AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Aləmlər Pərvərdigarının köməyi ilə



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə73/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   69   70   71   72   73   74   75   76   ...   96

Aləmlər Pərvərdigarının köməyi ilə  

Gilan məmləkətinin fəthinin zikri 

 

Ruzigar 



hadisələrinin 

eniş-yoxuş 

mərhələlərindən 

keçənlərə və gecə-gündüz yol gedən təcrübəli adamlara aşikardır ki, 

əgər bir insanın dövlət bəxtinin ulduzu iqbal övcünə ucalarsa  vo o, 

bütün işlərdə möhkəm olarsa, dünyəvi işlərdə qəflətə uyub xəta etsə 

də,  ona  bəxt  və  səadət  yar  və  mədadkar  olar,  aşağı  enərsə  dünya 

aqillərinin gözündə savab görünən əməlləri nəticə etibarilə xəta olar. 

 

Şer 

 

Həyatı qaralsa hir kəsin əgər, 

Hər nə iş görsə də görünməz səmər.

563


 

 

Belə bir vəziyyətə misal Xan Əhməd Gilanidir ki, fəzilət və 



bilikdə  iddialı  olmasına,  qəddar  zəmanənin  dalğalanan  bəhr 

burulğanında  ona  nəsib  olan  ağil  və  müdrikliyinin  çoxluğuna 

baxmayaraq, İsgəndər şanlı nəvvabın ona olan ehsan və tərbiyətinin, 

                                                           

563

 Beytin farscası: 



Ço tire şəvəd mərd-ra ruzigar  

Həme an konəd keş nəyayəd bekar. 



764 

 

Gilanda  mövcud  əmin-amanlıq  guşəsindəki  rahatlığının  qədrini 



bilmədi,  bu  dudmanla  hiyləgərlik  və  fırıldaqlıqla  (heyəl  və  tərrari) 

davranmaq  fikrinə  düşdü,  istədi  ki,  sədaqət  və  əməlin  müstəqim 

yolundan  çıxsın.  Amma,  bilmədi  ki,  sədaqət  bazarında  satışa 

getməyən bu mal (məta) olduqca dəyərsizdir. 

 

Misra 

 

Sadiq ol ki, nə gətirsən apararsan onu da.

564

 

 



Əvvəldə  qələm  [lelə]  bəyan  etmişdi:  Üsyankar  əmirlərin 

himayəsi  ilə  Xan  Əhmədin  yersiz  hərəkətləri  və  bəyənilməz 

rəftarından şah incimişdi. O, xana qarşı şahanə diqqətsizlik göstərir, 

padşahanə  etinasızlıq  edir,  xanı  mükafatlandırmırdı.  Son  vaxtlar 

xandan iki-üç əməl baş verdi ki, hümayun kin-küdurətə səbəb oldu. 

Əvvəla  budur  ki,  asi  əmirlər  Gilana  (Gilan!)  gedib  xanın 

himayə  kölgəsinə  sığınmışdılar.  Xan  Əhməd  hümayun  şahın 

razılığını almadan buna göz yummuş, asi əmirlərə hörmət göstərmiş, 

sədaqət  yolundan  dönmüş  və  vəkili  Xacə  Hüsaməddini  Şirvan 

yoluyla  İstanbula  -  Rum  xandgarının  yanına  yollamış  və  ona  ərz 

etmişdi:  "Gilan  vilayəti  (Gilan!)  mənim  irsi  mülkümdür.  Mən  onu 

açıq  ürəklə  ale-Osman  dudmanına  peşkəş  verirəm.  Sultan  əgər 

rumiyyə  əskərlərini  dərya  yoluyla  Lahicana  yollarsa,  Lahican 

qalasını  onlara  təslim  edərəm.  Oradansa  Qəzvinə  qısa  bir  məsafə 

vardır  və  İraqın fəthi asanlıqla baş verəcəkdir". Bu xəbər hümayun 

şaha  çatdıqda  onun  təəccübünə  səbəb  oldu.  Şah  məclislərinin 

iştirakçılarından  bir  nəfər  hümayun  şahın  işarəsi  ilə  Xan  Əhməd 

xana  belə  dedi:  "Əgər  o,  səhv  və  xətasını  boynuna  alıb,  etdiyi 

hərəkətdən  əl  çəkərək,  deyərsə  ki,  şahanə  heysiyyətin  qorxusu  və 

şahın mənə iltifatsızlığına  görə belə bir xəta  məndən üz  vermişdir, 

əfv  oluna  bilər".  Xan  Əhməd  xan  isə  düzgün  yol  tutmaqdan  sərf-

nəzər  edib  həmin  sözdən  boyun  qaçırmış  və  belə  demişdi:  "Xacə 

Hüsaməddin Məkkeyi-müəzziməyə  getməyi  məndən xahiş etmişdi, 

mən  onu  Ruma  göndərməmişdim  və  bundan  heç  xəbərim  də 

yoxdur".  Amma,  rumiyyə  ilə  sülh  müqaviləsinin    bağlandığı    bu  

günlərdə  etibarlı  bir  şəxs İstanbuldan gələrək Xacə Hüsaməddinin 

                                                           

564


 Misranın farscası: 

Sedq piş avər ke, inca hər çe arənd an bərənd. 



765 

 

səfərinin  səbəbi  və  onun  Xan  Əhməddən  apardığı  məktub  barədə 



olduğu kimi  məlumat  verdi. Şah belə bir haramzadəlikdən olduqca 

incidi və onun qəzəb alovu elə şölələndi ki, həmin alov Xan Əhməd 

sülaləsinin  qırılmasından  başqa  heç  nə  ilə  söndürüb  bilməzdi.  Bir 

daha  aydın  oldu  ki,  o  dudmanın  üzvləri  şahla  hiyləgərlik  və 

yalançılıq yolu ilə davranmaqdadır, buna görə də, daha xanın tənbeh 

olunub  cəzalandırılmasından  çəkilmək  olmaz.  Əlahəzrət  zilləllah 

şah  xana  qulaqburma  verməyi  vacib      bilərək,      məmləkət   

sərhədinin   daxili   düşməndən (dosmənhaye-xanəgi)  qorunmasının  

əhəmiyyətli  və  əsas bir iş olduğunu anladı. Ərdəbildən Fərhad xanı 

və  qardaşı  Zülfüqar  xanı  Azərbaycan  və  Təvaleş  ləşkərlərini  ilə 

Qızılağac  yolu  və  dərya  kənarı  ilə  xanın  üstünə  yolladı,  Kəskər 

hakimi Əmirə Səyavuşa, həmçinin Biyəpəs  Gilanın hakimi  Əlixana 

belə  bir  şah  hökmü  yolladı:  "Qoy  onlar  Fərhad  xan  əskərlərinə 

qoşulub  [bu  hücumda],  onunla  yoldaş  və  həmrah  olsunlar".  

Hümayun  ordu  Qəzvin  darüssəstənəsinə  qayıdaraq,  Qəzvin  hakimi 

olan  xasseyi-şərifə  qulamı  Cəmşid  bəyi  də  bir  dəstə  adamla 

Deyləman  yoluyla  yola  saldı.  Xan  Əhməd  xandan  baş  vermiş  bu 

qədər  savabsız  əməllərin  hələ  də  şahın  rəhm  silləsi  ilə  islah 

olunması,  onunla  bu  dudman  arasında  hələ  də  rabitənin  qalması 

padşahın  alicənablığına  dəlabt  edirdi.  Müzəffər  döyüşçülərin  xan 

üzərinə yürüşünə izn verildiyindən, səltənətin adından Xan Əhmədin 

adına  bu  məzmunda  bir  məktub  inayət  olundu:  "Ali  şah  himməti 

Xorasan işləri ilə məşğuldur və yəqin ki, bu iş o vilayətdə hələ iki-

üç  il  davam  edəcəkdir.  Aramızda  sərhəd  qonşuluğu  və  qohumluq 

mövcud  olduğu  üçün  bu  dudmanın  hüququ  belə  tələb  edir  ki,  o 

cənab  (Xan  Əhməd  -  Ş.F.)  da  bizə  köməklik  göstərsə,  bizimlə 

razılaşsa,  Qəzvində  qalan  mənim  möhtərəm  atam  və  bu  dudmanın 

üzvləri  ilə  səmimiyyət  və  mehribanlıqla  davransa,  bizim  ona  qarşı 

etimadımız  kamilləşər.  Yox,  əgər  o  rumiyyə  düşmənləriylə  razılıq 

yoluna düşsə və istəsı ki, bu vilayət onların əllərinə keçsin, bu halda 

biz ondan necə razı qala bilərik? Hər halda, sənin bu işlərinin xıbəri 

bizə yetişmiş və yaxın-uzaq yerlərə gedib çatmışdır. Münasibdir ki, 

indi sən öz sədaqətinin sübutundan və şahanə mürüvvətə yetməkdən 

ötrü  bizim  əlimizi  öpməklə  sərəfraz  olasan.  Sizin  bu  dudmanla 

yenidən razılaşmağınızın sədası qoy gedib rumilərə çatsın. Əgər xan 

indi yanımıza gəlmək istəməzsə, qarşıda Xorasana hücum  məsələsi 

durduğundan,  qoy  anasının  bizim  sülaləyə  mənsub  olan  fərzəndini 

Ruma  getmiş  Xacə  Hüsaməddinin  qardaşı  ilə  şəfa  rəsmiylə 



766 

 

(toxunulmazlıq  -  Ş.F.)  şahın  xidmətinə  göndərsin  və  biz  ona 



hörmətlə  yanaşıb  təqsirini  bağışlayaq,  onlara  şahanə  iltifat 

göstərərək geri qaytaraq. O cənabın (Xan Əhmədin - Ş.F) yanımıza 

gəlişi isə qoy bizim Xorasan səfərindən geriyə dönməyimizə qalsın". 

 

Fərhad xanın Xan Əhmədin qoşunu ilə  



cəng etməsi və onun qoşununa məğlub olması: 

     


Fərhad  xan  Astara  və  Təvaleşdən  keçdi    Kəskərdə  Əmirə 

Səyavuş  və  Füməndə  Əlixan,  habelə  belə  o  vilayətin            başqa 

adamları  gəlib  ona  qoşuldular.  Fərhad  xan  Xan  Əhmədin  adına 

yazılan  mərhəmət  ayinli  məktubu  ona  göndərdi.  Söz  qulağı  bağlı 

olan Xan Əhməd yazılan sözləri razılıq qulağı ilə dinləmədi. O, elə 

qorxu  və  təşvişə  düşmüşdü  ki,  nə  gəlmək  üzü,  nə  də  getmək  fikri 

qalmışdı. Əhali arasında belə söz gəzirdi: Xan Əhməd nücum elmini 

yaxşı bildiyi üçün öz tale zicinə baxdı. Zicdə ona göstərildi ki, bu il 

onun  məmləkəti  başqalarına  veriləcək  və  onu  irsi  mülkündən 

qovacaqlar. Buna görə də xan gərək gəmiyə oturub Şirvana, oradan 

da Rum xandgarının yanına getsin. 

Gilan əhalisi əlahəzrət zilləllah şahı qəlbən elə istəyirdi ki, 

Xan Əhməd ürəyindəki istəyini heç cür həyata keçirə bilməzdi. O, 

Gilan  əmirlərinin  onun  xondgarın  yanına  gedəcəyi  xəbərini  şaha 

xəbər  verəcəyindən  qorxurdu.  Buna  görə  də,  hərb  etmək  və  qoşun 

çəkmək qərarına gəldi və ordu yaratmağa başladı. Cik sülaləsindən 

və  Gilanın  böyük  əmirlərindən  olan  əmir  Abbas  Ləştə  Nişayini, 

Deyləman  sipəhsaları  Kiya  Rüstəmin  oğlu  Kiya  Cəlaləddin 

Məhəmmədi vo Lahıcan sipəhsaları Talişə Kulini ləşkər sərdar[ları] 

edib, iyirmi  min nəfərlik süvari  və piyadalardan ibarət bir ordu ilə 

güclü əsgərlərin (qızılbaş ordusunun - Ş.F) qarşısına yolladı. Hər iki 

tərəf Sefidrud çayı kənarına gələrək bir-birinin qarşısına səf bəzədi. 

Xan  Əhməd  qoşunları  yola  saldıqdan  sonra,  əli  çatan  gümüş, 

cəvahirat, xəzinə malları, qızıl və gümüş alətləri toplayıb Ləngəruda 

və Rudsərə tərəf göndərdi ki, gəmiyə əyləşib fərara hazır vəziyyətdə 

olsun.  Hərəmxana  qadınlarını  Gilanın  mötəbər  əmirlərindən  və 

hərəmxananın  başçısı  (dərgahsalan)  olan  Kiya  Fəriduna  tapşırıb, 

onları Lahicandan kənara göndərdi. Özü isə hələlik qeyb pərdəsinin 

nə təhər açılacağı və buranı tərk edəcəyi günü gözləməyə başladı. 

Fərhad  xan  bir-iki  gün  Sefidrud  çayı  kənarında  əyləşib 

çayın  keçid  yerlərini  öyrənərək,  ləşkərin  münasib  keçid  yolunu 


767 

 

müəyyən  etdi,  əskərlərə  çayı  keçmə  əmrini  verdi.  Bu  vəziyyəti 



müşahidə  edən  Gilan  əmirləri  döyüşə  hazırlaşdılar  və  tərəflər 

arasında  hərb  başlandı.  Padşahın  xüsusi  (xasse)  tüfəngçilərinin 

tüfənglərindən çıxan tüstüdən cəngəllik və  meşələr görünməz oldu. 

Hərbə  başladıqdan  az  sonra  Gilan  əmirlərinin  əlləri  qızılbaşların 

qüvvət və qüdrətini, həmçinin tüfəngçilərin  çoxluğunu, özlərininsə 

zəif  və  süst  vəziyyətdə  olduqlarını  müşahidə  edərək,  hərbdən 

soyudu.  Ordu  sərdarı  və  öz  qoşununun  başçısı  olan  Əmir  Abbas 

qaçdı,  hərbdə  inadkarlıq  etməyib  Talişə  Kuli  və  başqaları  məğlub 

olaraq əzildilər. 

Ləşkərin  məğlubiyyət  xəbəri  Xan  Əhmədə  çatan  kimi,  o, 

özünün  az  miqdar  xidmətçiləri  ilə  birlikdə  atlara  minərək  dərya 

kənarına  getdi,  Kiya  Fəriduna  tapşırdı  ki,  möhtərəm  hərəmini  və 

qızını    buraya  gətirsin,  gəmi  ilə  onları    Şirvana  aparsın.  Kiya 

Fəridun isə, cənnətməkan şahın qızının və o həzrətin nəvəsinin Rum 

vilayətinə  getməsini  layiq  bilməyərək,  hər  iki  tərəfin  haqq  və 

namusunun  qorunmasını  düşündü,  şahzadəni  (I  Şah  Təhmasibin 

qızını, Xan Əhmədin arvadını - Ş.F.) gizli yolla aparıb şahın yanına 

gətirdi. Xan Əhməd dərya  kənarında çox gözlədi,  adamlarının gəlib 

ona  çatmadığından,  daha  orada  qalmaq  macalı  olmadığı  üçün 

cənnətməkan şahın qız nəvəsi olan  Cəmşid xanın oğlu Məhəmməd 

Əmin xanla birlikdə Şirvana rəvan oldu. 

 

Şah Abbasın Gilana yollanması: 



 

Əlahəzrət zilləllah şahın hümayun istəyi Gilanı seyr etmək 

fikrinə  qondu  və  Deyləman  yoluyla  Lahıcana  yollandı.  Gilan 

ləşkərinin məğlubiyyətindən sonra Fərhadxan da Lahicana getmişdi. 

Xan Əhmədin getməyi və hümayun ordunun gəlməyini eşidən Gilan 

əmirlərinin  hamısı  şahın  yanına  yollandılar  və  Lahicanda  onun 

ayağını  öpməklə  şərəfləndilər.  Əlahəzrət  şah  gilanlıların  ürəklərini 

ələ  almaq  üçün  Gilan  əmirlərinə  lütfkarlıqla  nəzər  saldı,  onların 

hamısını  özünün  iltifat  və  ehsanına  layiq  gördü,  qiymətli  xələtlər 

verməklə  onları  şərəfraz  etdi.  O,  həmçinin  şahzadə  [xanımı] 

gətirdiyinə  görə  Kiya  Fəridunu  öz  diqqətinə  layiq  görməklə 

başqalarından  uca  tutdu.  Hümayun  xidmətə  yararlı  olan  Gilan 

ləşkərinin bir dəstə əyanını siyahıya alıb onlar üçün yaxşı  məvacib 

və  mərsum  (rusum,  mükəlləfiyyət,  vergi  -  Ş.F.)  müəyyənləşdirdi, 

onları qalibiyyətli əskərlər silkinə daxil etdi. 


768 

 

Şahın bütün səfər və yasaqları müddətində sübhdən axşama 



kimi  qızılbaşlarla  birlikdə  olan  və  yaşadıqları  yerləri  tərk  etmək 

halında  olmayan  başqa  yığma  adamlar  (mötəcənde  və  ləyam)  can-

başla öz rəiyyətçilik etmələrində qaldılar. Zəfər ayəli ordu bir neçə 

gün  Lahicanda  dayandı,  [şah]  gilanlıların  mətləb  və  iddialarını 

onların  istəklərinə  uyğun  şəkildə  həll  etdi,  seyidlərin,  üləmaların, 

zahidlərin,  məzarıstan  müttəvəllilərinin  hərbi  qulluqdan  azad  olma 

sənədlərini  (məafiyyat)  imzaladı,  Lahican  ülkasını  və  Gilan 

əmirülüməralığını  Mehdiqulu  xan  Şamlıya,  Gilan  vəzarətini  Xacə 

Məsih  Gilaniyə,  Ləştə  Nişa  ülkasını  Mir  Abbasa,  Lahıcan 

sərkərdəliyini  (sepahsalari)  Talişə  Kuliyə,  bütün  Gilanın 

ağsaqqallığını  sadiq,  doğru  danışan  və  xeyirxah  adam  olan  Kiya 

Fəriduna,  Deyləman  ülkasını  Kiya  Cəlaləddin  Məhəmmədə, 

Vərankuhu  isə  Buli  Sultan  Sufiyə  verdi.  Başqa  mahallara[da] 

qızılbaş  hakim  və  daruğələri  təyin  olunduqdan  sonra,  şah  səltənət 

paytaxtına  qayıtmaq  əmrini  verdi.  Biyəpəs  Gilanının  hakimliyi  ilə 

Əlixan  sərəfraz  oldu,  illik  (hame  sale)  peşkəş  kimi  min  tümən  pul 

verməyi  qəbul  etdi.  Azərbaycana  tabe  olan  və  Kəskərə  bitişən 

Xəlxal  ülkası  etdiyi  xidmətə  görə  Əmirə  Səyavuşa  inayət  olundu. 

Gilan  işlərini  tənzimlədikdən  sonra  Xorasan  istiqamətinə 

yollandılar. 



 

ZƏFƏR AYƏLİ ORDUNUN XORASANA TƏRƏF  

YOLA DÜŞMƏSİ, HƏMİN XEYİRLİ SƏFƏRDƏ  

BAŞ VERMİŞ FƏTHLƏR VƏ ÖZBƏKLƏRİN  

BƏZİ ƏHVALATLARININ ZİKRİ 

 

Bu  il  əlahəzrət  şah  mübarək  baharın  əvvəlində,  Gilan 



işlərini  qaydaya  saldıqdan  sonra  Xorasana  tərəf  üz  tutdu.  Hökm 

olundu  ki,  ətrafdakı  qızılbaşlar  Xorasan  yasaqına  getmək  üçün 

dünyanı tutan (keyhanpuy) orduya yollanaraq Bəstam çəmənliyində 

müzəffər əskərlər düşərgəsinə (məəskər) qoşulsunlar. Gilan əmir və 

əyanlarından  Mir Abbas, Talişə  Kuli, Kiya Cəlaləddin Məhəmməd 

və  başqa  adamlar  bu  xeyirli  səfərdə  hümayun  orduya  həmrah 

oldular.  Zəfər  ayəli  ordu  Lar  və  Firuzkuh  yaylaqlarından  hərəkətə 

başladı  və  Bəstam  çəmənliyi  iqbil  çadırları  ilə  doldu.  Müzəffər 

əskərlərin bir yerə yığılmasından ötrü bir ayadək orada dayandılar. 

Bu  il  Mərv  və  Şahican  valisi  Nurməhəmməd  xan  ibn 

Əbülməhəmməd  xan  ilə  onun  qohumu  olan  Xarəzm  padşahı  Hacı 


769 

 

Məhəmməd  xan  arasında  narazılıq  və  savaş  baş  verdi.  Hacı 



Məhəmməd xan Nisa vilayətini, Dərunu və Bağdadı Nurməhəmməd 

xanın  əlindən  alıb  öz  etibarlı  adamlarına  tapşırdı.  Nurməhəmməd 

xanın  ona  müqavimət  tabı  olmadığından  Abdulla  xana  üz  tutub 

onunla  birləşdi,  xahiş  etdi  ki,  əgər  xan  Dərun  və  Nisanı  Həcəm 

xanın  əlindən  geri  alıb  ona  verərsə,  Buxaraya  bitişik  Mərv  və 

Çəharcu  ülkalarını  peşkəş  olaraq  ona  bağışlayacaqdır.  Həmişə 

Mərvin  arzusunda  olan  Abdulla  xan  bu  təklifi  böyük  uğur  bildi, 

Nurməhəmməd  xanın  xahişini  yerinə  yetirməkdən  və  Mərvi  zəbt 

etməkdən  ötrü  Ceyhun  çayını  keçdi,  Mərvə  yaxınlaşdı. 

Nurməhəmməd  xan  səfehlik  və  ağılsızlıq  etdi,  çünki  o,  Nisa  və 

Dəruna  bərk  bağlandığı  üçün,  Abdulla  xanla  etdiyi  mətləbin  hələ 

yerinə  yetirilməsindən  əvvəl  Mərvi  ona  peşkəş  edərək  adamlarının 

ixtiyarına verdi, xan da Mərvi möhkəmlədib bir-iki mənzil irəlilədi. 

Bu  əsnada  hümayun  şah  ordusunun  gəlişi  xəbərini  eşitdi. 

Xarəzm tərəfdən də xəbər gəldi ki, əlahəzrət zilləllah şah ilə dostluq 

edən Hacı Məhəmməd xan bu tərəfə gəlməkdədir. 

İstəyinə asanlıqla çatıb Mərv  vilayətini zəbt  edən  Abdulla 

xan  bu  xəbəri  özünün  geriyə  qayıtmasından  ötrü  bəhanə  edərək 

Murməhəmməd xana dedi: "Biz əgər qalanın mühasirəsi ilə məşğul 

olarsaq,  mühasirə  müddətinin  uzanma  ehtimalı  vardır.  Budur, 

qızılbaş  padşahı  və  Xarəzm  valisi  bizimlə  hərb  etmək  əzmi  ilə  iki 

tərəfdən  hərəkət  edirlər  ki,  bizim  onlarla  döyüşmək  bacarığımız 

yoxdur. Sən bu il mənə  möhlət  ver  və Buxaraya qayıdım.  Gələn il 

tam  hazırlıqla  gəlib  Nisa  və  Dəruni  alaram  və  sənə  verərəm".  Bu 

sözlər  Nurməhəmməd  xana  təsəlli  oldu,  o,  köç  təbilini  döyərək 

Buxaraya yollandı. 

Əbdülmömin xan Nurməhəmməd xanı tutmaq fikrində idi. 

Buna görə də, Abdulla xanın ordusundan icazəsiz ayrılıb Bayburda 

gəldi.  Əbdülmömin  xan  da  atasından  ayrılaraq  Qarapalçıq  yoluyla 

Xorasana üz tütdü və hümayun zilləllah şahın Bəstamda dayanması 

xəbərini eşitdi. Buna görə də, Nişapurda gözləyərək, ədəbdən uzaq 

müxtəsər bir məktub yazdı və onu məchul bir piyada vasitəsilə şaha 

yolladı. 

 

Əbdülmömin xanın Şah Abbasa naməsi və onun cavabı: 

 

Məktubun xülasəsi  belə idi: "Padşahların arasında  ya sülh 



olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə 

770 

 

razıdırsa, qoy Xorasanı bizə verib İraqa getsin, qədim vaxtlarda İraq 



və  Azərbaycan  padşahı  Həsən  padşah  Türkmanla  (Uzun  Həsən 

Ağqoyunlu  -  Ş.F.)  Bəlx  və  Xorasan  padşahı  Sultan  Hüseyn  Mirzə 

arasındakı  sülh  qayda-qanununa  əməl  etsin.  Yox,  əgər  hərb  etmək 

istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-taalanın istəyi ilədir və 

ləşkərin azlığı və çoxluğunun buna dəxli yoxdur". 

Əbdülmömin xanın Nişapura gəlib çatması xəbəri hümayun 

şaha  çatdı.  O,  həmin  məktubun  yetişməsindən  əvvəl  Bəstam 

çəmənliyindən çıxıb Honək (?), Müəzz (?) və Cacərm yoluyla rəvan 

oldu.  Orada  məktub  humayun  şahın  nəzərinə  dəydi.  Məktubun 

cavabı  yüksək  ləqəblər  və  sultanlara  xas  ədəb  tərzində  yazılaraq 

göndərildi.  Məzmunu  belədir:  "Biz  İlahinin  lütfi  ilə  bu  dudmanın 

yüz  illik  irsi  mülkü  olan  Xorasanı  taqətimiz  olduqca  qoruyacağıq, 

ondan əl çəkməyəcəyik. Cığatay sultanlarından olan Sultan Hüseyn 

Mirzənin 

və 

türkman 


padşahlarından 

Həsən 


padşahın 

sülhnamələrinin  bizə  və  sizə  dəxli  yoxdur.  O  ki,  qaldı  Bəlx  valisi 

Kəskən  Qara  Sultan  Özbək  və  bizim  hümayun  babamız  mərhum 

cənnətməkan şah arasındakı sülh [müqaviləsinə, orada yazılmışdı ki, 

özbəklər]  Xorasandan  əl  çəksinlər  və  oranı  bizə  versinlər.  Elə  biz 

özümüz də sülhə razıyıq, əks təqdirdə cəngə də hazırıq. Biz elə bu 

arzu və şövq ilə İraqdan bu vilayətə gəlmişik. Harada istəsəniz orada 

da qarşılaşa bilərik. Qoy qeyb aləminin istəyi həyata keçsin". 

Məktubu  göndərib,  yola  çıxdılar.  Cacərmə  çatdıqda 

Əbdülmömin  xanın  yanından  başqa  bir  adam  gələrək,  başqa  bir 

məktub gətirdi, ki, onun başqa məktublarla heç bir oxşayışı yoxdu, 

məzmunu  ziddiyyətliydi  (tənaqiz).  Məsələn  məktubun  ünvanında 

yazılmışdır: 

 

Ale-Əli ilə döyüşən kəs öləcəkdir.



565

 

 



Məktubun  məzmunu  beləydi:  "Biz  məsləhətləşərək  Cama 

tərəf  getdik.  Qoy  onlar  da  (Şah  Abbas  -  Ş.F.)  oraya  gəlsinlər  ki, 

orada  görüş  baş  tutsun".  Bu  məktubun  gəlib  çatmasından  sonra 

aydınlaşdı  ki,  [Əbdülmömin  xan]  Camda  da  dayanmayaraq  Bəlxə 

getmişdir. 

 

                                                           



565

 Misranın farscası: 

Ba ale-Əli hər ke dəroftad bəroftad.  


771 

 

Məzinan camaatının özbək olan öz hakimlərini ödürmələri: 

 

Bu  işlər  baş  verən  vaxt  Pirə  seyidləri  və  Səbzvar 



Mərinanının  əyanları  birləşərək  [qızılbaşlara      olan]  sədaqət  və 

dövlətxanlıqlarına  görə  Əbdülmömin  xan  tərəfindən  Məzinana 

hakim  qoyulmuş  Quvaydaş  bahadır  Özbəki  tutub  qətlə  yetirdilər, 

başını  kəsib  cahan  pənah  dərgaha  gətirdilər,  onlara  şahanə  inayət 

olundu,  soyurqallar  və  başqa  şahanə  hədiyyələr  almaqla  şərəfraz 

oldular.  Cacərm  hakimi  müzəffər  ordunun  gəlişindən  qorxaraq 

vilayəti atıb getdi. Cahanlar fəlh edən şah ordusunun təntənəsindən 

və iqballı şahənşah  məiyyətinin gəlişindən özbək hakimləri arasına 

çaxnaşma  düşdü.  Əsfərayin,  Şəğan,  Curbəd,  Cəhan,  Əyan  və 

Səbzvar  hakimləri  də  qaçış    yolunu  üzə  tutdular.  Əsfərayin  şəhəri 

iqbal  çadırlarına  məskən  olduqları  vaxt  Allahverdi  xanı  bir  dəstə 

qulamla  Nişapurun  üstünə  yolladılar.  Nişapur  hakimi  qızılbaş 

ləşkərinin  gəlişini  görüb  səbatdan  düşdü,  qorxudan  əsdi,  burada 

dayanmaq  və  qaladarlıq  etməyə  tab  gətirməyərək  şəhərdən  qaçdı. 

Nişapur qalasına daxil olan Allahverdi xan və qulamlar şaha fəth və 

qələbə  müjdəsi  gətirdilər.  Əzəmətli  ordu  Əsfərayin  Ələngində  bir 

ayadək  qaldı.  Nişapurun  hakimliyi  İsgəndər  şanlı  nəvvabın 

dövründə  oranın  hakimi  olmuş  Dərviş  Məhəmməd  xan  Rumluya 

verildi.  O  qaladarlıqda  oduqca  mahir  adamdı.  [Sonra]  üç  yüz  nəfər 

İsfahan  tüfəngçisini  İsfahan  tüfəngçilərinin  başçısı  Mir  Fəttah 

Minbasının  sərkərdəliyi  ilə  həmin  qalada  saxladılar.  Əsfərayin 

ülkası  Baba  İlyas  Bayatın  oğlu  Məhəmməd  Sultana  verildi,  o 

sülalənin  mülk  və  başqa  torpaqları  illərlə  qətl  və  qarətlərə  məruz 

qalmış ağsaqqallara, əyanlara və onların el və ulusuna soyurqal kimi 

mərhəmət olundu. Səbzvar hakimliyi isə müxtarülhüseyni* olan Mir 

Şəmsəddin  Əli  Sultanın  nəvəsi  Məhəmməd  Sultanla  əvəzləndi. 

[Həmçinin]  ələ  keçirilən  başqa  mahallara  da  hakimlər  təyin  edildi, 

habelə o vilayətlərin dövlətxahlıq göstərmiş hər bir ərbab və əyanına 

da  ənamlar  və  soyurqallarla  bağışlandı,  onlar  qiymətli  xələtlər 

almaqla şərəfləndilər. 

 

Şah Abbasın Xorasandan qayıdışı  

və Darüssəltənə olan Qəzvinə gəlişi: 

 

Müzəffər  ordu  qələbə    və    iqballa  Əsfərayindən  çıxıb, 



Cəhan və Əyan yoluyla müqəddəs Məşhədin Sultan Meydanı (!) adlı 

772 

 

yerinə  təşrif  gətirdi,  həmin  ürəkaçan  çəmənlikdə  zəfər  çadırları 



quruldu. O yerdə Gəncəli xan Özbək tərəfindən əsir alınmış olan bir 

neçə özbəyin sözlərindən məlum belə oldu ki, bu vilayətdəki özbək 

camaatı  gedib  müqəddəs  Məşhəddə  toplaşmış,  qaladarlıq  etmək 

barədə qərar vermişlər. 

Payız  fəsli  sona  çatdığı  və  qiyamət  təhdidli  (nəhib)  şaxta 

qoşunu  göründüyü  üçün,  habelə  özbəklərin  gediş-gəlişlərinə  görə 

vilayətə  dağıntılar  üz  verdiyindən,  heç  yerdə  ərzaq  və  başqa 

məhsullar  qalmamışdı.    Müzəffər  əskərlər  korluq  çəkirdilər.  Buna 

görə  də,  həmin  qış  fəslində  müqəddəs  Məşhədin  mühasirəsinə 

başlamaq  əskərlərin  pərişan  hala  düşmələrinə  səbə  ola  bilərdi. 

Həmçinin,  o  şərafətli  büqəni  hərb  evinə  (darülhərb)  çevirmək  və 

səkkizinci  həzrət  imamın  pak  rövzəsi  yerləşən  həmin  şəhərə  top-

tüfəng yığıb-gətirmək, hal-hazırda [hərçənd ki, qızılbaşlara] batil yer 

kimi  olsa  da,  şahın  ürəyindən  deyildi  və  özbəklərin 

inadkarlıqlarından o şərəfətli şəhər əhalisinə xeyli zərər deyə bilərdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin