AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə82/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   78   79   80   81   82   83   84   85   ...   96

Əbdülmömin xanın fərar etməsi: 

 

Onlar  gecə  yarısınadək  cəngin  təşkili  barədə  düşünüb-



daşındılar,  iqbal  ordusunun  mülazimlərinə  at  və  silah  payladılar. 

Özbəklərin mühasirə etdikləri qalada olan Mirzə Məhəmməd Sultan 

Bayat  qızılbaş  qoşunları  ilə  birlikdə  həmin  gecə  hümayun  orduya 


854 

 

gəlib-çatdı,  şahın  ayağını  öpməklə  şərəfləndi.  O,  özbəklərin  fərar 



xəbərini  çatdırdı,  baş  verənlərdən  belə  danışdı:  Cacərm 

meydanından  qaçan  bir  neçə  nəfər  adam  piyada  halda  dağlara 

gedərək,  çılpaq  və  ayaqları  qabarlı  vəziyyətdə  orduya  çatdılar, 

ləşkərin  məğlubiyyəti  və  əmirlərin  əsir  tutulduqları  xəbərini 

Əbdülmömin  xana  çatdırdıldar.  Ləşkər  əyanları  [bunu  bilib]  bir-

birilərinə  dəydilər,  onların  arasına  bərk  çaxnaşma  düşdü.  Verilən 

möhlət  vaxtından  altı gün keçmişdi ki,  Şahməhəmməd  İləçiyan  ata 

süvar olub qala ayağına gəldi və Mirzə Məhəmməd Sultanın yanına 

adam yollayaraq, qalanın təhvil veriləcəyi möhlətin sabah bitəcəyini 

bildirdi, dedi: "Yaxşısı budur ki, qalanı bir gün də əvvəl təhvil verək 

ki,  padşahın  inayətinə  layiq  görülək".  Mirzə  Məhəmməd  Sultan 

dedi:  "Ümidvarıq  ki,  sabah  müzəffər  şah  ordusunun  günəşi  bu 

vilayəin üfüqündən tülu edəcəkdir. Əgər nəvvab xan burada qalarsa, 

biz vədimizə vəfa edib qalanı verərik". Özbəklər anladılar ki, Mirzə 

Məhəmməd  Sultan  qızılbaş  padşahının  buraya  gələcəyi  gün  üçün 

yeddi gün möhlət qoymuşdu. [Buna görə də] qalanın fəthinə məyus 

olub,  məsələni  Əbdülmömin  xana  ərz  etdilər:  "Ləngimədən  çıxıb 

getmək  lazımdır".  Elə  həmin  gün  çıxıb  Radkan  yoluyla  müqəddəs 

Məşhədə gəldilər. 

Ertəsi  gün  zəfər  ayəli  şahın  ordusu  gələrək  qalaya  çatdı, 

orada  dayandı.  Bəzi  tədbirli  adamlar  belə  məsləhət  gördülər: 

"Əbdülmömin xanı təqib edib müqəddəs Məşhədə getmək lazımdır, 

çünki,  əgər  onun  qüvvəti  olsaydı  Əsfərayində  qarşıya  çıxardı. 

Məlumdur  ki,  o,  yenə  də  bizimlə  qarşılaşmadan  çıxıb  gedəcəkdir. 

Ehtimal edirik ki, özbəklərin müqəddəs Məşhəddə qaladarlıq etmək 

gücləri  yoxdur,  orada  [da]  dayana  bilməyib  gedəcəklər,  müqəddəs 

Məşhədin fəthi bizə nəsib olacaqdır". 

Bu  fikrin  əleyhinə  olan  Fərhad  xan  iki  səbəbə  görə  bu 

məsələni  məsləhət  bilmirdi.  O,  dedi:  "Biri  budur  ki,  bu  yürüşdən 

mətləb Əsfərayində mühasirədə qalanların xilas olunmaları idi ki, bu 

iş  yerinə  yetirildi,  özbəklər  böyük  məğlubiyyətə  uğradılar,  onların 

əzəmətli  əmirləri  əsir  düşdülər,  padşahları  isə  bədnamlıqla  qaçdı. 

Gərək  bir  neçə  gün  burada  gözləyərək  bu  vilayətin  işlərini  yoluna 

qoyaq  və  sonra  geri  qayıdaq.  İkincisi  isə  budur  ki,  qarşıdan  çıxıb 

getməyin  din  və  dövlətə  nöqsan  gətirən  başqa  görüntüsü  ola  bilər. 

Fərz edək ki, Əbdülmömin xan Məşhədi boşaldıb oradan fərar etdi. 

[O,  belə  olan  halda]  bizə  abadan  bir  şəhər  verməyəcəkdir.  Çünki, 

Məşhəddə çoxlu qətl və qarətkarlıq törədəcək, bizim olmamağımıza 



855 

 

görə  müqəddəs  Məşhəd  şiələri  cürbəcür  əzab-əziyyətə  düçar 



olacaqlar.  Amma,  getməyimizdən  dinə  və  dövlətə  heç  bir  nöqsan 

yetişməyəcəkdir". 

Bu haqda hərə öz fikrini bildirirdi. Nəhayət, Fərhad xanın 

fikrinə əməl olundu, təqibdən əl çəkdilər, bir neçə gün Əsfərayində 

gözləyib, o vilayət işlərinin tənzimlənməsi ilə məşğul oldular. Mirzə 

Məhəmməd  Sultan  və  bayat  tayfası  mühasirə  əziyyəti 

çəkdiklərindən və qaladarlıq səriştəsinə malik olmadıqlarından [şah] 

Əsfərayin  hakimliyini  Budaq  xan  Çekəniyə  verdi,  həmin  yerin 

işlərini  onun  öhdəsinə  qoydu.  Orada,  qalanın  möhkəmləndirilməsi 

və  xandaq  qazılması  üçün  çalışıb,  şəhərin  nizam-intizama 

gətirilməsinə  on  gün  vaxt  sərf  etdikdən  sonra,  çıxıb  getdilər. 

Hümayun  orduda  olan  Xarəzm  padşahı  Hacı  Məhəmməd  istədi  ki, 

Astrabadda  yerləşən  və  özünə  mənsub  olan  türkman  sayinxani  eli 

(il)  içərisinə  gedib,  onlardan  kömək  alsın  və  özünü  öz  ülkasına 

çatdırsın. Əlahəzrət isə bilirdi ki, Abdulla xanın işğalı və iqtidarına 

baxmayaraq, onun istəyi yerinə yetməyəcəkdir,  çünki  hələlik  onun  

getmək  vaxtı    gəlib-yetişməmişdir.  Amma,  Hacı  Məhəmmədin  bu 

məsələdə  təkid  etməsinə  görə  razılıq  verib,  onu  mürəxxəs  etdi, 

imkan  daxilində  mümkün  olan  hər  cür  şahanə  silahda  ona  verdi. 

Hacı  Məhəmməd  oğlu  Ərəb  Məhəmməd  Sultan  və  Babacanla 

birlikdə  yola  rəvan  oldu.  Onun  gedişi  və  yenidən  ali  saraya  geri 

qayıdışı haqqında gələn ilin hadisələrində yazılacaqdır. 

Əlixan  Gəraylı  bu  yürüşdən  yayınıb  hümayun  məiyyətə 

qoşulmadığı  üçün  şahın  qərarı  belə  oldu  ki,  gəraylı  [eli]  içərisinə 

getsin,  əgər  Əlixan  sədaqət  iddiası  edib  üzr  istəsə,  onu  özü  ilə 

götürsün,  Astrabada  getsin,  neçə  vaxtdan  bəri  qızılbaşların  əlindən 

çıxan,  sayinxani  və  qara  geyimli  Aymurd  (Aymurd  (?)  -  Ş.F.) 

(Aymurde-siyahpuş)  tayfalarına  bölünən  o  vilayətin  işlərini 

tənzimləsin,  yox,  əgər  Əlixandan  üsyan  və  tüğyan  əlaməti 

görünərsə, əvvəlcə, onu dəf etməkdən ötrü Astrabada yollansın. 

Şah    bu    məqsədlə    Əsfərayindən    çıxdı.    Bəhryan    çölü 

(Dəşte-Bəhryan)  ordunun  məkanına  çevriləndə  qərara  alındı  ki, 

əzəmətli  əmirlər  öz  ağruqlarını  və  yüngül-ağır  şeylərini,  əllərində 

zəif (zəbun) atlar olan əsgərlərə verib, onları İraqa tərəf yollasınlar, 

işə  yararlı  subay  (cəride  və  subay)  adamlar  isə  humayun  orduda 

qalsınlar. Elə bu yerdə gəraylı ağsaqqalları ali taxt ayağına, gələrək 

dedilər  ki,  Əlixan  qala  ayağındadır,  gəlməyə  cürəti  yoxdur  və 

üzrxahlıq  edir.  Hüseyn  xan  şamlı  tayfası  ilə  Payhəsar  qalasının 



856 

 

fəthinə  yollanıldı.  Şahın  zavalsız  iqbal  gücü  ilə  Payhəsar  qalası 



Hüseyn xan tərəfindən  alındı,  Əlixan  isə  Ruğd  qalasına  qaçdı.  

Şah istəyirdi ki, bu qalanın üstünə də adam yollayıb Əlixanı tutsun, 

onun  işini  tamamilə  bitirib  Astrabada  getsin.  Elə  bu  əsnada 

Əbdülmömin  xanın  Səbzvara  tərəf  gəlişi  və  oranın  qalasını 

mühasirəyə alma xəbəri gəlib çatdı. 

 

Əbdülmömin xanın Səbzvara gəlişi: 

 

Əsgərlərin çoxu rüxsət alıb İraqa tərəf getdiklərindən, şahın 



ordusunda    az  adam  qalmışdı.    Bu    da  məlum  idi  ki,  Əbdülmömin 

xana  Bəlxdən  və  Mavərənnəhrdən  kömək  gəlmiş  və  o,  təzə  ləşkər 

hazırlayıb cürətə gəlmişdir. 

Rəy  və  tədbir  sahiblərinin  bir  hissəsi  qızılbaş  ləşkərinin 

dağınıq  olmasına  və  Əbdülmömin  xanın  qüvvət  və  qüdrətinə  görə 

hümayun  ordunun  Səbzvara  yürüşünü  məsləhət  bilmirdi.  Bu  vaxt 

xəbər çatdı ki, Əbdülmömin xan Səbzvar şəhərini tutmuş  və orada 

qətliam  törətmişdir.  Şəhərin  hakimi  Mirzə  Məhəmməd  Mömin 

Sultan  qalaya  sığınmışdır,  amma  onun  qaladarlıq  istedadı  yoxdur, 

özbəklər  isə  qalanı  mühasirəyə  alıb,  onun  fəthi  üçün  çalışırlar  və 

qala tezliklə alınacaqdır. 

Əlahəzrət  Gəraylı  hakimliyinin  bir  yarısını  Mənsur  xan 

Gəraylıya,  o  biri  yarısını  isə  Təvəkkül  xana  verib  Əlixanın 

fitnəkarlığının  dəf  olunmasını  onların  öhdəsinə  qoydu. O, qazi və 

bir neçə nəfər gəraylı əyanını müqəddəs ordunun mülazimi  edərək,  

Səbzvara  getməyi    və  o  qaladakı  mühasirəyə    düşənləri    xilas  

etməyi    qərara    aldı,    yanında  olub-qalan    adamlarla    birlikdə  

"Allaha    təvəkkül"

595

      deyib  müzəffər  bayrağını  o  səmtə  tərəf 



dalğalandırdı  ki,  qoy  Allahın  təqdiri  nə  isə  o  da  yerinə  yetsin. 

Əsfərayin  qalasından  qaçan,  Müqəddəs  Məşhəd  yaxınlığına  gedən, 

[sonra]  Bəlxə  yollanan  Əbdülmömin  xan  eşitdi  ki,  əlahəzrət  məhz 

Məşhəd  sakinlərinin  dinc  olmaları  xatirinə  onun  təqibindən  vaz 

keçmiş  və  Astrabada tərəf  getmişdir. Əbdülmömin xan özünü fərar 

arından  xilas  etmək  istəyirdi.  O,  [həm  də]  bilirdi  ki,  Əsfərayin   

qalası  yaxşıca  möhkəmləndirilmiş,  təcrübəli  adamlara  tapşırılmış, 

oraya ehtiyat  azuqə  və silah toplanmışdır.  Anladı ki, hal-hazırda o 

qalaya hücuma keçmək məsləhət deyildir. [Həm də] Musa Mirzə və 

                                                           

595

 İfadənin ərəbcəsi: "mutəvəkkilən alə-l-ləhi. 



857 

 

yoldaşlarının tutulmaları  vaxtı Səbzvar əhalisində olan fitri təşəyyö 



istəyi  və  cürətini  o,  unuda  bilmirdi.  Səbzvarın  özbək  əyanlarından 

birinə  çevrilmiş  və  Əbdülmömin  xanın  xidmətinə  keçmiş  Mir 

Məhəmməd  Kəskəninin  oğlu  Mir  Əli  Əsgərin  Səbzvar  hakimi 

Məhəmməd Mömin Sultan və Mir Şəmsəddin Əli Sultanın övladları 

ilə  irsi  ədavəti  olduğundan  o,  Əbdülmömin  xanı  Səbzvarın  fəthinə 

təhrik etdi. 

Artıq   əlahəzrətin   Astrabad   hüduduna    yürüş   etməsi 

məlum  olmuşdu.  Əlahəzrətin  bir  daha  Xorasana  qayıtmasına 

Əbdülmömin xanın gümanı yox idi. O, Səbzvara yürüşə keçdi. Adı 

yuxarıda çəkilən Mir Əli Əsgər çərxçi olub Səbzvar üzərinə yollandı 

və qəflətən şəhər xaricində göründü, hər tərəfdən şeypur çaldıraraq 

hücuma başladı. 



 

Əbdülmömin xanın Səbzvar əhalisini qətli-am etməsi: 

 

Yürüşdən  xəbərsiz  olan  səbzvarlılar  təşvişə  düşmüşdülər  



və  müdafiə oluna bilmədilər. Mirzə Məhəmməd Mömin Sultan bir 

dəstə əyan və yüz həyacan ilə özünü qalaya saldı, qalanı və öz əhli-

əyalını  qorumağa  başladı,  şəhərdən  əl  çəkməli  oldu.  Şəhəri  tutan 

özbəklər  əhalinin  üstünə  tökülüşdülər.  Allahdan  bixəbər  olan  o 

tayfa, müsəlmanları qırmağa başladı. Əbdülmömin xan öz fərarının 

və arının əvəzini Səbzvarın fəqir və zəif adamlarının qətlində gördü, 

şəhəri  qətli-ama  məruz  qoydu.  O,  hətta  südəmər  uşaqları 

öldürməkdən  də  əl  çəkmədi.  Bu  sətirlərin  müəllifi  hümayun  şah 

məiyyətinin  tərkibində  həmin  şəhərə  gəlib-yetişdi.  Gördü  ki, 

südəmər  balaları  anaları  ilə  birlikdə  qətlə  yetirib  iki  hissəyə 

bölmüşdülər.  Əbdülmömin  xan  şəhəri  qətli-am  və  tarac  etdikdən 

sonra  qalanı  tutmağa  yollandı,  onun  fəthindən  ötrü  bərk  cidd-cəhd 

etdi. O, əmirlərin birini üç-dörd  min qaniçən özbəklə Sədəxrəv  (?) 

qalası  üzərinə  yolladı.  İgid,  mərdanə  və  bu  dövlətin  tərəfdarı  olan 

Xacə  Məhəmməd  Sədəxrəvi  isə  üzünə  müqavimət  qalxanı  tutaraq, 

qalasını  mərdliklə  müdafiə  etməyə  başladı  və  bu  vəziyyəti 

bildirməkdən ötrü ali saraya adam göndərdi. 

 

Şah Abbasın qorxusundan Əbdülmömin xanın fərar etməsi: 



 

Xülasə,  özbəklər  vuruşmaqda  idilər  ki,  başı  fələyə  uclan 

hümayun çətir qələbə və iqballa  Səbzvar diyarı üzərinə gəliş kölgəsi 


858 

 

saldı.  Məsud  şah        məiyyətinin  gəlişi  xəbəri  Sədəxrəvdə  olan 



özbəklərə  yetişdikdə  onların  səbat  ayaqları  sustaldı  və  əsməyə 

başladı,  orada  dayana  bilməyərək,  Əbdülmömin  xana  qoşuldular. 

Humayun  məiyyət  Azad  və  Əzfərivməd  (?)  kəndlərinə  çatdıqda, 

Əbdülmömin xan bu dəfə də fərar arından çəkinmədi, əvvəllər etdiyi 

kimi  qayıdış  təbilini  çaldı,  Şah  Məhəmməd  İləçiyam  Nişapur 

qalasına  göndərdi  ki,  gedib  oranı  qorusun,  özu  isə  Təbriz  yoluyla 

Bəlxə tərəf yollandı, heç yanda bir an da dayanmadı, sürətlə aradan 

çıxdı.  Səbzvar  şəhərinə  gələn  qalibiyyətli  ordu  Səbzvar  əhalisinin 

sağ qalan adamlarının qayğısına qaldı, öldürülələrin dəfni ilə məşğul 

oldu,  o  məzlum  adamların  intiqamını  almağı  həqiqi  intiqamçıya 

(Allaha  -  Ş.F.)  həvalə  etdi  ki,  bu  haqda  öz  məqamında  məlumat 

veriləcəkdir. Əbdülmömin xan həyatdan ləzzət ala bilmədi. 

Sözün  qısası,  əlahəzrət  o  şəhərin  hakimliyini  təcrübəli  və 

qaladar  adam  olan,  özbəklərə  müqavimət  göstərib  Estena  qalasını 

qoruyan  o  qalanın  hakimi  Budaq  Sultan  Qacara  verdi.  Oradan 

hərəkət edib Nişapura tərəf getdi. 

 

Şah Abbas Qəzvinə qayıdışı: 

 

[Əlahəzrət]  Nişapura  məxsus  Bəhrabad  yaxınlığında 



dayandı.  Orada  məlum  oldu  ki,  Əbdülmömin  xan  çıxıb  getmişdir. 

Onu  təqib  etməyin  mənası  olmadığından  və  qışın  yaxınlaşması 

səbəbindən, həmçinin şaxtanın şiddəti, azuqənin isə yoxluğuna görə 

Xorasanda qalmaq  və Nişapur qalasını mühasirəyə almaq  məsləhət 

görülmədi.  [Buna  görə  də]  əlahəzrət  geri  qayıtmağı  qərara  aldı, 

Astrabadın  intiqamını  almağı  gələcək  vaxta  saxladı,  qayıdış 

cilovunu İraq səmtinə yönəltdi. 

At yeminin qıtlığı və azuqənin çatışmazlığına görə bu səfər 

zamanı çoxlu at, qatır və dəvə tələf olmuşdu. Cah-cəlal ordusu zəfər 

və iqlal ilə Qəzvin darüssəltənəsinə qayıtdı və ona etdiyi yaxşılıqlara 

(məhamed) görə İlahiyə dualar etdi. 

 

ZÜLFÜQAR XANIN ELÇİ SİFƏTİLƏ RUMA 

GÖNDƏRİLMƏSİ VƏ O DİYARIN VƏZİYYƏTİNİN ZİKRİ 

 

Cah-cəlal  ordusunun  yürüşündən  əvvəl  [şah]  Lahican 



hakimi  Dərviş  Məhəmməd  xan  Rumlunu  Ruma  elçi  təyin  edib, 

mərhum  Sultan  Murad  xanın  təziyəsi  və  oğlu  Sultan  Məhəmməd 



859 

 

xanın cülusu münasibətilə sədaqət məzmunlu məktub, habelə layiqli 



töhfə  və  hədiyyələr  də  hazırlamışdı.  Dərviş  Məhəmməd  xan  hələ 

həmin səfərə yollanmamışdı ki, əlahəzrət şah məcbur olub Xorasan 

səfərinə yollandı və buna görə də Dərvişin səfəri təxirə salındı. 

 

Zülfüqar xanın Rum eliçiliyinə getməsi:        

 

Xeyirli Xorasan səfərindən geri qayıdıb bu ədəbi səltənətin 



paytaxtı  Qəzvinə  çatdığı  vaxt  şah  Ruma  elçi  rəvan  etmək  fikrinə 

düşdü.  Fərhad  xan  iltimas  edib  dedi:  "Cənnətməkan  şahın 

hakimiyyəti  vaxtı  elçilik  xidməti  sərhəd  bəylərbəyinə  tapşırıldığı 

üçün, indi həmin qaydaya əməl edib bu vəzifəni [mənim qardaşım] 

Zülfuqar  xana  vermək  lazımdır".  Şah,  Fərhad  xanın  xahişinə  görə, 

bu  xidməti  Zülfüqar  xana  tapşırdı  və  xan  tam  hazırlıqla  Ruma 

yollandı, həqiqətən də öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. 

Zülfüqar xan ləşkərin ən seçilmiş adamlarından olan üç yüz 

mülazimini təmtəraqla bəzəyib özü ilə apardı və həmin səfərdə çox 

məsələni [lazımi kimi] başa çatdırdı. Belə ki, rumiyyənin bəzi alçaq 

xislətli adamları xanı səfehlik  və israfda  günahlandırsalar da, Rum 

padşahı,  vəzirlər  və  paşalar  xana  cənnətməkan  şahın  vaxtında 

olduğundan  da  böyük  ehtiramla  yanaşmışdılar.  Bu  il  Avropa 

[ölkələri]  (firəngiyye)  hücüm  edib  saysız-hesabsız  ləşkərlə  Rum 

məmləkətlərinə  qoşun  çəkdilər,  Sultan  Murad  xanın  hakimiyyəti 

zamanı [osmanlıların] avropalılardan aldıqları qala və başqa yerləri 

geri almaq istədilər. Sultan Məhəmməd xan özü şəxsən onlara qarşı 

yollandı. Zülfüqar xan İstanbula çatdıqda xandgar həmin səfərdəydi. 

[Buna görə də, Zülfüqar xan] Sultan Muradın gəlişinədək İstanbulda 

gözlədi. 

Sözün  qısası,  onunla  (Sultan  Məhəmməd  xanla  -  Ş.F.) 

Avropa  sultanları  arasında  qarşılaşma  oldu.  Əvvəlcə,  rumilər 

məğlub  edildilər.  Firənglər  əzəmətli  orduya  qarşı  dəstə-dəstə 

hücuma  keçib  qarətkarlıqla  məşğul  olurdular.  İsa  Peyğəmbər 

əleyhüssalam  millətinin  başçısı  (xəlife)  və  Avropa  padşahlarının 

itaət etdikləri (mota) şəxs olan Roma (Rim) papasının adamları ilə 

macar  padşahı  arasında  xandgarın  xəzinəsi  üstündə  savaş  başladı, 

çünki onların hər biri özünü həmin xəzinənin sahibi hesab edir, onu 

öz  haqqı  bilirdi.  Bu  vaxt  İlahinin  inayət  nəsimi  islam  qoşunu 

üzərində  əsməyə  başladı,  kafirlərin  küfr  və  zülm  bayraqları  yerə 

endi.  Rum  ordusunun  süvari  üzvləri  hücuma  keçib,  dəyənək 


860 

 

(mətraq)  və  çomaqlarla  o  qəddarları  (ərbabe-şeqaq)  qovub  qələbə 



çaldılar,  o  qarabəxtlərin  çoxu  o  biri  dünyaya  yollandı.  Firəng 

padşahları əzildilər və onların cəmiyyətləri parçalandı, hər tayfaları 

öz  vilayətlərinə çəkildilər. Sultan Məhəmməd xan zəfərlə  İstanbula 

qayıtdı və Zülfuqar xan, padşahla görüşdü. Həzrət xandgar o qələbə 

barədə  əlahəzrətə  məktub  yazaraq,  onu  hələ  Zülfüqar  xanın 

[İstanbula]  gəlişindən  əvvəl  göndərmiş,  bu  tərəfdən  də  sultana 

dostluq  və  məhəbbət  [hissləri  ilə]  dolu  məktub  yola  salınmışdı. 

Zülfüqar  xana  izzət  və  ehtiram  göstərildi  və  o,  layiqli  töhfə  və 

hədiyyələrlə geri döndü, gələn il [Qəzvinə] çatdı, xandgar tərəfindən 

əlahəzrətə  məhəbbət  üslublu  və  ədəbli  müraciətlərlə  dolu  sözlərlə 

yazılan məktubu, həmçinin töhfə və hədiyyələri təqdim etdi. 

 

LAHİCAN GİLANININ BİR DƏSTƏ FİTNƏKARININ 



DÜŞMƏNÇİLİKLƏRİN, HƏMZƏNİN ÜZƏ ÇIXMASI, 

ZAMANIN TƏLƏBİNƏ GÖRƏ ONUN VƏ BƏZİ 

DÜŞMƏNLƏRİN QƏTLƏ YETİRİLMƏLƏRİNİN ZİKRİ 

 

Bu  ilin  hadisələrindən  biri  də  budur  ki,  Gilan  cahilləri 



onlara  xas  fikir  süstlüyü,  ağıl  zəifliyi  və  fitnəkarlıqları  səbəbindən 

özlərini  məhvə  doğru  sürüklədilər.  Bu  hadisənin  təfərrüatı  belə 

olmuşdur:  Zəfər  ayəli  ordu  Xorasana  yollanıb  Əbdülmömin  xanın 

dəf  olunması  ilə  məşğul  olan  vaxt,  keçən  il  bu  dövlətdən  üz 

çevirmiş,  üsyana  qalxmış  və  fərar  etmiş  Kəcur  hakimi  Məlik 

Cahangir  xan  bir  dəstə  alçaq  təbiətli  rüstəmdarlılarla  birlikdə 

Tənkabon  hüduduna  gələrək  acizlərə  və  rəiyyətlərə  qarşı 

əliuzunluluq etməkdə idilər. Lahican hakimi Dərviş Məhəmməd xan 

onun  fitnəsini  dəf  etmək  üçün  qoşun  bəzəyib  Rüstəmdara  rəvan 

oldu.  Gəpək  qəbiləsindən  və  Mir  Abbasın  qohumlarından  olan 

Həmzə  adlı  birisi,  əlahəzrətin  bir  neçə  gün  səltənət  paytaxtında 

olmamasından  istifadə  etdi.  Xorasandan  zidiyyətli  xəbərlər 

gəlməkdəydi.  Gilanın  paytaxtı  olan  Lahican  hakimsiz  qalmışdı. 

Həmzə  iki  günlük  hakimiyyəti  qənimət  bilib,  işin  gerisinə  göz 

yumdu,  özünü  Sultan  Həmzə  adlandırdı,  üsyandan  dəm  vurmağa 

başladı. Ləştəneşanın bir dəstə aqibətsiz adamı da onunla birləşdi və 

Lahicana gəldilər. O vilayətin böyük kəndlərindən olan Simaastanə 

və  Kəmaçalın fitnəkar  və aqibətsiz  adamları da  Həmzə ilə həmrah 

olub, qəflətən şəhərə girdilər. Onlar əvvəlcə karvansaraların üstünə 

tökülüşüb  tacirlərin  və  ətraf  yerlərin,  həmçinin  Dərviş  Məhəmməd 



861 

 

xan  mülazimlərinin  mallarını  qarət  etdilər  və  Lahicanda  çoxlu 



dağıntı törətdilər. [Sonra] onların hamısı birlikdə qalaya yaxınlaşıb, 

onun  fəthindən  ötrü  oranı  mühasirəyə  aldılar.  Dərviş  Məhəmməd 

xanın mülazimlərindən onun evini və qohum-qardaşını qorumaqdan 

ötrü  orada  qalmış  bir  dəstə  adam  çaş-baş  olub,  qala  qapılarını 

bağladılar  və  onlara  müqavimət  göstərməyə  başladılar,  bu  xəbəri 

çatdırmaqdan  ötrü  iti  sürətli  bir  qasidi  Tənkabona  göndərdilər. 

Lahican qalasının mühasirədə olduğu neçə gün ərzində qala əhalisi, 

qaladarlıqda  təcrübəsiz  olmalarına  baxmayaraq,  müdafiə  olunmağa 

və  onlara  qarşı  çıxmağa  başlayıb,  müxaliflərin  qalaya  girmələrinə 

yol  vermədilər.  Düşmənlər  isə,  qaladakıların  təcrübəsizliyindən 

xəbərdar olub, tam cidd-cəhdlə qalanı tutmağa çalışırdılar. 

Amma,  bu  xəbər  Biyəpəsə  çatdıqda  xasseye-şərifə 

qulamlarından  Rəşt  daruğəsi  olan  Xosrov  həy  Çəharyar  və  Fumən 

hakimi Uğurlu Sultan Çəyəni (?) oranın bir dəstə adamı ilə hücumla 

Lahicana  gəldilər,  tərəflər  arasında  güclü  cəng  oldu.  Qüdrətli 

dövlətin  qüvvəti  ilə  düşmənlər  əzildilər  və  Həmzə  bəy  bir  dəstə 

adamla  qətlə  yetirildi,  qalan  adamları  isə  dağılışdılar.  Rüstəmdar 

hüdudunda  olan  Dərviş  Məhəmməd  xan  bu  xəbəri  eşidib  hücumla 

Lahicana  gəldi.  Hələ  onun  gəlişindən  iki  gün  əvvəl  Həmzənin  işi 

bitdiyindən, o, qalan düşmənləri axtarmağa başladı, həmin tayfanın 

ələ keçirdiyi hər bir adamını  ədəm yoluna yolladı. Məktub yazaraq 

ulduzu  nəhs  olan  Həmzənin  başını,  bu  xəbəri  bildirməkdən  ötrü, 

iqbal ordusuna göndərdi. Cah-cəlal ordusu Savucbulağa çatdığı vaxt 

baş da gəlib çatdı. Bu işi yerinə yetirmiş olan Xosrov bəy Çəharyar 

“əhsən” və “afərin”ə layıq görüldü. Allah göstərişindən bir nümunə 

olan padşahın qəzəb atəşi üsyan və qovğa məhəli olan Ləştəneşanın 

fitnəkar adamlarına qarşı alovlandı və o, qətli-am hökmü verdi. 

Dərviş  Məhəmməd  xan  hökmə  əməl  edib  Ləştəneşaya 

yollandı, rumlu tayfası orada qətl və qarətə əl uzatdı, çoxlu günahsız 

adam  günahkarların  oduna  yandı.  Allahtanıyan  və  düşüncəli  adam 

olan  Dərviş  Məhəmməd  xan  [bu  barədə]  çox  düşündü,  çünki  o, 

çoxlu  adamın  qətlə  yetirilməsini  istəmirdi.  Amma,  həmin  hadisə 

münasibətilə  bir  çox  adam  öldürüldü,  amma  bundan  sonra  o 

tayfadan heç kəs üsyn və tüğyana ürək etmədi. 

 

 

 


862 

 

XALİQİN TƏQDİRİ İLƏ BU İL 



BAŞ VERMİŞ MÜXTƏLİF HADİSƏLƏR 

 

Həmzənin  fitnəkarlıq  atəşinin  yatırılması  və  Ləstəneşanın 



qətli-amından  sonra  o  vilayətin  idarə  olunması  Fümən  hakimi 

Uğurlu  Sultan  Çəgəniyə  verildi,  bütün  Biyəpəs  ülkası  isə  Fərhad 

xana  şəfqət  olundu,  Şiraz  ülkası  ondan  geri  alındı  və  bütün  Fars 

vilayəti Allahverdi xan Qullarağasıya* tapşırıldı, Farsın bütün divan 

müamiləri  onun  öhdəsinə  qoyuldu.  Qərara  alındı  ki,  o,  hər  il 

xasseye-şərifə qulamlarından üç yüz nəfərini Farsa aparıb, onları hər 

bir vilayətin xidmətlərində saxlasın, əldə olunan mənfəət isə silah və 

yasaq ləvazimatı xərclərinə yönəlsin. 

Bu il Nəhavəndə məxsus Səd Vəqqas əhalisi rumilərə qarşı 

çıxıb, onların Səd Vəqqasda inşa etdikləri qalanı ələ keçirdi, sonra 

isə  onu  dağıtdı.  O  vilayətin  lur  və  kürdlərindən  ibarət  başıpozuq 

adamları  onlarla  birləşərək  Nəhavənd  qalası  üzərinə  gəldilər. 

Nəhavənd qalasının  mühafizəçiləri şahın yanına bir adam  yollayıb, 

bu xəbəri ona çatdırdılar. O vaxt Həmədan hakimi olan Həsənəli xan 

Çegəninin bu işin baiskarı olduğunu bildrib, ondan şikayətləndilər. 

Əlahəzrət  zilləllah  şah  sülh  şəraiti  və  əhd-peyman 

qaydasına  əməl  edərək  qorçilər  göndərdi  və  həmin  adamları 

cəzalandırdı, fitnəkarların bir neçəsini qətlə yetirib onların başlarını 

Bağdada yolladılar, Həsənəli xan isə Həmədan əyalətindən çıxarıldı. 

Başqa  hadisə  isə  belə  olmuşdur:  Abdulla  xanın 

tərbiyətləndirdiyi və onun fədəvilərindən biri olan Herat hakimi Mir 

Qulbaba Kukəltaş ya öz fikri, yaxud da o xanın işarəsi ilə əlahəzrətlə 

yaxşı  münasibət  və  dostluqda  oldu.  O,  öz  etibarlı  elçilərini  layiqli 

töhfə  və  hədiyyələrlə  ali  saraya  göndərib,  sədaqət  izharı  etdikdən 

sonra  şaha  bildirdi:  "Tərəflərimiz  arasındakı  düşmənçilik  və  cəng 

üzündən  Mavərənnəhr  camaatı  möhtərəm  ziyarətgahları  ziyarət 

etməkdən  məhrumdurlar,  qorxudan  Hicaz  yoluna  sədd  olan  İran 

vilayətindən  keçib  Həcc  beytüllahül-həramına  gedə  bilmirlər". 

Qulbaba  şahdan  belə  xahiş  etdi:  "Həccə  getmək  istəyən  özbək 

tayfasına  və  Mavənnəhr  əhalisinə  qoy  izn  verilsin  ki,  onlar 

qorxusuz-hürküsüz  oraya  gedib-gəlsinlər,  bunun  savabı,  əlbəttə, 

böyük  olar".  Elçilər  Qəzvin  darüssəltənəsinə  gəlib  şah  ilə  görüş 

səadətinə  yetdilər,  onunla  görüşdülər,  ənam  və  ehsanlarla  geri 

qayıtdılar. [Şah]  İslam bəy Yüzbaşı Şamlını onlarla birlikdə Herata 

göndərdi, Mir Qulbaba Kukəltaşa inayət və iltifatla dolu bir məktub 


863 

 

yazıb,  Mavərənnəhr  Özbəklərinin  Həccə  gctmələri  üçün  icazə 



xüsusunda hökm sadir etdi.  

Bu  ilin  başqa  bir  hadisəsi  isə  budur:  Əcəm  [ölkələrində] 

məşhur  olan  şirin  sözlü  şair  Mövlana  Şəni  səadətinin  çoxluğu  və 

etiqadının təmizliyinə görə şah məclisinin nədim və məclis adamları 

arasında  qədir-qiymətli  adam  idi.  O  həzrət  İmam  Əlinin  (həzrət 

vəlayətpənah) mədhi xüsusunda bir neçə beytdən idarət bir məsnəvi 

yazdı. Məsnəvinin 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin