AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


XARƏZM VİLAYƏTİNDƏ HƏMİN VİLAYƏT VALİSİ HACI



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə84/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   80   81   82   83   84   85   86   87   ...   96

XARƏZM VİLAYƏTİNDƏ HƏMİN VİLAYƏT VALİSİ HACI 

MƏHƏMMƏD XANIN VƏ QOHUMLARININ VƏZİYYƏTİ, 

XANIN İKİNCİ DƏFƏ ƏCƏM ŞƏHRİYARININ 

DƏRGAHINA GƏLİŞİNİN ZİKRİ 

 

Sabiqdə    baş    vermiş    hadisələr  barədə    vaqiələr  yazan 



qələm  belə  yazmışdı:  Keçən  il  Əbdülmömin  xanın  fitnəsini  dəf 

etməkdən ötrü qələbə ayəli ordu Xorasana yürüşə keçəndə Xarəzm 

valisi Hacı Məhəmməd xan, onun oğlu Ərəb Məhəmməd Sultan  və 

qardaşı  oğlu  Babaxan  şahın  xidmətindən  mürəxxəs  olub  öz 

məmləkətlərinə qayıtdılar. Onlar əvvəlcə yəqə türkman sayinxani el 

və  oymaqlarına  getdilər  və  o  tayfanın  bir  dəstə  adamı  həmin 

sultanlara  yoldaş  kimi  Xarəzm  vilayətinə  daxil  oldular.  Onların 

qədəmlərindən  sevinən  xarəzmlilər  itaət  və  bağlılıq  məqamında 

dayandılar. Lakin, Abdulla xanın adamları və daruğələrinin hər biri 

öz  yerlərini  boş  qoyaraq  Mavərənnəhrə  getdilər,  Xarəzm  vilayəti 

biganə  ləşkərdən  boşaldı,  Hacı  Məhəmməd  xan  müstəqil  hakim 

oldu. Amma, onun ətrafına yığılmış adamların əksəriyyəti rəiyyət və 

əkinçilər (ehşam) idilər, çünki, o vilayətin ələ keçirilməsindən sonra 

Abdulla xan  Hacəm xanın (Hacı Məhəmməd xanın - Ş.F.) əsgərləri 

olan özbək qəbilələrini oradan köçürüb, başqa vilayətə göndərmişdi 

və onun adamlarından heç kim Xarəzmdə qalmamışdı. 

Sözün  qısası,  Hacəm  xanın  gəlişini  eşidən  Abdulla  xan 

özünün  bir  neçə  mötəbər  əmirini  böyük  qoşunla  onun  üstünə 

Xarəzmə göndərdi. Hələ bununla da kifayətlənməyib özü də onların 

ardınca o istiqamətə hərəkət etdi. Abdulla xan ləşkərinin gəlişindən 

xəbər  tutan  Hacəm  xan  həmin  vilayətin  qara  camaatını  toplayıb, 

onların qarşısına yolladı. Aralarında qızğın döyüş oldu. Abdulla xan 

ordusunun [da] gəlmə xəbəri gəlib çatdığından, xarəzmlilərin səbat 

və  qərar  köklərinə  zəlzələ  düşdü  və  bu  hərbdə  onlar  məğlub 

edildilər, Hacəm xanın daha o  vilayətdə qalmaq imkanı olmadı. O, 

qalada  mühasirəyə  düşməyi  istəmədiyi  üçün,  məcbur  olub,  oğlu 

Ərəb  Məhəmməd  Sultanla  birlikdə  məğlubiyyətlə  və  pərişan  bir 

halda  özünü  Xarəzm  vilayətindən  eşiyə  atdı,  Astrabada  tərəf  üz 



874 

 

tutdu.  Oradan  da,  çıxıb  özlərini  sayinxani  yəqə  türkmanlarının 



köməyi  ilə  qızılbaş  məmləkətinin  sərhədinə  çatdırdılar.  Əlahəzrət 

zilləllah  şah  onun  gəlişindən  xəbər  tutub  qarşısına  bir  adam 

göndərdi  və  onu  ali  dərgaha  çağırdı.  Xan  yenidən  şahın    yanına 

gələrək,  Qəzvin  darüssəltənəsində hümayun görüş izzətinə yetişdi, 

ona şah tərəfindən şahanə iltifat (təfəqqod) və mülayimlik göstərildi. 

Amma, şəhərdə (Xarəzimdə - Ş.F.) vəzir olan qardaşı oğlu Babaxan 

oranın   qalasını möhkəmləndirərək    şəhərdə qaldı, bilirdi ki, əgər 

mühasirəyə  alınarsa  heç  bir  yerdən  ona  kömək  gəlməyəcəkdir,   

düşmənlərə   giriftar   olacaqdır.   Babaxan yaxşı adla ölməyi həyatı 

zillətlə  keçirməkdən  üstün  tutub,  qeyrət  və  məradənəlik  aləminə 

qapıldı,  qalada  mərdanəlik    dayandı.  Qalanı  mühasirəyə  alan 

Abdulla xan ləşkəri çoxlu əsgərlə şəhər qalasını  və  vəziri dörd aya 

yaxın  bir  müddətdə  mühasirədə  saxladı.  Nəhayət  onun  əsgərləri, 

həmçinin  şəhər  və  qala  adamları  qaladarlıq  etməkdən  vahiyəmə 

düşərək, vəzirə bivəfalıq etdilər, Abdulla xana tərəf meylləndilər.  

 

Hacı Məhəmməd xanın qardaşı oğlu  



Baba xan Vəzirin öldürülməsi: 

 

Babaxan bunu bilərək, ona  vəfalı  olan bır  dəstə  adamla  



qala darvazasını   açıb,   özünü   fədai  kimi müxaliflərə vurdu, hərb 

dəryasında  üzməyə  başladı.  Abdulla  xanın  özbəkləri  onu  hər 

tərəfdən  əhatə  etdilər.  Döyüş  meydanı  hər  ləhzə  onun  üçün 

daralmaqdaydı. Vəzirin heç yana çıxış yolu yox idi. Nəticədə döyüş 

meydanında   öldürüldü,   qoşunun   qalıqları   isə   dağılışdı. Baba - 

xanın  şücaət  və  dilavərliklə  döyüşməsi  indiyəcən  Xarəzmdə  dillər 

əzbəridir. 

Abdulla  xan  yenidən  Xarəzmi  fəth  etdi,  o  vilayətdə 

müxalifət  gümanında  olduğu  hər  adamı  aradan  götürdü,  qalaları 

möhkəmləndirərək Mavərənnəhrə qayıtdı. 

 

 

 


875 

 

BU İL ŞÜŞTƏR HAKİMİ MEHDİQULU XAN ŞAMLI, 



ƏFŞAR TAYFASI VƏ HƏVİZƏ ƏRƏBİSTANIN VALİSİ  

MİR MÜBARƏK ARASINDA BAŞ VERƏN VURUŞMA, 

PƏRVƏRDİGARIN TƏQDİRİ VƏ QƏZANIN FƏRMANI 

İLƏ ALLAHVERDİ XANIN KUH-GİLUYƏYƏ GEDİŞİ  

VƏ BƏXTLƏRİ DÖNMÜŞ ƏFŞARLARIN 

 VƏZİYYƏTİNİN ZİKRİ 

 

Bu  il,  Kuh-Giluyənin  bir  dəstə  əfşar  fitnəkarı,  xüsusilə 

Əraşlı (?) və Kəndurlu (?) tayfa üzvləri həmin vilayətin hakimi Əmir 

xana  yağı  oldular,  Kuh-Giluyə  qəsəbələrindən  olan  Ramhörmüzdə 

toplaşıb Xəlil xanın nəvəsi  Əbülfət bəyi  öz aralarında xan seçdilər, 

müxalifət  və  üsyan  məqamında  dayandılar.  Şüştər  hakimi 

Mehdiquluxan  sədaqət  və  sufiliyinə  görə  bu  yaramaz  halı  qəbul 

etmədi,  aralarında  yaxın  məsafə  olan  onların  fitnəsini  dəf  etməyə 

yollandı,  azacıq  miqdar  şamlı  qaziləri  ilə  onların  üstünə  yürüdü, 

Şüştər  və  Ram  hörmüzün  arasında  hərb  başlandı.  Əfşar  tayfası  o 

məhdud  saylı  şamlılar  tərəfindən  əzilərək,  Ərəbistan  valisi  Seyid 

Mübarəkə  pənah  apardılar.  Seyid  Mübarəki  həmişə  bu  güclü 

dövlətin müxaliflərindən biri hesab edən Mehdiqulu xan [hərdərbir] 

Həvizə ərəblərinə qarşı hücuma keçir, Seyid Mübarəklə bir o qədər 

də  hesablaşmır,  onunla  qalib  tərzdə  davranırdı.  Seyid  Mübarək  də 

Mehdiqulu  xanın  pis  rəftarından  şəkkə  düşmüşdü.  O,  dəfələrlə  ali 

dərgaha  ərizələr  yazıb  onlan  şikayətlənir,  istəyirdi  ki,  Mehdiqulu 

xana  qulaqburması  verilsin  və  o,  təkəbbür  və  qürur  badəsinin 

məstliyindən ayılsın. Bu vaxt əfşar tayfası bu vəziyyəti qızışdıraraq 

onu  Mehdiqulu  xanla  hərb  etməyə  rəğbətləndirdi.  O  da  əfşarlara 

kömək  üçün  bir  dəstə  ərəb  döyüşçüsü  ilə  Mehdiqulu  xan  üzərinə 

hücuma  keçdi.  Xan  Ram  hörmüzdən  qayıdıb  Şüştərə  gələn  vaxt 

ərəblər onun yolunu kəsdilər, aralarında kiçik bir cəng oldu. Ərəblər 

Mehdiqulu xanm zəif ləşkərindən də zəif olduqları halda, xan səhra 

döyüşünü  sərfəsiz  zənn  edib,  özünü  yaxınlıqdakı  bir  qalaya  çaldı, 

ərəblər  də  gəlib  oranı  mühasirə  etdilər.  O  qala  bir  o  qədər  də 

möhkəm  olmadığından,  həmçinin  ərzaq  ehtiyatının  yoxluğundan, 

xan məcbur olaraq Seyid Mübarəklə sülh bağlamaq istədi. Əlahəzrət 

zilləllah şahdan bərk qorxan Seyid Mübarək də sülhə meylləndi  və 

aralarında  sülh  bağlandı.  Belə  qərara  gəldilər  ki,  Seyid  Mübarək 

oradan qayıdıb Həvizəyə, Mehdiqulu xan isə qaladan çıxıb Şüştərə 

getsin. 


876 

 

Bəzi  adamlardan  belə  xəbər  eşidildi  ki,  ürəyində 



Mehdiqulu  xana  qarşı  kini  olan  Seyid  Mübarək  ərəblərlə  belə  bir 

qərara  gəlmişdi:  Mehdiqulu  xan  qaladan  eşiyə  çıxanda  atların 

cilovlarını döndərib xana hücuma keçsinlər və onu cəzalandırsınlar. 

Bu astanəyə öz sədaqətini izhar etmiş  Seyid Bədr  - Seyid 

Mübarəkin  oğlu,  ərəblərin  bu  kələyindən  (keyd)  Mehdiqulu  xanı 

xəbərdar  etdi.  Buna  görə  də,  xan  özünü  daha  bir  neçə  gün  həmin 

qalada  qoruyub  eşiyə  çıxmadı.  Seyid  Mübarəkə  elə  gəldi  ki,  xan 

özünə qarşı ondan kin hiss etdiyi üçün belə ehtiyatkarlıq edir. Buna 

görə də, orada dayanmayaraq Həvizəyə getdi. Luristanda bu xəbəri 

eşidən  Şahverdi  xan  Abbasi  dövlətxahlıq  izhar  edib,  Mehdiqulu 

xana  kömək  etməkdən  ötrü  o  tərəfə  yollandı.  Şahverdi  xan  gəlib 

çatanadək  artıq  onların  aralarında  barəsində  danışılan  sülh  baş 

tutmuşdu. 

Sözün   qısası,   Mehdiqulu   xan   ərəblərin   hiyləsindən 

xatircəm  olaraq  qaladan  çıxdı,  Şüştərə  yollandı.  O,  baş  verən 

hadisələri  yazıb  ali  saraya  məktub  göndərdi.  Seyid  Mübarəki  bu 

dövlətdən  incik  salmaq  istəməyən  əlahəzrət  onun  etdiyi  sabiq 

əməlləri  bağışladığı  üçün  Mehdiqulu  xana  belə  bir  hökm  yolladı: 

Qoy  bundan  sonra  Seyid  Mübarəklə  yaxşı  rəftar  etsin,  onun 

məmləkət ülkasına əlini uzatmasın, xanın seyidə aid olan ərəb qəbilə 

və tayfaları ilə işi olmasın. 

Amma,  əfşar  fitnəkarlarına  qarşı  şahın  qəzəb  atəşi 

şölələndi,  Kuh-Giluyə  hakimliyini  Fars  vilayətinə  əlavə  edərək, 

Allahverdi  xana  verdi,  sözə  baxmayan  əfşarları  cəzalandırmağı  və 

onlarla  hesablaşmağı  onun  öhdəsinə  qoydu.  Xan  həmin  vilayətə 

gedərək,  əfşar  fitnəkarlarının  böyük  bir  hissəsini,  o  cümlədən  o 

fitnəkarlığın  mayası  olan  Əraşlı  və  Kəndərli  (Kəndurlu  ?)  tayfa 

üzvlərini qətlə yetirdi, itaətə gəlməyən və həmişə o vilayətdə fitnə-

fəsad  törədən  xanəki,  cəvanəki,  bəndani  və  başqa  lurları  fəna 

küləyinə verdi, başqalarını da töhmətləndirdi. Bədbəxt aqibətsizlərə, 

itaətsiz əfşar və lurlara elə bir qulaqburması verildi ki, bundan sonra 

fitnə-fəsad  xəyalına  düşmədilər,  o  vilayətin  işləri  öz  qaydasına 

düşdü.  Xan  Kuh-Giluyəyə  xasseye-şərifə  qulamlarından  bir  nəfəri 

hakim təyin edib geri qayıtdı, baş verənləri ali saraya ərz etdi, onun 

göstərdiyi xidmətlər yüksək qarşılandı, şahanə nəvaziş və iltifatlarla 

şərəfləndi. 



 

877 

 

YƏZD DARÜLİBADINl QARƏT ETMƏKDƏN ÖTRÜ 



XORASANDAN ÖZBƏK DÖYÜŞÇÜLƏRİNİN GƏLİŞİ, 

ƏLİQULU XAN ŞAMLI VƏ QIZILBAŞLARIN ONLARLA 

CƏNG ETMƏLƏRİ, CAHAN ƏRVƏRDİGARININ KÖMƏYİ 

İLƏ ÖZBƏKLƏRİN MƏĞLUB EDİLMƏLƏRİNİN ZİKRİ 

 

Bu  il  bir  dəstə  özbək  döyüşçüsü  ayaqlarını  mötədillik 



(etedal) dairəsindən kənara çıxarıb, Yəzd darülibadəsini qarət etmək 

niyyəti  ilə  Təbəs,  həmçinin  Məfazə  və  Cəndəq  yolunu  keçib 

gəldilər. Tərkeş qorçisi Əliqulu xan Şamlı Yəzdin hakimiydi. Təbəs 

hakimi  Mehrab  xan  Qaçar  adam  yollayıb  özbək  əskərlərinin 

gəlişindən  onu  agah  etdi.  Əliqulu  xan  şəhəri  möhkəmləndirdi,  o 

hüdudun  dörd  yüz,  beş  yüz  əskər  və  qızılbaş  tüfəngçisini  topladı, 

cəng  əzmi  ilə  özbəklərin  qarşısına  getdi.  Özbək  döyüşçüləri  isə 

başqa yolla gəlib şəhərin ətrafına çatdılar. 

Səkkiz fərsəx

604


 yol keçib gələn Əliqulu xan qayıdıb şəhər 

yaxınlığına çatdı. Ertəsi gün müxalif qoşunun min iki yüz nəfərədək 

bahadırı və bahadırların iki-üç min döyüşçüsü göründü, onlar gəlib 

şəhər  kənarında  dayandılar.  Özbəklər  əlləri  çatan  hər  yeri 

qarətkarlığa başladılar, gözlərinə dəyən hər şeyi zəbt etdilər və çoxlu 

mal topladılar. 

Əliqulu xan işin başlanğıcında təriqət sahibi olan yəzdlərin 

məsləhəti  ilə  ehtiyatlandı,  şəhər,  qala  və  qapıların  mühafizəsinə 

başladı.  Yəzd  əhalisi  özbəklərin  çox  olmaları  səbəbindən  cəngə 

razılıq  vermirdi.  Amma,  Əliqulu  xan  Xorasan  ləşkərinin  kəmiyyət 

və  keyfiyyətindən  xəbərdar  olduğuna  baxmayaraq,  şahın  zavalsız 

iqbalına  arxalanıb,  yanındakı  şamlı  qorçiləri,  tüfəngçiləri  və  başqa 

əskərlərindən  ibarət  az  miqdar  döyüşçü  ilə  birlikdə  mərdanəliklə 

döyüş  meydanına  ayaq  basdı,  döyüşməyə  qərar  verdi,  qızılbaş 

dilavərləri,  tüfəngçiləri  və  başqa  adamları  qorxmazlıqla  düşmənin 

üstünə şığıdılar. 

Özbəklərin bu gəlişdən məqsədləri qarətkarlıq olduğundan, 

istədilər  ki,  geri  qayıdıb  yığdıqları  malları  aradan  çıxarsınlar. 

[Amma,]  Əliqulu  xan  şamlı  qaziləriylə  atını  irəli  sürüb  onların 

üstünə  cumdu,  aralarında  cəng  başlandı.  Şamlı  qaziləri  şücaətli 

həmlələrlə  onların  dəstələrini  pozdular,  üç  yüz  nəfərini  öldürdülər, 

bir  çoxunu  isə  əsir  götürdülər.  Özbəklərin  qalan  hissəsi  isə 

                                                           

604


 48-km-rə bərabərdir - Ş.F. 

878 

 

məğlubiyyət  və  pərişanlıqla  fərar  vadisinə  tərəf  yollandılar, 



mallardan  göz  çəkib,  can  qayğısına  qalmağı  qənimət  bildilər. 

Əliqulu  xan  qələbə  çaldı.  Şamlı  qaziləri  özbəkləri  bir  neçə  fərsəx 

təqib edərək, onların bir dəstəsini malları ilə birlikdə ələ keçirdilər, 

zəfərlə geri döndülər. Mehrab xan isə bacarıqlı cavanların bir dəstəsi 

ilə  Təbəsdən  Yəzd  darülibadəsinə  gəlməkdəydi.  O,  Xoranuq 

kəndində geri qayıtmış özbək döyüşçülərinə çatıb cəngə başladı. Bu 

dəfə  də  biyabırçı  məğlubiyyət  özbəklərə  yol  tapdı,  bir  çoxu  qətlə 

yetirildi,  qalanları  isə  dağılışaraq  susuz  dağ  və  biyabanlara  doğru 

yola düşdülər. Mövlana Fəxrəddin Bafqı bir dəstə Bafq və Behabad 

tüfəngçisi  ilə  onların  ardınca  gedib,  çoxlarını  ələ  keçirdi.  Can 

qorxusundan dağ və biyabana üz tutanların əksəriyyəti susuzluqdan 

həlak olub, canlarını oradan səlamət çıxara bilmədilər. 

Xülasə, gələn özbəklərin az hissəsi qayıda bildi. Bu il yenə 

də  Əbdülmömin  xan  ləşkərinin  bir  dəstə  özbəyi  Əlixan  Gəraylının 

üzərinə hücum edib, onun bir neçə adamını qətlə  yetirdi. Ruğd (?) 

qalasına gələn Əli xan, oraya sığındı, bərk xəcalət  və peşimanlıqla 

orada yaşamağa başladı, axırda da öz cəzasına çatdı. 

 

GÜNAHLARI BAĞIŞLANMIŞ HƏZRƏT CƏNNƏTMƏKAN  



ŞAHIN MÜBARƏK NƏŞİNİN MÜQƏDDƏS MƏŞHƏDDƏN 

İSFAHAN  DARÜSSƏLTƏNƏSİNƏ APARILMASI VƏ 

ALLAHIN İNAYƏTİ İLƏ MÜQƏDDƏS ŞƏXSLƏRİN 

YANINDA DƏFN OLUNMASININ ZİKRİ 

 

Birinci səhifənin əvvəlində belə yazılmışdı:  İsmayıl Mirzə 



öz  hakimiyyəti  zamanı  cənnətməkan  şahın  mübarək  nəşini 

müqəddəs  Məşhədə  aparmış  və  bu  xidməti  Məşhəd  hakimi 

Mürtəzaqulu  xan  Pornak  Herat  bəylərbəyi  Əliqulu  xan  Şamlı  ilə 

birlikdə  yerinə  yetirmişdi.  [Şah  Təhmasib]  həzrət  İmam  Rzanın 

müqəddəs  rövzəsinə  dəfn  olunmuşdu.  Oranın  mütəvəlli  və 

xidmətçilərinin  məsləhəti  ilə  onu  düşmənlərdən  qorumaq  üçün  üç-

dörd  yerdə  qəbir  qazıldı.  Əhali  bir  neçə  gün  həmin  qəbirlərə  göz 

oldu. Həmin axşamı Mir Seyid Əli Mofzəl Astrabadi  və Mir Seyid 

Əli  Sədr  Şüştərinin  arasındakı  ixtilafı  görən  Şeyx  Həsən  Həffar* 

Məşhədin  müqəddəs  hərəminin  qapısını  bağlayıb,  mübarək  zərihin 

yanında  başqa  bir  qəbir  qazaraq,  həmin  qiymətli  gövhəri  o  pak 

torpağın  sədəfində  gizlətdi.  Başqa  qəbirlər  torpaqla  dolduruldu, 

(şahın  mübarək  ayağının)  aşağı  tərəfində  baş  daşı  ucaldıldı. 


879 

 

Mübarək  qəbrin  hafizləri**  həmişə  orada  tilavət  oxuyurdular. 



Cənnətməkan  şahın  qəbrinə  xidmət  edən  xadim  qəbrin  üstündə 

şamlar  yandırırdı.  Əhali  arasında  həmin  yer  cənnətməkan  şahın 

qəbir  yeri  kimi  şöhrət  tapmışdı.  Əbdülmömin  xan  müqəddəs 

Məşhədi  tutan  vaxt  həmin  şərafətli  büqə  özbəklərin  əlinə keçdi.  O 

aqibətsiz  cahil  adam,  təəssübünün  çoxluğundan  həmin  səfdə  dəfn 

olunmuş cənnətməkan şahın və səfəvi nejadından olan şahzadələrin 

cəsədlərini  qəbirlərindən  çıxarıb  onlara  qarşı  hörmətsizlik  etmək 

istədi və özbəklər həmin qəbirləri qazıb o əzəmətli şəxslərin bir neçə 

çürük (zəmim) sümüyünü çıxardılar.  Amma bir neçə ildən sonra o 

azğın (zəlal) adamların biri Abdulla xana və Əbdülmömin xana belə 

xəbər  verdilər ki, bəs cənnətməkan şahın nəşi başqa bir yerdə dəfn 

olunmuşdur.  Mənim

605

  isə  məlumatım  var  ki,  onlar  bir 



təəssübkeşin

606


  təhriki  ilə  Dostum  bahadır  adlı  bir  özbəyi 

göndərdilər  ki,  həmin  yeri  qazıb  [cənnətməkan  şahın]  nəşini 

[qəbindən] çıxarsınlar və Buxaraya aparsınlar, [mərhum şaha qarşı] 

ürəklərindən keçən hər cür həqarəti (estexfaf) yerinə yetirsinlər. 

Dostum bahadır əmr alaraq, həmin azğın (məxzul) adamla 

birlikdə  [qəbirdəki]  nəşi  o  məkandan  çıxarıb  bir  kisəyə  qoydu  və 

kisənin  ağzını  müqəddəs  Məşhəd  hakimi  Xudaynəzər  bəy 

möhürlədi.  Həmin  kisə  bir  müddət  müqəddəs  Məşhədin  Cənabək 

adlanan  bir  yerində  saxlanıldı,  sonra  nəşi  götürüb  Mavərənnəhrə 

getdilər.  Əsl  isfahanlı  olan  sərkarın  ambardarı  Pəhləvan  Şahəlinin 

oğlu  Rzaqulu  bəy  [o  vaxt]  həmin  yerdə  idi.  Dostum  bahadır  onun 

evində  mehman  oldu.  Rzaqulu  bəy  həmin  nəşin  aparılmasından 

xəbər tutub Dostum bahadırı bir neçə  gün də [öz yanında] saxladı, 

onunla insani tərzdə davrandı. Bir gün söhbət zamanı Rzaqulu bəy 

zarafatla  dedi  ki,  əgər  bu  nəşi  Tun  və  Təbəs  yoluyla  qızılbaşlara 

aparsan, bu xidmətə görə Abdulla xan və Əbdülmömin xandan onun 

on  misli  qədər  pul  ala  bilərsən.  Ənam  və  ehsan  sözünü  eşidən 

Dostum  bahadır  dedi:  "Mənim  Mavvərənnəhrdə  qohum-qardaşım 

yoxdur  və  ora  ilə  elə  bir  bağlılığını  da  mövcud  deyil.  Əgər  düz 

deyirsənsə və dediyin sözün yerinə yetiriləcəyinə söz verirsənsə, elə 

də  edərəm".  Dostum  bahadır  onunla  əhd  etdi,  nəşi  götürərək  tez-

tələsik Təbəsə gətirdilər. 

                                                           

605


 Yəni tarixçi İsgəndər Münşinin - Ş.F. 

606


 Yəni özbək sünnisinin - Ş.F. 

880 

 

Amma,  Dostum  bahadırsa  belə  deyirdi:  "Mən  bir  yuxu 



gördüm.  Yuxuda  həmin  nəşin  Mavərənnəhrə  aparılması  qadağan 

olunur  və  onun  İrana  gətirilməsi  tapşırılırdı.  Mən  bu  hadisəni 

Rzaqulu bəyə deyib, ondan kömək xahiş etdim, onunla birlikdə nəşi 

götürüb yola düşdük". Təbəsə çatdıqları vaxt Təbəs hakimi  Mehrab 

xan  Qacar  onlara  çoxlu  hörmət  edib,  məsələni  şaha  çatdırdı. 

Əlahəzrət  zilləlah  şah  bu  xoş  xəbərdən  şadiman  oldu  və  belə  bir 

hümayun  hökm  sadir  oldu:  Təbəsdən  İsfahan  darüssəltənəsinədək 

nəşi aparıb ehtiramla çatdırsınlar. Ali əmrə görə, gedib çatdıqları hər 

vilayətdə  onları  qarşıladılar,  piyada  halda  nəşi  çiyinlərinə  qaldırıb 

mənzil başına  çatdırdılar, həmin pak cəsədi gətirmiş Rzaqulu bəyə 

və Dostum bahadıra layiqli xidmətlər göstərildi. Beləliklə, onlar elə 

ki,  İsfahana  yaxınlaşdılar,  əlahəzrət  [şah]  bütün  əmirlər,  dövlət 

başçıları və əyanlarla piyada halda onları qarşıladı, həmin cənazani 

çiyninə  götürüb  şəhərə  çatdırdı,  onu  iki  ali  qədir-qiymətli 

imamzadənin  dəfn  olunduğu  İmame-sacedin  və  qiblətül-arifin  olan 

İmam  Əli  Zeynalabdin  əleyhüssalamın  şərafətli  büqəsində  yerə 

qoydular.  Əhali  o  cənazənin  ziyarətinə  axışdı.  Doğru  və  yalan 

ehtimal  olunan  bu  xoş  xəbər  məmləkətlərin  hər  yerinə  yayıldı. 

Amma,  vaxtm  məsləhətinə  görə,  həqiqət  olub-olmamasından  asılı 

olmayaraq  cəsədin  şaha  məxsus  olması  təsdiqləndi.  Çünki, 

Əbdülmömin  xan  müqəddəs  Məşhədi  tutduqdan  sonra,  aşağı  səfdə 

dəfn  olunmuş  cənnətməkan  şahın  və  şahzadələrin  bir  neçə  çürük 

sümüyünü  qəbirdən  çıxarıb,  onları  həqarət  altına  qoymuşdu.  Buna 

görə  də,  əzəli  istək  belə  oldu  ki,  o  bədnamlığın  əvəzi  gərək  o 

həzrətin pak cəsədi üstündən götürülsün, çünki həmin dindar və pak 

etiqadlı  seyid  bir  padşahın  ehtiramsızlığına  yönələn  hər  hərəkət 

İlahinin dərgahında bəyənilən hərəkət deyildir, qoy bütün insanlara 

aydın olsun ki, o mübarək cəsədə qarşı təhqirə yol vermək ədəbdən 

kənar bir əməldir. 

Sözün  qısası,  Dostum  bahadır  və  Rzaqulu  bəy,  dərgah 

mülazimləri  silkinə  daxil  edildilər,  həddən  artıq  ənamlarla 

mükafatlandırıldılar.  Hökm  olundu  ki,  bütün  əmirlər,  qızılbaş 

əyanları  və  bu  sülalənin  tərəfdarları  onlara  ehtiram  etsinlər. 

[Beləliklə,]  xidmətləri  layiqincə  qiymətləndirildi.  Həmin  pak  nəşi 

isə müqəddəs adamların məzarları olan, lakin gizli məsləhətlərə görə 

məxfi saxlanılan yerə aparıb, şərafətli bir məkanda dəfn etdilər. 

Amma, Xorasanın fəthindən sonra mən, [yəni] bu sətirlərin 

müəllifi,  Şeyx  Həsən  Həffardan  eşitdim  ki,  belə  deyirdi: 



881 

 

"Cənnətməkan  şahın  mübarək  qəbrinə  (həriminə)  naməhrəm  əli 



dəymədi". 

 

Misra 



 

Dəfn olundu və möhürləndi qəbir.

607

 

 



Buraya (Məşhədə - Ş.F.) gətirilən həmin nəş isə müqəddəs 

rövzənin nurlu və ətirli seyidlərinin birinin nəşi idi ki, cənnətməkan 

şahın  pak  ruhunun  sayəsində  düşmənlərin  fitnə  və  şərindən  uzaq 

oldu və elə bir şərafətli məkanda dəfn olundu. 

 

Misra 

 

Nə xoş səadəte-dünyavü din, nə xoş yardım!

608

 

 



ALLAHIN TƏQDİRİ İLƏ BU İL BAŞ VERƏN 

 MÜXTƏLİF HADİSƏLƏRİN BƏYANI 

 

Bu  il  aləmpənah  dərgaha  aləmin  hər  yerindən  elçilər 



gəldilər,  onların  bəzisi  Qəzvində,  bəzisi  isə  İsfahanda  şahla  görüş 

səadətinə yetişdilər. Ali dərgahda o elçi və mehmanlarla birlikdə elə 

bir  məclis  təşkil  olundu  ki,  keçmiş  vaxtlarda  elə  məclislər  az 

keçirilərdi. Hər diyardan gətirilən töhfə və hədiyyələr [şaha] təqdim 

olundu. Onlardan Hindistan məmləkətlərinin uca məqamlı, Firidun* 

bargahlı  hökmdan  Cəlaləddin  Məhəmməd  Əkbər  padşahın  elçiləri 

Mirzə  Ziyaəddin  Kaşi  və  Əbu  Nəsr  Xafi  idilər  ki,  onlar  yeddi  il 

bundan  əvvəl  Hindistana  göndərilən  Yadigar  Sultan  Rumlu  ilə 

gələrək həmin darüssəltənədə şahla  görüş səadətinə çatdılar.  Kaşan 

qazisi  Mir  Rəfiəddinin  oğlu  olan  Mirzə  Ziyaəddin  iyirmi  beş  ilə 

yaxın idi ki, Hind vilayətinə getmiş, o əzəmətli padşahın (Hindistan 

padşahının  -  Ş.F.)  mülazimləri  silkinə  daxil  edilmiş  və  orada  tam 

ixtiyar sahibi olmuşdu. Əbu Nəsr isə Xaf vilayəti əhalisindəndir. Bu 

yaxınlarda  onların  hər  ikisi  Yadigar  Sultan  Rumlu  ilə  birlikdə 

                                                           

607


 Misranın farscasr. 

Be həman mohr-o neşanəst ke bud. 

608

 Misranın farscası: 



Zəhi səadəte-donya vo din, zəhi tovfiq! 

882 

 

[Hindistandan]  İran  elçiliyinə  göndərildilər,  Kələç-Mükran  yoluyla 



Kirmana və oradan da bu səadət aşiyanlı dərgaha gəldilər. 

Fərmana  əsasən  Qəzvinin  Səadətabad  meydanı  çırağban 

olundu, bazarları bəzədilər. Əlahəzrət elçilərə bir neçə gün [həmin] 

meydanda ziyafət (tuy) verib, izzət və ehtiram göstərdi. Onlar Şeyx 

Mübarəkin oğlu Şeyx Əbülfəzl tərəfindən ürəkaçan böyuk məhəbbət 

və dostluqla yazılmış bəlağət üslublu məktubu şahın nurlu nəzərinə 

yetirdilər,  dağ  peykərli  dəvələrlə  gətirdikləri  töhfə  və  hədiyyələri 

Səadətabad meydanında hümayun şaha göstərdilər. 

Meydandakı  seyr  və  söhbətlərdən  sonra  şahın  xatirinə 

İsfahanın seyrini etmək və Nəqşi-cahanın* işrətli saraylarını görmək 

düşdü  və  işrət  və  kamranlıqla  o  istiqamətə  rəvan  oldu.*  Həmin 

behişt  nişanlı  məkanda,  ətraf  yerlərə  göndərilmiş  elçilər  bir-bir 

gələrək,  şahla  görüşməklə  müşərrəf  oldular.  Onların  biri  Əsəd  bəy 

Kürqıraq  (?)  Təbrizidir  ki,  bir  neçə  il  bundan  əvvəl  elçi  sifətilə 

Hindistanın  Dekən  vilayətinin  əzəmətli  sultanlarının  yanına 

getmişdi.  O,  oradan  bu  il  qayıtdı,  özü ilə  hind  malları  dolu  yüklər 

(barxane)  və  layiqli  peşkəşlər  gətirdi.  Herat  hakimi  Mir  Qulbaba 

Kukəltaşın  yanına  elçi  gedən  İslam  bəy  Yüzbaşı  Şamlı  [da]  gəlib 

çıxdı. Şahla görüşə gəmiş yüzbaşının elçiləri də gətirdikləri töhfə və 

hədiyyələri  ona  göstərdilər  və  şahanə  nəvazişlərlə  sərəfraz  oldular. 

Aydın idi ki, Mir Qul-babanın əlahəzrətlə ülfət və dostluğu Abdulla 

xanın  əmri  və  işarəsi  ilə  yerinə  yetirilmişdi.  Abdulla  xan  dostluq 

qapılarını açdığı üçün əlahəzrət də, zamanın qayda-qanununa riayət 

edib,  xan  ilə  yazışma  qapılarını  açdı.  Məhəmmədqulu  bəy 

Əreykərlini  (?)

609


  oraya  elçi  təyin  etdi  və  onu  Mir  Qulbabanın 

buraya  göndərilən  adamlarıyla  oraya  göndərdi.  Həmçinin  əzəmətli 

Gürcüstan  sultanlarının  elçiləri  gələrək,  şahın  sonsuz  nəvaziş  və 

iltifatına yetişdilər və geri döndülər. 

Bu  ildə  baş  verən  hadisələrdən  biri  də  budur:  Bağdad 

darüssalamının bəylərbəyisi tərəfindən söz-söhbətli bir elçi də gəldi, 

öz  bağlılığını  və  sədaqətini  ərz  etdikdən  sonra  Gilan  valisi  Xan 

Əhməd  xanın  vəfatı  xəbərini  çatdırdı.  O,  İstanbulda  təbii  əcəllə 

dünyadan köçmüşdü. 

Bəxtiyarı  lurlarının  ata-babadan  mir  və  mirzadələrindən 

olan  Əmir  Tacmir  Bəxtiyari  indiyədək  xilaf  səhrasının  vəhşisifət 

məxluqları  kimi  heç  kim  tərəfindən  hələ  ram  edilməmişdi.  O, 

                                                           

609


 Bəlkə də "Ərəbgirli" olmalıdır - Ş.F. 

883 

 

səmimiyyət və sədaqətlə dərgaha gələrək ləyaqətli peşkəşlər təqdim 



etdi,  keçən  əyyamda  etdiyi  qüsurlara  görə  üzr  istədi,  bundan  sonra 

[şaha] 


xidmət 

edəcəyini 

boyun 

oldu, 


faxir 

xələtlərlə 

mükafatlandırıldı,  istəyinə  yetdikdən  sonra  geri  qayıtmağa  rüxsət 

aldı. 


Bu  ilin  başqa  bir  əhvalatı  [isə]  təkəli  tayfasının  şah 

qəzəbinə  düçar  olması  və  qətl  edilmələridir.  Cənnətməkan  şahın 

dövründə  Üləma  və  Qazi  xan  bu  dövlətdən  üz  çevirib  Ruma 

getdilər. Onlar öz hakimləri olan Məhəmməd xan Şərəfəddinoğluya 

qarşı  müxalifət  edərək  İraqi-Ərəb  vilayətini  və  Bağdadı  Rum 

xandgarı  Sultan  Süleymana  verdilər.  Onlara  nəvvab  Sultan  Həmzə 

Mirzənin  də diqqət və hörməti yox idi. Fərhad xan bu il fəth üçün 

göndəriləndə,  şaha  ərz  etdilər  ki,  təkəli  tayfasından  bir  neçə  adam 

Məlik  Bəhmənin  mülazimi  olmuş  və  Amel  qalasını  əllərində 

saxlamaqdadırdar.  Bu  xəbər  şahın  qəzəb  atəşini  şölələndirdi  və  o, 

həmin tayfanın qətli-am olunmasına fərman verdi. Qərara alındı ki, 

o  tayfanın  hər  bir  üzvü,  harada  olursa-olsun,  o  yerin  hakimi 

tərəfindən  qətlə  yetirilsin  və  əmlakları  müsadirə  olunsun.  Onların 

əksəriyyəti  Həmədanda  və  Əlişəkərdə  yaşadığından,  bu  barədə 

şərafətli  hökm  Həsənəli  xan  Çekəninin  adına  sadir  olundu,  o  da 

həmin tayfanın çox üzvünü ədəm yoluna yolladı. Bu hadisə zamanı 

ədəm  yolunu  qət  edən  o  tayfanın  əzəmətli  adamlarından  biri 

Müseyib xan Şərəfəddinoğlunun oğlu Mustafa xandır.  Şahın qəzəb 

atəşi yatdıqdan sonra Vəli bəyə və başqa təkəlilərə rəhm olundu və 

sağ qalmış təkəli qorçiləri yenə də əvvəlki kimi qorçi oldular. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin