı üzərində qırx çeşmədən (?)
ibarət bir körpü salınmışdır ki, dünya səyyahları onun bənzərini heç
440
İfadənin ərəbcəsi: "Qəddəsə sirruhumə"
441
Hərəman ehramı - Misirin on məşhur fironlarının dördüncü sülaləsinin üç padşahı
hakimiyyətdə olmuşdur: Keops, Kefren və Mirkinus. Onlar hicri-qəməri tarixlə 28-ci
qərinədə yaşamışlar. Onların hər üçünün özləri üçün "daimi məskən" kimi
ucaltdıqları möhkəm sərbabələrindən qüdrətlərinin böyüklüyü açıq-aşkar görünür.
Həmin üç bina ehram, yaxud "üç ehram" ("ehrame-solase") adı ilə məşhurdur. O
ehramlar Menfisin şimalından 10 min zər məsafədə, Cizzə kəndinin yaxınlığında
yerləşir. Bunların ən böyüyü Keops ehramıdır ki, hündürlüyü 146 zər olmuşdur (bu
gün həmin ehramın ucalığı 137 zərdir). Uzunluğu isə 228 zor ölçüsünə bərabər idi.
Kerps ehramı daşlardan inşa olunmuş on böyük ehramdır ki, bütün ehramların dörddə
bir hissəsini (rəbe-məskun) təşkil edir. Kefren ehramı Keopsdan kiçikdir və onun
hündürlüyü cəmi 66 zərdir. Bu ehramın xarici səthi əhəng daşı ilə örtülüdür, amma
hal-hazırda, demək olar ki, tamamilə pis vəziyyətdədir. "Hərəman", yaxud
"hərəmeyn" istilahlan üç ehramın iki böyük ehramına aiddir (Bax: M.Mlin. Göst.
Lüğət, cild I, səh. 202).
442
Beytül-məmur: Deyilənə görə, asimanın 4-cü qatında olan və Kəbəyə bərabər bir
evdir (Bax: M.Moin. Göst. Lüğət, cild I, səh. 307).
642
bir vilayətdə görməmişlər. [O həzrət] təbrizlilərdən ötrü İsfahan
şəhərinin qərbində Abbasabad şəhərini bina etmişdir. Bu şəhər
olduqca səfalı, təmiz və yaşıldır, belə ki, cənnət oraya həsəd aparır
və bütün cahanda məşhurdur. Sanki suyu və gülüstanları eyş-
işrətdən yoğrulmuş Bağe-Kumə adlı elə bir bağ da yaratmışdır ki,
elə bil oraya şadlıq toxumları əkiblər. Bağe-vəhş (heyvanxana -
Ş.F.), Gavxani rübati və başqa rübatlar da [onun tikdirdiyi
yerlərdəndir]. İsfahanın Bərzənə və Didestan adlı məskənləri ilə
Yəzd [vilayətinin] Nəduşən adlanan yeri arasındakı Xərquşi
biyabanında inşa olunan başqa bir rübati [da o həzrət tikdirmişdir].
Həmişə yolçuların gediş-gəlişləri zamanı quldur təhlükəsi yaradan
bu yerlər hal-hazırda əmin-amanlıqdadır. Qəzvin darüssəltənəsi;
Dövlətxana dərgahı, İmarəte-nov adlanan və iki təbəqədən ibarət
olan zərnigar bir xəlvətxana, həmçinin ali bir karvansara və Səadət
(Səadətabad ?) meydanının şərq və qərb səmtlərindəki imarətləri də
[o həzrət] inşa etmişdir. Kaşanda: Bir neçə imarətdən ibarət behiştə
bənzər dövlətxananın ev və eyvanları (rəvaq), həmçinin ürəkaçan
bağlar, hamamlar və karvansaraların salınması, Qəhrud bəndi,
Rübate-Səngin, Rübate-Siyahkuhun tikilməsi, bir neçə fərsəx
uzunluğu olan, daş və əhənglə bərkidilən bir yolun çəkilişi, habelə
inşasına on min tümənə yaxın pul xərclənən Nəməksar-Siyahkuh
yolunun döşənməsi yolçuların xeyir-dualarına səbəb olur.
Cənnətnişan Mazandaranda: [O həzrət] orada dərya kənarında
cənnət görünüşlü Fərəhabad [adlı şəhər] saldırmışdır ki, Təcinərud
adlı çay onun içərisindən keçir. Həmin şəhərdən Sari şəhərinədək
uzanan dörd fərsəx uzunluğundakı yolda ali bir körpü və xiyaban
inşa etmişdir. [O həzrətin] oradakı hər bağda tikdirdiyi ali imarətlər
saysız-hesabsızdır. O cənnətməkan şəhərdə dövlətxana, bazargah,
hamamlar inşa olunmuş, cənnətmisal bağlar salınmışdır. O şərafətli
şəhərin paklığından əhali [kütlələri], ortabab camaat və neçə min
müsəlman və qeyri-müsəlman oraya gələrək, əyyam hadisələrindən
qurtulmuş, hümayun ədalət kölgəsi altında zülm və zəlalətdən nicat
tapmışdır. Hal-hazırda islam şəhərləri arasında bu cür çoxsaylı
əhalisi olan böyük şəhər yoxdur. Amildə və Saridə dəryaçələr,
imarətlər və gözəl bağlar, Barforuşdehdə və Əşrəfdə bər-bəzəkli
evlər, bağlar, çeşmələr və hovuzxana tikilmiş, balaxanaədə isə, adı
çəkilən hovuza qəribə üsullarla su gətirmiş və Nöqrə hovuzuna
axıdılmışdır. Bağat adlanan qəsəbənin yüksək yerində, yarım fərsəx
sahədə bağlar, hamamlar və imarətlər inşa etdirmişdir. Həmin
643
məkanda qonaq otaqları, qəsrlər, dəryaçə və fəvvarələr, hamam,
behiştə bənzər bağça yaratmışdır ki, görənləri heyrətə gətirir.
İsfahandan Əşrəf qəsəbəsinədək hər dörd fərsəxdən bir elə imarətlər
inşa etmişdir ki, onların əksəriyyətində hamamı olan gecələmə
otaqları, mənzillər, həmçinin bağçalar vardır. Buradakı bütün
evlərdə hümayun şahın qalması üçün lazımi hər şərait yaradılmışdır.
Astrabad qəsəbəsində: Dövlətxana imarəti, Nətənzdə içərisində
dərgah evləri, balaxanələr, hamam və sair olan Tacabad bağını
saldırmış, Nətənz ilə Kaşan arasında isə Bağe-Abbasabadı
[yaratmışdır]. Təbriz darüssəltənəsində: Məzare-Eynəli və Məzare-
Zeynəli adlı məzargahlar salınmış, məscide-şahe-cənnətməkan
imarətləri təmir olunmuşdur. Həmədan hüdudunda: Təzə Çəmçal
şəhərini salmış, Bistun dağı ətəyində ətəbate-aliyyat ziyarətinə
gedən zəvvarların qalmaları üçün bir rübat inşa etdirmişdir. [Bu işlər
haqqında] yazdıqlarımız tamamlandı. Ümidvarıq ki, [o həzrətin]
inşa etdiyi hər bir xeyriyyə binası uğur səbəbi olacaq, bütün tikililər
ruzigarda ondan yadigar qalacaqdır.
ON İKİNCİ MƏQALƏ
O HƏZRƏTİN HUMAYUN HAKİMİYYƏTİ VAXTI
BAŞ VERƏN HADİSƏLƏR, MÜHARİBƏLƏR VƏ
QƏLƏBƏLƏRİN ZİKRİ
O həzrət bütün işlərini İlahi dərgaha bel bağlayaraq icra
edir. Elə buna görə də ona fəth, qalibiyyət və zəfər qismət olur.
Səadət qismətli (mənus) cülusunun başlanğıcından (bədayət) bu
günədək fütuhat qapıları onun üzünə açıq olubdur. O həzrətin
cahandarlığı vaxtı baş verən mühüm hadisələr, qızğın müharibələr
və qol gücü ilə ələ keçirdiyi yerlərin hər birisi barədə bu dəftərin
zeyl [hissəsində] öz məqamındaca məlumat veriləcəkdir. Bu kitab
baş verən hadisələrin icmalıdır. Xülasə, [şahın] taxta cülus etməsinin
əvvəlində dövlət gülüstanı çör-çöp ilə dolmuş, öz paklıq və tərafətini
itirmişdi. Bəzi aqibətsiz və təkəbbürlü insanlar başlarını günah
cibindən çıxarıb (yəni itaətsizlik edib - Ş.F.) təkəbbür və cəbr
bayrağını göyə ucaltmışdılar. Buna görə də o həzrət daxili
düşmənin (döşməne-xanəgi) aradan qaldırılmasını vacib saymış,
paytaxtdan İsfahana, oradan isə Şiraza gedərək Estəxr qalasına
sığınan Yaqub xan Zülqədəri və Kirman qalasında daldalanan Yusif
644
xanı dəf edərək geri döndü, sonra Dövlətyar Siyahmənsurun
qalasının alınmasına, o üsyankar zəlilin (məxzul) məğlubiyyətinə
başladı, qələbə əldə etdikdən sonra qalanı viran, özünü isə məhv
etdi. Rum padşahına üz tutan və onunla qayıdaraq ixtilafa başlayan
Lahican Gilanın valisi Xan Əhmədin üstünə həmin vilayəti
almaqdan ötrü qoşun göndərdi. Onu o məmləkətdən çıxardı, oranı
[da] fəth edərək vilayət torpağına əlavə etdi, bütün Gilanatı tüğyan
orbabının üsyan tör-töküntüsündən təmizlədi. Sindan qalasını ələ
keçirərək müstəqillikdən dəm vuran Bayandur xanın oğlu Əmir
Həmzə xanı öz hüsni-tədbiri və nurlu ağlının sərrast işləməsinə görə
məğlubiyyətə uğratdı, həmin qalanı [da] fəth etdi. Öz irsi mülkü
olan Mazandaranın və Rüstəmdarın qalalarını ki, həmişə üsyankar
məlikləri* arasında bölüşdürülmüş və üsyan məkanı olmuşdur,
onların hər birinin qülləsinə himmət kəməndi ataraq iqbal gücü
sayəsində tutdu, onları məhsurə məmləkətlərə daxil edib əminlik və
amanlıq məkanlarına çevirdi. Luristana qoşun çəkərək, [orada]
tüğyan və üsyana başlayan Şahverdi xan Lur Abbasini ələ keçirdi, o
dudmanın başından tüstü (dud) çıxardı. Məmləkətlərin və yolların
hər tərəfini hər bir tayfa aqibətsizlərinin tör-töküntüsündən
təmizlədikdən sonra Xorasan yürüş tədarükünə başladı. AbduUaxan
Özbəkin oğlu Əbdülmömin xan bir-iki dəfə Xorasana gəlmiş,
Nişapur və İsfərayin qalalarını tutmaq əzmində olmuşdu. Qələbə
ayəli qoşun onunla savaşa şığıdı, xanın müqavimət gücü
olmadığından müzəffər ləşkərin qarşısına çıxmadı. Nəhayət, vaxtın
tələbinə müvafiq
443
və vaxta münasib olaraq cahanı fəth edən ordu
Herat darüssəltənəsinə yürüş etdi, Pole-Salar və Robate-Pəryan
yaxınlığında Canı bəy Sultanın oğlu, Dinməhəmməd xanınsa bacısı
oğlu olan və Əbdülmömin xanın öldürülməsindən sonra Herat
darüssəltənəsində hökmdarlıq taxtında qərar tutan Dinməhəmməd
xan ilə vuruşdu, ona qələbə çaldı, xan meydanda yaralanaraq axirət
dünyasına yollandı. Nəticədə, Xorasan mülkü bu əbədi dövlət
övliyalarının əlinə keçdi. O həzrət oradan çıxaraq qiyam qaldırmış
Astrabad vilayinə hücuma başladı və "qarageyimlilər dəbini"
("rəsme-siyahpuşi") aradan qaldırdı. Ertəsi il, o həzrətin köməyi ilə
öz irsi mülkünə sahiblənən Şahican Mərvinin (Mərve-Şahican)
valisi Nurməhəmməd xan üsyana qalxıb müxaliflik əlamətləri zahir
etdi. [Buna görə də], müzəffər ordu ona qarşı döyüşə yollanaraq
443
İfadənin ərəbcəsi: "bi moqtəda əl-ümuri mərhunətuhu bi ovqatihə".
645
xanı tutdu, Əbivərd, Nisa, Bağbad, Dərun və Mərv qalalarmı
Xorasana əlavə etdi. Min onuncu ilə müvafiq gələn pələng ilində
(miladi 1601) özbəkləri cəzalandırmaq və onların vilayətini viran
etməkdən ötrü Bəlx səmtinə ləşkər göndərdi. Möhkəmlikdə dünya
şöhrəti qazanan, əvvəlki sultanların oranı altı aydan az vaxtda ələ
keçirə bilmədikləri Əndxod qalasını
444
cəmi bircə gün mühasirədə
saxladı, ikinci gün fəth etdi. Bəlxdə iyirmi günədək qalaraq orada
iqamət çadırları qurdu (yəni dayandı - Ş.F.), Mavərənnəhr və
Türküstanda padşah olan Dinməhəmməd xan Özbəkin qardaşı Baqi
xan şəhərə pənah aparıb onunla qarşı-qarşı gəlməyə cürət etmədi,
[şah isə] həmin vilayəti hadisələrin taracına verib (yəni qarət edib -
Ş.F.) geri döndü. Rumilərin işğalına məruz qalan, amma neçə-neçə
illər qızılbaşların məskənləri (gurxanə) olan Azərbaycan və Şirvan
torpaqlarının onların əllərində qalmasına o həzrətin şahlıq qeyrəti
razılaşa bilmirdi. Həmçinin əmirlər və sərhəd hakimləri də cəlali
olmuş, xoşagəlməz hərəkətlərə başlamışdılar ki, bu da əvvəlki əhd-
peymanın pozulması demək idi. Min on birinci ilə (miladi 1602/03)
bərabər olan dovşan ilinin payız fəslində həmin şəhərləri geri
qaytarmaq əzmi ilə yürüşə keçən o həzrət Təbriz şəhərinin
kənarında bəylərbəyi Əli paşa ilə savaşıb onu məğlubiyyətə uğratdı
və əsir götürdü, qoşununu isə şəmşirə yem etdi, [bir qədər]
mühasirədən sonra, Təbriz qalasım tutdu. Oradan Naxçıvana getdi
və oranın fəthindən sonra İrəvan qalalarını mühasirəyə aldı,
mühasirə müddəti yeddi ay uzandı. Üç qaladan ibarət olan olduqca
möhkəm İrəvan qalası nəhayət bəxtin gücü ilə fəth edildi, Çuxur-
Səd vilayəti və oranın ətraf yerləri ələ keçirildi. Min on üçüncü ilə
(miladi 1604/05) bərabər olan ilan ilində Van bölgəsində iqamət
edən rum ordusunun sərdarı Cığaloğlu məğlub olub, fərar vadisinə
çəkildi. Yenə həmin ilin payızının sonlarında Cığaloğlu təzədən
Rum məmləkətlərinin ləşkərini toplayaraq, Təbrizə doğru hərəkət
etdi. Şah ağır ləşkəri olan rum sərdarı ilə Təbriz yaxınlığında döyüşə
başladı, həmin hədsiz-hesabsız ləşkər üzərində qələbə çaldı,
Cığaloğlu isə məğlub olub pərişan halda Diyarbəkrə qaçdı və orada
varlıq libasını yoxluq küləyinə verdi. Bu məşhur fəthin baş
verməsindən sonra şah ləşkərini Qarabağ səmtinə çəkərək Gəncə
qalasını mühasirəyə aldı. Dörd-beş aydan sonra o, başı göyə çatan
444
Qeyd: Əndxod qalası hal-hazırda şəhərdir, qalası yoxdur, "Əndxoy" adlanır. Bu
sətirlər müəllifi Əfqanıstanda işlədiyi vaxt dəfələrlə orada olmuşdur - Ş.F.
646
qalanı fəth etdi. Qaladarlıq ctməklə məşğul olan qala hakimi
Məhəmməd paşanı qaladakılarla birlikdə öldürdü, oradan çıxıb
Tiflis, Tumanus və Lori qalaları üzərinə yollandı. Qiyamət təsirli
ləşkərin hücumundan o qalaların paşaları və mühafizləri qorxuya
düşərək aman istəmək və qalaları təhvil verməkdən başqa çarə
tapmadılar. Həmin qalalardan xatircam olduqdan sonra Şirvan
məmləkətinin qalaları üzərinə üz tutdu. Qışın oğlan çağında, yağış
və qarın güclü yağdığı bir vaxtda Şamaxı qalalarını mühasirəyə aldı,
başı fələklər fələyi ilə yarışan uca Şamaxı qalasını qol gücü və iqbal
qüvvəti ilə fəth edərək, qala hakimi Əhməd paşanı mühasirədə olan
bütün rumilərlə birlikdə aradan götürdü, həmçinin Dərbənd və
Badkubə qalalarını Şirvanın başqa qalaları ilə birlikdə zəbt etdi.
Rumiyyələr padşahın bir neçə yol qüvvət və hücumunu müşahidə
edərək, ona qarşı heç nə edə bilmədikdə baş vəzir Murad paşa sərdar
olub Təbrizə gəldi, amma Təbriz qalasını tuta bilmədi və sülh
xahişində oldu. Paşalar, xüsusiylə Nəsuh paşa, elçilər göndərib bu
tərəfdən sülh (mosalehe) irəli sürünməsini təmənna etdilər. O həzrət
də (Şah Abbas - Ş.F.) əldən getmiş irsi məmləkətləri geri
qaytarması, məmləkətdə sabitliyi təmin etməsi, hərbiçilərin və
rəiyyətin əhvalının yoluna qoyulması baxımından sülhə meyilləndi,
tərəflər arasında gediş-gəliş başlandı və xənnətməkan şahı dövründə
olan sülh [sazişi] yenidən bağlandı. Bu vəlayət nişan dudmana
mənsub adamlar olan Gürcüstan valisi Luvarsab və Təhmurəs üsyan
qaldırdılar. Gürcü kafərlərinin cəzalandırılması zəruri olduğundan,
şah qəza və cihad niyyəti ilə Gürcüstana ləşkər çəkdi, Luvarsab və
Təhmurəsin oğlanları tutulub cəzalandırıldı, Təhmurəsin özü isə
Başıaçığa tərəf qaçdı, Ruma tabe olan gürcü hakimlərinə pənah
apardı. Rumilərlə bağlanan və hələ möhkəm olmayan sülh sazişi bir
ncçə yol Təhmurəsin fitnəkarları və bəzi Şirvan üsyançılarının
təhriki ilə pozuldu. Hümayun məiyyət [Gürcüstan] qayıdışından
sonra, Təhmurəsin islam əhalisi ilə olduqca pis davrandığına görə
[şah] təzədən qəza və cihad bayrağını qaldırıb o diyara ləşkər çəkdi,
Təhmurəsin vilayətindəki gürcü kafərlərini intiqam qılıncından
keçirdi. Gürcülərin yüz min nəfərdən çox qız-qadını əsir alınıb
islamı qəbul etməklə şərəfləndi [Şah] əhalisi çox olan həmin vilayəti
dağıtdı, o diyarın dinən (samet) və dinməyən (nateq) adamlarından
nişan qalmadı, oradan küfr və cəng səsləri [bir daha] eşidilmədi.
Sözün qısası o dudmanın tüstüsü (dud) başlarından uçdu. Təhmurəs
qaçıb idbar diyarında sərgəran oldu. Rumiyyə isə əhd-peymanı
647
pozaraq "Öküz Məhəmməd" adı ilə məşhur olan baş vəzir
Məhəmməd paşanın sərdarlığı ilə qızılbaşlar üzərinə böyük
ləşkər göndərdi. İrəvana gələn paşa İrəvan qalasını iki ay
mühasirədə saxladı, dəfələrlə böyük hücumlara başladı. Amma,
onlar qəhrli döyüşçülərin döyüşləri, qala əhalisinin mərdanə
müqaviməlləri və rumiləri rahat qoymayan iqbal ordusunun
igidlikləri səbəbindən heç bir iş görə bilməyərək xəsarətlə geri
qayıtdılar, onların bir neçə min əskəri məhv edildi, mötəbər
sərdarlar qətlə yetirildi. Abbasın hümayun cülusundan başlayaraq bu
kitabın yazıldığı bu min iyirmi beşinci (miladi 1016) ilədək səadətli
ulduzların bir-birinə yaxınlaşma (eqteran) dövrü oldu. Bütün bunlar
o həzrətin hökmranlığı altında həyata keçirilən hadisələrdir və
həmin hadisələr bu kitabın ikinci cildində mükəmməl yalmışdır. O
həzrətin hakimiyyətinin ikinci qərninin qəziyyələri isə qarşıya
qoyulan məqsəd kimi ikinci cildin ikinci hissəsində yazıldı. İndi isə
ikinci qərnin hadisələri bu iqbal dibaçəsinə əlavə olunaraq səhifələri
bəzəyən qələm vasitəsilə yazılmağa başladı. Xülasə, [qızılbaşlarla]
sülh sazişi bağlayan, əhd-peymanın möhkəmlənməsindən sonra onu
pozan rumilər əcəm diyarına Iəşkər çəkərək məqsədə çatmadan
İrəvandan geri qayıtdılar. Onlar bununla kifayətlənməyib Qara Qrım
tatar qəbiləsinin padşahı Cam bəy Gəray xam özlərinə köməyə
çağırdılar və min iyirmi yeddinci ildə (miladi 1618/19) yenidən
Rum, Misir, Şam məmləkətlərindən və sərhəd kürdlərindən
topladıqları böyük ordunu, baş vəzir Xəlil paşanın sərdarlığı altında
iyirmi min tatar döyüşçülərı və adı çəkilən Canı bəy Gəray ilə
birlikdə qızılbaşlar üzərinə hücuma göndərdilər. Əzəmətli
hümayun Xosrovun (Şah Abbasın - Ş.F.) məiyyəti də İraqdan çıxıb
qarşılaşmaq üçün Ərdəbil darülirşadında dayandılar, əlahəzrət
qüvvətli döyüşçü dəstələrini İran sipəhsaları Qərçiqay xanın
sərdarlığı altında onların qarşısına göndərdi. Məğlubedilməz
[qızılbaş] əskərləri həmçinin Ərzrum bəylərbəyi Həsənpaşa və Canı
bəy Tatanın əlli min nəfərdən ibarət birləşmiş rum və tatar qoşunları
Sərab vilayətinə gəlib çıxdılar, əqbə Şeblinin bu tərəfində döyüş
səfləri bəzədilər. Böyük hərb başlandı, qeybdən gələn döyüşçülərin
köməyi nəticəsində müxaliflər məğlub edildilər. Həsən paşa Sərdar
mötəbər paşalarla birlikdə öldürüldü, həmçinin çoxlu tatar
mirzadələri və kürd döyüşçüləri qətlə yetirildi, Canı bəy Gəray isə
yaralanıb aradan çıxdı. Belə məlallı vəziyyətin baş verməsindən
Xəlil paşa çaş-baş qaldı və yenidən sabiq sülh sazişinin bağlanması
648
xahişində oldu. Tərəflərin elçiləri və xeyirxah adamları yenidən
gediş-gəlişə başladılar, sülh [sazişi] yenidən bağlandı. Qəndəhar
vilayəti, habelə Zəmindavər Xorasandan qoparılaraq Hindistan
hökmdarının zəbti altındaydı. Aradakı qədim dostluğa görə [hind
tərəfinə] hərçənd ki geri qayıtmaq təklif olundusa da, buna əməl
olunmadı. Şahanə qeyrət bu etinasızlığa (mosamehe) dözmədi və
min otuzuncu ildə (miladi 1620/2 l) o vilayətə qoşun çəkildi,
Qəndəhar və Zəmindavər Hindistan hökmdarı olan Şah Səlim ibn
Cəlaləddin Əkbərin işğalından qurtuldu. Habelə, o həzrət həmişə
İran padşahlarının əlində olmuş Süleyman şanlı xaqan Şah İsmayıl
zamanında və cənnətməkan şah [Təhmasibin] hakimiyyətlərinin
əvvəllərində də qızılbaşlarm əllərində olan, sonrasa rumilər
tərəfindən ələ keçirən İraqi-Ərəb vilayətini də geri aldı. Bağdad
qoşunu [isə həmin vaxt] Rum padşahına düşmən kəsildi və qələbə
(təğəlləb) çaldı. [O həzrət] Bağdada qoşun çəkərək darüssalam
qalasının [rumilərdən] geri aldı, İraqi-Ərəbi öz əlinə keçirdi, Nəcəf
torpağındakı həzrət şahənşahın (İmam Əlinin - Ş.F.) müqəddəs
rövzəsinin, həmçinin Ale-əbanın beşinci seyyidüş-şühədasının
(İmam Hüseynin - Ş.F.), Kazımeynin və Əskəreynin - onların
hamısına salam olsun
445
- məzarlarını ziyarət etməklə şərəfləndi. Bu
zaman illərlə şahın yanında qalmaqla əziz və
mötəbər olan Mouravi
adlı aqibətsiz bir gürcü [yağı oldu]. Min otuz üçüncü siçan ilində
(miladi 1623/24) Qəceçiqay xan Sipəhsalar Gürcüstanın zəruri
nizam-intizamını qaydaya salmaqdan ötrü Şirvan və Qarabağ
bəylərbəyiləri və əmirləri ilə birlikdə oraya göndərildi, yuxarıda adı
çəkilən o aqibətsiz adamı da (Mouravini - ş.F.) həmin vilayətin
işlərinə bələd olan və şahın etimadını qazanan adam kimi onlarla
həmrah etdi. Amma o bədbəxt nəməkharamlıq edərək, bir dəstə
gürcü fitnəkarı ilə birlikdə Qərçiqay xana və əmirlərə xiyanət etdi,
fürsət tapıb qəflətən hücuma keçərək adı çəkilən sipəhsaları və
Şirvan bəylərbəyi Yusifxanı qətlə yetirdi, üsyana başladı.
Sərhədyanı yerlərdə ondan və onun üsyankar dəstəsi tərəfindən
çoxlu azğınlıq zahir oldu. [Mouravi] rumilərə birləşib, Rum
padşahına öz itaətini bildirdi. Mesq və Axəsqə Gürcüstanın valiləri
nəslindən olan, şahənşahın iti qılıncının şöləsindən qorxaraq fərar
edən Təhmurəs Gürcü və Əta bəy Ruma tabe olan gürcülər arasında
sərgəran vəziyyətdə yaşamaqdaydılar. [Onlar] Mouravinin çağırışı
445
İfadənin ərəbcəsi: "Əleyhuməs-səlam".
649
ilə geri qayıdıb onunla birləşdilər. Rumilər əlahəzrət şah ilə sülh
sazişinə gələn Sultan Osman paşanı tutub qətlə yetirdilər, onun kiçik
qardaşı Muradı padşah etdilər. Onlar Rum padşahının iqtidar əlindən
çıxarılan və üsyançılar tərəfindən zəbt olunan İraqi-Ərəbi...
[yenidən] tutmaqdan ötrü
446
baş vəzir Hafiz Əhməd paşanı özlərinə
sərdar təyin edərək, oraya getmək məqsədiylə çoxlu qoşunla artıq
Diyarbəkr gəlmişdilər. Əlahəzrət şah əvvəlcə qəhrli qoşunların və
dərgah mülazimlərinin bir dəstəsinin sonra isə qulam, qorçi, tüfəngçi
və başqalarının həmçinin İsa xan Qorçibaşının sərkərdəliyi altında
Azərbaycan əmirlərini Mouravinin fitnəkarlığını dəf etmək
məqsədilə təyin edib irəli göndərdi. Müzəffər əskərlər Gürcüstana
çatdıqda nəməkharam Mouravi, Təhmurəs və Ətabəy xan iyirmi min
nəfər güclü süvari və piyadanı toplayıb zəfərli qızılbaş ləşkərinin
qarşısına çıxdılar. Tərəflər arasında böyük hərb oldu, iqbalın gücü
ilə gürcülər məğlub edildilər, min nəfərədək piyada və süvari gürcü
kafiri müzəffər qazilərin iti qılıncı ilə öldürüldü, Mouravi qaçaraq
Rum diyarına yollandı, Təhmurəs və Əta bəy isə hərə bir yana
gedərək Gürcüstanın meşə və cəngəlliklərində ömür sürməyə, öz
hallarının qeydinə qalmağa başladılar. Hafiz Əhməd paşa saysız-
hesabsız rum döyüşçüsüylə Mouravinin təhriki və gürcü
fitnəkarların təklifi ilə yerindən qalxıb Bağdad darüssalamı üzərinə
ləşkər çəkdi, yüz əlli min nəfər döyüşçü ilə oraya çataraq qalanı
əhatə etdi, oranı ələ keçirməyə çalışdı. Əlahəzrət zilləllah şah bu
böyük hadisənin qarşısını almağa cəhd etdi, hələ müzəffər əskərlərin
əksəriyyətinin Gürcüstan yürüşündən geri dönmələrinə baxmayaraq,
öz qeyrətinin çoxluğundan aləmi tutan (cahanqoşa) bayrağını
qaldırdı. Müzəffər əskərlər hər tərəfdən gələrək hümayun məiyyətə
qoşuldular. [O həzrət] təxminən qırx min adamla darüssalama
gedib-çatdı və onlar Bəhri çay kənarında dayandılar. Tərəflər
arasında bir neçə dəfə güclü hərb oldu. Daxildən qalanı qoruyan
mübarizlər, arxadan iqbal döyüşçüləri, xaric tərəfdən (birun) isə şah
qoşununun şücaətli əskərləri həmin çoxsaylı ləşkərlə döyüşürdülər.
Qalaya toplar düzən rumilər bürclərin dağıdılması və qalatutma
vasitələri hazırlığına başladılar və dəfələrlə yürüş etdilər. Mühasirə
müddəti doqquz ay çəkdi, rumilər bir iş görməyi bacarmadılar.
Onların bir dəstəsinin əksəriyyəti qala çəngində öldürüldü, başqa
446
Qeyd: Bu cümlədəki nöqtə işarələri ya İskəndər bəy Münşi, ya da İrəc
Əfşar
tərəfindən qoyulmuşdur - Ş.F.
650
dəstəsi öldürülmə təhlükəsindən ətraf yerlərə dağılışdı, sağ qalanlar
isə döyüşü tərk edib aradan çıxmağı qənimət saydılar. Acizanə
yalvarışla [şahın] yanına adam yollayan rumilər bağışlanmalarını
(canbəxşi) xahiş etdilər. Şahanə mürüvvət onlara mərhəmət
olunması və maneçilik göstərilməməsinə yönəldi, yəni kiçik bir
hücumla bütün rumilərin müzəffər əskərlər tərəfindən əziləcəyinə
baxmayaraq, [şah] onların geri qayıtmalarına icazə verdi. Rumilər
özləriylə aparmaq imkanı olmayan topları öz yerlərində qoyaraq
yarımcan halda çıxıb getdilər, İraqi-Ərəb yenidən bu güclü dövlət
övliyalarının əlinə keçdi. Əvvəlki əməllərindən peşiman olan
Təhmurəs Gürcü günahlarının əfv olunmasını rica edərək xəbər
göndərdi: "Bundan sonra bəndəlik sırğası qulağımda, qulamlıq
kəməri çiynimdə olacaqdır". Onun barəsində belə, bir əfv hökmü
yazıldı: "Əgər öz istək üzünü bu cahanpənah dərgaha gətirib ayaq
öpmə şərəfinə yetərsə, şahanə əfvə layiq görüləkdir”. Gürcüstana
hücum (fetrət) zamanı rumiyyənin əlinə keçmiş Axəsqə qalası İsa
xan Qorçibaşının səyi ilə zəbt olunub qaladar mübarizlərə verildi.
Özbək sultanları da o həzrət ilə tərəfdarlıq və bağlılıq (həvaxahi və
cnqeyad) məqamına galərək ard-ardınca elçilər göndərir, ona öz
meyllərini (əqidət) izhar edirdilər. Xülasə, [şahın] dövlət bayrağı
gündən-günə ucalmaqda, o həzrətin cahandarlıq qabiliyyəti və
böyüklüyünün sorağı bütün dünyaya yayılmaqda idi. İstər dost,
yaxud düşmən olmasına baxmayaraq heç kim şahın [fərmanı]
qarşısında söz deyə bilmirdi. Hamı onun qəzəbi (qəhhari) və sərtliyi
(səlabət) qarşısında qayğıya düşmüşdü. O həzrətin hakimiyyəti
dövründə baş verən bütün bu hadisələrin şərhi onları müfəssəl
şəkildə ehtiva edən ikinci səhifədə yazılacaqdır.
Allaha həmd və minnətdarlıq
447
olsun ki, bu kitabı yazan
[İskəndər Münşi] "Tarixe-aləmaraye-Abbasi"nin birinci səhifəsini
tamamlamağa müvəffəq oldu. Qələm bu səhifədə dəfələrlə bəyan
etmişdir ki, bu şərafətli kitab min iyirmi beşinci (miladi 1616) ildə
yazılmışdır, lakin bundan sonra da həzrət zilləllah [şahın] səadətli
hakimiyyəti vaxtı bir sıra vaqiələr baş verdiyindən onlar ikinci cildin
ikinci məqsədi kimi qələmə alındı. Buna görə də, müəllif lazım bildi
ki, həmin hadisələrin müxtəsər şərhini yazdığı məqalələrə əlavə
etsin və beləliklə də, onun hakimiyyətinin (Şah Abbasın -Ş.F.) qırx
illik hadisələrinin xülasəsi bu cildin mütaliəsi vaxtı [oxuculara]
447
İfadənin ərəbcəsi: "əl-həmdu-l-lah və-l minnə" .
651
məlum olsun və qoy tarix vadisinin təşnə adamları təşnəlikdən
qurtulsunlar. Yuxarıda qeyd etdiyimiz bəzi çatışmazlıqları aradan
qaldırmaq üçün biz təkrarçılıq barədə düşünməyərək kitabın
sonunda da müəyyən məsələləri yazdıq ki, [kitabımız] qoy etiraz
edənlər (motəərrezan) tərəfindən etirazla qarşılanmasın. Elmsizlik
səhrasının hasili olmuş bu pərakəndə və natamam məqalələr
(fəqərat) fəzilət və kamal bəhrlərindən (bəhhar) zühur sahilinə
çıxmış mənəviyyat (seyər) və məlumat sahiblərinin yazdıqları
kitablarla bərabər tutula bilməsə də, bazar dükanlarında (rəste) alçaq
və rəzil (forumaye) saxsı qab satanlar (xəzəffəruşan) öz qiymətsiz
və satılmayan mallarını, özlərinin kasıb olmalarına baxmayaraq, heç
kəsə havayı verməmişlər, həmçinin onları etibar dükanlarının
mayası sanaraq, qiymətli cəvahir də zənn etməmişlər. Xüsusən ki,
[bizim kitabımızda] yüksək (səfvətneşan) səfəvi xanədanının
qiymətli məlumatları və Cəm qədir-qiymətinə malik olan və
məmləkətlər alan xaqanın (Şah Abbasın - Ş.F) xoşbəxt (fərxənde)
əhvalatları qələmə alınmışdır. Əgər o iki böyük səadətdən (Cəm
qədir-qiymətinə malik olan və məmləkətlər alan Şah Abbasa işarə
olunur - Ş.F.) bəhs edən bu kitabı bu dövrün “Mətləüs-sədeyn”
bilsələr rəvadır, həmçinin o iki yüksək cəhətinə görə onu dövrün
"Zəfərnamə"si** adlandırsalar layiqdir (seza). Fərasət (fetnət) və
zəka sahiblərindən xahişimiz budur ki, bu kitaba inayət və iltifat
gözü ilə baxsınlar, mütaliə zamanı onun hər hansı bir yerində olur-
olsun nəsə səhv və qüsur görsələr, həmin yerləri alicənablığın
(fotovvət) lütf pərdəsi ilə örtüb onları islah etsinlər. Onlar qoy
Dostları ilə paylaş: |