ƏLİ İBN MUSA (148/765 – 203/818) –
Əhli-beytdən Musa ibn Cəfərin (Kazımın)
oğlu olmuşdur. Onu Rıza da adlandırırlar.
Əli ibn Musa Quran, hədis və fiqh elminin
bilicisi olmuşdur. O, həm də gözəl natiq kimi
tanınmışdır.
Əli ibn Musa Mədinədə yaşamışdır.
Xəlifə Məmun (198/813 – 218/833) Əlinin
soyu ilə yaxınlıq etmək istəmişdir. Ona görə
də o, Əli ibn Musanı (Rızanı) Mədinədən
özünün Mərvdəki iqamətgahına dəvət et-
mişdir. Xəlifə onu öz varisi elan etmişdir.
Məmunun qızı Əli ibn Musanın, ikinci qızı
isə onun oğlu Məhəmməd ibn Əlinin həyat
yoldaşı olmuşdur. Ancaq, digər Abbasilər
Məmunun bu addımlarına qarşı çıxış edərək
onu devirib, əmisi İbrahim ibn Mehdini Bağ-
dadda xəlifə elan etdilər. Buna görə də,
Məmun Bağdadan getməli oldu, Əli ibn Mu-
sanı da özü ilə apardı. Ancaq, yolda Əli ibn
Musa Tus şəhərində olarkən dünyasını dəy-
73
ƏLİ İBN MUSA
işdi. Onun Məmunun göstərişi ilə
öldürüldüyünü də ehtimal edənlər vardır. Əli
ibn Musa (Rıza) isna-əşəri şiələrinin səkkiz-
inci günahsız imamıdır. Onun Məşhəddəki
məzarı şiələrin müqəddəs ziyarət yeridir.
ƏLİ SOYU – bax: ƏLƏVİLƏR (I).
ƏLİ ZEYNÜL-ABİDİN (38/658 –
133/750) – İsnəəşəri şiələrinin dördüncü
imamıdır. Onu dindarlığına görə “Səccad”
( səcdə edən əyilən) da adlandırmışlar. O,
Mədinədə doğulmuşdur. Onun atası Hüseyn
ibn Əli, anası isə sonuncu İran şahı III Yezdə-
girdin qızı Şahzənən olmuşdur. Əli Zeynül-
Abidin Kərbəla qırğınından sonra atasını,
eləcə də yaxınlarını itirmiş, ancaq atası
Hüseyn ibn Əlinin sağ qalmış tək oğlu idi.
Qanlı Kərbəla hadisəsindən sonra tutulmuş
və
xəlifə
Yəzidin yanına Dəməşqə
göndərilmişdir. Sonra Yəzid onu sərbəst bu-
raxmış, o da, Mədinəyə qaytarmışdır. Əli
Zeynül-Abidin Xilafətin siyasi həyatına
qatılmamış, daha çox hədis, təfsir, fiqh, və
digər dini elmlərlə məşğul olmuşdur. Müasir-
ləri onun haqqında danışarkən çox bilikli və
inanclı bir şəxs olduğunu vurğulamışdırlar.
ƏLYƏSƏ – Adı Quranda (6: 86, 38: 48)
anılmış İlyas peyğəmbərdən sonra İsrail
oğullarına göndərilmiş elçilərdən biri ol-
muşdur. Onların hər ikisi bu xalqı Tövrata
və Musanın şəriətinə riayət etməyə çağır-
mışdır. İlyas peyğəmbər İsrail oğullarını
uzun müddət imana dəvət etsə də, onlar
imana gəlməmişdirlər. Onda İlyas peyğəm-
bər onlardan həmişəlik ayrılıb, başqa İsrail
qəbiləsinə üz tutmuşdur. Onlar isə İlyas
peyğəmbərə iman gətirib onu peyğəmbər
kimi tanımışdırlar. İlyas burada oğlunun adı
Əlyəsə olmuş bir qadının evində qalmışdır.
Bu gənc çox xəstə imiş. Anası onun sağal-
ması üçün İlyas peyğəmbərdən Allaha dua
etməyi istədi. İlyas da onun istəyini yerinə
yetirən kimi Allah bu oğlanı sağaltdı.
Möcüzə nəticəsində sağalandan sonra Əlyəsə
həyatının sonuna kimi İlyasdan ayrılmamış,
ondan Tövratı öyrənmişdir. İlyasın
ölümündən sonra Allah Əlyəsəni peyğəmbər
olaraq seçmişdir. O, insanları Allaha imana
çağırsa d, onlar onu inkar etdilər. O zaman
müxtəlif İsrail qəbilələri arasında hakimiyyət
uğrunda qarşıdurma baş vermişdir. Qardaş
qırğını onları gücdən salmışdır. Allah da yol-
larını azdıqlarına görə bir cəza kimi onların
üstünə assuriyalıları göndərmişdir. As-
suriyalılar İsrail torpaqlarını ələ keçirib is-
raillilərin əksəriyyətini yurdlarından sürgün
edərək kölə etmişdirlər. Sonra isə bəzi is-
raillilər Əlyəsənin peyğəmbərliyini qəbul et-
sələr də, başqa məsələlərdə ona qarşı
çıxmışdırlar. Allah ona möcüzələr göstərmək
bacarığı da vermişdir. Əlyəsə ölümündən
öncə Zülkifli yanına çağırıb Allahın istəyi ilə
onu öz varisi elan etmişdir.
ƏMƏL DƏFTƏRİ
–
insanların
dünyada törətdikləri yaxşı və ya pis əməl-
lərin yazıldığı və axirətdə təkrar özlərinə
təqdim olunacağı dəftərin adıdır. Qiyamət
günü hər bir insana bu dəftər veriləcəkdir
(Quran,17: 13-14). Kiramən-katibin, Həfəzə,
Rüsul, Raqib və Atid adlı mələklərin yazdığı
bu kitabda insanın törətdiyi pis və yaxşı
bütün əməllər yer alacaqdır (Quran, 18:49).
Əməl dəftərləri cənnət əhlinə sağdan, cəhən-
nəm əhlinə soldan və ya arxadan veriləcəkdir.
Dəftərləri sağdan verilənlər Quranda
əshabul-yəmin; soldan və ya arxadan verilən-
lər isə əshabuş-şimal adlandırıllar (Quran,
69: 19, 25; 84: 7, 10). Dəftərin sağdan ver-
ilməsi müjdə, soldan ya da arxadan verilməsi
isə qorxu və əzaba işarədir.
ƏMƏVİLƏR – Məkkənin nüfuzlu qə-
bilələrindən biri olmuşdur. Bu qəbilənin adı
və tarixi Əbd Şəms ibn Əbd Mənaf və onun
oğlu Üməyyə ilə bağlıdır. Əməvilər onlara
qohum olmuş başqa bir Məkkə qəbiləsi olan
Haşimilərlə rəqabətdə olmuşdurlar. Bu
rəqabət Məhəmməd peyğəmbərin səyləri
74
ƏLİ SOYU
nəticəsində müvəqqəti olaraq aradan
qaldırılmış, ancaq sonra yenidən qızışmışdır.
Əməvilərdən olan Müaviyə ibn Əbu Süfyan
haşimilər nəslinin nümayəndəsi Əliyə qarşı
çıxmışdır. Məhz, Əbu Sufyan Əməvilər
sülaləsinin yaradıcısı olmuşdur.
Əməvilər (41/661 – 132/750) İslam tar-
ixinin ilk dövrlərində Raşidi xəlifələrindən
sonra hakimiyyətə gəlmiş ilk müsəlman
xanədanı olmuşdur. Onlar yüz ilə yaxın Xi-
lafətə başçılıq etmişdirlər. Bir çox tarixçilərin
fikrincə məhz bu sülalə ilkin Xilafətin
mahiyyətini dəyişərək onu imperiyaya çevir-
mişdirlər. Bu imperiyanı birinci Əməvi
xəlifəsi Müaviyə ibn Əbu Süfyan qurmuşdur.
O, dörd Raşidi xəlifələr dövründə Suriyanın
valisi olmuşdur. Onun atası Əbu Süfyan uzun
müddət Məhəmməd peyğəmbərə, eləcə də ilk
müsəlmanlara qarşı savaşmışdır. Ancaq,
müsəlmanlar Məkkəni fəth etdikdən az əvvəl
Əbu Süfyan İslamı qəbul etmişdir.
Xəlifə Osman qətl edildikdən sonra
Müaviyə ibn Əbu Süfyan onun qatilini bir-
başa cəzalandırmaq tələbini irəli sürərək
dördüncü xəlifə Əli ibn Əbu Talibin
hakimiyyətini tanımaqdan imtina etmişdir.
Buna görə də, xəlifə Əli ona qarşı hücuma
keçmişdir. Hicrətin 37-ci ilində tərəflər Süf-
feyn döyüşündə qarşılaşmış, ancaq heç bir
tərəf uğur əldə edə bilməmişdir. Bu döyüşdə
xəlifə Əli zəfərə yaxın olsa da, bir qrup
nizələrinə Quran səhifələrini sancıb, Allahın
məhkəməsini tələb etmişdilər. Ancaq,
məhkəmədə problemlər həll edilmədiyindən
savaş davam etmişdir. Bu dəfə isə üstünlüyü
Müaviyə qazanmışdır.
Hicrətin 38-ci ilində Əmir ibn Asın
başçılığı altında Müaviyənin qoşunu Misiri
ələ keçirə bilmişdir. 39-cu ildə suriyalılar
İraqa girmiş, 40-cı ildə isə onun böyük bir
hissəsini ələ keçirmişdirlər. Eyni zamanda,
Müaviyənin sərkərdəsi Bişr ibn Əbu Art
Ərəbistana hücum edərək Məkkə və Yəməni
ələ keçirtmişdir. 40-cı ildə müharibənin ən
qızğın vaxtında xəlifə Əli xaricilərin qəsdi
nəticəsində öldürülmüşdür. Onun tərəfdarları
ölümündən sonra Həsən ibn Əlini yeni xəlifə
kimi tanımışdırlar. Ancaq, onun savaşlar
nəticəsində parçalanmış Xilafətə başçılıq
etmək üçün yetərli gücü olmamışdır. Buna
görə də Həsən, müharibəyə girmədən
Müaviyə ibn Əbu Süfyanla danışıqlara
başlamış və sonra isə hakimiyyəti ona təslim
etmək qərarına gəlmişdir.
Hicrətin 41-ci ilində Həsən ibn Əli
Kufədə Müaviyə ilə görüşərək hakimiyyəti
ona təhvil vermişdir. Sonra isə qardaşı
Hüseyn ilə birlikdə Mədinəyə qayıtmışdırlar.
Bu hadisədən sonra Müaviyə yeni xəlifə ol-
muşdur. Ancaq hakimiyyəti ələ alandan
sonra o, Xilafətin mahiyyətini dəyişərək onu
ailə xənadanına çevirmişdir.
Xilafətin quruluşunun dəyişdirilməsi və
onun imperiyaya çevrilməsi bir çox
səhabələrin və peyğəmbərin ailə üzvlərinin
müqavimətinə səbəb olmuşdur. Onlar
xəlifəliyin Müaviyənin oğlu Yəzidə ver-
ilməsinə qarşı çıxdılar. Kufədə (İraqda)
Əməvi hakimiyyətinə qarşı üsyanlar
başlamışdır. Üsyançılar Məhəmməd
peyğəmbərin nəvəsi Hüseyni onlara başçılıq
etməyə çağırmışdırlar. Onların çağırışına səs
vermiş Hüseyn Kufəyə doğru yola çıxmışdır.
Ancaq o, yolda olarkən xəlifənin Kufədəki
yeni təyin olunmuş valisi İbn Ziyad bu
üsyanı yatırmış, kufəlilərin əksəriyyətini
özünə tərəf çəkə bilmişdir. Bununla da onlar,
Kufəyə dəvət etdikləri Hüseynə arxa çevir-
miş oldular. Beləliklə, kiçik bir dəstə ilə
şəhərə doğru irəliləyən Hüseyni Kərbəla adlı
yerdə Yəzid ordusu qarşılamışdır. Burada
Hüseyn və onunla bərabər olan digər ailə
üzvləri, eləcə də onun digər tərəfdaşları
Yəzidin göndərdiyi ordu tərfindən qətl
edilmişdir. Belə ki, peyğəmbərin nəvəsinin
öldürülməsi Xilafətdə zorakılığın daha da
artmasına yol açmışdır. Yenə də, xilafətdə
qanlı daxili qarşıdurmalar başlanmışdır.
75
ƏMƏVİLƏR
Əməvilərə qarşı Hicazda böyük bir qiyam
baş vermişdir. Ona Abdullah ibn Zübeyr
başçılıq edirdi. O, Xilafət ordusuna güclü
müqavimət göstərərək onu geri çəkilməyə
məcbur etmişdir. Bundan sonra Əməvilər
yalnız Suriyada hakimiyyətlərini qoruyub
saxlaya bilmişdilər. Abdullah isə xəlifə kimi
tanınaraq hakimiyyətini 64/684 – 73/692-ci
illərə qədər davam etdirmişdir.
Ancaq, Abdullahın uğurları çox da davam
etməmişdir. Belə ki, Əməvilər öz aralarında
siyasi çəkişmələrə son qoya bilmişdirlər.
Beləliklə, hakimiyyət onların Süfyanilər qol-
undan olan Mərvanilərə keçmişdir. Bundan
sonra suriyalılar Hicaz üzərinə hücuma
keçərək Abdullah ibn Zübeyrin qoşununu
məğlub etdilər. Abdullah isə döyüşlər zamanı
həlak olmuş, Əməvi Əbdül-Məlik ibn Mər-
van (73/692 – 86/705) isə xəlifə təyin
edilmişdir.
Bundan sonra Xilafətdə stabillik dövrü
başlamışdır. O zaman Xilafətin sərhədləri
genişlənmiş və beləliklə, İslam ordusu Asiya,
Afrika və Avropada yeni torpaqları ələ keçirə
bilmişdirlər. Məhz Əməvilərin hakimiyyəti
dövründə İspaniya alınmış və bütün bu yerlər
Əməvi Xilafəti adlanan imperiyanın tərkib
hissəsinə çevrilmişdir.
Ancaq, bütün bu zamanlarda Əməvilərə
qarşı üsyanlar da səngimirdi. Xüsusən də, şiə
və xaricilər aktivlik göstərirdilər. Onların
hərəkatı Əməviləri sarsıdırdı. Eyni zamanda,
hakim sülalənin öz arasında saray qarşıdur-
maları da baş verirdi. Bütün bunlar onları
gücdən salırdı. Əməvilərə qarşı daha bir
güclü qiyam 121/740-cı ildə baş vermişdir.
Əhli-beytdən olan Zeyd ibn Əli İraqa dəvət
edilmiş və o, xəlifə I Hişam ibn Əbdül-Ma-
likin hakimiyyətinə qarşı üsyana başçılıq
etmək istəmişdir. Ancaq o da, xəyanət ilə
üzləşmişdir. Zeyd babası Hüseyn kimi kiçik
bir qrup tərəfdarları ilə Xilafət qoşunu
tərəfindən darmadağın edilmişdir. Ancaq,
Zeyd ibn Əlinin qaldırdığı üsyanın yatırıl-
ması Əməvilərin nüfuzuna çox ağır zərbə
vurmuşdur. Getdikcə Xilafəti hakimiyyətə
qarşı olan üsyanlar bürüyürdü. Sülalə isə
ölkəyə artıq nəzarət edə bilmirdi. Zeydin
qətlə yetirilməsindən on il sonra Əməvi
hakimiyyətinə son qoyuldu. O zaman
Əməvilər
Abbasilərin
Xorasanda
qaldırdıqları üsyanının qarşısını ala
bilmədilər. Bunun nəticəsində onlar Xilafəti
əldən vermiş oldular.
Abbasilər xilafətə gəldikdən sonra
Əməvilər hər yerdə təqib olunub
öldürülürdülər. Ancaq xəlifə Hişamın oğlu
Əbdürrəhman İspaniyaya qaçmış və orada
138/756-cı ildə Kordova əmirliyini yarada
bilmişdir. Bu əmirlik Abbasilərin
nəzarətindən çıxa bilmişdir. 316/929-cu ildə
isə Kordova əmiri III Əbdürrəhman özünü
xəlifə elan etmişdir. Beləliklə, Əməvilər İs-
paniya və Şimali Afrikanın bir hissəsində öz
Xilafətlərini bərpa edə bilmişdir. Kordova Xi-
lafəti 422/1031-ci ilə qədər davam etmiş və
sonra daxili çəkişmələr səbəbindən parçalan-
mışdır. Kordova Xilafətinin dağılmasından
sonra Əməvilər tarixdən silinmişdirlər.
Əməvilər dövründə bütün Şimali Afrika,
İspaniya, Mavərrənnəhr, Hindistanın bir neçə
bölgələri ələ keçirilmişdir. Onların İs-
paniyadakı hakimiyyəti dövründə isə Kor-
dova Xilafəti Avropanın mədəni və elm
mərkəzi olmuşdur.
ƏMİNƏ BİNT VƏHB – Məhəmməd
peyğəmbərin anası, Vəhb ibn Əbdülmə-
nafın qızı olmuşdur. O, Qüreyş ailəsindən
idi. Əminənin doğum və vəfat etmə tarixi bil-
inməməkdədir. Onun təxminən miladi 577-
ci ildə vəfat etdiyi ehtimal edilir. Əminənin
bir-çox fəzilətləri olmuş, bu səbəbdən də
Haşimilər soyunun başçısı Əbdülmüttəllib
onu oğlu Abdullahla evləndirmişdir. Bu
evlilikdən Məhəmməd doğulmuşdur. Ancaq,
atası körpəsini görmədən dünyasını dəy-
işmişdir. O, Suriyaya doğru yola çıxmış,
76
ƏMİNƏ BİNT VƏHB
orada Yəsrib ( Mədinə) yaxınlığında Əminə
hələ hamilə olarkən vəfat etmişdir. Beləliklə,
Məhəmməd
peyğəmbər yetim olaraq
dünyaya gəlmişdir. Bir neçə il sonra Əminə
altı yaşlı oğlunu götürərək Yəsribə getmişdir.
Orada ölmüş əri Abdullahın məzarını ziyarət
etmişdir. Onlarla birlikdə Abdullahın keçmiş
qulluqçusu Ümm Əyman da olmuşdur. Yəs-
ribdə bir ay qaldıqdan sonra onlar geriyə
Məkkəyə doğru yola düşdülər. Ancaq, yolda
Əminə ağır xəstələnərək Yəsrib və Məkkə
arasında yerləşən Əbva adlanan bir yerdə
dünyasını dəyişmişdir.
ƏMİR İBN AS (43/664-cü ildə vəfat et-
mişdir) – tanınmış siyasi xadim və İslam or-
dusunun sərkərdəsi olmuşdur. Nüfuzlu
qüreyş başçılarından biri olduğundan uzun
müddət müsəlmanlara qarşı olmuş, onlarla
vuruşmuşdur. Canlarını təqiblərdən qurtar-
maq üçün Həbəşistana hicrət edən müsəl-
manların zorla geriyə qaytarılması məqsədi
ilə qüreyşlilər o ölkənin kralı Nəcaşinin
yanına Əmir ibn Ası göndərmişdirlər. Ancaq
o, bu tapşırığı yerinə yetirə bilməmişdir.
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət
etdikdən sonra Əmir ibn As Bədr, Uhud və
Xəndək döyüşlərində onlara qarşı vuruşmuş-
dur. Xəndək döyüşündən sonra o, müsəlman-
lara qarşı müqavimətin mənasız olduğunu
anlamışdır. Hüdeybiyə sülh anlaşmasının
(8/629) bağlanmasından sonra Əmir ibn As,
Xalid ibn Valid ilə birlikdə Mədinəyə,
Məhəmməd peyğəmbərin yanına gələrək İs-
lamı qəbul etdiklərini bildirdilər. Müsəlman-
lar Məkkənin fəth olunmasından az öncə
Məhəmməd peyğəmbər ayrı-ayrı ərəb qə-
bilələrinin onlara qarşı hücum edəcəkləri
haqqında xəbərlər almışdır. Buna görə o,
ənsar və mühacirlərdən könüllülər dəstəsi
yaratmış, onların başçısı olaraq da Əmir ibn
As seçmişdir. İslam ordusunun yaxın-
laşdığını görən bədəvilər döyüşə girmədən
geri çəkilmişdirlər. Əmir ibn As isə dəstəsi
ilə Mədinəyə qayıtmışdır. Müsəlmanlar
Məkkəni fəth etdikdən sonra Məhəmməd
peyğəmbər Əmir ibn Ası ərəb qəbilələrinin
tapındıqları Suva bütünü dağıtmağa göndər-
mişdir.
Birinci Raşidi xəlifə Əbu Bəkrin
dövründə Əmir ibn As Ərəbistan üsyançıları
ilə vuruşmuş, sonra isə Suriya və Bizansla
savaşa yollanmışdır. Orada o, Yərmuk
döyüşündə, eləcə də Dəməşqin, Əcnədeynin
və Fələstinin alınması uğrunda gedən
döyüşlərdə iştirak etmişdir.
Müsəlmanlar Misiri
alanda Əmrin
bacarıqlı sərkərdə olmasının bir daha şahid
olmuşdurlar. O, bu yürüşə çıxmağı təklif
edərək özü də orduya başçılıq etmişdir.
Xəlifə Ömər isə onun təklifini dəstəkləmiş
ona yardım etmək üçün o bölgəyə daha bir
qoşun birləşməsini göndərmişdir. Yürüşə
ciddi hazırlaşmış Əmr irəliləyərək Misir hök-
mdarı Mukavkasın güclərini məğlub edə
bilmişdir. Bu uğurdan sonra Xilafət ordusu
bütün Misiri və Şimali Afrikanın bir hissəsini
ələ keçirmişdir.
Xəlifə Ömər Əmir ibn Ası Misirin valisi
vəzifəsinə təyin etmişdir. Ancaq sonra, Os-
manın xəlifəliyi dövründə maliyyə işlərində
buraxdığı səhvlərə görə o vəzifəsindən uza-
qlaşdırılmışdır. Bundan sonra Əmir ibn As
bir zaman siyasətdən uzaq qalmışdır.
Əli ibn Əbu Talib xəlifə olduqdan sonra
Əmir ibn As yenə də siyasətə qatılmışdır. O,
Suriya valisi Müaviyənin ordusuna koman-
danlıq etmişdir. Bəzi rəvayətlərə görə buna
qarşılıq olaraq Müaviyə uğur qazanardısa,
onu yenidən Misirin başçısı vəzifəsinə təyin
etməli idi. Xəlifə Əli Suriyaya öz elçisini
göndərdikdə Müaviyə ilə Əmir ibn As onu
Osmanın qatillərini təmizə çıxartmaqda gü-
nahlandırmış və onun xəlifəliyini tanımaya-
caqlarını bildirmişdirlər.
Suriyalıların müqavimətini qırmaq üçün
xəlifə Əli onlara qarşı qoşun yeritmişdir. Əli
Süffeyn döyüşündə uğura çox yaxın olmuş-
77
ƏMİR İBN AS
dur. Çıxılmaz duruma düşmüş suriyalıların
ordu komandanı Əmir ibn As döyüşçülərinə
nizələrinin uclarına Quran səhifələrini san-
caraq Allahın məhkəməsini qurmağı tələb et-
mələrini əmr etmişdir. Xəlifə Əli bunun
məğlubiyyətdən qurtulub vaxt udmaq üçün
bir gediş olduğunu bildiyindən döyüşü
dayandırmaq istəmirdi. Ancaq, onun
ətrafında olan bir qrup ordu sərkərdələri buna
israrlı idilər. Buna görə də o, danışıqlara get-
məli oldu. Problemi çözmək üçün çağırılan
məhkəmədə xəlifə Əli və Müaviyənin təm-
silçiləri onların vəzifələrindən getmələrini
bildirməli idilər. Sonra o, yeni xəlifə
seçilməli idi. Beləliklə, hər iki tərəfin təm-
silçiləri Dümətül-Cəndəldə bir araya gəldilər.
Birinci xəlifə Əlinin təmsilçisi Əbu Musa
Əşəri çıxış etdi. Öncə anlaşıldığı kimi o,
xəlifə Əli və Suriya başçısı Müaviyənin vəz-
ifələrindən uzaqlaşdırıldığını elan etdi.
Ancaq, ondan sonra çıxış edən Müaviyənin
təmsilçisi Əmir ibn As Müaviyənin vəz-
ifəsindən uzaqlaşdırılmasını elan etməkdən
çəkindi və bununla da tərəflər arasındakı an-
laşma pozuldu. Beləliklə, heç bir nəticə əldə
olmadığından Xilafətdə iç savaş davam etdi.
Ancaq, artıq bu dəfə suriyalılar üstünlük
qazanmışdırlar. Çünki, məhkəmədən sonra
Əlinin tərəfdarlarının bir hissəsi ona qarşı
üsyan edərək ondan ayrıldılar. Bu da Əlinin
ordusunu zəiflətdi. Əlini tərk edənlər xari-
cilər adlanmış və onlar həm ona, həm də
Müaviyəyə qarşı vuruşmağa başlamışdırlar.
Əmir ibn Asın bu kimi gedişlərinə görə
suriyalılar vaxtı qazanaraq öz sıralarını
möhkəmlətmişdirlər. Bundan sonra onlar
xəlifə Əlinin tərəfdarlarının arasında
parçalanmadan yararlanaraq hücuma keçir-
lər. Hicrətin 38-ci ilində Əmir ibn Asın
başçılığı ilə suriyalılar Misirə girmiş xəlifə
Əlinin oraya başçı təyin etdiyi Məhəmməd
ibn Əbu Bəkrin güclərini məğlub edir, onun
özü isə öldürürlər. Bundan sonra suriyalılar
İraq və Hicazda da Əlinin güclərinə ağır zər-
bələr endirmişdilər.
Hicrətin 40-cı ilində Xilafətdə gedən
savaşların başlanmasında Əli, Müaviyə və
Əmir ibn Ası günahlandıran xaricilər onlara
qarşı suiqəsdlər hazırlamışdırlar. Bunun
nəticəsində xəlifə Əli öldürülmüş,
Müaviyəyə qarşı basqın isə baş tutmamış və
o yalnız ayağından yüngül yaralanmışdır.
Əmir ibn Asın yerinə isə xaricilər bir səhv
səbəbindən onun yaxın adamını öldürdülər.
Əli öldürüləndən sonra xəlifə olan Müaviyə
ibn Əbu Süfyan Əmir ibn Ası Misirə vali
vəzifəsinə təyin etmişdir. O, bu vəzifədə hicri
43-cü (ya da ayrı-ayrı qaynaqlara görə 51-ci)
ilə qədər olmuş, sonra ağır xəstəliyə tutulub
vəfat etmişdir.
ƏMMAR İBN YASİR (37/658-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
ən məşhur səhabələrindən biri olmuşdur.
Onun atası əslən Yəmənli idi. O, Məkkəyə hi-
crət etdikdən sonra onun Əmmar adında oğlu
doğulmuşdur. O, İslamı ilk qəbul edənlərdən
olmuşdur. O, Ərqəmin evində müsəlmanların
yığıncaqlarında iştirak etmişdir. Onunla bir-
likdə ata və anası da İslamı qəbul etmişdirlər.
Buna görə də o, ailəsi ilə birlikdə
qüreyşlilərin təqiblərinə məruz qalmışdır.
Ancaq, onun və ailəsinin durumu daha ağır
idi. Çünki, onun atası məkkəli deyil idi, anası
isə məhzümilər qəbiləsinin qulluqçusu ol-
muşdur. Buna görə də, onun sahibləri bu
ailəyə onları İslamdan imtina etmək üçün
təzyiqlər edirdilər. Ancaq, müsəlmanların
inancı çox güclü olduğundan onlar bütün bu
təzyiqlərə dözərək bu işgəncələri bir sınaq
hesab edirdilər. Əmmar və yaxınları bütün
bunlara sinə gələrək İslamdan dönmədilər.
Heç bir şey əldə etməyən qureyşlilər isə öncə
Əmmarın anası Sümeyyəni, sonra isə onun
atasını öldürdülər. Buna səbəbdən də
Sümeyyə İslam tarixində inancı uğrunda ilk
şəhid olmuş qadındır. Bütpərəstlər Əmmara
da ağır işgəncələr vermişdirlər.
78
ƏMMAR İBN YASİR
Təqiblərdən qurtulmaq üçün Mədinəyə
hicrət edən ilk müsəlmanlardan biri də
Əmmar olmuşdur. Orada o, İslamın güclən-
məsi üçün bütün fəaliyyətlərdə iştirak etmiş,
Bədrdən Təbuk döyüşünə qədər bütün
müharibələrdə İslam ordusunun sıralarında
döyüşmüşdür.
Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə
Əmmar Yəmmamədəki dindən çıxmış ərəb
qəbilələrinə qarşı müharibədə iştirak et-
mişdir. İkinci Raşidi xəlifə Ömər isə onu
Kufə valisi vəzifəsinə təyin etmişdir. Bu vəz-
ifədə o təxminən iki il işləmiş, sonra onun
yerinə Əbu Musa Əşari keçmişdir. Üçüncü
Raşidi xəlifə Osmanın dövründə Əmmar
onun ən inandığı şəxslərdən biri olmuşdur.
Osmanın göstərişi ilə o, Misirə gedib oradakı
siyasi durumu öyrənmiş, bu bölgədə başlay-
acaq üsyan xəbərini xəlifəyə çatdırmışdır.
Dördüncü Raşidi xəlifə Əlinin dövründə isə
Əmmar onun xəlifəliyini tanımış və Xi-
lafətdə başlayan daxili savaşda onun or-
dusunda vuruşmuşdur. O, Süffeyn
döyüşündə həlak olmuşdur.
ƏNƏS İBN MALİK (90/709-cu ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Xəzrəc qə-
biləsindən olan Ənəs ibn Malik Mədinədə
doğulmuşdur. Anası Ümm Süleym ilk müsəl-
manlardan biri idi. Buna görə də, əri onunla
əlaqələrini pozaraq İslamdan dönməsinə
çalışmışdır. Sonra o, bütün bunlara nail ol-
madığını görüb Suriyaya gedərək orada
ölmüşdür. Ondan sonra Ümm Süleym müsəl-
man olan Əbu Təlhəyə ərə getmişdir.
Rəvayətlərə görə Məhəmməd peyğəmbər
Mədinəyə hicrət edəndə Ənəs ibn Malikin 10
yaşı olmuşdur. Bir-çox mədinəli peyğəmbərə
öz xidmətlərini təklif etmişdirlər. Ənəsin
anası da peyğəmbərin yanına gələrək öz
oğlunu ona qulluqçu kimi gətirmişdir.
Peyğəmbərin qulluqçuya ehtiyacı olmasa da
o, Ümm Süleymi razı salmaq üçün Ənəsi öz
evinə gətirib ona oğlu kimi baxmışdır. Ənəs
də peyğəmbərin bütün buyruqlarını yerinə
yetirmiş, ondan dinin əsaslarını öyrənmişdir.
O, yetkinlik yaşına çatmadığına görə müsəl-
manların ilk döyüşlərinə qatılmamışdır. Bədr
döyüşündə o, arxada qalaraq müsəlman
döyüşçülərə yardım etmişdir. Yetkinlik
yaşına çatdıqdan sonra o, Xeybər və Hüneyn
döyüşlərində vuruşmuş, Məkkənin alın-
masında iştirak etmişdir.
Xəlifə Əbu Bəkrin dövründə Ənəs
Bəhreynə
zəkatın
toplanılması üçün
göndərilmişdir. Əbu Bəkr vəfat etdikdən
sonra o, Mədinəyə qayıtmışdır. Xəlifə Ömər
onun döyüşlərə göndərməmiş, öz yanında
saxlamışdır. Buna görə də Ənəs, fiqhi
məsələlərlə məşğul olmağa başlamışdır.
Bir qədər sonra, Ənəs ibn Malik Bəsrəyə
köçmüş, oradakı xalqı İslamın əsasları, eləcə
də İslam qanunu ilə tanış etmişdir. Bəsrədə
olarkən Ənəs iranlılarla gedən döyüşlərdə
iştirak etmişdir. O, Şüştəri ələ keçirmiş
müsəlman ordusunda olmuşdur. Bəsrəyə
qayıtdıqdan sonra Ənəsə xəlifə Ömərin
öldüyü xəbəri çatmışdır. Üçüncü xəlifə Os-
manın dövründə də o, Bəsrədə xalqın maar-
ifləndirilməsi ilə məşğul idi. Xilafətdə daxili
çəkişmələr başlayanda o, heç bir tərəfdə
mövqe tutmamışdır. O, heç bir vaxt zülm və
cəmiyyətdəki ədalətsizliklərlə barışmamışdır.
Belə ki, Əməvilərin İraq valisi Həccacın
istibdadına qarşı çıxış etməkdən çəkin-
məmişdir. Rəvayətlərə görə Ənəs ibn Malik
çox inanclı bir şəxs olmuşdur, bir-çox hədis-
lərin ravisi kimi də bilinməkdədir. O, 80
yaşında Bəsrədə vəfat etmişdir.
Dostları ilə paylaş: |