AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


GİLANLILARIN ÜSYANLARININ ZİKRİ, MÜZƏFFƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə75/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   71   72   73   74   75   76   77   78   ...   96

 

GİLANLILARIN ÜSYANLARININ ZİKRİ, MÜZƏFFƏR 

ƏSGƏRLƏRİN ONLARIN CƏZALANDIRILMALARINDAN 

ÖTRÜ VÜRÜŞÜ VƏ ALLAHIN KÖMƏVİ İLƏ  

QALİB GƏLMƏLƏRİ 

 

Gilan işləri, yuxarıda yazıldığı kimi nəzərdə tutulduğundan, 



Əmir Şahməlik və yoldaşları hədsiz səfəqqətlərlə yola rəvan oldular. 

Onlar  amma  həqşünaslıq  və  əql  cövhərinin  bəhrəsini 

görmədilər,  bütün  Gilan  əhalisinin  batinlərində  gizlətdikləri 

xəbisliyi  aşkara  çıxardaraq  üsyana  başladılar.  Biyəpəsin  avara 

adamlarını  toplayıb  Fumənin  daruğəsi  üzərinə  gedərək  onu  qətlə 

yetirdilər.  Bu  xəbəri  eşidən  Rəşt  daruğəsi  oranın  əhalisindən  də 

müxaliflik  əlamətləri  görüb  Rəştdən  çıxdı.  Əmir  Şahməlik  isə 

fitnəkarlıq  edərək  biyəpişliləri  də  üsyana  qaldırdı.  Biyəpişlilər  də 

şah şəfqətlərinin qədir-qiymətini bilməyib özlərini üsyan təhlükəsinə 

(məhləke) saldılar. 

Biyəpiş  Gilanının  hərbçilərindən  həmişə  orada  vəkilüs-

səltənə  və  Gilan  sultanları  dövlətinin  sahib-ixtiyarı  olmuş  əjdər  və 

çəpək  adlı  iki  tayfa  vardır.  Onların  aralarında  sipəhsalarlıq  və 

padşahın vəkalət mənsəbi uğrunda qədimdən ədavət olmuşdur və o 

tayfaların  heç  biri  fürsət  düşdükcə  həmin  mənsəbləri  biri-digərinə 

güzəştə getmir. 

Bu vaxt çəpək tayfasından və Gilan hərbçilərinin ən böyük 

adamı  olan  Əmir  Abbas  fərmanla  Ləştənəşa  hakimi  təyin 

olunmuşdu.  Əjdər  tayfasının  Bu  Səid  adlı  bır  adamı  isə  meşə  və 

cəngəlliklərə  girərək,  qızılbaşlara  tabe  olmur  və  Mir  Abbasa  qarşı 

xainlik  edirdi.  O,  elə  o  günlərdə  Əmir  Şahməlikin  düşmənçiliyini 

eşidərək  onun  yanına  getdi,  Xan  Əhmədə  istək  və  qızılbaşlara 

müxalifət  izhar  etdi.  Gilanın  ağılsız  səfehləri  onun  ətrafına 

toplaşaraq  Əmir  Şahməliklə  əhd-peyman  bağlayıb  dedilər: 

"Şirvanda olan Xan Əhmədin və bu mülkün varisi Məhəmməd xan 

Əmin  ibn  Cəmşid  xanın  gəlişinədək,  bundan  sonra  biz  qədimdən 

bizi bu dövlət əhalisi arasında mövcud olan Biyəpişlik və Biyəpəslik 

ədavətini  ülfət  və  dostluqla  əvəz  edək,  Biyəpişi  Xan  Əhməd, 



783 

 

Biyəpəsi isə Məhəmməd Əmin xan üçün saxlayaraq və qızılbaşların 



[bu yerlərə] dəxalətinə imkan verməyək" 

Amma,  gilanlılar  heç  bilmirdilər  ki,  Məhəmməd  Əmin 

Şirvanda  vəfat etmişdir  və o  vaxtadək onu bütün Gilanın ağsaqqalı 

bilirdilər. 

Bu  xəbər  Lahicana  çatdı.  Əhməd  bəy  Darüğə,  qızılbaş 

hakimləri  və  Talişə  Kuli,  həmçinin  Kiya  Fəridun  Gilan 

başıpozuqlarını  toplayaraq  onların  qarşılarına  -  Sefidrud  kənarına 

getdilər.  Talişə  Kulinin  hərəkətlərindən  müxalifət  meyli  hiss  edən 

Əhməd  bəy  ehtiyatla  qızılbaşlarla  birlikdə  gilanlılardan  aralandı. 

Talişə Kuli də ondan şübhələndi və onlar bir-birlərindən çəkinməyə 

başladılar.  Bu  iki  dəstə  arasında  qarşıdurma  başlayan  gün  düz 

əqidəli  və  xeyirxah  adam  olan  Kiya  Fəridun  Əhməd  bəyi  və 

qızılbaşları Talişə Kulinin gizli xəbisliyindən və onun Şahməlik  və 

başqa düşmənlərlə əlbirliyindən xəbərdar etdi, belə  məsləhət gördü 

ki, o əsnada sərfəli olmayan cəngə girişməsinlər və özlərini xətadan 

kənar etsinlər, çünki qızılbaş tayfaları heç vaxt gilanlı olmamışlar. 

Onlar,  buna  görə  də,  mərəkəyədək  çəkinərək  Kiya 

Fəridunun  məsləhətinə  əsasən  Deyləman  yolu  ilə  hərəkət  etməyə 

başladılar, Əhməd bəyin və qızılbaşların gedişlərindən xəbərdar olan 

Talişə  Kuli  bir  adamını  Əmirə  Şahməlikin  və  Bu  Səidin  yanına 

göndərdi. Onlar Sefidrud çayını keçərək Mizrarın Seyid Əşrəf adlı 

yerinə 


gəldilər, 

bir-biriləriylə 

əhd-peymanı 

təzələyərək,   

qızılbaşlara   qarşı   birləşdilər. 

Əmir Şahməlik Biyəpişə qayıtdı. Talişə Kuli və Bu Səid isə 

adamlarıyla  Lahicana  gəldi,  Biyəpəs  camaatlarından  yardım 

almaqdan  (estezhar)  ötrü  Xan  Əhmədin  yanına  Şirvana  adam 

göndərdi.  O,  Lahicanda  səltənətə  çıxaraq,  münasib  adamlara 

vəzifələr  verdi.  Onlar  hər  gün  Xan  Əhmədin  evinə  yığışıb  onun 

divanxanasında işlərin nizama salınmasına  çalışır, qəlyan  çəkir, iki 

günlük  hakimiyyəti  qənimət  bilir  və  gələcək  vəziyyətləri  barədə 

qətiyyən  fikirləşmirdilər.  Bu  xəbərlər  Qəzvində  hümayun  şahın 

qulağına çatdıqda, onun qiyamət zəbanəli qəzəb şöləsi alovlanmağa 

başladı.  O,  əvvəl  istədi  ki,  şəxsən  özü  bu  hadisənin  dəf 

olunmasından ötrü gedib o puç təbiətli adamları elə cəzalandırsın ki, 

qəflət  yuxusundan  bidar  olsunlar  və  bundan  sonra  "fitnə"  sözü 

onların heç birisinin dilindən çıxa bilməsin. Şahın hümayun ordu ilə 

bu vaxt getmək imkanı olmadığından, o zatın möbidlər möbidi olan 

ağlı onu o niyyətdən çəkindirdi. [Əlahəzrət] Fərhad xana tapşırdı ki, 



784 

 

Biyəpəs  və  Biyəpiş  arasındakı  Kuhdəm  yoluyla  oraya  yollansın. 



Allahqulu  bəy  Qorçibaşıya  Deyləmana  gedərək  Əhməd  bəyə  və 

Kiya  Fəridunə  birləşmək  və  Şeymə  yoluyla  getmək  tapşırıldı. 

Onlara  həvalə  olundu  ki,  Gilana  gedərək  birlikdə  hər  iki  Gilan 

düşmənlərini  öz  əməllərinin  cəzasına  yetirsinlər,  o  torpağı  tüğyan 

ərbablarının dəxalət tikanından təmizləsinlər. Fərhad xan [belə] ərz 

etdi:  "Biyəpiş  əhalisindən  görünmüş  bu  cürət  və  cəsarət  Biyəpəs 

camaatının çağırışı ilə olmuşdur. Əgər şahın inayəti Əlixana olarsa 

və  bu  dəfə  onun  təqsirindən  keçərsə,  o  zaman  Biyəpəs  hakimliyi 

fərmanla ona verilər, o, bu dövlətxah şahın tərəfində durar, müxalif 

kütlə isə bir-birindən ayrılar, Biyəpişin işləri ürək istəyincə asanlıqla 

öz yoluna düşər. Əgər Əlixandan şaha itaətə xilaf olan bəyənilməz 

hər  hansı  bir  əməl  müşahidə  olunarsa,  bunun  dəf  olunması  çətin 

deyildir".  Fərhad  xan  bu  barədə  xeyli  danışdı.  Əlahəzrət  istər-

istəməz onun  məsləhətinə əməl edib Əli xanı həbsdən çıxardı, ona 

qiymətli xələtlər verərərək Fərhad xana tapşırdı, onunla yoldaş etdi, 

Biyəpiş  Gilanının  hakimliyi  və  əmirülüməralığı  isə  Fərhad  xana 

verildi.  O,  bu  il  öz  yar-yoldaşları  arasında  "fərzənd"  sözü  ilə  xitab 

olundu  və  tam  şövkət  və  əzəmətlə  Kuhdəm  yolu,  qorçibaşı  isə 

Deyləman  yoluyla  rəvan  oldular.  İqbal  əskərlərinin  gəlişi  xəbəri 

Gilan  üsyankarlarını  bərk  narahat  etdi,  Bu  Səidi  və  Talişə  Kulini 

düşmənlərin  biri  olan  Mənsur  Mənkal  ilə  Deyləman  ləşkərinin 

qarşısına  yolladılar  ki,  Deyləman-Lahican  yolunun  arasındakı 

Şeymə yoluyla hərəkət etsinlər. Bu yol olduqca çətin yoldur. Onun 

dar  və  palçıqlı  olması,  habelə  sıx  meşələri  bircə  nəfərdən  artıq 

süvarinin keçib-getməsini olduqca çətinləşdirir. Bu Səid, Talişə Kuli 

və  Mənsur  Mənkala  tapşırıldı  ki,  onlar  həmin  yolu  bağlayaraq 

qızılbaşların  dəfinə  başlasınlar.  Əmir  Şahməliklə  birləşib  Biyəpəs 

camaatı  ilə  birlikdə  Kuhdəm  yolunu  möhkəmləndirsinlər,  Fərhad 

xanın  və  onun  adamlarının  Gilana  daxil  olmalarına  maneçilik 

törətsinlər. 

Talisə  Kulinin  Şeyməyə  getdiyini,  yol  keçidlərinin 

keçilməz  etdiyini  və  gilanlıların  "bənə"  adlandırdıqları  böyük 

ağaclarla Şeymə yolunu bağladıqlarını eşitdikdə, Deyləman qorçiləri 

irəliləyib,  düşmən  ləşkərinin  qarovullarına  çatdılar  və  cəngə 

başladılar.  Fərhad  xan  isə  hələ  Kuhdəmdə  idi.  [Gilanlılar] 

məğlubiyyətə  uğradılar.  Bənə  ilə  doldurulmuş  birinci  keçiddə 

onların  saxladıqları  tüfəngçiləri  yağıların  əllərindən  alıb  irəli 

getdilər. Qorçibaşı irəli  gedərək bu,  güclü dövlətin qüvvəsi ilə bəd 



785 

 

niyyətli  o  ləşkərin  qalan  əskərlərini  də  məğlub  etdi,  başqaları  isə 



meşə və çəngəlliklərə dağılışdılar. Mənsur Mənkal öldürüldü, Talişə 

Kuli  isə  qaçıb  özünü  çətin  yerlərə  çatdırdı.  Müzəffər  əskərlər  o 

yolların  çətinliyini  hərbiçilərə  xas  bacarıqla  keçərək,  Lahicana 

çatanadək heç  yerdə dayanmadılar,  günün sonunda şəhərə çatdılar. 

Talisə Kulinin məğlub olmasını, Gilan ləşkərinin dağınıq düşməsini 

və  qorçilərin  gəlişini  eşidən  Səid  çaşqın  halda  özünü  Lahicandan 

Gilan  meşələrinə  çatdırdı  və  gizləndi.  Bütün  şəhərdə  çaxnaşma 

başlandı  və  şəhər  boşaldı.  O,  Lahicandan  Fərhad  xanın  yanına  bir 

adam  göndərərək,  ona  Lahicanın  fəth  olunma  xəbərini  çatdırdı. 

Əskərlərə  qarətkarlığa  qurşanmalarını  qadağan  edən  qorçibaşı 

rəiyyətin nəvazişləndirilməsi ilə məşğul oldu, nəticədə şəhər əhalisi 

bir-bir,  iki-iki  qayıdıb  cəm  oldular.  Fərhad  xan  isə  qorçilərin  onu 

qabaqlamaları  və  Lahicanı fəth etmələrinə görə onlardan incimişdi, 

çünki  istəyirdi  ki,  bu  fəth  məhz  onun  özü  tərəfindən  həyata 

keçirilmiş  olaydı.  O,  zahirdə  özünü  şadiman  kimi  göstərirdisə  də, 

Əlixanı bir dəstə adamla Biyəpəsə göndərdi. Şahın yanında olarkən 

qulağını  qorçibaşının  yaxşı-pis  xüsusiyyətləri  barədə  qiymətli   

nəsihətlərlə  doldurub,  özünün  əhd-peymanının  sabitliyi  haqqında, 

həmrəyliyinin (yekcəhəti) və sədaqətinin möhkəmliyi (rosux) barədə 

yüksək sözlər danışmışdı. 

 

Misra 

 

Qəlbi qarə adama varmı xeyri mövizədən?

569

 

 



Xan  Lahicana  yollandı,  müzəffər  əskərlərə  qoşuldu, 

məsələni şaha ərz etdi. Qorçibaşı və qorçilər bir müddət Lahicanda 

qalaraq  düşmənlərin  axtarışı  ilə  məşğul  oldular,  dövlətin  faydası 

naminə böyük səy və çalışqanlıq göstərdilər. O yerlərin işləri sarıdan 

xatircəm  olduqdan  sonra  qorçibaşı  və  qorçilər  Qəzvinə  qayıtdılar. 

Fərhad  xan  isə  Gilan  işlərinin  nizamlanması  və  gilanlıların 

cazalandırılmalarına   aşlayaraq ədalət  və  məmləkətdarlıq bayrağını 

qaldırdı. 

Biyəpəsə  gedən  Əlixanı  bütün  Biyəpəs  camaatı  istədiyi 

üçün,  hamı  onun  ətrafına  toplaşıb  Əmir  Şahməlikdən  ayrıldı.  Öz 

                                                           

569


 

 

Misranın farscası: 



Ba siyəhdel çe sud goftəne-vəz. 

786 

 

halını  belə  müşahidə  edən  Əmir  Şahməlik,  Əlixanı  xilas  etməsinə 



baxmayaraq, yenə də əvvəlki etimadla onun yanına  gəldi. Əlixanın 

isə  onu  tutub  öldürməkdən  başqa  çarəsi  yox  idi.  Bu  işi  yerinə 

yetirməmək camaatın gözündə itaətsizlik və qeyri-səmimilik əlaməti 

kimi  görünə  bilərdi.  [Buna  görə  də]  onu  qətl  edib,  başını  Lahicana 

Fərhad xana göndərdi. 

O, (Əlixan  - Ş.F.)  ilin sonuna qədər Fərhad xanla sülh  və 

barışıq  yoluyla  davrandı.  Xanla  bircə  dəfədən  artıq  görüşə 

bilməməsinə baxmayaraq, ona xidmət etməkdə idi. İlin sonlarındasa 

etimadsızlığı  daha  da  möhkəmləndi,  gizli  xəbisliyi  və 

nəməkharamlığı zahir oldu, xana qarşı davranışı dəyişildi, ona qarşı 

üsyan  məqamına  gəldi,  nəticədə  Əlixanın  fitnəkarlığının  dəf 

olunması  vacib  bilindi.  Onun,  Talişə  Kulinin  və  Bu  Səidin 

əhvalatının  ardı  barədə  gələn  ilin  hadisələrinin  şərhində  məlumat 

veriləcəkdir.



  

 

ABDULLA XANIN XARƏZMƏ LƏŞKƏR ÇƏKMƏSİ, 

ƏBDÜLMÖMİN XAN VƏ OĞLUNUN XORASANA 

GƏLMƏLƏRİ, ÜRGƏNC VƏ XORASANDA  

BAŞ VERMİŞ HADİSƏLƏRİN ZİKRİ 

 

Özbək  sultanları  haqqında  söz  deməyin  İran  tarixinin 



yazılmasından  ötrü  münasib  olmamasına  baxmayaraq,  söhbətin 

qırılmaması  naminə,  onlar  haqda  yazmamaq  mümkün  olmadı. 

Qələm  yuxarıda  belə  bəyan  etmişdi:  Özbək  sultanlarının  eyni 

sülaləsinə mənsub və Şeyban ibn Cuci ibn Çingiz xan nəslindən olan 

Ürgənc  valisi  Nurməhəmmədxan  ibn  Əbülməhəmməd  xan  və 

Xarəzm  padşahı  Hacı  Məhəmməd  xan  ibn  Əta  xan  Nisa  vilayəti 

üstündə düşmənçiliyə başladılar. Nurməhəmməd xan  Abdulla xana 

pənah  apardı,  Nisa  vilayətini  ondan  almaqdan  ötrü  kömək  əvəzinə 

Mərvi peşkəş kimi verəcəyini boyun oldu. Abdulla xan, Mərvi artıq 

özünə  götürdüyünə  baxmayaraq,  Nurməhəmməd  xanın  istəyinin 

icrasından  ötrü  vaxtı  uzatdı,  çünki  Nurməhəmməd  xanla  Hacı 

Məhəmməd xanın arasındakı düşmənçilik Abdulla xanın məqsədinə 

müvafiq idi. 

Abdulla xanın ona imdad etmədiyinə görə Nurməhəmməd 

məyus  idi,  hətta  ondan  daha  çox  oğlu  Əbdülmömin  xandan 

çəkinirdi. Buna görə də, o, izn almadan  Abdulla xanın ordusundan 

ayrılıb öz vilayətinə üz tutdu. 


787 

 

Ürgənc valisi Nurməhəmməd  



xanın Şah Abbasın yanına gəlməyi: 

 

Bütün    niyyəti    Xorasan    vilayətini  və  Xarəzmi  ələ   



keçirtmək   olan Abdulla   xan   Ürgənc sultanlarının həzrət zillallah 

şahla birlik və dostluq etmələrindən narazı idi. O, həmin sultanların 

bir-birləriylə  çəkişmələrini  qənimət  sanıb,  bu  il  əlahəzrətin 

sərhədyanı  işlərlə  məşğul  olmasını  fürsət  bildi  və  [oğlu] 

Əbdülmömin  xanı  Əbivərd,  Nisa  və  Nişapur  [şəhərlərini]  fəth 

etməkdən  ötrü  Xorasana  göndərdi,  özü  isə  Xarəzmə  qoşun  çəkdi. 

Əbdülmömin xan Mərvə çatdıqda, Nurməhəmməd xanın xidmətində 

olan özbəklər canlarının qorxusu və mallarının qarətə gedəcəyindən 

qorxub,  bivəfalıq  etdilər  və  qala  açarını  ona  göndərdilər.  Ləşkərin 

bivəfalığını  və  düşmənin  fəthini  görən  Nurməhəmməd  xanın  daha 

həmin  vilayətdə  qalmaq  imkanı  qalmadı,  Hafizək  Sultan 

Xəbuşaninin  köməyi  ilə  həmin  vilayətdən  çıxaraq  özünü  şah 

[dərgahının]  astanəsinə  çatdırdı.  Əlahəzrət  də  onun  gəlişini 

qiymətləndirib  adlı-sanlı  şahzadə  Məhəmməd  Bağır  Mirzəni  xani 

qarşılamaqdan  ötrü  cənab  etimadüddövlə,  bəzi  əmirlər,  xüsusi 

adamlar  və  yaxın  şəxslərlə  birlikdə  bir  fərsəx  məsafəyə  göndərdi. 

Məhəmməd  Bağır  Mirzəyə  gəlib-çatan  Nurməhəmməd  xan  atdan 

yerə  endi  və  şahzadə  ilə  rəsmi  görüş  qaydasını      yerinə  yetirdi, 

hümayun      dövlətxanaya  gəldi,  Çehelsütun  qəsrində  hümayun 

nəvvabla  görüşməklə  şərəfləndi.  Əlahəzrət  onunla  mehribalıqla  və 

qardaşcasına  davrandı,  fərmana  əməl  edən  divan  vəkilləri  onun 

zəruri ehtiyacını yüksək səviyyədə təmin etdilər, xan hümayun şahın 

xüsusi məclisində iştirak etdi və onunla həmsöhbət oldu. 

Amma,  Əbivərd,  Çəhcə,  Mehnə,  Nisa,  Bağdad,  Dərun  və 

ətraf  yerlərdən  xatircam  olan  Əbdülmömin  xan  Nişapur  qalası 

üzərinə qoşun çəkdi. Hələ məhsulların yetişmədiyi dövr olduğundan 

qalada ərzaq çox azalmışdı və belə bir məqamda o, qalanı mühasirə 

etdi. İsfahan qalasının mühafizəsindən olan Dərviş Məhəmməd xan 

rumlu qaziləri  və  İsfahan tüfəngçiləri ilə birlikdə bürcləri, divarları 

və  darvazaları  müdafiə  etməklə  məşğul  oldular,  qalanın  mühasirə 

olunma xəbəri gəlib şaha çatdı. 

Fərhad  xan,  qorçibaşı  və  müzəffər  əskərlərin  əksəriyyəti 

Gilanda  düşmənlərin  işləri  ilə  məşğul  olduqlarından,  onların 

Xorasan  yürüşləri  bir  neçə  gün  yubandı.  Əbdülmömin  xan  isə  adı 

çəkilən  qalanın  alınmasından  ötrü  bir  neçə  uğursuz  yürüş  etsə  də, 


788 

 

qala dilavərləri üzlərinə müxalifət qalxanı tutub mərdanəliklə qalanı 



qorudular, heç kimi oraya girməyə qoymadılar, özbək bahadırlarının 

bir çoxu isə həmin yürüşlər zamanı ölüm torpağına sərildi. [Amma] 

bürclərin  birinin  altına  lağım  ataraq,  oranı  barıtla  doldurdular  və 

gecə  düşən  kimi  onu  odladılar.  Barıt  bürcü  dağıtdı  və  keçid  yolu 

yarandı. Hücuma keçən özbəklərin üç-dörd yüz nəfəri yuxarı qalxıb 

şəhərə daxil oldular. 

Bürcün  dağılmasını  və  özbəklərin  qalaya  daxil  olma 

xəbərini  eşidən  Dərviş  Məhəmməd  xan  elə  həmin  ləhzə  rumlu 

igidləri,  Mir  Fəttah  və  İsfahan  tüfəngçiləri  ilə  birlikdə  məşəllər 

yandıraraq, özünü həmin viran olmuş bürcə çatdırdı. Onlar özlərinə 

kömək  yetənə qədər tüfəng  güllələrini özbəklərin üstünə dolu kimi 

yağdırmağa  başladılar,  o  viranlıqda  möhkəm  sədd  kimi  dayanıb 

mərdanəliklə  vuruşdular.  Daha  bir  nəfər  də  Özbək  içəri  daxil  ola 

bilmədi. Amma, şəhərə daxil olmuş bir dəstə özbək arxadan kömək 

gəlmədiyinə  görə  küçələrdə  sərgərdan  qaldılar.  Rumlu  qaziləri, 

tüfəngçi  və  Nişapur  camaatı  küçə  başlarını  tutaraq,  onları  bir-bir 

ayaqdan  saldılar.  Aralarındakı  cəng  gecə  yarısınadək  davam  etdi. 

Bir-ikisi  sultan  övladlarından  və  mötəbər  özbəklərdən  olan  iyirmi-

otuz  nəfər  məşhur  bahadırı  diri-diri  əsir  götürdülər,  yerdə  qalanlar 

isə qətlə yetirildilər. [Qızılbaşlar] o gecə sübhədək işlədilər və bürcü 

təmir  edib  möhkəmləndirdilər.  Abdulla  xan  bu  vaqiədən  narahat 

oldu. Dost-düşmənlər isə Dərviş Məhəmməd xanın  və isfahanlıların 

mərdanəliklərinə  və qaladarlıqlarına  "afərin" dedilər. Həqiqətən də, 

qədim vaxtlardan indiyənəcən baş vermiş az hadisələrdəndir ki, dörd 

ay  müddətində  qalanı  mühasirəyə  alan  və  onun  bürcünü  yıxıb 

yürüşə hazır olan bir padşah üç yüz nəfərlə həmin qalaya daxil ola, 

hücuma  keçənlər  oranı  yenidən  ələ  keçirə,  mühafizə  etməyə  və  o 

böyüklükdə şəhəri yenidən düşmən şərindən qorumağa başlaya. 

Xülasə, fəth və zəfərdən məyus olan özbəklər Əbdülmömin 

xanın işarəsi və təhrikiylə qala ayağına gəlib qışqıra-qışqıra dedilər: 

"Əgər filan sultan  və filan bahadır hələ öldürülməyibsə, onları sağ 

saxlayıb tələf etməyin. Belə halda mümkün ola bilər ki, [gələcəkdə] 

qala əhli nicat tapsın və xanın qəzəbindən qurtarsın". 

Bir  neçə  rumlu  qazisi,  o  cümlədən  Dərviş  Məhəmməd 

xanla  yaxın  olan  rumlu  qazisinin  biri  əhvalatın  başlanğıcında 

özbəklər  tərəfindən  əsir  tutulub  sağ-salamat  saxlanılmışdı.  Dərviş 

Məhəmməd  xan  da  vaxtında  işə  yaraya  biləcəklərini  düşünərək 

tutulan  özbəkləri    öldürməmişdi.    Bu  işlər  baş  verən  vaxtlarda 



789 

 

Şahverdi Abbasi tərəfindən şahın məhrusə məmləkətlərinə  təcavüz  



olundu    və    o,      Bərucərddə    olan  Uğurlu  Sultan  Bayatın  üstünə 

yürüşə keçərək hərbə başladı, onu qətlə yetirdi. Bu məsələdən qəzəb 

atəşi alovlanan padşah öz məmləkətlərinin yaxınlığanda yaşayan və 

həqiqətən daxili düşmən (doşməne-xanəgi) olan Şahverdi  Abbasini 

cəzalandırmaqdan ötrü şahanə qərara gəldi, Luristana tərəf hümayun 

yürüş  vacib  bilindi.  Dərviş  Məhəmməd  xana  şah  məktubu  sadir 

olunub,  baş  verənlərdən  onu  hali  etdilər  və  belə  yazdılar:  "Bizim 

Xorasana  gəlib-çıxmağımız  məlum  deyildir.  Rumlu  qazilərinin, 

isfahanlıların  və  qızılbaşların  ailə  üzvləri  və  namusları  Nişapurda 

qalmışdır. Öz ağıl və düşüncən ilə hərəkət edib Əbdülmömin xanla 

barışaraq, sülh yarat, hansı yolla olur-olsun özünü İraqa çatdır, əhl-

əyalları oradan çıxar, Nişapurla [hələlik] işin olmasın, o yer, Allahın 

köməyi  ilə,  yenidən  asanlıqla  əlimizə  geri  qayıdar".  Dərviş 

Məhəmməd xanın qardaşı  Şahqulu Xəlifəni  yanıma çağıran şah bu 

məktubu Nişapura aparmaqdan ötrü ona verdi. 

Şahqulu  Xəlifə  isə  bu  fikri  qəbul  etməyərək,  məktubun 

göndərilməsini  istəmədi,  dedi:  "Biz  sədaqət  və  sufilik  yolu  ilə 

gedərək,  hətta  canımızı  da  siz  vəlinemətin  və  mürşidi-kamilin 

yolunda verərik. Nə qədər ki, bədənində can və canında damar var, 

mənim qardaşım çalışıb qalanı qoruyacaqdır. Əgər zəifləşərək qalanı 

hifz  etməkdən  aciz  qalarsa,  din  və  dövlot  yolunda  şəhadət  şərbəti 

içəcək  və  cahanda  yaxşı  ad  qoyub  gedəcəkdir".  Nəvvab  şah  öz 

gövhərlər  yağdıran  dili  ilə  dedi:  "Əgər  bu  səylər  məni  razı 

salmaqdan  ötrüdürsə  və  əgər  mən  elə  bir  iş  etsəm,  bilin  ki, 

vəlinemətin  razılığını  almaq  ən  yüksək  səadət  yoludur.  Xorasan 

paytaxtı  Herat  darüssəltənəsi,  müqəddəs  Məşhəd  isə  həzrət 

səkkizinci  İmam  Rzanın  (ə)  aramgahıdır,  amma  [o  yerlərin] 

mahallarının əksəriyyəti özbəklərin işğalı altındadır. Buna görə də, 

Nişapurdan  ötrü  bu  qədər  təlaşa  düşmək  və  əhl-əyalı  bada 

verməkdən  nə  çıxa  bilər?  Əgər  Allah-təala  istəsə,  bütün  Xorasan 

məmləkətləri  asanlıqla,  özü  də  heç  kimin  əqlinə  gəlməyən  bir 

şəkildə bizim əlimizə gələ bilər. Əksinə, faydasız səy fələklə dava-

dalaş  etmək  deməkdir".  Nəticədə,  o  həzrətin  ilham  bəyanlı  dili  ilə 

sözlər yerinə yetirilmiş oldu. Xülasə, çox danışıqdan sonra can-fəda 

sadiq adamların biri həmin iqbal məktubunu Səbzvara apardı, orada 

onu  məchul  bir  şəxsə  verərək,  Nişapura  göndərdi,  Dərviş 

Məhəmməd  xan  məsələdən  ağah  oldusa  da,  qalada  azuqə  qalana 

qədər var qüvvəsi ilə döyüşdü. Azuqə qıtlığından qala əhlinə çətinlik 



790 

 

üz  verdikdən  sonra  o,  sülh  barədə  danışığa  başlayaraq,  əsir 



götürülmüş  özbək  bahadırlarını  həmin  danışıqdan  ötrü  vasitə  etdi. 

Qala  mühasirəsinin uzun çəkməyindən  və  çoxlu özbək tələfatından 

təngə  gələn  Əbdülmömin  xan  qələbə  çöhrəsini  görməyərək  sülhü 

böyük  qənimət  bilib,  belə  bir  əhdnamə  yazdı:  "Əgər  Dərviş 

Məhəmməd xan Nişapur qalasından əl çəkib İraqa qayıdarsa, özbək 

qoşunundan  qoy  arxayın  olsun,  özbəklər  qızılbaşların  mal,  can  və 

namuslarına  toxunmayacaqlar,  onun  özü  də  (Əbdülmömin  xanın  - 

Ş.F.)  əsir  götürülmüş  rumlu  qazilərini  sülh  üçün  bir  vasitəçi 

biləcəkdir".  Belə  şərtləşdilər  ki,  tərflərin  əsirləri  bir-birləri  ilə 

dəyişdirilsin. 

Bir  neçə  gün  bu  danışığa  sərf  olundu.  [Amma]  Dərviş 

Məhəmməd  xan  və  qala  əhli  özbəklərin  əhd-peymanına  etibar 

etmirdilər, çünki bu iki il ərzində onların iki min nəfərə yaxın adamı 

qətlə yetirilmiş, bütün özbəklər qanlı (xuni) olmuşdular. Buna görə 

də, qızılbaşlar Əbdülmömin xanın qəddarlıq  və  məkrindən arxayın 

deyildilər.  Nəhayət,  imana  güvənib  peyman  bağladılar  və  tərəflər 

arasında əhd  və peyman şərtləri imzalandı, Dərviş Məhəmməd xan 

və  adamları  öz  xanəköçləri  və  əhd-əyalları  ilə  birlikdə  İraq 

qapısından  çıxdılar.  Əbdülmömin  xan  bütün  qoşununu  bəzəyib  o 

gün  qızılbaş  ləşkərini  müşahidə  etmək  üçün  atlandı.  Qızılbaşlar 

onun  qoşun  bəzədiyini  görərək  əllərini  canlarından  üzdülər  və 

döyüşə  hazır  vəziyyətdə  dayandılar.  [Dərviş  Məhəmməd  xanla] 

birlikdə olan üç yüz nəfər isfahanlı tüfəngçi tüfəng fitillərini (fətilə) 

yandırıb hərbə hazırlaşmağa başladı. Bu tərəfdən də, əksəriyyətinin 

oğlu, qardaşı və qohumları mühasirə vaxtı qətlə yetirilmiş özbəklər 

sülh  əhdini  pozmaq  və  qızılbaşlardan  intiqam  almaq  istədilər. 

Əbdülmömin  xan  ağsaqqallarla  məşvərət  keçirdi.  Onların  aqil 

adamları dedilər: "O camaat min nəfərdir və onların hamısı candan 

əl  çəkdikləri  üçün,  nə  qədər  ki,  sağdırlar,  döyüşəcəklər.  Onların 

arasında mahir bəndəkəndazlar (tüfəngçilər - Ş.F.) da vardır ki, onlar 

bizim  iki-üç  min  adamımızı  öldürməyənədək  öldürülməyəcəklor. 

Bundan  başqa,  əhd  və  peymanı  pozmaq  sultanlıq  rütbəsinə  layiq 

əməl  deyildir.  Yaxşısı  budur ki,  əhd-peymana  vəfa  edərək,  onların 

getmələrinə mane olmayaq". 

Bu fikir Əbdülmömin xanın xoşuna gəldi, qəddarlıq fikrini 

ürəyindən çıxardı.  Amma, adanı  yollayıb Dərviş Məhəmməd xanın 

ata  süvar  olub  gəlməsini  və  onunla  görüşməsini  xahiş  etdi. Rumlu 

camaatı  və  tüfəngçilər  onun  gedişinə  mane  oldularsa  da  xan  belə 



791 

 

düşündü:  "Onun  [özbək  padşahının  çağırışına]  getməməyi  birdən 



onlar tarəfindən qorxaqlıq kimi qiymətləndirilə bilər". Buna görə də, 

şahın zavalsız iqbalına bel bağlayıb üç-dörd nəfər adamla qoşun və 

ləşkərdən ayrıldı və Əbdülmömin xanın qarşısına yollandı. Əmirlər 

onu [müəyyən olunan yerə] çatdırdılar və görüş başlandı. Öz əhsən 

və  afərin  dilini  açan  Əbdülmömin  xan  dedi:  "  Vəlinemətinin  duz-

çörəyi  sənə  halal  olsun  ki,  ixlas,  nökərlik  və  mərdanəlikdən  əl 

çəkmədin  [və  yanımıza  gəldin]".  Amma, Dərviş Məhəmməd xanın 

atının  daş-qaşlarla  bəzənmiş  yəhərinə  tamah  saldı,  [əvəzindəsə]  öz 

yabılarından birini ona  verdi. Dərviş Məhəmməd xan izn  alaraq, o 

gün  axşamacan  yol  getdi  və  özünü  Səbzvar  hüduduna  çatdırdı. 

Oradan  çıxıb  İraq  yolunu  önə  tutdu,  zəfər  ayəli  ordu  Luristandan 

qayıdan  vaxt  o  da  gəlib  Qəzvinə  çatdı,  şahın  xidmətinə  getməklə 

şərəfləndi,  göstərdiyi  xidmət  müqabilində  Gilan  əyaləti, Lahican 

və oranın əmirülüməralığı ona verildi. 

Dərviş  Məhəmməd  xanın  gedişindən  sonra  Əbdülmömin 

xan  Səbzvarı  tutmaq  fikrinə  düşdü.  Qış  gəldiyi  üçün  onun  özü 

müqəddəs  Məşhədə  getdi,  bir  dəstə  özbək  əmirini  isə  Səbzvar 

üzərinə yolladı. O vilayətin hakimi olan Məhəmmədmömin Sultan - 

Mir  Şəmsəddin  Əli  Sultan  Səbzvarinin  nəvəsi  şəhərə  yaxın 

mahallardan azacıq azuqə toplayaraq, qalanı  (ərk)  möhkəmləndirdi 

və  bir  neçə  gün  şəhəri  qorudu.  Səbzvarlılar  bacardıqları  qədər 

qaladarlıq  etdilər.  Amma,  Əbdülmömin  xan  Xorasanda 

gözləməkdən bezib Bəlxə tərəf üz tutdu, əmirlərin yanına bir adam 

yollayıb onlara belə  yazdı:  "Qızılbaş padşahı bu il Xorasana gəlib-

çıxmadı.  Qantökən  (səffak)  və  qorxubilməz  (bibak)  bir  adam  olan 

Əbdülmömin  xan  isə  müqəddəs  Məşhəddə  əyləşmişdir.  Əgər 

səbzvarilər ona qarşı çıxarlarsa, o da həmin səmtə hücuma keçəcək, 

həmin vilayətdə zülm atəşi yandıracaqdır. Sizə məsləhət belədir ki, 

bu  il  onunla  (Əbülmömin  xanla  -  Ş.F.)  yola  gedin".  Sonra  belə 

qərara alındı ki, Əbdülmömin xanın Səbzvara təyin etdiyi hakim qoy 

onların yanına gedərək altı ay orada qonaq qalsın, məmləkət işlərinə 

dəxalət  etməsin.  Bu  müddət  bitdikdən  sonra  qoy  oraya  qızılbaş 

ləşkəri  gəlsin  və  özbək  hakimi  öz  yerinə  qayılsın.  İndi  isə  indiki 

hakimi qoy özbək daruğəsi əvəz etsin. 

Səbzvarlılar  özlərini  mühasirə  əziyyətindən  xilas  etmək 

naminə həmin sülh şərtləri ilə razılaşdılar  və tərəflər  arasında əhd-

peyman  sazişi  bağlandı.  Səbzvarın  hakimi  və  daruğəsi  təyin 

olunmuş özbək əyanlarından  Nədr bahadır  Musa Mirzə ilə birlikdə 



792 

 

əlli  nəfər  adamla  şəhərə  gəlib-çıxdı,  özbək  ləşkəri  isə  köçüb 



Əbdülmömin xanın dalınca getdi, Cam hüdudunda ona çatdı. Onlar 

Səbzvarda  baş  verənləri  ona  ərz  etdilər.  Belə  deyirlər  ki, 

Əbdülmömin xan əmirlərə öz etirazını bildirib bu sülh sazişini rədd 

etdi. 


Xülasə,  Məhəmmədmömin  Sultan  onların  yaşamalarından 

ötrü  mənzillər  hazırladı,  aybaay  onlardan  ötrü  savəri  təyin  etdi. 

Aralarında  bir-iki  görüş  də  baş  verdi.  Hakimin  mülazimləri  azacıq 

savəri yığmaqdan ötrü rəiyyətə əziyyət verirdilər, istəyirdilər ki, öz 

iqtidarlarını  bildirsinlər.  Buna  görə  də,  onlar  hər  kəsdən  inciyib 

hədələyir,  öz  vaxtlarının  bitməsini  gözləyirdilər.  Batinən  şiə  olan 

səbzvarlılar  küçə  və  bazarda  özbəklərə,  sünni  olduqlarına  görə, 

tənələr edir, onların cahilləri məzhəb təssübkeşliyinə qapılıb onlara 

rədd  cavabı  (rəfz)  verir,  söyür,  şəmşirlərini  çıxarıb  sərtlik 

göstərirdilər. Məhəmməd Mömin Sultan Nədr bahadırın yanına iki-

üç  dəfə  adam  göndərərək,  ona  öz  adamlarına  belə  rəftarı  qadağan 

etməsini,  küçə  və  bazarlarda  gəzməmələrini,  səbzvarlıları 

incitməməyi tapşırdı. O isə, üzr istəyərək elə sərt rəftarın səbzvarlı 

avam camaat tərəfindən edildiyini bildirdi. 

Xülasə,  onların  işğal  və  bəd  rəftarlarından  səbzvarlılar 

təngə  gəlmişdilər  və  buna  görə  də  tərəflər  arasında  fəsad  yarandı. 

Onlar heç cür bir-birlərinə qaynayıb-qarışmırdılar. Özbəklər bir neçə 

vaxtdan  sonra  şəhərdən  çıxaraq,  şəhərlə  Səng  Kəlidər  arasındakı 

dörd  fərsəx  məsafədə  yerləşən  bir  kənddə  məskən  saldılar,  oranı 

qala  şəklinə  gətirib  özlərini  hifz  etməyə  başladılar.  Mirzə 

Məhəmmədmömin  Sultan  və  səbzvarlılar  onların  orada  olmalarını 

məsləhət  bilməyib,  gah  yumşaqlıq  və  insani  tərzlə,  gah  da  əzab-

əziyyət  verməklə  onları  şəhərə  gəlməyə  rəğbətləndirdilər  və  çəkib 

gətirdilər. Amma, özbək cahilləri yenə də əvvəlki kimi kobudluq və 

təhdid  məqamında  idilər.  Ağsaqqallar  isə  barışıq  yolunu 

tutmuşdular.  Belə  bir  vaxtda  səbzvarlılar  o  camaatı  dəf  etmək 

qərarına  gəldilər,  onlarsa  təngə  gəlib  fərar  yolu  axtarmağa 

başladılar,  hücum  edərək  Musa  Mirzəni  tutdular  və  ixtiyarını 

əlindən  aldılar.  Özbəklərin  tutulmaları  başlandı.  Özbəklər 

yaraqlanaraq bir qədər əl-qol atdılar, amma bir yerə toplaşıb hücum 

edə  bilmədiklərindən  onların  hamısı  tutuldu.  Məhəmmədmömin 

Sultan  bu  vəziyyəti  şaha  ərz  etdi,  Nədr  bahadırı  saxlayıb,  Musa 

Mirzəni  əsirlərlə  birlikdə  ali  saraya  yolladı.  Nəvvab  şah 

səbzvarlıların  əhd-peymanı  sındırdıqlarını  bəyənmədi.  Buyurdu  ki, 



793 

 

əgər  sizinlə  onlar  arasında  yaxşı  münasibət  (təəyyoş)  olmasaydı 



onlara üzrxahlıq edib öz vilayətinə göndərərdiniz. 

Xülasə,  o,  Musa  Mirzəni  xeyli  nəvazişləndirib  ona  və 

yoldaşlarına  qayıtma  icazəsi  verdi.  Əzəmətli  qorçilərin  birinə 

tapşırıq verildi ki, onunla gedərək məhrusə məmləkətlərindən onlara 

ülufə  və  iqamət  yeri  versin  və  onu  ehtiramla  yola  salsın.  Həmin 

qorçi  ali  əmrə  əməl  edib  onları  müqəddəs  Məşhədə  apardı,  o  vaxt 

oranın  hakimi  olan  Xodaynəzər  bahadıra  təhvil  verdi,  ondan  kağız 

(qəbz)  alıb  şaha  gətirdi.  Amma,  səbzvarlıların  qızılbaşlara  olan 

münasibətinə  qarşı  kini  olan      Əbdülmömin  xanın      [əvvəlki]   

kininin  üstünə  köhnəsi  də  əlavə  olundu  və  o,  aşağıda  yazılacağı 

kimi,  gələn  il  onlardan  intiqam  alıb,  dünya  və  axirətin  cəzasına 

giriftar oldu. Amma, Xarəzmə qoşun çəkmiş Abdulla xan, təfsilatla 

yazılmasının  İran  tarixinə  aidiyyəti  olmayan  müharibədən  sonra, 

Hacı Məhəmməd xana qalib gəldi. Ürgənc özbəkləri onlardan ötrü 

candan  əziz  olan  mallarının  qarət  olunacağı  qorxusundan,  öz 

padşahlarına  bivəfalıq  edərək,  cəng  zamanı  heç  də  böyük  səy 

göstərmədilər,  Abdulla  xana  məğlub  olub,  əksəriyyəti  onun  itaəti 

altına girdilər. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin