AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə83/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   79   80   81   82   83   84   85   86   ...   96

 

Şer 

 

Əgər düşmən verə badə, ya da dost,  

Onun mərdanə qaşları çatdmaz.

596


 

 

Beytinə  çatdıqda  şahın  müqəddəs  məzacı  duruldu,  belə  [gözəl]  bir 



məddahlıq  və  beytin  məzmunu  onun  alovlu  (vəqqad)  təbini  

coşdurdu, mövlanaya qarşı şahın xislət bəhrinin alicənablığı (hemət) 

dalğalandı, əmr etdi ki, tərəzinin bir gözünə çoxlu zər, o biri gözünə 

isə  mövlananı  qoyub  həmin  miqdar  pul  bu  beytə  görə  ona  əta 

olunsun.  Bu  hadisədən  dövrün  başqa  şairləri  də  ümidvar  olub, 

onların  hamısı  cahan  şəhriyarını  bu  məzmunda  şerlə  mədh  etməyə 

başladılar: 

 

Beyt 



 

Yol torpağına bərabərdi bir şair,  

Qaldırdın onu, zərə bərabər elədin.

597


 

 

Amma,  şair  tayfası  kin  [həqd]  və  həsəd  sahiblərinin  ən 



üstünü  olduğu  üçün,  [Mövlana  Şəninin]  bu  yüksək  mükafata  layiq 

görülməsinə  görə,  başqa  şairlərin  ürəklərində  ona  kin  yarandı.  Bu 

məsələ  uzun  müddət  nifaq  məclislərində  söhbət  mövzusu  oldu. 

Zarafatcıl (həzzal) və şirin kəlam bir adam olan və məzhəkə tərzində 

                                                           

596


 Beytin farscası: 

Əgər doşmən keşəd sağər və gər dust  

Be taqe-əbruye-mərdaneye-ust. 

597


 Beytin farscası: 

Şaer ke bexake-rəh bərabər şode bud,  

Bərdaşti-yo be zər bərabər kərdi. 


864 

 

zarafatyana  şerlər  yazan  Mövlana  Həsən  Vəhməddin  Qum  vəziri 



üçün yazdığı bir qitəsinin bir beytində belə demişdir: 

 

Şer 



 

Həsəne-Vəhme-din, bu müflis kəs,  

Şahı da zərlə öldürər, Şəni.

598


 

 

Amma, [əlbəttə] onun bu şeri padşaha ərz olunmadı. 



İri bədənli  və uca boylu adam olan  Mövlana Əczi  Təbrizi 

qəzəl deməkdə özünü bənzərsiz şair  sayırdı. O, iki-üç aşiqanə beyt 

yazıb, Mövlana Əli Rza Xosnevisin vasitəsilə bir neçə gün hümayun 

məclisə  ayaq  açdı.  O,  zarafatla,  lakin  ədəbsiz  sözlərlə  (gostaxane) 

yazdığı  misralarını  ürək  edib  məclisdə  oxuyurdu.  Buna  görə  də, 

[mövlana]  izzət  büsatından  uzaqlaşdırıldı  və  şah  məclisinə  gəlmək 

səadətindən  məhrum  oldu.  Bir  gün  Qəzvin  tövləsi  meydanında 

Mövlana Şəniyə zər  verilməsi barədə söhbət düşdü. Mövlana Əczi 

ədəbsizcəsinə  dedi:  "Niyə  elə  padşah  iltifatı  mənə  nəsib  olmur?". 

Əlahəzrət  zilləllah  şah  zarafatla  (motayebe)  buyurdu:  "Biz  tövlədə 

olduğumuz  üçün,  əgər  məsləhət  görülsə  sizi  peyinlə  (sərgin) 

mükafatlandırarıq".  Müqəddəs  məclisdə  olanlar  gülüşdülər  və  bu 

mükalimə  uzun  müddət  dillər  əzbəri  oldu.  Söz  düzəldən  şairlər  və 

hazırcavab  (noktepərdaz)  zarafatcıl  adamlar  bu  söhbəti  bəzəyərək 

məclislərdə hallandırdılar, bundan sonra Mövlana Şənidən əl çəkildi 

və Mövlana Əczidən danışmağa başladılar. 



 

İSGƏNDƏR ŞANLI NƏVVABIN BAŞINA GƏLƏN 

QAÇILMAZ HADİSƏNİN ZİKRİ 

 

Bu il, hümayun yürüş Əsfərayinə tərəf başladıqda hümayun 

Qəzvin dövlətxanasında İsgəndər şanlı nəvvab xəstələndi və xəstəlik 

ishala  səbəb  oldu.  Əcəl  gəlib  yetişdiyi  üçün  təbiblərin  (hokəma) 

müalicələrinin  faydası  olmadı  və  o,  mərhəmətli  (ğəfur)  Allahın 

rəhmətinə qovuşdu, təzimə layiq pak İmamzadə Hüseyn astanasında 

dəfn  olundu.  Oradansa  onun  vücudu  ətəbate-aliyyata,  yəni 

                                                           

598

 Beytin farscası: 



Həsəne-Vəhme-din, çenin mofles  

Padşəh mikoşəd bezər, Şəni. 



865 

 

müqəddəs  şəxslərin  məzargahına  [İraqda  yerləşən  imamların 



məzarlarının yanına -Ş.F.] aparıldı. Biz Allaha məxsusuq və ona da 

qayıdacağıq.

599

 

 



Şer 

 

Yüz il də yaşasan, bircə gün də şən

Bu xoş mülkdən gərək çıxıb gedəsən.

600


 

 

O      ali  moqamlı  padşahın  layiqli  vəsfi  barədə  birinci 



dəftərdə bir qədər yazıldığı üçün bu məqamda ənbər qoxyan qələm 

sözdən qaldı. 

 

HİCRİ TARİXLƏ TÜRKİCƏ MEYMUN İLİNİN - MİN 

BEŞİNCİ İLİN (MİLADİ 1596/97), ƏLAHƏZRƏT HÜMAYUN 

ŞAHIN SƏADƏTLİ CÜLUSUNUN HÜMAYUN FALLI 

ONUNCU İLİNİN BAŞLANMASI 

 

Bu il də oldu novruz ərzə sultan,  



Ətirləndi çəmən gül çoxluğundan.  

Bahar naz ilə bir də gəldi-yetdi,  

Qışın zülmü yenə yan oldu-getdi.  

Bu il də tapdı bağ-bostan təravət  

Və gülləndi, çiçəkləndi təbiət.

601


 

 

Bu xoşbəxt ilin aləmi bəzəyən novruzu rəcəb ayının iyirmi 



birinə  (10  mart),  düşənbə  gününə  təsadüf  etdi,  ürəkaçan  bahar 

qocalan və cavanları sevindirdi, təzə gəlinlər gəzintiyə çıxdılar, işrət 

və  şadkamlıq  məclislərini  bəzədilər.  Ətirli  güllərin  (rəyahin) 

                                                           

599

  İfadənin ərəbcəsi: "innənə li-l-ləhi və innənə ileyhi raciunə". 



600

  Beytin farscası: 

Əgər səd sal mani və-z yeki ruz,  

Bebayəd rəft əz in kaxe-deləfruz. 

601

 Beytlərin farscası: 



Ço şod novruz soltane-gitiaray,  

Çəmən şod əz rəyahin ənbərasay.  

Bəhare-aləmara çilvəgər gəşt,  

Əsase-zolme-dey zir-o zəbər gəşt.  

Təravət yaft əz nov bağ-o bostan,  

Şod əz lotfe-həva aləm golestan. 



866 

 

üzərindən  bahar  nəsimi  əsməyə  başladı,  bir  küncə  qapılıb-qalmış 



ürəyisınıq  adamlar  cahan  gülşənlərində  bülbüllər  kimi  nəğmə 

oxumağa başladılar. 

Əlahəzrət 

zilləllah 

şah 

əvvəlki 


kimi, 

Qəzvin 


darüssəltənəsinin  Çehelsütun  qəsrində  novruz  bayramı  şənliyinə 

başlayıb malikanə və xosrovanə məclis bəzədi, bir neçə gününü yeni 

ilin  mübarəkbadlığı  və  zəfərli  novruzun  qədəmini  o  bayram  eyş-

işrətinə  sərf  etdi.  Şənlik  əyyamı  bitdikdən  sonra  onun  hümayun 

ürəyində  Gilanın  və Qızılağacın seyirinə  getmək  və şikarla  məşğul 

olmaq  istəyi  baş  qaldırdı,  Qəzvin  darüssəltənəsindən  çıxdı.  O, 

əvvəlcə  Kuhdəm  yoluyla  Rəştə  təşrif  gətirdi,  sonra  isə  Fumən  və 

Kəskər  qiymətli  şəhriyarın  gəliş  məkanına  çevrildi.  Fumənin 

Əlyabad adlı yerində, qəribəlikləri və cazibəsi ilə yuxarıda məlumat 

verdiyimiz qaban (zəngul) ovuna başladı, sonra Qızılağac o taxt-tac 

sahibi üçün məclis bəzədi, bir neçə gününü dərya sahilində keçirtdi. 

Seyr və şikardan sonra Ərdəbil darülirşadına təşrif apardı, sultanül-

övliyanın  və  qiymətli  səfəvi  şeyxlərinin  məzarlarını  ziyarət  etdi, 

sonrasa  geri  qayıtdı,  Qəzvin  darüssəltənəsi  yenidən  o  ədalət  ayinli 

xosrovun iqamət məkanı oldu. 

 

PƏRVƏRDİGARIN KÖMƏYİ İLƏ BEHİŞTNİŞAN 



MAZANDARAN  VİLAYƏTİNİN FƏTHİ VƏ HƏMİN PAK 

VƏ TƏRAVƏTLİ DİYAR HAKİMLİYİNİN FƏRHAD XANA 

VERİLMƏSİNİN ZİKRİ 

 

Əlahəzrət  zilləllah  şahın  ana  babası  Mir  Abdulla  xanın 



övlad  və əcdadının irsi mülkü olan Təbəristan  vilayəti behişt-nişan 

Mazandarandan  ibarətdir.  Mir  Abdullanın  əsl-nəsəbi,  birinci 

səhifənin  əvvəlində  yazıldığı  kimi,  Təbəristandan  qılıncla  çıxıb  o 

məmləkətin  sahibi  olan  "Mirbozorg"  ləqəbli  Seyid  Qəvaməddinə 

çalır. Bu vaxt isə, o uca sülalənin kişi övladından bu irsi mülkü öz 

əlində saxlamağa layiq olan adam yox idi. O yaraşıqlı məkan irsən 

bu  səadətli  şəhriyara  layiq  olduğuna  baxmayaraq,  Seyid  Müzəffər 

Mürtəzayi,  Əlvənd  Div  və  Məlik  Bəhmən  Laricani  arasında 

bölüşdürülmüşdü.  Onlardan  tez-tez  Mirbozorg  sülaləsinə  qarşı 

ədəbsizlik və yedikləri çörəyi unutmaq əlamətləri baş verirdi. Hərəsi 

həmin  vilayətin  bir  yerini  özünə  götürüb,  saxtakarlıqla  əldə 

saxlamaqdaydı. Onlar ali divana ödənilməli olan bac və xəracdan da 

hərdən yayınırdılar  və onların hərəkətlərindən hiylə, yalan  və nifaq 


867 

 

əlamətləri  büruzə  çıxmaqdaydı.  [Buna  görə  də,]  o  ədalətli  şahın 



fikrinə həmişə həmin mülkün fəthi və o vilayətin onların əllərindən 

çıxarılması  gəlirdi.  Bu  il  cahanı  bəzəyən  şahın  fikri  o  camaatın 

saxtakarlıq  əllərini  həmin  irsi  mülkdən  uzaqlaşdırmağa  və  oranı 

məhrusə  məmləkətlərə  qatmağa  yönəldi.  Fərhad  xanın  xahişinə 

görə,  Mazandaran  vilayətinin  idarəsi  ona  tapşırıldı  və  o,  ləşkər  və 

qoşun  bəzəyib  məqsədinə  doğru  rəvan  oldu.  Əmirlər  və  sərdarlara 

istimalətnamələr  yollayan  Fərhad  xan  onların  hamısını  elliklə 

tabeçiliyə  dəvət  etdi.  Həmin  vilayətin  əhalisi,  xüsusilə  başında 

özbaşınalıq  sevdası  olan  Seyid  Müzəffər  qaibanə  şəkildə  öz 

tabeçiliyini  bildirirdisə  də,  amma  vəhşi  kimi,  Fərhad  xanın  yanına 

gəlməkdən  yayınır,  qətiyyən  ram  olmurdu.  Təkrar  yazışma  və  elçi 

gediş-gəlişindən  sonra  yağlı  dilləri  olan kəslər  görüşə  razı  oldular, 

Seyid  Müzəffər  və  başqa  sərdar  və  əyanlar  Fərhad  xanın  yanına 

gəldilər.  Xan  seyidə  çoxlu  təzim  etdi,  ehtiram  göstərdisə  də,  onun 

geri  qayıtmasına  razılıq  verməyib,  ali  saraya  getməyini  təklif  etdi. 

Seyid  Müzəffər  buna  bu  şərtlə  razı  oldu  ki,  qoy  Fərhad  xan  da 

onunla  birlikdə  gedib  şahdan  onun  təqsirinin  əfv  olunmasını  xahiş 

etsin,  Mazandaran  barədə  şahın  gövhərlər  səpən  dilindən  nə  kimi 

sözlər  çıxarsa,  ona  da  əməl  etsinlər.  Bu  təklifi  etməkdən  onun 

məqsədi,  nə  yolla  olur-olsun,  bac  və  xəracı  qəbul  etməklə 

Mazandaran işlərinə rəng verib, elə özü əvvəlki kimi orada hakim və 

hökmran olmaq idi. 

Vaxtın tələbinə görə, Fərhad xan onun xahişini qəbul etdi, 

seyidi  özü  ilə  götürüb  ali  saraya  gətirdi  və  seyid  Qəzvin 

darüssəltənəsində şahın yanında olmaqla şərəfləndi. Əlahəzrət, mülk 

və dövlətin  mənafeini nəzərə alıb zahirən onun barəsində bəzi xoş 

sözlər dedisə də, batinən səfəvi sülaləsi ilə üsyan  və küfranda olan 

və  Mirbozorg  ailəsinə  qarşı  ədəbsizlik  edən  bu  seyidə  qarşı  şahda 

lütfkarlıq yox idi. Seyid Müzəffər Fərhad xanın evində qalırdı. Xain 

adam  olduğundan  bərk  qorxu  içərisində  yaşayırdı.  Ona  çatdırdılar 

ki, zilləllah şahın uca himməti o mülkün bütün ərazisini çör-çöpdən 

təmizləmək, oranı özbaşına və saxtakarlıqla ələ keçirən adamlardan 

geri  almaqdır.  Seyid  zərurət  üzündən  hökümətdən  məyus  olub,  bu 

qərara  gəldi  ki,  bu  dəfə  Fərhad  xanla  Mazandarana  gedib,  oranın 

əhalisini  özünə  tabe  etsin,  oradan  öz  ailəsi  və  adamları    ilə    İraqa 

getsin,  ömrünün qalan hissəsini şahla razılıq şəraitində başa vursun. 

Amma [Əlvənd] Divin başında hökmranlıq sevdası elə yer tutmuşdu 

ki, ürəyinin sözünü eşidə bilmirdi. 



868 

 

Xülasə,  [Seyid  Müzəffər]  şahın  xidmətindən  mürəxxəs 



olub, Fərhad xanla birlikdə Mazandarana rəvan oldu. Cənab xan isə 

Mazandaranın  başqa  vəhşisifət  adamlarının  ürəklərini  ələ  almaq 

üçün seyidlə banş  mövqeyində durdu  və o,  yenə də xanın  yanında 

izzətli  və  möhtərəm  adam  sayıldı.  Onlar  Təbəristanın  qədim 

şəhərlərindən olan  və  Məlik Bəhmənin  əlində qalan Amel şəhərinə 

çatdıqda,  məlikin  mülazim  və  adamları  qalanı  möhkəmlədib, 

qaladarlıq  məqamında  durdular.  Fərhad  xan  qalatutma  işlərinə 

başladı.  Lahicanda  olan  Məlik  Bəhmən  xasiyyətindəki  məkr  və 

hiyləgərliklə  (xədiət)  zahirən  sədaqət,  qulamlıq  və  itaət  nümayiş 

etdirdi. O, qala xüsusunda deyirdi ki: "[Onu sizə vermək] ixtiyarım 

yoxdur,  çünki  Amelin  inadkar  camaatı  qızılbaş  hakimiyyətini 

istəmədiyi  üçün  qaladarlıq  etməkdədirlər".  Amma,  batinən 

müxalifət və üsyan yolunu tutub, əksəriyyəti onun müvazimləri olan 

qala  əhlini  nəvazişləndirir,  onları  qaladarlıqda  mərdanə  olmağa  və 

qızılbaşların buraya gəlmələrinə yol verməməyə rəğbətləndirirdi. 

Sözün  qısası,  Fərhad  xanın  o  qala  ayağında  dayanması 

uzun  çəkdi.  Məlik  Bəhmənin  adamları,  o  cümlədən  məlikin 

mülaziminə  çevrilmiş  bir  neçə  təkəli  tayfasının  adamları 

qaladaydılar və qaladarlıqda israr edirdilər. Elə bu vəziyyətdə Seyid 

Müzəffər öz ixtilafını zahirə çıxanb Fərhad xanın ordusundan fərar 

etdi,  öz  adamlarının  əlindəki  Sari  vilayətinə  getdi,  Əzdarə  Kələ 

qalasının  möhkəmlədib  orada  yerləşdi,  ondan  ixtilaf  və  üsyan 

əlamətləri görünməyə başladı. Fərhad xanın yanına gəlmiş bir neçə 

nəfər  Mazandaran  böyüyü  Seyid  Müzəffərə  arxalanaraq,  hər  biri 

xandan  uzaqlaşıb  öz  hökümətgahına  getdi,  onlarla  qızılbaş[lar] 

arasında gediş-gəliş kəsildi. 

Bu  hadisələrdən  cənab  xan  qətiyyən  qorxub-çəkinmədi, 

əvvəlkindən də artıq o qalanı almağa girişdi. O, öz səy və alış-verişi 

ilə Amelin vəhşisifət adamarını ehsan və ənamlarla şirnikləndirdi və 

nəhayət  İlahinin  təqdiri  və  şah  iqbalının  köməyi  ilə  həmin  qalanı 

tutdu, qaladakı fitnəkarları aradan götürdü, Amelə hakim təyin etdi, 

başqa  mahalları  fəth  etməyə  yollandı.  Fərar  etmiş  olan  əzəmətli 

adamlar  bir-bir  gəlib  üzrxahlıq  etməyə  başladılar.  Onlarm 

üzrxahlığını qəbul edən cənab xan qüdrət  və iqtidarla Əzdarə  Kələ 

qalasının fəthindən sonra Sariyə tərəf yollandı. Bərk qorxuya düşən 

Seyid Müzəffər daha özündə qaladarlıq qüdrəti görmədi, iztirab  və 

qorxuya  düşüb  dağınıq  halda  qalanı  tərk  etdi,  cəngəlliyə  qaçdı. 

Tiryək çəkməkdən pis hala düşmüş Seyid Müzəffər [hər gün] yarım 



869 

 

misqal



602

 tiryək qəbul edirdi. Bir gün mülazimləri ona həmin tiryəki 

çatdıra  bilmədilər  və  seyid  meşədə  tiryəkin  ona  çatmaması 

səbəbindən iki-üç gecə narahat oldu və buna görə də xəstələndi, bu 

vəziyyətdə  meşədə qala bilmədi, nəticədə zərurət üzündən olduqca 

zəiflədi, bimar oldu  və ümidsiz qalıb xanın  yanına  getdi. Üzərində 

qələbə  çalmış  nəfsani  tamahkarlığına  görə  əldən  düşdü,  başını 

natəvanlıq  yatağına  qoydu,  heç  bir  müalicə  və  dava-dərman  xeyri 

olmadı,  onda  gün-gündən  ishal  xəstəliyi  şiddətləndi  və  bu 

xəstəlikdən  də  keçindi.  Onun  vəfatından  sonra  Fərhad  xanın 

adamları  Mazandaranda  istiqlala  nail  oldular  və  oranın  əksər 

mahallarını zəbt ctdilər. [Scyid Müzəffərin] qardaşı Əlvənd Sultanı 

Mazandaranda  özünün  naibi  vəzifəsində  qoyan  Fərhad  xan 

əlahəzrətin yanına gəlib məsələni ona ərz etdi. 

Amma  Səvadkuh  hakimi  olan  Əlvənd  Div  [qardaşı] 

Müzəffərin  ölüm  xəbərini  eşidərək  elə  zənn  etdi  ki,  onu  qəsdən 

aradan götürmüşlər, buna görə də qızılbaşlara qarşı etimadını itirdi, 

canına bərk qorxu və təşviş düşdü. Fitnəkar və dalaşqan adam olan 

Məlik Bəhmən isə Mazandaranı Əlvənd Sultana qarşı qaldırır, fəsad 

törədirdi.  O  istəmirdi  ki,  Əlvənd  Div  və  Mazandaranın  əzəmətli 

adamları qızılbaş ləşkəri ilə barışığa gəlsinlər. Başında hakim olmaq 

sevdası  dolaşan  Əlvənd  Divə  bu  istəkdən  asanlıqla  əl  çəkmək 

mümkün  olmurdu.  O,  Məlik  Bəhmənin  təhriki  və  fəsadı  üzündən 

heç cür itaətə  gələ bilmirdi. Məsələni belə  görən şah bildi ki, əgər 

Məlik  Bəhmən  dəf  olunmasa,  Təbəristan  ölkələri  bu  əbədi  əsaslı 

dövlət  övliyalarının  əlinə  keçməyəcək,  Div  öz  pislik  və  fitnə-

fəsadından  əl  çəkməyəcəkdir.  Buna  görə  də  şahın  düyünlər  açan 

məsləhəti belə oldu ki, onu aradan götürsün. Əlahəzrət Fərhad xanı 

Məlik Bəhmənin üzərinə yolladı. 

 

FƏRHAD XANIN LAHİCANA GETMƏYİ VƏ MƏLİK



 

BƏHMƏNİN ZAMAN KEYXOSROVUNUN QÜVVƏSİ İLƏ 

ƏLƏ KEÇİRİLMƏYİNİN ZİKRİ 

 

Məlik  Bəhmən  Məlik  Kəyumərsinin  oğlu  Kavnsun 



oğludur. Onun nəslindən olan Kəymərs ibn Bistun Göstəhəm Əmir 

Teymur  Gurəkanın  hakimiyyəti  vaxtı  bütün  Rüstəmdarın  valisi  və 

Nur  qalasının  kutvalı  idi.  Kəyumərsin  vəfatından  sonra  Rüstəmdar 

                                                           

602

 Təxminən 2,5 qram - Ş.F. 



870 

 

vilayəti onun  Cahangir  və  İsgəndər adlı iki oğlu arasında bölündü. 



Bir hissəsi Nur və ətrafı, ikinci hissəsi Kəcur və ona tabe olan yerlər 

indi  Məlik  Bəhmənindir  və  bu  yerlər  Kəyumərs  övladları  arasında 

bölünmüş ən yaxşı torpaqlardır. 

Amma,  cənnətməkan  şahın  dövründə  onların  əmioğulları 

olan  üç  təbəqəsi  hakimliyə  və  məlikliyə  başladı.  Nur  valisi  Məlik 

Əziz,  Kəcur  valisi  Məlik  Sultan  ibn  Cahangir  və  yuxarıda  adı 

çəkilən  Lahican  valisi  Məlik  Bəhmən.  Lahican  qədimdən  bəri 

Kəcura  daxil  olan  torpaqlardandır  ki,  Nur  və  Kəcur  məlikləri 

haqqında  Rüstəmdarın  fəthi  xüsusda  verəcəyimiz  məlumatlarda 

yazılacaqdır. 

Ülka və  vilayət baxımından Məlik Bəhmən onlardan kiçik 

olmasına  baxmayaraq  əqlinin  çoxluğu,  inkişafı,  bacarığı  və 

hakimiyyətinin uzun müddətli olması səbəbindən, həmçinin əzəmət 

və  sərvətinə  (məknət)  görə  onlardan  üstün  olmuşdur.  Əlahəzrət 

zilləlah  şahın  İraqa  yürüşü  vaxtı  o,  cah-cəlalı  ordunun  istiqbalına 

gəlmiş,  həmçinin  bir-iki  dəfə  də  Lar  yaylağında  şahın  astanasını 

öpmək  səadətinə  çatmaqla  səadətlənmiş,  öz  sədaqətini  şaha  izhar 

etmiş,  şəfəqqət  və  iltifata  yetmişdi.  Amma,  hiyləgər,  fitnəkar  və 

üsyankar  adam  idi.  Hiylə  və  yalançılıqda  tay-tuşlarından  baş  və 

hamıdan irəli idi. Əlahəzrətin dəfələrlə onu sınamasına baxmayaraq 

Məlik Bəhmənin sədaqət nəqdi imtahan məhəkində tam əyara malik 

ola bilməmişdi. O həmişə Təbəristanda fitnəkarlığa səbəb olmuşdu. 

Həmin  vilayət  adamlarından  kimsə  dərgaha  gedib-gəlirdisə  Məlik 

Bəhmən o adamla ədavətə başlayır onu sıradan çıxarır (qəl), yaxud 

cəzalandırırdı.  O  cümlədən  onunla  yaxınlığı  olan  Məlik 

Sultanhüseyn  Ləvasani  şahın  yanına  getmiş  və  ona  öz  sədaqətini 

bildirirmişdi. Məlik Sultanhüseynin qardaşı da şahın mülazimətində 

olması  ilə  sərəfraz  olmuşdu.  Bunları  bilən  Məlik  Bəhmən  inada 

düşmüş,  Ləvasan  qalasına  hücuma  keçərək  Məlik  Sultanhüseynin 

qardaşını  ələ  keçirib  qətlə  yetirmiş,  onun  nəslindən  olan  başqa 

uşaqları  və  qadınları  Lahicana  aparmış,  bütün  adamlarına  qarşı 

cürbəcür  rüsvayçı  hərəkətlər  (fəzihət)  etmişdi.  Elə  buna  görə  də, 

tezliklə  etdiklərinin  bəlasını  çəkməli  oldu,  kimə  qarşı  nə  etmişdisə 

elə özünün də başına gəldi. 

Əlahəzrət 

ardı-ardınca 

adam 

yollayıb 



Məlik 

Sultanhüseynin  yetim-yesirlərini  ondan  istəmişdisə  də,  Məlik 

Bəhmən  buna  əməl  etməmiş  və  onları  saraya  göndərməmişdi. 

Mazandaranın  tayfa  məlikləri  olan  adamlarının  hərəsi  özlərini  bir 



871 

 

yerə  hakim  etmişdi.  Onlar  Məlik  Bəhməni,  özlərinə  yaxın  olduğu 



üçün,  öz  hakimləri  etmiş,  Təbəristanın  məşhur  şəhərlərindən  və 

onun  ülkasına  yaxın  olan  Amel  vilayətini  ona  vermişdilər. 

Əlahəzrətin öz himmət kəməndini irsi mülk olan Mazandaranın fəth 

zirvəsinə  atdığı  bu  vaxtlarda  Məlik  Bəhmən  Amelə  olan 

tamahkarlığı  səbəbindən  əql  və  səvab  yolundan  çıxmış,  yuxarıda 

deyildiyi  kimi,  gündən-günə  ömrü  çoxalan  (ruzəfzun)  bu  dövlətin 

övliyaları ilə məkr və hiyləgərliklə rəftar etmiş, ondan nifaq xislətli 

əməllər baş  vermişdi. Buna görə də, şahanə qəzəb tonqalı daha da 

şölələndi  və  Məlik  Bəhmən  öz  irsi  mülkünü  də  Amelə  olan  xam 

tamahına qurban verdi. 

 

Şer 

 

İstədi şəkərə bata çörəyi,  



Dilədi bal-şəkər ola yeməyi.  

Amma ki, qarışdı işinə rüzgar,  

Məkriylə hiyləsi etdi onu zar.  

Dövləti, iqbalı ondan yan durdu,  

Fələk əməlini cəzalandırdı.  

Onun xam tamah və bəxtinə rəğmən  

Bişmiş çörəyi də çıxdı əlindən.

603


 

 

Xülasə,  onun  sürtülmüş  qəlbi  (zərəndud),  yəni  nifaqlı  və 



yalançı sözlərlə dolu ürəyi şahın hümayun parlaq istək  məhək daşı 

müqabilində  az  əyarlı  olduğu  üçün,  Fərhad  xanı  onun  üstünə 

yolladılar. 

 

 



 

                                                           

603

   Şerin farscası: 



Xast ta nan beşəkkər alayəd,  

Bəd əz in şəhd ba şəkər xayəd.  

Dəhr əsbabe-dovlətəş pərdaxt,  

Aqibət məkr o hiyle karəş saxt.  

Dovlət-o bəxt ruy əz-u bərtaft  

Ke, cəzaye-əməl ze giti yaft.  

Təməe-xam-o bəxte-xofteye-u 

Z-u gereftənd nane-poxteye-u. 



872 

 

Lahican hakimi Məlik Bəhmənin qətli: 

 

Xan   fərmana  əməl  edərək  Lahicana yollandı, qalatutma 



ləvazimatı  hazırlamağa  başladı.  Ali  dərgahdan  da  topçular  və 

tüfəngçilər  göndərildi,  qaladöyən  topları  sıra  ilə  düzdülər.  Onlar 

qalanı  tutmağa  və  mühasirəyə  düşənlərə  cidd-cəhdlə  təzyiq 

göstərməyə başladılar.  Lahican əskərlərinə başçılıq edən bir əmirin 

adamları  Fərhad  xanla  əlbir  olub,  savaşda  tərəddüd  etməyə 

başladılar.  Onlara  etimadını  itirən  Məlik  Bəhmən  onların  Əmir 

Vərdan adlı ağsaqqalını tutub, [əvvəlcə] quyuya saldı, sonrasa qətlə 

yetirdi.  Buna  görə  də,  əmirin  tayfasının  üzvləri  Məlik  Bəhmənə 

qarşı  müxalifətə  başladılar  və  qalanın  məxfi  keçid  yerlərini 

axtarmağa  başladılar.  Tezliklə  qala  divarının  aşağı  hissəsinə 

seybələr  gətirildi.  Qəmginləşən  Məlik  Bəhmən  itaəti  izhar  etdi. 

Məliki şahın  inayətinə  həvəsləndirən  Fərhad  xan  onunla  görüşmək 

istədi. Əhd-peymandan sonra qaladan çıxan Məlik Bəhmən ona xas 

hiyləgərlik  və  yağlı  dillərlə  qızılbaşların  şərini  özündən 

uzaqlaşdırmaq diləyib, dünya barədə sözlər danışdı və heç vaxt əməl 

etməyəcəyi  vədlər  verməklə  qızılbaşları  qala  ayağından  qaytarmaq 

fikrinə  düşdü,  Fərhad  xanın  qalaya  gəlməsini  və  ona  mehman 

olmasını  təklif  etdi,  amma  Fərhad  xan  buna  razı  olmadı.  O,  tora 

düşmüş ovu tordan buraxmaq istəmədi, ona ali dərgaha getməyi və 

şahın  mülazimətinə  yetməyi  təklif  etdi.  Qaladan  çölə  çıxmağından 

peşman  və  qəmgin  olan    Məlik    Bəhmən    sözü    keçmədiyi    üçün  

istər-istəməz  şahın  yanına  getməyə  razılıq  bildirdi.  Fərhad  xan 

zəmanəyə  uyğun  hərəkət  edərək,  qalanı  yenə  də  onun  adamlarının 

ixtiyarına verib, onları qalada saxladı, məliki isə özü ilə götürüb ali 

saraya  gətirdi,  İsfahan  darüssəltənəsindəki  behişt  ayinli  şah 

məclislərində  toplaşmış  hər  tərəfdən  gələn  adamların  yanında  onu 

şahın  xoşbəxt  nəzərinə  çatdırdı.  Əlahəzrət  şah  məliklə  məzəmmət 

(etab) və danlaq (sərzəneş) diliylə danışığa başlayıb bu əbədi ömürlü 

dövlətə qarşı etdiyi qüsur və xəyanətlərini bir-bir saydı. Öz xəcalət 

və peşmançılıq başını aşağı salıb şahı dinləyən Məlik Bəhmən onun 

qəzəb  və  məzəmmət  şöləsinin  alovlanmağını  (əfruxtegi)  görmək 

əlini həyatdan üzdü. 

Amma əlahəzrət, Fərhad xanın Məlik Bəhmənə söz verdiyi 

kimi, onun işini hələlik bitirmədi və məlik bir neçə gün xanın evində 

qaldı. Min altıncı (miladi 1597/98) toyuq (təxaquy) ilində cah-cəlal 

ordusu İsfahandan Qəzvinə qayıdanda isə, şah məliki dövlətxananın 



873 

 

təzə  binasına  tələb  etdi,  söhbət  və  məzəmmət  vaxtı  onu  Məlik 



Sultanhüseyn Ləvasaniyə  verdi ki, qardaşının qan qisası kimi qətlə 

yetirsin. O da məlikin işini bilirdi. Məlikin övladlarının vəziyyətləri 

və onun qalasının fəthi barədə gələcəkdə yazılacaqdır, inşallah.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin