AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


İSMAYIL MİRZƏNİN İRAN SƏLTƏNƏTİNDƏ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə33/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

İSMAYIL MİRZƏNİN İRAN SƏLTƏNƏTİNDƏ 

TAXTACÜLUS ETMƏYİ VƏ ONÜN ŞAHLIĞI  

ZAMANI BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ 

 

Yuxarıda  yazılmışdı ki,  İsmayıl Mirzə cənnətməkan şahın 



böyük oğlu və İsgəndər şanlı nəvvabın [Məhəmməd Xodabəndənin - 

Ş.F.] doğma qardaşı idi. 



352 

 

Cənnətməkan  şahın  xoşuna  gəlməyən  cəhd  oğlundakı 



divanəxislət  qızılbaşlarla  (divanəxər)  həmsöhbət  (müsahib)  olması 

idi  və cavanlığın əlaməti olan bəzi pis hərəkətlərə  görə [əlahəzrət] 

onun  daha  humayun  orduda  saxlanmasını  məsləhət  bilmədi, 

İsgəndər  şanlı  nəvvabı  Herat  darülssəltənəsindən  geri  çağırıb 

İsmayıl Mirzəni onun əvəzinə Xorasana hakim təyin etdi. Fərman ilə 

Məhəmməd  xan  Şərəfədinoğlu  Təkəli  mirzəyə  lələ  oldu.  Onun 

(Məhəmməd  Xodabəndənin  -  Ş.F.)  Xorasandakı  rəftarı  da  şahın 

xoşuna  gəlmədi  və  o,  təkəli  tayfasına  qarşı  etimadını  bir  qədər 

azaltdı.  [Yeni]  əmr  ilə  İsgəndər  şanlı  nəvvabı  [yenə]  Herata 

göndərib,  İsmayıl Mirzəni geri çağırdı. Ona şah ilə görüş şərəfi də 

verilmədi,  ali  əmrə  müvafiq  olaraq  Sevindik  bəy  Qorçibaşı  onu 

Qəzvinin yaxınlığından keçirib Qəhqəhə qalasına apardı və bir neçə 

ildən  bir  dəyişilən  qala  hakimləri  şahzadənin  təhlükəsizliyini 

qorumaqla  məşğul  oldular.  İsmayıl  Mirzə  bu  minvalla  qalada  on 

doqquz  il,  altı  ay,  iyirmi  bir  gün  qaldı.  Bu  hadisələr  baş  verən 

vaxtlarda  qalanın  hakimi  Xəlifə  Ənsar  Qaradağlı  idi.  Onun 

yanındakı  qorçilərin  sayı  da  o  zaman  səkkiz  nəfərdən  çox  deyildi. 

Onlar  cənnətməkan  şahın  əmri  ilə  şahzadəni  qorumaqla  məşğul 

idilər ki, atasının vəfatı və Sultan Heydər Mirzənin qətli xəbəri gəlib 

ona  çatdı.  Təsadüfən  Xəlifə  Ənsar  qaladan  çıxıb  ova  getmişdi. 

İsmayıl Mirzənin Xəlifə Ənsara etimadı olmadığından və onu Sultan 

Heydər tərəfdarı güman etdiyindən, Sultan Heydərin qətlinin doğru 

olub-olmadığını  bilmir,  xəbərin  yalan  olduğunu  ehtimal  edirdi.  O, 

qorçilərlə  birləşib  Xəlifənin  qalada  olan  iyirmi  nəfərədək 

mülaziminin  hər  birini  bir  bəhanə  ilə  çağırıb  həbs  etdi.  Qalanın 

bütün giriş-çıxış qapılarını bağladı  və o əsnada baş  verən hadisələr 

barədə düzgün məlumat [nəhayət] gəlib çatdı. Ona yaxın adamlar bir 

yerə  toplandı.  Ovda  bu  xəbəri  eşidən  Xəlifə  Ənsar  Sultan  Heydər 

qəziyyəsinin  artıq  həyata  keçdiyini  bilib  qalaya  gəldi,  qapını  bağlı 

gördü.  Nə  qədər  ağlayıb-sızladısa  da,  öz  mütiliyini  izhar  etdisə  də 

bunun bir faydası olmadı və üç gün qalaya kimsənin gəlməyinə izn 

verilmədi. Nəhayət, ordu əhlindən və Azərbaycan əhalisindən ibarət 

çoxlu adam qala ayağına yetişdikdə və Sultan Heydərin qətl hadisəsi 

məlum  olan  kimi  qapı  açıldı  və  əhali  ona  səcdə  etməklə 

şərəfləndilər. Ustaclı tayfasından da bir dəstə adam gəlmişdi. Sultan 

Heydər Mirzənin müsahlərindən olan bir kişini və İsmayıl Mirzənin 

qiyabi tanıdığı bir neçə nəfəri qalada qətl etdilər. Bunu görən ustaclı 


353 

 

tayfasının  digər  nümayəndələri  təşvişə  düşərək  özlərini  Ərdəbil 



darülirşadına atdılar və sultanül-övliya məqbərəsində gizləndilər. 

Xülasə, Qəzvindən onu aparmaq üçün gələn Heydər Sultan 

Çabuqun qalaya çatmasından  və orada  çoxlu əsgər toplanmasından 

sonra  İsmayıl  Mirzə  özünün  təyin  etdiyi  vaxtda  qaladan  çıxıb 

Heydər  Sultanın  xeyməsinə  gəldi.  Hər  gün  onun  yanına  adamlar 

gəlib  səcdə  etmək  və  onun  ayağını  öpməklə  müşərrəf  olurdular. 

Qaradağlılar  Xəlifə  Ənsarı  öldürmək  istədikdə  o,  özünü  İsmayıl 

Mirzəyə  çatdırıb  ərz  etdi:  "Mən  təmamilə  təqsirkaram  və 

cəzalanmağa layiqəm. Əgər o, mənim qətlimi istəyirsə qoy əmr etsin 

və  onun  mülazimləri  bu  işi  yerinə  yetirsinlər.  Yox,  əgər  mənim 

qüsurumun üzərindən əfv qələmi çəkmək istəsə, mənə elə diqqət və 

iltifat göstərsinlər ki, xəcalətdən çıxa bilim". 

İsmayıl  Mirzə  əmr  etdi:  "Mən  əhd  etmişəm  ki,  əgər

 

düşmənlərin  əsarətindən  xilas  ola  bilərsəm  və  rüzigar  mənim 



kamıma  münasib  olarsa,  heç  kəslə  intiqam  məqamında  olmayım. 

Sən xidmətkarlıq və nökərlik şərtinə və vəlinemətin mənim həbsim 

barədə əmrinə əməl etdiyin üçün mənim dediklərimə əməl etmirdin. 

Yaxşı  nökər  elə  belə  də  olmalıdır  və  ona  tapşırılan  xidməti  yerinə 

yetirərkən  heç  kimə,  hətta  mənim  kimi  bir  fərzəndə  hörmət 

etməməlidir".  O,  Xəlifə  Ənsarın  əmirlər  silkinə  daxil  edilməsi 

barədə  hökm  verdi  və  xəlifə  bu  məsələdən  sağ-salamat  yaxa 

qurtardı, qaradağlıların onu qətl etmək qərarı yerinə yetmədi. 

Xülasə,  nəvvab  İsmayıl  Mirzə  üç  gündən  sonra  qaladan 

çıxdı,  yavaş-yavaş  yol  qət  edərək  Ərdəbil  darülirşadına  çatdı, 

müqəddəs  məqbərəni  ziyarət  etmək  şərəfinə  yetişli.  Oradan  da 

mənzil-mənzil yol keçərək Zəncan çəmənliyinə gəldi. Burada Sultan 

İbrahim Mirzə, Mirzə Süleyman Nazir və cənnətməkan şahın əksər 

xidmətçiləri hərəm, divanxana  və şahlıq avadanlığından ibarət olan 

xeymə qurub, onun başı üzərində zərnigar şahlıq çətiri tutdular. O, 

tam əzəmət və şövkətlə orduya gəlib dövlətxanada nüzül etdi. Sultan 

İbrahim  Mirzə  mülazimət  şərəfinə  yetib,  taxta  səcdə  və  "mübarək 

olsun" sözlərini təqdim etdi. İsmayıl Mirzə onu qucaqladı, mehriban 

sözlər dedi,  "qardaş" ("bəradər") adlandırıb öz  məclisinin dostu və 

daimi müsahibi etdi. 

Adı  çəkilən  məkanda  Pirə  Məhəmməd  xan  Ustaclı  da 

Gilandan  gəlib,  İmamqulu  Mirzəni  gətirdi  ki,  bundan  əvvəl  bu 

barədə məlumat vermişdik. Murad xan Ustaclı Sultan Heydərin qatı 

tərəfdarlarından idi. Cənnətməkan şah xəstəlikdən sağalandan sonra 



354 

 

onu  Kəcur  qalasını  tutmağa  göndərmişdi.  O,  hələ  qalanın  ətəyində 



idi  ki,  cənnətməkan  şahın  qəziyyəsi  və  Sultan  Heydər  Mirzənin 

şəhid olması [xəbəri] eşidildi. Murad xan Kəcurdan Lahicana gedib 

Pirə Məhəmməd xan Ustaclıya birləşdi. Pirə Məhəmməd xan ustacı 

əmirləri  arasında  İsmayıl  Mirzənin  dostu  kimi  tanınırdı.  Çünki 

cənnətməkan  şahın  onu  bəzi  əmirlərlə  xəzinələri  gətirmək  və 

İsmayıl Mirzənin xəzinə pulunu necə xərcləməsini araşdırmaq üçün 

qalaya göndərdiyi il bütün əmirlər şahzadəyə cənnətməkan şahın xoş 

sözlərini çatdırmaq əvəzinə onunla pis rəftar etmişdilər, amma Pirə 

Məhəmməd xan ədəblə danışmışdı. Buna görə də xalq arasında belə 

xəbər yayılmışdı ki, onunla şahzadə arasında əhd-peyman yaranmış 

və  o,  öz  qızını  ona  vermişdi.  Cənnətməkan  şaha  sədaqətli  olan 

adamlar və sufilər İsmayıl Mirzə ilə dostluq etməsinə görə ona tənə 

edirdilər. 

Onların Lahicanda bir-birilə birləşmələri xəbəri şahzadənin 

qulağına  çatanda,  baxmayaraq  ki,  o  Pirə  Məhəmməd  xanı  öz 

xeyirxahı kimi tanıyırdı, ondan soyudu və narahat oldu. Düşündü ki

məbadə  Murad  xan  onu  sədaqət  yolundan  çıxarıb,  İmamqulu 

Mirzəni də özü ilə götürərək, möhkəm bir yer olan Gilana gedər və 

orada  qalar,  beləliklə  də  ustaclı  tayfası  oranı  tutub  üsyan  bayrağı 

qaldırar.  O,  dəftərxana  daruğəsi  olan  Əlixan  bəy  Türkmanı  Pirə 

Məhəmməd  xan  Ustaclının  yanına  göndərib,  bildirdi  ki,  bizim 

aramızda qalada etdiyimiz əhd-peyman qalmaqda davam edir, buna 

görə  də  ustaclı  tayfası  xüsusunda  nə  kimi  təvəqqe  etmiş  olarsa 

yerinə yetiriləcəkdir. Amma, Murad xan fitnə-fəsada bais olmuş və 

qızılbaşlar arasında iki tirəlik salmışdır, buna görə də onun gözlərini 

çıxarıb  qardaşım  İmamqulu  Mirzəni  də  götürsün  və  mənim 

hümayun hüzuruma gəlsin. 

Əlixan bəy  Gilana çatan kimi Pirə Məhəmməd xan dərhal 

ali  əmrə  əməl  edib,  "Baş  üstə,  göz  üstə"

289


  dedi.  Əlixan  bəy  ona 

verilmiş  əmri  yerinə  yetirib  geri  qayıtdı.  Pirə  Məhəmməd  xan  da 

şahzadənin  hüzuruna  doğru  yollanıb  Zəncan  çəmənliyində  onun 

mülazimliyinə yetmək səadətinə çatdı, cürbəcür şahanə hədiyyələrə 

layiq görüldü. 

İsmayıl  Mirzə  İmamqulu  Mirzəni  "fərzənd"  adlandırıb 

qucaqladı və oradan çıxaraq ucalıq, əzəmət  və kamranlıqla mənzil-

                                                           

289

 İfadənin ərəbcəsi: "Bi-r-rəs və-l-eyn"  



355 

 

mənzil  məsafə  keçdi  və  rəbiül-əvvəl  ayının  on  altısında  (13  iyun) 



pəncəşənbə günü Qəzvin yaxınlığına gəlib çatdı. 

Şəhərdə  olan  şahzadələr,  Hüseynqulu  Xüləfa  və  əzəmətli 

əmirlər  onun  xidmətinə  yetmək  səadətinə  yetişdilər.  İsmayıl  Mirzə 

saatın  müvafiq  və  xoş  olub-olmadığının  öyrənilməsi  üçün  şəhərə 

girməyib  onun  şimal  səmtində  dayandı.  Orada  heç  kim  tərəfindən 

tanınmamasından  ötrü  çobanlar  kimi  əyninə  kətan  paltar,  başına 

kətan  papaq  qoymuş  Hüseyn  bəyi  [hüzura]  gətirdilər.  Hamı  hər 

tərəfdən  onu  lənətləyir,  ona  bıçaq,  qılınc  və  xəncər  uzadırdı,  lakin 

mühafizlər bu işə mane olurdular. O, İsmayıl Mirzənin ali nəzərinə 

yetişərkən  təzim  etdi,  üzünü  vaxtın  tələbi  ilə  bütün  məclis  əhlinə 

tutub  dedi:  "Sübhanallah!  Bu  qədər  adamın  içərisində  günahkar 

təkcə biz imişik!" 



İsmayıl  Mirzə  buyurdu:  "Sultan  Heydər  xüsusunda  başqa 

adamlar  səndən  çox  canfəşanlıq  etmişlər,  [amma]  hamının  kasası 

sənin başında sındı". 

Hüseyn bəy dedi: "Ey padşah! Bütün aləm Sultan Heydərçi 

idi, amma sənin iqbalın daha yüksək oldu, Allah-təalanın məsləhəti 

belə  imiş.  Son  əgər  intiqam  almaq  meylinə  düşsən,  gərək  bütün 

aləmi qətl edəsən". 

İsmayıl Mirzə  əvvəlcə onun fikrini təsdiq etdi  və bununla 

da onun qətli bir qədər təxirə salındı. Hüseyn bəyi məclisə aparıb ali 

divanın  qorçilərinə  tapşırdılar.  Onun  cəzalandırılmasını  istəyən 

məclis əhli, xüsusilə Xüləfa şahzadənin bu sözlərini eşidib susdular. 

Ertəsi  gün  cənnətməkan  şahın  saldığı  İrəm  bağına  bənzər 

Səadətabad bağına  gələn şahzadə oranı seyr etdi. Özünün məsləhət 

bildiyi  saatda  da  heç  mübarək  dövlətxanaya  girmədi,  bir  neçə  gün 

Hüseynqulu  Xüləfanın  evində  qalmağı  qərara  alıb,  bağdan  onun 

mənzilinə getdi.  Orada Sultan Mustafa Mirzə  və  Hacı Veys Sultan 

Bayat  gəlib  onun  ayağını  öpməklə  şərəfləndilər.  İsmayıl  Mirzə 

şahzadənin  üzündən  öpərək,  ona  qardaşları  arasında  əyləşməsi 

əmrini verdi, şahzadə də əyləşdi. Qardaşlardan heç biri ona [Sultan 

Mustafaya]  təzim  etmədi  və  o  özü  gəlib  yaşca  ondan  böyük  olan 

Sultan  Süleyman  Mirzədən  aşağıda  əyləşdi.  İsmayıl  Mirzə 

qardaşlarına  nəsihət  verməyə  başlayaraq,  onlara  dil  mehribanlığı 

göstərib dedi: 

-  Əgər  siz  mənimlə  məhəbbət  və  düzgünlük  məqamında 

olsanız, mən, inşaallah sizinlə elə rəftar edərəm ki, indiyidək heç bir 

padşah qardaşları ilə elə rəftar etməmişdir. 


356 

 

Amma, ürəyinin onun dilindən xəbəri yox idi, fikrində icə 



onların edam olunmasından başqa heç nə tutmamışdı. Nəticə etibarı 

ilə  fikrində  tutduğu  niyytinə  əməl  etdi  ki,  bu  haqda  vaxtı  çatanda 

yazılacaqdır. 

Hüseyn  bəyin  Fətulla  bəy,  Şahqulu  bəy,  Nədrəli  bəy  və 

Şahverdi bəy adlı qardaşlarını gətirib, onları ustaclı əmirləri silkinə 

mənsub olan Murad xan Kəngərliyə tapşırdılar. O, özünün etibarını 

qaldırmaq üçün onların dördünü də Xüləfanin evində qətl etdi. Belə 

qərara  alınmışdı  ki,  hər  gün  bir  [günahkar]  şəxsi  onun  mənsub 

olmadığı  tayfaya  tapşırıb  saxlasınlar,  amma  öz  tayfasına  tapşırılan 

hər kəsi dərhal qətl etsinlər. 

On dörd gün Xüləfanin evində qaldı. Əmirlərin əksəriyyəti, 

isə razılığa əsasən, nəvvab Pərixan xanımın evində mülazim oldular. 

Onlar  bunu  padşahın  onlara  etibarının  artması  kimi  qəbul  edirdilər. 

Xanımım  vəkilləri  onun  yanında  cənnətməkan  şahın  vaxtında 

olduğundan  da  çox  təmtəraq  görür,  keşikçilər  və  mülazimlər 

sultanlar kimi sarayın nizam-intizamına göz yetirirdilər. 



Nəvvab  xanımın  fikri  belə  idi:    Bir  halda  ki,  İsmayıl 

Mirzənin  padşahlığı  onun  səyi  ilə  həyata  keçmişdir  və  o 

cənnətməkan şahın sağlığında da bu şahzadənin tərəfdarı olmuşdur, 

gərək dövlət işlərinə cənnətməkan şahın bacısı şahzadə Sultanımdan 

daha çox  müdaxilə etsin. Amma onun bu fikri əks nəticə  verdi. O, 

(Sultanım  -  Ş.F.)  xanımın  evində  mülazimlik  etmələrinə  görə 

əmirlərə  kinayəli  sözlər  deyirdi.  Bir  gün  belə  söylədi:  "  Məgər 

dostlar  başa  düşmürlür  ki,  məmləkət  işlərinə  övrətlərin  qarışması 

ölkə və şahlıq namusuna layiq hərəkət deyil? Məgər onlar bilmirlər 

ki,  kişilərin  bu  xanədan  qadınları  ilə  aşinalığı  qəbih  bir  haldır?" 

Əmirlər  bu  sözlərin  düzgünlüyünü  başa  düşüb  tərəddüd  etməkdən 

qurtardılar. 

Bu  əsnada  şahzadənin  üzü  Xüləfadan    döndü,  onun 

şöhrətini  azaltmaq  qərarına  gəldi.  Ağıl  və  düşüncəyə  görə  bu 

hərəkətin  zahiri  səbəbi  Xüləfanın  varlıq  qabının  qəflət  və  qürur 

badəsi  ilə  həddindən  artıq  dolmasında,  həddini  çox  aşmasında, 

özünü  padşah  kimi  aparmasında  və  [hakimiyyətə  gəldiyi  üçün] 

İsmayıl  Mirzəyə  böyük  minnət  qoymasında  idi.  Belə  minnətsə 

padşahlara çox ağır gələn yükdür, onlar elə adamı əfv etmirlər. 

Bunun  başqa  səbəbi  isə  bunda  idi:  Sultan  Heydər 

Mirzənin  qətlindən  bir  neçə  gün  keçməsinə  baxmayaraq,  hələ  də 

qala tərəfdən (Qəhqəhə qalası - Ş.F.) heç bir xəbər-ətər eşidilmirdi. 


357 

 

Əhali  müztərib  olmuşdu.  (O  vaxt)  Xüləfa  demişdi  ki,  xalqın 



iztirabına  nə  hacət  vardır?  Sultan  Mahmud  Mirzə  də  cənnətməkan 

şahın oğludur, qabiliyyətli gəncdir və padşah olmağa layiqdir. 

Pərixan  xanım  da  belə  ərz  etmişdi:  "Deyilənə  görə 

cənnətməkan  şahın  vəfatı  xəbəri  qalaya  çatan  elə  ilk  gecə  Sultan 

Heydərçilər onu (İsmayıl Mirzəni - Ş.F.) öldürmüşlər. Əgər bu xəbər 

doğru  çıxarsa  gəlin  Sultan  Mahmud  Mirzəni  padşah  edək".  Elə  o 

əsnada  da  qaladan  şahzadənin  sağ-salamat  olması  xəbəri  gəldi. 

İsmayıl Mirzənin Xüləfanın evində yaşadığı o bir neçə gün ərzində 

Xüləfanin əleyhdarları bu məsələni gizlincə şahzadəyə çatdırmış və 

onun şahlıq məzacını ondan döndərmişlər. 

Yox,  yox  mən  səhv  etdim!  Bunların  heç  biri  düz  deyil! 

Həqiqi cəza verən varlıq Allah sübhanə və təalanın özüdür. "Kim ki, 

zülmkardır,  ona  Allah  zülm  edəcəkdir!"

290


  ayəsinə  uyğun  olaraq 

İsmayıl  Mirzənin  məzacı  ondan  döndü,  zəmanə  məzlum  şahzadə 

Sultan  Heydər  Mirzənin  nahaq  tökülən  qanını  yerdə  qoymadı  və 

həmin  mərhum  şahzadənin  qatillərinin  hər  biri  müxtəlif  bəlalara 

giriftar oldu. 

Xülasə,  İsmayıl  Mirzə  Xüləfaya  qarşı  etimadsız  oldu, 

xəlifətül-xüləfalıq  vəzifəsinin  başqasına  verilməsi  şərti  ilə  ona  ali 

divanın ali vəkalət mənsəbini və hümayın şahın naibliyini (nəyabət) 

verdi. Belə hərəkət etməklə İsmayıl Mirzənin məqsədi bu idi: Sufilər 

Xüləfanı  mürşidi-kamilin

291

  xəlifəsi  və  naibi  kimi  tanıyır  və  onun 



hökmünü mürşidin hökmündən sonra ikinci yerdə duran hökm kimi 

qəbul  edirdilər.  O  zaman  isə  Qəzvində  Xüləfanın  hökmünə  sidq 

ürəkdən tabe olan on min nəfərə yaxın adamı vardı və Xüləfa məhz 

onların himayəsi nəticəsində bu qədər böyük iqtidara sahib olmuşdu 

İsmayıl Mirzə onu sınamaq istəyib dedi: 

-  Sənin  mərtəbən  daha  xüləfalıq  mərtəbəsindən  ötüb  keçdi 

və gərək ali divanın vəkalət vəzifəsini yerinə yetirəsən. 

Xüləfa onun cavabında dedi: 

- Mən xilafət mənsəbini əldən verməyəcəyəm. Əgər vəkalət 

vəzifəsi  də  [indiki]  mənsəbimin  üstünə  əlavə  bu  vəzifə  əlimdən 

çıxırsa, mən vəkaləti qəbul etməyə razı deyiləm. 

                                                           

290

 İfadənin ərəbcəsi: "Mən əanə zalemən fəqəd səll-əl-lahu-l-lahu aleyhi" 



291

 Səfəvi hökmdarları "kamil müpşid" adlanırdılar - Ş.F. 

 


358 

 

Xüləfa  özünün  xüləfalıq  mərtəbəsini  vəkalətdən  üstün 



bilirdi.  Onun  bu  danışığına  qarşı  öz  narazılığını  bildirən  İsmayıl 

Mirzə  dilinə  şikayətli  sözlər  gətirərək  rumlu  əmirlərinə  üz  tutub 

dedi: 

-    Əgər  sufilər  və  taliblər  mürşidi-kamilin  sözündən  və 



istəyindən  çıxsalar,  bu  əməlin  sufigəri  təriqəti  və  səfəvi  şeyxliyi 

qayda-qanuna görə cəzası nədir? 

Onlar dedilər: 

-    Hər  kim  mürşidi-kamilin  məsləhətinə  əks  çıxaraq  öz 

həddini aşarsa, o şəxs xəta etmiş olar və rədd edilməlidir. 

Dedi: 


-    [Belə  olan  halda]  bəs  Xüləfa  nə  üçün  mənim  sözümlə 

razılaşmamışdır? 

Bu məsələ Xüləfaya çatdırıldı. O, ertəsi gün bəzi məsələləri 

ərz etmək üçün İsmayıl Mirzənin xidmətinə gəldikdə evin qapısına 

yaxınlaşan  vaxt  eşikağasılar  və  haciblər  (keşikçilər  -  Ş.F.) 

şahzadənin işarəsi ilə ona mane olub dedilər: 

-     Bu  evin  səninki  olmasına  baxmayaraq,  padşah  bu  evdə 

iqamət etmişdir. Padşahın olduğu yer qızılbaş[ların] dövlətxanasıdır. 

Sən  isə,  bizim  mürşidimiz  olan  padşahın  hüzurunda  təqsirkar  və 

xətakarsan. Əgər padşah sənin xətanı (burada "günahını" - Ş.F.) əfv 

etməzsə, qayda-qanuna və sungəriliyə əsasən sən dövlətxanaya daxil 

ola  bilməzsən.  Mürşidi-kamil  öz  razılığını  verənədək  dərgahın 

qabağında əyləş. 

Ağlının  kəsmədiyi  və  təsəvvür  belə  etmədiyi  bir  işin  baş 

verdiyini müşahidə edən Xüləfanın başını heyrət tüstüsü bürüdü və 

günortaya  qədər  evinin  qapısı  ağzında  günahkarcasına  oturdu. 

Rumlu  camaatının  və  başqalarının  böyük  hissəsi  günün  birinci 

yarısında  onunla  həmfikir  idilər.  İsmayıl  Mirzə  bir  nəfəri  çölə 

çıxarıb,  Xüləfaya  öz  mənzilinə  getməsi  əmrini  verib  bu  sözlərini 

çatdırdı: 

-  Bizim  ona  olan  sözümüz  onunla  danışığımız  zamanı 

deyiləcəkdir. 

Bunu  eşidən  Xüləfanın  ürəyi  təskinlik  tapdı.  Hamı  belə 

fikirləşdi 

ki, 

padşah 


onun 

mənzilinə 

gedərək 

onu 


arxayınlaşdıracaqdır. 

Xüləfa iki gün xanənişin oldu. Vaxt ötdü, amma görüş baş 

tutmadı.  Rumlu  əmirləri  isə  əvvəlki  kimi  onunla  rəfaqətdə  idilər. 


359 

 

Üçüncü gün rumlu əmirlərindən türk, nümunəvi və düzgün etiqadlı 



olan Dəli Budağı yanına çağıran İsmayıl Mirzə ondan soruşdu: 

- Xüləfa nə deyir? O, cavab verdi: 

-  Padşah hökmünün əksinə çıxdığı üçün peşimandır və lap 

bu astananın itəbaxanlıq işini də ona versəniz, can-başla həmin işin 

icrasına başlayacaqdır. 

İsmayıl Mirzə dedi: 

-  Əgər  sözü  düz,  özü  isə  bizim  əmrimizə  mütidirsə,  biz 

yenidən onu xidmətləri müqabilində işlə təmin edib onun dünya və 

axirət dərəcələrinin rəf olunmasına çalışacayıq. Onu yüksək Məşhəd 

qorçilərinin qorçibaşısı təyin edirik ki, həzrət cin  və üns imamının 

(imam  Rza  əleyhüssalamın  -  Ş.F.)  müqəddəs  məscidində  xidmət 

edib  Xorasanda  həm  dünyanın  etibarını,  həm  də  axirətin  savabını 

qazansın. Gərək elə bu saat onu ata mindirib yola salasan. 

Dəli Budaq, rumlu əmirləri və Xüləfanın başqa tərəfdarları 

başa  düşdülər  ki,  İsmayıl  Mirzə  ona  qarşı  bietimad  olmuşdur  və 

daha  Xüləfanın  orduda  xidmət  etməsi  mümkün  deyildir,  qürur  və 

xudpəsəndlik  üzündən  ali  divanın  vəkili  vəzifəsini  istəməyən  bir 

şəxsə  Məşhəd  qorçibaşılığının  verilməsi  qəzəb  və  iltifatsızlıq 

əlamətidir. 

Bütün  rumlu  tayfası,  hətta  onun  mülazimləri  də  ondan 

kənarlaşdılar, [daha] qapısına yaxm belə getmədilər və o, öz əməlinə 

heyran qaldı. Bu əsnada Dəli Budaq gələrək şahın əmrini verdi. Onu 

söz  deməyə  qoymayıb,  dərhal  ata  mindirdi,  şəhərdən  bir  fərsəx 

kənara aparıb, özü geri qayıtdı. 

Xüləfa  yar-yarağını  götürüb  yola  düşdü.  Elə  ki,  Damğana 

çatdı,  oranın  hakimi  olan  Əli  Xəlifə  Ağcəqoyunlu,  bundan  sonra 

olunacaq əmrə əməl etməkdən ötrü Xüləfanın Damğanda dayanması 

barədə hökm etdi. Bir neçə gündən sonra Kor Şahəli Rumlu ali əmrə 

əsasən  Damğana  gəlib,  onun  ibrətinin  gözünü  dünyanın  cürbəcür 

surətlərinin müşahidəsindən məhrum etdi və o kor oldu. 

Xülasə,  İsmayıl  Mirzə  Xüləfanı  şəhərdən  çıxaran  kimi 

onun evini tərk edib "At meydanı və nəvvab Pərixan xanımın evləri 

arasında  yerləşən  Şahqulu  Sultan  Yegan  Ustaclının  evinə  gəldi. 

Orada nəvvab Pərixan xanım və səltənət başçıları onunla görüşmək 

şərəfinə  nail  oldular,  [amma]  xanıma  qardaşından  gözlədiyi  böyük 

mehribanlıq göstərilmədi. 

İsmayıl  Mirzə  oradan  çıxıb  özünün  təyin  etdiyi  saatda 

mübarək dövlətxanaya gəldi. Oranın imarətlərində xeyli dəyişiliklər 



360 

 

etdi,  yeni  mənzillər  tikdirməyə  başladı.  O,  hər  gün  inşaat  yerinə 



gəldiyi  üçün  gah  Yegan  Şahqulunun,  gah  nəvvab  Pərixan  xanımın 

evlərində,  gah  da  Səadətabad  bağında  qalırdı.  Məmləkətlərin  hər 

yerindən  bütün  qızılbaş  tayfaları  ali  dərgaha  üz  tutdular.  Qəzvin 

darüssəltənəsində  o  qədər  adam  toplaşdı  ki,  küçələrdə  gediş-gəliş 

xeyli  çətinləşdi.  Sultanlardan  gələn  töhfə  və  hədiyyələrin 

çoxluğundan,  ətraf  yerlərin  əmir  və  məliklərinin,  həmçinin 

əhalisinin 

gətirdikləri 

peşkəşlərin 

çoxluğundan 

Qəzvin 

darüssəltənəsində  o  qədər  var-dövlət  toplaşdı  ki,  onların 



hesablanması çətinləşdi. 

Cülus vaxtını özü təyin etdiyindən [hələlik] bütün səltənət 

və  padşahlıq  işlərinin  icrasını  saxlamışdı  və  əhali  həmin  günü 

səbirsizliklə  gözləyirdi.  Qızılbaş  tayfaları  onun  əmrinə  və 

göstərişilərinə tamamilə tabe olmuşdular. Onun tərəfəndən hər kimə 

etibarsızlıq  elan  edilirdisə,  həmin  şəxsin  qohum-əqrabaları  onun 

Sultan  Heydərçi  olması  bəhanəsi  ilə  onu  qətl  edirdilər.  Beləliklə, 

ustaclı  tayfasından  çox  adam  öldürüldü.  Hətta  hər  vaxt  sarayda 

xidmətdə  olan  Sarı  Laçın  və  Ruma  gedən  Məhəmmədi  xan 

Toxmağın  qardaşı  Allahqulu  bəy  dövlətxanadan  çıxıb  öz  evlərinə 

gedərkən  onların  əmilərinin  oğlu  olan  Əbu  Türab  bəy  ibn  Ayğut 

Mirzə  darısqal  bir  küçədə  qılıncını  çəkərək,  qəddarlıq  pusqusunda 

dayanıb onları gözləyən adamlarla birlikdə həmin iki mirzadəni tikə-

tikə doğradılar. 

Orduda  baş  verən  belə  əməllərdən  ötrü  sorğu-sual 

olunmurdu.  [Buna  görə  də]  camaat  ürəklənmişdi.  Belə  yaramaz 

hərəkətlər  başqa  ölkələrə  də  yayıldı.  Ustaclı  əyanlarını  harada 

görürdülərsə  elə  oradaca  öldürürdülər.  O  cümlədən,  Herat 

darüssəltənəsində  olan  Fərah  hakimi  Hüseyn  Sultan  Əfşar  və  o 

sərhədin  başqa  əmirləri  birləşib,  nəvvab  zilləllah  şahın  [I  Şah 

Abbasın  -  Ş.F.]  lələsi  və  Heratın  bəylərbəyisi  olan  Şahqulu  Sultan 

Yeganı  qətl  etmək  üçün  razılığa  gəldilər,  onun  mülkünün  qapısı 

yanında  toplandılar.  Onların  bu  niyyəti  ustaclı  əyanlarına  məlum 

olduqda,  onlar  da  sultanın  qapısı  önünə  gəlib,  cəngə  başladılar. 

Əmirlər  ustaclı  tayfasının  şahın  qəzəbinə  giriftar  olması  və 

etibarsızlıqları barədə ona xəbər göndərdilər. [Dedilər ki,] biz Herat 

şəhərini  və  qalasını  sənin  əlində  qoymayacaq,  ustaclıları 

uzaqlaşdırıb, qala  və  məmləkəti (Heratı  - Ş.F.)  özümüz qoruyacaq, 

bu  yerlər  padşah  tərəfindən  kimə  verilərsə,  ona  da  tapşıracağıq. 


361 

 

Əgər sultan ali dərgaha getmək istəyirsə gərək şəhərdən çıxsın, əgər 



çıxmırsa, bir küncdə əyləşib şahın əmr və fərmanına müntəzir olsun. 

Ustaclı camaatı bununla razılaşmayıb belə söylədilər: 

-  Biz  şahın  əmri  ilə  bu  məmləkətin  hakimi  və  müdafiəçisi 

olmuşuq.  İşdən  azad  olunmağımız  barədə  padşalı  tərəfindən  hökm 

gəlməyənədək əlimizi məmləkət və hökumət işindən çəkməyəcəyik. 

Hər  verəcəyini gözləməkdə idi. [Amma] o tayfa (əfşarlar – 

Ş.F.)  bununla  kifayətlənməyərək,  qəfildən  onun  evinə  hücuma 

keçdi.  Evdə  olanların  hamısı  müdafiə  olunmaq  istəklərinin  əksinə 

olaraq  heç  nə  edə  bilmədilər.  Evə  soxulan  əfşar  tayfası  Şahqulu 

Sultanın  silahsız  halda  öz  adamlarını  döyüşməkdən  çəkindirməyə 

cəhd etməsinə baxmayaraq qılınclarını çəkib onu qətl etdilər, evi də 

tarac  edildi.  Vəziyyətin  belə  cərəyan  etməsilə  əlaqədar  ustaclı 

camaatı  Heratdan  dağılışdı,  ətrafı  qarət  edə-edə,  pərişanlıqla, 

bəziləri Sərəxs hakimi olan Şahqulu Sultanın oğlu İbrahim Sultanın 

yanına, bəziləri isə orduya rəvan oldular. O zaman altı yaşında olan 

kamyab  nəvvab  əlahəzrət  zilləllah  şah  isə  Heratda  lələsiz  və 

mühafizəsiz qaldı. 

Heratda olan əfşar  və başqa tayfalar İsmayıl Mirzənin ona 

(Abbas  Mirzəyə  -  Ş.F.)  qarşı  diqqətsizliyinə  görə  şaha  bir  elə  də 

lütfkarlıq  göstərmirdilər.  Şahqulu  Sultanın  qətli  xəbəri  orduya 

çatdıqda,  İsmayıl  Mirzə  Durmuş  xanın  nəvəsi  Sultan  Hüseyn  bəy 

Şamlının oğlu Mirzə Əli bəyə xanlıq rütbəsi verib, onu bu xanədanla 

qohum  olmaqla  şərəfləndirdi,  Herat  darüssəltənəsinin  hakimi  və 

Xorasan  əmirülümərası  etdi,  Şahqulu  Sultanın  qəziyyəsini 

qulaqardına  vurdu,  məsələni  ayırd  etmədi.  Orduda  olan  ustaclı 

əyanları  əvvəlkindən  daha  artıq  pərişan  oldular  və  öz  əməllərinə 

heyran  qaldılar.  Onların  heç  biri  gecə  öz  yatağında  rahat  yata 

bilmirdi,  hər  ləhzə  ölüm  gözləyirdi.  O  əsnada  elçi  sifətilə  Ruma 

gedən  ustaclıların  mötəbər  əmirlərindən  Çuxur-Səd  bəylərbəyisi 

Məhəmmədı  xan  Toxmaq  geri  qayıdıb  Qəzvin  darüssəltənəsinə 

gəldi.  O,  İsmayıl  Mirzənin  ayağını  öpmək  şərəfinə  yetişdisə  də, 

ondan gözlədiyi diqqət və iltifatı görə bilmədi. İsmayıl Mirzə hətta 

Çuxur-Səd  ülkasını  ondan  alıb  əmisi  oğlu  Əbu  Turab  Sultana 

vermək istədi. Tiflisdə olan Şahqulu Sultan Qarıncaoğlu Ustaclı da 

gəlib  ondan  heç  bir  iltifat  görmədi.  Ustaclu  tayfası  qızılbaşlar 

arasında xəcalətli və pərişan halda gün keçirirdi. Onlar nəhayət bir-

birləri ilə birləşib sufigərilik yoluna düşdülər və [belə] dedilər: "Biz 

mürşidi-kamilin xidmətkarlığında təqsirkar olduğumuzdan nə qədər 



362 

 

ki,  o  bizim  qüsurumuz  üzərindən  əfv  qələmi  çəkməmişdir,  ev-



eşiyimiz, arvad-uşağımız bizə haramdır". Bu tayfanın bütün əmir və 

yüzbaşıları mübarək dövlətxanaya gəlib dərgahın önündə əyləşərək, 

gecə-gündüz  orada  qaldılar.  Pirə  Məhəmməd  xan  və  Məhəmməd 

xan Toxmaq özlərini günahkar ustaclılardan hesab edib, o tayfanın 

üzvləri  arasında  əyləşdilər.  Bu  hərəkət  İsmayıl  Mirzənin  xoşuna 

gəlmədi,  dedi  ki,  həmin  camaatla  heç  vaxt  əlaqəsi  olmayan  Pirə 

Məhəmməd  nə  üçün  indi  onlarla  birlikdədir  və  o  günahkarları 

müdafiə edir? 

Amma  o  cənab  bu  sözlərdən  sonra  da  öz  yoldaşlarından 

ayrılmadı. Onlar on gecə-gündüz dövlətxana qapısında əyləşib aman 

müjdəsi  gözləməkdə  idilər.  Çadır  qurub  və  çadırları  şahanə  ev 

əşyaları  və  bəzək-düzəklərlə  bəzəyərək  hər  gün  ziyafət  təşkil  edir, 

həsədkar adamların gözləri önündə gümüş qab-qacaq və padşahlara 

layiq  yaraq-yasaq  nümayiş  etdirirdilər.  On  gündən  sonra  İsmayıl 

Mirzə  Sultan  Heydər  Mirzənin  qətli  gecəsi  ustaclı  camaatı 

tərəfindən  [kamandan]  atılıb  Çehelsütun  qəsrinin  çinar  ağaclarının 

birində  indi  də  qalmaqda  olan  oxu  çıxararaq  onu  yaxın 

adamlarından  birinə  verdi  və  ustaclılara  göndərib  dedi:  "Siz  bir 

halda ki, sədaqət və sufigərlik iddiasındasınız, bəs bu nə oxdur? Bu 

oxu mürşidi-kamilin dövlətxanasına və cənnətməkan şahın meyitinə 

tərəf kim atmışdır?" 

Cavabında dedilər: "Bu xanədan dövlətinin yaranmasından 

bu günə qədər ona ciddi şəkildə xidmət etmişik, bu dərgahdan başqa 

pənahımız  və  ümidgahımız  yoxdur.  Bizim  bəzi  adamlarımız  başqa 

kəslərin  təhriki  ilə  düzgün  yolu  tərk  etmiş,  günah  işlər  görmüşlər. 

Bu  əmələ  qurşananların  hər  birisi  öz  cəzalarına  yetişmişlər  və 

yetişməkdədirlər.  [Belə  olan  halda]  başqalarının  nə  günahı  vardır? 

Buna  baxmayaraq  bizim  hamımız  günahkarıq  və  cəzaya  layiq 

adamlarıq  Sədaqət  aləmində  şahdan  bizə  nə  gələrsə,  lütf  və 

məhəbbətlə ona təşəkkür edəcəyik. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin