AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Xarəzm padşahı Hacı Məhəmməd xanın



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə76/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   72   73   74   75   76   77   78   79   ...   96

Xarəzm padşahı Hacı Məhəmməd xanın 

Şah Abbasdan kömək xahişi ilə Qəzvinə gəlməyi: 

 

O   vilayətin   əskər   və   rəiyyətindən  məyus olmuş Hacı 



Məhəmməd  xan  fərardan  başqa  çarə  görmədi,    hiyləgərliklə   

özünün   böyük   oğlu Ərəb Məhəmməd Sultanı, kiçik oğlu Sevinc 

Məhəmməd Sultanı, nəvəsi Bərənduq Sultanı, qardaşı oğlu Babacan 

Sultanı və Astrabad hüdudunda türkmanların sayinxanı eli içərisində 

yaşayan  qırx-əlli  nəfər  etibarlı  mülazimini  ataraq,  oradan  şahın 

mülazimət  ehramına  bürünüb  ali  paytaxta  tərəf  üz  tutdu.  O, 

hümayun  şah  ordusu  Luristan  səfərində  olduğu  vaxt  gəlib  Qəzvin 

darüssəltənəsinə  çatdı.  Nəvvab  şah  onun  gəlişindən  xəbərdar  olub, 

Qəzvində ondan ötrü münasib mənzillər hazırlatdı, savəri təyin etdi 

ki, bir neçə günlük  yol yorğunluğundan  və gecə-gündüz at sürmək 

məşəqqətindən asudə olub istirahət etsin. Hacı Məhəmməd xan bir 

neçə  gün  dincələrək,    hümayun  ordunun  gəlişini  gözləməkdəydi. 

Şah qələbə  və iqballa şəhərə təşrif  gətirdiyi  gün  Hacı Məhəmmədi 

görməkdən ötrü onun evinə gəldi və onlar ata-oğul kimi görüşdülər, 

bir-birlərinə  qarşı  dostanə  və  mehriban  ehtiramlar  göstərdilər.  Şah 


794 

 

buyurdu  ki,  əgər  ilahinin  razılığı  olarsa,  bir  daha  onu  və 



Nurməhəmməd xanı Xarəzm və Ürgənc taxtına əyləşdirərəm. Şahın 

bu arzusu İlahi tərəfindən qəbul olundu, nəhayət onların hər ikisi bu 

dudmanın  yardım  və  imdadı  sayəsində  özlərinin  irsi  mülklərində 

yenidən taxta oturdu ki, bu haqda öz məqamında yazılacaqdır, bunu 

onların istədikləri kimi elə Allah da istəyir

570


 

ZƏFƏR NİŞANLl ORDUNUN LURİSTANA YÜRÜŞÜNÜN 



ZİKRİ VƏ BƏŞƏR XALİQİNİN TƏQDİRİ İLƏ HƏMİN 

UĞURLU SƏFƏR VAXTl BAŞ VERƏN HADİSƏRƏRİN 

BƏYANI 

 

Hadisə  və  xəbərlərdən  xəbərdar  olmaq  istəyənlərə 

həmçinin müşahidə məclislərini bəzəyən adamlara məlum olsun: Bu 

vərəqlərin  yazılmasından  məqsəd,  hərçənd  ki,  əlahəzrətin  səadət 

nişanlı  dövründə  baş  verən  hadisələrdir,  amma  burada  sözlər 

arasındakı  rabitələrin  qırılmamasından  ötrü  Luristan  valilərinin 

vəziyyətlərinin qısa şərhi də [tərəfimizdən] bəyan olunmaqdadır. 

 

Luristan hakimlərinin zikri: 

 

Xorrəmabad,  Xavə,      Əlşətr,  Sədmərə  və  Həzmeyn    



vilayət[lər]ində  yaşayan    Lurkuçek  tayfaları  qədim  əyyamdan  bəri 

batinən  şiə  (təşəyyö)  olmaları  və  əhli-beyti  uca  tutmaları    ilə  

fərqlənmişlər.      "Nüzhətül-qülub"*  əsərinin  müəllifi  Lurkuçekin 

qəsəbələri  və  başqa  yerləri  barədə    müfəssəl    məlumat  vermişdir.  

Bu    həqir  zərrəyə  (İsgəndər  bəy  Münşiyə  -  Ş.F.)  məlum  olanlarsa 

bunlardır: Adı çəkilən vilayət İraqın cənubundadır. Onun torpaqları 

bir  tərəfdən  Həmədan  vilayətinə  və  Əlişəkərə  birləşir,  digər 

tərəfdənsə  Xuzistan  ülkası  ilə  hüdudlanır.  Uzunluğu  Bərucerd 

qəsəbəsindən  başlayıb  İraqi-Ərəbin  Bağdad  və  son  mahallarınadək 

uzanır  və  təxminən  yüz  fərsəxdir.  "Tarixe-cəhanara"  kitabının 

müəllifi  yazmışdır  ki,  Lurkuçek  tayfası  o  torpaqlarda  toplaşmış 

müxtəlif qəbilələrdən ibarətdir. Onların  maliyyə  məsələləri Bağdad 

darürlxilafəsinə bağlı olmuşdu və beş yüz səksəninci ildə

571


 onların 

                                                           

570

 İfadənin ərəbcəsi: 



"və mə təşəunə-l-ənə yəşəu-l-lahu". 

571


 Ərəbcəsi: “səməninə uə xəmsə miətin”.  

795 

 

aralarında  başçı  olmadığına  görə  bir-birləri  ilə  məsləhətləşərək, 



gözəl  rəftarlı  Həkrədi  (?)  qəbiləsindən  olan  Sücaəddin  Xorşid  ibn 

Əbubəkr  ibn  Məhəmməd  Xorşidi  özlərinə  vali  və  əmir  etdilər.  O, 

həmin  vilayəti  yaxşı  rəftar  və  bacarıqla  idarə  edərək  əlvar  (lurlar) 

arasında hakim və hökmran oldu. Əlvar əhalisi onun dövlətini qəbul 

edib, ədalətinin çoxluğu və rəftarının gözəlliyinə görə onun ailəsinə 

müridanə pirlər kimi yanaşdılar. Onlar Sücaəddin övladını "Abbasi" 

adlandırdılar, amma şərhi  məlum deyildir ki, onlar özlərini nə üçün 

belə  (yəni  "Abbasi")  adlandırmışlar.  Abbasi  lurları  özlərini  həzrət 

Abbas  ibn  Əli  ibn  Əbi  Talib  əleyhüs-səlama  mənsub  etmişlər  və 

əlvarların etiqadına görə o həzrətin övladlarıdırlar. Lurların maliyyə 

işləri  darül-xilafəyə  xas  olduğundan  ola  bilər  ki,  həmin  tayfa  elə 

buna görə də "Abbasi" adlandırılmışdır. 

Xülasə, o təbəqədən olan  Şah Rüstəm  adlı bir şəxs ixtilaf 

üzündən,  birinci  səhifədə  yazıldığı  kimi,  sultanlar  sultanı  həzrət 

Süleyman şanlı xaqanın dövründə hümayun saraya  gəlmiş, tərbiyət 

və nəvaziş görmüş, irsi mülkü ona verilmişdi. Uzunsaqqallı (təvilül-

ləhye)  adam  olduğu  üçün  Süleyman  şanlı  xaqan  onun  saqqalını 

dürrlərlə  bəzəmişdi  və  o  həmin  qiyafədə  həzrət  hümayun  şahın 

yanına  gələrdi.  Şah  Rüstəmdən  başlayaraq  onun  övladları  bu 

xanədana  bəzi  vaxtlarda  itaət  yolu  ilə  sədaqət  və  bəndəliklərini 

bildirmiş,  bəzənsə  üsyana  qalxaraq  Əlişəkərə  yaxın  yerlərə  əl 

uzatmışlar.  Cənnətməkan  şah  zamanı  Şah  Rüstəmin  oğlu  Əmir 

Cahangir  hədsiz  mülayimsizliyi  üzündən  cəzaya  məruz  qaldı.  O 

vaxtlarda həmin sərhədin əmirülümərası olan Abdulla xan Ustaclını 

şah  onun  tənbeh  olunması  üçün  göndərdi  və  xan  doqquz  yüz  qırx 

doqquzuncu ildə (miladi 1542/43) Əmir Cahangirin üstünə gedərək, 

dövlət və iqbalın gücü ilə onu tutub öldürdü. Abdulla xan onları elə 

cəzalandırdı ki, Əmir Cahangirin bütün ailəsi qarət  və tarac küləyi 

ilə silinib-süpürüldü, onlara qarşı tez-tez hörmətsizliklər zahir oldu. 

Övladları  Şah  Rüstəm  və  Məhəmmədi  Bağdada  qaçdılar.  [O  vaxt] 

onların  vilayətinə  yaxın  yerdə  məskəni  olan  Əmir  Cahangirin 

qızının  əri  yüksək  dərəcəli  Seyid  Əmirşah  Qasim  [şahdan]  o 

sülalənin  əfvi  xüsusunda  xahiş  etdi  və  buna  görə  də  cənnətməkan 

şah  onların  əməl  səhifəsi  üzərindən  əfv  qələmi  çəkdi,  onlar  əfv 

olunub  padşahın  iqbal  kölgəsinə  sığındılar.  Cənnətməkan  şah 

Luristan  ülkasını  hər  iki  qardaşın  arasında  böldü  və  qardaşlar 

birlikdə öz irsi mülklərini idarə etməyə başladılar. Sədaqət yolunda 

Şah Rüstəm müstəqim hərəkət edir [və ondan kənara çıxmırdı]. 



796 

 

Amma, Məhəmmədi öz cəhalət və nadanlığından üsyankar 



adam  kimi  hərəkət  etməyə  başladı.  Fərmana  əsasən,  Həmədan 

hakimi  Əmir  xan  Mosullu  onun  üzərinə  gedib  tutdu  və  ali  saraya 

göndərdi.  O,  uzun  müddət  Ələmut  qalasında  saxlanıldı. 

Cənnətməkan şah həyatının axırlarında onu qaladan azad etdi, çünki 

istəyirdi  ki,  onu  yenidən  öz  vilayətinə  göndərsin.  Amma, 

Məhəmmədi  qorxuya  düşərək,  icazə  almadan  ali  dərgahdan  fərar 

etdi  və  Luristana  getdi.  Luristandan  əfv  [xüsusunda]  məktub 

göndərib  şaha  öz  bəndəliyini  izhar  etdi.  Cənnətməkan  şah  onun 

üzrünü  qəbul  edib  onu  öz  qəzəbi  tərəfdən  arxayınlaşdırdı.  Həmin 

hadisələr,  cənnətməkan  şah  zamanı  baş  vermiş  hadisələrin  şərhi 

zamanı şəhvən işıqlandırılmadığı üçün, onlar barədə burada yazmaq 

münasib  bilindi.  Xülasə,  cənnətməkan  şahın  vəfatından  sonra 

rumilər  əhdi  pozub  əcəm  vilayətinə  ləşkər  çəkdikdə  adı  çəkilən 

Məhəmmədinin  övladları  zamana  görə  hərəkət  edib,  rumiyyə  ilə 

barışıq  yolu  tutaraq,  əlvar  qəbilə  və  tayfalarını  qoruyub-

saxlayırdılar.  Məhəmmədinin  oğlu  Şahverdi  mərhum  nəvvab 

şahzadə  Sultan  Həmzə  Mirzənin  son  vaxtlarında  və  əlahəzrət 

zilləllah  şahın  cülusu  zamanı  öz  irsi  vilayətini  bacarıqla  idarə 

etməkdəydi  və  ata-babalarından  artıq  şövkət  və  iqtidara  malik  idi. 

Cığaloğlu  Bağdaddan  Nəhavəndə  qoşun  çəkdiyi  il  orada  qala  inşa 

etdi  və  həmin  vilayətdə  qarət  atəşini  alovlandırdı.  Əlişəkərin  yeri 

olan  Qara  Ulusun  qəbilələri  özlərini  Luristan  dağlarına  çatdırıb 

Şahverdiyə  pənah  apardılar,  o  da  Qara  Ulus  qəbilələrinin 

əksəriyyətini  öz  ülkasında  yerləşdirərək,  onları  öz  rəiyyəti  etdi, 

rumiyyəyə birləşdi, Bağdad bəylərbəyinə itaət və bağlılığını bildirdi, 

bir  daha  ali  saraya  tərəf  dönmədi.  Ali  nəvvabla  rumiyyə  arasında 

sülh  yarandıqdan  sonra,  Şahverdi  bir  neçə  il  özbaşına  hərəkət 

etdiyindən, bir tərəfə xidmət etməkdə çətinlik çəkir, hiylə  və  məkr 

qapılarını  açaraq,  hər  iki  tərəfə  baxırdı.  O,  vaxta  görə  hərəkət 

edərək,  başında  həm  şahlıq,  həm  də  rumiyyə  [sultanlıq]  tacını 

gəzdirirdi. Hümayun  Abbas cülusunun beşinci ilində  - dovşan ilinə 

bərabər  olan  hicri  mininci  ildə  (miladi  1591)  məmləkətin  müxtəlif 

yerlərində  öz  üsyan  başlarını  qaldıran  və  ədəbsizliklər  edən 

Dövlətyar  Siyahmənsur  və  başqa  dövlətsiz  kafəmemətlər  bir-bir 

törətdikləri  əməlin  cəzasını  çəkirdilər.  Əlahəzrətdən  qorxan  və 

rumilərdən  imdad  görməyən  bu  Şahverdi,  istər-istəməz,  

cənnətməkan      şahın    dövründə    olduğu    kimi    bu  dudmana  itaət 

izhar etdi, ali saraya qayıtdı. Öz dayısı oğlu (pesəre-xal) Hüseyn bəy 



797 

 

Səlunərini  (?)  şahın  yanına  yollayıb  qulamlığını  bildirdi, 



təqsirlərinin  əfv  olunmasını  xahiş  etdi.  Əlahəzrət  zilləllah  şah  o 

sülalənin  abbasiliyi  və  onlarda  şiəliyin  zühurunu  görərək,  onu 

nəvazişlədirdi və Şahverdi şahın tərbiyəti altına düşəsi oldu. Həmin 

ildə  baş  vermiş  hadisələrin  yazılışı  zamanı    bildirildiyi  kimi,  ona 

yüksək  xan  ləqəbi  verildi,  ali  səfəviyyə  sülaləsilə  qohum  oldu  və 

bacısı  hərəmxana  pərdəsi  altında  əyləşən  xanımlar  silkinə  daxil 

edildi.  Bu  şərafətli  qohumluqdan  Şahverdi  xanın  iftixarı  Keyvan 

bürcünədək ucaldı, onun əzəmət və iqtidan yüksəldi, ata-babasından 

artıq həmin vilayətin hakimi kimi qüdrətə malik oldu. O, Qara Ulus 

rəiyyətini yenə də Luristanda saxladı və onları qızılbaş hakimlərinə 

vermədi.  Şahverdi  xan,  arabir  ali  saraya  azacıq  peşkəş  göndərirdi. 

Nəvvab şah da onu öz tərbiyəsi altına aldığı üçün [əməllərinə]  göz 

yumur və həmin rəiyyəti ondan geri almırdı. Şahverdi xan özbaşına 

ortaya  çıxdığı,  üsyan  və  lovğalıq  meyli  ilə  böyüyüb-yetişdiyi  və 

hiylə-yalan yolunu tutduğu üçün get-gedə onun batini xəbisliyi şahın 

sədaqət  aynası  olan  işıqlı  qəlbində  aşkar  görünməyə  başladı.  

Şahverdi  xan  Əlişəkər  sərhəd  hakimlərinə  qarşı  çıxaraq  Bərucerdə 

və onun ətraf  yerlərinə  əl uzatdısa da, ali nəvvab onunla [hələ də] 

yoldaşlıq  və  barışıq  hissi  ilə  davranmaqdadı.  Bu  vəziyyət  o  qədər 

davam  etdi  ki,  bu  il  Abdulla  xan  Özbəkin  oğlu  Əbdülmömin  xan 

Xorasana  gələrək,  Nişapur  qalasını  mühasirə  etdi.  Hümayun  ordu 

Gilanat işlərindən  azad olub Xorasana  yürüş etməyi qərara aldı  və 

bundan ötrü yasaq haqqında fikirləşməyə başladı. 

 

Uğurlu Sultan Bayatın Luristan hakimi Şahverdi xanla cəngi: 

 

Ləşkər  toplamaq  və  yasaq  tədarükü  görməkdən  ötrü    



Uğurlu Sultan Bayat Bərucerdə gəldi, amma hələ bayat ləşkəri gəlib 

onun başına yığışmamışdı ki, Şahverdi qəfildən onun üstünə ləşkər 

çəkərək  döyüşə  gəldi.  Bu  iki-üç  ildə  əlahəzrət  şahla  heç  bir 

ziddiyyətə olmayan Uğurlu Sultan bunu müşahidə etdikdə çaşğınlıq 

içərisində  qaldı,  belə  ki,  nə  irəli  getməyə  qüvvəti,  nə  də  geri 

çəkilməyə  qeyrəti  qalmadı.  Bayat  qazilərindən  birini  onun 

hücumunun səbəbini öyrənmək və etdiyi aqibəti pis olacaq belə bir 

yaramaz  hərəkətin  səbəbini  bilmək  üçün  Şahverdinin  qarşısına 

göndərmək  istədi.  Bu  fikir  hələ  həyata  keçməmişdi  ki,  əlvar 

ləşkərinin  qaraltısı  göründü.  Uğurlu  Sultan  zərurət  üzündən  irəli 

yürüdü, amma döyüşdə bir o qədər də cidd-cəhd göstərmədi. Qarşı 


798 

 

tərəfdənsə,  Şahverdi  xanın  yoldaşları  qorxu-hürkü  bilmədən  cəngə 



başladılar.  Bayat  ləşkərindən  zəif  olan  əlvar  ləşkəri  onları  məğlub 

etməyə başladı. Səbat ayağını yerə  möhkəm dirəyən  Uğurlu Sultan 

mərdanə  döyüşdü  və  şəhid  oldu,  bayat  camaatı  isə  dağılışaraq,  öz 

vətənlərinə  qayıtdı.  Şahverdi  xan  qələbə  çalmasına  baxmayaraq, 

məğlub  olan  qoşundan  qayğılandı,  özünün  aqibətini  fikirləşməyə 

başladı,  öz    yersiz  hərəkətindən  peşiman  olub  Xürrəmabada  getdi, 

dayısı oğlu  Hüseyn bəyi təzədən şahın yanına yollayıb, ağlabatmaz 

üzrxahlıq  etdi.  Amma,  elə  ki,  Uğurlu  Sultanın  öldürülməyi  və 

Şahverdinin  cəsarəti  şahın  qulağına  çatdı,  şahanə  qəzəb  odu 

alovlandı və o, Xorasan səfəri fikrini ürəyindən çıxarıb, qonşuluqda 

elə  yersiz  hərəkət  edən  Şahverdini  cəzalandırmağı  vacib  bildi, 

özbəklərin  dəfini  təxirə  saldı,  hələlik  Nişapur  məsələsindən  vaz 

keçdi. 

 

Şah Abbasın Şahverdi xanı 



cəzalandırmaqdan ötrü Luristana yürüşü: 

      


Yuxarıda   yazıldığı   kimi,   Dərviş

 

Məhəmməd [Şahverdi]   



xana    yazmışdı:  “Özünü  bəla  girdabına  atma.  Əgər  vəziyyət 

pisləşərsə sülh barədə fikirləş və özünü İraqa çatdır". 

Dərviş Məhəmməd xan müzəffər qoşunda hazır vəziyyətdə 

olan bir dəstə müzəffər əsgərlə dövlət ordusuna gəlib çatdı və onlar 

Luristana  yürüşə  başladılar.  Hümayun  ordunun  hücumu  xəbəri 

Şahverdi  xana  çatdıqda,  məskəni  olan  Xürrəmabaddan  fərar  etdi, 

Sədmərəyə  tərəf  getdi.  Luristan  əmirlərinin  və  tayfa  başçılarının 

bəziləri  ondan  ayrılıb,  hümayun  məiyyətə  birləşdilər,  Xürrəmabad 

qalası  bu  güclü  dövlət  övliyalarının  əlinə  keçdi.  Adı  çəkilən  ülka 

Mehdiqulu xan Şamlıya inayət olundu, şah qalanı ona tapşırdı. 



 

Şahverdi xanın Luristandan fərar edib Rum [diyarına] getməsi: 

 

Oradan  atının  cilovunu  Sədmərəyə  tərəf  döndərib,  istinin 



şiddətli,  vaxtında,  sərətan  [bürcünün]  ortasında  -  hüt  [ayındakı] 

balığın fələk tavasında qıpqırmızı  yandığı bir  vaxtda  Luristanın ən 

isti və lurların qışlaq yeri olan Sədmərəyə çatdılar. Şahverdi buradan 

fərar edərək, Luristan və Bağdad sərhədi arasında yerləşən Kurkuha 

yollandı ki, oradan Bağdada getsin. Luristanın mötəbər əmrlərindən 

və iki min evin sərdarı olan Mir Qeysər Xamə Bidel ondan dönüb, 



799 

 

hümayun orduya qoşuldu. Sədmərədə Şahverdinin Kurkuha getməsi 



xəbəri  eşidildikdə,  cahanı  bəzəyən  rəy  belə  oldu  ki,  Sədmərədən 

orayacan  olan  iyirmi  fərsəx  yolu  gedib,  onu  ya  tutsunlar,  ya  da 

Luristandan  birdəfəlik  qovsunlar.  Ali  ordunu  və  humayun  agrəqi 

Sədmərədə  qoyub,  Bəhram  intiqamlı  qazilər  başdan-başa  dağlarla 

dolu olan həmin uzaq məsafəni bir gecə-gündüz ərzində qət etdilər. 

Kurkuhun ətəyinə gəlib-çatdıqda  

 

Şer 

 

Eşqin yolu kimi qorxulu bir yol,  

Elə bir yoldur ki, xətərlərlə bol. 

Dağı asimanın ətəklərində,  

Dərəsi bəxtimdən daha dərində.

572


 

 

Belə  məlum  oldu  ki,  [Şahverdi]  Luristandan  qaçıb,  özünü 



rumilərin  ölkəsinə  çatdırmışdır.  Sülh  şərtlərinə  görə  rumiyyəyə 

mənsub  olan  ölkəyə  daxil  olmaq  qadağandır  və  buna  görə  də 

[qazilər]  ayaq  saxladılar  və  əzəmətli  orduya  qayıtdılar.  Qara  Ulus 

uluslarını və qəbilələrini köçürüb onların əvvəlki yerlərinə aparmaq 

və qızılbaş hakimlərinin rəiyyəti etməkdən ötrü əzmətli qorçilər  və 

yasovullar müəyyən olundu. 

Şah Rüstəmin oğlu Sultanhüseyn Şahverdinin qorxusundan 

fərar etmişdi və Kəlhərdə yaşayırdı. O, cahanpənah dərgaha üz tutdu 

və  şahanə  şəfəqqətlərə  layiq  görüldü.  Mehdiqulu  xana  verilən 

Xürrəmabad  və  oraya  tabe  olan  yerlərdən  başqa  bütün  Luristan 

Sultanhüseynə  inayət  olundu.  Şah  əlvar  ağsaqqallarını  şahanə 

inayətlərlə  razı  salıb,  onları  Sultanhüseynin  xidmətinə  göndərdi, 

onlar da yüz min baş qoyun peşkəş etdilər, ali divan məmurları şahın 

əmrinə  görə qoyunları  müzəffər  əskərlər  arasında böldülər. Oradan 

geriyə  qayıtmaq  qərara  alındı.  Hələ  Əbdülmömin  xanın  Nişapur 

qalasını almağı və mühasirədə qalanların artıq xilas olmaları xəbəri 

gəlib  şaha  yetişməmişdi.  Şahın  şərafətli  xatiri  istəyirdi  ki,  Qəzvin 

darüssəltənəsinə  daxil  olmayıb,  Dərçzin  yoluyla  gedərək 

                                                           

572


 Şerin farscası: 

Rəhi çon rəhe-eşq dər piş aməd,  

Kəsir-ol məxater, xətir-ol əvaqeb.  

Fərarəş ço qədrəş bolənd-o neşibəş  

Ze bəxtəm neguntər beçəndin mərateb. 


800 

 

Əbdülmömin  xanın  şərini  dəf  eldikdən  və  Nişapur  qalasında 



mühasirəyə  alınanlara  nicat  verdikdən  sonra  Xorasana  tərəf  rəvan 

olsun.  Elə  ki,  Bəruçerdə  çatdılar,  Xorasan  hadisələri,  Dərviş 

Məhəmməd  xanın  oraya  gedişi,  Nişapur  qalasını  sülh  təriqi  ilə 

özbəklərə  verməsi,  yuxarıda  yazıldığı  kimi,  Xarəzm  padşahı  Hacı 

Məhəmməd  xanın  ali  saraya  gəlib-yetişməyi  haqqında  xəbərlər 

gəlib-yetişdi.  Şah  oradan  çıxıb  bayat  eli  içərisinə  gəldi,  onları 

Şahverdi  xan  cəngində  etdikləri      cürbəcür    xətalarına      görə   

cəzalandırdı,      qardaşı  Uğurlu  Sultanın  əvəzinə  o  camaatın  hakimi 

olmuş  Şahqulu  Sultanın  bayatların  əfvi  xüsusunda  xahişini  qəbul 

etdi,  Şahqulu  Sultan  xosrovanə  inayətlərə  layiq  görüldü.  Bayat  eli 

isə  şəhriyarın  etdiyi  iltifatın  əvəzində  qızılbaşlar  arasında  yaxşılığı 

ilə  seçilən  üç  min  ayğır  at  və  madyan,  üç  min  tümən  nəğd  qızılı 

peşkəş  və  tərcüman  sifətilə  ali  divana  verdi.  Oradan  Qəzvin 

darüssəltənəsinə  doğru  yola  düşərək,  məhərrəm  ayının  onunda 

şəhərə çatdılar. 

 

Şah Abbasın Luristandan Qəzvinə qayıdışı: 

          

Şah  öz  mehmannəvazlığının  bolluğundan,  yuxarıda 

yazıldığı  kimi,  əvvəlcə  Hacı  Məhəmməd  xanın  qaldığı  mənzilə 

getdi,  xosrovanə  sorğu-suallarla  onun  pərişan  ovqatını  sevindirdi. 

Luristan  səfərində  humayun  orduda  olan  Nurməhəmməd  xan, 

əlahəzrətin  Hacı  Məhəmməd  xanla  görüşdüyü  bu  gün  gəlib  və 

Çingiz  xan  qayda-qanununa  əməl  edib,  Hacı  Məhəmməd  xanın 

qabağında  mülazimlər  kimi  ədəblə  ayaq  üstdə  dayandı,  icazə 

aldıqdan sonra irəli gəlib onunla görüşdü, Hacı Məhəmməd xan da 

onunla qucaqlaşma (rəsme-moaneqe) rəsmini yerinə yetirdi. 

Xülasə,  əlahəzrət  Qəzvin  darüssəltənəsində  bir  müddət 

qaldı,  padşahanə  məclislər  qurdu  və  adları  çəkilən  sultanlarla 

mehriban  söhbətlər  etdi.  O,  Hacı  Məhəmməd  xanla  söhbətə  həzrət 

İsgəndər  şanlı  nəvvabı  da  dəvət  edir,  hər  ikisi  bir  yerdə  əyləşib 

söhbətləşirdilər.  Nəvvab  şah  çox  vaxt  sadəliklə  onlara  mizbanlıq 

edirdi. Qədim  vaxtlardan indiyədək iki aliməqam padşah bir  yerdə 

əyləşib məclis qurmaları ruzigarın nadir hadisələrindəndir. 

Xülasə,  əlahəzrət  mehmannəvazlıq  şəraitini  yerinə 

yetirdikdən  sonra,  o  sultanların  ehtiyaclarının  təmin  olunmasına 

göstəriş verdi və dərhal əməl olundu. O, payız fəslində cənnətməkan 

İsfahanın seyrinə yetdi, həmişə onun xüsusi məclisinin dostu (ənis) 


801 

 

və  ziyafət  yoldaşı  olan  Nurməhəmməd  xanı  da  özü  ilə  apardı. 



Həmçinin, Hacı Məhəmməd xanın qəlbini incitməməkdon ötrü onun 

oğlu  Ərəb  Məhəmməd  Sultanı  da  özüylə  həmsöhbət  etdi.  Amma, 

Ərəb  Məhəmməd  şahın  hümayun  zatının  bağlı  olduğu  əhli-beytə 

bağlı  olmadığından  onunla  şah  arasında  xüsusi  söhbətlər  az  baş 

verirdi. Onlar qışı həmin cənnət nişanlı şəhərdə işrət və kamranlıqla 

keçirərək  hut  ayının  sonlarında  paytaxta  tərəf  üz  tutdular,  Qəzvin 

darüssəltənəsi şahın hümayun qədəmləri ilə bir daha ziynətləndi. 

 

BU İL, ŞƏRİƏTİN QÜVVƏTLƏNMƏSİNDƏN ÖTRÜ, 



QADAĞAN OLUNMUŞ (ZALE) DİNSİZ ADAMLARIN 

(MOLAHEDE) DƏF OLUNMALARININ ZİKRİ 

 

Bu il baş  verən hadisələrdən biri dinsiz kimi  məşhur  olan 



Dərviş  Xosrov  Qəzvininin  və  onun  bir  neçə  müridinin  qətl 

olunmalarıdır.  Məsələ  müxtəsər  şəkildə  belə  olmuşdur:  Dərviş 

Xosrov  Qəzvinin  alçaq  tinətli  Dərb  Kuşək  (?)  məhəllə 

adamlarındandır.  Onun  ata-babası  quyu  qazmaq  (çahxuyi)  və 

qəmşiliklə  (qəmşi)

573


  məşğul  idilər.  Dərviş  Xosrov  isə  atalarının 

sənətini  tərk  edərək  qələndərlik  və  dərvişlik  libası  geyindi.  Uzun 

müddət  səyahətlərdə  oldu,  nöqtəvilərlə*  qaynayıb-qarışdı.  Öz 

yoluna  can-başla  davam  etdi  və  içkiyə  aludə  oldu.  Qəzvinə  dönüb 

bir  məscidin  kənarında  özünə  yer  tutdu.  Yanına  bir  dəstə  dərviş 

gəlib-gedirdi.  Dərviş  Xosrov  mərifəf*  dükanı  açaraq,  orada  qızğın 

"alver"  etməyə  başladı.  Üləma  və  möhtəsiblər  onun  hərəkətlərini 

inkara  başlayıb,  məscidə  girməsini  qadağan  etdilər.  Dərviş  barədə 

cənnətməkan  şaha  məlumat  verildi,  şah  onu  çağırıb,  sorğu-  suala 

çəkdi,  islam  şəriəti  və  imamiyyə  həqq  məzhəbindən  o  həzrətin 

yanında bəhs etməyə başladılar, dərviş isə onların sübuta dediklərini 

inkar etdi. Dərvişdən şəriətə xilaf bir əməl müşahidə olmadığı üçün 

cənnətməkan  şah  şəriətə  riayət  edərək  onunla  danışmadı,  əmr  etdi 

ki,  qoy  məsciddə  yaşamasın  və  ağlı  gödək  adamları  yanına 

yığmasın. 

Bu  vaqiədən sonra Dərviş Xosrov öz qiymətini qaldırmaq 

məqsədiylə  üləmaların  yanına  gedib-gəlməyə  başladı  və  fiqh* 

elmini öyrənməyə girişdi. Cümə günləri came məscidinə gedərdi və 

heç kimin onunla işi yox idi. Cənnətməkan şahın vəfatından sonra, 

                                                           

573

 Qeyd: Mənaları bizə məlum olmadı - Ş.F. 



802 

 

evinin  yanındakı  məscidə  köçdü  və  öz  təvəkkül  süfrəsini  açdı. 



Aqibətsiz  və  avara bir dəstə türk-tacik adam onun  yanına  gəlməyə 

başladı.  Dərviş,  əlahəzrətin  hümayun  cülusuna  qədər  bir  neçə  il 

həmin  məsciddə  vaxt  keçirdi.  Onun  və  yanındakı  dərvişlərin  [sərf 

etdikləri] məişət malları maneəsiz onlara çatdırılırdı. Məscid onların 

yığıncağını  dağıtmırdı.  Dərviş  o  məscidin  yaxınlığında  bir  təkyə* 

tikməyə başlayaraq, onun binasını qaldırdı. O məhəllənin camaatı  - 

türk  və  tacik  ona  kömək  etdilər,  olduqca  gözəl  və  yaşıl  təkyə  və 

bağça yaradıldı, dərviş oraya köçdü. Onun evində hər gün növbənöv 

xörəklər  bişirilirdi.  Vaxtının  çoxunu  küçə  və  məhəllələri  seyr  edib 

müxtəlif təbəqələrdən olan əhali ilə tanışlıq edən əlahəzrət hərdənbir 

dərvişin  də  yanına  gedib  onunla  söhbət  edirdi.  O  bəzən  dərvişin 

əqidəsini  öyrənmək  üçün  onunla  bir  söz  sahibi  kimi  məntiqi 

danışıqlar  edir,  dərvişanə  tərzdə  allahşünaslığı  (xodasenasi)  onun 

nəzərində  cilvələndirməyə  çalışırdı.  Dərviş  isə  şah  ilə  olduqca 

ehtiyatla  davranır,  şəriətin  xilafına  danışmırdı.  Amma,  onun 

təkyəsində bir dəstə dərviş, xüsusiylə  Ustad Yusifi Tərkeşdüz**  və 

Dərviş  Kiçik  Qələndər  böyük  iddia  və  yüksək  çıxışla  Dərviş 

Xosrovun boş əqidəsini çəkinmədən o həzrətə söyləyirdilər. Onların 

dinsiz  olmaları  ali  məqamlı  şahın  xoşuna  gəlmirdi.  Buna  görə  də, 

həmin  adamların  dəf  olmaları  və  parlaq  şəriəl  rəsmlərinin  icrası 

şəriətpərvər padşah tərəfindən  vacib bilindi. Şah Luristan səfərində 

olan  vaxt  Xosrov  Dərvişin  və  yoldaşlarının  tutulmaları  haqda  əmr 

etdi. Bu işi yerinə yetirməkdən ötrü tacıböyük camaatı göndərildi və 

onların  hamısını  zəncirlədilər  (qeyde  –  səlasel),  kömək 

Allahdandır

574


.  Bu  il  münəccimlər  şahı  inandırdılar  (elqa)  ki, 

ulduzların və böyük-kiçik səyyarələrin (qiranat) dəlaləti ilə sultanla 

məxsus  olan  günəş  mənsublarından  (mənsubane-afitab)  bir  şan-

şöhrətli  adamın  edam  olunması  vacibdir  və  ehtimal  ki,  o  adam 

İrandadır.  Münəccimlər  hümayun  şahın  tale  zicindən  məlum 

etmişdilər  ki,  onun  tale  xanəsində  iki  ulduzun  dörd  yerə 

parçalanması (tərbi) baş verəcəkdir çünki şahın tale ulduzu ən aşağı 

nöqtəyə (həziz) zaval və vəbal nöqtəsinə enmişdir. 

Bu  şərafətli  fənn  (nücum  elmi  -  Ş.F.)  üzrə  zaman 

adamlarının ən üstünü və ulduz ehkamlarının sübuta yetirilməsində 

başqalarını  üstələyən  Müvlana  Cəlaləddin  Məhəmməd  Münnəcim 

Yəzdi  belə  müəyyən  etdi  ki,  gərək  əlahəzrət  səyyarələrin  böyük 

                                                           

574


  İfadənin ərəbcəsi: "və-l-iyazi bi-l-lahi". 

803 

 

təsiri və iki ulduzun dörd yerə parçalanması baş  verəcəyi o üç gün 



müddətində özünü səltənət  və padşahlıqdan kənar  edib, qətli  vacib 

olan  günahkar  adamlardan  birini  padşah  qoysun.  Həmin  üç  gündə 

qoy bütün hərbçilər və rəiyyət həmin şəxsin fərmanına tabe olsunlar, 

o isə öz padşahlıq işini yerinə yetirsin. Üç gün keçdikdən sonra qətl 

olunması üçün qoy o günahkar adamı böyük ulduzun nəhs işlər üzrə 

şəhnəsinə və dövran hadisələrinin cəlladına tapşırsınlar ki. 

Bu  fikir  hamının  xoşuna  gəldi,  püşk  (qore)  Ustad  Yusifi 

Tərkeşduza  düşdü.  O,  dinsizlikdə  bütün  yoldaşlarından  irəlidə 

gedirdi.  Buna  görə  də,  həmin  dinsizlər  zümrəsindən  adı  çəkilən 

Yusifini orduya gətirdilər, əlahəzrət özünü səltənət və padşahlıqdan 

kənar etdi və padşahlıq ismini o qan tutmuş adama yazdılar, başına 

şahlıq  tacı  qoyub,  əyninə  gözəl  libaslar  geydirdilər.  Hakimiyyətə 

gəlişi  günü  onu  qiymətli  daş-qaşlarla  bəzənmiş  yəhər  və  üzəngili 

bərdəi  bir  ata  mindirdilər  və  onun  padşah  olması  elanını  başı 

üstündən  asdılar.  Bütün  əmirlər,  saraya  yaxın  adamlar,  xidmətçi 

məmurlar  ləşkər  və  qoşunlarla  gələrək,  müəyyən  olunmuş  şəkildə 

xidmətində dayanıb onu mənzilinə gətirdilər, hümayun divanxanada 

atdan  düşürüb,  yemək-içmək  məclisi  qurdular.  Gecələr  əzəmətli 

qorçilər  və  müzəffər əskərlər onun keşiyini çəkirdilər. O biçarə də 

öz  əməlinin  aqibətini  anlayıb,  həmin  üç  günü  asudəliklə  (fərağət) 

keçirdi. Bəli: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin