AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə81/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   77   78   79   80   81   82   83   84   ...   96

ETİMADÜDDÖVLƏNİN VƏ FƏRHAD XANIN 

SƏRKƏRDƏLİYİ İLƏ XUZİSTAN VƏ ƏRƏBİSTANA 

LƏŞKƏR GÖNDƏRİLMƏSİ VƏ CAHAN ŞƏHRİYARININ 

FƏRMANI İLƏ HƏMİN YER İŞLƏRİNİN 

TƏNZİMLƏNMƏSİNİN ZİKRİ 

 

Qəzvində şahın yanından ayrılan etimadüddövlə və Fərhad 



xan  Luristan  yoluyla  məqsədlərinə  doğru  rəvan  oldular  və  gəlib 

Xürrəmabada  çatdılar.  O  hüdudda  sərgərdan  halda  olan  Şahverdi 

xan  Abbasi  öz  qorxusundan  etibarlı  adamlarını  onların  və  əzəmətli 

əmirlərin  yanına  yollayıb,  şah  dərgahına  bəndəlik  edəcəyini  və  öz 

keçmiş  əməllərindən  peşiman  olduğunu  bildirdi,  əlini  acizlik  və 

biçarəlik ətəyinə atdı, onların vasitəsiylə əfv olunmasını xahiş etdi. 

Onlar  da  Ərəbistan  valisi  və  Kuh-Giluyə  hakimlərinin  qəlblərinin 

alınması  və  onların  xatircəm  olmalarından  ötrü  belə  məsləhət 

gördülər  ki,  onu  şahın  inayəti  ilə  nəvazişləndirsinlər  və  yenidən 


843 

 

Luristan hakimliyini verməklə başıuca etsinlər. Buna görə də, adına 



istimalət  hökmü  yazıldı  və  onu  xosrovanə  əfv  sarıdan  xatircəm 

etdilər,  görüşmək  istədilər,  [amma]  Şahverdi  xan  qorxusundan 

görüşə  curət  etmədi.  Arada  elçilər  gediş-gəlişi  başlandı.  Onun 

xatircəmliyi  üçün  Fərhad  xan  və  etimadüddövlə  bir  neçə 

adamlarıyla, o hüduda yerləşən Allah əhli (əhlüllah) olan böyük bir 

şəxsin  məzarı  üstünə  getdilər  və  Şahverdi  xan  da  iki  yüz  nəfərlə 

gəlib onlarla görüşdü, şaha öz bəndəliyini izhar etdi, and içib dedi: 

"Əgər şah onun üsyan yazısını əfv qələmi ilə pozarsa, bütün ömrüm 

boyu  xidmətkarlıq  yolundan  çıxmayacağam".  Onun,  sözünün 

sədaqətdən  uzaq  olduğunu  bilən  Fərhad  xan  və  etimadüddövlə 

vaxtın  məsləhətinə  qulaq  asdılar,  onu  xosrovanə  dostluqdan 

ümüdvar etdilər, həmin vilayətin idarəsi yenidən onun adma yazıldı, 

ona qiymətli şah xələti geydirildi, Xürrəmabad qalasını boşaldıb ona 

verdilər. Şahverdi xan da şahanə dostluğa şükr edib ali divana  min 

tümən  peşkəş  verməyə  boyun  oldu,  dövlət  başçılarına  layiqli 

xidmətlər  göstərdi.  Onunla  bu  məsələnin  bitməsindən  sonra  onlara 

Şüştərin  mühasirəsi  barədə  ardı-ardınca  xəbər  gəlib  çatmaqdaydı. 

Onlar buna görə də oradan çıxaraq, gedəcəkləri uzaq məsafəni yaxın 

etməkdən  ötrü  olduqca  çətin  keçilən  bir  yol  olan  Kiyalan 

aşırımından  (kutəl)  keçməyi  qərara  alıb  rəvan  oldular.  Hələ  sabiq 

vaxtlardan oradan ləşkərlər az keçirdilər. [Buna baxmayaraq,] güclü 

dövlətin  qüvvəti  ilə  həmin  aşırımı  sağ-salamat  arxada  qoyub 

Xuzistana  və  Ərəbistana  qədəm  basdılar.  Qızılbaş  ləşkərinin  gəliş 

xəbərini  eşidən  Seyid  Mübarəkin  canına  titrəmə  düşdü,  Dizfulda 

olan adamların bir hissəsi isə qızılbaşların uzaqdan gələn qaraltısını 

görüb onlara birləşdilər. Qalibiyyətli əskərlər Şüştərə yaxınlaşdıqları 

vaxt Mübarək qəm-kədərə qərq olub qala ayağından ayağını çəkdi, 

özünün  iqamət  yerləri  olan  Həvizəyə  və  Kəmalabada  getdi, 

müzəffər  əskərlərsə  gəlib  Şüştərə  çatdılar,  orada  dayandılar. 

Fərmana  görə  o  vilayətin  idarə  olunması  Mehdiqulu  xan  Şamlıya 

tapşırıldı. Şəhəri və qalanı ona tapşıran dövlət başçıları həmin yerin 

işlərini  qaydaya  saldılar.  Seyid  Mübarək  bərk  vahiməyə  düşərək, 

əmirlərin  yanına  bir  adam  göndərib,  üzrxahlıq  məqamına  gəldi, 

qulamlıq  və  sədaqət  izhar  etdi,  bir-iki  il  bundan  əvvəl  ali  saraya 

göndərdiyi oğlu Seyid Nazirin oraya gəlişini özünün bəndəliyinin və 

qulamlığının  sübutu  (dəlil)  olduğunu  dedi,  Murad  ağa  Cilovdarın 

Şüştər üzərinə hücumunu tərbiyəsizlik adlandırdı, bu hərəkətin onun 

sərtliyi (bietedali) olduğunu bildirdi, üzrlər istədi. 



844 

 

Əlahəzrət  [etimadüddövləyə  və  Fərhad  xana]  demişdi  ki, 



əgər Seyid Mübarək üzrxahlıq və bəndəlik məqamına gələrsə, onun 

seyidliyi  (seyadət)  və  şiəliyi  elə  onun  əfv  olunmasına  bərabərdir, 

çünki dövlət istəmir ki, onun etdiyi işin üstündən pərdə götürülsün, 

o,  müxaliflər  silkindən  sayılsın  və  bu  dövlətdən  inciyib  məyus 

olsun. Göndərilən fərmana görə Seyid Mübarəkin üzrxahlığı qəbul 

olundu və o, şahın inayət və nəvazişinə layiq görüldü. Ona məktubla 

bildirildi  ki,  əgər  gəlib  əzəmətli  şah  əmirləri  ilə  görüşərsə,  üzrü 

qəbul olunacaqdır. Seyid Mübarək gəlməkdə böyük təşviş (dəğdəğe) 

hissi  keçirirdi.  Çoxlu  danışıq  və  elçi  gediş-gəlişlərindən  sonra 

etimadüddövlə,  Fərhad  xan  və  əzəmətli  əmirlər  şahın  qüdrətinə 

(setvət)  arxayın  olub,  ərəb  əskərlərindən  qorxmadan,  Seyid 

Mübarəkin  xatircəm  olmasından  ötrü  bir  neçə  adamlarıyla  qızılbaş 

ordusundan  ayrılaraq  Həvizəyə  doğru  bir  neçə  fərsəx  yol  getdilər. 

Seyid Mübarək çoxlu döyüşçü ilə oraya gəldi və bərk qorxu içində 

onlarla  görüşdü.  Etdiyi  ədəbsizlikləri    xatırladan    əmirlər  ona  

dedilər:    "Əlahəzrət  sənin  seyid  olmağına,  Peyğəmbər  dudmanına 

yaxınlığına  və  şiəliyinin  xatirinə  etdiyin  əməllərin  üzərindən  əfv 

qələmi  çəkmişdir.  Sən  əgər  sədaqət  yolu  ilə  düz  getsən  və 

vergilərdən yayınmasan, gərək bundan sonra elə hərəkət edəsən ki, 

səndən səmimiyyət, istək və sədaqət əlamətləri görünsün. Ərəbistan 

hökuməti  sabiqdə  olduğu  kimi  sənə  veriləcək.  Əgər  bəndəlik 

etməkdən  bir  tük  qədər  kənar  olsan,  bu  dəfə  öz  dudmanının 

cəzalandırılacağından  arxayın  ola  bilərsən”.  Seyid  Mübarək 

qüsurlarını  etiraf  edərək  təqsirinin  əfvinə  şükür  izhar  etdi  və  dedi: 

"Mən bundan sonra bəndəlik yəhərini çiynimə qoyub, itaət sırğasını 

qulağına  taxıb,  heç  vaxt  şahın  mübarək  razılığı  olmayan  bir  işlə 

məşğul  olmayacağam,  bu  dövlətin  dostu  ilə  dost,  düşməni  ilə 

düşmən  olacağam".  O,  əhd-peyman  sözünü  ortaya  gətirib  onları 

arxayınlaşdırdı.  Şahın  ona  göndərdiyi  hədiyyələrdən  izzət  və  şərəf 

duydu,  asudəliklə  öz  məkanına,  əzəmətli  əmirlər  isə  öz  ordularına 

qayıtdılar.  O  vilayətdən  xatircəm  olan      [qızılbaşlar]      Şüştərdən   

çıxıb   Kuh-Giluyə istiqamətinə rəvan oldular. Yağışın çoxluğu  və 

Şüştər  çayının  tüğyan  etməsinə  görə,  bir  aya  qədər  yol  gedə 

bilmədilər.  Ordunun  azuqəsi  azaldı,  ərzaq  və  heyvan  yemi 

tapılmadı,  şüarları  zəfər  olan  əsgərlərə  böyük  ziyan  dəydi.  Yağış 

dayanandan  sonra  əmir  və  əsgərlərin  bəziləri  izn  alıb  getdilər. 

Fərhad  xan  və  etimadüddövlə  dərgahın  bəzi  əmir,  qorçi  və 

mülazimləri ilə  Kuh-Giluyəyə rəvan oldular. Oraya  gəlib çatdıqda, 



845 

 

Kuh-Giliyə  hakimi  Həsən  xan  və  əfşar  tayfaları  onların  istiqbalına 



çıxaraq,  əmirlərlə  görüş  izzətinə  yetişdilər.  Qarışıqlıq  baş  verən 

vaxtlarda  saxtakarlıq  və  özbaşınalıqla  o  vilayəti  istila  etmiş  Həsən 

xanı  oranın  idarəçiliyindən  kənar  edib  onu  bin  neçə  üsyançı 

yoldaşları ilə birlikdə tutdular, müvəkkillərə tapşırdılar ki, onlan ali 

dərgaha  aparsınlar.  Elə  hümayun  cülus  zamanı  da  Həsən  xandan 

yersiz  hərəkətlər  baş  vermişdi.  O  vilayətin  idarəçiliyi  Kazerun 

hakimi  Əmir  xan  Əfşara,  Kazerun  ülkası  isə  İsmayıl  xan  Alplı 

Əfşara  verildi.  Bu  bir  neçə  ildə  rəiyyət  olmaqdan  baş  qaçırıb 

ləyaqətsiz  işlərə  qurşanmış  bəxtiyari  lurları  (əlvar),  caki,  cəvanəki, 

bondaki,  fəhbənd,  məmsəni  və  başqa  rəiyyətlər  on  min  tümən 

cəriməyə  və  tərcüman  vergisinə*  məruz  qaldılar,  yığılan  vəsait 

qorçilərin və saray mülazimlərinin maaşı kimi ödənildi. O vilayətin 

işlərinə  də  istənilən  kimi  əncam  edildi.  Onlar  oradan  çıxıb  gözəl 

Şiraz  məskəninə  (xotte)  gəldilər,  Fars  [vilayətinin]  işlərini 

tənzimlədilər və oradan əyinlərinə mülazimlik ehramları geyib köç-

köç ali saraya rəvan oldular, Qəzvin darüssəltənəsində nəvvab şahın 

ayağını öpməklə şərəfləndilər. 

 

BU İL BAŞ VERƏN MÜXTƏLİF HADİSƏLƏRİN BƏYANI 

 

Bu  il  baş  vermiş  haisələrdən  [biri]  Kəcur  və  Rüstəmdar 



hakimi Məlik Cahangir Rüstəmdari ibn Məlik Sultan Məhəmmədin 

fərar  etməsidir.  Onun  atası  Məlik  Sultan  Mahmud  (Mahmud  yox, 

Məhəmməd  olmalıdır  -  Ş.F.)  din  və  dövlət  işlərində  olduqca  süst 

etiqadlı adam idi, bəlkə də onda  allahsızlıq (əlhad) daha  güclü idi. 

Cənnətməkan şahın dövründə ondan şəriət qanununa xilaf olan bəzi 

əməllər zahir oldu, o cümlədən o, öz bacısı qızını öz oğluna namizəd 

etdiyi halda tamahkarlıq edib qızı özünə aldı, uzun  müddət onunla 

yaşadı.  [Məlik  Mahmudun]  vəfatından  sonra  onun  oğlu  Məlik 

Cahangir  atasının  bu  arvadını  aldı.  Ondan  və  onun  adamlarından 

belə  qəbahətli  əməllər  tez-tez  baş  verdiyi  üçün  onların  ölkəsində 

oruc tutma (sovm), namaz qılma və dua oxumaq (sələvat) kimi işlər 

yoxa  çıxmışdı  (məfqud).  Buna  görə  də  cənnətməkan  şah  ona 

iltifatsızlıq  məqamında  oldu,  Nədrxanın  oğlu  İmamqulu  xan 

Ustaclını  çoxlu  əsgərlə  onun  dəf  olunması  üçün  yolladı.  Məlik 

Cahangir  ona  qarşı  xəyanət  və  amansızlıq  etdi,  güya  öz  itaətini 

bildirdi,  xəlvəti  görüşmək  istədi.  O  sadəlövh  türk  də  buna  razılıq 

verdi,  vədələşdiyi  yerə  getdi,  görüşdü  və  onun  adamlarının  əli  ilə 


846 

 

öldürüldü,  əsgərlərsə  orada  qala  bilməyərək  dağılışdılar.  Bu  xəbər 



cənnətməkan  şaha  çatdıqda  onun  üzərinə  bir  də  ləşkər  göndərmək 

istədi,  amma  İlahi  qəzavü-qədərin  istəyi  ilə  hümayun  zata  xəstəlik 

üz verdi, zəifləşdi və buna görə də onun xəstəliyi (nəqahət) uzanmış 

oldu. Ortaya başqa işlər çıxdığından, cənnətməkan şah iki il həmin 

işə baş qoşmadı. Sonra, onun bir də tənbeh olunması və cəzalanması 

üçün  Sultan  Heydərçilərin  əzəmətli  adamlarından  olan  Murad  xan 

Ustaclunu bu işin yerinə yetirilməsinə namizəd etdi. 

Murad  xan  oraya  yollandı.  Məlik  Cahangiri  Kəcur 

qalasında  mühasirəyə  aldı,  qalatutma  ləvazimatı  hazırladı  və  ona 

dörd ay vaxt sərf etdi. Qalanın fəthi yaxınlaşan vaxt Allahın təqdiri 

ilə  cənnətməkan  şahın  vəfatı  hadisəsi  baş  verdi.  Qala  ayağından 

çıxan  Murad  xan  Gilana  -  Pirə  Məhəmməd  xanın  yanına  getdi  və 

orada  İsmayıl Mirzənin əmri ilə kor edildi (məkhul).  İskəndər şanlı 

nəvvabın zamanında elə bir çaxnaşma (şureş) və fitnə-fəsad başlandı 

ki, bu güclü qızılbaş dövlətinin bircə nəfər dövlət başçısı da  Məlik 

Sultan  Məhəmmədlə  maraqlanmadı  və  o,  ali  hümayun  şahın 

cülusunun əvvəllərində axirət evinə səfərə yollandı. Oğlu olan Məlik 

Cahangir Nur hakimi Məlik Əzizin Cahangir adlı oğlu ilə, yuxarıda 

yazıldığı  kimi,  Lar  yaylağından  çıxaraq,  Allahın  hidayəti  ilə  ali 

saraya gəldi və hümayun məiyyət ilə İraqa yollandı. Nəvvab şah öz 

himmət kəməndini sərhəd  yerlərin ələ keçirilməsi üçün atdığından, 

Gilanları  (Gilanat  -  yəni  Biyəpəs  və  Biyəpiş  Gilanları  -  Ş.F.)  artıq 

almışdı.  Nurun  məlikzadəsi  bu  işdən  xəbər  tutaraq  öz  irsi  mülkü 

hakimliyindən əl çəkdi və xahiş etdi ki, ona qoy İraqda məskən yeri 

və  maaş  təyin  olunsun.  [Buna    görə  də]  ona  Savədə  yer  verdilər. 

Amma,  Kəcur  məlikzadəsi  olduqca  divanə  və  sərxoş  bir  adam  idi. 

Nəvvab şah bəzi məsləhətlər verməklə ona şəfəqqət və iltifat etdi. 

 

Kəcur hakimi Məlik Cahangirin fərar etməsi: 

 

Məlik  Cahangir  şahın  xüsusi  məclisinin  dostu  (ənis)  və 



xüsusi  qonaqlıqlarının  iştirakçısı  (hərif)  oldu,  şah  Kəcur  vilayətini 

fərmanla ona verdi. 

Bu vaxt Fərhad xan və etimadüddövlə Ərəbistan səfərindən 

qayıdaraq  gəlib  Qəzvinə  çatdılar.  Məlik  Cahangir  bərk  qorxuya 

düşdü.  Ordu  əyanları  etimadüddövlə  və  Fərhad  xanı  qarşılamağa 

yollandıqda, o, müxalifət və üsyan fikri ilə şahın ona bağışladığı tazı 

ata  suvar  olub,  onları  istiqbal  etmək  bəhanəsi  ilə  Kəcur  və 


847 

 

Rüstəmdar  yolunu önə tutdu, Kəcura gedəndən azacıq sonra Məlik 



Cahangirin  fərar  etməsi  xəbəri  eşidildi  və  bir  dəstə  əsgər  onun 

ardınca  göndərildi,  amma  gedib  çata  bilmədilər.  Məlik  Cahangir 

Kəcura  getdi,  üsyandan  dəm  vurub  qalaya  sığındı.  [Bu  zaman] 

əzəmətli  qorçilər  qorçibaşının  sərkərdəliyi  ilə  onun  qalasını  fəth 

etməyə  təyin  olunub  oraya  getdilər  və  onu  tutdular,  ülkası  şah 

məmləkətlərinə əlavə olundu ki, bu haqda öz  məqamında  məlumat 

veriləcəkdir. 

Bu  ildə  baş  verən  hadisələrdən  biri  də  rus  elçilərinin 

gəlişidir. Onlar rus padşahı tərəfindən şahın yanına gələrək, layiqli 

töhfə  və  hədiyyələr  gətirdilər.  Elçi  bir  mötəbər  rus  əmiri  idi.  [Rus 

dövləti]  məhəbbətamiz  bir  məktub  yazaraq  çoxlu  məsələlərdən 

söhbət  açmışdı.  Əlahəzrət  zilləllah  şah  elçinin  qədəmini  alqışladı, 

kafər olsa belə qonağa

592


 ehtiram göstərdi. 

Bu  il  Rum  padşahı  Sultan  Murad  ibn  Sultan  Səlim  ibn 

Sultan  Süleyman  axirət  səfərinə  yollandı  və  min  üçüncü  ilin 

cəmadüləvvəl ayının dördündə (miladi 1595, 15 yanvar) köç təbilini 

döydü.  O,  it  ilində,  doqquz  yüz  həştad  ikinci  ildə  (miladi  1574) 

padşah olub, iyirmi bir il hökmdarlıq etdi. Onun zamanında bir çox 

məmləkət 

rumiyyə 


tərəfindən 

fəth 


olundu. 

Ale-Osman 

padşahlarından özünün şövkəti, əzəməti və müstəqilliyi baxımından 

üstün  idi,  amma  hakimiyyəti  zamanı  ondn  bəzi  layiq  olmayan  işlər 

göründü. 

Əvvəla,  sultanlara  layiq  olmayan  əhd-peymanı  pozdu, 

cənnətməkan şah və atası Sultan Süleyman arasındakı qüvvədə olan 

sazişi  sındırdı  ki,  bu  haqda  birinci  səhifədə  məlumat  verilmişdir. 

Nəticədə,  aram  aləminə  fitnə  və  çaxnaşma  salıb,  müsəlmanların 

rahatlığını pozdu. 

İkincisi,  heç  vaxt  baş  verməyən  müsəlman  qız-qadınının 

əsir götürülmələridir ki, islam sultanlarından heç bir şöhrətli palşah 

belə alçaq iş görməmişdir. Onun hakimiyyəti  vaxtı məlum oldu ki, 

Azərbaycan  və  Şirvanda  müsəlmanların  çoxlu  qadın  və  qızı  əsir 

tutularaq kafər (gebr),  yəhudi  və xristanlara satıldı. Belə ki, [fətta] 

seyidlərin əsir qadınlarını da (zürriyyət) satışa çıxartdılar  və bu pis 

əməl  (fele-məzmum)  Rumdan  Mavərənnəhrə  də  siyərət  etdi. 

Abdulla  xan  və  oğlu  da  Xorasanda  həmin  işi  etdilər.  Bu qəbahətli 

əməl  onun  zamanında  sultanlar  arasında  yayıldı.  Məhz  bu  Rum 

                                                           

592

 İfadənin ərəbcəsi: "Əkramu-d-dayfə və lan kənə kəfirən". 



848 

 

sultanı  belə  iyrənc  işi  etdi  və  buna  görə  də  əməli  onu  üqba  evinə 



apardı.  Nəticədə,  onun  övladı  da  belə  alçaq  işə  giriftar  oldu  və 

ruzigar onlardan intiqam aldı. Əlahəzrət zilləllah şahın cahanı tutan 

qılıncından  qopan  qığılcımlar  onların  zülm  və  düşmənçiliyini 

(ədvan) ədalət nuru ilə işıqlandırdı, onlar tərəfindən tutulan şəhərlər 

uğurla geri alındı, onların dövründə baş  vermiş hadisələrə beləliklə 

Allaha şükür ki

593

, xitam verildi. 



Sözün qısası, Sultan Murad xandan iyirmi oğul və bir neçə 

qız qaldı. Böyük oğlu Sultan Məhəmməd Səncəqdə, başqa övladları 

isə  İstanbulda  padşahlıq  sarayında  idilər.  Vəfatından  sonra  onun 

cəsədini  on  gün  buz  içində,  saraydan  kənarda  saxladılar. 

Bostançıbaşının  səyi  ilə  hərəmxanada  olduqca  əzəmətli,  möhtərəm 

və  sahib-ixtiyar  olan  anası  Sultan  Məhəmmədxanın  yanına  adam 

yolladı və o, on birinci gün Səncəqdən İstanbula gəldi, naməlum bir 

qapıdan  (dərgah)  keçib  padşahlıq  sarayına  daxil  oldu.  Ertəsi  gün 

padşahın dəfninə başladılar. Onun dəfnindən sonra on bir oğluna elə 

həmin  gecə  şəhadət  şərbəti  içirərək  boğdular,  həlak  etdilər  və 

onların  hamısı  həmin  ayın  on  yeddisində  atalarının  yanında  dəfn 

olundu. 


 

HİCRİ TARİXİYLƏ TÜRKCƏ QOYUN İLİNƏ BƏRABƏR 

OLAN XOŞBƏXT FALLI MİN DÖRDÜNCÜ İLDƏ (MİLADİ 

1595/96) - ƏLAHƏZRƏT HÜMAYUN ŞAHIN CÜLUSUNUN 

DOQQUZUNCU İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏR 

 

Elə ki, işıqlı novruz göründü,  



Hər qaranlıq gecə gündüzə döndü.  

Hər yanda Xosrov ki, deyirlər ona,   

Fərəhlə əyləşdi həməl taxtına.  

Aləmi bəzədi yenə gələrək  

Dünya məşşatəsi yarın hüsnü tək.  

Elə ki, göründü hər tərəfdə gül,  

Nəğmə qoşdu ona şövq ilə bülbül.

594


 

                                                           

593

 İfadənin ərəbcəsi: "əl-həmdu-l-lahi alə zəlikə". 



594

 Beytlərin farscası: 

Novruz ço gəşt aləməfruz 

Tarike-şəbe-zəmane şod ruz.  

Keyxosrove-in çəhar eyvan  

Bər təxte-həməl neşəst şadan.  



849 

 

 



Bu cahanı bəzəyən ilin novruzu bu ilin rəcəb ayının onuna 

(10 mart) təsadüf etdi. Dördüncü fələyin ulduzları və günəşi həməlin 

şadlıq taxtını (ovrəng) öz işıqlarına qərq etdi, bahar nəsimi çəmənin 

cürbəcür güllərini (rəyahin) oxşamağa başladı. Əlahəzrət zilləlah şah 

Qəzvin darüssəltənəsində və cənnət ayinli dövlətxananın Çehelsütun 

qəsrində  xosrovanə  məclis  və  padşahanə  bayram  bəzədi.  Xarəzm 

padşahı  Hacı  Məhəmməd  xan,  Şahican  Mərvinin  valisi 

Nurməhəmməd  xan,    Ərəbistan    valisi  Seyid  Mübarəkin    oğlu,  

Gürcüstan sultanzadələri, rus elçiləri  və başqa  yerlərin sultanları  və 

sultanzadələri  [o  zaman]  ali  sarayda  idilər.  Onlar  behişt  ayinli 

məclisə  dəvət  olundular,  ilin  və  novruzun  gəlişini  təbrik  etməkdən 

ötrü  bir  neçə  gün  eyş  və  şadyanalıqla  məşğul  oldular.  Şəhərin 

bazarlarını  bəzədilər,  Səadətabad  meydanında  çovkan  və  qəbəq 

atmaq  oyunlarını  nümayiş  etdirdilər.  Bütün  əhali  on-on  iki  gündə 

seyr, söhbət  və istirahət etdilər. Nişat və şadyanalıq [günləri] bitdi. 

Nişat və bayram məclislərinin bitməsindən sonra, Xorasanın böyük 

vilayətlərini işğal etmiş özbək hökmranlığı (təsəllot) zamanı onların 

soyğunçuları  (yəğmayi)  və  hərcayi  almançıları  qəddarlıqla 

(bietedalane) məmləkətlərin əhalisinə hücum edirdilər. 

 

Fərhad xanın Xorasana getməyi: 

 

Onlar  Xorasandan  İraq  yaxınlığına  qədərki  yerləri 



darmadağın  etdilər.  Qarşıya  çıxan  cürbəcür  böyük  işlər  isə 

özbəklərin şərini dəf etməyə imkan  vermirdi. Bu il cahanı bəzəyən 

rəy belə oldu ki, hal-hazırda bu dövlətin ali qədirli əmirlərindən olan 

və  şahanə  tərbiyət  əsasında  yüksək  məqama  sahiblənən,  etibar  və 

iqtidarının avazı yaxın-uzaq hər yerdə yayılan Fərhad xanı Xorasan 

şəhərinə göndərsin ki, o, mülkü dağıdanların önündə möhkəm sədd 

kimi dayansın, özbək dəstələrinin şərini dəf etməklə  məşğul olsun, 

əgər özbəklərin əlləri yenə də başqa məmləkətlərə uzanarsa, onların 

fitnə  atəşini  kəskin  qılıncı  ilə  söndürsün.  Fərhad  xan  uğurlu  bir 

saatda bu xidmətə layiq görüldü. Onun sabiq ülkasına Xar, Semnan, 

                                                                                                               

Arast zəmane-ra degər bar  

Məşşateye dəhr çon roxe-yar.  

Əz bəhre-qodume-şahede-qol  

Şod nəğmesəray sövqe-bolbol. 


850 

 

Damğan,  Bəstam,  Firuzguh,  Biyaremənd  və  Hezarcərib  də  əlavə 



olundu.  Keçən  il  talan  məqsədiylə  gələn  özbəklərin  dəf  olunması 

zamanı  igidlik  və  mərdanəlik  göstərməyən  Damğan  və  Bəstam 

hakimi  Fərrux  xan  Pornakı  vəzifədən  kənar  edərək,  onun  qoşun  və 

ləşkərini  Fərhad  xana  təslim  etdilər.  [Həmçinin]  Xorasanın  bütün 

işlərinin  din  və  dövlətin  məsləhəti  ilə  tənzimlənməsindən  ötrü 

iqtidar qundağını (qəbze) onun əlinə verdilər. 

Fərhad  xan  şahm  inayətlərinə  qərq  olub,  müqəddəs 

məiyyətdən 

ayrıldı, 

həmin 


səmtə 

rəvan 


oldu. 

Onun 


göndərilməsindən  sonra  rus  elçilərinə  qayıdış  rüxsəti  verildi  və 

onlara  layiqli  ənamlar  təqdim  olundu.  Türkmən  qorçisi  İmamqulu 

bəy  Pakizəni  rus  padşahına  elçi  təyin  edib,  onu  ləyaqətli  töfhə  və 

hədiyyələrlə  rus  elçilərinə  həmrah  etdilər.  Onlar  Gilanda  gəmiyə 

oturub dərya yoluyla rəvan oldular. 

Novruzdan üç ay keçdi. Fərhad xan Firuzkuh yaylaqlarında 

olarkən Əhdülmömin xanın Xorasana gəlməsi xəbəri yayıldı. Xəbər 

aparanların (monhiyan) sözlərindən və Fərhad xanın məktublarından 

məlum  oldu  ki,  Əbdülmömin  xan  özbək  dəstələri  ilə,  Mirzə 

Məhəmməd  Sultan  və  bayat  camaatının  əlində  olan  Əsfərayin 

qalasını  mühasirəyə  almış  və  hazırda  böyük  cidd-cəhd  ilə  oranı 

tutmağa çalışır. 

Buna  görə  də,  əlahəzrət  zilləllah  şah  tez-tələsik  Xorasana 

yürüş üçün ləşkər çağırışına əmr etdi. 



 

ZƏFƏR AYƏLİ ORDUNUN XORASANA HÜCUMU, 

ƏBDÜLMÖMİN XANIN MÜZƏFFƏR MƏİYYƏTİN  

YÜRÜŞÜ NƏTİCƏSİNDƏ ƏSFƏRAYİN VƏ SƏBZVAR 

QALALARINDAN FƏRAR ETMƏSİNİN ZİKRİ 

 

Xorasana  yürüş  qərarından  sonra  şah  bir  ayadək  ləşkər 

toplanışından  ötrü  Qəzvin  darüssəltənəsində  gözlədi.  Bir  aydan 

sonra isə hümayun pişxanə şəhərdən çıxdı, Zülfüqar xan dörd  min 

nəfərlik  Azərbaycan  ləşkəri  ilə  gəlib  hümayun  məiyyətə  qoşuldu. 

Xorasan  tərəfdən  ard-ardınca  adamlar  gələrək  belə  xəbərlər 

gətirdilər  ki,  Əbdülmömin  xan  Əsfərayin  qalasında  mühasirədə 

qalanların işlərini pis hala salmışdır, əgər hümayun məiyyət bir neçə 

gün  ərzində  köməyə  gəlməzsə,  qalanın  özbəklərin  əlinə  keçmə 

qorxusu  vardır.  Əlahəzrət  zilləllah  şah  məcbur  olub  müzəffər 

əskərlərin toplanmalarını gözləmədən ali sarayda olan bir neçə əmir, 


851 

 

qorçi,  qulam  və  başqa  qələbə  nişanlı  əskərlərlə  atının  cilovunu 



Xorasana  döndərdi  və  səltənət  paytaxtından  çıxdı.  O,  köç-köç 

gələrək  Firuzkuh  yaylağına  çatdı.  Orada  Fərhad  xan  münəzzəm 

qoşunla  gəlib  hümayun  məiyyətə  qoşuldu.  Şah  Damğanın  "Əli 

bulağı"  yolu  ilə  Bəstam  çəməninə  yetişdi,  həmin  ürəkaçan 

meydanda  dayandı.  Müzəffər  ləşkərin  rəsmi-keçidi  üçün  Bəstam 

çəmənində  üç  gün  qaldı.  Hümayun  məiyyətin

 

qarşısında  dayanan 



əskərlərin sayı iyirmi  min nəfərə çatdı. Əbdülmömin xanın əvvəlki 

kimi  cah-cəlallı  şahın  gəlişini  eşidib  fərar  etməməsindən  və 

tərəflərin  qarşılaşmalarından  ötrü  xana  məktub  yazıldı.  Məzmunu 

belədir: "O ali nəsilli xanzadə artıq bir neçə dəfədir ki, Xorasanı və 

o hüduddakı məmləkətləri tutmaq diləyi ilə gəlmişdir. O, rəiyyəti və 

əlsiz-ayaqsız adamları öz atlarının ayaqları altında əzmiş, qətl-qarətə 

başlamışdır. Hümayun ordu Xorasana gələn kimi o, qarşıya çıxmır, 

fərardan ar etmir və hərb etmədən çıxıb gedir. Bu il humayun şaha 

xəbər  gəldi  ki,  o  cənab  özbək  döyüşçüləri  ilə  Əsfərayinə  gəlib 

oranın  qalasını  tutmağa  yollanmışdır.  Biz,  onunla  görüş  arzusu  ilə 

müzəffər  əsgərlərin  toplanışını  gözləmədən,  saraydakı  azacıq 

adamla  döyüş  əzmi  ilə  gəlib  Bəstama  çatmışıq  və  kamkar  xanla 

döyüş  intizarındayıq.  Mərdanəliyin  qanun-qaydası  belədir  ki,  ali 

nəsilli  o  xan  bu  dəfə  fərarı  özünə  ar  bilib  qaçmasın,  səbat  ayağını 

yerə  dirəsin,  döyüş  meydanına  igidliklə  qədəm  bassın  ki,  İlahinin 

istəyi  ilə  nə  olacaqsa-olsun,  Allah  bəndələri  hər  iki  tərəfin  gediş-

gəlişlərindən dəyən ziyandan qurtulsun". 

Məktubu  çekəni  tayfasından  olan  Qütbəddin  ağa  adlı  bir 

şəxs  apardı,  onun  ardınca  isə  döyüşkən  hümayun  ordu  coşaraq 

hərəkətə  gəldi.  Onların  qala  ayağına  çatmalarına  yeddi  mənzil 

qalmışdı ki, Əsfərayin hakiminə belə [əmr] çatdırdılar: "Qoy çalışıb 

qalanı yeddi gün də əldə saxlasınlar ki, biz gəlib çatmaqdayıq!". 

Qütbəddin  ağa  Əbdülmömin  xan  ordusuna  yetişib  əmirlər 

vasitəsilə  məktubu  xana  çatdırdı.  [Məktubu  oxuyan]  xanın  qeyrət 

atəşi şölələndi və boş-boş danışmağa başladı. 

Amma, özbək qoşununa bərk təşviş və iztirab üz vermişdi, 

çünki  onlara  hələlik  hümayun  ordunun  gəlişi  xəbən  gəlib-

çatmadığından  elə  güman  etdilər  ki,  məkrub  saxtadır  və  bu  iş 

sərhəddə  olan  Fərhad  xanın  hoqqasıdır,  o,  belə  hərəkət  etməklə 

ləşkəri  qaladan  uzaqdaşdırmaq  istəyir.  Özbəklər  Qütbəddin  ağanı 

yalan danışmaqda töhmətləndirib qətlə yetirdilər. 


852 

 

Amma,  Əbdülmömin  xan  iztirab  şəbəkəsinə  düşüb 



tərəddüd  etməkdəydi.  [Düşünürdü  ki,]  əgər  bu  xəbər  həqiqi  olarsa 

gərək  şahın  qarşısına  çıxıb  döyüşsün,  yaxud  mühasirədən  əl  çəkib 

özünü  bir  guşəyə  çəksin.  Özbək  əmirləri  və  atalıqları,  xüsusilə 

Əbdülmömin  xanın  əzəmətli  əmiri,  dövlətin  olduqca  mötəbər  və  

etibarlı  adamı olan Şahməhəmməd İləçiyan ikinci yolu seçdi, çünki 

qorxurdu ki, Abdulla xanın yanındakı əmirlər buna etiraz edərlər, o 

isə qarşılaşmağa və hərb etməyə razı deyildi. Nəhayət, belə məsləhət 

gördülər  ki,  etibarlı  bir  adamı  bu  məsələni  öyrənməkdən  ötrü 

göndərsinlər,  özləri  isə  əvvəl  olduğu  kimi  qalanı  əllərində 

saxlasınlar və xəbər [ətraflı] öyrəniləndən sonra vaxtın tələbinə görə 

hərəkət  etsinlər.  Əzəmətli  əmirlərindən  bir  neçəsini,  o  cümlədən 

Məhəmmədqulu  Durməni,  Bədəxşan  hakimi  Canməhəmməd 

Qarovulu, Nisa və Əbivərd hakimi "Seyinc Türkman" adı ilə məşhur 

olan  Sevinc  Məhəmmədi  üç  yüz  nəfər  təcrübəli  və  döyüşkən 

bahadırla  Bəstama  tərəf  göndərdilər  ki,  qızılbaş  ordusunun 

yaxınlığına  qədər  gedib  öyrənsinlər  və  düzgün  (cəzm)  xəbər 

gətirsinlər. 

Onlar 


özbək 

döyüşçülərini 

qalanın 

fəthinə 


rəğbətləndirərək, tam cidd-cəhdlə qalatutma ləvazimatı hazırlamağa 

başladılar.  Qala  əhalisi  təşvişə  düşdü.  Şahın  cah-cəlal    ordusunun 

gəlişi və  Bəstam çəmənində dayanması xəbəri Məhəmməd Sultana 

və  mühasirədə olanlara  gəlib çatdığı üçün bir nəfəri çölə  göndərib, 

bir  həftə  möhlət  istədilər  ki,  [qızılbaşlar]  hərb  etməkdən  və  top 

atmaqdan  əl  çəksinlər,  qala  əhli  öz  işlərini  səhmana  salsın  və  bir 

həftədən  sonra  çıxıb  qalanı  təhvil  versinlər.  Özbəklər  bu  təkliflə 

razılaşaraq günlərini sayırdılar. 

Amma,  müzəffər  şah  ordusu  ləşkərə  baxış  (san) 

keçiriləndən  üç  gün  sonra  Bəstamdan  çıxıb  Cəngməğz  yoluyla 

hərəkətə  gəldi.  Qərara  aldılar  ki,  Fərhad  xan  və  Zülfüqar  xan 

müzəffər ləşkərin öncülləri kimi yarım fərsəx irəli getsinlər. Üçüncü 

gün hümayun şahın pişxanəsi Cacərmə çatdıqda fərraş şagirdləri çay 

kənarında  onlara  xeymə  və  otaq  qurmaqla  məşğul  oldular.  Xəbər 

tutmağa  gələn  özbək  əmirləri  gecə  Cacərm  çayının  başında 

dayandılar,  sübh  oradan  atlanıb  ehtiyat  üçün  köhnə  yolla 

getməyərək,  dağın  ətəyi  ilə  iki  fərsəx  irəliləmişdilər  ki,  [qızılbaş] 

qoşununun  qaldırdığı  tozanaq  uzaqdan  göründü.  Onlar  Cacərmə 

gəlmək üçün sıralanıb köhnə  yolla gedirdilər.  Geri dönən özbəklər 

artıq qurulmuş olan bir neçə xeymə və otaq gördülər. Özbəklər irəli 

göndərilən  qızılbaşların  önünə  çıxıb,  onların  yeddi-səkkiz  adamını 


853 

 

dil  (zəbangiri)  götürdülər.  Geri  qayıtmaqdaydılar  ki,  bəzi  çərxçi 



əmirlərinin  mülazimlərinin  qalanın  və  bağların  arxasından  onları 

müşahidə  etdiklərini  gördülər.  Bu  mülazimlərin  sayının 

çoxluğundan  qorxmayıb  hücuma  keçdilər  və  qazilərlə  cəngə 

başladılar. Qızılbaş ləşkərinin çərxçiləri saatbasaat dəstə-dəstə gəlib 

çatır, hərb meydanı daha da qızışırdı. Qızılbaş əskərlərinin get-gedə 

çoxaldığını  görən  özbəklər,  daha  orada  qalmağı  məsləhət 

bilməyərək, cəngdən aralanmağı qərara alıb istədilər ki, bu xətərdən 

özlərini    qurtarsınlar.    İrəlidə  gələn  qoşunla  həmrah    olan  qızılbaş 

qaziləri  və  onların  qulluqçuları  ürəklənib  hücüma  keçdilər,  onlann 

hər  biri  bir  özbəklə  əlbəyaxa  oldu.  Sözün  qısası,      özbəklər   

məğlubiyyətə   uğradılar.   Onlar   tutmuş olduqları bir neçə nəfər 

ordu  adamını  əllərindən  çıxardılar,  çünki  öz  haylarına  qaldıqları 

üçün  onları  öldürməyə  imkan  tapa  bilməmişdilər.    Səhrada 

çaxnaşmaya  düşən  özbəklər  dağa  tərəf  üz  tutdular.  Qızılbaş 

ləşkərinin mübarizləri isə təqibdən qalmayıb, onların sərdarlarından 

Məhəmmədqulu  Durməni  və  Sevinc  Türkmanı  diri  halda  əsir 

götürdülər.  Bədəxşan  hakimi  Canməhəmməd  Qarovul  "Tərakəmə 

şallağı"  ("Tərakəmə  sollağ")  adıyla  məşhur  olan  Ulıtq  xanın  əliylə 

tutulub  qətl  olundu.  Döyüşdə  özbəklərin  əksəriyyəti  öldürüldü, 

osirbri  isə  hümayun  orduya  gətirib,  baş  verənləri  ərz  etdilər.  Belə 

vəziyyətin fəth və zəfərin başlanğıcı olduğunu bilən kamyab nəvvab 

ali  orduya  gələrək,  əsirlərin  birini  elə  həmin  gecə  azad  etdi, 

qarovulların əllərindən sağ-salamat qurtulmaq üçün ona bir adam da 

qoşdular  ki,  Əsfərayinə  gedib,  Əbdülmömin  xana  iqbal  ordusunun 

gəlişini və onlarla döyüşə amadə olmasını bildirsinlər. Həmin gecə 

oradan çıxaraq, səkkiz fərsəx yol olan Səthu kəndinə qədər getdilər. 

Belə qərara gəldilər ki, Əsfərayinlə dörd fərsəxlik yol olan Eyrə və 

Fərimana  çatsınlar,  üçüncü  günün  sabahı  isə  özbək  döyüşüləri  ilə 

döyüşmək üçün atlara süvar olsunlar, qeyb qüvvələrinin köməyi ilə 

Əsfərayinə  çataraq,  iqbal  gücüylə  döyüş  səfi  bəzəsinlər.  Eyrə  və 

Fərimanda müzəffər ordunun çadırları quruldu. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin