AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Kiyan Cəlaləddin Məhəmmədin əsassız



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə74/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   70   71   72   73   74   75   76   77   ...   96

Kiyan Cəlaləddin Məhəmmədin əsassız  

yerə Gilan əmirlərindən fərar etməsi: 

 

Allah divanında müəyyənləşən hər işin   yerinə   yetirilməsi   



zəruridir.  Buna  görə  də,  zamanın  məsləhətinə    və      oranın     rifahı   

naminə        İraqa  tərəf  qayıdış  qərara  alındı.  Onlar  Sultan  

Meydanından  çıxdılar.    Ordudakı    hər  kəsdə    olan  azuqə  Nişapur 

qalasındakılara kömək  məqsədiylə  Dərviş Məhəmməd xana  verildi. 

[Qızılbaşlar]  bir  neçə  mənzil  və  mərhələ  yol  qət  etdilər.  Müzəffər 

ordunun günəşi qələbə və iqballa İraq üfüqündə parladı və onlar xoş 

bir  saatda  gəlib  Qəzvin  darüssəltənəsinə  yetişdilər.  Bu  xeyirli 

səfərdə  Gilan  əmirlərindən  Kiya  Cəlaləddin  Məhəmməd  təriqət 

silkinə xas heç bir səbəb olmadan fərar etdi, başqa gilanlılarsa onun 

bu əməlindən xəcalət çəkdilər. Amma şəhriyar öz inayətinə görə onu 

bağışladı,  xosrovanə  nəvazişlər  etdi.  Yasaqdan  qayıtdıqdan  sonra 

Mir  Abbas,  Talişə  Kuli  və  yoldaşları  izn  alıb  özlərinin  hakim 

olduqları yerlərinə getdilər. 

Amma,  Kiya  Cəlaləddin  Məhəmmədə  əcəl  yapışdığı  və 

həyat badəsi dolduğu üçün gedib torpağ altına girdi. 

Bu  il  Azərbaycan  vilayətinin  əmirülüməralığı  və  o  yerin 

işlərinin tənzimlənməsi, həmçinin həzrət sultanül-övliya rövzəsinin 

(Ərdəbil  Şeyx  Səfi  ziyarətgahının  –  Ş.F.)  sərkarının  tövliyyəti* 



773 

 

Fərhad xana  verildi, o  vilayətin bütün işlərinin ixtiyar cilovu onun 



iqtidar qəbzisinə və ixtiyar pəncəsinə keçdi, o, Ərdəbil darülirşadına 

getdi.  Etimalüddövlə  Hatəm  bəyə,  qorçibaşı  və  mənsəb  sahibi  olan 

ərbablarla  birlikdə  Qəzvin  darüssəltənəsində  ləşkərin  qayğısına 

qalmaq,  onların  ülufə,  mərsumat  və  başqa  ehtiyaclarını  ödəmək 

tapşırıldı.  Qərara  alındı  ki,  qızılbaş  tayfaları,  döyüşçülərin  el  və   

oymaqlarının  təhqiqi  ilə  məşğul  olsunlar,  məvacib  alan  hər  bir 

mülazim və başqa adam müəyyənləşsin ki, onlar süvarilik və yasaq 

işlərinə  cəlb  edilə  bilsinlər,  Xorasan  yasağında  xəyanət  edib 

gəlməyənlərsə  cəzalandırılsınlar,  bu  dəfə  onları  tənbeh  etmək 

məqsədiylə cəriməyə məruz qoysunlar, yığılan vəsait ənam şəklində 

yasaq və səfər əziyyəti çəkmiş dərgah qorçilərinə və mülazimlərinə 

verilsin ki, [bu tədbir] camaat üçün xəbərdarlıq  və tənbeh sayılmış 

olsun,  əgər  bu  gündən  sonra  yasaq  elan  olunarsa  heç  kəs  ondan 

yayına  bilməsin,  yoxsa  bu  işdə  onlar  müxtəlif  təqiblərə  məruz 

qalacaqlar. 

Fərmanı  alanlar  bu  ali  əmri  dərhal  yerinə  yetirdilər. 

Həqiqətən  də  bu  qərar  ona  səbəb  oldu  ki,  yasaq  əmri  alınan  kimi 

bütün  qızılbaş  tayfaları  və  el-oymaq  əhalisi  padşahın  cəzasının 

qorxusundan  həm  piyadalar,  həm  də  süvarilər  çağırış  hökmü 

olmadan yola düşərək səy etdilər ki, müzəffər orduya çağırış zamanı 

bir-birlərindən  geri  qalmasınlar  [və  yasaq  əmrinə  əməl  etsinlər]. 

Birinci  səhifədə  hümayun  şahın  davranış  və  hərəkətlərindən  qısa 

şəkildə  bəhs  olunarkən  söylənildi  ki,  bu  qayda-qanun  hümayun 

şahın  hakimiyyəti  zamanından  ləşkər  arasında  yerinə  yetirilir 

(estemrar),  padşah  qəzəbinin  qorxusundan  heç  kim  onun  ziddinə 

gedə bilmirdi. 

Xülasə,  əlahəzrət  bu  güclü  dövlət  ərkanını  belə  işlərə 

yönəltdi, özü isə bir neçə nədimi, yaxın adamı və xassə mülazimi ilə 

İsfahan  darüssəltənəsinə  təşrif  apardı,  qışı  həmin  cənnətməkan 

şəhərdə eyş-işrətlə keçirdi. Bu sətirlərin müəllifi də bu il bu astanəyə 

xidmət  etmək  səadətinə  çatdı  və  əzəmətli  münşilər  silkinə  daxil 

edildi.  Qəzvində  münasib  ərbablar  olduğundan,  bu  həqir  zərrə  ali 

əmrə  əsasən  müqəddəs  məiyyətin  tərkibində  İsfahana  getdi,  inşa 

xidmətlərinə  (kitab  yazma,  məktub  hazırlama  -  Ş.F.)  başladı.  O, 

həmin tarixdən etibarən o həzrətə qulamlıq etməklə şərəfrazdır. 

 

 

 


774 

 

KİRMAN LƏŞKƏRİNİN ƏFŞAR ƏMİRLƏRİNİN ÖZBƏK 



ƏMİRLƏRİYLƏ XORASANIN TUN ADLI YERİNDƏ HƏRB 

ETMƏSİ VƏ ALLAH-TƏALANIN KÖMƏYİ İLƏ QALİB 

GƏLMƏSİ HAQQINDA SÖHBƏT 

 

Zəfər  ayəli  ordu  bu  ilin  əvvəlində  Gilan  fəthindən  sonra 



Xorasana  tərəf  hərəkət  etdi  və  qorçilər  ölkələrdən  əskər  çağırışına 

təyin  olundular.  Vəli  xana  və  hmayıl  xana  Kirman  əmrlərinin  o 

vilayətin  bütün  əfşar  tayfası  ilə  birlikdə  Yəzd  və  Təbəs  yoluyla 

Xorasana gəlib müzəffər orduya birləşmələri üçün hökm göndərildi. 

Adları  çəkilən  əmirlər  Kirman  əskərləri  ilə  birlikdə  fərmana  əməl 

edərək rəvan oldular və Təbəsə çatdılar. Ali əmrə görə Mustafa bəy 

Kənqərli  Tun  və  Təbəs hakimiydi, özbəklərsə o  yerlərin hüdudunu 

ələ  keçirib  Tun  vilayətini  və  onun  qalasını  işğal  etmişdilər. 

Hümayun  şah  ordusunun  gəlişi  xəbəri  bu  il  Xorasanda  eşidiləndə 

Mustafa xan azı-çoxu iki yüz əlli nəfər ustaclı qazisi ilə və özünün 

başqa  igid  mülazimləri  ilə  Təbəsdan  Tuna  hücuma  keçdi,  Tun 

qalasının  şəhərbəndini  özbəklərdən  alıb,  Tun  Hakimi  olan  Quzi 

Mirzəni  qalada  mühasirəyə  saldı.  Qalada  mühasirədə  qalanlar 

Herata  adam  göndərib  [kömək]  xahiş  etdilər.  Yetim  Sultan  kimi 

məşhur  olan  Din  Məhəmməd  Sultan-Abdulla  xanın  bacısı  oğlu, 

özbək  qoşununun  nıin  nəfərədək  adlı-sanlı  bahadırlarını  Naculi 

bahadırın sərkərdəliyi ilə qızılbaş ləşkərinin dəfinə və Quzi Mirzə və 

Tun  qalası  mühasirəçilərinin  köməyinə  yolladı.  İgid,  şücaətli  və 

mərdanə adam olan Mustafaxan təzədən azsaylı adamıyla özbəklərin 

çoxsaylı döyüşçülərinə qarşı qızğın hərblər etdi, həmin ağır qoşunun 

gəlişi  xəbərindən  qorxmayaraq,  səbat  ayağını  möhkəm  saxladı. 

Amma, xan dəstəyə qarşı gedərək müharibəyə başlamasından sonra 

anladı  ki,  onun  müqavimət  taqəti  yoxdur  və  əskərləri  tələf  olmaq 

üzrədir.  O,  hərbi  qaydaya  əməl  edib,  atdan  düşdü,  heyvanı  özünə 

qalxan etdi, ox və tüfəng gülləsi atmaqla özbəklərin şərini özündən 

kənar elədi, piyada halda qayıdış  vadisinə yollandı. Elə həmin  gün 

ərzində  dörd  fərsəxədək  yolu  özbəklərlə  döyüşə-döyüşə  Tunun 

Aysək  adlı  bir  yerinə  gəlib  çatdı,  kəndə  girib  oranın  bəstində 

əyləşdi. Özbəklər eşikdən  gəlib çıxdılar  və o  gecə tərəflər istirahət 

etdilər.  Mustafa  xanın  getməyindən  Təbəsdə  xəbər  tutan  əfşar 

əmirləri  və  Kirman ləşkəri təcili halda onun ardınca yola düşdülər. 

Mustafa xanın Aysəkdə bəstə əyləşdiyi ikinci gün onlar gəlib həmin 

yerə çatdılar. Gözə altı-yeddi min nəfərədək döyüşçü dəyən qızılbaş 


775 

 

qoşununun qaraltısı uzaqdan görsəndi. İztiraba düşən özbəklər fərar 



qərarına  gələrək  geri  çəkildilər.  Bəstdən  eşiyə  çıxan  Mustafa  xan 

əfşar dilavərlərinin  münqəlayında döyüşə başladı. Onun qol hissəsi 

döyüş  meydanına  çatdıqda  cəng  başlandı.  Özbəklərin  o  döyüşkən 

ləşkərə  müqavimət etmək taqətləri  yox idi, buna görə də, onlar elə 

birinci həmlədə məğlub oldular, böyük bir dəstə özbək əskəri ox və 

şəmşir yeminə çevrildi. 

Canməhəmməd  Divanbəyi  özbəklərin  böyüklərindəndi  və 

Yetim Sultanın divanbəyisi idi. O, bir neçə mötəbər bahadırla təqdir 

pəncəsinin əlində əsir oldu. Özbəklərin az hissəsi qaçıb qurtula bilsə 

də,  əksəriyyəti  ədəm  yoluna  yollandı.  Bu  xəbər  Tun  qalasındakı 

özbəklərə çatdıqda onların iqamət ayaqları sustaladı  və  müqavimət 

edə bilmədilər, qalanı boşaldıb fərar yolunu önə tutdular. Özbəklərin 

qəhrindən və əzəmətli əmirlərin zəfərindən sonra onlara məlum oldu 

ki,  müzəffər  şah  ordusu  İlahi  kömək  nəticəsində  fəthdən  sonra 

Xorasandan  İraqa  tərəf  geri  qayıtmış,  Mustafa  xan  Tun  və 

Cənabəddə  qalmış,  əfşar  əmirləri  Tərşiz  və  Səbzvar  yoluyla  İraqa 

gəlmiş  və  İsfahan  darüssəltənəsində  cahangir  şəhriyarın  ayağını 

öpməklə  şərəflənmişlər.  Onlar  Canməhəmməd  Divanbəyini  və  bir 

neçə  titulları  özbəyi  başqa  əmirlərin  başları  ilə  birlikdə  şahın 

nəzərinə  yetirdilər,  Canməhəmməd  Divanbəyini  xasseyi-şərifə 

qulamı  Bicən  bəyə  tapşırıb  sağ  saxladılar.  Başqalarının  isə 

vəziyyətləri bu misrada deyildiyi kimi oldu: 

 

Misra 

 

Ondan ki, xəbər vardı, xəbər gəlmədi bir də.

566

 

 



Bu işlər baş verərkən, Yetim Sultan öz qardaşları və özbək 

döyüşçüləri ilə birgə  Sultanəli Xəlifə Şamlının  üstünə hücum edib, 

onu Derəxş qalasında  mühasirəyə almışdı. Bu  məsələnin qısa şərhi 

belədir:  Qələm  bundan  əvvəl  yazmışdı  ki,  Sultanəli  Xəlifə  qəzəbə 

tuş  olmuşdu,  çünki  o  icazəsiz  Qayin  tərəfə  getmişdi.  Əmir  Həmzə 

xan  Ustaclının  oğlu  Əliqulu  xan  hökmə  əsasən  Qayin  hakimi  idi, 

amma özbək qoşunu gələndən sonra qaladan çıxmış və əmələləriylə 

birlikdə  Cur  qalasında  qalmaqdaydı.  Sultanəli  Xəlifə  Qayin 

                                                           

566


  Misranın farscası: 

An-ra ke xəbər şod xəbəri baz nəyaməd. 



776 

 

hüduduna  yaxınlaşanda,  nəslinin  qədim  mülazimləri  olan  bir  çox 



şamlı  tayfa  üzvləri  onun  başına  toplaşdılar.  Cah-cəlal  ordusunun 

Xorasana  tərəf  gəlməsi  xəbərini  eşidən  Əliqulu  xan  bir  az  xəstə 

olduğu  üçün  öz  əğrəqini  qalada  qoyub,  kəcavəyə  əyləşdi  və 

hümayun  orduya  tərəf  getmək  istədi.  Sultanəli  Xəlifə  və  şamlı 

tayfası  Qayinə  hakimlik  etmək  və  var-dövlət  toplamaq  niyyəti  ilə 

onun yolunu kəsdi və onlar cəng etmək məqamına gəldilər. Ustaclı 

qaziləri  onları  dəf  etmək  istədilər,  aralarında  qızğın  hərb  başlandı, 

qələbə  ustaclılara  qismət  oldu.  Bu  əsnada  kəcavədə  olan  Əliqulu 

xana bir güllə dəydi və onu yaraladı, günün sonunda isə xan keçindi. 

Onun  ölümü  ilə  məmləkəti  xali  görən  Sultanəli  Xəlifə  o  vilayətin 

dövlət  taxtına  əyləşdi.  Bu  il  isə,  Yetim  Sultan  Sultanəli  Xəlifənin 

üzərinə qoşun çəkdi. Sultanəli Xəlifə şahın razılığı olmadan həmin 

vilayətin  saxta  (təğəllob)  hakimi  olduğundan  o  yerin  əhalisi  bir  o 

qədər də ona kömək etmək diləyində olmadı. 

Xülasə,  o  yerin  əskər  və  rəiyyətindən  min  nəfərə  qədər 

adam toplayan xəlifə onun qarşısına tərəf yollandı, Qayinin Derəxş 

adlanan  yerində  tərəflər  bir-birbrinə  yaxınlaşdılar  və  güclü  savaş 

başlandı. Yetim Sultan qələbə çaldı  və qızılbaşlardan dörd-beş  yüz 

adam  o  mərəkədə  qətb  yetirildi,  qalanları  isə  Derəxşdə  bəstə 

oturdular, sonra döyüşə-döyüşə özlərini qalaya çatdırdılar. Sultanəli 

Xəlifəni  bərk  mühasirəyə  salan  Yetim  Sultan  onun  işini  çətinliyə 

düçar  etdiyi  vaxt  qızılbaş  ləşkərinin  gəlişi,  əfşar  əmirlərinin  cəngi, 

Naculi  Bahadırın,  Quzi  Mirzənin 

və  Şəğan  Mirzənin 

məğlubiyyətləri  xəbəri,  yuxarıda  yazıldığı  kimi,  gəlib  yetişdi  və  o, 

Derəxş  qalasından  kədərb  çıxıb  Xaf  və  Baxərzə  tərəf  getdi. 

[Beləliklə  də,]  Sultanəli  Xəlifə  mühasirə  əziyyətindən  xilas  olub 

Qayinə tərəf yollandı. Onun əhvalatı bu dəftərin zeyl hissəsindən öz 

məqamında yazılacaqdır, əgər əziz Allah istərsə.

567


 

 

BU İL ƏRZİNDƏ BAŞ VERMİŞ MÜXTƏLİF HADİSƏLƏR 

 

Bu  ilin  hadisələrindən  biri  də  budur:  Şahverdi  xan 



Qaradağlı  [şahın] Ərdəbilə gəlişi  və  Allahverdi xanın  onun üzərinə 

göndərilməsindən  sonra  fərar  edib  rumiyyə  sinirinə  daxil  olduğu 

vaxt sərhəd paşaları sülhün elə başlanğıcında sülh şərtlərinin icrasını 

pozmamaqdan  ötrü  ona  imdad  etmədilər.  Xan  rumilərin  ona 

                                                           

567


  İfadənin ərəbcə: "vəə-l-lahu-l-əəzzu". 

777 

 

köməklik  göstərməmələrindən  məyus  olub  ali  hümayun  çətirin 



kölgəsi  altına  sığınmaqdan  özgə  çarə  tapa  bilməyərək  [şaha] 

peşimanlıq  məktubu  yolladı  ki,  məzmunu  belədir:  "Müzəffər 

ordunun  gəlişi  zamanı  bu  qulam  şah  qəzəbinin  qorxusundan  elə 

dəhşətə  gəldi  ki,  hətta  mülazimətə  gələ  bilmədi.  Əgər,  indi  şahanə 

mürüvvət bu bəndənin günahları üzərindən əfv qələmi çəksə başımı 

ayaq  edib  ali  dərgaha  gələrəm".  Şahın  adından  ona  əfv  olunması 

barədə  bir  iqbal  məktub  yazıldı  və  əlahəzrət  onun  günahını 

bağışladı,  Şahverdi  xan  əyninə  müqəddəs  imam  libası  geyib 

Xorasanda müzəffər orduya gəldi. O, bir müddət müqəddəs orduda 

qaldı, amma hələ də başında özbaşınalıq havası olmasına və canında 

sədaqət  olmamasına  görə,  ordu  Bəstam  çəmənliyində  dayanarkən, 

özünün  daxilindəki  xəbisliyini  biruzə  çıxardı  və  əmllərinə  görə 

vəzifədən çıxarılıb həsrət və nakamlıq içində gün keçirərək, türkman 

piyadası  Şahqulu  Sultan,  Nədr  xan  Əfşar,  o  vaxtlar  abrı-həyası 

olmayan  Atilandilli  İmamverdi  xan  kimi  əmirlərlə  [gizli]  söhbətə 

başladı.  Onlar  vaxtlarının  çoxunu  birlikdə  keçirir  və  düşmənçilik 

hisslərini  özlərində  saxlayırdılar.  Onların  söhbətlərindən  agah  olan 

sədaqətli adamların biri məsələdən şahı xəbardar etdi. Əmirlər bunu 

bilərək, köç zamanı ordudan geri qalıb fərar etdilər, arxada qaldılar. 

 

Şahverdi xanın öldürülməsi: 

 

İmamverdi  Atılandilli  ələ keçib cəzalandırıldıqdan   sonra   



öz   günahını boynuna aldı və nicat tapdı. Amma, o biri səadətsiz üç 

əmir isə öz cəzalarına çataraq qətl olundular. Baş vermiş hadisələrin 

biri də budur: 

Cah-cəlal  ordusu  Xorasan  səfərində  olarkən  və  əfşar 

əmirləri  hələ  geri  dönməmişkən,  yasaqdan  yayındıqlarına  görə 

cəzalandırıldılar,  Kirman  hakimliyi  onlardan  geri  alındı  və  bu 

vəzifəyə ox  və qılınc qorçisi  Həsən xan Ustaclı  namizəd oldu. Şah 

fikirləşdi  ki,  başlarında  özbaşınalıq  sevdası  olan  əfşar  döyüşçüləri 

hələ də özlərinin əvvəlki adətlərindən əl çəkməmişlər. Buna görə də 

onların  hamısını  cəzalandırdı.  Həsən  xan  Kirmana  gedərkən  əfşar 

əmirləri  gəlib  ona  çatdılar  və  özbəklərlə  müharibədə  etdikləri 

məradanəlik bir daha özünü göstərdi. 

Amma, əlahəzrət zilləllah şah böyük bir padşah kimi əfşar 

tayfasının təqsirləndirilməsindən keçdi  və onları bağışladı. Həm də 

Özbəklərlə  döyüşdə  onlar  göstərdikləri  mərdanəliyə  görə  əfv 


778 

 

olundular.  Bu  il  adı  çəkilən  ülka  Həsən  xana  verildiyi  üçün  onlar 



bunun  əvəzində  təşəkkür  əlaməti  kimi  peşkəş  adı  ilə  müəyyən 

məbləğ pul ödəməyi qəbul etdilər və öz məramlarına doğru Kirmana 

getdilər,  ödənilən  məbləğsə  Xorasan  yasağının  məşəqqətlərini 

görmüş  müqəddəs  ordu  mülazimlərinə  verildi.  İllərlə  Fars 

vilayətinin hakimi olmuş zülqədər tayfaları [yasaq vaxtı] az miqdar 

əskər  gətirdiklərinə  görə  cəzalandırıldılar  və  onların  adı  çəkilən 

ülkası  Bünyad  xan  və  başqa  zülqədər  əmirlərindən  alındı  və  Şiraz 

hakimliyi  Hüseyn  xan  Müsahib  Qaçara  verildi.  Təqsirlərinin  əfv 

olunmasını  istəyən  zülqədər  tayfası  boyun  oldu  ki,  əgər  onların 

qüsurları bu dəfə bağışlanarsa və o vilayət onlara verilərsə, növbəti 

yasaqlarda  günahlarını  yuyacaqlar.  Zülqədərlərin  xahişləri  yerinə 

yetirildi və Şiraz vilayəti elə bu il Hüseyn xana verildiyi üçün qorara 

alındı  ki,  bu  vilayət  yalnız  gələn  il  onlara  verilsin.  Amma,  onların 

hakimliyi  bir  ildən  artıq  olmadı,  çünki  onlar  öz  zülm  illərini  o 

məmləkətin  rəiyyətinə  uzatdıqlarından  aciz  adamların  və  rəiyyətin 

şikayətlərinə səbəb oldular və gələn il hər iki tayfa öz bəd rəftarları 

üzündən Fars və Kirman hakimliyindən uzaqlaşdırıldı. 

 

Əmir Seyid Hüseyn əl-Hüseyni Kərəki Amelinin  



vəba xəstəliyindən vəfatı: 

 

Başqa  hadisələrdən  biri  də  budur:  Bu  il  Qəzvin 



darüssəltənəsində  taun  və  vəba  xəstəliyi  yayıldı,  şəhər  əhalisinin 

əksəriyyəti başqa yer və bölgələrə getdi. Hümayun ordu Xorasanda 

olduğu  vaxt  vəba  gün-gündən çoxaldı  və çoxlu adam ədəm  yoluna 

yolandı.  O  hadisədən  ölənlərin  biri  də  xatəmül-müctəhidin*  olan 

Əmir Seyid Hüseyn əl-Hüseyni Kərəki Ameli idi ki, o cənab barədə 

birinci  səhifənin  əvvəlində  cənnətməkan  şah  dövrünün  seyid  və 

üləmaları  bəhsində  yazılmışdır.  O  şəxs,  həqiqətən  də  alişan  seyid, 

doğulduğu məkanın ən üstün adamı və mərhum müctəhid Şeyx Əli 

Əbdülalın qız nəvəsi idi, ərəb və əcəm üləmaları arasında öz dil və 

bəyan  fəsahətinə  görə  məşhur  idi,  əcəm  vilayətində  onun  icdihad 

nağarası  bərkdən  çalınırdı.  Üsul  elmində**,  imamiyyə  haqq 

məzhəbinin  şöbələrində  çoxlu  risalələri  vardır.  Hümayun  ordunun 

ərəb  və  əcəm  üləma  və  füzəlası***  ilə  dolu  olduğu  cənnətməkan 

şahın  dövründə  mərhum  müctəhid  Şeyx  Əli  əleyhirrəhmənin  oğlu 

Şeyx  Əbdülal  olduqca  uca  oldu  və  bütün  üləmalar  ona  ictihad 

etdilər. 



779 

 

Cənab  Mir  Seyid  Hüseyn  onun  mərtəbəsindən  də  yuxarı 



qalxdı  özünə  "seyyidəl-mühəqqeqin,  seyyidəl-müdəqqeqin,  varese-

ülumül-ənbiya  və-l  mürsəlin"  ləqəbi  verdi.  Onun  möhrü  ilə 

imzalanan sənədlərdə məhz belə yazılırdı. Baxmayaraq ki, üləmalar 

onun arxasınca bu ləqəbin əleyhinə danışırdılar, amma heç kim açıq 

şəkildə bu barədə bir kəlmə də deyə bilmir, onunla mübahisəyə tab 

gətirməyi  bacarmadılar.  Ölən  anadək  onu  "xatəmül-müctəhidin" 

adlandırdılar. 

Əlahəzrət  onun  nəşini  müqəddəs  Məşhədə  göndərdi  və  o, 

həmin şərafətli yerdə dəfn olundu. 

 

SEVİNC AMALLI MİN İKİNCİ (MİLADİ) İLAN İLİNƏ 

TƏSADÜF EDƏN VƏ ŞAHƏNŞAHLIQ TAXTINA EDİLƏN 

ŞAH CÜLUSUNUN YEDDİNCİ İLİNİN HADİSƏLƏRİ 

 

Bu  ilin  hümayun  fallı  novruzu...  (kitabda  boş  saxlanılıb  - 



Ş.F.) başlandı. Cəm  məqamlı həzrət şah keçən ilin qışını,  yuxarıda 

yazıldığı  kimi,  İsfahan  darüssəltənəsində  işrət  və  kamranlıqla 

keçirərək, aləmi işıqlandıran novruza yaxın Qəzvin darüssəltənəsinə 

yollandı,  mübarək  dövlətxanaya  düşdü  və  müxtəlif  tayfaların  ürək 

torpağında ədalət toxumları əkməyə başladı. 

Dey  ayının  şaxtası  azalmağa  başladığından  ruzigarın 

məcazi  təbii  yüksəlişə  başladı,  yəni  aləmi  bəzəyən  bahar  havanı 

dəyişdi,  adamların  burunlarına  bahar  güllərinin  ətri  və  ruzigar 

gülzarının  müşk  ənbər  qoxulu  nəsimi  doldu,  cahan  bostanları 

paklandı və təravətləndi. 

 

Şer 

 

Bahar novruz ilə gəldi cahana,  

Döndərdi aləmi bir gülüstana.  

 

Bülbül  nəvaları  tutdu  hər  yeri,  Başlandı  eyş-işrət 



təranələri.

568


 

                                                           

568

  Misraların farscası: 



Bahar-o celveye-novruz soltan  

Degər rəh kərd aləm-ra golestan.  

Səfire-bolbolane-nəğmepərdaz  

Nəvaye eyş-o eşrət kərde ağaz. 



780 

 

 



Fələk  xosrovunun  dördüncü  dəfə  işrət  və  kamranlıq 

bayrağını  həməl  şərəfxanəsinə  qaldırdığı  və  cahanı  irəm  gülzarına 

döndərdiyi  bu  bahar  fəslinin  əvvəlində  kamkar  şəhriyarda  Qızıl 

Ağacda  seyr  və  şikar  nəşəsinə  dalmaq  istəyi  baş  qaldırdı,  səltənət 

paytaxtından  çıxdı  və  Tarom  ülkasına  hümayun  məiyyətin 

qədəmlərindən  rəngarəng  asiman  qibtə  etməyə  başladı.  Orada  o 

cəlallı  şahın  qulağına  çatdı  ki,  gilanlılar  Mehdiqulu  xanın  bəd 

rəftarından narazıdırlar. 

 

Şah Abbasın Ərdəbilə getməyi və  

Qızıl Ağacda seyr və şikarla məşğul olmağı: 

 

Əlahəzrət  gilanlıların qəlblərini ələ almaq  məqsədiylə onu 



hakimlikdən  kənar  edərək  Əhməd  bəy  Begdelini  Lahicana  daruğə 

təyin etdi. 

Əhməd    bəyə    ona    tapşırılan işin icrası üçün bir dəstə 

şamlı  qorçisini  həmrah  etilər  və  Asəf  sifətli    etimadüddövləni  

(Hatəm  bəy  Ordubadini  -  Ş.F.)  müstöfvilər,  qələm  ərbabı  və 

hümayun  dəftərxananın  daruğəsi  Bəstam  ağa  ilə  birlikdə  Gilana 

göndərdilər ki, o vilayətin mal və divan hüquqlarını ədalət qanununa 

müvafiq  tənzimləsin,  əgər  Xan  Əhmədin  və  sabiq  hakimlərin 

vaxtında mövcud olan haqq-hesabsızlıq işləri və pul çatışmazlıqları 

aşkarlanarsa,  onların  üstündən  batillik  qələmi  çəkilsin,  o  vilayətin 

işləri  bu  güclü  dövlətin  məsləhətinə  müvafiq,  rəiyyət  vəziyyətinin 

yaxşılaşmasına  rəğmən  və  acizlərin  işlərinin  tənzimi  kimi  həyata 

keçirilsin. 

Şahın  özü  isə  Ərdəbil  darülirşadına  və  Qızıl  Ağac  seyrü-

şikarına yollandı. Onu istiqbal edən Fərhad xan müqəddəs məiyyətin 

tərkimində  ona  aid  olan  xidmətləri  yerinə  yetirirdi.  Əlixanı 

Biyəpəsdən,  Əmirə  Səyavuşu  isə  Kəskərdən  çağırıb  onlara  şikar 

təklifi  etdilər.  Onlar  da  fərmana  əməl  edərək  Qızıl  Ağacda  görüşə 

yetməklə  səadətləndilər.  Hər  iki  hakim  daim  şahın  müqəddəs 

məiyyətində  idilər.  Cənab  Asəfi  yoldaşlarıyla  birlikdə  Gilana 

gedərək,  az  vaxt  içərisində  qanuni  haqq-hesab  işlərini  ədalət  və 

rəiyyətpərvərliklə  elə  nizama  saldı  ki,  o  vilayətin  binası  indiyəcən 

məhz o cənabın sayəsində möhkəm qanunla yoluna qoyulmuşdur. 

Bu işlər baş verərkən o cənabın (etimadüddövlənin  - Ş.F.) 

adına  çağırış  məktubu  sadir  oldu.  Onunla  yoldaş  olan  bu  sətirlər 


781 

 

müəllifi  öz  yoldaşlıq  şərtinə  əməl  edərək,  Qızıl  Ağacda  hümayun 



ayağ  öpməklə  müşərrəf  oldu.  Gilanın  Biyəpəs  vilayəti  bu  güclü 

dövlət  övliyalarının  əlinə  keçdiyindən,  şahın  niyyəti  bu  idi  ki, 

sərhədyanı  vilayətlərin hamısı, o cümlədən  Təbəristan da üsyankar 

adamların  işğal  tikanından  təmizlənsin.  O  vilayətlər  zamanın 

tələbinə müvafiq olaraq, qədim varislər tərəfindən idarə olunurdular. 

Onlar da tayfa məliklərinin yolu ilə gedərək, qarışıqlıq və inqilablar 

əyyamında ayaqlarını nökərlik mərtəbəsindən kənara çəkib, heç bir 

dəxli olmayan işlərə əl uzatdılar, özbaşınalıq bayrağı qaldırdılar. O 

cümlədən  Biyəpəs  təxtgahı,  yuxarıda  yazıldığı  kimi,  ishaqi 

sultanları,  cənnətməkan  şahın  damadı  Cəmşid  xan  və  o  mülkün 

varisi  olan  və  Xan  Əhməd  xanla  Şirvana  gedib  orada  qara  çiçək 

(ablə)  xəstəliyindən  ölən  Məhəmməd  Əmin  tərəfindən  idarə 

olunurdu. 

O sülalə mülazimlərindən olan Əlixan ibn Karkiya Əhməd, 

Cəmşid  xanın  oğlanlarıyla  dalaşaraq,  onları  mülklərindən  qovdu, 

özü  isə  saxtakarlıqla  həmin  vilayəti  istila  edərək  hakimlik  bayrağı 

ucaltdı. Onun buna heç bir xidmət  və dövlətxahlıq haqqı yoxdu ki, 

belə bir məmləkət ona verilmiş olsun. Şahın ilhamlı xatiri istədi ki, 

Biyəpəs  Gilanını  da,  Biyəpiş  Gilanına  birləşdirib  dövlət 

övliyalarının  ixtiyarına  versin.  Xan  Əhmədin  üzərinə  hücum  edən 

Fərhad xan, şaha bu haqda müxtəldif vədlər verməsinə baxmayaraq, 

bu işin təxirə salınmasını daha münasib bilirdi. 

Amma,  Əmir  Səyavuş  xanın  Əmir  Həmzə  xan  Talışla 

aralarındakı  birlik  və  dostluğa  görə  etibarı  yox  idi,  buna  görə  də 

şahın fikri onu dəf etmək,  Təvaleş  və  Astaraya bitişik olan Kəskər 

ölkəsini ələ keçirmək və Əlixanın işləri ilə məşğul olmağı isə başqa 

bir  vaxta  saxlamaq  idi.  Amma,  olduqca  ağır  bir  haldır  ki,  onun 

tərəfdarı  olan  Biyəpəs  əhalisi  fitnəkarlıq  həyəcanına  düşərək  itaətə 

gəlməyə və onların fitnəsi Biyəpiş Gilanına da sirayət eləyə! 

Məsləhələşmədən  sonra  məsləhət  gördülər  ki,  əgər  biz 

onların hər birinin cəzalandırılması ilə  məşğul olarıqsa, başqalarını 

da  ürküdüb  qorxuya  salarıq.  Amma  cahanı  bəzəyən  rəy  bütün 

sərhədyanı  torpaqları  ələ  keçirmək  olduğundan  onların  işləriylə 

məşğul  olmağı  ləngitmək  istəmədi  və  hümayun  göstərişə  görə  hər 

ikisi cəzalandırıldı, Əlixanın qohumlarından Əmir Şahməlik adlı bir 

şəxsi, baxmayaraq ki, onun əlahəzrət şahla heç bir tanışlığı yox idi 

və  etibarsız  bir  adamdı,  gilanlıları  sınamaqdan  ötrü  bütün  Biyəpəs 

sipəhsalarlığının başçısı etdi. 



782 

 

Ad-sansız  bir  neçə  Biyəpəs  adamı  da  xasseye-şərifənin 



xüsusi  qulamlar  silkinə  daxil  edildilər,  onlara  qəbul  olunmuş 

qaydadan artıq məvacib və tiyul verildi, Rəştə və Fumənə daruğələr 

təyin edildi, onları adı çəkilən gilanlılarla birlikdə yola saldılar. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin