AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


İDBAR ADAMLARIN SƏRKƏRDƏSİ OLAN DƏLLƏK



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə56/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   52   53   54   55   56   57   58   59   ...   96

 

İDBAR ADAMLARIN SƏRKƏRDƏSİ OLAN DƏLLƏK 

XUDAVERDİNİN SATQINLIQ ÜLGÜCÜ İLƏ, HABELƏ 

ULDUZLARIN VƏ FƏLƏKLƏRİN TƏSİRİ SAYƏSİNDƏ 

DÖVLƏT VƏ KAMRANLIQ ÇƏMƏNİNİN TƏZƏ - TƏR 

NİHALI OLAN NƏVVAB ŞAHZADƏNİN ŞƏHADƏTİNİN 

ZİKRİ 

 

Cəfakar asimanın (sepehr) adəti və kəcrəftar fələyin hökmü 



həmişə belə olub və bclə olmaqda da davam edir: İzzət çayından [su 

içib]  göyə  ucalan  hər  bir  murad  ağacı  arzu  meyvəsi  ilə  barlanan 

vaxt,  tezliklə  dövran  hadisələrinin  bidad  küləyindən  [sərsər]  solur; 

Dövlət gəlini ilə həmağuşluq edən hər şövkətli adam aqibətdə dünya 

hadisələrinin  uğursuz  gedişi  nəticəsində  əvvəlcə  dövlət  əlininə  öz 

nəvaziş  əlini  (dəste  etenaq)  uzadıb  onunla  qucaqlaşır,  sonra  isə 

ruzigar hadisələrinin  məkri üzündən [gəlinə] üç dəfə təlaq deyərək 

ondan ayrılır və əbədi ehtiyaca (herman) giriftar olur. 

Bu məqalə Gəncə yaxınlığında qəzanın buyruğu ilə nəvvab 

şahzadənin faciəli şəhadəti barəsindədir. Həmin ibratamiz və qəribə 

hadisə  belə  olmuşdur:  Cahanbani  şahzadə  İraqa  getməyi  qərara 

aldığından Gəncədən köçmək təbilini

 

çalaraq, Bərəncərd çeşməsində 



dayandı. Doqquz yüz doxsan dördüncü it ili sənəsində, zilhiccətül  - 

həram  ayının  iyirmi  ikisində,  (miladi  1586,  4  dekabr)  gecə  vaxtı 

cahanbani şahzadə Əliqulu xanın mənzilinə təşrif apardı. Onlar gecə 

yarısınadək  qırmızı  şərab  (şərabe-ərğvani)  içməklə  işrət  və  söhbət 



584 

 

məclisi  qurdular.  Şahzadə  gecənin  yarısında  onun  evindən  məst 



halda  çıxdı,  xidmətində  duran  bir  neçə  nəfər  mülazimləri  və 

qulamları ilə birlikdə ali dövlətxanaya təşrif apardı. 

Şahzadə hərəmxanaya getmək istəyirdi, amma o səltənət və 

kamranlıq  bağının  sərvinin  şəhid  olacağı,  qəza  lövhəsində  qədər 

qələmi  ilə  yazıldığıqdan,  hadisənin  əli  o  həzrətin  yaxasından 

tutmuşdu.  Buna  görə  də  hadisənin  axırı  onu  xüsusi  ov  quşlarının 

(cəvareh)  bağlandığı  quşxana  olan  alaçığa  (aləçuq)  çəkib  apardı. 

Silahını  belinə  bağlamışdı.  O,  orada  yorğan-döşək  istəyib  istirahət 

yatağında yuxuya getdi. 

Napak  bir  dəllək  olan  Xudaverdi  bic  (məchuləl-ab)  və 

yetim bir oğlan idi,  Qəzvin darüssəltəsində dəlləklik edirdi. O hələ 

uşaq  ikən  adlı-sanlı  şahzadənin  xidmətinə  gəlmişdi.  Onlar  biri-

digərinə oğlanlar kimi ülfət bağladıqları üçün dəlləyin xidməti şahın 

diqqətini  cəlb  etmişdi.  Xudaverdi  şahzadənin  hüzurunda  böyümüş 

və  ona  tam  məhrəm  adam  olmuşdu.  Ona  ali  şəfqət  olunduğundan 

məqamı  mötəbər  və  ali  idi.  Dövlətləndiyindən,  xatiri  əmirlərin  və 

dövlət başçılarının yanında böyük idi. Amma daxilində xəbislik və 

pis niyyət olduğundan elə qəbahətli bir əməl etdi ki, səltənət bağında 

bəxtinin səmərəsi nəticəsində ucalmaqda olan kamranlıq çəməninin 

o  təzə  nihalını  öldürdü.  Adlı-sanlı  şahzadə  alaçığa  girib,  böyrünü 

istirahət yatağına uzadan  vaxt dəllək Xudaverdi  çölə çıxıb, həmişə 

keşikdə  dayanan  ali  mülazimlərə  dedi  ki,  ali  nəvvab  bir  nəfərlə 

(şahed)  tənha  qalmaq  istəyir,  amma  sizdən  utanır.  Dəllək  beləliklə 

onları  həmin 

yerdən  uzaqlaşdırdı.  Keşikçilər  bu  sözdən 

şübhələnmədikləri  üçün  onun  sözlərinə  qulaq  asıb  oradan 

aralandılar. O çirkin  və nəməkharam dəllək isə, şahzadənin yatdığı 

otağı  keşikçilərdən  xali  görüb,  o  şahlıq  bağçasının  sərv  ağacının 

belindən  xəncərini  açdı,  sərxoşluq  yuxusuna  gedən  şahzadənin 

qarnına  və  böyrünə  bir  neçə  zərbə  vurdu  onun  işini  bitirdiyindən 

xatircəm oldu və oradan çıxdı. 

Xidmətçilərdən  öz  vəzifəsinə  görə  şahzadənin  xidmətinə 

gələn  Fəttah  adlı  bir  oğlan  alaçığa  daxil  olub  gördü  ki  nəvvab 

şahzadə  qan  dəryasında  çabalayaraq  öz  dərdli  sinəsindən  soyuq 

nəfəs  çıxarmaqdadır.  Tez  çölə  çıxıb  fəryad  etdi.  Keşikdə  dayanan 

qulam  və  mülazimlər  məsələdən  xəbər  tutdularsa  da,  onların  heç 

birinin alaçığa girməyə cürəti olmadı. Zeynal bəy Şərbətdar alaçığa 

daxil  olaraq  gördü  ki,  kamranlıq  bağının  həmin  sərvi  ruzigar 

hadisələrinin  küləyi  nəticəsində  məhv  olmuşdur.  Cərrah  və 


585 

 

həkimləri çağırdılarsa da, müalicənin ona xeyri olmadığından az bir 



ləhzə  içində  şahzadənin  şərafətli  ruhunun  quşu  övci-əlaya  pərvaz 

etdi. O ali yerdə olanlar bu mənanı belə ifadə edirdilər: 

 

Beyt: 

 

Sənin, əlbəttə, yerin ərşdədir, eyb olsun  

Sənə ki, torpağın üstdə keçirirsən ömrü.

407


 

 

O  zamanlar  dövlətin  sütunlarında  olan  Əliqulu  xana  və 



İsmayılqulu xana adam yollayıb onları vəziyyətdən xəbərdar etdilər. 

Sübh  tezdən  oradan  köç  edəcəkləri  qərara  alınmış  olduğundan, 

döyüşçülərin  əksəri  məsələdən  hali  olmadığı  üçün  çıxıb  getdilər, 

amma  bu  xəbər  tezliklə  yayıldı.  İsgəndər  şanlı  nəvvab  və  səltənət 

qadınları fəryad və fəğan etməyə başladılar. Cavan və qocanın nalə 

və qışqırıq səsləri göyə ucaldı. Əzəmətli əmirlər Əliqulu xanın evinə 

toplaşıb  belə  qərara  gəldilər  ki,  İsgəndər  şanlı  nəvvabın  sarayına 

yollansınlar,  şahzadənin  təziyəsini  başa  çatdırsınlar.  Şahzadəni 

aparmaqdan ötrü Ədhəm xan Türkmana tapşırıq verildi. Ədhəm xan 

mirzənin xas qulamları ilə birlikdə qanlı paltarlı o həzrəti kocavəyə 

qoydu.  Kəcavəni  əllərində  tutan  qorçilər  sinələrini  açıb  kökslərini 

cıran  iki-üç  min  adamla  birlikdə  növhə  deyə-deyə  orduya  gəlib 

çatdılar. Əzəmətli əmirlər onları qarşıladılar. Onların gözləri təzə-tər 

dövlət  və  iqbal  çəməninin  məhv  olmuş  nihalına  sataşanda,  öz 

taclarını  və  baş  örtüklərini  çıxarıb  yerə  çırpdılar,  fəryadlarını 

asimana ucaltdılar. 

Xülasə, əkbər  gününün

408


  ah-naləsi  bütün  xalqlar  arasında 

ərşə  çıxdı,  göydəkilər  yerdəkilərin  dərdinə  şərik  olub  saç  yolmağa 

başladılar.  Onun  cəsədi  hərəmxanaya  bitişik  olan  xeyməyə 

aparıldıqda  İsgəndər  şanlı  nəvvab  Yəqub

409

  kimi  ağlaya-ağlaya 



həmin hüznlər evinə (beytüləhzan) daxil oldu. İzzət həromxanasının 

-  (sərapərdə)  matomo  qərq  olan  xanımları  dırnaqları  ilə  sifətlərini 

cırıb, öz zəif əlləri ilə saç-larını  yola-yola nəşin üstünə toplaşdılar, 

növhə  deməyə,  ağlamağa  və  iztirab  hissi  keçirməyo  (biqərari) 

                                                           

407


 Beytin farscası: 

Ərşəst nəşiməne-to, şənnət bada  

K-ayi və moqime xotteye-xak şəvi. 

408


 Qeyd: Burada məhşər günü nəzərdə tutulur - Ş.F. 

409


 Yusif peyğəmbərin atası Yəqub nəzərdə tutulur - Ş.F. 

586 

 

başladılar. Sonra şahzadəni  məğsələ



3

  apardılar,  sədrlər  və  üləmalar 

şəriət qayda-qanunu üzrə qüsldən sonra onu kəfənlədilər. Bir dəstə 

adama  tapşırıq  verildi  ki,  nəşi  Ərdəbil  darülirşadına  aparıb 

müqəddəs rövzədə, əzəmətli əcdadının yanıda dəfn etsinlər. Qəribə 

hadisələrdəndir  ki,  gecə  yarısı  o  məzlum  şahzadənin  qanı  çirkin 

Xudaverdinin yaxasından çəkə-çəkə nəşin üstünə gətirdi. 

Bu hadisənin şərhi qısa şəkildə belədir: Belə  vəziyyət baş 

verəndən sonra şahzadənin qədrini bilməyən o nacins haramzadə öz 

evinə gedib, təxminən əlli-altmış tümən dəyəridə olan bir kisə əşrəfi 

qızılını guya  "nəvvab  mirzə şadlıq  məclisi üçün istiyir" bəhanəsilə 

götürüb,  İsmayılqulu  xana  bütün  əzəmətli  əmirlərdən  daha  yaxın 

olduğundan,  piyada  və  tənha  halda  onun  evinə  getdi.  İsmayılqulu 

xan  bir  dəstə  öz  həmsöhbəti  ilə  söhbət  etməkdəykən  dəllək 

Xudaverdi  pərişan  halda  məclisə  daxil  oldu.  Onlar  rəsmi 

əhvalpərsanlıqdan sonra onun belə vaxtsız-vədəsiz gəlişinin səbəbini 

xəbər aldıqda söylədi ki, böyük bir günah etmişəm və mən tərəfdən 

böyük bir xəta baş vermişdir. İndi mənə nə məsləhət edirsiniz? 

Bu yaramaz (şəni) əməlin və əcaib qəziyyənın təhqiqindən 

sonra  [Xudaverdi  İsmayılqulu  xandan]  kömək  istədi.  Mən  o 

nacovanmərdə  (qorxağa  -  Ş.F.)  nə  deyim  ki,  o,  elə  o  vaxt  icazə 

almadan [Xudaverdinin] qanını axıtmadı, aləmin torpağını (külünü!) 

öz başına tökmədi? 

Xudaverdi o qəribə hekayəti izhar edəndən sonra onu atası 

Piri  bəy  Eynallıdan  sonra  nəvvab  şahzadənin  eşikağasıbaşısı  olan 

Rzaqulu bəyə tapşırdılar ki, onu qoruyub mənzilə çatdırsın. Rzaqulu 

bəy onu bir sandığa qoyub o sandığı paltar sandıqları arasına yüklədi 

və  mənzilə  gətirdi.  Məsləhətinə  müfaviq  olaraq  İsmayılqulu  xan 

dəlləyin  gecə  gizlicə  meşəyə  aparılıb  qətl  olunmasını  öz  iki 

mülaziminə tapşırdı. 

Mülazimlər  əmrə  tabe  olub  onu  meşəyə  apardılar,  bir-iki 

zərbə  ilə  yaraladılar.  Dəlləyin  yanındakı  qızılların  bir  hissəsinə 

yiyələnmək  istəyi  onlara  onun  işini  bitirmək  imkanı  vermədi  və  o 

özünü  qamışlıqdakı  suyun  içinə  atdı.  Aldığı  yaralar  təsadüfən 

öldürücü  olmadığından  ona  clo  bir  təsir  etməmişdi.  Mülazimlor 

çıxıb  getdikdən  sonra  dəllək  qamışlıqdan  çıxdı,  soyuğun  bərk 

təsirindən  özünü  taqətsiz  halda  uzaqdan  gördüyü  atəşin  yanına 

çatdırdı. Həmin atəş də təsadüfən şahzadənin xeyməsində yanmaqda 

olan  məşəl  idi.  Şahzadənin  nəşinin  başı  üzərində  dayanan 

mülazimlər  məşəlin  işığında  onu  görüb  tanıdılar,  tutdular. 



587 

 

Xudaverdinin  nəzəri  mərhum  şahzadənin  nəşinə  dəyəndə 



gözlərindən  peşmanlıq  yaşları  axmağa  başladı.  Ondan  soruşdular: 

"Sən  şahzadə  ilə  çox  yaxın  bir  adam  idin,  nə  üçün  bu  işi  etdin?" 

Cavab verdi ki, bəzi adamlar məni öyrədib bol vədlər verdilər, ona 

qarşı  qaldırdılar,  amma  vədə  xilaf  çıxdılar,  mən  də  öz 

ağılsızlığımdan aldanıb bu əməli etdim. 

Amma  hansı  adamların  onu  öyrətdiklərini  demədi.  Sübh 

tezdən  dəlləyin  tutulması  xəbəri  İsgəndər  şanlı  nəvvaba  çatdı. 

Əvvəlcə  onu  əmirlərin  məclisinə  gətirdilər,  sorğu-suala  tutdular. 

Əmirlərin  əmrinə  görə  hərzə-hərzə  danışmamasından  və  sədaqətli, 

xeyirxah  adamlara  iftira  atmamasından  ötrü  onun  dilinə  çuvalduz 

soxdular.  İsgəndər  şanlı  nəvvab  demişdi  ki,  mən  onu  öz  əllərimlə 

öldürəcəyəm.  Onu  o  şərafətli  adamın  yanına  gətirdilər,  amma 

dəlləkdə danışıq qüdrəti və nitq qüvvəti qalmamışdı. İsgəndər şanlı 

nəvvab  xəncərlə  onun  qarnına  bir  neçə  zərbə  vurdu.  Sonra  onun 

napak  cəsədini  ordubazara  aparıb  yandırdılar  və  külünü  fəna 

küləyinə  verdilər.  Sübhanallah!  İnsan  övladı  necə  də  şeytan 

hiyləsinə  uyub  öz  əql  yolundan  kənara  çıxır,  öz  savabsız  işləri  ilə 

özünü  dünya  və  axirətin  köməyindən  məhrum  edir.  Təfəkkür 

dünyasının  səyyahları  gecələr  belə  fikirlər  dənizinə  baş  vurub  bu 

iyrənc  əməlin  səbəbi  barədə  düşünürdülərsə  də,  onların  fikir 

gəmiləri  məqsəd  sahilinə  yetişmirdi.  Tədbir  aləminin    uzaqgörən  

adamları    özlərinin  xəyal    peyklərini  hər  tərəfə  qovdularsa  da,  bu 

əməlin  məğzindən  heç  bir  məlumat  əldə  etmədilər.  Xülasə  bütün 

iddiaların çöhrəsi xəyal pərdəsindən görünə bilmədi. Hər saat heyrət 

artmaqda idi, amma ürəklərə şəfa  verə biləcək səbəb zahir olmadı. 

Bu  barədə  düşüncə  əhli  tərəfindən  ixtilaflı  fikirlər  söylənilmişdir, 

lakin həmin fikirlərə öz münasibətini bildirmək bu əsəri yazan üçün 

(vaqiənevis)  zəruri iş olduğuna  görə hadisə barədə fikir söyləməyə 

çalışacaqdır.  İzzət  büsatına  çatmış  bəzi  adamların  sözündən  belə 

məlum oldu ki, dəllək Xudaverdinin sahibcamal bir gözəl oğlan olan 

Rzaqulu Eynallı ilə bərk eşqbazlıq peşəsi vardı və o hərdən - bir ali 

məclisdəki zarafatlı söhbətlər zamanı öz sözlərini deməyə cürət edir, 

nəvvab  şahzadə  də  öz  ilhamının  çiçəklənən  vaxtlarında  dəlləyin 

iztirabına səbəb olan öz açıq-saçıq sözlərini məclis əhlinə söyləyirdi. 

Nəvvab  şahzadənin  də  onunla  xəlvətdə  qalması  barədə  deyilən 

sözləri  eşidən  Xudaverdi  həmişə  deyirdi  ki,  səndən  intiqam 

alacağam. Mirzə də bu sözlərin  zarafatla deyildiyini  güman edirdi. 


588 

 

Nəhayət eşq və məhəbbət qeyrəti onun canına doldu və [Xudaverdi] 



belə bir böyük hadisənin baş verməsinə cəsarət etdi. 

Bəziləri isə deyirdilər ki, nəvvab şahzadənin Əliqulu xana 

olan açıq-aşkar şəfqəti sayəsində onu böyük xanlar xanı  vəzifəsinə 

layiq  görməsi  İsmayılqulu  xanın  paxıllığına  və  həsədinə  səbəb 

olmuşdu, buna görə də o, Əliqulu xanı məyus etmək üçün o cavan 

şahzadənin  qətlini  təşkil  edərək  dəllək  Xudaverdini  bu  işə  təhrik 

elədi.  Bunun  sübutu  kimi  dəlləyin  törətdiyi  hadisədən  sonra 

İsmayılqulu  xanın  evinə  getməsini  və  xanın  onu  gizlətdiyini  misal 

gətirdilər.  Başqa  adamlar  isə  belə  güman  edirdilər:  Nəvvab 

şahzadənin  Mürtəzaqulu  xanın  Damğandan  orduya  gətirilməsi 

barədə  ona  məktub  yollaması  gecə-gündüz  mirzə  ilə  müsahib  olan 

Əliqulu  xanın  İsmayılqulu  xanın  və  Məhəmmədi  Sarısolağın  belə 

güman  etmələrinə  səbəb  oldu  ki,  məbada  mirzənin  onlara 

iltifatsızlığı  baş  versin  və  onları  özündən  uzaqlaşdırsın,  elə  buna 

görə  də  onu  qabaqladılar.  Bir-biriləri  ilə  qərara  gəldilər  və 

Xudaverdiyə  bu  hadisəni  törətməyi  tapşırdılar.  Onlar  belə 

düşünürdülər  ki,  həmin  hadisədən  sonra  bir-biriləri  arasındakı 

ziddiyyət və ayrılıq aradan çıxacaq, birləşərək bir daha düşmənçilik 

etməyəcəklər. 

İsmayılqulu  xan  Əliqulu  xanın  vəkil  olması  ilə  razılaşıb 

onunla  dost  olduğu  üçün  belə  böyük  bir  vaqiə  asanlıqla  həyata 

keçirildi.  Onlar  Xudaverdini  danışmağa  qoymadılar,  çünki  azyaşlı 

uşaq  olan  Əbu  Talib  Mirzəni  o  həzrətin  yerinə  qoyub  səltənəti  öz 

əllərinə  keçirmək  istəyirdilər.  Bu  sətirlərin  müəllifi  nəvvab 

şahzadənin vəziri Mirzə Lütfullah Şirazidən eşitdi ki, nəvvab nıirzə 

xanlara  lütfkarlıq  göstərmir,  onlardan  şübhələnirdi.  O,  Gəncədən 

çıxmaqda olduğumuz iki günün birində məni hamama çağırıb dedi: 

"Birmirəm  o  iki  cavanmərd  adamın

410

  yanında  nə  günahım  var  ki, 



mənim  qanıma  susamışlar.  Onlar  şərab  məclisində  mənim  üstümə 

qışqırırlar, yəni məni qətl etmək qəsdindədirlər". 

O    vaxtlarda  Xudaverdi  şahzadənin  başını  qırxırdı  və  bü 

söhbəti  eşidirdi.  Ola  bilsin  ki,  o  özünün  cəhalət  və  nadanlığı 

üzündən  qətli  qərarlaşdırmış,  onlar  həmin  məqsədlə  Xudaverdini 

aldatmışlar,  o,  aqibətsiz  nadan  da  əql  məsləkindən  uzaqlaşıb 

əmirlərin təlimi ilə bu işə əməl etmişdir. Ağıla sığmır ki, o həzrətin 

himayəsi  ilə  tərbiyələnən  o  iki  əmir  mülazimət  və  nökərlik 

                                                           

410


 İsmayılqulu xan və Əliqulu xan nəzərdə tutulur - Ş.F. 

589 

 

mərtəbəsindən uca əyalət və xanlıq mərtəbəsinə yetişib dövlətin xas 



sütunlarından  olduqları  halda,  o  həzrətin  zəhmətini  qanmayalar  və 

aləmin  sərmayəsi  olan  elə  bir  qiymətli  gövhəri  havayı  yerə  əldən 

verələr.  Görəsən onlar niyə belə haramzadalıqdan çəkinməmiş,  əql 

mürşidi  və  düşüncə  pirindən  icazə  almamış,  özlərini  dünyada  və 

axirətdə bədnam etmiş, elə qəbahətli bir əmələ bais olmuşlar? 

Hamı bu barədə düşündüyündən bu sətirlərin müəllifi uzaq-

yaxın adamlardan eşitdiyini qələmə aldı. Nəticədə isə həmin əmirlər 

bu vaqiədən sonra bir il də yaşamadılar. Həqiqi qisasçı olan Allah-

təala  əlahəzrət  zilləllah  şaha  kömək  etdi  ki,  tezliklə  müqəddəs 

Məşhəddən  qayıtdıqları  vaxt  o,  həmin  idbar  adamların  cəzalarını 

versin. Bu barədə öz məqamında məlumat veriləcəkdir. 

 

SƏADƏTLİ ƏBU TALİB MİRZƏNİN VƏLİƏHD TƏYİN 



OLUNMASI, ƏRZ VƏ SƏMA XALİQİNİN QƏZAVÜ 

QƏDƏRİ NƏTİCƏSİNDƏ ONUN ƏHVALININ POZULMASI 

 

Günahları bağışlanmış  mərhum şahzadənin başına gələn o 



böyük  hadisədən  sonra  İsgəndər  şanlı  nəvvab  əzəmətli  əmirləri 

toplayıb  öz  ürəkaçan  və  dürlər  saçan  nəsihətləri  ilə  onları 

nəsihətləndirdi,  oymaqlar  arasında  düşmənçilik  və  nifaqın  dəf 

olunması,  onların  bir-biriləri  ilə  razılığa  gəlmələri  və  birləşmələri, 

xüsusilə  şamlı-ustaclı  və  türkman-təkəli  tayfaları  arasındakı 

inadkarlığın  aradan  qaldırılması  üçün  xeyli  söhbətlər  apardı.  O 

istəyirdi  ki,  özü  şəxsən  səltənət  və  dövlət  işlərini  yoluna  qoysun. 

Həmin vaxtlarda elan edilməsi münasib olmayan bəzi daxili düşüncə 

və  mülahizələrinə  görə  İsgəndər  şanlı  nəvvab  özünün  heç  bir 

fərzəndini  və  adlı-sanlı  şahzadələri  ali  divanın  başçısı  və  vəliəhd 

təyin etmək istəmirdi, rəhmətlik nəvvabdan sonra böyük övladı olan 

əlahəzrət zilləllah isə o zaman Xorasanda yaşayırdı. 

O həzrətin xidmətində dayanan Mürşidqulu xan və Xorasan 

əmirlərinin  isə  İraq  əmirləri  ilə  ixtilafları  mövcud  idi.    Əbutalib 

Mirzə və Təhmasib Mirzə azyaşlı olduqlarından, o vaxtlarda böyük 

qədir-qiymətli  vəliəhd  rütbəsinə  hələ  layiq  deyildilər.  Həm  də  ki, 

türkman  və  təkəlilər  tərəfindən  tərbiyət  olunan  Təhmasib  Mirzə  o 

əsnada  Ələmut  qalasında  ustaclı  tayfasının  həbsində  idi.  Arama, 

[Allah-təalahın]  əzəli  iradəsi  və  əbədi  təqdiri  ilə  yaxın  vaxtlarda 

Xorasan üfüqündə tülu edəsi dövlət və cahangirlik günəşi əlahəzrət 

zilləllah  şaha  doğru  yönəldiyindən,  tezliklə  İran  mülkünün  ərazisi 


590 

 

onun  ədalət  nuru  ilə  işıqlanacaq,  iranlıların  arasındakı 



qarmaqarışıqlıq  və  onların  tabeliyindəki  adamların  vəziyyətlərinin 

yaxşılaşdırılması  mülkü  bəzəyən  o  həzrətin  rəy  və  tədbiri  ilə  həll 

olunacaqdır. 

Buna  görə  də,  zəmanə  qeyb  aləmindəki  işgörmələrin 

yardımı  ilə  [Abbasın  gələcək  müqəddaratı]  üçün  şərait 

yaratmaqdaydı. 

 

[Misra] 

 

Fikri-vaiz başqa cürdür eşqi-aşiq haşqa cür.



411

 

 



Amma  dövr  aqillərinin  istəkləri  onların  mətləblərinə  əks 

nəticə  verməkdəydi.  Xülasə,  dövlətin  ixtiyar  sahibli  şəxsləri  olan 

saray  əmirləri  İsgəndər  şanlı  nəvvabın  rəyinə  müxalif  çıxıb  bir-

biriləri  ilə  belə  məsləhətləşdilər  ki,  anasının  yanında  tərbiyə 

almaqda olan Əbutalib Mirzəni rəhmətlik nəvvabın əvəzinə vəliəhd 

etsinlər,  səltənət  və  hökmranlıq  işlərinin  ipini  özlərinin  ixtiyar  və 

iqtidar  əllərinə  alsınlar.  Amma,  yuxarıda  zikr  olunduğu  kimi, 

İsgəndər şanlı nəvvab həmin məsələnin rəsmiləşməsini istəmir, onun 

təxirə salınmasını məsləhət görürdü. O, ilham bəyanlı dili ilə deyirdi 

ki, özünün şəhid fərzəndinin - həmsöhbət olduğu cahil qızılbaşların 

əli  ilə  başına  gələn  hadisədən  sonra  heç  bir  başqa  fərzəndinin 

özbaşına  hərəkəti  ilə  razılaşmayacaq  və  qızılbaşların  şahzadələrin 

yanına azad gəliş-gediş qapılarını bağlayacaqdır. Saray əmirləri bir-

biri  ilə  danışıb,  o  vaxtlarda  müstovfiül-məmalik  olan  Mirzə 

Məhəmmədi  özlərinə  nümayəndə  seçərək  padşaha  belə  ərz  etdilər: 

"Ali padşahın əmri ilə səltənət  və padşahlıq işlərini bir neçə il icra 

edən  nəvvab  şahzadənin  iqtidar  və  etibarı  bütün  ətrafa 

yayıldığından,  onun  başına  gələn  o  mədlıuş  hadisənin  xəbəri  artıq 

hər  yana  gedib  çatmışdı.  Əgər  indi  kamkar  şahzadələrdən  birinin 

cülus etmə xəbəri tezliklə sərhədlərə gedib çatmazsa, hər yerdə tam 

qarmaqarışıqlıq  başlayacaqdır  ki,  bu  da  dinə  və  dövlətə  nöqsan 

dəyməklə  nəticələnəcəkdir.  Məğlubedilməz  dövlətin  məsləhəti 

belədir  ki,  səltənətə  və  şahlığa  ləyaqəti  olan  şahzadələrin  birinin 

təcili olaraq vəliəhdlik rütbəsi ilə şərəfləndirsinlər. Üstəlik də onun 

                                                           

411


 Misranın farscası: 

Fekre-vaez digər-o sevdaye-aşeq digərəst. 



591 

 

ixtiyar  və  iqtidar  dərəcəsini  rəhmətlik  şahzadəyə  nisbətən  daha  da 



artırılsınlar  ki,  onun  cülusu  xəbəri  tez  bir  vaxtda  sərhədlərə  gedib 

çatsın.  Böyük  fərzənd  olan  ali  qədirli,  fələk  iqtidarlı  şahzadə,  yəni 

həzrət zilləllah şah isə Xorasandadır. Buna görə də əmirlər o həzrət 

mülkünü  "Xorasan  sultanı"  adlandırmışlar  və  onun  məiyyətində 

dayanıb  həmin  məmləkəti    qorumaqdadırlar.  Amma,  Əbu  Talib 

Mirzə  isə  padşahın  məiyyətindədir  və  onu  bu  adlı-sanlı  rütbə  ilə 

müşərrəf edin". 

Mirzə  Məhəmməd  hiyləgər  bir  lətafətlə  sözlərinin 

başlanğıcını  ağlabatan  dəlillər  ziynəti  ilə  bəzəyib,  həqiqətən  də 

İsgəndər  şanlı  nəvvaba  təsir  etdi.  İsgəndər  şanlı  nəvvab  bütün 

əmirlərin  və  əyanların  bu  mətləbin  tərəfdarı  olduqlarını  görüb  öz 

razılıq  başını  ikrah  hissi  ilə  tərpətdi.  Dövlət  işlərinin  nizama 

düşməsində həmin  əmirlərin birinci səhvi bu idi ki, onlar qətiyyən 

bu  işin  aqibətini  fikirləşmədilər.  Onların  bəsirət  gözləri  əlahəzrət 

zilləllah  şahın  dövlət  və  kamranlıq  nurunu  müşahidə  etməkdən 

məhrum  idi.  Onlar  görə  bilmirdilər  ki,  Xorasanın  şərqindən  doğub 

bütün  İraq  və  Azərbaycan  ərazilərini  işığa  qərq  edərsə,  qızılbaş 

tayfalarınınsa  əlindən  itaətdən  başqa  heç  nə  gəlməyəcəkdir.  Onlar 

belə düşünürdülər ki, Xorasan əmirləri, xüsusilə də həmin vilayətdə 

mütləq hakim (hakim il-əl-etlaq) müqəddəs Məşhəddəsə əlahəzrətin 

lələsi və rüknussəltənəsi olan Mürşüdqulu xan özünün Xorasandakı 

ixtiyar  və  iqtidarını  əldən  verib  İraqa  gəlməyəcək,  əlahəzrət 

şahzadəni özünə sərmayə edərək Xorasan səltənətinin gəlinini onun 

gözləri  önündə  cilvələndirəcək,  onu  Xorasandan  digər  dövlətlər 

üzərinə  yürüş  etməyə  qoymayacaqdır.  Lakin  onlar  anlamadılar  ki, 

[Abbas Mirzənin] aləmi işıqlandıran hümayun şüaları önündə başqa 

adamın  nursuz  çırağı  xilafət  və  cahandarlıq  üzərinə  necə  işıq  sala 

bilər?  [Onlar  görə  bilmirdilər  ki,]  zülməti  əridən  günəş  nurları 

müqabilində bir işıldaquş (kerme-şəbtab) nə təhər işıldayıb nur sala 

bilər?  [Onlar  bilmirdilər  ki,]  günəşdən  daha  parlaq  (əzhər  min  əş-

şəms)  olan  o  [şahzadənin]  humayun  məiyyətinin  günəş  misallı 

ayparası,  yəni  ən  yüksəklikdə  belə  ov  ovlamağı  özünə  aşağı  bilən 

büləndpərvaz  bir  şahin  quşu  (şahbaz)  axı  alacəhrə  (səvə)  şikarına 

necə tamah sala bilər? 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin