Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə234/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   230   231   232   233   234   235   236   237   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
174 
dar K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəs-
təliklərində,  orqanizmində  Na  elementinin  nizamlanması 
üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozul-
masında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi 
məsləhət görürlər. 
Əriyin toxumlarından alınan  yağdan həlledici kimi bir 
sıra dərman preparatlarının hazırlanmasında, duru müalicəvi 
mazların  və  eləcə  də  kosmetik  kremlərin  istehsalında  geniş 
istifadə edilir. 
Toxumu zəhərli olduğu üçün insanlar və ev quşları ara-
sında zəhərlənmə hadisəsi baş verir. 
Ərikdən konserv, şirniyyat, mürəbbə, kompot, sərinləş-
dirici  içkilər  və  s.  məhsullar  hazırlanır.  Meyvələri  təzə  və 
qurudulmuş  halda  pəhriz  maddəsi  kimi,  anemiya  xəstəliyi 
zamanı  hamilə  qadınlara  qüvvətverici  və  qanartırıcı  vasitə 
kimi  məsləhət  görülür.  Qurudulmuş  qaysıdan  ürək  zəif-
liyində  və  bir  sıra  başqa  xəstəliklərdə  istifadə  edilir.  Lakin 
şəkər xəstəliyi zamanı məsləhət görülmür. 
Pakistan  alimlərinin  məlumatlarına  görə,  yeməklə  qə-
bul edilən 100 q əriyin insan orqanizminə olan xeyri (qanar-
tırıcı) 40 q  ikra  və  ya 250 q təzə heyvan qaraciyərinə bəra-
bərdir. 
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, 
susuzluğun qarşısını alan vasitə, eləcə də xroniki qəbizlikdə 
yüngül  işlətmə  dərmanı  kimi  istifadə  edilir.  Qurudulmuş 
qaysıdan  bir  sıra  xörəklərin  tərkibinə  ədviyyat  kimi  qatılır. 
Yağından  qənnadı  sənayesində  geniş  istifadə  edilir.  Ərik 
ağacının  kitrəsindən  həm  yapışqan  kimi,  həm  də  yeyinti  və 
tibb sənayesində istifadə edilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin