AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


İkinci İsmayılın hakimiyyəti dövründə



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə36/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

İkinci İsmayılın hakimiyyəti dövründə  

dirhəm və dinar sikkələrinin zərb olunması: 

 

İsmayıl  Mirzə  elə  o  vaxtlarda  əhalinin  özü  haqqında  olan 



etiqadını etibara  çevirməkdən ötrü  Mirzə            Məxdum Şərifini 

sorğu-suala  tutub  həbs  etdi.  Bu  vəziyyəti  müşahidə  edən  avam 

adamlar  onun  ardınca  söyüş  və  səfehlik  dilini  açaraq  ətrafda 

rüsvaylıq yaratdılar. 

Bu iş əhali tərəfindən bəyənildi, lakin xalqın bu qiyamı rəf 

edildi və bir daha onun məzhəbi barədə məclislərdə danışılmadı. 

İsmayıl  Mirzə  bu  vaxta  qədər  öz  adına  qızıl  sikkə 

kəsdirmədiyi  üçün  ticarətdə  köhnə  qızıl  sikkələrdən  istifadə 

olunurdu. 

Zərrablar

301

  qızıl  pulların  təzələnməsi  və  zərrabxananın 



mənafeyinin  çoxalmasını  arzu  edirdilər.  Mirzə  pulun  bir  üzündə 

yazılan  "La  ilahə  illəllah  və  Məhəmmədən  rəsulillah  və  Əliyyən 

vəliyullah"  ifadəsi  ilə  razılaşa  bilmirdi.  O,  deyirdi  ki,  ticarət  və 

müamilə  əməliyyatları  zamanı  dirhəm  və  dinar  yəhudi,  erməni, 

hindli və başqa kafirlərin əllərinə keçir və avam adamlar "paklardan 

başqa kimsə ona əl  vurmaz"

302 

müqəddəs kəlamının ziddinə gedib, 



natəmizlər  kimi  Allah  adına  əl  vururlar.  O  fikirləşirdi  ki,  həmin 

sözlərin  əvəzinə  hansı  söz  yazılsın  ki,  xalqın  gözündə  pis 

səslənməsin. Bir gün o əhali arasında belə dedi: 

"Dostlarım  məni bədnam etdikləri üçün, bu  məsələ ortaya 

çıxanda  da  deyəcəklər  ki,  şahın  məqsədi  bu  ibarələri  pullardan 

                                                           

301

 Sikkə zərb edən ustalar. 



302

 Kəlamın ərəbcəsi: "La yəməssuhu illəl-mutəhhərun". 



384 

 

götürməkdə,  "Əliyyən  vəliyullah"  ifadəsini  pozmaqdır".  Bir  qədər 



fikirləşdikdən sonra sikkənin bir üzünə bu beytin yazılması:  

 

Bürüyərsə imamlar bu cahanı,  



Bizə bəsdir Əli və xanədanı.

303


 

 

və  başqa  üzünün  bir  tərəfində  isə  öz  adının  nəqş  olunması  və 



sikkənin zərb edildiyi yerin göstərilməsi barədə qərar çıxardı. Onun 

tərəfindən müəyyən edilən xoş bir saatda sikkə zərb olundu, dirhəm 

və dinar həmin sikkə ilə bəzəndi. 

[İsmayıl  Mirzə]  bu  məsələlərdən  sonra  Məşhədə  hakim 

təyin etdiyi Mürtəzaqulu xan Pornakı şahm mübarək nəşini götürüb 

yola düşməsindən ötrü tutduğu vəzifədən mürəxxəs etdi. 

Günahları  Allah  tərəfindən  bağışlanmış  o  cənazəni 

qorumaq  və  növbə  ilə  mənzil-mənzil  çiyinlərində  aparmaları  üçün 

üç  yüz  qorçi  təyin  olundu.  O,  [həmçinin]  Heratın  hakimi  və 

bəylərbəyisi  olan  Əliqulu  xan  Şamlını  da  cənazəni  müqəddəs 

Məşhədədək müşayiət etməyi və sonra Herata qayıtması üçün işdən 

mürəxxəs etdi. 

Camaat belə danışır ki, İsmayıl Mirzə onunla qərarlaşmışdı 

ki, Əliqulu xan Herata çatan kimi o zaman yeddi yaşı olan əlahəzrət 

zilləllah şahın şərafətli vücudunu (gələcək Şah Abbasın - Ş.F.) həyat 

lövhəsindən  silib,  özünün  xatirindəki  narahatlığı  o  iqbal  bürcünün 

dürründən, varlığından özündən kənar etsin. 

O,  İsgəndər  şanlı  nəvvab  Sultan  Məhəmməd  Mirzəni  və 

onun  qardaşını  həbs  edib  nəzarətdə  saxlaması  üçün  Qazi  bəy 

Zülqədərin  yanına  Şiraza  adam  yolladı  və  ona  tapşırdı  ki,  Şiraz 

hakimi  Vəli  Sultan  Qalxançıoğlu  gəlib  çatan  kimi  onu  da  həlak 

etsin. 


İsmayıl  Mirzə  belə  qərara  almışdı  ki,  padşahlıq 

xanədanında  ondan  və  oğlu  Şah  Şücadan  başqa  heç  kim  sağ 

qalmasın. Amma bilmədi ki, "Qul idarə edir, Allah isə bir xalq kimi 

[bunu] qiymətləndirir"

304

. Xaliqin istəyi xəlayiqin istəyinin əksidir: 



 

                                                           

303

 Beytin farscası: 



Ze məşriq ta beməğrib gər imaməst,  

Əli və ale-u mara tamaməst. 

304

 İfadənin ərəbcəsi: "əl-abdu yudirru va-l-lahu yuqaddiru təqdirə Xaliqin". 



385 

 

Tutmayacaq baş ürəyindən keçən  



Baş tutacaq bil ki, Xuda istəyən.

305


 

 

Züzbabə ulduzunun görünməsi: 

 

Bu  əhvalatlar  baş  verən  vaxtlarda    asimanda  Qövs 



bürcündə  Zuzbabə  ulduzu      göründü.  Onun  quyruğu  səmanın 

ortasından  qərb  (məğrib)  səmtinə  doğru  uzanırdı.  Nücum  elminə 

bələd  olan  İsmayıl  Mirzə  bu  vəziyyəti  müşahidə  edərək  bərk 

həyəcanlandı. O bütün gün münnəcimləri toplayıb onlardan Zuzbabə 

və onun təsiri barədə sorğu-sual edirdi. Münnəcimlər vaxta münasib 

sözlər deyirdilər və İsmayıl Mirzə nücum elminin dəlilləri əsasında 

onlara  xatırlatdı  ki,  Zuzbabə  ulduzunun  peyda  olması  padşahların 

birinin  zavala  uğraması  deməkdir.  Münnəcimlərsə  deyirdilər  ki, 

həmin  ulduzun  quyruğu  qərbə  uzandığı  üçün  onun  təsiri  Rum 

vilayətinə və qərb ölkələrinə olacaqdır. 

Münəccimlərin  sözlərindən  bir  qədər  təsəlli  tapmasına 

baxmayaraq  İsmayıl  Mirzə  yenə  də  narahat  idi.  Əslində  onun 

narahatlığı  üçün  əsas  vardı,  çünki  nücüm  elmi  qanunlarının 

dəlalətinə görə əgər Zuzbabə ulduzu onun tale vətədində görünərsə 

şəksiz-şübhəsiz onu yox edəcəkdir.  İsmayıl Mirzə cövzada (Ekizlər 

bürcü  -  Ş.F.)  doğulmuşdu  və  onun  tale  ulduzu  Ütarid  (Günəşə  ən 

yaxın  olan  Merkuri  planeti  -  Ş.F.)  idi.  Peyda  olmuş  Zuzbabə  isə 

onun  tale  ulduzunun  vətənində  görünmüşdü.  Münnəcimlər  bunun 

səhv  olduğunu  söyləyib,  onu  şübhədən  qurtarmağa  çalışırdılar. 

Nəhayət  Zuzbabənin  görünüşü  öz  səmərini  verdi  və  az  vaxtdan 

sonra  İsmayıl  Mirzə  öz  varlıq  paltarını  yoxluq  yolçusuna 

geyindirərək axirət səfərinə yollandı. 

 

İkinci Şah İsmayılın vəfatı: 

 

Bu  məsələnin  bəyanı  və  şərhi  belədir:  İsmayıl  Mirzə 

mübarək  ramazan  ayının  on  üçündə  (24  noyabr)  yekşənbə  günü 

onunla  eşqbazlıq  edən  (təəşoq),  əlaqədə  olan  (təəlloq)  və  gecə-

gündüz  dostluq  edən  Həsən  bəy  Halvaçıoğlu  və  dövlətxana 

                                                           

305

 Beytin farscası: 



Hər çe delət xast nə an mişəvəd,  

An çe xoda xast çenan mişəvəd. 



386 

 

işçilərinin  bir  neçəsi  ilə  seyr  məqsədi  ilə  kənara  çıxmışdı.  Onlar 



gecənin  çox  hissəsini  (4  dang)  küçə  və  məhəllələrdə  keçirdilər. 

Sonra şah dövlətxanaya qayıdıb, adı çəkilən Həsən bəyin bir qapısı 

dövlətxanaya bitişik, o biri qapısı isə "Meydane-əsbe-şahi"yə açılan 

evində  yatdı.  İsmayıl  Mirzə  qəddar  dünyanın  səbatsız  arzularını 

müşahidə  edən  gözlərini  qapayıb  yoxluq  yuxusuna  getmiş,  Həsən 

bəy isə qapıları içəridən bağlayıb onun yanında yatmışdı. 

Günortaya  qədər  qapı  bağlı  qaldı.  Yaxın  adamlar  və 

xidmətçilər  orada  toplaşıb  qapının  açılmasını  gözləyirdilər.  Heç 

kimdə onun yataq otağına yaxınlaşa bilmək cürəti yox idi. Yuxu və 

istirahət  müddəti  həddini  aşandan  sonra  vəzir  Mirzə  Salman  və 

qorçibaşı günortaya qədər gözlədilər. 

Yuxu  vaxtının  uzanmasından  narahat  olub  həkimlar 

zümrəsindən  "Kiçik Həkim" ("Həkime-Kuçek") adı ilə

 

məşhur olan 



həkim Əbülfət  Təbrizini  [İsmayıl Mirzə ilə]  yaxın olduğu üçün nə 

baş  verdiyini  öyrənmək  üçün  yataq  otağına  göndərdilər.  Kiçik 

Həkim  cürət  edərək  onun  yataq  mənzili  olan  evə  getdi  və  heç  bir 

səs-səmir  eşitmədiyindən  səsini  çıxarmağa  cürət  etmədən  geri 

qayıtdı.  Onu  [şahlal  danışmaq  üçün  təzədən  göndərdilər.  O,  yataq 

otağının  arxasında  dayınıb  dua  etməyə  başladı.  Həsən  bəy 

Halvaçıoğlu  fəryadla  dedi:  "Ey  həkim,  qapını  açmaqdan  ötrü 

qüvvətim yoxdur. Qapını hansı yolla olursa olsun açıb içəri girin və 

nə baş verdiyini görün". 

Kiçik  Həkim  vahiməyə  düşüb  geri  qayıtdı  və  hamını 

vəziyyətdən xəbərdar etdi. Mirzə Salman [şaha] yaxın olan bir dəstə 

adamla gedib qapını açdı və onlar əndəruna daxil oldular. Gördülər 

ki,  İsmayıl  Mirzə  hərəkətsiz  olsa  da  hələ  keçinməyibdir.  Həsən 

bəyin isə bədəni taqətdən düşdüyü üçün hərəkət edə bilmirdi, dili də 

pəltəkləyirdi (lənnət). Hamı heyran  və şaşqın  vəziyyətdə idi. Onlar 

qorçibaşını əndəruna çağırmaq üçün Əmir xan, Pir Məhəmməd xan 

və  əmirlərin  yanına  adam  göndərdilər.  İsmayıl  Mirzə  elə  o  vaxt 

həyata  vida  etdi,  canını  əcələ  tapşırdı.  Həsən  bəy  [isə]  dili  tutula-

tutula min bir təşvişlə dedi: 

"[İsmayıl  Mirzə]  axşam  iftar  vaxtı  xalis  tiryək  (əfyune-

xales) qəbul etdi, mənə də ondan verdi. O, yeməkdən sonra [adətən] 

küçələri  seyr  edərdi.  Onun  mənə  də  verdiyi  tiryəki  mən  qəbul 

etmədim.  Seyr  vaxtı  bir  hamama  çatdıq.  Onun  qapısı  ağzındabir 

halvasatan  əyləşmişdi.  [İsmayıl  Mirzə]  onun  halvasından  və 

külçəsindən  çox  yedi.  Mənzilə  gəlib  çatdıqda  dedi:  "Sübh  açılmaq 


387 

 

üzrədir, bir az da nəşə (flunya) çəkib yataq". Ağzını həmişə mənim 



möhürlədiyim  nəşə  qabını  gətirdilər.  Möhür  yox  idi.  Dedim:  "Bu 

qabın  ağzı  açıqdır  və  mənim  möhrüm  orada  yoxdur".  Mənim 

sözlərimə məhəl qoymadı, adətindən çox nəşə çəkdi, zorla mənə də 

çəkdirdı.  Mən  amma  az  çəkdim  və  hər  ikimiz  yatdıq.  Günorta 

yuxudan  ayılıb  özümü  indicə  gördüyünüz  vəziyyətdə  gördüm. 

Həzrət  şah  danışa  bilmirdisə  də  əl-ayaq  atırdı.  Bir  az  sonra 

hərəkətdən  qaldı,  nəfəsi  kəsildi  və  elə  bu  vaxt  Kiçik  Həkimin  səsi 

eşidildi. Həqiqət budur, yerdə qalanını siz bilərsiniz". 

Gələrək  bu  vəziyyəti  müşahidə  edən  Əmir  xan  və  Pirə 

Məhəmməd  xan  olduqca  təccübləndilər.  Əmir  xan  Həsən  bəy 

Halvaçını ölümlə hədələyib dedi:  "Doğru danış, bizim padşahımızı 

zəhərləyən adam bu işi sənin köməyin olmadan görə bilməzdi". 

 

İsmayıl Mirzənin vəfatı səbəbi haqqında müxtəlif fikirləri: 

 

O,  cavabında  dedi:    "Mən  padşahın  sayəsində  bütün 

qızılbaşların  sevimlisi  idim.  Ondan  sonra  mənim  sağ  qalmağıma 

gümanım yoxdur. Mənə məlum olanları isə sizə dedim". 

Əmir  xan  bu  işin  təhqiq  olunmasında  çox  təkid  etməkdə 

idi. Mirzə Salman və əmirlər bu işə mane olub dedilər: 

"Bu  işə  həddən  ziyada  baş  qoşmağın  nə  xeyri  var?  Bir 

halda  ki,  bu  hadisə  baş  vermişdir,  gərək  əvvəlcə  din  və  dövlət 

barəsində fikirləşək". 

Həkimlər  onun  bədənində  [hələ  də]  süst  hərəkət  hiss 

edirdilər.  Camaat  belə  danışırdı  ki,  [şah]  nəvvab  Pərixan  xanımı 

etibardan  saldığına  görə,  o,  hərəmxananın  kənizləri  ilə  dilbir  olub, 

onun  nəşəsinə  zəhər  qatmışdır.  Bəziləri  isə  deyirdilər  ki,  şahın 

qulunc


306

 xəstəliyi  vardı ki, arabir onu tuturdu. Bu xəstəlik bir dəfə 

elə  bərk  tutmuşdu  ki,  az  qala  onu  öldürəcəkdi.  Amma  həkimlərin 

səyi  ilə  [o  zaman]  sağaldı.  Bu  dəfə  isə  quluncun  şiddətlənməsi  və 

müalicənin edilməməsi üzündən onun həyatı ölüm sərhədinə çatmış 

oldu. 


Bəzi  adamlar  isə  deyirlər  ki,  o,  xüsusi  hazırlanmış 

tiryəkdən  çox  istifadə  etdiyindən  bu  ona  artıqlıq  etmiş,  mədəsini 

dolduraraq  nəfəs  yolunu  bağlamışdır.  Xülasə  hadisənin  əsl  səbəbi 

məlum olmadı. Bu qəribə əhvalat üz verəndən sonra əhali və avam 

                                                           

306


 Çox güman ki, ürək xəstəliyidir (infarkt) – Ş.F. 

388 

 

adamlar (əvamunnas) heyrət dənizində çaş-baş qaldılar, amma ağıllı 



adamlar və elm sahibləri belə deyirdilər: 

 

Beyt[lər] 

 

Yaranışdan bəri cahanda heç kəs  



Fələyin sabahkı işini bilməz.  

Bilməz ki, o mavi, gözəl səmadan  

Ona yetişəcək xeyir, ya ziyan.  

Fələyin doludur sirrlə gərdişi,  

Ağıl dərk eləməz bu mübhəm işi.

307


 

 

Xülasə,  bu  iş  baş  verəndən  sonra,  ölüm  xəbərinin  sürətlə 



yayılmamasından ötrü əmirlər qapıçılara "At meydanı"nın qapılarını 

bağlamaq əmrini  verdilər. Çünki oymaqlar arasında yaxın günlərdə 

inad  qapıları  açılmış,  təkəli  və  türkmanlardan  şamlı  və  ustaclılara 

çoxlu sədəmə dəymiş, qanlar tökülmüş və onlar inadkarlara məğlub 

olmuşdular.  Bu  qəziyyədən  sonra  kin  qılıncının  intiqam  qınından 

çıxmamasından  və  tərəflər  arasında  fitnə  və  dava-dalaş  atəşinin 

qalxmamasından ötrü ağsaqqal, dövlətxah və xeyirxah adamlar olan 

Mirzə  Salman  və  Xəlil  xan  Əfşar  məsləhət  gördülər  ki,  alışan 

əmirlər  bu  əbədi  dövlətin  möhkəmlənməsi  naminə  müxalifətin 

aradan  qaldırılması  üçün  and  içsinlər,  sabiqdə  olan  savaşlar  və 

oymaqların təəssübkeşliyi aradan çıxsın, bir-biriləri ilə dost olsunlar. 

Türkman  tayfasının  böyüyü  və  ağsaqqalı  olan  Əmir  xan 

irəli gəlib Pirə Məhəmməd Ustaclı ilə ata-oğul olacaqları barədə and 

içdi, eləcə də bütün əmirlər bir-biriləri ilə dostluq andı içdilər. Sonra 

isə səltənət və padşahlıq barədə söhbət başlandı. Şiraz hakimi Vəli 

Sultan Qalxançıoğlu Zülqədər dedi: 

" - Atanın mirası oğula çatar. Şah Şücanı padşah edin". 

 

Əmirlər ona etiraz edərək dedilər:  



                                                           

307


 Beytlərin farscası: 

Nədanəd kəsi ta səmak-o səmək 

Ke fərda çe bazi nəmayəd fələk. 

Əz in nilgun hoqqeye-zərnegar 

Çe mohre berun avərəd ruzgar. 

Ze əsrare-gərdun kəs agah nist, 

Xerədra bər in caygəh rah nist. 


389 

 

"-  Sən  vəkilüssəltənə  və  qızılbaşların  böyüyü  olmaq 



istəyirsən. Səkkiz aylıq uşaq necə İran padşahı ola bilər?" 

Bütün əmirlər  və dövlət başçıları nəvvab Pərixan xanımın 

hökmünə  tabe  olduqlarından,  Vəli  Sultan  nəvvab  xanımın  xoşuna 

gəlməkdən  ötrü  dedi:  "Səltənət  işlərinin  icrası  Pərixan  xanım 

tərəfindən  həyata  keçirilsin.  Amma,  qızların  sultanlıq  (səltənət) 

rütbələri olmadığından, sikkə qoy Şah Şücanın adına zərb edilsin". 

Onun  bu  sözünə  heç  kəs  etina  etmədi.  Əmir  xan,  Pirə 

Məhəmməd  xan,  Xəlil  xan  və  bütün  əmirlər  dedilər  ki,  İsgəndər 

şanlı  Sultan  Məhəmməd  cənnətməkan  şahın  böyük  oğludur  və  bir 

neçə şahzadənin atasıdır. Elə o saat uca mərtəbəli divan "[Ey Allah,] 

mülk sahibi sənsən, istədiyin kimsəyə mülk verərsən..."

308


 [deyərək] 

onun  səltənət  və  padşahlığı  barədə  qərar  çıxardı.  [Amma]  bəsirət 

gözləri  əzəli  təqdiri  müşahidə  edə  bilməyən  bir  dəstə  dayaz 

düşüncəli  adam  izhar  edib  dedi  ki,  onun  gözləri  zəifdir,  belə  olan 

halda,  Sultan  Məhəmməd,  ləşkər  və  məmləkəti  görə  bilmədən  nə 

təhər  belə  hörmətli  səltənət  işinin  öhdəsindən  gələ  bilər?  Gərək 

padşahlığa  adlı-sanlı  bir  oğlu  təyin  edilsin.  "Bizim  padşahımız 

Sultan  Məhəmməd  padşahdır,  onun  övladları  isə  hələ  kiçik 

olmalarına  baxmayaraq,  inşaallah,  böyük  atalarının  dövlət  kölgəsi 

altında  böyüyüb  boya-başa  çatarlar  və  onların  hansısa  vəliəhd  ola 

bilərsə,  o  həzrətin  izi  ilə  vəliəhd  ola  bilər"  Qızılbaş  əyanlarının 

sözləri müqabilində heç kimin söz demək imkanı olmadı. 

Vəli  Sultan  Şirazda  nəvvab  Sultan  Məhəmməd  Mirzə  ilə 

çox hörmətsiz davranmışdı və bu təkliflə razılaşmadı, lakin heç kim 

onun sözünə qulaq asmadı, o da heç nə sübut eləyə bilmədi. 

Həmin  yığıncaq  iştirakçıları  bir  səslə  dedilər  ki,  "dövlət 

Sultan Məhəmməd padşahın dövlətidir!". Onlar qərara aldıqları hər 

hansı bir işin uğurla nəticələnməsi üçün qızılbaş tayfasının mübarək 

adəti  üzrə  "Allah-Allah"  deməyə  başladılar.  Əmirlər  oradan  çıxıb 

nəvvab xanımın hərəmsarayına yollandılar, ondan bu işə savablı rəy 

verməsini  xahiş  etdilər,  ona  gerçək  vəziyyəti  bildirdilər.  Nəvvab 

xanım  [isə]  özünü  padşah  təsəvvür  edərək  belə  qərara  aldı:  Sultan 

Məhəmməd  Mirzə  gələnə  kimi  şahlıq  onun  adı  ilə  bəzənəcək  və 

nəvvab xanım onun dövlət işlərinə başçılıq edəcəkdir. 

                                                           

308


 İfadənin ərəbcəsi: "...tu-til-mulkə mən-təşa-u". 

 


390 

 

Sultan  Hüseyn  xan  Şamlı  o  saat  ordu  işlərinə  başçılıq 



etmək üçün qalan Əliqulu xanın vəkili Sultan Mahmud adlı oğlunu 

Herata yolladı ki, İsmayıl Mirzənin vəfatı xəbərini çatdırsın və əgər 

hələ  adlı-sanlı  kamkar  şahzadə,  yəni  əlahəzrət  zəlləllah  şahın  dəf 

olunması  xüsusunda  pis  bir  qəziyyə  baş  verməyibsə,  onun  nicat 

xəbərini gətirsin. 

Əmirlər  Sultan  Məhəmmədin  padşahlığı  xüsusunda  bir 

sənəd  yazıb  onu  möhürlədikdən  sonra  o  həzrətin  dayısı  oğlu  olan 

Əlixan  bəy  Mosullunu  Şiraza  göndərdilər.  Ondan  sonra  İsgəndər 

şanlı nəvvabın tərəfdarlarından olan Məhəmmədcan ağanın oğlu Əli 

bəy  Zülqədəri  də  İsmayıl  Mirzənin  vəfatını  və  şahın  (Məhəmməd 

Mirzənin - Ş.F.) hakimiyyətə gəlməsini [Şiraza] çatdırsın. 

Günün  axırında  "At  meydanı"nın  qapıları  açıldı.  Carçılar 

atlandılar.  Tftar  vaxtı  əhaliyə  məlum  oldu  ki,  İsmayıl  Mirzə  vəfat 

etmişdir. 

Ertəsi  gün  nəvvab  xanım,  istər  Sultan  Heydər  tərəfdarı 

kimi, istərsə də başqa səbəbdən həbsdə olan əmir və əyanların azad 

edilmələri  barədə  hökm  verdi.  Məsum  bəy  Kəmunənin  oğlu 

Sədrəddin  xan  və  başqa-başqa  təbəqələrdən  çox  adam  məhbus  idi. 

Bir  neçə  gün  bundan  əvvəl  ishal  xəstəliyindən  ölən  Hüseyn  bəy 

Yüzbaşıdan  başqa,  təbii  ki,  hamını  azad  etdilər.  Nəvvab  xanım 

tərəfindən  anasına  ehtiram  olunan  Mirzə  Məxdum  Şərifi  də  azad 

olundu,  amma  İranda  qalmağın  çətin  olacağını  bildiyindən, 

imamların  məzarının  ziyarəti  məqsədi  ilə  Bağdada  getdi.  O,  orada 

Rum padşahı tərəfindən iltifata layiq görülüb bir neçə il Məkkənin 

qaziül-qüzzatı* oldu. O, bir sıra gizli (xəfi) məzhəbə uyğun hökmlər 

verirdi. Nəhayət, qaçılmaz əcələ giriftar oldu, Məkkədə həyata vida 

etdi.  Amma  çoxları  deyirlər  ki,  o,  imamiyyə  məzhəbi  qaydasınca 

dəfn  olunmasını  vəsiyyət  etmişdi.  O  demişdi  ki,  "mən 

isnaəşəriçiyəm,  amma  bu  müddətdə  dünya  işlərinə  və 

vəzifəpərəstliyə uyub bəzi savabı olmayan işlərə qurşandım". 

Xalqın  çoxu  İsmayıl  Mirzənin  bəd  əməllərindən  incik 

olduğu üçün o qədər də pərişan olmadılar və onun ölümü ilə elə bir 

hadisə  baş  vermədi.  Xidmətçilər,  saray  ağaları  və  yaxın  adamların 

hər  biri  Şiraza  gedib,  padşahın  xidmətində  durmağı  arzu  edir, 

əmirlərin yanına gəlib icazə istəyirdilər. Əmirlər onların xahişlərini 

xanıma (Pərixana  - Ş.F.) ərz edir, icazə verilənlər Şiraza gedirdilər. 

Nəvvab  xanımın  və  əmirlərin  icazəsi  olmadan  heç  kimin  getmək 

ixtiyarı yox idi. 



391 

 

 



SULTAN MƏHƏMMƏD PADŞAH XUDABƏNDƏNİN 

CÜLUSU, İRANIN SƏLTƏNƏTTAXTINAƏYLƏŞMƏSİ VƏ 

ONUN HÖKMRANLIĞI DÖVRÜNDƏ HƏR İL BAŞ VERƏN 

HADİSƏLƏRİN ZİKRİ 

 

Yuxarıda  bəyan  qələm  ilə  yazılmışdı  ki,  İsmayıl  Mirzə 



İsgəndər şanlı nəvvabın və onun övladlarının həbsdə saxlanmasının 

və  heç  kimin  onlarla  görüşə  bilməməsindən  ötrü  Qazi  bəy  adlı 

zülqədər  qorçisini  Şiraza  göndərmişdi.  Həmin  qorçi  nəvvab  mirzə 

ilə çox pis rəftar etmişdi. İsmayıl Mirzənin vəfatı xəbəri bilindikdə 

əzəmətli əmirlər Əlixan bəy Mosullu Türkmanı və Əli bəy Zülqədəri 

Şiraza  rəvan  etdilər.  Şamlı  təbəqəsinin  əmirzadələrindən  olan 

İsgəndər  bəy  Şamlı  icazəsiz  olaraq  Əli  bəy  və  Əmirxan  bəydən 

əvvəl  Şiraza  yollanıb,  gecə-gündüz  məsafə  qət  edərək,  fələklər 

fələyi kimi bir ləhzə də dayanmadan Əli bəydən iki gün əvvəl Şiraza 

çatdı.  O  özünü  qan-tər  içində  İsgəndər  şanlı  nəvvabın  sarayına 

çatdırıb müjdə verdi ki, İsmayıl Mirzə dünyadan köçmüş və haqq öz 

yerini  tapmışdır.  O  vaxt  Qazi  bəy  orada  yox  idi.  İsgəndər  şanlı 

nəvvabın xidmətçiləri çaşqınlıqla hərəmxanaya cumub dedilər ki, bir 

qorçi  gələrək  belə  bir  müjdə  gətirmişdir.  Nəvvab  mirzə,  ya 

himmətinin böyüklüyündən və dünyaya bağlılığının olmamasından, 

ya da ehtiyatlı olduğundan o xəbərə heç bir əhəmiyyət vermədi. O, 

fikirləşdi  ki,  məbadə  İsmayıl  Mirzə  onu  sınamaqdan  ötrü  Şiraza 

adam  göndərmiş ola. Bəlkə də o, qardaşının padşahlıq xəyalı olub-

olmamasını öyrənmək istəyir. 

Xülasə,  Qazi  bəy  Zülqədər  dərhal  saraya  gəlib  İsgəndər 

bəylə danışmağa başladı və onu ölümlə hədələdi. 

İsgəndər bəy dedi: "Burada təəccüblü nə var ki? Dünya heç 

Məhəmməd Rəsulillaha qalmadı, İsmayıl Mirzəyə də qalmaya bilər. 

Sözün  yalanı-doğrusu  üç  günə  bilinər.  Əgər  yalan  demişəmsə,  üç 

gündən sonra mənə istədiyin cəzanı verə bilərsən". 

Sözün  qısası,  bu  xəbərdən  şəhərə  böyük  həyəcan  və 

qarışıqlıq düşdü. Əhali saraya hücum çəkdi.  İsgəndər şanlı nəvvab 

Qazi  bəyə  dedi:  "Sən  belə  xəbər  yay  ki,  guya  bu  adam  ağıldan 

çıxmışdır  və  nə  danışdığını  anlamır.  Onu  həbs  et.  Əgər  bu  xəbər 

doğru  çıxsa,  ilahi  hökmə  əməl  edərik,  əgər  doğru  çıxmasa,  onu 

şiddətli şəkildə cəzalandırarsan". 


392 

 

Qazi  bəy  buna  cürət  etmədisə  də,  o,  Şiraz  əhalisindən 



bəzilərini  və  bu  xəbərə  inanan  zülqədərləri  təhdid  etməyə  başladı. 

Hər saat İsgəndər bəy öz dediyini təsdiq edirdi. Həmin gün başqa bir 

xəbər eşidilmədi. Qazi bəy bu xəbərə tamamilə inandı.  İki gündən 

sonra,  axşamüstü  Əli  bəy  gəlib  düzgün  xəbər  gətirdi  və  nəvvabın 

ayağını  öpməklə  şərəfləndi.  Əli  bəylə  müttəfiq,  Vəli  Sultanla  isə 

ədavətdə  olan  zülqədərlərin  böyük  bir  dəstəsi  elə  o  dəm  gələrək 

nəvvabı  cülus  münasibətilə  təbrik  etdilər.  İsgəndər  bəy  əmirlik 

rütbəsinə  layiq  görülüb  "Xoşxəbərxan  "  ləqəbi  ilə  şərəfləndi. 

Zülqədərlər  dərhal  Qazi  bəy  əleyhinə  sufiyanə  dillə  töhmətə 

başladılar.  İsgəndər  şanlı  nəvvab  buyurdu  ki,  onun  məni  xeyli 

incitməsinə  baxmayaraq,  mənə  olunan  bu  ilahi  inayət  müqabilində 

onu əfv edirəm, çünki o işə yararlı adamdır və öz padşahının əmr və 

işarəsinə görə bizimlə elə rəftar etmişdir. O islafı oluna bilər. 

Beləliklə eşikağasılıq* (eşikağasıgəri) mənsəbi ona verildi, 

bir  neçə  gün  xidmətini  yerinə  yetirdi.  Lakin,  sonradan  Qazi  bəyin 

kobud  rəftarı  və  ədəbsiz  sözlərindən  olduqca  incik  olan Məhdülya 

(Şah Məhəmməd Xudabəndənin arvadı - Ş.F.) dözmədi və onu həbs 

etdilər,  Estəxr  qalasına  yolladılar.  Elə  həmin  qalada  da  həyat 

yüksəkliyindən  ölüm  çökəkliyinə  yuvarlandı,  torpağın  məhbusu 

oldu. 


Ertəsi  gün  Şirazın  bütün  seyidləri,  böyük  rütbəli  şəxsləri, 

əyanları,  həmçinin  zülqədər  ağsaqqalları  saraya  yığışıb  nəvvabın 

ayağını  öpməklə  şərəfləndilər.  Əli  bəyə  Şiraz  əyaləti  və  xan  ləqəbi 

verildi.  Mirzənin  tərəfdarı  və  əzəmətli  seyidlərdən  olan  Şah 

Müzəffərəddin  Əncu  isə  qaziye-əsgər  mənsəbi  ilə  şərəfləndirildi. 

Son  neçə  ildə,  xüsusilə  İsmayıl  Mirzənin  hakimiyyəti  zamanı 

Şirazda  ləyaqətlə  vəzir  və  mütəssəddi  vəzifələrində  olmuş  Mirzə 

Əhməd  Kufraniyə  şərafətli  sərkarlıq  ali  mənsəbi  verildi.  Nəvvabın 

ali  sərkarlıq*  vəzifəsi  bisaman  olduğundan  adı  çəkilən  Əlixan  və 

cənab  Mirzə  Əhməd  Küfrani  şah  sərkarının  zəruri  xərclərini 

özlərinin,  zülqədər  tayfasının  və  ölkənin  divan  vergiləri  hesabına 

müəyyənləşdirdilər. 

Yüzbaşılar**, eşikağasılar, xidmətçilər, türk və taciklər hər 

gün  Qəzvin  darüssəltənəsindən  dəstə-dəstə  adam  gəlir  və  şah 

tərəfindən  nəvazişə  layiq  görülürdülər.  Vəli  Sultan  və  zülqədər 

ağalarının  çəkişməsi  zamanı  zülqədərlərlə  müttəfiq  olan  Şiraz 

müstovfisi  Mir  Qəvaməddin  Hüseyn  vaxtı  ilə  Vəli  Sultanın 

Qəzvində  İsmayıl  Mirzəyə  ondan  şikayətlənməsinə  görə  həbs 



393 

 

edilmişdi  və  indi  həbsdən  xilas  olub,  Şiraza  gəldi,  İsgəndər  şanlı 



nəvvabın  möhtərəm  hərəmi  Məhdülya  Fəxrənnisa  bəyimin  vəziri 

oldu. Beləliklə, Məhdülya dövlət işlərinin nizamlanmasına başladı. 

Onun  əmri  və  işarəsi  olmadan  heç  bir  işə  əncam  olunmurdu. 

İsgəndər şanlı nəvvab ona çox ehtiram edirdi. 

Nəvvab Məhdülya Estəxr qalasında məhbus olan və özünə 

yaxın  qohumluğu  çatan  Gilan  valisi  Xan  Əhməd  xanın  azadlığa 

buraxılmasını ondan xahiş etdi, İsgəndər şanlı nəvvab Məhdülyanın 

sözünü  yerə  salmayıb  Xan  Əhməd  xanı  qaladan  çıxararaq  çox 

hörmət etdi, Gilanı yenidən ona verəcəyini vəd etdi. 

Həmçinin cənnətməkan şah [vaxtı ilə] Şahrux bəy Tatıoğlu 

Zülqədəri  İsmayıl Mirzənin övliyası (burada  "yaxın adam"ı  - Ş.F.) 

olduğu səbəbindən həbs edib qalaya salmışdı. İsmayıl Mirzə isə öz 

hakimiyyəti zamanı onu özünün  və ali divanın  vəkilliyinə namizəd 

etmiş və hər gün onu qaladan buraxdıracağını vəd edirdisə də buna 

əməl  etmirdi.  İsgəndər  şanlı  nəvvab  isə  Şahrux  bəyi  həbsdən  azad 

edərək ona əyalət və xan rütbəsi verdi, dövlətin möhrdarı vəzifəsini 

ona tapşırdı. Elə o əsnada da vəzir Mirzə Salman gəldi. O, əvvəlcə 

Əliqulu xanın yanına getdi, onun vasitəsi ilə dost olduğu nazir cənab 

Mirzə Əhmədin köməyi ilə nəvvabın və Məhdülyanın yanında oldu. 

Görüş  zamanı  o  Qəzvin  hadisələri,  nəvvab  Pərixan  xanımın 

davranışı,  əmirlərin  itaəti  barədə  dövlətxah  sözlər  ərz  etdi, 

qiymətləndirildi  və  elə  həmin  məclisdə  şahın  hökmü  ilə  divan 

vəzarətində vəzir və etimadüddövlə oldu. 

Qəzvində  baş  verən  hadisələr  barədə:  Nəvvab  Pərixan 

xanım  cah-calalla  kamiranlıq  taxtına  sahib  olaraq  bütün  işləri  öz 

əlinə  aldığı  zaman  alişan  əmirlər  onun  fərmanına  boyun  əyib,  hər 

gün  onun  görüşünə  gəlirdilər.  Onlar  qərara  aldılar  ki,  Pərixan 

xanımın tərəfdarı kimi hər oymaqdan bir nəfər ağsaqqal və etimadlı 

şəxs  seçilsin  ki,  tayfa  üzvləri  onların  sözündən  çıxmasınlar. 

Türkman tayfasından Əmir xan, ustaclulardan Pirə Məhəmməd xan, 

şamlılardan  Durmuş  xanın  nəvəsi  Sultanhüseyn  xan,  təkəlilərdən 

Müseyib  xan  Şərəfəddinoğlu,  əfşarlardan  qorçibaşı  Qulu  bəy, 

zülqədərlərdən  ali  divanın  və  ali  qəsrin  möhrdarı  [başda]  olmaqla 

bütün oymaqların ağsaqqalları müəyyən edildi. 

Bütün  zəruri  işləri  nəvvab  xanımın  dayısı  Şamxal  Sultan 

Çərkəs ərz edirdi və o, nə əmr etsəydi yerinə yetirirdilər. Belə qərara 

alındı ki, ali əmrə görə Şiraza rəvan olan adamlardan başqa daha heç 

kim icazəsiz yola düşməsin. 



394 

 

Şahın  zəfərli  dəstəsi  Qəzvinə  çatanda  bütün  əzəmətli 



əmirlər xanımın tapşırığı ilə onu qarşılayıb, ayağı altındakı toıpağı 

öpmək səadətinə yetişdilər. 

Bir neçə gündən sonra, xanıma və Şamxala çox da etimad 

bəsləməyən  Mirzə  Salman  öz  işini  belə  qurmağı  qərara  aldı:  O, 

Qəzvindən  çıxaraq  özünü  padşahın  müqəddəs  qoşununa  çatdırdı. 

Şirin dili ilə Əmir xanı razı salıb, hərəmxana pəncərəsinin arxasında 

dayandı,  məhrəm  adamların  vasitəsilə  ülyahəzrətə  çatdırdılar  ki, 

Mirzə  Salmanın  təcili  Şiraza  getməsi  məsləhətdir  ki,  məiyyət 

arasında olsun, əks halda biganə adamlar şahın fikrini başqa səmtə 

çevirərlər,  alişan  qardaş  və  mehriban  bacı  arasında  fitnə-fəsad 

salarlar. 

Özünün  razılığı  olmadan  şah  ilə  ordu  arasında  başqa  bir 

iqdamın  ola  biləcəyini  ehtimal  etməyən  nəvvab  xanım  özlüyündə 

onun  sözlərinin  həqiqət  olduğunu  götür-qoy  edib  Mirzə  Salmanın 

yola  düşməsinə  icazə  verdi.  O,  elə  həmin  ləhzə  hərəmxanadan 

çıxaraq  Şiraz  yoluna  düşdü,  gizli  yolla  rəvan  oldu.  Ertəsi  gün, 

əmirlər  özlərinin  istəmədikləri  üçün  Mirzə  Salmanın  Şiraza 

getdiyindən  xəbərdar  oldular.  Şamxal  Sultan  adam  yollayaraq  onu 

geri qaytarmaq istədi. Amma Əmir xan buna mane oldu. 

Mirzə  Salman  isə  gecə-gündüz  hərəkət  edib,  hümayn  şah 

məiyyəti Şirazı tərk etməzdən əvvəl oraya çatdı, yuxarıda yazıldığı 

kimi,  görüş  şərəfi  ilə  müşərrəf  oldu.  O,  bilirdi  ki,  İsgəndər  şanlı 

nəvvabın  xanımı  olan  Məryəm  şanlı  Məhdülya  mütləq  ixtiyar 

sahibidir,  dövlət  adamları  və  mənsəbpərəstlər  ondan  asılıdırlar. 

Buna görə də, onun rəğbətini qazanmaqdan ötrü Qəzvində baş verən 

hadisələr,  nəvvab  xanımın  (Pərixanın  -  Ş.F.)  əzəmət  və  qüdrəti, 

həmçinin  qızılbaş  əyanlarının  ona  bağlılığı  barədə  Məhdülyaya  öz 

bildiklərini  ərz  etdi.  Beləliklə,  o,  İsgəndər  şanlı  nəvvabı  və 

Məhdülyanı  inandırdı  ki,  nəvvab  [Pərixan]  xanım  bütün  dövlət 

işlərini  öz  əlində  cəmləndirdiyi  bir  halda  nəvvab  əşrəfin 

(Məhəmməd  Xüdabəndənin  -  Ş.F.)  özü  yox,  yalnız  adı  padşah 

olacaqdır  və  Məhdülya  da  başqa  hərəmlər  kimi  hərəmxanada 

yaşayacaqdır. 

Belə  qərara  aldılar  ki,  nəvvab  xanımın  qüdrətini  əlindən 

alsınlar  və  onu  ixtiyarsız  etsinlər.  Bu  qərar  hamının  xoşuna  gəldi, 

nəvvab  xanımı  aradan  götürmək  barədə  fikirləşməyə  başladılar. 

Qəzvindən  gələn hər kəsdən onun barədə sorğu-sual edir,  məlumat 

yığırdılar. Nəhayət nəvvab xanımın dəf olunması fikri İskəndər şanlı 



395 

 

nəvvab və Məhdülya tərəfindən qətiləşdi, yoxsa o da İsmayıl Mirzə 



kimi  hərəkət  edə  bilərdi.  Onlar  həm  də  Pərixan  xanımın  İsmayıl 

Mirzəyə  qarşı  məkr  işlətməsindən  şübhələnirdilər  və  bu  şübhədə 

əsas vardı. 

Mirzə  Salman  səltənət  işlərinin  məsuliyyətini  öz  üzərınə 

götürdü, hörməti gün-gündən artdı. 

Bir  sözlə,  Şirazda  bir  aya  qədər  qaldıqdan  sonra  İsfahan 

darüssəltənəsinə tərəf yollandılar. 

Onlar  həmin  cənnətməkan  yerə  çatdıqları  zaman 

isfahanlılar 

qonaqları 

hədiyyələrlə 

qarşıladılar, 

ehtiramla 

xidmətlərində durdular. Həmin darüssəltənə nəvvab Həmzə Mirzəyə 

verildi  və  İsfahanın  daruğəliyi  nəvvab  şahzadə  tərəfindən 

Məhdülyanın  qardaşı  oğlu  Əmir  Hüseyn  xan  Mazandaraniyə 

tapşırddı.  Oradan  çıxıb,  üç  gün  Kaşanda  dayandılar,  Kaşandan  isə 

möminlər  şəhəri  Quma  gəldilər  və  orada  İsgəndər  şanlı  nəvvabın 

anası  Sultanım  ilə  görüşdülər.  Sultanım  igid  və  adlı-sanlı  oğlu 

İsmayıl  Mirzənin  vəfatından  və  Sultan-hüseyn  Mirzənin  başına 

gələn hadisəyə görə təziyə saxlayırdı, kədər içərisindəydi, amma ən 

böyük oğlu olan qiymətli İsgəndər şanlı nəvvab ilə uzun vaxt uzağda 

yaşadığı  və  əziz  nəvələrini  görə  bilmədiyi  üçün  indiki  görüşdən 

sevindi və onun qəm-kədəri şadlıqla əvəz olundu. 

Hüseynqulu  Sultan  Eşikağasıbaşı  onların  görüşünə  gəldi, 

qədəm basdıqları torpağı öpmək səadəti ilə şərəfləndi. 

Qəzvin  darüssəltənəsində  əzəmətli  əmirlərə  belə  xəbər 

çatdırdılar  ki,  nəvvab  xanımın  iqtidarı  və  onun  əmrlərlə  ittifaqa 

girməsindən [Şah Məhəmməd Xudabəndənin] və Məhdülyanın xoşu 

gəlməmişdir.  Əmir  xan,  Pirə  Məhəmməd  xan,  Xəlil  xan,  qorçibaşı 

və başqa alişan əmirlər və xanların hər biri öz oğlanları, qohumları 

və oymaqlarındakı adlı-sanlı adamlarını onların qarşısına yolladılar. 

İş  o  yerə  çatdı  ki,  əmirlər  və  əyanlar  nəvvab  xanımın  icazəsi 

olmadan  ayrı-ayrılıqda  istiqbala  getdilər.  Qumda  dayandıqları  bir 

neçə gün ərzində əmir və əyanların əksəriyyəti görüşə gəldi. Nəvvab 

Pərixan xanımın  vəkilləri də özlərinə qarşı iltifatsızlıq qoxusu hiss 

etdilər.  Şamxal  Sultan  və  adamları  bir  az  pərişanlandılar.  Xülasə, 

şahlığın  zəfərli  bayrağı  möminlər  diyarı  Qumdan  ölkə  paytaxtına 

tərəf hərəkət etdi. Savədən keçib Xoşkruda çatdıqda, Qəzvində qalıb 

nəvvab xanımı istiqbal etmək əmri alan Əmir xan, Pirə Məhəmməd 

xan, Xəlil xan, qorçibaşı, Məhəmmədi xan Toxmaq və başqaları öz 

qərarlarının əksinə gedəcək bu qərara gəldilər ki, onların hər biri öz 



396 

 

adamları ilə birlikdə nəvvab xanımın müşayiətində getməyib, hərəsi 



öz adamları ələ birlikdə [şahı] qarşılamağa getsinlər. Onların bəzisi 

icazə  alaraq,  bəzisi  isə  icazəsiz  yola  düşüb  Xoşkrud  yaxınlığında 

şahın xidmətinə yetmək səadətinə yetişdilər. 

O  vaxt  Şamxal  Sultanının,  çərkəslərin  və  xanımın 

adamlarının  yaraqlanıb  xanımın  evində  toplaşmaları  və  başlarında 

üsyan  və  fitnə-fəsad  sədası  olması  barədə  xəbər  eşidildi.  İsmayıl 

Mirzənin  yaxınlarından  biri  olan  Əmiraslan  xan  Ərəşli  Şamlıya 

Qəzvin darüssəltənəsi yaxınlığında durub Şamxal Sultam dəf etmək 

tapşırılmış və o bu işi görməyə boyun olmuşdu. 

Şah  tərəfindən  Şamxal  Sultana  onun  ləqəbləri  (əlqab) 

göstərilməklə bu məzmunda bir məktub yazıldı: "Hələ cənnətməkan 

şahın  vaxtında  bir  neçə  il  onun  ülkası  olan  Şəki  əyaləti  və  oranın 

bütün  var-yoxu  Şamxala  Sultana  verilmiş  və  o  həmişə  oranın 

arzusunda olmuşdur. Buna görə də biz [Şəkini] ona veririk. Münasib 

bir  vaxt  olduğuna  görə  öz  adamları  ilə  şəhərdən  çıxsın,  ordusunu 

şəhərin  xaricində  qoysun,  mən  dövlətxanaya  gəldiyim  zaman  o, 

mənim  xidmətimə  gəlmək,  ayağımı  öpməklə  (paybus)  şərəflənsin, 

sonra  [Şəkiyə]  rəvan  olsun".  Şamxal  Sultanla  dost  və  əlbir  olan 

Əmiraslan  xan  şəhərə  gəlib  şahın  məktubunu  ona  verdi  və  ona 

atlanmasını təklif etdi. 

Şamxal Sultan bu təklifin şəfqət üzündən edilmədiyini bilsə 

də,  başqa  bir  qərara  gələ  bilməyərək,  Şəkiyə  getmək  və  özünü  bir 

küncə  verib  şadyanalıq  etmək  niyyəti  ilə  istər-istəməz  Əmiraslan 

xanla  birlikdə  ata  suvar  olub,  şəhərdən  bir  fərsəx  aralıda  olan 

Şəntənə çatdı. Zilhiccə ayı

309


 başlayan  ertəsi  gün şahlığın hümayun 

ordusu  Qəzvinin  bir  fərsəxliyində  olan  Birə  Sufiyan  adlı  yerdə 

dayandı.  Nəvvab  Pərixan  xanım  zər-ziba  ilə  işlənmiş  kəcavənin 

üstündə  əyləşmişdi.  Xanımın  dörd-beş  yüz  nəfərədək  olan 

hərəmxana  qorçiləri  və  xüsusi  mülazimləri  kəcavəni  çiyinlərinə 

götürüb  ali  orduya  gətirdilər.  Elə  ki,  hərəmxanaya  çatdılar,  saray 

xacələri xidmət mərasiminə başladılar. Hərəmxanada əziz qardaşı və 

adlı-sanlı şahzadələrlə görüşdü. Cənnətməkan şahın və qardaşlarının 

təziyə  mərasimindən  sonra  İsmayıl  Mirzə  və  onun  bəyənilməz 

hərəkətləri,  amansızlıqları  barədə  söhbət  başlandı.  Bəzi  saray 

xacələri  deyirlər  ki,  nəvvab  Məhdülya  ədəb  üzündən  nəvvab 

                                                           

309

 Zilhiccə ayı -  hicri qəməri ilin on ikinci ayı (Bax: N.Səqəfi. Göst. lüğət, c.  I, səh. 



796). 

397 

 

[Pərixan]  xanımın  əlini  öpdü,  amma  nəvvab  xanım  özünün 



qəribəliyi  və  qüruru  üzündən  nəvvab  Məhdülyaya  lazimi  diqqət 

yetirmədi. Xülasə, ud (öküz) ilindən on bir ay keçən zilhiccə ayının 

üçündə seşənbə günü (12 fevral) Qəzvin münəccimi Mövlana Əfzəl 

xan  xoş  bir  saat  müəyyən  etdi,  İsgəndər  şanlı  nəvvab  və  aliməkan 

şahzadə birlikdə atlanıb, həmin yerdən  mübarək dövlətxanaya tərəf 

yola  düşdülər.  Bütün  əhali  dəstələnib,  qoşun-qoşun  onları 

qarşılamağa  çıxdı.  Birə  Sufiyandan  hümayun  dövlətxananın 

qapısınadək  adamlar  səf-səf  dayanıb  dua  oxumağa  başladılar. 

İsgəndər  şanlı  nəvvab  şadyanalıqla  hümayun  dövlətxanaya  daxil 

oldu, günəş kimi izzət  və iqbal  taxtına əyləşdi. Cənnətməkan şahın 

pak  qızları  və  zövcələri,  habelə  hərəmxananın  başqa  xidmətçiləri 

ona təzim etmək şərəfinə nail oldular. 

Nəvvab  xanımın  əhvalı  barədə:  İsgəndər  şanlı  nəvvab 

mübarək  dövlətxanaya  tərəf  yola  düşərkən  hökm  etmişdi  ki, 

cənnətməkan  şahın  dövründə  bir  neçə  vaxt  cənab  xanımın  lələsi 

olmuş Xəlil xan Əfşar gərək xanımı aparıb öz evində saxlasın. 

İsgəndər şanlı şah və dövləti idarə edən nəvvab

310


 [Pərixan 

xanım]  ata  süvar  olduqdan  sonra  əzəmətli  qorçilər  əmrə  müvafiq 

olaraq  nəvvab  xanımın  kəcavəsini  çiyinlərinə  götürdülər.  Nəvvab 

Məhdülya  və  səltənətin  başqa  zadəgan  xanımları  da  atlanıb 

kəcavənin dalınca hərəkət etdilər. Mübarək dövlətxananın qapısına 

çatdıqda,  şəhərdən  istiqbala  gələn  izdihamın  çoxluğundan  giriş 

qapısının  yolunun  bağlı  olduğunu  gördülər.  Nəvvab  xanımın  qorçi 

və  mülazimləri  xanımın  işarəsi  ilə  kəcavəni  onun  evinə  tərəf 

aparmağı  başladılar  və  evin  içindən  keçirib  hərəmxana  bağçasına 

çatdırdılar.  Çatdıqları  zaman  Xəlil  xanın  mülazimləri  ona  hücum 

edib, kəcavəni xanın evinə apardılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin