Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
Türkiyə variantları
3.17.  Aradan  bir az zaman geçer masal  çocuğu çabuk büyür 
(96,  166).
3.18.  Gel  zaman  git  zaman,  en  küçükleri  birini  bitirmiş  iki- 
sine basmış, ortancıl desen yedisini doldurmuş,  sekizine değmiş, 
böyüyün de yaşı  varmış,  on beşini ellemiş...  (84,  187).
B. Daxili təhkiyə formulları
1.  Qəhrəmanların simasını müəyyən edən formullar
1.1.  Qız da ki, elə  gözəldi  ki,  görən deyərdi  elə baxım.  Ağlı 
da  gözəlliyinnən  bir  gələrdi.  Qərəz,  nə  deyim,  gəl  məni  gör, 
dərdimdən öl” (37, 275).
1.2.  Bunun  bir qızı  oldu  ki,  bəeyni  misli  pəri,  aya  deyər,  sən 
çıxma,  mən  çıxım,  günə  deyər,  sən  çıxma,  mən  çıxım.  Bu elə  bir 
qızıdı ki, allah-taala xoş gündə, xoş saatda yaratmışdı (32, 91).
1.3.  Gördü  ki,  Güllü  başını  yuyur,  bulud  kimi  qara  saçları 
üzünə  tökülüb.  Bir  qızdı  ki,  günə  deyir,  sən  çıxma,  mən  çıxım, 
aya deyir,  sən çıxma, mən çıxım (32, 321).
1.4.  Diqqət  eləyib  gördü  bu  elə  bir  gözəldi  ki,  allah  xoş 
gündə,  xoş  saatda  yaradıb.  Gözəl  nə  gözəl!  Nazənin  sənəm,  fə- 
riştə  girdar,  gəl  məni  gör,  dərdimdən  öl,  can  alan,  aşıq  öldürən, 
incə miyan,  nazik bədən,  sünbül nişan  (32, 43).
1.5.  Nigar  nə  Nigar,  hər  saç  hörüyü  bir  salxım,  qara  şam. 
Alnı  ay  kimi,  zülmatlara  işıq  salır.  Qaşları  elə  bil  qüdrəti-  dahi­
nin qələmiynən çəkilib.  Gözləri  qara,  kiprikləri  yayından çıxmış
167


ox kimi, rəngi sürməyi çalır. Bumu hind fındığı.  Yanaqlarına elə 
bil  şüşə  qan  çilənmişdi,  ləbləri  şəkər,  sinəsi  mərmər  kim i,  par- 
par  parıldayır.  İncə  belli,  uzunboylu,  şux  dayanıqlı,  ceyran  ye- 
rişli bir maraldı  (32, 311).
1.6.  Bunun  gözünün  ağı-qarası  Pəri  deyilən  bir qızı  var  idi. 
Özü  də  qız  nə  qız...  Qaşlar  kaman,  gözlər  qan  piyaləsi,  burun 
hind  fındığı,  sinə  səmərqənd  kağızı,  zəri-ziba  içində,  on  beş 
yaşında, cavan tovuz misalı bir qız (31, 234).
1.7. Mələk elə gözəl  qız idi ki,  onun kimi  dünya üzündə gö­
zəl  yox idi.  Qaşları qara, kiprikləri müjgan oxu,  yanaqları  bir ka­
sa  qan,  bumu  püstə,  dodaqları  zərif,  beli  incə,  boyu  sərv  ağacı 
(31,  308).
1.8. Elə gözəl qızdı ki, yanaqları  yaqutun kənarı kimi,  dişlə­
ri  inci,  mirvari  kimi,  nazik-bədən,  sünbül  nişan  bir  qızdı  ki, 
Allah-taala  xoş  gündə,  xoş  saatda  yaradıb.  Elə  bir  qızdı  ki,  saç 
topuğunda,  qaşları  qüdrət  qələmiynən  çəkilib,  gözü ceyran  gözü 
kimidi (33, 69).
1.9.  Qızların  gözəllyi  hər  ikisini  valeh  etmişdi.  Qızlar  nə 
qızlar...  Tanrının  kərəmi  cuşə  gələndə  bu  nazəninləri  yaratmışdı 
(33,221).
1.10. Gürdü ki, qız əyləşib,  amma doğrudan da heç özündən 
qalan  qız  deyil.  Gözəllikdə  heç  Züleyxa  ona  deyə  bilməz  ki, 
yerin əyridi düz otur (31, 299).
1.11.  Murtuz  bir  qıznan yatıbdı  ki,  dünyada  heç  misli  yox­
du.  Gözəllikdə bəeyni Züleyxa (31,299).
1.12.  Əhməd  tacir gördü ki, vallah, bu elə bir zənəndİ  ki,  bu 
bayıra çıxanda ay,  gün,  ulduz hamısı  batil olub  getdi.  Zalım  qızı 
elə  bil  on  beş  gecəlik  aydı,  buludların  içindən  görsənir.  Saçlar 
əbri-siyah  kimi  tökülüb  bunun  çiyinlərinə,  elə  bil  ki,  bəeyni  iki 
tərəfdən  asılan  iki  dənə  şahmardı,  elə  vaxt  eləyirdilər  ki,  dolaş­
sınlar gərdəninə (31,  329).
1.13.  Gördü  paho,  budu  bir cüt nazənin  Sənəm gəlir,  deyir­
sən on dörd gecəlik aydı,  buludun altından çıxıb.  Yeriyəndə  yerə 
naz edib deyir ki,  ay yer, fəxr elə sənə qədəm basıram (32,227).
168
1.14. 
Nə  gördü  hovuzun  başında:  bir  ceyran  misal  qız  əl- 
üzünü  yuyur.  Dünyada  misli  manəndi  yoxdur.  Qaşları  kaman 
kimi,  kiprikləri  ox kimi,  gözləri qan piyaləsi kimi,  sifəti  on dörd 
gecəlik  ay  kimi,  burnu  Hind  fındığı  kimi,  dişləri  mirvari  kimi, 
dodaqlan  şeh  düşmüş  qızılgül  yarpağı  kimi,  zənəxdanda  həbəşi 
xallar  mixək  danəsi  kimi,  sinə  Səmərqənd  kağızı  kimi,  qollar 
qarğı  kimi.  Xülasə,  qəddi-  qaməti  insan  üzü  görməmiş  meşələr­
də bitən sərv  ağacı kimi.  On dörd hörük siyah zilfi dal  gərdənini 
bürümüş,  insan görəndə valeh olur (36, 69).

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin