AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

268
etmişdilər.  M ağarada  6  mədəni  təbəqə  aşkar  olunmuşdur.  Aşağıdakı  bir 
təbəqədən  başqa  bütün  təbəqələrdə  ocaq  layları  vardır.  Tağlar  m ağarasm dan  5 
mindaş  məmulatı,  6  min  fauna  qalıqlan  tapılmışdır.4  Ərazidə  tapılmış  iti  uclu, 
qaşov  tipli  alətlər,  heyvan  sümükləri  və  başqa  m ateriallar  ibtidai  insanların 
həyatınm  öyrənilməsində,  Azərbaycanın  Qafqaz  və  Yaxm  Şərqin  Mustye 
mədəniyyətlərinin 
səciyyəvi 
xüsusiyyətlərini 
müəyyən 
etməklə, 
onların 
əlaqələrinin tədqiqində çox zəngin mənbədir.
l957-l962-ci illərdə Azərbaycan  SSR  Elmlər Akademiyasınm  əməkdaşları 
Azərbaycan  SSR  DQMV-nin  Xocalı  kəndi  ərazisində  arxeoloji-elmi  tədqiqat 
işləri  aparmışlar.  Bu  tədqiqatlar,  Xocalı  kəndi  ərazisində  XIX  əsrin  sonlarmda 
aparılmış  arxeoloji  qazıntıların  davamı  idi.  Tədqiqatlar  nəticəsində,  burada  e.ə. 
X III-VII  əsrlərə  aid  daş  qutu,  Nekropol,  biri  digərini  əvəz  edən  5  tip  kurqan 
müəyyənləşdirilmişdir.5  Daş  qutu  və  kurqanlardan  son  Tunc  və  İlk  Dəmir 
dövrünə  aid  müxtəlif  tipli  saxsı  qablar,  silahlar,  qızıl,  tunc,  balıqqulağı,  əqiq, 
şüşə,  bəzək  əşyaları,  tunc  əmək  alətləri,  silindirik  möhür  və  at  əsləhləri  aşkar 
edilmişdir. 
M araqlı  cəhətlərdən 
biri 
də  ondan 
ibarətdir 
ki, 
Xocalı 
kurqanlarından  tapılmış  əqiq  m uncuqlardan  birinin  üstündə  Assuriya  çarı 
Adadnirariyə  aid  mixi  yazı  olması  faktı  aşkar  edilmişdir,  bu  isə  yerli  ulu 
əcdadlarımızın  Yaxm  Şərq  ölkələri  ilə  iqtisadi-mədəni  əlaqələrin  olmasmı 
göstərir.6
.  XX   əsrin  50-60-cı  illərində  Azərbaycanm  ayrılmaz  tərkib  hissəsi  olan 
Dağlıq  Q arabağda  və  onun  ən  möhtəşəm  abidələrindən  olan  Şuşada  aparılan 
arxeoloji  tədqiqat  işləri  nəticəsində  ərazidə  qədim  insanın  meydana  gəlməsi  və 
formalaşmasını  sübut  edən  zəngin  elmi  m əlum atlar  və  maddi  mədəniyyət 
nümunələri aşkar olunm uşdur.  1950-ci ilədək Azərbaycan ərazisində qədim insan 
düşərgələrınin  olması  faktları  yox  idi.  Lakin  əsrin  ikinci  yarısında  Azərbaycan 
ərazisində  aparılan  arxeoloji  tədqiqat  işləri  Respublikamızın  ərazisinin  qədim 
insanın yaranm a  və  formalaşması  ərazilərindən  biri  olması  elmi  faktlarla sübuta
269

yetirilmişdir.  Şuşadakı  təbii  mağaralar,  iqlim  şəraiti,  meşəliklər  və  heyvanlar 
aləmi ərazidə qədimdən  yaşayışm mövcudluğunu şərtləndirən amillər idi.
Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyasınm  əməkdaşları, 
hörmətli alimimiz M.M.Hüseynovun rəhbərliyi altında,  1971-ci ildən başlayaraq, 
Şuşa ərazisindəki  m ağaralarda elmi tədqiqat  işlərinə  başladılar.7  M ağaralarda  iş 
aparmaq  həm  çətin,  həm  də  təhlükəli  idi.  Çünki  ulu  babalarımızın  yaşayış 
məskəni olmuş mağaralarımız yüz illər boyu insan  ayağı  dəyməyən  daşlı-kəsəkli 
bir  səhraya  çevrilmişdir.  Uzun  müddət  Şuşa  mağarasmın  sirri  insanlardan  gizli 
qalmışdır.  Bəziləri  mağaranın  ucsuz-bucaqsız  olması,  digərləri  isə  buranm 
müqəddəs  yer  olduğunu  söyləyirdilər.  M il-Qarabağ  ekspedisiyası  1971-ci  ilin 
iyulunda  Cıdır  düzündəki  Zarıslı  (Daşaltı)  çayınm  dərəsindən  işə  başlamışlar. 
Həmin  mağara  (“Şuşa  mağarası”)  dəniz  səviyyəsindən  1400  metr  yüksəklikdə 
yerləşirdi.  “Şuşa  mağarası”nın  girəcəyində  çoxlu  daş  yığılmışdı.  Bu  da,  onu 
deməyə imkan verir ki, qədim  insanlar qonşu tayfaların hücumlarmdan müdafıə 
olunmaq  üçün  mağaraya  girir  və  həmin  daşlarla  özlərini  müdafıə  edirmişlər. 
M araq  doğuran  cəhətlərdən  biri  də  ondan  ibarətdir  ki,  m ağaranın  kənarında 
içməli  su  d a  olmuşdur.  Ştışa  mağarasınm  uzunluğu  120  metr,  eni  20  m etr  idi. 
Mağaranm  başlanğıcmda  qədim  və o rta  əsrlərə  aid  qalın  daş  istehkamlar,  qala 
və bina divariarınm qahqlan var idi.8
Şuşada  aparılan  arxeoloji  qazmtı  tədqiqat  işləri  nəticəsində  mağaranm 
içərisində  2  metr  dərinlikdən  Paleolit  (qədim  daş)  dövrünə  aid  2  ədəd  kobud 
çapacaq  aşkar edilmişdir.  Həmin  alətlərdən biri  Şuşa muzeyinə verilmiş, ikindsi 
isə,  Azərbaycan  Milli  Elmlər  Akademiyasmm  “Daş  əsri”  şöbəsində  saxlanılır. 
Bundan əlavə, Şuşa mağarasmdakı qazmtı işləri nəticəsində burada bizim eradan 
əvvəl  5-4-cü  minilliklərə  aid  torpaq  və  gil  qarışığmdan  hazırlanmış  qab 
məmulatı,  eneolit,  tunc  və  dəmir  dövrünə  aid  saxst  məmulat  qırıqları,  mezolitə 
aid  mikrolit  bıçaqlar  aşkar  edilmişdir.  M ağarada  tapılmış  əmək  alətlərinin 
zəngin  tarixə malik  olduğu sübut  edilmişdir.  Şuşa  m ağarasında  tapılmış maddi 
mədəniyyət  qalıqlan  Azıx  mağarasmın  və  Quruçay  dərəsində  yaranan  daha
270
qədim  mədəniyyətin  davamı  idi.  Burada  tapılmış  alətlərə  Azıx  mağarasındakı 
kobud  daş  alətlər  arasm da  bir  uyğunluq,  oxşarlıq  vardır.  240  kvadrat  metrlik 
Şuşa  m ağarasm da  müasir  insanlarm  əcdadları  uzun  illər  boyu  ömür  sürmüşlər. 
Paleolitin  erkən  və  o rta  dövrlərində  Azərbaycan  ərazisində  insanlar  kollektiv 
əməyə əsaslanmış və kiçik qruplar şəklində yaşamışlar. Onların əsas məşğuliyyəti 
yığıcılıq  və  ovçuluq  olmuşdur.  Şuşa  m ağarasında  yuxan  paleolitə  aid  çaxmaq 
daşından  bıçaqvari lövhələr və habelə kəsicilər tapılmışdır.
Dağlıq  Q arabağ  ərazisində  mis  yataqları  olduğu  üçün  ulu  əcdadlarımızın 
hazırladığı alətlərin çoxu misdən  idi.  Burada metal m əm ulatlar -  bıçaqlar, bizlər, 
iynələr,  ox  ucluqlan  tapılmışdır.  Bu alətlər  döymə üsulu  ilə hazırlanmışdır.  Şuşa 
m ağarasm da cilalanmış, naxışlarla bəzədilmiş  kobud və saxsı qablara d a  təsadüf 
edilirdi.  Q abların  rəngli  boyalarla  naxışlanması  Azərbaycan  eneolit  dövrünün 
başlandığını  sübut  edirdi.  Eyni  zamanda  qablara  naxışvurma  Azərbaycanm 
Yaxın  Şərq  ölkələri  ilə  iqtisadi-mədəni  əlaqələrinin  olmasını  da  göstərirdi. 
Şuşada tapılmış mikrolit alətlərdən bıçaqlara, bizlərə Qobustanda da rast gəlmək 
mümkün idi.  Həmin alətlər daş dövrünün firuz mərhələsinə aiddir.
Şuşa  m ağarasında  eramızdan  əvvəl  III-II  minilliklərə  aid  əşyalar 
tapılm ışdır  ki,  bu  əşyalar  misə  qalay,  arsen  qatm aqla  yaranmışdır.  Qədim  və 
O rta  tunc  dövrühə  aid  olan  əmək  alətləri,  silah  və  bəzək  əşyaları  eynilə  I 
Kültəpədə,  Babadərvişdəki  əşyalara  oxşayırdı.  Şuşa  m ağarasındakı  əşyalar 
üzərində  gözəl  əl  işləri  var  idi  ki,  həmin  şəkilləri  “addımlayan  möhürlər”  və 
“oyulmuş qıfıl yerləri” adlandırırdılar.  Bütün  bunlar isə qədim Şuşa sakinlərində 
şüurun  inikşafını,  incəsənətin  və  mədəniyyətin  tərəqqisini  göstərən  amillər  idi. 
Ağdamın  Üzərliktəpə  adlanan  ərazisindəki  əşyalar  üzərindəki  şəkillärə  Şuşa 
m ağarasındakı  əşyalar  arasm da  tamamilə  bir  uyğunluq  vardır.  Eyni  zamanda, 
Şuşa  m ağarasm dakı  əşyalara  bütün  Quruçay  və  Köndələnçay  arasındakı 
ərazilərdə  də  rast  gəlinmişdir.  Ərazidə  eram ızdan  əw əl  I  minilliyə  aid  əşyalar 
tapılm ışdır ki, bu əşyalar dəmir dövrünə aid idi.

Beləliklə,  aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  gözəl 
Qarabağımızm cənnət yaylağı, Oğuz-Türk diyarımız olan bärlı-bərəkətli, min  bir 
nemətli  Şuşamız  dünyada  ilk  insanlarm  yaşadığı  ərazilərdən  biri  olmuşdur. 
Dağlıq Qarabağımızın hər bir qarış torpağm da, daşmda ulu babalarımızm nəfəsi 
duyulur.  Məsələn,  Xocalı  arxeoloji  abidələri  (e.ə.  13-7-ci  əsrlərə  aid),  Tağlar 
mağarasmdakı  əmək  alətlərinin  zəngin  tarixi  (100  min  il  bundan  əwələ  aid), 
Xankəndindəki  kurqanlar  (e.ə.  5-3-cü  minilliklərə  aid),  H adrutdakı  memarlıq 
abidələri  və  başqa  maddi  mədəniyyət  nümunələri,  nəinki,  Dağlıq  Qarabağda 
ibtidai  insanlarm  yaşamasını  göstərir,  hətta  bu  ərazidə  yaşayan  ən  qədim 
insanlann  uzun  müddət  məskən  salaraq  formalaşmasım,  xalqımızın  lap 
qədimdən mədəni, bilikli, bacarıqlı bir xalq olduğunu sübut edir.
Azərbaycanm  İrəvan  xanlığmda özlərinə dövlət yaradan  ermənilər bu gün 
tariximizi 
saxtalaşdırmağa 
çalışırlar. 
H ətta 
onlar 
tarixi 
abidələrimizi 
özününküləşdirmək  üçün  bütün  yollardan  (cinayət  işlətməkdən  belə)  istifadə 
edirlər.  Belə müəlliflərdən  biri  Ş..Mkrtıçyandır.  Onun  1986-cı  ildə  İrəvanda  çap 
edilmiş “Dağlıq Qarabağın tarixi memarlıq abidələri” adlı əsəri heç bir elmi əsası 
olmayan,  boş  bir cəfəngiyyatdır.  Ermənilərin  “alimi”  hesab  edilən  Ş.Mkrtıçyan 
Qarabağdakı  bütün  abidələrin  ermənilərə  aid  olmasmı  öz  kitabm da  geniş  şərh 
etmişdir.  Ş.Mkrtıçyan  “erməni  xalqı”nın  tarixinin  başlanğıcmı  aşel  dövrünə  aid 
edir (350-550 min  il bundan  əwələ).  Ə w əla,  Ş.M krtıçyan bir həqiqəti  bilməlidir 
ki,  550 min  il  bundan  əw əl,  aşel  dövründə  müasir  insantn  heç  bir yerdə  əcdadı 
yaşamayıb.9  Eyni  zamanda,  həmin  dövrdə  ptikantrop,  sinantrop  tipli  ibtidai 
insanlar  yaşamışlar.  Bütün 
bunlarla  yanaşı,  “hörmətli  uzaqgörən  alim”  bir 
həqiqəti da yaddan  çıxarır ki,  350-550 min  il bundan əvvəl  yer kürəsində heç bir 
millət və xalq olmayıb.
Erməni  yazıçısı  Sero  Xanzadyan  isə  Ş.M krtıçyanm  kitabm a  genİş  həcmli 
məqalələr  həsr  etmişdir.  Ş.Mkrtıçyanı  erməni  xalqınm  “tacı”  hesab  edən 
S.Xanzadyan  1986-ct il  “A vanqard” jum alm m   5-ci saymda və  1989-cu il (aprel) 
“Kommunist”  qəzetində, həqiqətən Şuşa, Xocalı, Xankəndi, Azıx və başqa tarixi
272
/
abidələrimizdəki  m addi  dəlillərin  ermənilərə  aid  olması  fıkrini  təsdiqləyir.  Eyni 
zam anda,  S.Xanzadyan  erməni  “aliminə”  məsləhət  görür  ki,  onun  tutduğu  yol 
yaxşı  yoldur,  təkcə  Q arabağ ərazisi  yox,  həm  də Qazax-Şamxor,  Şəki-Zaqatala 
əraziləri də Erm ənistäna aid olm uşdur və bu sahədə tədqiqat işıni genişləndirmək 
lazımdır.  Erməni  “alimi”  V .Ulubabyan  isə  “Kom m unist”  qəzetiıiin  18  avqust 
1988-ci  il  sayında  Dağlıq  Q arabağı  Ermənistanm  Şərq  hissəsi  olmasını  yalançı 
faktlarla  açıqlamağa  çalışır.  M üəllıf  Şuşa  qalasmı  “Şoş  qalası”  adlandınr  və 
həmin  qalanın  Pənahəli  xana  erməni  Məlik  Şahnəzər  tərəfindən  bağışlanması 
fıkri  açıqlanmışdır.  Elmə,  fakta  əsaslanmayan  tarix,  əsası,  bünövrəsi  olmayan 
binaya  bənzər.  Bu  dəfəki  erməni  yalanı da  “ayaq  tutsa  da,  yerimədi” .  Görünür 
Ulubabayanlar,  Xanzadyanlar,  M krtıçyanların  “Qarabağnamələr”dən  xəbərləri 
yoxdur.  Dünyanm  70-dən  çox  ölkəsində  öz  naxələf,  haqsız  işlərinə  haqq 
qazandırm aq  üçün  təbliğat  aparan  erməni  müəllifləri  vaxt  gələcək  ki,  yalançı, 
saxta,  cəfəng  uydurm alanna  görə  xalqımız  və  dünya  ictimaiyyəti  qarşısmda 
cavab  verəcəklər.  Qərəzsiz  elmi  araşdırm alara  əsaslanaraq,  qəti  surətdə  deyə 
bilərik  ki,  İrəvan  xanlığı  da  daxil  olmaqla,  tarixin  heç  bir  mərhələsində 
Azərbaycan  ərazisində heç vaxt ermənilər ayrıca bir dövlət təşkil etməmiş, nə də 
ermənilərin  “Arsax”  adlandırdıqları  ərazidə  (Dağlıq  Q arabağda)  ermənilər  say 
çoxluğuna  qətiyyən  m alik  olmamışlar.  Azərbaycanm  ərazi  bütövlüyü  həmişə 
qorunub  saxlanılmışdır.  Xalqımızm  birliyi  əsasmda  biz  yenə  də  ərazi 
bütövlüyümüzü bərpa edəcəyik.
XX   yuzilliyin  50-60-cı  illərində  Azərbaycan  tarixçiləri  dövlətimizin  qədim 
tarixinin  öyrənilməsi  məqsədila  vacib  tədqiqatlar  aparmışlar.  Azərbaycan 
tarixinə  d air  yeni  və  qiymətli  mənbələr  -   1949-cu  ildə  «Azərbaycan  tarixinin 
oçerkləri»,  1958-1963-cü  illərdə  üçillik  “Azərbaycan  tarixi”,  “Azərbaycanda 
Sovet  hakimiyyəti  uğnında  fəal  mübarizələr”,  “Azərbaycan  Kommunist 
partiyasmm  tarixi  oçerkləri”,  o   cümlədən,  sırf Qarabağm  tarixinə  dair  1950-ci 
ildə  “Qarabağnam ə”,  1959-cu  ildə  “Q arabağ  tarixi”,  1963-cü  ildə  “Q arabağ

bolşeviklərinin  Sovet  hakiraiyyətinin  qələbəsi  uğrunda  mübarizəsi”,  1970-ci  ildə 
“DQM V Sovet hakimiyyəti illərində” və başqa əsərlər nəşr olundu.
Bəhs  etdiyimiz  dövrdə,  ictimai  elmlər  sahəsində  -   xüsusilə,  Azərbaycamn 
fəlsəfi və ictimai fıkir tarixinin öyrənilməsində, fılosoflarımızm fəlsəfi fıkirlərinin 
tədqiqində,  memarlıq  abidələrinin,  Azərbaycan  klassiklərinin  ədəbi  irsinin 
tədqiqində  böyük  nailiyyətlər  əldə  edildi.  Ü.Hacıbəyovun  “Azərbaycan  xalqı 
musiqisinin əsasları”, H.Hüseynovun “XDC əsr Azərbaycan ictimai və fəlsəfı fıkir 
tarixindən” ,  Ə.Dəmirçizadənin  “Azərbaycan  dilinin  tarixi”,  “Kitabi  Dədə 
Qorqud  dastanlarm m   dili”,  F.Qasımzadənin  “XIX   əsr  Azərbaycan  ədəbiyyatı 
tarixinin oçerkləri” , H.Ataslınm “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi”, 
Ə.  Quliyevin,  Ə.Əlizadənin,  Z.Bünyadovun  və  başqa  alimlərimizin  qiymətli 
tədqiqatları xalqımızın qiymətli, mənəvi sərvətinə çevrildi.
X X   yüzilliyin  50-60-cı  illərində  Azərbaycan  SSR-in  DQM V-nin  müxtəlif 
sahələrinin  əhatə  edən  əsərlər  yazıldı.  Belə  ki,F.Şuşinskinin  “Şuşa”  (1968), 
“ M .Qorki  adm a  DQMV-nin  kitabxanası”  (1962),  “DQM V  Sovet  hakimiyyətı 
illərində” (1970), “Qarabağ ipəkçilik sənayesi sovet hakimiyyəti illərində” (1957), 
S.Barsenin  “Dağlıq  Qarabağ  M uxtar  Vilayəti”  (1963),  N.S.  Şaxnazarovun 
“DQM V”  (1960),  “V.İ.Leninin  kooperasiya  planmın  DQMV-də  həyata 
keçirilməsi”  (1958),  “DQMV-nin  dövlət  tarixi  muzeyinə  ekspedisiya”  və  başqa 
əsərlər  nəşr  olundu.  Lakin  həmin  dövrdə  yazılmış  əsərlərin  nəşri  irəliyə  doğru 
mühüm  addım  olsa  da,  Azərbaycanm  ayrılmaz  tərkib  hissəsi  olan  DQMV-nin 
tarixinin bir sıra problemlərinin işlənilməsinin elmi səviyyəsi hələ yüksək deyildi. 
Təəssüf və təəccüb  doğuran  bir  məsələni  xüsusi  qeyd  etməliyik  ki,  XX  yüzilliyin 
50-60-cı  illərində  DQMV-nin  tarixinin  tədqiqi  erməni  müəlliflərinə  “qismət” 
olmuşdur.  Yazılan  həmin  əsərlər  isə  öz  mənafelərinə  uyğun  qələmə  alınmış, 
yalnız  çaşdırma,  yanıltma  xarakteri  daşımışdır.  Qarabağımızm  qədim,  orta  və 
yeni dövrünə aid problemlər özünün dərin və əsaslı tədqiqini gözləyirdi.
Azərbaycan  sərvətlərindən,  o  cümlədən,  zəngin  yeraltı  və  yerüstü  təbii 
sərvətlərə  malik  Dağlıq  Q arabağ  sərvətlərindən  daha  çox  faydalanmaq  üçün
mərkəz,  Respublikamızın  elmi  gücünü  artırm ağa  və  ondan  səmərəli  istifadə 
etməyə çahşırdı.  Bu  məqsədlə,  1950-ci ildən bölgəyə ekspedisiya təşkil  olunmağa 
başlandı.  D ağlıq  Q arabağda  çox  böyük  əhəmiyyətə  malik  olan  faydalı  qazmtı 
ehtiyatları  vardır.  Belə  ki,  ərazidə  Mezozoy  və  Kaynazoy  erasma  aid  əhəng 
daşları, gillər, şistlər aşkar edilmişdir. Tərtərçay və Xaçınçay arasında Ağdərənin 
M ehmanə yatağm da qalay, mis, sink, gips, əhəngdaşı, H ad ru tta qranit yataqları, 
dağlarda xrom it, qurğuşun,  polimetal  fllizləri,  tikinti materialları,  mərmər,  gips, 
üzlükdaşı,  mergellər,  odadavamlı  gil,  təbaşir  və  sair  mövcuddur.  Ağdərənin 
D ovşanlı  kəndində  bülöv  daşı  və  dəyirman  daşı  istehsalı  üçün  xammal  vardır. 
Azərbaycanın  D ağlıq  Q arabağ adlı səfalı bölgəsində dünya miqyasmda tamnmış 
müalicəvi  əhəmiyyətli  hidrokarbonath  Turşsu 
mineral bulağı 
daha  çox
məşhuldur.  Bununla yanaşı, ərazidə  11 növ müxtəlif tərkibli su sistemləri yerləşir. 
Bütün  bu  cəlbedici  gözəlliklər  və  təbii  sərvətlərimiz  xain  qonşularımızm 
diqqətindən  yayınmamış  və Qarabağımız işğal olunaraq təbii  sərvətlərimiz talan 
edilib Erm ənistana daşm m aqdadır.
Sənayenin  xam m ala  olan  tələbatını  ödəmək  və  xalq  təsərrüfatını  inkişaf 
etdirm ək  məqsədilə,  1950-d  ildən  başlayaraq,  D ağlıq  Qarabağın  florası
öyrənilməyə  başlandı.  Tədqiqatçı  alimlərimiz kənd  təsərrüfatı 
bitkilərinin
məhsuldarlığmı  artırm ağm   həllinə  köməklə  əlaqədar  bitkilərin  fiziologiyası  və 
mühafizəsi  məsələlərinin  tədqiqini  genişləndirdilər.  Burada  üçüncü  bir  vəzifə  də 
vardır ki, torpağın eroziyäsmm qarşısı almsın.  Bu məqsədlə,  1950-d ildə Torpaq- 
Eroziya  Stansiyası  yaradıldı.  Dağlıq  Qarabağm  müxtəlif  sahələrində  nəbatatçı 
alimlərimizdən  -   Ə.İ.Quliyevin  (1965),  V.Z.Quliyevin  (1950),  l.S.Səfərovun 
(1966), N .H .A xundovun (1963) apardıqları tədqiqatlar nəticəsində  1000 hektarla 
sahədə  terraslaşdırm a  yolu  ilə  yeni növ  bitki  plantasiyaları  salmdı.  Hibritləşmə 
yolu  ilə  yeni  bitki  növlərinin  yetişdirilməsi  məhsuldarlığı  100  faizə  qədər 
yüksəltdi.10  Məsələn  Ə.I.Quliyev  1965-ci  ildə 
Ağdərə  rayonu 
ərazisində
yetişdirdiyi yeni növ qoz ağacımn meyvəsi  10,8 qram dan  17,5 qram a, yağlılığı 61 
faizdən  71  faizə  qalxmışdır.  A.Nikitin  isə  1959-cu  ildə  Dağlıq  Q arabağ

meşələrində bitən ağacların oduncaqlarmm möhkəmliyi, yaraşığı ilə fərqləndiymi 
göstərmişdir.  1960-cı  ildə  aparılan  tədqiqatlarda  Xankəndi  rayonunun  Sıqnarx 
kəndi  yaxınlığmda,  Xocavənd  rayonunun  Tağverd  kəndi  ətrafında,  H adrut 
rayonunun  M ədətkənd  və  Böyük  Tağlar  kəndləri  yaxınlığında  dəniz 
səviyyəsindən  1200-1300  m etr  yüksəkliklərdə  şabalxd  ağaclarının  bitdiyi 
göstərilirdi.  N əbatatçı alimlər yeni növ şabalxd, fxndıq, əzgil, alça,  saqqızağacı  və 
sair yetişdirib bölgəyə yaymışlar.
XX  yüzilliyin  50-ci  illərindən  Dağlxq  Qarabağda  dənli  bitkilərin  yeni 
növlərini  almaq  və  mövcud  növlərin  dəyişdirmək  prosesinin  öyrənilməsi 
sahəsində  səmərəli  işlər  aparxlxrdı.  Dağlıq Q arabağ şəraitində  seleksiyaçx  alimlər 
tərəfındən  yüksək  məhsuldar  buğda  növü  olan  “Qılcıqsız-1 ”  yetişdirilmişdir.11 
Bütün  növlər  arasında  birinci  yerə  çıxan  həmin  növ  bölgənin  taxılçılıq 
təsərrüfatlarxnda yayılaraq əkilmişdir.
DQMV-də  sənaye  əhəmiyyətli  qvaula  bitkisi  mühüm  kənd  təsərrüfatı 
bitgiləri  sırasına  daxil  olmuş  və  bölgədə  1929-cu  ildən  əkilməyə  başlanmışdır. 
Dağlıq  Qarabağın  torpağı  və  iqlimi  qvaula  bitgisinin  daha  geniş  ərazilərdə 
yayılmasına  şərait  yaradır.  Ağdərə  rayonuntm  M arquşavan  kəndindəki  Elmi 
Təcrübə  Mərkəzində  təbii  kauçuk  verən  qvaula  bitgisinin  daha  məhsuldar  bir 
növü  -   Avqustfoliumun  “Pioner-Qarabağ”  çeşidi  əldə  edilmişdir.  Həmin  növ 
soyuğa  və  quraqlığa davamlı  olmaqla,  məhsuldarlıq  əw əlkindən  2  dəfə  yuxarı, 
9-10 faiz kauçuk verirdi.12 Yüksək keyfıyyətli  kauçuk əldə etmək üçün əsas baza 
əldə edildiyindən  DQMV-də qvaula əkini  sahəsi  1945-ci  ilin  156 hektarına  qarşı 
1951 -ci ildə 200 hektara çatdınldı.
Üzüm  yetişdirmək  qarabağlılarm  çoxdankı  sənətidir.  Lakin  qədimdə 
tənəklər sistemsiz və qaydasız əkilirdi.  1957-ci il Dağlıq Qarabağda üzümçülüyün 
inkişafmda 
mühüm 
mərhələ 
olmuşdur. 
Həmin 
il 
böyük 
sahələrdə 
mexanikləşdirilmiş üsulla üzüm plantasiyaları yaradılmış yeni və dah a məhsuldar 
“Rakasteli”,  “Bayan-Şirey”,  “Xidoqni”  kimi  üzüm  növləri  əkilmişdir.13 
Məhsuldarlxğı  daha  da  artırm aq  ilçün  alimlərimiz  superfosfaltdan,  azot
selitrasxndan  və  digər  gübrələrdən  istifadə  olunmasmı  təkmilləşdirib  daha  geniş 
sahələrə tətbiq etdilər.
Misilsiz  dada  və  müaJicə  keyfxyyətinə  malik  Şah  tu t  ağacını  Dağlxq 
Q arabağda  “ömür  ağacı”  adlandınrdılar.  T utda  şəkərliliyin  m iqdarı  37  faizə 
çatdığm dan  ondan  müalicəvi  əhəmiyyətli  bəhməz  və  spırt  hazırlanır.  Təsadüfı 
deyildir ki,  DQM V-də yazılmış elmi tədqiqat əsərləri içərisində tu t ağacına onun 
meyvəsinə, yarpaqlarından istifadəyə, əkilməsi və hibritləşməsinə həsr edilmişdir. 
Məsələn,  “Meyvə verən üç növ tu t ağacmın biokiməyəvi xüsusiyyətləri”, “Şah tut 
ağacı  və  onun  D Q M V   ərazisində  yetişdirilməsi”,  “Spirt  çəkildikdən  sonra  tut 
tör-töküntülərindən  yem  hazırlamaq  üsulları”  və  sair  belə  əsərlərdəndir.  Çox 
qulluq  tələb  etməyən,  quraqlığa  davamlı,  əhəmiyyətli  şah  tu t  bağlan 
genişləndirilərək  1600 hektara çatdırıldı.14 Həm də baram a qurdu saxlam aq üçün 
yem  bazarı  rolunu  oynayan  tu t  bağlarmı  gələcəkdə  daha  d a   genişləndirmək 
nəzərdə tutulm uşdur.
Dağlıq  Qarabağın  zəngin  yaylaqlan  və  biçənəkləri,  ümumiyyətlə  təbii 
şəraiti  heyvandarlığın  inkişafı  üçün  əlverişlidir.  Lakin  m al-qaram n  cinsinin  pis 
olması  heyvandarlxqda məhsuldarlığm aşağı düşməsinə səbəb olm uşdu. A panlan 
tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  XX   yüzilliyin  əw əllərində  Dağlıq 
Q arabağda  baytarlxq  xidməti  bir  həkimdən  və  2  feldşerdən  ibarət  olmuşdur. 
Azərbaycan  hökum əti bölgədə heyvanlann cins  tərkibinin  yaxşılaşdınlması üçün 
ciddi  tədbirlər  həyata  keçirdi.  Belə  ki,  Dağlıq  Qarabağa  bacarıqlı  mütəxəssis 
kadrlar göndərildi. A qrom əntəqə diaqnoz kabinəsi və damazlıq stansiyası açıldı. 
B aytar  mütəxəssislərin  apardıqlan  elmi  təcrübələrə  əsasən  süni  mayalanm a 
sistemi  tətbiq  olundu.  Nəticədə,  m al-qaranm  cins  tərkibi  yaxşılaşmış  və 
məhsuldarlıq yüksəlmişdi. Yeni cinslər -  “şvits”, “lebedenski”, “k arp at” metisləri 
vilayətin ferm alarında yayılmışdır.
X X   yüzilliyin  əvvəllərində  Qarabağm  Q aradolaq  kənd  sakini  məşhur 
kəllədar  Hacı  M əhəmmədhüseyinin yeni  cins  qoyun  yaratm aq  işini,  50-ci ülərdə
F.A .  M əlikovun  rəhbərliyi  altm da  mütəxəssis  alimlər  tərəfındən  davam
277

etdirilmişdir.  Alimlarimiz  yarımzərif  yunlu,  xəstəliyə  və  təbii  amillərə  qarşı 
dözümlü  yeni  qoyun  cinsi  -   Azərbaycan  dağ  m em osu  yetişdirmək  işini  başa 
çatdırdılar.15  Beləliklə,  mütəxəssis  alimlərimiz  kənd  təsərrüfatı  heyvanlarının 
məhsuldarlığını  artırmağın  bioloci  əsaslarım  hazırlamaq  sahəsində  mühüm  işlər 
gördülər.
Dağlıq  Qarabağm  elmi  nailiyyətlərindən  danışarkən  Harov  kənd  sakini
G.T.İlyenkonun  adını  xüsusi  qeyd  etməliyik.  İlyenkonun  ətrafında  Dağlıq 
Qarabağm  mütəxəssis  alimləri  toplanmışdı.  Yeni  növ  sahəsinin  aqranomu 
İlyenko  diyarın  kənd  təsərrüfatının  elmi  əsaslarla  inkişaf etdirilməsində  böyük 
rol  oynamışdır.  Alimin  ətrafmda  toplaşan  miçurinçilər  bol  məhsul  yetişdirmək 
bacarığmı  kənd  əməkçilərinə  öyrədir  müxtəlif bitkilərin  ən  yaxşı  növlərini  geniş 
yayırdılar.
Dağlxq  Qarabağın 
sənaye  müəssisələrində  elmi 
yeniliklər  böyük 
müvəffəqiyyətlə tərtib olunurdu.  Məsələn, Q arabağ İpək Kom binatınin fəhlələri, 
bəhs  etdiyimiz  dövrdə,  yaradıcılıq  və  yüksək siyasi  şüurluluq  nümayiş  etdirərək 
müəssisədə  yeni  üsul  tərtib  edib  çoxdəzgahçıiıq  hərəkatını  genişləndirmişdilər. 
Azərbaycan  hökümətinin dərin  qayğısı nəticəsində müəssisədə  işləyən  fəhlələr öz 
təhsillərini  ali  və  orta  ixtisas  məktəblərində  davam  etdirirdilər.  Nəticədə,  həmin 
müəssisənin  fəhlələrinin  əksəriyyəti  öz  ixtiraları  və  səmərələşdirici  təklifləri  ilə 
fərqlənirdilər.  Bütün  bunlar  isə  məhsulun  əmək  məsrəfinin  azalmasım, 
keyfiyyətin və məhsuldarlığın yüksəlməsinə səbəb olurdu.
Dağlıq  Qarabağm  xalçaçılıq,  şərabçılıq,  elektrotexnika  məmulatlafı 
zavodu  və  başqa  müəssisələri  Bakıda  fəaliyyət  göstərən  Elmi  Tədqiqat 
İnstitutları  ilə  əlaqə  əsasmda  yeni  qabaqcıl  metodları,  ixtiraları  tətbiq  edir  və 
yüksək  məhsuldarlığa  nail  olurdular.  Bakı  Elmi  Tədqiqat  və  layihə  İnstitutları 
Xankəndi  müəssisələrinin  genişləndirilməsi  və  yenidən  qurulması,  istehsalm 
texnalogiyasınm təkmilləşdirilməsi üçün faydalı işlər aparmışlar.
XX yüzilliyin 50-60-cı illərində DQMV-nin relyefl, geoloji quruluşu, iqlimi, 
daxili  suları,  torpaq  və  bitki  örtüyü,  landşaftı,  iqtisadi-coğrafi  mövqeyinin
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin