ƏSR – günortadan sonrakı vaxtdır. O
zaman müsəlmanlar vacib olan eyni adlı na-
mazı qılırlar. Əsr namazının vaxtı zöhr na-
mazının vaxtı bitdikdən sonra başlayır. O
zaman hər bir şeyin kölgəsinin uzunluğu, on-
ların uzunluğuna bərabər olmalıdır. Bu na-
mazı günəşin batmasına az qalmış bitirmək
lazımdır.
ƏSRİ-SƏADƏT
– xoşbəxtlik əsri
deməkdir. Məhəmməd peyğəmbərin və onun
səhabələrinin yaşadığı dövr belə adlanır.
Əsri-Səadətdə Məhəmməd peyğəmbər və
onun səhabələrinin başçılığı ilə müsəlmanlar
bütün sahələrdə böyük uğurlar əldə et-
mişdirlər.
ƏSVƏD ƏNSİ (11/632-ci ildə vəfat et-
mişdir) – Ərəbistanın yalançı peyğəmbər-
lərindən biri olmuşdur. O, özünü peyğəmbər
elan edərək Sənanı ələ keçirmiş və özünü
Yəmənin başçısı kimi tanıtmaq istəmişdir.
Əsvəd Ənsinin təqiblərinə dözməyən
Məhəmməd peyğəmbərin Yəmənə göndər-
diyi zəkat toplayanlar bu bölgədən çıxmalı
olmuşdurlar. Daha sonra Əsvədə qarşı Firuz
Deyləminin başçılığı altında İslam ordusu
yürüşə çıxdı. Müsəlmanlar Əsvədin güclərini
dağıdaraq onu döyüşdə öldürdülər. Bu hadisə
85
ƏSVƏD ƏNSİ
Məhəmməd peyğəmbərin vəfatına bir gün
qalmış baş vermişdir.
ƏŞƏRİ ƏBÜLHƏSƏN (260/873 –
330/985) – görkəmli İslam mütəfəkkiri ol-
muşdur. İraqın cənubunda yerləşən Bəsrədə
yaşamışdır. İslamda kəlam (I)
məzhəblərindən biri olan əşərilik onun adı ilə
bağlıdır. Rəvayətlərə görə onun soyu
Məhəmməd peyğəmbərin səhabəsi olmuş
Əbu Musa Əşəriyə gedib çıxır.
Əbülhəsən Əşəri öncə mütəzili olmuşdur.
Təxminən qırx yaşında öz düşüncəsini dəy-
işmiş və ənənəvi İslam düşüncəsini mənim-
səmişdir. O, İslam inancının və kəlamının
müxtəlif məsələləri üzrə əsərlərin müəllifidir.
İlk əsərləri mütəzili kəlamına həsr olunmuş-
dur. Əbülhəsən Əşəri “Kitabül-Fusul”
(Dindən çıxan və yollarını azmışlar haqqında
kitab) əsərində müxtəlif dini təlimləri (xris-
tianlığı, yəhudiliyi, zərdüştiliyi və brahman-
izmi), İslamdakı müxtəlif təriqət
və
cərəyanları, filosofların düşüncələrini tədqiq
etmişdir. O, “Kitabül-Fünun” (Yollarını
azmışlardan bilgi kitabı), “Məqalətül-
Fələsifə” (Filosofların dedikləri), “Əl-İbanə”
(Dinin əsaslarının anlatması) kitablarında da
araşdırmalarını davam etdirmişdir.
Əbülhəsən Əşəri “Əl-Lumə” (Dindən
çıxan və yolları azmışlar haqqında parlaq
kitab) adlı əsərində İslamın dini
dünyagörüşün təməlləri haqqında öz
düşüncələrini açıqlamışdır. Bu kitabında
Quranın mahiyyəti, Tanrının iradəsi, Allahı
görməyin imkanları, alın yazısı və imamət
problemləri üzrə bir-çox məsələləri də
düşüncədən keçirmiş, öz fikirlərini ortaya
qoymuşdur. Bu kitab Avropa dillərinə də tər-
cümə edilmişdir.
Əşərinin kəlama aid yazdığı “Məkalət əl-
İsləmiyyin” (Allaha qulluq edənlər nəyi
deyib, nədə fərqləndikləri haqqında) kimi
başqa kitabları da olmuşdur. Bunlarla yanaşı,
Əşəri Quranın təfsiri və fiqh problemləri üzrə
çoxsaylı kitablar da yazmışdır.
ƏŞƏRİLƏR – ən çox yayılmış etiqadi
məzhəblərdən birinin davamçılarıdırlar. Bu
məzhəbin
adı görkəmli müsəlman
mütəfəkkiri Əbu Həsən Əşəri ilə bağlıdır. O,
böyük müsəlman kəlamçısı Əbu Mənsur Ma-
turidi (260/873 – 330/985) ilə eyni dövrdə
yaşamışdır. Əbu Həsən Əşəri o zamanlar
İslam dünyasının ictimai, hüquqi və fəlsəfi
mərkəzlərindən biri olmuş Bəsrədə yaşayıb-
yaratmışdır. O dövrdə burada müxtəlif
məzhəblərin davamçıları arasında ideoloji
polemikalar gedirdi. O, uzun müddət mütəzili
kəlamçısı kimi tanınmışdır. Sonra öz
baxışlarını dəyişərək, mütəzililikdən ayrılıb
ənənəvi İslam kəlamının (I) əsaslarını qoyan
ilk mütəfəkkirlərdən olmuşdur.
O dövrdə İslam əqidəsinə fəlsəfi baxım-
dan yanaşma və dini müddəaların sistem-
ləşməsi zərurəti yaranmışdır. Bu da ilk öncə
Quran və hədislərdə müxtəlif məsələlərlə
bağlı tənqidlərə tutarlı məntiqi cavabların
verilməsi zərurətindən irəli gəlmişdir. Dini
problemlərin kəlam baxımından həll olun-
ması, onların düşüncə baxımından sistem-
ləşdirilməsi olmadan çoxsaylı tənqidçilərlə
uğurlu polemikalar aparmaq olmurdu. O
dövrdə Quran və hədislərin ənənəvi təfsir
metodları müxtəlif dini-fəlsəfi məzhəblərin
davamçılarının dəlillərinin qarşısında davam
gətirmirdi.
Fəlsəfə və kəlam metodlarının yaxşı bili-
cisi olan Əbu Həsən Əşəri ənənəvi İslam
düşüncəsini mənimsədikdən sonra fəlsəfi
metodları kəlam elmində istifadə etməyə
başlamışdır. Bu metodlardan faydalanan
ənənə tərəfdarları olan mütəfəkkirlər sonralar
bir çox məsələlərə aydınlıq gətirmiş, etiqadla
bağlı problemləri sistemləşdirilmiş, tən-
qidçilərə qarşı uğurlu polemikalar apara
bilmişdirlər. Beləliklə Əşəri Allahın
endirdiklərini düşüncənin dəlilləri ilə uyğun-
laşdırması problemini çözməyə çalışmışdır.
Burada Əşəri ilk olaraq inancla
düşüncənin dəlilləri arasındakı əlaqələri
86
ƏŞƏRİ ƏBÜLHƏSƏN
araşdırmışdır. Bu iki kateqoriyalar arasındakı
bütün ziddiyyətlər aradan qaldırılmalı idi.
Buna nail olmaq üçün müsəlman çoxluğunun
inancına uyğun olan fundamental və sistemli
dünyagörüşü ortaya çıxarılmalı idi. Əşəri
vəhyi əqli dəlillərlə isbatlamağa çalışırdı.
Ancaq, onun düşüncəsinə görə dinin təməl-
ləri şərtsiz olaraq qəbul edilməli, yalnız bun-
dan sonra onların məntiqi düşüncə ilə
anlaşılması problemi ortaya qoyulmalı idi.
Başqa sözlə o, dinin əsaslarının isbatlan-
masında əqli dəlillərinin əhəmiyyətini tanısa
da, Allahın nazil etdiyi vəhyin qəbul
edilməsinin vacibliyini vurğulayırdı. Belə-
liklə də, əşərilikdə əqli dəlillər inanca tabe
edilir və yalnız bundan sonra o istifadə oluna
bilər.
Əşərilərin Allahın sifətləri barəsində
baxışı daha çox maturidilərin düşüncələrinə
bənzərdir. Əşərilər Allahın sifətlərini üç
hissəyə bölürlər:
1. Yaradılmış varlığın deyil, yalnız Allaha
məxsus olan sifətlər (Sifətüs-Səlbiyə). Onlar
altıya bölünür: Birlik (Vəhdəniyyət), Varlıq
(Qidəm), Əbədilik (Bəqa), Bənzərsizlik
(Müxalifətül-Həvadis), Ehtiyacsızlıq (Qiyam
Binəfsihi), Varlıq (Vücud);
2. İsbatlayıcı sifətlər (Sifətüs-Sübutiyyə).
Onlar yeddiyə bölünür: Dirilik (Həyat),
Bilmək (Elm), Eşitmək (Səmi), Görmək
(Bəsar), İstək (İradə), Güc (Qüdrət),
Söyləmək (Kəlam);
3. Allaha məxsus olan sifətlər (Sifətül-
Əsma). Onlar da yeddiyə bölünür: Diri
(Həyy), Hər şeyi bilən (Alim), İradəli
(Mürid), Qadir; Eşidən (Səmi), Görən
(Bəsir), Danışan (Mütəkəllim).
Əşəri bütün yaradıcılığında Quran, eləcə
də hədislərə istinad etmişdir. Peyğəmbərin
səhabələrindən, onların da davamçıları olmuş
sonrakı nəsillərdən nəql edilmiş, onun
dövrünə qədər gəlib çatmış ənənəvi İslam
dünyagörüşünü dəstəkləmişdir. O, hədislərin
bir və ya bir neçə ravidən rəvayət edilməsi
məsələsinə varmamışdır. Əşərilər səhabələrin
hamısını tanıyır və hörmətlə yanaşırlar. Onlar
ilk dörd Raşidi xəlifənin dövrünü qəbul
edirlər.
Kəramətlə bağlı məsələlərdə əşərilər on-
ları Allahın ayrı-ayrı imanlı insanlara verdiyi
mənəvi durum kimi dəyərləndirirlər. Ancaq,
onlara görə kəramət Allahın peyğəmbərlərinə
verdiyi möcüzədən fərqli anlayışdır.
Allahın sifətləri məsələsində Əbu Həsən
Əşərinin baxışları mücəssimilərdən
və
mütəzililərdən fərqlənirdi. Quranda sözü
keçən Allahın üzü, əlləri və bu kimi başqa
anlayışlarına gəldikdə Əşəri mütəzililərdən
fərqli olaraq onların var olduğunu qəbul et-
mişdir. Eyniliklə o, bu məsələ üzrə Tanrını
insana bənzədən mücəssimələrin baxışları ilə
də razılaşmamışdır.
Əşəri Quranda olan Allahın üzü, əlləri ilə
başqa bu kimi anlayışları məcaz kimi qəbul
edirdi. Xüsusən də o, “Lümə” əsərində
mütəzililər kimi “Allahın əli” anlayışını
Tanrı gücünün göstəricisi kimi anlamışdır.
Alın yazısı və insanın iradə azadlığı proble-
mində Əşəri mütləq alın yazısı və mütləq
iradə azadlığını qəbul edənlər (qədərilərin və
cəbrilərin) arasında olan orta yolu tutmuşdur.
Onun təlimində hər bir insan etdiklərinə görə
cavab verəcək. Ancaq, Tanrının alın yazısı da
vardır, çünki belə olmasa Allahın hər şeyi
yaratması, bilməsi və güclü olması kimi özəl-
likləri sual altına qoyulmuş olur. Buna görə
də, Əşəri insanın davranışının Allahdan
gəldiyi fikrini irəli sürmüşdür. İnsan isə bunu
öz iradəsi ilə davranışına uyğun olaraq mən-
imsəyir (“kəsb” edir). “Kəsb” insanın Allahın
istəyi ilə özünün düşünülmüş hərəkətlərinin
birləşməsidir. Əşərilərə görə insanın Allahın
yaratdığı kəsbə təsiri yoxdur. Bu məsələdə
onların baxışları maturidilərdən fərqlənir.
Buna görə də, əşəriliyin tənqidçiləri onun
cəbriliyə yaxın olmasını iddia edirlər. Ma-
turidi isə əşərilikdəki “kəsbi” tanısa da, onun
insandan irəli gəldiyini iddia etdiyinə görə
87
ƏŞƏRİLƏR
qədərilərə daha yaxın olmuşdur.
Quranın “O gün neçə-neçə üzlər sevinib
güləcək, öz Rəbbinə baxacaqdır!” (75: 22-
23) ayəsinə münasibətini bildirən Əşəri, Al-
lahı görməyin mümkünlüyünü danmamışdır,
ancaq onu yalnız cənnətdəki möminlər
tərəfindən görəcəyini iddia edirdi. Bununla
belə, o deyirdi ki, Allahı görmənin özəllik-
lərini, onun necə baş verəcəyini insan
düşüncəsi ilə anlamaq mümkün deyildir.
Mütəzililər isə ondan fərqli olaraq Qurandakı
bu ayənin mənasının məcazi olduğunu iddia
edirdilər. Onlara görə, Allahın görünməsi
üçün məkana ehtiyac vardır. Tanrı isə hər bir
yerdən daha ucadır. Mütəzililər və
əşərilərdən fərqlənən mücəssimilər isə
möminlərin Allahı cənnətdə müəyyən bir
görkəmdə görəcəyini iddia edirdilər.
Mütəzililərdən fərqli olaraq əşərilər və
maturidilər Quranı sonsuz, eləcə də yaradıl-
mamış Allahın kəlamı (II) hesab edirlər.
Ancaq, üzərində yazısı olan səhifələri, eləcə
də hərfləri yaradılmış olduğunu iddia edirlər.
Böyük günahlar məsələsinə gəldikdə
mütəzililər Allah qarşısında etdiyi günaha
görə üzülərək tövbə etməyən günahkarın
mütləq cəhənnəmə atılacağını düşünürlər. Bu
suala ifrat tərəfdən yanaşan xaricilər günah
etmiş müsəlmanı dinsiz hesab edirlər. Mür-
ciilər isə məsələyə başqa bir tərəfdən
yanaşmışdırlar. Onlara görə insan inan-
clıdırsa nə qədər çox günahları olsa belə
bağışlanacaqdır. Əşərilər isə bu ifrat yanaşma
arasında orta yol tutaraq günah etmiş insanın
Allahın istəyindən asılı olduğunu qəbul et-
mişdirlər. Allah istəyindən asılı olaraq onu
cəzalandıra və ya bağışlaya bilər. Ancaq
sonda günahkar müsəlmanları Allah cəza-
landırsa belə, onları bağışlayıb cənnətə
müjdələyəcəkdir.
Əşəri ölümdən sonra insanın qəbir əzabı
çəkəcəyi haqqında rəvayətləri qəbul edirdi.
Müsəlmanların çoxu insanın ölümündən
sonra məzarda bu dünyada etdiklərinin ilkin
hesabatının veriləcəyinin başlanacağına
inanırlar. Əşərilər bu baxımdan qəbir əzabını
qəbul etməyən mütəzililəri kəskin tənqid et-
mişdirlər.
Müxtəlif müsəlman qrupları arasındakı
çəkişmələr şəfaət
problemi üzrə də
aparılmışdır. Hədislərə görə qiyamət günü
Allah Məhəmməd peyğəmbər başda olmaqla
bütün elçilərə günahkar müsəlmanlar üçün
şəfaətçi olmaq vəzifəsini verəcəkdir. Bunun
sonunda günahkar müsəlmanlar cəhənnəm
əzabından qurtulub, cənnətə girəcəklər
(Quran, 20: 109).
Ancaq, mütəzililər şəfaəti inkar et-
mişdirlər. Şiələr isə təkcə peyğəmbərin deyil,
müqəddəs və günahsız saydıqları Məhəm-
məd peyğəmbərin soyundan olmuş imam-
ların da şəfaətçi olacaqlarına inanırlar. Əşəri
isə şəfaətçi kimi yalnız Məhəmməd peyğəm-
bərin olduğunu iddia edirdi.
Əbu Həsən Əşərinin dini dünyagörüşü
imkan verirdi ki o, bütün dini və fəlsəfi
dünyagörüşünə mənsub insanlarla
polemikalar aparsın. Buna görə də onun
təlimi çox sayda müsəlmanların arasında
bəyənilərək yayılmışdır. Buna görə də,
Əşərini ənənəvi İslam düşüncəsinə sahib
müsəlmanların öndəri (imamı) ad-
landırırdılar. Sonralar onun metodlarını
davamçıları inkişaf etdirmişdirlər. Onların
arasında tanınan mütəfəkkir Məhəmməd
Bakillani (403/1013-cü ildə vəfat etmişdir)
də olmuşdur.
Sonralar əşəriliyi sələfilər də tənqid et-
mişdirlər. Əşəriliyin başqa bir tanınan tən-
qidçisi İbn Həzm olmuşdur. Onun fikrincə
əşərilər cəbrilər (alın yazısı ilə istək üzrə) və
mürciilərin (böyük günahlar işlətmişlər üzrə)
dediklərini təkrarlamışdırlar. Ancaq, bütün
bu tənqidlərə baxmayaraq Əbu Həsən
Əşərinin təlimi İslam dünyasında geniş
yayılmışdır.
88
ƏŞƏRİLƏR
ƏŞHURÜL-HURUM – İslamın təqvi-
minin Zülqədə, Zülhiccə, Məhərrəm və
Rəcəb adlanan“haram” aylarıdır. Qədim
ərəblərin inanclarına görə bu aylar boyu
müharibələrin aparılması, eləcə də Kəbə
ətrafında ov etmək haram edilmişdir. Bu
qadağalar Kəbəyə ziyarətə gələnlərin təh-
lükəsizliyi üçün lazımlı idi. Buna görə də, o
zaman Kəbədə ticarət canlanır, tacirlər böyük
gəlirlər əldə edirdilər. Ancaq istisna durum-
larda müharibələr qaçınılmaz olduqda,
ərəblər “haram” aylarını təqvimdə önə və ya
geriyə çəkirdilər. İlk müsəlmanlarda da bu
haram aylar olmuşdur. Bu aylar Quranda da
(9: 36) zikr edilmişdir. Hicrətin ikinci ilinin
Rəcəb ayında müsəlmanlar bu aylardakı
müharibələrin aparılmasına qoyulmuş yasağı
pozmuşdurlar. O zaman Abdullah ibn Cəhşin
başçılığı altında müsəlmanların kiçik dəstəsi
məkkəlilərin karvanına hücum etmişdir.
Döyüşdə məkkəlilərdən biri öldürülmüş,
ikisi isə əsir götürülmüşdür. Döyüşdə uğur
qazanan müsəlmanlar, Mədinəyə əldə etdik-
ləri qənimətlərlə qayıtdıqda, Məhəmməd
peyğəmbər onları yasaq ayda döyüşdüklərinə
görə qınamış, onlara bunu buyurmadığını
qeyd etmişdir. O, isə onları yalnız kəşfiyyat
üçün göndərmişdir. Məkkə bütpərəstləri isə
bu hadisədən yararlanaraq müsəlmanları
haram ayları pozmaqda günahlandırmağa
başladılar. Buna görə də, müsəlmanlar çətin
bir vəziyyətdə qalmışdırlar. Ancaq, bir qədər
sonra Məhəmməd peyğəmbərə Allahdan on-
ları təmizə çıxaran ayə nazil olmuşdur
(Quran, 2: 217).
Bununla da, haram hesab edilən aylarda
müharibələrin aparılmasına qoyulmuş yasaq
ortadan qaldırılmışdır. Ancaq, buna baxma-
yaraq İslamda “haram” aylar müqəddəs
hesab edilir. Çünki, bu barədə Quran (5: 2)
ayəsi də vardır. Buna görə də, bəzi müsəlman
hüquqçuları bu aylarda müsəlmanların
müharibə etməsini məsləhət görməmişdirlər,
yalnız öncə başlanmış müharibənin davam
etdirilməsinə icazə vermişdirlər. Ancaq,
haram aylarda ölkəyə hücum edən düşmən-
lərə qarşı döyüşmək vacibdir.
ƏYKƏ – Şüeyb peyğəmbəri tanımayan,
onu yalançı adlandıran qövm olmuşdur.
Buna görə Allah onları cəzalandırmışdır. Bu
hadisə Quranda (26: 176-184) da anılmışdır.
ƏYYAMÜT-TƏŞRİQ
–
Zülhiccə
ayının on birinci, on ikinci və on üçüncü
günləridir. Bu günlərdə müsəlmanlar Allaha
qurbanlar kəsir, dualar edirlər.
ƏYYUB
–
Qurana görə İsrail
oğullarına göndərilən elçilərdən biri olmuş-
dur. Onun İshaq peyğəmbərin soyundan
olduğu bildirilir. Əyyub bir-çox müsbət xü-
susiyyətləri ilə yanaşı, sonsuz səbri və kamil
imanı ilə digərlərindən fərqlənirdi (Quran,
38: 44). Rəvayətlərə görə Əyyub Şamda
(Suriya) yaşamış və zəngin bir şəxs olmuş-
dur. Ayrıca o, ətrafında olan yoxsullara da
yardım etmişdir. Allah Əyyubu peyğəmbər
təyin etdikdən sonra o, yaşadığı yerdə dini
yaymağa başlamışdır. Onun bir-neçə övladı
olmuşdur.
Rəvayətlərə görə Allah Əyyub peyğəm-
bəri sınağa çəkmək istəmişdir. Qısa bir za-
manda o bütün var-dövlətini itirmişdir. Bu
xəbəri ona çoban görkəminə girmiş şeytan
çatdırmışdır. Ancaq Əyyub bu sınaqdan
uğurla çıxaraq var-dövlətin Allaha məxsus
olduğunu qeyd etmiş, Onun istədiyi vaxtı
geri ala biləcəyini söyləmişdir. Sonra Allah
Əyyub peyğəmbəri yeni ağır sınağa çək-
mişdir. Güclü zəlzələ nəticəsində onun bütün
övladları həlak olmuşdur. Bu xəbəri də ona
övladlarının müəllimi görkəminə girmiş şey-
tan çatdırmışdır. Əyyub peyğəmbər bu
fəlakətə də səbir edib, Allahın istəyinə tabe
olduğunu bildirdi. O qeyd etmişdir ki, övlad-
ları ona Allah vermiş və istədiyi vaxtda onları
ondan ala bilər. Sonra Əyyub peyğəmbər ağır
89
ƏYYUB
xəstələnmiş, durumu gündən-günə ağır-
laşmış və hətta gəzə bilməmişdir. Bütün qo-
humları ondan uzaqlaşmışdır. Yalnız Əyyub
peyğəmbərin həyat yoldaşı onun yanında
qalmış, ona qulluq etmişdir. Bu dəfə də
Əyyub peyğəmbər Allaha şükürlər edib,
Onun istəyinə tabe olduğunu bildirmişdir. Bu
zaman şeytan şəhərdə Əyyubun yoluxucu
xəstəliyə tutulduğunu və bu xəstəliyə şəhər
sakinlərinin də yoluxa biləcəyi xəbərini
yaymışdır. Bunu eşidən adamlar Əyyubu və
arvadını şəhərdən qovmuşdurlar. Onlar da
şəhərin ətrafında bir yerdə məskunlaşmağa
məcbur qalmışdırlar. Əyyubun xəstəliyi
yeddi il sürsə də, o bir kərə belə olsun bu ağır
vəziyyətindən narazılığını bildirməmişdir.
Şeytan isə Əyyubun arvadını ondan boşan-
masına təhrik edirdi. Bir gün Əyyub xəstəliyi
dözülməz bir həddə çatdıqda Allaha dua
etmiş (Quran, 21: 83) və Allah bu duanı
eşidərə, onun yanına Cəbrayılı göndərmişdir.
O da Əyyuba böyük mükafatın veriləcəyi
xəbərini çatdırmışdır. Allah Əyyub peyğəm-
bərə onun sağlamlığını, var-dövlətini, övlad-
larını geri qaytarmış və bundan da artığını
vermişdir (Quran, 21: 84, 38: 43). Belə ki,
Allah ona möcüzələr göstərmək bacarığını
vermiş və o uzun ömür sürmüşdür.
ƏZAZİL – şeytanın adlarından biridir.
Bu ad nə Quranda, nə də hədislərdə qeyd
edilməmişdir. Buna baxmayaraq ona bəzi
qaynaqlarda rast gəlmək mümkündür. Orada
Əzazilin şeytanın ilk adı olduğu bildirilir. Ola
bilsin ki, bu ad İslama israiliyyatdan
keçmişdir.
ƏZRAQİLƏR – xaricilərin ən aşırı
qruplarının birinin davamçıları olmuş-
durlar. Əzraqiliyin yaradıcısı Nafi ibn Əzraq
(66/685-ci ildə vəfat etmişdir) olmuşdur.
Onlar Xilafətə qarşı çıxaraq onlarla
müharibələr aparmışdırlar. Xilafətə qarşı
çıxış etməyənləri isə dinsiz adlandırıb
öldürürdülər. Nafi ibn Əzraq onlara qarşı
olanların qadınlarını və uşaqlarının da
öldürülməsinə hökm vermişdir. Onlar böyük
günah işləmiş hər bir müsəlmanı dinsiz
hesab edirdilər. Belə insanları İslamdan
çıxmış bilib, cəhənnəmdə sonsuzluğa qədər
övladları ilə birlikdə qalacaqlarına
inanırdılar. Əzraqilər onların inanclarını pay-
laşmayanların yaşadıqları yerləri Darül-Hərb
adlandırırdılar. Bu ifrat mövqe tutan dini
qrup günümüzə qədər gəlib çatmasa da, bu
gün onların inanclarının elementlərini
daşıyan müəyyən dini qrup və ya cərəyanlar
vardır.
ƏZRAYIL – ölüm mələyidir. Quran və
hədislərdə ona Mələkül-Mövt deyilir. Allaha
ən yaxın 4 mələkdən biridir. Əzrayıl Allahın
istəyi ilə insanların canını alan mələkdir. O,
Allahın əmri olmadan insanların canını ala
bilməz (Quran, 32: 11). Əzrayıl vəzifəsini
yerinə yetirərkən bu işdə ona çoxlu digər
mələklər yardım edirlər. Möminlərin və kafir-
lərin canlarını alan mələklər fərqlidirlər
(Quran, 79: 1-2).
F
FAİZ – bax: RİBA.
FANİ – sonlu və keçici olan hər bir şey-
dir. İslama görə Allahdan başqa hər şey fani-
dir. Bu barədə Quranda da (28: 88) ayə
vardır. Möminlər inanırlar ki, dünyada həyat
keçici olsa da, axirət həyatı əbədidir.
FASİD – korlanmış bir şey və ya doğru
əməldən çəkinməkdir. Bu ifadə “pozulmuş”
sözünə yaxın məna kəsb edir. İslam
məzhəblərinin çoxu insanlar arasındakı müx-
təlif münasibətlərlə bağlı məsələlərdə “fasid”
90
ƏZAZİL
ifadəsini “ batil” anlayışı ilə bir mənada
işlədirlər. Hənəfi məzhəbində isə bu an-
layışlar bir qədər fərqli mənada istifadə
edilir. Ticarət münasibətlərində şəriətə uyğun
olan əsaslar pozulmuşdursa o “batil”, şərtləri
pozulmamışdırsa “fasid” hesab edilir. Bu
zaman fasid alış-veriş baş tutmuş, ancaq ko-
rlanmış hesab edilir.
FASİQLƏR – fiqhə görə davamlı olaraq
günah işləyən insandır. Quranın bir-neçə
yerində (49: 6, 49: 11) fasiqlər haqqında
məlumat verilmişdir. Fasiqlər Allahı və dini
inkar etmir. Sadəcə dinin buyruqlarını yerinə
yetirmirlər. Onlar dindən çıxmasalar da, gü-
nahkar müsəlman olaraq qalırlar. Ancaq
ənənəvi olaraq fasiqlərin məhkəmələrdə
şahidlik etmələrinə yol verilmir. İslam
məzhəblərdə böyük günahlar törətmiş insan-
larla əlaqəli müxtəlif hökmlər vardır.
Məsələn, xaricilərə görə onlar dinsiz sayılır
və cəhənnəmə atılacaqlar. Mütəzililər isə
fasiqləri nə müsəlman, nə də dinsiz hesab
edirlər. Onlara görə günahkarlar bu dünyada
şübhə içində qalmaqdadırlar. Onlar etdik-
lərindən tövbə etsələr Allah onları bağışlay-
acaqdır. Bunu etməsələr cəhənnəmə
atılacaqlar, ancaq əzablarının ağırlığı kafir-
lərdən yüngül olacaqdır. Bu yanaşma
mütəzili inancının ən başlıca prinsiplərindən
biri olmuşdur.
FATİMƏ BİNT MƏHƏMMƏD
(11/633-cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin qızı olmuşdur. O, Məkkədə,
atasına peyğəmbərliyin verilməsindən beş
gün sonra doğulmuş, onun vəfatından bir
neçə ay sonra isə dünyasının dəyişmişdir. Fa-
timə Əli ibn Əbu Talibin həyat yoldaşı ol-
muşdur. Onların evliliyindən Həsən, Hüseyn,
Mühsin adlı oğlanları və Zeynəb, Gülsüm
adlı qızları dünyaya gəlmişdir. Onun torpağa
tapşırıldığı yer məlum deyildir.
Müsəlmanlar Fatiməni: Siddiqə, Müba-
rəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə,
Mühəddisə, Zəhra adlarlı ilə də tanınmışdır.
Ümumilikdə, Fatimə heç bir zaman siyasətə
qatılmamışdır. Rəvayətlərdən də məlumdur
ki o, Məhəmməd peyğəmbərin vəfatından
sonra ona məxsus olan Fədək və Xeybər
məntəqələrində olan bağları xəlifə Əbu
Bəkrdən istəmiş, ancaq o onun istəyini yerinə
yetirməmişdir. Bunu da onunla izah etmişdir
ki, Məhəmməd peyğəmbərdən eşitdiyi bir
hədisə görə peyğəmbərlər özlərindən sonra
miras qoymazlar, onların hər şeyi beytül-
mala məxsus olmalıdır. Fatimə bütün müsəl-
manlar arasında hörmətlə anılan bir qadın
olmuşdur. Ancaq, şiələrin ona qarşı xüsusi
sevgisi vardır. Onlar Fatiməni Məhəmməd
peyğəmbər və 12 imamla bərabər məsumlar-
dan hesab edirlər. Orta əsrlərdə İsmaili
təriqətindən olan Fatimi xanədanı Misirdə xi-
lafət qurduqda öz soylarının Fatimədən
gəldiyini iddia etmişdirlər. Müxtəlif “ifrat”
təriqətlər arasında ona qarşı bəslənilən sevgi
və hörmət, hətta onun tanrılaşdırılmasına
gətirib çıxarmışdır.
Dostları ilə paylaş: |