Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə230/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   226   227   228   229   230   231   232   233   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
171 
sürtüb 25-30 dəqiqə saxladıqdan sonra, isti su  ilə  yuyub  tə-
mizləyirlər. Qarağat yaxması dərini təmizləyir, onun elastik-
liyini artırır və təravətli edir. Qarağat vannaları qəbul etdikdə 
bədəndə  olan  xoşagəlməz  iylər  yox  edilir,  orqanizmin 
müqaviməti  artır,  əsəb  sistemi  sakitləşir.  Qarağat  yarpağını 
gicitkən,  çobanyastığı,  kəklikotu,  üçyarpaq  yonca,  dazıotu, 
qaraqınıqla  qarışdırıb,  qadınlar  üçün  «gözəllik  vannası»  ha-
zırlayırlar.  Bu  «gözəllik  vannasını»  qəbul  edən  qadınların 
bədənləri təravətli, parlaq olur, bu da onların özlərini əla hiss 
etməsinə səbəb olur. 
Yarpaqlarından  hazırlanan  dəmləmələrdə  uşaqları  çi-
mizdirib,  dərilərində  olan  səpgiləri  aradan  qaldırırlar.  Qara-
ğatın  yarpaqlarından  hazırlanan  dəmləmələrlə  Fransada  də-
rinin  tonusunun  artırılmasında,  Polşada  dəri  xəstəliklərində, 
Tibet  təbabətində  diatez  və  dəri  səpkilərində?  Çexoslovaki-
yada  ətirli  vannalından  maddələr  mübadiləsinin  nizama  sa-
lınmasında,  dəridə  olan  səpgilərin      aradan  götürülməsində 
istifadə edilir. Qarağatın meyvələrinin rəngi üç cür – ağ, qara 
və qırmızı olur. 
Ağ  və  sarı rəngli qarağat  meyvələrindən alınan şirələr 
susuzluğu aradan qaldırır, iştahanı artırır, bağırsaq sisteminin 
fəaliyyətini və tərgətirici vəzlərin fəaliyyətini normallaşdırır 
və sidikqovucu vasitə kimi böyrək və sidik kisəsində kristal 
halında  olan  urat  turşularının  parçalanıb  orqanizmdə  kənar 
edilməsində tətbiq edilir. 
D.K.Qesə və başqalarına (1966) görə, Belorus xalq tə-
babətində  qara  qarağatın  çiçəklərindən  hazırlanan  dəmləmə 
və  cövhərlərindən  qara  ciyər,  babasil,  qadın  xəstəliklərində, 
urların;  təzə  meyvəsindən  və  yaxud  ondan  hazırlanan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin