QıZILBAŞ ƏMİRLƏRİNİN TƏBRİZİN ƏRĞƏND ADLI
YERİNDƏ YETİM SULTAN ÖZBƏK VƏ ONUN
QARDAŞLARIİLƏ ETDİYİ HƏRBİN ZİKRİ VƏ
QIZILBAŞLARIN MƏĞLUB OLMALARI
Məlum olmayan (mezmar) hadisələri yazmaq meydanında
gərdiş edən müşk qoxulu qələm sirr səhifəsini belə yazmışdı: Öz
günahkar əməllərinə görə şahın diqqətindən və şahənşahlıq
inayətindən mərhum olan bəzi Xorasan əmirləri, xüsusən Süleyman
Xəlifə Türkman və Sultanəli Xəlifə Şamlı eşidəndə ki, Rüstəm
Mirzə öz böyük qardaşı Müzəffər Hüseyn Mirzə ilə hərb etmiş, ona
qalib gəlmiş və Qəndəharda səltənət bayrağını ucaldaraq, özü-
özünün sədaqət və etiqadını gücsüzlük əli ilə yox etmişdir, dərhal
mürşide-kamildən üz çevirib ona (Rüstəm Mirzəyə - Ş.F.) meyl
etdilər. Sultanəli Xəlifə özbaşınalıq edib, şahın hökmüylə Əliqulu
xan Ustaclıya verilən Qayin ülkasına getdi, cəng etdi və onu qətlə
yetirdi, saxtakarlıqla Qayin ülkasını tutub, Rüstəm Mirzəyə
tərəfdarlığını izhar etdi. Bundan əvvəl söylənilmişdi ki, Süleyman
582
İfadənin ərəbcəsi: "əl-uhdətu alə-r-ruvat".
824
Xəlifə öz adamlarıyla Qəndəhar və Zəmindavərə tərəf yollandılar.
Qızılbaş əyanlarından isə özbəklərin törətdikləri həyəcan (aşub) və
fitnəkarlıqdan vəziyyətləri pisləşən İslam bəy Şamlı və hər
təbəqədən olan başqa Xorasan camaatı əmirlərin getmələrindən agah
olub Rüstəm Mirzənin yanında əminlik olacağını düşündülər, o
tərəfə üz tutdular. Mirzənin ətrafında çox adam toplaşdı. Amma hələ
onlar gedənədək qardaşlar arasında sülh yarandı və Qəndəhar
əvvəllər olduğu kimi Müzəffər Hüseyn Mirzəyə verildi. [Buna
baxmayaraq] Zəmindavərdən başqa onun əlində heç bir vilayət yox
idi. Adları çəkilən əmirlər isə onu Xorasan səltənəlini ələ keçirib
oraya gəlməyə rəğbətləndirirdilər. O, əfşar camaatının xahişi ilə
Fəraha gədi və oradan Sistana yürüş etdisə də, yuxarıda onun və
qardaşının barəsində yazılacağı kimi, onun işləri yoluna düşmədi,
Xorasandan qayıtdı və ətrafına yığışan adamlar məyus oldular.
Nəhayət Süleyman Xəlifə Xorasan əyanlarının adına məktublar və
nəvazişnamələr yazıb, hərəni bir vilayətə hakim təyin etdi, Xorasana
üz tutaraq, özü isə ülkası olan Tun və Cənabəd vilayətinə yollandı.
Sultanəli Xəlifə Şamlı artıq Qayini tutmuşdu. Onların Xorasanda
qalmış qədim mülazimləri və qızılbaş təbəqəsinin çox hissəsi də
gəlib onun ətrafına yığıldı və onların hər biri özünə qoşun düzəltdi.
Ali hümayun fərmanla Təbəs hakimi olmuş Mustafa xanı yanına
çağırdı, indiyədək özbəklər tərəfindən hələ tam surətdə tutulmayan
və yerli əhali və əyanlar tərəfindən idarə olunan bəzi Xorasan
mahallarını ələ keçirməkdən ötrü hərəkətə başlayıb Tərşizə gəldi.
Orada şamlı, ustaclı, türkman, qacar və Qubad xanın övladlarından
ibarət dörd min nəfərədək adam toplaşdı. [Həmçinin] onun
köməyinə kəmər bağlayan və qızılbaşların tərəfdarı olan Xorasan
əhalisi də gəlib-yetişdi, birlikdə Tərşirin Kərat qalasına getdilər,
orada Seyid Məhəmməd Sultan Özbəki mühasirə etdilər. Qırx gün
keçdikdən sonra əhd-peyman bağlayıb onu qaladan çıxardılarsa da,
əhdlərinə vəfa etməyərək arxasınca gedib, bir çox adamını qətlə
yetirdilər. Onun (Seyid Məhəmməd Sultan Özbəkin - Ş.F.) özü isə
həmin mərəkədən sağ-salamat qurtulub, Abdulla xanın əmri ilə
Xorasanda olan Yetim Sultana və qardaşlarına qoşuldu. Əmirlər isə
oradan çıxıb Mir Məhəmməd Qasim Ərğəndinin əlindəki Ərğənd
qalasını tutmaqdan ötrü hərəkətə başladılar. Bu əhvalatdan xəbər
tutan Yetim Sultan və qardaşları onları dəf etmək məqsədilə, Herat
hakimi Mir Qulbaba Kukəltaşdan da kömək alaraq, qalın qoşunla
825
qızılbaşlara hücum etdilər. Vəziyyətin belə halda olmasına
baxmayaraq qızılbaşlar yenə də bir-birləri ilə nifaq etməkdəydilər.
Təbrizin Ərğəndində qızılbaşların
özbək döyüşçüləri ilə müharibəsi:
Onlar özbək tayfasının canavar kimi tamah dişlərini
itilədikləri məmləkətin hər ülkasını utmaqdan ötrü pusquda durmuş
və bu barədə danışıq aparmaqdaydılar.
Xülasə, elə ki, özbəklərin gəlişindən agah oldular, Yetim
Sultanın əskərlərinin sayının iki min nəfərdən artıq olmadığını
güman etdilər. [Buna görə də] hamı hərbə ürək bağlayaraq, özbək
döyüşçülərinə hücuma keçdilər. Tərşizin Ərğəndində tərəflər
qarşılaşdılar və döyüş səflərini bəzəməyə başladılar. Özbək
bahadırları igidliklə döyüş meydanına qədəm basdılar və hərb atəşi
şölələndi. Qızılbaş ləşkərinin çərxçiləri özbəklərin hücumlarına tab
edə bilmədilər. Sol qol ləşkəri hələ cəng etdikləri halda, sağ qol
məğlub oldu və (özbəklər) özlərini [hər iki] qola vurdular. Qol
əskərlərinə hədsiz qorxu üz verdi və onlar zəiflik göstərərək müdafiə
oluna bilmədilər, ixtiyarsız məğlub olub qaçış yoluna düşdülər.
Qızılbaş ləşkərinin sərdarı Süleyman Xəlifənin öldürülməyi:
Sol qolun döyüşçüləri sağ qolun məğlubiyyətindən
xəbərdar olduqda, onların da səbat və qərar ayaqları sustaldı, cəng
etmək və müdafiə olunmaq fürsəti tapmayaraq fərar etdilər.
Ləşkərin sərdarı olan iri cüssəli Süleyman Xəlifə də qaçmaqda ikən
meydanın kənarında atdan yıxıldı və özbəklərin əlinə keçdi, qətl
olundu. Sultanəli Xəlifə [isə] meydandan çıxıb Qayinə gəldisə də,
özbəklərin qorxusundan orada dayana bilmədi. Onun ağrəqi (ağruq)
Təbəs vilayətində olduğundan, az miqdar adamla Qayindən Təbəsə
getmək istədi, [amma] yolda bir dəstə özbək döyüşçüsü ona çatdı və
Aviz kəndinin qalasında onların arasında cəng oldu, Sultanəli Xəlifə
məğlubiyyətə uğrayaraq qətlə yetişdi. Həmin döyüş meydanında
döyüşənlərdən biri olan Şahbudaq Sultan Türkman meydandan
çıxaraq, heç bir yerdə dayanmadan Təbəs yoluyla Yəzd darülibadına
gəldi. Xorasanda ondan bir neçə xilaf əməl baş verdiyindən, o,
əlahəzrət zilləllah şahdan qorxurdu, buna görə də Yəzddə dayana
826
bilmədi, özbəklərin yanına getmək məqsədilə yenidən Xorasana üz
tutdu, yolda özbək döyüşçülərinə gəlib çatdı.
Mərəkədə Mehdiqulu Sultan Fənadəmli Ustaclı və
Süleyman Xəlifənin qardaşı Məhəmməd Sultan qətl olundular,
Əliqulu Sultan Asayişoğlu məğlubiyyətdən sonra Hindistana tərəf
getdi, Mustafa xan [isə] öz adamlarının əksəriyyəti ilə sağ-salamat
Təbəsə çatdı.
Mustafa xanın Yetim Sultan Özbəkin əmriylə öldürülməyi:
Amma, o, Təbəsdə olduğu və o sərhədi qoruduğu bir qədər
vaxtdan sonra Tuna getdi. Həmin sərhəd yerlərində əl-ayaq atdığı
üçün özbəklər onunla haqq-hesablaşmaq istəyirdilər. Onun Tunda
olduğunu eşidən Yetim Sultan dörd min nəfər özbəklə hücuma
keçdi. O, şəhrbənddə idi və özü ilə tüfəngli Xorasan bənduqçiləri də
vardı. Özbək ləşkərinin münqəlayı Mustafa xanı şəhrbənddən eşiyə
çıxarmaq istədi, amma şəhər hüdudundan fərar edərək geri
qayıtdılar. Özbək sərdarının başçılıq etdiyi ləşkərin kəmiyyət və
keyfiyyətindən xəbərdar olan Mustafa xan, münqəlayın geri
dönməsindən ürəkləndi, onların arxasınca şəhrbənddən çıxdı.
Özbəklər geri qayıdaraq cəngə başladılar. Yanında az miqdar
döyüşçüsü olan Mustafa xan mərdanəliklə sinə gərib, düşmənlə
hərbə girişdi, amma Yetim Sultan ordusu mütəşəkkil halda döyüşdə
göründü. Xülasə, Mustafa xan hərb dəryasında batmağa başladı,
özbəklərin əlinə keçdi və Yetim Sultanın əmri ilə qətl olundu.
Yuxarıda yazıldığı kimi, bu mərəkədə qızılbaşların çoxu, o əhd-
peymanı pozan və xainlik edən düşmənlər tərəfindən ədəm yoluna
qədəm basdılar.
Elə ki, bu xəbər Qəzvin darüssəltənəsində padşaha yetişdi,
qızılbaşların döyüşə iznsiz başlamaları bəyənilmədi. Qızılbaşlar,
həqiqətən də, öz günahlarına görə özbəklərə giriftar olaraq qeybdən
gələn döyüşçülər tərəfindən öz cəzalarına çatdılar.
Amma, əlahəzrət şah mərd, igid və sadiq adam olan
Mustafa xanın qəziyyəsindən, onun həmin cəngdə mərdanəlik və
qeyrətlə qızılbaşlara yoldaşlıq edərək məhv olmasından təəssüfləndi,
Təbəs əyalətini ali dərgahda olan qohumu Teymur Sultan
Kəngərliyə verdi və onu oraya yolladı. Amma, özbəklərin o
sərhədlərdə əliuzunluq etmələrinə görə, Teymur Sultan həmin
yerləri əlinə keçirə bilmədi. [Buna görə də,] əlahəzrət Təbəs ülkasını
827
ikinci dəfə, mərdanə, ağıllı və təcrübəli adam olan Söhrab xan
Qacara verdi, oraya göndərdi. O Xorasanın fəthinədək o sərhədi
lazım olduğu kimi qorudu və elə igidliklər göstərdi ki, bu haqda
gələcəkdə qələmə alınacaqdır. Bu sətirlər müəllifi yazılan bu
hadisələri o mərəkə iştirakçılarından (həzzar) eşitmiş və yazmışdır.
Bu il, cənnətməkan şahın möhtərəm hərəmi, İsgəndər şanlı
nəvvabın və İsmayıl Mirzənin anası, eləcə də Musa Sultan
Mosullunun bacısı olan Sultan Xanım* ki, əlahəzrət zilləllah şah o
nənəyə (cədde) ehtiram edir və onunla nəzakətlə davranırdı, Qəzvin
dövlətxanasında xəstələndi və bəqa aləminə yollandı. Şərafətli yaşı
yetmişi keçmiş və həştad yaş mərhələsinə daxil olmuşdu ki, üqbanı
seçdi. Xeyrxah, abid, zahid və aqil bir qadın idi. Cənnətməkan şahın
həyatının sonlarında Həcc ziyarətinə getdi. İnşa etdiyi yer:
Möhtərəm fərzəndi Sultan Məhəmməd padşahın hakimiyyəti vaxtı
bina etdiyi və Qəzvinin yaxınlığında olan Xoşkrud karvansarayıdır
(robat) ki, onu tamamlamağa müvəffəq oldu.
HİCRİ TARİXLƏ SƏADƏT AMALLl AT İLİNƏ BƏRABƏR
OLAN XOŞBƏXT AMALLI MİN ÜÇÜNCÜ İLDƏ (MİLADİ
1594/95), ƏLAHƏZRƏT ZİLLƏLLAH HÜMAYUN ŞAHIN
CÜLUSUNUN SƏKKİZİNCİ İLİNDƏ BAŞ VERMİŞ
HADİSƏLƏR
Məclis bəzədi aləmə dövran yenə də,
Novruz çəməni etdi gülüstan yenə də.
583
Qış fəsli qurtardığından cahanın solğunluğu (əfsordegi)
şadimanlıqla əvəz olundu.
Şer
Göylər üzü şəffaf olandan bəri,
Şənliyi artırdı bahar yelləri.
584
583
Beytin farscası:
Əyyam degər əncümənəfruzi kərd,
Soltane-cəmən celveye-novruzi kərd.
584
Şerin farscası:
Ruye-həva ləxləxeamiz şod,
Bade-bəhari tərəbəngiz şod.
828
Həqiqətən də bahar fəslində havasının xoş, gül-çiçəyinin
bol olmasına görə başqa məmləkətlərdən seçilən Gilanda seyr və
şikarla məşğul olmaq meyli əlahəzrət zilləlah şahda baş qaldırdı və
belə bir fikirlə səltənət paytaxtından çıxdı, atının cilovunu o tərəfə
istiqamətləndirdi. O vaxtlarda Gilan hakimi olan Fərhad xan şahı
orada qarşılamaq və ziyafət tədarükü görməkdən ötrü izn alaraq
ondan əvvəl yola rəvan oldu. Tarom ülkasına çatan əlahəzrət dağ
ətəyində yerləşən, evləri bir-birinə bitişən, kəndləri bağlarla
əhatələnən, dağının çeşməsindən saf çeşmələr axıb bir yerdə çari
olan belə bir bahar fəslində bağlarının hər qarışı cənnət bağından
xəbər verən Tarom vilayətinin Məncil və Xəzrəvil (?) adlı
kəndlərində dayanıb eyş-işrət büsatı qurdu, səhərdən axşamacan
onun behişt ayinli məclisi İrəm məclisinin munisləri ilə bəzəndi,
Zöhrə çöhrəli saqilər əllərdə şərab camları gəzdirməyə başladılar,
nuşanuş sədaları atlasla bəzənmiş asiman (fələk) sakinlərinin
qulaqlarına gedib çatdı. Xoş ahəngli çalğıçılar və mahir müğənnilər
bir ləhzə belə öz oxuyub-çalmaqlarından qalmadılar. Həmçinin o
zaman müzəffər orduda olan bütün adamlar, istər yaxın olsun,
istərsə də ağa, ya qulam, müdam içki içməklə məşğul məiyyətin və
həmin bir neçə gün ərzində şadyanalıq etdilər. Sonra əzəmətli
bayraqlar qaldırıldı və Gilanın Kuhdəm ülkası cahan şəhriyarının
atının dırnaqları ilə ətirləndi, Fərhad xan Gilan əhalisi ilə birlikdə
şahın istiqbalına çıxdı və xoşbəxt fallı bu ilin novruz axşamlarında
gəlib Kuhdəm yurdunda hümayun məiyyətə çaldı, Gilan əhalisi
şahın ayağı altındakı torpağı öpməklə şərəfləndi və onun iltifat
nəzərinə layiq görüldü. Kuhdəm valisi Hüseyn xan onunla
görüşməklə şərəfləndi, imkanı müqabilində öz xidməti vəzifəsini
icra etdi, müzəffər əskərlərə çoxlu savəri* verildi. Ertəsi gün,
ulduzlar padşahının Hüt ətəyindən ümid əlini üzüb həməlin
boynundan asdığı gün əlahəzrət öz cahanı ayaqlayan (gərdünxoram)
atını Gukə ülkasına tərəf yönəltdi və oradan sonra cənnətnişan
Lahicana gəldi, hümayun ordunun qədəmləri cənnət bağının
həsədinə səbəb oldu. O diyarın bütün əhalisi əlahəzrətin cahangəzən
atının tozundan işıqlandı və onların gözləri açıldı. Fərhad xan öz
peşkəş təqdim etmək vəzifəsini icra etdi, o həzrətin bütün əmələləri,
dövlət başçıları və əyanlarına ziyafət verdi. Amma, Fərhad xanın
xahişi ilə əlahəzrət tərəfindən yenidən vəzifəyə təyin edilmiş
Biyəpəs Gilanının hakimi Əlixan səadətli məiyyətin təşrif
829
gətirməyindən əvvəl özünə xas keçmiş üsyankarlığına başladı,
Fərhad xanla bağladığı əhd-peyman şərtlərini pozdu, Gilan
avaralarından ibarət böyük bir dəstə yaratdı ki, onun bu hərəkəti
anlaşma və qayda-qanundan uzaq olan bir qədəm idi. Buna görə də,
ondan bac və xərac almaq üçün göndərilən mühəssillər öz
məqsədlərinə çatmadan geri döndülər.
Gilan əhalisinin cəzalandırılması:
Müzəffər məiyyətin gəlişindən sonra [gilanlılar] özlərinin
əvvəlki hərəkətlərini təkrar etdilər, tikanları elə özlərinə əngəl
törətdi (daməndir) ki, onlar əlahəzrətin tərbiyət haqqını unudub
səadət yuvası olan şah astanasından üz döndərdilər, onlara şərəf
gətirən əlöpmə mərasiminə gəlmədilər. Kəskərdə də, Əmir
Səyavuşun qardaşı Əmirə Müzəffər üsyana başladı, tüğyan
meydanına atıldı. Buna görə də şahanə cəza (siyasət) burulğanı
dalğalandı, o zaman orada olan və zəfər ayəli bayrağın kölgəsi
altında toplaşan bütün müzəffər əskərlər onun dəfinə yollandılar. Əli
xanın xilas olunub vəzifəyə gətirilməsinə səbəbkar olan Fərhad xan
bu vaxt xahiş etdi ki, həmin bəxti dönmüşün və haqqtanımazın dəfi
üçün bü iş ona həvalə olunsun. Onun xahişi qəbul olundu və Fərhad
xan müzəffər ləşkərin sərkərdəsi təyin edilərək, o tərəfə yollandı.
Əmrə görə İsfahandan gələn min nəfər piyada tüfəngçi ona yardım
etməyə təhkim olundu. Hökmə görə həmin piyadalara qaçaqların
söhbət yasovulu Əlpan bəyin məsləhətindən çıxmamaq tapşırıldı və
qiymətli hökm belə olundu ki, Azərbaycan əmirülümərası Zülqədər
xan Qaramanlı o vilayətin bütün çərxçiləri ilə birgə Astara və
Təvaleş yoluyla hərəkət etsinlər, əvvəlcə Kəskər ülkasını həmin
üsyançıların natəmiz vücudlarından təmizləsinlər və müxalifət
yolunu bağlasınlar, Əmir Səyavuşun qardaşı Əmirə Müzəffəri tutub,
Əli xanın fitnəsinin dəf olunmasına başlasınlar. Əlahəzrətin özü isə
Lahican şəhərində dayandı, bahar fəslini həmin vilayətdə seyr və
şikarla keçirdi. O, həmişə eyş-işrətlə məşğul olmaqdaydı. Gilan
əhalisindən Ləstəneşa hakimi Mir Abbas və Kuhdəm hakmi
Hüseynxan Fərhad xanla birlikdə Biyəpəsə getdilər. Düzgün əqidəli
və səmimi adam olan Kiya Fəridun şahın xidmətində dayanıb öz
vəzifəsini yerinə yetirməkdəydi. Hümayun şahın könlünə bir neçə
gün dəryanı seyr etmək və qaban (xuk) ovlamaq düşdü. Gilan
meşəsində bol qaban olan bir yer vardır ki, Gilan hakimləri həmişə
830
bahar fəslində şikar məqsədiylə həmin dağlıq yerə gedərək qaban
ovlamaqla məşğul olurlar və belə ov "zəngül şikarı" adlanır.
Həqiqətən də, qəribə bir tamaşadır. Bu sətirlərin müəllifi ovlaqda
şahın yanındaydı. Mən müşahidə etdim ki, əlahəzrət hər biri öküz
böyüklüyündə olan on-on beş böyük qabanı oxla ovladı. O gün o
həzrətdən elə cəsarət və mərdanəlik göründü ki, heç nəyi gözdən
yayındırmayan adamların heyrət barmaqları təəccüb dişlərinin
arasında qaldı. Məsələ belə baş vermişdir: Məlumdur ki, Gilan
adamları olduqca dayaz ağıllı, qara fikirli və aqibətsiz adamlardır.
Onların qamət nihalları zülmət arxından dikəlmiş, gilanlılara əzəli
qüdrət süfrəsindən hiylə və bivəfalıqdan başqa heç nə düşməmişdir.
Mürüvvət və insanlıq onlarda yoxdur. Hamısı fitnəkarlıqla
məşğuldurlar. Belə ki, əgər har hansı bir əkinçi (bərzigər) ovladı
müstəqil sultan olmaq niyyəti ilə müxalifət meşəsinə üz tutarsa,
oranın bütün camaatı yubanmadan ona mülazimlik edəcək və elə ilk
gündən onun ətrafında tərbiyəsiz adamlar toplaşacaqlar. Yaxud, elə
həmin gün onlar özlərindən bixəbər halda hər hansı asan (səhl) bir
işin ardınca gedərlərsə, o aqibətsizlər dərhal bir-birlərindən ayrılıb
həmin işdən əl çəkməzlər. Lap əgər ertəsi gün də elə bir məsələ baş
verərsə, onlar yenə də həmin hərəkəti icra edərlər. Sabah başlarına
nə gələcəklərini bilsələr belə o adamlar fəqət bu günü özlərinə
qənimət sayıb qətiyyən məsələnin aqibətini fikirləşməzlər, bircə gün
artıq yaşamaqdan ötrü özlərini həlak meydanına atmağa hazırdılar.
Duz-çörək qazanmaqdan ötrü çalışan iki dostun biri o birisindən
şübhələnməkdədir. O bədəməl (bədkerdar) tayfanın belə yersiz
hərəkətləri elə həmin mülkün suyu və havası ilə həmahəngdir.
Neçə gündən bir o diyarda bir hakim istiqlaldan dəm vurur.
Onların sərdarlarını əgər öldürülsələr, yerbəyerdən fitnə və üsyana
başlayırlar. Elə adamlardan çəkinmək bilikli imamlar məzhəbinə
görə olduqca vacibdən də vacib bir əməldir:
Şer
Onların işləri bütün fənadır,
Onlara inanmaq səhvü xətadır.
585
585
Beytin farscası:
Həme kare-işan sərasər hobast,
Be qovme-çenin təkye kərdən xətast.
831
Xülasə,
kamkar
şəhriyarın
şikarda
iştirakının
hazırlanmasından ötrü belə qərara gəlmişdilər ki, xasiyyətləri barədə
yuxarıda sizə bir qədər məlumat verdiyimiz Gilan adamlarından on
min nəfərə yaxın adam gərək həmin dağda cərgə
586
düzəltsin, şikarı
hər iki tərəfdən çəpərlənmiş yerə qovub, heyvanların çıxış yolunu
bağlasın, başqa adamlar isə onları qovub dərəyə doldursunlar və ov
təbillərinin avazı və güllə sədaları altında ov başlansın.
Yığcam halda qeyd olunsun ki, Cəm məqamlı həzrət şah
Allahın köməyi ilə bir neçə saraya yaxın adam və Gilanın çoxlu
böyükləri və əhalisi ilə şikargaha gəldi, gecə Gilan sultanlarının
dayanacaq yeri (dəxmə) olan və dağ ətəyində yerləşən Məlat
adlanan bir yerdə dayandı.
Orada çoxlu narınc [meyvəsi] yetişir. Həqiqətən də bu yer
Gilanın gözəl yerlərindəndir.
Ertəsi gün şikargah Cəm məqamlı padşahın qədəmlərindən
yaraşıq tapdı. Dərənin ortasına çatan şah əmr etdi ki, tüfəngçilər öz
işləri ilə məşğul olsunlar. Qulaqlar təbil səsləri və tüfəng
atəşlərindən kar oldu, barıt tüstüsündən meşə qap-qara qaraldı. O
həzrət ona böyük əcdadlarından, xüsusən Seyid Əbrardan yadigar
qalan məharət və şücaətlə o adamlardan (gilanlılardan - Ş.F.)
qətiyyən qorxub-çəkinmədən orada gərdiş etməyə başladı.
Baxmayaraq ki, ağıllı adamlar şahın bu hərəkətini ehtiyatsızlıq
saydılar, amma kamkar sultanlarının [bəzən] ehtiyatlanmamaları
səltənət karxanəsinə aid olan işlərdən sayılır.
Amma ulu padşah (Allah-təala - Ş.F.) o həzrətə dost və
düşmən olan adamların ürəklərində ona qarşı elə hiss yaratmışdı ki,
onlar onun əleyhinə yönələn başqa bir fikrə düşə bilməzdilər. Axı,
aydındır ki, ulduzlar qoşunu aləmi işıqlandıran günəşə nə kimi
nöqsan yetirə bilər? Axı aləmlər Pərvərdigarı bu gözəl xislətli
padşahın qayğısına qalırdı. Şah [buna görə də,] rəbbani himayəyə
təkyələndi və o adamların çoxluğundan qətiyyən təlaşa düşmədi.
Onun belə hərəkətləri həmişə bu kitabda öz əksini tapmışdır:
Şer
Gərçi min düşmən edərsə məni öldürməyə cəhd,
586
"Cərgə ovu" haqqında yuxanda məlumat verilmişdi - Ş.F.
832
Sən ki, yarsan, mənə yox qorxu-təlaş düşməndən.
587
Şah sonra dərya kənarında iki nədim* ilə bir gəmiyə
əyləşdi, gəminin sükanını bir dəstə aqibətsiz güləkin** əllərinə
tapşırdı, Sefidrud çayının o biri sahilinə keçməyə meyl etdi. Çayın
qarşı tərəfində isə o kamyab xosrovun yaxın adamlarından heç kəs
yox idi. Buna baxmayaraq, şah xeyli vaxt çaydan ətrafı seyr etdi və
nəhayət onun yaxınları və xüsusi xidmətçiləri gələrək sükanı gilək
kəştibanından* aldılar və çayı keçdilər.
Xülasə, hümayun nəvvab seyr və şikar yeri olan dərya
kənarında qaldıqdan sonra yenidən Lahicanı səadətləndirdi və ora
onun qədəmlərindən behiştə döndü. Bu hadisələr baş verən vaxt,
hələ də məhbus olan Kəskər valisi Əmirə Səyavuşun etibarlı
adamlarından biri Kəskərdən çıxıb cahanpənah dərgaha gəldi və öz
dövlətxahlığını bildirib şahənşaha dedi:
"Əmirə Səyavuş özünün həbs olunması səbəbini şaha
müxalifətində gördüyü üçün öz qardaş və övladlarını üsyana təhrik
edir və qardaşına gizli məktublar yollayır". [Kəskərdən gələn adam]
o məktubların birini şaha verdi. Bu hərəkətdən qəzəblənən şahın
Əmrə Səyavuş xüsusundakı mülayimləşməkdə olan qəzəb atəşi
yenidən alovlandı və onun qətlinə fərman verdi. Baxmayaraq ki, bu
xəbəri gətirən şəxs bu hərəkəti öz dövlətxahlığı naminə etmişdi,
amma, şah özünə xas xislətə sadiq qalaraq, Gilan əhalisi haqqında
yuxarıda dediyimiz mülahizələrdən çıxış etdi, bu pak etiqadlı padşah
Əmirə Səyavuşun haqqı tapdadığına və öz vəlinemətinə qarşı
çıxdığına görə onun da qətlinə fərman verdi, onların hər ikisi
(qardaşlar Müzəffər və Əmirə Səyavuş (?) - Ş.F.) eyni bir vaxtda
bir-birinin gözləri qarşısında əcəl saqisinin əlindən fəna şərbəti
içdilər, hər ikisi nemətə ağ olan kafərlər kimi özlərinin cəzalarına
çatdılar.
Novruzdan iki aya yaxın vaxt keçdi. Hava istiləşməyə
başladı. Qalibiyyətli ordu geri dönməyə əzm etdi. Şah Gilanın
böyüklərini, xüsusiylə Kiya Fəridunu nəvazişləndirdi və onu
qiymətli xələtlər, tac və daş-qaşlarla bəzənmiş kəmərlə sərəfraz etdi,
dövlət paytaxtına doğru üz tutdu, vahid Allaha inanan adamlar evi
587
Beytin farscası:
Hezar doşmənəm ər mikonənd qəsde-həlak
Gərəm to dusti, əz doşmənəm nədarəm bak.
833
(movəhhedan) olan Qəzvin o gözəl şəhriyarın qədəmləri ilə yaraşıq
tapdı.
Dostları ilə paylaş: |