ƏHLİ-BEYT
Bir çox durumlarda bu təriqətlərin baxışları
bir-birlərindən gözə çarpacaq qədər
fərqlənirdi. Peyğəmbərin həyat yoldaşlarının
əhli-beytə aid olub-olmamaları məsələsi də
ixtilaf məsələsi olmuşdur.
ƏHLİ-KİTAB – İslamdan əvvəl Allahın
kitab və səhifələr nazil etdiyi millət və ya
qövmlər belə adlanır (Quran, 3:64). Quranda
yəhudilər, xristianlar və sabiilər əhli-kitab
olaraq adlandırılmışdırlar. Bəzi İslam alim-
ləri zərdüştiləri də Əhli-Kitaba aid edirlər.
İslam tarixində əhli-kitab İslam dövləti
ərazisində öz dinlərində qala bilər, müsəl-
manlar isə onları cizyə vergisi qarşılığında
qorumalı idilər. Müsəlmanlar onların həyat-
larına, mallarına, ləyaqətlərinə qəsd edə
bilməzdirlər. İndi isə heç bir İslam dövlətində
əhli-kitab ayrı-seçkiliyi və cizyə vergisi yox-
dur.
Həmçinin müsəlmanlarla əhli-kitab
arasında qohumluq bağları da qurula bilər.
Müsəlman kişiləri kitab əhlindən olan qadın-
larla evlənə bilsələr də, müsəlman qadınları
onlara ərə gedə bilməzlər. Əhli-kitabdan olan
birinin dinlərinin yol verdiyi qaydalar uyğun
bişirilmiş yeməklərini də yemək olar.
Bununla belə, müsəlmanlara donuz əti, spirtli
içki kimi Quranda qadağan olunmuş yemək-
ləri yemək və ya içkiləri içmək qadağan ol-
unmuşdur (Quran, 5: 5). Əhli-kitab Quran və
hədislərdə Allahın göndərdiyi sonuncu
peyğəmbər
olan Məhəmmədi tanı-
madıqlarına, doğru yoldan çəkildiklərinə,
Quranı inkar etdiklərinə, və başqa bu kimi
günahlarına görə İslam mənbələrində bir
mənalı dəyərləndirilmirlər.
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏ – bax:
SÜNNİLƏR.
ƏHMƏD FƏRUQİ
(971/1563 –
1024/1615) – islahatçı alim olmuşdur. Bəzi
sufi təriqətlərində ikinci minilliyin mücəd-
didi adlandırılmışdır. Onu imam Rəbbani də
adlandırırlar. Əsl adı Əbu Bərakət Əhməd
ibn Əbdül-Əhəd Zeynül-İbn Abidindir. O,
Hindistanın Sirhind şəhərində doğulmuş,
soyu ikinci xəlifə Ömər ibn Xəttaba
dayandığından o Fəruqi adını daşıyırdı.
Əhməd Fəruqinin ilk müəllimi onun atası ol-
muşdur. O, ərəb dilini yaxşı öyrənmiş, Quran
hafizi olmuşdur. Siyalqut şəhərində qaldığı
dövrlərdə tanınmış alimlərdən hədis və fiqh
elmini öyrənmişdir.
Nəqşibəndiliyin
mənəvi doktrinasını
Dehlidə tanınmış şeyx Məhəmməd Baqi Bil-
lahdan öyrənmişdir. Əhmədin yüksək
əxlaqını və biliyini qiymətləndirən şeyx
Məhəmməd ona doğma şəhəri olan
Sirhinddə müəllimlik etməyə icazə ver-
mişdir. Müəllimlik fəaliyyəti ilə məşğul olan
Əhməd Fəruqi təfsir, hədis və fiqhə böyük
əhəmiyyət vermişdir. Sonra o, Lahora
köçmüş və orada müəllimlik fəaliyyəti ilə
məşğul olmuşdur.
Əhməd Fəruqi ənənəvi dinlə sufilik
arasındakı qarşıdurmanı aradan qaldırmaq
istəmiş, bu istiqamətdə bəzi sufilərin dinə
gətirdiyi bidətlərdən dini ehkamları qoru-
mağa çalışmışdır. O, sufilikdə yayılmış
vəhdətül-vücud təliminin bəzi məqamlarını
tənqid edərək, vəhdətüş-şühud konsep-
siyasını irəli sürmüşdür.
Qeyd edildiyi kimi Əhməd Fəruqi dinə
gətirilmiş müxtəlif bidətləri pisləyərək İs-
lamın ilkin təmizliyinə qayıdışın vacibliyini
vurğulamış, müxtəlif təriqətlərə və dini
cərəyanlara qarşı çıxış etmişdir. Buna görə
də, müxtəlif dini təriqətlərin təmsilçiləri ona
qarşı çıxmışdırlar. Əhməd Fəruqi “Risalatüt-
tahliliyə” (Şanlı mesaj), “İsbatül-nübüvvə”
( peyğəmbərliyin isbatlanması) və başqa
kitabların müəllifi olmuşdur. Ən məşhur
kitabı isə məktublar toplusu olan “Məktubat-
dır”.
ƏHMƏD İBN HƏNBƏL – görkəmli ic-
timai xadimi, mühəddis və fəqih olmuşdur.
İslamın dörd sünni etiqadi məzhəblərindən
68
ƏHLİ-KİTAB
biri olan Hənbəli məzhəbi onun adı ilə
bağlıdır. Əhməd ibn Hənbəl Bağdadda
doğulmuşdur. Onun soyu Şeyban qə-
biləsindən olmuşdur. Onun ata-babaları
Ərəbistandan Xorasana köçmüş və orada
yaşamışdırlar. Sonra isə Əhməd ibn Hənbəlin
doğulmasından öz öncə onun ailəsi Bağdada
köçmüş, orada atası Məhəmməd 30 yaşında
vəfat etmişdir. Atasını itirdikdən sonra
Əhməd anası ilə birlikdə əmisinin hi-
mayəsində yaşamışdır. Onun elmə marağı
anasının təsiri ilə oyanmışdır. Ancaq,
bununla yanaşı Xilafətin paytaxtı olan Bağ-
dadın ictimai həyatı da gənc Əhməd ibn Hən-
bəlin dünyagörüşünə böyük təsir
göstərmişdir.
Əhməd ibn Hənbəl erkən yaşlarından
Quranı, hədisləri səhabələrin və onların
davamçılarının həyatlarını öyrənmiş, ərəb
dilinin incəliklərinə qədər yiyələnmişdir.
Onu daha da çox hədis və fiqh elmi maraq-
landırmışdır. Hədisləri xırdalıqlarına qədər
öyrənərkən onlardan hüquqi hökmlər çıxarıl-
masını v acib saymışdır. Bu elmlər üzrə onun
müəllimi görkəmli fəqih, hənəfi məzhəbinin
nümayəndəsi Əbu Yusif olmuşdur.
Qırx yaşından sonra Əhməd ibn Hənbəl
hədis rəvayətçisi olmuş, fiqhi hökmlər ver-
məyə başlamışdır. Eyni zamanda, bu elmləri
tədris edərək böyük nailiyyətlər qazanmışdır.
Əhməd ibn Hənbəl mütəzililiyi rəsmi ölkə
ideologiyasına çevirmiş, Abbasi xəlifəsi Mə-
munun hakimiyyəti dövründə yaşamışdır. O
zaman Mütəzili kəlamçıları ilə ənənəvi İslam
alimləri arasında Quranın məxluq olub-olma-
mağı məsələsi üzrə qızğın mübahisələr
gedirdi. Belə ki, mütəzililər Quranın
yaradılmış olduğunu iddia edirdilər,
ənənəçilər isə buna qarşı çıxırdılar. Xəlifələr
ilk öncə mütəzililəri dəstəkləmişlər. O
dövrdə Əhməd ibn Hənbəl onların ehkam-
larını qəbul etmədiyinə görə təqiblərə məruz
qalmışdır. Ancaq, daha sonralar xəlifələr
mütəzilikdən imtina etdilər. Mütəzililiyə
qarşı mübarizə apardığına görə Əhməd ibn
Hənbəlin əsasən ənənəvi dinə üstünlük verən
xalqın və hakim dairələrin arasında nüfuzu
artmışdır.
Əhməd ibn Hənbəlin günümüzə qədər
gəlib çatmış ən tanınan əsəri hədislər toplusu
olan “Müsnəddir”. Burada o, otuz minə
yaxın səhih hesab etdiyi hədisi bir araya
yığmışdır. O hədisləri seçərkən onların ravi-
lərinin kim olduğuna böyük əhəmiyyət ver-
mişdir. Onun başlıca şərti bu ravi silsiləsinin
peyğəmbərə qədər gedib çıxması olmuşdur.
Bu şərtə cavab verməyən və ən etibarlı rav-
ilərdən rəvayət olunmuş hədisləri belə,
Əhməd ibn Hənbəl zəif hədis hesab etmişdir.
Ancaq, buna baxmayaraq bir çox hədis alim-
lərinə görə onun “Müsnəd” əsərində zəif
hədislər də vardır.
ƏQƏBƏ_–_Məkkə_və_Mina_arasında_yer-__ləşən_təpənin_adıdır.'>ƏHMƏDİLƏR – bax: QADİYANİLİK.
ƏQƏBƏ – Məkkə və Mina arasında yer-
ləşən təpənin adıdır. Burada İslamın yayıl-
ması üçün böyük əhəmiyyət kəsb edən
hadisə baş vermişdir. Məhəmmədin peyğəm-
bərliyinin 12-ci ilində həcc zamanı Mə-
dinədən gələn 10 xəzrəcli, 2 evsli onunla
görüşərək ona sadiqlik andını içib, onun
peyğəmbərliyini tanımışdırlar. Onlar bir olan
Allaha inanacaqlarına, oğurluq, əxlaqsızlıq,
yalandan şahidlik etməkdən çəkinəcəklərinə,
qız uşaqlarını öldürməyəcəklərinə söz ver-
mişdirlər. Bu hadisə “Birinci Əqəbə andı”
kimi tanınmışdır. Bir il sonra isə Məhəm-
mədin peyğəmbərliyinin 13-cü ilində ar-
alarında 75 müsəlmanın olduğu 500 mədinəli
ziyarətə
gəlmişdir. Onlar gizli olaraq
Məhəmməd peyğəmbərlə görüşüb, onu və
ona inanan müsəlmanları yaxınları kimi
qoruyacaqlarına söz vermişdilər. Bu hadisə
isə “İkinci Əqəbə andı” adını almışdır. Bun-
dan sonra müsəlmanların Məkkədən Məd-
inəyə hicrəti başlanmışdır.
69
ƏQƏBƏ
ƏQİQƏ – uşaq dünyaya gəldikdən
sonra Allaha minnətdarlıq rəmzi olaraq
kəsilən qurbandır. İslamdan öncəsi Ərəbis-
tanda bütlərə tapınan ərəblər yalnız oğlan
övladı doğulduqda heyvan qurban kəsirdilər.
Məhəmməd peyğəmbər bu adəti dəy-
işdirmişdir. Rəvayətlərə görə imkan və istək
olarsa, oğlan övladı doğulduqda iki, qız
övladı doğulanda isə bir qoyun kəsmək məs-
ləhət görülmüşdür. Yenə rəvayətlərdə
Məhəmməd peyğəmbər nəvələri Həsən və
Hüseynin doğulmasından yeddi gün sonra
qurban kəsdiyi bilinməkdədir.
Qurbanı uşağın doğulmasından yetkinlik
yaşına qədər kəsmək olar. Ancaq hədislərə
görə bu işi onun doğulmasından sonra yed-
dinci gün yerinə yetirmək daha yaxşıdır. Qur-
banlıq heyvanın gözə çarpacaq qədər
əskiklikləri olmamalıdır. Qurbanlıq ətindən
hamı, eləcə də yenicə doğulmuş körpənin
ailə üzvləri də yeyə bilərlər. Bununla belə, bu
ətin bir hissəsi yoxsullara verilməlidir. Ümu-
miyyətlə, əqiqə qurbanı dində savab, ancaq
vacib deyildir.
ƏL-ƏQSA – bax: MƏSCİDÜL-ƏQSA.
ƏLƏVİLƏR (I) – Əli ibn Əbu Talib
nəslinin nümayəndələridirlər. Onların ən
tanınmışları onun oğulları – Həsən, Hüseyn
və Məhəmməd ibn Hənəfiyyə olmuşdur.
Həsənin soyundan olanları şəriflər, Hüseynin
soyundan olanları isə seyidlər adlandırırlar.
Əli soyunun tərəfdarları olan şiələr onların
adından çıxış edərək əsrlər boyu Xilafət
hakimiyyətinə və başqa müsəlman hökmdar-
lara qarşı mövqe tutmuşdurlar. Onlar Əli
soyunun hakimiyyətə gəlməsini və ədalətin
qurulmasını tələb etmişdirlər.
Xüsusən də onlar Əli soyundan olan
“gizli” imamın gəlişini, onun şiələrə öndərlik
edəcəyini gözləyirdilər. Ancaq onlar “gizli”
imamın kim olacağı məsələsində birliyə gələ
bilməmişdirlər. Bu da onların parçalan-
masına gətirib çıxarmışdır. Mübarizələrinin
nəticəsində müxtəlif şiə qruplarının
davamçıları İslam dünyasının müxtəlif yer-
lərində hakimiyyəti ələ ala bilmişdirlər.
Onlar Yəmən, Şimali Afrika və İranda müx-
təlif dövlətlər qura bilmişdirlər.
ƏLƏVİLƏR (II) – ismaililik və Xristian
qnostik təlimlərinə yaxın təriqətin ardıcıl-
larıdırlar. Onları nüseyrilər, qızılbaşlar, əli-
ilahilər də adlandırırlar. Ələvilər daha çox
Suriyada yaşayırlar. Müsəlman alimlərinin
çoxu onları İslamdan çıxmış təriqət hesab
edirlər. Ələvilik hicrətin III əsrində yaran-
mışdır. Sonra isə bu təriqəti Məhəmməd
Cənnan Cünbulani inkişaf etdirmişdir.
Ələvilərə görə əhli-beyt əzəli olan sonsuz
biliyə sahibdir. Əli ibn Əbu Talib isə
ölməmişdir, Allahın yer üzərindəki təcəlli-
sidir. Onlara görə dinin gizli ( batin) və açıq
( zahir) tərəfləri vardır. Bununla bərabər onlar
inanırlar ki, tanrı nurundan ilhamlanmış
imamlar gizli biliklərə sahibdirlər.
Ələviliyin bir çox tərəfi ilə antik fəlsəfi
cərəyanlardan biri olan Yeni platonçuluğun
oxşarlıqları vardır. Xüsusən də, bu bənzərlik
emanasiyada (tanrının nurla kainata enmə-
sidir) özünü əks etdirir. Emanasiya ələvilikdə
Anlam, Adlar və Qapılar üçlüyü kimi
düşünülür. Tanrının nuru öncə göy fələk-
lərinə, sonra yerə enir, sonda isə peyğəmbər-
lərdə özünü göstərir. Ələvilər ruhun bir
bədəndən başqasına köçməsinə inanırlar. Bu
təlimin davamçıları alimlərə və rəiyyətə
bölünürlər. Onlar başqa müsəlmanların
inandıqları bir çox inancları inkar edirlər.
ƏLİ İBN ƏBU TALİB (40/661 ildə
həlak olmuşdur) – görkəmli siyasi xadim,
Məhəmməd peyğəmbərin əmisi oğlu və
kürəkəni, onun ən yaxın səhabələrindən
biri, şiələrin birinci imamı və İslamın
dördüncü Raşidi xəlifə si olmuşdur. Onu
Əbu Həsən, Əbu Turab, Heydər də adlandır-
mışdırlar. Atası Əbu Talib, anası isə Fatimə
bint Əsəd idi. Məhəmməd peyğəmbər onu
Mürtəza (seçilmiş) və Mövla adlandırmışdır.
Xəlifəlik dövründə Əli “Əmirül-Möminin”
70
ƏQİQƏ
adını qazanmışdır. Əli erkən yaşlarından
Məhəmməd
peyğəmbərin
yanında
böyümüşdür. O, İslamı ilk qəbul etmiş az
yaşlı müsəlman olmuşdur. 10 yaşında müsəl-
man olduqdan sonra bütün həyatını İslam
ideallarına qurban vermişdir. Əli heç bir
zaman Məhəmməd peyğəmbərdən ayrıl-
mamışdır. Mədinəyə hicrətdən öncə
məkkəlilər peyğəmbəri öldürmək istəmişlər.
Müşriklər peyğəmbərin evinə daxil olduqda
Məhəmməd peyğəmbərin yerində onu uzan-
mış olduğunu görürlər və bununla da Əli
həyatını təhlükəyə ataraq onların planlarını
pozmuş olur. O zaman peyğəmbər artıq Mə-
dinəyə doğru yola çıxmışdır. Məkkəlilər isə
Əlini öldürməmiş, onu sərbəst buraxmışdır-
lar. Bundan sonra o da Mədinəyə hicrət
etmiş, peyğəmbərin bütün işlərində ona
yardımçı olmuşdur.
Əli ilk döyüş sınağını hicrətin 2-ci ilində
Bədr
döyüşündə keçmişdir. Döyüşün
başlanğıcında o, Məkkə müşriklərinin lider-
lərindən biri olmuş Valid ibn Muğirə ilə
döyüşüb onu öldürmüşdür. Bu döyüşdə
müsəlmanların üstünlük qazanmaqlarında
Əlinin böyük rolu olmuşdur. İgidliyinə görə
onu “Allahın aslanı” (Heydər) adlandır-
mışdırlar. Peyğəmbər ona “Zülfiqar” adlı iki
başlı bir qılınc da bağışlamışdır. Bundan
başqa o, Bədrdə göstərdiyi şücaətinə görə
qənimət kimi dəbilqə və bir dəvə almışdır.
Əli Bədr döyüşündən sonra Məhəmməd
peyğəmbərin qızı Fatimə ilə evlənmiş, bu
evlilikdən onun iki oğlu: Həsən və Hüseyn,
eləcə də iki qızı: Zeynəb və Ümm Gülsüm
doğulmuşdur.
Hicrətin 3-cü ilində baş verən Uhud
döyüşündə müsəlmanlar məğlub olduqda Əli
Məhəmməd peyğəmbəri qarşıda olan
düşmənlərdən qoruyarkən yaralansa da, sağ
qalmışdır. Daha sonra, hicrətin 6-cı ilində
Xeybər döyüşündə yəhudilərə qarşı ağır
döyüşlərdə igidliyi ilə seçilmişdir. Eyni za-
manda, onun sərkərdəlik bacarığına görə
müsəlmanlar üstünlük qazanaraq Xeybəri ələ
keçirmişdirlər. Hicrətin 8-ci ilində Əli
Məkkəni fəth edən İslam ordusunun bayraq-
darı olmuşdur. Müsəlmanlar şəhərə girəndən
sonra Məhəmməd peyğəmbər onunla bir-
likdə Kəbədəki bütləri dağıtmışdır.
Hicrətin 8-ci ilində Məkkə fəth
edildikdən sonra Həvazin və Səqif qəbilələri
müsəlmanlara qarşı savaşa qalxmışdırlar.
Həlledici döyüşdə müsəlmanlar böyük çətin-
liklə üstünlük qazana bilmişdirlər. Bu
döyüşdə də Əlinin igidliyi müsəlmanların
üstünlük qazanmasında böyük rol oy-
namışdır.
Əli təkcə döyüşkənliyi ilə deyil, müdrik-
liyi və elmi ilə də digərlərindən seçilmişdir.
O, öz səylərini peyğəmbərin vəfatından sonra
da davam edərək Xilafətin möhkəmlənməsi
və müsəlman icmasının inkişafı üçün böyük
işlər görmüşdür. İkinci Raşidi xəlifə Ömərin
hakimiyyəti dövründə Əli onun ən yaxın və
etibarlı yardımçısı olmuşdur. Ömər müxtəlif
problemlər haqqında onunla bölüşmüş, bir
yerə gedəndə Mədinədə ölkə başçılığını ona
tapşırmışdır.
Ölümündən öncə Ömər yeni xəlifənin
seçilməsi üçün altı nəfərlik heyətin yaradıl-
masını əmr etmişdir. Onlar müzakirələr
aparıb aralarından bir nəfəri xəlifə seçməli
idilər. Əli də bu heyətdə olmuşdur. Ancaq,
müzakirələrin nəticəsində Osman xəlifə
seçilmişdir. Üçüncü Raşidi xəlifə Osmanın
dövründə Əli baş qazi (II) vəzifəsində
işləmiş, xəlifənin ən yaxın və inandığı adam
olmuşdur. Ancaq, Osmanın xəlifəliyinin so-
nunda Xilafətdə qarşıdurma baş vermişdir.
Üsyançılar Mədinəyə girərək xəlifə Osmanın
evini mühasirəyə almışdırlar. Bu hadisələr
zamanı Əli onlarla çətin danışıqlar apararaq
təhlükəni azaltmağa çalışmışdır. Eyni za-
manda o, öz oğulları Həsən və Hüseyni
xəlifəni qorumaq üçün onun yanına göndər-
mişdir. Üsyançılar Osmanı qətl etdikdən
sonra Xilafətdə durum ağırlaşmış, faktiki
71
ƏLİ İBN ƏBU TALİB
olaraq hakimiyyətdə boşluq yaranmışdır.
Belə bir ağır vəziyyətdə Əliyə xəlifə olmaq
təklifi gəlmişdir. O, bir neçə dəfə bu təklifi
qəbul etməsə də, sonra onu qəbul etməyə
məcbur olmuşdur və 35/656-cı ildə dördüncü
Raşidi xəlifə seçilmişdir.
Əli Xilafətin ən ağır və çətin dövrlərində
hakimiyyətə gəlmişdir. Xilafətdə iç savaş
başlamışdır. Osmanın ölümündən üzülmüş
xalq, eləcə də Məhəmməd peyğəmbərin
səhabələri, Əlidən onu öldürənlərin tezliklə
cəzalandırılmasını tələb etmişdirlər. Ancaq,
üsyançıların da gücləri heç də az deyildir.
Buna görə də, onlara qarşı tələsik ölçü götür-
mək olmurdu. Beləliklə, xəlifə Əli çox çətin
durumla üzləşmişdir. O, problemi tələs-
mədən, yavaş-yavaş çözmək istəmişdir. Buna
görə o, ilk öncə bölgələrdəki valilərin eti-
madını qazanmağa çalışırdı.
36-cı ildə Bəsrədə baş vermiş hadisə
Əlinin apardığı siyasəti pozmuşdur. Burada
Osmanın ölümünə görə onun qisasının alın-
masını tələb edən müxtəlif qruplar ortaya
çıxmağa başlamışdır. Məkkədən buraya kar-
vanla gələn Məhəmməd peyğəmbərin həyat
yoldaşı Aişə, görkəmli səhabələr Təlhə və
Zübeyr də onların arasında olmuşdurlar.
Qarışıqlığa yol verməmək məqsədini
güdən Əli qoşunu ilə Bəsrəyə yürüş etdi.
Ancaq, onun qan tökmək niyyəti olmamışdır.
Buna görə də o, Aişə, Təlhə və Zübeyr, eləcə
də digər nüfuzlu adamlarla danışıqlar
aparmağa başlamışdır. Problemin dinc yolla
həll edilməsinə şərait yaranmışdır. Ancaq,
Osmanın qatilləri barışı istəmirdilər, çünki
sülh əldə etmiş tərəflər onları mühakimə
edəcəkdilər. Buna görə də, onlar təxribat
törətmiş və tərəflər arasında döyüş
qızışmışdır. “Cəməl” (Dəvə) adlandırılan bu
döyüşdə Əlinin qoşunu üstünlük əldə et-
mişdir. Ancaq, bundan sonra Xilafətdə
durum daha da pisləşdir.
Bundan başqa, Əlinin xəlifəliyinə qarşı
Misir və İraqda da müxtəlif qüvvələr çıxış
edirdilər. Ancaq, onun ən güclü rəqibi
Əməvilərdən olan Suriya başçısı Müaviyə
ibn Əbu Süfyan olmuşdur. O, Əlini xəlifə
kimi tanımırdı. Ona görə də, Əli Suriyaya
doğru qoşunu ilə irəliləyirdi. 37-ci ildə Süf-
feyn adlı yerdə tərəflər arasında həlledici
döyüş baş verdi. Döyüşdə Müaviyənin
qoşunları çətin durumda qaldılar. Buna görə
də, onlar nizələrinin uclarına Quran
səhifələrini keçirərək Əlini problemləri
məhkəmədə ədalətlə həll etməyə çağırdılar.
Əli bu təklifi qəbul etmək istəmirdi. Buna
baxmayaraq onun ordusundan bir qrup bunu
ondan tələb etmişdir. Buna görə də Əli, bu
təkliflə razılaşmalı olmuşdur. Ancaq, bu
məhkəmə nəticəsiz bitdi. Hələ üstəlik burada
bu anlaşmadan razı qalmayan, sonradan xari-
cilər təriqəti kimi tanınan bir qrup Əlinin
qoşunundan ayrılıb həm ona, həm də
Müaviyəyə qarşı vuruşmağa başladılar. 38-
ci ildə Əli xaricilərlə vuruşaraq onları Nəhrə-
van yaxınlığında məğlub etdi. Ancaq, bu
üsyançı təriqətin ideyaları bir qədər sonra Xi-
lafətdə surətlə yayılmağa başladı. Onlar iqti-
sadi və siyasi həyatın bütün sahələrinə təsir
göstərmişdirlər. Onlar xəlifə Əlinin qoşununa
da nüfuz etmişdirlər. Xaricilər partizan savaşı
taktikasını seçərək terrorçu və təxribatçı
fəaliyyətə başladılar. Bu təriqət sonralar
hakimiyyətdə olacaq xəlifələr üçün də böyük
problemlər yaratmışdı.
Sonra, Əlinin tərəfdarları arasında olan
parçalanmadan yararlana bilmiş Müaviyənin
ordusu hücuma keçmişdir. 38-ci ildə onun
komandanı Əmir ibn As Misiri ələ keçirdi.
39-cu ildə suriyalılar İraqa basqın etdilər. 40-
cı ildə isə Müaviyənin ordusu Hicaz və
Yəmənə girdi. Ancaq orada, xəlifə Əlinin
qoşunu suriyalıların hücumunun qarşısını ala
bilmişdilər.
Döyüşlərin qızğın vaxtında xəlifə Əlinin
qətlə yetirildiyi xəbəri yayıldı. Nəhrəvandakı
məğlubiyyətə görə qisas almaq üçün xaricilər
ona qarşı qəsd hazırladılar. Bu qəsdi İbn
72
ƏLİ İBN ƏBU TALİB
Mülcəm adlı bir nəfər icra edərək Əliyə ağır
yaralar yetirmişdir. Bir neçə gün sonra Əli
ibn Əbu Talib dünyasını dəyişmişdir.
Bundan sonra xəlifə Əlinin tərəfdarları
onun oğlu Həsəni xəlifə kimi tanıdılar.
Ancaq, Həsən ibn Əli xəlifə olmaq üçün ki-
fayət qədər gücünün olmadığını anlayırdı.
Buna görə də o, hakimiyyəti Müaviyəyə təs-
lim etmək məcburiyyətində qalmışdır. Sonda
Müaviyə 41-ci ildə Kufəyə girdi. Həsən isə
bütün vəzifələrini Müaviyəyə təslim edərək
qardaşı Hüseynlə Mədinəyə yollandı.
Bu hadisədən sonra Raşidi xəlifələrin
hakimiyyəti dövrü sona çatdı və bir çox tar-
ixçilərin fikrinə görə xilafət mahiyyətini dəy-
işərək krallığa çevrildi. Xəlifə olan Müaviyə
100 ilə yaxın hakimiyyətdə olmuş Əməvilər
sülaləsinin əsasını qoydu.
Əli ibn Əbu Talib Quranın, onun təf-
sirinin, hədislərin, fiqhin ən böyük bili-
cilərindən biri olmuşdur. Bütün bu elmləri o,
Məhəmməd peyğəmbərin birbaşa özündən
öyrənmişdir. Əli bütün Quranı əzbərdən
bilib, peyğəmbərin katibi olmuşdur. Xəlifə
olanda belə o, elmlər üzrə çalışmalarını
davam etdirmişdir. O həmçinin, Mədinədə
bir məktəb də yaratmışdır. Bu məktəbdə ərəb
dili, Quran elmləri və dünyəvi elmlər
öyrədilirdi. Xəlifə olanda isə Əli fiqhi hökm-
lər verirdi.
Tarixi məlumatlara görə Əlinin bir-çox
üstünlükləri olmuşdur. O, igid, qorxmaz,
həyatı boyu bütün çətinliklərə sinə gəlmiş bir
insan idi. Heç vaxt ruhdan düşməmiş, ümi-
dini itirməmişdir. O, hər zaman yalnız irəliyə
addımlayaraq məqsədinə çatmışdır. Məhəm-
məd peyğəmbərin və üç Raşidi xəlifələrin
sağlığında, eləcə də xəlifəliyində siyasi
vəziyyətin gərginliliyinə baxmayaraq
ölümünə qədər mübarizəsini davam et-
dirmişdir.
Şiəlikdə Əliyə, eləcə də onun soyundan
olanlara böyük ehtiram bəslənilir. O, bütün
şiələrin birinci imamıdır. Şiəliyə görə Əli
gizli ( batini) biliklərin bilicisi olmuşdur.
Ondan sonra imamət onun varislərinə
keçmişdir. Bəzi aşırı təriqətlər isə Əlini hətta
tanrılaşdırılmışdırlar. Sufilikdə də Əliyə
böyük sayğı və hörmət göstərilir. Sufi
təriqətlərinin əksəriyyətinin mənəvi silsiləsi
məhz Əliyə qədər uzanmaqdadır.
ƏLİ İBN MƏHƏMMƏD (212/827 –
254/8680) – Əli ibn Əbu Talibin soyundan
tanınmış din alimi olmuşdur. O, Məhəm-
məd ibn Əlinin oğludur. Eləcə də o, Naği və
Hadi adlarını da daşıyırdı. Əli ibn Məhəm-
məd Mədinədə yaşamışdır. O, Quran, hədis
və fiqh elmlərinin bilicisi kimi tanınırdı.
Xəlifə Mütəvəkkil (232/847 – 247/861) onu
Samirə şəhərinə dəvət etmişdir. O, bir müd-
dət Samirədə yaşadıqdan sonra 254-cü ildə
elə orada da vəfat etmişdir. Onun ölümündə
xəlifənin əlinin olmasını iddia edənlər də ol-
muşdur. Əli ibn Məhəmməd isna-əşəri
şiələrin onuncu günahsız imamı kimi tanınır.
Dostları ilə paylaş: |