AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

303

müəssisələr  sənayenin  istehsal  quruluşunun  təkmilləşdirilməsində  və  məhsul 
istehsalınm  artırılmasmda  mühüm  rol  oynaımşdır.  DQMV-də  yaradılmış  belə 
müəssisələrdən biri SSRİ-nin 50 illiyi adma Xankəndi ayaqqabı fabriki idi.  Əsası
1970-ci  ildən  qoyulan  həmin  sənaye  müəssisəsi  1972-ci  ildə  tam   istifadəyə 
verilmişdir16.  Xankəndi  ayaqqabı  fabrikinin  layihəsi  H.Əliyevin  təşəbbüsü  ilə 
Kiyevdə  hazırlanmışdır.  Onım  tikintisində  və  avadanlıqlann  quraşdırılmasmda 
Bakı,  Mingəçevir,  Moskva,  K rasnadar,  Odessa,  Gəncə  şəhərinin  mütəxəssisləri 
iştirak etmı'şlər.  Müəssisənin sexlərində Çexslavakiyadan,  Almaniya Dem okratik 
Respublikasmdan,  Moskva,  Leninqrad,  Bata,  Tiblisi,  Odessa,  K ursk,  Oryol 
şəhərlərindən  Azərbaycan  höküməti  tərəfmdən  gətirilmiş  maşın  və  cihazlar 
quraşdınlmışdır.  Xankəndi  ayaqqabı  fabrikinin  gənc  ustaları  Bakı  və 
Voroşilovqrad  şəhərində  istehsalat  təcrübəsi  keçmişlər.  Ə n  yeni  və  məhsuldar 
avadanlıqlarla  təchiz  edilən  fabrik,  məhsullarını  ilbəil  arünrdı.  İlk  fəaliyyətə 
başladığı  ildə  fabrikdə  8,4  min  cüt  ayaqqabı  istehsal  olunmuşdusa,  1980-cı  ildə 
istehsal  həcmi təxminən  5  dəfə artaraq 4 milyon  181  minə,  1985-ci ildə 4 milyon 
514 minə çatmışdır17.
Bəhs etdiyimiz illərdə,  müəssisənin 6 sexi plan və öhdəlikləri artıqlam ası ilə 
yerinə  yetirmişlər.  Fabrikdə  istehsal  olunan  məhsulun  95  faizi  birinci  növ  kimi 
qəbul edilmişdir18.  1979-cu ildə  fabrikin  buraxdığı  məhsulun  4  modeli  keyfıyyət 
nişamna  layiq görülmüşdü.  Fabrikdə  işləyən  1450 nəfər  fəhlə  və  qulluqçu  əmək 
məhsuldarlığım  yüksəltmək  üçün  şəxsi  əmək  nümunəsi  göstərmişlər.  Xankəndi 
ayaqqabı  fabriki  ildə  orta  hesabla  4  milyon  ayaqqabı  istehsal  edirdi  ki,  bu  da 
1940-cı  ildə  Azərbaycanm  bütün  ayaqqabı  sənayesinin  gücündən  bir  dəfə  yarım 
çox  deməkdir.  Təkcə  1976-1980-cı  illərdə  fabrikdə  16  milyon  826  min  ədəd 
ayaqqabı istehsal edilmişdir.  1981-1985-d illərdə istehsal həcmi təxminən  12 faiz 
artm ışdır19.
XX yüzilliyin  70-ci illərində DQMV-də yaradılmış sənaye müəssisələrindən 
biri  də  Xankəndi  tikinti  m ateriallan  kombinatıdır.  Burada  istehsal  olunan 
mərmər  bloklar  keçmiş  SSRİ  məkanınm  160-dan  çox  müxtəlif  şəhərlərdə,  o 
cümlədən,  Moskva, Kiyev, Daşkənd və başqa şəhərlərdə geniş istifadə olunurdu.
304
K om binatda  istehsal  olan  yüksək  keyfıyyətli  mişar  daşı,  kərpic,  üzlük  tavanlar, 
mərmər  bloklar  ittifaqm  hər  yerində  şöhrət  qazanmışdır.  X ankəndi  Tikinti 
M aterialları  K om binatı  həm  məhsulun  həcmini,  həm  də  əmək  məhsuldarlığım 
ildən-ilə  artırm ışdır.  Təkcə  1982-ci  ildə,  1975-ci  illə  müqayisədə  məhsul 
istehsalmm  həcmi  5,5  dəfə,  əmək  məhsuldarlığı  isə  3,5  dəfə  artm ışdır.  Mərmər 
blok istehsalmda bu artım   10,5 dəfəyə, mərmər üzlük tavanlar istehsalm da isə 6,4 
dəfəyə çatmışdır.  Xankədi  tikinti  Müəssisəsinin gəliri  ildən ilə artm ışdır.  Belə ki,
1976-cı  ildə  həmin  rəqəm  44  min  m anat  idisə,  I976-cı  ildə  təxminən  3  dəfəyə 
yaxm artaraq  1  milyon  183  min m anata çatmışdır.  1970-1985-ci  illərdə Xankəndi 
Tikinti  M ateriallan  K om binatı  fəhlə  və  qulluqçular  üçün  3  min  kvadrat  m etr 
sahəsi  olan  mədəni  məişət  obyektləri,  müasir  tipli  yeməkxana,  pioner  düşərgəsi, 
240  yerlik  klub,  istirahət  parkı,  idman  meydançası  və  başqa  mədəni  məişət 
obyektləri tikilib istifadəyə verilmişdir20.
1978-ci  ildən  başlayaraq,  K om binat  dalbadal  yüksək  göstəricilər  əldə 
etmiş və  1986-cı ilədək  32 dəfə müxtəlif diplom larla m ükafatlandm lm ışlar21.
XX  yüzilliyin  70-80-cı  illərində  Azərbaycanın  təbii  sərvətlərindən  öz 
mənafeyi  üçün  daha  səmərəli  istifadə  edilməsinə  diqqət  artırıldı.  H.Ə.Əliyev 
tərəfindən  atılan  qəti  addım lardan  biri də yerli  xammal  resurslarm dan  son  hazır 
məhsullar  istehsalımn  genişləndirilməsi  olum uşdur.  Bu  məsələ  Mərkəzi  qane 
etmədiyindən  ciddi  maneələr  törədilsədə  Azərbaycan  rəhbərliyi  bu  çətin  səddi 
keçə bildi.
70-ci  illərdə  yerli  xammal  əsasmda  DQM V-də  ipək  parça  məhsullarmın, 
geniş  çeşidli  trikotaj,  tikiş  məmulatları  və  digər  hazır  məhsul  istehsalınm  həcmi 
artırdı.  Bəhs  etdiyimiz  dövrdə,  Azərbaycanda  2-ci  böyük  ipək  kom binatı  olan 
«Q arabağ  İpək  K om binatı»nm   ermənilərin  daha  çox  məskunlaşdığı  kənd  və 
qəsəbələrdə  yeni  fıliallan  yaradıldı22.  İpək  Kom binatı  Azərbaycan  höküməti 
tərəfındən  yeni  avadanlıqlarla  təmin  olundu  və  ayrılan  vəsaitin  m iqdan  3  dəfə 
artırıldı.  Nəticədə,  məhsul  istehsalmm  həcmi  dəfələrlə  çoxaldı.  Təkcə  bir  faktı 
qeyd etm ək yerinə düşərdi ki,  1929-cu illə müqayisədə  1975-ci ildə Qarabağ İpək 
K om binatm ın  məhsul  istehsalı  250  dəfə  artm ışdır23.  Müəssisədə  ümumi  məhsul
305

istehsahnm  həcmi ildən  ilə çoxalmışdı.  Belə ki,  1965-1970-ci  illərdə kombinatda 
24603  min  manatlıq  məhsul  istehsal  olunmuşdursa,  1971-1975-ci  illərdə  bu 
rəqəm  29016 min  m anata,  1976-1980-cı  illərdə  33197 min  m anata,  1981-1985-d 
illərdə  isə  artaraq  42217  min  m anata  çatmışdır24.  1980-cı  illərdə  Q arabağ  ipək 
kombinatmda  12  adda  ipək  parça  hazırlanmışdı.  İstehsal  olunan  parçalar 
keyfiyyətinə görə dəfələrlə fabrikə orden və medallar bəxş etmişdir. Q arabağ ipək 
kombinatı Azərbaycan ipəkçilik sənayesi məhsullarmm 36 faizini verirdi.
B urada  istehsal  olunan  məhsullar,  təkcə,  ittifaq  miqyasmda  deyil 
Yaponiya,  İtaliya,  M acarıstan  və  digər  dövlətlərdə  tanımrdı.  İpək  kombinatı 
xammal  çatışmamazlığmı  Ukraniya,  Özbəkistan,  T adkistan,  Qazaxstan 
dövlətlərindən və Azərbaycanm DQMV-nə qonşu rayonlarından alm aq hesabına 
aradan qaldınrdı.  Azərbaycan hökümətinin  Dağlıq Q arabağ əhalisinə göstərdiyi 
dərin  qayğmın  nəticəsi  idi  ki,  il  ərzində heç vaxt  xammal  çatışmamazlığma  görə 
kombinat işi dayandırmamışdı. Kom binatda 3 minə yaxın işçi çalışırdı  ki, bunun 
52  faizini  qadınlar  təşkil  edirdi25.  1970-1985-d  illərdə  DQMV-nin  İpək  parça 
istehsalmda  dinamik  inkişaf  müşahidə  edilmişdir.  Belə  ki,  1960-cı  illərdə 
Qarabağ  İpək  kombinatm da  2259  min  kvadrat  m etr  parça  istehsal 
olunmuşdursa,  1970-ci  ildə  9773  min  kvadrat  metrə,  1980-cı  ildə  15710  min 
kvadrat metrə,  1985-ci ildə isə  artaraq 16864 min kvadrat m etrə çatmışdır26.
DQM V  ipək  istehsalına  görə  Azərbaycanda  ikinci  mərkəz  idi.  Dağlıq 
Qarabağm  yüngül  sənaye  məhsulunun  üçdə  iki  hissəsi  və  respublikamızm 
ipəkçilik  sənayesi  məhsulunun  təxminən  25  faizi  DQM V-nin  paym a  düşürdü. 
Əsasən sənayenin bu sahəsinin inkişafı nəticəsində fəhlə sinfi formalaşmış,  sosial 
infrastruktur  obyektləri  yaradılmış,  olduqca  sabit  təsərrüfat  əlaqələri  təşkkül 
tapmışdır27.
DQM V-nin  iqtisadiyyatında Xankəndi  elektrotexnika  zavodu  mühüm  yer 
tutur.  1970-d  illərdə  zavodun  beş  min  kvadrat  metrlik  daha  bir  istehsalat 
körpüsü 
tikilib  istifadəyə 
verildi28. 
Zavodda 
əvvəllər 
yalnız  stolüstü 
venttilyatorlar  və  məişət  kaloriferləri  istehsal  olunmuşdursa,  70-d  illərin 
sonlarında  burada  istehsalm  çeşidində  xeyli  irəlləyiş  əmələ  gəldi.  A rtıq  70-ci
306
/
illərin  o rtalannda  zavodda  ictimai  binalan,  məişət  və  müalicə  binalannı 
işıqlandırmaq  üçün  müasir  tipli  elektrik  çıraqlan  buraxm ağa  başlandı.  80-cı 
illərin  əw əllərində  müəssisədə  14  növ  məhsul  istehsal  olunurdu29.  Məhsulun 
keyfiyyətini  idarə  edən  komplekt  sistemin  işlənib  hazırlanm ası  1976-cı  ildən 
başlanmışdır.  Azərbaycan  hökümətinin  təşəbbüsü  ilə  təşkilat  texniki  tədbirlərin 
kompleks  planı  tərtib  olunmuşdur.  Xankəndi  elektrotexnika  zavodunun 
kompleks sistemi 32 standarta əsaslanmışdır.  Bütün bunlar isə məhsulun istehsal 
həcminin  və  keyfiyyətinin  yüksəlməsinə  şərait  yaratmışdır.  1960-1970-ci  illərdə 
məhsul  istehsalı  32  dəfədən  çox  artm ışdı3°.  1962-ci  ildə zavod  212  min m anathq 
məhsul  istehsal  edilmişdirsə,  1985-ci  ildə  bu  rəqəm  25  milyonu  keçmişdir3'. 
DQM V-nin  60  illiyi  adma  X ankəndi  elektrotexnika   zavodu  artıq  80-cı  illərdə 
lampa  istehsalı  sahəsində  ixtisaslaşmışdı.  Təkcə  1976-1980-cı  illər  ərzində 
zavodda  əmək  məhsuldarlığı  4  dəfə  artmışdı.  Zavodun  istehsal  etdiyi məhsullar 
Leypsik 
yarm arkasm da 
Azərbaycamn 
digər 
eksponatlan 
ilə 
birlikdə 
müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Müəssisənin kollektivi  1976-1977-d illərdə 
SSRİ  Energetika  Nazirliyinin  müəssisələri  arasında  yanşm   qalibi  kiışi  fəxri  yer 
tutm uş  və  yüksək  m ükafata  layiq  görülmüşdür.  1981-d  ildə  Xankəndi 
elektrotexnika zavodunda istehsal  olunmuş  məhsullann  93  faizi  keyfiyyət  nişanı 
ilə  buraxılmışdır.  Müəssisənin  istehsal  etdiyi  14  növ  m əhsuldan  11-i  keyfiyyət 
nişanı  almışdır32.  Zavodda  istehsal  olunan  məhsullar keçmiş  SSRİ  məkanmdakı 
bütün  respublikalara  və  dünyanın  14  dövlətinə  ixrac  olunurdu33.  Müəssisədə 
istehsal  olunan  məhsulun  30  faizini  M oskva  və  Kiyev  şəhərlərinin  sakinləri 
alırdılar.  1985-ci  ildə  X ankəndi  elektrotexnika  zavodunun  sifarişçilərinin  sayı 
2500-ə  çatmışdı.  Təkcə  1985-ci  ildə  müəssisə  planı  35  faiz  artıqlam ası  ilə  yerinə 
yetirmiş,  nəzərdə  tutulduğundan  əlavə  500  min  m anatlıq  məhsul  istehsaİ 
edilmişdir34.  Həmin  il  195 ton q ara metal  prokatına,  yüzlərlə kloqram  aliminum 
və sink prokatm a, 92 min klovat  saat elektrik enerjisinə qənaət olunmuşdur.
1971- 
1985-ci  illərdə  Azərbaycan  höküməti  X ankəndi  elektrotexnika 
zavodunu  yeni  maşınlarla,  texnika  ilə  təmin  etmiş,  müəssisədə  kompleks 
mexaniləşdirilməsi  və  avtom atlaşdm lm ası  prosesi  sürətlənmişdir.  Nəticədə
307

yüksək  keyfiyyətli  məhsul  əldə  etmişdif.  Təsadüfı  deyildir ki,  burada  işləyən  40 
nəfər  fəhləyə  «keyfıyyət  əlaçısı»  adı  verilmiş,  əmək  qabiliyyətinin  əksəriyyətinə 
III dərəcəli Əmək  Şöhrəti  Ordeni, Qırmızı Əm ək  Bayrağı və  Şərəf Nişam   Orden 
və  medalları  ilə  təltif edilmişlər.  Hətta  zavod  işçilərindən  Azərbaycan  SSR  Ali 
sovetinə deputat seçilənlər də var idi35.  Zavodun  qabaqcıl  fəhlə və  qulluqçuları 
«13-cü əmək haqqı» adlanan pul  mükafatları  ilə təltif  olunmuşlar.  Lakin təssüf 
doğuran  bir  həqiqəti  qeyd  etmək  lazımdır  ki,  istər  orden  və  medal  alanlar 
arasmda,  istərsə  də  pul  mükafatları  siyahısmda  milliyyətjə  müsəlman  olanlann 
sayı  çox  cüzi  idi.  Müsəlmanlara  verilən  pul  mükafatlarmın  m iqdarı  isə 
ermənilərlə  müqayisədə  çox  cüzi  bir  faiz  təşkil  edirdi.  Xankəndi  Elektrotexnika 
zavodunun  fəhlə  və  qulluqçulan  və  onların  ailələri  üçün  1970-1985-ci  illərdə 
Azərbaycan  höküməti  tərəfmdən  çox  yüksək  səviyyədə  mədəni-məişət  şəraiti 
yaradılmışdır.  1970-ci  illərdə  zavod  işçiləri  üçün  beşmərtəbəli  məişət  korpusu 
tikilib  istifadəyə  verilmişdir.  Burada  həmçinin  kitabxana,  klub,  tibb-sanitariya 
mərkəzi, ayaqqabı emalatxanası, mağaza, haıham , dəlləkxana, tikiş emalatxanası 
və  sair  tikilib  müəssisə  işçiləri  və  onlann  ailə  üzvlərinin  istifadəsinə  verildi. 
Zavodun  öz  quşçuluq  ferması  fəhlələrə  ildə  10  min  toyuq  və  100  m in  yumurta 
verirdi. Dövlətimiz tərəfmdən burada tikilən istixanada il ərzində 30 ton pamidor 
və  xiyar  yetişdirilirdi.  Zavodun  yeməkxanalarmda  xörəklər  güzəştli  qiymətlərlə 
satılır  və  ya  pulsuz  verilirdi38.  Ələbəttə,  bütün  bunlar  Azərbaycan  dövlətinin 
bölgəyə göstərdiyi dərin qayğınm nəticəsi idi.
XX yüzilliyin 70-d illərində DQMV-də yaradılmış sənaye müəssisələrindən 
biri də lüminessent lam palan üçün işıq arm aturlan istehsal edən kom binatın inşa 
edilməsi  idi.  Bu 
kombinat  Xankəndi  Elektrötexnika  Zavodunun  nəzdində 
fəaliyyət  göstərirdi.  Azərbaycan  höküməti  tərəfmdən  arm atur  kombinatmın 
kompleks  mexanikləşdirilməsi  istehsalatm  ilbəil  artmasına  şərait  yaratdı.  Bələki, 
1970-d  ildə kom binatda 474 min ədəd işıq arm atur istehsal edilmişdirsə,  1980-cı 
ildə bu rəqəm  780 minə,  1985-d  ildə isə 2,1  dəfə artaraq  1  milyon  19 m in  ədədə 
çatmışdır-16.
308
/
1970-1985-d illərdə Azərbaycan SSR-in  DQM V-nin dinamik inkişaf etmiş 
sənaye  sahələrindən  birində  Şərabçılıq  sənayesidir.  Bəhs  etdiyimiz  illərdə 
Azərbaycan  hökümətinin  ayırdığı  vəsait  hesabm a  DQMV-də  5  yeni  şərapçılıq 
zavodları  tikilib  istifadəyə  verildi.  1927-ci  ildə  bölgədə  2  spirt  zavodu  fəaliyyət 
göstərirdisə,  1970-ci  ildə həmin zavodlarm sayı  10-a,  1985-ci  ildə isə  15-ə çatdı37. 
DQMV-də  Şərabçılıq  müəssisələri  ermənilərin  daha çox cəmləşdiyi ərazilərdə — 
Ağdərə  rayonunda,  Əskəranda,  Qırmızı  Bazarda,  Xankəndində,  Xocavənddə 
tikilmişdir.  Dövlətimiz  DQMV-də  tikilmiş  şərab  zavodlannda,  elektrikləşmə  və 
mexanikləşdirmə  işlərini  tam  həyata  keçirmiş,  elmi-texniki  naliyyətləri  burada 
tətbiq etmək əsasında yeni maşm, avadanlıq, ap arat və cihazlarla təmin etmişdir. 
Bunun  nəticəsində  zavodda  həm  istehsalın  həcmi  artmış,  həm  də  yüksək 
keyfiyyətli,  beynəlxalq  standartlara  uyğun  məhsul  istehsal  edilmişdir.  Şərab 
istehsalı  1960-cı  ildəki  269  min  dekalitrə  qarşı  1970-ci  ildə  539  m in  dekalitr,
1977-ci  ildə  1062  m in  dekalitr,  1985-ci  ildə  isə  1211  min  dekalitr  şərab  istehsal 
olunmuşdur38.  K onyak istehsalı  isə  1960-cı illə müqayisədə  1980-cı ildatəxm inə 
5  dəfə  çoxalmışdı.  1960-cı  ilədək  11,4  min  dekalitrə  qarşı  1980-ci  ildə  53,8  min 
dekalitr  olmuşdur.  1927-ci  ildə  Q arabağ  Şərab Tresti  650  min  m anatlıq  məhsul 
istehsal  etmişdirsə,  1983-cü  ildə  bu  rəqəm  200  milyonu  keçmişdir39.  DQMV-də 
üzümçülüyün  və  şərəbçılığm  maddi-texniki  bazası  ilbəil  möhkəmlənir  və  inkişaf 
edirdi.  DQM V-də  istehsal  olunan  yüksək  keyfiyyətli  məhsullar  keçmiş  ittifaq 
miqyasmda  15  respublikaya,  M ajarıstana,  Çexslovakiyaya  və  başqa  dövlətlərə 
ixrac  olunurdu.  D QM V-də  istehsal  olunan  «Qarabağ»  m arkalı  ağ  şirin  çaxır 
beynəlxalq  şərab  və  konyak  müsabiqəsində  gümüş  medala  layiq  görülmüşdür40.
1981-1982-ci  illərdə  Qarabağ  Şərabçılıq  Tresti  yüksək  keyfiyyətli  məhsul 
istehsalına  görə  K eçid   Qırmızı  Bayraqla  təltif  olunmuşdur.  15  sənaye 
müəssisəsini  birləşdirən  Q arabağ  Şərabçılıq  Tresti  Azərbaycan  SSR  Nazirlər 
Sovetinin Dövlət Üzümçülük və Şərabçıhq İstehsalat Komitəsi sisteminə daxil idi.
1979-cu ildə Q arabağ Şərabçılıq Trestinin əsas  fondları  1965-d illə müqayisədə 3 
dəfə,  şərab  doldurm am n  həcmi  isə  3,5  dəfə  artmışdır.  1980-cı  illərdə  DQM V 
şərab  emalı  müəssisələri  Azərbaycan  şərabçıhq  sənayesinin  ümumi  m əhsulunun
309

12-17 faizini  verirdi.  Dövlətimizin dərin  qayğısı  nəticəsində,  1970-1985-ci  illərdə 
DQM V Şərabçılıq sənayesi dinamik inkişaf etmişdi.
Azərbaycan  höküməti  Qarabağ  Şərabçılıq  müəssisələrində  çalışan 
fəhlələrin mədəni-məişət  şəraitinin  yaxşılaşdırılmasmı həmişə diqqət mərkəzində 
saxlayırdı.  Fəhlələr  üçün  aynlan  yeməkxanalarda,  yeməklər  yarıbayarı  qiymətə 
verilirdi.  Müəssisələrdə  ən  zəruri  mallar  satılan  mağaza,  geniş  klub,  duşxanalı 
sanatoriya-məişət  binalan,  yardımçı  təsərrüfat  fermaları,  uşaq  bağçaları, 
dəlləkxana,  ayaqqabı  təmiri  emalatxanası  fəaliyyət  göstərildi.  Bütün  bunlar 
Azərbaycan  dövlətinin,  xüsusilə  dövlət  rəhbərinin  Dağlıq  Qarabağın  zəhmət 
adam lanna, bölgənin bütün əhalisinə göstərdiyi qayğının konkret əlam ətbri idi.
70-d  illərdə  Azərbaycan  hökümətinin  ayırdığı  xüsusi  vəsait  hesabma 
DQMV-də yeni yaradılmış sənaye müəssisələrindən biri  də Qarabağ pivə zavodu 
idi.  Bünövrəsi  1969-cu  ildə  qoyulan  bu  zavod  çox  sürətlə  tikilərək  1970-d  ildə 
istifadəyə  verilmişdir.  Çexslovakiyadan,  Almaniyadan  gətirilmiş  dəzgahlarla 
təmin olunan zavod artıq  1970-ci illərin ortalarında məhsul verməyə başlamışdır.
1971-d ildə zavodda 171,  1972-ci ildə  175,  1973-cü ildə  185,  1980-cı ildə 205 min 
dikalitr məhsul istehsal edilmişdir41.
Bəhs  etdiyimiz  dövrlərdə,  DQM V-də  yerli  sənayenin  5  yerli  istehsal 
kom binatlanm n  da  inkişafında  çox  böyük  irəliləyişlər  müşahidə  edilmişdir. 
Bunlann içərisində Şuşada fəaliyyət göstərən və Azərbaycanda yeganə olan  Şuşa 
Şərq  Musiqi  alətləri  fabrikinin  adını  xüsusi  qeyd  etmək  lazımdır.  Fabrikdə 
stehsal olunan musiqi alətləri O rta Asiyaya, habelə trana, Iraqa, Ə fqanıstana və 
başqa  dövlətlərə  ixrac  edilirdi.  Xüsusi  olaraq  onu  da  qeyd  edək  ki,  yuxarıda 
adlan çəkilən alətləri hazırlamaq üçün yerli xammaldan fısdıq, şahtut, qarağac və 
küknar  ağaclanndan  istifadə  olunurdu.  M usiqi  alətləri  sədəflə  bəzədilir,  üstünə 
lak  çəkilir,  simlər  xüsusi  poladdan  hazırlamrdı.  M ahir  ustalar  Ş.Salmanov, 
M.Sirabov, V.Məmmədov və başqalan sənətin sirlərini gənc fəhlələrə öyrədir, öz 
üzərlərinə  düşən  tapşınqlan  müntəzəm  olaraq  və  yüksək  profısional  səviyyədə 
artıqlaması ilə yerinə yetirmişlər42.
310
1970-1985-d  illərdə  D ağlıq  Q arabağın  dağlarmda  böyük  mərmər,  tuf, 
qranit,  felizit,  əhəngdaşı  və  başqa  qiymətli,  nadir  tikinti  materialları  ehtiyatları 
kəşf olunmuşdur.  1976-1985-ci  illərdə  vilayətdə  yeni  sənaye  karxanaları  açıldı. 
Həmin  karxanalar  Azərbaycan  höküməti  tərəfmdən  müasir  mexnizmlərlə  təchiz 
edilmişdir.  1984-cü ildə Əskəran rayonunda ildə  100 min kvadrat  m etr dekorativ 
tava istehsal edən mərmər zavodu tikilmişdir.
1980-cı  illərin  əwəllərində  X ankəndi  tikinti  materiallan  kom binatında 
istehsal gücü 50 min kvadrat m etr olan  konveyer işə salmmışdır. K om binat  1981- 
1985-ci  il  plan  tapşırıqlannı,  bütün  texniki-iqtisadi  göstəriciləri  artıqlam ası  ilə 
yerinə yetirmişdir.  1985-ci  ildə kom binatda istehsal olunan məhsullar  1980-cı illə 
müqayısədə  3,5  dəfə  artmışdır.  Əmək  məhsuldarlığı  isə  2,5  dəfə  yüksəlmişdir. 
Müəssisənin  60  fəhləsi  şəxsi  beşillik  norm alarm ı  yerinə  yetirmişlər43.  Dağlıq 
Qarabağm  mərmər  və  daş  karxanalannda  Azərbaycan  höküməti  tərəfmdən 
göndərilən  30  yeni,  müasir  tələblərə  cavab  verən  daşkəsən  maşın  işləyirdi. 
Burada  istehsal  olunan  mərmər,  felzit,  qranit  üzlük  tavalan  keçmiş  ŞSRİ-nin 
yüzlərlə  şəhərlərinə  göndərilirdi.  H ətta  Mərkəz,  Azərbaycanın  b ^   qiymətli 
daşlanna  xarici  dövlətlərə  göndərməklə  daha  çox  qazanc  əldə  edirdi.  Çox 
təssüflər  olsun  ki,  Azərbaycanın  DQM V-dəki  bu  qiymətli  daşların  müxtəlif 
form alara  salıb  daha  çox  qazanc  əldə  edən  fəhlə  və  qulluqçuların  adlannı 
nəzərdən keçirərkən bir nəfərdə olsun müsəlman adm a rast gəlmədik44.
Azərbaycanm  DQM V-dəki meşələri fısdıq və qalmyarpaqlı agac növləri ilə 
zəngindir.  Qiymətli  və  tayı-bərabəri  olm ayan  bu  agaclann  oduncağından  hələ 
qədimdən  müxtəlif məişət  əşyalan  düzəldirdilər.  1928-ci  ildə  Xankəndində  kiçik 
emalatxana  kimi  fəaliyyətə  başlayan  mebel  sexi  sonralar  böyük  fabrikə 
çevrilmişdir.  1960-cı  illərdə  X ankəndinin  m üasir  avadanlıqlarla  təchiz  olunmu'ş 
iri  Mebel  Fabriki  işə  düşmüşdür. 
1970-d  illərdə  isə  həmin  fabrikin  bir  neçə 
filiallan  yaradıldı.  X ankəndi  mebil  fabriki  üçün  taxta  m ateriallan  T ərtər  çayı 
üzərindəki  Vaqaus  körpüsünün  yaxınlığmda  yaradılmış  meşə  təsərrüfatı 
kom binatm dan  göndərilirdi.  X ankəndi  mebel  fabriki  keçmiş  tttifaq  miqyasında 
ixtisaslaşmış  böyük  müəssisə  kimi  tam nırdı.  Burada  istehsal  olunan  məhsullar
311

mebel, masa,  kürsü,  kreslo,  çarpayı, dolab,  bufet,  altlıq,  məişət  əşyalın və başqa 
məmulatlar keçmiş  SSRİ  məkanmda  satılır  və müəssisəyə yüksək  gəlir gətirirdi. 
Müəssisənin  istehsal  həemi  ilbəil  yüksək  templə  artırdı.  1960-cı  illə  müqayisədə 
fabrikin  istehsal  həcmi  1985-ci  ildə  5,9  dəfə  artmışdır.  Belə  ki,  1960-cı  ildə 
Xankəndi  Mebel  Fabrikində  786  min  m anathq  məhsul  istehsal  olımmuşdursa, 
1970-ci ildə bu rəqəm artaraq  1  milyon 891  minə,  1980-ci ildə 3 milyon 435 minə, 
1985-ci  ildə  isə  4  milyon  657  minə  çatmışdır45.  Dağlıq  Qarabağm  erməni 
rəhbərliyi  Azərbaycanm  nadir  qədim  və  qiymətli  agac  növlərini  məhv  etmək 
hesabma daha çox qazanc əldə edirdilər.
1970-1985-ci  illərdə  Azərbaycan  SSR  DQMV-nin  inkişaf  edən  sənaye 
sahələrinin biri də M.Əzizbəyovun adını daşıyan Xankəndi tikiş fabriki idi.  1970- 
ci illərdə Azərbaycan hökümətinin ayırdığı xüsusi vəsait hesabma tikiş fabrikində 
əlavə  korpuslar inşa  edildi.  Keçmiş  dəzgahlar  yeniləri  ilə  əvəzləndirildi.  Belə  bir 
fabrikin  DQMV  də  fəaliyyəti  və  onun  lazım  olan  şəraitlə  təmin  edəlməsi 
dövlətimizin  bölgəyə  göstərdiyi  çox  böyük  qayğınm  nəticəsi  idi.  Çünki  həmin 
müəssisədə  yüziərlə  əhali  işləyir  və  lazımi  əmək  haqqı  ilə  təmin  olunurdular. 
Fabrikin  istehsal  etdiyi  məhsullar  nəinki  respublikamızda,  keçmiş  SSRİ 
məkanında  hətta  ittifaqm  hüdudlanndan  kənarda  da  olduqca  məşhur  idi. 
Fabrikdə  istehsalm  həcmi  ildən-ilə  artırdı.  Belə  ki,  1975-ci  ildə  fabrikdə  ümumi 
məhsul  istehsalm  həcmi  91,6  faiz  yerinə  yetirilmişdirsə,  1977-ci  ildə  103,8  faiz, 
1980-ci ilə  115,2 faiz,  1985-ci ildə isə 121,8 faizə çatmışdır46.
Xankəndi  tikiş  fabriki  keyfiyyətli  məhsul  istehsahna  və  plan  tapşm qları 
yerinə  yetirdiklərinə  görə  dəfələrlə  nazirlik  və  həmkarlar  təşkilatmın  fəxri 
mükafatlarına layiq görülmüşlər.
Xalçaçılıq  Qarabağ  qadınlarmın  qədim  və  sevimli  sənəti  olmuşdur.  Bu 
zərif  sənətin  sirləri  qayğı  ilə  qonm araq  nəsildən-nəsilə  verilmişdir47.  1929-cu 
illərdə  Azərbaycan  höküməti  tərəfmdən  Xankəndində  yaradılan  Qarabağ 
xalçaları  fabriki  sonrakı  dövlətlərdə daha  da  təkmilləşdi  və inkişaf etdi.  1970-ci 
illərdə  DQM V  ərazisində  xalçaçılıq  fabrikinin  yeni  filialları  yaradılmışdı. 
Azərbaycan  höküməti  DQMV  ərazisindəki  xalçaçılıq  kom binatlannı  yeni
312
dəzgahlar  və  avadanlıqlarla  təmin  etdi.  Burada  istehsal  olunan  xalçalar  orcinal 
və gözəl naxışlan əla yaradıcılıq üslubu, müstəsna dərəcədə davamlılığı  ilə keçmiş 
SSRİ  m əkanm da,  İngiltərədə,  İtaliyada,  İsveçdə,  D anim arkada,  M isir  Ərəb 
Respublikasmda  və  başqa  xarici  dövlətlərdə  şöhrət  qazanmışdı.  Dünya 
bazarlarm da  DQM V-də  istehsal  olunmuş  xalçalar  çox  baha  qiymətə  satılır  və 
Vilayətin  büdcəsinə  xeyli  qazanc  gətirirdi.  1970-1985-ci  illərdə  Xankəndi 
xalçaçılıq  fabrikində  istehsal  olunan  xalçalarm  90  faizi  keyfiyyət  nişam  ilə 
buraxılırd48.  Həmçinin,  bəhs  etdiyimiz illərdə,  xalçanm  istehsalmda  da,  böyük 
artım  müşahidə edilmişdir.  Məsələn,  1970-ci ildə  DQMV-də 2 min kvadrat m etr 
xalça  toxunm uşdursa,  1982-ci  ildə  2745  kvadrat  metrə,  1985-ci  ildə  isə  3  min 
kvadrat  metrə  çatm ışdır49.  DQMV-də  istehsal  olunan  xalçalar  öz  gözəlliyinə  və 
davamlılığına  görə  dünya  bazarlarında,  müxtəlif  beynəlxalq  sərgilərdə  və 
yarm arkalarda müvəffəqiyyətlə nümayiş etdirilmiş və şöhrət qazanmışdır.
1982-1983-cü  illərdə  DQMV-də  inşa  edilmiş  sənaye  sahələrindən  birində 
Xankəndi  süd  kombinatmın yeni pendir sexi idi.  Bəhs etdiyimiz dövrdə DQMV- 
də  fəaliyyət  göstərən  süd  kom binatm ın  bütün  sexləri  Azərbaycan  hökümətinin 
göndərdiyi  yeni  avtom at  qurğularla  təmin  edildi  və  sexlər  mexariikləşdirildi.
1960-cı  illə  müqayisədə  1970-ci  ildə  Xankəndi  Süd  K om binatm da  tikinti, 
yenidənqurma  işlərinə  ayrılan  vəsaitin  həcmi  52,4  faiz  artıq  idi.  Dövlətimizin 
göstərdiyi  dərin  qayğı  nəticəsində  DQM V-də  1970-1985-ci  illərdə  süd  və  süd 
məhsullan,  pendir,  yağlı  brinza  və  yağ  istehsalmda  çox  böyük  artım   müşahidə 
edilmişdir.  Belə ki,  1960-cı ildə DQMV-nin  süd və süd m əhsullan kom binatm da 
346 ton m al-qara yağı, 268 ton pendir və yağlı brinza istehsal edilmişdirsə,  1970- 
ci ildə bu göstərici artaraq 550 ton m al-qara yağı,  557 ton pendir və yağlı brinza, 
1980-cı ildə 885 to n  m al-qara yağı, 652 ton pendir və yağlı brinza,  1985-ci ildə isə
1960-cı  illə  müqayisədə  yağ  istehsah  2,7  dəfə  artaraq  964  ton,  pendir  və  yağlı 
brinza istehsah isə 2,8 dəfə artaraq 764 tona çatm ışdır50.
DQMV-dəki  süd  kom binatında  respublikada quru süd  zərdabı  hazırlayan 
yeganə  sex  işləyirdi.  Dövlətimizin  xaricdən  aldığı  avadanhqlar  həmin  sexdə 
quraşdırılmışdır.  Süd  və  süd  m əhsullannm   adam   başm a  düşən  istehsal
313

səviyyəsinə  görə  DQMV  Azərbaycan  SSR-in  iqtisadi  rayonlan  arasm da  ilk 
yerlərdən birini tuturdu.  Burada istehsal  olunan məhsullar, nəinki, yerli  əhalinin 
təlabatmı  ödəyir,  hətta  Ermənistana  və  tttifaqın  digər  regionlarma  da 
göndərilirdi51.
DQM V  ərazisi  tikinti  xammal  m ateriallan  ilə  zəngindir.  O na  görə  də, 
burada yerli xammala əsaslanan  inşaat m ateriallan sənayesinin müxtəlif sahələri 
yaranmış və inkişaf etmişdir.  1975-1980-ci  illərdə DQMV  ərazisində  yeni əhəng, 
taxta-şalban,  kərpic,  kiramid  sexləri  yaradılmışdır52.  Yeni  yaradılan  sexlər, 
əsasən,  ermaıilərin  daha çox  kom pakt şəkildə məskunlaşdığı  Xankəndi,  Ağdərə 
və H adrud  rayonlan  ərazisində  inşa edilmişdir.  1970-1985-ci  illərdə  Azərbaycan 
höküməti  tərəfmdən  lazımı  və  müasir  avadanlıqlarla  təmin  edilən  müəssisələrdə 
sıçrayışlı inşaat müşahidə edilmişdir.  Belə ki,  İ960-cı illə müqayisədə,  1985-ci ildə 
taxta-şalban  istehsalı  4  dəfə  (11,7  min  kub  metrdən  46,9  kub  metrə),  əhəng 
istehsalı  1,4  dəfə  (7,1  min  tondan  10,1  min  tona),  kərpic  istehsalı  6  dəfə  (325 
milyondan  1973  milyonadək)  artmışdır.  Bütün  bunlar  isə  Dağlıq  Qarabağda 
tikinti abadlıq işlərinin genişlənməsinə güclü təkan vermişdir53.
1970-1985-ci illərdə Azərbaycan höküməti DQMV-də un və un məhsulları, 
şirniyyat sexləri, ət kombinatları, kolbasa sexi və başqa müəssisələr tikib əhalinin 
istifadəsinə verilmişdir.
1984-cü ildə DQMV-də istifadəyə verilmiş sənaye müəssisələrindən biri də, 
Xankəndi  tikinti  materiallan  kombinatı  nəzdində  istehsal  gücü  50  min 
kvadratmetr  olan  yeni  xəttin-mərmər  parçalannı  emal  edən  konveyerin  i p  
salınması  olmuşdur.  Konveyer  1985-ci  ilin  bütün  texniki-iqtisadi  göstəricilərini 
artıqlaması  Uə  yerinə  yetirmişlər.  Həmin  müəssisənin  işə  salmması  ilə  mərmər 
istehsahnda əmək  məhsuldarlığı  2,5  dəfə yüksəlmişdir.  Təkcə,  həmin müəssisədə 
60 fəhlə işləyir ki, onlar öz üzərinə düşən  bütün tapşm qları artıqlaması ilə yerinə 
yetirmişlər.
Enerji  tutum lu  sahələrin  inkişafı  Azərbaycanda  elektrik  enerjisi 
istehsahnın  artm asm ı  tələb  edirdi.  XX  yüzilliyin  70-ci  illərində  Azərbaycan 
höküməti  DQM V-nin  elektrik  enerjisi  ilə tam   təmin  olunması  üçün  əhəmiyyətli
314
işlər  gördü.  Ağdam-Xankəndi  yüksək  gərginlikli  elektrik  xətti  vasitəsilə 
Mingəçevir  SES-dən  DQMV-nə  verilən  elektrik  enerjisi  artınldı.  DQM V-nin 
özündə  fəaliyyət  göstərən  Madagiz,  Əsgəran,  Sajan,  Xankəndi  Su  Elektrik 
Stansiyaları və digər stansiyalar yeni avadanlıqlarla  təmin edildi və onlann gücü 
artdı.  1970-ci  illərdə  Azərbaycan  xalqının  elektrik  enerjisinə  olan  təlabatm ın 
ödənilməsinə  H.Ə.Əliyev  gərgin  əmək  və  inadlı  fəaliyyət  sərf  etmişdir. 
Ümummilli  liderimiz  həmin  dövrü  belə  xatırlayır:  «70-ci  illərdə  Azərbaycanm 
elektrik  enerjisi  ilə  təmin  olunması  üçün  çox  səylər  göstərilmişdi...  Energetika 
sahəsində Azərbaycanda görulən işlər nəticəsində 5 min m eqavat  elektrik enerjisi 
istehsal  gücünə  malik  energetka  sistemi  yaratmışdıq.  Biz,  o  dövrdə,  ittifaq 
hökümətindən  böyük  vəsaitlər  alıb  Mingəçevirdə  hər  birinin  gücü  300  meqavat 
olan  8  böyük  enerji  bloku  yaratdıq.  K ür  SES  inşa  edildi.  Yenikən  SES-nın 
tikilməsi  üçün  1979-cu  ildə  qərar  qəbul  olundu»M.  1970-1985-ci  illərdə  Tərtər 
SES,  A raz  SES,  Şəmkir  SES,  Azərbaycan  D R ES tikilib  işə salmmışdı.  Görülən 
işlər  nəticəsində  Azərbaycamn  bütün  regionlannm ,  o  cümlədən,  DQM V-nin 
şəhər və kəndlərinə, sənaye müəssisələrinə və tikintilərinə, kolxoz və savxozlanna 
lazımı səviyyədə  elektrik enerjisi verildi.  H ətta,  bəhs  etdiyimiz dövrə aid statistik 
m ateriallar nəzərdən  keçirilərkən məlum olur ki,  1970-1985-ci  illərdə DQM V-də 
elektrik enerjisi istehsalı 46,3 dəfədən çox artmışdı.  Belə ki,  1970-ci ildə DQMV- 
də  elektrik  enerjisi  istehsalı  1,6  milyon  kilovat  saata  çatırdısa,  1980-ci  ildə  bu 
rəqəm  45,9  milyon  kilovat  saata,  1985-ci  ildə  isə  dinamik  inşaat  edərək  74,1 
milyon  kilovat saata qalxmışdır. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, 
DQM V-də  adam başm a  düşən  elektrik  enerjisinə  görə  ümumrespublika 
səviyyəsində öndə getmişdir.  Təkcə  bir faktı  qeyd edək  ki,  1985-ci ildə Naxçıvan 
M uxtar  Respublikasm da  elektrik  enerjisi,  istehsalı  69,1  milyon  kılovat  saata 
çatmışdı.  1985-ci  ildə  Naxçıvan  M R -da  adam başm a  237  kilovat  saat  elektrik 
enerjisi  düşdüyü  halda,  bu  rəqəm   DQM V-də  2  dəfə  artıq  idi  (Adam başm a  463 
klovat  saat).  Bütün  bunlar  isə  DQM V-də  enerji  tutum lu  sahələrin,  xüsusilə, 
sənayeriin  inkişafma  və əhalinin m addi rifah  halınm  yaxşılaşmasma  güclü  təkan 
verdi.

DQMV-nin  çox  hissəsini  dağlıq  sahə  olmasma  baxmayaraq  Azərbaycan 
höküməti Vilayətdə energetika təsərrüfatmın inkişafı üçün xüsusi tədbirlər həyata 
keçırərək  1970-1985-ci  illərdə  1300  kilometrlik  yüksək  voltlu  elektrik  xətti 
çəkilmişdir.  Dağlıq  Qarabağ  Azərbaycanda  üçtərəfli  elektrik  təchizatı  olan 
yeganə regiondur.  Belə təchizat vilayətin elektrik enerjisilə daha yüksək dərəcədə 
etibarlı  olmasım  təmin  edir.  DQM V  elektrik  şəbəkəsi  təsərrüfatı  obyektlərin 
tikintisini  təmin  etmək  üçün  bir  sıra  xüsusi  bölmələr,  o  cümlədən,  iri  təmir 
istehsal bazası təşkil edilmişdir55.
1970-1985-ci  illərdə  DQMV-də  energetika  obyektləri  tikintisi  böyük  vüsət 
almışdır.  Sərsəng SES-i nəinki lazımı qədər elektrik enerjisi  istehsal edir, həm də 
bu mürəkkəb  hidrotexniki  qurğu  Q arabağ düzündə  120  min  hektar sahədə  yeni 
əkinləri və çoxillik  bitkiləri suvarmaq im kanm a malik idi. Yeri gəlmişkən onu da 
qeyd  edək  ki,  Sərsənq  Su  anbarmm  130  metrlik  tökmə  bəndi  dünyanın  ən 
hündür  bəndlərindən  biridir.  Sərsənq  SES-mn  hər  il  istehsal  etdiyi  125  milyon 
kilovat  saat  elektrik  enerjisı  Zaqafqaziyamn  vahid  energetika  sisteminə  daxil 
olmuşdur56.
Beləliklə,  1970-1985-ci  illərdə Respublikamızm  rəhbəri  H.Ə.Əliyevin  şəxsi 
təşəbbüsü, düşüncəsi və inadlı  fəaliyyəti nəticəsində Azərbaycan  SSR-in  DQMV- 
də sənaye üstün, sürətlə və dinamik inkişaf etdi.  Dağlıq 'Qarabağ sənayesi  1970-ci 
illə müqayisədə 1980-ci ildə 249 faiz,  1985-ci ildə isə 300 faiz artdı51.
A panlan tədqiqatlar nəticəsində müəyyən  olunur ki, bəhs etdiyimiz illərdə, 
Dağlıq  Qarabağ  sənayesindəki  göstəricilər  istər  ümumrespublika  səvıyyəsində, 
istərsədə  Naxçıvan  M uxtar  Respublikası  ilə  müqayisədə  üstün  olmuşdur.  15  il 
ərzində,  DQM V  sənayesi  istehsal  artım   göstəricisinə  görə,  ümumrespublika 
səviyyəsini  3  dəfə  ötüb  keçmişdir58.  1986-cı  ilin  sonralannda  Vilayət  sənayesi 
istehsal  fondlarımn  dəyəri  140,2  milyon  m anat  təşkil  etmiş  və  1980-ci  illə 
müqayisədə  55,6  faiz  artmışdır  ki,  bu  da  bütövlükdə  respublika  üzrə  olan 
rəqəmdən  46,5  faiz çoxdur.  1985-ci ildə  DQM V sənayesində  10  min nəfər və ya 
1923-cü illə müqayisədə 50 dəfədən çox  adam  çahşırdı ki, bundan  52 faizi qadm 
idi.  Əhalinin  hər  10  min  nəfərinə  düşən  sənaye  işçilərinin  sayına  görə  DQMV
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin