AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 0,99 Mb.
səhifə4/7
tarix05.03.2017
ölçüsü0,99 Mb.
#10311
1   2   3   4   5   6   7

ALQIŞLAR
*Allah axırıvı yarıtsın!

*Qara günün əlindən getsin!

*Tutduğun altın olsun!

*Bir qoyub min götürəsən!

*Dizində ağ tük bitsin!

*Yeddi oğul əvi tikəsən!

*Bir əlin yağda, bir əlin balda olsun!

*Neynim, necə eyliyim deməyəsən!

*Allah ürəyivə görə versin!

*Gözün dolusu görəsən!

*Allah bərk əliynən versin2

*Əlində ovucunda qalsın!3

*Allah evivə şaddıx qismət eləsin!

*Baxtım açıq olsun!

*Üzün gülsün, könlün şad olsun!

*Ağ günnü, ağ əppəkli olasan!

*Oğul-qız, nəvə-nəticə görəsən!

*Ömrün duz dağına dönsün!



QARĞIŞLAR
*Üzüvə daş yamansın!

*Boğazıva quş quyruğu düzülsün!

*Bir-bir olasınız, min-min qırılasız!

*Hamınız bir əlcəyə yuyulasız!

*Qırılan sizdən olsun, qazma bel bizdən olsun!

*Ömrüvə həzrət Əli qılıncı dəysin!

Ağam Əbülfəzliabbas sənə qənim olsun!

*Səni çörək tutsun!

*Səni Allaha tapşırmışam!

*Torpaq səndən uca dursun!

*Çörək atlı olsun, sən piyada!

*Ömrüvə fələyin əli dəysin!

*Dilindən qara əqrəb vursun!

*Dilinə şiş batsın!

*Doğduğun qız,

*Doğradığın bez olsun!

*Üzüyə heç gün doğmasın!

*Səni görüm gəlin öləsən!

*Səni görüm gəlin umuduna qalasan!

*Anan cığcığalarıvı suya axıtısn!

*Yuvanda bayquşlar ulasın!

*Səni görüm heç ər çörəyi yeməyəsən!

*Gözüvün yaşı çörəyivə yamanlıq olsun!






ANDLAR
*Allah haqqı

*Quran haqqı

*Məscid haqqı

*Çörək haqqı

*On iki imam haqqı

*Həzrət Abbas haqqı

*And olsun qərib İmam Rzaya

*And olsun Əlinin qəzzəb oğlu Əbülfəzliabbasa

*Kəsdiyim duz çörəyə and olsun

*Bu qənd kimi gözüm ağarsın

*Bu çörəyi yeddi qapı dilənim tapmıyım

*İki gözüm avucuma axsın

*Sabaha sağ çıxmayım

*Atamın canına

*Anamın canına

*Qardaşımın canına

*Balamın canına

*Namusuma and olsun

*Vicdan haqqı

*O günə kor baxım






AYAMALAR
*Agent Məsmə

*Xəbərçi Xəlil

*Pişik Əli

*Çoşqa Əli

*Sarı Əli

*Bülbül Əli

*Qozman Əli

*Qız Həmid

*Di Məmməd

*Qara Sevda

*Samovar seyid

*Qarpız Məsmə

*Çölməkgöz Səhnə

*Qız Səhnə

*Cinni Qasım

*Qara Qasım

*Gürcü Aydın

*Quzu Aydın

*Eşşək Həsən

*Cart-cart Məşədihüseyin

*Zibil Ağa

*Zərgər Ağa

*Nemes Telman

*Kraska Vəli

*Kukla Yaşar

*Qaz Əli


*Kişi Pəri

*Bala Səhnə

*Qıllı Qafar

*Fantomas Telman

*Qaz-10 Rüstəm

*Çərçi Abbas

*Gül Ağa

*Div Hüseyn

*Foto Qadir

*Danqrat Mamed

*Dobri Mamed

*Laqqa Mamed

*Qaraçı Zəmfirə

*Aptek Əli

*Nəfçi Əhməd

*Leş Tağı

*Svarka Nəbi

*Bazarkom Vəli

*Gopçu Məhəmməd

*Budka Taviz

*Dişdan Əbilfəz

*Çoban Məşdi

*Dükançı Adil

*Dəli Dostəli

*Bid-bid Mamed

*Mantyor Tapdıx

*Dardari Məsi

*Civə Nazim

*İt Qasım

*Xoruz Əli

*Toyuq Əli

*Neznayem Qiyas

*Kitasn Nazim

*Dıqqış Əli

*Cırtdax Xanım

*Cin Zeynəb

*Cacan

*Cini


*Miti

*Pəhlivan

*Hediqulu

*Dadnlı


*Tini
NAXÇIVANDA ÇEŞMƏ

VƏ BULAQ ADLARI
*Kəblə Musa çeşməsi

*Xırda çeşmə

*Cənənbər

*Qızlar bulağı

*Ağamalı çeşməsi

*Qızdırma çeşməsi

*Sahab çeşməsi

*Şorbulaq

*Namaz bulaq

*Erməni çeşməsi

*Bəydili bulağı

*Ağ bulaq

*Xor-xor bulaq

*Zor bulaq

*Çınqıllı bulaq

*Qoç ağa bulağı

*Sirab

*Badamlı


*Cuğa

*Vayxır


*Darıdağ
İNANCLAR
*Uşaq gec danışarsa, stol əskisi ilə ağzını silərlər. Əgər ağ­zının suyu dayanmırsa, o zaman əmisinin corabı ilə ağzını silərlər.
*Hər hansı bir şeydən uşaq qorxardısa, yeddi qapının cəftəsini bir stəkan suya salıb uşağa içizdirərdilər.
*Nənələr üzüm sirkəsi qoyanda çalışarlar ki, üstünə oğ­lan uşağı gəlməsin. Çünki o zaman inanırlar ki, sirkə çaxıra dönür.
*Təndirə çörək yapanda, ev tikəndə və ya hər hansı bir iş görəndə deyərlər ki, ayağı yüngül bir adam iş üstünə gəl­sin. O zaman iş tez başa gəlir.
*Həbsdə olmuş adam evə dönəndə qonşu evin həyə­tin­dən öz evinə keçirərdilər
*Yas və ya qəbir üstündən dönən qadınlar bir-birinin evi­nə getməzlər. Bu yaxşı əlamət sayılmaz. Hətta evə dönər­kən ilk qarşılarına çıxan bulaxda əl-üzlərini yumaları lazım­dır.
*Şər vaxtı evdən acı xəmrə verməzlər.
*Qonşu sarmısaq və ya soğana gəlsə, bunları onun əlinə verməzlər. Qoyarlar yerə ki, özü götürsün.
*Hər hansı bir xəstəlik, ölüm-itim barəsində danışırsan­sa, danışdığın adama üstüvə sağlıq, iraq canından, əlimi sənə xeyirə uzadım demək lazımdır.

*Ev gülünü kiməsə versən, azacıq miqdarda pul almaq lazımdır. Yoxsa gül küsər və xarab olmağa başlayar.


*Başqa bir inanca görə evdən gül verdikdə evin sevin­cini vermiş olursan.
*Gəlin köçən qızın ardınca su atmazlar, yoxsa tez qayı­dıb gələr. Ardınca düyü atarlar ki, çox qız ərə getsin.
*Ərli qadın nişan üzüyünü tez-tez çıxarıb yoxlamaq üçün ona-buna verməməlidir, yoxsa xoşbəxtliyi azalar.
*Nişan üzüyü nə qədər hamar olsa, gəlinin həyatı bir o qədər rahat keçər.
*Əldən düşən qab sınmasa, evdən lazımsız üç şüşə qab sındırmaq lazımdır.
*Həmçinin pis gözü, nəzəri olan adamla qarşılaşdıqdan sonra da qab sındırsan pis olmaz
*Tut ağacı müqəddəs hesab edildiyindən özü quruma­yın­ca kəsməzlər. Tuta həm də ehsan ağacı deyirlər.
*Toy günü yağış yağarsa, deyərlər ki, bəy və ya gəlin qazandibi yeyib. Odur ki, evin ilki olan bir uşağı çağırıb deyərlər ki, çıx eşikdə bir daş çevir.

Uşaq daşı çevirib deyər:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Yağış, mən kəsdim

Sən də kəs!

*Ölmüş adamın dalınca pis danışmazlar. Deyərlər ki, ölüdən şeytan keçib, sən də keç.
*Deyirlər ki, cehiz xain olar. Odur ki, guya qabaqcadan çox cehiz alınmış qızın baxtı gec açılar. Baxtı gec açılan qı­zın adına alınmış əşyalardan satmaq lazımdır.
*Suya, bulağa, çeşməyə tüpürməzlər. Deyərlər ki, su aya­sı adamı vura bilər.
*Deyilənə görə heç nə yiyəsiz deyil. Suyun da yiyəsi su ayasıdır.
*Evdən çıxanda evi ev ayasına tapşırıb deyərlər: Evim­dən – eşiyimdən muğayat ol, ay ev ayası.
*Axşamdan stolun üstündə qalmış suyu içmək düz de­yil. Çünki axşamdan evdəki şər qüvvələr suya cəmləşdi­yin­dən insana toxunurlar.
*Deyirlər ki, uzun müddət xəstə olub ölmüş adamın is­tifadə etdiyi güzgüdən sağlam adamlar da istifadə etsələr, xəstələnə bilərlər. Guya güzgü şər qüvvələri özündə cəm­ləşdirir və dağıdır.

*Deyirlər ki, qapını açıb kandarda dayanmış dilənçiyə və ya yolçuya pul vermək düz deyil. Evin bərəkəti qaçar. Ya sən çölə çıxmalısan, ya gələni içəri dəvət eləməlisən.


*Müqəddəs yerlərdən başqa, özgə bir yerdən evə daş gətirsən, onun düşər düşməzi olar.
*Qızılca çıxaran uşağın yatdığı evin pəncərəsinə qırmızı pərdə çəkərlər. Yanına bir qab su, içinə yumurta və qırx dənə kiçik çubuq qoyarlar ki, uşaq qızılcanı rahat keçirsin.
*İsti və mehsiz yay gecələrində qırx keçəlin adını sayar­lar ki, külək əssin. Və ya evin yaşlı adamları əlinə yaylıq alıb özünü yelləyə-yelləyə deyər:

Heydər, Heydər əsib gəl,

Yeddi xırman keçib gəl,

Oğlun qızın ölübdür,

Yaylıq götür yasa gəl.

Deyirlər guya bu zaman külək əsir və yağış yağır.


*Evdə gül dibçəyinə soğan, sarmsaq və bibər əkməzlər. Deyirlər bu zaman aclıq gələr.
*Deyirlər ki, başqasına cib dəsmalı verməzlər, ayrılıq olar.
*Gəlin gedən qızın ayaqqabısının altına yaşı ötən qız­ların adlarını yazarlar ki, onlara da toy qismət olsun.
*İnanca görə uşağı olmayan adamı oturdub başına ruzi duası oxunmuş imam süfrəsi çırparlar. Həmin qadın yerə tökülmüş düyü və çörək qırıntılarını yığıb niyyət etməli və uşağı dünyaya gələndən sonra süfrə açıb ehsan verməlidir.
MİFOLOJİ MƏTN
Minayə xanımın nənəsigil Qubadlının Əyin kəndində yaşayırdılar. O, danışırdı ki, kənddə yaxşı ev-eşikləri, həyət-bacaları var idi. Qış uzunu kəndlilər evdə odun peçi yandır­dıqları üçün hər evin qənşərində doğranmış odunlardan barı ucalırdı. Qış uzunu nənəm hər dəfə həyətdən odun gətirməyə gedəndə görür ki, yığılmış odunun bir hissəsi oğurlanıb. İş elə sürətlə davam edir ki, nənəm oğrunu tutmaq qərarına gə­lir və başlayır güdməyə. Bir də görür ki, odunluqda uca­boylu, qeyri-təbii vücudlu boynuna iri daşlardan muncuq tax­mış bir qadın qucağına xeyli odun toplayıb uzaqlaşmaq istəyir. Nənəm tez qaçıb arvadı saxlamaq istəyəndə arvad çönüb qaçır. Nənəm əl atır arvadın boynundakı daş boyun­ba­ğıdan yapışır. Lakin arvadı saxlaya bilmir. Arvad boynun­dakı boyunbağını qırır və nənəmin əlindən qurtulub qaçır. Elə bu anda nənəm də qorxudan bayğınlıq keçirir. Ayılanda əlinin yumruq vəziyyətdə olduğunu görüncə əlini açır və ovcunda böyük bir daş muncuq olduğunu görür. Nənəm daşı götürüb evə gəlir və onu sandığında gizlədir. Nənəm deyir ki, o vaxtdan bu vaxta sandığa nə qoyuramsa, onun üç qatını götürürəm. Və evin bərəkəti artır. Evdə un, düyü, buğda və ya hər hansı bir ruzinin də üstünə qoyursa bu daşı, həmin nemətin də bərəkəti artırmış. Nənəm vəfat edəndə həmin daşı mənə bağışladı. Və elə həmin gündən mənim evimin də ruzisi heç azalmadı. Hara qoyuramsa, evə bərəkət gətirir.
RƏVAYƏTLƏR

QİSMƏTDƏN ARTIQ YEMƏK OLMAZ
Keçmişdə ağır vəziyyətə düşən bir kişi nəzir edib deyir:

– Ay Allah, məni bu düşdüyüm bəladan qurtar, filan qədər nəzir-niyaz verəcəyəm. Bir müddət keçir, hər şey yo­luna düşür, kişinin vəziyyəti yaxşılaşır, lakin nəzirini verə­cək bir adam tapa bilmir. Gedir axundun yanına, əhvalatı ona danışır. Axund deyir ki, sabah erkəndən durub çıxarsan küçəyə, qarşıva ilk çıxan adama nəzirivi verərsən.

– Kişi belə də eləyir. Səhər qarşısına gümrah, bazbu­rut­lu, bığları yağlı bir adam çıxır. Kişi baxır ki, bu adam nəzir veriləcək adama heç oxşamır. Odur ki, sabahısı günü göz­ləyir. Sabah yenə həmin şəxs kişinin qarşısına çıxır və kişi yenə də nəzirini ona yaraşdırmır. Məsələ qalır üçüncü günə. Üçüncü gün yenə də həmin adam çıxır kişinin qarşısına, o, bu məsələyə lap mat qalır və həmin adamı güdmək qərarına gəlir. Bir müddət həmin adamı izlədikdən sonra onun evinin yerini öyrənir. Görür ki, bu adam çox kasıb, gün çörəyinə möhtac bir adamdır, özünü saxlaya bilməyib kişinin evinə daxil olur. Görür ki, kişi iki əlini pəncərəyə qoyduğu azacıq piyə sürtüb, sonra isə bığlarına çəkdi. Kişidən soruşur ki, sən bu qədər ehtiyac içində ola-ola niyə özüvü elə göstərirsən ki, guya hər şeyin var? Kişi deyir:

– Bala, verən də Allahdır, alan da. Əgər səni mənə ruzi göndəribsə, sən mütləq gəlib məni tapacaqdın və ya özü mə­ni sənin qarşıva çıxaracaqdı. Allahıma inamım məni əyil­mə­yə qoymadı, qismətdən artıq yemək olmaz.



LEYLAC MƏNƏM, SƏN KİM OLACAQSAN?
Çox varlı bir kişi olur. Bir gün bu kişi ölüm ayağında oğ­lunu yanına çağırır, deyir:

– Oğul, mən bilirəm ki, sən fərasətsizin birisən, mənim çətinliklə yığdıqlarımı ölümümdən sonra qumara və eyş-işrətə xərcləyəcəksən. Ancaq sənə xahiş edirəm, qumar oy­nasan, get Leylacın özünü tap (xalq arasında belə bir ifadə var, deyirlər filankəs işinin Leylacıdır) onunla oyna, uşaq-muşaqla oynama. Kişi ölür, oğlu bir müddətdən sonra Ley­lacı axtarmaq fikrinə düşür, çox axtarır, böyük çətinlikdən sonra Leylacın sorağını İsfahandan alır və İsfahana yola dü­şür. Ha orda, ha burda, axır ki, bir nəfər deyir ki, bəs Leylac filan xaraba hamamın damında yaşayır. Oğlan gedib həmin xaraba hamamı tapır, çıxır onun damına, görür ki, bir səfil, üstü, başı dağılmış bir nəfər yatıb. Oğlan onu yuxudan oya­dır və deyir ki, mənə Leylac lazımdır. Səfil soruşur:



  • Neynirsən Leylacı?

Oğlan deyir:

  • Atam öləndə vəsiyyət edib ki, qumar oynamaq itəsəm Leylacı axtarıb tapım, ona görə də indi onu axtarıram.

Leylac oğlanı başdan-ayağa süzüb deyir:

– Ay bala, dədən düz deyib, bu peşənin Leylacı mənəm, bu kökdəyəm. Sən qumar oynasan kim olacaqsan?




DƏRDSİZ İNSAN YOXDUR
Bir qoca abid varmış, kişi ölənə qədər dərdsiz-qəmsiz bir adam axtarır, lakin heç vaxt belə bir insana rast gəlmir. Tanıdığı, bildiyi insanların hərəsinin bir cür dərdi olur. Abid bir gün ölüm ayağında oğlunu yanına çağırır və ona deyir: “Oğul, bax, o taxçıya quru çörək qoymuşam, sən dərdsiz in­sana rast gəlsən həmən çörəyi o adama verərsən”, deyib ölür. Uzun bir vaxt keçir, oğlan da belə bir adama rast gəlmir. Axırda bezib çörəyi xırdalayıb, həyətdəki toyuq-cücənin qabağına səpir. Dənə gələn toyuq dil açıb oğlana deyir:

– Sən nə bildin ki, mənim dərdim yoxdur? Mənim dərdim lap böyükdür, çünki öz yumurtamdan çıxan beçə üstümə xoruzlanır.



NAĞILLAR
HƏR ZİYANDA BİR XEYİR VAR
Deyir, keçmişdə bir şah olur. Bunun çox ağıllı bir vəziri var imiş. Şah həyatda rastlaşdığı müxtəlif hadisələr barədə vəzirə müraciət edər, onun məsləhətini istəyərmiş. Vəzir bacarığı daxilində hadisələri izah edər və axırda da deyər­miş: «Şah sağ olsun, hər ziyanda bir xeyir var».

Bir gün şah başının dəstəsi ilə ova çıxır. Qəfil bir ox şahı dirsəyindən yaralayır və qolu dirsəkdən üzülür. Ov əhli çox pərişan olur. Şahı saraya gətirirlər. Bir qolunu itirdikdən sonra şah uzun müddət xəstə yatır. Saray əhli hər gün şahı ziyarət edir, ona təsəlli verir. Lakin şah bu acıyla barışa bilmir. Yenə bir gün vəzirə söyləyir ki, necə olacaq? Mən bun­dan sonra könlümün təsəllisi olan ova necə gedəcəyəm? Vəzir yenə də şahı sakitləşdirir və deyir:

– Qəm yemə, şahım! Hər ziyanda bir xeyir var.

Bu dəfə vəzirin bu təsəllisi şaha heç xoş gəlmir və əmr edir ki, vəziri zindana salsınlar. Vəziri zindana saldıqdan sonra bir müddət keçir. Şah nisbətən yaxşılaşır. Ancaq ov həvəsi onu heç cür tərk etmir. Nəhayət, qərarını verir, əyan əşrəfi toplayıb yenidən ova çıxır. Lakin bu dəfə daha qor­xulu hadisə baş verir. Bir mağara yaxınlığında adamyeyənlər hücum edib bütün ov əhlini tutub aparır və onları mağaraya salırlar. Adamyeyənlər hər gün iki-üç adamı parçalayıb ye­yir­mişlər. Növbə şaha çatanda görürlər ki, onun bir qolu yox­dur. Onlar təlaşla bir-birinə baxıb fikirləşirlər ki, necə olub ki, bunun bir qolunu yeyiblər, qalanını yox. Yəqin bunda bir iş var və onu yemək olmaz. Odur ki, şahı itələyib mağaradan çölə atırlar. Şah çox böyük çətinliklə saraya qa­yıdır. Özünə gələndən sonra vəzirini xatırlayır və düşünür ki, əyər iki qolu da salamat olsaydı, adamlar onu diri-diri parça­layıb yeyəcəkdilər. Əmr edib vəziri zindandan azad elətdirir və onu hüzuruna çağırıb əhvalatı danışır. Sonunda deyir ki, sən haqlıymışsan. Doğurdan da hər ziyanda bir xeyir var imiş. Vəzir əhvalata diqqətlə qulaq asandan sonra deyir:

– Qibleyi aləm sağ olsun, məni zindana saldırdığın üçün heç narahat olma! Əslində bu da mənim xeyrimə olub. Çünki sən ova heç vaxt mənsiz getməzdin. Əyər mən də zin­danda yox, ovda olsaydım, adamyeyənlər məni də yeyəcək­dilər. İndi gördün ki, hər ziyanda bir xeyir var?
AĞILLI QAYNANA
Bir arvad olur, bının da aman-zaman bir oğlu olur. Oğlan böyüyüb evlənəcək yaşa çatır. Bir gün çeşmə üstündə bir qız görür və ona vurulur. Gəlib qızı anasına tanıdır. Anası da elçi düşür, gedib qıza toy edib gəlin gətirir. Ancaq gəlin çox bədəsil çıxır. Elə toy gününün səhəri durub qayna­nasının başmaqlarını cütdüyüb qoyur qabağına və deyir ki, mən gəldim, burda sənə yer yoxdur. Hara istəyirsən, çıx get!

Arvad baxır ki, bu xına o xınadan dəyil. Gəlin çox bəz­zaddır. Başlayır gəlini şirin dilə tutmağa, deyir:

– Ay qızım, başıva dönüm, bəs mən niyyət eləmişəm ki, oğlumun balasın görəm. İnşaallah qoy, bir övladın olsun, onu böyüdüm, əziyyətini çəkim, sonra çıxıb gedərəm.

Gəlin çar-naçar razılaşır. Bir müddətdən sonra gəlinin bir oğlu olur. Zahılıqdan duran kimi yenə qaynanasına deyir:

– Ta get, indi mənim bir oğlum da var.

Qaynanası deyir:

– Qızım, bəs sən iş-güc görəndə bu uşağa kim baxacaq? Qoy sənin balavı böyüdüm sora çıxıb gedərəm.

Gəlin baxır ki, həqiqətən qaynanası olmasa işin-gücün öhdəsindən gələ bilməyəcək. Bu illər ərzində gəlinin 4-5 uşağı daha olur. Başı uşağa elə qarışır ki, qaynanaya daha heç nə demir, bir təhər yola gedirlər. Gəlinin ilki böyüyür, evlənmək məqamına çatır. Gəlin yenə köhnə havanı çalmağa başlayır. Deyir:

– Ta, uşaqlar yekəlib ərsiyə çatıblar, daha sənin burada qalmağıva ehtiyacım yoxdur, çıx get!

Qaynana gəlinə yenə də yalvar-yapış edir:

– Ay qızım, mən bu uşaqlara bu qədər əziyyət çəkmişəm. Heç olmasa, birinin toyunu görüm, sonra gedim.

Gəlin yenə fikirləşir ki, ta toya nə qalıb? Oğlumu evləndirib gəlini gətirərəm. Qaynanam da çıxıb gedər. Bu arzu ilə toy eləyib gəlini gətirir. Ağıllı qaynana toy gecəsi özünü verir gəlinin yanına və deyir:

– Sənə qurban olaram, ay qızım. Bəs bu evdə qaydadır. Təzə gələn gəlin qaynanasının başmaqlarını cütləyib ona yol göstərər. Sən də səhər dur, qaynanava de ki, mən gəldim ta sən çıx get. Gəlin razılaşır. Səhər təzə gələn gəlin qayna­na­sının başmaqlarını cütləyir qabağına və deyir:

– Mən gəldim, ta sən çıx get.

Təzə gəlinin bu sözləri qaynanaya od qoyur. Ucadan bir qiyyə çəkib öz qaynanasına deyir:

– Ay ana, görürüsən bu dünənki uşaq mənə nə deyir?

Ana mənalı-mənalı gəlininə baxıb deyir:

– Hə qızım, bu sözlər mənə çox tanışdır. Mən də sənin sözlərivə bu qədər yanmışam. Ancaq gəlin pis olsa da, qay­nana onu yola verməyi başarmalıdır. Odur ki, deyirlər ki, gə­lin özbaşına gəlin olmaz, düşdüyü evdə gəlin olar.

Bu sözlərdən sonra gəlin səhvini başa düşür və qay­nanasından halallıq istəyir.
NAXIRÇI QIZININ KÖNLÜ

NAXIRÇI ƏPPƏYİ İSTƏR
Belə rəvayət edirlər ki, keçmiş zamanlarda bir şah var­mış. Bir gün şah əyan-əşrəfi toplayıb ova çıxır. Onlar bir-ne­çə yerdə bərə qururlar. Surayçılar meşənin dərinliyindən ovu qovmağa başlayır. Padşah duran bərədən bir ceyran çıxıb qaçır. Şah bunu görüb, tez ox, yayını alıb ceyranı oxla vurur. Ceyran yaralı olmasına baxmayaraq, sürətlə uzaqlaşır. Şah tez atını minib yaralı ceyranı təqib etməyə başlayır. Ceyran yaralı olduğundan yaşıl talada olan alaçıqlardan birinə tə­pinir. Şah yavaş-yavaş gəlib çadırın astanasına çatanda görür ki, ceyran çox gözəl bir qaraçı qızının ayaqlarının yanında uzanıb can verir. Şah kim olduğunu gizlədir. Evə ceyranın izi ilə gəldiyini söyləyir. Ancaq evin qızı onu o dərəcədə valeh edir ki, qızla evlənmək istədiyini qərarlaşdırır. Qızın ata-anasını razı salır, qızı götürüb saraya aparır.

Şah yeni evləndiyi qızı o qədər çox sevirdi ki, onun hər an yanında olmasını, onunla birlikdə süfrədə oturmasını is­təyir. Lakin qız şahın yanında bir tikə də olsun, yemək ye­məz, ye­məkləri öz otağına gətizdirərmiş. Bu münasibət şaha çox qeyri-adi göründüyündən qızı güdmək qərarına gəlir. Bir gün qul­luqçular yenə qıza yemək aparanda şah yavaşca qızın otağına yaxınlaşır. Görür ki, qız yeməkləri qulluqçudan alıb otaqdakı ləmə və rəflərə düzdü. Sonra bir-bir hər rəfə ya­xınlaşıb yazıq bir tövr ilə əl açıb bir qismət sədəqə istəyir, dilənir. Sonra bir tikə götürüb həmin bu təamdan yeyir. Şah bu işə mat qalır və düşünür ki, xisləti dəyişdirmək olmaz. Sa­rayda qaraçı qızına xanım kimi yanaşsalar da, o, elə qa­raçılığında qalır. Odur ki, deyərlər ki, “naxırçı qızının könlü naxırçı əppəyi istər”.


AXMAQ KİŞİ VƏ ARVADI
Biri var idi, biri yox idi ağıldan dayaz bir kişi var idi. Bu­nun da bir səy arvadı var idi. Bir gün kişi bazardan bir qazan alır gətirir evə. Arvad qazanı görüb çox sevinir. Qa­zanın bir o tərəfinə, bir bu tərəfinə baxır və birdən ərindən soruşur:

  • Ay kişi, indi bəs mən buna duz atım? Bunu satan­dan soruşdun ki, bu qazana nə qədər duz atmaq lazımdır?

Kişi deyir:

– Yox, soruşmadım. Arvad deyir:

– Onda bu saat get, qazanı aldığın adamı tap, soruş.

Kişi məcbur qalıb yola çıxır. Çox axtarıb qazan satanı tapır. Və arvadının istəyini söyləyir. Qazan satan görür ki, kişi axmaqdır, odur ki, zarafatla hər iki ovucunu qabağa uzadıb deyir:

– Bax, bir bu qədər, bir də bu qədər.

Kişi sevincək yola düşür. Yol boyu da unutmasın deyə öz-özünə “bir bu qədər, bir də bu qədər” deyə-deyə gedir. Elə deyə-deyə gəlirmiş ki, qarşısına saxsı qablar yüklənmiş bir qatır çıxır. Kişi qatırın yanına çatanda yenə deyir bir bu qədər, bir də bu qədər. Qatır kişinin əl hərəkətindən hürküb üzü dərəyə qaçmağa başlayır. Qatırın yükündəki bütün qab­lar çilik-çilik olur. Qatırçı qatırını güclə sakitləşdirir. Ancaq sınmış bütün qabların hayfını kişidən döyə-döyə çıxır. Kişi deyir ki, a başına dönüm, bəs mən belə bir şeynən qarşılaş­sam, bir bu qədər, bir də bu qədər deməyim, nə deyim? Qa­tırçı deyir ki, tez yerdən bir az ot yol, qatıra göstər, toş-toş de ki, at hürkməsin. Kişi deyir:

– Yaxşı. Kişi bu dəfə də toş-toş deyə-deyə yoluna da­vam edir. Bir az da gedəndən sonra görür ki, bir xeyləx adam meyit aparır və ucadan ağlaşırlar. Kişi bunu görən ki­mi cu­mur, yerdən bir çəngə ot yolur və gedən adamlara deyir:

– Toş, toş.

Mərhumun oğlu əhvalatdan acıqlanıb kişiyə bir-iki yu­muruq vurub yoldan kənara itələyir. Kişi yerindən durub üst-başını çırpa-çırpa deyir:

– A bala, bəs belə yerdə nə deyərlər?

Oğlan deyir ki, deyərlər ki, birinci və axırıncı olsun! Ki­şi indi də bu sözü deyə-deyə yoluna davam edir. Bu dəfə də qarşısına bir dəstə adam çıxır. Onlar da zurna-qaval çala-çala gəlin aparırmışlar. Kişi dəstəyə yaxınlaşanda deyir: bi­rinci və axırıncı olsun! Bu dəfə də toy əhli başlayır kişini döyüb-söyməyə. Kişi canını zorla qurtarıb deyir:

– Ay qardaş, bəs mən belə şeylə qarşılaşsam, nə deyim? Deyirlər ki, denən bir yerdə qarıyıb qocalasınız. Kişi deyir yaxşı. və yoluna düzəlir. Gəlib bir pinəçi dükanına çatır. Elə bu zaman Pinəçinin yanındakı müştəri ustanın əl muzdunu verib çıxmaq istəyirmiş. Usta pulu alıb oturduğu döşəkçənin altına qoyur. Səy kişi bunu görüb deyir:

– Bir yerdə qarıyıb qocalasınız, qardaş!

Kişinin sözü pinəçinin xoşuna gəlmir. Durub buna bir-iki sillə çəkir. Kişi deyir:

– A qardaş, başıva dönüm, məni vurma! Bəs mən sən vəziyyətdə olan adam görsəm, nə deyim? Pinəçi deyir:

– De ki, altındakını doyunca yeyəsən.

Kişi razılaşır. Yoluna davam edir. Bir müddət keçmiş görür ki, bir kişi çöküstə oturub. Sən demə kişi subaşına çıxıbmış. Ağılsız kişi həmin adama yaxınlaşan kimi deyir:

– Qardaş, altındakını doyunca yeyəsən.

Çöküstə subaşına çıxan adam bu sözdən çox acıqlanır. Yüyürüb kişini tutur və döyməyə başalayır. Kişi güclə canını qurtarıb evinə çatır. Və arvadına deyir:

– Arvad, yol boyu mən nə dedimsə, heç kimin xoşuna gəlmədi, döyüldüm. Sən də gəl qazanıvı götür, bir bu qədər, bir də bu qədər duz at, qurtarsın, getsin.


ALLAHIN İŞİNƏ QARIŞMAQ OLMAZ
Keçmişdə Naxçıvandan bir kasıb oğlan ruzi qazanmaq üçün Arazı keçib İrana gedir. Nə qədər iş-güc arasa da, fərri başdı bir iş tapa bilmir. Yorğun-arğın gəlib bir çayçıda otu­rub, başlayır fikirləşməyə. Çayçıda bir neçə adam onun kim olduğunu, hardan gəlib, hara getdiyini soruşur. O da dərdini bu adamlara danışır. Bu xəbər şəhərin cavan yaşında dul qalmış bur xanımına da çatır. Xanım öz nökərlərinə əmr edir ki, gedin o qəribi gətirin atlara qulluq eləsin. Gedib oğlanı ta­pıb xanımın evinə gətirirlər. Xanım baxır ki, bı çox yara­şıqlı oğlandır. Əmr edir ki, oğlanı aparıb çimizdirsinlər, təzə paltar versinlər. Oğlan çimib, paltarını dəyişəndən sonra, xa­nımın fikri lap qətiləşir. Oğlana deyir:

– Oğlan, məni alarsan?

Oğlan başını aşağı salır, nə deyəcəyini bilmir. Xanım ba­şa düşür ki, oğlan utandığından cavab vermir, odur ki, deyir:

– Oğlan, mənim ağam ölüb, mən də bu böyüklükdə varı-dövləti idarə edə bilmirəm. Yaylaqda sürülərim, ilxılarım var ki, onlara illərlə baş çəkə bilmirəm. Sən gəl məni al, bu varı-dövləti idarə elə. Ancaq səninlə bir şərtim var. Oğlan deyir:



  • Xanım, söylə.

Xanım deyir:

  • Nə olursa olsun, Allahın işinə qarışmayacaqsan.

Oğlan deyir ki, razıyam.

Xanım molla çağırıb kəbin kəsdirir, olurlar ər-arvad. Bir müddət belə keçir. Bir gün xanım deyir ki, hazırlaş, dağa sürülərə baş çəkməyə gedək, həm də işivə sahib olarsan. Oğlan razılaşır. Ata minib yola düşürlər. Yolda hava dəyişir, başlayır külək əsməyə. Oğlan gözlərini ova-ova deyir:

– Əh, bu külək nə idi ey, gözüm çıxdı ha.

Xanım heç dinmir. Yaylağa yaxınlaşanda çiskin-duman çökür, oğlan yolu itirir və yenə gileylənməyə başlayır. Xa­nım yenə dinmir. Ardınca güclü yağış başlayır. Oğlan lap hirs­lənir, başlayır deyinməyə. Xanım görür ki, oğlan onun qoyduğu şərti indidən pozdu. Odur ki, deyir:

– Ədə, filan-filan olmuş, sənə demədim ki, Allahın işinə qarışma, sən kimsən ki, Allaha etiraz eləyirsən. Bu gün Al­lahı tanımayan, sabah da məni tanımaz, tez ol atın başını geri döndər.

Geri qayıtdıqdan sonra oğlana keçmiş köhnə paltarını verib, evdən qovur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin