AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə57/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   53   54   55   56   57   58   59   60   ...   96

Beyt: 

 

Kiçik çayda üzər kiçik balıqlar,  



592 

 

Nəhəng balığının



412

 öz ümmanı var.

413

 

 



Xülasə,  öz  rəylərinə  qapılan  əmirlər  İsgəndər  şanlı 

nəvvabdan  icazə  aldıqdan  sonra  bu  işi  tez-tələsik  həyata  keçirmək 

istəyib, şahın və ordunun rəhmətlik [İmanı Hüseynə] yas tutduqları 

aşura günlərində xoş bir saat seçərək, şahzadəni Tərtər yurdunda öz 

adlı-sanlı atasının yanına apardılar.  [Şah da] indiyə kimi öz başına 

qoyduğu tacını öz mübarək əlinə götürüb şahzadənin başına qoydu, 

onun belinə qılınc kəməri bağladı, əyninə qiymətli libaslar geydirdi, 

onu  vəliəhdlik  rütbəsi  ilə  şərəfləndirdi.  Qərara  alındı  ki,  rəhmətlik 

şahzadənin mülazimləri və ali divanın mənsub sahibləri elə əvvəlki 

qaydada  mirzənin  xidmətində  dayansınlar.  Beləliklə,  rəhmətliyin 

var-dövləti,  əşyaları  və  evlərinin  sərkarı  da  elə  nəvvab  mirzənin 

sərkarı  olaraq  qaldı.  O  vaxt  ali  sarayda  olan  bütün  əmirlər,  böyük 

adamlar  və  qızılbaş  əyanları  gələrək  bu  xanədanın  qanun-qaydası 

üzrə  mirzənin  ayağını  öpüb,  onu  təbrik  etdilər.  Ətrafa  hakimlər 

göndərildi, əhaliyə şahzadənin cülusu barədə xəbər verildi. 

İmamqulu  xan  və  Qarabağ  əmirləri  o  mənzildə  şahdan 

icazə  alıb,  öz  iqtalarına  qayıtdılar,  şah  da  köçərək  Ərdəbil 

darülirşadına yollandı. 

Mirzə  Məhəmməd  əmirlərin  rəyini  həyata  keçirdiyi  üçün 

Əliqulu  xan  və  əmirlər  bu  qərara  gəldilər  ki,  onu  ali  divana  vəzir 

təyin  etsinlər  və  divanın  bütün  işlərinin  cilovunu  onun  ixtiyarına 

versinlər.  O  da  boyun  oldu  ki,  səltənət  işlərinin  rəvacı  üçün 

çalışacaq,  divanın  hörmətini  artıracaq,  dövlət  məsələlərinin  yerinə 

yetirilməsinin zamini olacaqdır. Beləliklə, o, belə uca bir mərtəbəyə 

yüksəldi,  divan əməliyyatlarının  müstəqil icraçısı (mütəsəddi) oldu 

və etimadüddövlə adlandı. Adı çəkilən əmirlər haqq yoldan azıb öz 

nəfslərinə  uyğun  hərəkət  etdiklərindən  yersiz  məsələlərə  yol 

verdilər,  baş  vermiş  vəziyyəti  özlərinin  maraqlarına  uyğun 

yönəltdilər,  öz  işlərini  din  və  dövlət  mənafeyindən  üstün  tutdular, 

qəzavü-qədər işgörənlərinin (karpərdazane-qəza-və qədər) təhriki ilə 

öz idbar əməllərini yerinə yetirdilər, öz dövlətlərinin dağılması üçün 

çalışdılar,  onların  atdıqları  murad  zərləri  (kəbəteyne-morad) 

                                                           

412


 Balina – Ş.F. 

413


 Beytin farscası: 

Ze abe-xord mahiye-xord xizəd,  

Nəhəng an beh ke ba dərya setizəd. 


593 

 

müxalifət  səmtinə  düşdü  və  zamanə  onlara  etdiyini  etdi.  Tezliklə 



haqq yerini tutdu  və buna  görə də öz əməllərinin cəzasına çatdılar 

ki, gələcəkdə bu haqda yazılacaqdır. 

Xülasə,  hümayun  ordu  mənzillər  qət  edib  Ərdəbil 

darülirşadına  çatdı  və  şəhid  şahzadənin  cəsədini  öz  əziz  ata-

babalarının  qəbirləri  yanında  dəfn  etdilər,  o  qiymətli  dürrü  torpaq 

xəzinədarlarına,  onun  müqəddəs  ruhunu  isə  fələklər  aləmində 

əyləşənlərə tapşırdılar. 

İsgəndər şanlı nəvvab əziz fərzəndinin ruhu naminə həzrət 

övliyalar  sultanının  məscidində  dualar  oxutdu,  fəqir-füqəraya 

yeməklər  payladı,  ehtiyacı  olanlara  sədəqə  (təsəddüq)  verdi.  Sonra 

oradan  çıxıb  Tarom  və  Xalxal  yolu  ilə  Qəzvin  darüssəltənəsinə 

gəldi. Həmin qışda hümayun qışlaq bu əbədi səltənətin paytaxtında 

başa yetdi. 

 

GÜNAHLARI BAĞIŞLANMIŞ MƏRHUM ŞAHZADƏNİN 



DƏHŞƏTLİ VAQİƏSİNDƏN BAŞLAYARAQ 

ƏLAHƏZRƏTİN DÖVLƏT VƏ KAMRANLIQ GÜNƏŞİNİN 

DOĞMASINA VƏ XORASAN ÜFÜQLƏRİNDƏN TÜLU 

ETMƏSİNƏ QƏDƏR BAŞ VERƏN İRAQ, AZƏRBAYCAN 

VƏ KİRMAN VAQİƏLƏRİNİN ZİKRİ 

 

Yuxarıda  yazıldı  ki,  türkman  və  təkəli  tayfalarının 



məğlubiyyətindən  sonra  cəng  meydanından  sağ-salamat  çıxan 

türkman  əyanlarının  əksəriyyəti  Damğana  gedib  Mürtəzaqulu  xan 

Pornakın  ətrafına  toplaşdı.  Nəvvab  şahzadə  onların  ürəklərini  ələ 

almaqdan ötrü Mürtəzaqulu xana əmirlərdən xəbərsiz  məktub yazıb 

onu saraya çağırmış, ona şahanə vədlər vermişdi. O da şadyanalıqla 

İraqa üz tutmuş, Reyə çatarkən rəhmətlik şahzadənin canyandıran və 

kədərli  vaqiəsini,  habelə  Əbu  Talib  Mirzənin  yüksəlişini,  Əliqulu 

xanın  və  İsmayılqulu  xanın  ixtiyar  və  iqtidara  çatmaları  xəbərini 

eşitmişdi. Buna görə də saraya getməyə cürət etmədi, türkman elinə 

xəsarət  toxunacağı  barədə  düşünüb,  əksəriyyəti  Qum  və  Savədə 

yaşayan  türkmanların  həmin  yerlərdən  köçürülməsi  üçün  Reydən 

Quma və Savəyə gəldi, onlardan ələ keçən hər kəsi zorla, yaxud öz 

xoşuna köçürüb Damğana getdi. 

Qumda    və    Savədə    olduğu    bir    neçə    gün    ərzində  o 

vilayətlərin  əhalisi  Mürtəzaqulu  xanın  düşmənçiliyə  və  tüğyana 

başladığını  güman  edib,  türkman  tayfasının  dəf  olunmasından  ötrü 



594 

 

ona  yemək  (nəzl)  və  hədiyyələr  göndərdi.  Özü  və  atası  bir  neçə  il 



Kaşan  hakimi  olmuş  Vəlican  ibn  Məhəmmədxan  Türkman  həmişə 

Mürtəzaqulu  xanı  əhalisinin  əksəriyyəti  ayrı-ayrı  yerlərdən  gəlmiş 

tacirlər  və  varlılar  olan  Kaşan  camaatından  çoxlu  peşkəş  istəməyə 

təhrik  edirdi.  Vəlican  xanın  özü  bu  işin  icrasına  başlayaraq, 

Mürtəzaqulu  xan  hələ  gəlməmişdən,  Kaşan  əhalisindən  peşkəş 

yığmağa  başlamış  və  elə  məsələnin  başlanğıcından  narazılıqla 

qarşılanmış dava-dalaş baş vermişdi. 

Amma  əhali  öz  mal  və  canlarının  qorxusundan  [Kaşanın] 

daruğəsi olan Behzad bəy Qulamın və Mirzə Keçəçi Vəzirin köməyi 

ilə Vəlican xanla mülayim rəftara başladı. Onlar Mürtəzaqulu xanm 

[vura biləcəyi] zərərin dəf olunmasından ötrü Vəlican xana birləşib, 

onun  şəhərə  gəlişini  xahiş  etdilər,  o  da  Mürtəzaqulu  xandan  izin 

almadan  Kaşana  yollanıb  özünü  şəhərə  çatdırdı.  Onunla  çox  da 

sorğu-sual  etməyən  daruğə  və  vəzir  onun  şəhərə  gəlişinə  manc 

olmadılar  və Vəlican xan daruğənin evində  mehman oldu. Kaşanın 

hələ Məhəmməd xan  və oğlanlarının dövründən bu şəhərdə qalmış 

köhnə türkmanlarının bir dəstəsi daruğənin xidmətinə gəlib bir yerə 

toplaşdılar.  Şəhərdən  xaricdə  olanlardan  da  bu  iki  gündə  adamlar 

gəldilər.  O,  öz  gücünün  daruğə  və  vəzirdən  çox  olduğunu  görüb 

şəhəri onlardan almağı düşündü. Bir dəstə əmələ və fəhlə ona qarşı 

çıxsalar da, o, onları tutub həbs, mallarını isə zəbt etdi. Kaşan əhalisi 

istər-istəməz  ona  tabe  olub  layiqli  peşkəşlər  verdilər.  Məsələnin 

başlanğıcında  o,  şəhər  əhalisiylə  yaxşı  rəftar  etməkdəydi,  amma 

qüvvətləndikdən sonra xasiyyəti dəyişildi. 

Xülasə,  Mürtəzaqulu  xan  Vəlican  xanla  yoldaşdıqdan  əl 

üzdü, özünün bir dəstə yoldaşı ilə Damğana yollandı. 

Oradan  bir  neçə  mötəbər  türkman  adamını  müqəddəs 

Məşhədə  -  əlahəzrətin  (Abbas  Mirzənin  -  Ş.F.)  yanına  göndərdi, 

Mürşidqulu xana ərz etdi: "Rəhmətlik şahzadə (Həmzə Mirzə - Ş.F.) 

sağ olan vaxt o, İsgəndər şanlı nəvvabın böyük fərzəndi olduğundan 

vəliəhdlik  rütbəsinə  çatmışdı.  Bız  də  sufilik  yolumuzdan,  istək  və 

sədaqət  üslubumuzdan  dönməyib,  o  həzrətə  müttəfiq,  ali 

mülazimlərə isə müxalif idik. Amma indi ki, o həzrətin başına belə 

bir  hadisə  gəlmişdir,  əlahəzrəti  vəliəhd  və  məşhur  atanın  qayim-

məqamı bilirik. Əgər onun müzəffər ordusu İraqa gedərsə, türkman 

tayfasından hədsiz sədaqət və bəndəlik görəcəkdir". 

Onun  (Mürtəzaqulu  xanın  -  Ş.F.)  getməyindən  sonra, 

Vəlican  xan  Kaşan  hakimliyində  müstəqil  oldu,  oranın  varlı 



595 

 

adamlarından çoxu var-dövlət yığdı. Get-getə türkman tayfalarından 



xeyli  adam  onun  yanına  gəldi,  buna  görə  də,  onun  beyninə  qürur 

buxarı doldu, qüvvətlənərək həmin  mülkdə artıq  müstəqil hökmran 

olduğunu güman etdi. 

Ali  saraya  özünün  itaətini,  hüsni-xidmətini  və  Kaşanı 

Mürtəzaqulu  xandan  aldığını  əks  etdirən  bir  məktub  yolladı. 

İstəyirdi  ki,  əmirlər  və  dövlət  ərkam  Kaşan  mülkünü  ondan 

müzayiqə etməyəcək, onun adına o vilayətin idarəsi haqqında hökm 

sadir  olacaqdır.  Güclü  dövlətin  ərkanı  isə  onun  bu  özbaşınalığını 

bəyənməyib, qüruru üzündən etdiyi xahişi alçaq bir hərəkət bildi və 

ali divan tərəfindən Kaşanın idarəsi Əliqulu xanın adına yazıldı. Ali 

divanın  bu  işindən  məyus  olan  Vəlican  xan  Xorasana  bir  adam 

yollayıb  özünü  Abbasın  tərəfdarı  kimi  təqdim  etdi  və  Əbu  Talıb 

Mirzənin  itaətindən  çıxdığını  bildirdi,  Kaşandakı  əmir  və  dövlət 

ərkanının  bütün  gərək-yaraqlarını  (gərək-yorağan)  əllərindən  alıb 

barxanələrini  zəbt  etdi  ki,  onun  gələcək  vəziyyəti  bu  dəftərin 

zeylində yazılacaqdır. 

Amma əfşar əmirlərinin əhvalatı belə olmuşdur: Atası Qulu 

bəy  Qorçibaşının  fərarından  sonra  Əbrkuhdan  Yəzdə  gələn  Yusif 

xan oranın darugəsi Məhəmməd Xəlifə Əfşarla birlikdə Yəzdi işğal 

etdi,  padşah  əmirlərinin  mallarına  əl  uzatdı.  Amma,  təkəli 

türkmanlarının  qələbəsindən  sonra  nəvvab  şahzadənin  (Sultan 

Həmzə Mirzənin - Ş.F.), əmri və mirmiranın məsləhəti ilə tutularaq 

həbs  edildi.  [O  zaman]  Kirman  hakimi  Vəlixanoğlu  Bəktaş  xanla 

birlikdə  Azərbaycan  yasağı  məqsədiylə  Kirman  darülamanından 

Yəzd darülibadəsinə  gəlmişdi. Adı çəkilən Bəktaşın başında özünü 

böyük tutma (rəşd)  və tüğyan havası olduğundan, özünə  "xan"  adı 

qoyaraq,  Yəzddə  batil  istəklərə  və  boş  xəyallara  qapıldı,  başını 

üsyan  və  ədəbsizlik  cibindən  çıxardı  və  Yusif  xanı  həbsdən  xilas 

etdi,  əvəzindəsə  ali  divan  tərəfindən  təyin  olunmuş  darugəni  və 

gərək-yaraq

414

 [məmurunu] həbsə saldı, müxalifət şüarı söylədi. Elə 



o əyyamla da cənab nəvvabın dəhşətli (hayele) hadisəsi xəbəri gəlib 

onlara  yetişdi.  Vəli  xan  geri  qayıdaraq  Kirmana  getdi,  Bəktaş  xan 

isə  mirmiranla qohum olduqlarına görə ona  əl uzadıb, əvvəlkindən 

də  çox  müstəqillikdən  dəm  vurdu,  adı  çəkilən  vilayətə  işğal  əlini 

uzatdı, özünü o  vilayətin qanuni hakimi  güman  etdi. Yusif xan isə 

onun  köməyi  və  tapşırığı  ilə  Əbrkuha  gedərək  orada  hakimlik 

                                                           

414


 Mətndə "gər kiraq" yazılmışdır.  Mənasını lüğətlərdə tapa bilmədim - Ş.F. 

596 

 

bayrağı  qaldırdı.  Belə  əməlləri  etdikdən  sonra  Bəktaş  xan 



əmirlərdən  və  dövlət  ərkanından  qorxdu  (xayef  gəşt),  mirmiranın 

köməyi ilə Xorasanın əlahəzrət zilləllah şahın və Mürşidqulu xanın 

yanına  adam  göndərdi  və  itaət  izhar  etdi,  özünü  abbasilər 

zümrəsindən  saydı.  İsfahan  hüdudunda  yaşayan  ərəşli  və  əfşar 

əmirləri də Bəktaş xanla ittifaq edərək Əbu Talıb Mirzəçilərə qarşı 

xilaf  məqamına  gəldilər.  Kuh-Giluyə  əfşarları  da  bir  neçə  dəstəyə 

bölündülər və hər dəstəyə bir əmir rəhbərlik etdi. Hakimləri Əlixan 

Sadi Təkəli olan Fars zülqədərləri hələ mərhum şahzadə sağ ikən öz 

hakimi  ilə  döyüşməyə  başladılar.  O  camaatın  arasında  ağayane- 

motəbərrekə*  də  vardı.  Onlar  Əli  xanın  hakimliyindən  usanıb  ona 

layiqli  itaət  etmirdilər.  [Beləliklə,]  aralarında  küdurət  və  savaş 

(neza)  başlandı.  Mərhum  şahzadəyə  xidmət  etmək  və  öz  işlərini 

möhkəmlətmək,  zülqədər  tayfası  fitnəkarlarını  cəzalandırmaq 

məqsədiylə  Şirazdan  çıxan  Əli  xan  Qəzvin  darüssəltənəsinə 

yetişdiyi  vaxt  mərhum  şahzadənin  dəhşətli  əhvalatını  eşitdi  və 

[hadisələrin  ardını]  gözləməyə  başladı.  Padşahın  hümayun  ordusu 

Qəzvinə  gəlib  çatarkən  İsgəndər  şanlı  nəvvabın  və  Əbu  Talıb 

Mirzənin yanına getməklə şərəfləndi. Əmirlər  və dövlət ərkanı onu 

ürəkaçan  vədlərlə  sevindirdilər  və  Şiraz  darülmülkünün  idarə 

olunması  yenidən  ona  verildi.  [Bu  münasibətlə]  zülqədər  ağalarına 

vəd  və  hədə-qorxu  (vəid)  hökmü  göndərildi,  düşmənləri  cəza 

(siyasət)  və  padşahanə  qəzəblə  qorxutdular,  Əli  xana  isə  gözəl 

xələtlər  verərək  Fars  [vilayətinə]  rəvan  etdilər.  Onun  gəlmə  xəbəri 

Farsa çatdıqda, zülqədər ağaları ali divanın  vəziri olmaq arzusunda 

olan  Mirzə  Abdulla  ibn  Mirzə  Salman  Cabirinin  fitnəsi  ilə  Fars 

əmirlərini  özlərinə  müttəfiq  etdilər  və  onlar  Əli  xana  qarşı 

müxalifətə  qərar  verdilər.  Mirzə  Abdulla  öz  istəyinin  yerinə 

yetməsindən ötrü gecəni-gündüzə qatır, bu fikrindən bir ləhzə belə 

ayrılmırdı. [Zülqədər ağaları] Mehdiqulu bəy Savi Təkəlini özlərinə 

hakim  və xan seçib Əli xanın Şirazdakı bütün yaraq-yasaqını onun 

ixtiyarına  verdilər.  Onlar  birlikdə  əhd-peyman  edərək  Əli  xana 

müxalif,  Mehdiqulu  xana  isə  müvafiq  oldular.  Bu  xəbəri  yolda 

eşidən  Əli  xan  özünə  müvafiq  olan  iki-üç  yüz  nəfər  mülazimlə 

qorxu-hürkü  bilmədən  uzun  yol  keçib,  mərdliklə  Fars  vilayətinə 

qədəm basdı, öz gəlişi haqda onlara xəbər göndərdi: O ümidvar idi 

ki,  onların  arasında  pərakəndəlik  başlanacaq  və  onlar  dəstə-dəstə 

gələrək  ona  birləşəcəklər.  [Əli  xan]  güman  etmirdi  ki,  zülqədər 

tayfası  padşahın  hökmünə  qarşı  çıxa  bilərlər.  O,  Şirazın  on  iki 



597 

 

fərsəxliyində olan Mayinə  çatdısa dı, Şiraz hərbiçi  və  rəiyyətindən 



heç kim onu qarşılamağa gəlmədi və onların Mehdiqulu xanla birliyi 

və özü ilə müxalifəti açıq-aşkar bilindi. Ona elə qorxu və dəhşət üz 

verdi ki, nə getməyə cürəti, nə də qayıtmağa üzü qaldı. 

Amma Əli xanın Mayinə gəlmə xəbəri Mehdiqulu xana və 

zülqədər  ağalarına  yetişdikdə,  onlar  aralarındakı  əhd-peymanı 

təzələyib  Əli  xanı  dəf  etmək  əzmi  ilə  böyük  izdihamla  şəhərdən 

çıxdılar. Əli xanın başqa əlacı olmadığından, naçar qalaraq səbat və 

qərar  ayağını  yerə  möhkəm  dirədi,  yanındakı  az  miqdar  adamla 

hərbə  qərar  verdi.  Tərəflər  bir-birlərinə  yaxınlaşdıqda  Əli  xanın 

adamlardan  çox  olan  şirazlıları  onun  üstünə  at  sürüb  adamlarını 

pərakəndə etdilər. Əli xan məğlub edildi. Əsgərlərin çoxu bir-biri ilə 

qohum və həm tayfa olduqlarından qətl az oldu. 

Amma onun ordusunun mal və silahı qarətə getdi. Əli xanı 

həbs edərək, şəhərə gətirdilər və Şiraz meydanında böyük həqarətlə 

qətlə  yetirdilər.  İllərlə  Əli  xan  sülaləsinin  duz-çörəyini  yeyən 

adamlar, xüsusilə onun qohumu olan, həmişə onun tərəfindən xətir-

hörmət  görən  və  fərzəndlik  rütbəsinə  çatan  Mehdiqulu xan  ona  və 

dudmanına qarşı qəbahətli bir əməl həyata keçirdi. Həqiqətən də bu, 

qohum  tərəfindən  edilən  bəyənilməz  bir  iş  idi.  Elə  buna  görə  də, 

etdikləri işin mükafatını qəddar zəmanədən intiqam cəbri ilə aldılar 

ki, bu haqda ikinci dəftərdə və öz məqamında yazılacaqdır. 

Elə  ki, Şiraz  camaatı  belə  bir  hərəkətə  cürət  etdilər,  onlar 

padşah  dövlətindən  və  Əbu  Talıb  Mirzə  tərəfdarlarından  qorxuya 

düşüb,  Xorasana  -  əlahəzrət  zilləllah  şahın  və  Mürşidqulu  xanın 

yanına  adam  yollayıb,  özlərinin  abbasilər

 

silkindən    olduqlarını  



bildirdilər  və    saraydan    ali  divana  vəzarət  mənsəbinin  Mirzə 

Abdulla  ibn  Mirzə  Salman,  Şiraz  əyalətinisə  Mehdiqulu  xana 

verilməsi barədə fərman gəldi. 

Amma  onlar  İsgəndər  şanlı  nəvvabı  düşünüb  Fars 

vilayətində xütbə və sikkəni dəyişmədilər, hər iki tərəf ilə münasibət 

saxladılar. İsfahan darüssəltənəsində isə bunlar baş verdi: Bir neçə il 

mərhum şahzadə tərəfindən o mülkün hakimi və ixtiyar sahibi olan, 

Nəqşi-cahan  yaxınlığında  möhkəm  bir  qala  inşa  edib,  oraya 

qaladarlıq silahları və ehtiyaca görə azuqə yığan Fərhad ağa Qulam 

baş qaldırdı. Mərhum şahzadəyə üz  verən dəhşətli hadisədən sonra 

Əliqulu xan Fəthoğlu mütləq vəkil, Mirzə Məhəmməd isə padşahın 

vəziri  oldu.  Əliqulu  xanın  İsfahanın  daruğəsi  olduğu  il  onunla 

Fərhad  ağa  arasında  vəhşət  və  savaş  yarandı.  Fərhad  ağa  onun 


598 

 

vəkillərinə işlərə çox da dəxalət etmək imkanı vermədiyi üçün onun 



tərəfindən  etibara  layiq  görülmədi.  O,  elə  Mirzə  Məhəmməd 

tərəfindən  də  özünə  qarşı  ehtiram  görmədi.  [Buna  görə  də,]  ərəşli 

tayfasının 

hücumunu 

dəf 

etməkdən 



ötrü 

qalanın 


möhkəmləndirilməsinin  və  öz  vəziyyətinin  yaxşılaşmasının 

qayğısına qaldı, istəmədi ki, dövlət ərkanının və Əbu Talıb Mirzənin 

əmrlərinə  tabe  olsun.  Azərbaycanda  da  nəvvab  Mirzənin 

qəziyyəsindən sonra hər başa bir özbaşınalıq sevdası düşdü, padşah 

fərmanları yerinə yetirilmədi, hər adam istədiyi vilayəti ələ keçirib, 

biri-digərinə  itaət  etmədi.  Təbriz  qalasında  olan  Cəfər  paşa  fürsəti 

qənimət bilib, həmin mülkün hər tərəfini işğal etdi və Azərbaycanın 

əksər mahalları qızılbaşların əlindən çıxdı. 

Xülasə,  Azərbaycan,  İraq,  Fars,  Kirman,  Kuh-Giluyə  və 

Xuzistan  əhalisinin  işləri  nizamdan  düşdü,  qoşunların  istila  etdiyi 

yerlərin rəiyyəti olduqca pis vəziyyətə qaldı. Əsgərlər çobansız sürü 

kimi  dağılışmağa  başladılar.  Hamı  qeyb  aləmindən  kömək 

intizarında idi. Belə bir halda İlahinin inayət nəsimi əsməyə başladı. 

O  ilin  sonlarında  əlahəzrət  zilləlah  şahın  cahangirlik  ordusunun 

təntənəsi  İraq  məmləkətlərində  səslənməyə  başladı,  İran  mülkünün 

sakinləri  üzərinə  mərhəmət  (atefət)  kölgəsi  düşdü  və  nizamsızlıq 

azalmağa  başladı.  Şahın  zavalsız  iqlalının  köməyi  ilə  hadisələrin 

təsirindən  öz  paklıq  və  səliqə-sahmanını  itirən  İran  mülkünün  hər 

tərəfi az vaxtda təravətləndi və İrəm gülzarına döndü. 

 

İSGƏNDƏR ŞANLI NƏVVABIN ƏMİRLƏRİNİN, DÖVLƏT 



ƏRKANININ VƏ ƏBUTALİB MİRZƏ TƏRƏFDARININ 

VƏZİYYƏTLƏRİNİN ZİKRİ 

 

Əbutalib  Mirzənin  və  onun  dövlət  başçılarının  vəziyyəti 



belə idi: Onlar Qəzvin darüssəltənəsinə gəlib orada iqamət etdikləri 

ilk vaxtdan başlayaraq qürur badəsindən elə məst olmuşdular ki, heç 

kimi  saya  salmır  və  belə  bir  ehtimalı  heç  güman  da  etmirdilər  ki, 

onlara  qarşı  çıxmaq  kiminsə  xəyal  səhifəsinə  yazıla  bilər. 

Düşünmürdülər  ki,  öz  adamları  ilə  Mürşidqulu  xan  İraqa  gəlməyə 

cürət  edə  və  özü  ilə  şərafətli  nəvvabı  (Abbas  Mirzəni  -  Ş.F.)  da 

gətirə bilər. Qış bitirdi və doqquz yüz doxsan beşinci (miladi 1587) 

donuz  ilinin  novruzu  gəlib  çatdığından  təbiətin  burnuna  bahar 

bağının gül-çiçək ətri dolmaqdaydı. Hər gün Kaşan, İsfahan, Yəzd, 

Şiraz  və  Kirmandan,  yuxarıda  yazıldığı  kimi,  vəhşətli  xəbərlər 



599 

 

gəlməkdə  idi.  Onlar  qəflət  yuxusundan  bir  qədər  ayıldılar,  öz 



hallarının yaxşılaşması və hər diyar vəziyyətinin yoluna düşməsinin 

qeydinə  qalmağa  başladılar.  Amma,  onların  hökmranlığı  artıq 

keçdiyindən  və  əlahəzrət  zilləllah  şahın  hökmranlıq  və  kamranlıq 

tədarükü görüldüyündən artıq arzu nərd-taxtasının üstünə düşən tale 

zərləri istədikləri kimi düşmürdü. 

Sabiqdə  Fərhad  ağanm  vəziri,  sonralarsa  Qəzvin  işlərinin 

mütəsəddisi  olmuş  Mir  Cəfər  Qəzvinini  Fərhad  ağanı  gətirməkdən 

ötrü  İsfahana  göndərdilər  və  onun  adına  əfv  olunma  hökmü  sadir 

oldu. Qulu bəy Qorçibaşı və əfşar camaatı ilə möhkəm əlaqəsi olan 

Pirqulu  bəy  ibn  Şahqulu  Səqqam*  Yəzd  darülibadəsinə  -  Bəktaş 

xanın yanına yolladılar ki, onu xilaf vadisindən döndərib Əbu Talib 

Mirzəyə  itaət  etməyə  çağırsınlar.  Hümayun  ordu  isə  Xərəqan 

yaylağına  gedərək  orada  bir  neçə  müddət  qaldı.  Adı  çəkilən  Mir 

Cəfər gəlib özü ilə Fərhad ağanı [da] gətirdi və o, şah və şahzadədən 

ötrü  bir  az  peşkəş  təqdim  etdi,  amma,  Əliqulu  xana,  İsmayılqulu 

xana  və  Mirzə  Məhəmməd  Vəzirə  töhfə  və  ərməğan  kimi  bol  pul 

(noqud)  verdi, yenidən  İsfahan hakimliyinə  getməkdən ötrü tələsik 

izn  aldı.  Lakin  hər  gün  və  hər  yandan  əmirlər  və  dövlətin 

sütunlarının (ərkan) istəyinə (təb) uyğun gəlməyən dəhşətli xəbərlər 

gəlməkdəydi  və Fərhad ağa bütün işləri Mirzə Məhəmməd Vəzirin 

rəyi  və  tədbiri  ilə  yerinə  yetirirdi.  Zəmanə  artıq  dəyişildiyindən, 

səltənət və padşahlıq işlərinin icrası, həmçinin xilafət və şahənşahlıq 

məsələlərinin  nizamlanması  kamyab  nəvvab  zilləllah  şahın 

zəmanətinə  (kəfil)  keçmişdi,  amma  o,  dövlət  işlərinin 

tənzimlənməsi,  habelə  mülk  və  millət  qanun-qaydalarının 

möhkəmlənməsi  haqda  nə  qədər  düşünürdüsə  də,  onun 

düşündüyünün  əksi  baş  verirdi.  Bu  əsnada  şamlı  və  ustaclı 

[tayfaları] arasında küdurət tozu bir qədər artdı, amma Məhəmmədi 

bəy Sarı Solağın səyi ilə [tez də] yatdı. Məhz həmin pis münasibətə 

görə də mərhum nəvvab şahzadə Həmədan vilayətini Pir Qeyb xan 

Ustaclıya  vermişdi.  O  vaxt  İsmayılqulu  xan  Şamlı  o  vilayətin 

idarəçiliyini öz böyük qardaşı Şahverdi Xəlifəyə verməyə cəhd etdi. 

Onun məsləhətindən çıxa bilməyən Əliqulu xan da Pir Qeyb xanın 

tərəfində durmurdu. Nəhayət o, buna razı oldu və Həmədan əyaləti 

Şahverdi  Xəlifənin  adına  yazıldı,  o,  həmin  tərəfə  yollandı.  Bu 

məsələdən  Pir  Qeyb  xan  incidi.  O,  zahirdə  ona  itayət  edirdisə  də, 

amma  məmləkətin  alış-veriş  işlərindən  əlini  çəkmirdi,  hakimlərin 

əyləşdiyi binada oturub oradan çıxmırdı. 



600 

 

Şahverdi  Xəlifə  varlı,  kədxuda*  rəftarlı,  xoşxasiyyət 



adamdı.  Amma, onun qohumu  və  mülazimi olan şamlı [tayfasının] 

cahil  adamları  bir-birləriylə  danışığa  girib  [Pir  Qeyb  xanı]  zorla 

Həmədandan  çıxarmaq  istədilər.  Qürurlu  xasiyyəti  olan  Pir  Qeyb 

xanın qüvvəsi və qüdrəti o vaxt Şahverdi xandan çox idi. Buna görə 

də o, onların [Həmədanda] bərqərar olmalarına tab gətirmədi, incik 

olduğu  üçün  onlara  tabe  olmadı,  iş  dava-dalaşla  nəticələndi. 

Üstünlük  (ziyadət)  ustaclıların  tərəfinə  keçdi,  Şahverdi  Xəlifənin 

ehtiramı ləkələndi (hətk). Bu xəbər orduya çatdıqda İsmayılqulu xan 

şamlı  tayfası  ilə  təcili  atlanıb  Həmədana  getmək  və  Pir  Qeyb  xanı 

cəzalandırmaq  istədi,  amma  Əliqulu  xan  İsmayılqulu  xanı 

incitməmək  və  şamlı-ustaclı  tayfasının  qarşısını  almaq  üçün 

xoşluqla  onu  bu  işdən  çəkindirdi,  söz  verdi  ki,  özü  gedib  Şahqulu 

Xəlifəni  Həmədan  hakimi  edəcək,  Pir  Qeyb  xanı  tutub  ona  təhvil 

verəcəkdir.  İsmayılqulu  xan  onun  xahişini  qəbul  etdi  və  hücum 

niyyətindən  vaz  keçdi,  Əliqulu  xan isə  bir  dəstə  əmirlə  Həmədana 

tərəf yollandı. Amma, hələ onun şəhərə daxil olmasından əvvəl, hər 

iki  tərəfin  sülh  tərəfdarları  (moslehan)  və  xeyirxah  adamları  araya 

düşmüş, barışıq (aşti) yaranmış, Pir Qeyb xan o vilayət hakimliyini 

tərk  etmişdi.  O,  yolda  İsmayılqulu  xana  çataraq  onunla  birlikdə 

orduya  gəldi. Onunla arası olmayan  və ondan çəkinən Əliqulu xan 

Xərrəqan yaxınlığında bir neçə ustaclı cavanı və qədim mülazimləri 

ilə öz var-yoxlarını ataraq, ordudan fərar etdi və Xorasana yollandı. 

Bir  neçə  gün  yol  getdikdən  sonra  müqəddəs  Məşhəddə  əlahəzrət 

zilləllah  şahın  görüşü  ilə  şərəfləndi  və  Mürşidqulu  xanla  söhbət 

etmək izzətinə yetdi. Əliqulu xan onu İraqa  getməyə  meyilləndirdi 

və  İraqdakı  hökümət  nizamsızlığını  və  vəziyyətin  pisliyini  olduğu 

kimi  ona  danışdı.  Hümayun  ordu  Xərrəqan  yaylağında  olan 

əyyamda, əlahəzrət zilləllah şah və Mürşidqulu xan tərəfindən Aşur 

ağa adlı bir şəxs İraqa gəldi və onlara məktub gətirdi. 

Hadisə  yığcam  olaraq  belə  baş  vermişdir:  Mərhum 

nəvvabın başına gələn müdhiş hadisənin xəbəri müqəddəs Məşhədə 

çatan  vaxt  İraqın,  Farsın  və  Kirmanın  hər  tərəfindən  [Məşhəldə] 

sədaqət ayinli ərizələr gəlməyə başladı. Ağıllı və işbilən adam olan 

Mürşidqulu xan istədi ki, eldə, dövlət  adamlarında, orduda  və  İraq 

əmirlərində  baş  verən  həqiqi  münasibətləri  olduğu  kimi 

öyrənməkdən ötrü fərasətli bir şəxsi İsgəndər şanlı nəvvabın yanına 

göndərsin  və  o,  geri  qayıdanda  dövlətin  məsləhəti  nədirsə  ona  da 

əməl  etsin.  Adı  çəkilən  Aşur  ağa  həmin  tapşırıqla  göndərildi  və 



601 

 

əlahəzrətdən  adlı-sanlı  atasına  böyük  qardaşının  başına  gəlmiş 



müdhiş  hadisə  barədə  bir  məktub  gətirdi.  Habelə  Aşur  ağa  ilə 

Mürşidqulu xandan da [şaha] sədaqətli bir ərizə, dövlət başçılarına 

isə nəsihətlərlə dolu bir məktub yetişdi.  

Məzmunu  belə  idi:  Bir  neçə  ildir  ki,  fələyin  muradı  və 

fəsad  əhlinin  fitnəkarlığı  ilə  İraq  və  Xorasanın  əzəmətli  əmirləri 

arasında  vəhşətli  hadisələr  baş  vermiş,  cürbəcür  müxalifət  vaqe 

olmuşdur  ki,  bunlardan  böyük  fəlakətlər  törənmişdir.  Qızılbaşlar 

arasında ittifaqın olmaması və əmirlərlə tayfa ağsaqqallarının nifaqı 

nəticəsində müxtəlif tayfalar məmləkətlərə öz tarac əllərini uzatmış 

və  səltənətdə  tam  qarma-qarışıqlıq  yaranmışdır.  Rəhmətlik 

şahzadənin  başına  dəhşətli  hadisə  gəlmişdirsə  də,  hal-hazırda 

əlahəzrət şahzadə (yəni Abbas Mirzə - Ş.F.) müqəddəs Məşhəddədir 

və  İsgəndər şanlı nəvvabın böyük oğludur. O, artıq özünün inkişaf 

mərtəbəsinə  çatmışdır  və  ondan  cahangirlik  əsəri  görünməkdədir. 

Həzrət dövlət başçılarından təvəqqemiz budur ki, bu  gündən sonra 

müxalifət  büsatını  dağıdaq  ki,  hamımızın  boynu  bir  köynəyin 

yaxasından boylansın. Biz gərək bir-birimizlə ittifaqa girib səltənət 

və  şahlıq  işlərində,  düşmənlərin  dəf  olunmasında  və  məmləkət 

işlərinin  nizam  -  intizamında  dövlətin  və  bir-birimizin  rəyi  və 

məsləhəti ilə hərəkət edək, qızılbaşlar arasındakı iki tirəliyi aradan 

qaldıraq". 

Aşur  ağa  Qəzvinə  gəlib  çatanda  hümayun  paytaxtın 

qorunmasından  ötrü  şəhərdə  qalmış  Qorxmaz  xan  Şamlı  onu 

saxlayıb  sorğu-sual  etdi.  İcazə  aldıqdan  sonra  orduya  gəldi,  həzrət 

xanlar  məktubun  məzmunundan  xəbərdar  oldular,  amma  onların 

bəsirət gözləri düzgün yolu görə bilmədi. Onların əlahəzrətin vəkili 

və  mütləq  sahibixtiyarı  olan  Mürşidqulu  xana  etimadları  yox  idi. 

Əliqulu  xan Fəthoğlunun  isə  ali  divanda  qüdrəti  və  yeri  fələyədək 

yüksəlmişdi  və  o,  səltənətin  və  şahlığın  bütün  işlərini  öz  əlinə 

almışdı.  Elə  buna  görə  də  Əliqulu xan  özünü  padşah  səviyyəsində 

görürdü, heç kimi nəzərə almırdı. Yaxşı bilirdi ki, onun Mürşidqulu 

xanla  bir  yerdə  olmağı  mümkün  məsələ  deyil.  Buna  görə  də, 

[Əliqulu  xan]  öz  vəziyyətini  düşünüb  onun  sözlərini  hiyləgərliklə 

dinlədi,  o  məsələnin  müsbət  həllini  inkar  etdi,  cavabında  isə  belə 

yazdı:  "İsgəndər  şanlı  nəvvab  öz  əziz  oğlu  Sultan  Həmzə  Mirzəni 

özünün  vəliəhdi  və qayimməqamı etmişdi. O, türkman  və təkəlilər 

arasında baş verən hərbə yollanarkən belə vəsiyyət etmişdi ki, əgər 

onun başına həmin səfərdə bir hadisə gələrsə, qoy əmin canişini Əbu 



602 

 

Talib  Mirzə  olsun.  Bir  halda  ki,  qızılbaş  tayfaları  Sultan  Həmzə 



Mirzənin qərarını bilirlər, buna görə də onlar adlı-sanlı şahzadə Əbu 

Talib  Mirzənin  xibmətində  qalıb,  qeyri  bir  əmrə  razı  olmazlar." 

Onlar  İraq  və  Xorasan  əmirləri  arasında  fitnə-fəsada  səbəb  olmuş 

Mürşidqulu  xanı  töhmətləndirib,  bürün  əmirlər  və  oymaq 

ağsaqqalları  tərəfindən  bu  xüsusda  məktub  yazdılar,  hər  təbəqədən 

olan əmirlər və ağsaqqallar da məktuba öz möhürlərini vuraraq Aşur 

ağanı etimadsızlıqla  yola saldılar.  Amma Əliqulu xan,  İsmayılqulu 

xan,  Məhəmmədi  San  Solaq  və  vəzir  Mirzə  Məhəmməddən  başqa 

qeyri  əmirlər  bundan  razı  deyildilər  və  [məktuba]  öz  möhürlərini 

basmışdılar. Hətta onların bir hissəsi  Mürşidqulu xanın məktubuna 

görə öz fikirlərini şifahi bildirmişdilər. 

Aşur ağa getdikdən sonra onların rəyi belə oldu ki, Kaşana 

gedib, oranı Vəlican xanın əlindən alsınlar, İsfahana üz tutub, Fars, 

Kirman  və  o  ətrafda  olan  yerlərin  işlərini  bitirərək,  onlara 

müqavimət  göstərənləri  cəzalandırsınlar,  hər  vilayətdə  öz  etibarlı 

adamlarını iş başına qoysunlar. 

Əliqulu Sultan Zülqədər Qum hakimini, Mürşidqulu Sultan 

Şamlı isə İsmayıl xanın qardaşını onlardan tez Vəlican xanın üzərinə 

-  Kaşana  göndərdilər.  Fərhad  ağanın  çoxlu  pulu  olduğunu  güman 

edən  və  orduda  olan  bəzi  İsfahan  əhalisi  ondan  şikayətlənib  var-

yoxunun  müsadirə  olunmasını  tələb  etdilər.  Boyun  oldular  ki, 

Fərhad  ağanın  özünün  və  adamlarının  mal  və  mülklərindən  ələ 

keçən  hər  şeyi  təhvil  verəcəklər.  Onlar  Xərrəqan  yaylağındaca 

Fərhad ağanı tutub, var-dövlətini zəbt etdilər. Mirzə Əhməd Kofrani 

vəzirin  naziri  və  İsfahanın  müamilə  sahibi  oldu.  Mirzə  Hidayət 

Nəcme-Sani  isə  oradakı  müamilələrin  (moamelat)  naziri  oldu. 

Fərhad  ağanın  mallarının  zəbti  üçün  zabitlər* təyin  etdilər,  Fərhad 

ağanın əlli-altmış təbəə, əmələ və fəhləsindən müəyyən məbləğ pul 

yığmaqdan öyrü güclü mühəssillər göndərdilər. İsfahanın darügəliyi 

Seyid  həy  Kəmunəyə  verildi  və  o,  İsfahana  rəvan  oldu.  Hümayun 

ordu isə çıxıb iyirmi gün ərzində Kaşana çatdı. 

Vəlican  xan  onlardan  narazı  olduğu  üçün  şəhər  qapılarını 

qapadı  və  qaladarlıq  yarağının  qalaya  yığılması  barədə  sərəncam 

verdi.  O,  tacirlərin  və  başqa  varlıların  mallarına  əl  uzadaraq 

mülazimlərə bol ənamlar verdi. Get-gedə iş o yerə çatdı ki, "Vəlican 

xan"  bəndələrinin  və  yanındakı  adamların  tələbi  ilə

415

  başqalarının 



                                                           

415


 Ərəbcə: "Bi muqtəda-l-abdi və mə fi yədihi". 

603 

 

malını  öz  malı  hesab  etdi  və  zorla  onlardan  aldı.  Şəhər 



xaricindəkilər  (biruniyan)  şəhəri  mühasirəyə  alaraq  seybələr 

hazırladılar,  qalanı  tutmağa  səy  etdilər.  Onlar  seybələri  xandaqlara 

gətirdikləri  vaxt  İsfahandan  vəhşətli  xəbərlər  gəlib  yetişdi.  Sözün 

qısası, İsfahan qalasında olan Fərhad ağa  və  mülazimlər, həmçinin 

onların sərkərdəsi  və Fərhad ağanın qohumu olan Xosrov bəy adlı 

qulam  onun  həbsini  eşidərək  şəhər  qapılarını  bağlamış,  qaladarlıq 

etməyə  girişmişdi.  Mal  toplayan  zabit  və  təhsildarların  sözlərinə 

etina  etməyən  Xosrov  bəy  "üsyan"  kəlməsini  elan  etdi.  Seyid  bəy 

Kəmunə,  vəzir  və  müqta*  sahibi  olan  Mirzə  Əhməd  Kofranı  o 

mülkün  nəqibləri  olan  yüksək  dərəcəli  Hüseyni  seyidlərinin  əhali 

arasında  "Hüseyniyyə"  adlanan,  indiyədək  isfahanlıların  həmin 

seyidlərə təzim əlaməti kimi, pənah yeri kimi (bost) tanınan məkana 

gətirərək  onları  bəstə"  əyləşdirdilər,  ətraf  yerlərdən  tüfəngçi  və 

kamandarlar  gətirib,  şəhərin  və  Hüseyniyyənin  mühafizəsi  ilə 

məşğul oldular. 

Əksəriyyəti əlsiz-ayaqsız qulamlardan ibarət olan qala əhli 

tərəfindən əliuzunluq edildi və buna görə də şəhər əhalisinin əhvalı 

pisləşdi, o fəxarətli şəhərin əmniyyəti yoxlaşdı. Asi qulamlar günü-

gündən  öz  üsyan  və  tüğyanlarını  daha  çox  qabardırdılar.  Nəhayət, 

onlar fürsət əldə edərək qəflətən Hüseyniyyə üzərinə hücum etdilər, 

divarları bir neçə  yerdən yarıb içəriyə daxil oldular  və onların  mal 

və  əşyalarını  tarac  etdilər.  Hər  biri  İslam  məmləkətlərinin 

mürtəzaları***  olan  Seyid  bəy  Kəmunəni  və  Mirzə  Məhəmməd 

Əmini  tutub Fərhad  ağaya  çatdırmaq  üçün  qalaya  apardılar.  Mirzə 

Əhməd  Vəzir  isə  bir  dəstə  adamla  fərar  edərək  özünü  Kaşana 

çatdırdı,  vəziyyəti  orada  ərz  etdi.  Dövlət  ərkanı  başçıları  (həzərat) 

Allahqulu  Sultan  Kəngərlini  bir  dəstə  əmirlə  İsfahan  şəhərinin 

müdafiəsinə  yolladılar.  Onlar  oraya  qədəm  basdıqları  vaxt 

qızılbaşlarla  düşmən  (yağı)  olmuş  ərəşli  əmirləri  onların  gəlişini 

eşidərək,  İsfahanın  Murçəxurt  adlı  adlı  yerində  onların  üstünə 

tökülüşdülər,  türk  və  tacik  əyanlarından  Allahqulu  Sultanı,  Mirzə 

Hidayət  Nəcme-sanini  və  daha  bir  neçə  şəxsi  tutub  özləri  ilə 

apardılar. Dövlət ərkanı bu hadisələrin baş verməsinə görə Kaşanda 

narahat olaraq və Kaşan qalasının fəthinə daha artıq səy göstərməyə 

başladılar. 

Onlar  İsfahana  getməyə  tələsdikləri  üçün,  əməlli-başlı 

yürüş ləvazimatı toplamadan yola düşdülər. Gecə yarısınadək hər iki 

tərəf arasında cəng başlandı. Yararlı cavanların bir hissəsi tələf oldu 



604 

 

və  onlar  heç  nəyə  müvəffəq  olmadılar.  Bu  yürüşdən  sonra 



İsmayılqulu  xan  belə  məsləhət  gördü:  İsfahanla  bağlı  məsələlərin 

həlli  zəruri  olduğu  üçün  gərək  Vəlican  xanla  sülh  edib,  onun 

cəzalandırılmasını  başqa  bir  vaxta  saxlasınlar  və  İsfahana  hücuma 

keçsinlər.  İsmayılqulu  xanın  özü  danışığa  gəldi  və  bir  adamını 

qalaya  göndərib  Vəlican  xanın  yaxşı-pis  işlərinə  göz  yumacağını 

vəd  etdi.  Mühasirənin  uzanmasından  təngə  gəlmiş  Vəlican  xan  bu 

təklifi qənimət bilərək, İsmayılqulu xana birləşdi və özünün gələcək 

işlərini onun mərhəmətinə tapşırdı, bir neçə adamını azacıq peşkəşlə 

göndərib  üzrxahlıq  etdi.  Göndərilənlər  İsmayılqulu  xan  vasitəsiylə 

Əliqulu  xanla  görüşdülər,  İsgəndər  şanlı  nəvvabın  və  Əbu  Talıb 

Mirzənin  ayaqlarını  öpmək  şərəfinə  yetişdilər,  biədəblərin 

hərəkətlərinə  görə üzr istədilər. Dedilər ki, qoy ona (Vəlican xan  - 

Ş.F.)  bir-iki  ay  möhlət  verilsin  ki,  Kaşandan  öz  yaraq-yasağını 

götürsün  və  ali  divanın  ona  verəcəyi  hər  hansı  bir  ölkəyə  getsin. 

Çoxlu danışıqdan sonra qərara alındı ki, ordu hərəkətə başlayan kimi 

o,  darvazaları  açsın,  üç  yüz  nəfər  şamlı,  bayat  və  başqa  tayfa 

nümayəndələrinin  Kaşanda  qalmalarına  imkan  yaratsın  ki,  onlar 

Vəlican  xanın  çıxıb  getməyindən  sonra  şəhəri  qorusunlar.  Hər  iki 

tərəf bununla razılaşdı. Ordu çıxıb İsfahana rəvan oldu. Mirzə Ərəb 

Münəccim  Herəvinin  təyin  etdiyi  saatda  şəhərə  daxil  oldular  və 

hümayun dövlətxana hüseyniyyədə yerləşdi.  

Əliqulu  xan  gəlib  dövlətxana  yaxınlığında  dayandı, 

İsmayılqulu  xan  Kəlbar  məhəlləsinə  getdi.  Əmirlərin  və  dövlət 

ərkanının  hər  biri  münasib  mənzillərdə  yerləşdilər.  Qulamlar  [isə 

yenə] müxalifət və qaladarlıqda israrlı oldular. Bu tərəf töptökmə və 

qalatutma  alətləri  hazırlamağa  başladı.  Bir  neçə  gün  sonra  Əliqulu 

xan belə məsləhət gördü: Fərhad ağa və qala qulamlarıyla mülayim 

davranılsın  ki,  bəlkə  hiyləgərliklə  qalanı  onlardan  almaq  mümkün 

oldu.  O,  Fərhad  ağanı  öz  evinə  gətirib  onun  boynundakı  zəncirini 

açdı,  onunla  mehman  kimi  hərəkət  etdi,  onu  xoş  vədlərlə 

inamlandırdı,  işlərini  nizamlayacağını  əhd  etdi.  Fərhad  ağa  qalaya 

Xosrov bəyin yanına adam göndərib, bir-iki nəfər etibarlı adamlarını 

yanına  çağırdı,  onlara  tabeçilik,  itaət  və  qalanı  təslim  etmələrini 

buyurdu.  Məsələnin  başlanğıcında  Xosrov  bəy  və  qulamlar  etimad 

etmədilər və Fərhad ağa ilə qaba davrandılar. Amma, get-gedə sülhə 

rəğbətləndilər, 

xeyli 

qiylüqaldan 



sonra 

qətl 


və 

cəza 


almayacaqlarından  xatircəm  olan  Xosrov  bəy  eşiyə  çıxdı,  Əliqulu 

605 

 

xan və əmirlərlə görüşdü, qala qapılarını açdı və kiçik bir mülayim 



hərəkət və hüsni-tədbir nəticəsində qala asanlıqla ələ keçdi. 

Qala  işinin  bitməsindən  sonra  Mehdiqulu  xan  və  Şiraz 

zülqədərləri  tərəfindən  ağsaqqallar  gəlib  məktub  və  peşkəş 

gətirdilər.  Onlar  Əli  xanın  qətli  xüsusunda  öz  üzrxahlıqlarını 

bildirdilər  və  xahiş  etdilər  ki,  belə  güclü  dövlətin  ərkanı  bu  işlər 

zamanı baş vermiş əməlləri onlara güzəştə gedərək Mehdiqulu xanı 

Şiraz  vilayətinə  təyin  edərsə,  onlar  da  itaət  çulunu  (ğaşiye)  öz 

çiyinlərinə  salacaqlar,  sufigərilikdə  və  sədaqətdə  saf  olan  zülqədər 

tayfası  İsgəndər  şanlı  nəvvabı  müdafiə  edəcək  və  ali  divana  çoxlu 

tərcüman  vergisi  göndərəcəklər.  O  zaman,  həqiqətən  də,  əql  tələb 

edirdi ki, onların xahişləri yerinə yetirilmiş olsun. Məlum idi ki, bu 

danışıq  və  güzəştlərdən  sonra  onlara  bol  fayda  yetişəcəkdir.  Mirzə 

Məhəmməd  Vəzir  belə  alçalmağı  qəbul  etmədi  və  Şiraz  əyalətini 

orduya  gələn  Darabcərd  hakimi  Şahqulu  Xəlifə  Zülqədərə,  onun 

ülkasını  isə  Əli  xanın  oğlu  Təhmasibqulu  Sultana  verdi. 

Baxmayaraq  ki,  onların  Fars  əyalətinə  getmələri  müyəssər  olmadı, 

amma  bu  iş  Mehdiqulu  xanın  və  zülqədərlərin  müxalifətdə  israrlı 

olmalarına  və  abbasçılıq  şüarı  ilə  çıxış  etmələrinə  səbəb  oldu. 

Dövlət  ərkanına  və  Əbu  Talib  Mirzəyə  xilaf  olan  və  onların 

tapşırıqlarına əməl etməyən başqa adamlar da o təbəqəyə meyillərini 

tamamiylə  kəsdilər,  onlardan  bütünlükdə  aralandılar.  Bu  hadisələr 

baş  verən  vaxt  Əliqulu  xanla  İsmayılqulu  xanın  arasında  inciklik 

(neqar)  düşdü  və  bir  neçə  gün  küdurət  və  cəng  baş  verdi.  Buna 

səbəb budur: Cənnətməkan şahın möhrdarı Şahqulu Xəlifənin nəvəsi 

Əliqulu xan Zülqədər Əliqulu xanla həmsöhbət (mosaheb) və onun 

yetirməsi idi. Cənnətməkan şah dövründə Qum ülkası onun babasına 

verilmişdi  və indi isə onun ixtiyarına keçmişdi. Əliqulu xan iqtidar 

sahibi və səltənətin ixtiyar sahibi (moxtarüssəltənə) olduqdan sonra, 

Əliqulu Sultan  istədi  ki,  cənnətməkan  şahın  hakimiyyəti  dövründə 

onun atasına və babasına mənsub olmuş möhrdarlıq vəzifəsi Əliqulu 

xanın  vasitəsilə  ona  verilsin.  Bu  mənsəb  barədə  çox  xahiş  etdi. 

Əliqulu  xan  da  onun  təsəllisinə  çalışdı,  amına  öz  atasının  yerinə 

möhrdar  vəzifəsi  ilə  şərəflənən  Əsəlməs  xan  ibn  Şahrux  xan  bu 

iddianın əleyhinə oldu. Şahrux xanın tərbiyələndirdiyi bir neçə adam 

da  Əsəlməs  xanın  tərəfini  tutdular  və  İsmayıl  xana  birləşdilər, 

nəticədə  İsmayıl  xanı  Əsəlməs  xanı  himayə  etdi.  Bu  himayədarlıq 

Əliqulu xanın xoşuna gəlmədi  və öz iddiasının yerinə  yetirilməsini 

tələb  etdi,  arada  küdurət  yarandı.  Fitnəkar  adamların  fitnəsi  ilə 



606 

 

onların aralarında böyük vəhşət başlandı, qızılbaş tayfası iki dəstəyə 



ayrıldı ki, onların bir hissəsi İsmayılqulu xana birləşdi. [Qızılbaşlar] 

hər  gün  İsfahan  şəhərində  seybə  hazırlayıb  bir-birinə  yaxın 

düşmədilər. Bu əməl şəhərin və məmləkətin çaxnaşmaya düşməsinə 

səbəb  oldu.  Heç  kim  mülkün,  habelə  aciz  və  miskin  adamların 

qorunması barədə düşünmürdü. 

Cahillərin və bədxah qızılbaşların sərtlikləri üzündən küçə 

və  bazarlarda  gediş-gəliş  (tərəddod)  çətinləşdi,  dükanların  qapıları 

bağlandı, küçə alverləri dayandı. 

Amma,  [bunun  əksinə  olaraq]  müsadirə  və  zəbt  etmə 

qapıları  açıldı.  İsfahanın  parçalanması  (məqtə)  səbəbindən  dövlət   

ərkanının      düşüllükatları*      ödənilmədi,      ərbabların  tənxahları* 

kəsildi,  biçarə  rəiyyət  mühəssillər  tərəfindən  əzab-əziyyətə  giriftar 

oldu.  Sorğu-sual  olmadığından,  əlində  bərat"  olan  hər  adam 

rəiyyətdən zər qoparmaqda idi. 

Xülasə, İsfahan camaatının vəziyyəti olduqca qarışıqdı. Bu 

əsnada xəbər çatdı ki, özbək padşahı Abdullah xan Xorasanı tutmaq 

məqsədiylə  Herat  üzərinə  hücuma  keçmiş,  şəhəri  mühasirəyə 

almışdır,  Herat  hakimi  Əliqulu  xan  Şamlı  qalanı  bağlayıb 

qaladarlıqla  məşğul  olmaqdadır,  Mürşidqulu  xan  isə  əlahəzrət 

zilləllah  şahı  Məşhəddən  çıxarıb  Təbəs  yolu  ilə  İraqa  getmək 

niyyətindədir.  Amma  Xorasandan  İraqa  get-gəl  az  olduğundan, 

doğru-düzgün  məlumat  gəlib  çatmırdı.  Hələ  aydın  deyildi  ki, 

Mürşidqulu  xanın  müqəddəs  Məşhəddən  çıxmağının  səbəbi 

Abdullah xanın qorxusudur, yoxsa İraq üzərinə hücum etmək istəyi? 

Sözün  qısası,  bu  xəbərdən  sonra  sülh  tərəfdarları  olan  şəxslər 

meydana çıxdılar və onlar əzəmətli xanlar arasında bəzi dəyişikliklər 

apardılar. 

Amma  xanlar  bir-biriləri  ilə  görüşdən  ehtiyat  edirdilər. 

Şamlı tayfası icazə vermirdi ki, İsmayılqulu xan Əliqulu xanın evinə 

gedib onun şübhəsini aradan qaldırsın. Onlar görüşən  gün isə artıq 

hər  iki  tərəfdə  böyük  ləşkər  hazır  vəziyyətdə  dayanmışdı. 

İsmayılqulu  xan  tam  əzəmət  və  iqtidarla  hüseyniyyəyə  gəldi.  Bu 

tərəfdən  də  [Əliqulu  xanın  adamları]  qapıları  qoşunlarla  bəzəmiş 

oralara  mühafizəçilər  (bəvvab  və  hoccab)  qoymuş,  xeyli  tüfəngçi 

ətrafda dayanmış, təntənəli bir  məclis qurumuşdu.  İsmayılqulu xan 

onun evinin qapısına çatdıqda, vəziyyəti müşahidə eləyən kimi onda 

insanlıq  hissi  baş  qaldırdı,  bir  neçə  qardaşı,  şamlı  və  başqa 

oymaqların  əmir  və  ağsaqqalları  ilə  birlikdə  Əliqulu  xanın  evinə 



607 

 

daxil  oldu.  Amma  başqa  döyüşçüləri  evə  qoymadılar.  İsmayılqulu 



xan  buna  əhəmiyyət  vermədən  bir  neçə  oyanla  Əliqulu  xanın 

məclisinə  təşrif  gətirdi,  hər  iki  tərəf  arasında  görüş  başlandı,  bir-

birləri  ilə  barışdılar.  Amma  aralarında  hələ  tam  barışıq  (elteyam) 

başlamamışdı  ki,  Mürtəzaqulu  xan  Pornakın  vəfatı  və  Mürşidqulu 

xanın Damğandan İraqa gəlişi xəbəri yayıldı. Əliqulu xanın rəyi belə 

oldu  ki,  beş  min  nəfərədək  olan  öz  əmirləri  və  dostları  ilə  hücum 

edib  tiyulu  olan  Rey  ülkasına  getsin,  oradan  isə  Xar  və  Semnana 

çatıb,  İraq  əhlindən  heç  kəsin  zilləllah  hümayun  şahzadəni 

qarşılamamasından  ötrü  Damğana  qədər  bütün  yolları  bağlasın, 

Xorasan  camaatının  çoxluqla  İraqa  gəlib  çatmaq  imkanı 

olmadığından qoy İsmayılqulu xan İsgəndər şanlı nəvvabın məiyyəti 

tərkibində Əbu Talib Mirzə ilə birgə Qəzvin darülsəltənəsinə gedib, 

hümayun  paytaxda  dayansın.  Amma,  tərəfdarları  [Əliqulu  xanı] 

bundan  çəkindirib  dedilər  ki,  İsmayılqulu  xana  etimad 

olmadığından,  padşahı  və  şahzadəni  ona  tapşırmaq  və  uzaqda 

dayanıb seyr etmək ağıldan uzaq bir məsələdir. Belə buyurdular ki, 

məbada Mürşidqulu xan Yəzd,  Kirman  və Şirazdan onların  yanına 

göndərilən və özlərini  "abbasi" adlandıran əfşar və zülqədər ləşkəri 

ilə Yəzd yolundan keçib İsfahana gəlsin. 

Onlar elə oradaca dayanıb gözləməyi üstün tutdular. B fikir 

və  xəyalla  bir  neçə  gün  keçdi.  Allahın  iradəsi  əlahəzrə  şahzadənin 

səltənət  və  padşahlığını  istədiyindən,  onların  heç  bir  tədbiri  baş 

tutmadı. Cahanı tutan ordunun səsi artıq Damğan yolundan eşidilən 

neçə gün ərzində onlar Qəzvin darüssəltəsinə getməyi qərara aldılar. 

Bəxtlərinin dönüklüyündən [Əbu Talib Mirzəçilər] öz zülm əllərini 

açaraq,  İsfahanın  əksər  böyük  adamlarını  və  əhalisini  ələ  keçirib 

özləri  üçün  tarac  və  müsadirə  qapılarını  açdılar.  Şəhər  və  ölkə 

nizamdan düşdü, xalqın heç nəyə ümidi qalmadı. 

Xülasə,    bir  çox    ziyankarlıqdan  sonra  Heydər    Sultan 

Çapuqun  oğlu  İbrahim  xan  Türkmanı  İsfahanın  daruğəsi  edib, 

səltənət paytaxtına tərəf üz tutdular. Quma gedib, öz ləşkəri ilə təyin 

olunan  yerə  gəlməsindən  ötrü  Qum  hakimi  Əliqulu    Sultan  

Zülqədəri  irəli  yolladılar.  Amma,  İlahinin təqdiri ilə şahzadənin 

zühurunun  əlamətləri  dövlətin  dayağı  və  Əbu  Talib  Mirzəçilər 

səltətinin  tərəfdarı  olan    Məhəmmədi  Sarı  Solaqa  aydın  olduqda, 

xəstələndiyinə  görə  on  günədək  İsfahanın  Cərbərxar  adlı  yerində 

dayanıldı.  Elə  o  əsnada  əlahəzrətin  və  Mürşidqulu  xanın  Xar  və 

Semnan  yolu  ilə  gəlişləri  xəbəri  dəqiqləşdi.  Ordu  köçüb,  Vəlican 



608 

 

xanın düşmənçilik etməsi səbəbindən Kaşan yolundan yana dönərək, 



Cərpadqan yolu ilə rəvan oldu. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin