XORASANIN VƏZİYYƏTİ, HÜMAYUN ZİLLƏLLAH ŞAH
MƏİYYƏTİNİN İRAQAGEDİŞİ VƏ ONUN İRAN
SƏLTƏNƏT TAXTINA ÇIXMASININ ZİKRİ
Yuxarıda qələm belə yazmışdı ki, Herat hakimi Əliqulu
xan Şamlı və müqəddəs Məşhəd hakimi Mürşidqulu xan arasında
cəng olan və Herat ləşkərinin basıldığı ildə əlahəzrət zilləllah şah
azyaşlı idi və Əliqulu xan o iqbal bağının sərvinin lələsi olmaq
səadəti ilə şərəflənmişdi. Qeyb aləminin köməyi və tezliklə nəticəsi
bəlli olacaq gizli sirlərin yardımı ilə həmin döyüş vaxtı [o azyaşlı
şahzadə] Mürşidqulu xanın əlinə düşmüş, Əliqulu xan isə
məcburiyyət və pərişanlıqla Herata qayıtmışdı. Əliqulu xan o cür
qiymətli sərmayəni əldən verdiyi üçün, Mürşidqulu xandan bərk
qorxurdu və onun İraqdan başqa bir köməyi ala bilməsi təsəvvürünə
belə gəlmirdi. Buna görə də, o, bir nəfəri Qəndəhar mirzələrinin
yanına, ikincisini isə Buxaraya, Abdullah xan Özbəyin yanına
göndərib dostluq etməyə başladı, onlarla birləşdi, özünü onların hər
birinin mənsubu sandı. Abdullah xan bu məsələni özü üçün böyük
müvəffəqiyyət (fovz) hesab etdi, onun tərəfindən də zahiri iltifat
zahir olsa da, mirzələr rahatlıq və salamatlıq (fərağat və afiyət)
baxımından onun bu hərəkətini bəyənmədilər. Həmin tanışlardan
Abdullah xanın tamahı hərəkətə gəldi və o, gecə-gündüz fikirləşdiyi
cənnətəbənzər Heratı tutmaq barədəki arzu ilə yaşadı, Xorasana
hücum etməyi qərara aldı, nəticədə yürüş hazırlığına başladı.
Beləliklə doqquz yüz doxsan altıncı donuz ilinin (miladi 1587/88)
əvvəllərində saysız-hesabsız özbək döyüşçüləri ilə Xorasana gəldi.
Əvvəlcə, Əliqulu xanın yanına adam yollayıb xatırlatdı: "Xan bir
neçə vaxt bundan əvvəl adam yollayıb onunla ülfət və dostluq etmiş,
öz dostluq və nökərlik təklifini bildirmişdi. Budur, indi Xorasan
mülkünü tutmaqdan ötrü [bizim] ali məiyyət həmin tərəfə
gəlməkdədir. Xan əgər öz sözünə sadiqdirsə, yubanmadan ali orduya
birləşib görüş səadətinə yetişsin, həmin mülkdə xütbə və sikkəni öz
adı və xanlıq ləqəbi ilə ziynətləndirilsin ki, bizim lütfkarlığımıza
yetişmiş olsun və biz o vilayətin idarə olunmasını fərmanla ona
tapşıraq. Əgər o həmin vilayəti [bizim] ali divana verərsə, biz
Mavərənnəhr, Türküstan və Bədəxşan məmləkətlərindəki ürəyi
609
istəyən hər hansı bir yeri ona verərik. Yox, əgər o, öz sözünə sadiq
olub bizə mülazimlik etmək istəməzsə, artıq gecdir. Biz o tərəfə
yürüşü qərarlaşdırmışıq və məqsədə yetmədən geri qayıtmaq,
səltənət namusuna münasib olan bir əməl deyildir. Əgər bu təklifə
əksdirsə, qoy Herat şəhərini boşaldıb qızılbaşlara tərəf getsin".
Məsələnin belə hal almasından Əliqulu xan narahat
olmuş, zərurət və məcburiyyət (ezterar) üzündən Abdullah xanla
etdiyi aşinalıqdan pərişanlanmışdı. Çünki qızılbaş tayfasının
özbəklərlə eyş-işrət etməsi və birləşməsinin mümkünsüz oduğunu
anlamışdı. Buna görə də o İranın böyük şəhərlərindən olan və cənnət
bağının (rövzeye-rizvan) həsəd çəkdiyi Herat mülkünün
hakimliyindən ayrılmaq istəmirdi, həmçinin İraq əhalisinə də etimad
bəsləmirdi. Buna görə də zərurət üzündən İlahi qəzavü qədərə
razılıq verərək, Heratı möhkəmləndirməyə, qaladarlıqla məşğul olub
oranı döyüş ləvazimatı ilə təmin etməyə başladı. Abdullah xan da
onun itaət və bağlılığından məyus olub, sürətlə Heratın ətrafına
yetişdi, oranı mühasirəyə aldı. Onların arasında hər gün hərb və
sədəmə baş verməkdə idi ki, o vəziyyətin şərhi uğurlu bəxtin izni ilə
bu kitabın ikinci səhifəsində yazılacaqdır. Müqəddəs Məşhəddə bu
məsələdən xəbərdar olan Mürşid-qulu xan, Xorasan ləşkərinin
Abdullah xana müqavimət gücünün olmadığını bildiyi üçün, habelə
mərhum şahzadə Sultan Həmzə Mirzənin İraqda başına gələn
dəhşətli hadisəsi səbəbindən İraqa bir adam göndərmişdi ki,
İsgəndər şanlı nəvvabın əmirlərindən və dövlət ərkanından bunu
öyrənsinlər: Əgər padşah əlahəzrət [şahzadənin] səltənəti və
vəliəhdliyinə razı olarsa, o, müxalifət və inadkarlığını vəft və
ittifaqla əvəz edəcək, İraqa gəlib oranın ləşkəri ilə din və dövlətə
müxalif olanların dəfi ilə məşğul olacaqdır.
Amma, göndərdiyi şəxs geri qayıdıb onun istəyinin əksi
olan cavab gətirdi.
Mütrəzaqulu xan Pornak isə İraqdan qayıtdıqdan sonra
gəlib Damğana çatdı, qardaşı Kazımqulu Sultanı Bəstam ağa və
Məhəmməd xan Türkmanın oğlu Bəktaş bəylə birlikdə Müqəddəs
Məşhədə - Mürşidqulu xanın yanına göndərdi, birlik və sədaqət
izhar etdi, onu İraqa yürüşə rəğbətləndirdi. Yuxarıda yazıldığı kimi,
[buna görə də] Fars, Kirman və Yəzd tərəflərdən daim adamlar
gələrək, ona öz itaət və bağlılıqlarını izhar edirdilər.
Ağıllı və işbilən adam olan Mürşidqulu xanın, türkman
tayfasının ustaclılara olan inadına görə, Mürtəzaqulu xana qarşı elə
610
bir etimadı yox idi və o, özünün dövlət sərmayəsi olan əlahəzrəti iki-
üç min nəfərdən ibarət olan türkman elinə aparmaq istəmirdi, elə
buna görə də, Damğan yolunu üstün tutur, fərasətli adam
olduğundan İraqa getməyə də cürət etmir, həmçinin Abdullah xanın
qorxusundan dövlət və iqbal bağının o çəmənlər bəzəyini müqəddəs
Məşhəddə saxlamaq da istəmirdi. O, gecələri bu fikirlə gündüz
edirdi. Belə qərara gəldi ki, Yəzd, Kirman və Şirazda olan əfşar və
zülqədər əmirləri dalbadal elçi yollayıb onlara öz bağlılıqlarını
bildirdikləri üçün, hümayun zilləllah şah məiyyətini Təbəs və Yəzd
yolu ilə aparsın, o camaatı özünə birbşdirib səylə İraq vilayətinə
qədəm qoysun, Mürtəzaqulu xan da türkman tayfası ilə Damğandan
Kaşana gəlib Vəlican xanı özünə birləşdirərək İraqda hümayun
orduya qoşulsun. Qardaşı İbrahim xanı müqəddəs Məşhədə hakim
edib, Əsfərayin hakimi Əbu Müslüm xan Cavuşlu, Cam hakimi
İğvət Sultan Çavuşlunun oğlu Məhəmməd xan, Xəbuşan hakimi
Budaq xan Çekənini onun yanında qoyaraq, sanki Herat səmtinə -
özbək qoşununu dəf etməyə yollandı, əslində isə İraqa getmək
məqsədi ilə üfüqlər padşahının məiyyətindən müqəddəs Məşhəddən
çıxdı. Təbriz yaxınlığına çatdıqda ona bəzi xəbərlər gəlib çatdı və o,
düşündü ki, əvvəlki fikrindən əl çəksə, İraqa Damğan və Semnandan
getsə daha yaxşı olar.
Əvvəlcə xəbər gəldi ki, Mürtəzaqulu xan Damğanda varlıq
paltarını fəna köhləninə bağlayıb dünya evindən iqba sarayına
köçmüşdür. Onun ölümü ilə Mürşidqulu xanın türkmanlardan
qorzusu və ustaclı camaatının Damğandan keçib-getmə xofu zayil
oldu. İkinci xəbər bu idi ki, İraq əmirlərinin İsgəndər şanlı nəvvabın
və Əbu Talib Mirzənin ordusunda İsfahana gələrək oradan Fars,
Kirman və Yəzd işlərini nizamlamaq üçün gedəcəkləri xəbəri
eşidildi. Belə olan surətdə, əfşar və zülqədər əmirlərinin onların
qorxusundan gəlib ali məiyyətə birləşməsi təsəvvürə belə sığmazdı
və arzu olunan işlər düşünüldüyü kimi baş tuta bilməzdi. Çünki,
böyük xilafətin paytaxtı olan Qəzvin darüssəltənəsi boşalmış, İraq
əhalisinin əksəriyyəti, xüsusilə hümayun paytaxtı qorumaqla
məşğul olan şamlılar Aşur ağaya dövlətxahlıqla belə demişdilər ki,
İraqa gəlməyə qoy tələssinlər, tez gəlsinlər ki, görüləsi işlər Allahın
köməyi ilə istənilən tərzdə həyata keçməkdədir. Həm də Əbu Talib
Mirzə tərəfdarlarından və Əliqulu xan Fəthoğlunun yetirməsi,
etibarlı adamı və xeyirxahı olan Simnan hakimi Şahverdi Sultan
Beytoğlu Zülqədər artıq ölmüşdür.
611
Məhz dövlətin böyüməsinə (ezdeyad) və genişlənməsinə
yönələn bu vəziyyətin baş verməsi və Damğandan keçib İraq yolu
ilə getmək fikri bütün dövlətxahların ürəyincə oldu. Şah dövlətinin
tərəfdarları bu təklifi bəyəndilər və dayandıqları yeri tərk edib
müqəddəs Məşhədə qayıtdılar. O, bir neçə gün vaxtını qala təmiri və
bürc-barıların möhkəmlənməsinə sərf etdi. Nəhayət, Məşhəd
qalasının zəruri işlərinin görülməyindən arxayın olub, ondan ötrü
canından keçməyə hazır olan beş-altı yüz mülazimi ilə müqəddəs
rövzədən və cinlərin və insanların imamı [həzrət Rzanın] - ona və
əcdadına Allahın salamı olsun - pak ruhundan mədəd istəyərək, İlahi
iltifat qoşununun, xoşbəxt talenin və müzəflər bəxtin köməyi ilə
müqəddəs Məşhəddən çıxdı. Aya baxıb sürətlə getməyi istixarə
etdilər, buna görə də heç yerdə dayanmadılar. Elə ki, Damğana
çatdılar, Mürtəzaqulu xanın orada olan qardaşları və oğlanları
bellərinə xidmətkarlıq kəməri bağlayıb şahzadənin qoşununa
qoşuldular. Oradan bir adamı Semnan zülqədərlərinin yanına
yollayaraq, Şahverdi Sultan Beytoğlunun vəkili, onun vəfatından
sonra isə ağsaqqalların məsləhəti və Əliqulu xan Fəthoğlunun
icazəsi ilə hakim olan Əhməd Sultanı itaətə dəvət etdilər. O,
razılaşmağı münasib bilib öz etibarlı adamlarını hümayun ordunun
pişvazına yolladı, Semnan qalasının qapılarını bəxt və dövlət
qapıları kimi onun üzünə açdı və təmtəraqlı qoşunu və mülazimət
səadəti ilə müşərrəfləndi, şahanə iltifat və şəfqətə yetdi. Oradan
Qəzvin darüssəltənəsinə adam yollayaraq Qorxmaz xan Şamlını,
şəhərin əhalisini və əyanlarını müzəffər ordunun qarşılanmasına
təşviq etdilər. Qorxmaz xan Qəzvin darüssəltənəsində olan
İsmayılqulu xanın qardaşını, şamlı ağalarını və tayfa böyüklərini,
həmçinin oradan Çərəndab Sultanın oğlu Abbasəli Sultanı və
göstərilən şəhərin camaatını toplayıb onlarla itaət və ya müxalifət
barədə məsləhətləşdi. İsmayılqulu xanın qardaşları və Vəli Xəlifənin
təbəələri və övladları itaətə razı olmadılar, amma sadə qoşun üzvləri
və rəiyyət hücum çəkərək şahzadənin mübarək gəlişinədək hədsiz
sevinc izhar edərək, şadyanalıqla Abbasi şüarları söyləməyə
başladılar.
Xülasə, hamı tabeçilik məqamına gəlib müxalifət qapılarını
bağlayaraq, iqbal rəhbərinin (qayede-eqbal) dəlaləti və onları
[düzgün yola] yönəltməsinə görə dəstə-dəstə ali məiyyətin
istiqbalına tələsdi. Qardaşı tərəfindən Rey hakimi olan Əliqulu
xanın qardaşı Hüseynqulu Sultan Fəthoğlu müqəddəs ordunun təşrif
612
gətirməsi və qorxubilməz əhalinin hücumu xəbərini eşidib, orada
dayanmadı, öz var-dövlətinin çoxunu tullayıb, kutvalları fəthoğlu
tayfası olan və Təhmasib Mirzənin saxlandığı Ələmut qalasına
getdi, məğlubedilməz səltənət havadarları isə ali qoşunla birlikdə
əlahəzrətin məiyyətində heç bir maneə görmədən Qəzvin
darüssəltənəsinə yollandılar. Şahzadə xoşbəxt bir saatda şəhərə daxil
olaraq öz böyük babasının mübarək dövlətxanasında səadətlə nüzul
etdi, səltənət və padşahlıq paytaxtı şahənşahlıq taxtının (məsnəd)
işığından və [Şah Abbasın] səadətli qədəmlərinin parıltısından
rəngarəng (buqələmun) fələyədək yüksəldi. Əhalinin vəziyyət
dilləri bu məqamda belə deyirdi:
Şer:
Dövrandan kam alan ey şahi-kamkar,
Dünya sultanları qulamın olar.
Əyləş sevinc ilə şahlıq təxninə,
Dövlətin sikkəsi məxsusdur sənə.
416
Xülasə, elə ki, hümayun paytaxt Xosrov əzəmətli və
yüksək məqamlı həzrətin şərafətli qədəmi ilə şərəfləndi, Mürşüdqulu
xan ali divan vəkalətini heç bir etiraz görmədən özünə götürdü və
hümayun dövlətin hər bir tərəfindən qızılbaş tayfalarının əmir və
ağsaqqalları cahana pənah verən dərgaha axışmağa başladılar.
Vəlican xan Kaşandan çıxıb Rey yoluyla sürətlə Qəzvinə gələrək
ayaq öpmə şərəfi ilə şərafətləndi. Mürşidqulu xan Əhu Talib
Mirzəçilərin əmir və xanlarından qorxur, bir ləhzə də onların
[gələcəkdə] görəcəkləri tədbirlərin fikrini başından çıxara bilmir, hər
bir məsələdə ehtiyatkarlığı unutmurdu. O, şəhər kənarında və
İsfahan yolu üstündə olan Pirəsufiyan kəndində dayanaraq həmin
yoldan xəbərdar olmalarından ötrü bütün türkman əmirlərini Pir
Qeyb xan Uctaclı və qardaşları ilə birgə [irəli] göndərdi.
Amma Əliqulu xan, İsmayılqulu xan və Əbu Talib Mirzə
tərəfdarları olan əzəmətli omirlər İsgəndər şanlı nəvvabın və
416
Beytin farscası:
K-ey şahe-kamkar ke dövran be kame-tost,
Soltane-çarbaleşe-gərdun qolame-tost.
Xoş təkye zən be məsnəde-şahane-namdar,
K-əndər zəmane sekkeye-dövlət be name-tost.
613
mirzənin məiyyətində Cərpadqandan keçib darülmöminin olan
Quma çatdıqda, əlahəzrət zilləllah şahın hümayun məiyyətinin
gəlmə xəbəri onlara çatdı, bərk qorxuya düşərək, Qum hakimi
Əliqulu Sultan Zülqədəri çağırmaqdan ötrü adam yolladılar, amma
o, gəlməkdən vaz keçib qala qapılarını bağladı, onlara müxalif
münasibət bildirdi. Əliqulu xan, Əliqulu Sultanın belə hərəkət
edəcəyini təsəvvür etmədiyindən və onu fədəvilərdən biri güman
etdiyindən bu məsələni olduqca təəccüblü (estebad) saydı.
İsmayılqulu xan və əmirlərlə həzrət Məsumə* əleyhanın - ona və
əcdadına salavat və salamlar (təhiyyət) olsun - nurlu məzarını
ziyarət etmək bəhanəsilə ordudan ayrıldı və Quma gəldi.
Əmirlər [Əliqulu Sultanın] yanına dilli-dilavər və etibarlı
bir adam yollayıb ona müttəfiqlik etməsini və geri qayıtmasını təklif
etdilər. Belə məktub yazdılar: "Biz sənin yanına mehman kimi
gəlmişik. Belə olan halda mizbanlıq şərtinə əməl et. Bəzi zəruri
söhbətlər vardır ki, gərək səninlə üzbəüz danışaq". O, cavabında
belə yazdı: "Qoroğlu tayfası mənim gəlməyimə mane olmuşdur və
onların başlarında abbasilik havası vardır. Mənim buna ixtiyarım
yoxdur". Əmirlər bu haldan məyus olub müqəddəs rövzəni
ziyafətdən sonra orduya qayıtdılar.
O vaxtlarda əmirlər elə təkəbbürlü idilər ki, Mürşidqulu
xanı və Xorasan camaatını heç saya salmırdılar və həmin günlərdə
onların az bir dəstəsi qəflət yuxundan və qürur badəsindən ayrılıb
hüşyar ola bildi. Qum yaxınlığındakı Savəyə çatdıqları zaman
ailələri Qəzvində olan orta təbəqəli ordu əsgərləri icazə almadan
dağılışıb öz evlərinə getməyə başladılar. Əzəmətli xanlar
İsmayılqulu xanın qardaşı Mürşidqulu Sultan Şamlıya tapşırdılar ki,
öz qoşunu ilə yolu kəssin və icazəsiz şəhərə gedən hər bir kəsi qətl
və qarət etsin. Bu tədbirin onlara heç bir xeyri olmadı və gedənlər öz
var-yoxlarını yerə tökərək gecələr naməlum yollarla qaçıb getməyə
başladılar. İş o yerə çatdı ki, Mürşidqulu Sultan onların qarşısını
almaqdan aciz oldu. Qızılbaş əyanları məsələnin üstündən pərdəni
götürüb açıq-aşkar əmirlərə dedilər: "Əzəmətli qorçilərin, xasseye-
şərifə mülazimlərinin və başqalarının xanəköçləri Qəzvin
darüssəltənəsindədir, əgər bu iki dəstə arasında müxalifət başlansa
məsələ qırğına səbəb olacaqdır. Əgər elə olarsa, etimal ki,
Mürşüdqulu xan və onun adamları bu ordunun xanəköç və alilərinə
əl uzadacaqlar. [Adamlar] bu narahatlığı rəf etməkdən ötrü
hövsələsizlik edirlər".
614
Bu iki dəstə arasında başlanacaq qırğının əksər
qızılbaşların ürəyindən olmadığını görən əmirlər hər ləhzə bir fikirə
və hər dəm bir əndişəyə düşürdülər. Bundan başqa Əliqulu xan
İsmayılqulu xanın yekdilliyi və sadiqliyindən xatircəm deyildi və
onların bir-birləri ilə münasibətləri razılaşma, birlik və dostluq
əsasında qurulmamışdı. Əliqulu xanın hər hansı bir hərəkəti
İsmayılqulu xan tərəfindən bəyərilmirdi. Əliqulu xanın iddiası belə
idi: "Qızılbaşlar arasında ixtilafların kəskinləşdiyindən camaatın
əksəriyyəti Qəzvinə üz tutmuşlar, biz isə belə gərgin bir vaxtda
əlahəzrətin mənsubları olan xorasanlılara müqavimət göstərə
bilmərik.
Padşah və şahzadə bizim hansımızı istəyərsə, Savədən
Həmədana gedib orada da dayanarıq. Bu zaman İraq camaatı bizim
Həmədanda olmağımızdan bir nəticə çıxarıb Qəzvinə getməkdən
vaz keçərək öz yerlərindən tərpənməyəcək. O zaman belə bir xəbər
yayılacaq ki, Xorasandan gələnlər əliboş və pərişanhaldırlar. Amma
bizim xəzinəmiz və bütün şeylərimiz öz yanımızdadır. Bunu bilən
əsgərlər onlardan üz döndərib bizim ətrafımızda cəm olacaqlar. İndi
biz gərək bir neçə gün özümüzü qoruyaq və "Əl-leyl hobla ma təbla
sərayere"
417
misrasına uyğun olaraq
[Misra]
"Hamilədir gecə, görək nə doğar"
418
deyərək, özümüzü bir güşəyə çəkək və gözləyək ki, qeyb pərdəsi
arxasından nə görsənəcəkdir".
İsmayılqulu xan bu fikri rədd edib belə söylədi: "Hazırda
bu orduda olan camaatın hamısının xanəkiçu və ailəsi Qəzvindədir,
buna görə də onlar oraya gedib öz əhl-əyalı başları üstündə olmaq
istəyirlər. Əgər Həmədana tərəf getsə bu, məğlubiyyət əlaməti
olacaqdır, çünki indi bizimlə yoldaş olanlar bizə mat qalıb bəzi
işlərə əl atacaqlar və yanımizda bircə adam da qalmayacaqdır. Əgər
elə olarsa, biz tamamilə məhv olarıq. Gərək əvvəlcə, Qəzvinə gedək.
417
Misranın ərəbcədən təzcüməsi:
"Görək nə dəğacaq hamilə gecə"
418
Misranın farscası:
"Bebin ta çe zayəd, şəb abestənəst"
615
Mürşidqulu xanın adamları çox deyil, eşidirik ki, onun adamları
zorla ona tabe ediliblər, qoy onda bizim istəyimizlə hərəkət etsin.
Bizim gücümüz və qüdrətimiz ondan çox, İraq ləşkəri isə Xorasan
ləşkərindən artıqdır. Onu aradan götürüb, ürəyimiz istəyən hörmətli
şahzadələrdən birini vəliəhd kimi səltənət taxtına çıxardarıq".
Əliqulu xan isə heç vəchlə onunla razılaşmır və deyirdi:
"Əgər Qəzvinə gedib öz ixtiyar cilovumuzu bircə günlüyə də
Mürşidqulu xana versək, o, elə həmin gün bizi aradan çıxaracaq,
sabahkı günə sağ çıxmayacayıq. Zəruri tədbir və ehtiyat üzündən biz
gərək ondan uzaq olaq və bir neçə gün yanına adam yollayıb onunla
yazışaq, görək bu şəbədəbaz fələk daha nə kimi şəbədə
hazırlayacaq".
Xülasə, onlar tədbirin kökünü əldən vermişdilər, çünki bir-
biriləri ilə əlbir deyildilər. Onların arasındakı çaxnaşma hamıya bəlli
oldu. Aşağı və orta təbəqədən olan adamların fərar etməyi
başqalarına da sirayət etdi. Hər gecə bir dəstə ayıq qızılbaş əyanı
fərar edirdi. Onlar səy edirdilər ki, şaha mülazimlik etmək işində
bir-birilərini üstələsinlər.
Əmirlərin Qəzvinə getməkdən başqa qeyri fikirləri
olmadığından belə qərara gəldilər ki, ordudakı əmirlər, yüzbaşılar,
qızılbaş tayfa əyanları və hər oymağın hörmətli adamları və onların
əzəmətli başçıları Əliqulu xan Fəthoğlu, İsmayıl qulu xan Şamlı,
Şahvcrdi Xolifo Eynalh Şamlı, Əsəlməs xan Zülqədər Möhrdar,
Ədhəm xan Türkman, Şahqulu Xəlifə Rumlu, Seyid bəy Kəmunə,
İsmayıl Sultan Alplı Əfşar, Şirazın hakimi olmuş Şahqulu Xəlifə
Zülqədər, Həmzə Xəlifənin oğlu Mehdiqulu Sultan Talış və başqa
ustaclı, şamlı, bayat əmirləri, mosullu türkman əmirzadələri,
İsgəndər şanlı nəvvabın anası Sultanım və başqaları bir yerə toplaşıb
belə əhd və şərt etdilər ki, qoy hamı bir-biri ilə dəst və əlbir olsun,
bir-birilərinin məsləhətindən çıxmasın, özünün istəyi, ya
qeyrisinin
təhriki ilə bir-birilərinə qəsd etməsinlər və hər kəs onlardan birinin
(İsmayılqulu və Əliqulu xanın - Ş.F.) cəzasını versin, bu işdə hamı
birləşib onu dəf etsin.
Bütün əmirlər, yüzbaşılar və qızılbaş mötəbərləri vəzir
Mirzə Məhəmmədin evinə yığışıb Quranı orlaya gətirdilər yuxarıda
zikr olunan tərzdə hamı Allahın kəlamına and içdi.
Hələ Qəzvinə getmək barədə qəti qərara gəlməmişdilər ki,
Əliqulu xanla dəst olan və onun etimadını qazanan əmirlərdən
əvvəlcə Mehdiqulu Sultan Talış və Allahqulu Sultan Talış Kəngərli
616
fərar etdilər və heç kimdən icazə almadılar. Ustaclı tayfasının
əksəriyyəti də qaçdı və Əliqulu xanla çox az adam qaldı.
Amma şamlı tayfası səbat addımı ataraq İsmayılqulu xanın
yanından dağılışmadı. O zamanlar onun çoxlu əyanları və başqa
adamları olduğundan, xan onun məsləhətindən çıxa bilmədi. Buna
görə də, Mürşidqulu xan adam yollayıb [İsmayılqulu xana] belə
yazmışdı: "Sən əziz adama məlumdur ki, şamlı və ustaclı tayfaları
arasındakı dostluq qədimdir və onlar həmişə müxtəlif hadisələr baş
verərkən birlikdə olmuşlar və heç zaman ayrılmamışlar. Buna görə
də, gərəkdir ki, bu dövlətdə şamlı tayfasının əzəmətli əmirlərindən
biri və ağsaqqalı dövlət adamlarının başçılarından biri olsun. Bu gün
şamlılar arasında seçilən adamların biri Durmuş xanın nəvəsi və
Herat hakimi olan Əliqulu xan, ikinci isə sənsən. Onun bizimlə və
səninlə etdiyi ədavət hamıya məlumdur və düşmənin düşməni dost
deməkdir. Buna görə də mənimlə sən əziz arasında məhəbbət və
dostluq etməkdən başqa çarə yoxdur. Biz ki, Əliqulu xan Fəthoğlu
ilə bir oymaqdanıq, o, vəkalət mənsəbini tutmaq və ağsaqqallıq
etməkdən ötrü bizim qorxumuzdan bu tərəfə gəlmək istəmir. Belə
olan halda, bəs sən əziz nədən qorxursan?"
Xülasə, Mürşidqulu xan şəraitə uyğun olaraq şirin dilini işə
salmaqda idi, amma onun sözlərində sədaqət yoxdu. Amma, zahirən
doğru sözlər kimi göründüyündən, İsmayılqulu xan ona inanıb,
Qəzvinə getməkdən başqa heç nə söyləmirdi. Əliqulu xan isə bunu
başa düşürdü, amma belə deyirdi: "Mürşidqulu xan mənim
oymağımdandır. Mən onu səndən daha yaxşı tanıyıram. Onun
mülayim rəftarına və məsləhətli sözlərinə qətiyyən inanmaq olmaz.
Əgər əlinə düşsək, bir gün bizi cəzalandıracaq. Şamlı camaatı
arasında iddialı adamlar çoxdur, buna görə də o, başqa bir adama
vəzifə verəcəkdir ki, onun özünün yetişdirməsi olsun. O, məndən
çox səni dəf etmək istəyəcək. Gərək özümüz haqqında düşünək".
Sözün qısası, əlahəzrətin dövlət büsatını bəzəyən qeyb
aləminin iş düzəldənləri tədbir yolunu onların bəsirət gözlərindən
gizlətdilər. Onlar da [buna görə] heyrət səhrasında sərgərdən
qaldılar. O tayfanın ixtiyar cilovunun təqdir rəhbəri (qayed) onları
mətləblərinə müxalif olan və başı göylərə ucalan dövlət
övliyalarının məqsədlərinin yerinə yetməsi yoluna sövq etdi.
Xülasə, İsmayılqulu xan istər-istəməz onun yanına getməyi
qərara aldı, çünki başqa bir çıxış yolu tapmağa razılıq vermirdi. Çox
danışıqdan sonra belə qərara aldılar ki, onların hər biri özünün bir
617
nəfər ağıllı və etibarlı adamını Qəzvinə göndərsin, şahzədəyə səcdə
etsin, Mürşidqulu xanla görüşüb ona desin: "Əmirlər və xanlar əbədi
dövlətin səbatı naminə öz mətləblərindən keçib, o iki dəstə arasında
dava-dalaş olmasını istəmirlər, xeyirxah adamların sözlərindən
çıxmırlar, buna görə də onların vəziyyətlərini bəsirət gözü ilə
müşahidə edərək qayıtmağı qərara almışlar ki, oranın vəziyyətini
öyrəndikdən sonra Mürşidqulu xanın istədiyi kimi hərəkət etsinlər.
Əliqulu xan tərəfindən Əhməd bəy Beyi, İsmayılqulu xan
tərəfindənsə Əhməd bəy Begdeli Şamlı Qəzvinə getməyə hazırlaşdı.
Onlar yola düşərək, Mürşidqulu xanla görüşüb ağıllı və işgüzar
söhbətlər etdikdən sonra ondan mülayim rəftar, yağlı dil və arxayın
əhval-ruhiyyə görüb geri qayıtdılar, orada görüb-eşitdiklərini bəyan
etdilər.
Xülasə, istər-istəməz Qəzvinə getmək qərarına gələrək
Savədən çıxdılar. Xoşkruda çatdıqda, Qəzvindən ustaclı ağsaqqalları
cənab Mir Seyid Hüseyn Müctəhid, Abbasəli Sultan Şamlı və
Əhməd bəy Eşikağası elçi sifətilə gələrək, Mürşidqulu xanın
adından əzəmətli xanlara gəlişlərinin səbəbini bildirdilər. Dedikləri
müxtəsər şəkildə belə idi: "Fələyin məsləhəti ilə qızılbaşlar arasında
iki tirəlik başlamışdır ki, bunun nəticəsində aralıqda şər və fəsadlı
əməllər baş vermişdir. Buna görə də, dinin düşmənləri ürəkləndilər
və qızılbaşlara xas neçə məmləkət rumiyyənin əlinə keçdi. Hal-
hazırda isə Xorasan səmtində özbəkiyyə qoşunu fürsət tapıb oranı
tutmaq üçün hücuma keçmişdir. Əgər qızılbaşların arasındakı ixtilaf
aradan götürülməsə, nə Xorasan ləşkərinin özbəklərə qüdrəti, nə də
İraq qoşununun rumiyyəyə qüvvəti çatacaqdır. Əgər bu minvalla iki-
üç il də ötsə, din və dövlətə böyük xəsarət yetişəcəkdir. Mən,
Abdullah xanın Xorasana gəlib çatdığı bu vaxtda dövlətə bunu layiq
bilmədim ki, İsgəndər şanlı nəvvabın böyük fərzəndi və qızılbaşlar
dövlətinin sərmayəsi olan, hümayunlarında günəş kimi cahandarlıq
nurları (ənvar) parlayan bir padşahzadəni Xorasanda saxlayıb
özbəkiyyə əsgərlərinin mühasirəsinə rəva bilək. Buna görə də bu
vəlayətnişan xanədanın bizə bəxş etdiyi haqqını nəzərdə saxlayıb o
həzrəti
bura
gətirdik.
Məqsədimiz
birlikdən,
dinin
qüvvətlənməsindən və düşmənlərin dəfindən başqa heç nə deyildir.
Əzəmətli xanlardan və bu qüdrətli dövlətin ağsaqqallarından
istəyimiz budur ki, inad və qərəzi tərk etsinlər, [biz də] bir-
birilərimizlə birləşib dövlətə layiq olan əməlləri qarşılıqlı məsləhət
yolu ilə həyata keçirək. [Mürşidqulu xan] göndərdiyi adamlara belə
618
demişdi: "Əgər əmirlər və xanlar razılıq və birliyə (vəfaq və ettefaq)
razı olarlarsa, onlar mənlə dəst olacaqları və mənə qarşı qərəzkarlığa
yol verməyəcəklərinin [sübutu üçün] and içsinlər". Buraya təşrif
gətirənlər əvvəlcə Əliqulu xanın evinə getdilər, İsmayılqulu xan və
başqa əmirlər və ağsaqqallar da onun evinə yığışıb onlarla
görüşdülər. İsmayılqulu xan başqalarından tez öz razılığını bildirib
Mürşidqulu xanın təşrif gətirməsini alqışladı. Ağıllı və dərrakəli
cavan olan Əliqulu xan bilirdi: "Hər ikisi eyni ustaclı tayfasından və
vəkilüssəltənə olduqlarından, onların ikisinin bir evdə yaşaması
mümkün deyildir, buna görə də onların hansı qüvvətlənə bilsə, o biri
ilə yola getməyəcək". Başqa əlacı olmadığından, habelə İsmayılqulu
xanın onunla nifaqı aydın olduğundan tam narazılıqla təklif olunan
şərtlə razılaşdı. Buna görə də, başqa bir əlacı olmadığından və
İsmayılqulu xan ona qarşı nifaqının aydın olduğundan, ikrah hissi ilə
olub-olacaqla razılaşdı və edilən təkliflə əlaqədar and içdilər. Bu
qərara gəldilər ki, əzəmətli xanların hər biri onlara öz etibarlı
adamlarını qoşub şəhərə getsinlər və Mürşidqulu xana da kini tərk
etməsi xüsusunda and içdirsinlər, görüş səadəti ilə müşərrəf olaraq
müxalifət qapılarını bağlasınlar.
Bundan sonra əmirlər və xanlar elçilərlə birlikdə İsgəndər
şanlı nəvvabın yanına getdilər. Abbasəli Sultan və cənab
müctəhidüz-zəmani
419
isə əlahəzrət [Şah Abbas] adından böyük
ataya (Şah Məhəmməd Xudabəndəyə - Ş.F.) dua ərz etdilər,
mehribanlıq göstərdilər. Onlar Mürşidqulu xanın adından vəziyyətə
münasib sədaqət və dövlətxahlıq ifadə edən sözlər ərz etdilər. Belə
ikrahlı tərəddüdlər [İsgəndər şanlı nəvvabın] şərafətli xatirinə xoş
gəlmirdi. O, artıq səltənət işlərindən yorulub bezmişdi. Buna görə
də, İsgəndər şanlı nəvvab əziz fərzəndinin təşrif gətirməsindən
şadlandı və Mürşidqulu xanın təklifini bəyəndi. Elçilər öz
məqsədlərinə nail olaraq yola düşdülər. Məhəmmədi bəy Sarı Solaq
Mürşidqulu xanla görüşüb Əliqulu xanla yaxşı rəftar etməsi və
aradakı nifaqın götürülməsi üçün ona and içdirtmək niyyətilə şəhərə
getdi. Ordunun bütün əyanları da adam yollayıb şahzadənin
mübarək qədəmlərinə "mübarək olsun" dedilər. Elə ki, İraq
ləşkərinin biri-birinə dəyməsi, əmirlərdəki dəyişiklik və onlar
arasında ittifaqın olmaması xəbəri Mürşidqulu xana məlum oldu,
ondan müharibə baş verəcəyi, qan axıdılacağı barədəki qorxu hissi
419
Müctəhidüz-zəmani, yəni dövrün müctəhidi.
619
dağıldı, beləliklədə, o, elə böyük işi əlahəzrət zilləllah şahın xəta-
bəladan uzaq olan iqbalı sayəsinda asanlıqla həll etdi.
Amma, buraya gələcək adamların böyük bir toplum
şəklində yetişəcəklərindən və ona bir sədəmə toxunacağından
qorxdu. Gecə-gündüz onların bir yerə toplanmasının qarşısını
almaq, əmirləri tək-tək şəhərə gətirmək, Əliqulu xan, İsmayılqulu
xan və Məhəmmədi Sarı Solaqla ayrı-ayrı görüşmək, mümkün
olduqca, tez bir zamanda onları dəf etmək və özünü onların
bəlasından qurtarmaq barədə düşünürdü.
Cənab müctəhidüz-zəmani, Abbasəli Sultan və Əhməd bəy
Eşikağası geri qayıdıb İraq əmirlərinin əhvalını və Məhəmmədi Sarı
Solağın gəlişini dedilər, Mürşidqulu xan hal-hazırkı saatın bəd
olduğunu bəhanə gətirib görüş üçün yaxşı saatın yetişəcəyi vaxta
qədər Məhəmmədi bəyin tirə-kaman qorçisi Məhəmməd Şərif bəy
Cavuşlunun evində qalması barədə sərəncam verdi. O, sonra ali
hümayun möhürünü basıb hər bir əmirin və vəzirin adına ayrı-ayrı
məktublar yolladı ki, onlar əlbir ola bilməsinlər, ayrı-ayrılıqda
şahzadəyə mülazimət şərəfinə nail olsunlar. Bu halı müşahidə edən
Məhəmmədi bəy bildi ki, Mürşidqulu xan və onlar arasında saziş
olmayacaqdır.
Amma, İsgəndər şanlı nəvvabın ordusunun vəziyyəti belə
idi: Məhəmmədi bəyin getməsindən sonra orduda tam ayrı-seçkilik
başlandı. Böyük və kiçik döyüşçü təbəqələri heç kimsənin əmrinə
tabe olmayaraq qorxu-hürküsüz qaçdılar. Ordu dağılmağa başladı.
Hətta şaha məxsus evlərin əmələləri öz iş yerlərini atıb getdilər.
Nağaraxana əmələləri isə kərənay və şah nağaralarını özləri ilə
götürüb şəhərə apardılar, orada əlahəzrətin adını nəvazişlə çəkərək
bərk səs-küy saldılar.
Oradan çıxıb irəli gəldikləri gün əmir-axurlardan,
cilovdarlardan və tövlə əmələlələrindən iki-üç nəfər də qalmamışdı
ki, İsgəndər şanlı nəvvab və Əbu Talib Mirzəni ata mindirmək üçün
cilov çəkilsin. Xidmət əhlindən Zeynal bəy Şərbətdardan, bir neçə
usta şagirdindən və qulamlardan başqa, Əbu Talib Mirzənin
xidmətində heç kimsə yox idi. Həmişə səltənət sarayının ətrafında
toplaşıb padşah və şahzadənin ata süvar olduqları vaxt kərənayçaları
əzəmətli əmirlər bu dəfə dövlətxana qapısına gəlmədilər. Onlar
beləliklə bir-birilərindən şübhələnib o köç zamanı bir-biri ilə
görüşmədilər, hətta şəhərə gedən Məhəmmədi bəyin onlara nəsə bir
xəbər çatdıracağını da gözləmədilər, şəhərə gəlməkdə səbirsizlik
620
edib dörd fərsəxlikdəki Məntərə adlı yerə çatdıqları gecə əmirlər bir-
birilərindən xəbərsiz şaha baş əymək (səcdə) və Mürşidqulu xanla
görüşməkdə biri-digərindən qabağa düşmək istəyində oldular.
İsmayılqulu xanın qoşununun sayı və adamları çox olduğu üçün
Əliqulu xan ondan qorxurdu. O, gecədən bir qədər keçmiş
İsmayılqulu xandan xəbərsiz Əhməd Sultan Asayişoğlu, Qənbər bəy
Gözüböyüklü və yanında olan bir dəstə adamla şəhərə rəvan oldu.
Elə İsmayılqulu xan da bu fikrə düşüb, Şahverdi Xəlifə Eynallı və
qardaşı oğlu olan qorçiye-şəmşir Həsən bəy, Piri bəy Eynallının
oğlu Rzaqulu bəy Eşikağasıbaşı və beş yüz nəfərə yaxın şamlı
camaatı ilə birlikdə atlara süvar olub şəhərə yollandı. Hal-hazırkı
vəzir Mirzə Məhəmməd və vəzirlikdən kənar edilmiş Mirzə Lütfi və
onun müstövfiəl-məmalik olan oğlu Mirzə Məhəmməd Zaman
narahat oldular ki, məbadə Əliqulu xan və İsmayılqulu xan başqa
fikrə düşüb tacik olan bu kəslərdə qızıl (zər) ola biləcəyi gümanı ilə
onların var-dövlətinə əl uzadaraq başqa səmtə gedərlər düşüncəsi ilə
həmin gecə nabələd yollarla şəhərə yollandılar, Qorxmaz xan
Şamlının evinə getdilər və ondan xahiş edib özləri ilə dövlətxananın
qapısına gətirdilər ki, elə həmin gecə onun vasitəsi ilə şərafətli
ayaqöpmə mərasiminə yetib, Mürşidqulu xanla görüşsünlər.
Təsadüfən, onların hamısı, yuxarıda yazıldığı kimi, mübarək Qəzvin
dövlətxanasında toplaşmışdılar.
"Gördüyün hər kəsi görməkdəsən eyni dərddə"
420
misrasında deyildiyi kimi orada bir-birilərinin yığışıb gəldiyini
gördülər. Mübarək dövlətxana qapılarını möhkəm bağlayan
Mürşidqulu xan onların mühafizəsini Xorasandan gələnlərə
tapşırmışdı. Elə ki, bu qədər camaatın gəlişindən xəbər tutdu, həqiqi
məqsədi o iddialı adamların bir neçəsini aradan götürmək
olduğundan, bu beytin məzmununa uyğun olaraq:
Dostları ilə paylaş: |