AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə64/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   60   61   62   63   64   65   66   67   ...   96

Şer 

 

                                                           

472

  İfadənin  ərəbcəsi:  "La  yəhullu-1-malu  əl-məru-n-muslinu  illə  mən  təyyibə 



nəfsəhu". 

 

473



 İfadənin ərəbcəsi: "Ləysə min əhlikə innəhu əməlun ğeyru-salehin". 

 


677 

 

Hər kimin yaxşılığı yoxsa əgər,  



Xeyri varmı o görə peyğəmbər?

474


  

Yazılanlara əsasən, üləma qəzavü qədərə əsaslanıb, onların 



alqışlanmasını  qadağan  etmişdir.  Məlumatsızlığa  baxmayaraq, 

[demək  olar  ki,]  onlar  əqidələri  puçdur.  Yazmışlar  ki,  rəcəb  ayı 

haram  aylardandır  və  bu  ayda  hərb  etmək  vəziyyətində  olmayan 

insanlarla  hərb  etmək  cayiz  deyil.  Cavabı  budur  ki,  haram  ayların 

haram  olunması  fikri  artıq  dəyişilmişdir  (mənsux).  Məşhur  səhih 

hədislərə əsasən həzrət əmirəl-möminin Əlinin  - Allah onun üzünü 

nurlu  etsin  -  etdiyi  bəzi  müharibələr  və  o  həzrətin  döyüşlərə 

yollanması  bu  ayda  baş  vermişdir.  Yazılanlara  əsasən,  bu  ayə  - 

"İnsanlan  və  cinləri  ancaq  mənə  ibadət  etmələri  üçün  yaratdım"

475


 

ayəsi  möhkəm  ayələrdəndir  və  ona  şəkk  yoxdur.  Lakin  [buna  da] 

şəkk  yoxdur  ki,  kafirlərlə  cəhad  böyük  ibadətlərdəndir.  Vay  o 

camaata ki, ibadəti tərk edərək böyük səhabələri yamanlayır və küfr 

və günahı savab sanırlar. [Hətta] məlun şeytanın lənətlənməsində də 

savab  yoxdur.  Baymayaraq  ki,  onlardan  bəziləri  ayə  və  hədislərin 

zahiri  mənalarını bilirlər, amma bu batil məzhəbdən dönmürlər, on 

iki imama və sələfə (Məhəmməd peyğəmbərə - Ş.F.) tabe olmuşlar. 

“Biz  ayələri  onları  dərk  edən  tayfalar  üçün  bəyan  edirik"

476


.  Əgər 

bəzi  yol  azanlar  iftira  yağdıraraq  bəzi  imamlardan  və  sələfdən 

özlərinin pis etiqadlarının güclənməsi üçün xəbər çatdırsalar, yaxud 

hər  kəsin  bu  deyilənlərə  şəkki  olarsa,  gərək  öz  rəisləri  Abdullahı 

(Abdulla xan Özbəki - Ş.F.) kənara göndərsinlər ta aman verilsin ki, 

hümayun  məiyyət  mülazimlərinə nəzər  yetirsinlər  və haqq  məzhəb 

hamıya cayiz olsun. Hidayətə tabe olan hər kəsə salam olsun".

477


 

Mövlana  Məhəmməd  Müşəkkək  Rüstəmdarinin  yazdığı 

cavab  məktubu  Mavərənnəhr  dərgahının  fazillərinin"  Allah  onları 

düzgün yola hidayət etsin və qorusun, bizi də təəssüflənməkdən  və 

inaddan hifz etsin"

478


, yazdıqları söz və fikirləri diqqətimizə yetişdi. 

                                                           

474

 Beytin farscası: 



Hər ke u ruy be behbud nədaşt,  

Didəne-ruye-nəbi sud nodaşt. 

475

 İfadənin ərəbcəsi: "Və ma xələfəti-l-cinnə və-l-insə illa li yəbudunə". 



476

 İfadənin ərəbcəsi: "Qəd bəyyənnə-1-ayati li-qovlin yəqulun". 

477

 İfadənin ərəbcəsi: "Və-s-səlamu əla mən il-iəbə-əl-huda". 



478

  İfadənin  ərəbcəsi:  "Hədə  hum  Allahu  ilə  səbili  rəşadi  və  həfəzə-humu-l-lahu-

təalə". 


678 

 

Əvvəlki  məktubda  əcz  və  savaba  səbəb  olan  düzgün  yol  zikr 



olunmuşdu və o ali həzrətlərin hikmətli nəzərlərindən gizli qalmadı 

ki, həzrət seyyidül-mürsəlin (Məhəmməd peyğəmbər -  Ş.F.) və əhli-

sünnə  kitablarında  yazıldığı  kimi  ümmətin  Allahın  kitabına  və 

[peyğəmbərin]  pak  ailəsinə  riayət  etməsi  buyurulubdur.  Həzrət 

imaməl-cinn  və-l-üns  sultan  Əbülhəsən  Əli  ibn  Musa  Rza  -  ona 

Allahın  salamı  olsun  -  əcəm  ölkəsində  qərib  olduğu  üçün  və  bu 

məktubu  yazan  Məhəmməd  Xadim  o  həzrətin  qəribliyinə  ehtiram 

əlaməti  kimi,    həmçinin  o  həzrətin  pak  ruhunun  bərəkətindən 

feyzlənməkdən ötrü onun  mülazimətini ixtiyar  etmişdir. [Onun] nə 

qızılbaşlara ülfəti, nə də özbəklərə külfəti (qohumluğu - Ş.F.) vardır. 

Din məsələsində inadkarlıq etmədən təhqiq və təftişdən sonra yəqin 

etdim ki, Quran və hədisin lazım bildiyinə və həzrət məlikin əmrinə 

müvafiq  olaraq  belə  qərara  gəlmişəm  ki,  insaf  üzündən  bir  neçə 

kəlmə  ərz  edim.  Bu  məktub  əgər  siz  həzrətlərə  çatarsa  və  onu 

oxuyarsınızsa, bu bizim murada yetməyimiz demək olar, yoxsa  

 

Şer 



 

Mən bəlağətlə sanə söyləyirəm sözlərimi,  

İstəsən kəlmələrimdənya sevin, ya qamlən.

479


 

 

Bu sözün nə demək olduğunu başa düşən şəxs kamil dərkə 



və  şamil  (aidiyyətli  -  Ş.F.)  insafa  malik  şəxs  ola  bilər. 

Mavərənnəhrdən  buraya  gələn  adamlardan  eşitdiyimiz  fikir  belədir 

ki,  bizim  ali  nəvvab  xaqanımız  (Şah  Abbas  -    Ş.F.)  hər  iki  gözəl 

fikirlə  bəzənmişdir  və  həmçinin  sizin  əmirlərinizdən  Kukəltaş 

bahadır və başqaları da fəzilət fənlərini mənimsəmişlər. 

 

Amma  onların  indiyədək  Mavərənnəhr  üləmaları 



barəsindəki  hekayətləri  öz  təsdiqini  tapa  bilməmişdir.  Belə  bir 

məşhur məsəl var: "Tək qazinin sözü ilə bir razılığa gəlmək kifayət 

etməz". On iki imam məzhəbinin fazil adamları hələ onların yüksək 

məclislərinə  getməklə  müşərrəf  olmamışlar,  çünki  sünni  üləmaları 

xatırladırlar  ki,  şiə  məzhəbi  yeni  bir  məzhəbdir  və  onun  əsası 

yoxdur. Biz hər iki firqənin nəzər  və üsullarının təhqiqindən sonra 

                                                           

479


 Beytin farscası: 

Mən ançe şərte-bəlağəst bato miquyəm,  

To xah əz söxənəm pənd gir, xah məlal. 


679 

 

bildik ki, hər iki məzhəb rəhbərləri [Allahın] kəlamı ilə hökm etsələr 



faydalı  olar.  Bunlar  şiə  və  sünnülərin  bir  çox  hədis  kitablarına 

yığcam şəkildə [möcməl] qeyd olunmuşdur.  Hər iki firqənin qəbul 

etdiyi hədislər etimada layiqdir. Ehtiyatkarlıq odur ki, hər iki firqə 

tərəfindən  qəbul  olunanlar 

müxtəlif 

hədislərin  [düzgün 

söylənilməməsi üzündən] unudulmasm. Çünki islam əhli bu iki firqə 

ilə  məhdudlaşmır.  Əgər  peyğəmbərdən  (s.)  sonra  fasiləsiz  olaraq 

Əbubəkri haqq xəlifə bilsələr onlar əhli sünnüdürlər  və əgər həzrət 

əmirəl-möminin  Əli  ibn  əbu  Talebi  [haqq  xəlifə]  bilsələr  şiədirlər. 

[Bu barədə] üçüncü fikir yoxdur. Yox, əgər bu iki firqə müştərək bir 

nöqteyi-nəzərə gələrlərsə, bu islam əhlinin ümumi rəyi olar, onu tərk 

etmək  batil  [bir  əməl]  sayılar.  [Bu  məktubun]  müqəddiməsindən 

sonra,  ərz  edirəm  ki,  ali  həzrətlərin  araşdırmadan  sonra  yazdıqları 

sözlər  ale-peyğəmbər  şiəsinin  küfrünə  fitva  verməkdir.  Müxtəlif 

dəlillərlə  siz  buyurursunuz  ki,  əvvəla  həzrət  peyğəmbər  (s.)  üç 

xəlifəni mədh etmişdir. O həzrətin sözü kəramətli ayəyə əsasən "O, 

keyfi istəyəni danışmır, bu ancaq [ona] nazil olan bir vəhydir"

480

. Üç 


xəlifəni məzəmmət edən şiə [belə çıxır ki,] vəhy ilə müxalifət edir, 

vohy ilə müxalifət etmək isə küfrdür. Cavab budur ki, üç xəlifənin 

mədhinə və onların xəlifəliklərinin batil olmasına dair dəlil gətirmək 

lazım  gəlir.  Əhli-sünnənin  böyük  alimlərindən  olan  Amədinin 

"Şərhe-məvaqef  əsərində  nəql  olunur  ki,  həzrət  peyğəmbərin 

dünyadan köçməsinə (rehlət) yaxın bir vaxtda islam əhli arasında bir 

neçə ixtilaf yarandı. Birinci ixtilaf budur ki, o həzrət ölüm ayağında 

buyurdu: "Mənə bir kağız (qərtas) verin, sizin üçün bir şey yazım ki, 

məndən  sonra  yolunuzu  azmayasınız"

481


.  Ömər  buna  razı  olmayıb 

dedi: "Bu kişi qızdırmalıdır. Bizə Allahın kitabı (yəni Qurani-Kərim 

- Ş.F.) kifayət edər"

482


. Səhabələr arasına ixtilaf düşdü, səslər ucaldı, 

həzrət  peyğəmbər  (s.)  inciyərək  buyurdu:  "Durun  gedin  ki,  mənim 

yanımda mübahisə etmək [mənim şənimə] layiq deyil"

483


. Bu hədis 

Buxarinin  "Sihah"  kitabının  əvvəlində  və  əhli-sünnə  kitablarının 

əksəriyyətində müxtəlif cür zikr olunmuşdur. 

İkinci ixtilaf [isə] budur: "O həzrət ölüm ayağında ikən bir 

dəstə  adamın  Usamə  bin  Zeyd  ilə  səfərə  çıxmasını  buyurdu. 

                                                           

480

 İfadənin ərəbcəsi: "və ma yəntiqu əni-l-həva irınə həvan lə vəhyun yuhə".  



481

 İfadənin ərəbcəsi: "İtuni bi-qirlasin huaktubu ləkum şeyən lə -n-təzullu bədi". 

482

 İfadənin ərəbcəsi:  "İnn-əl-rəculə ğələbət-əl-vəcə və indəna ketabullahi həsəbnə".  



483

 Cümlənin farscası: "Bər xizid ke, pişe-mən neza səzavar nist". 



680 

 

Yanındakılardan  bəziləri  bundan  boyun  qaçırdılar.  Bu  söhbət  [o 



həzrətə]  çatdırıldı  və  o  buyurdu:  "Mən  Usamənin  ordusunu  təchiz 

etmişəm. Sözümdən boyun qaçıranlara Allahın lənəti olsun"

484

. Hər 


üç  xəlifə  də  Usamənin  ordusunda  idilər  və  [peyğəmbərin  əmrinə] 

tabe  olmadılar.  Mən  (yəni  Məhəmməd  Xadim  Ş.F.)  deyirəm  ki, 

peyğəmbərin vəsiyyət yazmaq istəyi, qeyd olunmuş kəramətli ayəyə 

əsasən vəhydir, amma Ömərin etirazı həmin vəhyi rədd etmək oldu, 

vəhyin  rədd  olunması  isə  küfrdür.  Bildiyiniz  kimi,  Allah 

buyurmuşdur  ki,  "Hər  kim  Allahın  nazil  etdiyinə  əsasən  hökm 

etməzsə, o, kafirdir"

485


. Kafir isə xilafət etməyə layiq deyil. Hərçənd 

Ömərin  küfrü  və  xilafətə  layiq  olmaması  sübut  olundu,  sizin 

dəlillərinizə  əsasən  Əbubəkr  və  Osmanın  da  xəlifə  olmaları  lazım 

deyildi  ki,  cəmiyyət  parçalanmasın.  Əhli-sünnənin  bütün 

məzhəblərinin nöqteyi-nəzərincə onların hər üçü xəlifədir, amma şiə 

məzhəbinə  görə  onların  heç  biri  xəlifə  deyil.  Ömərin  xəlifə 

olmaması  və  Əbubəkrlə  Osmanın  [həmçinin]  xəlifə  olmaları  islam 

əhlinin  heç  birinin  rəyinə  uyğun  deyildir.  Habelə  Usamənin 

ordusundan  boyun  qaçırmaq  [yuxarıda]  deyilən  dəlilə  əsasən 

küfrdür.  Üç  xəlifənin  Usamə  ordusundan  boyun  qaçırmaları 

[yuxarıda]  zikr  olunan  iki  rəvayətə  görə  şiə  məzhəbində  müfəssəl 

şəkildə  isbat  olunmuşdur,  bu  fikrin  əksi  də  gərək  [tərəfinizdən] 

sübut olunsun. Bu məsələnin təfsili bu səhifəyə sığmaz. Şiə əhlinin 

öz məzhəblərinin isbatında, o camaatın isə təkzibində (nəfy) bir neçə 

ağlabatan  (məqul)  və  nəql  olunan  dəlil  vardır  ki,  onu  Allah-təala 

bilir.  Bu  səhifələrdə  yuxarıda  deyilən  fikirlərə  [cavab]  yazılması 

mümkün deyildir, [çünki] "Allah haqqı bərqərar edir və doğru yola 

yönəldir"

486

. Siz ali həzrət öz şərafətli  məktubunuzda etiraf etdiniz 



ki, həzrət peyğəmbərin əməli də vəhydir. Buna əsasən də biz deyirik 

ki,  həzrət  rəsulun  Mərvanı*  Mədinədən  çıxarmağı  (ixrac)  da 

vəhydir.  Osmanın  onu  Mədinəyə  gətirib  böyük  vəzifəyə  qoyması 

həzrətin (Məhəmməd peyğəmbərin - Ş. F.) sözünün rədd edilməsidir 

və  küfrdür.  Bu  da  iki  dəlilə  əsaslanır.  Birinci  dəlil  sizin 

buyurduğunuz dəlildir. İkinci dəlil isə Allah-təalanın buyurduğu bu 

ayədir:  "Allaha  və  axirət  gününə  inanan  heç  bir  tayfanın  Allah  və 

                                                           

484

 İfadənin ərəbcəsi: "Cəhhəzu ceyşə Usamə lən-əl-lahu mən təxəlləfə ənhu". 



485

 

5



      İfadənin  ərəbcəsi:  "Mən  ləm  yəhkumu  bimə  ənz-əl-Allahu  fəulaikə  humu-1-

kafərunə" 

486

 İfadənin ərəbcəsi: "və Allahu yəhuqqul-həqq və yuhdi ilə səbili-r-rəşad". 



681 

 

onun peyğəmbəri əleyhinə çıxanlarla dostluq etdiyini görməzsən



487

". 


Bu  ayə  İmamət  məsələsində  haqqın  öz  yerini  tapması  və  batilin 

aradan  getməsində  ən  tutarlı  dəlildir.  Sübut  və  mübahisə  çoxdur. 

Xorasanda  məşhur bir  məsəl  var:  "Buse be peyğaməst" (yəni sənin 

dediyini  qəbul  edirəm  -  Ş.F)"  Əgər  sizin  yanınıza  gəlmək  mənə 

müyəssər olsa, bu barədə sizə xəbər verərəm. 

 

[Beyt] 



 

Mən səninlə görüş istəsəm əgər,  

Ola bilsin bizi Rəbb görüşdürər.

488


 

Amma,  bu  şərtlə  ki,  bəhsin  (mübahisənin  -  Ş.F.) 

müqəddiməsi  qılınc  gücünə  deyil,  elmi  tərzdə  olsun,  yəni  məsələ 

qələm  və  qələmtəraşla  (bükdə  və  qələmtəraş)  icra  edilsin.  Və 

həmçinin  bu  mənada  üç  xəlifənin  mədh  edilməsi  hər  iki  firqənin 

bunu  qəbul  etməsi  demək  deyildir.  Bundan  şiə  kitablarında  əsər-

əlamət  yoxdur.  Onların  məzəmmətlənməsi  üçün  qeyd  olunan 

rəvayət  xüsusiyyətli  dəlillər  hər  iki  firqə  kitablarında  yazılmışdır. 

Həmçinin  əhli-sünnədən  bəziləri  məsləhətlə  hədis  yazmışlar. 

[Amma]  müştərək olmayan hədisə etimad  yoxdur. Xüsusilə o  vaxt 

ki, onu nəql edən kəs hədis yaratmağı cayiz bilmişdir, yaxud, onun 

özü  adil  adam  olmamışdır,  yalnız  o  halda  ki,  hamının  fikri  bunun 

əksinə  olmasın.  Vahid  məlumata  əsasən  razılaşmamaq,  yuxarıda 

qeyd olunan xüsusiyyətlərə görə küfrdür. 

 

Misra 

 

Gər olsa o cür, Yerdə müsəlman qalmaz.

489

 

 



[Məlumdur  ki,]  tək-tük  müctəhidlər  müxalifətə  yol 

vermişlər. Üç xəlifənin müxalifətindən öncə peyğəmbərin onları uca 

                                                           

487


  İfadənin  ərəbcəsi:  "Qəvluhu  təalə  lə  yəcidu  qovmən  yuminunə  li -l-lahi  və-l-

yovmil-axeri yuəddinə mənhadə-l-lahu və rəsuləhu". 

488

 Bu beytin fars və ərəbcə yazılmış misralarının tərcüməsi:   



Be hər cəmiyyəti vəsle-to cuyəm,  

Ləəllə-lahu-yəcməuni va iyyəkə 

489

 Misranın farscası: 



Pəs dər həme dəhr yek mosəlman nəbovəd. 

682 

 

tutması onların aqibətlərinin gözəl və sağlam olmasına dəlaləl etmir. 



Cinayətdən əvvəl cəzalandırılma rəva deyildir! 

Buna görə də, həzrət Əli (ə.) ibn-Mülcəmin-lənət olsun ona 

-  əməlindən  xəbər  tutdu,  amma  onu  cəzalandırmadı.  Xüsusi  bir 

əməlin düzgün olmasına dəlalət edən rəvayətin faydası yoxdur, necə 

ki, bu hal "Allah razı qaldı"

490


 ayəsində zikr olunmuşdur. 

İkinci  dəlil  budur:  "And  olsun  ki,  ağac  altında  sənə  beyət 

etdikləri zaman  Allah  möminlərdən  razı qaldı

491


" ayəsinə əsasən üç 

xəlifə Allah-təalanın cənnətini qazandılar  və onların  yamanlanması 

küfrdür. Cavab budur ki "uğurun gerçəkləşməsində  Allahın razılığı 

vardır"


492

  deyimi  həmin  ayənin  dəlalətidir.  Beyət  olan  o  xüsusi 

əmələ heç kimin  etirazı  yoxdur. Onların bəzi qəbul olunmuş  gözəl 

işlər  görmələrinə  heç  bir  söz  ola  bilməz,  amma  etdikləri  bəzi 

qəbahətli əməllər əhdin və beyətin xilafınadır. Necə ki, xilafət işində 

müxaliflik  etmək  peyğəmbərin  əzminə  müxalif  olmaqdır  ki,  bu 

haqda hər iki firqə kitablarında zikr olunmuşdur. Onlar xilafəti qəsb 

etdilər  və  həzrət  Fatimə  səlamullahi  əleyhanı  -  ona  salam  olsun  - 

incitdibr. Buxarinin "Səhih" kitabında yazılanlar aşağıdakı rəvayəti 

tamamlayır:  "Çıxdı  və  öbnədək  onunla  danışmadı".

493

  Bunu  mən 



özüm  [adı  çəkilən]  "Səhih"  kitabında  oxumuşam.  Həmçinin 

"Səhihe-Buxari"də  həzrət  Fatimə  (s)  haqqında  belə  zikr  olunur  ki, 

"onu  qəzəbləndirən  məni  qəzəbləndirmişdir"

494


.  "Mişkat"  kitabının 

"Mənaqeb"  bölməsində  o  həzrət  haqqında  nəql  olunur  ki,  "onu 

incidən  moni incitmişdir  və  məni incidən  Allahı incitmişdir"

495


. Bu 

məzmunlu  düzgün  kəlamı  "Allahı  və  peyğəmbərləri  incidənlərə 

dünya  və axirətdə  Allahın lənəti olsun"

496


  ayəsi  də  ifadə  edir.  Belə 

məlumdur  ki,  elə  əməllər  vasitəsilə  həzrət  [peyğəmbərin] 

vəsiyyətinin  yazılmasının  qadağan  edilməsi,  Usamə  ordusundan 

boyun qaçırılması və sair kimi məsələlər saysız-hesabsız (ehsa) baş 

vermişdir  ki,  elə  bunlar  da  məzəmmətə  səbəb  oldu.  Onlar  bəs 

                                                           

490

 İfadənin ərəbcəsi: "Lə qəd radiyə-l-lahu". 



491

  İfadənin  ərəbcəsi:  "Lə  qəd  radi-l-lahu  ənil-mömininə  əzibən  yəunnukə  təhtə-ş-

şəcərə". 

492


 İfadənin ərəbcəsi: "İnd-ə-t-tovfiq ridau-l-lahi" 

493


  İfadənin ərəbcəsi: "Fəxərəcəl ənhu və ləm yətukəlləm məəhu hətta matət". 

494


 İfadənin ərəbcəsi: "Mən əqzəbəhə fəqəd əqzəbəni" 

495


 İfadənin ərəbcəsi: "Mən əzəhə fəqəd əzəzəni və mən əzəni fəqəd əzə-l-lahə" 

496


 İfadonin ərəbcəsi: "İnn-əl-ləzinə yuzunə-1-lahə və rəsuləhu lənə-humə-1-lahu fi-d-

donya və-1-axirəti". 



683 

 

əməllərinin  yaxşı  bitməsinə,  əhdə  vəfa  etmələrinə,  aqibətlərinin 



salim olmasına  və həzrət rəsula (s.) beyət etmələrinə necə iddia edə 

bilərlər?  Beyətin  pozulması  və  həzrət  rəsul    ilə  müxalifət  etmələri 

üzündən  hər  kəs  aqibətinin  salim  olması  səadətinə  yetməzsə 

cəzalanmalıdır.    Necə  ki,    kəramətli    ayə    həmin  məsələyə  dəlalət 

edir:  "Hər  kəs  beyəti  pozsa  ancaq  öz  əleyhinə  pozmuş  olar.  Kim 

Allahla  etdiyi  əhdi  yerinə  yetirsə  [Allah]  ona  böyük  mükafat 

verər"

497


Üçüncü  dəlil  budur  ki,  həzrət  Allah-təala  Əbubəkri 

peyğəmbərin dostu adlandırır və dost məzəmmətə layiq deyil. Cavab 

budur  ki,  ayənin  "[bunu]  öz  dostuna  dediyi  zaman  o  danışırdı"

498

 

hissəsində deyildiyi kimi bu da ona dəlalət edir ki, söhbət müsəlman 



və  kafir  arasında  vaq  edir,  hər  iki  tərəfin  razılığı  ilədir.  Məlum 

olduğu  kimi,  hər  bir  qardaş  başqasına  nisbətdə  qardaşdır  -  istər 

müsəlman olsun, istərsə kafir - qardaşlardan hər biri digəri ilə yoldaş 

(həmrah)  və  müsahibdir  -  istər  müsəlman  olsun,  istərsə  kafir.  "Ey 

mənim  iki  zindan  yoldaşım,  ayrı-ayrı  tanrılar  daha  yaxşıdır,  yoxsa 

bir  olan  qadir  Allah?"

499

  ayəsi  deyilən  sözlərin  məzmunu  bildirir. 



"Kəşşaf  kitabının  müəllifi,  həmçinin  Beyzavi  bu  ayənin  təfsirində 

belə  yazmışlar:  "Ey  mənim  zindanda  olan  iki  yoldaşım,  Yusif 

əleyhissəlam peyğəmbər idi  və iki bütpərəsti  "yoldaş" adlandırırdı, 

necə ki, zikr olunan bu ayə aşkar surətdə buna dəlalət edir." Buradan 

məlum  olur  ki,  peyğəmbərin  yoldaşı  olmaq  [heç  də]  yaxşı  dəlil 

deyil. [Aşağıdakı beyt] həzrətlərin səadətli qələmi ilə necə də gözəl 

yazılmışdır: 

 

Şer 

 

Hər kimin yaxşılığı yoxsa əgər,  



Xeyri varmı o görə peyğəmbər?

500


 

                                                           

497

  İfadənin  ərəbcəsi:  "Fo  mən  nəkəsə  fə  innəmə  yonkusu  ələ-nəfsihi  və  mən  ovfo 



bimə ahədə əleyhə-1-lahu" 

498


 İfadənin ərəbcəsi: "İz qalə li-sahibihi və huva yuhaviruhu".  

499


 İfadənin ərəbcəsi: "Ya sahibeyi-s-sicin, ərbabu mutəfərriqunə xəyru-ummil-lahil-l-

vahed-əl qəhhar?" 

500

 Beytin farscası: 



Hər ke u ruy be behbud nədaşt,  

Didəne-ruye-nəbi sud nədaşt. 

 


684 

 

 



Amma  o  həzrətlər  ki,  Quranı  dəqiq  dərk  etmişlər,  qeyd 

olunan bu beytdə "hər ke-ra" əvəzinə "hər ke u" ("hər kimi" əvəzinə 

"hər keo"  - Ş.F.)  yazmaqla həmin  zikr olunan  misraların rabitəsini 

pozmuşlar  və  [bununla  da]  hər  iki  misranı  natəmam  qoymuşlar  və 

indiki dəqiqəyədək Molla Caminin (Əbdürrəhman Cami - Ş.F.) hələ 

soyumamış  ruhunu  incitmişlər".  Lakin  bütün  Xorasan  əhlinə  qarət 

və  talan  üz  verdiyi  vaxt  evlər  viran  oldu.  Həzrət  mövləvi  də  o 

camaatdandır. Əgər onun başqa bir beyti də dəyişilərsə, bunun heç 

bir  qorxusu  olmaz,  çünki  bir  ərəb  şerinin  bu  misrası  da  buna  bir 

sübutdur: 

 

Misra 

 

Hamılıqla gələn bəla xoş olur".

501

 

 



Elə  ərəb  şeirlərində  (əşar)  belə  fikirlər  vardır.  Amma  bu 

misranı  burada  zikr  etmək  məsləhət  deyil.  Bu  məktubu 

ünvanladığımız  həzrətlərdən  iltimas  olunur  ki,  hər  hansı  bir  sözün 

düşünülmədən mənalandırılmasına meyl etməsinlər. 

Dördüncü dəlil budur ki, həzrət mürtəza əleyhissalam (yəni 

İmam Əli - Ş.F.) ona xas şücaətinə baxmayaraq, xalqın üç xəlifəyə 

beyət etdiyi vaxt orada olmuşdur, amma bu işi qadağan etməmişdir. 

Bunun özü də beyətin həqiqətinə bir sübutdur. Əgər bu belə deyilsə, 

o  həzrəti  məzəmmət  etmək  lazım  gəlir.  [Sizin  bu  fikrinizə]  cavab 

belədir:  Həzrət  əmir  (yəni  İmam  Əli  -  Ş.F.)  rəsulun 

təkənlənməsindən  əvvəl  üç  xəlifə  "Səqifeye-bəne-Saidə"də 

səhabələri  yığıb,  Əbubəkrin  xəlifə  olmasından  ötrü  onun  haqqı 

olmadığı beyəti həyata keçirdi. Amma, o əhvalatın şərhi bu səhifəyə 

yerləşmir.  O  həzrət  bundan  xəbər  tutduqdan  sonra,  tərəfdarlarının 

azlığından,  haqq  əhlinin  həlak  ediləcəyi  qorxusundan,  yaxud  da 

başqa  səbəbdən  hərbə  başlamadı.  Bu  heç  də  qarşı  tərəfin  haqlı 

olmasının  sübutu  deyildir.  Həzrət  əmir  böyük  şücaətlə  həzrət 

peyğəmbərin mülazimətində dayanmışdı və heç də qüvvət və şücaət 

baxımından o camaatdan əskik deyildi. Məlumatlar və kitablar buna 

dəlalət  edir  ki,  həzrət  peyğəmbər  (s.)  və  həzrət  Əli  (ə.)  və  digər 

                                                           

501


 Misranın ərəbcəsi: 

"Əl-bəliyyətu izə ammət tabət". 



685 

 

səhabələr Qüreyş ilə döyüşmədilər və Məkkeye-müəzzimədən hicrət 



etdilər. 

 Bir  müddət  keçdikdən  sonra  Məkkəyə  gələrək  onlar 

Hudeybiyyə  sülh  sazişini  bağlayıb  geri  qayıtdılar.  [O  vaxt]  həzrət 

peyğəmbərin (s.)  və digər səhabələrin cəng etməmələrinin səbəbini 

həzrət əmirin (İmam Əlinin - Ş.F.) də cəng etməməsinə şamil etmək 

olar.  [Bu  məsələdə]  qüreyş  kafərlərinin  haqlı  olmaları  mütləq 

surətdə  təsəvvürə  gəlmir.  Bu  nöqsan  təhqiq  əhlinin  nəzəri  kimi 

yuxarıda da qeyd olunmuşdu. Baxmayaraq ki, firon allahlıq iddiası 

ilə dörd yüz il hakimiyyətdə oldu, [o cümlədən] Şəddad, Nəmrud və 

başqaları da həmin batil iddiada idilər. [Amma,] həzrət  Allah-təala 

öz kamil qüdrəti ilə onları həlak etmədi, bir çox adamlar isə onların 

batil iddialarına inandılar. Əgər hər vaxt Allahın düşməni dəf etməsi 

təxirə  salınarsa,  bu  bəndənin  fikrincə,  bu  əməl  elə  əvvəlki  qayda 

üzrə  həyata  keçiriləcəkdir.  Necə  ki,  buyurulubdur,  həzrət  əmir 

onlara  beyət  etdi  və  həmin  beyət  ikrah  edilmədən  oldu,  çünki 

təqiyyə


502

  qadağandır  ki,  təqiyyənin  təhqiqi  bu  səhifəyə  sığmaz. 

Necə  ki,  Nəcəfi

503 


əqidələrinin  şərhçisinin  dediyinə  görə  Şeyxeyni 

(iki şeyxi - Ş.F.) yamanlamaq küfrdür ki, həmin fikrin özü batildir. 

"Camiətül-üsul"  kitabının  sahibi  şiələri  islam  firqələrinin  kübar 

adamlarından sayır, "Məvaqif kitabının müəllifi də o yolla gedərək, 

şiənin təkfirindən ötrü toplanılan məbləği (vocuh) rədd  edir.  İmam 

Məhəmməd Qəzali də şeyxeynin yamanlanmasını küfr bilməmişdir. 

[Siz cənabın isə] şiəni təkfir etməyiniz nə möminlərin xatirinədir, nə 

də Qurana və hədislərə uyğundur. "Təşəyyə" məfhumu bu məktubun 

əvvəllində  açıqlandı  və  şiələri  yamanlamaq  əsaslı  sayılmadı.  Üç 

xəlifənin  adları  heç  vaxt  [ağıllı]  şiənin  dilindən  cari  olmur,  amma 

əgər  cahil  şiələr  lənət  oxumağın  vacibliyi  hökmünü  verərlərsə, 

onların  sözləri  mötəbər  deyildir,  necə  ki,  cahil  sünnilər  şiələrin 

öldürülməsinin vacibliyi hökmünü verirlər. Bu hökm mütləq surətdə 

sələfin  (Məhəmməd  peyğəmbərin  -  Ş.F.)  və  ondan  sonrakıların 

fikirlərinə  uyğun  gəlmir.  Sizin  isə  buyurduğunuz  "bəzi  hekayətləri 

                                                           

502

 Təqiyyə - Hər hansı bir şəxsə mali, cani və ərzi zərər dəyə biləcəyi halda əqidə və 



məzhəb axtarışı (Bax: D-r M.Moin. Göst. Lüğət, c. I, səh. 1123). 

503


 Nəcəfi - Adı Ömər ibn  Məhəmməd ibn Əhməd Nəcəfi  Səmərqəndi  Hənəfi (hicri-

qəməri  tarixlə  461-537)  olmuşdur.  Ləqəbi  Nəcməddin  olan  Nəcəfi  məşhur  alim, 

fəqih,  müfəssir (təfsirçi -  Ş.F.) və  mühəddis (hədisçi  - Ş.F.) idi. Fiqh  mübahisələrinə 

dair yüzədək  risalə yazmışdır ki, onlara  misal olaraq "Əkmələt-lul", "Və-t-təysir fi-t-

təfsir", "Əl-əqayed ən-Nəsifə, "Tarix-Səmərqənd" kitablarını göstərmək olar. 


686 

 

eşidib  onları  qadağan  etməyən  şəxs  kafərdir"  fikri  şəriət  və  əql 



sübutuna  müvafiq  deyildir.  Şeyx  ibn  Sina  buyurmuşdur:  "Dəlilsiz 

bir fikri təsdiq edən kəs insanlıq fitrətindən kənar olmuşdur"

504



Ayişə  barəsində  şiəyə  nisbət  edilən  xəbislik  və  pis 



söylənilən  fikirdən  (fəhşa)  əlhəzər,  əlhəzər!  Ayişə  xüsusunda 

qətiyyən elə fikir deyilməmişdir. İnsanları söymək (fəhş) haramdır, 

illah ki, həzrət rəsulun xanımı ola.  Amma  Ayişə  "Evlərinizdə qərar 

tutun,  ilkin  cahiliyyət  dövründəki  kimi  açıq-saçıq  olmayın"

505

 

əmrinə  itaət  etməyərək  Bəsrəyə  gəldi  və  həzrət  imamla  (Əli  ilə  - 



Ş.F.)  müharibə  etdi.  "Sənin  döyüşün  mənim  döyüşümdür"

506


 

hədisinə  əsasən  hər  iki  firqədən  olanlar  o  həzrətin  hərbini  noql 

etmişlər. Həzrət peyğəmbərlə hərb edən kəs heç vaxt məqbul sayıla 

bilməz. [Ayişə] buna görə də tənəyə məruz qalmışdır. Bu zəif şəxs 

(yəni)  məktubu  yazanın  müəllifi  -  Ş.F)  şiə  kitabları  arasındakı  bir 

hədis  kitabında  oxumuşdur  ki,  Ayişə  həzrət  əmirin  yanında 

müharibədən  tövbə  etmişdir.  Baxmayaraq  ki,  müharibə  hadisəsi 

mütəvatirdir

507

,  tövbə  hekayəti  də  vahid  xəbərdir.



508 

Amma  baş 

verən  hadisədən  sonra  Bəsrənin  dağıdılmasından  və  səhabələrdən 

qırx  min  nəfərinin  və  başqa  adamların  qətl  olunmalarından  sonra, 

əgər o, tövbə qəbul olunarsa, müharibə üçün lənət yağdırmaq lazım 

gəlmir.  "Allah  bütün  işlərin  həqiqətini  bilir  və  sur  çalınacağı  gün 

haqq  ilə  hökm  edəcəkdir"

509


.  Habelə  "Xəbis  qadınlar  xəbis  kişilər 

üçün,  xəbis  kişilər  xəbis  qadınlar  üçün,  pak  qadınlar  pak  kişilər 

üçün, pak kişilər pak qadınlar üçündür"

510


 ayəsi bu mənada deyil ki, 

ər-arvad (zövceyn) bütün mədh və məzəmmətlərdə şərikdirlər, yəni 

əgər  onlardan  biri  cənnətlik  və  cəhənnəmlik  olsa,  digəri  də  elə 

olmuş  olsun.  Yoxsa,  həzrət  Nuh  və  Lut  və  onların  zövcələri  - 

                                                           

504


  İfadənin  ərəbcəsi:  "Mən  tuəvvidu  ən  yusəddiqə  min  ğeyri  dəlilin  fəqəd  ənsələxə 

ən-i-l-fitrətil insaniyyəti". 

505

 fadənin ərəbcəsi: "və qərrin fi biyutukunnə və lə təbərrəcənnə". 



506

 İfadənin ərəbcəsi: "Hərbukə hərbi".  

507

  Mütəvatir  -  hədis  istilahı  olub  hamı  tərəfindən  eyni  cür  qəbul  edilən  fikir 



mənasındadır (Bax: D-r M.Moin. Göst. Lüğət, cild III, səh. 3842). 

508


 Tövbə - Bu da  hədis istilahıdır,  günahdan əl çəkməkdir ki,  hamı bunu "vahid bir 

xəbər",  yəni  günahdan  əl  çəkmək  kimi  başa  düşməlidir.  Tövbəni  pozmaq  olmaz! 

(Bax: D-r M.Moin. Göst. Lüğət, cild III, səh. 1160). 

509


  Ərəbcəsi:  "və  əl-lahu  əiəmu  bi  həqayeq-əl-ümuri  və  huvə  yəhkumu  bi-l-həqqi 

yövmun yənfəxu fi-s-sur". 

510

  Ərəbcəsi:  "əl-xəbisatu  l-il-xəbisinə  və-l-xəbisinə  l-il  xəbisat,  və-l-təyyibatu  l-il-



təyyibin, və-l təyyibunə l-il-təyyibat". 

687 

 

Asiya



511

  və  Firon

512

  kimi  ola  bilərlər.  Yuxarıda  zikr  olunan  ayə 



başqa  bir  ayədə  belə  şərh  olunmuşdur:  "Zinakar  kişi  evlənməz 

zinakar, ya  müşrik qadınla, zinakar qadın isə evlənməz zinakar,  ya 

müşrik  kişi  ilə"

513


.  Seyyidül-ənamın  (islam  peyğəmbərinin  -  Ş.F.) 

övladları  olan  böyük  seyidləri  təkfir  etmək  təəccüblüdür.  Hərgah 

peyğəmbərin xanımı o həzrətin əmri xilafına olaraq səfərə çıxsa və 

müsəlmanların qəbul etdikləri bir şəxs xəlifə olsa və həmin şəxs də 

həzrətdən  (Məhəmməd  peyğəmbərdən  -  Ş.F)  eşidərək  nəyisə  nəql 

etsə  [və  peyğəmbərin  xanımı  o  şəxslə  müharibə  etsə]  hədisin  bu 

hökmünə  əsasən  peyğəmbərlə  müharibə  etmiş  sayılır.  Həmçinin 

Ayişə qırx min səhabə və tabeinin (səhabələri görən şəxslərin - Ş.F) 

qətlinə  bais  olmuş  kimidir.  Peyğəmbər  övladı  bəzi  müsəlmanlara 

xəlifə  olan  bir  şəxsi  yamanlayarsa  və  həmin  peyğəmbər  övladının 

yanında o şəxsin  müxalifəti sübut olunarsa belə  görünür ki, həmin 

şəxs  peyğəmbərə  müxalif  olmuş,  o  həzrətlə  aralarında  olan  əhdi 

pozmuşdur. Həmçinin peyğəmbər övladının sözündən kimsəyə mali 

və cani cəhətdən əziyyət gəlməz  və əgər səhv  (xəta) olsa haqqında 

danışılan adam üçün savab hasil olar. 

Bu  iki  əməldən  hansı  daha  pisdir?  Birinci  əməl  qətiyyən 

tənəyə (qədh) səbəb olmur. İkinci əməl isə əgər küfr olarsa bundan 

nə kimi hadisə baş verər? Əgər şeyxeyni yamanlamağın küfr olması 

yalançı  hədisə  arxalanarsa,  bunun  savab  olması  yuxarıda  yazıldı. 

Yox, əgər bundan başqa bir şey ifadə olunursa, [qoy bizə bildirilsin 

ki,]  biz  də  eşidib ondan  faydalanaq.  Hər  halda,  insaf  yaxşı  şeydir. 

Şiə  kitablarında  belə  nəql  olunur  ki,  iki  gözündən  kor  olan  ibn 

Əmmi Məktum Əma peyğəmbər salavatullahın yanında idi. Bu vaxt, 

o  həzrətə  məhrəm  olan  ailə  üzvlərindən  biri  (qadın  -  Ş.F.)  onların 

yanından  keçdi.  Peyğəmbər  (s.)  həmin  qadına  etiraz  etdi.  Qadın 

dedi: "Ya rəsulallah, bu şəxs kordur". Peyğəmbər buyurdu: "Sən (ki) 

kər deyilsən". 

                                                           

511

 Asiya - XIII  Ramsesin oğlunun  xanımı idi və tək Allaha  iman gətirmişdi. O, dörd 



"cənnət xanımı"nın (Asiya, Məryəm, Xədicə və Fatimə) biri idi. 

512


 Musa peyğəmbərin müasiri olmuş Misir padşahının vəzifə adıdır və XIII Ramsesin 

oğludur.  Bu padşahın  hakimiyyəti dövründə  Misirin şöhrət və iqtidarı azalmışdı. Elə 

buna görə də o, özü üçün tikdirməyə başladığı aramgahın inşasını bitirməyə müvəffəq 

olmamışdır (Bax: D-r M.Moin. Göst. Lüğət, cild VI, s. 1341-1342). 

513

  İfadənin  ərəbcəsi:  İa  yənkəhu-1-əzəniyət  ov  muşrikətun  və-z-zaniyətu  lə 



yənkəkuhə-1-əzənu ov muşrikun". 

688 

 

Əhli sünnə alimləri danışırlar ki, həzrət peyğəmbər küçədə 



çalıb-oxuyan çalğıçılara tamaşa etsinlər deyə Ayişəni öz çiyni (kətf) 

üstünə  qaldırdı.  Bir  müddətdən  sonra  buyurdu:  "Ya  Homeyra, 

baxmaqdan  doymadın?"

514


.  Sünnilərin  yazdıqları  belə  qəbahətli  işi 

(yəni,  peyğəmbərin  guya  Ayişəni  çiyni  üstünə  qaldırmasını  -  Ş.F.) 

[nəinki peyğəmbərə, hətta] ən rəzil adama belə aid etmək olmaz. Bu 

qəbahət elə dərəcədədir ki, onu heç açıq-aşkar danışmaq da olmaz. 

Bu əhvalatdan hasil olan odur ki, əgər hər bir şəxsin etiqadı olarsa 

[aləmdə]  kafər  tapılmaz.  Hər  halda  biz  həzrət  Allahdan  sonra 

peyğəmbər  kimi  heç  bir  şərafətli  və  kamil  varlıq  tanımırıq  və  o 

həzrətin  şərəfinə  zidd  olan  heç  nəyi  qəbul  etmirik.  Amma,  fəryad 

ondan  ki,  o  həzrətin  etdiyi  cürətdən  bəzi  təəssübkeşlər  [yalançı] 

hədislərə arxalanıb şəriət və din mövzusunu: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin