HİCRİ TARİXLƏ DOQQUZ YÜZ DOXSAN DOQQUZUNCU
(MİLADİ 1590/91), TÜRKİ TARİXLƏSƏ PƏLƏNG İLİNDƏ
BAŞ VERƏN VƏ ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN
HÜMAYUN CÜLUSUNUN DÖRDÜNCÜ XOŞ AMALLI
İLİNƏ TƏSADÜF EDƏN HADİSƏLƏR
Qışın və şaxtanın şiddəti azaldığı üçün bahar şahı (yəni
günəş - Ş.F.) cahan gülüzarını öz qədəmləri ilə bəzədi, bahar nəsimi
aləmin təravətini artırdı.
Beytlər
Yenə də yetişdi fərvərdin
541
ayı,
Bəzənib-düzəndi eyş sarayı.
Yer üzü qərq oldu açan güllərə,
Novruzun xalısı döşəndi yerə.
542
Yəni 999-cu ilin cəmadül-əvvəl ayının on dördü (miladi
1591, 6 mart) düşənbə gününün axşamı bütün sabit və səyyar
ulduzların padşahı (yəni ay - Ş.F.) hut
543
ayının xəlvətgahından eşiyə
çıxdı və həməl
544
taxtına əyləşdi.
Beyt
541
Hicri-şəmsi ayının birincisidir (20 mart-21 aprel)
542
Beytlərin farscası belədir:
Baz fərraşe-eyşe-fərvərdin
Bəst eyvane-eyşra ayin,
Dər fəzaye-cəhan befiruzi
Gostəranid fərşe-novruzi
543
Hut-balıq bürcü (19 fevral-20 mart)
544
Həməl - qoç bürcü (21 mart - 20 aprel).
736
Səhərgah xosrovu
545
göstərib hüsnün
Bəzədi taxtını şah ölkəsinin
546
Həzrət zilləlah şah İsfahan darüssəltənəsində eyş-işrətlə
məşğul idi, xoşbəxt günlərini şadyanlıqla keçirirdi.
Bu ildə baş verən hadisələrdən biri Yadigar Sultan
Rumlunun elçi kimi Hindistana göndərilməsidir. Hamıya məlumdur
ki, səmada Şərqdən doğan günəş kimi
547
bu əbədi dövlətin (yəni
dövlətinin - Ş.F.) aləmi işıqlandıran günəşinin doğuşundan (tülu)
başlayaraq, Məhəmməd Bahur padşah ibn Ömər Şeyx Mirzə ibn
Sultan Əbu Səid Gurəkan özbək qoşununun qorxusundan, həmçinin
Məhəmməd xan Şeybani tərəfindən Mavərənnəhr, Əxsi, Əndican və
dövlət mərkəzi olan Fərğanənin istila olunmasından sonra öz
ölkəsində qala bilməyib, xeyli cəng etdikdən sonra Kabul və Hisari-
Şadmanda başını dolandırmaqdaydı. Bu kitabın birinci cildinin
həzrət Süleyman şanlı xaqan dövründəki əhvalatların şərhi zamanı
yazılmışdır: O, şah dərgahının mülazimləri ilə sədaqət üzündən
əlaqə saxladı, Bədəxşan hakimi olan və "Mirzə xan " kimi tanınan
əmisi oğlu Sultan Üveys Mirzə ibn Sultan Mahmud Mirzə
tərəfindən şahın xidmətinə göndərildi, öz irsi mülkünün qaytarılması
üçün o həzrətdən (Şah İsmayıldan - Ş.F.) kömək istədi. Süleyman
şanlı xaqan bir dəstə qızılbaş döyüşçüsünü onun köməyinə verdi.
Babur padşah o qoşunun köməyi ilə Mavərənnəhri fəth edib,
Səmərqənd bölgəsində padşahlıq taxtına əyləşdi. Onunla özbək
xanları arasında Mavərənnəhr, Türküstan və Hisari-Şadman uğrunda
gedən bir neçə illik mübarizələrdə o, həmişə Süleyman şanlı xaqanın
himayəsinə arxalanırdı və onların arasında sədaqət və dostluq davam
etməkdəydi. Özbək qoşununun axırıncı hücumu zamanı Babur,
Buxara yaxınlığında Abdulla xan və başqa özbək xanları ilə
döyüşdü və məğlub edildi. Amma, yenə də adamlarını aləmə pənah
verən dərgaha yollayaraq kömək xahişi etdi. Süleyman şanlı xaqan
bu dəfə rüknüssəltənə olan Mir Nəcmi - Sani İsfahanini Xorasan
545
Səhərgah xosrovu - yoni günəş - Ş.F.
546
Beytin farscası:
Gəşt çon xosrove-səhərgahi Məsnədaraye-keşvəre-şahı.
547
İfadənin ərəbcəsi: "kə-ş-şəmsi-ş-Şəriqi min-əs-səməi"
737
əmirləri ilə birlikdə köməyə yolladı. Gəcdovan qalası yaxınlığında
özbək xanları ilə baş verən döyüşdə qələbə əldə olunmadı.
Nəhayət Hindistan məmləkətlərini özünə tabe etmək
niyyəti ilə Kabuldan yola düşüb kamına çatdı və hökmdar oldu.
Babur padşahın səltənət taxtı ilə vidasından sonra onun böyük oğlu
Məhəmməd Hümayun padşah öz qiymətli atasının yerinə əyləşdi. O,
Hindistanda böyük fəthlər qazandı və bir neçə il hökmranlıq etdi.
İlahinin təqdiri, əfqan qoşununun hücumu və Şirxanın ona əl
uzatması nəticəsində onun vəziyyəti pisləşdi, dövlət çəməni solmağa
başladı, Hindistan məmləkətlərində qalmaq imkanı qalmadı, mülkü
Şirxana verib məğlubiyyət və avara halda Tətəh, Sind və Qəndəhara
üz tutdu. Orada da bəxtinin tərsliyi və qardaşlarının müxalifəti
üzündən qala bilmədi və ümüd üzünü cənnətməkan şahın dərgahına
tutdu. Tarix kitablarında, xüsusən "Tarixe - Əkbəri"də yazıldığı
kimi, ona kömək xüsusunda cənnətməkan şah tərəfindən bircə
dəqiqə də laqeyidlik görünmədi, şah onu ehtiramla yola saldı,
bəxtinin gücü vəziyyətinin yaxşılaşmasına səbəb oldu və bütün
həyatı boyu o həzrətlə aralarında məhəbbət və dostluq bəraqərar
oldu, gediş-gəliş yarandı. O gözəl etiqadlı padşahın vəfatından sonra
əziz oğlu Cəlalləddin Məhəmməd Əkbər padşah sərvərlik taxtına
əyləşdi. Cənnətməkan şah vəkilüs - səltənə Məsum bəy Səfəvinin
oğlu Seyid bəyi layiqli töhfələrlə onun cülusunu təbrik etmək və
hörmətli atasının başına gələn qəziyyəni öyrənmək məqsədi ilə
Hindistana yolladı. O da həmişə onunla mehribanlıq etməkdəydi.
Məhəmməd Əkbər padşahın səltənət və hökmranlığı Hindistanda
bərqərar olandan sonra dostluq qapıları bağlandı, onlarm arasındakı
yazışma və gediş-gəliş kəsildi. Həzrət cənnətməkan şahın başına
gələn vaqiədən sonra İran məmləkətlərində cürbəcür hadisələr baş
verdiyi üçün yaxşı dostlara xas olan ülfət, aşinalıq və dostanə hal-
əhval tutma ənənəsi yerinə yetirilmədi, uzun müddət aralarında get-
gəl yolu bağlandı, o vaxta qədər ki, aləmi bəzəyən hümayun cülus
vaxtında əlahəzrət zilləllah şah həmin alicah padşahla ülfət və
aşinalıq istəyərək, qədim münasibəti ehya etmək fikrinə düşdü.
Həqiqətən də, özünün əcdadları tərəfindən möhkəmlənən məhəbbət
və dostluğu axı necə özünün həqiqət mahiyyətli xasiyyəti
müqabilində aradan yox edəsən və dostun dostluğundan qaçasan?
Xülasə, cahanı bəzəyən fikir belə oldu ki, qızılbaş silkindən olan bir
adamı elçi (rəsalət) kimi o həzrətin yanına yollasın. İxtiyar püşkü
sufi təbiətli və saf etiqadlı Yadigar Sultan Rumluya düşdü.
738
Onu layiqli töhfələr və məhəbbət ayinli namə ilə yola
saldılar. Həmin məşhur namədə şah ona (Cəlaləddin Əkbər padşaha
- Ş.F.) biganəliyin dostluqla əvəz olunmasını, qədim əzəmət və əhd-
peymanın dostluğun hərəkət verici qüvvəsi olduğunu izhar edib
yazırdı: "Qəza-qədərin tələbi ilə Abdulla xan və özbək qoşunları
Xorasanı tutmuşlar. Özbək ləşkərinin dəf olunması və irsi
məmləkətimiz olan Xorasanın xilas olma zərurəti hamıya məlumdur.
Siz əgər bizə zahiri imdad edə bilməsəniz belə, batini mərdlikdən
(himmət) və diqqətdən kənar olmayın.
Misra
"Himməti mərdin yetişər imdada".
548
Yadigar Sultan Rumlunun yeddi ildən sonra geri
qayıtmağının şərhi gələcəkdə öz məqamında veriləcəkdir.
Bu ilin hadisələrindən biri də budur ki, vəzir və
etimadüddövlə olan Mirzə Lütfulla Şirazı şahın iltifatına nail olaraq,
vəzarətə layiq görüldü, ona adlı-sanlı əmirlərə xas olan xələt, tac,
qızıl kəmər, yəhərli at, qızıl üzəngi, qızıl sapla tikilən araxçın,
bayraq və nağara verildi, qədr-qiyməti Keyvan bürcünə qədər
yüksəldi.
Başqa hadisələrdən biri də budur ki, mirmiran və böyük
övladı şahın ayağını öpməkdən ötrü Yəzddən İsfahana gəldi. O,
(yəni mirmiran - Ş.F.) pis işlər gördüyündən və Bəktaş xana kömək
etdiyindən şahın lütfünə məruz qalmadı və ondan elə bir ehtiram
görmədi. Amma, Yaqub xanla müttəfiq və şahsevən olan onun oğlu
Şah Xəlilullah müxtəlif şəfqətlərə çatdı və Yəzd mülkü ona verildi.
Bu hadisələrin baş verdiyi vaxt Mir Musanın oğlu Şah
Neymətullahın evində olan cənnətməkan şahın qızı Xanış bəyim
təbii əcəllə İsfahanda öldü və əlahəzrət onun təziyəsində iştirak etdi.
Baş verən hadisələrdən biri də budur ki, bu il cahanı fəth
edən ordunun Farsa yollanacağı qərara alındığından əlahəzrət şah
şahzadələrin saxlandığı yerin Gilana yaxın olmasından və bəzi
fitnəkar adamların onların yanına Vəramin qalasına gələ
biləcəklərindən ehtiyat edib, onları İsfahana gətirdi, Təbərrük
548
Misranın farscası:
“Hər çe konəd himməte-mərdan konəd”.
739
qalasında yerləşdirdi, Əhməd bəy Kərampanı qalanın kütvalı və
şahzadələrin mühafizi təyin etdi.
HÜMAYUN MƏİYYƏTİN FARS DARÜLMÜLKÜNƏ
YÜRÜŞÜ, ŞAHIN KİRMANA LƏŞKƏR GÖNDƏRMƏSİ,
O VİLAYƏT İŞLƏRİNİN NİZAMLANMASINDAN SONRA
SƏADƏTLİ SƏLTƏNƏT PAYTAXTINA DÖNMƏSİNİN
ZİKRİ
Yuxarıda yazıldığı kimi, Yaqub xan Yəzddən Şiraza
yollandı. O, qəflət və qürur badəsindən məst və şüursuz olmuşdu.
Onun hümayun şahın iqbal köməyi sayəsində qazandığı kiçik uğur
və zəfəri təkcə Bəktaş xanla etdiyi cəng olmuşdu ki, bunu da özünün
müvəffəqiyyəti sanaraq, lovğalıq və qürura qapıldı. Öz etdiklərindən
xəbərdar olan və müxtəlif səbəblər üzündən əlahəzrət şahın
şübhələnməsindən qorxan bəzi divanəxislət qızılbaş əmirləri,
xüsusilə Budaq Qəraku Xəbuşlu, Muxtar Sultan Təkəli, Vəli İxtiyar
Türkmanın oğlu Türabi bəy, əmiraxur Fulad bəyin oğlu Əbülfəth
bəy Şamlı ordudan qaçaraq Şiraza - Yaqub xanın yanına yollandılar.
Xan isə vəlinemət şahın fikrini soruşmadan onları yaxşı
qarşıladı, onlarla söhbətləşməyə başladı. Onlar badə nəşəsinin
tüğyan etdiyi vaxtda bir-birlərinə sağlıqlar söyləyir, Bəktaş xanın
bədməstliyinin və bihuşluğunun daha da artmasına səbəb olur, onun
xəzinə və var-dövlətinin oldən çıxacağı qorxusu ilə onu şaha xidmət
etməkdən çəkindirir və qəm-qüssəyə salırdılar. Bu da onu
qayğılandırdı, nəhayət üsyan və tüğyan etməsinə gətirib çıxardı.
Fars əmirlərini özünə tabe etdi, ona itaət etməyənləri isə vəzifədən
götürərək, özünə yeni əmirlər təyin etdi. Əlahəzrət şah ona dəfələrlə
səfqətamiz məktub göndərib, etdiyi alçaqlıq və bədnamlığın
aydınlaşdırılmasından ötrü ali orduya və öz yanına gəlməsini təklif
etdisə də bunun heç bir faydası olmadı. Melonxoliyasının
(malixulya) həddini aşdığı vaxt əmirlərin məclisində deyirdi ki, İran
məmləkətlərindən Fars mülkü mənə çatır. O, belə bədyanlar və
mənasız sözlər dilinə gətirir və onu dinləyənlər də təsdiqləyirdilər.
Xülasə, padşah fərmanına boyun əyməyib hərdən
müstəqillik xəyalına düşür, gah da qalanın möhkəmləndirilməsinə
çalışır, qaladarlıq barədə fikirləşirdi. Onun belə əməlləri təəccübə
səbəb olurdu. Şahın Yaqub xana olan şəfəqqətini görən zülqədər
tayfası və Fars əmirləri ona qarşı elə müti olmuşdular ki, qarşı
740
çıxmağı xəyallarına belə gətirmirdilər. Bu vəziyyət o vaxtadək
davam etdi ki, bəzi əmirlər onun hərəkətlərində get-gedə üsyan əsəri
görməyə başladılar, Kuşkzərd (?) yaylağında Yaqub xanın
ordusundan ayrılıb, şahın hüzuruna gəldilər və vəziyyəti ona ərz
etdilər. Ona qarşı hücuma keçmək və onu dəf etmək hümayun
orduya layiq iş olmasa da, [şah] ov edə-edə Kuşkzərd və məşhur
Şiraz şəhərinə, həmçinin Fars işləri ilə məşğul olmaqdan ötrü yürüş
cilovunu o istiqamətə döndərdi. Hümayun ordunun gəlmə xəbərini
eşidən və əmirlərin ona qarşı çıxdığını bilən Yaqub xan öz ağır-
yüngül şeylərini Estəxr qalasına göndərdi və bir neçə etibarlı adamı
ilə gedərək qalaya sığındı. Zülqədər əyanları dəstə-dəstə hümayun
orduya gəlib Yaqub xanın qalaya getdiyini ərz etdilər. Kuşkzərd
yaylağı iqbal çadırları ilə dolduqda Əsəlməs xan Möhrdarı zülqədər
yüzbaşıları və qorçiləri, həmçinin Fars camaatı ilə birlikdə qalanı
mühasirə etməyə göndərdilər. Hümayun məiyyət isə havanın
hərarətindən hələ bir neçə vaxt o yaylaqda qaldı, sonra Şiraz
şəhərinə getdilər, Cəmşidin, Süleymanın və dünyada məşhur bir çox
söz adamlarının məskəni olmuş həmin fəxarətli şəhərə hümayun
qədəmlərlə cənnət zinəti bəxş etdilər. Vəzir Mirzə Lütfulla əsl
Şirazlı olduğundan onlara xidmət etməyə başladı. Fars vilayətinin
bütün əhalisi və əyanları gəlib öz sədaqətlərini bildirərək layiqli
peşkəşlər təqdim etdilər.
Lar valisi İbrahim xan layiqli tövhə və hədiyyələr göndərib,
şaha öz bəndəlik və sədaqətini izhar etdi. Yaqub xandan belə səfeh
əməllərin baş verməsinə baxmayaraq, yenə də nəvvab şah ona öz
diqqətini əsirgəmədi. Yaqub xandan qorxuya düşən zülqədərlərin
inamlarını qaytarmaqdan ötrü, Şiraz vilayətinin idarə olunması və
Fars əmirülüməralığı zülqədər yüzbaşıları silkinə məxsus olan
Bünyad xana verildi, əlahəzrət qalibiyyət və iqbal dincliyi ilə həmin
cənnət (firdovs) timsallı mənzərələri seyr etmək və gəzməklə
məşğul olmağa başladı.
Misra
"Onu saflaşdırar Xızrın zülalı".
549
549
Misranın farscası belədir:
"Ke abe-Xezr mibəxşəd zolaləş" yəni, onu Xızr peyğəmbərin suyu saflaşdıra bilər -
Ş.F.
741
Bu hadisələr baş verən vaxt bədnəzər adamların o xoşbəxt
zata (Şah Abbasa - Ş.F.) gözü dəydi. Belə ki, ata süvar olub
gedərkən yıxıldı və mübarək qıçı əzildi. Cərrahlar müalicəyə
başladılar və Allahın inayəti ilə əzik yer sağaldı. Elə o vaxt da Yusif
xan Əfşarın üsyan və tüğyan etməsi xəbəri gəldi. O, divan işlərinin
icrası üçün Kirmanda olan ali divanın qorçi və mülazimlərini
şəhərdən çıxarıb, qalanı möhkəmləndirdi, Yaqub xanla razılıq və
havadarlıqdan dəm vurmağa başladı. Əlahəzrət onun fitnəsini dəf
etməkdən ötrü Fərhad xanı Kirmanarəvan etdi.
Şahqulu xanın öldürülməyi:
Kirman ləşkərinin əksəriyyəti Vəlixan və Bəktaş xanın
qədim mülazimləri idilər. [Əlahəzrət] sülhpərvər, xeyrxah şəxs kimi
tanınan və həmişə oğlunun əməllərinə və hərəkətlərinə qarşı çıxan
Vəlixana o vilayətlərin bəzi əyalətlərinin idarə olunmasını tapşırdı,
oranın başqa yerlərini isə İsmayıl xan Alplı Əfşara verdi, onların hər
ikisini qulam Yolu bəylə Fərhad xana qoşub göndərdi. Şirazda baş
verən hadisələrdən biri də, hər ikisi əfşarlardan olan Əbdüllətif
bəyin oğlu Həsən xanın əli ilə Xəlil xan Əfşarın oğlu Şahqulu xanın
öldürülməyi oldu. Bu kitabın birinci cildində (səhifə) yazılıb ki, hər
başda bir sevda yaranmış qızılbaş tayfalarının üsyana və inqilaba
qurşandıqları vaxt, həmçinin qələndərin zühuru və nəvvab İsgəndər
xanın (Şah Məhəmməd Xudabəndə - Ş.F.) hakimiyyəti zamanında
Kuh-Giluyədə divan tərəfindən vəzifəyə təyin edilən hakim yox idi.
Xəlil xanın kiçik oğlu Şahqulu bəy də özbaşına olaraq özünə "xan"
adı qoyub, özünü Kuh-Giluyə hakimi adlandırdı.
Amma Əbdüllətifbəyin oğlu Həsən bəy
550
bu vəzifəyə
özünü Şahqulu bəy Əfşardan daha layiqli bilib, onunla düşmənçilik
etməyə başladı, bir dəstə əfşarı və luru
551
öz ətrafına yığaraq
hakimlikdə ona müddəi oldu. Onların hər biri bacardıqları kimi
oranın bəzi mallarını zəbt etdi. Hümayun şahın cahanı fəth edən
məiyətinin gəlişinə qədər bir-birləri ilə barışıq və sülhlə rəftar
550
Bir qədər yuxarıda Əbdüllətif bəyin oğlunun adı Həsən xan yazılmışdı. Görünür
ki, bu ya İskəndər bəy Münşinin, ya da kitabı çapa hazırlayan İrəc Əfşarın səhvidir -
Ş.F.
551
Lur tayfası - Ş.F.
742
etdilər, amma elə həmin vaxtlarda onların hər ikisi gələrək səadətli
taxta mülazim olmaqla şərəfləndilər. Onların hər biri o vilayətin
tələbində
idi.
Özbaşnalığa
adət
etdiklərindən
rəftarları
tərbiyəsizliklərinə dəlalət edirdi. Amma, Xəlil xanın oğlu olması və
özündən razılığı Şahverdi xanın beynini dumanlandırdı. Onda
xidmət və fərmana tabe olmaq şivəsi yox idisə də, Həsən xan bir
qədər xidmətçilik mərhələsini keçmişdi və ondan daha sadədil adam
idi. Bir dəstə adamla hücuma keçib onun həyat gövdəsini öz iti
qılıncı ilə zir-zəbər etdi, inayət və iltifata yetdi və Kuh-Giluyə onun
adına yazıldı.
Hüseynəli Sultan Çekəninin öldürülməyi:
Baş verən ibrətli hadisələrdən biri də şahın xidmətində
yaxın və xüsusi yeri olan Budaq xanın oğlu Hüseynəli Sultan
Çekəninin öldürülməsidir. Bu əhvalatın bizə məlum olan səbəbi bu
idi: Əvvəla, o, dili və ürəyi bir olmayan fitnəkar bir adamdı. İddia
tələbdi. İkincisi, yuxarıda yazıldığı kimi Budaq xan və onun övladı
Xorasanda yersiz hərəkət etdilər və Budaq xan lələsi olduğu üçün
şahzadəni özü ilə götürüb Xəbişan qalasına aparmış və bir müddət
dövlətə qarşı müxalifət yoluna düşmüşdü, oğlu Hüseynəli xan da bu
səbəbdən etibarlı adam sayılmırdı. Özü gəlib öz idarə üzünü yüksək
taxt ayağına sürtdü, şahzadə ələ keçirildi. Atası isə o vaxt öz tayfası,
qohumları və övladları ilə Xorasandaydı. Hüseynəli xan bir müddət
şaha xidmət etmək və ona yaxın olmaqla şərəfləndi.
Amma, batini xəbisliyi üzündən haramzadə işləri zahir oldu
və bu da onun cəzalandırılmasına və cəza (siyasət) şəhnəsinin
qılıncına layiq görülməsinə gətirib çıxardı.
Xülasə, Kor Həsən Ustaclı və şahın izzət büsatının bəzi
yaxın adamları onu hümayun xəlvətxanaya salıb cəzasına yetirdilər.
Ali əmrə görə Qum hakimi Hüseyn xan Şamlı Reydə olan Budaq
xanın sərdarlığı ilə onun yanına getdi və nəşini Quma gətirdi,
ordusunun bütün varı və silahları qarət olundu.
Budaq xan Xorasan idarəçiliyini yaxşı bilən adam olduğu
üçün bir müddətdən sonra özü və övladı yenidən şahın şəfəqqətinə
yetişdi və Həmədan əyaləti böyük oğlu Həsənəliyə verildi. Özü isə
başqa övladları ilə yenə şaha mülazimlik etməkdəydi.
Xülasə, Fərhad xanın getməsindən və Hüseynəli Çekəninin
öldürülməsindən sonra, Firidun və Cəm tərəfindən əsası qoyulan və
743
möhkəmliyə görə aləmdə məşhur olan Estəxr qalasının fəthi hələ də
müyəssər olmurdu. Şahda hələ Yaqub xana qarşı mərhəmət hissi
qalmışdı. Qeyb aləminin verdiyi ilham nəticəsində şahın müqəddəs
yadına düşdü ki, gedib o qaçağan ahunu (Yaqub xanı - Ş.F.) hüsni-
tədbirlə şikar etsin. Kirman ovuna çıxmaq əmrini verdi, bir dəstə
xüsusi adamı və nədimləri ilə ova yollandı. Estəxr yaxınlığından
keçərək, Yaqub xana
Misra
"Reyhani şərabla dolu bir qədəh"
552
göndərib onunla söhbət etmək istədiyini bildirdi, dedi: "Mən həmişə
öz behişt ayinli məclisimdə səni xatırlayıram. Son əbəs yerə özünü
qorxuya (vəhşət) giriftar etmisən. Əgər öz puç xəyallarım ürəyindən
çıxarıb mülazimətə gəlsən, yenidən sədaqətlə iltifat nəzərinə yetişə
bilərsən".
Bu xəbərdən sevincək və şadiman olan Yaqub xan,
qalaya sığınmaqdan və qaladarlıq etməkdən təngə gəldiyi üçün
dövlət məsləhətinin müxalifət büsatından üstün olduğunu görüb,
şahın yanına gəlməyə və behişt ayinli məclisdə olmağa rəğbətləndi,
itaətlə dolu sözlərini bir məktuba yazıb, şaha göndərdi.
Amma, sədaqətsizliyinin çoxluğundan və xasiyyətinin
codluğundan [Yaqub xan] əvvəlcə öz vəziri Mirzəcan bəyi Vəli
İxtiyar Türkman və qardaşı oğlu Mürtəzaqulu bəylə birlikdə şəhərə
göndərdi ki, şahın yanına gedərək bunu öyrənsin: Əgər Fars
hökuməti bütünlükdə ona verilərsə və o yenidən həmin mülkdə
mütləq ixtiar sahibi olarsa, qaladan çıxar və şahın ayağını öpmək
şərəfi ilə şərəflənər. Nə boyda səfehlik və sədaqətsizlikdir ki, dünya
işlərindən ötrü öz vəlinemətini belə işlər görməkdən çəkindirəsən və
dünya malında və kama yetişməkdə gözün olmuş ola!
Amma, Mirzəcan bəy Vəzir şahın yanına gəlməklə
şərəfləndikdə əlahəzrət Yaqub xana qarşı əvvəllərdə oduğu kimi
böyük şəfqət və iltifatını bildirdi. Mirzəcan bəy boyun oldu ki,
qalaya qayıdıb Yaqub xanı şahın yanına gətirsin, lakin Mirzəcan
552
Misranın farscası belədir:
"Yek sorahi ze-rahe-reyhani".
744
bəyin danışığından sonra məlum oldu ki, Yaqub xanın etdiyi
hərəkətlər onun sədaqətsizliyindən xəbər verir.
Xülasə, Mirzəcan bəy və Türabi bəy qalaya dönərək görüb-
eşitdiklərini Yaqub xana danışdılar, onu qaladan çıxmağa
rəğbətləndirdilər. Yaqub xan qalanı etibarlı adamlarının birinə
tapşırıb, hömsöhbətləri və xüsusi adamları ilə birlikdə qaladan
çıxaraq izzətlə şəhərə rəvan oldu. Haşa! Haşa! İdbar rəhbər və
nemətə xor baxan bir adam! Onun yaxasından tutub çəkə-çəkə fələk
əzəmətli saraya gətirdilər. Yaqub xanın haqqı görən gözü
olmadığından etdiyi əməllərə göz yumaraq yenə də ağılsızlıqla
özünün Farsın müstəqil hakimi olduğunu təsəvvür edirdi.
Dostları ilə paylaş: |