AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

278
/
öyrənilməsi  işi  uğurla  davam  etdirilirdi.  Bu  işdə  E.Ş.Şıxalıbəylinin  (1966), 
Quiiyevin  (1966),  Tanrıverdiyevin  (1967),  Şirinovun  (1967),  V.Q.  Zavaryevin 
(1948), B.T.N azirovanm  (1949) və başqalarınm  xidmətləri böyük olm uşdur.16
A zərbaycan  alimləri  DQMV-də  enerci  ehtiyatlarını  aşkara  çıxarır,  ondan 
düzgün  istifadə  olunm ası  şərtlərini  müəyyənləşdirir,  mövcud  en erd  sistemlərinin 
səmərələşdirilməsi üsullarım işləyib hazırlayırdılar. Belə enerji mənbələrindən biri 
Tərtər çayı  üzərində  M adagiz kəndi yaxmlığında,  əsası  1938-ci  ildən  qoyulan  və 
müharibənin  başlanması  ilə  tikintisi dayandırılan  Sərsəng  SES  idi.  Sərsəng  SES 
m əşhur  Sovet  energetika  alimi  Q .O.Qrattionun  müddəalarına,  böyük  təcrübəyə, 
dərin  biliyə  malik  mühəndis  alim  Bəxtiyar  M əmmədovun  layihəsinə  və 
T.V.Prokofyeviçin  dəqiq  hesablam alanna  əsaslanmışdır.  Həmin  hidrotexniki 
qurğu  1965-1976-cı  illərdə  tikilib  istifadəyə  verilmişdir.  Qovşağın  torpaq 
bəndinin  hündürlüyü  130  metr,  suaşırma  qabiliyyəti  900  m 3  san.  idi.  Elektrik 
stansiyasmın gücü 50 min kvat və 565 milyon m3 su anbarm dan ibarətdir.17
Azərbaycan  SSR  DQMV-də  1940-cı  ildən  Azərbaycan  Yazıçılar 
İttifaqm m   Vilayət  Birliyi  yaranmışdır.18  Çox  təəccüblə  qeyd  etməliyik  ki, 
aparılan  tədqiqatlar  nəticəsində,  DQMV-nin  “Ədəbiyyat  və  incəsənət” 
mövzusunu  əhatə  edən  əsərlər  nəzərdən  keçirilərkən  dünya  ədəbiyyatma 
N.Vəzirov,  Ə.Haqverdiyev,  S.S.Axundov,  Y.V.Çəmənzəminli  kimi  görkəmli 
ədiblər  bəxş  etmiş  Q arabağ  torpağm da  onların  davam çılarının  adları  çəkilmir. 
Yalnız  V .Akopyan,  O.Qabrelyan,  R.Beqlaryan,  V.Ovyan,  İ.Alaverdiyan, 
M .Avanesiyanların adları böyük fəxrlə vurğulamr.  B urada yaşayanlar Nəvvabın, 
Zakirin,  N ətavanın  övladları  deyilmı?  M əkan  dəyişməyib.  Dəyişən  zaman  və 
insanlardır. 
M əkirli 
niyyət, 
mənfur 
sıyasət 
sahibləri 
torpaqlarım ıza 
köçürüldükdən sonra dərin düşüncəli azərbaycanlıları sıxışdırmağa, süni əngəllər 
yaratm ağa  və  ərazidən  uzaqlaşdırmağa  başladılar.  Bütün  bunlar  isə  sonrakı 
dövrdə öz mənfi nəticələrini verdi.
XX   yüzilliyin  50-60-cı  illərində,  başqa  sahələrdə  olduğu  kimı',  Vilayətdə  , 
incəsənət də inkişaf etməkdə idi.  M .Qorki adına  X ankəndi  D övlət  D ram   Teatrı
279

XX  əsrin  20-ci  illərində  həvəskar  dram   dəməyi  şəkilində  fəaliyyətə  başlamış  və
1932-ci  ildən  dövlət  teatn  kimi  təşkil  edilmişdir.  1950-ci  ildən  M .Q orki  adına 
Xankəndi  Dövlət  Dram  Teatrm ın  (X D D T)  təşkilar  və  yaradıcılıq  həyatm da 
müəyyən  dönüş  yarandı.  tnsanlann  mənəvi  həyatmı  və  qəhrəmanlığını  əks 
etdirən  tam aşalar  yaradılmağa  başlandı.  Bəhs  etdıyimiz  dövrü,  əhatə  edən 
tamaşalar  səhnələşdirildi.  “Mühasirə”  pyesinin  tamaşası  ilə  fəaliyyətə  başlayan 
XDDT-da  A.Şirvanzadənin  “Xaos”,  N a r  dosun  “Öldürülmüş  göyərçin”, 
V.Şekspirin  “Hamlet” , “Otello” ,  M .Qorkinin “Həyatm  dibində” ,  C .Cabbarhnın 
“Sevil” ,  “ 1905-d  ildə” ,  “Almas”,  “Y aşar”,  S.Vurğunun  “V aq if’,  İ.Əfəndiyevin 
“Bahar suları”,  “Sən  həmişə  mənimləsən”, Ə.Məmmədxanlmm  “ Şərqin  səhəri”, 
H.M uxtarovun “Ailə namusu”, İ.F.Popovun “Ailə” , M.Şamxalovun  “Qaynana” 
və digər əsərlər tamaşaya qoyulmuş və illər boyu rəğbətlə qarşılanmışdır.
Bu  dövrdə,  50-60-cı  illərə  dair  tam aşalardan  S.Rəhmanm  “Nişanlı  qız”, 
İ.Səfərlinin  “Göz  həkimi”  pyeslərində  xalqm  müxtəlif  təbəqələrinin  surətləri 
yaradılmışdır. 
H.Seyidbəyli 
və 
İ.Qasımovun 
«Uzaq 
sahillərdə», 
Ə.Məmmədxanlmm  «Od  içində»  tam aşalarm da  isə  sülhsevər  siyasət  və  milli 
azadlıq  hərəkatım  boğmağa çalışanlar  ifşa  olunurdu.  X D D T yarandığı vaxtdan 
70-ci  illərədək  olan  dövrdə  300-dən  çox  pyesi  tanxaşaya  qoyulmuş  və  bu 
tam aşalarä 5 milyondan artıq adam  baxmışdır19. X D D T sənaye, kənd təsərrüfatı 
müəssisələrinə,  tikintilərə,  məktəblərə  tex-tez  qonaq  gedir,  böyüməkdə  olan 
nəslin  ideya-siyasi,  estetik  və  bədii  tərbiyəsinin  formalaşmasına  sanballı  töhfə 
vermişlər.  Lakin  aparılan  araşdırm alar  nəticəsində  məlum  olur  ki,  tamaşalär 
yalnız ermənilərin daha çox cəmləşdiyi kəndlərdənümayiş etdirilirdi.  Bunun əsas 
səbəbi,  bir tərəfdən,  azərbaycanlılar yaşayan  kəndlərdə tamaşalarm  göstərilməsi 
üçiin  yer  problemi  ilə  bağlı  idisə,  ikinci  tərəfdən,  XDDT-nın  truppasmın 
tərkibinin sırf ermənilərdən ibarət olması ilə bağlı idi.
Dağlıq  Q arabağ  Dövlət  M ahnı  və  Rəqs  ansamblı  1959-cu  ildən  fəaliyyət 
göstərməyə  başlamışdır.  Bəhs  etdiyimiz  illərdə,  DQMV-də  “Qarabağ”  Dövlət 
E strada orkestri də, rəngarəng çıxışları ilə şöhrət qazanmışdır. Onların repertuarı
280
/
zəngin  və rəngarəngdir.  Bu kollektivlər şəhər və kənd sakinləri  qarşısında SSRİ- 
nin  bütün  m ahnı  və  rəqslərini  fəal  təbliğ  edirlər.  Hər  2  kollektivin  qastrol 
səfərlərinin  coğrafiyası  genişdir.  Həmin  səfərlərin  m arşrutuna  Ukrayna, 
Belarusiya,  Erm ənistan,  Moldafiya,  Gürcüstan,  Şimali  Qafqaz,  Arxangelsk, 
R ostov,  Baykal-Am ur və başqa ərazilər daxil idi.
XX-yüzilliyin  50-60-cı  illərində  Şuşa  şəhərində xalq  çalğı  alətləri  ansamblı 
və  d ram   kollektivi  də  fəaliyyət  göstərirdi.  Şuşa  gözəl  Qarabağm  gözüdür  desək 
şişirtmə  sayılmaz.  Sıldınm  qayalar  sinəsində  bərqərar  olan  Şuşa  Azərbaycanm 
təbii  konservatoriyası,  musiqi  sənətinin  ocağı  olmuşdur.  Təsadüfı  deyildir  ki,
XIX  əsrdə Şuşada 95  şair, 22 musiqişünas, 38  xanəndə var idi.20 M .M .N əw abm , 
H .H .N iftalıoğlunun,  X.B.Nətavanm  işi XX  yüzillikdə  çox böyük  müvəfəqiyyətlə 
davam   etdirilmişdir.  Azərbaycanm  mədəni  mərkəzlərindən  olan  Şuşa  şəhəri 
Respublikam ızda  və  hətta  dünya  miqyasında  tanmmış  istedadlar  -   görkəmli 
ədiblər,  bəstəkarlar,  incə  səsli  xanəndələr,  memarlar,  xəttatlar,  nəqqaşlar, 
rəssam lar  yetişdirmişdir.  Məşədi  Cəmil  Əmirovun,  Süleyman  Ələsgərovun, 
Zülvüqar  Hacıbəyovun,  Sultan  Hacıbəyovun,  Üzeyir  Hacibəyovun-  və  başqa 
bəstəkarlarımızın 
yaradıcılığı 
təkrarsız 
milli 
özünəməxsusluğu 
ilə 
səciyyələnmişdir.  Şuşa  həm  də  yüksək  ifaçılıq  sənəti  ilə  seçilən  Keçəçi  oğlu 
Məhəmmədin, 
Qacar 
Sürəyyənin, 
Əbdülbaqi 
Zülalovun, 
C abbar 
Qaryağdıoğlunun,  İslam  Abdullayevin  və  başqa  xanəndələrin  vətənidir.  Şuşa 
təkcə  xanəndə  və  bəstəkarları  ilə  seçilmirdi.  Burada,  həm  də  tarizanlarım ızdan 
Həmid  Malıbəyli,  Qurban  Pirimov,  Zeynal  Q arabağı,  Məşədi  Cəmil,  Sadıqcan, 
gözəl  qarm on  ustası  Abıtalıb  Yusifov,  Lətif  Əliyev  və  başqaları  dünyaya  göz 
açmışlar.  XX  yüzilliyin  50-60-cı  illərində  Azərbaycanı  İttifaq  m iqyasm da  və 
dünyada  tanıdan  M.Bülbülün,  R.Behbudovun,  S.Şuşinskinin,  X.Şuşinskinin  və 
başqalarının adlarını fəxrlə çəkə bilərik.
Bəhs etdiyimiz dövrdə,  Şuşada yaşayıb yaratmış M irzə X osrov Şaiq (1889- 
1960)  Azərbaycan  maarifçisi,  pedaqoqu  və  şairi  adlarına  layiq  görülmüşdür.  v 
Mirzə  Xosrovun  ən  mühüm  xidmətlərindən  biri  Şuşada  yaşayan  azərbaycanlı

qızlarımn  təhsilə cəlb etməsi  olmuşdur.  Ömrünii millətinin maariflənməsinə həsr 
edən  Mirzə Xosrov,  həm də  “Məclisi  Fərm uşan”m  üzvü idi  və  “Şaiq”  təxəllüsü 
ilə şerlər yazmışdır.
Azərbaycan  musiqisinin  inkişafma  istedadlı  özfəaliyyət  kollektivlərinin 
yaradıcıhğı  kömək  edirdi/  1960-cı  ilin  əvvəllərində  Bakıda  keçirilmiş 
“Özfəaliyyətə  Respublika  baxışı”  tədbirində  Şuşa  xalq  çalğı  alətləri  üçlüyü, 
müxtəlif janrların  ifaçıları,  xor  və  rəqs  kollektivi  də  iştirak  etmiş  və  yüksək 
səviyyədə qarşılanmışdır.
1958-ci  ildə  DQMV-nin  Xocavənd  rayonunda  “K nar”  (“lira”)  özfəaliyyət 
ansamblı  yarandı.21  Bu  kollektiv  Qarabağın  şəhər  və  kəndlərində,  habelə, 
Ermənistanda,  Gürcüstanda,  Şimali  Qafqazda  çıxışlar  etmişdir.  Xocavənd 
özfəaliyyət  kollektivi  Moskvada  keçirilən  özfəaliyyət  yaradıcılığınm  birind 
ümumittifaq  festivalmda  iştirak  etmiş  və  festivalm  qızıl  medalı  ilə  təltif 
olunmuşdur.  Həmin  festivalda  kollektivin  15  üzvünə  istedadlarma  görə  qızıl 
medallar verilmişdir.  Kollektivin 25 müxtəlif fəxri fərmanı vardır.
1970-ci ildə  DQMV-də  600-dən çox  özfəaliyyət  dəməyi  və  birliyi  fəaliyyət 
göstərirdi ki, bunlara 7 mindən çox həvəskar cəlb edilmişdir.
XX  yüzilliyin  50-60-cı  illərdə  bir  tərəfdən  Sovet  ateist  təbliğatı,  ikinci 
tərəfdən,  namərd  erməni  rəhbərlərinin  xəyanətkar  siyasəti  nəticəsində  DQMV 
ərazisindo  islam  dini  sıxışdırılır,  məscidlərimiz  dağıdılırdı.  Lakin  bölgədə 
yaşayan müsəlmanlar öz milli-mənəvi ənənələrini qoruyub saxlamağa çalışır, dini 
bayramlar, milli mərasimlər gizli qeyd olunur,  müqəddəs ocaqlar ziyarət edilir və 
məsddlərimizin sayı az da olsa fəaliyyətlərini davam  etdirirdilər.
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan  SSR-in  DQMV-də  Sovet 
hökuməti  kommunist  idealogiyasınm  hakim  mövqe  tutması  siyasətini  dävam  
etdirir,  insanlarm  beyninə  sosializm  cəmiyyətinin  ədalətli,  dostluğun,  azadlığm 
qarantı  olması  ideyası  yeridilirdi.  Mərkəzi  hökümətin  bu  siyasəti  ilə  yanaşı, 
məkirli  niyyət  sahibi  olan  ermənilər  böyüməkdə  olan  erməni  gənclərinə  gizli 
yollarla  “müsəlmanlarm  onlara  düşmən  olması”,  qədim  torpağımız  “Qarabağm
282
/
Ermənistana mənsubluğu” və sair bədnam ideologiya  da əlavə edilmişdi. Dağlıq 
Q arabağ ərazisində  yeni  faydalı  qazmtı,  tikinti materialları yataqları  və  mineral 
su  mənbələri  aşkar  edilərək  Moskvaya  və  Ermənistana  daşınırdı.  Mərkəz, 
Azərbaycan  alimlərinin  gücündən  səmərəli  istifadə  etməklə  kənd  təsərrüfatı  və 
sənayenin  üstün  və  sürətli  inkişafına  nail  olmuş  öz hərbi  gücünü,  və  beynəlxalq 
nüfuzunu artırmışdır.
233

XIIIFƏSİL.
XX YÜZİLLİYİN 50-60-CIİLLƏRİNDƏ ERM Ə N İSTA N IN  
AZƏRBAYC ANA QARŞINÖVBƏTİ ƏRAZİ İD D İA LA R IV Ə  
NƏTİCƏLƏRİ.
Bütün  XX  yüzillik  böyu  Ermənistanm  və  onun  “uzaqgörən”  dövlət 
xadimlərinin,  erməni  siyasətçilərinin  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları 
mövcud  olmuşdur.  Azərbaycanm  qədim,  tarixi  torpaqları  hesabma  özlərinə 
Vilayət yaradıb  sonralar  20  min  kvadrat  kilometr  ərazimizi  də  birləşdirərək  29 
min  kvadrat  kilometrlik  bir  ərazidə  Ermənistan  dövləti  yaradan  xain 
qonşularımız çox  təəssüflər olsun  ki,  bununla  kifayətlənmədilər.1  Növbəti  hədəf 
Azərbaycanm  bol  və  bərəkətli  ərazisi  olan  Dağlıq  Q arabağ  seçilmişdi.  1920- 
1940-cı  illərdə  Dağlıq  Qarabağı  Azərbaycandan  qopara  bilməyən  ermənilər  bu 
məsələyə 1950-1960-cı illərdə yenidən qayıtdılar.  1948-1953-cü illərdə Ermənistan 
SSR-də  yaşayan  azərbaycanlılarm  150  min  nəfəri  doğm a  yurdlarından  zorla 
çıxarıldı, insan hüquqları kobudcasına pozuldu.2 Minlərlə azərbaycanlı, xüsusilə, 
uşaqlar və qocalar kəskin iqlim dəyişikliyinə dözməyərək həlak oldular. Min illər 
boyu azərbaycanlılarm yaşadıqlan torpaqlar boşaldıqdan sonra buraya xaricdən 
ermənilər köçürüldü.  Maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycana köçürülmüş 
həmvətənlərimizin  DQMV-də  yerləşdirilməsinə  hər  vasitə  ilə  maneə  oldular. 
Əslində, Ermənistan SSR-in dağlıq rayonlarm dan köçürülən azərbaycanlılar təbii 
şəraiti köçdükləri rayona uyğun olan  Dağlıq Q arabağda yerləşdirilsəydilər daha 
ədalətli  olardı.  Təəssüflər  olsım  ki,  bu  belə  olmadı.  1948-ci  ilin  avqustunda 
Ermənistan  SSR-dən DQMV-nin Xocavənd rayonuna  131  təsərrüfat (570 nəfər) 
köçürüldü.  Bundan  86  təsərrüfat  (355  nəfər)  Qişi  kəndində,  17  təsərrüfat  (82 
nəfər)  Güney-Cartaz  kəndində,  25  təsərrüfat  (120  nəfər)  X unuşak  kəndlərində 
yerləşdirilmişdilər.3  Köçürüləri  əhali  DQMV-də  çox  acmacaqlı  vəziyyətlə 
qarşılaşır.ış və  bu barədə mərkəzə məluniat vermişdilər.  Vəzij'yətlə yerində tanış 
olm aq  üçviiı  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanmda  Köçürmə  idarəsinin
nümayəndəsi  Əbdürəhmanov,  DQM V  İcraiyyə  Komitəsinin  sədr  müavini 
Kərim ov,  Vilayət  Daxili  İşlər  İdarəsinin  rəis  müavini  Venediktov  və  Vilayət 
Partiya  Kom itəsinin  kənd  təsərrüfatı  şöbəsi  müdirinin  müavini  Süleymanyanm 
iştirakı  ilə nüm ayəndə heyəti Xocavənd rayonuna gəldilər.  Doğrudan da, burada 
yoxsulluğun  son həddini yaşayan insanlarla rastlaşdılar. Mövcud vəziyyətlə bağlı 
M ərkəzə  “arayış” hazıriandı.  Həmin arayışda göstərilirdi: DQMV-ə köçürülənlər 
üçün  son  dərəcə  dözülməz  şərait  yaradıhb.  Xocavənd  Rayon  X alq  M aarif 
Şöbəsinin  müdiri  Ulubabyan  “gəlmə”  azərbaycanlılara  həqarətlə  baxır,  onlarm 
uşaqlarm ın  təhsilə cəlb  olunması  üçün  heç  bir tədbir görmür,  hətta  buna maneə 
olurdu.  G üney-Çartaz kəndində  heç bir səbəb olmadan azərbaycanlı müəlliməni 
Azərbaycan  dili  dərsi  deməkdən  kənar  edərək,  bu  iş  müvafiq  ixtisası  olmayan 
m əktəb  müdirinə  tapşırılmışdı.  X unuşak  kəndində  Azərbaycan  qrupu  olmadığı 
üçün  azərbaycanlı  uşaqları  çətin  iqlim  şəraitində  Qişi  kəndinə  gedib-gəlməli 
olurlar.  Köçkünlərin heç  birinin  torpağı,  işi yoxdur.  Çoxuşaqlı ailələrdə vəziyyət 
xüsusilə  dözülməzdir.  8  uşaq  anası  Qəmər  Abbasova,  6  uşaq  anası  Gübrə 
Babayevanm  və  başqalarının  özləri  və  ailə  üzvləri  heç  bir  yerdə  işləmirlər.4 
Yoxlama  aparılan  gün  həmin  ailələrdə  yeməyə  çörək  belə  yox  idi.  Erm ənistan 
SSR-dən  DQM V-nə  köçürülənlər  heç  bir  şəraiti  olmayan  uçuq  daxm alarda 
yerləşdirilmişdər,  O nlara  ev  tikmək  üçün  ayrılan  tikinti  materialları  Horadiz 
stansiyasında  yatıb  qalır.  Xocavənd  rayon  rəhbərliyi,  Rayon  İcraiyyə 
Komitəsinin  sədri  Əmirxanyan,  Rayon  Partiya  Komitəsinin  katibi  Baxışyan 
köçürülənlərin şikayətlərinə etinasız yanaşır və heç bir tədbir  görmürlər.5
Rayon  rəhbərliyinə  yuxarıdakı  məsələ  ilə  bağlı  d d d i  tapşırıqlar  verilsə  də 
heç bir nəticəsi olmadı. Ona görə də, köçkünlər Azərbaycan Hökum ətinə yenidən 
müraciət 
edəsi  oldular.  Bu  dəfə  Azərbaycan  SSR  Köçürmə  İdarəsinin  rəisi 
N.Allahverdiyev  özü  Xankəndinə  gəldi.  Vəziyyətlə  tanış  olduqdan  sonra 
Azərbaycan  SSR  Nazirlər  Sovetinin  Sədr  müavini  İ.K.Abdullayevə  məlum at 
hazırladı.  Həmin  məlumatda göstərilirdi  ki, Xocavənd rayonuna Erm ənistandan 
köçürülən  azərbaycanlılar  çox  acınacaqlı  vəziyyətdə  yaşayırlar.  Əhali  burad a

qalmağa  qəti  etiraz  edir.  Çünki  onların  yaşayışı  üçün  heç  bir  torpaq  sahəsi 
yoxdur.  Yaxşı  olar  ki,  Xocavənd  rayonundakı  köçkünləri  dah a  yaxşı  torpaq 
fondıma malik Ağdərə rayonuna göndərək.6
Təəssüflər olsun ki, bu təklif də,  kağız üzərində qaldı.  Xocavənd rayonuna 
köçürülənlər isə ərazidən qaçıb dağılmağa  məcbur oldular.  Beləliklə,  1948-1953- 
cü  illərdə  Ermənistan  SSR-dən  köçürülən  azərbaycanlılardan  bir  nəfər də  olsun 
Azərbaycan  SSR-in  DQMV ərazisinə  buraxılmadı.  Əksinə  “daxili  köçürmə”  adı 
altmda  1949-cu  ildə  DQMV-dən  132  azərbaycanlı  ailəsini  (549  nəfəri) 
Azərbaycan  SSR-in  Xanlar  rayonuna  köçürmüşlər.7  Həmvətənlərimizə  qarşı 
erməni  daşnakları  tərəfmdən  genosid  siyasəti  tətbiq  etməsi,  öz  etnik  tarixi 
torpaqlarından  didərgin  salmması  “Böyük  və  Türksüz  Erm ənistan”  yaratmağm 
tərkib  hissəsi  idi.  Ermənilərin  say  çoxluğunu  yaratm aq  üçün  DQMV-də  boş 
qalmtş Azərbaycanlıların kəndlərinə  müxtəlif bəhanələrlə,  gizli  və aşkar yollarla 
ermənilər köçürüldülər.
XX  yüzilliyin  50-ci  illərində  Azərbaycanm  ictimai-siyasi  həyatmda  ciddi 
deformasiya  və dəyişikliklər  baş  verdi.  1953-cü  ildə  İ.V.  Stalin  vəfat  etdi.  Onun 
yerini  N.S.Xuruşşov  tutdu.  Azərbaycan  K P   MK-nin  1953-cü  il  iyul  plenumu 
M.C. Bağırovu ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli 
fəalıyyət  üçün  şərait  yaratm am aqda  və  başqa  əməllərdə  təqsirkar  bilinib 
vəzifəsindən  kənarlaşdırıldı.8  M araqlı  cəhət  M.C.Bağırova  güllələnmə  cəzası 
verilərkən söylədiyi son söz idi. O,  ittihamnamənin  qərəzli olduğunu  bildirsə də, 
öz günahlannı  etiraf edərək demişdir:  “M ənim  əsas  səhvim  odur  ki,  Sumbatov, 
Borşov, Qriqoryan,  MarkaTyan və başqalarma göz yummuşam,  onların iç üzünü 
tanımamışam.  M ən  onlara  inanaraq  XD İN   orqanlarmj  onlara  etibar  etmişəm. 
Bu  işdə  xalqım  qarşısmda  günahlanm   o  qədər  böyükdür  ki,  məni  güllələmək 
azdır, asm aq azdır, məni şaqqalamaq, parça-parça etmək lazımdır”.9
1954-cü il fevralın  16-da İmam Daşdəmir oğlu M ustafayev Azərbaycan KP 
M K-nın 
birinci 
katibi 
seçildi10. 
Həmin  vaxtdan  xalqm  vəziyyətinin 
yaxşılaşdınlması,  milli, mənəvi dəyərlərin,  mədəniyyətin,  elmin,  təhsilin inkişafı,
286
xalq təsərrüfatınm  tərəqqisinə cəhdlər edildi.  1956-cı ildən Azərbaycan dili rəsmi 
dövlət dili elan  olundu və rəsmi  sənədlər,  kargüzarlıq işləri  Azhərbaycan dilində 
aparılm ağa  başlandı.  Günahı  olm ayan  minlərlə  azərbaycanlı  mühacirə  bəraət 
verildi. 
Vaxtilə  güc  orqanlarında  işləyən  Y.D.Sumbatov  -   Topurdze, 
X.Q riqoryan, 
T.Borşov, 
S.Yemelyanov, 
R.M arkaryan 
vəzifəpərəstlikdə, 
millətçilikdə,  xarici  kəşfiyyatlarla  əlaqədə  və  Azərbaycan  xalqma  qarşı 
törətdikləri  qanlı  əməllərə  görə  təqsirli  bilinib  güllələnmə  cəzasma  məhkum 
edildilər11.  Azərbaycanda  baş  vermiş  bütün  b u   milli  dirçəliş  meyilləri  mərkəzdə 
kök  salmış  şovinist  mövqeli  hakim   dairələri  çox  narahat  etmiş  və  Azərbaycan 
rəhbərliyinə qarşı təqiblər başlanmışdır.  M ərkəz, xalqı qorxutmaq, özündən asılı 
vəziyyətdə  saxlam aq  üçün  “Dağlıq  Q arabağ  məsələsini”  yenidən  ortaya  atdı. 
Çünki, Rusiya dövləti həmişə “parçala və ağalıq et” siyasətindən istifadə etmişdir 
və  50-ci  illərdə  Azərbaycan  xalqınm  milli  özünüdərkini  hiss  edib  yenidən 
millətlərarası  ədavəti  qızışdırdı.  Bu  işdə  ermənilərdən  bir  alət  kimi  istifadə 
edilmişdir  və  bu  gündə  edildi.  Elə  əslində  Azərbaycan  torpağm da  Ermənistan 
dövləti yaratm aqda Rusiyanm məqsədi, yeri gəldıkcə onlarm gücündənbir “qaba 
silah”  kimi  istifadə  etmək  olmuşdur.  “Böyük  Ermənistan”  dövləti  yaratm aq 
ideyası  erməni  millətçilərinin  şüuruna,  əqidəsinə  hopdurulmuş  və  yeri  gəldikcə 
məxirli  niyyət  sahibləri  bu  məsələni  qızışdırmış,  milyonlarla  həmvətənlərimizin 
məhv  olması,  yerindən-yurdundan  didərgin  düşməsi  ilə  nəticələnmiş  və  Rusiya 
dövləti bu qaba siyasətlə möhkəmlənmişdir.
1950-ci  illərdən  başlayaraq  “D aşnaksutyun”  partiyasmın  Erm ənistanda 
fəaliyyəti  genişləndi.  Aparılan  tədqiqatlar  nəticxəsində  məlum  olur  ki,  təkcə 
1957-ci  ildə  Ermənistanm  müxtəlif  ali  təhsil  müəssisələrində  “oxum aq”  adı 
altında  dünyanın  20  ölkəsindən  700  “Daşnaksutyun” 
partiyasmm  fəal 
təbliğatçıları Yerevan şəhərinə gəlmiş və  keçmiş SSRİ məkanında sərhədlər açıq 
olduğundan,  oradan  da,  Azərbaycan  SSR-in  DQMV  ərazisinə  getmişdilər. 
v
Həmin  daşnak  təbliğatçıları  azərbaycanlılara  şər  atır,  azərbaycanlılarm  milli
287

hissləri  ilə  oynayır,  müsəlmanlara  qarşı  nifrət  ruhu  oyadır,  azad,  müstəqil  və 
“Böyüfc Erraənistan” yaratm aq ideyasmı təbliğ edirdilər12.
İstər  Azərbaycan  SSR-in  DQMV-də,  ıstərsə  də  Ermənistanda  erməni 
əhalisi  arasmda  apanlan  təbliğat  öz  nəticəsini  verdi.  1957-ci  ilin  sonlarm da 
Ermənistan  SSR-nin  və  Azərbaycan  SSR-in  DQM V-nin  erməni  əhalisi  Dağlıq 
Qarabağm  Ermənistana  verilməsini  tələb  etməyə  başladılar.  Moskvaya  dəstə- 
dəstə  məktublar,  mtiraciətlər  yazıldı.  Məsələnin  daha  da,  dərinləşməsini 
məqsədəmflvafıq hesab edən Mərkəz bu məsələyə cavab verməkdə tələsmirdi.  Bu 
isə ermənilərin daha da  fəallaşmasma şərait  yaratdı.  H ətta erməni  katalikosu  II 
Vazgen  1958-ci  ilin  əvvəllərində  Bakıya səfəri zamanı  Respublikamızın  Nazirlər 
Sovetinin  sədrinə  Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  xahişini  etmişdir. 
H ətta  din  xadimi  olan  II  Vazgen  Bakıda  erməni  ruhani  seminariyasmın 
açılmasım,  hər  səhər  şəhərin  mərkəzində  yerləşən  erməni  kilsəsinin  zəng 
vurmasına  icazə  verilməsini  təklif  etmişdir.  Lakin  bu  təkliflərə  Azərbaycan 
hökuməti  rədd  cavabı  vermişdir13.  Belə  bir  şəraitdə,  Ermənistanda  antitürk 
əhvali-ruhiyyəsi  yenidən  qızışdırılmışdı.  İlk  növbədə,  Ermənistan  SSR-də 
yaşayan  Azərbaycan ziyalılarınana  qarşı  mənəvi  terror  törədildi.  Belə  ki,  1930- 
cu  illərdən  yaraddmış  X.Abovyan  adına  Yerevan  Pelaqoci  Institutunun 
Azərbaycan  bölmələrmin  (Azərbaycan  dili  və  ədəbiyyat,  tarix,  coğrafiya,  fızika 
və riyaziyyat fakültələrinin) əyani və qiyabi şöbələri bağlandı.  Bunların əvəzində,
1955-ci ildə 25 nəfərdən ibarət bir azərbaycanlı qrupu təşkil edildi.14
Ermənistanda  müəllim  kadrlannın  hazırlanmasında  mühüm  rol  oynayan 
1925-d  ildə təşkil edilmiş  Yerevan  Azərbaycan Pedaqoci  Texnikomu ləğv edilib 
Azərbaycanın  X anlar  rayonuna  köçürüldü.  Ermənistanda  fəaliyyət  göstərən 
C .C abbarlı  adm a  D ram   Teatrı,  Azərbaycan  dilində  çıxan  rayon  qəzetləri  və  6 
nəşrləri  bağlandı.15  Ermənistanda  və  DQMV-də  “Q arabağ  hərəkatı”  xeyli 
leqallaşdı.  Nəticədə,  Ermənistanda  ali  və  orta  ixtisas  təhsili  müəssisələri 
olmadığmdan  minlərlə  azərbaycanh  öz  təhsillərini  davam  etdirmək  Gçün 
Azərbaycana  ğəür,  Erm ənistanda  iş  yerləri  “olmadığmdan”  Azərbaycanda
288
qalm ağa  m əcbur  olurdular.  Beləliklə,  XX   yüzilliyin  50-d  illərinin  ortalarından 
Erm ənistandakı azərbaycanlıların Azərbaycana yeni axını baş verdi.
D ağlıq  Q arabağm   Erm ənistana  verilməsi  məqsədilə  DQMV-də  ermənilər 
m itinqlər  keçirməkdən  belə  çəkinmirdilər.  Azərbaycanm  dövlət  və  hökumət 
rəhbərləri  “Dağlıq  Q arabağ məsələsi”ndə  çox  həyəcanlı  idilər.  Çünki  onlara  bir 
acı həqiqət məlum idi  ki, ermənilərin M oskvada güclü arxaları var. Lakin mərkəz 
sərhəd 
dəyişikliklərinin  mübahisəli  ərazilər  olan  digər  respublikalarda 
arzuedilməz  reaksiyalar  doğuracağm dan  çəkinərək  Azərbaycanda  məkirli 
siyasətindən çəkindi.
1959-cu  ildə  İ.Mustafayev,  ermənilərin  bilavasitə  təzyiqi  ilə,  millətçilikdə 
təqşirləndirilib vəzifədən  azad edildi.  Onun  yerinə  Vəli  Axundov  təyin  olundu.16 
60-cı  illərdə  Mərkəz  Azərbaycanı  qorxu  altm da  saxlamaq  üçün  A.M ikoyan  və 
M.Suslovun  təşəbbüsü  ilə  növbəti  dəfə  Azərbaycan  SSR-in  DQMV-ni 
Erm ənistana  vermək  məsələsini  yenidən  qaldırdılar.  Moskvanın  köməyi  ilə 
A zərbaycanda erməni  lobbisi yaradıldı.  1940-ciillərdə Yerevanda gizli fəaliyyətə 
başlayan  “Q arabağ  komitəsi”  60-cı  illərdə  açıq  fəaliyyətə  keçmişdi.  O nlar  gizli 
olaraq  DQM V-nin  erməni  əhalisi  ilə  də  əlaqə  saxdayırdılar.  1960-cı  ildən 
K aputukyanm   rəhbərlik  etdiyi  “Q arabağ  K om itəsi”  Dağlıq  Q arabağa  gəldi  və 
xalqm  içərisində  açıq  fəaliyyət  göstərməyə  başladı.  Xaricdən  güclü  maliyyə 
dəstəyi  alan  “Q arabağ Komitəsi”  DQM V ərazisinə müxtəlif dövlətlərdən erməni 
abidələri  gətirməyə  başladılar.17  M oskvaya  isə  məlum at  verildi  ki,  DQM V-də 
qədimdən  mövcud  olan  erməni  abidələrini  bərpa  etmək  və  qorum aq  məqsədilə 
fəaliyyət  göstərirlər.  Əslində,  60-cı  illərdə  Q arabağ  kömitəsinin  DQM V-də 
fəaliyyəti  2  istiqamətdə  qurulmuşdu:  bir  tərəfdən,  DQ M V   ərazisində  ermənilər 
arasm da  antitürk,  antiazərbaycan  təbliğatı  aparm aq  və  Dağlıq  Qarabağm  
Ermənistana  birləşdirilməsinə  nail  olmaq;  ikind  bir  tərəfdən,  kənardan 
gətirdikləri  “M addi  dəlillərlə”  Dağlıq  Qarabağın  tarixən  ermənilərin  yaşadığı  -  
ərazi  olmasmı  “faktlar”la  sübuta  yetirmək.  “Tarixi  abidələrin  bərpası”  ad» 
altında  DQM V  ərazisində  xalqımızm  qədim  maddi  mədəniyyət  abidələri  ,
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin