AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə65/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   61   62   63   64   65   66   67   68   ...   96

Beyt 

 

Qəlbimin qüssəsini az danışıb qorxdum ki,  



Səni qəmləndirərəm, yoxsa sözüm az deyil.

515


 

 

Amma haram ayların ehtiramının (hormət) qadağan (nəsx) 



olunması  xüsusunda  sizin  buyurduğunuzun  cavabı  belədir:  "Əsil 

[həqiqət]  onun  əksidir",  çünki  etimad  olunan  şey  Quranın 

nüsxələrində zahir olmalıdır. Həzrətin (Əlinin - Ş.F.) həmin ayların 

bəzisində  müharibə  etməyi  qədərə  (təqdir)  təslim  olmaq  və 

zorakılığı kənarlaşdırmaq üçün idi və o həzrət hərbə ilk başlamırdı. 

O  həzrətin  əksər  hərbləri  belə  baş  vermişdir.  Şiənin  küfrü  sübut 

olunmazsa, necə ki, bu cavabdan məlum oldu və Müqəddəs Məşhəd 

əhalisinin  öldürülüb-qarət  edilməsini  siz  halal  buyurdunuz  ki,  bu 

məsələ natəmamdır. Qədərə təslim olmağınız siz cənabların heç vaxt 

eşitmədiyiniz xəbər əsasında hasil olmuşdur. "Allah ürəkdə olanları 

bilir"

516


.  Hər  halda  padşahın  məzacı  atəş  kimidir.  Kəramətli 

üləmalara layiqdir ki, moizə zülalı ilə o atəşin alovunu söndürsünlər 

ki,  Allah  məxluqları  (xəlqullah)  yanmasınlar,  elə  iş  etməsinlər  ki, 

filnə  küləyi  ilə  həmin  atəşi  yaymış  olsunlar,  [beləliklə  də,]  Allah 

                                                           

514


 İfadənin ərəbcəsi: "Ya Homeyra, həll şəniəti?" 

515


 

 

 Beytin farscası: 



Əndəki pişe-to göftəm ğəme-del tərsidəm  

Ke delazorde şəvi və-r ne, soxən besyarəst. 

516

 İfadənin ərəbcəsi: "və-l-lahu əlimun bi-z-zati-s-suduri eyyihalin". 



689 

 

bəndələrinin əsas və köməkçi (fəri) pöhrələrini yandıraraq onları bu 



zillət torpağına salsınlar. 

 

Beyt 

 

Tünd olma heç zaman atəş kimi sən,  



Tüstü ürəyindən çıxır yananın.

517


 

 

Məlumdur  ki,  o  cür  mülahizəsiz  fitvalar  verməklə  və 



aşinaları  aradan  götürməklə  Allah  bəndələri  [ölüb]  bir-birlərinə 

qovuşurlar. Onları qırmaq, əgər kafər olsalar belə, ən kamil və həlim 

zat  olan  Allah-təalanın  istəyinə  uyğun  deyildir.  Məzrət  Nuh 

əleyhissalam  qiyamət  günündə  kafərlərin  və  [başqa]  məxluqların 

həlak  edilmələri  üzündən  xəcalətli  (şərməndegi)  olacaqdır.  Bizə 

çatan  xəbərlər  buna  sübutdur  və  bunun  şərhi  bu  səhifəyə  sığmaz. 

Əgər hər hansı bir qoşun üləmaların fitvası bu işi görərsə, cəza günü 

etdiyi əməlin cavabı həmin üləmaların boyunlarında qalacaqdır: 

 

Şeir 

 

Əməlin cavabını qiyamətdə sorsalar,  



Ülüvvül-əzmlər

518


 də titrər, pərişan olar.  

Bir halda ki, xəcalət çəkər o peyğəmbərlər,  

Günahının üzründən ötrü buyur sən də gəl

519


 

Qoy  gizli  qalmasın  ki,  ibn  Tavus  şiə  üləmalarını  dandı, 



üsul,  füru  sahəsində  müctəhid  idi,  fiqhi  siniflərə  ayırmırdı  (təsnif 

nəfərmude).  Allah-təala  öz  dostu  olan  və  dünyanı  ondan  ötrü 

yaratdığı  həzrət  peyğəmbər  barəsində  buyurmuşdur:  "Əgər  o 

özündən  bəzi  sözlər  uydurub  bir  istinad  etsəydi,  biz  ondan  mütləq 

                                                           

517


 Beytin farscası: 

Ço atəş məşov tond — o, sərkeş məbad  

Ke dud əz dele-mobtəlayi bərayəd. 

518


 Bəzi peyğəmbərlər "ülüvvül-əzm" adlanmışlar - Ş.F. 

519


 Şeirin farscası: 

Dər an ruz ke, fel porsənd-o qovl,  

Ülüvvül-əzm-ra tən lərzəd ze hovl. 

Be cayi ke, şərməndeənd ənbiya,  

To ozre-gonəh-ra çe dari biya. 


690 

 

şiddətli intiqam alardıq, onun şah damarını qoparardıq və heç biriniz 



də onu bizim əzabımızdan xilas edə bilməzdiniz"

520


. Hərgah həzrət 

peyğəmbər haqqında bu qədər təhdid və mübaliğə olarsa, əgər başqa 

birisi  bu  məsələdə  qəlizliyə  (ğəlzət)  yol  verərsə,  onların 

öhdələrindən  gələr.  Əgər  siz  həzərat,  peyğəmbərin  təqvasını 

görürsünüzsə,  ehtiyatlı  olun.  Məhşər  günü  məzlumların,  xüsusən 

uşaqların  cavabını  vermək  çətindir.  "Məhşər  günü  uşaqlar,  həddi-

büluğa çatmayanlar və divanələr sorğu-sual olunmayacaqlar"

521


 

Şer 



 

Məni öldürsən əgər eşq günahım sarıdan,  

Bigünah öldürülən kəslərə söylərsən nə? 

 

Mən bu sözlərlə sənə yaxşılıq etmək dilədim,  



Qabalıq etməyimin yoxsa nədir mənası?

522


 

 

Aləmin  fəsadları  dünyanın  fəsadlarından  yaranmışdır. 



Münasibdir  ki,  fəzilət  sahibləri  bu  fəsadlardan  uzaq  olsunlar 

(mincəzer).  Bəlkə  bir  ömürdən  sonra  Mavərənnəhr  fazilləri 

müqəddəs Məşhəde-müəlla tərəfə təşrif gətirsinlə, fəqir-füqəram [da 

özləri  kimi]  xalis  insan  bilsinlər.  Əgər  Firudin  məkanlı  xaqanın 

(özbək  hökmdarı  Abdulla  xanın  -  Ş.F.)  zülmündən  (qəhhari)  o 

fəqirlər  şəhərdən  çıxa  bilməsələr,  onlar  qoy  həzrət  imame-ənamın 

(İmam  Rzanın  -  Ş.F.)  ehtiramını  saxlasınlar,  ziyarət  səadətinə 

yetişsinlər və fəqirlər o əzizlərin dövlətlərinin bərəkətindən başıuca 

olsunlar.  [Amma,  təəssüf  ki,]  bu  məna  meydana  gəlmədən  [yəni 

Məşhədi  ziyarət  etmədən]  o  fəqirlərin  qətlinə  fərman  verildi. 

"Barəkəllah, Allah əcrinizi böyük, əməllərinizi islah etsin"

523


 

                                                           



520

    İfadənin  ərəbcəsi:  "və  təqulu  aleynə  bəd-əl  əqavili  li  əxzinə  minhu  bi-l-yəmini 

summə ləqətanə minhu əl-vətinə fə mə minkum min əhədin ənhu hazirunə". 

521


 İfadənin ərəbcəsi: "Rəfəə əl-qələm ən səbi, hətta bi bəlliğ və-1-mocnun". 

522


 Şeirin farscası: 

Be corme-eşq məra gər koşi çe xahi goft 

Cəvabe-xine-rəfiqan ke bigonahanənd.  

Məra morad əz in comle nikxahiye-tost,  

Və gər ne z-in həme goslaxiyəm çe məqsudəst? 

523


 İfadənin ərəbcəsi: "Barəkəllahu, əzəmə ucurikum və əsləhə umurikum".  

691 

 

Beyt 

 

Qurşanma cövr etməyə, o yolun yoxdur sonu,  



Zalım peşman olsa da, tapmaz çarə yolunu.

524


 

 

 



ZİLLƏLLAH ŞAH MƏİYYƏTİNİN XORASANA YÜRÜŞÜ, 

MÜRŞİDQULU XANIN QƏTLİ VƏ HƏMİN SƏFƏR ZAMANI 

BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ 

 

Qələmin  bəyan  etdiyi  kimi,  Xorasanda  baş  verənlər  İraqa 



çatdıqda,  oradan  qaçan  adamlar  bir-bir  saraya  gəlib,  baş  vermiş 

böyük  hadisə  barədə  xəbər  çatdırdılar.  Əlahəzrət  zilləllah  şah 

Əliqulu  xanın  öldürülməsi  və  şamlı  tayfasının  qətl  və  qarət 

olunmasını eşidib çox pərişan oldu, onun mübarək xatiri kədərləndi. 

Elə  Mürşidqulu  xan  da  zahirən  öz  qəmginliyini  göstərir,  əskəri 

hekayətlər  söyləməklə  şahın  xatirini  kədərləndirirdi,  nəticədə  o, 

Xorasana  yürüş  etməyi  qərarlaşdırdı.  Xoşbəxt  bir  saatda  böyük 

səltənət evindən çıxıb hümayun evə gəldi. Cənnətməkan şahın ox və 

kaman  qorçisi  Hüseyn  bəyin  nəvəsi  olan  Məhəmməd  Şərifbəy 

Çavuşlu  inkişaf  edib  hakimlik  və  xan  rütbəsinə  layiq  görüldü, 

Qəzvinə hakim və hümayun paytaxta mühafiz təyin edildi. 

Səhra  və  çölün  ot  və  güllərinin  (rəyahin)  çoxluğundan  bu 

dəyişkən  fələyin  həsədinə  səbəb  olduğu  bahar  [fəslinin]  əvvəlində 

hümayun  məiyyət  hərəkətə  başlayıb,  müzəffər  ləşkərin  bir  yerə 

toplanmasından ötrü Lar yaylaqlarına getdi. Belə qərara gəldilər ki, 

məhsulların (əkin məhsullarının - Ş.F.) böyüyüb ucalmasınadək yol  

getsinlər.  Lar yaylağında Rüstəmdar məliklərindən hər ikisinin adı 

Məlik Cahangir  olan   və  ataları   Rüstəmdar  dağlarında  (cəbal) 

özbaşına  ortaya  çıxıb  başqa  adamları  saya  almayan  Larican  valisi 

Məlik  Bəhmən,  həmçinin  Nur  və  Kəcur  vilayətinin  [Məlik 

Cahangirləri]  gələrək  qızılbaş  əmrləri  ilə  görüşdülər  və    onlardan   

olduqca    qorxdular    (təhasi).      Onlar    həmişə  düşmənlik   

mövqeyindədilər   (yağı),   qızılbaşlara   lazımi kimi itaət etmirdilər. 

Belə  bir  vaxtda  humayın  iqbal  [sahibinin]  buraya  gəlməsinə  görə 

                                                           

524


 Beytin farscası: 

Məkon-məkon ke, rəhe-covr-ra kənare nəbaşəd,  

Məkeş-məkeş ke, peşiman şəvi-yo çare nəbaşəd. 


692 

 

həmin  vəhşisifət  adamlar  ram  oldular,  bəxtlərinin  göstərişi  ilə 



qorxu-hürküsüz  humayun  orduya  gələrək  şah  ilə  görüş  şərəfinə 

yetişdilər,  qulaqlarına  itaət  sırğası  taxıb  bellərinə  bəndəlik  qayışı 

bağladılar. Belə  vəziyyətin baş  verməsi həqiqətən də dünyagörmüş 

şəxslərin nəzərində iqbalı təsdiq edən hal idi. Hümayun məiyyət bir 

neçə  gün  yaylaqlarda  qaldı  və  hər  gün  əsgərlər  gəlib  onlara 

qoşulurdu.  Elə  həmin  yaylaqda  da  Allah-təalanın  bəxşişi  kimi  

kamyab  nəvvabın  bir  oğlu  doğuldu,  adını  Sultan Həsən Mirzə 

qoydular.  Amma  az  bir  vaxtda  borc  verilmiş  həyata  vida  etdi  və 

əbədi  aləmə  getdi.  Ümidvarıq  ki,  həzrət  Pərvərdiyar  onun  böyük 

atasının  ömrünü  və  dövlətini  çoxaldacaq,  hər  iki  cahanda  murada 

yetirəcək. 

Xülasə,  hümayun  ordu  Firuzkuh  yolu  ilə  Damğana  gedib 

dayandı.   Bəzi  adamlar  [bundan  əvvəl]   mərhum  nəvvab şahzadə 

[Həmzə  Mirzə  -  Ş.F.]  və  Fərhad  paşa  arasında  sülh  bağlanmasına 

cəhd  edirdilərsə  də,  Vəli  ağa  Caşnigirbaşının  elə  bu  məqsədlə 

gəlişinə  baxmayaraq,  hümayun  cülusun  başlanğıcında  bu  tərəfin 

bəzi xeyrxah adamları sülh işinə razılıq vermirdilər. Buna  görə də, 

bu  məsələ  indiyədək  təxirə  salınmışdı.  Zərurət  üzündən  Xorasana 

səfər müəyyənləşdirilən belə bir vaxtda Herat şəhərinin Abdulla xan 

Özbək tərəfindən fəth olunması həyata keçdi.  Anıraa,  əgər qızılbaş 

qoşunları  Azərbaycan  məsələləri  və  rumilərlə  müharibə  ilə  məşğul 

olsaydılar,  belə olan  halda,  onlar gərək iki tərəfdən iki düşmənlə 

vuruşaydılar  ki,  bu  da  vaxta  münasib  bir  hal  deyildi.  Adı  çəkilən 

sülh  sazişinə  və  onun  şərtlərinə  başlamaq  istəyən  Mürşidqulu  xan 

belə qərara gəldi ki, bir neçə gün Bəstam çəmənliyində dayanıb sülh 

danışıqlarının  təşkilinə  və  Vəli  ağa  ilə  birlikdə  [Ruma]  mahir  bir 

elçinin  göndərildməsinə  başlasınlar  ki,  onlar  daha  Azərbaycandan 

xatircəm olub, asudəliklə Xorasana getsinlər, Heratı ələ keçirsinlər. 

 

Mürşidqulu xanın qətli səbəbinin zikri: 

 

Damğandan  çıxıb  Şahrudda  dayandıqları  vaxt  qəzavu  qədərin 



gərdişi  və  Allahın    istəyi    ilə    Mürşidqulu    xanın  öldürülmə 

qəziyyəsi  baş  verdi  və  sülh  sazişi  təxirə  salındı.  Bu  ibrətamiz 

hadisənin  şərhi  belədir:  Yuxarıda,  hadisələr  yazan  qələm  [belə 

yazmışdı]:  Mürşidqulu xan  Tərşizdə  əlahəzrət  zilləllah  şahın  lələsi 

Əliqulu  xan  Şamlıya  qalib  gələndə,  o  həzrət  fələyin  və  Allahın 

məsləhəti ilə müqəddəs Məşhədə təşrif gətirdi və Mürşidqulu xan öz 



693 

 

ata  lıq  xidmətinə  başladı.  Onun  xasiyyəti  şahzadənin  ürəyincə 



deyildi  və  o,  xanın  pis  rəftarından  incik  idi.  Amma  gənclik 

əyyamında  qocalarda  olan  hövsələyə  malik  olduğundan  əbədi 

dövlətin  möhkəmlənməsi  naminə  xanla  sülh  yolu  ilə  davranırdı. 

İraqa  gələndən  sonra  elə  ki,  İran  dövlətinin  başçılığını  əlinə  aldı, 

xanın adamlarının çoxluğundan onun bəzi yerli-yersiz hərəkətlərinə 

göz yumaraq, dövlət yolundakı səylərini nəzərə aldı, səbr etdi. Xan 

isə ixtiyar və iqtidar cilovunu əlinə elə götürmüşdü ki, hümayun şah 

heç  bir  işə  dəxalət  edə  bilmirdi.  Elə  ki,  Qəzvin  darülsəltənəsində 

Herat hadisəsindən  və Əliqulu xanın qətlə yetirilməsindən sonra o, 

[Mürşidqulu xan - Ş.F.] ayağını ədəb dairəsindən kənara çıxarıb bu 

dudmanın  ən  yüksək  məqamına  yetmək  (mosaherət)  istədi,  bu 

məsələdə  istəyini  ifrat  sərhədinə  çatdırdı.  [Başqa]  adlı  sultanlar  və 

kamkar  padşahlardan  [elə  adamlara  qarşı]  inayətlər  görünmüşdür, 

onlar  vəfalı  sadiq  şəxslərə  elə  yüksək  rütbə  verməklə  vəzifələrini 

ucaltmışlar.

 

Amma, dərgah bəndələrinin nə həddi ola bilər ki, belə bir 



iddia  edə  bilsinlər?  Xülasə,  [Mürşidqulu  xan]  çox  şəylər  etməsinə 

baxmayaraq,  məqsədinə  deyil,  ədəbsizliyə  çata  bildi.  Xanın  ustaclı 

tayfasından olan bəzi tərəfdarları, xüsusilə Mahmud bəy Sufilər ona 

açıq-aşkar deyirdilər ki, bu padşah səni dəf etmək barədə düşünür və 

tezliklə  sənin  həyatını  məhv  edib  ustaclı  oymağını  qara  torpaqla 

yeksan edəcəkdir.

 

 

Şahrudda Şah Abbasın vəziri Mürşidqulu  



xanın qətl və Mirzə Məhəmmədin vəzir olması:

 

 

Əlahəzrət  şah  ona  Allah-taalanın  bəxş  etdiyi  fərasət  və 



fəhmlə,  yaxud  bəzi  halalnəmək  havadarlarının  ona  verdikləri 

məlumata  əsasən  elə  hərzə  adamların  puç  xəyallarını  və  bihudə 

sözlərini başa düşdü, öz uzaqgörən əqlinin tələbi (moqtəza) ilə şəkkə 

düşərək, xanın işini bitirmək fikrinə düşdü, çünki belə böyük işlərin 

həll  olunmasında  qəflətdə  qalmaq  ağıllı  və  ehtiyatlı  adamlardan 

uzaq  bir  məsələdir.  Lakin,  irəlidə  Xorasan  səfəri  və  böyük  işlər 

olduğundan, o həzrət böyük qorxmazlıqla səbr edib onunla zahirən 

mülayim  davranır,  bu  məsələdə  məhz  surət  aləmini  zahirən 

görənlərin  ona  köməyi  dəyirdi.  O,  öz  vəziyyətini  düşünüb  gününü 

keçirirdi. Elə ki, Mürşidqulu xanın pis rəftarı öz həddini aşaraq ifrat 

sərhəddinə  çatdı,  daha  bundan  artıq  səbr  etmək  öz  həddini  aşaraq 


694 

 

ifrat  sərhəddinə  çatmaq  deməkdir.  Elə  bu  vaxtlarda  [əlahəzrətin] 



yaşa  dolma  və  onda  qəzəb  hissinin,  hiddətin  və  tündməzaclığın 

yaranması dövrü olduğundan o, öz gənclik günlərinə uyğun halətdə 

idi. Daha bundan artıq səbr etmək onun havadarlarının hövsələsinə 

yerləşmədi. Bu zaman şahanə namus təri hərəkətə  gəldi,  Hümayun 

şahın  nurlu  ürəyində  qəzəb  atəşi  şölələndi,  onun  dəf  olunmasını 

zəruri  bildi.  İraq  camaatı  onu  sevmədiyindən  İraqda  sakin  olan 

ustaclı  tayfasına  mənsub  Ümmət  bəy  Qarasarlı  Kuşəkoğlu,  var-

dövlətinin Əliqulu xan Fəthoğlu ilə dost olduğuna görə Mürşidqulu 

xan  tərəfindən  müsadirə  olunmasından  incik  düşdüyündən,  xandan 

üz çevirmişdi. Sədaqət üzündən şahın mübarək razılığını almaqdan 

ötrü  o,  Xorasandan  gələnlərdən  və  hümayun  zilləllah  şahı 

sevənlərdən  olan  tir  və  kaman  qorçisi  Qara  Həsən  Çavuşlu, 

Allahverdi  bəy  Zərgərbaşı  və  Əsəlməs  bəy  Saruqçibaşının  oğlu 

Məhəmməd bəylə ittifaqa girdi, can-başla xanın qətlini öz boynuna 

götürüb  fürsət  gözləməyə  başladı.  Əbu  Talib  Mirzənin  vaxtında 

vəzir  və  etimadüddövlə  olmuş  savadlı  tacik  Mirzə  Məhəmməd  də 

onlarla əlbir oldu. Belə ki, şahanə dayanacaq Bostamın Şahrud adlı 

yerində olduğu vaxt, əvvəlki qaydaya görə, keşik çəkməyə gələn və 

şahın  xeyməsinin  yanında  özünə  xeymə  quran  və  orada  yuxuya 

gedən Mürşidqulu xana, keşikçilərin əksəriyyəti yatdıqlarından, adı 

çəkilən  adamlar  qılınclarını  çəkib  hücum  etdilər.  Əvvəlcə,  Ümmət 

bəy  xanı  qılıncladı,  sonra  isə  Qara  Həsən  və  yoldaşları  işini 

bitirdilər.

 

Xülasə, xanın qətlindən sonra, elə həmin gecə şah vəzarətin 



ona  veriləcəyini  vəd  etdiyi  Mirzə  Məhəmmədi  yanına  çağırıb  ali 

divan  vəzarətinin  başçılığı  ilə  onu  şərəfləndirdi.  Mürşidqulu  xanın 

adamlarından  olan  və  onun  tərəfini  tutaraq  şahdan  aralanan  bəzi 

adamlar  cəzalandırıldı,  xanın  müqəddəs  Məşhədin  hakimi  olan 

qardaşı  İbrahim  xan  vəzifəsindən  çıxarılıb,  cəzalandırıldı.  Ümmət 

bəyə yüksək xanlıq rütbəsi verildi və Mürşidqulu xanın yaraq-yasağı 

ona  inayət  olundu,  [bəy]  bir  neçə  mülazimə  sahib  oldu.  Əmirlik 

rütbəsinə  yetməklə  şərəflənən  Allahverdi  bəy  Zərgərbaşı  "sultan" 

ləqəbinə  layiq  görüldü,  Cərpadqan  və  oraya  tabe  yerlər  ona  şəfqət 

olundu.  Məhəmməd  bəy  Saruqçi  İstahan  darülsəltənəsinə  daruğə 

təyin  edildi.  Qara  Həsən  tirü  kaman  qorçisi  oldu  və  əlavə  olaraq 

"xan" rütbəsi də aldı. Xülasə, səltənət və padşahlıq işlərinə o qədər 

də  qarışmayan  əlahəzrət  zilləllah  şahın  özü  şəxsən  din  və  dövlət 

işlərinin icrasına başladı. 



695 

 

Mürşidqulunun  qətlindən  sonra  elə  həmin  gün  köçərək 



Bəstam  çəmənində  dayandılar.  Yadına  düşdü  ki,  özbaşınalıq  və 

xudbinlik  edən  bir  dəstə  fitnə-fəsadlı  qızılbaşı  dəf  edərək  dövlətin 

həmişəbahar  guşəsini  üsyankar  adamların  vücudunu  aradan 

götürmək  zillallah  şahın  hüsni-tədbirini  və  təravətini  artıra  bilər. 

Hamıya  məlum idi ki, İsgəndər şanlı nəvvabın  və  yeri cənnət olan 

şahzadə  Sultan  Həmzə  Mirzənin  zamanında  Məhəmməd  xan 

Türkmandan necə pis əməllər və fitnə-fəsad zahir olmuşdu. O, Əmir 

xanı öldürməkdən ötrü böyük fərzənd  və  vəliəhd olan yuxarıda adı 

çəkilən şahzadəyə qarşı qiyam qaldırmış, Təhmasib Mirzəni özünün 

əl  oyuncağına  çevirərək  o  rəhmətlik  şahzadənin  gözləri  önündə 

qətllər törətmiş, müharibəyə başlamışdı. O, elə bu hadisələr zamanı 

yenidən  ali  orduya  gəldi.  Mürşidqulu  xanın  qətli  xəbərini  eşidib 

istədi  ki,  İsgəndər  şanlı  nəvvabın  zamanında  olduğu  kimi  divan 

işləri  üzrə  ixtiyar  sahibi  olsun  və  mülki  işlər  onun  məşvərət  və 

məsləhəti ilə həll edilsin. Ağılsızlığı üzündən əvvəlki özbaşınalıq və 

xudpəsəndliklə işləmək fikrinə düşdü. 

 

Məhəmməd xan Türkmanın öldürülməsi: 

 

Şah  belə  məsləhət  gördü  ki,  oymaqlardakı  fitnəkarları 



aradan  götürsünlər  ki,  qızılbaşlar  arasından  fitnə-fəsad  yığışsın, 

məşhur  qızılbaş  tayfaları  arasında  oymaq  təəssübkeşliyi  qalmasın, 

onların  hamısı  sadiq  havadarlar  olsunlar,  şahla  yekdillik  etsinlər, 

onun  əmirlərinə  müti  və  bağlı  qalsınlar.  Yuxarıda  yazıldığı  kimi, 

Məhəmməd  xanın  mənsub  olduğu  türkman  oymağı  onun  pis 

hərəkətlərinə  görə  tənələrə  məruz  qalaraq  gözdən  düşmüşdü.  Bu 

məsələ  Fərrux  xan  Türkman  Pornaka  pis  təsir  etdiyindən,  o, şahın 

xidmətinə  gələrək,  Məhəmməd  xanın  başından  tacını  çıxardıb  onu 

dövələtxana  xeyməsindən  kənara  çəkmiş,  elə  oradaca  qətlə 

yetirmişdi.  Sonra  xanın  şərli  başını  nizəyə  keçirərək  bütün  ali 

orduda  nümayiş  etdirdilər.  Mürşidqulu  xanın  qətlindən  vahiməyə 

düşən  ustaclı  tayfası  bu  vaqiədən  sevinib,  şahanə  şəfqətə  ümidvar 

oldu.  Başqaları  da  baş  vermiş  bu  iki  hadisədən  ibrət  götürüb  şah 

cəzasından qorxdular və ayaqlarını ədəb ətəyinə doladılar. 

Bəstam  çəmənində  baş  verənlərdən  biri  də  budur  ki, 

qorçibaşı  mənsəbinə  layiq  görülən  Bədr  xan  Əfşar  Astrabad 

darülmömininə əmir  və hakim təyin edildi, Xar  və Semnan hakimi 

Əhməd  Sultan  Zülqədər  isə  ona  köməkçi  verildi.  Ali  divanın  ən 



696 

 

böyük  mənsəblərindən  olan  qorçibaşılıq  Kirman  darüləmanının 



hakimi  Vəli  xan  Əfşara  verildi,  Kirman  hakimliyinə  isə  onun 

Yəzddə olan oğlu Bəktaş xan namizəd edildi. Adına belə bir hökm 

yazıldı  ki,  o,  Yəzddən  çıxıb  Kirman  darülamanına  getsin,  oranın 

hakimliyinə  başlasın.  [Buna  görə  də]  son  bir  neçə  ildə  xidmət  və 

yasaqdan  uzaqlaşdırılmış  əfşar  tayfaları  öz  qoşun  və  ləşkərlərini 

bəzəyib Xorasana gəldilər, müzəffər orduya birləşdilər və bu işlərin 

nizamlanması  Mehdiqulu  bəy  Çobanoğlu  Əfşara  tapşırıldı.  Onlar 

əsgər  toplanması  üçün  qırx  günədək  Əsfərayinin  Ələngində 

dayandılar,  sonra  Əsfərayin  yolu  ilə  müqəddəs  Məşhədə  gəldilər, 

həzrət  cinlər  və  insanların  imamını  ziyarət  etmək  səadətinə 

yetişdilər. 

 

Şer 



 

Əli, Cəfər və Musa dərgəhinin torpağını 

Səadət tutiyası tək aparır əhli-nəzər

525


 

 

Vəzir  Mirzə  Məhəmməd  öz  iqtidar  bayrağını  ucaldıb 



əzəmət  və  iqtidarla  ali  divan  vəzarəti  işlərinin  icrasına  başladı.  O, 

Budaqxan  Çekəniyə  diqqət  yetirib  onu  şahzadə  Sultan  Həsən 

Mirzənin  lələ  və  atabəyi  etməklə  başıuca  və  müqəddəs  Məşhəd 

hakimliyinə  namizəd  etdi,  həmçinin  Xəbuşan  ülkası  və  oraya  aid 

olan  yerləri  onun  övladları  Həsənəli  Sultan,  Hüseynəli  Sultan  və 

başqa qardaşları arasında böldü. 

Bu  işlər  arasında,  əmisi  Fulad  Xəlifənin  əvəzinə  Qayin 

hakimi  olmuş  Sultanəli  Xəlifə  Şamlı  Tərşizin  Susfəd  döyüşündə 

Əliqulu  xan  Şamlının  qoşun  səfini  dağıdıb  Mürşidqulu  xana 

birləşmişdi.  Bu  iş  şamlı  qoşununun  məğlubiyyətinə  səbəb  oldu. 

Mürşidqulunun  damadı  və  onunla  əlbir  olan  Süleyman  Xəlifə 

Türkmanla  Əli  Xəlifə  Şamlı  -  hər  ikisi  cəzalandırılaraq  izzət  və 

etibar ucalığından zillət və zəlalətə yuvarlandılar. 

Bu  zaman  [əvvəllər]  Mürşidqulu  xanla  əlbir  və  müttəfiq 

olan  Budaq  xan  Çekəni  vahiməyə  düşərək,  dəyişkən  ağla  və 

müxtəlif  iddialara  malik  olan  oğlanlarının  təhriki  ilə  sədaqət 

                                                           

525


 Şerin farscası:  

Əli, Musa, Cəfər və xake-dərgəhe – u 

Ço tutiyaye-səadət bərənd əhli-nəzər. 


697 

 

yolundan  döndü,  şahzadəni  də  özü  ilə  götürüb  Xəbuşan  qalasına 



qaçdı. Tun hakimi olan  Şah Əli Mirzə Ustaclının  oğlu Salman xan 

ülka  sahibinə  çevrilən  və  Əmir  xan  sima  türkmanlarından  olan 

Şahbudaq  Sultandan  vahiməyə  düşüb  Tun  qalasını  bağladı  və  bir 

neçə döyüşə başladısa da, fürsət tapıb o  vilayəti tərk edərək,  İraqa 

gəldi. 

Özbaşına  qiyam  edib  müxalifətə  başlayan  Şiraz 



zülqədərləri də Yaqub xanla o cür rəftar edib, müqəddəs Məşhəddən 

qaçdılar. Onları tutmaq tapşırılan Yaqub xan Şiraza yollandı. Amma 

sərkərdələri  Həmzə  bəy  Camuslu  olan  o  dəstə  Yəzdə  çatdıqda 

Bəktaş  xan  tərəfindən  tutulub  qalada  saxlanılmalarından  ötrü 

qorçiye-tirə-kaman  [dəstəsindən  olan]  Yəzd  daruğəsi  Əliqulu  bəy 

Şamlıya  tapşırıldı.  Onların  ardınca  gələn  Yaqub  xanı  Bəktaş  xan 

qarşılayıb şəhərə gətirdi. 

Amma,  Yaqub  xan 

Bəktaş  xanın  hərəkətlərindən 

şübhələnib düşündü ki, mirmiranın təhriki ilə onu həbs eləyib yerinə 

adı  çəkilən  Həmzə  bəyi  Şiraz  əyaləti  əmirliyinə  təyin  edəcək, 

zülqədər  tayfasını  özünə  yoldaş  edib  müxalifət  bayrağı 

qaldıracaqdır. Ehtiyatı əldən  verməyən Yaqub xan, elə həmin  gecə 

yüngüldən-ağırdan  hər  nəyi  vardısa  hətta  özü  ilə  götürməyib, 

Yəzddən Şiraza fərar etdi. Bəktaş xan bir dəstə adamı onun ardınca 

yoladısa da, çatmayıb geri qayıtdılar. 

Xülasə,  əlahəzrət  şah  bu  məsələlərə  o  qədər  də  baş 

qoşmayıb,  müqəddəs  Məşhəd  hökumətini  Ümmət  xan  Ustaclıya 

verdi,  Mürşidqulu  xanın  və  qardaşı  İbrahim  xanın  ləşkərini  ona 

mülazim  etdi.  Cahanı  fəth  edən  ordu  Herata  yola  düşərək  Cam 

şəhərinin Bəndi-Fəriman adlı yerinə gəldi. 

Bu  hadisələr  zamanı  İraqdan  vahiməli  xəbərlər  gəldiyi 

üçün  şahın  bu  yürüşdən  qayıdıb  İraq  səmtinə  yollanması  vacib 

bilindi. Belə bir xəbər gəldi ki, Ərzrumda olan Rum sərdarı Fərhad 

paşa  saysız-hesabsız  ləşkərlə  Qarabağa  gəlib,  o  vilayəti  qacar 

əmirlərinin  əlindən  almış,  Gəncədə  qala  inşa  etmiş,  oraya 

mühafizəçi  və  yeniçəriləri  qoymuş  və  geri  qayıtmışdır.  Başqa 

xəbərsə bu idi: Bağdad hakimi olan Cığaloğlu İraqi-Ərəb ləşkəri ilə 

Həmədana  tərəf  gəlib,  oranın  hakimi  Qorxmaz  xan  və  o  ətrafdakı 

əmirlərlə  müharibə  etmiş,  Qorxmaz  xanı  tutmuş,  vilayətdə  isə 

qarətkarlıq  törətmişdi.  Cığaloğlu  sonra  Həmədandan  çıxaraq  İraqa 

yaxın  olan  Nəhavənddə  qala  inşa  etmiş,  orada  azuqə  və  silah 

saxlayıb geri qayıtmışdı. Qarabağ, Həmədan və o tərəflərdə ailələri 


698 

 

qalan  qalibiyyətli  əsgərlər  və  əzəmətli  qorçilər  bu  xəbərləri  eşidib 



təşviş hissi ilə İraqa qayıtmağa başladılar. 

Buna  görə  də,  şaha  pərişanlıq  üz  verdi  və  o,  Herata 

getməkdən  imtina  etdi,  belə  düşündü  ki,  əgər  Herat  qalasını 

mühasirə edərsə, mühasirə müddəti uzana bilər. 

Baharın  əvvəlində  Abdulla  xan  [Özbək]  və  oğlu 

Əbdülmömin  xan  çoxlu  qoşunla  Xorasana  gəldilər.  Qalibiyyətli 

əsgərlərin  Xorasan  yasaqının  uzanması  səbəbindən  yığışa 

bilmədiyinə  görə  [qızılbaşlar]  müqavimət  göstərə  bilmədilər  və 

beləliklə bu dövlətə xeyli ziyan dəydi. Xorasanda ərzaq  məhsulları 

(məkulat)  azalmağa  başladığından,  zəfərli  əsgərlərin  sayı  da  get-

gedə  azalırdı.  Bu  il,  Heratda  qalmaqdansa  İraqa  tərəf  getmək  və 

rumilərdən  xatircəm  olmaq  daha  mühüm  bilindi.  Cahanı  bəzəyən 

rəy  İraqa  tərəf  getməyi  qərara  aldı.  Mürşidqulu  xan  dövründə 

vəzifələrə təyin olunmuş, amma şahanə etibara layiq olmayan bəzi 

əmirlər  vəzifədən  çıxarıldılar  və  onların  yerlərinə  başqaları  təyin 

olundular. [Şah] Bəndi - Fərimandan çıxdı. O, əvvəlcə Yəzd yoluyla 

İraqa  getmək  istədi,  [amma]  Yəzdin,  Kirmanın  və  Farsın  işləri 

Kirman  hakimi  Bəktaş  xanın  gəlib  çıxmaması,  onun  Yəzddə 

yubanması    və    Şiraz    ağalarını  himayə    etməsi    səbəbindən 

pozulmuşdu (moxtəll). Əlahəzrət istədi ki, oradan keçərkən işləri öz 

yoluna  qoysun.  [Düşündü  ki,]  Bəktaş  xan  əgər  bu  dövlətin 

yüksəlişini  istərsə,  mülazimətə  gəlməklə  şərəflənərsə,  onda  bu 

münasibətlə  sevinc  müşahidə  olunarsa,  o  zaman  Şiraz  ağalarını 

ondan  götürüb  qoy  cəzalandırsınlar  və  Bəktaş  xanı  Kirmana 

göndərərək,  Fars  və  Kirmandan  xatircəm  olsunlar,  sonra  Qəzvin 

darüssəltənəsinə getsinlər. Elə bu fikirlə də Yəzd yolu səmtində olan 

Duğamaya, Zadəyə və başqa yerlərə tərəf yollandı. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin