257
Əgər faktları nəzərdən keçirsək, Azərbaycanın başqa əraziləri ilə miiqayisədə
Vilayətdə klubların sayının çox olmasının şahidi olarıq. Məsələn, 1%1-ci il
yanvar məlumatına görə Bakıda 117, Naxçıvanda 122 klub var idisə, Vilayətdə
170 klub (bundan 161-i kənddə) fəaliyyət göstərirdi37. Bəhs etdiyimiz illərdə,
Ağsuda 18, Cəbrayılda 18, Zərdabda 20, Qaxda 23, Kəlbəcərdə 19, Mingəçevirdə
13, Tərtərdə 24 klub var idi. DQMV-nin rayonlarındakı klubların sayına
gəldikdə isə qədim tarixə malik Şuşa şəhəri və onun kəndlərindəki klubların sayı
qonşu Xankəndi rayonundakı klubların sayından 3 dəfə az idi.
1950-1960-cı illərdə Vilayətdə kino qurğularınm saymda da artım
müşahidə edilmişdir. Belə ki, 1940-cı ildə burada kinoqurğulann sayı 22, 1950-ci
ildə 38, 1960-cı ildə 71-idisə, 1970-ci ildə kinoqurğuların sayı 2 dəfədən çox
artaraq 153-ə çatmışdır. Bundan 8-i səyyari, 145-i stasionar quraşdırılmış
kinoqurğu idi38. Azərbaycan hökumətinin qayğıst nəticəsində Vilayətin kino
işçiləri ildən-ilə şəhər və kənd əhalisinə kino xidmətini getdikcə yaxşılaşdırırdı.
Belə ki, 1950-ci ildə 287 min kinoseans göstərilmişdirsə, 1960-cı ildə onların sayı
1431 minə, 1967-ci ildə isə 2521 minə çatmışdır. 1968-ci ildə Vilayətin kinoseans
planı 127 faiz, tamaşaçılarla əhatə edilmə planı 108 faiz olmuşdur.39
Yuxarıdakı faktlardan aydın göründüyü kimi, ,bəhs etdiyimiz illərdə,
DQMV-də kino xidməti işi xeyli yaxşılaşmış, geniş və rahat qış və yay kinoteatr
müəssisələri tikilib istifadəyə verilmişdir. Aparılan tədqiqatlar nəticəsində məium
olur ki, kinofılmlərə tamaşa edən insanların sayına və kino seanslarının sayına
görə DQMV keçmiş ittifaq miqyasında ən yüksək yerlərdən birini tutmuşdur.
Məsələn, kino qurğularının sayma görə hər 1000 nəfərə ittifaq məkanında 5,4,
Ermənistanda 2,9, ümumi respublika miqyasında 3 qurğu düşdüyü halda
DQMV-də bu göstərici 11,2-yə bərabər idi40.
1947-ci ildən Azərbaycanda yaranan Azərbaycan Siyasi və Elmi Bilikləri
Yayan Cəmiyyət respublikamızm hər yerində, o cümlədən, DQMV-də mədəni-
maarifin inkişafında xeyli işlər görmüşdür. Həmin cəmiyyət öz sıralarında 2,2
min ziyalını və istehsal qabaqcılmı birləşdirmişdir. Vilayətdə yaşayan əhalinin
mədəni səviyyəsinin yüksəldilməsində 1958-ci ildə yaradılmış Dağlıq Qarabağ
Dövlət M ahnı və Rəqs ansam bhnın xidmətləri böyük olm uşdur. Ansambl 1959-
cu
ildən fəaliyyət göstərməyə başlamışdır. Ansamblın repertuarı zəngin və
rəngarəng
idi41. O nun repertuarında keçmiş SSRİ xalqlarının mahnı və rəqsləri
miihüm
yer tuturdu.
Kollektivə Petrosyan Svetlana rəhbərlik edirdi.
Konsertlərdə qədim Azərbaycan m ahnılarmın erməni dilində səslənməsi halları
müşahidə edilmişdir. Qədim Azərbaycan el havaları və m ahnılarım n erməni
dilində oxunm ası
təsadüfi hadisə deyildi. Onların məqsədi bir neçə ildən sonra
həmin
qədim el mahnılarımızı özününküləşdirmək olm uşdur və sonrakı hadisələr
bir daha deyilənləri sübut etdi.
XX əsrin 50-60-cı illərində DQMV-də mədəni-maarif işinin inkişafında
muzeylərin rolu böyük olmuşdur. 1959-cu ildə Şuşa şəhərində böyük Azərbaycan
bəstəkarı Ozeyir Hacıbəyovun ev Muzeyi, Sovet İttifaqı Qəhrəmanı general-
palkovnik Mixail Parseqovun Kolxozçu kəndində ev muzeyi, Boqdan K unçants
adm a muzey yaradılmışdır. Bundan əlavə, Xankəndi Vilayət və ölkəşünashq
muzeyi, bəhs etdiyimiz dövrdə Şuşa şəhər tarixi muzeyində fəaliyyət göstərirdi.
Muzeylərdəki daim yeniləşən tarixi eksponatlar tam aşaçılarm diqqətini cəlb
edirdi. Muzey daxilində keçirilən elmi-kütləvi iş, habelə muzeylərin təşkil
etdikləri ekskursiyalar, səyyar sərgilər, müharibə veteranları və əmək
qəhrəm anları ilə görüşlər əhali arasm da rəğbətlə qarşılanırdı. 1970-ci ildə
Azərbaycanda
cəmi
27
muzey
var
idi.42 Azərbaycanm
rayonlarınm
əksəriyyətində muzey olmadığı halda DQMV-də bir neçə müxtəlif muzey
fəaliyyət göstərirdi. Bunlardan ən böyüyü isə Xankəndində yaradılmışdı.
Azərbaycan SSR DQM V-də yaşayan əhalinin maariflənməsində, ictimai-
siyasi fəaliyyətinin artm asında m ətbuat əhəmiyyətli rol oynayırdı.
1960-cı ildə Azərbaycanda 107 qəzet çıxırdı ki, bundan 1-ci Naxçıvan
M SSR-nin, 3-ü DQM V-nin paym a düşürdü.43 1969-cu ildə isə onlarm sayı
üm umrespublika üzrə 118-ə çatdı ki, bundan 5-i D QM V-də nəşr olunurdu.
Qəzetlərin tiracında d a böyük irəliləyiş müşahidə edilmişdir. Belə ki, 1960-cı ildə
259
DQMV-də qəzetlər 9,3 min tirajda buraxılırdısa, 1969-cu ildə 24,3 min tiraja
çatmışdı.44 Vilayətdə nəşr olunan qəzetlərdən 1-i Azərbaycan dilində, qalanları
erməni dilində buraxılırdı. Bundan əlavə, Vilayətdə rus dilində “Sovetski
Karabax” adlı qəzetdə nəşr olunurdu. 1923-cü ildən Xankəndində erməni dilində
nəşr olunan “Sovetakan K arabax” (“Sovet Qarabağı”) qəzeti 1968-ci ildə ümumi
Vilayət üzrə buraxılan qəzetlərin birdəfəlik tiracma bərabər idi (13,5 min nüsxə).
Ağdərə rayonunda 1932-ci ildən nəşr olunan “Barekamutyun” (“Dostluq”)
qəzeti, 1966-cı ildən “Sosializmin iqi” (“Sosializm yolu”) adı aitm da çıxmağa
başladı.45 1968-ci ildə həmin qəzetin birdəfəlik tiracı 3,3 min nüsxəyə bərabər idi.
Vilayətin Xocavənd rayonunda 1932-ci ildən “Aşxatanq” (“Əmək”) qəzeti çıxır.
Həmin qəzet 1966-cı ildən “Kommunizm” adı ilə nəşr edilmişdir. 1968-ci ildən
həmin qəzetin ümumi tiracı 3 min nüsxəyə bərabər idi.46 H adrud rayonunda
1933-cü ildən nəşr olunmağa başlayan “Koltnteskan” (“Kolxozçu”) qəzetinin
1968-ci ildə birdəfəlik tiracı 2,2 min nüsxəyə çatm ışdı47 Şuşa şəhərində 1932-ci
ildən nəşr olunan “Şuşa” qəzeti, 1938-ci ildə “Sosialist maldarlığı”, 1963-cü ildə
“Kolxoz bayrağı”, 1966-cı ildən isə “Şuşa kurortu” adlandırılmışdır. 1968-ci ildə
həmin qəzetin ümumi tiracı 2,3 min nüsxəyə çatmışdı.48
DQMV-də mədəni-maarif işi Azərbaycanın başqa regionları və SSRİ-də
yaşayan digər xalqlarla mədəni əməkdaşlıqla inkişaf edirdi. Bölgədə yaşayan
mədəni-maarif işçiləri Ermənistan SSR ilə daha yaxm əməkdaşlıq edirdilər. 1950
və
1959-cu
illərdə
Moskvada
Azərbaycan
Ədəbiyyat
və
İncəsənəti
ongünlüklərində Vilayətin mədəniyyət işçiləri də iştirak etmişlər. Bəhs etdiyimiz
dövrdə, DQMV-də kütləvi çap olunan “Sovetakan K arabax” qəzeti “Şərq
qapısı” qəzeti 'ilə səhifələr mübadiləsi aparırdı. 1963-cü ilin m artm da Moskvada
Dağlıq Qarabağ ədəbiyyat və incəsənət xadimlərinin də iştirak etdiyi görüşün
mədəni-maarifm inkişafına təkan verdi. Çünki vilayətin ədəbiyyat və incəsənət
xadimləri müsbət təcrübəsini öyrənir və bölgədə tətbiq edirdilər.
1950-1960-cı illərdə Dağlıq Qarabağın sənaye müəssisələrində, kolxoz və
sovxozlarında iqtisadiyyat öyrədilən dərnəklər, seminarlar və məktəblər
260
yaradılmışdır. Vaxtaşırı olaraq vilayətin istehsalat qabaqcılları ilə müşavirə və
konfranslar keçirilir, adlı-sanlı adamların təcrübəsinə dair vərəqlər və bülletenlər
buraxılırdı. Bütün bunlar isə vilayətdə yaşayan əhalinin mədəni səviyyəsinin
ümumi yüksəlişinə səbəb olurdu.
Bəhs etdiyimiz dövrdə, bölgədə yaşayan ermənilərin təşəbbüsü ilə
Mədəniyyət Universitetləri də yaradılmışdır. Arxiv m ateriallarında həmin
Universitetlərin
ermənilərin
daha
çox
cəmləşdiyi
ərazilərdə,
xüsusilə,
Xankəndində, H aterkdə, Çartazda, Talışda və başqa kəndlərdə fəaliyyət
göstərməsi faktları vardır. Buradan belə bir nəticə çıxır ki, həmin “Xalq
Universitetləri” burada yaşayan erməniləri gələcəkdə “Böyük Em ıənistan”
yaratm aq kimi bədnam ideoloci iş aparmışdır və əsrin sonlarında baş verən
hadisələr bir daha deyilənləri sübut etdi. H ətta, həmin dövrdə erməni
məktəblərinin nəzdində belə valideyin Universitetləri yaradılmışdı. Universitetin
lektorları “xüsusi təlim” keçmiş, milliyyətcə erməni olan ziyalılar idi.
XX yüzilliyin 50-60-cı illərində vilayət əhalisinin mədəni və ümumi təhsil
səviyyələrinin yüksəldilməsində radio mühüm rol oynamışdı. 1933-cü ildən
Xankəndində yerli radio verilişi studiyası fəaliyyətə başlamış və XX yüzilliyin 60-
cı illərində DQM V-nin 4 rayonunda radio verilişləri studiyası yaradılmışdı.49
Belə ki,1962-ci ildə H adrud və Xocavənd, 1965-ci ildə Şuşada, 1966-cı ildə
Ağdərədə yerli radio verilişləri studiyası fəaliyyətə başlamışdır. İlk yaranan vaxt
vilayətdə 20 radio nöqtəsi fəaliyyət göstərirdisə, 60-cı illərin sonlarında radio
nöqtələrinin sayı 23 minə, radioqəbuledicilərin sayı 6 minə çatdı.50 Aparılan
tədqiqatlara əsasən müəyyən edilmişdir ki, adam başm a düşən radio nöqtələrinin
və
radioqəbuledicilərinin . sayrna
görə
DQM V-də
ümumrespublika
göstəricilərindən 2 dəfə çox idi.
Beləliklə, 1950-1960-cı illərdə Azərbaycan hökumətinin böyük qayğısı
nəticəsində D Q M V -də mədəni-m aarif və m ətbuat, mürəkkəb və ziddiyyətli hal
müşahidə edilsə belə, çox mühüm irəliləyiş olmuşdur. Vilayətdə m ədəni-maarif
müəssisələrinin sayı ilbəil çoxalırdı. Onlarla yeni kitabxanalar təşkil edilmiş, kino
261
qurğuları istifadəyə verilmişdir. Bölgədə yeni klublar, mədəniyyət sarayları
yaradılmış, mtızeylər açılmışdı. Bəhs edilən illərdə DQMV-də qəzetlərin nəşri 2,7
dəfə artmış, 4 yeni yerli radio verilişləri studiyası yaradılmışdı. 20 il ərzmdə
vilayətin radio verilişlərinin məzmunu dəyişərək daha cəlbedici olmuşdu. Bütün
bunlar isə DQMV-də yaşayan əhalinin mədəni və ümumi təhsil səviyyələrinin
yüksəlməsinə müsbət təsir göstərmişdir.
T
əd
ri
s
il
i
DQMV-nin
bütün
məktəblərində
Bundan
İbtidai
məktəblər
Yeddillik
və səkkizlik
məktəb
Orta
məktəblər
M
ə
k
tə
b
-
lə
ri
n
sa
y
ı
Ş
a
g
ir
d
-
lə
ri
n
sa
y
ı
M
ü
ə
ll
im
-
lə
ri
n
sa
y
ı
m
ə
k
tə
b
lə
r
Ş
a
g
ir
d
lə
r
1
M
ü
ə
ll
im
lə
r
m
ə
k
tə
b
lə
r
Ş
a
g
ir
d
lə
r
&
|
:zs
s
m
ə
k
tə
b
lə
r
Ş
a
g
ir
d
lə
r
M
ü
ə
ll
im
lə
r
1940-
196 40766 1696 45
1907 98 116
20264
908 35
18595 690
1941
1950-
7.06 33690 197.9 54 2000 111 111
15940
1001 40
15631 860
1951
1960-
7,08 26965 2662 46
1000 98 108
10088
112( 54
15877
1444
1961
1967-
215 36974 3030 48
1340 112 112
13751
135‘ 55
21883
1559
1968
1941-1961-ci illərdə Naxçıvan M uxtar Respublikasmda məktəblərin sayı
196-dan 198-ə, müəllimlərin sayı isə 1039-dan 2018-ə çatdı. Həmin illərdə
Naxçıvanda 2 məktəb, Bakı şəhərində 8 məktəb tikilmişdirsə, DQMV-də 10
məktəb tikilib istifadəyə verilmişdir. 1960-1961-d tədris ilində Azərbaycanda
300 səkkizillik məktəb tikilmişdir ki, bundan 13-ü Naxçıvan MSSR-nın 24-ü isə
DQMV-nin payına düşürdü. Bəhs etdiyimiz tədris ilində, DQMV-də hər məktəbə
13 müəllim düşürdüsə Naxçıvan M uxtar Respublikasmda b u göstərici 11-ə
262
çatırdı. Həmçinin ümumrespublika üzrə bu göstərici 11-ə bərabər idi. Diqqəti
cəlb edən məsələlərdən də biri ondan ibarətdir ki, arxiv m ateriallarında,
yaradılmş məktəblərin yerləşdiyi ərazilərin hamısı ermənilərin cəmləşdiyi
kəndlərdə olması faktları müəyyənləşmişdir. DQM V-də bütün kargüzarlıq,
məhkəmə işləri, erməni məktəblərində təhsil erməni dilində aparılırdı. DQM V-də
idarə orqanlarında az-çox çalışan azərbaycanlılar erməni dilində danışmalı,
dövlət sənədləri, rəsmi yığmcaqlardakı mühazirələr və sair erməni dilində
aparılırdı. H ər yerdə erməni daşnakları tərəfmdən məqsədli şəkildə Azərbaycan
dili sıxışdırılır, tariximiz, ədəbiyyatımız yaddaşlardan silinirdi.
DQM V-də gənclərin və yaşlılarm istehsalatdan ayrılm adan təhsil alması
üçün 1967-1968-ci dərs ilində 22 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Bu
məktəblərdə 1360 istehsalatçı təhsilini artırırdı. Bölgədə yeddillik və o rta qiyabi
axşam məktəbləri də fəaliyyət göstərirdi ki, onların sayı ümümrespublika
səviyyəsindən çox-çox yüksəkdə dayanırdı. Məsələn 1950-51-ci tədris ilində
A zərbaycanda belə məktəblərin sayı 140-a çatırdısa, bundan 6-sı Naxçıvan MR-
da, 17-si D QM V-də fəaliyyət göstərirdi. Şagirdlərin sayında isə Naxçıvana
nisbətən (182 nəfər), DQM V-də (384 nəfər) 2 dəfədən çox şagirdin təhsil alması
halı müşahidə edilmişdir.
DQM V-də 1950-1960-cı illərdə məktəbəqədər və m əktəbdənkənar uşaq
müəssisələri şəbəkəsi genişləndi. Belə ki, 1950-ci ildə vilayətdə 694 uşağı əhatə
edən 24 uşaq bağçası fəaliyyət göstərirdisə, 1968-ci ildə uşaq bağçalarmın sayı
55-ə. uşaqların sayı 3495-ə, tərbiyəçilərin sayı isə 56-dan 214-ə çatmışdı. Bəhs
etdiyimiz ildə N axçıvanda 22, Bərdədə 1, Cəbrayılda 1, Füzulidə 2, Zəngilanda 2
uşaq bağçası var idi. Çox m araqlı faktlardan biri də ondan ibarətdir ki, DQMV-
dəki hər 1 uşaq bağçasına təxminən 4 tərbiyəçi düşdüyü halda, başqa ərazilərdə 2
tərbiyəçinin düşməsi faktları vardır. Əksər uşaq bağçalarının nəzdində körpələr
evləri də fəaliyyət göstərirdi. 1968-ci ildə DQMV-də 173 uşağı əhatə edən 9
əlahiddə körpələr evi var idi.
263
1970-ci ildə Azərbaycan Respublikası üzrə 172 məktəbdənkənar uşaq
müəssısəsi, pioner və məktəblilər sarayı, gənc texniklər, təbiət stansiyaları, park
və idman məktəbləri vardır ki, bundan 27-si DQMV-nin, 12-si isə Naxçıvan
MSSR paym a düşürdü.
DQMV-dəki müəllimlər Respublika və Bakı müəllimləri təkmilləşdirmə
institutlannda elmi və metodiki cəhətdən öz bilik səviyyələrini yüksəldirdilər.
Təsadüfı deyildir ki, DQMV-də 1940-cı illə müqayisədə 1961-ci ildə ali təhsilli
müəllimlərin sayı 2 dəfə artaraq 1094 nəfərə çatmışdır. Bu DQMV
müəllimlərinin ümumi saymm 41 faizi demək idi. Naxçıvan M uxtar
Respublikasmda isə bütün
müəllimlərin 29,9 faizi (597 nəfəri)
ali təhsil
almışdılar. Bu hal Azərbaycan hökümətinin DQMV-nə göstərdiyi qayğmın
nəticəsi kimi qiymətləndirilməlidir. Ümumrespublika üzrə bu göstərici 38,9 faiz
təşkil edirdi.
XX yüzilliyin 50-60-cı illərində DQMV-də təlimin məzmununda bəzi
dəyişikliklər edildi. VIII-X siniflərdə erməni dilinin tədrisinə həftədə 1 saat əlavə
vaxt ayrıldı. Rus dili və erməni düinə ciddi fıkir verilir, rus dili müəllimlərinin
hazırlanması genişləndirilirdi. 1950-ci ildən II-X siniflərdə rus dili və
ədəbiyyatının tədrisinə tədris planlarmda həftədə 5-6 saat ayrıldı. Erməni və rus
ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatınm tədrisinə xüsusi diqqət
yetirilirdi. 1958-1959-cu tədris ilində orta məktəblərdə «Azərbaycan tarixi»nin
tədrisinə həftədə 1 saat ayrılsa da, həmin fənn tədris edilmirdi. 1960-1961 -ci
tədris ilindən o rta məktəblərin tədris plamna «İctimaiyyət» fənni də əlavə
olundu. 1949-1950-ci illərdə DQMV-də üm um l yeddillik təhsil, 1959-1960-cı
illardə isə icbari səkkizillik təhsil tətbiq olundu. 1966-cı ildən orta təhsil-
ümumtəhsil elan edildi. DQMV-də məktəblərin şəbəkəsi genişləndi və 1950-1951-
ci tədris ilində məktəblərin sayı müharibədən əw əlki səviyyəni ötüb keçdi. Artıq
1970-1971-ci tədris ilində bölgədə 67 orta, 107 səkkizillik və 40 ibtidai məktəb
fəaliyyət göstərirdi. Həmin tədris ilində şagirdlərin sayı 40281-ə (bundan 24452
kənddə), müəllimlərin sayı 2322-yə çatdı. Bəhs etdiyimiz dövrdə DQMV-də
264
politexnik təlimə diqqət artırıldı. M əktəblərin nəzdində tədris emalatxanaları,
kənd məktəblərində isə məktəb nəzdində tədris-təcrübə sahələri yaradılırdı.
M əktəblərdə istehsalat təliminin tətbiqi ilə vilayətdə minlərlə ixtisash mütəxəssis
hazırlanmışdır. A parılan tədqiqatlar nəticəsində məlum olur ki, XX yüzilliyin 50-
60-cı illərində DQM V-nin ipək kombinatının, elektrotexnika məmulatları
zavodunun, ayaqqabı fabrücinin və digər müəssisələrin istehsal etdikləri
məhsulların keyfıyyəti əvvəlki dövrlə müqayisədə xeyli yüksəlmişdir. Bu onunla
izah edilir ki, zavod və fabriklərə yüksək texniki və ümumtəhsil hazırlığı olan
yeni nəsil gəlmişdir. Texniki peşə məktəblərini bitirən gənclər müəyyən əməli
vərdişlərə yiyələnmişlər. Təkcə Xankəndi peşə məktəbi xalq təsərrüfatı üçün 3
min nəfərdən çox müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.
DQM V-də o rta məktəbi bitirən məzunların 3-dən 1-i öz təhsillərini
Azərbaycan, Ermənistan, Moskva, Leninqrad, Kiyev, M insk, Riqa, Daşkənd
universitet və institutlannda davam etdirirdilər. A rtıq 70-ci illərin sonlarında
DQM V-nin xalq təsərrüfatmda çalışan mütəxəssislərin sayı 8 m in nəfəri
keçmişdi.
İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycanm hər yerində, o
cümlədən, DQM V-də ali təhsil daha da inkişaf etdi. 1938-ci ildə Xankəndində
Müəllimlər
institutunun yaradılması
Vilayətin məktəblərini
ali təhsilli
mütəxəssislərlə təmin etməkdə böyük işlər gördü. İlk yaranan vaxüar 15
müəllimi, 150 tələbəni birləşdirən İnstitutun 1950-ci ildə daha 3 şöbəsi yaradıldı.
1940-1950-ci illər ərzində Xankəndi Müəllimlər İnstitunda tələbələrin sayı 450-yə
müəllimlərin sayı 60-a çatdı. İnstitutda erməni dili və ədəbiyyatı, rus dili və
ədəbiyyatı, fızika-riyaziyyat, tarix, təbiət və coğrafiya şöbələri fəaliyyət
göstərirdi. Sonrakı illərdə Vilayətin Müəllimlər İnstitutunun yeni fakultələri
(ibtidai təhsilin pedaqoqikası və metodikası, Ümumi texniki fənlər) yarandı.
1970-ci ildə Xankəndi Müəllimlər İnstitutunun həm müəllimlərinin, həm də
tələbələrinin sayı 1950-d illə müqayisədə 2 dəfə artdı.
265
XX yüzilliyin 50-60-cı illərində orta ixtisas təhsilli müəssisələrin sayı da
artırdı. Həmin təhsil ocaqlarmda sənaye, tikinti, nəqliyyat və kəed təsərrüfatı
mütəxəssisləri hazırlanırdı. Belə ki, 1927-ci ildə DQMV-də 436 tələbəsi olan 2
texnikum fəaliyyət göstərirdisə, 1940-cı ildə texnikumlarm sayı 4-ə, orada
oxuyanlarm sayı 879-a çatdı. 60-cı illərdə Vilayətdə daha bir texnikum yaranmış,
artıq 1970-ci ildə texnikumlarda oxuyanların sayı 2357-yə, oranı bitirənlərin sayı
390-a çatdı.
DQMV-nin məktəblərin orta ixtisas təhsilli mütəxəssislərlə təmrn
olunmasında Şuşa Mədəni M aarif Məktəbinin böyük rolu olmuşdur. Həmin
təhsil müəssisəsi 1921-ci ildə Şuşa Müəllimlər Seminariyası kimi təşəkkül tapmış,
1931-ci ildən isə pedaaoci texnikum adlandırılmışdır. 1927-1928-ci tədris ilindən
texnikumda erməni bölməsi də fəaliyyətə başlamışdır. 1931-ci ildən Şuşa Mədəni
M aarif Məktəbi adlanan texnikuma 1938-ci ildə M.Əzizbəyovun adı verilib.
Texnikum ibtidai sinif müəllimləri, kitabxana və mədəni-maarif işçiləri, pioner
baş dəstə rəhbərləri hazırlayırdı. XX yüzilliyin 70-ci illərində həmin texnikumda
500 tələbə təhsil alırdı. Müəllimlərin sayı isə 60-a çatırdı. Bəhs etdiyimiz dövrdə,
Xankəndində və Şuşada Kənd Təsərrüfatı Texnikumu, Xankəndində tibb və
musiqi məktəbləri, habelə inşaat məktəbi var idi.
1969-cu ildən ali məktəblərin yanmda fəhlə, kolxozçu və ordudan tərxis
edilənlər üçün hazırlıq şöbələri yaradılmışdı.
Beləliklə
1950-1960-cı
illərdə,
Azərbaycanın
başqa
bölgələri
ilə
müqayisədə, DQMV-də təhsil səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi. Həmin
dövrdə yeddillik, səkkizillik və orta icbari təhsilə keçid baş verdi. Ali təhsilin
şəbəkəsi genişləndi və DQMV-də müxtəlif ixtisaslı erməni, rus və digər
millətlərdən olan kadrlarm sayı xeyli artdı. Eyni zamanda, həmin kadırların
yerləşdirilməsinə “beynəlmiləlçilik” pərdəsi altm da xüsusi diqqət yetirildi.
Vilayətin idarə orqanlarında qeyri-azərbaycanlıların yerləşdirilməsi sovet
imperiyasının bölgədə dayaqlarınm daha d a möhkəmlənməsinə ciddi təsir
göstərdi. Istər mərkəzdə, istərsə də DQMV-də təhsil işinə rəhbərlik edən qeyri-
266
azərbaycanlılar «Azərbaycan dilində təhsilin gələcəyinin olmadıgı» iddiası ilə
gördükləri tədbirlər nəticəsində DQMV-də azərbaycanlılar yaşayan kəndlərdə
tədris işlərinə ağır zərbə vurmuşdular. Həmçınin, azərbaycanlılar yaşayan
kəndlərə biganə münasibət həmin kəndlərin süni surətdə boşalmasma şərait
yaratdı.
i
267
xn
FƏSİL.
AZƏRBAYCAN SSR DAĞLIQ QARABAĞ MUXTAR VİIAYƏTİNDƏ
ELM, ƏDƏBtYYAT VƏ İNCƏSƏNƏTİN tNKtŞAFI
(1950-1960-CIİLLƏR).
1950-1960-cı illərdə bütövlükdə Azərbaycanda, o cümlədən, DQMV-də
elm böyük uğurla inkişaf edirdi. Hələ XX yüzilliyin 40-cı illərinin ortalarında
yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasmm Dağlıq Qarabağ fıliah qısa
bir müddətdə xeyli işlər görmüşdür. 1950-ci ildə DQMV-nin Leninavan
qəsəbəsində daha bir elmi mərkəz “Azərbaycan SSR Elmlər Akademiyası
Genetika və Seleksiya İnstitutunun Q arabağ Elmi təcrübə bazası” açılmışdır.1
Azərbaycan Elmlər Akademiyasmın Dağlıq Q arabağ Filialı və Qarabağ
Elmi Təcrübə Bazası öz fəaliyyətlərini inkişaf etdirir, müxtəlif problemlərin
öyrənilməsini daha da dərinləşdirir, istehsalatla əlaqələri genişləndirir, elmi
kadrların hazırlanması işinə xüsusi diqqət yetirirdi. XX yüzilliyin 50-60-cı
illərində DQMV-də elmi kadrlann sayı 8 dəfə artmışdı.2
XX yüzüliyin 50-60-cı illərində ictimai və hum anitar elmlər sahəsində
mühüm nailiyyətlər əldə edilmişdi. Azərbaycanm bir çox ərazilərində,o
cümlədən, DQMV-də arxeoloji qazmtı işləri aparılmış və bölgədə qədim və orta
əsrlər tarixinin bir çox öyrənilməmiş məsələlərini işıqlandıran m araqlı arxeoloji
materiallar tapılmışdır. Bu işdə M.M.Hüseynovun, Ə.Q.Cəfərovun bölgədə
apardıqları arxeoloji elmi-tədqiqat işləri mühüm əhəmiyyətə malik idi. 1964-cü
ildən Azərbaycan SSR DQMV-nin H adrut rayonu ərazisində Tağlar
mağarasımn öyrənilməsinə başlanmışdır.-1 Tağlar m ağarası bir-biri ilə bağlı
salonlardan ibarətdir. Buradakı Şərq salonunda ibtidai insanlar yaşamış,
müxtəlif təbii amillərdən, təhlükələrdən qorunm uşdur. Salofi gilli torpaqla əhatə
olunduğundan ilin soyuq vaxtlarında burada yaşamaq daha əlverişli idi. Açıq
qayalıqdan ibarət qərb saloniından isə ibtidai insanlar müxtəlif məqsədlərlə, həm
də qonşu tayfalann hücum lanndan müdafiə olunm aq məqsədilə istifadə
Dostları ilə paylaş: |