27. QARIŞQANIN DUASI
Peyğəmbər əleyhsalamın dünyaya nazil olmasından bir yaxşı əhvalat danışaram. Elə vaxd oluf ki, il quraxlıx oluf. Quraxlıx olanda camahat bir-birinə deyif ki, bu il ajdıx olajax. Ağıllı adamın biri deyif ki, indiyətən fikir eliyərdıx. İndi peyğəmbərimiz var, nə fikir eliyax. Peyğəmbərə deyərıx Allaha deyər, yağar. Məsləhət bilinən adamlardan göndərillər peyğəmbər əleyhsalamın görüşünə. Peyğəmbər əleyhsalamın da deyilməynən görüş yeri bir mətə imiş. Oraya gedənnərdən gəlif soruşurmuşlar ki, nə istiyirsən, nə deyirsən, onnar da istəklərin deyirmişlər. Peyğəmbər gələn adamları qəbul eliyif. Deyif ki, ya peyğəmbər, il quraxlıxdı. Camahat bizi göndərdi ki, gedin peyğəmbərə deyin Allaha istixaza eləsin, bəlkə yağış yağdı, aj qalmıyax. Deyif, yaxşı eləmisiz. Gedin camahata deyin yuyunsunnar, qüsullansınnar, səhər çıxax sahəyə, o pay torpaxda Allaha dua eliyərıx, inşallah yağar.
Bu fikirnən camahat gedif qüsullanır. Səhər gəlillər peyğəmbər əleyhsalam qabaxlarında, camahat da arxasında. Gedillər sahəyə çıxıllar. Sahəyə çıxanda peyğəmbər əleyhsalam nəxarta dua eliyir, istixaza eliyir, yalvar-yapış eliyirsə, nə bulud, nə nəm, nə çiskin – heş nə gəlmir. İndi camahat bir-birinə deyir ki, bu yalannan deyir peyğəmbərəm. Buların belə deməsi peyğəmbərə agah olur. Peyğəmbər əleyhsalam Allaha yalvarır ki, ilahi pərvərdigar, mənim nə günahım var ki, sözüm eşidilmədi. Günahımı de, canımı al. Mən o camahatın üzünə nejə çıxaram?
Peyğəmbər əleyhsalam burda özünə ölüm istəsin, camahat da qayıdıf getməkdə olsun. Peyğəmbər addım-addım geri qayıdır. Peyğəmbərin özünə ölüm istəməyi oxatrana Allaha xoş gedir ki, Allahdan vəh gəlif, qarışqa peyğəmbərin qabağında dillənif: – Ya peyğəmbər, niyə fikirrisən? Peyğəmbər əleyhsalam deyif ki, Allahın cüjüsü, sənnik döyül. Deyif ki, ya peyğəmbər, nolar ki, sən böyüksən, mən kiçik. Səni də Allah yaradıf, məni də. Danışırıx, bəlkə kömək elədim. Peyğəmbər danışığa cavab verməsə, olmaz. Deyir ki, camahatnan getdim dua elədim, yağmadı. İndi özümə ölüm isdiyirəm. Deyir ki, ya peyğəmbər, gəl qayıdax, mən dua eliyim yağsın. Peyğəmbər əleyhsalam cavabında deyir ki, əgər sənin duana yağajaxsa, elə mənə ölüm lazımdı. Qoy bu başdan Allah mənim günahımı desin, canımı alsın. Qarışqanın cavabı bu olur ki, ya peyğəmbər, sən yalvardın, dua elədin noldu? Mən də dua eliyərəm, yağmaz, yağmaz. İndi qarışqa qabaxca, peyğəmbər əleyhsalam da bunun arxasınca. Camahat baxır ki, peyğəmbər qayıdır. İndi də bir-birinə deyir ki, peyğəmbər Allaha dedığı sözü bizim yanımızda demədi ki, örgənərıx. İndi odey təkcə qayıdır. Qayıdıllar həmən mətəyə. Qarışqa dua eliyir, peyğəmbər əleyhsalam deyir amin, amin. Allah-taala nəm gətirir, yağış gətirir. İndi peyğəmbər əleyhsalam Allaha daha sidq ürəknən deyir ki, mən sənin rəsulun, peyğəmbərin. Mənim elədiyim dualara yağdırmadın, amma qarışqanın etdiyi duaya yağdırdın. Günahımı de, canımı al. Cənab Cəbrayıl vasitəsiynən vəh gəlir ki, ya peyğəmbər, qarışqanın duasıynan yağmıyıf, peyğəmbərin amininə yağıf. Sənnən gələn maxluqatı şeytan qoymadı amin desin. Sənin duanın arxasında amin olmadı. Amma qarışqanın duasının arxasında peyğəmbər amini var, peyğəmbər amininə yağıf. Onnan sora peyğəmbər əleyhsalam təskinnik tapıf.
28. ALLAH DƏVƏNƏ BƏRƏKƏT VERSİN
Kənt camahatı hamı il urzaların yığıflar, kasıbınkı qalır axıra. Bir ağıllı adam deyir ki, bizim peyğəmbər çox insaflıdı. Get sənə bir yük heyvanı versin, sən də qutar da. Hər kəs özünü düşünür, sənin dərdinə kimdi qalan. Amma peyğəmbər Allahın rəsuludu, get denən.
Bu kasıb gedir peyğəmbər əleyhsalamnan görüşə. Gəlillər. Deyir, görüşmağ isdiyirəm. Bunu görüşdurmağa aparanda görür ki, peyğəmbər əleyhsalam bir qotur dəvəni öz əliynən yağlıyır. Bunun içinnən keçir ki, bu qotur dəvəni yağlıyan mana nə verər? Axı peyğəmbər sirri-qafildi, kimin içinnən nə keçir ona agahdı. Peyğəmbər soruşur ki, eşidirəm. Deyir ki, ya peyğəmbər, elə görüşdüm bəsimdi, heş nə demiyəjəm. Deyir, yox, yox, de. İndi bu vəzyətə görə isdəmir deyə, bu da bildiyinə görə isdiyir deyə. Deyir:
– Ya peyğəmbər, vəzyət belə idi, onun səbəbinə gəldim. Səni də bu vəzyətdə gördüm, vallah, onçün demağ isdəmirəm.
Deyir:
– Yox, yox, adam gələndə deyər. Gəlmisən peyğəmbərə sözünü deyəsən. Niyə demiyəsən?
Çağırır:
Hay verir. Deyir:
– Salman, bir irahat, yumuşax dəvə gətir.
Yəni dil bilən, yatmağı, qalxmağı başa düşən da. Da hirsdi yox. Salman bir dəvə gətirir. Bu kasıb baxır ki, heş qardaş qardaşa bunu verməz. Ovsarı Salman kasıba uzadanda deyir:
– Ya peyğəmbər, Allah malına min bərəkət versin.
Peyğəmbər çağırır:
-
Salman, get bir dəvə də gətir, o bunnan da irahat olsun.
Salman gedir bir dəvə də gətirir. Naxarta eliyir bu kasıb dəvənin ovsarınnan yapışmır. Deyir:
– Ya peyğəmbər, mən aparram, işimi qutaranda dəvəni gətirif verəjəyəm. Başıma bir iş gələ, axı mənim mağdurum yoxdu ki, iki dəvənin haqqını ödüyəm. Bu bəsdi.
Deyir:
Ovsarı tutanda kasıb deyir ki, ya peyğəmbər, Allah malına min əvəz versin. Bayax bərəkət isdiyif, indi əvəz isdiyir. Deyir:
-
Salman, Salman, get bir dəvə də gətir, o bunnardan da irahat olsun.
Gedir dəvəni gətirir. Görür axır gələn bu ikisinnən həm gözəl, həm də irahatdı. Dəvənin ikisinin də ovsarın kasıb boşduyur ki, ya peyğəmbər, başıma bir iş gəlsə, mən ödüyə bilmərəm. Biri bəs idi. Deyir ki, ay kişi, gəl bəri. Bilirsən niyə verdim? Deyir, bu tərəfdəki topa dəvəni görürsən? Okqədər sidq ürəknən dedin ki, Allah-taala mənim dəvələrimə qarışdırmax üçün qeybinnən bir heylə dəvə gətirif ora. O ki dedin min əvəz versin, bax onun da əvəzi odur. Bu dəvənin ovsarın tutmamısan, söz deməmisən, hələ onun əvəzi gəlmiyif. Gör sənin Allah xətrini nəkqədər isdiyir ki, sən ikisin aparırsan, Allah hər birinə yüz dəvə əvəz verif, bərəkət verif. Sənin sıdqın Allah yanında eşidilif. Götür, götür. O ikisin əvəzin almışam, bu biri də halal-xoşun olsun. Get işini gör.
İndi bu dəvələri gətirəndə hər devrin şeytanı var. O deyif ki, sən öl, gör bu peyğəmbərə nə vəd verif ki, dəvələri buna verif. Bu yalannan kasıfdı, bijdih eliyir, bəlkə haqqın verif. Hərə bir söz deyir. İşin qutarannan sora görüllər qaytarmadı axı. Deyir, niyə qaytarmadın? Deyir, peyğəmbər əleyhsalam onu mana bağışlıyıf Allah xatirinə. Soruşan oluf ki, indi getsək, bizə də bağışlayar. Deyir, onu bir Allah bilir, bir də peyğəmbər bilir. Odey peyğəmbər ordadı, Allah da onun yanındadı.
İndi qaqa, bismillahnan, əlhəmdullahnan, haknan oturuf-duranda Allahın bəndəsi naümüd olmaz.
29. PEYĞƏMBƏRİN YALANI
Bir şəxs peyğəmbər əleyhsalamı görəndə görür ki, başında tacı var. Öz-özünə deyir ki, görəm peyğəmbərin qarğışı neçə ildən sora tutur? Deyir:
– Ya peyğəmbər, sizdən soruşmağ olar ki, sizin qarğışınız var bəndələr üçün?
Deyir:
– Əlbətdə ki var.
Deyir:
– O neçə ildən bir tutur?
Peyğəmbər əlyehsalam deyir, qırx ildən bir. Bizim qarğış gündəlik döyül. Allah-taalanın da səbri var, bizim də. Amma qırx ildə nağdı tutur. Amma bu şəxs bilmir ki, onun içinnən keçən peyğəmbər əleyhsalama agahdı. İçinnən keçirir ki, sən öl, bu tacı başınnan götürüf qaçırajam. Qırx il qoyajam başıma, deyəllər ki, Məhəmmədin tacı var. Qırx ildən sora da ölərəm, cəhənnəmə ölərəm. Okqədər peyğəmbərnən fırranır, fırranır, fırranır. Fikirrəşir ki, peyğəmbər əleyhsalam su başına oturanda tacı götürəjəm. Ha eliyif özün düzəldincə qaçajam da, hara çatır. Bu ağılnan peyğəmbər əleyhsalam aftafaya oturanda tacı götürür qaçır. On metr getməmiş qıçı sınır yıxılır. Peyğəmbər əleyhsalama agahdı. İrahat öz işin görür, qutarır, gedir dəsdəmazın alır. Gəlir ki, yıxılıf buraya, taj yumalanıf odey oraya. Zarıya-zarıya deyir ki, ya peyğəmbər, sizdə də yalan var?
Deyir:
– Nooluf ki?
Deyir:
– Sən demədin qarğışım qırx ildən sora tutur.
Deyir:
– O mənim qarğışım döyül. Filan qarının inəyinin balasın aparıf kəsdin ey, o sarı inəyin qarğışıdı. Hələ mənim qarğışım qırx ildən soradı.
Peyğəmbər bu sözü deyir, gedir tacı götürür qoyur başına, düzəlir yoluna gedir.
30. BARAMAQURDU
Qaynanam deyirdi ki, bala, baramaqurdu var ha, o peyğəmbərimizin canının qurdudur. Məhəmməd peyğəmbərin bir balaca evi oluf. Bütün bədəni yara tökür, həmin yarıya da qurd düşüf. Deyillər ki, ya peyğəmbər, belə olmaz axı. Bəs, siz ilahi bir adamsız. Peyğəmbər deyif ki, məni Allah-taala bı qurtdara yem üçün belə eliyif. Qoyun yesinnər, doyuf çəkiləjəhlər.
Sora deyir, bir gün peyğəmbər də bınnan bezif. Deyif ki, görüm, sizin yaratdığız yeejəh olsun, əl çəkin da mənnən. Onnan sora qurtdar qurban olduğumun bədəninnən əl çəkillər. Onnan da onun adı baramaqurdu qalıf. Yanı Məhəmməd peyğəmbərin qarğışınnan sora baramaqurdu əmələ gəlif. Baramaqurdun yaratdığı da ipəh oluf. Peyğəmbərimiz həm də deyif ki, yediyin tut yarpağı olsun, istehsalın ipəh olsun.
31. USTADINA RƏHMƏT
Dünya binnət olanda yer üzü xali idi, sirkələnif axırdı. Bir bəni-bəşər yox idi. Dünya su kim axırdı. Dünyanın əvvəllində məlakələr nazil oldu: Cəbrayıl, Azrayıl, Mikayıl. Dünya salavat üsdə bərqərar oluf (salavat çəkir – top.). Həzrət Əli salavat çöördü dünya onda durdu. Onda Cənabi Cəbreyil zühr elədi Allahın hüzuruna. Getdi Allahın hüzurunda durdu. Allahdan səda gəldi ki, maxluq, sən kimsən? Dedi, sən sənsən, mən mənəm. Allah tərəfinnən vuruldu, şapəri yandı, düşdü dəryaya. Cənabi Cəbreyil bir müddət qalannan sora qanatdandı bir də zühr oldu. Allahın dərgahına gedəndə Allahdan səda gəldi ki, ya Əli, Cənabi Cəbreyil gəlir, onu örgət. Həzrət Əli deyir:
– Cənabi Cəbreyil, hara gedirsən?
Deyir:
– Allahın dərgahına gedirəm.
Deyir:
Genə əvvəlki sözü deyir. Deyir:
– Yox, Cənabi Cəbreyil. Heylə demə. Denən ki, sən xaliqsən, mən maxluğam. Sən yaratmısan, mən yaranmışam. Heylə de.
Cənabi Cəbreyil gedir Həzrət Əlinin örgətdiyini deyir. Allahdan səda gəlir ki, ustadına rəhmət.
32. PEYĞƏMBƏRİN MERACA GETMƏSİ
Məhəmməd peyğəmbər Allahın dərgahına gedəndə Həzrət Əli evdə böləg2 idi. Min bir ad Allahındı, min ad Əlinindi. Bir neçə tabağa qalxmışdı ki, bir şir kəsdi qabağını. Dedi ki, barmağındakı üzüyü ver, keç. Məhəmməd peyğəmbər barmağındakı üzüyü çıxartdı verdi şirə, keşdi. Bir tabağa qalxdı, gördü malakələr yazı yazır. Məhəmməd peyğəmbər keçəndə bular heş başın yuxarı qaldırmadı. Cənab Cəbreyil Məhəmməd peyğəmbərin yanında bələdçidi. Dedi ki, filan malakə, bu Allahın əziz peyğəmbəridi, niyə başını qaldırmırsan? Deyir, majalım yoxdu, yazıram. Dedi, nə yazırsan? Dedi ki, mən Həzrət Əlinin şənin yazıram. Çıxdılar bir tabağa da yuxarı, bir malakə də burda yazır. Dedi ki, niyə başını qaldırmırsan, Allahın əziz peyğəmbəri gəlif? Deyir, imkanım yoxdu, yazı yazıram. Dedi, nə yazırsan? Dedi ki, Əlinin şənin yazıram. Ona görə deyillər ki, dəryalar mürəkkəb ola, meşələr qələm, gənə Əlinin şənin yazıb qutarammaz.
Məhəmməd peyğəmbər çıxdı Allahın hüzuruna. Pərdənin arxasından səs gəldi, peyğəmbərnən kəlmələşdi. Behiştdə Məhəmməd peyğəmbərin qabağına alma gəldi, bıçax gəldi. Məhəmməd peyğəmbər gördü ki, pərdənin dalınnan əl çıxdı, uzandı almaya. Məhəmməd peyğəmbər almanın parasın kəsdi verdi ələ, parasın da qoydu cibinə, dedi, aparım Əliyə. Əl çəkildi. Məhəmməd peyğəmbərin qabağına pilo gəldi. Bu tüklü əl gəldi. Köhnə adamlar deyirdi ki, bədəni tüklü adam Əlinin dosdudu. Bu düyüdən tükün arasına düşür. Məhəmməd peyğəmbər Allahnan kəlmələşdi, qayıtdı gəldi evə. Həzrət Əli dilləndi dedi ki, əmoğlu, nə gördün? Dedi ki, vallah, şir qabağımı kəsdi üzüyümü aldı, buraxdı. Amma Məhəmməd peyğəmbər demədi ki, hansı tabağaya qalxdımsa, Əlinin şənin yazırdılar. Dedi ki, Allahı gördünmü? Dedi, yox, görmədim. Dedi, bə nə gördün? Dedi ki, Allah dərgahında mana tam gəldi. Pərdənin dalınnan bir əl çıxdı, almanın parasın ona verdim, parasın da saa gətirmişəm. Bir də mənnən tam elədi, tükünün arasına bir düyü dənəsi düşdü. Uşax güldü, almanı böləkdən çıxartdı dedi ki, gör budumu? Almanı tutuşdurdu, gördü parası həmin almadı. Əlin çıxartdı dedi, gör bu əldimi? Gördü düyü də ordadı. Dünya tarixində Allahdan başqa Həzrət Əlinin sirrini heş kəs bilmiyif.
33. HƏZRƏT ƏLİNİN ÖLÜMÜ
Həzrət Əli zərbənlənəndə İmam Həsənnən İmam Hüseyinə dedi ki, məni yuyun, kəfənniyin qiblə tərəfdən ağ dəvə gələjək. Qoyun ağ dəvənin üsdünə, gələn olajax, ovsarın buraxın özü gedəjəhdi. Mənim dalımcan gəlmiyin. Yudular, kəfənə tutdular, namazın qıldılar. Hazır olanda ağ dəvə gəldi yatdı. Qoydular ağ dəvənin belinə, ovsarın buraxdılar. Bir gün keşdimi, iki gün keşdimi orasın bilmirəm. İmam Həsən dayanammadı. İmam Hüseyinə dedi ki, mən gedəjəm atamın dalıncan. Düşür dalına. Gedir görür ki, dəvə gedir, qabağıncan da bir üzü rübəndli dəvəni çəkir. İmam Həsən dəvənin yanına çatır. Dəvənin yedəyin bu üzü rübəndlinin əlinnən alanda rübəndin belə atır, görür çəkən Əli özüdü. Deyir ki, oğul, saa deməmişdim gəlmə. Dəvə harda dursa, məni orda dəfn elə.
34. COMƏRD QƏSSAB
Gəncədə Comərd Qəssab vardı. Bu qəssab qırx otax tikdirir. Qırxının da qapısın bağlıyır. Yuxuda Həzrət Əlini görmüşmüş. Deyir ki, bu otaxları Əlinin adına tikdirirəm, gələndə oturar. Padşaha xəbər aparıllar ki, bəs filan qəssab ət kəsəndə deyir ki, Əli başıçün nə artıx almaram, nə əysik vermərəm. Padşah cəllatdarı yolluyur ki, gedin onun başın kəsin, paltarını qanına bulayın gətirin. Həzrət Əliyə də agahdı ki, böyün qəssabı öldürəjəhlər. Deyir:
– Qəmbər, gözünü yum, min tərkimə. Gedəjeyih filan yerdə bir qəssab olur, onu öldürəjəhlər.
Qəmbər atın tərkinə minir, Həzrət Əli gəlir düz qırx otağın qapısına. Qəssabın da gözünün ağı-qarası bir oğlu var. Qəssab da bazarda ət satır, hələ evə gəlmiyif. Həzrət Əli Düldüldən düşəndə oğlan görür ki, otaxlar şarakkaşarax açıla-açıla getdi. Əli pilləkannan çıxır gedir oturur axırıncı otaxda. Gedə də dincəlmir. Atası axı buna danışmışdı ki, belə bir adam gələjəh. Çıxır çölə ki, atası gəlir. Deyir ki, ata, sən dediyin şəkildə iki qonağımız gəldi. Ayağın astanaya qoyanda qapılar öz-özünə açıldı, odey gedif oturuf axırıncı otaxda. Qəssab girir içəri. Girir içəri, görür həmən şəkildə adamdı. Düşür bunun ayağına, duz kimi yalıyır.
Qəssabın yoldaşı çörək hazırrıyır. Həzrət Əli də qəssabnan danışır. Bu heyndə cəllatdar qapını kəsir. Gedə çıxır. Deyillər ki, atana denən çıxsın çölə. Deyir:
– Mən deyə bilmərəm. Əziz qonağımız var, atam onnarnan söhbət eliyir. Mən onu çağıra bilmərəm.
Nəğadar eliyillər, deyir əziz qonağımız var, atam onnarnan şirin söhbət eliyir, çağıra bilmərəm. Nə dərdiniz var maa deyin. Deyir ki, bizi padşah yolluyuf ki, atanı öldürək qannı paltarın aparax. Deyir atamı mən çağıra bilmərəm, elə məni öldürün aparın. Deyəndə cəlladın biri deyir ki, padşah nə biləjək. Elə bunu öldürək. Gedənin başın kəsillər, köynəyin qana buluyuf gedillər.
Həzrət Əli bildi ki, gedəni öldürdülər. Qəssab çıxır çölə yoldaşına deyə ki, çörəyi gətir. Yoldaşı deyir ki, gədəni cəllatdar öldürdü. Deyir ki, üsdünü ədyalnan ört, qonaxlar bilməsin. Bilsə çörək yemiyəjehlər. Qəssab tez gətirir üsdün soruxluyur. Yoldaşı çörəyi gətirəndə Həzrət Əli deyir ki, qəssab, bayaxkı uşağı gətir biznən tam eləsin. Deyir ki, ağa dərviş, gedifdi xalası evinə. Deyir, çağır gəlsin. O biznən tam eləməsə, biz tam eləmiyəjeyih. Qəssab baxır ki, vəzyət belədi. Deyir:
– Ağa dərviş, uşağı öldürüflər.
Əli çıxır çölə, Qəmbər də dalıncan. Deyir, soruğu götür. Soruğu götürür. Həzrət Əli uşağın yönün çöörür qivləyə. Beş rükət hacət namazın qılır, ağzının liqabınnan şəhadət barmağıynan sürtür, başın qoyur boğazın üsdünə. Çəkir liqabın, gedə eşqırır sıçrıyır. Həzrət Əlinin qıçın qucaxlıyır. Deyir ki, cənnət bağında gülün içində gəzirdim.
Həzrət Əli qəssaba deyir ki, mən gedirəm padşahın meydanına, libası dəyişif gələrsən meydana. Həzrət Əli Qəmbər tərkində gedir. Həzrət Əlinin şəkli bütün padşahlarda vardı. Vəzir xəbər aparıf ki, Həzrət Əli gəlifdi. Padşah imarətinin qapısınnan baxır ki, şəkildəki adamdı. Padşah deyir, biz onun qabağında tab gətirə bilmərik. Ağ bayrax götürür yeriyir qabağına, dalıncan da vəziri, vəkili, qoşunu. Gələndə Həzrət Əli zülfüqarı qaldırır, altınnan keçillər. Həzrət Əli padşaha deyir ki, səni qoydum vəzir, qəssabı da qoydum buranın padşahı. Bu günnən qəssabın adın qoydum Comərdi Qəssab.
İndi həmən Comərdi Qəssabın məzarı Gəncədə ziyaratgahdı.
35. HƏZRƏT ƏLİ VƏ RÜSTƏM ZAL
Süleyman peyğəmbərnən Urustamı Zal bir tarixdə yaşıyıf. Həzrət Əlidən sora yer üzündə qüvvəli pəhlivan Urustamı Zal oluf. Yeriyəndə qurşağatan yeri yara-yara yeriyirdi. Devlər də o vaxdı yaşıyıf. İndi bizim yerrərdə kahalar vardı, deyirdilər ora dev kahalarıdı. Süleyman peyğəmbər iclas keçirir, necə ki indi prezident iclas keçirir. Əsabaların yığıf iclas keçirir. Ağ dev gəlir Süleyman peyğəmbərə şikayətə. Dev girir içəri ki, Urustamı Zal oturuf, Süleyman peyğəmbər də iclas aparır. Dev deyir ki, ya Süleyman, bu Urustamı Zaldan xəbər al, gör biz buna neynəmişik ki, bizim nəslimizi tamam kəsifdi. Əmimi öldürüf, əmim oğlunu öldürüf, atamı öldürüf, qardaşımı öldürüf, kökümüzü kəsif. Belə deyəndə Urustamı Zal əlin uzadır, pəncəsinin beşini də vurur devin ciyarın sağ çıxardır, qoyur qabağına. Deyir ki, səni də belə eliyərəm. Süleyman peyğəmbər də yer üzünün padşahıdı, yaranmışın dilin bilir, Allahın şərəfli peyğəmbəridi. Peyğəmbər sınır. İclas dağılır, peyğəmbər də çox peşman olur. Allahdan səda gəlir ki, ya Əli, mənim əziz peyğəmbərimi Urustamı Zal sındırdı camahatın içində. Girirsən Süleyman peyğəmbərin şəklinə, güjünü Urustamı Zala gösdərərsən. Allah Əlini salır Süleyman peyğəmbərin şəklinə.
İndi Urustamı Zal iclasdan çıxıf gəlir, böyüh bir dərədi, ordan addıyajax öz iqamətgahına. Həzrət Əli Süleyman peyğəmbərin şəklində kəsir bunun yolunu. Deyir:
– Urustamı Zal, ayağ saxla. O dev gəlmişdi maa şikayətə. Bəs sən məni niyə o camahatın içində sındıdın? İndi maa cavab ver.
Urustamı Zal gülür. Deyir:
-
Ya peyğəmbər, peyğəmbər adamsan, cavab ver nədi? Mən nətərə saa cavab verim?
Deyir ki, saa deyirəm maa cavab ver. Genə deyir, ya peyğəmbər, axı sən peyğəmbərsən, mən nətər sənə güjümü gösdərim? Urustam Zal əlinin dalıynan yavaşca peyğəmbəri itələmək isdiyir, görür köklü daşdı, tərpədə bilmir. Ajığı tutur qurşağınnan tutur ki, qaldıra, görür yox, heş tərpədəsi deyil. Bir güj verir özünə, tokka yerinədək girir yerə, ayağın yerdən üzə bilmir. Əlin keçirir (canım sənə fəda olsun, ya şahi mərdan Əli) Zalın kəmərinə, qaldırır başı üsdə üş dəfə buluyur atır, düz gedir dirənir ağ buluda. Ağ buluda dirənəndə yönü bəri qayıdır. Qayıdanda əlin verir, başı üsdə çatanda kəmərinnən tutuf ayax üsdə qoyur yerə. Deyir, get, bir də mən olan yerdə mənim sözümün qavağına söz çıxartma. Onnan sora Zal Süleyman peyğəmbəri görəndə onnan çəkinirdi. Süleyman peyğəmbər də görür ki, Zal əvvəlki Zal deyil.
36. HƏZRƏT ƏLİ VƏ GAVUR
Deyir, bir gün bı Allah nəhlət eləmişdərin bir sərkərdəsi, yəni yeziddərin sərkərdəsi deyif ki, mən Əlini məhf eləməliyəm. Deyillər ki, yox, Əli girməli kol deyil da. Sən onu öldürə bilməzsən. Nəsə, gedillər. Rəvayətə görə, qurban olduğum Allah birinci gavura yol verir. Gəlir Əliynən üzbəüz durur. Deyir ki, Allah saa nəhlət eləsin, birinci sən məni vır. Bını Əli gavurun sərkərdəsinə deyir. Yezitdərin sərkərdəsi əmudu alır əlinə, nətər Əliyə endirirsə, Əlinin atı dizinə qədər batır torpağa. Əli sora silkələnif çıxır. Əli sərkərdəyə deyir ki, Allah saa nəhlət eləsin, indi sən dur, mən vırım. Əli nə cür qılıncını endirirsə, düz bının özünü də, atını da biçə-biçə gedir ayağa. Biçməyi amma görünmür. Əli sora gavura deyir ki, əşi, haran ağrıdı? Deyir ki, alnım ağrıdı, bir də dilimin ucu ağrıdı. Əli ona deyir ki, alnın ona görə ağrıdı ki, sənin alnın möhür görmüyüf, dilin la-ilahə-illəllaha dönmüyüf, ürəyində də Allah xofu yoxdu. Allah saa nəhlət eləsin, tərpən. Tərpənəndə bir şakqa bir tərəfə düşür, bir şakqa da o tərəfə düşür. Onnan sora yezitdərdən nə qədəri Əlinin tərəfdarı oluf.
Bala, bını ana babamdan eşitmişəm.
37. ƏLİ DOSTU
Qəmbər Əli dosduymuş da. Qəmbəri od yandırmırmış. Biri gəlif deyir ki, mən Əli dosduyam. Deyir, nolar, mənnən dosd olursan daha yaxşı. Bunu sınaxdan keçirir. Bir təndir yandırır, təndirin şirəmət yerində deyir özünü at təndirə. Bu şəxs özünü ata bilmir təndirə. Deyir, indi dur qıraxda. Çağırır:
– Ya Qəmbər.
Deyir:
– Can Əli.
Deyir:
– Bura gəl.
Gəlir. Deyir:
– Özünü at təndirə.
Sırazı Qəmbər özünü atır təndirə, bu da dəmiri götürür qoyur ağzına. Aradan bir az keçir. Gəlillər ki, Qəmbərin qabağında güllü baxça, kefdədi. Deyir ki, oğul, sənnən əziz dosd olmaz. Əziz dosd bax belə olar.
38. HƏZRƏT ƏLİ HAQQINDA DİGƏR MƏTNLƏR
I mətn
Cənab Əli Basarkeçər dağını qılıncıynan vuruf, dağı yarıf ordan keçif gəlif. Ona görə 1941-1945-də hər yer aj qalanda bir Beyləqannan çörək qutarmadı (peyğəmbərin surfası oraya açılmışdı), bir də Basarkeçərdən. Basarkeçərdən gedif taxıl gətirif yeyərdih ajdıx ili.
II mətn
Həzrət Əli Dəcləmi, ya Fəratmı çayının yanında durur, deyir siz mənim ağlımnan yox, qolumnan istifadə etdiniz. Mənim ağlımnan istifadə etsəydiniz, mən bu çaynan dünyanı nura qərq eliyərdim.
III mətn
Müharibə olur, bərk vuruşma gedir. Gavurlar Xeybər qalasına yığışıllar. Əli Xeybər qalasıın qapısını kəsir, deyir, burdan bir adam çıxmasın. Bunnarı qırır. Üzdən irax, bir qancıx balasın ağzına alır Xeybər qalasınnan çıxır. Əli deyir, burdan heş kim çıxmadı ki? Deyillər yox, heş kim çıxmadı. Amma bir qancığ ağzında balası çıxdı. Deyir:
– Vay dad, biz adam qırmamışıx, elə gavırlar öz yerindədi.
IV mətn
Həzrət Əli getmişmiş ova. Gedir ki, bir cüyür balasın əmizdirir. Cüyürü vurmur, çıxır gəlir. Sora başqa ovçular bu cüyürü vurullar. Görür ki, bunun balaları yetim qalıf. Ona çox heyfsilənir. Onnan sora ov mövsümünü o yaradıf ki, bala vaxdı heş kəs ova güllə atmasın.
39. BÖYÜYƏ HÖRMƏT
Xalam deyirdi ki, qurban olduğum da buyurur ki, böyüyə hörmət hamımızın borcudur. Lap gavur olsun, sənnən böyühdürsə (indi öldürməh vaxtı öldürür hamı bir-birini, ama hörmətə nə söz) gərəh hörmət eliyəsən. Doxsan dörd yaşı varıydı xalamın bınnarı maa deyəndə.
Xalam deyirdi ki, peyğəmbər zamanında peyğəmbərlərimizdən imiş, ya da oğluymuş, yolnan gedirmiş. Nəysə da, onnardanıymış. Yolnan gedəndə elə bir yola çıxıf ki, dar yoldu. Bının qabağında da bir qaraltı var. Yolun hər iki tərəfinə də buğda əkiflər. Qaraltıya baxır ki, o ağsakqal bir adamdı, bının qabağında gedir. Yol da dardı. Deyir, neyniyim axı mən? Bı tərəfnən getsəm, bırda çörəyi əyaxlıyacam, o tərəfnən getsəm, o da çörəhdi, ayaxlıyacam. Qabağımnan gedən də ağsakqal adamdı, mən bını necə ayaxlıyım? Durur gözdüyür, ta bınnarı ayaxlıya bilmir da. Qurban olduğuma bının hərəkəti agahdır. Bınnar o qədər yol gedillər ki, bu qoca kişi dönüf başqa bir yolnan gedəndə bı tez keçir, gedir atasına çatır. Atası deyir ki, sən niyə gej gəldin? Deyir ki, ay sənə qurban, mənim gej gəlməyim sənin özaa bəllidir, mən keçə bilməzdim. Atası deyir ki, yox, dilinnən de görüm, niyə gej gəlmisən? Deyir, belə bir yola çıxdım, hər tərəfi buğda. Keçmədim ki, buğdanı ayaxlıyaram. O tərəfdən də keçmədim ki, çörəyi ayaxlıyaram. Nə də o qocanı ayaxlıyıf keçif gələ bilməzdim. Gözdədim, öz yoluna dönənnən sora gəldim. Dedi ki, əgər sən gavur da olsaydı, həmin qojanı keçif gəlsəydin, mən səni peyğəmbərrihdən salardım. Qocaya hörmət lazımdı, kim olursa olsun.
PİRLƏR VƏ OCAQLAR HAQQINDA
40. CİCİMLİ OCAĞI
I mətn
Həzrət Əli orda gavurlarnan müharibə aparır. Yenir Cijimli kəndinə. O vaxdı da adamlar kahalarda olurmuşdar. Bir qoja qadının qonağı olur. Qarı evində nə varsa gətirir süfrə salır. Bilmir ki, qonağı cənab Əlidi. Bir soğan, bir qab qaynadılmış lobya, para arpa çörəyi, bir az duz, kasada da su qoyur süfrəyə. Ojaxdan da oddu kösöyü götürür sirkəliyir qoyur böyrünə. Deyir:
– Qonax, pismillah elə.
Cənab Əli də belinnən zülfüqarın çəkirir qoyur böyrünə. Çörək yeyilənnən sora deyir:
– Qarı nənə, cijim olasan, sağ ol, Allah var eləsin.
Sora deyir ki, kösöyü niyə ojaxdan götdün qoydun böyrünə? Qarı deyir:
– Qonax, bilmirəm kimsən, nəçisən. Amma bu and üzərimə olsun ki, yekəxanalıx eləsəydin ki, mana toyux kəs, aş bişir, səni bu köseynən döyəjeydim. Ona görə ki, mənim olanım budu.
Deyir ki, sən niyə qılıncını çəkdin qoydun böyrünə. Deyir ki, qarı nənə, mən Abutalıb oğlu Əliyəm. Bu and üzərimə olsun ki, dil-ağız eləsəydin ki, bağışda sənə layıx olmadı, sənin boynunu bu qılışnan vurajeydim.
Cijimli ojağı onnan qalmadı. Qoturu olan, it tutan adamları aparırdılar, ojağın üstündə oturan adamların barmağınnan qan alıf sürtərdilər çörəyə, o yiyərdi sağalardı.
Dostları ilə paylaş: |