AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə85/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

Ölümlər 

 

Bu il baş vermiş iqbal hadisələrindən biri də Sultan Heydər 



Mirzə  ibn  Sultan  Həmzə  Mirzənin  vəfatıdır.  O,  bu  diyar 

müsəlmanlarının 

vəziyyətinin  qayğısına  qalaraq 

İstanbula 

göndərildi.  Sultan  Heydər  Mirzə  bu  dövlətin  çöhrəsinin  xalı 

olduğundan, layiq deyil ki, səfəvi şahzadələrinin və pak etiqadlı şiə 

seyidzadələrinin biri Rum ölkəsindəki məzhəb  müxalifləri arasında 

övlad və nəsil (əqab) sahibi olsun, yaxud olmasın

610

 [Heydər Mirzə] 



hələ  övlad  və  nəsil  dünyaya  gətirməzdən  əvvəl  İstanbulda  taun 

xəstəliyindən  vəfat  etdi:  Bu  müqəddəs  dudmanın  tərəfdarları  və 

                                                           

610


  İfadənin ərəbcəsi: "ləm yəzəl lə yəzəl".  

884 

 

bütün  İran  əhalisi  bu  hadisəni  bu  kəramətli  xanədanın  dövlət  və 



iqbalının  sonu  kimi  dəyərləndirdi,  həmin  mərhum  şahzadənin 

qəziyyəsindən kədərləndi. 

Bu  ildə  baş  vermiş  hadisələrindən  biri  də  Əliyar  xan 

Əymurun  Astrabad  yaxınlığında  vəfatıdır.  Astrabadın  kuklən  (?), 

oxlu  və  siyahpuşlar  tayfaları  içərisində  ən  gözəl  çöhrəli  (səbihül-

vəch)  cavan  olan  Əliyar  xanın  oğlu  Məhəmmədyar  atasından  üz 

döndərib  (xayef),  Astrabadın  əzəmətli  seyidləri  zümrəsindən  olan 

Mir  Ziyaəddinin  oğlu  Mirzə  bəy  Fendereskinin  vasitəsi  ilə  bu 

vəlayət nişanlı dudmanın tərəfdar və xeyirxahları içərisində hamıdan 

baş  oldu.  O,  ali  dərgaha  üz  tutub,  İsfahan  darüssəltəsində  şahla 

görüş  şərəfinə  yetdi.  Birinci  səhifənin  əvvəlində  cənnətməkan  şah 

dövründə  baş  vermiş  hadisələrdən  yazılarkən  deyilmişdi  ki, 

sayinxani  türkmanları  Xarəzm  sultanlarına  aid  idilər  və  Astrabad 

hüdudunda, Ətrək və Gərgan çayları arasında yaşayırdılar. O təbəqə 

zümrəsindən  olan  əymur  tayfası  sayinxani  qəbilələri  arasında 

başqalarından az olmalarına baxmayaraq, Əliyar xan öz əqli, biliyi, 

inkişafı və bacarığına görə xeyli irəli getmişdi və başqa qəbilələr də 

onu  böyük  kimi  tanımışdılar.  Bu  tayfanın  bir  neçə  üzvü 

cənnətməkan şahın dövründə Gərgan çayı kənarına gəlmiş və orada 

əkinçiliklə bərk məşğul olmuşdular. Onların bəziləri bəzi  vaxtlarda 

Astrabad hakimlərinə tabe olub onlara  əkinçilik məhsulları  vermiş, 

bəzi  vaxtlardasa  üsyana  qalxmışdılar.  Onların  cahil  və  azğın 

adamları  bu  məmləkət  adamlarına  qarşı  əliuzunluq  da  edirdilər. 

Cənnətməkan  şahın  vəfatından  sonra  qarışıqlıq  düşən  vaxt 

qızılbaşlardan  heç  kim  Astrabadda  qala  bilmədi.  Oranın  hər  bir 

bölüyündən  (bəluk)  əyanların  hər  biri  siyahpuşluq  qaydasına  əməl 

edib, sayinxani türkmanlarını dəf etmək və öz mallarını qorumaqdan 

ötrü  qala  inşa  etmiş,  çoxlu  tüfəngçi  və  kamandar  toplamışdılar. 

Onların  mənəm-mənəmlik  sədaları  başqalarının  qulaqlarına  da 

çatmışdı.  Adı  çəkilən  Əliyar  o  tayfa  ilə  aqilanə  tərzdə  davranaraq, 

ona  verilən  azacıq  hədiyyə  və  kiçik  xidmətlərlə  razılaşır,  onlarla 

qarşıdurma  yaratmırdı.  Ali  hümayunun  hakimiyyəti  vaxtı  özbəklər 

Xorasanda iqtidar bayrağı qaldırdılar, Astrabada bitişik olan Xarəzm 

vilayəti də daxili fitnə-fəsad nəticəsində Mavərənnəhr özbəklərinin 

əlinə  kcçdi.  Əlahəzrət,  özbəklərlə  həməqidə  və  həmməzhəb  olan 

yəqə  türkmanlarının  onların  istəyi  ilə  Astrabada  yol  tapmalarından 

ehtiyatlandı. Buna görə də o, Mirzə bəyin vasitəçiliyi ilə ali dərgaha 

gedib-gələn Əliyarla zəmanəyə uyğun hərəkət edib, Astrabad əyaləti 



885 

 

idarəçiliyini  ona  verilməsi  hökmünü  çıxardı,  onunla  sülh  təriqi  ilə 



davrandı. Əliyar buna sevinib şəhərə darulğə yolladı, özü isə Gorgan 

hüdudunda  iqamət  edərək  siyahpuşlarla  yaxşı  münasibətdə 

yaşamaqda davam etdi. Məhz onun bacarığına görə Astrabad əhalisi 

başqa  sayinxani  qəbilələrinin  şərindən  mühafizə  olunurdu.  Bu 

minvalla bir neçə il keçdi. Onun bu tədbiri ümumiyyətlə təqva əhli 

olan,  hamısı  taət  və  ibadətə  bağlı  Astrabad  əhalisini  razı  salır, 

münasibətlərini yaxşılaşdırırdı. 

Xülasə, Əliyar xan vəfat etdiyi vaxt onun oğlu ali dərgaha 

gəldi,  şah  yenə  də  ehtiyatı  əlində  əsas  tutaraq  Astrabadın  idarə 

olunması  hökmünü  elə  atası  [Əliyar  kimi]  Məhəmmədyar    xanın 

adına  sadir  etdi,  ona  çoxlu  nəvaziş  iltifat  edərək  həmin  məkana 

rəvan etdi. 

Bu  ildə  baş  vermiş  ölüm  hadisəsindən  biri  də  Ağa  Şahəli 

Dövlətabadi  İsfahaninin  vəfatıdır.  O,  mustovfiülməmalik  idi.  Cah-

cəlal  ordusu  İsfahana  gəldiyi  vaxt  mustovfi  zatul-cənb* 

xəstəliyindən dünyadan köçdü. O pəhrizkar, nəfsitox adamdı. Orada 

işlədiyi vaxtlarda əhali ilə yaxşı davranırdı. Soyaq elmində  və  yazı 

yazmaqda  misilsiz  bir  mühasiblər  ustadı  (üstadül-mühasebin)  idi. 

İstedad  sahiblərinin  birisi  bu  qitəni  onun  [maddeyi-]tarixi  kimi 

demişdir: 

 

Qitə 

 

Mustovfisi İranın şahının  



Düzgünlük olan məkanə getdi. 

 

Xəlq ağladı, zar-zar sədası  



Yeddinci o asimanə getdi. 

 

Əhd eylədi qəlbi ki, yox olsun  



Və meyli onun o yanə getdi 

 

Bir nöqtəni “qaf” itirdi, dindi:  



"Qanune-hesab talanə" getdi.

611 


                                                           

611


 Qitənin farscası 

Mustovfiye-padşahe-İran 

Əz dəhr becaye-rastan rəft. 


886 

 

 



Bu  [maddeyi-]tarixdən  məqsəd  "qaf”  sözündəki  iki 

nöqtədən  birinin  yox  olmasıdır  ki,  bunu  [əbcəd  hesabı  ilə] 

hesabladıqda  alınan  ədəddən  "iyirmi"  rəqəmi  azalır  və  mustofinin 

ölüm  tarixinə  müvafiq  olan  "min  beşinci"  il  alınır.  Şah  onun 

ailəsinin qayğısına qaldı və mustovfilik mənsəbini onun qardaşı Ağa 

Mirzə Əliyə verdi. 

 

ƏLAHƏZRƏT ZİLLƏLAH ŞAHIN CÜLUSUNUN ON 

BİRİNCİ İLİNƏ TƏSADÜF EDƏN TÜRKİ XORUZ İLİNƏ 

BƏRABƏR MİN ALTINCI (MİLADİ 1597/98) XOŞ AMALLI 

İLİN BAŞLANMASI 

 

Bu  hümayun  fallı  sevinc  ilinin  novruzu  səban  ayının 



ikisinə,  (miladi  1598,  10  mart)  cümə  gününə  təsadüf  etdi.  Fələk 

iqtidarlı  kamkar  şəhriyar,  yəni  əlahəzrət  zilləllah  şah  Qəzvin 

darüssəltənəsindəydi.  Hava  baharın  istəyinə  xilaf  çıxıb,  bəzi 

adamların  qara  bəxti  kimi  qaraldı,  buludun  gözü  bir  ləhzə  belə 

ağlamağını saxlamadı.  Şaxta qış fəslində olduğu kimi şiddətləndi. 

Asimandan  davamsız  yağan  qarın  çoxluğundan  əhali  bir  neçə  gün 

novruzu  bayram  edə  bilmədi.  Şaxta  qoşunu  məğlub  olandan  sonra 

güllərin  qalibiyyətli  ləşkəri  baharın  işrət  mülkünə  toplaşdı  və 

şadmanlıq iqliminin hökmranı oldu. Dünya şəhriyarının fərmanı ilə 

mübarək dövlətxananın Çehelsütun sarayında behiştə bənzər məclis 

quruldu,  ətraf  yerlərin  sultanları  və  sultanzadələri,  həmçinin  ali 

sarayda  olan  elçilər  həmin  məclisə  gəldilər,  şahanə  söhbətlər 

başlandı. Səadət əyyamının müxtəlif təbəqədən olan insanları görüşə 

gələrək novruzu təbrik etdilər. 

Belə bir vəziyyətdə, bu xoş fallı ilin əvvəlində, tale və iqbal 

səadətinin şərqində parlaq bir ulduz göründü, yəni Allah-təala Cəm 

məqamlı şaha "ləm yəlid və ləm yuləd"

612


 evindən  əziz (ərcomənd) 

                                                                                                               

Z-in vaqee şivəne xəlayeq 

Əz qosse be həftom asiman rəft. 

Del mitələbid sale-fovtəş, 

Dər bəhre-soxən be fekre an rəft. 

Yek noqte ze qaf sər zəd-o qoft: 

"Qanune-hesab əz miyan rəft". 

612

  Quranın  bir  surəsindən.  Tərcüməsi  belədir:  "O  doğmamış  və  doğulmamışdır"  - 



Ş.F. 

887 

 

bir fərzənd əta etdi və həmin səadətli uşaq Mirzə Sultan Məhəmməd 



adlandı. Bu xoş xəbəri bildirməkdən ötrü  məmləkətlərin hər  yerinə 

carçı (monhi) göndərildi, bir neçə gün şadimanlıq nağaraları çalındı, 

böyük-kiçik,  cavan-qoca  adamlar  o  xoşbəxt  mövludun  səadətli 

qədəmlərini təbrikə başladılar, eyş  və şadimanlıqla  məşğul oldular. 

Əlahəzrət  hər  gün  öz  şərif  vaxtını  Səadətabad  meydanında  çovkan 

və  qəbəqəndazi  oyunlarına  sərf  etdi,  dincəldi  və  sevindi.  Bu  işlər 

bitdikdən  sonra  özünün  gözəl  rəyi  və  uzaqgörən  fikri  ilə  din  və 

dövlət  işlərini  nizamlamağa,  habelə  mülk  və  millət  işlərini 

tənzimləməyə  davam  etdi,  səltənətin  zəruri  məsələləri  ilə  məşğul 

oldu. 


Bu  ilin  əvvəllərində  özbəklər  ayaqlarını  mötədillik 

dairəsindən  kənara  çıxarıb,  iki  tərəfdən  məmləkətlər  üzərinə 

soyğunçuluğa  keçdilər.  Onların  talanları  Xorasandan  İraqa  qədər 

uzandı.  Özbək  döyüşçülərinin  bir  neçəsi  Bəstama  və  Damğana 

gəldilər,  onların  bəziləri  qarətdən  ötrü  müxtəlif  mahallara 

dağılışdılar,  bəziləri  isə  yoldaşlarına  kömək  pusqusunda  durdular. 

Həmədanın idarəsindən çıxarılandan sonra Bəstamın hakimi olmuş 

Hüseyn  xan  Çekəni,  həmçinin  o  zaman  Bəstamda  olub  yollara 

nəzarət  edən  Amir  Mirzə  Əli  bəy  Ərəb  ehtiyat  ipinin  ucunu  əldən 

verdi,  onlar  qarətgər  özbək  ləşkəri  gəldikdən  sonra  özlərinə  ləşkər 

toplamaq  əvəzinə  bir  neçə  adamla  onlardan  müdafiə  olunmaqdan 

ötrü  atlarını  irəli  sürdülər.  Pusquda  dayanan  özbəklərin  bir  hissəsi 

onların dəstəsini parçaladılar, bir çoxlarının həyatına son qoydular. 

Xeyli  döyüşən  Həsənəli  xan  və  Mirzə  Əli  Ərəb  qaçılmaz 

ölüm şərbəti içib ədəm yoluna yollandılar. O qarətgərlərin başqa bir 

dəstəsi  isə  Damğanın  Kuhərz  biyabanı  yoluyla  Tərşiz  yolunu 

kəsdilər. Onların qarətkarlıqları Arana və bir yanı Kaşanın Bilgelinə 

bitişik  olan  yerlərə  də  yayıldı.  Semnan  daruğəsi  də  Həsənəli  xan 

kimi  ibrət  dərsi  ala  bilməyərək,  əksəriyyəti  Semnan  taciklərindən 

(tazik)  ibarət  bir  neçə  adamla  onların  dallarınca  atlanıb  səhraya 

yollandı.  Geri  dönən  özbəklərlə  onların  arasında  bərk  vuruş  oldu. 

Daruğə heç bir iş görə bilmədi və semnanlılar məğlub olub pis hala 

düşdülər. 

Amma, Çeşmqəzək əmiri Şahəli xan Xar ülkasında bundan 

xəbər tutub Çeşmqəzək qaziləri ilə onların təqibinə yollandı, səhrada 

onlara  çatdı  və  cəngə  başladılar,  bir  neçə  özbək  bahadırını  atdan 

salıb  həlak  torpağına  endirdilər.  Özbəklər  müqavimətə  tab 

gətirməyərək məğlubiyyətə uğradılar, halları pisləşdi, qarət etdikləri 



888 

 

mallardan  əl  çəkdilər,  fərar  yoluna  düşdülər.  Onların  qənimətlərini 



geri  qaytaran  Şahəli  xan  zəfərlə  geri  qayıtdı,  qətl  olunanlarm 

başlarını və əsir götürülən özbəkləri aləmpənah dərgaha gətirdi. 

Bu  hadisədən  sonra  özbəklər  ayaqlarını  ətəklərinə  yığıb, 

başqa  yerlərə  əliuzunluq  etmədilər.  Amma,  ehtiyatkarlığı  əldən 

verməməkdən,  habelə  özbəklərin  əlini  bu  yerlərdən  çəkməkdən, 

həmçinin  həmin  sərhəddə  fitnə-fəsadla  məşğul  olan  Əlixan 

Gəraylının  üsyanının  qarşısını  almaqdan  ötrü  gərək  bir  dəstə 

müzəffər  qızılbaşı  Bəstama  tərəf  göndərəydilər  ki,  Xorasan 

hüdudundan  xəbərdar  olsunlar,  Əlixanın  fitnəsini  dəf  etməyə 

başlasınlar.  Bəstam  əyaləti  Həsənəli  Çekəninin  qardaşı  Bayraməli 

Sultana, Gəraylı elinin əmirliyi isə o tayfanın köhnə mirzadələrindən 

olan Mirzə Əli Xəlifənin oğlu Dərviş Əli Xəlifəyə verildi. 

Qum  hakimi  Hüseyn  xan  Şamlı,  Durmuş  xan  Şamlunun 

nəvvadəsi  Vəlixan  Mirzə  və  Rey  hakimi  Hüseyn  xan  Müsahib 

Qacari qoşun bəzəyərək Bəstama göndərdilər. Belə qərara alındı ki, 

Xorasanın Qəllat qalasınadək gedib, Bəstam çəmənində dayansınlar, 

əgər  özbəklər  əliuzunluq  etsələr  müdafiəyə  başlasınlar,  Xorasanın 

hər  tərofindən  xəbordar  olsunlar.  Məhsullar  yığılıb,  qalalara  ərzaq 

ehtiyatı  daşındıqdan  və  müxaliflərin  zərərindən  xətircəm  olduqdan 

sonra  qərar  belə  oldu  ki,  Hüseyn  xan  Qacar  öz  ülkasına,  Qum 

hakimi Hüseyn xan isə şamlı camaatı ilə Gəraylı elinə getsin, oranı 

Əlixanın  əlindən  alsın,  Dərviş  Əli  Xəlifəni  o  vilayətin  hakimliyi 

taxtına  əyləşdirsinlər.  Əzəmətli  əmirlər  əmrə  əməl  edib  o  yerdən 

xətircəm oldular. Hüseyn xan Qacar geri qayıtdı, Hüseyn xan Şamlı 

isə fərman alıb həmin qalaya yollandı, bu qüvvətli dövlətin gücü ilə 

oranı alaraq Dərviş Əli Xəlifəyə verdi, məramına yetərək ali saraya 

qayıtdı, şahanə nəvazişə layiq  görüldü. Əlixan Gəraylı isə iztirabla 

qaladan  əl  üzüb  həmin  hüdudda  çaşqınlıqla  dolaşırdı.  Gəraylı 

bəyləri və ağsaqqalları şahsevənlik elan edərək ondan ayrılıb Dərviş 

Əli  Xəlifənin  xidmətinə  gəldilər.  Əlixan  Gəraylı  bu  dövlətlə 

müxalifət etməkdən peşiman olub, nəsə bir çarə axtarmaqdaydı. Öz 

etibar ipini əlindən verdiyi üçün haramnəməkliyə qurşandı, əməlinin 

cəzasına giriftar oldu. Hümayun cülusdan bu günədək İlahinin istəyi 

şaha tərəf olduğundan fəthlərin qapıları bu əbədi dövlət övliyalarının 

üzünə açılmış oldu. 

Amma,  bu  mübarək  ildə  bir  neçə  qələbə  üz  verdi,  keçmiş 

illərdəkilərdən  də  çox  İlahi  lütf  küləkləri  hərəkətə  gəldi,  bütün 

Təbəristan vilayəti, Mazandaranın uca qalaları, həmçinin Rüstəmdar 



889 

 

və Luristan ülkası bu qüvvətli dövlət övliyalarının əlinə keçdi, üsyan 



ohli  olanlar,  xüsusib  Əlixan  Gəraylı,  Kəcur  və  Lahican  məlikləri, 

Luristan  hakimi  Şahverdi  xan  giriftar  oldular  ki,  bu  il  hadisələrin 

sonunda yazılacaqdır, inşaallah. 

 

RÜSTƏMDAR VİLAYƏTİNİN FƏTH OLUNMASI, HƏZRƏT 

YARADANIN İNAYƏTİ İLƏ O VİLAYƏT QALALARININ 

VƏ MƏLİKLƏRİNİN TUTULMALARINİN ZİKRİ 

 

Gilan və Mazandaran arasında yerləşən Rüstəmdar vilayəti 



Mazandaranın  Amelindən  Gilanın  Tənkabonuna  qədərki  ərazini 

əhatə  edir.  Eni  Dəmavənd  dağından  Xəzər  dəryasının  kənarına 

qədərdir.  Abbasiyyə  xəlifələrinin  dövründə*  bütün  Rüstəmdar 

vilayəti  ətraf  yerləriylə  birlikdə  Məlik  Kəyumərs  ibn  Bistun  ibn 

Göstəhəmin  əcdadının  zəbti  altındaydı,  onların  nəsəbi  Camasb 

Nuşirəvanın  əmisi  ibn  Firuz  ibn  Qubad  Sasaniyə  çatırdı.  Zaman 

ötdükcə  oranın  bəzi  mahallarına,  xüsusiylə  qədim  vaxtlarda 

Rüstəmdarın  hakimneşini  və  paytaxtı  olmuş  Ruyan  şəhərinə 

dağıntılar yol tapmış, bu vilayətin bəzi yerləri isə, İran sultanlarının 

işğalı  altına  keçərək,  İraqa  daxil  olmuşdu.  Rüstəmdarların 

əllərindəsə Lahican, Nur  və  Kəcur qalmışdı ki, onlar da  məliklərin 

övladları arasında, yuxarıda yazıldığı kimi, bölüşdürüldü. 

Cənnətməkan şahın dövründə onların üç təbəqəsi hökümət 

və  mülk  işlərində  oldu.  Qədimdən  Kəcurun  tabeliyindəki  Lahican 

valisi  Məlik  Bəhmən,  Nur  valisi  Məlik  Əziz,  Kəcur  valisi  Məlik 

Sultan  Məhəmməd.  Əlahəzrət  hümayun  zilləllah  şahın  cülusu 

zamanı  Məlik  Sultan  Məhəmməd  və  Məlik  Əziz  artıq  ölmüşdülər, 

hər  iki  məlikin  adları  Cahangir  olan  oğlanlarının  hər  biri özlərinin 

irsi mülklərinə sahibləndilər, hümayun ordu  Lar  yaylağında olanda 

onların  hər  ikisi  ali  saraya  gələrək  mülazimətə  yetişdilər  vo 

padşahhq sənədi aldılar. Nur valisi əmin-amanlıq xoşlayan bir dərviş 

idi. O öz ülkasını peşkəş etdi  və xahişinə  görə Savənin bir  məhəli 

ona  iqta  kimi  verildi,  elə  orda  da  öz  təbii  əcəli  ilə  öldü.  Kəcur 

hakimi Məlik Cahangir şahın xüsusi yaxınları və məclis iştirakçıları 

silkinə daxil idi. Yaxın adamlarının həsədinə tuş gələn məlik hələ öz 

irsi mülkündə əyləşmişdi. Onun vəziyyəti haqqında Məlik Bəhmən 

övladının təsvirindən sonra məlumat veriləcəkdir, inşaallah. 

Xülasə, yuxarıda yazıldığı kimi, Məlik Bəhmən öz savabsız 

əməllərinin cəzasına gəldikdə onun on yeddi yaşlı böyük oğlu Məlik 


890 

 

Keyxosrov  öz  qardaşları  və  ev  adamlarıyla  (əhli-beyt)  Doşmənkur 



qalasındaydılar. Onlar öz xəzinə  və dəfinələrini oraya  aparmışdılar 

və  düşünürdülər  ki,  qala  onun  və  övladının  əlində  qaldıqca  onlara 

hcç bir sədəmə yetməyəcəkdir. 

Amma,  Məlik  Keyxosrov  atasının  vaqiəsindən  sonra 

padşah  qəzəbi  barədə  çox  düşündü.  Onun  şahla  müxalifət  etmək 

qüvvəsi  yox  idi.  Məlik  Bəhmənin  mülazim  və  təbəələri  onun 

yaramaz əməllərindən və zülmkarlığından elə incik idilər ki, məlikin 

yoxluğunu  özlərinin  rahatlıqları  bilib,  qalanı  mühafizə  etmək  və 

onun fərzəndlərini qorumaq istəyində olmadılar. Sözün qısası, Məlik 

Keyxosrov çarəni ali saraya getməkdə görüb, öz sülaləsinin bir neçə 

ağsaqqalı  ilə  cahanpənah  dərgaha  gəldi,  şahla  görüş  səadətinə 

yetişdi.  Boyun  oldu  ki,  qalalarını  ali  divana  təhvil  versin.  Şamlı 

tayfasının  böyüklərindən  və  şaha  yaxın  adamlardan  olan 

Məhəmməd  bəy  Biqdeli  Məlik  Bəhmənin  malının  zəbtinə,  onun 

qalalarının  və  fərzəndlərinin  həbs  edilməsinə  rəvan  oldu,  qüvvətli 

dövlətin qüvvəti ilə möhkəmlikdə dünyada məşhur olan Lahican və 

Doşmənkur  qalalarını  tutdu,  Məlik  Bəhmənin  pullarını,  qiymətli 

mallarını,  tüfəng  və  başqa  silahlarını,  qala  ləvazimatlarını,  amirlik 

və böyüklük rəmzi olan başqa yaraqlarını zəbt edərək, onları onun 

təbəələri və fərzəndləri ilə birlikdə Qəzvin darüssəltənəsinə gətirdi. 

Əlahəzrət  şah  Məlik  Sultanhüseynə  vəd  etmişdi  ki,  əgər 

Allahın  inayəti  və  istəyi  ilə  Məlik  Bəhmən  ələ  keçərsə,  həmçinin 

onun  qalaları  və  fərzəndləri  tutularsa,  onların  hamısı  ona 

veriləcəkdir. Allahın istəyi sayəsində elə də oldu, Məlik Bəhmənin 

savabsız  əmməllərinin  mükafatı  onun  iki  oğluna  da  yetişdi,  onlar 

padşahın  qəzəbinə  giriftar  oldular,  bütün  kişi  və  qadınlarını  Məlik 

Sultanhüseynə  verdilər,  o  da  Allahm  təqdiri  ilə  öz  lazımi  qisasını 

aldı.  Ləvasan  ülkası  Məlik  Sultanhüseynə  verildi,  Lahican  isə 

qızılbaş  hakiminin  tiyulunu  çevrildi  və  beləliklə,  həmin  sülalənin 

hakimiyyəti  bitdi,  əməllərinin  mükafatı  kimi  ailə  üzvləri  fənaya 

uğradı. Məlik Bəhmən qəddar adamdı, az günah müqabilində çoxlu 

cəza verirdi. Onun zindanında elə adamlar vardı ki, kiçik bir xətaya 

görə iyirmi il, otuz il həbsdə saxlanırdılar. Bir şəxs belə danışırdı ki, 

atasının və qardaşının intiqamını almaqdan ötrü bir qadını bir neçə il 

zindanda saxladı və o qadının ömrü zindanda da tamam oldu. 

 

 

 


891 

 

KƏCUR VİLAYƏTİNİN FƏTHİ VƏ  



MƏLİK CAHANGİRİN ƏLƏ KEÇMƏSİNİN ZİKRİ 

 

Bundan  əvvəl  yazılmışdı  ki,  Məlik  Cahangir  şahın 



mülazimətinə  gedib  izzət  və  ehtiramla  qarşılanmış,  əlahözrət 

məlikdə divanə bir sadəlövhlük gördüyü üçün ona böyük şəföqqətlə 

yanaşmışdı. Amma, cəhalət vö divanəliyi ona üstün gəldiyindön boş 

vahiməyə  düşərək,  izzət  və  etibara  nail  olduğuna  baxmayaraq,  şah 

astanasından dəli kimi üz çerirdi, saraydan fərar edib Kəcura getdi, 

qalalarını  möhkəmlədib  üsyan  yolunun  yolçusu  oldu.  Hümayun 

hökmdar  Lahican  qalalarının  fəthindən  və  Məlik  Bəhmən 

övladlarının  tutulmalarından  xatircəm  olduğu  üçün,  Kəcuru  almaq 

və  o  aqibətsiz  sərxoşu  ələ  keçirmək  qərarına  gəldi,  Allahqulu  bəy 

Qorçibaşının  sərkərdəliyi  ilə  əzəmətli  qorçilərə  bu  işi  yerinə 

yetirmələrini  tapşırdı,  onlar  da  Qəzvin  darüssəltənəsindən  çıxaraq 

həmin istiqamətə yollandılar. Məlik Cahangir "Marankuh"

613

 adı ilə 



məşhur olan Kəcur qalasına sığındı, əzəmətli qorçilər həmin qalanı 

mühasirəyə  aldılar,  qalatutma  işlərinə  başladılar.  Xasseyi-şərifə 

topçuları  qala  ayağında  böyük  top  töküb,  onu  qalaya  tuşladılar. 

Tərəflər arasında hər gün savaş gedirdi. Mühasirə müddəti dörd aya 

qədər  uzandı.  Bu  əsnada  təəccüblü  bir  hadisə  baş  verdi. 

Rüstəmdarlar  [qızılbaşlara  qarşı]  hiyləgərliyə  (ğədr)  başladılar, 

onların  bu  niyyəti  gizli  qalmadı.  Məsələ  belə  olmuşdur:  O  yerin 

qalalarının  birində  bir  neçə  əzəmətli  məliklər  məsləhətləşdilər  və 

belə  xəyala  düşdülər:  [Qorçilər]  ləşkərinin  sərdarı  olan  qorçibaşını 

hiylə qılıncı ilə öldürüb, Marankuh qalasında  mühasirədə qalanları 

mühasirə əziyyətindən azad etsinlər. 

[Beləliklə]  onlar  itaət  və  şahsevənlik  izhar  edərək  əlli 

nəfərədək  adamlarıyla  birgə  qalalarından  çıxıb  qorçibaşının  yanına 

gəldilər  və  Marankuh  qalasının  fəthi  xüsusunda  ona  vəd  verdilər. 

Qorçibaşı məsələni ali saraya ərz etdi və onlara gözəl libaslar inayət 

olundu, şahanə nəvazişlərlə şərəfləndilər. 

Amma, əlahəzrət qeyb aləminin ruh verən ilhamı (elhame-

molhəm)  ilə  qorçibaşıya  tapşırdı  ki,  rüstəmdarlıların  məkr  və 

hiyləsinə inanmayıb ehtiyatkarlığını əldən verməsin. 

Qalalardan  gələnlər  əyinlərinə  dövlətxahlıq  libasları 

geyinərək bir neçə  vaxt qızılbaş ordusunda qaldılar. Onlar hər  gün 

                                                           

613

 Marankuh-farsca "İlanlar dağı" deməkdir - Ş.F. 



892 

 

qorçibaşının  çadırına  (xərgah)  gəlib,  qalanın  işinin  bitməsi 



xüsusunda  tədbir  tökür,  fürsət  gözləyirdilər.  Qorçibaşı  əql  və 

biliyinin  çox  olmasına  baxmayaraq  onlara  aldanıb,  sözlərinə 

inanmaqdaydı.  O  hamama  getdiyi  gün  qalalardan  gələnlər  qala 

barədə zəruri söhbətləri olduğunu bildirib, yaraq-əsləhə ilə hamama 

gəldilər.  Məlumatlı  bir  şəxs  elə  o  vaxt  qorçibaşını  vəziyyətdən 

xəbərdar etdi. Qorçibaşı da hamamdan çıxmazdan əvvəl yüzbaşıları 

çağırmaqdan  ötrü  bir  adam  yolladı  və  onların  həbs  olunmalarına 

işarə  etdi.  Bir  göz  qırpımında  (torfətül-eyn)  onların  hamısı 

zəncirləndi  (səlasel).  Məsələ  aydınlaşandan  sonra  başqalarını  yox 

etmək  istəyən  qaladan  gələnlərin  hamısı  yox  edildilər.  Əzəmətli 

qazilər  iti  qılınclarını  o  hiyləgərlərin  üzərinə  qaldıraraq,  onların 

nifaqlı  vücudlarını  varlıq  lövhəsindən  sildilər.  O  adamların  qətl 

olunmalarından və qalaların alınmasından sonra qaladarlıqdan bezən 

Məlik Cahangir qardaşlarını Marankuhda qoyub özü bir gecə başqa 

qalaya getdi. O, orada da qala bilmədi, meşə və cəngəlliklərə gəldi. 

Hər  gün  bir  məkanda,  hər  gecə  başqa  bir  yerdə  gününü  başa 

vururdu.  Bir  neçə  gündən  sonra  əzəmətli  qazilər  xəbər  tutdular  ki, 

Məlik  Cahangir  qalanı  tərk  etmişdir.  Qaladakılar  qala  divarının 

yanına  çoxlu ağac  yığmışdılar.  Top atəşi ilə kərpic bürclərin birini 

yıxdılar və odunlar görsəndi. İki-üç qorçi qara libas geyinib gizlicə 

bürcün divarına çıxdılar, özləri ilə gətirdikləri neft və kibritlə həmin 

ağacları  odladılar,  bürc  yanmağa  başladı.  Mühasirədəkilər  həmin 

atəşdən  üzərrik  kimi  (sepəndvar)  qovruldular,  müqavimət  və 

qaladarlıqdan  aciz  qalıb  "əl-aman"  fəryadını  göyə  qaldırdılar. 

Beləliklə, qala qapıları qüvvətli dövlət övliyalarının üzünə açıldı və 

əzəmətli  qorçilər  qalaya  girərək  Məlik  Cahangirin  qardaşlarından 

Məlik  Kəyumərsi  ələ  keçirdilər.  Amma,  Hərsin  (Hərseyn  ?  -  Ş.F.) 

qalasında  olan  başqa  qardaşı  Məlik  Əşrəfi  o  zaman  Tənkabonun 

hakimi  olan  İbn  Hüseynxan  Firuzcəng  tutub  qorçibaşının  yanına 

gətirdi və Kəcur hərbçilərinin başçıları öz cəzalarına çatdılar, başqa 

adamlar isə rəiyyət silkinə daxil oldular. 

Bu  qalanın  fəthindən  sonra  əzəmətli  qazilər  dəstə-dəstə 

meşələrə dağılıb Məlik Cahangirin axtarışı ilə məşğul oldular. İlahi 

təsadüf  nəticəsində,  şahın  hökmüylə  qorçibaşıya  köməyə  gələn 

Gilanın  Rankuh  şəhərinin  hakimi  Vəli  Sultanın  mülazimləri  yolla 

gedərkən, libasını dəyişib öz adamları ilə meşədə daldalanan Məlik 

Cahangirlə  qarşılaşdılar.  Həmin  sufiləri  görən  Məlik  Cahangir 

yoldaşlarının  başını  onlarla  cəngə  qatıb,  özü  qaçdı,  adamları  isə 



893 

 

sufilər  tərəfindən  məğlub  edildilər.  Onların  biri  məliki  tanıyaraq, 



yoldaşlarını bundan agah etdi. Sufilər təqibdən əl çəkməyib qüvvətli 

dövlətin  gücü  və  iqbalın  düşərliliyi  sayəsində  darısqal  bir  keçiddə 

ona çatdılar, atlardan enərək cəngə başladılar. 

Sözün  qısası,  məlik  və  yoldaşları  ələ  keçdilər.  Sufilər 

məliki  qorçibaşının  ordusundan  keçirib  ali  dərgaha  apardılar. 

Qorçibaşı  isə  bu  qələbəni  olduğu  kimi  ali  saraya  yazdı.  Müzəffər 

ordu  Luristandan  qayıdan  vaxt  Şahverdi  xan  Abbasini  də  ələ 

keçirmişdilər. Bu xəbər hümayun qulağa  yetişdikdə əlahəzrət [şah] 

qapılar açan həzrətə (Allah-təalaya - Ş.F.) minnnətdarlığını bildirdi, 

təşəkkürünü  izhar  etdi.  Bu  fəth  zaman  İbn  Hüseynxan  və  onun 

adamlarından layiqli xidmətlər zahir olduğu üçün ona əvvəlcə Kəcur 

ülkası  və  celdu*  şəfqət  olundu.  Xorasanın  fəthindən  sonra  ibn 

Hüseynxan Sərəxs hakimi oldu və Kəcur qorçibaşıya verildi. 

Qorçibaşı  Məlik  Cahangirin  qardaşlarını  və  başqa  əsir 

alınanları  özüylə  götürüb  ali  dərgaha  rəvan  oldu.  Fərmana  görə 

Savucbulaqda  bu  məliklərin  və  onların  adamlarının  vücudları 

padşahın  qəzəb  qılıncı  ilə  həyat  səhnəsindən  silindi.  Rüstəmdarın 

hər üç təbəqəsi ilə dövlət hesablaşıb qurtardı  və  vilayət bütünlüklə 

əzəmotli qızılbaş əmirlərinin əlinə keçdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin