Misra
Necə təsəvvore-batil, necə xəyale-məhal!
553
Belə əmərləri, hərəkətləri və sədaqətsizliyi olan bir adam
məgər öz canlarını şaha fəda edən və sadiq dövlətxahlardan olan
başqa şəxslər kimi özü barədə xahiş və təvəqqə edə bilərmi? Məgər
duz-çörək haqqını itirən səfeh bir adam kama yetən adam ola
bilərmi?
Xülasə, Yaqub xanın gəlmə xəbəri gələndə əlahəzrət öz
məiyyəti ilə birlikdə ata süvar olub seyrlə məşğul idi. Xiyabanın
başında Yaqub xan hümayun məiyyətə yaxınlaşıb onunla görüşmək
səadətinə yetişdi, zahiri diqqətə layiq görüldü. Amma, ondan heç bir
sədaqət əsəri və xəcalət hissi zahir olmurdu. Beləliklə, onun başında
əvvəlki puç xəyalların qalması məlum oldu. Fars vilayətinin əhali və
əyanı, habelə zülqədər tayfaları adət etdikləri kimi yenə də ona
mülazimlik edirdilər. Onlar üç gün tam şövkət və əzəmətlə onu gəlib
yoluxdular. Üçüncü gün bu hal ali divan adamlarınm etirazına səbəb
oldu və şahın [divanda] olmadığı vaxt xanın Fars vilayətindəki
əməlləri barədə onu sorğu-suala tutdular. Bu xüsusda belə
deyilmişdir:
Beyt
553
Misranın farscası belədir:
Zehi təsəvvore-batel, zehi xəyale-məhal!
745
Küləyin əsdiyi vaxt qalxsa göyə çör-çöplər
Qayıdıb bir-ikisi bir daha torpağə düşər
554
Batinində xəbislik olduğundan
Misra
Kuzədən axsa yerə mey axacaqdır əlbət!
555
yenə də yava-yava sözlər danışırdı. O, qalanı hələ də özündə
saxlayıb vermədi. Məmləkət işlərinin nizamlanmasına kömək etmək
lazım idi. Qarşıda böyük fəaliyyət dururdu. Əgər o həzrətin (şahın -
Ş.F.) irəli çəkib tərbiyələndirdiyi bir adam özünü belə aparırsa, belə
adamların əməllərini müşahidə edən başqa adamlar xudpəsəndliyi
tərk edib necə itaətə gəlmiş olarlar?
Xülasə, Yaqub xan nemətə xor baxan bir adam kimi
cəzalanmağa layiq görüldü və ona qarşı qəzəb atəşi alovlandı.
Dördüncü gün hümayun dövlətxana Bayazid bəy Qapıçıbaşı
Ustaclıya tapşırıldı və ona buyuruldu ki, çağırılmadan heç kim
xəlvətxanaya girib-çıxmamalıdır. Yaqub xan adəti üzrə gəlib
məclisdə qürürla əyləşdi, şahın yanında ali divanın vəziri Mirzə
Şükrullahla xeyli tünd və acı danışıb ona dedi: "Mənim ülkamda
sənin apardığın alış-veriş mühasibəsinin hesabatını mənim özümə
verin". Mirzə Şükrullah cavab verdi: "Bu haqda əgər hümayun şah
mənə işarə edərsə, elə həmin dəm onu sənə verərəm". Elə bu vaxt
mötəbər əmirlərdən və şaha yaxın adamlardan olan Hüseyn bəy
Ziyadoğlu Qacar şahın işarəsi ilə əlini onun belinə uzadıb, yuxarı
qaldırdı və yerə vurdu.
Məsələnin başlanğıcında o elə təsəvvür etdi ki, bu hərəkət
məclis nədimlərinin hərdən bir-birləri ilə etdikləri güləşmə
(dəstbazi) və zarafatdır. Öz mərtəbəsini Hüseyn xandan üstün bilən
Yaqub xan dedi: "Mən burada söz danışmaqdayam, bu nə
zarafatdır?". Hüseyn xan onu söyüb dedi: "Ey haramzadə, səndən
zahir olan əməl və hərəkətlərinin müqabilində sən mənə nə deyə
554
Beytin varscası:
Əgər xəsi behəva rəft əz keşakeşi-bad
Beyekdəmi do-se naçar bər zəmin oftəd.
555
Misranın farscası:
K-əz kuze həman borun təravəd ke dər u-st!
746
bilərsən ki?". Yaqub xan məsələnin nə yerdə olduğunu başa düşdü,
dərhal yalvarmağa başladı. Hüseyn xan onun əlini bağlayıb
başıyarıq və başıaçıq vəziyyətdə qəsrin qarşısında günəşin altında
saxladı. Onun dostlarını bir-bir çağırırdılar və gələn kimi qulamlar
və şah fədailəri onları qılınc ilə para-para edirdilər. İçəri girən hər
bir adam sabiq sərxoşluğunun xumarını sındıran bu badə ilə (ölüm
ilə - Ş.F.) məst və bişüur olurdu. Baş verən hadisədən çöldə heç
kəsin xəbəri yox idi və elə təsəvvür edirdilər ki, xəlvətxanədə xüsusi
məclis qurulmuş, eyş-işrət düzənlənmiş və onlar söhbət etməklə
məşğuldurlar.
Şiraz hakimi Yaqub xanın
və onun fitnəkar adamlarının öldürülməsi:
Xülasə, qalanı tutmaq xatirinə Yaqub xana hələlik
dəymədilər və o, həmin gün qətl olunmadı. Vaxtı ilə günahsız
zülqədərləri özünün qazdığı quyuda həbs edən Yaqub xan bu dəfə
quyuya özü düşdü. Ona bir kağız yazdırıb qalaya göndərdilər ki,
etibarlı adamları qalanı qoy şah dərgahının mülazimlərinə təhvil
versinlər. Amma, qaladakılar həmin yazıya əməl etməyib qalanı
vermədilər, belə məlum oldu ki, belə hərəkət etməyi Yaqub xanın
özü onlara tapşırıbmış. Qaladakılar bir neçə gün müxalifət və
qaladarlıq etməkdə qaldılar. Həmin günlər ərzində Yaqub xanın
qəhr qılıncı ilə öldürdüyü zülqədərlərin varisləri onu hər gün
quyudan çıxarır, quyu başında başı aşağı asıb cəzalandırırdılar.
Onun nalə və nifrini fələyə ucalırdı. Qalanın təhvil verilməsi xəbəri
onun israrlı mülazimlərinə çatdırıldıqdan bir neçə gün sonra
zülqədər ağsaqqalları öldürülməsinə boyun olub xanın qətlini
tələsdirdilər. Əlahəzrət şah Yaqub xanı zülqədərlərə verdi, onlar da
günahsız adamlarının qisasını almaqdan ötrü onun işini bitirdilər.
Yaqub xanın öldürülməsindən sonra bir dəstə Fars camaatı,
xüsusiylə Hüseynqulu Sultan Siyahmənsur dağa üz tutdu, oraya
çıxmağın çətin iş olduğunu bilən adamların gözləri qarşısında
cəldliklə dağa dırmaşdı, özünü onun zirvəsinə çatdırdı.
Qaladakılardan bixəbər şeypur və bərqu (?) çalıb qalanı tutdular və
bəd işlər görənlər öz əməllərinin cəzasını çəkdilər.
Bu hadisə baş verən vaxt Kirmandan - Fərhad xanın
yanından bir adam gəlib Kirman işlərinin lazimi qaydada bitdiyini
və qalanın fəth olunma xəbərini gətirdi. Məsələ belə baş vermişdi:
747
Fərhad
xan
Kirmana
yaxınlaşarkən,
əfşar
tayfalarına
istimalətnamələr
yollayaraq,
qədim
vaxtlardan
Vəlixanın
mülazimləri olmuş kirmanlıların indi də mülazimlik etmələri haqda
tapşırıq vermişdi. Fərhad xanın və Vəlixanın gəlmələrindən xəbər
tutan əfşar tayfası qorxuya düşdü, özlərinin dincliklərini və sağ-
salamat qalmalarını Yusif xandan (Kirman hakimi - Ş.F.) əl üzüb
şahsevənlik izhar etməkdə gördülər və dəstə-dəstə gələnlərin
qarşısına çıxıb onların əllərini öpməklə şərəfləndilər.
Əy alət və istiqlal taxtında əyləşən Yusifxan camaatın
onlara tərəf üz tutduqlarından və Fərhad xana birləşmələrindən
xəbər tutdu. O, həmin adamlardan inciyərək özünün iki-üç yüz
qədim mülazimi ilə qalaya gedib, oraya sığınmağı və qaladarlıq
etməyi qərara aldı. Fərhad xan isə şəhərə gəlib qalanı mühasirə etdi,
Yusif xanın yanına adam yollayaraq xoş sözlərlə onu itaət yoluna
dəvət etdi və boyun oldu ki, onun qüsurunun əfv olunmasını şahdan
xahiş edəcəkdir. Məktublaşma, əhd-peyman və təkrar-təkrar gediş-
gəlişdən sonra Yusif xan etdiyi əməldən peşiman olub sülhə tərəf
rəğbətləndi, qaladarlığı tərk edib oradan çıxdı, Kirmanın hakimi
olmaq həvəsini başından çıxardı, əlini acizlik və biçarəlik ətəyinə
uzatdı, fəqət canının sağ-salamat qalması ilə kifayətləndi, inzivaya
çəkilərək dua oxumaqla məşğul olmağı qərara aldı. Fərhad xan onun
bu ağıllı çıxış yolundan razı qaldı, vəd etdi ki, ağlının azlığı,
nadanlığı və Yaqub xanın təhriki ilə etdiyi taxsırlarının bağışlanması
xüsusunda şahdan təvəqqe edəcəkdir. Xülasə, qala güclü qazilər
tərəfindən zəbt olundu. Vəlixanı və İsmayıl xanı Kirmanda qoyan
Fərhad xan həmin vilayətin işlərini ürəyi istəyən kimi qaydaya salıb,
Şiraza qayıtdı. Əlahəzrət Fars vilayətini nizamladıqdan sonra Yəzd
yoluyla İsfahana yollandığı vaxt Fərhad xan gəlib çatdı, şəhər
yaxınlığında onun ayağını öpməklə şərəfləndi, Yusif xanı boynu
qılınclı, əyni kəfənli halda ali dərgaha gətirərək onun
cəzalandırılmasını xahiş etdi. Yusif xan şahanə mürüvvətə
arxalandığı, yersiz hərəkətlərindən çəkindiyi, boynundan qılınc asıb
gəldiyi üçün şahanə tərzdə əfv olundu, canı əmin-amanlıq tapdı.
Amma, Yolu bəy Kirmanda Fərhad xanla düşmənçilik vəziyyətinə
düşdüyü gün Yusif xanın köməyi ilə yenidən üsyana başlamaq
istəmişdi.
748
Yolu bəyin öldürülməsi:
Amma, məsələdən xəbərdar olan bir şəxs bu xəbəri Fərhad
xana çatdırdı və Yolu bəy onun bir mülaziminin əli ilə öldürüldü.
Elə o günlərdə, adlı-şanlı şahzadə Sultan Heydər Mirzə ilə
birlikdə Rum elçiliyinə getmiş Mehdiqulu xan Çavuşlunun
mülazimləri geri qayıdıb bildirdilər ki, rum hökmdarı məşhur
şahzadəni ləyaqətlə qarşılamış və sülh müqaviləsi isdədikləri kimi
də imzalanmışdır, Mehdiqulu xanın özü isə tezliklə sultandan izn
alıb məhəbbət ayinli məktubla qayıdacaqdır. Bu xəbər hamının
(kafeye-xəlayeq və ibadullah) ürəyindən olduğundan, dövlətin
qüdrətinin daha da artmasına səbəb oldu.
Xülasə, Fərhad xanın gəlişindən sonra əlahəzrət hümayun
ordunu Şirazdan İsfahana rəvan etdi, özü isə Təbrizə tərəf təşrif
apardı. Fərhad xan da müqəddəs hümayun ordu ilə birlikdə yola
düşdü. Elə ki, o ürəkaçan yer şahın hümayun qədəmlərindən yaraşıq
tapdı, mirmiranın oğlu Şah Xəlilullahın yaşadığı Bağgülşən din
xosrovunun dincəlməsindən ötrü onun aramgahına çevrildi. Şah
Xəlilullah mizbanlıq fəaliyyətinə başlayıb layiqli xidmət göstərdi.
Elə oradaca, Vəlixanın sabiq vəziri olan və Kirmanda cidd-cəhdlə
çalışan cənab Hatəm bəyə şahanə bir şəfəqqət edildi, ona uca
mənsəbli dövlətin baş vəziri vəzifəsi (mənsəbe-rəfiülqədre-
məmalike-məhruse) verildi. Əlahəzrət həmin gözəl yerdə bir neçə
gün eyş-işrətə qurşandı, mülk əhalisinin işlərini yola qoymaqla
məşğul oldu, ürəyi sınıq adamların yaralarını sağaltdı, rəiyyətin və
kasıb-kusubun mətləb və iddialarını həll etdi və atının yürüş
cilovunu İsfahan darüssəltənəsinə tərəf çevirdi, Nəqşi-cahan
mübarək dövlətxanası bir daha dünyanı tutan şəhriyarın (şəhriyare-
gitisetan) iqamət yerinə çevrildi. Şalı bir ayadək cənnətnişan
İsfahandakı adamların mətləblərinin həlli ilə məşğul oldu.
Təbərrük qalasının dağıdılması əmri:
Həmin ilin tale hadisələrindən biri də budur: Təbərrük
qalasının kutvalı Əhməd bəy Kərampa humayun şahın [İsfahanda]
olmadığı vaxtda qalaya çoxlu azuqə və başqa zəruri şeylər
toplayaraq, işlərini ləyaqətlə idarə edirdi və şahzadələr o qalada
yaşayırdılar. [Amma] Əhməd bəy sözbaz adamların tənəsinə məruz
qaldı və onu əsassız yerə günahlandırdılar. Əlahəzrət bu sözlərin
749
düzgün olmadığını bilirdisə də, amma ehtiyatı əldən vermirdi.
İsfahan əhalisi bu qalanın məmləkətin narahatlığına və rəiyyətin
əvvali-ruhiyyəsinə təsir edəcəyini düşünüb oranın dağıldılmasında
təkid edirdi. [Buna görə də] nəvvab şah İsfahan əhalisinin fikri
əleyhinə getməyərək, qalanın dağıldılmasını əmr etdisə də, lakin
şahzadələrin gələcəyi və onların yerləşdirilmə yeri barədə tərəddüd
içində idi. Amma, dövlətxah adamların hamısı beyinlərində
hökmranlıq havası olan şahzadələrin öldürülməsini tələb edirdi. Şah
isə mərhəmət göstərib şahzadələrin öldürülmələrinə razılıq vermirdi.
Nəhayət hamının razılığı və onlardan gələ biləcək fitnəkarlığın
önünü almaq məqsədi ilə onların fitnə çıqarları olan iki gözlərini
görmək işığından məhrum etdilər, şahzadələr də bir neçə günlük fani
həyata ümidvar oldular, "ara-sıra"
556
onların beyinlərini çulğulayan
fikirlərdən bir qədər asudələşdilər. Onları Ələmut qalasına
göndərdilər, əmrə müvafiq olaraq şahzadələrin yaşamaları üçün
zəruru olan şeylər müəyyənləşdirildi və Təbərrük qalası dağıdıldı.
Beyt
Fələyin birinci işi deyil bu,
Belə iş çox görüb fələk doğrusu.
557
Kor Həsən Ustaclunun öldürülməsi:
Şah İsfahandan çıxıb Qəvzin darüssətənəsinə doğru yönəldi
Kaşanda ustaclı tayfasının böyüklərindən və şahın xidmətində
duranlardan biri olan Kor Həsən Ustaclı, Mürşidqulu xan dövrünün
tərbiyət görənlərindən olduğu üçün etibarsız çıxdı, çətr qorçisi
Həsən bəy Qorçinin əli ilə öldürüldü. Əlahəzrət Qəzvin
darüssəltənəsinə təşrif apardı, adlı-sanlı atası ilə birlikdə səltənət
paytaxtında məkan etdi. O vaxtlarda cənnətməkan şahın mötəbər
əmirlərindən və Çuxur-Sədin əmirülümərası olan Məhəmmədi xan
Toxmaq bir neçə müddət rumilərin əlində qaldıqdan sonra Rumdan
qayıdıb Ərdəbil və Muğanda yaşayırdı. O, şahın yanına gələrək
lütfkarlıqla qarşılandı. Əlahəzrət şah qış fəslini Qəzvin
556
İfadənin ərəbcəsi: "ənən fəənən".
557
Beytin tərcüməsi:
Fələk-ra nəxostin nə inəst kar, Bəsi yad darəd əz in ruzigar
750
darüssətlənəsində şadlıqla keçirdi, istirahət və kamranlıqla məşğul
oldu.
XOŞBƏXTLİK VƏ SƏADƏT İLİ OLAN HİCRİ
TARİXLƏ MİNİNCİ (MİLADİ 1591/92), TÜRKİCƏ
İSƏ DOVŞAN İLİ VƏ HÜMAYUN CÜLUSUN
BEŞİNCİ İLİNDƏ BAŞ VERƏN HADİSƏLƏR
Qış fəsli sona çatdı və bahar küləyi paklıq və yaşıllıq
çağırışına (səla) başladı, bağ və bostanların işrət yerləri (eşrətsəra)
güllərlə bəzəndi.
Şer
Cahan içrə elə oldu havanın təsiri ki,
Qoca dünya bu cahan şahı kimi oldu cavan.
558
Cahanı işıqlandıran novruz cəmadül-əvvəl ayının iyirmi
beşində çaharşənbə günü başlandı. Dünya xosrovu (günəş - Ş.F.)
həməl şərəfxanasında yerləşib cahanı bəzədi. Cəm məqamlı
hümayun şah Qəzvinin Səadətabad bağında şahanə bir bayram
məclisi bəzədi, bir neçə gününü həmin kövsər bağında işrət və
şadyanalıqla keçirdi. Şahın nurlu xatiri vəziri Mirzə Lütfüllahdan,
oğlunun nalayiq hərəkətlərinə görə incidiyi üçün, onu vəzirlikdən
kənar edib, ağıllı tədbirli, əxlaqlı və müstovfülməmalik olan Hatəm
həy Ordubadini həmin yüksək mənsəbə təyin etdi və o etimadüd-
dövlə ləqəbinə layiq görüldü. Həmçinin hümayun cülusdan əvvəl
əzəmətli qorçilər silkinə daxil olan, sonra isə yüzbaşılıq rütbəsinə
qədər yüksələn Allahqulu bəy Qapanoğlu Qaçarı şah bu il şahanə
lütflə şərəfləndirib, qədri böyük və səltənət işlərində mühüm,
əzəmətli yeri və ehtiramı olan uca qorçibaşı mənsəbinə layiq gördü.
Elə o günlərdə də, sərhəd paşaları tərəfindən göndərilən Rum elçiləri
gələrək, sülh sazişinin daha da möhkəmlənməsi xəbərini gətirdilər.
Onlardan sonra Ruma elçilik qayda-qanunu üzrə gedən Mehdiqulu
xan sülh sazişini lazimi kimi hazırlayıb, hakim olduğu Ərdəbildən
558
Şerin farscası:
Ze etedale həva, ya ze dovre-çərxe-əsir,
Ço əhde-şahe-cəhan tazə gəşt aləme-pir.
751
şahın ayağını öpməyə gəldi, töhfə və hədiyyələrini təqdim edərək,
xandgardan gətirdiyi sülh şərtlərinin təzələnməsi xüsusundakı
məktubu hümayun nəzərə çatdırdı. Rumun müsbət fikirli şəxsləri
bu ili xoşbəxt bir il kimi yadda saxladılar. O məktubda abbasi
qələmlə (xame) ən yaxşı (xame) sözlər yazılmışdı.
559
Mehdiqulu xanın öldürülməsi:
Həmin əyyamda baş verən hadisələrdən biri də budur:
Mehdiqulu xan otuz - qırx gün şahın xidmətində qaldı. O, çavuşlu
oymağından həmçinin Mürşüdqulu xanla Məhəmmədşərif xanın
qohumu olduğundan, Məhəmmədşərif xanın Gilana qaçıb bəzi
xətalara yol verməsi səbəbindən şahın mübarək xatiri bütün
çavuşlulardan incik idi və o çavuşluları iddiaçı adamlar kimi
tanıyırdı.
Buna görə də şah Mehdiqulu xandan döndü. Xan isə ağıllı
və hüşyar adam olduğundan bunu anladı. Şah xanın məsələdən agah
olduğunu bilib ehtiyatkarlıq edərək onu həbs etdi. Qəza qəhrəmanı
onun həyatının kəsilməsi xüsusda fərman verdiyi üçün öldürüldü.
Qardaşlarından dəvatdar olan Muradxan bəy fərar edib Rum
ülkasına getdi. Buna görə, başqa qardaşı Əhməd bəy də öldürüldü.
Onların cəzalandırılmasından sonra ustaclı oymağından
olan və şahın şəfqətinə yetişən "Caharğav" ləqəbli Mürşidqulu
Sultan Qoçulunu, Məhəmmədşərif xanı və başqa fərar edənləri tutub
ali dərgaha gətirilməsi üçün Gilana yollandılar.
[Mürşidqulu xana dedilər ki,] əgər Xan Əhməd onları
himayə edərək ələ verməzsə, orada qalıb, məsələni ərz etsinlər.
Xan Əhməd fərarilərı geri qaytarmaq barədə şahın fikrini
bildiyindən, onlan mənasız himayə etməkdən əl çəkdi, Mürşidqulu
xan da onları tutub ali saraya gətirdi. Fərarilərin cəzalanmalarını
ləngitməyin böyük fitnə - fəsada səbəb olacağını bilən şah dərhal
onları qətlə yetirdi. Buna görə də şah Xan Əhməd tərəfindən
göstərilən diqqətə və xanın onun möhtərəm anası ilə qohumluğuna,
həmçinin bu xanədana münasibətinə görə bəzi xoşagəlməz rəftarını
bağışlayıb şahanə nəvazişlərlə mükafatlandırdı, qiymətli xələtlərlə
şərəfləndirdi.
559
Qeyd: İskəndər bəy Münşi müxtəlif mənalı iki "xame", yəni, "qələm" və "ən
yaxşı" mənasını verən sözü işlətməklə öz məharətini göstərmişdir.
752
Bu il Həmədan hakimliyi və Bağdadın sərhədinə qədər
bütün Əlişəkər vilayətinin əmirəlüməralığı şahzadə Məhəmməd
Bağır Mirzəyə verildi, bayat eli isə onun mülazimlərinə təyin
olundu, Uğurlu Sultan Bayat bu şahzadənin vəkili kimi Həmədana
yollandı. Rumillərlə sülh sazişi hər iki tərəfin əsir götürülən
adamlarına da aid olduğundan, bir neçə paşa Təbriz döyüşlərində
giriftar olub Qəhqəhə qalasında saxlanmış Sima Murad paşanı ordan
çıxarıb Ruma rəvan etdilər. Rum tərəfindən isə Şahrux xan Möhrdar
Mehdiqulu xan Şamlı, Qorxmaz xan Şamlı və yoldaşlarını bir-birinə
qoşub bu tərəfə yolladılar. Şahrux xan yolda xəstələnib vəfat ctdi,
başqaları gəlib çatdılar.
Qorxmaz xanın Şah Abbasın əli ilə öldürülməsi:
Amma Qorxmaz xan keçmişdə sədaqətsizliyi, yaxud
dövlətxahsızlığı üzündən etdiyi bəzi əməllərinə görə, həmçinin onun
Mərziyyə bəyim ilə əhvalatı, Mehdiqulu xanın atası Hüseyn quli
Sultanın Təbrizdə Əmir xanın təhriki və vəzifəyə gətirilməsi
(təcviz), əlahəzrətin lələsi olmuş Əliqulu xanın atası Sultan Hüseyn
xana qarşı müxtəlif alçaq əməllərə giriftar olması səbəbindən,
"Çehelsütun" qəsrinin qabağında şahın hümayun gözünə dəydiyi
ləhzə, şahanə qəzəb şöləsi alovlandı və əlahəzrət onu öz mübarək əli
ilə cəzasına çatdırdı. Mehdiqulu xan isə iltifata yetib irsi eşikağası
mənsəbinə layiq görüldü.
Qara Dövlətyar xanın öldürülməsinin səbəbi:
Başqa hadisələrdən biri Dövlətyar xan Siyahmənsurun
üsyanıdır. O, cənnətməkam şahın vaxtındakı əmirlərdən idi və
mərhum şahzadə Sultan Həmzə Mirzənin xidmətində dururdu.
Türkmanlar Qorxmaz xanın və təkəlilər arasındakı münaqişələr
zamanı onun tərəfindən yaxşı xidmətlər baş verdiyindən əmirlik
mərtəbəsinə yüksəliş Sultaniyyə və Səncas tərəflərdə ona ulka və
tiyul verilmişdi. Mərhum şahzadənin vəfatı qəziyyəsindən sonra
ayağını həddindən çox geniş atmış, Səcasda qala tikmiş, çoxlu azuqə
yığaraq həmin vilayətdə müstəqillik təbili döymüşdu. Əbu Talıb
Mirzə ona əhəmiyyət vermirdi, amma əlahəzrət şahın cülusundan
sonra öndə Xorasan səfəri olan Mürşidqulu xan onun işçilərini
görüb, xanı dəf etmək fikrinə düşdü. Bundan sonra əlahəzrət
753
zilləllah şah Hüseynəli Sultanı onun üstünə göndərdi. O, qalanı bir
neçə müddət mühasirədə saxladısa da, bir iş görə bilməyib geri
qayıtdı. İraq, Fars və Kirman işlərini yoluna qoymaq kimi böyük
işlərlə məşğul olan şah xırda işlərə baş qoşmayıb Şiraza və İsfahana
yollandı. Dövlətyar xan hümayun ordunun oralardan uzaqlaşması
səbəbindən üsyan etmək fikrinə düşdü, yaxın vilayətlərə əl
uzatmağa başladı. Bir dəstə talesiz kürd onun ətrafında toplaşıb,
yolkəsən quldurlar kimi müsəlmanların var-dövlətini qarət etdi və
xan toplanmış malları qalaya gətirib öz mülazimlərinə payladı.
Dövlətyar xanın qətli:
Əlahəzrətin Qəzvin darüssəltənəsində olduğu bu ildə
Dövlətyar ona mülazimlik etməkdən boyun qaçırıb cahana pənah
verən dərgaha gəlmədi, hələ üstəlik də ona heç bir aidiyyəti olmayan
Sultaniyyə, Əbhər, Zəncan, Tarom, Dərczin və ətrafdakı başqa
yerlərə öz qarət əlini uzadıb, rəiyyətə və aciz adamlara əzab-əziyyət
verməklə məşğul oldu.
Xülasə, xanın yöndəmsiz hərəkətləri həddini açdı və şahanə
qərar onun dəf olunmasını zəruri sandı. Vəziyyətin başlanğıcında
Mehdiqulu xan Şamlını, ardınca isə Qum hakimi Hüsyen xan
Qorçiye-şəmşire-Şamlını onun ardınca yolladılar və onlar gedərək
qalanı mühasirəyə aldılar. Nəhayət, Dövlətyarın vəziyyəti çıxılmaz
oldu və o, Hüseyn xan Şamlıya dcdi: "Qızılbaşlarla, xüsusilə də
şamlılarla qan düşməni olduğum üçün saraya gedə bilmərəm. Əgər
hümayun ordu bu tərəfə gələrsə, mənim barəmdə hər hansı bir
hümayun fikrin yerinə yetirilməsindən ötrü özümü hümayun şahın
ayağı altına ataram".
Hüseyn xan onun sözlərini şaha ərz etdi. Əlahəzrət
Gözəldərəni seyr etmək və ov ovlamaq məqsədilə o tərəfə yollandı
və qalanın yaxınlığına gəlib çatdı. Qalanı müdafiə etməkdən təkgə
gəlmiş Dövlətyar xan ona oluna biləcək kömək və mədəddən məyus
oldu, qəflət badəsinin bihuşluğu və özünün özbaşinalığından azacıq
huşa gəldi, qaladan çıxmaqdan başqa bir çarə görməyib, əlahəzrətin
qala yaxınlığına çatdığı elə həmin gün qaladan çıxdı. Şahın
cahandarlığının əvvəli olduğundan və düşmənlərin cəzalandırılması
vacib bilindiyindən, onun qəzəb tonqalı elə şölələnmişdi ki, həmin
tonqalı qılınc zülalından başqa heç nə söndürə bilməzdi. Dövlətyar
əfv xüsusunda şöhbətə başlayan ləhzə həbs olundu və qala
754
məğlubedilməz dövlətin əlinə keçdi, fələyin hökmü ilə viran edildi.
Dövlətyarı Qəzvinə gətirdilər və Səadətabad meydanında onun
xırmanını yoxluq küləyi ilə söndürdülər.
Dostları ilə paylaş: |