AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Dəyişkən fələyin tələbi ilə bu il



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə87/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   83   84   85   86   87   88   89   90   ...   96

Dəyişkən fələyin tələbi ilə bu il 

 baş verən müxtəlif hadisələrin zikri 

 

Bu  ilin  əvvəllərində  Rum  [ölkəsinə]  elçiliyə  getmiş 



Zülfüqarxan  məramına  yetərək  geri  qayıtdı,  həzrət  xandgardan 

sülhün  möhkəmləndirilməsi  xüsusunda  məhəbbətamiz  bir  məktub 

gətirdi. 

Yenə  də  bu  il,  Hindistan  hökmdarı  həzrət  Cəlaləddin 

Məhəmməd Əkbərin elçiləri Mirzə Ziyaəddin Qəzvini və Xacə Əbu 

Nəsr  Xafi  geri  qayıtmaq  izni  alaraq  faxir  xələtlər  və  bol  ənamlar 

almaqla da sərəfraz oldular. 


903 

 

Xasseyi-şərifənin  qulamı  Mənuçöhr  bəy  Eşikağasıbaşı 



Hindistan  elçiliyinə  təyin  edildi  və  Mirzə  Ziyaəddinlə birlikdə 

oraya rəvan oldu, şah onunla layiqli töhfə  və hədiyyələr, həmçinin 

ən yaxşı tənsuqat* göndərdi. O cümlədən yüz baş əhilləşmiş və pak 

cinsli  at  yola  salındı  ki,  onlar  məşhur  Ərəbistan,  Gürcüstan  və 

bəyati"  atları,  həmçinin  hər  biri  bir  aləmə  bərabər  tazi  cinsli 

madyanlar idilər. Habelə İranın müqayisə olunmaz başqa nəfis töfhə 

və  hədiyyələri  yola  salındı,  o  həzrətin  məktubuna  cavab  olaraq, 

məhəbbətamiz  bir  məktub  da  yazıldı.  Həmin  namədə  sədaqət 

tərzində  belə  yazılmışdı:  "Bizim  uca  himmətimiz  Xorasanı  və  irsi 

mülkümüzü geri qaytarmaqdır. Bu ildə İran hökmdarlığı və səltənəti 

taxtına  cülus  baş  verdi  və  biz  daxili  düşmənlərin  dəf  olunması  ilə 

yanaşı  biganələrin  dəfinə  də  başladıq.  Xorasana  etdiyimiz  bir-iki 

səfər  zamanı  ruzigarın  işi  elə  gətirirdi  ki,  istəyimizə  rəğmən  o 

vilayəti  özbəklərin  əlindən  ala  bilmədik.  İndi    isə    bu    işlərdən   

arxayın   olmuşuq.  Rum  hökmdarı məhəbbət və dostluq məqamına 

gəlmiş  və  tərəflər  arasında  razılıq  yaranmışdır,  gərək  düşmənlərə 

qarşı  belimizə  himmət  kəməri  bağlayıb,  özbək  müxaliflərinin  dəf 

olunması  üçün  yollanaq,    rəbbani    qəzavü-qədərdən    qorxmadan  

müzəffər  qızılbaş  döyüşçüləriylə  və  bir  neçə  ildə  topladığımız 

yaraq-yasaqla o vilayətə rəvan olaq, bəxtin gücü, iqbalın köməyi ilə 

öz irsi mülkümüzü ala bilməsək, səltənət paytaxtımıza qayıtmayaq. 

[Siz də], arzu edirəm ki, öz padşahanə himmətinizi, atalıq imdad və 

şəffəqqətinizi  əsirgəməyəsiniz,  yar  himməti  və  batini  mədədkar 

(Allah - Ş.F.) diqqəti altında olasınız". 

 

Misra 

 

Himməte-mərdan bacarar hər şeyi.

618

 

 



[Əlahəzrət] elçiləri izzət və ehtiramla Kirman, Kəbəç (?) və 

Mokran  yoluyla  rəvan  etdi.  İndiyəcən  Qəzvin  darüssəltənəsi  bu 

əbədi dövlətin paytaxtı olduğundan, şah bəzən dincəlmək, seyr, nişat 

və şikar etməkdən ötrü dünya səyyahlarının elm, şöhrət (təməyyəz) 

və gözəllikdə "Nisfi-cahan" adlandırdıqları İsfahan darüssəltənəsinə 

gedər, həmin ürəkaçan yerdə dincələrdi. 

                                                           

618


  Misranın farscası: 

Hər çe konəd hemməte-mərdan konəd. 



904 

 

 



Şer 

 

Dedilər İsfahana "Yarısıdır cahanın ",  

Şairlər söz qoşdular şəninə İsfahanın.

619


 

 

Həmin    cənnətnişan    şəhərin    xüsusiyyətləri,    yəni, 



yerləşdiyi  məkanın  yararlı olması, Zayendərud  çayının bol suyu, o 

çaydan  mənşəyini alan  və hər  yana axan Kövsərmisal arxları şahın 

xoşuna  gəlmişdi.  Əlahəzrət  həmişə  istəyirdi  ki,  həmin  şərafətli 

şəhərdə  iqamət  etsin,  oranın  abadlığına  diqqət  yetirsin.  [Elə  buna 

görə  də,]  hicri  tarixlə  min  altıncı  il  (miladi  1597/98)  olan  bu  ildə 

cahanı  bəzəyən  rəy  belə  qərara  gəldi  ki,  o  darüssəltənəni  bu 

əbədiyaşar  dövlətin  paytaxtı  edib,  orada  ali  imarətlər  ucaltsın. 

[Əlahəzrət]  belə  bir  inamlı  niyyət  və  ləyaqətli  əzm  ilə  o  tərəfə 

yollandı, qış fəslini mübarək Nəqşi-cahan dövlətxanasında eyş-işrət 

və  şadimanlıqla  keçirdi,  vaxtının  çox  hissəsini  seyrə  və  ova  həsr 

etdi. 

 

İsfahanın "Çaharbağ" adlı yerinin inşası: 



 

Gecələr  gözəl  məclislər  (beheştasa)  təşkil  olunur,  işrət 

busatları  qurulurdu.      O,      baharda    Nəqşi-cahanda  ali  imarətlər 

inşasına  başlandı  və  bu  işlər  memarlar  və  mühəndislər  tərəfindən 

məharətlə apanldı.  Şəhər darvazalarından  biri  Nəqşi-cahan bağının  

hərəmxanasındaydı  ki,  "Dövlət  qapısı"  ("Dərbe-dövlət")  adlanır. 

Oradan  başlayaraq  Zayendərud  çayının  kənarınadək  bir  xiyaban 

çəkildi, xiyabanın hər iki tərəfində dörd bağ salındı, hər bağda isə ali 

imarətlər  ucaldıldı.  Çayın  kənarından  dağa  qədərki  məsafədə  - 

şəhərin  cənub  hissəsində  də  xiyaban  salındı,  onun  ətrafları  isə  bu 

güclü dövlətin əmirləri arasında bölündü ki, onların hər birində bağ 

vaqe oldu. Bağın girişində (dərgah) münasib imarət, imarətdə eyvan 

tikildi, yuxarı mərtəbə (balaxane) otaqları inşa olundu, gözəl şəkilli 

rəsm əsərləri, qızıl və qiymətli daşlarla (lacivərd) işlənmiş nəqqaşlıq 

nümunələri  hazırlandı.  Xiyabanın  qurtaracağında  padşah  üçün 

                                                           

619

  Misranın farscası: 



Esfəhan nimeye-cəhan goftənd,  

Nimi əz vəsfe-Esfəhan qoftənd. 



905 

 

xüsusi eniş-yoxuşlu və doqquz təbəqədən ibarət böyük və geniş bir 



bağ mövcud oldu və "Abbasabad bağı" adlandı. Xüsusi görkəmli və 

qırx çeşməli ali bir körpü də çəkildi ki, çaydakı su tüğyan edərkən 

həmin  çeşmələr  bir  çeşmə  kimi  nəzərə  dəyirdi.  Belə  qərara  aldılar 

ki,  həmin  körpü  Zayəndərudun  hər  iki  xiyabanını  bir-birinə 

birləşdirsin  və  yol  Abbasabada  qədər  bir  xiyabandan  ibarət  olsun, 

şəri bir fərsəx uzunluğunda xiyabanın hər iki tərəfindən arxlar axsın, 

sərv,  çinar, şam ağacı (kac), Çin göyrüşü, gərş (?)  və ərər  ağacları 

əkilsin,  xiyaban[lar]ın  ortasında  üstü  daşla  örtülmüş  bir  nəhr  də 

çəkilsin  ki,  su  xiyabanın  ortasından  da  axmış  olsun,  Çaharbağ 

imarətinin ön tərəfindəsə gölə oxşar bir böyük hovuz da düzəldilsin. 

Xülasə,  əmir,  əyan  və  sərkarların  hər  biri  bacarıqlı  

memarlar  və  mühəndislərlə  işə  başlayaraq,  bu  işlərin  bitməsi  üçün 

səy  göstərdilər.  Həmin  vaxtdan  başlayaraq  hicri  tarixlə  bu  kitabın 

yazıldığı min on beşinci il (miladi 1606/07) olan indiki tarixə qədər 

şahın  mübarək  düşüncəsi  ilə  inşa  olunmuş  gözəl  imarətlər  və 

ürəkaçan bağlar ərsəyə  gəldi  və olduqca qəşəng şəkildə başa çatdı. 

Çaharbağdakı ağacların başı fələyə ucalmaqdadır, meyvəli agaclarsa 

sanki  cənnətin  tuba  ağacından  peyvənd  olunmuşlar.  Sözün 

müxtəsəri, Çaharbağın hər bağı cənnət bağının qibtəsinə gələ bilər, 

rəssamlar  tərəfindən  gözəl  naxışlarla  işlənmiş  geniş  imarətlərinin 

isə, bəlkə də, bütün dünyada tayı-bərabəri yoxdur. Çaharbağın qərb 

hissəsində,  aşağıda  məlumat  verəcəyimiz  kimi,  Abbasabad 

şəhərində  təbrizlilərdən  ötrü  binalar  tikilib  başa  çatdı.  Xülasə, 

əlahəzrət  zilləllah  şahın  himmət  memarı  İsfahanın  inşası  və 

bəzədilməsinə  bir  neçə  il  vaxt  sərf  etdi.  Həmin  gözəl  şəhərdə 

cürbəcür  imarətlər,  bağlar,  ürəkaçan  mənzillər,  bazar  (qeysəriyyə), 

çaharbazar,  məscidlər,  hamamlar  inşa  olundu  və  bu  şəhərə  hal-

hazırda behişt möhürü vurulmuşdur ki, bu haqda Kamal İsmayıl belə 

demişdir: 

 

Şer 



 

İsfahan şadimandı, millət şən,  

Varmı heç böylə hir əyyamı görən?

620


 

                                                           

620

  Beytin farscası: 



Esfəhan xorrəməst-o mərdom şad,  

İnçenin əhd kəs nədarəd yad. 



906 

 

  



Çaharbağın  [maddeyi-]  tarixi  barədə  yazılanı  [bu  kitaba] 

səbt etdim: 

 

[Madeye-]tarix 

 

Əcəb Çaharbağdır - hər yanı göyçək!  

"İkinci cənnətdir " deyilsə gerçək!  

Tarixi barədə yazdım ki: "Burda  

Şahın qoy kamınca açsın gül-çiçək".

621


 

 

Baş  vermiş  hadisələrdən:  Gürcüstan  sultanlarından 



Aleksandr  xan  və  Səmayun  xan  tərəfindən  ali  saraya  elçilər  və 

aznaurlar  gəlib  öz  sədaqət  və  bəndəliklərini  izhar  etdilər.  Onlar 

misilsiz  (bihemal)  şəhriyarın  iqbal  hərəmxanasına  layiq  və  behiştə 

bənzər məclislərdə xidmət etməyə münasib olan Gürcüstanın böyük 

adamlarının Yusif görünüşlü oğlanlarını və Huri camallı qızlarını da 

göndərərək,  öz  ixlas  və  tərəfdarlıqlarını  bildirdilər.  Həmin  elçilər 

izzət  və  ehtiramla  ənam  ümmanına  qərq  olduqdan  sonra  geri 

qayıtdılar. Qazəvü qədərin iş icraçıları isə ardıcıl olaraq (peşvəste) o 

həzrətin işrət ləvazimatını hazırlamaqdaydılar. 

Bu  ildə  baş  vermiş  hadisələrdən  biri  də  budur:  Əliyarxan 

Eymurun oğlu Məhəmmədyar xan  atasının  vəfatından sonra hakim 

rütbəsi  və  "xan"  ləqəbi  ilə  sərəfraz  olmuş,  Astrabad  hakimliyi 

atasından sonra ona  verilmişdi, [amma], o, oxlu tayfası  tərəfindən  

qətlə yetirildi.  Onun  öldürülməsindən sonra ən kiçik qardaşı Qılınc 

bəy  (Qılic  bəy)  əyninə  xidmət  ehramı  geyərək  Astrabaddan  bu 

astanəyə üz tutdu. Əlahəzrət zilləllah şah onu öz şahanə  mərhəmət 

və iltifat qanadı (kənf) altına alıb Astrabad hakimliyini Qılınc bəyə 

verdi,  töhfə  və  hədiyyələrlə  [öz  məkanına]  rəvan  etdi,  qış  fəslini 

həmin  cənnətə  bənzər  şəhərdə  istirahət  və  kamranlıqla  keçirdi.  O, 

amma  dövlət  işlərindən  heç  vaxt  bixəbər  olmur,  daim  Xorasan 

məmləkətini müxaliflərin əllərindən  geri almaq barədə düşünür, bu 

istəyinin həyata keçməsindən ötrü Allahın dərgahından xahişlər edir

                                                           

621


 

 

 Madeyi-tarixi farscası: 



Əcəb çəharbağəst behcətfaza,  

Gərəş saniye-xold guyənd şayəd.  

Ço tarixe-an del tələb kərd, goftəm:  

Nehaləş be kame-dele-şəh bərayəd. 



907 

 

həmişə  imaməl-cin  və-n-nasın  (İmam  Rzanın  -  Ş.F.)  müqəddəs 



ruhundan  kömək  istəyirdi.  Nəticədə,  onun  sidq-niyyəti  və  mətləbi 

hasil oldu, türki it ilinin əvvəlindən başlayaraq fəth və zəfər qapıları 

aman  və  amal  çöhrəsinin  üzünə  açıldı,  qələbə  küləkləri  əsməyə 

başladı.  Bu  dastanın  şərhi  gələn  il  hadisələrinin  bəyanı  zamanı  

yazılacaqdır, qoy Allahdan kömək və hidayət olsun.

622


 

 

HİCRİ TARİXLƏ MİN YEDDİNCİ (MİLADİ 1598/99) İLƏ 

BƏRABƏR OLAN TÜRKİCƏ MÜBARƏK İT İLİNDƏ, 

[YƏNİ] HÜMAYUN CÜLUSUN ON İKİNCİ İLİNDƏ BAŞ 

VERƏN SƏADƏTBƏXŞ HADİSƏLƏRİN ZİKRİ 

 

Məclislər bəzədi yenə dəfələk,  



Növbəti novruz da yetişdi gerçək.  

Şöhrəti ərşəcən şahın ucaldı,  

Mavi asimana gurultu saldı.  

Çəmənin sinəsi behiştə döndü,  

Ordibehişt ayı yenə göründü.  

Qoşunu gül qədər sonsuz olan şah,  

Yaşıl ot üstündə qurdu barigah.

623


 

 

Səadətlə  başlayan  bu  ilin  dövləti  işıqlandıran  novruzunun 



gəlişi əzəmətli şəban (şəbanül-müəzzəm) ayının on birinə (9 mart), 

düşənbə  gününə  düşdü.  Əlahəzrət  zilləllah  şah  İsfahan 

darüssəltənəsində işrət [məclisi] qurdu. Ruzigarın köksü ənbər ətirli 

nəsimlərdən  ənbər  qoxulu  güllərlə  doldu,  [o  həzrət]  böyük 

şadyanalıqla seyr və söhbətlə məşğul oldu. 

Bu ilin əvvəllərində, özbəklərin yanına elçi kimi göndərilən 

və  Heratda  Abdulla  xanla  görüşən  Məhəmmədqulu  bəy  Eşikağası 

Ərəbgirli  geri  qayıtdı,  onunla  birlikdə  Abdulla  xanın  göndərdiyi 

                                                           

622


 İfadənin ərəbcəsi: "minhu-l ianə va-t-tavfiq". 

623


  Beytlərin farscası: 

Baz fələk əncomənəfruz şod,  

Novbətiye xosrove-novruz şod.  

Kovkəbeye-xosrove-gərdunsəmənd 

Qolğole dər gonbəde-mina fekənd.  

Səhne-çəmən baz ço səhne-beheşt,  

Taze şod əz məqdəme-ordibeheşt.  

Xosrove-gol gəst-rəyahinsepah,  

Zəd besəd ayin beçəmən bargah. 


908 

 

Tatlıq bahadır da gəlib ülfət və tanışlıq qapılarını açdı, Mir Qulbaba 



Kukəltaşın  şaha  yazdığı  sədaqət  ayinli  məktubunu  gətirdi.  O, 

Heratda  kədxuda  təyin  etdiyi  oğlunun  ulus  toyu  hədiyyəsini  də 

göndərmişdi.  Mavərənnəhrin  böyük  nəqiblərindən  olan  Mirzə  bəy, 

həmçinin  nəqşbəndiyyə*  təbəqəsindən  oaln  xacələr  Kasğər 

sultanlarının  möhtərəm  qadınlarından  ibarət  öz  xanəköçləri  ilə 

birlikdə islamın dini mərasimini (höccətül-islam) icra etməkdən ötrü 

Məhəmmədqulu  bəy  və  Tatlıq  bahadırla  birlikdə  bu  vilayətə 

gəldilər.  Əlahəzrət  zilləllah  şah  çoxlu  izzət  və  ehtiram  göstərdi  və 

onlar  öz  məramlarının  icrası  üçün  faydalı  (xeyrəsər)  Beytullahül-

hərama  rəvan  oldular,  amma  yolda  ikən  (Mirzə  bəy)  təbii  əcəllə 

vəfat  etdi,  öz  məqsədinə  çata  bilmədi.  Zamanın  istəyi  ilə  söz 

ustadlarının  vətəni  olan  Xorasan  özbəklərin  əlinə  keçmişdisə  də, 

əlahəzrət  daim  oranın  geri  alınması  barədə  düşünür,  heç  vaxt  bu 

fikir  və  əndişədən  əl  çəkə  bilmirdi,  çünki  İran  məmləkətlərinin 

ziynətini  artıran  və  bu  dudman  hökmranlığının  bəzəyi  olan 

müqəddəs Məşhəddə imaməl-cin  və-n-nasın  mələk aşiyanlı məzarı, 

həmçinin o həzrətin (Şah Abbasın - Ş.F.) doğulub boya-başa çatdığı 

Herat darüssəltənəsi də vardı. 

Amma, "zəmanənin istəyinə müvafiq olaraq"

624


 əlahəzrətin 

istəyinin  sirrli  (xəfa)  qapısı  [hələ]  bağlı  idi.  Ümumiyyətlə,  zəruri 

işlərin  yerinə  yetirildiyi  və  məmləkətlərin  tüğyançıların  tör-

töküntülərindən təmizləndiyi bu  vaxtlarda Əbdülmömin xanla  atası 

arasında  daim  küdurət  və  dava-dalaş  olması  barədə  xəbərlər 

gəlməkdəydi.  Qeybdən  gələn  bir  səda  şaha  xatırlatdı:  "Abdulla 

xanın  tərbiyətləndirdiyi  və  dövlətin  etimadlı  adamı  olan  Herat 

hakimi Mir Qulbaba  Kukəltaş Əbdülmömin xanın qorxusundan bir 

gün  cahanpənah  dərgaha  gələcək,  öz  sədaqətini  göstərmək 

istəyəcəkdir.  Abdulla  xanla  onun  ülfət  və  dostluğu  pozulduğuna 

görə də o, məhz öz məhəbbət və dostluğunun izharı üçün ali saraya 

elçi göndərmişdir. Abdulla xan ilə oğlu arasındakı vəziyyət qorxulu 

hal aldığı  və aralarında dava-dalaş olduğu bir  vaxtda biz də  gərək, 

ruzigarın məsləhəti ilə, bu tərəfdən Abdulla xanla dostluğa başlayaq, 

onun elçisi ilə elçi[mizi] göndərək və naxələf oğlunun atasına qarşı 

etdiyi  cürət  və  cəsarətini  pisləyək,  Əbdülmömin  xanın  zəbtindəki 

müqəddəs  Məşhədi  və  başqa  yerləri  almaqdan  ötrü  Xorasana  üz 

tutaq.  Ata  və  oğulun  bir-biriləri  ilə  məşğul  olduqları  bu  əyyamda, 

                                                           

624


 İfadənin ərəbcəsi: "Əmmə bi-muqtədayi-l-umur mərhumətun bi ovqatinə". 

909 

 

[təbii  ki,]  üsyan  etdiyinə  görə  oğlunun  şövkət  və  qüdrətinin 



azalmasına  çalışan  Abdulla  xan  [hücuma  keçdiyimiz  vaxt]  oğluna 

kömək etməyəcəkdir. Nəticədə, Allahın köməyi ilə, o vilayətin fəthi 

asanlıqla  baş  verər.  [Buna  görə  də,  hal-hazırda]  Abdulla  xana  elçi 

göndərməyimizin  bizim  dövlət  qəsrimiz  üçün  heç  bir  qüsuru 

yoxdur". Əlahəzrət, dilli-dilavər bir adam olan Məhəmmədqulu bəyi 

bu niyyət ilə elçi təyin etdi, töhfə və hədiyyələr tədarük edərək, bəyi 

bu  səfərə  hazırladı,  Xorasana  aparılacaq  şeyləri  müəyyənləşdirdi. 

Qərara  aldı  ki,  məhrusə  məmləkətlərdən  on  min  nəfər  tüfəngçi 

toplanıb hümayun orduya gətirilsin. Şahın belə bir qərarı vardı ki, bu 

elçi gedəndən sonra Mir Qulbaba  Kukəltaşa hümayun  yürüş haqda 

xəbər yollasın və müqəddəs Məşhədə tərəf yola düşsün. 

Elə bu əsnada, Xorasanın hər tərəfindən gələn qasidlər belə 

xəbər  gətirdilər  ki,  Abdulla  xan  bu  fani  aləmlə  vidalaşıb  üqba 

aləminə yollanmış, xanın divanbəyisi və dövlətinin ən ümdə adamı 

(ümdətülməmalük)  olan  Məhəmməd  Baqi  bəy  və  əksər  özbək 

əmirləri  istər-istəməz  Əbdülmömin  xanın  səltənət  və  padşahlığı 

xüsusunda onunla ittifaq etmiş, dövlətin ipini onun ixtiyar və iqtidar 

əlinə vermişlər. 

Amma,  Abdulla  xanın  Səmərqənd  və  Daşkənddə  olan 

qardaşı oğlu Hezarə Sultan, həmçinin Dostum Sultan, Özbək Sultan 

və  xanın  başqa  qohum-qardaşları,  ya  Əbdülmömin  xana  etibar 

etmədiklərindən,  yaxud  özlərinin  istiqlalından  ötrü  bu  məsələ  ilə 

razılaşmayaraq,  ona  qarşı  müxalifətə  qərar  verdilər,  Əbdülmömin 

xandan  qorxan  hər  özbək  əmir  və  əyam  həmin  dəstənin  ətrafında 

toplaşdılar, xan da onların fitnəsini dəf etməkdən ötrü yola düşdü və 

indi özbəklər arasındakı çaxnaşma davam etməkdədir. Bu xəbərləri 

öyrəndikdən sonra şah yubanmadan Xorasana getməyi qərara aldı və 

bu yürüşə hazırlaşmağa başladı. 

Birinci  səhifədə  göstərilmişdi  ki,  İranın  vəziyyəti  və 

kambəxş  şəhriyarın,  yəni  əlahəzrət  zilləllah  şahın  səltənəti 

əyyamında baş verən hadisələr zamanı, kəlamın və məqamın yerinə 

görə,  özbəklərin  və  rumilərin  bəzi  məsələlərinə  də  toxunulacaqdır. 

Gərək  Abdulla  xan  və  Əbdülmömin  xanın  vəziyyətləri,  eləcə  də 

onların  arasında  tədricən  başlayan  vəhşət  və  savaş,  həmçinin 

Abdulla xanın vəfatı qəziyyəsi, oğlunun taxta cülusu, şahın Xorasan 

səfəri  zamanı  Əbdülmömin  xanın  əhvalatı  zirək  qələm  (kelke 

noktəpərdaz) vasitəsilə icmal şəklində yazılsın. Buna görə də gözəl 

yerişli qələm baş verən bu hadisələr meydanında cövlana gəldi. 



910 

 

MAVƏRƏNNƏHR HADİSƏLƏRİNİN MÜXTƏSƏRZİKRİ, 



HABELƏ ABDULLA XANLA ÖZBƏK SULTANLARININ 

MÜNASİBƏTLƏRİNİN BƏYANI 

 

Müşahidə  edənlər  və  hadisələri  öyrənmək  istəyən  dövr 



adamları  (şahedan)  sözü  bədii  tərzdə  yazan  qələmin  köməyi  ilə 

agahlıq  məclisinin  açıq  söz  (zəmir)  meydanında  belə  söylədilər: 

Abdulla  xanın  yeganə  oğlu  olan  Əbdülmömin  xana  qarşı  ifrat 

məhəbbəti  vardı,  onu  "baba"  ("babayi")  adlandırır  və  tərbiyəsi  ilə 

ciddi  məşğul  olurdu.  Çingiz  sultanları  dövründə  padşaha  "xan" 

deyilir,  uca  səltənət  məqamına  hələ  yetişməyən  padşahzadəni  isə 

"sultan" adlandırırdılar. 

Amma,  Əbdülmömin  xan  hələ  atasının  sağlığında  uca 

"xan"  ləqəbi  ilə  izzətlənmişdi.  Belə  ki,  Mavərənnəhr  camaatı  və 

özbəklər  Abdulla  xana  "böyük  xan"  ("xani-kəlan"),  ona  isə  "kiçik 

xan" ("xane-xord") deyirdilər.  Atası Bəlxin  və ətrafının hakimliyini 

ona  vermişdi.  Əbdülmömin  xan  atasının  və  özünün  səyi  ilə 

Bədəxşan  vilayətini  də  cığatay  sultanzadələrinin  əlindən  çıxardı, 

Bəlx və Bədəxşan hakimi oldu. Yuxarıda yazıldığı kimi, on bir aylıq 

mühasirədən  sonra  Abdulla  xan  gözəl  Herat  şəhərini  doqquz  yüz 

doxsan  dördüncü  (miladi  1585/86)  donuz  ilində  fəth  edən  vaxt, 

Əbdülmömin  xan  o  şəhərin  alınması  və  qızılbaşların  qətl 

olunmasında  çox  çalışqanlıq  etdiyinə  görə,  hakimi  olduğu  yerlərə 

yaxınlıqda yerləşən  Herata da  göz dikmişdi  və istəyirdi ki,  atası bu 

şəhəri də bəlkə ona verər. Yaşının və təcrübəsinin az olmasına görə 

atası  onun  xahişini  qəbul  etmədi,  Heratı  öz  dövlətinin  sınanmış, 

tədbirli  və  təcrübəli  adamı  olan  Qulbaba  Kukəltaşa  verdi,  Xorasan 

məmləkətlərindən fəth etdiyi yerləri özbək əmirləri arasında böldü. 

O, Canı bəy Sultanın oğlu Dinməhəmməd Sultana-Yetim Sultan adı 

ilə  məşhur  olan  öz  bacısı  oğluna  qardaşları  ilə  birlikdə  Xorasanda 

ülkalar payladı və onu orada saxladı, amma Xorasanın fəth olunmuş 

vilayətlərindən  heç  birini  oğluna  vermədi.  Abdulla  xan  oğlu 

Əbdülmömin xana bu sözlərlə təsəlli verirdi:  "Sən  vəliəhd olduğun 

üçün  mənim  hər  vilayətim  sənindir".  Bu  sözlərdən  inciyən 

Əbdülmömin xanın o vaxt ona etiraz etmək qüdrəti yox idi. Amma, 

iki ildən sonra atasından xahiş etdi ki, bundan sonra öz səyi ilə ələ 

keçirilən  Xorasan  məmləkətləri  onun  olacaqdır.  Abdulla  xan  bu 

xahişlə  razılaşdı.  Öküz  ilində,  [Əbdülmömin  xan]  müqəddəs 

Məşhədə ləşkər çəkdi  və  oranı  mühasirəyə aldı. Bu hadisə zamanı, 



911 

 

Xorasanda olan Yetim Sultan və Abdulla xanın əmirləri əmr alaraq, 



onun  köməyinə  gəldilər.  Həmin  şərafətli  şəhər  Əbdülmömin  xan 

tərəfindən  fəth  edildikdən  sonra  onun  özü  oraya  hakim  göndərdi, 

həmçinin Nişapur, Tərşiz və başqa Xorasan mahalları tədriclə onun 

əlinə  keçdi  və  o  yerlərə  də  öz  tərəfindən  hakimlər  təyin  etdi.  Bu 

hadisədən  sonra,  Nurməhəmməd  xan  ibn  Əbülməhəmməd  xan  ibn 

Dinməhəmməd xan  və başqa imansız özbəklərin irsi  mülkləri olan 

Nisa,  Əbivərd,  Dərun,  Bağbad  və  sair  yerlərə  tamah  salaraq, 

yuxarıda  yazıldığı  kimi,  o  vilayətləri  də  öz  işğal  əlinə  keçirdi, 

Nurməhəmməd  xanı  irsi  mülkündən  çıxardı.  Ona  nəsib  olmuş  bu 

fəthlərdən  sonra  özü  səltənətə  gəlmək  istədi  ki,  qüdrət  və  şövkət 

sahibi olsun, ölümündən sonra heç bir bəndə və hal-hazırda ona tabe 

edilən özbək sultanları öz gələcək oğlu ilə dava-dalaşa qalxmasınlar, 

onun  tərbiyəti  altında  olsunlar.  Beləliklə,  Əbdülmömin  xan 

ordusunun kölgəsi altında iyirmi  min bacarıqlı cavan toplaşdı  və o 

tam istiqlala  malik oldu, başına həsəd  və qürur havası doldu, atası 

əleyhinə  üsyan  məqamına  gəldi,  ayağını  ədəb  dairəsindən  kənara 

çıxardı. 

Abdulla  xan  Buxara  şəhərini  tutub  səltənətə  yetdiyi  vaxt, 

atası  İsgəndər  xan  hələ  sağ  idi.  Xan,  Çingiz  nəslinə  xas  padşahlıq 

rəsmini atasında saxlayıb, xütbə və sikkəni onun adına vurdursa da, 

bütün  işlərin  həllini  öz  əlinə  aldı,  İsgəndər  xanın  isə  padşahlıqdan 

quru  adı  qaldı.  Əbdülmömin  xan  öz  qüruru  və  cəhaləti  üzündən 

deyirdi:  "Atam  qocalmışdır.  Yaxşısı  budur  ki,  o  [da]  İsgəndər  xan 

kimi  bir  küncdə  oturub,  səltənət  işlərini  mənə  versin".  Xorasanın 

əzəmətli  şəhərlərini  tutduqdan  sonra  istəyirdi  ki,  bütün  Xorasan 

ölkəsini Bəlxə və Ceyhun çayınadək özünə tabe etsin. Buna görə də 

atasından  Heratı  tələb  etdi,  amma  istəyi  yerinə  yetmədi.  İnciyərək 

belə  deyirdi:  "Əgər  atam  Heratı  mənə  verməsə,  özüm  Mir 

Qulbabanın  üstünə  gedib  oranı  qəhrlə  ondan  alaram".  Belə  sözlər 

Abdulla xana çatdı və oğluna qarşı onun münasibəti dəyişdi. Onun, 

hərçənd ki, vəliəhdi olan bircə oğlu vardı, amma oğlunun cəhalət və 

qüruru  barədə  düşünüb  [öz-özünə]  deyirdi:  "Məbadə  oğlum 

səbrsizlik  edib,  mənim  ixtiyarımı  əlimdən  ala  və  mən  sağ  ola-ola 

səltənət  və  padşahlıqdan  əl  çəkəm".  Elə  buna  görə  də,  oğlunun 

şövkət  və iqtidarının azalmasına (kəsr) çalışırdı və nəticədə oğluna 

mülklər  tutmağı  qadağan  etdi,  Xorasan  əmirlərinə  məktublarında 

yazdı  ki,  bir  daha  oğlunun  əmrlərinə  qulaq  asmasınlar,  ləşkər 

çəkəcəyi  yerlərdə  onunla  yoldaşlıq  etməsinlər.  Buna  görə  də, 



912 

 

Əbdülmömin  xan,  qızılbaşların  əllərindəki  Səbzvara  və  başqa 



torpaqlara  bir  neçə  dəfə  hücum  edəndə  Xorasanda  olan  Yetim 

Sultan və Abdulla xanın qardaşları onunla həmrah olmadılar. 

Atası  razılaşmadığı  üçün  o  da  başqa  bir  iş  görə  bilmirdi. 

Abdulla xan ona yazmışdı ki, acgözlük edib heç yerə göz dikməsin, 

Bəlxdə  yaşayıb  öz  işi  ilə  məşğul  olsun,  ona  verilən  ülka  ilə 

kifayətlənsin,  ayağını  ədəb  dairəsində  yığsın,  mənim  və  atam 

İsgəndər xanın işinə qarışmasın, çünki o,  mən ola bilməz, necə ki, 

mən də İsgəndər xan deyiləm. 

Amma Əbdülmömin xan  Herat  mülkü arzusundan  əl çəkə 

bilmir,  Mir  Qulbaba  haqda  atasına  tez-tez  məktublar  göndərirdisə 

də,  Abdulla  xan  oğlunun  qərəzkarlıq  etdiyini  düşünərək  onun 

sözlərinə  əhəmiyyət  vermirdi.  Elə  buna  görə  də  ata-oğul  arasında 

nifaq  tozu  ucalmaqdaydı.  Lakin,  aralarında  pərdə  [də]  vardı,  bir-

birilərinə xilaf olsalar da bunu üzə vurmurdular. Min altınıncı xoruz 

ilində  (miladi  1597/98)  Abdulla  xan  öz  əmir,  nədim  və  yaxın 

adamlarıyla Çəharcu yolu ilə Mərvə gələrək şikarla məşğul olarkən, 

Mir  Qulbaba  Heratdan  gəlib  xana  Herata  qayıtmağı  təklif  etdi.  Elə 

bu vaxt Əbdülmömin xan iki-üç min adamla Bəlxdən çıxıb atası ilə 

görüşməkdən  ötrü  Mərvə  gəldi.  Əmirlərin  miqdarca  az  olduqlarını 

və  Əbdülmömin  xana  etibar  olmadığını  söyləyən  əmirlər  Mərv 

qalasına  gedərək,  oğlunun  əsgərlərini  qalaya  buraxmamağı,  qalada 

oğlu  və  onun  az  adamı  ilə  görüşməyi  məsləhət  gördülər.  Abdulla 

xan  bu  sözlərə  bir  elə  də  əhəmiyyət  vermədi,  Şahım  bəy  bağına 

gəldi,  oğlu  ilə  orada  görüşdü.  Əbdülmömin  xan  da  zəmanəyə 

müvafiq olaraq atasına qarşı itaətsizlik göstərmədi, ədəb məqamında 

durub etdiyi qüsurlarına görə üzr istədi, onlar bir neçə gün Mərv və 

Sərəxstdə seyr və ov ilə məşğul oldular. Xanın əmriylə Mir Qulbaba 

Heratın  seyrinə  getməyi  Əbdülmömin  xana  da  təklif  etdi,  ata-oğul 

birlikdə  Herata  gəldilər.  Mizbanlıq  işinə  başlayan  Mir  Qulbaba 

böyük ziyafətlər (tuyha) təşkil edərək "böyük xana" və "kiçik xana" 

layiqli  hədiyyələr  verdi.  Amma,  Əbdülmömin  xan  Qulbaba  xana 

qarşı  hələ  də  incik  olduğu  üçün  ona  qarşı  nəsihətamiz  və  hirsli 

(xoşunətəngiz)  sözlər      söylədi,     onu     saxtakarlıqda     və      divan   

mallarını  mənimsəməkdə  ittiham  etdi.  Abdulla  xan  tərəfindən 

sözləri  eşidilən  Məhəmməd  Baqi  Divanbəyini  və  başqa  adamları 

Mir  Qulbabanın  qızılbaşlarla  dostluq  etməsi  barədə  xan  ilə 

danışmağa təhrik etməsinə baxmayaraq, mirə hədsiz etibarı olan xan 

həmin qərəz sahiblərinin sözlərinə qulaq asmadı. 



913 

 

Xülasə  Heratda  Əbdülmömin  xan  atasından  xahiş  etdi  ki, 



öz  səltənət  paytaxtına  Bəlx  yoluyla  getsin  və  bir  neçə  gün  Bəlxdə 

ona  mehman  olsun.  Oğlunun  xahişinin  qəbul  edən  Abdulla  xan 

Bəlxə getmək  və ziyafət hazırlığı ilə məşğul olmaqdan ötrü oğluna 

izn  verdi,  tez  gələcəyini  söylədi.  İnandığım  şəxslər  (seqqat)  belə 

danışdılar:  Əbdülmömin  xan  Xorasan  və  Bədəxşandan  gətirdiyi 

qızıl-gümüşlərlə  bəzənmiş  taxtı  və  o  taxta  oturmaqdan  ötrü 

düzəltdiyi  üç  pilləli  gümüş  nərdivanı  sarayına  qoyub  belə  deyirdi: 

"Bunu  mən  atamdan  ötrü  hazırlamışam.  Elə  ki,  gəlib  mənim 

mehmanım oldu onu taxta əyləşdirəcəyəm, özüm isə taxtın ayağında 

ayaq üstə dayanacağam, sonra bu taxt və nərdivanı başqa hədiyyə və 

ləvazimatla atama peşkəş edəcəyəm". 

Amma,  ondan  şübhələnən  və  qorxan  bir  dəstə  adam, 

xüsusən  Mir  Qulbaba  belə  deyirdi:  "Hiyləgərlik  edir.  Onun 

sözlərində sədaqət işığı  görünmür. Məqsədi budur ki, padşah onun 

evinə  qorxu-hürküsüz  daxil  olsun  və  o,  atasını  Bəlx  qalasına  salıb 

ixtiyarını  əlindən  alsın,  Mavərənnəhr,  Türküstan,  Xarəzm,  Bəlx, 

Bədəxşan və Xorasan səltənətinə sahiblənsin". 

Xülasə, Abdulla xan Mir Qulbaba və bəzi əmirlərin təhriki 

ilə  yuxarıda  söylənilən  qonaqlıq  ziyafətində  iştirak  üçün  Bəlxə 

getmədi, elə həmin Çaharcu yoluyla böyük sürətlə qayıdıb Buxaraya 

gəldi. Bu xəbəri eşidən Əbdülmömin xana atasının artıq ona etibar 

etmədiyi  aydın  oldu,  belə  vəziyyətin  Mir  Qulbaba  tərəfindən 

törədildiyini  anladı,  Heratı  tutmaq  istədi  və  çoxsaylı  ləşkərlə 

Xorasana  gəldi.  Əvvəlcə,  müqəddəs  Məşhədi  ziyarət  etdi.  Herat 

yoluyla  qayıdıb  bu  şəhərin  yaxınlığına  yetişdi,  Mir  Qulbabanın 

yanına adam yolladı, onu yanına çağırdı. Əbdülmömin xan istəyirdi 

ki,  hiyləgərliklə  miri  tutsun  və  Heratı  zəbt  etsin.  Ağıllı  və 

dünyagörmüş  bar  adam  olan  Mir  Qulbaba  məsələni  başa  düşüb 

onunla görüşməkdən imtina etdi, kiçik bir hədiyyə göndərib şəhər və 

qala  qapılarını  bağladı,  qaladarlığa  başladı.  Mülayimlik,  hiylə  və 

yalan  vasitəsiylə  əlini  məqsəd  ətəyinə  çatdırmaq  istəyən 

Əbdülmömin  xan  özü  yaxın  adamlarından  beş-altı  adamla  qala 

ayağına  gəldi,  Mir  Qulbaba  ilə  təkcə  görüşmək  və  onu  aldatmaq 

istəsə də, müyəssər olmadı. 

Herat qalasını asanlıqla tutmaq  mümkün olmayacağı üçün 

Əbdülmömin  xan  oranı  mühasirəyə  almağı  məsləhət  görməyərək, 

qəm-kədərlə  Bəlxə  qayıtdı,  Mir  Qulbaba  isə  Buxaraya  adam 


914 

 

yollayıb məsələni Abdulla xan ərz etdi. Miri alqışlayan Abdulla xan 



onun üçün hədiyyə və sovqat yolladı. 

Xalq arasında belə söyləyirlər: Abdulla xan Mir Qulbabaya 

bir  dəstə  ox  və  oxatan  göndərib  tapşırdı  ki,  əgər  Əbdülmömin 

icazəsiz  Herata,  qala  ayağına  gələrsə,  oxçular  qoy  onun  gözünü 

nişan alsınlar və bu oxları bir-bir ona yağdırsınlar. 

Bu  məsələ  ata  və  oğul  arasında  inciyliyin  çoxalmasına 

səbəb  oldu.  Onların  arasındakı  gərginlik  günbəgün  artmaqdaydı. 

Əbdülmömin xan bir  gün eşitdi ki, Abdulla xan bir dəstə mirşikar, 

quşçu*,  nədim,  yaxın  adamları  və  çalğıçılarla  (ərbabe-tərəb) 

Buxaradan seyr  və şikar üçün çıxıb Qərşi yaxınlığındakı böyük bir 

bağda  əylənməklə  məşğuldur,  seyr  və  şikardan  sonra  vaxtının 

çoxunu  həmin  bağda  istirahət  etməklə  keçirir.  Əbdülmömin  belə 

qərara gəldi ki, Bəlxdən hücumla gəlib külək və ildırım kimi  özünü 

oraya çatdırsın, xanın və adamlarının işrətgahı olan o bağı mühasirə 

etsin  və  öz  məqsədinə  çatsın.  Özünün  yaxın  etibarlı  əmiri  və 

müşiri**  olan  Şahməhəmməd  İləciyana  bu  sirri  açdı,  Bədəxşana 

yürüş  bəhanəsiylə  ləşkər  topladı  və  beş  min  nəfər  yararlı  adam 

seçdi, Termez keçidindən keçərək sürətlə o tərəfə yollandı. Abdulla 

xan  Şahməhəmməd  İləciyanı  oğlu  ilə  dostluq  etməkdə  və  ona  pis 

əməllər öyrətməkdə taxsırlı bilir, məzəmmətləyirdi. Xan deyirdi ki, 

oğlundan Şahməhəmmədin təhriki ilə pis əməllər baş verir. 

Şahməhəmməd "böyük xan"ın ona qarşı olan şübhəsini rəf 

etməkdən ötrü etibarlı bir adamını göndərib oğlunun məqsədini xana 

agah  etdi.  Abdulla  xan  şahanə  bir  məclis  qurub  nədim  və 

musiqiçilərlə söhbət və şadyanalıq edən bir vaxtda oğlunun hücumla 

gəldiyi  xəbərini  eşitdi.  O,  az  miqdar  adamla  istirahətdən  ötrü 

gəldiyindən  yanında  ləşkəri  yox  idi  və  müdafiə  oluna,  yaxud  cəng 

edə  bilməzdi.  Xan  öz  yarağını,  xeymə  və  xərgahını  atıb,  külək 

sürətli  atlarla  Buxaraya  üz  tutdu.  Üç  fərsəx  yol  getmişdi  ki, 

Əbdülmömin  xan  gəlib  həmin  bağa  çatdı.  Oradakı  yaraqlara  və 

başqa şeylərə etina etməyərək, yolda atasını tutmaq məqsədiylə yola 

düşdü,  lakin  heç  onun  tozuna  da  çata  bilmədi.  İldırım  və  külək 

sürətiylə  Buxaraya  çatan  Abdulla  xan  şəhər  qapılarını  qapadı, 

Əbdülmömin  xan  atasının  səba  yeli  kimi  çıxıb  getdiyini  bildi  və 

başa  düşdü  ki,  ona  çatmaq  mümkün  olmayacaqdır,  hücumdan  əl 

çəkib  oğruncasına  Buxaraya  gəldi.  Onun  iddia  oxu  hədəfə 

dəymədiyi üçtin şəhərin kənarında dayanaraq, atasının yanına adam 

yollayıb  dedi:  "Sənə  mülazimət  etmək  şövqüm  mənə  qalib  gəldiyi 



915 

 

üçün  Qərşiyə  təşrif  gətirib  Bəlxə  yaxınlaşdım,  sənin  iznini 



gözləmədən  fəqət ayağını öpmək əzmi ilə  gəlib-çıxmışam.  İndi isə 

xahiş edirəm ki, şəhərə daxil olmağım və görüşməyimdən ötrü mənə 

imkan verəsən". O, hər gün ondan görüş xahişi edirdisə də, Abdulla 

xan ona inanmır, görüşə icazə vermirdi. Sözü düz danışan bir adam 

söylədi  ki,  bu  hadisədə  Abdulla  xanın  oğluna  qarşı  qəzəbi  elə 

şölələnmişdi  ki,  təkrar-təkrar  özünə  xəbərdarlıq  edirdi:  "Ey 

Əbdülmömin,  əgər  ömürdən  aman  tapa  bilsəm  və  sənə  öz  atını 

yəhərləməyə imkan versəm kişi deyiləm". Atasına qarşı nifrət (eraz) 

bəsləyən Əbdülmömin xan əlini başına döyür və öz-özünə belə xitab 

edirdi:  "Ey  Abdulla,  cahan  meydanında  kişilik  topunu  (kuy)* 

oğurladığın  vaxtdan  altımış  beş  il  keçir.  İndi  öz  sidiyindən  qaçıb 

adəmdə bədnam oldun". Abdulla xan Səmərqənd, Daşkənd və ətraf 

məmləkətlərə  yərliğ**  göndərib  ləşkərlər  çağırdı,  Əbdülmömin 

xanın  səylərinə,  habelə  "sənin  öz  övladına  qarşı  şübhən  səhvdir" 

yazıb  atasına  andnamələr  (qəsəmnamə)  göndərməsinə  baxmayaraq 

Abdulla xan ona iltifat etmədi. 

Sözün  qısası,  Əbdülmömin  xan  öz  mətləbinə  yetmədi.  O, 

Şahməhəmməd İləciyanı onun sirrini faş etməyinə görə elə oradaca 

cəzalandırdı.  Məlum  oldu  ki,  Abdulla  xanın  əmri  ilə  böyük  bir 

ləşkər toplanmışdır  və hər tərəfdən Buxaraya  gəlməkdədir. Qorxub 

Bəlxə  tərəf  üz  tutdu.  Onun  qaçışından  sonra  hər  yandan  gələn 

ləşkərlər  Buxaraya  çatıb  xan  ordusuna  birləşdilər.  Abdulla  xan 

qüdrət  və istiqlalla oğlunu cəzalandırmaqdan ötrü Buxaradan çıxıb 

Bəlxə yollandı. 

Əbdülmömin  xan  isə  pərişan  halda  çay  kənarına  çatıb, 

oranı  adlamaq  istədi.  O  vaxtlarda  Mərv  hakimi  olan  Şahım  bəyin 

Abdulla  xandan  incikliyi  vardı.  O,  Mərvdən  çıxaraq  Əbdülmömin 

xanın  xidmətinə  getmək  məqsədiylə  gəlib  ona  çatdı,  onu  Bəlxə 

getməkdən  saxladı,  dedi  ki,  Bəlxdə  olan  ləşkərlərini  toplayıb  çay 

kənarında  döyüşə  hazırlaşsın.  Onun  məsləhətinə  əməl  edən 

Əbdülmömin  xan  öz  səbat  ayağını  çay  kənarında  yerə  dirədi  və 

dayanıb gözlədi. 

Abdulla  xan  isə  qoşun-qoşun  onun  üstünə  gəlməkdəydi. 

Oğlunun hərb etmək fikrini bilib, buraya gəldiyi üçün fikirlərə daldı 

(motəəmel).  Mavərənnəhrin  ağsaqqalları  və  şeyxləri  islah 

meydanına qədəm basaraq, onların hər ikisini məsləhətli sözlərlə bu 

fikirdən  əl  çəkməyə  çalışdılar.  Abdulla  xan  fitnə-fəsad  sahibləri 

kirni  tanıdığı  Şahım  bəyin  və  daha  iki  nəfərin  yanına  gəlmələrini 



916 

 

tələb  etdi.  Əbdülmömin  xan  onları  atasının  yanına  göndərdi  və 



Abdulla xan onları cəzalandırdı. Ata və oğulun hər biri isə öz dövlət 

paytaxtlarına  döndülər.  Abdulla  xan  haqqında  danışan  doğruçu 

adamlar  belə  deyirlər:  "Abdulla  xan  bu  hadisədən  sonra  tez-tez 

deyirdi ki, bütün ömrüm boyu etdiyim böyük-böyük  müharibələrdə 

çox  vaxt  düşmənə  arxa  çevirməmişəm,  amma  ömründən  və 

dövlətindən  ləzzət  görə  bilməyəcək  Əbdülmömin  xan  məni 

ömrümün  sonunda  fərar  arına  giriftar  etdi".  Həqiqətən  də 

Əbdülmömin xan atasma qarşı üsyan etməyinə görə axırda atasının 

qarğışına  gəldi,  gələcəkdə  yazacağımız  kimi,  ömür  və  dövlətdən 

kam ala bilmədi. Xülasə, ata və oğulun müxalifət xəbəri Türküstana 

yayıldıqda,  Abdulla xanın əzəməti sayəsində ədəb-ərkanla  yaşayan 

qazax  sultanları  üsyana  qalxdılar.  O  cümlədən  Təvəkkül  Sultan 

Qazax  özünə  "xan"  ismi  qoyub  böyük  qoşunla  Daşkənd  üzərinə 

yürüş  etdi.  Amma,  Abdulla  xan  ona  məqabil  durmağı  özünə  layiq 

bilməyib, qohumları olan sultanları, məmləkətlərin sərhəd əmirlərini 

(məmaleke-soğur)  və  öz  ləşkərini  onunla  hərbə  namizəd  etdi, 

Daşkəndlə Səmərqənd arasında o iki dəstə arasında böyük cəng baş 

verdi.  Cülusundan    indiyədək    bütün    cənglərdə    qalib    gələn 

Abdulla  xanın  ləşkərləri  bu  dəfə  məğlub  oldular,  onun  əmirlərinin 

əksəriyyəti,  qoşununun  tanınmış  (məarif)  adamları  və  öz 

əqrabasından  olan  bir  neçə  sultanı  qətlə  yetirildi,  sağ  qalanlarsa 

məğlubiyyət  və  pərişanlıqla  Buxaraya  gəldilər.  Bu  iş  onun  oğluna 

qarşı  olan  küdurət  və  pərişanlığını  bir  qədər  də  artırdı,  məsələni 

bitirmək  qərarına  gəldi.  Mir  Qulbabanı  çağırmaqdan  ötrü  Herata 

adam  yolladı.  O,  belə  fikirdəydi  ki,  ləşkərlər  toplayıb  bu 

məğlubiyyətin  əvəzini  çıxsın.  Bundan  sonra  Mir  Qulbaba  və 

toplanmış  əmirlər  Təvəkkül  xanı  dəf  etmək  və  intiqam  almaqdan 

ötrü  yola  düşdülər,  Abdulla  xan  Səmərqəndə  tərəf  yollandı.  Elə 

orada  da  oğlunun  müxalifəti  və  qazax  ləşkərinin  qələbəsi  (çirəgi) 

səbəbindən  məzacı  pozuldu,  natəvanlıq  yatağına  düşdü,  nəticədə 

həyatını, ömrünü əcələ təslim etdi. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin