AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ƏLA HƏZRƏT ZİLLLƏLAH ŞAHIN LURİSTAN HAKİMİ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə86/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   82   83   84   85   86   87   88   89   ...   96

ƏLA HƏZRƏT ZİLLLƏLAH ŞAHIN LURİSTAN HAKİMİ 

ŞAHVERDİ XANA HÜCUMU, ONUN ƏLƏ KEÇMƏSİ, 

HƏMÇİNİN VİLAYƏTİN ONUN DAYISI OĞLU HÜSEYN 

XANA VERİLMƏSİNİN ZİKRİ 

 

Ruzigar hadisələrini   zərifliklə   yazan   qələm   öz   söz 



səhifəsində belə yazmışdı: Cahan şəhriyarının (Şah Abbasın  - Ş.F.) 

fərmanı  ilə  Fərhad  xan  və  cənab  Asəf  xislətli  etimaddüddövlə 

(Hatəm  bəy  Ordubadi  -  Ş.F.)  Luristanın  Xürrəmabad  yoluyla 

Ərəbistana  göndərilmişdilər.    Onlara  qoşulan  Şahverdi  xan  Abbasi 

özünün  sabiq  hərəkətlərinin  əfv  olunmasını  istədi,  öhdəçiliklər 

boyun  oldu  və  Fərhad  xan  və  etimadüddövlə  vasitəsi  ilə  təqsirinin 

bağışlanmasını  şahdan  xahiş  etdi,  onlar  da,  zamanın  təbbinə 

əsaslanıb, onu şah inayətindən arxayınlaşdırdılar, Luristan ülkasının 

yenidən ona veriləcəyini vəd etdilər. Baxmayaraq ki, Uğurlu Sultan 

Bayatın  Şahverdi xan tərəfindən öldürülməsinə, həmçinin sonra da 

etdiyi  başqa  əməllərinə  görə  şahın  nurlu  qəlbi  ondan  incimişdi  və 

şahanə  qeyrət  bu  xahişin  yerinə  yetirilməsinə  izn  vermirdi,  amma 



894 

 

Fərhad  xanın  və  etimadüddövlənin  məsləhətini  rədd  etmədi,  lakin 



həmin  xahişi  bir  müddət  ləngitdi.  Amma,  Şahverdi  xanın 

hərəkətlərindən  bu  dövlət  tərəfdarlarının  burunlarına  əsla  sədaqət 

qoxusu  gəlmirdi.  Dünyadakı  torpaq  sahibləri  (zəmindaran)  kimi,  o 

da [öz mənafeyini qoruyub] rumiyyə camaatı, Bağdad hakimləri ilə 

yazışmanı  və  gediş-gəlişi  kəsmədi,  hiyləgərlik  və  fitnəkarlıqdan  əl 

çəkə bilmədi, elə buna görə də belə hərəkət şahın mübarək məzacına 

xoş  gəlmədi  və  tərəfindən  bəyənilmədi.  Şahverdi  xan  da  özünün 

sabiqdəki  haqsız  əməlləri  barədə  düşündüyündən  həmişə  vahimə, 

qorxu  içərisindəydi,  əlahəzrətin  ona  hücum  edəcəyindən  vahiməyə 

düşmüşdü. Elə buna görə də, Bərucərdə və Silaxura yaxın məsafədə 

yerləşən Xürrəmabada gəlmirdi. Bu il istiliyin şiddətlənməsindən və 

qəbilə ağsaqqallarının təkliflərini nəzərə alaraq Xürrəmabada gəldi. 

Elə  bu  əsnada  Seyid  Mübarəkin  oğlu  Seyid  Bədr  izn  almadan  ali 

ordudan  Ərəbistana  getdi,  Luristan  hüdudunda  Şahverdi  xan 

adamlarının əlinə keçdi. Əlahəzrət  Əbülqasim bəy Qorçi Evoğlunu 

onu gətirməkdən ötrü yolladı. Şahverdi xan bir neçə gün o qorçinin 

başını  söz-söhbətlə  aldadıb  Bədr  xanın  [dərgaha]  göndərilməsini 

ləngitdi, vaxtı hiyləgərliklə uzatdı. Buna görə də, onunla Əbülqasim 

bəy  arasında  təhdidamiz  söhbətlər  başlandı.  Axırda  başqa  çarə 

tapmadı və xanı istər-istəməz yola saldı. 

Qorçi [geri qayıdaraq] Şahverdi xanın düşmən  münasibəti 

və  bədxahlığı  barədə  ərz  etdi.  Bu  məsələ  şahın  məzacını  bir  daha 

pozdu  və  onu  dəf  etmək  qərarına  gəldi.  Elə  xanm  özü  də  həmişə 

deyirdi  ki,  həzrət  şah  yaxın  vaxtlarda  mənim  üzərimə  hücuma 

keçəcəkdir. Bircə gecə də rahat olmurdu. Münhilər təyin etmişdi ki, 

hümayun  ordu  Qəzvin  darüssəltənəsindən  çıxıb  hansı  bir  tərəfə 

gedərsə,  onun  keçdiyi  yol  barədə  mənzil-mənzil  xana  məlumat 

versinlər. 

Bu  vaxt,  şahın  qulağına  çatdı  ki,  Şahverdi  xan 

Xürrəmabada  gedib orada özünə xeymə qurmuşdur. Buna görə də, 

ona hücum etmək meylinə düşdü, öz xüsusi adamları və yaxınlarıyla 

məsləhətləşdi.  Amma,  başqa  hərbçilərin  şahın  bu  istəyindən 

xəbərləri  olmadı.  O  həzrət  isə  uzaqgörən  əqli  ilə  bilirdi  ki,  agah, 

tədbirli  və  hüşyar  adam  olan  Şahverdi  xan  özünün  mühafizəsi 

barədə  düşünməyə  bilməz.  Xanı  aldatmaqdan  ötrü  guya  İsfahana 

gedəcəyini  izhar  etdi  və  o  səmtə  yola  düşdü.  Savəyə  qədər  gedib 

Savədən  Avəyə  təşrif  apardı,  Avədənsə  Luristana  tərəf  yollandı. 

İyirmi  fərsəxlik  yol  olan  Bərucərdə  çatanadək  gecə-gündüz  yol 



895 

 

getdi, fələklər fələyi kimi (fələkül-əflak) bircə ləhzə belə hərəkətdən 



qalmadı.  Müqəddəs  ordu  mülazimlərinin  əksəriyyətinin  atları 

taqətdən  düşdüşdü.  Bərucərd  yaxınlığına  çatana  qədər  müqəddəs 

məiyyətdə  beş  yüz  başdan  çox  at  qalmamışdı.  Şah,  müzəffər 

döyüşçülərin  gəlib-çatmalarından  ötrü  orada  bir  az  gözlədi,  sonra 

yenidən atlanaraq sübhədək səkkiz fərsəx yol getdi, günortaya yaxın 

Xürrəmabad  qəsəbəsinə  yetişdi.  O  vaxt  şahın  yanında  qırx-əllidən 

artıq  qorçi,  qulam  və  başqa  yaxın  adamı  yox  idi.  Xülasə,  bu 

qəsəbənin  kənarından  ötüb,  xanın  qala  yaxınlığında  yerləşən  evinə 

tərəf yollandılar ki, oranı mühasirəyə alaraq, Allahın köməyi ilə xanı 

ələ keçirsinlər. 

Amma, onun münhilərinin yanından hər gün bir qasid gəlib 

cah-cəlal  ordusunun  İsfahana  gedişindən  xəbər  gətirirdisə  də,  o, 

buna inanmayaraq deyirdi ki, Savə şəhərindən sonra mümkündür ki, 

şah atın cilovunu Luristana tərəf döndərsin. 

Xan ehtiyatını əldən vermir, çay kənarındakı Bəlaymərdan 

adı  ilə  məşhur  olan  Sədmərə  Xeymələri  adlanan  yerə  gedib  orada 

qalmaqda idi. Bir neçə imtahandan çıxmış qaçaraq atını yəhərləyib 

yanında saxlayırdı. Bu vaxt Savədən başqa bir qasid gəlib ona dedi 

ki,  Avəyə  qədər  hümayun  ordu  ilə  gəlirdim,  şah  oradan  İsfahana 

yollandı. 

Xan  bu  dəfə  tamamilə  xatircəm  oldu.  Amma,  əlahəzrətin 

Xürrəmabada gəlib çatdığı gün bir adam xana belə dedi:  "Bərucərd 

tərəfdən hücumla [buraya] gələn adamlar gördüm". Xan lurların ona 

qarşı hiyləgərlik və bivəfalıq edərək buraya gəldiklərini güman edib 

ehtiyatı  əldən  vermədi,  qoşunundan  xəbərsiz  halda  cəld  atlandı, 

fərzənd  və  övrətlərini  də  atlara  mindirdi,  pullarını,  qızıl-gümüşünü 

və qiymətli alətlərini götürüb, bir neçə nəfər etibarlı xidmətçiləri ilə 

Sədmərəyə  tərəf    rəvan  oldu.  O,  gəlib  bir  qədər  Laymərdanda 

dayandı.  Arxadan  gələn  bir  neçə  xasseyi-şərifə  qulamı  bağların 

yanında  yolu  səhv  salıb,  Şahverdi  xanın  iqamət  yeri  olan  çay 

kənarına  gəldilər.  Uzaqdan  süvarilərin  gəldiklərini  görən  Şahverdi 

xan fərar yolunu önə tutdu. Qulamlarsa gedib onu yarım fərsəx təqib 

etdilər,  amma  arxadan  kömək  gəlmədiyi  üçün  əlacsızlıqdan  geri 

qayıtdılar. 

Əlahəzrət onun evinə çatdığı zaman məlum oldu ki, xan öz 

xeyməsində  gecələmişdir.  Bağların  arasından  kcçib  xeyməyə 

çatdılar.  Yarım  fərsəx  yol  keçmişdilər  və  arxadan  gələnlərin  gəlib 

onlara  çatmalarını  gözləyirdilər.  Gəldilər,  amma  gec  gəldilər. 



896 

 

Müqəddəs  şah  ordu  mülazimlərinin  atlan  elə  taqətsiz  olmuşdu  ki, 



daha irəli gedə bilmirdilər. Onun şahın şəxsən özü tərəfindən təqib 

edilməsi  o  zaman  uzaqgörən  əqldən  kənar  bir  iş  idi  və 

ehtiyatkarlıqdan uzaq bir hərəkətdi. 

Onlar  üç  günəcən  Xürrəmabadda  dayandılar.  Orada  lur 

tayfalarının əksəriyyəti gəlib şahı görməklə şərəfləndilər. Əlahəzrət 

Mənsur  bəy  Səlvizinin  oğlu  Hüseyn  xanı  el  və  ülusu  ilə  birlikdə 

Şahverdi xanın ardınca yolladı. Mənsur bəyin atası Şahverdi xanın 

dayası idi. Bu il dövlətə müxalif olan və üsyan edən iki nəfər  - biri 

Əlixan  Gəraylı,  o  biri  isə  Kəcur  valisi  Məlik  Cahangir  dövlətin 

sədaqətli  tərəfdarları  olan  adamların  vasitəsilə  artıq  tutulmuşdu. 

Əlahəzrət  indi  isə  Şahverdi  xanın  tutulmasına  başlayaraq,  İlahinin 

lütfü  və  iqbalın  köməyi  ilə  yürüşə  çıxıb  Sədmərəyə  tərəf  yollandı. 

Sədmərədə məlum oldu ki, Şahverdi xan orada da dayana bilməyib 

özünü  Luristandan  kənara  çıxarmışdır.  Əlahəzrət  Sədmərədə  qaldı, 

xasseye-şərifə 

qulamlarını 

Allahverdi 

xan 


Qullarağasının 

sərkərdəliyi, müqəddəs ordunun başqa mülazimlərini isə Qənbər bəy 

Səlihdarbaşı  (?)  Ustaclının  başçılığı  altında  xanı  tapmağa  yolladı, 

onların hər biri təyin olunduqları yerə getdi. 

Şahverdi  xan,  rumiyyə  tərəfindən  Bağdada  tabe  Cəngəle-

Səncəqqalanı  idarə  edən  qolumu  Şahrux  adlı  bir  adamın  yanına 

pənah  apardı,  qızılbaş  ayağının  rumiyyə  sərhədinə  daxil  olan 

torpaqlara  dəyməyəcəyi  etiqadı  ilə  həmin  qalaya  gəldi.  İşinin 

nəhsliyindən,  ardınca  göndərilən  iqbal  rəhbərləri  (qayedan)  onu 

axtarmaqdaydılar.  Allahverdi  xanın  müzəffər  döyüşçüləri      və   

qulamların      yolu,      rəbbani      qəzavü-qədər  sayəsində  həmin  qala 

istiqamətindən keçdi. Bir maldardan öyrəndilər ki, Şahverdi xan öz 

xanəköçü və fərzəndləri ilə birlikdə bu qalaya gəlmişdir. Elə həmin 

ləhzə  o  qalaya  tərəf  götürüldülər.  Bir  dəstə  şücaətli  və  təcrübəli 

döyüşçü qala divanının yanında atlardan enib taxta körpünü keçdilər 

və qalanın darvazasına cumdular. 

 

Şahverdi xanın tutulması: 

       


Bundan      agah      olan      qala      camaatı  bürc  və  barılara 

yaxınlaşıb  müdafiə  ilə  məşğul  oldular,  tərəflər  arasında  oxlar  və 

qılınclar  işə düşdü. Qala darvazasına çatan qulamların padşahın  və 

ləşkər sərdarının qorxusundan geri qayıtmaq cürətləri yox idi. Onlar 



897 

 

darvazanı  odladılar,  qalxanlarını  üzlərinə  tutub  fürsət  gözləyirdilər 



ki, özlərini qalaya atsınlar. 

Atəş  şöləsi  zəbanə  çəkdiyindən  qala  içərisində  olanların 

irəli  gəlib  atəşi  söndürmək  gücləri  olmadı.  Elə  ki,  qapının  yarısı 

yandı,  fürsət  ələ  düşdü.  Üzlərində  qalxanları,  bədənlərində  isə 

dilavərlik  geyimləri  olan  qulamlar  atəş  arasından  keçərək  hasara 

daxil oldular. Qala adamları, bəzisi barıların üstünə çıxıb, bəzisi isə 

evlərin damları üzərində dayanıb cənglə məşğul olmağa başladılar. 

Şahverdi  xan  da,  yaşadığı  evin  damına  çıxaraq,  əlindəki 

tüfəngdən  qulamlara  güllə  atmağa  çalışdığına  baxmayaraq  tüfəng 

açılmadı.  Qeyrətinin  və  tündməzaclığının  təsiri  ilə  cürətlənib 

tüfəngini  yerə  atdı,  ox  və  kamanından  yapışdı.  Doğru  danışan 

adamların  biri  onun  sözü  ilə  belə  dedi:  "Elə  ki,  birinci  oxu  atdım 

kamanın ipi qırıldı, anladım ki, mənim dövlət ipim qırılmış, bəxtim 

üz döndərmiş, işim bitmişdir. Hərb iqbalımın [göstərişi ilə] kamanı 

da əlimdən atdım, hərbdən əl çəkdim və qışqırdım ki, tərəflər cəngi 

saxlasınlar. 

 

Şer 

 

Heç zaman qəzadan qurtulmaq olmaz,  

Qədərdən qaçmaqsa mümkün deyildir.

614


 

 

Bir  adam  yollayıb  Allahverdi  xandan  belə  hökm  etməsini 



xahiş  etdim:  "Mənim  övliyalarımdan  heç  kim  bu  qala  camaatına 

dəyməsin". 

Sözün  qısası,  qulamlar  bir-birinin  ardınca  səmənd  atlar 

kimi atəşdən keçib qalaya daxil oldular. Lurlar cəngdən əl çəkdikləri 

üçün,  qulamlar  da  Allahverdi  xanın  əmrinə  əsasən  heç  kəsə 

dəymədilər, Şahverdi xanı tutub çölə çıxardılar. 



 

Şahverdi xanın öldürülməsi: 

 

Allahverdi    xan      onunla      insanpərvərliklə  davrandı,  bir 



neçə  adamı  onun  hərəm  əhli  və  fərzəndlərinin  mühafizəsinə  təyin 

                                                           

614

  Şerin farscası: 



Ba qəza bər nəmitəvan aməd,  

Ba qədər dər nəmitəvan amixt. 



898 

 

etdi. Rumilərin  mirsəncəqi  və bu qalanın hakimi olan  yuxarıda  adı 



çəkilən  Şahrux  cəng  zamanı  ağır  yara  aldığından,  onu  orduya 

gətirdilər  ki,  cərrahlar  müalicəsinə  başlasınlar.  Orduya  gəlib 

çatdıqda vəfat etdi, Şahverdi xanla həmin qalaya gələn adamların bir 

hissəsi isə cəngdə öldürüldü. 

Allahverdi Xan Şahverdi xanı qardaşları, yaxın adamları və 

əsirlərlə birlikdə özü ilə orduya gətirdi. Sədmərə çayının kənarında 

Şahverdi  xanın  boynuna  zəncir  saldılar,  Allahverdi  xan  zəncirin 

ucunu əlinə götürüb hümayun dövlətxananın qapısına gətirdi, iqbal 

münhilərinin vəziyyətlərinin təsviri bu sözlərlə tərənnüm olundu: 

 

Şer 



 

Ayrılıq səmtinə cəhd eləyən kəs  

Başını zəncirdən qurtara bilməz

615


 

Şahverdi xan xoş simalı  və  gözəl görkəmli bir adamdı. O, 



əgər  bu  vaxtlar  dəbdə  olan  kimi,  azacıq  belə  yaltaqlıq  edib 

(təməlloq)  yalvanşa  başlasaydı,  cəzalandırılmazdı,  amma,  xan 

müqəddəs  padşahlar  tərəfindən  məzəmmətlənən  qürur  və 

təəkəbbürlə  hərəkət  etdi.  Onun  hərəkətlərində  [hələ  də]  nifaq 

əlaməti  görünürdü.  Tərəzidə  yoxluq  çəkisi  varlıq  çəkisindən  ağır 

gəldi  və o bir neçə tərəfdarı ilə birlikdə elə oradaca  cəzalandırıldı. 

Qənbər  həy  Ustaclunun  sərkərdəliyi  ilə  Şahverdi  xanın  axtarışına 

gedən müzəffər əsgərlərin bir dəstəsi isə Badray tərəfə gedib orada 

Bağdad  ülkasının  rəiyyətinə  qarşı  əliuzunluq  etmiş,  oradan  çoxlu 

heyvan  və  qənimət  götürmüşdülər.  Onlar  geri  qayıdıb  orduya 

gəldikləri  vaxt  bu  qarətkarlıq  şahın  məzacına  uyğun  gəlmədi.  O, 

həmin  malları  bir  yerə  yığıb  əzəmətli  bir  qorçiyə  verərək, 

sahiblərinə  qaytarmaqdan  ötrü  Bağdad  hakiminə  göndardi, 

Sədmərədən çıxıb Xürrəmabada  gəldi,  Mənsur bəy Səlvizinin oğlu 

Hüseynxanın adına sənəd hazırlayıb, Təhmasibqulu Sultan İnanlıya 

tapşırılan Sədmərə, Həndəməs (?) və Bağdada yaxın yerlərdən başqa 

bütün  Luristan  hakimliyini  ona  verdi.  [O  vaxtlarda]  Xaməbidel 

                                                           

615

 Beytin farscası:  



Səri k-əz tovge-su cuyəd cedayi,  

Məbad əz bənde bidadəş rəhayi. 

 


899 

 

camaatı      səlvizilərlə  yola    getmirdilər.      Şahverdi    xanın    və 



Şücaəddinin  övladları  səlvizilərə  itaət  etməyib  Hüseynxanın 

hakimliyinə  qarşı  çıxdılar.  [Buna  görə  də,]  həmin  tayfa  şahanə 

qəzəbə  gəldi,  fitnə  mayası  olan  o  təbəqənin  və  başqa  lurların 

fitnəkarları Xürrəmabadda öz cəzalarına çatdılar, Sücaəddinin bayat 

tayfası içərisindəki Cahangir adlı oğlu kor edildi, Şahverdi xanın iki 

oğlunu  isə  Ələmut  qalasına  göndərdilər,  lakin  onların  hər  ikisi 

unudulmuşlar (fəramuşan) zindanına  gəldilər  və xəbər  gəldi ki, bir 

daha onlardan xəbər gəlmədi (söz oyunudur - Ş.F.). 

Xülasə,  məcazi  Abbasilərin  Luristan  hakimiyyəti  bitdi, 

həqiqi  Abbasilərin,  yəni  əlahəzrət  zilləllah  şaha  tabe  olanların 

müstəqil  hakimiyyəti  yarandı,  başqa  lurlar  Hüseyn  xanm 

mülazimliyinə  göndərildilər,  cah-cəlal  ordusu  zəfərlə  səltənət 

paytaxtına qayıtdı. 

Şahanə təlimə uyğun hərəkət edən  Hüseynxan o  vilayətdə 

müstəqil  oldu,  onun  qədir-qiyməti  gün-gündən  çoxaldı.  Bu 

"Aləmara" kitabının yazmaqda olduğu hicri tarix indi min on birinci 

(miladi 1602/03) ildir. Hüseynxan böyük şövkət və iqtidarla lurların 

hakimidir  və  heç  vaxt  Şücaəddin  övladı  nəsilbənəsil  belə  qüdrətə 

sahib olmamışdı. 

 

ƏLİXAN GƏRAYLININ TUTULMASI VƏ ONUN ÖZ 



VƏLİNEMƏTİNİN NEMƏTİNİ UNUTDUĞU ÜÇÜN 

CƏZALANDIRILMASININ  ZİKRİ 

 

Qələm  əvvəllər  belə  bəyan  etmişdi  ki,  Əlixan  Gəraylı 



sədaqət  və  birlik  yolundan  yayınıb  üsyan  və  tüğyan  yolunu  tutdu. 

Əlahəzrət  onun  ülkasından  Cacərmi  və  bəzi  malları  Təvəkkül  xan 

Gəraylıya,  Qəleyi-Payhesar,  Ruğd  və  başqa  mahalları    isə  Dərviş 

Xəlifəyə  verdi, Hüseyn xan Şamlı  şahın əmri ilə Əlixanın yaşadığı 

Qəleyi-Payhesarı  tutub  Dərviş  Əli  Xəlifəni  orada  yerləşdirdi, 

əzəmətli  adamlarının  və  ağsaqqallarının  əksəriyyəti  Əlixandan 

dönüb şaha tərəf meylləndilər, Dərviş Əli xanın və Təvəkkül xanın 

xidmətinə  gəldilər. Əlixan  isə  yasa qərq olaraq həmin hüdudlarda 

sərgərdan  dolaşmaqdaydı.  O,  bir  dəfə  özbəklərin  yanına  getmiş, 

lakin  Əbdülmömin  xandan  vahiməyə  düşüb  qaçmış  və  şahın 

xidmətinə gəlmişdi. Onun özbəklərə heç bir etibarı yox idi və daha 

onların  yanına  gedə  bilməzdi.  [Buna  görə  də,]  qohumu  olan 

Mənsurxan bəy  Gəraylının  yanına bir  adam  göndərdi,  görüş xahişi 


900 

 

etdi.  O  şahsevənlərdəndi  və  onlar  bir-biriləriylə  inad  məqamında 



durmuşdularsa  da,  Mənsurxan  bəy  görüşə  razılıq  verdi.  Əlixan 

Gəraylı bir neçə mülazim və xidmətçiylə birlikdə Mənsurxan bəyin 

evninə  gələrək,  onu  hiyləgərliklə  özünə  müttofiq  etmək  istədi  ki, 

fitnə-fəsad  yoluyla  o  vilayətdə  öz  hakimiyyətlərini  davam 

etdirsinlər. Həmişə fitnəkarlıqdan qaçan Mənsurxan bəy onun fitnəli 

sözlərinə  əhəmiyyət  və  razılıq  vermədi.  O  özünün  aqibətini, 

həmçinin  gəraylı  el   və   əşirətinin  gələcəyini  düşünərək şahanə 

qəzəb  və  cəzadan  qorxdu  və  buna  görə  də  Əlixanı  həbs  etdi, 

məsələni  ali  saraya  bildirdi.  Əlahəzrət  Əlixanı  saraya  gətirməkdən 

ötrü Hüseyn bəy Əmakeşi göndərdi və o gəraylıların yanına gələrək 

Əlixanı  onlardan  qopardı,  qələbə  ayətli  ordu  Luristan  səfərindən 

zəfərlə qayıdıb Bərucərbə çatdığı vaxt onu şahın nəzərinə yetirdi. 

 

Əlixan Gəraylının qətli: 

      


 

Əlixana  qarşı  şahanə  qəzəb  atəşi  artıq  alovlanmışdı. 

Həqiqətən  də  xan,  ona  olan  şəfəqqətlərin  qədrini  bilməmiş,  on  pis 

hal sayılan nəməkharamlıq etmiş və o cəzaya məruz qalmışdı. Buna 

görə  də  cəza  şəhnəsi  onu  cəzalandırmağa  başladı,  bəsirət  gözünü 

şahın  iltifatından  bağladığı  üçün  gözlərini  çıxardı,  onu  görmək 

nemətindən  məhrum  etdi,  bəzi  başqa  bədən  üzvlərini  də  kəsdi, 

başqalarına  da  ibrət  dərsi  olmaqdan  ötrü  həmin  biyabanda  Əlixanı 

nümayiş  etdirdilər  və  ordu  oradan  çıxdı.  Bundan  sonra  padşahın 

qəzəbindən  qorxan  rəiyyət  və  əskərlərdən  bir  nəfər  belə,  axirətin 

savabını qazanmaqdan ötrü, öz cızığından çıxmadı. 

 

Şer 



 

Çörəyi tapdayıb çəkdi cəzanı,  

Çıxdı əziyyətlə bədəndən canı.

616


 

 

Padşaha  yaxın  olan  adamların  hal-əhvalları  xoş  olsun  ki, 



ibrət  görən  gözlərini  açıb  öz  hallarının  axırına  və  əhvallarının 

aqibətinə  nəzər  salırlar,  afiyətin  qədrini  bilərək  özlərini 

                                                           

616


 Şerin farscası: 

Bekafərne'məti gərdid məşhur,  

Besəxti kərd can əz kalbod dur 


901 

 

nemətharamlıqla dünya  və axirətdə bədnam  etmirlər, amma  təəssüf 



ki, 

 

Misra 

 

Söz eşidən qulaq varmı, etibarlı göz hanı?



617

 

 



CAHANIN MƏŞHUR QALALARINDAN OLAN 

MAZANDARANDAKI ÖVLAD QALASININ FƏTH 

OLUNMASININ ZİKRİ 

 

İqbal hadisələrdən biri də, Mazandaran qalalarının məşhuru 



olan  Övlad  qalası  fəthinin  uğurla  baş  tutmasıdur.  Məsələ  belə 

olmuşdur:  Fərhad  xanın  Mazandarana  getdiyi  keçən  il  o, 

Mazandaran  mahallarının  əksəriyyətini  tutmuş  və  qardaşı  Əlvənd 

Sultanı orada saxlamışdı. Qədim fars (fors) padşahlarından  yadigar 

qalan  və  Təbəristanın  ən  möhkəm  qalalarından  olan  Övlad  qalası 

Əlvənd  Divin  əlindəydi  ki,  o  da  itaətə  gəlmirdi.  Bəzi  divə  bənzər 

mazandaranlılar  [Fərhad  xanın  qardaşı]  Əlvənd  tərəfindən  üsyana 

təhrik  olunurdular.  Başlarında  hakimlik  xülyası  olan  o  vilayət 

fitnəkarları  onunla  əlbir  idilər,  Əlvənd  Sultana  düşmən  çıxıb  ona 

lazımi  kimi  itaət  təqdim  etmirdilər.  Zəmanənin  məsləhətinə  uyğun 

olaraq  Əlvənd  Sultan,  Əlvənd  Div  və  o  adamlarla  barışıq  yolunu 

tutmuşdu.  Buna  görə  də  bəzi  qərəzkar  adamlar  onu  qardaşına 

müxalif  və  Mazandaran  düşmənləri  ilə  müvafiq  olmaqda  iddiham 

edirdilər.  Baxmayaraq  ki,  Əlvənd  Sultanda  bir  azacıq  divanəlik 

(conun)  vardı  və  əməlləri  əql  qanunlarından  uzaqdı,  amma  tam 

divanəlik xisləti ondan kənar idi. 

Xülasə,  əzəmətli  ordu  Luristan  səfərindən  qayıdaraq, 

səltənət paytaxtında olarkən şah Əlvənd Divi  və Övlad qalasını ələ 

gətirib 

vilayəti 



üsyankarların 

müqavimət 

tikanından 

təmizləməkdən  ötrü  Fərhad  xana  Mazandarana  getmək  izni  verdi. 

Xan  da  şahın  zavalsız  iqbalına  arxalanıb  o  tərəfə  rəvan  oldu. 

Əvvəlcə,  satqınlıqda  ittiham  olunan  qardaşı  [Əlvənd  Sultanı]  ali 

saraya  göndərdi.  Şaha  aydın  idi  ki,  danışılan  sözlər  [Fərhad  xanın 

qardaşına  qarşı]  töhmət  və  iftiradır,  ondan  baş  verən  bəzi  müxalif 

                                                           

617


 Misranın farscası: 

Guşe-soxənşenov koca, dideye-etibar ku? 



902 

 

işlər isə onun səfehliyi, ağılsızlığı  və divanəliyindən baş  vermişdir, 



həmçinin  elə  də  ola  bilər  ki,  məcburiyyət  üzündən  düşmənlə  bir 

neçə  günlüyə  barışmışdır.  Bunları  nəzərə  alıb  onu  azad  (motləqül-

ənan) etdi. 

Fərhad xan isə şövkət və iqtidarla bütün Təbəristan işlərini 

tənzimləməyə  yollandı  və  onunla  Əlvənd  Div  arasında  əvvəlcə 

yazışma başladı. Əlvənd Div Məlik Bəhmənin düşdüyü vəziyyəti öz 

vəziyyəti  ilə  müqayisə  edərək,  Fərhad  xanla  qətiyyən  görüşmək 

istəmirdi. 

Əlvənd  Divin  itaətsizliyindən  məyus  olan  Fərhad  xan 

Övlad  qalasının  mühasirəsinə  yollandı.  Div  isə  onu  qızılbaşların 

mühasirəsindən xilas edə biləcək köməkçi (moin) və xilaskar (naser) 

görmədiyi  üçün  özünü  mühasirədən  çıxardı,  övlad,  yar-yoldaş  və 

fərzəndlərini qalada qoyub, bir neçə adamı ilə cəngəlistana üz tutdu. 

Qalanın  mühasirəsinə  başlayan  Fərhad  xan  qətiyyətli  işi  və  tədbiri 

ilə  mühasirədə  qalan  adamların  vəziyyətlərini  pisləşdirdi,  bir  dəstə 

qala  əhlinə  ənam  və  ehsan  verməklə  özünə  ram  etdi,  başqaları  isə 

çölə  çıxıb  qalanı  təhvil  verməkdən  başqa  çarə  tapmadılar.  Şahın 

zavalsız  iqbalı  ilə  qalanın  fəthi  müyəssər  oldu,  Əlvənd  Divin, 

övladının və təbəələrinin bütün var-yoxları ələ keçdi. Xan bu aşkar 

(mobin)  fəthin  təfsilatını  şaha  ərz  etdi.  Əzəmətli  ordu  Qəzvindən 

çıxıb  seyr  və  söhbət  edə-edə  İsfahana  gedərkən,  Kaşana  çatdığı 

zaman  Övlad  qalasının  fəthi  xəbəri  gəlib  yetişdi,  Fərhad  xan  faxir 

xələtlər, hədiyyələr və çoxlu mükafatlarla sərəfraz oldu. Əlvənd Div 

isə  cəngəllik  və  meşələrdə  avara  sərgərdan  gəzib-dolaşır,  hər  gecə 

bir yerdə, hər  gündüz bir  məkanda narahatlıqla gün keçiridi. Onun 

vəziyyətinin sonrasını qələm gələn il bəyan edəcəkdir, inşaallah. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin