AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə38/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

Beyt 

 

Bir mülkü alarsa, əgər padişah,  

Başqa mülklərə də salacaq tamah.

320


 

 

Azərbaycan  vilayətini  və  Şirvanı  fəth  etməyi  öz  məqsədinə 



müvafiq bilərək Lələ paşa adı ilə məşhur olan lələsi Mustafa paşanı 

sayı  yüz  min  nəfərdən  çox  olan  ağır  bir  ordu  ilə  həmin  vilayət 

üzərinə yolladı. Sultan həmçinin  Cucixan ibn Çingiz xan  nəslindən 

                                                           

319

 Qeyd: Yəqin ki, Şirvana daxil olan şəhərlər nəzərdə tutulur - Ş.F. 



320

 Beytin farseası: 

Molke-eqlimi begirəd padşah  

Həmçenan dər bənde-eqlime-degər. 



408 

 

olan  və  Bağçasaraydakı  yüz  minə  yaxın  cuci  tatarlarına  başçılıq 



edən və Rum sultanı ilə dostluqdan dəm vuran Dövlət Gərayın oğlu 

Məhəmməd  Gəray  xan  Tatara  təklif  etdi  ki,  ağır  tatar  ləşkərini 

götürüb  Dəşti-Xəzər  yolu  ilə  Şirvana  gəlsin.  Qarətgər  tatar  ləşkəri 

dünyada  məşhur  olan  o  diyarın  mallarını  qarət  həvəsi  ilə  həmin 

təklifi qəbul etdi. Elə ki, bu xəbər Qəzvin darüssəltənəsində eşidildi, 

bu barədə İsgəndər şanlı nəvvaba xəbər verdilər. Əmirlər və dövlət 

başçıları  bu  münaqişənin  rəfi  üçün  əvvəlcə  xandgara  məhəbbət 

üslublu  bir  məktub  göndərilməsini  təklif  edərək,  əhd-peymanın  nə 

üçün  pozulmasını,  sərhəd  hakimlərinin  bu  əmələ  niyə  cürət 

etmələrini  aydınlaşdırmağı  məsləhət  gördülər.  Məsləhətə  uyğun 

olaraq,  əmirlər  bu  tərəfdən  [qızılbaşlar  tərəfindən  -  Ş.F.]  sülhün 

pozulmadığı və sülh rişəsinin möhkəmləndirilməsi xüsusunda həzrət 

xandgara  məktub  yazdılar  və  onu  Məhəmmədi  xan  Toxmağın 

mülazimi Vəli bəy  Ustaclı ilə göndərdilər. Amma sərhəd hakimləri 

və paşaları onu sərhəddə saxlayıb İstanbula getməyə qoymadılar. 

Lələ  paşa  Ərzrumdan  keçib,  Çuxur-Səd  vilayəti  və  Ərzrum 

arasında  yerləşən  Qars  vilayətinə  gəldi.  Cənnətməkan  şahla  Sultan 

Süleyman  arasında  bağlanan  sülh  şərtlərindən  biri  viran  edilmiş 

Qarsın  tərəflərin  heç  biri  vasitəsilə  abad  hala  salınmayacağı 

haqqında razılaşma olduğundan, həmin yer bu vaxtadək viran halda 

qalmışdı.  Lələ  paşa  əvvəlcə  həmin  ülkanı  abadlaşdırıb  oranın 

qalasını təmir etdi və qalaya kutval

321

 və gözətçilər qoydu. O, sonra 



Səmayun  xanın  damadı  gürcü  Mənuçöhr  xanın  əlində  olan  və 

Gürcüstana mənsub Axısqa vilayətinə gəldi. Mənuçöhr xan rumilərə 

itaətdən baş qaçırıb onunla razılaşmadı, qalasını bağlayıb Səmayun 

xanın yanına getdi. Lələ paşa onun qalasını mühasirəyə  alaraq, top 

atəşləri  ilə  özünə  təslim  etdi,  orada  gözətçilər  və  yeniçərilərdən 

ibarət dəstə qoyub Səmayun xanın ülkasına tərəf rəvan oldu. Çuxur-

Səd  bəylərbəyi  Məhəmməd  xan  Ustaclı  Lələ  paşanın  hücumu 

barədəki  məlumatı  ali  saraya  ərz  etdi.  Səltənət  başçısı  tərəfindən 

Əmir  xanın,  Məhəmmədi  xan  Toxmağın  və  Qarabağ  bəylərbəyi 

İmamqulu  xanın  adına  hökmlər  göndərildi  və  buyuruldu  ki, 

Azərbaycan  ləşkərlərini  bir  yerə  toplayaraq,  birləşsinlər,  özlərinin 

məsləhətlərinə  uyğun  şəkildə  müxalif  orduya  qarşı  qiyama 

başlasınlar. 

                                                           

321

 Qalabəyi, yaxud komendant - Ş.F. 



409 

 

Bu  haqda  müzakirə  üçün  dəfələrlə  məclislər  çağırıldı  və  belə 



qərara  gəlindi  ki,  Rum  padşahının  özü  şəxsən  hücuma  gəlmədiyi 

üçün  "qızılbaş  padşahının  sərdar  qarşısına  çıxması  sultanlıq 

rütbəsinə  yaraşan  iş  deyildir.  Buna  görə  də  gərək  Sultan  Həmzə 

Mirzə  İraq,  Fars  və  Kirman  ləşkərləri  ilə  Azərbaycan  tərəfə  yürüş 

etsin,  Azərbaycan  ləşkərinə  birləşib  oranın  qorunması  tədbirlərini 

saraya  ərz  etsin."  Qərar  qəbul  olundu  və  adlı-sanlı  şahzadənin  və 

şüarı  zəfər  olan  əsgərlərin  yürüşü  barədə  Azərbaycan  əmirlərinə 

xəbər verildi. 

Lələ  paşa  hələ  Qars  qalasının  təmiri  ilə  məşğul  olduğu  vaxt 

Məhəmməd xan bir adamını Əmir xanın və İmamqulu xanın yanına 

göndərib belə ərz  etmişdi: "Müxalif tərəf qoşunlarının yolu Çuxur-

Səddən  keçdiyi  üçün,  gərək  onlar  mənim  yanıma  gəlsinlər  ki, 

birləşərək  və  məsləhətə  uyğun  hərəkət  edərək  əlbir  qərar  qəbul 

edək".  Türkman  və  ustaclı  tayfaları  arasında  düşmənçilik 

olduğundan  və  Əmir  xan  o  təbəqədən  (ustaclılardan  -  Ş.F.)  heç 

kimin sağ qalmasını istəmədiyindən öz səfərini ləngitdi və beləliklə 

məsləhətləşmə  işini  olduqca  yubatdı.  İmamqulu  xan  isə  Qarabağ 

ləşkəri  ilə  Çuxur  Səd  vilayətinə  gələrək  Məhəmməd  xana  birləşdi. 

Onlar  Çıldır  adlı  yerin  yaxınlığında  dayanıb,  Əmir  xanın  gəlişini 

gözləyirdilər, amma ondan heç bir əsər-ətər görünmədi. 

Lələ  paşa  isə  Qars  qalasının  təmirini  tamamlayaraq,  artıq, 

Axısqa qalasını almaq barədə düşünürdü və qızılbaşlara məlum oldu 

ki,  o  Gürcüstana  yollanmaqdadır.  Onun  yolunu  kəsməyi  və 

döyüşməyi  qərara  aldılar,  qürura  qapılıb  rumilərlə  döyüşü  asan 

güman etdilər. Döyüşə amadə olan on beş  min nəfərlik Çuxur-Səd 

və Qarabağ ləşkəri atlandı. 

Qızılbaş  ləşkərinin  yaxınlaşmasından  xəbərdar  olan  Lələ  paşa 

hər gün özünün  mötəbər paşa  və bəylərbəyilərindən bir nəfərini  və 

sancaq  bəylərbəyinin  və  sərhəd  ləşkərinin  on  min  döyüşçüsünü 

qaravuliyə

322

  göndərirdi.  O,  yanına  çağırdığı  saysız-hesabsız 



qoşunun  qızılbaş  ləşkərindən  çox  olduğunu  güman  etmirdi. 

Qızılbaşlara  düşmən  çıxan  kürd  əmirləri  və  başqaları  qızılbaşlar 

arasındakı  nifaq,  inadkarlıq  və  onların  əlbirliyinin  olmamasından 

Lələ paşanı halı etmişdilər. 

Elə ki, qızılbaşların çərxçiləri rumilərin çərxçi və qaravullarına 

yetişdilər, dərhal hücumla elə ilk həmlədə onları aradan götürdülər, 

                                                           

322


 Kəşfiyyata - Ş.F. 

410 

 

müxalif qaravul dəstələrinə çatdılar. Qaravullar döyüşdən əl çəkərək 



qaçmağa başladılar. 

Müxalif  tərəfin  məğlubiyyət  xəbəri  əzəmətli  əmirlərə  çatanda 

ləşkər mərdanəlik həvəsi ilə döyüş meydanına əzm etdi. Qızılbaşlar 

əksəriyyəti sərhəd kürdlərindən ibarət olan iki-üç min adamı nizə ilə 

yerə sərdilər, bəzilərinin başını bədəndən ayırdılar, bəzilərinin isə əl 

və  boyunlarını  at  quyruqlarına  bağladılar.  Döyüşə  girən  qızılbaş 

qazilərinin  hər  biri  öz  ad-sanlarını  daha  da  şöhrətləndirmək  həvəsi 

ilə  müxaliflərin  arxada  olduqlarını  düşünmədən  vuruşurdular. 

Əzəmətli  əmirlər  qızılbaş  ləşkərinin  çox  uzaqlaşdığını  görüb, 

özlərinə bir sədəmə dəyməməsindən ötrü ləşkərin arxasınca hərəkət 

etdilər. 

Qızılbaş  dəstələrinin  şücaəti  və  rum  əsgərlərinin  məğlubiyyəti 

xəbəri padşahın lələsinə çatdıqda təəccübünün çoxluğundan qorxu-

hürkü bilmədən bir neçə mötəbər paşa və bəylərbəyinin sərdarlığı ilə 

otuz-qırx  min  döyüşçünü  qızılbaşların  ardınca  yolladı.  Rumilər 

qoşun-qoşun, sancaq-sancaq və dəstə-dəstə öz ordusundan ayrılaraq 

döyüşə üz tutdular. Elə ki, onların  gözü qızılbaş qoşununa sataşdı, 

dərhal  on  min  döyüşçünü  irəli  verdilər.  Əmirlərdən  iki-üç  fərsəx 

aralıda olan  və pərakəndə  vəziyyətdə yol gedən qızılbaşlar  müxalif 

qoşunun hücumunu seyr edib, müqavimət göstərməyə tab etməyərək 

geri qaçmağa başladılar. Qızılbaşların atları çox yol getdikləri üçün 

yolda qalır, tutduqları əsirləri aparan döyüşçülər isə onları yolda atıb 

qaçırdılar.  Xülasə  qızılbaş  qoşununa  böyük  məğlubiyyət  üz  verdi. 

Rumilər  isə  dincəlmiş  atları  ilə  hücuma  keçirdilər.  Qızılbaş 

döyüşçülərinin  çoxusu  o  mərəkədə  öldürüldü.  Çoxusu  Məhəmməd 

xanın  və  Çuxur-Səd  ləşkərinin  döyüşçüləri  olan  adamlardan  min 

nəfərə  qədəri  qətl  edildi,  fərar  edən  nökərlər  isə  qayıdıb  əmirlərə 

çata bildilər. 

Əmirlər  dəstəsi  bir-birindən  ayrılmış,  qoşun  parçalanmışdı. 

Onlar  birləşmək  imkanı  tapmayaraq  döyüşdən  qaçdılar  və 

pərişanlıqla  gedib  öz  ordularına  çata  bildilər.  Məhəmməd  xanın 

ordusundakı  müsibətə  düçar  olanların  nalə  və  fəryad  səsləri  göyə 

ucaldı. Qızılbaş əmirlərinin Rum ləşkəri ilə döyüşündə birinci səhv 

bunda  idi:  bir-birləri  ilə  inadkarlıq  mövqelərində  durmaları  və 

birinin digərinə itaət etməməsi. Onlar birləşə bilməyərək on-on beş 

min  döyüşçü  ilə  yüz  min  rumiyə  qarşı  döyüşə  çıxmış  və  Lələ 

paşanın üstünlüyünə səbəb olmuşdular. [Qızılbaşların] qanı axıdılıb 

zayil  oldu,  onların  birliklərinin  olmaması  və  sui-tədbirsiz  olmaları 



411 

 

aydınlaşdı.  Əgər  qızılbaş  əmirlərinin  ittifaqı  olsaydı  və  onlar  bir-



birilərinə  itaət  etsəydilər,  bütün  Azərbaycan  və  Şirvan 

döyüşçülərinin  sayı  əlli  mindən  çox  olardı.  Onlar  əgər  bir  yerə 

toplaşsaydılar  və  Gürcüstan  sultanları  da  onlara  qoşulsaydı,  Lələ 

paşanın  o  vilayətə  gəlişi  olduqca  çətinləşərdi.  Əmirlərin 

birləşməmələri, 

oymaqların 

inadkarlıqları 

və 


sui-tədbir 

görülmədiyindən  məmləkət  əldən  getdi.  Bununla  da,  həm  mötəbər 

qızılbaş  sərdarları  tədricən  qətl  edildi,  Azərbaycan  ləşkəri  məhv 

oldu, həm də onların neçə illər ərzində topladıqları var-dövlət tarac 

oldu. 

Xülasə,  Çıldır  məğlubiyyətindən  sonra  Lələ  paşa  Axısqa 



qalasını  iki-üç  gündə  fəth  etdi,  orada  azuqə  və  ləşkər  qoyub 

Səmayun  xanın  ülkasına  yollandı.  Məhəmmədi  xan  öz  ülkasında 

qaldı,  İmamqulu  xan  və  Qarabağ  qoşunu  isə  ayrılıb  yerlərinə 

qayıtdılar. 

Lələ paşa bir adam göndərib Gürcüstan sultanları Səmayun xanı 

və  Aleksandr  xanı  Rum  xandgarına  itaətə  dəvət  etdi.  Elə  onların 

arasında da bir-birilərinə qarşı nifaq olduğu üçün ittifaqları yox idi. 

Səmayun  xan  bu  iki  xanədan  arasında  sülh  yaratmağa  cəhd  edib 

rumilərə qarşı  müxalifətdə durdu. O, keçilməz  meşələrdə rumilərin 

yollarını  kəsərək,  onlara  hücumlar  edirdi.  Amma  hiyləgər  və 

aqibətini  fikirləşən  adam  olan  Aleksandr  xan  öz  vəziyyətini 

fikirləşib  rumilərlə  barışığa  gəldi,  Lələ  paşanın  ordusuna  azuqə 

yollayaraq  ona  tabe  olduğunu  bildirdi.  Bu  məsələ  Lələ  paşanın 

arxayınlığına  səbəb  oldu,  Gürcüstanın  keçilməz  yerlərini  asanlıqla 

keçdi. 

Möhkəmlik baxımından fələkli bərabərlik iddiasında olan Tiflis 



qalası cənnətməkan şahın zamanında Səmayun xanın qardaşı Davud 

xanın əlində idi. Rum ləşkəri qalaya yaxınlaşdıqda aralarındakı inadı 

bilən  Davud  xan  qardaşının  köməyindən  naümid  oldu,  qalanın 

mühafizəsi  ilə  məşğul  olmayaraq  qaçdı  və  həmin  qala  asanlıqla 

rumilər  tərəfindən  zəbt  edildi.  Onlar  Gürcüstan  hakimlərinin 

paytaxtı olan Qoridə də bir qala inşa edib Şirvana rəvan oldular. 

Şəkidə  olan  gürcü  Aleksandrın  qardaşı  Əli  xan  da  özündə 

müqavimət qüdrəti görməyib bir kənara çəkildi. 

Lələ  paşa  asudəliklə  Şirvana  çatdı.  Dağıstan  əhalisi  və  ləzgi 

camaatı  ümumilikdə  tabe  oldular.  Rəiyyət  də  qızılbaşlara  qarşı 

üsyan  və  tüğyana  qalxdı.  Ağıllı  və  tədbirli  adam  olan  Şirvan 

bəylərbəyi  Araz  (Ərəs  xan)  xan  özündə  rumi  qoşununa,  rəiyyətin 



412 

 

üsyanına və qalanı mühafizə etməyə qüdrət görməyərək, öz köçü



323

 

və  adamları  ilə  Şirvandan  çıxıb  Kür  çayının  kənarında  dayandı, 



Şirvan məmləkəti də rumilərin əlinə keçdi. Lələ paşa Osman paşanı 

Şirvan bəylərbəyi etdi Qeytas paşanı Ərəsdə

324

  saxladı  və  Şirvanın 



hər  vilayətinə  hakimlər  təyin  edərək  Şamaxı  qalasını,  Ərəs  və 

Badkubəni möhkəmlədib geri qayıtdı. 

Şirvan hakimi olmaq və [əvəzində] xandgara bac-xərac vermək 

istəyən  Bürhanın  oğlu  Əbubəkr  Mirzəni  bütün  Şirvan  ərazisini 

tutmaq  işində  rumilərə  köməklik  göstərməkdən  ötrü  Şirvanda 

saxladı  və  ona  təsəlli  verib  dedi  ki,  gedib  xandgarın  yanına  çatan 

kimi  ondan  Əbubəkr  Mirzə  üçün  Şirvan  hakimliyi  barədə  sənəd 

alacaqdır. 

Rumilər  qayıtdıqda,  Qarabağ  bəylərbəyi  İmamqulu  xan 

Səmayun  xanla  birləşib  rursət  ələ  düşdükcə  Gürcüstanın  meşə  və 

çəmənliklərində  rumilərlə  dəfələrlə  döyüşdülər  və  çoxlu  qənimət 

əldə etdilər. 

Bu yürüş zamanı rumilərdən iyirmi  minədək adam ilirilməsinə 

baxmayaraq,  saysız-hesabsız  döyüşçüsü  olan  Lələ  paşa  bunun 

fərqinə varmadan qələbə ilə geri qayıtdı. 

Təbriz  bəyləri  Əmir  xan  Məhəmmədi  xan  Toxmağa  kömək 

məqsədilə on  min nəfərlə  Təbrizdən  çıxmışdı. O, Məhəmmədi xan 

Toxmağın məğlubiyyətini, Lələ paşanın Gürcüstana və Şirvana olan 

yürüşünü eşidib Çuxur-Sədə getməkdən vaz keçərək Qarabağa tərəf 

yola düşdü. 

İmamqulu xan Qarabağ ləşkəri ilə ona birləşdi və onlar birlikdə 

Kür çayını keçərək, Gürcüstanın Qabırrı çayının kənarında rumilərə 

çatdılar. Fürsət əldə edib, azuqə üçün ordudan ayrılan dörd-beş min 

rumi  döyüşçüsü  ilə  qarşılaşıb  döyüşə  başladılar.  Həmin  döyüşdə 

rumilərin iki minədək döyüşçüsü qətlə yetirildi. Çoxlu mal və döyüş 

ləvazimatı ələ keçirdilər, bir dəstə rum əmirini əsir aldılar. 

Əmir  xan  bu  uğurdan  sevinib  geri  qayıtmaq  və  Qarabağda 

qışlayaraq  bu  tərəfə  gəlməkdə  olan  adlı-sanlı  şahzadə,  əmir  və 

əsgərləri gözləmək qərarına gəlmişdi, lakin Əmir xanın oğlu Sultan 

Murad  xan  olan  bir  dəstə  qızılbaş  döyüşçüsü  ikinci  dəfə  hücuma 

keçmək  fikrinə  düşərək,  Qabırrı  çayını  keçdilər  və  döyüşə 

                                                           

323

 Xanəköç olmalıdır- Ş.F. 



324

  Ərəş olmalıdır - Ş.F. 

 


413 

 

başladılar.  Qızılbaşlarla  cəngdə  cəsurlaşan  rumilər  heç  nəyi 



fikirləşmədən  çayın  bu  biri  sahilinə  keçib,  qızılbaşlara  arxadan 

hücum etdilər, iki-üç min döyüşçünü araya aldılar. Rumilərin zəfər 

çaldıqları  bu  döyüşdə  Əmir  xanın  və  başqa  əmirlərin  iki-üç  min 

əsgəri qətlə düçar oldu, əsir götürüldü. 

Bu məğlubiyyətdən sonra Əmir xan döyüşü davam etdirməkdən 

bir  fayda  olmayacağını  görüb,  geri  qayıtmağın  daha  faydalı 

olacağını  başa  düşdü  və  Təbrizə  qayıtdı.  Lələ  paşa  isə  o  səfərdə 

məqsədinə çatıb geri döndü, Ərzruma gəlib, orada qışladı. 

 

ZƏFƏR BAYRAQLI ŞAHZADƏ SULTAN HƏMZƏ 

MİRZƏNİN ƏMİRLƏRLƏ QARABAĞ VƏ ŞİRVANA 

YÜRÜŞÜ, ONLARIN ALLAHIN KÖMƏYİ İLƏ GERİYƏ 

QALİBİYYƏTLİ DÖNÜŞÜNÜN ZİKRİ 

 

Rumilərlə  bağlanmış  sülh  sazişinin  pozulması,  Rum  xandgarı 

Sultan  Muradın  Azərbaycana  və  Şirvana  qoşun  çəkməsi  xəbəri 

Qəzvin  darülsəltənəsində  eşidildikdə  və  Sultan  Həmzə  Mirzənin 

Azərbaycana  gedəcəyi  məlum  olduqda  əmirlər  və  dövlət  başçıları 

kama  yetmiş  şahzadənin  müqəddəs  xidmətində,  xoş  bir  saatda 

səltənət  paytaxtından  hərəkət  edib  Azərbaycana  yollandılar. 

Məryəm şan-şöhrətli Məhdülya əziz oğlunun ayrılığına dözməyərək 

özü də səfərə yollanmağı qərara aldı, qoşun yığılması çağırışı barədə 

məmləkətin hər tərəfinə qiymətli hökm göndərdi. 

Şahzadənin ali dəstəsi Gərmrudun Miyancına qədər yol qət edib 

ləşkərin  bir  yerə  toplanması  məqsədilə  bir  neçə  gün  çəmənzarda 

gözlədi.  Elə  orada  da  əvvəllər  zikr  olunan  Gürcüstan  və  Şirvan 

hadisələri  baş  verdi.  Məğlubedilməz  dövlətin  tərəfdarları  məşvərət 

etdikdən sonra Qarabağ tərəfə hücum etməyi məsləhət bildilər və ali 

dəstə  o  tərəfə  yollandı.  Onlar  qələbə  ilə  Ərdəbil  darülirşadına 

çataraq,  övliyarlar  sultanının  mələk  asiyanlı  məzarını  ziyarət 

etdikdən  sonra  Şirvana  tərəf  hücum  etməyi  və  o  vilayəti 

müxaliflərdən  təmizləməyi  qərara  aldılar.  Mərhum  səfəvi 

şeyxlərinin  müqəddəs  ruhlarından  kömək  diləyib,  Qarabağa 

yollandılar  və  həmin  vilayət  onların  gəlişi  ilə  şərəfləndi.  Qərara 

alındı  ki,  müzəffər  şahzadənin  ordusu  və  nəvvab  Məhdülya 

Qızılağacda  dayanıb  gözləsinlər,  əmirlər  və  əsgərlər  vəzir  Mirzə 

Salmanla Kür çayını keçib Şirvana getsinlər. 



414 

 

Elə  ki,  kamkar  şahzadə  və  müzəffər  əsgərlərin  yaxınlaşma  



xəbəri    Araz    xana    və    Şirvan    əsgərlərinə    yetişdi,  rumilərlə 

döyüşmədikləri  üçün  və  Şirvanı  tərk  etmələrinə  görə  divan 

adamlarının  acıqlanacaqlarını  və  qızılbaş  tayfalarının  töhmətinə 

gələcəklərini  bilib,  şahzadənin  ali  dəstəsinin  hələ  gəlmədiyini 

görərək Şamaxı üzərinə getməyi, qalanı mühasirə etməyi, əgər oranı 

ala  bilərlərsə  bağışlanacaqlarını  güman  eldilər.  Bu  niyyətlə  Kür 

çayından  keçirdikləri  ordunu  çayın  bu  tərəfində  qoyub,  ləşkərlə 

Şamaxıya  tərəf  rəvan  oldular.  [Araz  xanın  mənsub  olduğu]  rumlu 

tayfası  bir  neçə  il  Şirvanda  asudəlik  və  bolluq  içində  yaşadıqları, 

çoxlu  adam  (tərəfdar  -  Ş.F.)    var-dövlət  yığdıqları  üçün  taleyin 

bəd  gözü  dəydi,  rumlu  böyüklərinin  əksəriyyəti  öldürüldü, 

topladıqları sərvət baş verən hadisələrin taracına getdi. 

Bizim  əvvəllər  nəql  etdiyimizə  görə,  Rum  padşahı  Sultan 

Murad  xan  tatar  ulusunun  padşahı  Dövlət  Gəray  xanın  oğlu 

Məhəmməd Gəray xana Dərbənd yolu ilə hərəkət edərək qızılbaşlara 

hücuma keçməyi təklif etmişdi. 

O,  qardaşı  Adil  Gərayı  qaranlıq  gecədə  qarışqanı  gözündən 

vuran iyirmi  minlik tatar qoşunu ilə rumilərə imdad niyyəti ilə adı 

çəkilən  vilayətə  göndərdi.  Adil  Gəray xan Şirvana  çatdı.  Araz xan 

və  Şirvan  omirləri  də  müharibəyə  hazırlaşdıqları  vaxt  tatar  ləşkəri 

göründü  və  dağı,  çölü  öz  əsgərləri  ilə  doldurdu.  Qızılbaş  qaziləri 

vəziyyəti  belə  görüb  iztirab  bəhrinə  qərq  oldular.  Əmirlərin  bəzisi 

döyüşə-döyüşə  aradan  çıxmağı  təklif  etdi.  Araz  xan  fərar  etməyi 

özünə sığışdırmadı və əslində buna fürsət də olmadı. Ölümü gözləri 

önünə gətirib döyüş dəryasında əl-qol atmağa başladılar. Bir yandan 

rum  ləşkəri,  digər  yandan  tatar  qoşunu,  üçüncü  tərəfdənsə  ləzgi, 

qarabörk  və  Şirvan  dağlıları  qızılbaşları  mühasirəyə  aldılar.  Araz 

xan  və  ordunun  əksər  əmir-əyanı  səbat  qədəmlərini  irəli  ataraq  bu 

dövlətin  yolunda  mərdriklə  can  verdilər.  Araz  xan  və  bir  dəstə 

qızılbaş  ələ  keçirilib  qətl  edildi,  başqa  bir  dəstə  döyüşçü  döyüşdə 

ölüm şərbətini nuş etdi. Yerdə qalanlar isə yüz fəlakətə düçar olub, 

Araz xanın ordugahına çatanadək dayanmadılar. 

Bu  hadisədən  sonra  Osman  paşa  Şamaxı  qalasına,  Adil  Gəray 

xan  və  Bürhanın  oğlu  Əbubəkr  Mirzə  Kür  çayı  kənarına  gəldilər, 

Araz  xanın  ordusunu  qarət  etməyə  başladılar.  Mərəkədən  qaçıb  öz 

ordularına  qayıdan  Ərdoğdu  Xəlifə  Təkəli  bəzi  əmirlər  və  Araz 

xanın  övladları  baş  verən  hadisəni  Qarabağa  gəlib  çatan  nəvvab 

[Həmzə  mirzəyə],  Mirzə  Salmana  və  əmirlərə  ərz  etdilər.  Səltənət 



415 

 

qoruyucuları belə hökm etdilər ki,  gərək talış əmirləri  və başqaları 



Kür  kənarındakı  Araz  xan  ordugahına  getsinlər,  çünki  bu  əsnada 

müzəffər  əsgərlər  düşmənləri  dəf  etmək  üçün  Şirvana 

gəlməkdədirlər. Buna görə də, onlar əmrə əməl edərək bir neçə gün 

orada qorxu altında qaldılar, yaralı qızılbaşları çaydan keçirməkdən 

ötrü cəsr* hazırladılar. Elə o əsnada tatar və ləzgi ləşkərinin gəlməsi 

xəbəri eşidildi. Əmirlər bir yerə yığışıb müdafiə məqsədi ilə Kürün 

kənarına gələrək cəsri kəsdilər, yağılar çaya çatıb, cəsrin kəsildiyini 

gördülər.  Onların  bir  neçəsi  özlərini  suya  atıb  çayı  keçdilər  və 

qızılbaşlarla  döyüşə  başladılar.  Qazilər  də  müdafiə  ilə  məşğul 

oldular.  Cəng  əsnasında  müxalif  tərəfdən  bir  dəstə  adamın  Şirvan 

dağlılarının  köməyi  ilə  çayı  keçdikləri  və  ləşkərin  arxa  tərəfinə 

hücuma  başladıqları  məlum  oldu.  Beləliklə  qızılbaş  döyüşçüləri 

əzildilər,  hərə  öz  başını  xilas  etməyin  qayğısına  qaldı.  Döyüşdən 

qaçanların  bəziləri  özlərini  Aras  xanın  ordugahına  və  əmirlərə 

çatdırıb  vəziyyət  barədə  məlumat  verdilər.  Ordu  və  əmirlər  bərk 

həyacan  keçirdilər,  pərişan  halda  və  çaşqın  bir  vəziyyətdə  özlərini 

rahat bir yerə çatdırmaq üçün yola düşdülər. Amma, onların bəziləri 

yüklərini  yığıb  qaçmağa  macal  tapa  bilmədilər  və  o  anda  ləzgi  və 

tatar ləşgəri göründü. Ordu camaatı dağılışdı. Qız və qadınlar çoxlu 

mal və əsir tatarların əlinə keçdi. Bir neçə il ərzində toplanan çoxlu 

var-dövlət  müxaliflərə qismət  oldu. Xülasə  Adil     Gəray    xan     və   

tatar-ləzgi  döyüşçüləri   ağlagəlməz qənimət yığaraq elə həmin gün 

Şirvana tərəf  getdilər. Anıma Mirzə Salman  və Qarabağın əzəmətli 

Qarakutəl

325

 (?) əmirləri hücumla Kür çayının Qovmin ulumi



326

 adlı 


yerindən keçib Şamaxıya çatdılar  və qalanı  mühasirə etdilər. Onlar 

tatar ləşkərinin hücumu və Araz xan ordusunun qarət olunmasından 

xəbər  tutub,  o  dəstəni  dəf  etmək  niyyətinə  düşdülər.  Döyüşçülərin 

bir  dəstəsini  qala  ətrafında  qoyan  Mirzə  Salman  qorçibaşı,  Şahrux 

xan  Möhrdar,  Məhəmməd  xan  Türkman,  Pirə  Məhəmməd  xan 

Ustaclı,  Durmuş  xan  Şamlının  nəvəsi  Sultan  Hüseyn  xan,  Vəli 

Xəlifə  Şamlı,  Müseyib  xan  Şərafəddinoğlu  Təkəli,  İmamqulu  xan 

Qacar,  Abdulla  xan  Ustaclının  oğlu  Əmir  Həmzə  xan  və  başqa 

məşhur əmirlər tatar ləşkəri ilə döyüşə  yollandılar. Adil  Gəray xan 

və  qardaşları  qızılbaşların  onlara  qarşı  yola  düşmələri,  Şamaxının 

mühasirəsi  və  ordunun  vəziyyətindən  xəbərdar  oldular.  Onlar 

                                                           

325

 "Qarabörk" olmalıdır- Ş.F. 



326

 "Qoyun ölümü" olmalıdır - Ş.F. 



416 

 

qızılbaşlarla  döyüşdə  ürəkləndikləri  üçün  onlardan  qorxmayaraq, 



Osman padşaha

327


 kömək məqsədi ilə Şamaxıya yollandılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin