Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə237/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   233   234   235   236   237   238   239   240   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
177 
qələvi müvazinətinin normal saxlanılmasına kömək edirlər. 
Üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli mad-
dələri  zərərsizləşdirir,  qanda  sidik  cövhərini  azaldır  və 
orqanizmdə duzların toplanmasına mane olur.  
Üzümdə  olan  çaxır  turşusu  insan  orqanizminin  həyat 
fəaliyyəti üçün çox mühüm məhsullardan biridir.  
Ona görə də üzümdən və onun şirəsindən bir sıra xəs-
təliklərin  müalicəsində:  poliartridlərdə,  ürək,  mədə,  böyrək 
xəstəliklərində,  qan  azlığında,  maddələr  mübadiləsinin  po-
zulmasında,  vərəmin  ilk  mərhələlərində,  həmçinin  kömək-
edici maddə kimi xroniki bronxitin, plevritin, bronxid asma-
sının  və  s.  başqa  xəstəliklərin  müalicəsində  istifadə  olunur. 
Üzümün  tərkibinin  70-80%-ni  su  təşkil  edir.  Üzüm  suyu 
«Borjomi»  və  qələvi  xüsusiyyətli  mədən  sularından  geri 
qalmır, hətta onlardan bir qədər üstün sayılır. Üzüm və üzüm 
şirəsinin  uşaqların  qidasında  əhəmiyyəti  böyükdür.  Əbəs 
deyil  ki,  üzüm  şirəsini  məcazi  mənada  tərkibində  piy  və 
zülal olduğu üçün «bitki südü» adlandırırlar. 
Həkimlər üzüm şirəsindən qan, ürək-damar, böyrək və 
qara ciyər xəstəliklərinin müalicəsində geniş istifadə edirlər. 
Üzüm  şirəsi  bəlğəmgətirici  təsirə  malikdir.  Ondan  tənəffüs 
yolları  xəstəliklərində  də  geniş  istifadə  edilir.  Üzüm  şirəsi 
qırmızı  qan  kürəciklərinin  çoxalmasına,  hemoqlobinin 
artmasına və s. təsir göstərir. 
Gün  ərzində  yalnız  üzümlə  qidalanmaq  yaxşı  nəticə 
vermir.  Çünki  gündəlik  qidanın  tərkibində  şəkərdən  başqa 
zülallar,  yağlar  və  b.  çoxlu  qida  maddələri  də  olmalıdır. 
Üzüm  şirəsinin  təyin  edilmiş  vaxtda  qəbul  edilməsi  orqa-
nizm üçün xüsusi əhəmiyyətə malikdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin